< <
16 / total: 19

Bitki Fosillərindən Nümunələr

bivalve, bivalves, fossil

Söyüd Yarpağı

Dövr: Paleogen
Yaş: 58 milyon il
Ərazi: ABŞ

 

bivalve, bivalves, fossil

Qarağac Yarpağı, Budaqları ilə Birlikdə

Dövr: Eosen
Yaş: 54 - 37 milyon il
Ərazi: Kanada

Fosil qeydlərində istənilən bitki növünün kiçik dəyişikliklər nəticəsində təkamül keçirərək başqa bir bitkidən əmələ gəldiyini göstərən bir nümunə belə yoxdur. Əldə edilən saysız-hesabsız fosil nümunələri hər bir bitkinin özünəməxsus xüsusiyyətlərlə yaradıldığını və mövcud olduğu müddət ərzində heç bir dəyişikliyə məruz qalmadığını göstərir. Bu həqiqəti göstərən dəlillərdən biri də şəkildə gördüyünüz 54-37 milyon illik qarağac yarpağının budaqları ilə birlikdə əmələ gəlmiş fosilidir.

 

bivalve, bivalves, fossil

Fıstıq Yarpağı

Dövr: Eosen dövrü
Yaş: 54 - 37 milyon il
Ərazi: Kanada

Fıstıq ağacı, əsasən, Avropa, Asiya və Şimali Amerikada mövcud olan ağac növüdür. Fıstıqkimilər fəsiləsinə daxil olan bu ağacların heç vaxt təkamül keçirmədiklərini göstərən mühüm dəlillərdən biri fosil qeydləridir. Fosil qeydlərindən məlum olduğu kimi, hər zaman eyni görünüşdə və xüsusiyyətlərdə olan fıstıq ağacı on milyonlarla il boyunca ən kiçik dəyişiklik belə keçirməmişdir. Bu da bəhs olunan ağacın başqa bitkidən mərhələli şəkildə törəmədiyini və başqa bitkiyə çevrilmədiyini göstərir. Bütün digər canlılar kimi Rəbbimiz fıstıq ağacını da üstün ağılla, nümunə götürmədən və qüsursuz olaraq yaratmışdır.

 

bivalve, bivalves, fossil

Qoza

Dövr: Paleogen
Yaş: 65 - 23 milyon il
Ərazi: Almaniya

Aid olduqları ağacın çoxalması üçün lazım olan toxumları daşıyan qozaların quruluşu digər bütün canlılar kimi milyonlarla il ərzində heç bir dəyişikliyə məruz qalmamışdır. Bugünkü qozalarla eyni olan 65-23 milyon il yaşındakı qozalar tarix boyu təkamülün heç vaxt baş vermədiyinin önəmli nümunələrindəndir.

 

bivalve, bivalves, fossil

Maqnoliya Yarpağı

Dövr: Eosen
Yaş: 54 - 37 milyon il
Ərazi: Kanada

Fransız bioloq Pyer Manyolun (Pierre Magnol) şərəfinə adlandırılan maqnoliya ağacının təqribən 210 növü məlumdur. Təxminən 95 milyon illik fosilləri tapılan maqnoliyalar yaradıldıqları andan etibarən hər zaman maqnoliya kimi mövcud olmuşlar, başqa hər hansı bir bitkidən törəməmiş, başqa bir bitkiyə çevrilməmişlər. Fosil qeydləri bu həqiqətin ən önəmli dəlilləridir. Şəkildə gördüyünüz fosil isə təxminən 50 milyon il yaşındadır.

 

bivalve, bivalves, fossil

Qərb Çinarı, Toxumları ilə Birgə

Dövr: Oliqosen
Yaş: 37 - 23 milyon il
Ərazi: ABŞ

Bitkilərin ortaq əcdaddan törədiklərini iddia edən təkamülçülər bu iddialarını sübut edən bir elmi dəlil belə ortaya qoya bilməyiblər. Digər tərəfdən, bitkilərin özünəməxsus xüsusiyyətlərlə ayrı-ayrı yaradıldıqları və təkamül keçirmədiklərini göstərən saysız-hesabsız tapıntı var. Bunlardan biri də şəkildə gördüyünüz 37-23 milyon il yaşındakı toxumları ilə birlikdə fosilləşmiş qərb çinarı budağıdır. Bugünkü qərb çinarlarının toxumlarından heç bir fərqi olmayan bu fosil təkamülün əsassızlığının dəlillərindəndir.

 

bivalve, bivalves, fossil

Ərkəvan Yarpağı

Dövr: Eosen
Yaş: 50 milyon il
Ərazi: Kanada

Həm ümumi quruluş, həm də mikrobioloji cəhətdən tədqiq edildikdə yarpaqların hər cəhətdən maksimum enerji istehsalını təmin etmək üçün planlanmış, olduqca təfsilatlı və mürəkkəb sistemlərə malik olduğunu görürük. Yarpaq enerji hasil etmək üçün istilik və karbonu xarici mühitdən almalıdır. Yarpaqlardakı bütün strukturlar da onları asanlıqla qəbul edə bilən formada nizamlanmışdır. Məsələn, yarpaqların xarici səthi genişdir, bu da fotosintez üçün lazım olan qaz mübadiləsinin (karbonun udulması və oksigenin xaric edilməsi kimi əməliyyatların) asan baş verməsini təmin edir.

Mövcud olduqları ilk andan etibarən bütün bitkilərin yarpaqları bu xüsusiyyətlərə malikdir. Heç biri bunları təsadüflər nəticəsində özbaşına qazanmamışdır.

