< <
5 / total: 19

Keçid Fosili Əsli Olmayan Iddiadır

“Bəzi insanlar elə zənn edir ki, fosillər Darvinin həyatın mənşəyi haqqındakı fikirlərinə dəlildir. Halbuki bu, tamamilə yanlış fikirdir”.4 (Çikaqo Təbiət Tarixi Muzeyi, Geologiya şöbəsinin sədri, təkamülçü dr.
Devid Roup (David Raup))

Hər hansı təbiət tarixi muzeyini gəzən ziyarətçilərin qarşılaşdıqları ən vacib şeylərdən biri güclü təkamül təbliğatıdır. Qarşılarında xəyali rekonstruksiyalar və xəyali əcdadlara aid əllə hazırlanmış saxta sümüklərdən başqa heç bir şey yoxdur. Təkamülə dəlil olmayan canlıların bir dənə fosilləşmiş parçası balıqdan amfibiyaya xəyali keçidin ən vacib “keçid forma dəlili” kimi təqdim edilir.

Əslində yaradılışı təsdiq edən, lakin təkamülçülər tərəfindən “darvinizmə ən böyük dəlil” kimi təqdim edilən bir qabırğa sümüyü böyük qürurla nümayiş etdirilir. Bunları incələyən əksər ziyarətçilər də fosillər haqqındakı bu saxta izahatlara və verilən latınca adlara baxaraq təkamül prosesi ilə qarşılaşdıqlarına inanırlar. Lakin buradakı əsas məqsəd olmayan bir şeyi var imiş kimi göstərmək, olmayan şeyə söykənib təbliğat aparmaqdır. Təkamülçülər bu yolla məqsədlərinə çatdıqlarını düşünürlər. Çünki muzey ziyarətçiləri təkamülü dəstəkləyən BİRCƏ KEÇİD FOSİLİNİN BELƏ OLMADIĞINI və təkamül nəzəriyyəsinin iddiasının əksinə, milyonlarla il dəyişməyən canlıların fosillərinin sərginin altındakı anbarlarda saxlanıldığının fərqində deyillər.

hayali çizim,
SAXTA

Yarı insan, yarı meymun canlılar heç vaxt mövcud olmamışdır. Elmi dəlillər  insanın hər zaman insan olaraq mövcud olduğunu göstərir. Lakin təkamülçülər bu həqiqəti məqsədyönlü şəkildə gizlədir, müxtəlif saxtakarlıqlar edərək əksini iddia edirlər.

 
midge, amber
evrim, yaratılış, fosil

Darvinistlər xalqın elmi mövzulardakı bilgi azlığından faydalanaraq tapdıqları hər fosili nəzəriyyələrini dəstəkləyirmiş kimi göstərməyə çalışır, bunun üçün həqiqətləri əslindən uzaqlaşdırırlar. Ən tez-tez istifadə etdikləri üsullardan biri də nəsli kəsilmiş canlıları təkamül ssenarisinə dəlil kimi göstərməkdir. Bir çox muzeydə nümayiş olunan fosillər təkamülçü izahlarla birlikdə xalqa təqdim olunur. Halbuki bu izahların elmi dəyəri yoxdur.

Əslində isə, təkamülçülərin göstərdikləri səylərin heç bir faydası yoxdur. Yer üzündə təkamülü təsdiq edən bircə keçid fosili belə tapılmamışdır. Milyonlarla il boyu yaşamalı olan bu xəyali, qəribə və yarımçıq inkişaf etmiş canlıların varlıqlarından əsər-əlamət yoxdur. Təkamül prosesi yalnızca inanc və darvinistlərin arzu etdikləri xəyaldır. Lakin fosil qeydləri bu xəyalı reallaşdırmadı. Yer üzünün hər yerindən saysız-hesabsız fosil çıxarılmışdır. Lakin Darvinin dövründə tapılmayan keçid fosilləri hələ də yoxdur və tapılması da mümkün deyil.

