< <
17 / total: 19

Kəllə Qutusu Fosillərindən Nümunələr

Kəllə qutusu fosillərinin darvinizmə vurduğu zərbə

Xəyali Illüstrasiya
fosiller, evrimcilerin hayali çizimleri, ara geçiş fosili

Fosilləri tədqiq edən hər təkamülçü öz fantaziyasının gücündən asılı olaraq fərqli ssenarilər qurur. Bu ssenarilərin heç bir elmi dəyəri yoxdur.

Darvinin insanlarla meymunların ortaq əcdaddan gəlməyi ilə bağlı iddiası ortaya atıldığı ilk dövrdə də, sonrakı dövrlərdə də elmi dəlillərlə dəstəklənə bilməmişdir. O dövrdən etibarən təxminən 150 il boyunca insanın təkamülü nağılını dəstəkləmək üçün edilən bütün cəhdlər boşa çıxdı. Tapılan fosillər meymunların hər zaman meymun, insanların da həmişə insan olaraq mövcud olduqlarını, meymunların insanlara çevrilmədiklərini və meymunla insanın ortaq əcdada sahib olmadığını sübut etmişdir.

Darvinistlərin güclü təbliğatına və akademik dairələrdəki hədə-qorxularına baxmayaraq, bir çox alimlər də bu həqiqəti dilə gətirmişdir. Bunlardan biri Harvard Universitetinin paleoantropoloqlarından Devid Pilbimdir. Pilbim insanın xəyali təkamülünün elmi məlumatlara əsaslanmayan iddia olduğunu belə ifadə edir:

“Müxtəlif elm sahələrindən savadlı bir alimi gətirsəniz və ona əlimizdəki yarımçıq dəlilləri göstərsəniz, şübhəsiz: “Bu mövzunu unudun, davam etmək üçün kifayət qədər dəlil yoxdur”, –deyəcəkdir”. 1

Paleoantropologiya üzrə “The Bone Peddlers” adlı kitabın yazıçısı Uilyam Fiks isə insanın xəyali təkamülünün dəlillərlə dəstəklənmədiyini belə ifadə edir:

“İnsanın mənşəyi haqqında heç bir şübhə duymamalı olduğumuzu söyləyən bir çox alimlər var, amma tək çatışmazlıqları hələ də heç bir dəlillərinin olmamasıdır...”2

gergedan kafatası, fosil

20 milyon illik kərgədan kəllə sümüyü fosili

Fosil qeydlərinin gətirdiyi məyusluq və düşdükləri sübutsuz vəziyyət qarşısında təkamülçülər heç bir həqiqəti əks etdirməyən kəllə qutularını yenidən sıralayaraq saxtalığı uzun müddət əvvəl təsdiqlənmiş fosillər üzərində spekulyasiyalar etməkdən başqa heç nə edə bilmədilər.

tiger skull

20 milyon illik pələng kəllə sümüyü fosili

Halbuki istər meymunların, istər digər canlıların, istərsə də keçmişdə yaşamış fərqli irqlərə aid insanların kəllə sümükləri üzərində aparılan tədqiqatlar bu canlıların sahib olduqları bütün xüsusiyyətlərlə mövcud olduqlarını və tarix boyu heç bir dəyişikliyə uğramadıqlarını göstərmişdir. Bunun mənası odur ki, canlılar təkamül keçirməmişlər, hər birini uca Allah yaratmışdır. Növbəti səhifələrdə yer verdiyimiz nümunələrdə də məlum olduğu kimi, qurbağa, kərtənkələ, iynəcə, milçək, tarakan kimi bir çox canlıların digər bədən üzvləri və orqanlarında olduğu kimi, baş nahiyələrində də heç bir dəyişiklik olmamışdır. Quşların və balıqların baş quruluşları da dəyişməmişdir. Pələng, canavar, tülkü, kərgədan, panda, şir, bəbir, kaftar kimi saysız-hesabsız heyvanların yaradıldıqları ilk andan etibarən on milyonlarla il ərzində kəllə sümükləri eynidir və bu eynilik canlıların təkamülü iddiasını təkzib edir.

Tarix Boyu Heç Bir Canli Növünün Kəllə Qutusunda Dəyişiklik Olmamişdir

Canlıların bütün bədən üzvləri və xüsusiyyətləri kimi kəllə sümükləri və baş quruluşları da milyonlarla ildən bəri dəyişməmişdir. Heç bir canlının kəllə qutusunda təkamül prosesi baş verməmişdir. Bu qədər çoxlu sayda canlı milyonlarla il təkamül keçirmədən qaldığı kimi, insan da təkamül prosesindən keçməmiş, bütün anatomik xüsusiyyətləri də daxil olmaqla, insan olaraq mövcud olmuşdur. Təkamülçülərin insanın xəyali təkamülünə sübut kimi ortaya qoyduğu kəllə sümükləri nəsli kəsilmiş meymunlara, yaxud da hal-hazırda yaşamayan müxtəlif insan irqlərinə məxsusdur. Bunların heç biri təkamülə dəlil deyildir.

fossils, rabbit, frog, fish, grasshopper

a. 54-37 milyon illik amiya balığı
c. 108-92 milyon illik çəyirtkə fosili

b. 50 milyon illik qurbağa fosili
d. 30 milyon illik dovşan fosili

 

fossil, wasp, herring, neuropteran, trout-perch

a. 48-37 milyon illik siyənək balığı fosili
b. 125 milyon illik torqanadlı həşərat fosili

c. 48-37 milyon illik eşşəkarısı fosili
d. 50 milyon illik qızılbalıq-xanı

 

Homo erectus

Homo erectus kəllələrindəki qalın qaş çıxıntıları, arxaya maili olan alın quruluşu kimi xüsusiyyətlər bu gün yaşayan bəzi irqlərdə də müşahidə edilir. Sağ tərəfdəki Malayziya yerlisində olduğu kimi.

Bütün bu canlılara aid olan dəyişməzlik insan üçün də qüvvədədir. Digər canlıların kəllə quruluşlarında on milyonlarla il ərzində heç bir dəyişiklik olmadığı kimi, insanların da kəllə sümüyündə heç bir təkmilləşmə baş verməmişdir. Balıqlar hər zaman balıq, quşlar hər zaman quş, sürünənlər hər zaman sürünən olduğu kimi, insanlar da həmişə insan olaraq mövcud olmuşdur. İstənilən canlının hər hansı bir orqanı və strukturunda təkamülçülərin iddia etdiyi kimi, ibtidaidən aliyə doğru təkamül deyə bir şeyin olduğu haqqında danışmaq əbəsdir.