 

bivalve, bivalves, fossil

Ginkqo Yarpağı

Dövr: Eosen
Yaş: 50 milyon il
Ərazi: Kanada

Canlıların mənşəyini izah etməkdə aciz qalan təkamül nəzəriyyəsi ginkqoların on milyonlarla il ərzində dəyişmədən qaldıqlarını göstərən fosil nümunələri qarşısında da çarəsizdir. Canlıların nəsli davam etdikcə dəyişmədən qaldıqlarının isbatı olan fosillər təkamül nəzəriyyəsinə böyük zərbə vurmuşdur. Digər bir çox elm sahəsi kimi paleontologiya da yaradılışın aydın həqiqət olduğunu təsdiqləyir.

bivalve, bivalves, fossil

Təxminən 150 ildir ki, dünyanın dörd tərəfində fosil araşdırmaları aparılır. Bu araşdırmalar nəticəsində milyonlarla fosil əldə edilmişdir. Ancaq bu fosillərin içində bir dənə də olsun yarımçıq inkişaf etmiş, iki fərqli canlının xüsusiyyətlərini daşıyan, keçid forma təyinatlı, yəni təkamülçülərin iddialarını dəstəkləyən fosil tapılmamışdır. Tapılan hər fosil canlıların anidən ortaya çıxdıqlarını və nəsilləri davam etdikcə heç dəyişmədiklərini ortaya qoyur. Bunun mənası isə məlumdur: canlıları Allah yaratmışdır.

Şəklin altında: Qrin-River, ABŞ

 

bivalve, bivalves, fossil

Ginkqo Yarpağı

Dövr: Eosen
Yaş: 54-37 milyon il
Ərazi: Kanada

Tarix boyu tısbağalar tısbağa, ağcaqanadlar ağcaqanad, qarışqalar qarışqa, ginkqo yarpaqları da ginkqo yarpağı olaraq mövcud olmuş və bu cür də yaşamağa davam etmişlər. Ginkqo yarpağı fosillərinin istənilən qədər keçmiş nümunələrinə də baxsaq, onların indiki ginkqolarla eyni olduğuna şahid oluruq. Bundan yüz milyonlarla il əvvəlki də, 50 milyon il əvvəlki də, bugünkü də eyni yarpaqdır. O da bütün digər canlılar kimi heç bir dəyişiklik keçirməmiş, təkamülə məruz qalmamışdır. Bunun səbəbi hər birinin Allahın üstün sənəti ilə eyni formada yaradılmasıdır.

 

bivalve, bivalves, fossil

Ayıdöşəyi

Dövr: Daş kömür
Yaş: 320 milyon il
Ərazi: İngiltərə

Bütün canlılar kimi bitkilər də yaradılmışdır. İlk ortaya çıxdıqları andan etibarən bütün mexanizmləri əskiksizdir. Təkamülçü ədəbiyyatda istifadə olunan zaman ərzində inkişaf, təsadüflər nəticəsində dəyişikliklər, zərurətdən meydana gələn adaptasiyalar və s. kimi terminlər heç bir həqiqətlə uzlaşmır və elmi məna ifadə etmir. Fosil tapıntıları bu həqiqətin ən önəmli dəlilləridir.

 

bivalve, bivalves, fossil

Fıstıq Yarpağı

Dövr: Eosen
Yaş: 50 milyon il
Ərazi: Kanada

150 ildən çoxdur ki, aparılan bütün araşdırmalara və sərf edilən böyük əmək və imkanlara baxmayaraq, təkamül nəzəriyyəsini dəstəkləyən dəlillər, nə olursa olsun, ortaya çıxmır. Halbuki əgər təkamül deyə bir şey baş versə idi, bu barədə saya-hesaba gəlməyən qədər çox dəlil tapılmalı idi. Belə ki, Darvindən bu günə qədər bir çox təkamülçü alimlər çoxlu sayda dəlilin labüdlüyünü, amma bunların heç cür tapıla bilmədiyini qəbul etmişdir.

Digər tərəfdən, yaradılışın apaçıq həqiqət olduğunu ortaya qoyan saysız-hesabsız dəlil və tapıntılar var. Bunlardan biri də fıstıq ağacının 50 milyon il ərzində heç dəyişmədiyini, yəni təkamül keçirmədiyini sübut edən şəkildəki fosil nümunəsidir.

 

bivalve, bivalves, fossil

Sekvoya Yarpağı

Dövr: Eosen
Yaş: 50 milyon il
Ərazi: Kanada

Sekvoya ağacının bu günə qədər gəlib çatan saysız-hesabsız qalıqları bu bitkinin on milyonlarla il boyunca dünyanın müxtəlif yerlərində nəslini davam etdirdiyini və heç bir dəyişikliyə uğramadığını sübut edir. Darvinistlərin bitkilərin xəyali təkamülünə dair fərziyyələri bu önəmli dəlillər sayəsində aradan qalxmış vəziyyətdədir. 50 milyon illik sekvoya yarpağı da təkamülü aradan qaldıran dəlillərdən biridir.

 

Kanadadakı Keş Krik adlı formasiya çoxlu sayda və fərqli növə aid bitki fosilinin əldə edildiyi yerlərdən biridir. Bu formasiya təxminən 50 milyon il əvvəl ətrafdakı dağlarda və hövzələrdə mövcud olan meşənin izlərini daşıyır. Yarpaqlar, çiçəklər və digər bəzi kiçik canlılar küləklərin və axar suların təsiri ilə ərazidəki gölə daşınaraq burada dibə çökmüş və fosilləşməyə başlamışdır.

Bu günə qədər ərazidən əldə edilən fosillərin 2/3-si bugünkü bitkilərə aid nümunələrdir. Bir qismi də çox nadir tapılan və ya hələ təyin olunmamış bitkilərin fosilləridir.