evrim, yaratılışr
evrim, yaratılışr

Çünki təkamül baş verməmişdir. Darvinistlər xəyali təkamülə saxta nəzəriyyələr uyduraraq, xəyali keçid formalarını gips və bakelitlə özləri düzəldərək və keçid formalarının həyat hekayələrini yazaraq bu nəzəriyyəni yaşatmağa çalışırlar. Amma bu səylərinin heç bir faydası yoxdur. Hazırkı mühit Darvinin dövründən fərqlidir. Artıq elmi həqiqətlər rahatlıqla aşkar olunur. Elm yaradılış dəlillərini sürətlə üzə çıxarır. Heç bir darvinist fosil qeydlərinin kifayət etmədiyini iddia edə bilməz. Elmi məlumatlar və fosil qeydləri həqiqəti göstərmişdir. Keçid fosillərinin yoxluğu təkamülçülərin gizlədə bilməyəcəyi qədər açıq-aydındır.

evrim, yaratılış, coelacanth

400 milyon ildir dəyişmədən varlığını davam etdirən selakant.

Kaliforniya Universitetindən D.S.Vudraff (D.S.Woodruff) “Science” jurnalında təkamülçülərin çarəsizliyini bu cür ifadə etmişdir:

“Lakin fosilləşmiş növlər tarixin böyük hissəsində dəyişmədən qalmışdır və fosil qeydləri bircə ara keçid nümunəsi belə vermir”.5

Darvinistlər keçid fosili tədqiqatını apardıqları təbəqələrdə milyonlarla ildir dəyişməmiş və hər hansı təkamül keçirməmiş canlıların fosillərinə müntəzəm olaraq rast gəlirlər. Hər ötən gün yaradılış dəlillərinin sayı milyonları keçir, lakin təkamülçülərin böyük həvəslə gözlədikləri keçid fosilləri gözə dəymir. Məhz buna görə də yaradılış dəlillərini keçid fosili kimi göstərməyə cəhd ediblər. Milyonlarla il əvvələ aid inkişaf etmiş və kompleks canlıları müxtəlif təbliğat üsulları ilə öz nəzəriyyələrinə dəlil kimi göstərməyə çalışırlar. Fosillərə müxtəlif şərhlər verərək bir quşun tam inkişaf etmiş və kompleks quruluşa sahib olan qanadlarını inkişafda olan qanadlar, bir balığın üzgəclərini isə quruya çıxmağa hazırlaşan ayaqlar kimi təqdim etməyə səy göstərirlər.

Bu üsullarla sudan quruya keçid üçün selakantı (coelacanthus), qurudan havaya keçid üçün isə arxeopteriksi (archaeopteryx) təkamülə dəlil kimi təqdim etməyə çalışmışlar. Halbuki bu canlıların fosilləşmiş izləri belə onların çox kompleks xüsusiyyətlərə sahib olduğunu göstərir və heç bir keçid forması xüsusiyyəti nümayiş etdirmir. Belə ki, təkamülçülərin spekulyasiyalarına məruz qalan selakantın canlı nümunəsi 1938-ci ildə, yəni fosilləşmiş nümunəsindən təqribən 400 milyon il sonra suyun dərinliklərində aşkar edildi və bununla da təkamülçüləri çox məyus etdi. Elmi tədqiqatlar bütün xüsusiyyətləri ilə tamamilə quş olduğu üzə çıxan arxeopteriks üçün də təkamülçülərə oxşar məyusluğu yaşatdı. İllərlə qurudan havaya xəyali keçidin ən vacib dəlili kimi təqdim edilən arxeopteriksin sahib olduğu qüsursuz uçuş əzələləri, uçuşa əlverişli lələkləri və mükəmməl qanad quruluşu ilə bağlı təfərrüatların kəşf edilməsi təkamülçüləri bu mövzuda da səssizliyə qərq etdi.

