< <
2 / total: 6

I. Bölüm: Evrim Yanılgısı

Bütün Dünya Təkamül Nəzəriyyəsinin Süqutuna Şahid Olur

dna

Elm dünyasının genetikadan, paleontologiyadan, elektron mikroskopundan, DNT-dən xəbərsiz olduğu XIX əsrdə ortaya atılmış, Darvinin təkamül nəzəriyyəsi, müasir elmin inkişafı və müasir texnologiyanın elmi tədqiqatlara uyğunlaşdırılmasıyla əldə olunan yeni elmi biliklər tərəfindən təkzib edilmişdir. Bu gün artıq bir sıra inadkar təkamül tərəfdarı olan elm insanından başqa həqiqətləri görməyən və təkamül inancının süqutuna şahid olmayan heç kim qalmamışdır.

Biokimya elmi, tək bir zülal molekulunun belə təsadüfən meydana gəlmə ehtimalının "sıfır" olduğunu göstərmişdir.

Genetika elmi, DNT-ni kəşf etmiş və hər canlının hər hüceyrəsinin nüvəsində, o canlı ilə əlaqədar olduqca təfərrütalı məlumatların, şifrələnmiş halda saxlanmış olduğunu ortaya çıxartmışdır.

Paleontologiya elmi, canlıların Kembridən əvvəlki dövrdə bir anda meydana gəldiyini və canlı növləri arasında təkamül nəzəriyyəsinin olduğunu irəli sürdüyü ara-keçid formalarının olmadığını göstərmişdir.

Kimya elmi, Le Şatelye prinsipi ilə təkamül nəzəriyyəsinin primitiv dünyada meydana gələn üzvi maddələr iddiasının əksinə, amin turşularının sulu mühitlərdə birləşə bilməyəcəklərini sübut etmişdir.

Geologiya elmi, heç bir dövrdə təkamülçülərin canlıların meydana gəlməsi üçün iddia etdiyi atmosfer şəraitinin mövcud olmadığını müəyyənləşdirmişdir.

Fizika elmi, ilkin dünya şəraitində ultrabənövşəyi şüaların, "fotodissosiasiya" yoluyla meydana gəldiyi iddia edilən molekulları parçalayacağını sübut etmiş və təkamülün, ilkin amin turşularının atmosferdəki qazlardan meydana gəldiyi iddiasını qüvvədən salmışdır.

Qalıq Tapıntıları Təkamül Nəzəriyyəsini Təkzib Edir

Təkamülçülər 150 ildir ki, dünyanın hər yerində fikirlərini dəstəkləyəcək qalıqlar axtarmaqdadırlar. Ancaq bu günə qədər canlıların uzun zaman ərzində təsadüfən bir-birlərindən törədiklərini və daim dəyişdiklərini göstərən tək bir qalıq belə tapa bilməmişdirlər. Əksinə tapılan hər qalıq, canlıların bir anda meydana gəldikləri, yəni yaradıldıqları və növlərin dəyişmədiyi həqiqətini gücləndirmişdir.

400 milyon illik köpəkbalığı qalığı (“New Scientist”, 20 yanvar 1984), 400 milyon illik dəniz ulduzu qalığı (“Giovanni Pinna, Histoire de la Vie Fossiles”), 320 milyon illik tarakan qalığı (“National Geographic, yanvar 1981), 230 milyon illik əqrəb qalığı (“Nature”, mart 1985), 1 milyard 100 milyon illik soxulcan qalığı (oktyabr 1998), bu canlıların milyonlarla ildən bəri heç dəyişmədiyini və bugünkü hallarıyla meydana gəldiklərini açıq şəkildə sübut edən qalıqlardır.

hamam böceği, semender
Hamam böceği (3) ve 320 milyon yıllık fosili (4) (National Geographic, Ocak 1981)

Nature dergisi, BBC ve CNN gibi dünyaca ünlü basın kuruluşlarında geçtiğimiz günlerde yayınlanan bir habere göre, Çin'de 150 milyon yıllık semender fosillerine rastlandı. (2) Semenderleri bulan Amerikan Doğa Tarihi Müzesi araştırmacıları Shubin ve Ke-Qin Gao, bu fosillerin, günümüz semenderleri (2) ile aynı özelliklere sahip olduklarını ve değişikliğe uğramadıklarını şöyle belirttiler:

"Üster evinizin yakınındaki ormanda bir kayanın altındaki bir semendere, ister Çin'de 150 milyon yıllık bir semendere bakın, her ikisinin de aynı olduğunu göreceksiniz. Aslında büyük ölçüde benzerler. Bilek kemikleri, kafataslarının şekli, küçük detayların hepsi aynı". (http://www.cnn.com/2001/TECH/science/03/28/salamander.reut/index.html)Milyonlarca yıldır hiçbir değişim göstermeden günümüze gelen bu canlılar evrim teorisinin geçersizliğini ortaya koyan delillerden sadece birkaçıdır.

