< <
7 / total: 19

Fosil Qeydləri Yaradılışı Sübut Edir

Fosil Qeydlərindəki Sabitlik (Stasis)

Yer üzünün minlərlə əsrlik təbəqələrində tədqiqatlar aparan paleontoloqlar çox əhəmiyyətli fosillərlə qarşılaşdılar. Milyonlarla illik fosil təbəqələri üzərindəki bu canlılar hazırkı hörümçəklər, milçəklər, qurbağalar, tısbağalar və balıqlar idi. Təkamülə əsasən, milyonlarla il ərzində dəyişməli olan bu canlılar tarixin ən qədim dövrlərində belə kompleks halda yaşamış və hər hansı dəyişikliyə məruz qalmadan bu günə qədər gəlib çatmışdır. Yəni bu canlılar təkamül keçirməmişdir. Fosil qeydlərində bir sabitlik var, lakin təkamülçülərə görə, bu olmamalıdır.

fosil

Darvin milyonlarla il ərzində dəyişməyən bu canlıların nəzəriyyəsi üçün necə böyük təhlükə olduğunu görür və bunu tez-tez dilə gətirirdi. Bu xüsusi fosillərin Darvin tərəfindən adı da qoyulmuşdu: yaşayan fosillər.

kurbağa ve fosili

Almaniyada tapılan 95 milyon illik qurbağa fosilinin bu gün yaşayan canlı nümunələrindən heç bir fərqi yoxdur.

Təkamülçü paleontoloq Piter Duqlas Vard (Peter Douglas Ward) Darvinin bu problemini belə qeyd etmişdir:

Yenə də Darvinin ən əsas inancı bir çox orqanizmlərin müəyyən zaman ərzində dəyişməsi idi. Lakin görəsən, bunlar eyni səviyyədə dəyişmişdilər, yoxsa dəyişmə nisbəti fərqli idi? Darvin dəyişmə nisbətinin fərqli olduğuna əmin idi, çünki bundan əvvəl rast gəldiyi, üstəlik, bəziləri də çox qədim təbəqələrdən çıxan fosillərin oxşarı olan çoxlu sayda canlı nümunəsi göstərə bilərdi. Darvin bu problemlə bir neçə dəfə qarşılaşdı. “Növlərin mənşəyi”ndə verdiyi izahla razı imiş kimi görünsə də, davamlı surətdə yaşayan fosillər mövzusunu oxucunun diqqətinə çatdırması onu göstərirdi ki, o, bu fakt qarşısında çox narahatdır. Məsələn, mövzu ilə bağlı bunları yazmışdı: “Bəzi hallarda... aşağı səviyyədə təşkil olunmuş formalar bu günə qədər qorunmuş kimi görünür. Bunlar daha az mübarizəyə məruz qalan və az saylarının müvafiq formada dəyişmə ehtimalını aşağı salan, məhdud və ya xüsusi bölgələrdə baş vermişdir”. Bu izaha baxmayaraq, adını özü qoyduğu yaşayan fosillərin varlığı onun fikirlərini qarışdırırdı və bu, onu tənqid edən bir çox insanların ona qarşı istifadə edə biləcəyi vasitəyə çevrildi.7

fosil

150 ildir dünyanın müxtəlif yerlərində aparılan qazıntı işləri təkamülü dəstəkləyən bir fosil belə ortaya qoya bilməmişdir. Əldə edilən bütün fosillər yaradılış gerçəyini təsdiq edir.

Darvin həmin canlıları aşağı dərəcədə təşkil olunmuş canlılar olaraq qeyd etmişdi. Onların həyatda qalmalarına don geyindirməyə çalışaraq problemi kiçik göstərməyə cəhd edirdi. Lakin həmin fosillərin dövrümüzdəki canlılardan heç bir fərqi yox idi. Çox kompleks və inkişaf etmiş xüsusiyyətlərə sahib idilər və həyatda qalmaları Darvinin özünün belə inanmadığı bir neçə bəhanə ilə izah edilə bilməzdi.

hamam böceği ve fosili

125 milyon illik tarakan fosili canlıların davamlı dəyişərək inkişaf etdiklərini iddia edən təkamülə böyük zərbə vurur. Bu canlılar aradan keçən milyonlarla il ərzində heç dəyişməmişdir.