Ara Geçiş Fosili Yoktur

Resimde görülen "ara canlılar" hiçbir zaman yaşamamıştır.

evrim, yaratılış, hayali çizim

İnsanın təkamülünə dəlil kimi göstərilən Piltdaun (Piltdown) və Nebraska (Nebraska) adamları da təkamülçülərin keçid yalanını göz özünə sərən nümunələrdən biridir. Keçid formalarının yoxluğu qarşısındakı çarəsizlikləri təkamülçüləri məcbur etdi ki, yeni ölmüş insanın kəllə sümüyünə oranqutan çənəsi əlavə edərək, bunu Piltdaun adamı adlandırsın və bu saxtakarlığı 40 il nümayiş etdirsinlər. Bu yalanın üstü açılan kimi Britaniya Muzeyində nümayiş etdirilən həmin saxta fosil dərhal muzeydən götürülmüşdür.

ARXEOPTERİKS Quşdur
evrim, yaratılış, archaeopteryx ve fosili

Nebraska adamı isə bircə donuz dişinə əsaslanaraq hazırlanmış saysız-hesabsız xəyali rəsm və rekonstruksiyalardan ibarətdir. Bircə dişi əsas götürən təkamülçülər bunun insanlarla meymunların ortaq xüsusiyyətlərini daşıyan keçid fosili olduğunu iddia etmiş, lakin daha sonra bu dişin çöl donuzuna aid olduğu məlum olmuşdur. Beləcə, hər hansı təkamül muzeyində ziyarətçilərə darvinizmə dəlil kimi təqdim edilən fosillər bu cür saxtakarlıq məhsuludur.

Amerika Təbiət Tarixi Muzeyindən təkamülçü paleontoloq Corc Qeylord Simpson (George Gaylord Simpson) təkamülçülərin keçid problemini belə etiraf etmişdir:

“Bu, məməlilərin 32 dəstəsi üçün də doğrudur... Hər dəstənin məlum olan ən qədim və ən ibtidai üzvü, onsuz da, bütün fundamental xüsusiyyətlərə sahibdir və bir dəstədən digər dəstəyə sürətli keçid nümayiş etdirmirlər. Bu halda, aradakı fərq o qədər kəskin və aradakı boşluq o qədər böyükdür ki, dəstələrin mənşəyi çox mücərrəd və həddindən çox şübhəlidir...

Heç bir keçid formasının olmaması yalnızca məməlilərə xas deyil. Bu, paleontoloqların bu günə qədər təqdim etdiklərinə əsasən, demək olar ki, ümumbəşəri faktdır. Bu vəziyyət həm onurğalılar, həm də onurğasızlar olmaqla bütün heyvan siniflərinə aiddir... Bu həm siniflər, həm ən böyük heyvan tipləri, həm də bitkilərin müvafiq kateqoriyaları üçün də doğrudur”.6

Təkamülçülər heç bir dəlillərinin olmamasına baxmayaraq, davamlı surətdə canlıların təkamül keçirdiyi iddiasını irəli sürürlər. Bu iddiada əmələ gəlməsi mümkün olmayan milyonlarla canlı vardır. Lakin bu canlıların necə əmələ gəldiyini izah edə bilməyən təkamülçülər bütün bu proseslərin baş verdiyini iddia edirlər. Zülalın şüursuz şəkildə və öz-özünə əmələ gəlməsinin mümkün olmadığı sübut edilmişdir. Hüceyrə də bütün orqanoidləri ilə birlikdə təsadüfən əmələ gələ bilməz.

Lakin təkamül nəzəriyyəsinə əsasən, bir möcüzə olmuş və əmələ gəlmişlər. Hüceyrə nüvəsi, genlər, DNT, fermentlər və saysız-hesabsız kompleks strukturlar dövrümüzdəki müasir laboratoriya şəraitində belə hazırlana bilmir. Lakin təkamülə əsasən, bir möcüzə olmuş və bunların hamısı kor təsadüflər nəticəsində əmələ gəlmişdir. İndi isə təkamülçülər fosil qeydlərində bu proseslərin və dəyişikliklərin izlərini axtarırlar. Lakin onlara görə, yenə bir möcüzə olmuş və fosil qeydlərindəki bu izlər silinmişdir.