Təxminən 50 milyon illik fosil meşəsinə sahib olan bu ərazinin silisiumla zəngin strukturu çox yaxşı qorunmuş fosil nümunələri əldə edilməsinə imkan yaradır. Bu elementlər sayəsində tapılan fosillərin bu günə qədər mövcud olan nümunələri ilə birlikdə kompleks müqayisəsi mümkündür və bu müqayisə məlum həqiqəti yenidən göz qabağında qoyur: canlılar on milyonlarla ildir ki, eynidirlər, başqa sözlə, təkamül keçirməyiblər.

bivalve, bivalves, fossil

Keş Krik formasiyası, Kanada

Polşada Baltik kəhrəbasının əldə edildiyi ərazilərdən biri

bivalve, bivalves, fossil

Paleontoloqların illər boyu davam edən fəaliyyətləri darvinistlərin qarşısına hər zaman eyni həqiqəti çıxarır: elmi dəlillər təkamül nəzəriyyəsini təkzib edir.

 

bivalve, bivalves, fossil

İrqa Yarpağı

Dövr: Eosen
Yaş: 54-37 milyon il
Ərazi: Kanada

Bütün canlılar kimi bitkilər də fosil qeydlərində bir anda və özünəməxsus quruluşları ilə ortaya çıxır. Bu gün malik olduqları görünüş və xüsusiyyətləri necədirsə, milyonlarla il əvvəl də sahib olduqları görünüş və xüsusiyyət də elədir. Bu məlumat bizə canlıların üstün ağıl sahibi Yaradıcı tərəfindən yaradıldığını göstərir.

 

bivalve, bivalves, fossil

At Şabalıdı Yarpağı

Dövr: Paleosen
Yaş: 58 milyon il
Ərazi: ABŞ

Fosil qeydləri təkamül nəzəriyyəsini yerlə bir edən vacib dəlillərdən biridir. Alimlərin böyük əksəriyyəti, əslində, bu həqiqətin fərqindədir. Məsələn, N.Eldric və Y.Tattersoll bu barədə belə deyirlər:

“Ayrı növlərə aid fosillərin fosil qeydlərində üzə çıxdıqları cizgi boyunca fərqinə varılacaq dərəcədə eyni qalması Darvin öz “Mənşəyi”ni (“Növlərin mənşəyi” kitabını) nəşr etdirməzdən çox əvvəllər də paleontoloqlara məlum idi. Darvin özü isə… gələcək paleontoloq nəsillərinin bu boşluqları şövqlü araşdırmalarla dolduracaqlarını proqnozlaşdırmışdı... Sonrakı yüz iyirmi illik paleontoloji tədqiqat ərzində geniş miqyasda aydın olmuşdur ki, fosil qeydləri Darvinin proqnozlarının bu hissəsini təsdiq etməyəcək. Problem heç də ümidsiz dərəcədə kasad qeydlərdə (fosil qeydlərində) deyil. Fosil qeydləri, sadəcə olaraq, həmin proqnozun səhv olduğunu göstərir”. (N.Eldredge, I.Tattersall, “The Myths of Human Evolution”, Columbia University Press, 1982, səh. 45-46)

Darvinin fərziyyələrinin yanlış olduğunu göstərən bu fosillərdən biri də şəkildəki 58 milyon illik at şabalıdı yarpağı fosilidir.

 

bivalve, bivalves, fossil

Ayıdöşəyi

Dövr: Daş kömür
Yaş: 300 milyon il
Ərazi: İngiltərə

Fosil qeydləri digər canlılar kimi bitkilərin də təkamül prosesini keçirmədiyini sübut etmişdir. 300 milyon il əvvəl yaşamış ayıdöşəyilər (qıjılar) istər görünüş, istərsə də quruluş cəhətdən bugünkü ayıdöşəyilər ilə tamamilə eynidir. Bu eynilik təkamülü təkzib edir, yaradılışın elmi və aydın həqiqət olduğunu ortaya qoyur. Bütün canlıları malik olduqları bütün xüsusiyyətlərlə, əskiksiz və qüsursuz olaraq uca Allah yaratmışdır. Fosil qalıqları da bu həqiqəti dəstəkləyir.

 

bivalve, bivalves, fossil

Sekvoya Qozası

Dövr: Tabaşir
Yaş: 146 - 65 milyon il
Ərazi: ABŞ

100 metrdən də çox boy ata bilən və adətən, Şimali Amerikada rast gəlinən sekvoyaların on milyonlarla ildir ki, eyni olduqlarını göstərən saysız-hesabsız fosil nümunələri var. Şəkildəki fosil isə təxminən 140 milyon il yaşındadır. Bu nümunələr bitkilərin ilk dəfə necə ortaya çıxdığını və hansı yolla bu qədər çox növə malik olduğunu elmi olaraq açıqlaya bilməyən təkamülçüləri təkrarən səssizliyə məhkum etmişdir. Hər biri özünəməxsus xüsusiyyətləri ilə fosil qeydlərində birdən-birə təzahür edən və milyonlarla il boyunca heç dəyişmədən nəsillərini davam etdirən bitkilər, məlumdur ki, uca Allah tərəfindən yaradılıblar.

 

bivalve, bivalves, fossil

Allophyllum Yarpağı

Dövr: Eosen
Yaş: 54 - 37 milyon il
Ərazi: ABŞ

Polemoniaceae fəsiləsinə daxil olan bu bitkilər milyonlarla ildən bəri dəyişməyən quruluşları ilə təkamül nəzəriyyəsinə meydan oxuyan canlılardandır. Saysız-hesabsız fosil nümunəsi təkamülün heç vaxt baş vermədiyini göstərdiyi halda, darvinistlərin nəzəriyyələrini israrla müdafiə etməsi tapıntıların daşıdığı mənanı düşünməmələrindən irəli gəlir. Bu günə qədər tapılan milyonlarla fosillərin içində bir dənə də keçid forması tapılmadığını heç düşünməyən təkamülçülər eyni nağılları danışmağa davam edirlər. Əvvəllər bu nağıllarla təsəlli tapan və özlərini ovunduran təkamülçülər artıq bu gün çox təfərrüatlı məlumatlara malik insan kütlələri qarşısında yalan danışa bilmirlər.