Darvinin davamçıları üçün isə problem Darvinin dövründəkindən də çox oldu. Yer üzü təbəqələrinin böyük hissəsindən çıxan yaşayan fosillərin sayı milyonları keçdi. Keçid fosili axtarışları yaşayan fosillərin tapılması ilə nəticələnirdi. Canlılar milyonlarla illik təbəqələrdən hazırda olduqları kimi ortaya çıxırdılar. Bu da təkamül nəzəriyyəsi üçün böyük bir süqutun ən vacib dəlillərindən idi.

Darvin öz dövründəki yaşayan fosillərin varlığından kəskin şəkildə narahat olmasına baxmayaraq, bunların çoxluğunun o qədər də fərqində deyildi. Çünki gələcəkdə nə qədər yaşayan fosil nümunəsi tapılacağından xəbəri yox idi. Darvindən sonra onun gözlədiyi keçid formalarının əvəzinə, müntəzəm olaraq yaşayan fosil nümunələri tapıldı. Bu, Darvin və nəzəriyyəsi üçün böyük itki idi.

Hazırda fosil təbəqələrindən milyonlarla yaşayan fosil nümunələri çıxarılmışdır. Bu fosillərin bir qismi mediada işıqlandırılmış, əksəriyyəti isə müxtəlif muzeylərin anbarlarında saxlanılmışdır. Lakin bu fosilləri gizlətməklə həqiqəti yox etmək mümkün deyil. Çünki tədqiq edilən hər bir fosil təbəqəsi yeni yaşayan fosil nümunələri verir. Yenilikləri mətbuatdan izləyənlər çox nadir hallarda tapılmış bir neçə yaşayan fosil nümunəsinin var olduğunu zənn edirlər. Lakin bu məlumat yanlışdır. Bu fosillər hər yerdədir və hazırkı canlıların milyonlarla il əvvəlki nümayəndələridir.

Darvinin izah edə bilmədiyi fosil qeydlərindəki bu durğunluğu onun davamçıları da açıqlaya bilmir. Əvvəlcə, təkamülçülər iddia edirdilər ki, 350 milyon illik fosil nümunələri olan tarakan kimi canlılar hər mühitdə yaşaya və qidalana bilən canlılar olduqlarına görə dəyişməmişdilər. 350 milyon il əvvəlki tarakanın kompleks quruluşu ilə necə ortaya çıxdığı sualına cavab verməyən təkamülçülər bu canlının mühitə nə qədər uyğun olsa da, təkamül iddiasına əsasən dəyişikliyə məruz qalmalı olduğuna qəsdən göz yumublar. Sonra digər canlılar üçün başqa iddialar da irəli sürülmüşdür.

200 milyon illik hatteriya kərtənkələsinin dəyişməməsinə görə bu canlının yavaş təkamül keçirdiyini iddia etmişdilər. Lakin nəyə görə isə bu iddia sürətlə çoxalan tarakanları və 3,5 milyard illik fosilləri olan və dəqiqələr ərzində çoxalan arxebakteriyalara aid deyildi. Təkamülçülərin yaşayan fosillərin bir hissəsini ön plana çıxartmalarının səbəbi də budur. Bir neçə fosil üçün elmdən kənar, məntiqsiz və əsassız səbəblər uydurmaq onlar üçün adi haldır. Əgər bütün yaşayan fosillər işıqlandırılsa, hər biri üçün bəhanə tapmaq nə mümkün olacaqdı, nə də inandırıcı.

kedi balığı ve fosili

95 milyon il yaşamış pişik-akulaların dövrümüzdəki nümunələrindən heç bir fərqi olmadığını göstərən bu fosil qarşısında darvinistlərin nəzəriyyələrinin xəyal məhsulu olan bir hekayə olduğunu qəbul etməkdən başqa edə biləcəkləri bir şey yoxdur.