Çarlz Darvin də bu həqiqəti görmüş, nəzəriyyəsinin ən böyük düyün nöqtəsinin bu xüsus olduğunu qəbul etmişdir:

"Əgər həqiqətən növlər o biri növlərdən yavaş-yavaş meydana gəlmişdirlərsə, niyə saysız ara-keçid formasına rast gəlmirik? Saysız ara-keçid forması olmalıdır, lakin nə üçün yer üzünün sayıla bilməyəcək qədər bir çox təbəqəsində basdırılmış halda tapa bilmirik? Niyə hər geoloji quruluş və hər təbəqə belə əlaqələrlə dolu deyil? Geologiya yaxşı şəkildə dövrlərə bölünmüş bir proses olduğunu göstərmir və bəlkə də, bu mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaq". (Charles Darwin, The Origin of Species by Means of Natural Selection, səh.134, Senate Press, 1995)

Elmi kəşflər canlıların dəyişmədiyini və bir anda meydana gəldiyini göstərdiyi halda, təkamülçü paleontoloqların ağıl və elmdən üz döndərərək hələ də təkamül təbliğatı aparmaları olduqca təəccüblüdür. Bu, təkamülçülərin elmiliklə əlaqəsi olmayan bir vəsvəsə içində olduqlarının açıq göstəricisidir.

köpek balığı fosili

400 milyon yıllık köpekbalığı fosili (üstte) (New Scientist, 20 Ocak 1984)

Biq Bənq Yaradılışın Dəlili Olmağa Davam Edir

1920-ci illərdən etibarən kainatın yaradılması haqqında əldə edilən məlumatlar, kainatın bundan müəyyən müddət əvvəl "böyük partlayış" (biq bənq) ilə yoxdan yaradıldığını sübut etmişdir. Yəni kainat sonsuz deyil, Allah tərəfindən yoxdan yaradılmışdır. Bu inkişaflarla yanaşı, dövrümüzə qədər kainatın yoxdan yaradılmasını sübut edən daha bir çox bilik əldə olundu.

Bu biliklərə yeni bir bilik də əlavə olundu. Ötən günlərdə mətbuatda, şimal qütbündə tədqiqatlar aparan 35 elm insanının kainatın meydana gəlməsiylə əlaqədar çox əhəmiyyətli bir nəticə əldə etdikləri xəbər verildi. Özlərinə Bumeranq qrupu adını vermiş ingilis, kanadalı, italyan və amerikalı mütəxəssislər, kainatın 14 milyard il bundan əvvəl bir insan yumruğu qədər kiçik bir qaz buludundan ibarət olduğunu açıqladılar. Verilən bu açıqlamalara görə qazların daimi hərəkəti sayəsində zəng səsini xatırladan bir səs dalğası meydana gəlirdi. Səs dalğaları partlayışlara səbəb oldu. Kainat genişlənməyə başladıqca bu səs dalğaları yayılmağa davam etdi. Qrupun başçısı Kaliforniya Ünivesitesindən John Ruhrun verdiyi açıqlamaya görə birinci dəfədir ki, aşkara çıxarılan bu səs dalğaları, böyük partlayışın (biq bənq) alovlandırıcısı idi.

Kainatı araşdıran bütün elm insanları daim tək bir həqiqətlə qarşılaşdılar: Kainat Allah tərəfindən yoxdan yaradılmış və yarandığı ilk andan etibarən qüsursuz şəkildə nizamlanmışdır. Necə ki, 21-ci əsr bunun kimi, kainatın daha bir çox sirrinin ortaya çıxdığı bir əsr olmağa davam edəcək.

evrenin yaratılışı, big bang, gazete küpürü, büyük patlama

Kembri Dövründə Ortaya Çıxan Tikanlı Canlılar, Təkamül Nəzəriyyəsini Qüvvədən Salır

Bu gün məlum olan heyvan tiplərinin demək olar ki, hamısı, yaşı 500-550 milyon il olaraq hesablanan Kembri dövründə meydana gəlmişdir.

Kembri dövründə tapılan qalıqlardan biri hallucigenia adlı bir canlıya aiddir. Bu və bunun kimi bir çox Kembri dövrünə aid canlı qalığında hücumlara qarşı qoruyan tikanlar və ya sərt qabıqlar olar. Hallucigenia və digər Kembri dövrü canlıları haqqında təkamülçülərin qətiyyən cavablandıra bilmədikləri suallar vardır:

1) Heç bir ovçu canlının olmadığı bu dövrdə bu heyvanlar, bir ovçu ola biləcəyi ehtimalının mümkün olduğunu düşünərək müdafiə sistemləri ilə birlikdə necə meydana gəlmişdirlər?

Təkamülçülər müdafiə mexanizmlərinin, vaxt ərzində, canlı müdafiəyə olunmağa ehtiyac duyduqca, təbii seleksiya yolu ilə meydana gəldiyini iddia edərlər. Ancaq bu tikanlar, canlının hələ bunlara ehtiyacı olmadan, ilk dəfə yarandığı vaxt əmələ gəlmişdirlər.

2) Bu qədər çox mürəkkəb bir canlının, heç bir əcdada sahib olmadan, bir anda qalıq tapıntılarında özünü göstərməsi təkamülçülərin iddialarını qətiyyən təkzib edər. Bu, canlıların sadədən mürəkkəbə doğru təkamül prosesindən keçmədiklərini, Allahın "Ol" əmriylə yaradıldıqlarını göstərən açıq bir dəlildir.

