< <
4 / total: 19

Darvin Yanıldı: Növlər Dəyişməmişdir

“Bəlkə də, Darvinin qarşısındakı ən böyük problem qazanılmış xüsusiyyətlərin bir nəsildən digərinə keçməsini təmin edən üsullar idi. Çünki Darvinin yaşadığı dövrdə genetika elmi hələ kəşf edilməmişdi. Həll edə bilmədiyi ikinci problem isə fosil qeydlərinin xarakteri ilə bağlı idi”.1

charles darwin

Çarlz Darvin

Darvin “Təkamül nəzəriyyəsi” adlı hipotezini Duqlas Vardın (Douglas Ward) yuxarıdakı sözlərində qeyd etdiyi iki fikrinə əsasən hazırlamışdı. Birincisi, növlər arasındakı dəyişikliklərdə xəyali formada müxtəlif xüsusiyyətləri əmələ gətirən genlərin sonrakı nəsillərə ötürülməsi, digəri isə növlər arasındakı bu xəyali dəyişikliyin fosil qeydlərində özünü büruzə verməsi idi. Canlının anatomik xüsusiyyətlərinin dəyişikliyə məruz qaldığını və bunların sonrakı nəsillərə ötürülərək yeni növlərin əmələ gəldiyini iddia etmək Darvin üçün asan idi. Çünki 1800-cü illərdə genetika elmi məlum deyildi, elmi mənada ibtidai illər idi. Hüceyrənin kompleksliyi kəşf edilməmişdi. Canlının bütün xüsusiyyətlərini müəyyən edən genlərin möhtəşəm quruluşu, ehtiva etdikləri məlumat və sahib olduqları həssaslıq elmə məlum deyildi.

yeryüzü katmanları, fosil, evrim

1. Perm Dövrü
2. Son Daş Kömür Dövrü
3. Erkən Daş Kömür Dövrü
4. Devon Dövrü
5. Kembri Dövrü
6. Kembriyəqədərki Dövr

Yer üzünün fərqli dövrləri haqqında məlumat əldə etməyin ən mühüm vasitələrindən biri də fosillərdir. Başqa bir ifadə ilə fosillər sadəcə canlılar aləminin tarixi haqqında deyil, eyni zamanda yer üzünün tarixi haqqında da məlumat verir. Müəyyən fosil növlərinə isə yalnız müəyyən laylarda və müəyyən qaya tiplərində rast gəlinir.
Üst-üstə gələn qaya laylarının hər birində özünə xas, o layın bir növ imzası olaraq adlandırıla biləcək fosil qrupları olduğu görünür.

Darvin üçün növlər arasındakı bu xəyali dəyişikliyi göstərəcək fosil qeydlərinin olduğunu iddia etmək də asan idi. Çünki onun iddiasına əsasən, yer üzünün təbəqələrində keçid formaları vardı, lakin hələ onlar tapılmamışdı. O dövrdə tapılan nümunələr çox az sayda idi. Darvinə görə, insanlar gələcəkdə bu itkin xəyali fosillərlə qarşılaşacaqlar. Lazım olan isə yalnızca zaman və yer üzündə həyata keçiriləcək ətraflı tədqiqatlardır.

Darvinin nəzəriyyəsi bu iki məntiq üzərində quruldu. Diqqət etsək, görərik ki, ortada hər hansı dəlil və ya təcrübə yox, yalnız fərziyyələr vardı. Çünki təkamül nəzəriyyəsi, əslində, elmi deyil, tamamilə ideoloji səbəblərə görə irəli sürülmüş nəzəriyyədir. İnsanları Allah inancından uzaqlaşdırmaq üçün və yaradılışa qarşı alternativ olaraq ortaya atılmışdır. Həmçinin bu nəzəriyyə eyni məqsədlə dünyaya yayılan materialist düşüncənin canlıların tarixinə uyğunlaşdırılmış forması idi. Lakin dövrün ibtidai elminə görə, iddianın məqsədinin fərqinə varmadılar. Nəzəriyyə tamamilə elmi adla ortaya çıxmışdı. Onun əsassızlığı açıq-aydın idi, lakin o dövrün şərtləri daxilində bunu sübut edəcək dəlillər hələ başa düşülməmişdi.

Bir əsr yarımlıq dövr ərzində nəzəriyyənin heç bir dəlili olmadığı və tamamilə saxtakarlıq olduğu sürətlə və saysız-hesabsız elmi dəlillə sübut edilmişdir. Növlərin kiçik dəyişikliklərlə bir-birindən törəməsi iddiası genetika elminin aşkar etdiyi həqiqətlər sayəsində tamamilə ortadan qalxmışdır. Genlər son dərəcə kompleks və həssasdır. Hər hansı mutasiyaya məruz qalan genlər ciddi zərər görür. Buna görə də genlərin şüursuz və təsadüfi dəyişikliklərə məruz qalması və fərqli funksiyalar icra edən başqa struktura çevrilməsi mümkün deyil. (Ətraflı məlumat üçün baxın: Harun Yəhya, “Həyatın gerçək mənşəyi”, “Araştırma” Nəşriyyatı).