“New Scientist” jurnalı “təkamül mərhələləri yaşayan fosillərin inadkarlığını izah edə bilmir” şərhinə təkamülçülərin daima əsassız bəhanə axtarmalarını və bunların necə nəticəsiz qaldığını bildirmiş və belə davam etmişdir:

akrep ve fosili

110 milyon illik əqrəb fosili

“Bütün bunlar bu istisnalı həyatın sirrini axtaranlara çox qarışıq bir mənzərə təqdim edir. Ümumiləşmiş və ya xüsusiləşmiş ol. Sürətli və ya yavaş yaşa. Sadə qal və ya qalma. Doğru zamanda doğru yerdə ol. Əgər digər bütün şeylər müvəffəqiyyətsiz olsa, bu zaman hər şeyə qarşı çıxa bilən fiziologiya ilə müqəddəsləşmiş super növ olmağı sınaqdan keçir...”8

Başqa sözlə, darvinistlər yaşayan fosillərə yaradılışdan başqa hər cür izah verməyə hazırdırlar. “New Scientist” jurnalının da açıq şəkildə bildirdiyi kimi, bütün izahlar nəticəsiz qaldıqda bunu super növ olaraq qəbul etmək də mümkündür. Darvinistlərə görə, ən əsası bu canlının yaradıldığını qəbul etməməkdir.

Onsuz da, sabitliyi sübut edən saysız-hesabsız fosillər Darvinin iddia etdiyi, hazırkı darvinistlərin də, adətən, dilə gətirməkdən çəkindikləri əsassız fikirləri təkzib etmişdir. Yaşayan fosillər ssenari uydurulmayacaq qədər çoxdur və təkamülün baş vermədiyini açıq-aydın göstərir. Təkamülə əsasən, canavara oxşar bir canlı bir gün dənizə girib əlli milyon il ərzində nəhəng dəniz məməlisi olan balinaya çevrilmişdir.9 Əgər təkamül bütün məntiqsizliyə baxmayaraq, bu qədər qısa müddətdə canavara bənzər quru canlısını balinaya çevirə bilirsə, necə olur ki, bir salamandranı 160 milyon il ərzində heç bir dəyişikliyə məruz qoymamışdır? Bu suala heç bir təkamülçü elmi olaraq cavab verməmişdir.

Bu, yalnızca salamandraya deyil, hazırda yaşayan nümunələri olan və kitabın növbəti bölmələrində görəcəyiniz saysız-hesabsız canlılara da aiddir. Amerika Təbiət Tarixi Muzeyinin paleontoloqlarından təkamülçü Nils Eldric fosil qeydlərindəki sabitliyin saysız-hesabsız dəlillərlə sübut edildiyini belə ifadə etmişdir:

“Artıq sabitlik növlərin təkamül tarixində əsas paleontoloji kəşf kimi təsdiq olunmuşdur”.10

çekirge ve fosili

110 milyon illik əqrəb və 108-92 milyon illik çəyirtkə fosilləri bu canlıların on milyonlarla il boyu eyni quruluş və xüsusiyyətlərə sahib olduqlarını, heç dəyişmədiklərini, yəni təkamül keçirmədiklərini göstərir.

 

kaplanlar

Təkamül nəzəriyyəsi canlılar aləminin mənşəyini açıqlaya bilmədiyi kimi, növlərin müxtəlifliyi qarşısında da çarəsizdir.

Yer üzündəki nümunələr əksər canlıların milyonlarla il əvvəl də eyni anatomik xüsusiyyətlərə sahib olduqlarını sübut etmişdir. Belə ki, 100 milyon il əvvəl yaşamış həşərat fəsilələrindən 84%-i bu gün də yaşayır.11 Botanik Marqaret Helder (Margaret Helder) təkamülçü Nils Eldricin fikirlərini dilə gətirərək yaşayan fosillərdəki möhtəşəm müxtəlifliyi belə bildirmişdir:

evrim, yaratılış, fosiller

A. Elmi mövzularla yaxın əlaqəsi olmayan insanlar mətbuatdakı xəbərlərə əsaslanaraq aparılan qazıntı işlərində nadir fosil nümunələrinə rast gəlindiyini zənn edirlər. Yenə mətbuatın yönləndirməsi ilə tapılan bu fosillərin də təkamül nəzəriyyəsinin dəlilləri olduğunu düşünürlər. Halbuki həqiqət belə deyil. Böyük Britaniyada, Rusiyada, Livanda, Kanadada, Madaqaskarda, Çində, ABŞ-da, Braziliyada, Peruda, qısası, demək olar ki, dünyanın hər yerində bu günə qədər milyonlarla fosil tapılmışdır və hələ də tapılır. Bu fosillər dünyanın fərqli ölkələrindəki muzeylərdə və ya alimlərin, tədqiqatçıların xüsusi kolleksiyalarında mühafizə olunur. Darvinistlər nə qədər bu tapıntıları əslindən uzaqlaşdıraraq ictimaiyyətə təqdim etsələr də, böyük əksəriyyətini xalqdan gizlətməyə çalışsalar da, həqiqətləri gizlətmələri artıq mümkün deyil. Fosillərin göstərdiyi həqiqət budur:

1. Canlılar aləmi mərhələli şəkildə yaranmamış, hər canlı növü birdən-birə üzə çıxmışdır.
2. Canlılar nəsilləri davam etdiyi müddət ərzində heç dəyişməyiblər.