Təkamülün məntiqi də budur: təkamül milyonlarla mümkünsüzlərdən təşkil olunmuşdur və bunlar kor və şüursuz təsadüflərin əsəridir. Allahı inkar edən, fövqəltəbii hadisələri və qeyri-adi mexanizmləri qəbul etməyən darvinizm nəyə görə isə milyonlarla mümkünsüzün möcüzə nəticəsində var olduğunu iddia etməkdən çəkinmir. Buna görə də elmi olaraq təqdim etməyə çalışdıqları təkamül nəzəriyyəsi, əslində, saysız-hesabsız möcüzədən, təsadüfləri ilahiləşdirən inancdan ibarətdir.

fosil

150 İldir Aparilan Fosil Araşdirmalarinda Tək Bir Keçid Fosili Tapilmamişdir

Börcess Şeyl bölgəsində ən qədim kompleks canlıların təxminən 65 mininə qədər nümunəsini toplayan Çarlz Dulittl Uolkott (Charles Doolittle Walcott) tarixin ən böyük elmi saxtakarlıqlarından birini etmişdir. Kembri dövründə yaşamış canlılara aid tapdığı fosillərin təkamül nəzəriyyəsini tamamilə aradan qaldıracaq böyük bir dəlil olduğunu bildiyinə görə bunları düz 70 il müdiri olduğu Smitsonian Muzeyində gizlətmişdir. Darvinistlərin keçmişi bu və buna bənzər saxtakarlıqlarla doludur. Təxminən 150 ildir aparılan araşdırmalarda təkamülü dəstəkləyən tək bir tapıntının belə əldə edilməməsi darvinistləri müxtəlif saxtakarlıqlara vadar etmişdir.

Təkamül nəzəriyyəsi bir zülalın öz-özünə əmələ gələ biləcəyini sübut edə və canlıların təkamül keçirdiklərini göstərən bircə keçid nümunəsi belə təqdim edə bilməmişdir. Nəzəriyyə iki ən böyük dayağı tərəfindən təkzib edilmiş və çox çıxılmaz vəziyyətə düşmüşdür. Fosil qeydlərindəki keçidin yoxluğunu və hər gün daha da artan yaşayan fosil nümunələrini gizlətməklə həqiqəti yox edə bilməzlər. Əksinə, darvinistlərin dəlilsizlik qarşısındakı saxtakarlıq üsulları müxtəlifləşir və insanlar təkamülün elmi səbəblərə görə deyil, tamamilə ideoloji səbəblərə görə dəstəkləndiyini daha yaxşı başa düşürlər.

piltdown adamı
PİLTDAUN ADAMI saxtakarlığı

43 il ərzində insanın təkamülünü sübut edən çox mühüm dəlil imiş kimi dünyaya təqdim edilən Piltdaun adamı tamamilə saxtakarlıq məhsulu idi. Kəllə qutusu üzərində 1953-cü ildə aparılan araşdırmalarda Piltdaun adamının insan və oranqutan sümüklərinin birləşdirilməsi ilə düzəldilmiş saxta fosil olduğu ortaya çıxmışdır.

Üstte Piltdaun adamı qalmaqalının ortaya çıxdığı yer olan Piltdaundakı qazıntı işlərini göstərən şəkil.

Təkamülçülər saysız-hesabsız dəlillərlə yer üzünə hakim olan Allahın varlığının fərqindədirlər, ona görə də olmayan keçid fosillərini varmış kimi göstərməyə çalışır və yaradılış dəlillərini muzeyin anbarlarında gizlədirlər. Allahın varlığına qarşı mübarizə apardıqlarına görə bu həqiqəti gizlətməyə cəhd edirlər. Lakin Allah saysız-hesabsız dəlillə Öz varlığının təzahürlərini nümayiş etdirir və hər zaman darvinistlərin hiylələrini puç edir.

hayali çizim
XƏYALİ ŞƏKİL

Məgər kafirlər Bizim yer üzünə gəlib onu bəzi tərəflərindən azaltdığımızı görmürlərmi? Allah istədiyi kimi hökm verir. Onun hökmünü ləğv edən olmaz. O, tez haqq-hesab çəkəndir. Onlardan əvvəlkilər də hiylə qurdular. Halbuki bütün hiylələr Allaha aiddir. O, hər kəsin nə qazandığını bilir. Kafirlər axirət yurdunun kimin olacağını biləcəklər. (Rad surəsi, 41-42)

Halbuki təkamül baş versə idi, yer üzü milyonlarla keçid fosilləri ilə dolu olardı. Bundan əlavə, bu milyonlarla canlı mutasiyaların təsiri ilə çox anormal varlıqlar olmalı idilər.

