< <
13 / total: 19

Darvinin Məntiqdən və Elmdən Kənar Formulu

Bir çox insan təkamül nəzəriyyəsinin elmi mövzu olduğunu və alimlər qədər biliyə sahib olmayanların darvinizmi anlaya bilmədiklərini, bu haqda müzakirə aparmağın yersiz olduğunu zənn edirlər. Belə ki, darvinistlər də bu yanlış düşüncəni yaymaq üçün latınca sözlərdən və xalqın bilmədiyi elmi terminlərdən istifadə edir, qarışıq izahlar verir, tez-tez demaqoqluğa əl ataraq və boş şüarlar səsləndirərək hər hansı elmi mövzudan bəhs etdikləri təəssüratını yaratmağa çalışırlar.

tesadüf

1. Palçiq
2. Zaman

3. Təsadüf
4. Təbiət Hadisələri

Halbuki darvinizmin əsas iddiası tamamilə elmə ziddir və bu iddiadakı məntiqsizlik ibtidai sinif şagirdlərinin anlayacağı qədər açıqdır. Guya ibtidai dünya mühitində palçıqlı su hövzəsində, necə olduğu izah edilə bilməyən formada ilk hüceyrə əmələ gəlmiş, sonra təsadüflər bu hüceyrədən heyvanları, bitkiləri, insanları və mədəniyyətləri əmələ gətirmişdir. Yəni bütün insanlar və mədəniyyət, bütün bitki və heyvan aləmi guya bol miqdarda palçığın, uzun zamanın və təsadüfün əsəridir.

Məntiq əskikliyi yaşayan darvinistlərə görə, şüuru olmayan bu maddələr ağıllı və vicdanlı, düşünən, sevən, mərhəmət göstərən, mühakimə qabiliyyətinə sahib, tablolar və heykəllər düzəldən, simfoniyalar bəstələyən, romanlar yazan, göydələnlər inşa edən, atom reaktorlarını quran, xəstəliklərin səbəbini tapan və şəfaya səbəb olan dərmanlar hazırlayan, siyasəti yönləndirən insanları əmələ gətirmişdir.

Müəyyən müddət keçdikdən sonra təsadüflər nəticəsində palçıqlı sudan aslanlar, pələnglər, dovşanlar, marallar, fillər, pişiklər, itlər, kəpənəklər, milçəklər, timsahlar, balıqlar və quşlar çıxmışdır. Həmçinin bu palçıqdan bir-birindən fərqli qoxusu və dadı olan müxtəlif meyvələr və tərəvəzlər, portağallar, çiyələklər, bananlar, almalar, üzümlər, pomidorlar, bibərlər, bənzərsiz görünüşləri ilə çiçəklər və digər bitkilər çıxmışdır.

Qısası, Çarlz Darvindən bu günə qədər saysız-hesabsız təkamül məqalələrində, kitablarda, filmlərdə, qəzet xəbərlərində, jurnal yazılarında və televiziya proqramlarında danışılan nağıl təsadüfən bataqlıqdan ortaya çıxan canlıların ssenarisindən ibarətdir.

Yəni siz bir darvinistə “bu mədəniyyət necə əmələ gəldi?”, “bu qədər fərqli canlı növü necə meydana çıxdı?”, “insan necə yarandı?” suallarını versəniz, sizə verəcəyi cavab müxtəsər şəkildə budur: təsadüflər müəyyən zaman ərzində bir bataqlığın içindən bütün bu sayılanları əmələ gətirdi.

Şübhəsiz ki, bu cür hekayəyə inanmaq üçün ya ağılsız olmaq, ya da dərk etmə və düşünmə qabiliyyətindən tamamilə məhrum olmaq lazımdır. Lakin ən təəccüblüsü isə odur ki, bu cür ağıldan və məntiqdən uzaq olan bir nəzəriyyə illər ərzində dəstək görmüş, elm adı altında gizlənərək davamlı təlqin edilmişdir.

darwinizm formülü

Darvinizmin formulu
1 + 2 + 3 = 4
Çoxlu palçıqlı su + uzun zaman + çoxlu təsadüf = mədəniyyət

Darvinizmin Yalanları İfşa Olunmuşdur

atın sözde evrimi

Təkamülçülərin xəyal gücündən istifadə etməklə ortaya atdıqları atın təkamülü sxemləri elmi deyil. Dünyanın fərqli yerlərində fərqli dövrlərdə yaşamış, fərqli canlı növlərinə aid fosil nümunələri bir-birinin arxasına qoyularaq düzəldilmişdir. Əslində isə, belə bir təkamül prosesi heç vaxt baş verməmişdir.

