< <
3 / total: 6

II. Bölüm: Darwinizm'in Karanlık Yüzü

Kommunizm Süqut Etdi Deyənlər, Diqqət! Kommunizm Sükutdadır!

putin, Rusya

Kommunizmin süqut etdiyini zənn edənlər xeyli yanılırlar. Çünki, kommunistlər Leninin; "bir addım irəli, iki addım geri" taktikasını tətbiq edirlər.

Marksist-leninist fəlsəfə cəmiyyətlərin tarixi inkişaf dövrlərlərini üç mərhələyə ayırır: Feodalizm, kapitalizm və son olaraq da kommunizm.

Bu gün Rusiyadakı kommunistlər, çarlıq dövründən sonra kommunizmə keçiddə tələsikliyə yol verildiyini, buna görə də kommunizm rejiminin dağıldığını düşünürlər. Bunun üçünsə, marksist-leninist düşüncənin olmasını uyğun gördüyü kapitalist mərhələnin yaşanmasının lazım olduğunu müdafiə edirlər.

Məhz buna görə də, bu gün Rusiyadakı kommunistlər mərhəmətsiz kapitalizm quruluşunu təşviq edərək tətbiq edirlər.

Kommunistlərin məqsədi, kapitalizmi ən güclü şəkildə tətbiq etmək və beləliklə də, iqtisadi çətinliklər şəraitində xalqı tapdalayıb, mafiya ilə yox edib, əxlaqi degenerasiyanı yüksək səviyyəyə qaldırıb, ən sonunda isə kommunizmi yeganə çarə kimi göstərməkdir. Bu səbəblə də, bu gün Rusiyada kiçik qızlar satılır, insanlar soyuqdan, aclıqdan ölür, narkotik asılılarının, QİÇS xəstələrinin sayı hər keçən gün daha da artır, mafiyanın hakimiyyəti getdikcə güclənir, eləcə də, xalq daim qorxu və dəhşət içində yaşayır.

SSRİ-nin isə yalnız adı dəyişdi, hərbi gücü, idarəetmə komandası və zehniyyəti ilə, əslində tam bir kommunist dövlətdir. Bu gün hələ də türkdilli dövlətlər üzərindəki hərbi təzyiqini davam etdirir. Bütün dəyişikliklər formal və məkrli xarakterlidir.

Ancaq türk milləti kommunizmin taktikalarına aldanmayacaq qədər ağıl, bəsirət və fərasət sahibidir. Bundan illərlə əvvəl kommunizmin yolunu kəsdiyi kimi, bu gün də kommunizmin təməli olan darvinist fəlsəfə ilə ciddi şəkildə fikri mübarizə aparır və hər iki ideologiyanı tarixin qaranlıq səhifələrinə basdırmaqda qərarlı davranır.

Kommunistlər Və Faşistlər Illərdir Ki, Insanları Bir Fəlakətdən Digərinə Sürükləyirlər

Kommunistlər, xalqda faşizmə qarşı narazılıq və reaksiya meydana gətirmək üçün əvvəlcə faşizmi dəstəkləyər və inkişafını seyr edərlər. Beləliklə, bir müddət sonra xalq faşizmin ağır təzyiq və zülmündən xilas olmaq üçün çırpınmağa başladığı vaxt, onlara tək alternativ çıxış yolu olaraq kommunizmi göstərərlər.

Faşistlər də eynilə kommunistlər kimi, əvvəlcə kommunizmi dəstəkləyər və inkişaf etdirərlər. Bu dəfə xalq kommunizmin zülmü və qəddarlığı altında qorxu, maddi və mənəvi çətinlik yaşayarkən, indi də faşizmi yeganə qurtuluş yolu kimi göstərərlər.

On illərdir ki, bir çox ölkədə xalq bu qorxunc qapalı dairədə, bir fəlakətdən digərinə sürüklənir.

Bu, darvinizmin bəşəriyyətə başına gətirdiyi bəlanın qısa xülasəsidir. Faşizm və kommunizm, qaynağı darvinizm olan iki ayrı zülm sistemidir və bəşəriyyətə, bu iki sistemədən başqa heç bir variant yoxmuş kimi göstərilir.

Ancaq, darvinizmin elmi cəhətdən çökməsi nəticəsində, bəşəriyyət artıq; "ölümlərdən ölüm", "fəlakətlərdən fəlakət" bəyənmək məcburiyyətində qalmayacaq. Türk millətinin liderliyində, darvinist fəlsəfənin yerinə hakim olan Quran əxlaqı sayəsində insanlar qaranlıqlardan nura çıxacaq. 21-ci əsrdə baş verən bir çox hadisə bu gözəl xəbəri müjdələyir.

hitler, stalin, darwin

Faşizm Və Kommunizmin Ortaq Sayıqlaması: Darvinist Toqquşma

Kommunizmin banisi Marks, tarixin inkişaf etməsinin yeganə yolunun qarşıdurma olduğunu iddia edirdi. Cəmiyyətlərin və ideologiyaların, ancaq qarşıdurmayla, müharibəylə, çevrilişlə inkişaf edə biləcəyi düşünürdü. "Əgər ziddiyyət və qarşıdurma olmasaydı, mövcud olan hər şey necədirsə, o cür də qalardı" deyirdi.