DNA

Zülallar həmişə canlı hüceyrələrinin tikinti daşlarını meydana gətirən, həm də hüceyrə içində çoxçeşidli vəzifələr yerinə yetirən mürəkkəb molekullardır.

Təkamülçülərin iddialarına əsasən, bütün canlılar və bu canlılara aid bütün orqanlar təsadüfən baş vermiş mutasiyalar nəticəsində əmələ gəlmişdir. Bu proseslər baş verərkən anormal quruluşa sahib olan bir orqan dəfələrlə mutasiyaya məruz qalmalı, hər dəfə də bir anormal vəziyyətdən başqa anormal vəziyyətə düşməli idi. Hazırkı ən mükəmməl və estetik görünüşə sahib olan canlılar əmələ gəlməzdən əvvəl bu canlıların anormal orqanları və estetik olmayan görünüşləri olmalı idi. Məsələn, iki qulaq, iki göz, burun və ağızdan ibarət olan çox simmetrik insan üzü əmələ gəlməzdən əvvəl, simmetriyası pozulmuş, çoxlu sayda gözü və qulağı olan, burnu iki gözün arasında və ya çənəsində yerləşən, gözlərinin bir hissəsi başının arxasında və ya yanaqlarının üstündə olan, burnu qulağının yerində olub boynuna qədər uzanan və buna bənzər milyonlarla, hətta milyardlarla müxtəlif formalı anormal üzlər əmələ gəlməli idi.

Hətta bu mərhələyə çatmazdan əvvəl qulağı ayağının altında və ya gözü kürəyində olan, ağzı qarnında yerləşən, kəllə sümüyünün içində 1 yox, 2-3 beyin olan, diz qapaqları inkişaf etmədiyi üçün ayaq üstə dayana bilməyən, bədəninin hər iki tərəfindən 1 deyil, 3 və ya 5 ədəd müxtəlif uzunluqda qollar çıxan, ayaq sümükləri tarazlığı qoruyan formada önə deyil, arxaya və ya qırağa baxan qəribə varlıqlar yaşamalı idi. Bu iddiaya əsasən, yerin altında hər bir mərhələsində müxtəlif anormallığa sahib olan bu varlıqların milyonlarla fosili tapılmalı idi. Lakin bir ədəd belə yoxdur. İki, üç, dörd, beş başlı insanlar, həşəratlar kimi yüzlərcə gözə sahib olan, çoxlu sayda qolu olan, hətta 2-3 metrlik qolları olan və bu cür anormallıqlara sahib olan bir çox insan fosilləri tapılmalı idi. Həmçinin hər bir heyvan və bitki növü üçün də bu cür anormal nümunələr olmalı idi. Lakin bunlardan da əsər-əlamət yoxdur. Fosilləri tapılan milyonlarla nümunənin hamısı normal canlılara aiddir.

Bu həqiqət təkamül nəzəriyyəsini açıq-aydın təkzib edir. Ağıllı insan 150 ildir tapılan bütün fosillərin təkamülü təkzib etməsinə baxmayaraq, hələ də bir gün tapılacağı ümidi ilə bu nəzəriyyəni müdafiə etməz. Aradan 140 il keçdi, dünyada qazılmayan fosil yatağı qalmadı, milyonlarla dollar xərcləndi, lakin Darvinin qeyd etdiyi keçid canlılara aid fosillər tapılmadı və tapılmayacaq. Çünki darvinizmin dəlil kimi istifadə edə bildiyi bircə keçid fosili belə yoxdur. Bunun əksinə, yaradılışı təsdiq edən milyonlarla yaşayan fosil nümunəsi tapılmışdır.