Təkamülçülər insanın xəyali təkamülü nağılından bəhs edərkən tapdıqları kəllə qutularının həcmini, qaş çıxıntılarını və ya alın quruluşlarını göstərərək xəyali təkamül ardıcıllığı və nəsil ağacı qururlar. Halbuki təkamülçülərin ortaya qoyduqları kəllə sümüklərinin quruluşundakı fərqlər təkamülə dəlil deyil. Çünki bu kəllə sümüklərinin bir qismi nəsli kəsilmiş meymunlara, bir qismi də keçmişdə yaşamış fərqli insan irqlərinə aiddir. Müxtəlif insan irqlərinin fərqli kəllə quruluşuna malik olması isə çox təbii haldır. Piqmeylərlə ingilislərin, ruslarla çinlilərin, aborigenlərlə eskimosların, zəncilərlə yaponların alın quruluşlarında, göz çuxurlarında, qaş çıxıntılarnda, kəllə qutusu həcmlərində, təbii olaraq, fərqliliklər olmalıdır. Amma bu müxtəlifliklər bir irqin digərindən təkamül keçirdiyini, ya da digərindən ibtidai və yaxud ali olduğunu göstərmir. Aborigenlərin nəsli başqa bir nəsil ilə qarışmadığı halda, hər zaman eyni xüsusiyyətlərə sahib olaraq qalacaq. Nə qədər zaman keçsə də, bu insanlar daha fərqli xüsusiyyətlər qazanaraq təkamül keçirməyəcək, kəllə qutularının həcmi hal-hazırkından daha çox böyüməyəcək, fərqli anatomik xüsusiyyətlərə sahib olmayacaqlar.

İnsan İrqlərindəki Kəllə Qutusu Fərqləri

Bir yaponun zəncidən, eskimosun almandan fərqli kəllə quruluşuna sahib olması olduqca normaldır. Bu fərqliliklər bir irqin digərindən daha təkmilləşmiş, ya da daha geridə olduğunu göstərmir və qətiyyən təkamülə dəlil deyil. Allahın yaratmasındakı fərqlilik və üstünlükdür.

skull, human

a. Benqallı orta yaşlı kişi
b. 15-ci əsrdə yaşamış Peru yerlisi
c. 25-30 yaşında alman kişi

d. 35-40 yaşında zairli kişi
e. 35-40 yaşında eskimos kişi
f. Cənub şərqi Asiyadakı Solomon adalarında 1893-cü ildə vəfat edən kişi

Məsələn, təkamülçülərin xəyali olaraq ibtidai insan qəbul etdikləri homo erectus kəllə qutularında mövcud olan iri qaş çıxıntılarına və arxaya əyilmiş formada alın quruluşuna bu gün yaşayan bəzi Malayziya yerliləri də sahibdirlər. Əgər təkamülçülərin iddiaları doğru olsa idi, bəhs edilən Malayziya yerliləri də meymunluqdan yeni çıxmış, tam formalaşmamış insan quruluşu və görünüşündə olmalı idilər. Halbuki belə bir şeydən söhbət gedə bilməz. Homo erectus kəllə qutusunun anatomik xüsusiyyətlərinə hal-hazırda da rast gəlinməsi həm homo erectusun ibtidai insan olmadığını, həm də təkamülçülərin insanın nəsil ağacı ssenarisinin yalan olduğunu göstərir.

Keçmişdə Yaşamiş Fərqli İnsan İrqləri Təkamülün Dəlili Deyil!

Neandertallar (homo sapiens neanderthalensis) 100 min il əvvəl Avropada anidən ortaya çıxmış və təxminən 35 min il əvvəl də yox olmuş və ya digər irqlərlə qarışaraq assimilyasiya olmuş insanlardır. Bugünkü insanlardan yeganə fərqləri daha güclü skeletlərinin və kəllə qutuları həcminin orta hesabla daha böyük olmasıdır. Elmi kəşflər neandertalların dərrakə və mədəni cəhətdən bizdən fərqli olmadıqlarını göstərir.

Kromanyon isə 30 000 il əvvələ qədər yaşadığı güman edilən bir irqdir. Qübbə şəklində kəllə qutusuna, geniş alına malikdir. 1600 sm3 kəllə həcmi bugünkü insanlarınkından daha çoxdur. Kəllə qutusunda qalın qaş çıxıntıları var və arxa hissəsində neandertal adamının səciyyəvi xüsusiyyəti olan sümük çıxıntısı mövcuddur.

Neandertallar və kromanyonlarda görünən fiziki fərqlər bugünkü insan irqləri arasında da müşahidə edilir. Necə ki, amerikalı ilə eskimosun, yaxud afrikalı ilə avropalının anatomik cəhətdən fərqləri bu irqlərin birinin digərindən daha ibtidai, yaxud daha təkmilləşmiş olduğunu göstərmirsə, keçmiş irqlərin fiziki xüsusiyyətləri də onları daha geridə qalmış, yaxud meymunabənzər etmir. Bu irqlər digər irqlərlə qarışıb assimilyasiya olaraq, ya da naməlum şəkildə nəsilləri kəsilərək tarix səhnəsindən silinmişlər. Amma heç bir şəkildə ibtidai və ya yarı meymun deyil, tamamilə insandırlar.

İnsan İrqi: Neandertal

Neanderthals

a) Neandertal fleytası

Neandertallar sənət və estetika anlayışı olan, nəsli kəsilmiş insan irqidir. Təkamülçülər illər boyu neandertalları insanın meymunabənzər əcdadları kimi tanıdıblar, amma bu əhvalatları elmi dəlillərlə qəti şəkildə təkzib olunmuşdur.

Saxta neandertal ssenarilərindən bir neçə nümunə
Neanderthals

Müxtəlif illərdə xəyali təsəvvürə əsaslanaraq çəkilmiş guya neandertallara aid görüntülər.