Başqa bir ifadə ilə, darvinistlərin canlıların kiçik dəyişikliklər keçirərək bir-birindən törədikləri nəzəriyyəsi əsassızdır. Bütün canlıları Allahın yoxdan yaratdığı elmi şəkildə təsdiqlənmiş həqiqətdir.

B. Livandaki Haqel Muzeyində Nümayiş Olunan Fosil Nümunələri
C. ABŞ Təbiət Elmləri Muzeyinin Keçmiş Rəhbəri Prof. Robert Krossun Şəxsi Kolleksiyasindan Seçmələr

1. Livandan əldə edilmiş skat nümunəsi
2. Təxminən 300 milyon yaşındakı dəniz atı nümunəsi
3. Təxminən 300 milyon illik üç fərqli növ dəniz laləsi
4. Almaniyadan əldə edilmiş salamandra nümunəsi. Miosen dövrünə (23-5 milyon il) aiddir
5. Çində tapılmış qurbağa nümunəsi
6. Livanda tapılmış omar nümunəsi
7. Yelkən balığı nümunəsi

“Bir orqanizmin yaşayan fosil olaraq müəyyən olunması onu araşdıran şəxsin onun canlı halı ilə fosili arasında axtardığı bənzərlik dərəcəsinə əsaslanır. Əgər orqanizmin ümumi kateqoriyaları baxımından eyniləşdirmə aparılsa, yəni ümumi olaraq süngərlər, ümumi olaraq ayıdöşəkləri (qıjılar), hətta ayıdöşəklərinin müəyyən qrupları kimi, onda Nils Eldricin fikirlərinə əsasən, bu cür dəyərləndirməyə görə, demək olar ki, hər şey yaşayan fosildir.12 Tərif bu qədər geniş saxlansa da, saxlanmasa da, yaşayan fosillərin az olmadıqları nəticəsinə varmaq çox etibarlı və dəqiqdir”.13

Şübhəsiz ki, bu canlıların çoxlu sayda ortaya çıxması ağıllı, düşünən insanlar üçün təəccüblü deyil. Əgər insan qarşısındakı nümunələrlə bütün canlıları Allahın yaratdığını dərk edirsə, onda fosil qeydlərinin nümayiş etdirdiyi həqiqəti də başa düşür. Canlılar təkamül keçirməmiş, ani surətdə, kompleks şəkildə və ən mükəmməl xüsusiyyətləri ilə ortaya çıxmışdır. Bu, bütün canlıların yaradıldığını göstərir. Bu gün heyranedici xüsusiyyətlərə sahib olan bir canlını milyonlarla il əvvəl də yaratmaq Allah üçün çox asandır. Yaşayan fosillər bunu dərk edən insanlar üçün Allahın yaratmasının dəlilidir. Yerin təbəqələri Darvinin iddia etdiyi təkamül dəlillərini vermir, yaradılışı təsdiq edir. Nils Eldric bunu etiraf edən təkamülçülərdən sadəcə biridir:

“Sadə nəticələr işə yaramır. Darvin bizə təbii seçmənin bu cür izlər buraxmalı olduğunu söyləmişdi. Lakin 1960-cı illərdə orada olacağını düşündüyümüz yavaş və sabit dəyişiklik nümunələrini tapmaq üçün dağlardan fosillərimizi toplayarkən boş yerə çalışdığımın fərqinə vardım. Darvinin iddiasının əksinə, fosil qeydlərində gördüm ki, növlər bir dəfə ortaya çıxdıqdan sonra heç bir dəyişikliyə məruz qalmamışdır. Növlər təkidlə və qəddarcasına təsadüfə qarşı çıxırdı”.14

Bütün bunlar onu göstərir ki, təkamülçülərin fosil qeydlərindəki dəlillər, təkamül prosesi və canlılardakı mərhələli və sıçrayışlı dəyişiklik kimi iddiaları ancaq spekulyasiyadan ibarətdir. Fosil qeydlərindəki həqiqətlərə baxanlar darvinist spekulyasiyalara inanmayacaq. Bu spekulyativ iddialar kitabın növbəti bölmələrində daha ətraflı şəkildə təkzib edilmişdir.