 

bivalve, bivalves, fossil

Qovaq Yarpağı

Dövr: Eosen
Yaş: 54 - 37 milyon il
Ərazi: ABŞ

Qovaqların başqa bir bitkidən törəmədiklərini, hər hansı bir əcdadlarının olmadığını və həmişə qovaq kimi mövcud olduqlarını göstərən bu fosil yaradılış dəlilidir.

Qovaqların hər cəhətdən eynisi olan və təxminən 50 milyon il əvvəl yaşamış qovaq ağacları təkamülün təxəyyül məhsulu ssenari olduğunu göz qabağında qoyur.

 

bivalve, bivalves, fossil

Yalançı Sərv Yarpağı

Dövr: Eosen
Yaş: 50 milyon il
Ərazi: Kanada

Şəkildəki iynəyarpaqlı bitkilərdən olan yalançı sərv ağacının 50 milyon ildən bəri dəyişmədiyini göstərən fosil təkamülçülərin iddialarının doğru olmadığını sübut edir. Çarlz Darvinin iddialarına görə, keçmişdə yer üzündə xəyali ortaq əcdaddan digər canlı növlərini mərhələli törədən təkamül prosesi baş verməlidir. Ancaq fosil qeydləri istisnasız olaraq bunun tamamilə əksini göstərir. Nəsli kəsilmiş və ya davam edən müxtəlif canlılara aid saysız-hesabsız qalıqlar var, amma bu qalıqların aid olduğu bitkilər Darvinin nəzəriyyəsinin ehtiyac duyduğu kimi, bir-birləri ilə qohumluq əlaqələri göstərmir. Məlum olan hər fosil məlum olan hər canlı kimi özünəməxsus xüsusiyyətlərə sahibdir. Təbiət tarixi bir-birinə çox bənzəyən və yaxın növlərə deyil, bir-birlərindən çox fərqli və aralarında quruluş cəhətdən böyük fərqlər olan qruplara ayrılmışdır.

 

bivalve, bivalves, fossil

Qovaq Yarpağı

Dövr: Eosen
Yaş: 50 milyon il
Ərazi: ABŞ

Paleobotanik Daniel Akselrod “The evolution of flowering plants” (Çiçəkli bitkilərin təkamülü) adlı məqaləsində çiçəkli bitkilərin mənşəyi mövzusunda belə deyir:

“Örtülütoxumluların, yəni çiçəkli bitkilərin əcdadı olan ibtidai qrup fosil izlərində hələ müəyyənləşdirilməyib və ya mövcud olan heç bir örtülütoxumlu bu cür bir əlaqəyə işarə etmir”. (Daniel Axelrod, “The Evolution of Flowering Plants”, Evolution After Darwin, cild 1, redaktor: S. Tax, Chicago, University of Chicago Press, 1960, səh. 264-274)

Bu etirafdan da aydın olduğu kimi, təxminən 150 ildən etibarən aparılan fosil tədqiqatları çiçəkli bitkilərin ortaq əcdadı olaraq səciyyələndirilən bir fosil belə ortaya qoya bilməmişdir. Bu da bitkilərin uzun zaman ərzində kiçik dəyişikliklərə uğrayaraq bir-birilərindən törədiklərini iddia edən darvinistləri təkzib edir. 50 milyon illik qovaq yarpağının da göstərdiyi kimi, on milyonlarla il keçməsinə baxmayaraq, bitkilər heç dəyişməmiş, yəni təkamül keçirməmişdir.

 

bivalve, bivalves, fossil

Doqquzdon Yarpağı

Dövr: Paleosen
Yaş: 58 milyon il
Ərazi: ABŞ

Bir çox alimlər də təkamül nəzəriyyəsinin elmi dəlillərlə dəstəklənmədiyini və xəyali hekayədən başqa bir şey olmadığını ifadə edirlər. Təkamülçü bioloqlar Gilbert, Opits və Raff 1996-cı ildə “İnkişaf biologiyası” jurnalında yayımlanan məqalələrində Darvinin təkamül nəzəriyyəsinin həllini tapmadığını belə ifadə edirlər:

“Qudvinin 1995-ci ildə bildirdiyi kimi, növlərin mənşəyi, yəni Darvinin problemi hələ də həllini tapmayıb”. (Scott Gilbert, John Opitz, and Rudolf Raff, “Resynthesizing Evolutionary and Developmental Biology”, Developmental Biology, cild 173, məqalə no. 0032, 1996, səh. 361)

Bu sözlər təkamülün konkret elmi dəlillər qarşısındakı məğlubiyyətinin etirafıdır. Şəkildəki 58 milyon illik doqquzdon yarpağı fosili də bu məğlubiyyəti bir daha gözlər önünə sərir.

 

bivalve, bivalves, fossil

Sabunağacı Yarpağı

Dövr: Tabaşir
Yaş: 95 milyon il
Ərazi: Livan

Bu günə qədər əldə edilən heç bir fosil sabunağaclarının təkamül prosesini əks etdirməmişdir. Çünki bütün sabunağacı fosilləri bu gün mövcud olan sabunağacları ilə eyni xüsusiyyətlərə malikdir. Təkamülçülər yalnız sabunağaclarının deyil, heç bir canlının təkamül prosesini və ortaq əcdadını göstərə bilməzlər. Çünki fosil tapıntıları bütün canlı növlərinin yer üzündə birdən-birə ortaya çıxdığını göstərir. Bu günə qədər 250 min müxtəlif canlı növünə aid 100 milyonlarla fosil nümunəsi çıxarılmışdır, amma heç biri təkamül nağılını dəstəkləmir.