Hallucigenia, kambriyen, fosil

Təkamülçülər, Təsadüfən Qayalara Çırpan Dalğaların Saraylar Inşa Edəcəklərinə Inanacaq Qədər Sehirlənmişdirlər

Böyük məntiqsizliyə yol verən təkamülçülərin iddiasına görə; şüursuz, kor, ağılsız, biliyi və iradəsi olmayan atomlar, təsadüflər nəticəsində bir yerə gəlmiş və baş verən ardıcıl təsadüflər nəticəsində, bu şüursuz atomlar, milyardlarla il sonra özlərini elektron mikroskopu ilə araşdıran nüvə mühəndislərini, biologiya professorlarını, beyin cərrahlarını, vəkilləri, universitet tələbələrini, genetik mühəndisləri meydana gətirmişdirlər. Eləcə də, bu şüursuz atomlar, həmin bu müddət ərzində də olduqca şüurlu və planlı fəaliyyət göstərmişdirlər. Sanki nə əmələ gətirəcəklərini bilirlərmiş kimi, müəyyənləşdirdikləri xətaları aradan qaldırmış, yerinə doğruları gələnə qədər səbirlə milyonlarla il bir-birlərindən ayrılmadan, hər cür şəraitə dözərək gözləmişdirlər. Üstəlik bu vaxt sınaq-yanılma üsulundan istifadə etmiş, sanki bir kimya, fizika və ya biologiya professoru kimi olduqca ağıllı metodlardan istifadə etmişdirlər. Məsələn, göz meydana gəlmədən əvvəl, sanki gözün meydana gələcəyini bilirlərmiş kimi, kəllə sümüyündə simmetrik və gözün quruluşuna ən uyğun böyüklük və dərinlikdə göz çuxurlarını meydana gətirməyə biganə yanaşmamışdırlar. Təkamülçülərə görə şüursuz atomlar və təsadüfi baş verən təbiət hadisələri o qədər ağıllı, o qədər uyğunlaşa bilən, o qədər planlı və intizamlıdırlar ki, bütün insanların ağlının bir yerə toplanıb edə bilməyəcəklərini onlar yavaş-yavaş etmişdirlər. Halbuki şüuru, ağlı və iradəsi olmayan atomların, təsadüflər nəticəsində ağıl, şüur və iradə sahibi insanları öz-özlərinə meydana gətirə bilməyəcəkləri çox aydındır.

dağ manzarası

 

tarihi kalıntı, manzara

Təkamülçülərin bu iddiaları, qayalığa çırpan dalğaların təsadüfən memarlıq şedevrlər, saraylar meydana gətirmələrinə inanmağa bənzəyir. Təkamülçülər, dalğaların təsadüfən saraylar, imarətlər tikəcəklərinə inanacaq qədər, təkamül nəzəriyyəsinin yaratdığı hipnoz altındadırlar.

kolye, takı, arkeolojik bulgu

Bir Yerdə Dizayn Varsa, Onu Meydana Gətirən Bir Ağıl Da Var

Arxeoloqlar qazıntılar vaxtı yerin altından bəzək əşyaları, saxsı qablar, hətta çox az dərəcədə müəyyən formaya salınmış bir taxta belə tapdıqlarında, dərhal burada qədim bir mədəniyyətin, ağıl, bacarıq və şüur sahibi insanların yaşadıqlarını başa düşərlər.

Ancaq nədənsə bəzi paleontoloqlar, yerin altından saxsı qablarla müqayisə edilə bilməyəcək qədər mürəkkəb dizayn və xüsusiyyətlərə sahib, 100 göz bülluruna malik trilobitləri, ilbizləri, dəniz ulduzlarını tapdıqları vaxt, bunların burada təsadüfən və öz-özlərinə meydana gəldiklərini irəli sürə bilirlər.

Bu, təkamül nəzəriyyəsinin ən böyük ziddiyyətlərindən biridir. Bundan 550 milyon il əvvəl Kembri dövrü olaraq adlandırılan dövrdə, ilk canlılardan olan trilobitlər, ilbizlər, dəniz ulduzları kimi molyusklar dünyada bir anda ortaya çıxdılar. Cansız dünyaya bir anda həyat verən, nəfəs alan, görən, qüsursuz sistemlər sayəsində qidalanan, bir-birindən fərqli taktikalarla ov edən canlıları dünyaya yerləşdirən gücün sahibin kim idi? Bu gücün sahibi sonsuz elm və ağıl sahibi olan Rəbbimizdir.

arkealog, arkeolojik araştırma, kazı

 

deniz yldızı fosili, trilobit, arkeolojik bulgu

Türk Milləti Darvinizmin Qurduğu Tələni Dağıtmışdır

Aşağıda ən soldakı şəkildə gördüyünüz kimi, bir parça dəmiri, plastik kütləni və misi, bir səhranın ortasına qoyub getsəniz, müəyyən fasilələrlə də bura gəlib baş çəksəniz, bunların bir velosipedə, son model bir avtomobilə və ya bir tıra çevrildiyini görə bilərsinizmi?