Qısası, keçmişdə yaşamış bəzi insan irqlərinin bu gün yaşayan insanlardan fərqli anatomik quruluşa sahib olmaları heç cür təkamülə sübut ola bilməz. Anatomik müxtəliflik tarixin hər dövründə fərqli insan irqləri arasında müşahidə edilə bilər. Amerikanlarla yaponların, avropalılarla aborigenlərin, eskimoslarla zəncilərin və ya piqmeylərin kəllə qutuları eyni deyil. Amma bu vəziyyət sözügedən irqlərin birinin digərindən daha çox formalaşdığını və ya daha geridə qaldığını göstərmir.

Aborigines

Aborigenlərin nəsli başqa nəsillə qarışmadığı halda, hər zaman eyni xüsusiyyətlərə sahib olaraq qalacaq. Nə qədər zaman keçsə də, bu insanlar daha fərqli xüsusiyyətlər qazanaraq təkamül keçirməyəcək, kəllə qutularının həcmi hal-hazırkından daha çox böyüməyəcək, fərqli anatomik xüsusiyyətlərə sahib olmayacaqlar.

Min illər sonra 2000-ci illərdə yaşamış, 1,90 m boyunda, iri cüssəli bir amerikanın kəllə sümüyünü tapan gələcəyin alimləri bu kəllə sümüyünü yenə 2000-ci illərdə yaşamış, 1,60 m boyundakı bir yaponun kəllə sümüyü ilə müqayisə etsələr, kəllənin həcmində böyüklük olması ilə yanaşı, bir çox fərqlər görəcəklər. Bu fərqlərə əsaslanaraq yaponların ibtidai insanabənzər olduğunu, amerikanların isə xəyali təkamül pilləsində daha ali bir canlı olduğunu irəli sürsələr, əlbəttə, həqiqəti əks etdirməyən şərh vermiş sayılarlar.

Həmçinin kəllə qutusu həcmi insanın zəka və ya qabiliyyətinin göstəricisi deyil. Bədən quruluşu formalaşmış, amma zəkası kifayət qədər inkişaf etməmiş bir çox insan var. Həmçinin bədəni və uyğun olaraq kəlləsi digər insanlarla müqayisədə daha kiçik olan, ancaq çox zəkalı insanlar yaşayırlar. Bu insanların kəllə sümüklərinin gələcəyin bəzi alimləri tərəfindən ancaq ölçülərinə əsaslanaraq təkamül sırasına daxil edilməsinin, əlbəttə, elmi əsası olmayacaq. Çünki bu ardıcıllıq həqiqəti əks etdirməyəcək. Kəllə sümüyünün həcmindəki fərqin zəka və bacarıqla heç bir əlaqəsi olmadığı hər kəsə məlum olan bir həqiqətdir. Həyatı boyu gərgin zehni fəaliyyətlərlə məşğul olan bir insanın kəllə qutusu böyüməz, lakin zəkası güclənər. Zəka beyinin həcminə görə deyil, beyinin içindəki funksiyalara görə dəyişir.3

Meymunların Təqlid Qabiliyyətləri Onların İnsana Çevriləcəyini Göstərmir

hayali çizim

primitive human

Xəyali İllüstrasiya
Tarixin Heç Bir Dövründə İbtidai İnsan Yaşamamişdir

Bu şəkildə gördüyünüz və qəzetlərdə, televiziyalarda, jurnallarda, hətta dərsliklərdə tez-tez rast gəldiyiniz yarı meymun, yarı insan varlıqlar heç vaxt mövcud olmamışdır. Meymunlar hər zaman meymun, insanlar hər zaman insan olaraq var olmuşdur. Bu illüstrasiyalar təkamülçülərin yanlış məntiqlərinin məhsuludur. Düzgün tarixi əks etdirən məlumatlar deyil.

Darvinistlərin insanların guya meymunlardan təkamül keçirdiyi iddialarına əsas göstərməyə çalışdıqları məlumatlardan biri də bəzi meymun növlərinin təqlid qabiliyyətləridir.

Meymunlar qarşılarında gördükləri hərəkət və davranışları təqlid etmək qabiliyyətinə malikdirlər. Keçilən təlimlər sayəsində əşyaların formalarını və rənglərini ayırd edə bilir, mənalı reaksiyalar verə bilirlər. Amma bu, nə vaxtsa onların insana çevrilməsini təmin edə bilməz. Əgər belə olsa idi, zəkalı olması məlum olan digər heyvan növləri də zaman ərzində insan olmalı idi. Məsələn, tutuquşular da təlim keçdikdə kvadratı dairədən, qırmızını mavidən ayırd edə bilir, özbaşına əşyaları istənilən şəkildə yerləşdirə bilirlər. Bundan başqa, tutuquşuların meymunlardan da üstün cəhəti onların səsləri təqlid edərək danışıq qabiliyyətlərinin olmasıdır. Belə halda, darvinistlərin məntiqsiz iddialarına görə, tutuquşuların insana çevrilmə ehtimalı daha çox olmalıdır.

Zəkalı olduğu bilinən digər bir canlı da tülküdür. Darvinistlərin ağıl və elmdən kənar məntiqlərinə görə, tülkülərin də kəllə sümüyü həcmləri zaman ərzində zəkaları ilə mütənasib olaraq böyüməli və bir müddət sonra onlar da insan kimi ağıllı və şüurlu varlıqlara çevrilməlidirlər. Ancaq bu, heç bir zaman baş verməmişdir, nə qədər zəkalı olsalar da, tülkülər həmişə tülkü kimi qalmışdır.

Olduqca məntiqsiz olan bu iddiaları akademik karyeraya sahib insanların elmi terminlər və latınca ifadələrlə bəzəyərək ciddi tərzdə izah etməsi təəccüb doğurur. Meymunlar istədikləri qədər zəkalarını və əl qabiliyyətlərini təkmilləşdirsələr də, istədikləri qədər gördüklərini təqlid etsələr də, bu, onları nə vaxtsa insana çevirməyəcək. Meymunlar hər zaman meymun olaraq mövcud olmuşdur və meymun olaraq da qalacaqlar. İnsan isə Allahın ona lütf etdiyi ağıl, şüur və vicdanla, sahib olduğu bütün üstün xüsusiyyətlərlə fərqli olaraq yaradılmışdır. Yaradıldığı ilk andan etibarən tarix boyu hər zaman insan olaraq mövcud olmuşdur. Ağılın və elmin ortaya qoyduğu həqiqət budur.