 

bivalve, bivalves, fossil

Astronium Çiçəyi

Dövr: Eosen
Yaş: 50 milyon il
Ərazi: ABŞ

Bu bitki fosilindən də məlum olduğu kimi, əgər canlı 50 milyon il ərzində heç bir dəyişiklik keçirmədən varlığını davam etdirirsə, bu halda, o canlının təkamül keçirdiyindən bəhs etmək heç cür mümkün deyil. Fosil qeydlərinə baxdığımız zaman bütün canlıların mövcud olduqları andan etibarən milyonlarla il ərzində heç dəyişmədiklərini görürük. Təkamülçülər bu vəziyyəti təkidlə görməzlikdən gəlməyə çalışır və sanki heç bu haqda məlumatları yox imiş kimi birtərəfli, yanlış məlumatlar verməyə davam edirlər. Halbuki özlərinin də 150 ildən çoxdur apardıqları qazıntı işləri və əldə etdikləri yüz milyonlarla fosil təkamülün heç zaman baş vermədiyini sübut edir.

 

bivalve, bivalves, fossil

Sassafras Yarpağı

Dövr: Miosen
Yaş: 23-5 milyon il
Ərazi: İspaniya

Bitkilərin təkamülü ssenarisini müdafiə edənlərin hal-hazırda qarşı-qarşıya qaldıqları ən böyük çıxılmaz vəziyyət ilk bitki hüceyrəsinin necə təkamül keçirməsidir. Bundan sonra gələn, bir hüceyrədən ilk bitkinin və bu bitkidən minlərlə cür fərqli bitkilərin necə yarandığı ilə bağlı suallar da cavabsızdır. Təkamülü göstərən bircə keçid forma fosili belə tapılmır. Yarımçıq inkişaf etmiş orqanlara və sistemlərə malik heç bir ibtidai bitki fosili yoxdur, bir bitkinin başqa bir bitkinin əcdadı olduğuna dair də əldə edilən heç bir dəlil yoxdur. Beləcə, bitkilərlə bağlı çəkilən təkamül ağacları tamamilə təxəyyül məhsuludur və heç bir elmi tərəfi yoxdur.

 

bivalve, bivalves, fossil

Quşarmudu Yarpağı (Sorbus Aucuparia)

Dövr: Miosen
Yaş: 10 milyon il
Ərazi: Macaristan

Əlimizdəki fosillər bitkilərin bir-birlərindən müstəqil olaraq, yer üzündə anidən ortaya çıxdıqlarını göstərir. Bunu Kembric Universitetindən təkamülçü prof. dr. Edred Korner belə etiraf edir:

“Hələ də qərəzsiziksə belə düşünürəm: bitkilərin fosil qeydləri xüsusi yaradılışın lehində görünür. Səhləbin, sugülünün və palmanın eyni əcdaddan gəlməsi ağlınıza batır? Üstəlik, bu ehtimal üçün heç bir sübutumuz yox ikən. Təkamülçülər  cavab vermək üçün hazırlaşmalıdırlar, amma məncə, əksər mübahisələr başlamadan bitəcək”. (E.J.H.Corner, “Evolution” – “Contemporary Botanical Thought”, A.M.Macleod, L.S.Copley (Chicago, Quadrangle Books, 1961))

 

bivalve, bivalves, fossil

Cercidiphyllum Yarpağı

Dövr: Paleosen
Yaş: 58 milyon il
Ərazi: ABŞ

Bitkilərin malik olduqları bütün quruluşlar bitki üçün olduqca həyati əhəmiyyətə sahibdir. Bitki yaşaya və çoxala bilmək üçün eynilə bugünkü kimi qüsursuz işləyən sistemlərin hamısına malik olmalıdır. Ona görə də bu quruluşlar pillə-pillə inkişaf edə bilməz. Tapılmış bütün bitki fosilləri də bitkilərin yer üzündə ilk ortaya çıxdıqları andan bu günə qədər eyni mükəmməl quruluşlara malik olduqlarını təsdiq edir. Bunlardan biri də şəkildə gördüyünüz və bütün təfərrüatları ilə qorunaraq bu günə qədər gəlib çatmış 58 milyon illik cercidiphyllum yarpağı fosilidir.

 

bivalve, bivalves, fossil

Araukariya Qozası

Dövr: Tabaşir
Yaş: 125 milyon il
Ərazi: Braziliya

Yer üzündə bir-birindən fərqli çoxlu sayda növ yaşayır. Bu canlılar darvinizmi tamamilə aradan qaldıran bir-birindən kompleks xüsusiyyətlərlə təchiz olunmuşdur. Darvinistlər bu həqiqətə qarşı heç bir izah tapa bilmirlər, bu canlıların milyonlarla il əvvəldən bu günə qədər çatan qüsursuz fosilləri onları sözün əsl mənasında çıxılmaz vəziyyətə salır.

Milyonlarla il əvvələ aid yaşayan fosillər canlıların təkamül keçirmədiyini, təkamül fərziyyəsinin dəlilsiz və tamamilə əsassız fərziyyə olduğunu göz önünə qoyur. Canlılar bütün kompleks təchizatı və növlərinə xas xüsusiyyətləri ilə milyonlarla il əvvəl də indi olduğu kimi Allahın yaratdığı möcüzədirlər.

 

bivalve, bivalves, fossil

Qozalı Ağac Budağı

Dövr: Tabaşir
Yaş: 125 milyon il
Ərazi: Braziliya

Bu 125 milyon il yaşındakı qozalı ağac fosilində bütün təfərrüatlar göz qabağındadır və ağacın bugünkü nümunələri ilə heç bir fərqinin olmadığı açıq-aydın görünür.