Yer Üzündə Təkamülçülərin Mövcud Olduğunu İddia Etdikləri Anormal Quruluşlu Keçid Fosilləri Mövcud Deyil

Təkamül nəzəriyyəsinin iddiasına görə, yer üzündə yaşayan və keçmişdə yaşamış bütün canlı növləri bir-birlərindən törəyərək ortaya çıxmışdır. Növlərin bir-birinə çevrilməsi isə təkamül nəzəriyyəsinə görə, yavaş-yavaş və mərhələ-mərhələ baş vermişdir. Yəni bu iddiaya əsasən, iki canlı növü arasındakı keçid dövrünü əks etdirən və hər iki növdən bəzi xüsusiyyətlər götürən canlıların yaşaması zəruridir.

hayali çizim
XƏYALİ ŞƏKİL

Şəkildə göründüyü kimi, yarı sürünən, yarı balıq canlılar tarixin heç bir dövründə yaşamamışdır. Darvinistlərin bu yöndəki iddialarını dəstəkləyə biləcəkləri tək bir dəlilləri belə yoxdur.

Məsələn, təkamülçü iddiaya görə, balıqlar quruya çıxıb sürünənlərə çevrilənə qədər mütləq yarı qəlsəməli, yarı ağciyərli; yarı üzgəcli, yarı ayaqlı növdən bəzi canlılar milyonlarla il boyu yaşamalı idilər. Təkamülçülər keçmişdə yaşadıqlarına inandıqları bu xəyali canlıları keçid forması adlandırırlar.

Əgər təkamül nəzəriyyəsi doğru olsa idi, bu canlılar keçmişdə yaşamalı və bunların sayı və çeşidləri milyonlarla, hətta milyardlarla olmalı idi. Bu əcaib canlıların qalıqlarına fosil qeydlərində rast gəlinməli idi. Lakin bu günə qədər fosil qeydlərində tək bir keçid fosilinə belə rast gəlinməmişdir. Belə ki, təkamül nəzəriyyəsinin banisi Çarlz Darvin “Növlərin mənşəyi” kitabının “Nəzəriyyənin çətinlikləri” (Difficulties on Theory) adlı bölməsində belə yazmışdır:

“Əgər növlər digər növlərdən hiss edilməyəcək dərəcədə kiçik tədrici dəyişikliklərlə törəyibsə, nə üçün hər yerdə saysız-hesabsız keçid formalar görmürük? Nə üçün bütün təbiət qarma-qarışıqlıq içində deyil, bunun əvəzinə, gördüyümüz kimi tam nizamlanmış olan növlər vardır? ...Keçmişdə yer üzündə yaşamış keçid formalar olduqca nəhəng sayda olmalıdır. Bəs nə üçün hər geoloji formasiya və hər təbəqə bu cür keçid həlqələri ilə dolu deyil? Geologiya, düzü, heç belə bir dəqiqliklə dərəcələndirilmiş üzvi zəncir ortaya qoymur və bu, bəlkə də, mənim nəzəriyyəmə qarşı irəli sürülə biləcək ən bariz və ən ciddi etiraz olacaqdır”. (Çarlz Darvin, “Növlərin mənşəyi”, səh. 171, 280)

hayali çizim, evt,m, ara form
Xəyali Keçid Formaları

İki fərqli canlı növünün xüsusiyyətlərini daşıyan keçid formaları sadəcə darvinistlərin xəyallarında mövcuddur. Əslində isə, belə canlılar heç vaxt mövcud olmamışdır.