İnsanın Təkamülü Nağılı Saxtakarlıqlarla Doludur

SAXTA
Ramapithecus
İlham Qaynağı: Bircə Çənə Sümüyü

İlk dəfə tapılan ramapitek fosili iki hissəli əskik bir çənədən ibarət idi (aşağıda). Amma təkamülçü rəssamlar bu çənə hissələrinə əsaslanaraq ramapitekin ailəsini və yaşadığı xəyali mühiti çəkməkdə heç bir çətinlik görməyiblər. Bir çənə sümüyünə baxaraq ailəsinə, yaşadığı mühitə qədər hər təfərrüatı çəkdikləri bu canlının adi meymun olduğu məlum olduqdan sonra ramapitek insanın xəyali nəsil ağacından səssiz-sədasız çıxarılmışdır. (David Pilbeam, “Humans Lose an Early Ancestor”, Science, aprel 1982, səh. 6-7)

Tarix boyu 6000-dən çox meymun növü yaşamışdır. Bunların əksər hissəsi nəsli kəsilərək yox olmuşdur. Bu gün sadəcə 300-ə qədər meymun növü yaşayır. Təkamülçülərin olduqca zəngin saxta məmulatlarının mənbəyi məhz bu 6000-ə yaxın nəsli tükənmiş meymun növlərinin fosilləridir. Heç vaxt konkret elmi dəlil ortaya qoya bilməyən təkamülçülər nəsli kəsilmiş meymunlara aid fosilləri qərəzli izahlarla bəzəyərək, sanki təkamül lehinə sübut imiş kimi tez-tez gündəmə gətirirlər. İllərdir bu üsullarla təkamülə tərəfdar toplamağa və insanları aldatmağa çalışıblar. Ancaq artıq bu üsulun fayda vermədiyini görməlidirlər.

Təkamülçülərin insanın təkamülü nağılını inandırıcı göstərmək üçün ortaya atdıqları saxta dəlillərdən bəzilərini bu cür xülasə edə bilərik:

1. Çarlz Douson tərəfindən 1912-ci ildə tapılan və 500 min il yaşında olduğu iddia edilən Piltdaun adamı illər boyu təkamülçülər tərəfindən insanın xəyali təkamülünün dəlili kimi mühafizə və müdafiə edilmişdir. Amma sonrakı dövrlərdə aparılan araşdırmalar böyük saxtakarlığı ortaya çıxartdı. İnsanın əcdadı olduğu iddia edilən Piltdaun adamının kəllə sümüyü 500 yaşında bir insana, çənə sümüyü isə yeni ölmüş oranqutana aid idi. İnsana aid olduğu təəssüratını formalaşdırmaq üçün sonradan dişlər əlavə edilmiş, oynaq nahiyələri yonulmuş, köhnəlmiş görünüşü vermək üçün kalium-dixromatla ləkələnmişdi.

2. 1922-ci ildə Amerika Təbiət Tarix Muzeyinin müdiri Henri Ferfild Osborn Pliosen dövrünə aid azı dişi fosili tapdığını açıqladı. İddiaya görə, bu diş insan və meymunların ortaq xüsusiyyətlərini daşıyırdı. Bu diş Nebraska adamı adlandırıldı. Bu bir dişə əsaslanaraq Nebraska adamının kəllə sümüyü və bədəninin rekonstruktiv şəkilləri çəkildi. Hətta daha da irəli gedilərək Nebraska adamının həyat yoldaşının və uşaqlarının təbii mühitdə ailəvi şəkilləri yayımlandı. Lakin 1927-ci ildə skeletin digər hissələri də tapıldı. Tapılan yeni hissələrə əsasən, bu diş nə meymuna, nə də insana aid idi. Dişin prosthennops cinsindən vəhşi Amerika donuzunun nəsli kəsilmiş bir növünə aid olduğu məlum oldu.

3. İnsanın təkamülü nağılının ən uzun çəkən yalanlarından biri də ramapitekdir. Bu ad 1932-ci ildə Hindistanda tapılan və insan ilə meymun arasında 14 milyon il əvvəl meydana gəldiyi iddia edilən şaxələnmənin ilk mərhələsi olduğu fərz edilən fosil qeydlərinə verilmişdir. 50 il boyunca da təkamülçülər tərəfindən konkret sübut kimi istifadə edilmişdir. Amma aparılan tədqiqatlar ramapitekin diş quruluşunun, demək olar ki, hal-hazırda yaşayan şimpanzelərdəki kimi olduğunu ortaya qoydu. Məsələn, Efiopiyanın şimal ərazilərində yaşayan bir əntər növü (theropithecus gelada) eynilə ramapitekdəki kimi qısa, dərin üzə və digər meymunlara nisbətən kiçik kəsici dişləri var idi. Ramapitekin nəsli kəsilmiş oranqutandan başqa bir şey olmadığı 1982-ci il nəşrli “Science” jurnalında “Bəşəriyyət bir əcdadını itirir” başlıqlı məqalədə elan edildi.

4. Keniyadakı Turkana gölünün yaxınlığında tapıldığı üçün Turkana uşağı adlandırılan fosil də bir müddət təkamülçülər tərəfindən insanın xəyali təkamülünə dəlil olaraq göstərilməyə çalışılmışdır. Amma daha sonra fosilin bugünkü insanlardan heç bir fərqi olmadığı ortaya çıxmışdır. Məsələn, amerikalı paleoantropoloq Alan Uolker sadə bir patoloqun bu fosilin skeleti ilə bugünkü insan skeletini bir-birindən ayırd etməsinin çox çətin olduğunu demişdir. Turkana uşağı təkamülçülərin iddia etdiyi kimi, meymunlarla insan arasında keçid növü deyil, hər cəhətdən tamamilə bir insandır.