Dünya miqyasında məşhur fransız zooloq və təkamülçü Pyer-Pol Qrasse (Pierre-Paul Grassé) təkamül yanılmasını belə ifadə etmişdir:

“Culian Haksli (Julian Huxley) və digər bioloqların təkamül gedişatı iddiaları ancaq demoqrafik həqiqətlərin, regional genotip dalğalanmalarının və coğrafi paylanmaların müşahidəsindən ibarətdir. Sözügedən növlər yüzlərlə əsrdir dəyişmədən qalmışdır! Ətraf mühit nəticəsində meydana çıxan dalğalanma, daha əvvəl genomda baş verən dəyişikliklərlə birlikdə təkamül mənasını vermir. Biz də bir çox panxronik növlərdə (milyonlarla il ərzində dəyişməyən yaşayan fosillər) bunun dəlillərinə sahibik”.15

Yaşayan fosillərin tapıldığı ölkələrin hökumətləri bu əhəmiyyətli elmi dəlilləri işıqlandıraraq bunları dünyaya tanıtmalıdır. Əks halda, elmi həqiqətlərə zidd olan təkamül nəzəriyyəsi təbliğat və saxtakarlıqla dəstəklənməyə davam edəcək. Yer üzündəki həyat tarixini sənədləşdirən fosil qeydlərinin göstərdiyi həqiqət budur: canlılar təkamül keçirməmiş, kompleks xüsusiyyətləri ilə bir anda ortaya çıxmışdır. Yəni fosillər yaradılışı təsdiq edir.

fosil

Darvinistlər canlıların təkamül keçirdiyini göstərən bir dənə belə fosil göstərə bilmirlər, bunun qarşılığında isə yüzlərlə muzeydə nümayiş olunan, bir çox muzeydə anbarlarda gizlədilən, bir çox universitetin paleontologiya şöbəsində mühafizə edilən, alimlərin və tədqiqatçıların kolleksiyalarında saxlanılan milyonlarla fosil nümunəsi canlıların yaradıldığını söyləyir. Bu fosillərin sayının çoxluğu qarşısında təkamülçülərin fosil tapıntılarının təkamülü dəstəkləmədiyini qəbul etməkdən başqa çarələri yoxdur.

Belə ki, artıq bir çox təkamülçü də fosil izlərinin olduqca zəngin olduğunu, lakin bu zənginliyin təkamülü dəstəkləmədiyini, tam əksinə, qüvvədən saldığını qəbul edir. Bu isimlərdən biri Qlazqo Universitetinin professoru T.Nevill Corcdur:

“Artıq fosil qeydlərinin kasadlığına görə üzr istəməyə ehtiyac yoxdur. İş elə gətirib ki, bunlar (fosil qalıqları) o qədər zəngindir ki, demək olar, onlarla bacara bilmirik… Lakin fosil qeydləri hələ də boşluqlardan ibarət olmağa davam edir”. (T. Neville George, “Fossils in Evolutionary Perspective”, Science Progress, c. 48, Yanvar 1960, səh. 1- 3)

 

Qeydlər

7– Peter Douglas Ward, On Methuselah’s Trail, W. H. Freedman and Company, 1992, səh. 10

8– “The Creatures Time Forgot”, New Scientist, 23 oktyabr 1999, səh. 36

9–“Balinaların Evrimi”, National Geographic Türkiye, noyabr 2001, səh. 156-159

10– Niles Eldredge, Reinventing Darwin, 1995, səh. 77 – http://bevets.com/equotese.htm

11– Michael J. Samways, Melodie A. McGeoch, Tim R. New, Insect Conservation: A Handbook of Approaches and Methods, Oxford University Press, 2010, səh. 2

12– N. Eldredge, Steven M. Stanley, Living Fossils, Springer Verlag, New York, səh. 291

13– http://www.create.ab.ca/living-fossils-how-significant-are-they/

14– Niles Eldredge, Reinventing Darwin, 1995, səh. 3 – http://bevets.com/equotese.htm

15– Phillip E. Johnson, Darwin On Trial, Intervarsity Press, Illinois, 1993, səh. 27

7 / total 19
"Harun Yəhyanın Fosillər Darvinizmi Təkzib Edir kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top