Təkamülçü paleontoloqlar Darvinin bu sözlərinə əsaslanaraq 19-cu əsrin ortasından indiyə qədər dünyanın hər tərəfində fosil araşdırmaları aparıb və bu keçid formalarını axtarıblar. Bütün cəhdlərə baxmayaraq, həmin formalara heç vaxt rast gəlinməmişdir. Aparılan qazıntı işlərində və araşdırmalarda əldə edilən bütün tapıntılar təkamül nəzəriyyəsinin qənaətlərinin əksinə, canlıların yer üzündə birdən-birə, əskiksiz və qüsursuz şəkildə ortaya çıxdığını göstərmişdir. Məşhur ingilis paleontoloqu (fosil mütəxəssisi) Derek A.Eycer bu həqiqəti belə qəbul edir:

“Problem belədir: fosil izlərini ətraflı şəkildə araşdırdıqda növlər və ya siniflər səviyyəsində olsun, davamlı olaraq eyni həqiqətlə qarşılaşırıq; pilləli təkamüllə inkişaf edən yox, qəfildən yer üzündə ortaya çıxan qruplar görürük”. (Derek A. Ager, “The Nature of the Fossil Record”, Proceedings of the British Geological Association, c. 87, 1976, səh.133)

Başqa bir təkamülçü paleontoloq Mark Çarnetski isə belə izah edir:

“Nəzəriyyəni (təkamül nəzəriyyəsini) sübut etməyin qarşısındakı böyük bir problem fosil qeydləri olmuşdur… Bu qeydlər heç bir zaman Darvinin fərziyyəvi keçid formalarına aid izləri üzə çıxarmamışdır. Bunun yerinə, növlər qəfildən üzə çıxır və yox olur və bu anomaliya yaradılışçıların hər növün Allah tərəfindən yaradılması arqumentinə təkan vermişdir…” (Mark Czarnecki, “The Revival of the Creationist Crusade”, MacLean’s, 19 Yanvar 1981, səh.56)

Tanınmış bioloq Frensis Hiçinq də “The Neck of the Giraffe: Where Darwin Went Wrong” (Zürafənin boynu: Darvin harada səhvə yol verdi) adlı kitabında belə deyir:

“Əgər fosilləri tapırıqsa və əgər Darvinin nəzəriyyəsi doğrudursa, o halda, müəyyən bir qrup varlığın daha mürəkkəb başqa bir qrup varlığa doğru kiçik pillələrlə təkmilləşdiyini göstərən qalıqlar üzə çıxmalıdır. Bu nəsildən nəslə irəliləyən kiçik dəyişikliklər çox yaxşı qorunmalıdır. Lakin vəziyyət heç də belə deyil. Əslində, bunun tam əksi doğrudur. Darvinin: “Saysız-hesabsız keçid forması olmalıdır, amma bunları niyə yer üzünün laylarında tapa bilmirik?” –deyərkən şikayətləndiyi kimi. Darvin fosil izlərindəki bu qeyri-adi əskikliyin sadəcə daha çox fosil qazma işləri həyata keçirməklə bağlı olduğunu düşünmüşdür. Lakin nə qədər yeni fosil qazıntısı işləri görülürsə-görülsün, tapılan növlərin, demək olar ki, hamısının istisnasız bu gün yaşayan heyvanlara bənzədiyi ortaya çıxmışdır. (Francis Hitching, “The Neck of the Giraffe: Where Darwin Went Wrong”, Tichnor and Fields, New Haven, 1982, səh.40)

hayali kafataları, evrim, ara form

Darvinistlərin iddiaları doğru olsa idi, fosil izlərində şəkillərdə göründüyü kimi, çoxlu sayda göz çuxuru olan, fərqli yerlərdə burunlara, həm öndə, həm də arxada çənəyə malik, kəllə qutusu anormal şəkildə formalaşmış və s. kimi bir çox qəribə canlının izlərinə rast gəlinməli idi. Lakin 150 ildir tədqiqatlar aparılmasına baxmayaraq, belə bir fosilə rast gəlinməmişdir. Tam əksinə, əldə edilən bütün fosillər bütün canlıların var olduqları ilk andan etibarən qüsursuz olduğunu və mövcud olduqları müddət boyu heç dəyişmədiyini göstərir.