Təkamül Ağaci Saxtakarliği

Təkamülçülər nəsli kəsilmiş meymunlara və keçmişdə yaşamış bəzi insan irqlərinə aid kəllə sümüklərindən istifadə edərək xəyali təkamül ağacı düzəltməyə çalışırlar. Lakin elmi dəlillər buna fürsət vermir.

19-cu əsrin ibtidai şəraitində irəli sürülən təkamül nəzəriyyəsinin inkişaf edən elm və texnologiyanın kəşfləri ilə əsassızlığı sübut edilmiş, Darvinin iddialarının heç bir əsasının olmadığı məlum olmuşdur. Təkamül prosesinin mexanizmləri olaraq irəli sürülən təbii seçmə və mutasiyaların yeni canlı növləri əmələ gətirməsinin mümkün olmadığı məlum olmuşdur.

Darvinizmə əsas zərbəni vuran isə fosillər olmuşdur. Darvinin iddiasına əsasən, bütün canlı növləri bir ibtidai əcdaddan əmələ gəlmişdir. Bu iddianın sübut edilməsi üçün canlı tarixinin sənədi olan fosil qeydlərində bu saxta ibtidai əcdadı və bu xəyali əcdaddan növlərin necə inkişaf etdiyini göstərən izlər olmalı idi. Məsələn, əgər darvinistlərin iddia etdiyi kimi, bütün məməlilər sürünənlərdən törəyibsə, mütləq yarı sürünən, yarı məməli canlıya aid fosil tapılmalı idi. Aparılan tədqiqatlarda bir çox canlı növlərinə aid milyonlarla fosil əldə edilmişdir. Lakin canlı növləri arasında keçid olduğunu göstərən bircə fosil belə tapılmamışdır. Tapılan bütün fosillər canlıların sahib olduqları bütün xüsusiyyətlərlə, qüsursuz şəkildə və ani surətdə ortaya çıxdıqlarını, yəni yaradıldıqlarını göstərir.

Bu həqiqət qarşısında təkamülçülər müxtəlif yalanlara baş vurdular. Paleontologiyanın üz qarası kimi qəbul edilən saxta fosillər hazırladılar. Nəsli kəsilmiş bəzi canlılara aid fosillər üzərində dəyişikliklər edərək və müxtəlif ssenarilər irəli sürərək insanları aldatmağa çalışdılar.

Bu ssenarilərin ən məşhuru “atın təkamülü” nağılıdır. Hindistan, Cənubi Amerika, Şimali Amerika və Avropada müxtəlif dövrlərdə yaşamış, müxtəlif növ canlılara aid fosillər təkamülçülərin xəyal gücləri sayəsində kiçikdən-böyüyə doğru düzülərək saxta sxem hazırlandı. Müxtəlif tədqiqatçıların irəli sürdükləri 20-dən çox atın təkamülü sxemi vardır.

Hər biri digərindən fərqli olan bu nəsil ağacları haqqında təkamülçülər arasında da fikir birliyi yoxdur. Bu ardıcıllıqdakı yeganə ortaq məqam təxminən 55 milyon il əvvəl Eosen dövründə (54-37 milyon il) yaşamış eohippus (hyracotherium) adlı itəbənzər canlının atın ilk əcdadı olduğuna inanılmasıdır. Halbuki atın milyonlarla il əvvəl yox olmuş əcdadı kimi təqdim edilən eohippus hələ də Afrikada yaşayan və atla heç bir əlaqəsi və oxşarlığı olmayan daman (hyrax) adlı heyvanın, demək olar ki, eynisidir.56

Eohippus ilə eyni təbəqədə dövrümüzdə yaşayan at cinslərinin də (equus nevadensis və equus occidentalis) fosilləri tapılmışdır.57 Bu, hazırda yaşayan at ilə onun iddia edilən əcdadının eyni dövrdə yaşadığını göstərir. Bu da atın təkamülü prosesinin heç vaxt baş vermədiyinin sübutudur.