Əslində ağıl sahibi dəmir paslanmalı, plastik kütlə deformasiya olunmalı, mis də oksidləşməlidir, elə deyilmi?

Darvinistlərin buna verdiyi cavab isə sizin verdiyiniz cavabın tam əksidir. Yəni darvinistlər dağınıq, nizamsız, cansız maddələrin müəyyən zaman ərzində təsadüflərin köməyi ilə nizamlı, canlı və mürəkkəb varlıqlara çevrilə biləcəklərini iddia edərlər. Təkamülçülərin bu iddiası, bu mənanı verir: 1 nömrəli şəkildəki vəsaitlər zaman ərzində birləşərək təsadüfən bir velosiped, sonra yenə şüursuz təsadüflər sayəsində bir avtomobil, daha sonra tamamilə öz-özünə baş verən proseslər nəticəsində yük maşını və ən sonunda da tır əmələ gətirə bilərlər.

Türk milləti kəskin zəkası və üstün fərasətiylə bir çox dünya millətinin düşdüyü tələyə düşməmiş, darvinizmin bu kimi boş sözlərinə aldanmamışdır. Darvinizmin nə qədər məntiqsiz və elmdən kənar bir dünyagörüşü olduğunu anlamış yeganə millətdir. Böyük türk milləti bu tələni dağıdıb dünyanı darvinizm cəfəngiyatından xilas edəcək mənəvi gücə sahibdir.

EVRİMCİLERİN KÖR TESADÜFLERİ BUNLARI YAPAMAZ

çöl, araba, evrimleşme

Darvinistlərin "Demaqoqiya" Və "Təhriflərlə" Dolu Təbliğatlarına Artıq Heç Kim Aldanmır

dna, laborant

Son günlərdə gündəmə gələn Genom layihəsinin nəticələrini dəyişdirməklə istifadə edən bəzi təkamülçü ətraflar, Darvinizm təbliğatına başladılar. İnsanın meymunla olan genetik bənzərliyini, insanın təkamül yoluyla meymundan əmələ gəldiyinə dəlil kimi göstərməyə çalışan həmin bu ətraflar yanlış məlumatlarla xalqı yanıltmağa çalışırlar. Halbuki bəhs edilən bu bənzərlik xəyalidir və təkamülə dəlil ola bilməz, çünki;

1) Meymunun genetik quruluşu hələ də araşdırılmamışdır və dolayısilə insan genləri ilə müqayisə edilməsindən söhbət gedə bilməz.

2) Əgər meymun ilə insanın genetik quruluşunun 99% bənzər olduğu sübut edilsə belə bu, insanın təkamül yoluyla, meymunla ortaq bir əcdaddan gəldiyinə dəlil ola bilməz. Çünki, insandakı genlərin sayı ilə qarğıdalıdakı genlərin sayı tamamilə eynidir. Əgər təkamülçülərin iddiaları doğru olsaydı, qarğıdalı, insanın meymundan daha yaxın bir qohumu olardı.

İnsan bədəninin digər canlılarla molekulyar bənzərliklərə sahib olması olduqca normaldır. Çünki bütün canlılar eyni molekullardan təşkil olunur, eyni sudan və havadan istifadə edir, eyni molekullardan ibarət qidalardan istifadə edir. Əlbəttə ki, maddələr mübadiləsi sistemləri və dolayısilə genetik strukturları bir-birinə bənzəməlidir. Ancaq bu, onların ortaq bir əcdaddan təkamül yolu ilə gəldiklərinin və ya "təbiətin təsadüfən bu hissələri bir yerə gətirərək fərqli canlılar meydana gətirdiyinin" bir dəlili deyil.

Əslində canlılardakı bu "ortaq vəsait", təkamülün deyil, "ortaq dizaynın", yəni canlıların hamısının eyni plan əsasında tək bir Yaradıcı tərəfindən yaradılmış olduqlarının dəlillərindəndir.

Təkamül nəzəriyyəsi, bu günə qədər edilən demaqoqluq və təhriflərlə mövcudluğunu davam etdirdi. Ancaq bugünkü gün doğru və sübutlu məlumatlar hər insana çox qısa vaxtda çata bilir və bu sayədə insanlar tərəfli və birməqsədli təbliğatlar, təhriflər və demaqoqluqlarla aldadıla bilmir. Bu darvinizmin sonunu gətirən hadisələrdəndir.