Darvinin və sitatlarına yer verilən digər şəxslərin yuxarıdakı sözləri ilə ifadə etdikləri kimi, bu günə qədər tək bir keçid fosili belə tapılmaması təkamül nəzəriyyəsinin yanlışlığını göstərir. Çünki hər şeydən əvvəl əgər canlılar başqa canlılara çevriliblərsə, çevrilmə mərhələsində çoxlu sayda ara canlı mövcud olmalı, dünyanın dörd tərəfi təkmilləşmə mərhələsindəki canlıların fosilləri ilə (keçid fosillərlə) dolu olmalıdır. Halbuki bu günə qədər tapılmış 600 milyona yaxın fosilin hamısı bu gün də bildiyimiz tam və qüsursuz canlılara aiddir.

Fosil izləri canlı növlərinin həm bir anda və tamamilə fərqli quruluşlarda yarandıqlarını, həm də çox uzun geoloji dövrlər boyu dəyişmədən sabit qaldıqlarını göstərir. Harvard Universitetinin paleontoloqlarından və təkamülçü Stiven Cey Quld bu həqiqəti belə qəbul edir:

“Fosilləşmiş növlərin çoxunun tarixi pilləli təkamüllə zidd olan iki fərqli xüsusiyyət ortaya qoyur:

Sabitlik: bir çox növ dünyada mövcud olduğu müddət boyu heç bir yöndə dəyişiklik göstərmir. Fosil izlərində ilk ortaya çıxdıqları andakı quruluşları nədirsə, izlərdən yox olduqları andakı quruluşları da eynidir. Morfoloji dəyişiklik, ümumiyyətlə, məhduddur və müəyyən bir istiqaməti yoxdur.

Anidən yaranma: hər hansı bir bölgədə bir növ əcdadlarından pilləli fərqlənməyə məruz qalaraq tədricən əmələ gəlmir; bir anda və tamamilə formalaşmış şəkildə özünü göstərir”. (S.J.Gould, “Evolution’s Erratic Pace”, Natural History, c. 86, May 1977)

hayali çizim, ara form

Əgər canlılar on minlərlə kiçik dəyişiklikdən keçərək bugünkü quruluş və görüntülərinə qovuşublarsa, onda bu xəyali inkişafı göstərən saysız fosil nümunəsi tapılmalı idi. İki beyinli, üç onurğalı, dörd gözlü, iki çənəli, üç burunlu, yeddi barmaqlı, üç ayaqlı anormal varlıqların fosilləri görülməli idi. Lakin bu günə qədər tapılan milyonlarla fosilin hamısı insanların hər zaman insan olaraq mövcud olduqlarını göstərir.

 

hayali çizim, ara form

Əgər darvinistlərin iddiaları doğru olsa idi, təsadüflər və mutasiyalar insan bədənində bir çox anormallıq və qəribəliklər yaratmalı idi. Qüsursuz və müntəzəm olan insan bədənində kəllə qutusunun çanaq sümüyü üzərində formalaşması, çiyinlərdən birdən çox bazu sümüyünün çıxması, qabırğa sümüklərinin və ya çanaq sümüyünün çoxlu sayda olması kimi anormallıqlar ortaya çıxardı. Qol və ya ayaq sümükləri indi olduğu kimi düzgün yox, trapesiya şəklində olmalı idi. Lakin bu şəkildə tək bir nümunə belə yoxdur. Bu günə qədər yaşamış və dövrümüzdə yaşayan milyardlarla insanın hamısının bədəni eyni simmetriyaya, tarazlıq və nizama malikdir. Bu vəziyyət darvinistlərin təsadüflər və mutasiyalar nəticəsində pilləli inkişaf iddiasını yerlə bir edir.

 

Qeydlər

4– Dr. David Raup (Çikaqo Təbiət Tarixi Muzeyi, Geologiya şöbəsi müdiri), SBS Vital Topics, David B. Loughran, Aprel 1996, Stewarton Bible School, Stewarton, Scotland

5– D. S. Woodruff, Science, cild 208, 1980, səh. 716

6– George G. Simpson, Tempo and Mode in Evolution, Columbia University Press, New York, 1944, səh. 105, 107 – http://www.arn.org/docs/abstasis.htm

5 / total 19
"Harun Yəhyanın Fosillər Darvinizmi Təkzib Edir kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top