5. Lüsi 1974-cü ildə amerikalı antropoloq Donald Cohanson tərəfindən tapılan məşhur fosilin adıdır. Bir çox təkamülçülər Lüsinin insanla insanabənzər əcdadları arasında keçid forma olduğunu iddia etmişdilər. Amma sonrakı illərdə aparılan araşdırmalar Lüsinin sadəcə nəsli kəsilmiş bir meymun növü olduğunu ortaya çıxarmışdır. Lüsi insanın xəyali təkamülü ilə əlaqəsi olmadığı məlum olan avstralopitek cinsinə aid bir meymun növünü təmsil edir. Bu növün (australopithecus afarensis) şimpanzelərlə eyni həcmdə beyni vardır, qabırğaları və çənə sümüyü bugünkü şimpanzelərlə eynidir, qolları və ayaqları canlının şimpanze kimi yeridiyini göstərir. Hətta çanaq sümüyü də şimpanzelərinki kimidir.5

6. Riçard Liki 2,8 milyon il yaş təyin etdiyi və “KNM-ER 1470” olaraq adlandırdığı kəllə sümüyünü antropologiya tarixinin ən böyük kəşfi kimi tanıtmış və böyük əks-səda yaratmışdı. Likiyə görə, avstralopitek kimi kəllə qutusu həcmi kiçik olan, amma insanabənzər üzə sahib olan canlı avstralopitek ilə insan arasındakı itmiş halqa idi. Amma bir müddət sonra başa düşüləcəkdi ki, KNM-ER 1470 kəllə sümüyünün elmi jurnalların üz qabığı olan “insanabənzər” üzü, əslində, kəllə sümüyü hissələrini birləşdirərkən, bəlkə də, qəsdən edilən xətaların nəticəsi idi. Belə ki, bu kəllə sümüyü qətiyyən insanın təkamülünü göstərən bir tapıntı deyildi. Sadəcə təkamülçülərin çarəsizliyini göz qabağında qoyan saysız-hesabsız nümunələrdən biri idi.

Lucy, Science et Vie
Lüsi Nağili Artiq Tarixə Qovuşdu Əlvida, Lüsi...
 

1974-cü ildə tapılan və “Lüsi” deyə adlandırılan fosil ikiayaqlı elan edilərək insanın guya əcdadı olaraq tanıdılmışdır. Fosili tədqiq edən iki məşhur təkamülçü anatom Solli Sukerman və Çarlz Oksnard bu iddianı rədd etmiş, canlının yerişinin və anatomiyasının insana qətiyyən bənzəmədiyini, bunun bir meymun növü olduğunu söyləmişdilər. Sonrakı illərdə Lüsinin bir meymun növü olduğu daha da dəqiqləşdi və “Science & Vie” jurnalının üz qabığında da yazıldığı kimi, təkamülçülər Lüsiyə əlvida demək məcburiyyətində qaldılar. Həmçinin 2000-ci ildə “Nature”, 2016-cı ildə “Plos One” jurnalı tərəfindən Lüsinin meymun olduğu etiraf edilmişdir.

1. İnsan və meymun ayaqları arasında böyük anatomik fərqlər var. Meymunların ayaq barmaqları daha uzundur və insan ayağındakı qövs meymunların ayaqlarında yoxdur.

2. İnsan bədəninin yuxarı hissəsi dik dayanır və insanlar iki ayaq üzərində dik yeriyirlər. Bu, xüsusi bir hərəkət formasıdır. Meymunlar isə bədənlərinin yuxarı hissəsini önə doğru əyərək yeriyir və kömək üçün qollarından istifadə edirlər. Bu, insanlarla meymunlar arasında doldurula bilməyən anatomik boşluqdur və insanın təkamülü nağılını tamamilə əsassız edir.

3. Bu şəkillərdə də göründüyü kimi, meymun əlində insan əlinin çox vacib bir xüsusiyyəti olan uzun və hərəkətli baş barmaq yoxdur.

Yalnızca bu fərqlər belə insanlarla meymunların ortaq bir əcdaddan törədikləri əhvalatının qeyri-mümkün olduğunu göstərmək üçün kifayətdir.

Burada sadəcə bəzi nümunələrə yer versək də, təkamülçülərin etdiyi saxtakarlıqların sayı daha da çoxdur. Mediada dərc edilən bütün “insanın əcdadı” xəbərləri və bu xəbərlərdə istifadə olunan şəkillər uydurmadır. Konkret elmi tapıntılar insanın pillə-pillə təkamül keçirərək insan olduğu əhvalatını yerlə bir etmişdir.

Kitabın növbəti səhifələrində təkamül nəzəriyyəsini əsassız edən saysız-hesabsız kəllə sümüyü fosillərindən bəzi nümunələrə yer verilmişdir. Bu kəllə sümükləri tarix boyu heç bir canlının dəyişmədiyi, başqa bir canlıya çevrilmədiyi, bütün canlı növlərinin hər zaman sahib olduqları xüsusiyyətlərlə birlikdə mövcud olduğunun dəlillərindəndir. Bu dəlillərlə birlikdə darvinist düşüncənin müəmmalarını və məntiqsizliklərini vurğulayan izahlara da yer verilmişdir. Məsələn, canlıların daima dəyişilərək inkişaf etdiklərini iddia edən darvinistlərə bütün canlı nümunələrində açıq-aydın görünən dəyişməzliyi necə açıqladıqları sual verilir. İnsanın guya meymundan törədiyini iddia edən təkamül fərziyyəsi meymunların başına gələn xəyali insana çevrilmə prosesinə bənzər bir hadisənin niyə digər canlıların başına gəlmədiyini açıqlamalıdır. Niyə ayının bir gün iki ayağı üstündə yeriməyə qərar vermədiyi, tülkünün niyə zəkasını gücləndirib professora çevrilmədiyi, pandanın niyə əhəmiyyətli əsərlər ortaya qoyan bir sənətkar olmadığı suallarına təkamülçülərin verə bildiyi hər hansı bir cavab yoxdur. Məsələnin bu cür, uşaqların belə anlaya biləcəyi nümunələrlə və məntiqli izah olunmasının səbəbi isə darvinizmin ağlagəlməz məntiqsizliklərinin ifşa edilməsidir. Elmi nəzəriyyə kimi təqdim olunan darvinizm, əslində, təsəvvür edilməz dərəcədə məntiqsiz ideologiyadır.

Dünya tarixinin ən böyük rüsvayçılığı olan darvinizmin yalanlar, saxtakarlıqlar, ağıl və məntiqdən kənar iddialar üzərində qurulduğu tamamilə üzə çıxmışdır. 21-ci əsrdə bütün dünya darvinizmin süqutuna şahid olacaqdır.