Təkamülçülərin irəli sürdükləri atın təkamülünün aqibəti quşların, balıqların, sürünənlərin və məməlilərin, qısası, bütün canlı növlərinin xəyali ortaq əcdadları və iddia edilən nəsil ağacları üçün də qüvvədədir.

Şeytanın Oyunu Pozulmuşdur

Darvinizm dünya tarixinin ən əhatəli və ən təəccübləndirici yalanı olaraq tarixə düşmüşdür. Milyardlarla insanın sanki hipnoza düşmüş kimi bu yalana aldanması, bütün məntiqsiz iddialarına baxmayaraq, darvinizmdən təsirlənməsi, əslində, möcüzəvi haldır. Bu günə qədər dünya səviyyəsində təkamül nəzəriyyəsinə dəstək verilməsi və bu nağılın bu cür qəbul edilməsi şeytanın insanlar üzərindəki oyunudur. Şeytan darvinizmi irəli sürərək böyük kütləni idarə edir.

Yaxın tarixə qədər heç kim şeytanın bu oyununu pozmağa və insanlara həqiqəti göstərməyə cəsarət etməmişdir. Lakin yaşadığımız əsrdə şeytanın bu oyunu tamamilə pozulmuşdur. Bu saxtakarlığın cavabı hərtərəfli izah edilmiş, cəmiyyətlər bu haqda tam şəkildə maarifləndirilmişdir. Allahın izni ilə, darvinizmin süqutu dayandırılması mümkün olmayan həddə çatmışdır. Darvinist dünya imperiyasındakı təşvişin əsl səbəbi də budur.

Bu kitabın bir bölməsində yer verdiyimiz fosillər darvinist-materialist ideologiyaya vurulan ağır elmi zərbənin nümunəsidir. Bu kitab və “Yaradılış atlası” kimi əsərlər darvinistlər tərəfindən gizlədilən fosilləri ortaya çıxarmış, bütün insanlara canlıların təkamül keçirmədiyini göstərmişdir. Bu kitabda qeyd edilən fosillərin hər biri canlıların təkamül keçirmədiyini bəyan edir. Burada müəyyən sayda nümunələri göstərilmiş 600 milyondan artıq fosil təkamül prosesinin xəyal və nağıl olduğunu sübut edən dəlildir. Yüz milyonlarla fosil canlıların heç vaxt dəyişmədiklərini, keçid mərhələlərdən keçmədiklərini və bütün orqanları ilə bir anda mövcud olduqlarını göstərir. Yaradılışı sübut edən yüz milyonlarla fosil tapıldığı halda, bircə keçid forma fosili belə yoxdur. Bunun mənası isə aydındır: təkamül yoxdur, yaradılış elmi həqiqətdir. Bu həqiqət qarşısında darvinistlərin təqdim edə bildikləri hər hansı dəlil, müdafiə edə bildikləri hər hansı izahları yoxdur. Məhz buna görə də fosillər darvinizmə fikri cəhətdən öldürücü zərbəni endirmişdir.

tesadüf

100 Milyon İllik Timsah Fosili

Timsahlar yaşayan fosil nümunələrindən biridir. Bütün bədən quruluşları qüsursuz şəkildə birdən-birə üzə çıxmış və yüz milyon ildən çoxdur ki, (timsahların 140 milyon illik fosilləri mövcuddur) heç bir dəyişiklik keçirmədən dövrümüzə qədər gəlib çatmışdır. Şəkildəki 100 milyon illik timsahla dövrümüzdəkilər arasında  fərqin olmaması bu həqiqəti bir daha vurğulayır.

 

Qeydlər

56– Francis Hitching, The Neck of the Giraffe: Where Darwin Went Wrong, New York: Ticknor and Fields, 1982, səh. 30-31

57– Francis Hitching, The Neck of the Giraffe, səh. 30-31

13 / total 19
"Harun Yəhyanın Fosillər Darvinizmi Təkzib Edir kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top