Fosil qeydləri isə Darvin üçün başqa bir böyük məyusluqdur. Darvinin gələcəkdə tapılacağına ümid etdiyi keçid fosilləri tapılmadı. Artıq heç bir darvinist fosil qeydlərinin yetərsiz olduğunu iddia edə bilmir, çünki fosillər, demək olar ki, bütün nümunələri vermişdir. Yer üzünün böyük hissəsi tədqiq edilmişdir. Paleontologiyanın aşkar etdiyi həqiqət budur ki, bircə keçid forması belə yoxdur və yüz milyonlarla il əvvəl yaşamış canlılar heç vaxt dəyişməmişdir. Harvard Universitetindən təkamülçü paleontoloq Stiven Cey Quld Darvinin də fərqində olduğu bu həqiqəti: “Fosil qeydləri Darvinə xoşbəxtlikdən daha çox kədər gətirdi”, – deyərək açıq şəkildə ifadə etmişdir. 2 Amerika Təbiət Tarixi Muzeyindən təkamülçü Nils Eldric (Niles Eldredge) və Yan Tattersoll (Ian Tattersall) isə bunu bu cür izah etmişdir:

“Ayrı növlərə aid fosillərin fosil qeydlərində üzə çıxdıqları cizgi boyunca fərqinə varılacaq dərəcədə eyni qalması Darvin öz “Mənşəyi”ni (“Növlərin mənşəyi” kitabı) nəşr etdirməzdən çox əvvəllər də paleontoloqlara məlum idi. Darvin özü isə… gələcək paleontoloq nəsillərinin bu boşluqları şövqlü araşdırmalarla dolduracaqlarını proqnozlaşdırmışdı… Sonrakı yüz iyirmi illik paleontoloji tədqiqat ərzində geniş miqyasda aydın olmuşdur ki, fosil qeydləri Darvinin proqnozlarının bu hissəsini təsdiq etməyəcək. Problem ümidsiz dərəcədə kasad qeydlərdə də (fosil qeydləri) deyil. Bu fosil qeydləri sadəcə olaraq həmin proqnozun səhv olduğunu göstərir.

penguen

Növlərin heyrətamiz şəkildə sabit qaldıqları və uzun dövrlər ərzində həmişə statik mahiyyət daşıdıqlarına dair müşahidələr “Kral çılpaqdır” hekayəsindəki bütün xüsusiyyətləri özündə cəmləşdirir: hər kəs bunu görmüş, amma görməzlikdən gəlməyi seçmişdir. Darvinin nəzərdə tutduğu modellə uzlaşmağı israrla rədd edən inadçı bir fosil qeydi ilə qarşı-qarşıya qalmış paleontoloqlar sadəcə olaraq qəsdən bu həqiqətdən üz çevirmişlər”.3

evrim, yaratılış, fosil

Darvinin təkamül nəzəriyyəsi yayılarkən bütün bu mümkünsüz hallar lazımi qədər məlum idi, lakin qəsdən görməzlikdən gəlinirdi. Növlər üzərində təsadüfi təsirlərlə faydalı genetik dəyişikliyin baş verməsi və bunun sonrakı nəsillərə ötürülməsi ehtimalı sıfırdır. Fosillər də bu cür dəyişikliyi təkzib edir və milyonlarla il ərzində yaşamalı olan keçid nümunələrindən birini belə təqdim etmir. (Ətraflı məlumat üçün baxın: Harun Yəhya, “Keçid forma çıxılmaz vəziyyəti”, “Araştırma” Nəşriyyatı)

Bəs təkamül nəzəriyyəsini hansı elmi dəlil yaşadır?

Təkamül nəzəriyyəsini yaşadan hər hansı elmi dəlil yoxdur. Bu həqiqət bir daha onu göstərir ki, darvinizmi dəstəkləyən səbəblər elmi deyil, ideolojidir. Elm tələb edir ki, əvvəlcə bir fikir irəli sürülsün, sonra isə bu fikir sübuta yetirilərək nəzəriyyə halına salınsın. Lakin bu, təkamül nəzəriyyəsinə aid deyil. Nəzəriyyəni bircə dəlil belə təsdiq etmir, buna baxmayaraq, dərsliklərdəki yerini qoruyub saxlayır və mediada ən aldadıcı xəbərlərlə təqdim edilir. Xüsusi qanunlarla, sanki dəyişdirilə, haqqında əks qərar verilə bilməz məntiqi ilə müdafiə edilir. Bunun yeganə səbəbi təkamül nəzəriyyəsinin elmi fakt deyil, doqmatik inanc olmasıdır.

Fosil qeydləri davamlı surətdə Darvinin iddialarını təkzib edərək yaradılışı sübuta yetirir. Darvinistlərin səyləri müvəffəqiyyət qazanmadı. Yer üzündəki dəlillər canlıların təkamül keçirmədiyini əsaslandıraraq açıq şəkildə elan etdi. Bunun ən böyük dəlillərindən biri keçid fosillərinin yoxluğu, digəri isə fosil qeydlərindəki sabitlikdir.

kutup ayıları

 

Qeydlər

1– Peter Douglas Ward, On Methuselah’s Trail, W. H. Freedman and Company, 1992, səh. 9

2– Stephen J. Gould, The Panda’s Thumb, 1980, səh. 238-239

3– N. Eldredge, I. Tattersall, The Myths of Human Evolution, Columbia University Press, 1982, səh. 45-46

 

4 / total 19
"Harun Yəhyanın Fosillər Darvinizmi Təkzib Edir kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top