Dipnotlar

1 – Richard E. Leakey, “The Making of Mankind”, Michael Joseph Limited, London, 1981, səh. 43

2 – William R. Fix, “The Bone Peddlers”, Macmillan Publishing Company: New York, 1984, səh. 150-153

3 – Marvin Lubenow, “Bones of Contention”, Grand Rapids, Baker, 1992, səh. 136

4 – Marvin Lubenow, “Bones of Contention”, Grand Rapids, Baker, 1992, səh. 83

5 – Richard Allan & Tracey Greenwood, “Primates and Human Evolution” in the textbook: Year 13 Biology, 1999.

6 – Student Resource and Activity Manual, (Biozone International, printed in New Zealand.), səh. 260

 

Çöl Donuzu Kəlləsi

Dövr: Paleosen
Yaş: 58 milyon il
Ərazi: Çin

Darvinistlər əvvəllər primitiv fikirlər irəli sürərək özlərinə tərəfdar toplaya bilirdilər. Elmi cəhalətin yayıldığı mühitdə zülalların palçıqlı sudan zaman ərzində öz-özünə yarandığına və nəhayət hüceyrənin meydana gəldiyinə, suda ov edən ayıların bir müddət sonra üzgəclər əldə edərək balinaya çevrildiyinə, meymunların ağacdan-ağaca tullanmağı dayandırıb, dik yeriməyə qərar verərək insan olduqlarına cəmiyyəti inandırmaq asan idi. Genetika və paleontologiya bilinmədiyi üçün bütün bu xəyali çevrilmələr, sanki qəti həqiqət kimi təqdim edilirdi. Lakin hal-hazırda darvinistlər üçün vəziyyət heç də asan deyil. Genetika elmi hüceyrənin kompleks quruluşunu, paleontologiya isə canlıların dəyişmədiyini ortaya çıxarmışdır... 58 milyon illik çöl donuzunun kəllə sümüyü fosili kimi saysız-hesabsız nümunələr milyonlarla illik canlıların bugünkü canlılardan fərqsiz komplekslilik sərgilədiyini göstərir. Artıq darvinizmlə insanların aldadılması qeyri-mümkündür.

 

 

Meymun Kəlləsi

Dövr: Oliqosen
Yaş: 32 milyon il
Ərazi: Çin

Bu günə qədər yarı meymun, yarı insan xüsusiyyəti daşıyan bircə fosil belə tapılmamışdır. Bir vaxtlar guya insanın təkamülünə dəlil kimi irəli sürülən fosil nümunələrinin saxtakarlıq məhsulu olduğu ortaya çıxmış və bunların hamısı təkamülçülər tərəfindən geri götürülmüşdür. Geriyə darvinistlərin xəyali ssenarilərindən başqa bir şey qalmamışdır.

Konkret dəlillər meymunların hər zaman meymun, insanların hər zaman insan olaraq mövcud olduqlarını, təkamülün yalan olduğunu sübut etmişdir. Bu dəlillərdən biri də şəkildəki 32 milyon illik meymun kəlləsi fosilidir.

 

Zebra Kəlləsi

Dövr: Eosen
Yaş: 45 milyon il
Ərazi: Çin

Allah hər canlını fərqli görünüşdə və fərqli formada yaratmışdır. Həyat tərzləri və ehtiyacları bir-birindən fərqli olduğu kimi, bədən quruluşlarında da böyük fərqlər mövcuddur. Məhz bu səbəbdən, əldə edilən fosilləri aydınlaşdırmaq çətin deyil. Fosili tapılan canlının bütün anatomik xüsusiyyətlərini qalıqlardan müəyyən etmək mümkündür. Şəkildə görünən 45 milyon illik zebr fosili də bu fərqi açıq-aydın göstərir. Canlının bugünkü zebrlərdən heç bir fərqinin olmadığını fosil xüsusiyyətlərinə əsasən aydın görmək mümkündür.

Şübhəsiz, bu, Allahın böyük möcüzəsidir. Əldəki elmi dəlil təkamülçü də olsalar, alimlər üçün rədd edilməyəcək qədər dəqiqdir. Canlıların dəyişmədikləri, yəni hansısa təkamül prosesi keçirmədikləri konkret elmi dəlildir.

 

Kaftar Kəlləsi

Dövr: Tabaşir
Yaş: 73 milyon il
Ərazi: Çin

Təkamül tarixi saysız-hesabsız saxtakarlıqlara səhnə olmuşdur. Müxtəlif nəsli kəsilmiş fosillər və ya bir neçə sümük parçası xəyali keçid formaya dəlil kimi göstərilməyə çalışılmış, hal-hazırda yaşayan canlıların fosilləri illər boyu təkamül keçirmiş canlılar kimi cəmiyyətə təqdim olunmuşdur. Amma fosillər üzərində aparılan bu yalan spekulyasiyaların yerini uzun zamandır ki, səssizlik tutmuşdur. Çünki şəkildə gördüyünüz 73 milyon illik kaftar kəlləsində göründüyü kimi, bugünkü canlıların əksəriyyətinin milyonlarla il əvvəl də indiki kimi yaşadığı və beləcə, təkamül keçirmədikləri məlum olmuşdur. İndi artıq təkamülçülərin insanın təkamülü nağılı ilə bağlı etdikləri saxtakarlıqların və spekulyasiyaların də sona çatmaq vaxtı gəlmişdir.

 

Dəvə Kəlləsi

Dövr: Pliosen
Yaş: 3,9 milyon il
Ərazi: Çin

Təkamülçülərin iddialarına görə, dəvə kimi iri bir məməlinin kəllə qutusunun, uzun boynunun, hürgüclərinin bugünkü görünüşünə çatması üçün ardıcıl olaraq bir çox mutasiyalar baş verməli, bunların nəticəsində yarı inkişaf etmiş boynu, qəribə formada başı, tam əmələ gəlməmiş hürgücləri olan saysız-hesabsız keçid formalar yaşamalı idi. Bu xəyali keçid formalara fosil qeydlərində tez-tez rast gəlinməli, şəkildəki kimi tam inkişaf etmiş dəvə nümunələrinin isə milyonlarla il əvvələ aid heç bir izi tapılmamalı idi. Amma fosil qeydlərindən əldə etdiyimiz məlumatlar xəyali keçid formalarının heç vaxt yaşamadığını, dəvələrin hansısa  keçid mərhələdən keçmədiklərini, hər zaman dəvə olaraq mövcud olduqlarını göstərir.