Təkamülçü əsərlər darvinistlərin fosillər qarşısında düşdükləri çıxılmaz vəziyyətin etirafları ilə bağlı yazılmış məqalələrlə və açıqlamalarla doludur. Bunlardan biri də Corc Qeylord Simpsona aiddir:

“Təkamül tarixinin böyük hissəsini təmsil edən keçid formaları haradadır? Hələ heç yerdə tapılmayıb. Bu, təkamülçülər üçün fosil qeydlərindəki təəccüblü boşluqlar baxımından çox vacibdir”. (G.G. Simpson, “The Meaning of Evolution”, Bentam Books, Inc. New York, 1971, səh. 16-19)

 

bivalve, bivalves, fossil

Qarağat Yarpağı

Dövr: Miosen
Yaş: 23 - 5 milyon il
Ərazi: ABŞ

Aparılan qazıntı işləri nəticəsində yer üzünün heç bir yerində yarımçıq inkişaf etmiş, iki fərqli növün xüsusiyyətlərini daşıyan hər hansı bir fosil nümunəsinə rast gəlinməmişdir. Bu vəziyyət təkamül fərziyyəsinin ən böyük müəmmasıdır. Belə ki, fərziyyənin banisi Çarlz Darvin də bu həqiqətin fərqində idi və fərziyyəsinin nə qədər çürük təməl üzərində qurulduğunu bilirdi. Darvinin bu mövzu ilə bağlı bir etirafı belədir:

“Əgər növlər digər növlərdən hiss edilməyəcək dərəcədə kiçik tədrici dəyişikliklərlə törəyibsə, nə üçün hər yerdə saysız-hesabsız keçid formalar görmürük? Nə üçün bütün təbiət qarma-qarışıqlıq içində deyil, bunun əvəzinə, gördüyümüz kimi tam nizamlanmış növlər vardır? ...Keçmişdə yer üzündə yaşamış keçid formalar olduqca nəhəng sayda olmalıdır. Bəs nə üçün hər geoloji formasiya və hər təbəqə bu cür keçid həlqələri ilə dolu deyil? Geologiya, düzü, heç belə bir dəqiqliklə dərəcələndirilmiş üzvi zəncir ortaya qoymur və bu, bəlkə də, mənim nəzəriyyəmə qarşı irəli sürülə biləcək ən bariz və ən ciddi etiraz olacaqdır”. (Çarlz Darvin, “Növlərin mənşəyi”, səh. 171, 280)

 

bivalve, bivalves, fossil

Likvidambar Meyvəsi

Dövr: Eosen
Yaş: 54-37 milyon il
Ərazi: ABŞ

Darvinin etiraf etdiyi kimi, keçid fosili deyə bir şey yoxdur. Darvinistlər şokdadırlar. Darvinin proqnozu özünü doğrultmamışdır. İnkişaf etmiş elm təbii seçmənin təkmilləşdirmə gücünün olmadığını, canlıların genetik quruluşlarının olduqca mürəkkəb olduğunu, bu mükəmməl quruluşa heç bir halda təsadüfi müdaxilənin edilə bilməyəcəyini, yeni genetik məlumat əlavə edilə bilməyəcəyini və canlıların cansız maddələrdən əsla meydana gələ bilməyəcəyini də ortaya çıxarmışdır.

Darvin bunları heç bilmirdi. Fosil qeydlərinin ardınca darvinistlərin başlarına gələn ən böyük fəlakət bir zülalı belə əmələ gətirə bilməmələri oldu. Laboratoriyalarda meydana gətirilə bilməyən zülalın, yəni hüceyrənin struktur vahidinin şüuru olmayan bir mühitdə TƏSADÜFƏN MEYDANA GƏLMƏSİ QEYRİ-MÜMKÜNDÜR. Bütün bu həqiqətlər darvinizmin çökməsinə səbəb olmuşdur.

 

bivalve, bivalves, fossil

Ərik Yarpağı

Dövr: Eosen
Yaş: 50 milyon il
Ərazi: Kanada

50 milyon il əvvəl də ərik ağacları eynilə bugünkü kimi çiçək açır, meyvə verirdi. 50 milyon il keçməsinə baxmayaraq, ərik ağaclarının heç dəyişmədiyini göstərən bu fosillər təkamülün olmadığının ən açıq dəlillərindən biridir.

 

bivalve, bivalves, fossil

Sumaq Yarpağı

Dövr: Oliqosen
Yaş: 30 milyon il
Ərazi: Fransa

Bu gün Darvinin təqribən 150 il əvvəl söylədiyi sözlər gerçək oldu və Darvinin 19-cu əsrdə etiraf etdiyi kimi, həqiqətən də, keçid forma fosili deyə bir şey olmadığı üzə çıxdı.

Yer üzünün sayıla bilinməyən qədər çox təbəqəsində 600 milyondan çox fosil tapılıb. Amma bunlardan bircə fosil belə keçid fosili deyil. Tapılan 600 milyondan çox fosil təbiətin Darvinin zənn etdiyi kimi, qarışıqlıq içində olmadığını, əksinə, bütöv, mükəmməl, qüsursuz və bütün hissələri yerli-yerində olan canlılardan ibarət olduğunu ortaya çıxardı. Heç bir geoloji quruluşda və heç bir təbəqədə canlıları bir-biri ilə əlaqələndirən keçid fosili olmadığı anlaşıldı. Məhz bu həqiqətlər 21-ci əsrdə darvinizmə ağır zərbə vurdu.

 

bivalve, bivalves, fossil

Sumaq Yarpağı

Dövr: Eosen
Yaş: 45 milyon il
Ərazi: ABŞ

Bitkilər milyonlarla il əvvəl də eynilə bugünkü kimi fotosintez edirdi. Betonları çatladacaq qədər güclü hidravlik sistemlərə, torpaqdan udulan suyu metrlərlə yuxarıya qaldıra bilən nasoslara, canlıların qidasını istehsal edən kimyəvi zavodlara malik idi. Bitkilər yüz milyonlarla il əvvəl yaradılmışdır. Onları yaradan aləmlərin Rəbbi olan Allah bu gün də onları yaratmağa davam edir. Allah bu həqiqəti “Nəml” surəsində belə bildirir:

Göyləri və yeri yaradan, sizin üçün göydən yağmur endirən kimdir? Biz onunla gözəl bağçalar saldıq. Halbuki siz onların ağaclarını da böyüdə bilməzdiniz. Heç Allahla yanaşı başqa bir məbudmu var? Xeyr, onlar (haqdan) yayınan adamlardır. (Nəml surəsi, 60)

 

bivalve, bivalves, fossil

Araukariya Qozası

Dövr: Yura
Yaş: 206-144 milyon il
Ərazi: Argentina

Bir çox qozalı ağacların yarpaqları sərt dəri kimidir və tökülmür. Yarpaqlarının üzərindəki parafinli səth də buxarlanma yolu ilə su itkisini azaldır və bu davamlılıq yarpaqların tökülməsinə və ya su təzyiqindən dolayı bitkinin solmasına mane olur. Bundan başqa, qozalı ağacların yarpaqlarının çoxu iynə şəklindədir və şaxtaya qarşı da dözümlüdür. Yarpaqların dayanıqlılığı önəmlidir, çünki hava şəraitinin əlverişli olduğu hər fürsətdə bitki dərhal fotosintez edərək qida ehtiyatı saxlayır.