Təkamülçülər, Küləklərin Bir Daş Kütləsini, Təsadüfən Bir Incəsənət Əsərinə Çevirə Biləcəyinə Inanacaq Qədər Qavrama Qabiliyyətindən Məhrumdurlar

Təkamülçülər, bundan 5 milyard il əvvəl bəzi atomların təsadüfən birləşərək mükəmməl bir plan qurduqlarına inanarlar. Təkamülçülərin bu xəyali ssenarilərinə görə, cansız və şüursuz atomlar bu görüşlərində bir canlı hüceyrəsi meydana gətirməyə qərar vermiş və bunları demişdirlər:

"Biz təsadüfi şəkildə bir-birimizin ətrafında fırlanaq. Bu vaxt külək, fırtına, şimşəklər, ultrabənövşəyi şüalar, zəlzələlər bizi təsadüfən birləşdirər. Biz də bu şəkildə gələcəkdə canlı üçün lazım olacaq zülalları istehsal edən fabrikləri, canlını meydana gətirmək üçün lazım olan bütün məlumatların bir yerdə saxlandığı məlumat bankını, zülalların saxlanıldığı yeri, canlının yaşaması üçün lazımi enerjini təmin edəcək elektrik stansiyasını, artıq maddələri yox edəcək həzm fermentlərini istehsal edərik. Həmçinin zülal istehsalı üçün lazım olan daşıma, surət çıxarma vasitələrini, hüceyrənin giriş-çıxışına nəzarət edən hüceyrə qapılarını, hüceyrənin içindəki bütün vəsait və strukturların bir-birindən ayrılmalarının qarşısını alan hüceyrə membranını və üstəlik canlı hüceyrəsinin yararlı olması üçün lazım olan nə varsa hamısını tam şəkildə əmələ gətirib müəyyən forma verərik. Beləliklə də, təsadüfən, bir fabrikdən daha üstün xüsusiyyətlərə sahib bir hüceyrə əmələ gətirərik. Hətta sonra bunlardan yüz trilyonlarla əmələ gətirib özümüzü araşdıracaq atom professorlarını əmələ gətirərik".

Məhz təkamülçülərin təsadüfən yaranma iddialarının əsli budur. Onların bu iddiaları, Taksim Meydanında yerləşən bir daş kütləsinin küləklərin təsirindən zaman ərzində mükəmməl incəsənət əsərinə çevrildiyinə, küləklərin bir heykəltəraş kimi incəsənət əsəri meydana gətirdiklərinə inanmaqdan olduqca məntiqsiz və ağlasığmazdır.

Təsadüflər və şüursuz təbiət hadisələri incəsənət əsərləri, mükəmməl dizayna sahib strukturlar meydana gətirə bilməzlər. Bunlar üçün ağla, şüura və biliyə ehtiyac vardır. Buna görə də, darvinizm 20-ci əsrdə canlılardakı olduqca mürəkkəb strukturların və dizaynın kəşf edilməsi nəticəsində süqut etmişdir.

heykel, tesadüf, rüzgar

Bir Təkamülçü Saxta Dəlil Meydana Gətirərkən...

Təkamülçülər elmin təkzib etdiyi nəzəriyyələrini insanlar arasında yaymaq üçün boş durmaz, daim saxta dəlillər meydana gətirərlər.

Yandakı şəkillər, təkamülçülərin uğradıqları böyük məğlubiyyəti tam açıq şəkildə gözlər önünə sərir. Çünki əllərində nəzəriyyələrini müdafiə edə biləcəkləri heç bir dəlil olmadığı üçün, təkamülçülər bilavasitə öz əlləriylə saxta dəlil meydana gətirirlər. Əvvəlcə metal parçasından xəyali bir skelet meydana gətirir, daha sonra bunun üzərinə plastilindən hazırlanmış xəyali bir bədən yerləşdirir, mövcud olduğuna inandıqları xəyali tüklərlə bütün bədəni örtür, daha sonra da silikonla rəngləyirlər. Təkamülçü elm insanlarının xəyal gücüylə düz mütənasib şəkildə inkişaf edən bu elm sahəsinə, həmçinin maraqlı bir ad da vermişdirlər: Rekonstruksiya, yəni "yenidən qurma!"

Ancaq təkamülçülər bu saxta dəlilləri meydana gətirərkən nə elmi bir məlumat, nə bir dəlil, nə də bir təcrübədən faydalanarlar... Əllərindəki tək qaynaq sonsuz xəyal gücləridir.

Məsələn, bu rekonstruksiya işini həyata keçirərkən;

1) Əllərində bir diş parçası və ya bir çənə sümüyü parçasından başqa bir dəlil yoxdur.

2) Bu sümük parçasından yola çıxaraq bir skelet, bədən forması, üz, üz üçün vəhşi bir ifadə, həyat yoldaşları və uşaqlar, daha sonra da ictimai bir həyat mənzərəsi ortjaya çıxararlar.

3) Torpağın altında qısa müddətdə çürüyən əzələ, yağ, qığırdaq kimi yumşaq toxumaları tamamilə xəyali surətdə canlandırarlar.

Bu həqiqəti dünya səviyyəsində tanınmış elm insanları da etiraf edir. Harvard Universitetindən Earnst A. Hootennin bu sözləri "yenidən qurma" saxtakarlığını açıq şəkildə gözlər önünə sərir:

Yumşaq hissələrin təkrar inşası çox riskli təşəbbüsdür. Dodaqlar, gözlər, qulaqlar və burun kimi orqanların altlarındakı sümüklərlə heç bir əlaqələri yoxdur. Məsələn, neandertal adama məxsus kəlləni eyni cür şərh etməklə, onu bir meymuna və ya bir filosofa bənzədə bilərsiniz. Qədim insanların qalıqlarına əsaslanaraq edilən canlandırmaların demək olar ki, heç bir elmi dəyəri yoxdur və onlardan cəmiyyəti istiqamətləndirmək məqsədiylə istifadə edilir... Bu səbəblə də rekonstruksiyalara çox güvənilməməlidir. (Earnst A. Hooten, Up From The Ape, New York: McMillan, 1931, səh. 332.)

