< <
10 / total: 19

Təkamülçülərin Ara Keçid Forma Iddiası

Təkamülçülər fosil qeydləri vasitəsilə canlıların mərhələlərlə təkamül keçirdiyi iddialarını sübut etmək istəyirlər. Lakin hazırda fosillərin 99%-inin tapılmasına baxmayaraq, təkamül iddiasını təsdiq edən bircə dəlil belə mövcud deyil. Buna görə də bəzi təkamülçülər nəzəriyyələrinə dəlil gətirmək üçün özləri fosil hazırlamağa çalışmış, lakin bunun saxtakarlıq nümunəsi olduğu üzə çıxmışdır. Hazırda yerin təbəqələrindəki fosillər canlıların ilk yaradıldıqları gündən bəri qüsursuz mövcud olduqlarını təsdiq edir. Qlazqo Universitetindən paleontologiya professoru T.Nevill Corc illər əvvəl bu həqiqəti belə qəbul etmişdir:

“Artıq fosil qeydlərinin kasadlığına görə üzr istəməyə ehtiyac yoxdur. İş elə gətirib ki, bunlar (fosil qalıqları) o qədər zəngindir ki, demək olar, onlarla bacara bilmirik… Lakin fosil qeydləri hələ də, əsasən, boşluqlardan ibarət olmağa davam edir”.44

Harvard Universitetindən paleontoloq Nils Eldric isə Darvinin “fosil qeydləri kifayət deyil, ona görə keçid formaları tapılmır” iddiasının əsassız olduğunu belə bildirmişdir:

“Bütün dəlillər fosil qeydlərinin ortaya qoyduğu nəticənin doğru olduğunu göstərir: (fosil qeydlərində) müşahidə edilən boşluqlar tarixdəki həqiqi hadisələri əks etdirir. Bunlar qeyri-kafi fosillərin nəticəsi deyil”.45

Əksər insanlar fosil qeydləri ilə Darvinin nəzəriyyəsi arasında müsbət əlaqə olduğunu düşünürlər. “Science” jurnalındakı məqalədə bu yanlış fikirdən belə bəhs edilir:

“Təəssüf ki, təkamül xarakterli biologiya və paleontologiya sahələrindən kənarda qalan bir çox ali təhsilli elm xadimləri fosil qeydlərinin darvinizmə uyğun olduğu yanlış fikrinə qapılıblar. Bu, böyük ehtimalla, köməkçi mənbələrdəki qeyri-adi sadələşdirmədən irəli gəlir; aşağı səviyyəli dərsliklər, yarımpopulyar məqalələr və s... Həmçinin böyük ehtimalla, bir az qərəzli düşüncə də araya girir. Darvindən sonra onun tərəfdarları bu sahədə (fosillər sahəsində) yeniliklərə nail olmağı ümid edirdilər. Bu yeniliklər əldə edilməmiş, lakin yenə də nikbin formada gözləmə davam etmiş və bir qisim xəyali fantaziyalar da dərsliklərə qədər girmişdir”.46

Amerikalı paleontoloq S.M.Stenli də fosil qeydlərinin ortaya qoyduğu bu həqiqətin elm dünyasına hakim olan darvinist doqma tərəfindən necə görməzlikdən gəlindiyini və cəmiyyətdən necə gizlədildiyini belə izah edir:

“Məlum olan fosil qeydləri mərhələli təkamülə uyğun deyil və heç vaxt da uyğun olmayıb. Diqqət çəkən isə odur ki, bir sıra tarixi şərtlər vasitəsilə bu mövzuya qarşı olan fikirlər gizlədilmişdir... Bir çox paleontoloqlar əllərindəki dəlillərin Darvinin kiçik, yavaş və mərhələli dəyişikliklərin yeni növü əmələ gətirməsi iddiası ilə ziddiyyət təşkil etdiyini hiss etmiş, ... lakin onların bu düşüncələri susdurulmuşdur”.47

Evrimcilerin Sahte Delilleri

Milyonlarca gerçek fosilin karşısında evrimcilerin delil iddiasıyla halka sunduğu fosiller sahtekarlık, saptır- ma, göz boyama ve aldatmacadan ibarettir. Örneğin;

piltdown adamı
SAXTA

Piltdaun Adamı

Milyonlarla həqiqi fosilin qarşısında təkamülçülərin dəlil kimi xalqa təqdim etdiyi fosillər tamamilə saxtadır. Məsələn;

– Darvinistlərin illərlə müdafiə etdiyi, mətbuat orqanlarından dərsliklərə qədər hər yerdə xalqa dəlil kimi göstərdiyi Piltdaun adamının mövcud olmadığı, fosilin insana aid kəllə sümüyünə oranqutan çənəsi yapışdırmaqla əldə olunduğu;

– Təkamülçülər tərəfindən Nebraska adamı adı ilə təkamülə dəlil olaraq tanıdılan tək bir diş fosilinin, əslində, bir çöl donuzuna aid olduğu,

– At skeleti kimi tanıdılan saxta fosillərin keçmişdə fərqli dövrlərdə və fərqli ərazilərdə yaşamış canlı növlərindən ibarət olduğu,

– Ramapitek fosili və avstralopitek seriyasının keçmişdə yaşamış və nəsli kəsilmiş meymun növlərindən ibarət olduğu, bu fosillərin tamamilə gözdən pərdə asmağa yönəlmiş şəkildə təsvir edildiyi,

– Hekkel tərəfindən ortaya atılan və guya rüşeymin ana bətnində inkişafı zamanı təkamül mərhələlərinin qısa təkrarı fərziyyəsinə əsas kimi təqdim edilən şəkillərin tamamilə saxtakarlıqdan ibarət olduğu anlaşılmış və darvinistlərin əllərində nəzəriyyələrini müdafiə edə biləcəkləri heç bir vəsait qalmamışdır.

 

Qeydlər

44– T. N. George, “Fossils in Evolutionary Perspective”, Science Progress, cild 48, no. 189, yanvar 1960, səh.1, 3

45– N. Eldredge, I. Tattersall, The Myths of Human Evolution, Columbia University Press, 1982, səh. 59

46– Science, 17 iyul, 1981, səh. 289

47– S. M. Stanley, The New Evolutionary Timetable: Fossils, Genes, and the Origin of Species, Basic Books Inc. Publishers, N.Y., 1981, səh.71

10 / total 19
"Harun Yəhyanın Fosillər Darvinizmi Təkzib Edir kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top