Şəkillərdə gördüyünüz araukariya qozası da bu xüsusiyyətlərə malikdir və bitkilərin 206-144 milyon il əvvəldən bu günə qədər heç dəyişmədiyini bu fosillə sübut edir.

 

bivalve, bivalves, fossil

Avstriya Palıdının Yarpağı

Dövr: Pliosen dövrü
Yaş: 5,1 – 1,8 milyon il
Ərazi: Bolqarıstan

Bitkilər işığı qidaya çevirən fotosintez sistemləri, dayanmadan enerji və oksigen hasil edən, təbiəti təmizləyən, ekoloji tarazlığı təmin edən mexanizmləri, dad, qoxu, rəng kimi insana xitab edən estetik xüsusiyyətləri ilə möhtəşəm canlılardır.

Olduqca faydalı, misilsiz sistemlərə malik olan bitkilərin bu günə qədər sadəcə 10 000 növü tədqiq edilmiş, bu araşdırmalar nəticəsində hər bitkinin insanı heyrətləndirən yaradılış xüsusiyyətlərinə malik olduğu ortaya çıxmışdır.

Təkamülçülərin bitkilərin necə yarandığı sualına veriləcək məntiqli və elmi cavabları yoxdur. Digər mövzularda olduğu kimi, bitkilərin yaranması mövzusunda da tamamilə təxəyyülə əsaslanan ssenarilərdən başqa bir açıqlama verə bilmirlər. Bitkiləri yaradan göylərin, yerin və ikisi arasındakı hər şeyin yaradıcısı olan uca Allahdır.

 

bivalve, bivalves, fossil

Palma Yarpağı

Dövr: Eosen
Yaş: 50 milyon il
Ərazi: ABŞ

Təqribən 150 ildən bəri aparılan fosil tədqiqatları Darvinin və onu dəstəkləyən təkamülçülərin boş yerə ümidləndiklərini göstərmiş və bircə keçid formasına aid fosil belə tapılmamışdır. Hal-hazırda dünyanın hər yerində, minlərlə muzeydə və kolleksiyada təxminən 600 milyon fosil tapılıb. Bu fosillərin hər biri bir-birilərindən dəqiq göstəricilərlə fərqli, məxsusi quruluşlara malik növlərə aiddir. Təkamülçülərin ümidlə axtardıqları yarı balıq, yarı amfibiya; yarı dinozavr, yarı quş; yarı meymun, yarı insan və bunlara bənzər canlıların fosillərinə qətiyyən rast gəlinməmişdir. Əldə edilən fosillərin hər biri şəkildə gördüyünüz palma yarpağı kimi təkamülü təkzib edən dəlillərdir.

 

bivalve, bivalves, fossil

Yosun

Dövr: Tabaşir
Yaş: 95 milyon il
Ərazi: Livan

Fosil izlərində milyardlarla il əvvəl yaşamış canlıların belə fosilləri qorunmuşdur. Buna baxmayaraq, təkamülçülərin iddia etdikləri xəyali keçid formalarına aid bircə fosilin belə tapılmaması olduqca nəzərəçarpandır. Qarışqalardan bakteriyalara, quşlardan çiçəkli bitkilərə qədər bir çox canlı növlərinin fosilləri mövcuddur. Bunların hamısı təkamülün baş vermədiyinin dəlilidir. Şəkildə gördüyünüz 95 milyon illik yosun fosili də bunlardan biridir.

 

bivalve, bivalves, fossil

Ayıdöşəyi

Dövr: Oliqosen
Yaş: 25 milyon il
Ərazi: Dominikan Respublikası

Fosilləşmə prosesinin baş verdiyi yerlərdən biri də kəhrəbalardır. Ağaclardan ifraz olunan kəhrəbaların bir bitkinin, yaxud hansısa bir canlının üzərinə axıb donması nəticəsində həmin anın, sanki milyonlarla il qalacaq bir şəkli çəkilir. Kəhrəba fosillərinin səciyyəvi xüsusiyyəti həbs etdiyi canlının bütün toxumalarını mühafizə etməsidir. Yumşaq toxumaların ən xırda təfərrüatına qədər göründüyü kəhrəbalar canlıların yumşaq toxumalarında da milyonlarla ildir ki, heç bir dəyişiklik olmadığını sübut edir. Bu 25 milyon illik ayıdöşəyi fosilinin bu gün yaşayan ayıdöşəyi ilə heç bir fərqi yoxdur. Təkamül baş verməmişdir.

 

bivalve, bivalves, fossil

Qoz

Dövr: Pliosen
Yaş: 2,5 milyon il
Ərazi: Hollandiya

Təbiətdə, demək olar ki, hər yerdə yetişən fərqli növlərdə qoz ağacları var. Burada fosillərini gördüyümüz qozlar milyonlarla il ərzində heç bir dəyişikliyə uğramamış, yaradıldıqları ilk gündən etibarən eyni şəkildə varlıqlarını davam etdirmişdir.