Hootenin söylədiyi kimi, nə təkamülə, nə də təkamülçülərin saxta dəlillərinə etimad etmək qeyri-mümkündür. Çünki bu günə qədər nə elmi çalışmalar, nə də arxeoloji tədqiqatlar nəticə verməmiş, təkamülçülərin gözlədikləri dəlillər heç cür tapıla bilməmişdir. Buna görə də təkamülçülər bu saxta dəlillərlə, əlacsız şəkildə nəzəriyyələrinin hökm sürmə müddətini uzatmağa çalışırlar. Ancaq bu, təkamül nəzəriyyəsinin son nəfəsləridir.

Təkamülçülərin xəyal gücləri ilə ortaya çıxan xəyali yarı meymun-yarı insan rekonstruksiyalarının necə yaradıldığını izah edən bir jurnal yazısı.

sahtekarlık, fosil, rekonstrüksiyon

Evrimcilerin hayal güçleri ile ortaya çıkan hayali yarı maymun - yarı insan rekonstrüksiyonların nasıl oluşturulduğunu anlatan bir dergi yazısı.

Təkamülçülər, Tək Bir Üzüm Giləsi Belə Meydana Gətirə Bilməz!

üzüm, salkım

Təsadüfləri, cansız maddələri və şüursuz atomları yaratma gücünə sahib varlıqlar zənn etmək çox böyük səhvlikdir. Ancaq darvinistlər cansız maddələri ağıl və iradə sahibi, qərar verə bilən və bu qərarları icra edə bilən varlıqlar olaraq düşünər, təsadüflərin hər şeyi yarada biləcəyinə inanarlar. Gülü, portağalı, almanı, çiyələyi, bananı, qarpızı, cəfərini, bir sözlə, mövcud olan hər şeyi, canlı-cansız bütün varlıqları təsadüflərin əmələ gətirə biləcəyinə inanarlar.

Madam ki, təkamülçülər hər şeyin təsadüflə meydana gəldiyinə inanırlar, o zaman dadıyla, qoxusuyla, sululuğuyla, formasıyla, bir budaqdakı mükəmməl gözəlliyiylə fərqlənən tək bir üzüm giləsini meydana gətirsinlər! Dünyanın ən tanınmış elm insanlarını (hətta keçmişdə yaşamış bütün elm insanlarını) bir yerə toplasınlar, dünyanın ən inkişaf etmiş və ən yeni texnologiyasıyla təchiz edilmiş laboratoriyalarından istifadə etsinlər, qabaqcıl texnologiyanın bütün mümkün imkanlarını bunun üçün səfərbər etsinlər və bu iş üçün illərlə səy göstərsinlər… Nə edirlərsə etsinlər, nəinki, tək bir üzüm giləsini, üzümü meydana gətirən tək bir hüceyrəni belə yaratmaları qeyri-mümkündür. Təkamülçülərin görməzlikdən gəldikləri ən əhəmiyyətli həqiqət məhz budur. Hər şeyi yoxdan yaradan aləmlərin Rəbbi olan Allahdır.

 

Bütün Canlılar, Təkamülçülərin Çıxılmaz Vəziyyətə Düşdüklərini Göstərir

arı, bal arısı

Darvinizmin müdafiəçiləri, bütün canlıların yaşamaq və öz ehtiyaclarını təmin etmək üçün savaşmaq məcburiyyətində olduqlarına, yoxsa "aradan götürülərək yox olacaqlarına" inanarlar. Bunun müqabilində, canlıların nə üçün fədakarlıq etdiklərini və başqa canlılara fayda verdiklərini, qətiyyən izah edə bilməzlər.

Məsələn, işçi arılar dünyaya gəlmələrindən sonrakı ilk 3 gün ərzində "şanı təmizləmək" vəzifəsini yerinə yetirərlər.

3-cü gündən sonra bir həftə müddətində başlarında bir cüt "dayə" vəzisi əmələ gələr və gənc sürfələr üçün qida ifraz etməyə başlayarlar.

10-cu gündən etibarən qarınlarında "mum ifraz edən" vəzlər meydana gələr, həm də pətək inşası və bərpası işinə başlayarlar, onlar artıq bir "inşaat işçisi"dirlər.

20-ci gündə mum vəziləri öz funksiyalarını itirər və yerlərində zəhər vəzləri meydana gələr. Arılar bundan sonra zəhər hazırlamağa başlayar, çünki yeni vəzifələri "şanın keşiyində durmaq"dır.

Həyatlarının son günlərini isə "çiçək nektarı toplayıcısı" kimi keçirərlər.