 

Viverra Kəlləsi

Dövr: Eosen
Yaş: 40 milyon il
Ərazi: Çin

Stiven Cey Quld 1993-cü ildə “Natural History” jurnalındakı məqaləsində canlıların fosil qeydlərində hər zaman dəyişməz quruluşları ilə müşahidə edildiklərini belə ifadə edir:

“Bir çox fosil növlərinin geoloji həyat prosesi boyunca sabitliyi və ya heç bir dəyişikliyə məruz qalmaması bütün paleontoloqlar tərəfindən dilə gətirilmədən təsdiq olunmuşdur. Amma əsla üzərində geniş tədqiqat aparılmamışdır... Sabitliyin çox geniş yayılması fosil qeydlərinin utandırıcı xüsusiyyətinə çevrilmiş, amma yoxluğun (hansı ki, bu, təkamülün yoxluğudur) elanı kimi görməzlikdən gəlinmişdir”. (S.J.Gould, “Cordelia’s Dilemma”, Natural History, Fevral, səh. 10-18)

Fosil qeydlərindəki sabitliyin təkamülçülər tərəfindən utandırıcı olaraq xarakterizə edilməsinin isə bir səbəbi var: canlıların heç bir dəyişikliyə məruz qalmaması təkamül nəzəriyyəsinin sonu deməkdir. Təkamülün heç yaşanmadığını göstərən bu məlumat yaradılış həqiqətini təsdiq edir...

 

Pinqvin Kəlləsi

Dövr: Miosen
Yaş: 10 milyon il
Ərazi: Çili

Bir növ dəniz quşu olan pinqvinlər qütblərdə buz üstündə yaşayan ən izdihamlı qrupdur. Bu Canlılar Təxminən –40oC Şəraitində Yaşamalıdırlar. Amma Malik Olduqları xüsusiyyətlərlə bu çətin şəraitdə çox rahatlıqla yaşaya bilirlər. Pinqvinlərin bədənlərinin əksər hissəsi su keçirməyən lələkləri sayəsində soyuqdan qorunur. Dərilərinin altındakı qalın yağ təbəqəsi və lələkləri olduqca mükəmməl istilik izolyasiyası təmin edir. Pinqvinlərə aid fosillər bizə bu canlıların milyonlarla il boyu eyni bədən quruluşuna malik olduqlarını göstərir. 10 milyon yaşındakı pinqvin fosili də bunun dəlillərindəndir.

 

Manul Pişiyi Kəlləsi

Dövr: Tabaşir
Yaş: 73 milyon il
Ərazi: Çin

Manul pişikkimilər fəsiləsinə aid bir növdür. Ev pişiyi böyüklüyündədir. 73 milyon illik manul kəlləsi fosili üzərində müəyyən edilən xüsusiyyətlər bu gün yaşayan nümayəndələrinin də on milyonlarla il boyunca dəyişmədiklərini göstərmişdir. Kəllə sümüyü üzərində canlının təkamül keçirdiyini göstərən bir dəlil belə tapmaq mümkün deyil. Manullar təkamülü təkzib edən saysız-hesabsız növlərdən biridir.

 

Yaquar Kəlləsi

Dövr: Tabaşir
Yaş: 87 milyon il
Ərazi: Çin

Darvinin insanlarla meymunların ortaq əcdaddan gəldikləri ilə bağlı tezisi ortaya atıldığı dövrdə də, sonrakı dövrlərdə də elmi dəlillərlə dəstəklənə bilmədi. O vaxtdan etibarən təxminən 150 ildir ki, insanın təkamülü nağılını dəstəkləmək üçün göstərilən bütün səylər nəticəsiz qalmışdır. Əldə edilən fosillər meymunların hər zaman meymun, insanların da hər zaman insan olaraq var olduqlarını, meymunların insanlara çevrilmədiyini və meymunla insanın ortaq əcdada sahib olmadığını sübut etmişdir. Fosil qeydlərinin gətirdiyi məyusluq və düşdükləri sübutsuz vəziyyət qarşısında təkamülçülər heç bir həqiqəti əks etdirməyən kəllə qutularını təkrarən sıralayaraq saxtalığı uzun müddət əvvəl təsdiqlənmiş fosillər üzərində spekulyasiyalar etməkdən başqa heç nə edə bilmədilər. Lakin şəkildəki 87 milyon illik yaquar kəlləsi kimi fosillər bu spekulyasiyaları tamamilə əsassız edir. İstənilən canlının kəlləsində on milyonlarla il boyunca zərrə qədər dəyişiklik olmadığı kimi, meymunlarda və insanlarda da təkamül dəyişkənliyi olmamışdır.

 

Tasmaniya Şeytanı Kəlləsi

Dövr: Oliqosen
Yaş: 31 milyon il
Ərazi: Çin

“Dinozavrların səssiz gecəsi” kitabının müəllifi, təkamülçü Hoymar fon Ditfurt belə deyir:

“Geriyə dönüb baxdığımız zaman, demək olar ki, iztirabla axtarılan o keçid formalarını heç bir halda tapa bilməməyimizə təəccüblənməməli olduğumuzu anlayırıq. Çünki böyük ehtimalla, belə bir keçid mərhələ heç vaxt mövcud olmayıb”. (“Im Anfang war der Wasserstoff”, “Secret Night of the Dinosaurs”, vol. 2, pp. 22-23 in Turkish edition)

Fon Ditfurt təkamülçüləri düşdükləri vəziyyətdən çıxarmağa çalışaraq nə qədər “böyük ehtimalla” ifadəsini işlətsə də, keçid mərhələnin olmadığı aşkardır. Təbiət tarixi mərhələ-mərhələ meydana gələn varlıqların deyil, tarixin hər dövründə bütün quruluş və hissələri ilə əskiksiz, bir anda ortaya çıxan və varlığını davam etdirən mükəmməl canlıların izləri ilə doludur. Belə izlərdən biri də şəkildəki 31 milyon illik Tasmaniya şeytanı kəlləsidir.