 

bivalve, bivalves, fossil

Ağcaqovaq Yarpağı

Dövr: Eosen
Yaş: 50 milyon il
Ərazi: Kanada

İsveçli embrioloq Sören Lövtrup darvinizm yalanını bu sözlərlə dilə gətirmişdir:

“İnanıram ki, bir gün Darvin mifi elm tarixində ən böyük saxtakarlıq olaraq öz yerini tutacaq. Bu olanda da bir çox insanlar bu sualı verəcək: “Necə oldu ki, belə bir şey baş verdi?”” (S. Lovtrup, “Darwinism: The Refutation of a Myth”, London, Croom Helmm, 1987, səh. 422 – Nicholas Comninellis, “Creative Defense, Evidence Against Evolution”, Master Books, 2001, səh. 220)

İnsanlar, həqiqətən də, bu gün darvinistlər tərəfindən aldadılmağın sarsıntısını yaşamağa başlayıblar. Dünya miqyasında bir oyunun parçası olduqlarını gün keçdikcə daha çox başa düşürlər. Yaxın gələcəkdə batil darvinizm dininin əsl üzü bütün dünya tərəfindən tam şəkildə anlaşılacaq və insanlar, həqiqətən də, aldadılmaqlarını təəccüblə qarşılayacaqlar. Bu yalandan qurtulduqdan sonra darvinizmin kirləndirdiyi ağıl və vicdanları təmizlənəcək və hər şeyin Allahın möhtəşəm yaratmasının əsəri olduğunu qavrayacaqlar.

 

bivalve, bivalves, fossil

Bir Növ Palıd Yarpağı

Dövr: Oliqosen
Yaş: 30 milyon il
Ərazi: Fransa

Yer üzündə yaşayan və nəsli tükənmiş canlı növlərinin fosillərini tədqiq etdikdə hər birinin anidən ortaya çıxdıqlarını və varlıqlarını davam etdirdikləri müddət ərzində heç bir dəyişiklik keçirmədiklərini görərik. Allah bütün canlıları bu gün olduqları kimi yaratmışdır. Şəkildəki 30 milyon illik yarpaq fosili də yaradılış həqiqətini ortaya qoyur.

 

bivalve, bivalves, fossil

Dağdağan Yarpağı

Dövr: Eosen
Yaş: 50 milyon il
Ərazi: Britaniya Kanadası

Əsassızlığı elmi dəlillərlə qəti şəkildə ortaya qoyulmuş Darvinin təkamül fərziyyəsinə görə, canlılar bir ortaq əcdaddan gəlmiş və zaman ərzində kiçik dəyişikliklər keçirərək bir-birilərindən törəmişlər. Halbuki bu gün paleontologiya elminin ortaya qoyduğu dəlillərə görə, bütün canlılar bu gün mövcud olduqları formada ortaya çıxmışlar, yəni yaradılmışlar. Şəkildə görülən 50 milyon illik dağdağan yarpağı fosili də bunu sübut edən dəlillərdən biridir.

 

bivalve, bivalves, fossil

Avokado Yarpağı

Dövr: Eosen
Yaş: 50 milyon il
Ərazi: ABŞ

Təqribən 150 növü olan və qışda yarpaqlarını tökməyən persea cinsi bizə avokado kimi məlumdur. 50 milyon illik buavokado yarpağı fosili bu gün mövcud olanavokadoyarpaqları ilə tamamilə eynidir. Həm heyvanlar, həm də bitkilər müəyyən müddət ərzində heç bir dəyişikliyə uğramamış, təkamül keçirməmişlər. Bütün canlıları Allah yaratmışdır.

 

bivalve, bivalves, fossil

Plaun (Qurdayağı) Otu

Dövr: Daş kömür
Yaş: 330 milyon il
Ərazi: İngiltərə

Çay kənarlarında yaxınlıqdakı ağaclara sarmaşaraq yetişən bu bitki sarmaşdığı ağacın kökündəki sudan faydalanır. Plaunun bütün xüsusiyyətləri bundan yüz milyonlarla il əvvəl də bugünkülərlə eynidir. Şəkildə gördüyünüz 330 milyon illik plaun fosilinin bugünkü plaunlardan zərrə qədər belə fərqi yoxdur.

 

bivalve, bivalves, fossil

Şam İynəsi

Dövr: Miosen
Yaş: 23-5 milyon il
Ərazi: ABŞ

Qışda yarpaqlarını qoruyan iynəyarpaqlılardan olan şamlar qozalı ağac cinsidir. Təkamülçülər canlıların ortaq əcdaddan zaman ərzində kiçik dəyişikliklər keçirərək fərqli növlərə çevrildiyini iddia edirlər. Bu iddianın heç bir elmi əsası yoxdur. Fosil qeydləri canlıların əsla dəyişilmədiyini, yaradıldıqları ilk andakı kimi varlıqlarını davam etdirdiyini göstərir. Şəkildə gördüyünüz Miosen dövrünə aid şam iynəsi fosili də bu həqiqəti dəstəkləyən dəlillərdən biridir. Şamlar bundan milyonlarla il əvvəl də eyni cür yaşamışlar.

 

bivalve, bivalves, fossil

Distilium Yarpağı

Dövr: Eosen
Yaş: 50 milyon il
Ərazi: ABŞ

Dəmirağacıçiçəklilər fəsiləsinə daxil olan, yarpaqlarını tökməyən 18 fərqli növü olan bu bitkilər fosil qeydlərində iz buraxmış milyonlarla cinsdən biridir. Şəkildə 50 milyon illik distilium yarpağının quruluşuna baxdıqda bugünkü distiliumlarla tamamilə eyni olduğu görünür. Təkamülçülərin iddiaları doğru olsa idi, bu bitkilər ötən 50 milyon il ərzində bir çox dəyişikliklər keçirməli idi. Təkcə bu fosil belə darvinizmi təkzib edən dəlildir. Yerin təbəqələri eynilə bunun kimi tamamilə yaradılışı dəstəkləyən milyonlarla fosillə doludur.

 

16 / total 19
"Harun Yəhyanın Fosillər Darvinizmi Təkzib Edir kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top