Açıq şəkildə görülür ki, sayılan bu xüsusiyyətlərdən heç biri arının öz mənfəətinə xidmət edir. Əksinə bunların hər biri köməkləşmə, fədakarlıq nümunəsidir. Həyatları boyu müxtəlif fədakarlıqlar edə bilmələri üçün bədənlərində gedən dəyişikliklər isə, öz iradələri və istəkləri xaricində meydana gəlir. Üstəlik bu fövqəladə əməliyyatların hamısını yer üzündə əmələ gəlmiş ilk arıdan etibarən yaranmış bütün arılar eyni mükəmməliklə yerinə yetirmişdir.

Şübhəsiz ki, onları yaradan sonsuz qüdrət sahibi Allah, arılara hər gün görəcəkləri işləri vəhy edir; bizə də bu möcüzələri göstərərək Öz sənətinin böyüklüyünü və incəliyini təqdir etmə imkanı tanımaqdadır.

Darvinistlər, Şüursuz Atomların Cansız Dünyanı Təsadüfən Canlandırdığını Iddia Edir

Darvinistlər, hər cür əlverişsiz şərtin olduğu mühitdə, ammonyak, karbon, azot, fosfor kimi cansız və şüursuz atomların təsadüflər nəticəsində bir yerə toplandıqlarını və sonra ortaq bir qərar verdiklərini iddia edərlər. Onlara görə atomlar verdikləri bu qərarı tam şəkildə icra etmiş və bu cansız dünyada təsadüfən ağacları, qazonları, qarışqaları, tutuquşularını, ilbizləri, almaları, tutları, xurmaları, qu quşlarını, əsı qırğıları, delfinləri, mərcanları, yosunları, arıları, atları, dovşanları, cökə ağaclarını, gülləri, jasminləri, çobanyastıqlarını, bort mühəndislərini, beyin cərrahlarını, genetik mühəndisləri, özlərini meydana gətirən atomları araşdıran atom professorlarını meydana gətirmişlər.

Darvinistlər, bu ağlasığmaz iddialarını qəliz, dolaşıq cümlələrdən və bol-bol latın sözlərindən istifadə edərək dilə gətirərlər. Bu yolla iddialarındakı məntiqsizliyi gizlətməyə çalışarlar. Onların vəziyyətindən xəbərsiz kimsələr də, bu tilsimli üslubdan təsirlənib: "bunlar nə qədər bilikli, üstün insanlardır" deyərək, bütün dediklərini qeydsiz-şərtsiz qəbul edərlər.

Halbuki, darvinizmə inanmaq, məntiqin, düşünmə qabiliyyətinin, ağlın və qavrayışın tamamilə yox olması deməkdir. Normal bir insan: "daşlar təsadüfən sıraya düzülüb, bir göydələni bütün təchizatıyla birlikdə inşa etdi" deyə bilərmi? Əlbəttə deyə bilməz. Darvinistlər isə, inanılması bundan daha da çətin bir iddia irəli sürərək, şüursuz atomların sıraya düzülüb canlandıqlarını və canlı varlıqları meydana gətirdiklərini söyləyirlər..

Türk milləti, ağlı və bəsirəti ilə darvinizmin boş sözlərinə heç vaxt inanmadı. Bu fəlsəfənin axmaq iddialarını bütün dünyaya bəyan edərək, insanları bu qəflət yuxusundan oyandırma missiyasını öz boynuna götürdü.

atom, dünya, canlılık, canlılar, yeryüzü

Darvinistlərin Sehrinin Təsiri Altında Qalanlar, Sağlam Şüurla Düşünə Bilməzlər

Təkamülçülər, təbiətdə mövcud olan 200-dən artıq amin turşusu növündən, zülalları əmələ gətirəcək 20-sininin, müəyyən saylarda və müəyyən ardıcıllıqla birləşmələri və zülalları əmələ gətirmələrini kor təsadüflərlə əlaqələndirərlər. Halbuki bu, qeyri-mümkündür. Məsələn, 400 amin turşusundan ibarət bir zülalı meydana gətirən amin turşularının istənilən sırada düzülmə ehtimalları 10520-də bir ehtimaldır. Bu, 1-in yanına 520 ədəd sıfır qoyulduqda meydana gələcək ədəddə bir ehtimal deməkdir. (1 milyardda ancaq 9 sıfır olduğunu düşünsək, bu ədədin böyüklüyünü təssəvvür edə bilərik). Açıq şəkildə görüldüyü kimi qətiyyən belə bir təsadüf baş verə bilməz. Üstəlik burada orta böyüklükdəki tək bir zülaldan söhbət gedir. İnsan bədənində minlərlə növ zülal var və bəziləri minlərlə amin turşusundan ibarətdir.

Zülalların təsadüfən meydana gələ bilməyəcəyi həqiqəti, ən qatı təkamülçülər tərəfindən belə etiraf edilir.

Təkamülçü geoloq William Stokes isə bu həqiqəti belə etiraf edir:

"Əgər milyardlarla il ərzində, milyardlarla planetin səthi tərkibində lazımi amin turşuları olan sulu qatılaşmış təbəqəylə dolu olsaydı belə, yenə zülal meydana gələ bilməzdi". (W. R. Bird, The Origin of Species Revisited, Nashville, Thomas Nelson Co., 1991, səh. 305)

Zülalların təsadüfən meydana gələ bilməyəcəkləri, ağıl, şüur və güc sahibi bir Yaradıcı tərəfindən var edildikləri qəti bir həqiqətdir.