 

Qırmızı Panda Kəlləsi

Dövr: Tabaşir
Yaş: 67 milyon il                                                 
Ərazi: Çin

Allahın sənəti misilsizdir. Bu sənət yeri, göyü və bütün aləmi əhatə etmişdir. Allahın üstün və möhtəşəm yaratması yoxdan var etdiyi hər varlıqda təzahür edir.

Allahın misilsiz yaratmasını qavraya bilməyən təkamülçülər canlıların mənşəyi haqqında bəzi ssenarilər qururlar. Amma bu ssenarilər elmin heç bir sahəsi tərəfindən təsdiq edilməmişdir. Darvinizmə ən ciddi zərbə vuran elm sahələrindən biri isə paleontologiya olmuşdur. Tapılan milyonlarla fosil təkamülün baş verdiyinə dair ən kiçik iz belə daşımır. Bu gün təbiətdə gördüyümüz kiçik pandalardan heç bir fərqi olmayan şəkildəki 67 milyon illik qırmızı panda kəlləsi fosili də bu həqiqəti təsdiq edir.

 

Qutan Kəlləsi

Dövr: Tabaşir
Yaş: 75 milyon il
Ərazi: Çin

Qutanlar mülayim iqlimi olan ərazilərdə, əsasən, qrup halında və koloniyalar şəklində yaşayırlar. Heç güc sərf etmədən qanadları açıq formada su səthinin düz üstündə uzun müddət süzərək uça bilən qutanların olduqca xüsusi və böyük qanadları var. Lələk quruluşlarından içi boş, yüngül sümüklərinə qədər qutanlardakı hər təfərrüat qüsursuzdur. Bu mükəmməl quruluş onların su üzərindəki nazik hava təbəqəsi üstündə belə rahatlıqla uça bilmələrini təmin edir.

Şəkildə gördüyünüz qutan fosili bu quruluşların 75 milyon il ərzində eyni cür mövcud olduğunu bizə göstərir.

 

Panda Kəlləsi

Dövr: Pliosen
Yaş: 4,6 milyon il
Ərazi: Çin

Pandaların həmişə panda kimi var olduqlarını göstərən bu fosil canlıların təkamülü iddiasını təkzib edir. Bu günə qədər pandaların ortaq əcdadını göstərən və ya bugünkü formalarına çevrilənə qədər fərqli keçid mərhələlərdən keçdiklərini sübut edən bircə fosil belə tapılmamışdır. Tapılan hər fosil yaşının neçə olmasından asılı olmayaraq, bugünkü pandalarla eyni xüsusiyyətləri daşıyır. Bu həqiqət qarşısında darvinistlər heç bir açıqlama verə bilmirlər.

 

Kürən Canavar Kəlləsi

Dövr: Eosen
Yaş: 51 milyon il
Ərazi: Tayvan

Şəkildə göstərilən 51 milyon il əvvələ aid kürən canavar kəlləsi malik olduğu mükəmməl təfərrüatlarla bu canlılara aid xüsusiyyətləri olduğu kimi əks etdirir.

Əgər belə bir fosil nümunəsi ortaya çıxmasa idi, darvinistlər, heç şübhəsiz, kürən canavarların xəyali təkamülü üzərində də çoxlu ssenarilər qurmağa davam edərdilər. Çoxlu saxta keçid formalar irəli sürər, saysız-hesabsız nağıllar danışardılar. Amma bu fosil nümunəsi darvinist nağıllara şərait yaratmır. Bu vəziyyət digər bütün canlılara və insanlara da aiddir. Darvinistlər tərəfindən qurulan hər ssenari tamamilə yalan üzərində qurulmuşdur və bu, artıq hər kəsin qəbul etdiyi bir həqiqətə çevrilib.

 

Qütb Tülküsü Kəlləsi

Dövr: Paleosen
Yaş: 59 milyon il
Ərazi: Çin

Fosil qeydləri darvinistlərin elmi və ağlabatan cavab vermələrinin qeyri-mümkün olduğu kifayət qədər məlumat ortaya çıxarmışdır:

– Bütün canlı nümunələri kimi qütb tülküsünün də guya mərhələ-mərhələ inkişaf edərək bugünkü formaya gəldiklərini göstərən bircə keçid forma fosili belə yoxdur.

– On milyonlarla il əvvəl yaşamış qütb tülküləri eynilə bugünkülər kimi bütöv və qüsursuz quruluşa malikdirlər. Hansısa ibtidai görünüşləri, yaxud quruluşları yoxdur.

– Bu gün yaşayan qütb tülkülərinin 59 milyon il əvvəl yaşamış qütb tülkülərindən zərrə qədər belə fərqi yoxdur. Bu da bəhs edilən canlıların milyonlarla ildən bəri dəyişmədiyini göstərir.

Bütün bu məlumatlar darvinistləri böyük bir müəmmaya salır və canlıların mənşəyinin yaradılış olduğunu bizə göstərir.

 

Şir Kəlləsi

Dövr: Tabaşir
Yaş: 82 milyon il
Ərazi: Çin

82 milyon il əvvələ aid bu fosil darvinistlərin iddiasına görə, əskiklik və yarımçıq inkişaf etmiş orqanlarla dolu olmalı idi. Fosilin göz çuxurlarında, çənə quruluşunda, qulaqlarında bir çox patologiyalar olmalı idi. Amma vəziyyət heç də belə deyil. Şəkildəki milyonlarla illik şir kəlləsi mükəmməl formada qorunmuşdur və malik olduğu təfərrüatlar canlının qüsursuz görünüşdə və eynilə indiki şirlər kimi olduğunu göstərir.

Darvinistlərin insanın xəyali təkamülünə dair iddialarının səbəblərindən biri fərziyyələr qura bildikləri meymun fosillərinin çoxlu sayda olmasıdır. Halbuki fosil qeydlərindən əldə olunan nəticə spekulyasiya deyil, heç kimin inkar edə bilməyəcəyi konkret elmi nəticələrdir. Buna əsasən, canlılar heç vaxt dəyişikliyə məruz qalmamış, keçid mərhələlərdən keçməmişdir. Elm təkamül nəzəriyyəsini inkar edir.

 

17 / total 19
"Harun Yəhyanın Fosillər Darvinizmi Təkzib Edir kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top