Ancaq əsl əhəmiyyətli olan, təkamülçülərin bu həqiqəti görə bilməmələridir. Təkamülçülər zülalların təsadüfən meydana gəldiyini iddia etməklə, masaya tökülən mürəkkəbin təsadüfən səhifələr dolusu mənalı bir məqalə meydana gətirəcəyini qəbul etməkdən daha da axmaq bir iddiaya inanırlar. Bu, böyük ağılsızlıq və məntiqsizlik nümunəsidir. Heç kim bunu söyləyən bir insana etibar edə bilməz və ya mühakimə qabiliyyəti olmayan belə bir insana heç bir məsuliyyət yükləməz.

Türk milləti darvinist cəfəngiyatları elm və ağıl yoluyla susdurmuşdur. Bundan belə darvinizmin bəşəriyyəti ovsunlamasına və onların düşünmə qabiliyyətini yox etməsinə icazə verməyəcək.

darwinizm, darwinizmin büyüsü

Darvinistlərin Məntiqsizlikləri, Bəşəriyyət Üçün Ibrət Olmalıdır

Darvinistlər, canlıların təməl elementi olan zülalların, bəzi atomların təsadüfən birləşmələriylə əmələ gəldiklərini iddia edərlər. Darvinizmin nə qədər inanılması qeyri-mümkün, ağılsız və məntiqsiz bir nəzəriyyə olduğunu anlamaq üçün, zülallar haqqında veriləcək qısa bir məlumat kifayət edəcək.

Elm insanları 500 amin turşusudan ibarət bir zülalın (minlərlə amin turşusudan ibarət zülallar da mövcuddur) təsadüfən meydana gəlmə ehtimalını hesablamış və belə bir nəticəyə gəlmişdirlər:

1) Amin turşularının faydalı zülalı meydana gətirə bilmək üçün uyğun düzülmə ehtimalı: 10650-də 1 ehtimal

2) Amin turşularının sol-əlli olma ehtimalı (amin turşuları təbiətdə həm sağ-əlli, həm də sol-əlli halda mövcuddurlar. Ancaq canlıların quruluşundakı zülallar yalnız sol-əlli amin turşularıdan meydana gələrlər): 10150-də 1 ehtimal

3) Amin turşularının aralarında "peptid əlaqəsi" ilə bağlanmaları ehtimalı: 10150-də 1 ehtimal

Ümumi ehtimal: 10950-də 1 ehtimal

10950 ədədi, 1-in yanına 950 sıfırın əlavə olunmasıyla əmələ gələcək astronomik ədəddir (bu da qeyri-mümkün bir ehtimal deməkdir). Bu ədədin böyüklüyünü anlaya bilmək üçün bu nümunələr üzərində düşünə bilərsiniz:

  • 1 milyard ədədini yazmaq üçün 1-in yanına yalnız 9 sıfır əlavə olunar. Qeyd olunan ədədi yazmaq üçünsə 950 sıfır lazımdır.
  • 1 milyard ədədini yazmaq üçün 1-in yanına 9 sıfır yazılar. Ancaq, yerə 1 milyard muncuq atdığınız vaxt, bu ədədin olduqca böyük olduğunu görəcəksiniz. 10950 ədədi, 950 sıfırla yazılar, ancaq bu saydakı muncuq miqdarı təsvir edilə bilməyəcək qədər çoxdur.
  • Kainatdakı bütün atomların ətrafında fırlanan elektronların sayı belə yalnız 1075-dir.

Bu qədər böyük ədədlə ifadə edilən ehtimaldan tək bir ehtimalın baş verməsinin və zülalların təsadüfən əmələ gəlməsinin qətiyyən qeyri-mümkün olduğu açıq şəkildə görülür. (Necə ki, riyaziyyatda 1050 ehtimaldan böyük ehtimalların baş verməsi qeyri-mümkün olaraq qəbul edilir.)

Ancaq, təkamülçülər baş vermə ehtimalı tamamilə qeyri-mümkün olan ehtimallara, böyük bağlılıqla, israrla və mühafizəkarlıqla inanarlar. Qatı darvinistlərin mövhumatçılıqdan imtina etmələri qeyri-mümkün kimi görünür. Ancaq, darvinizmin məntiqsizlikləri gözlər önünə sərildiyi vaxt, bu insanlar cəmiyyətdəki etimadlarını itirəcək və etdikləri saxtakarlıqlar ortaya çıxacaq.

Bu səbəblə də ağıl, bəsirət və sağlamfikir sahibi olan, türk millətinin missiyası olduqca əhəmiyyətlidir. Millətimiz, dünyaya darvinizmin məntiqi cəhətdən məğlubiyyətə uğradığını elan edəcək və bəşəriyyəti bu mövhumatçılıqdan xilas edəcək.

 

2 / total 6
"Harun Yəhyanın Həqiqətlər 2 kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.org adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com