Marksın bu düşüncələri, zaman keçdikcə özünə çox sayda tərəfdar qazandı. Ən qəddar qətliamlar törədən kommunist lider Lenin bunu; "inkişaf, zidd güclər arasında gedən mübarizədir" (Lenin, Seçme Eserler, cild 11, səh. 81) sözləriylə ifadə edirdi. Bu mübarizənin də qan axıtmaqla aparılmasının lazım olduğunu müdafiə edirdi.

Kommunist liderlər kimi faşist liderlər də zorakılıq, çevriliş və müharibənin, inkişafın yeganə yolu olduğuna inanırdılar. Hitlerin ən əhəmiyyətli fikri dayağı olan, irqçi alman tarixçisi Henrix von Treitschke; "xalqlar, ancaq Darvinin həyat mübarizəsinə bənzər güclü rəqabətlə inkişaf edə bilər…" (Burns, Çağdaş Siyasal Düşünceler 1850-1950, səh. 446) deyirdi. Zorakılığın tarixdə hərəkətverici qüvvə olduğuna və müharibənin inqilab meydana gətirəcəyinə inanan digər bir faşist lider isə, Mussolini idi. İmperiyanın zəifləməsini; "onun, təkamülün ən əhəmiyyətli hərəkətverici qüvvəsi olan müharibədən qaçmağa çalışmasıyla" əlaqələndirirdi.

Bu iki ideologiyanın əsas təməli isə, Darvinin təbiətdə mövcud olduğunu irəli sürdüyü; "həyat mübarizəsi" anlayışı idi. Marksın dialektik materializminin təməli olan qarşıdurma iddiası və faşizmin müharibənin hərəkətverici qüvvə olduğuyla əlaqədar iddiası, Darvinin təkamül nəzəriyyəsinin, ictimai elmlərə uyğunlaşdırılmasıdan başqa bir şey deyildi.

Halbuki daimi bir qarşıdurma olmasının lazım olduğunu müdafiə etmək, insanları tamamilə məhv etməyə doğru atılan bir addım, dibsiz bir "qan axıtma quyusu"dur. Bu ideologiyalara tabe olan hər kəs mütləq bir-biriylə vuruşar, bir-birinə zülm edər və inkişaf adı altında bir-birinin qanını axıdar. Allahın insanlara əmr etdiyi sevgi, hörmət, fədakarlıq, bölüşmə kimi insani duyğular, sülh və əmin-amanlıq mühiti tamamilə ortadan qalxar. Necə ki, geridə qoyduğumuz 20-ci əsr bu ideologiyalar ucbatından yaşanan əzab və bəlalar dövrü olmuşdur.

Bu ideologiyaların cəfəngiyatlarına heç vaxt aldanmayan, daim Quran əxlaqına bağlı, şəfqətli və ədalətli olmalarıyla dünyaya nümunə olan türk milləti, dünya sülhünün və əmin-amanlığın yeganə təminatçısıdır. Millətimiz boynuna düşən tarixi məsuliyyəti yerinə yetirir.

hitler, lenin, mao, darwin

Darvinizmə Əsaslanan Dialektika Anlayışı Insan Cəmiyyətlərini Xaosa Sürükləmişdir

diyalektik, kaos

Kommunist ideologiyanı fəlsəfi təməllərə əsaslandıran Karl Marks, görüşlərini bildirmək üçün "dialektika" anlayışından istifadə etmişdir. "Dialektika", Marksın universitet müəllimi olan tanınmış idealist filosof Fridrix Hegelin meydana gətirdiyi bir anlayışdır. Hegel, hər şeyin bir-biriylə qarşılıqlı mübarizə apardığını, bu mübarizənin "tezis-antitezis-sintez" düsturuyla işlədiyini iddia etmişdir. Məsələn, Hegelə görə bir fikir (yəni tezis) cəmiyyətdə rəğbətlə qarşılandığında, zaman keçdikcə buna zidd gələn zidd-fikir (yəni antitezis) meydana gələcək, tezis və antitezisin qarşılıqlı təsirindən yeni bir fikir, yəni "sintez" meydana gələcək və bu proses bu cür (tezis-antitezis-sintez ardıcıllığıyla) davam edəcək.

Tezis və antitezisin daim bir-biriylə mübarizə halında olmasını uyğun görən dialektika anlayışının təməlində, həyatın mübarizə və döyüş yeri olduğunu və bu mübarizədə güclülərin zəifləri yox edərək həyatda qala biləcəyini iddia edən darvinizm vardır.

Darvinizmin kataliz təsiri göstərərək sürətləndirdiyi və gücləndirdiyi dialektika düsturu, 20-ci əsrdə bəşəriyyəti qaranlığa aparan, cəmiyyətlər arasındakı kin və nifrəti artıran, ard-arda zülmlərin yaşanmasına səbəb olan bir şər qaynağı olmuşdur. Bu düstura görə, kommunizm və ya faşizm döyüşlərlə, müharibələrlə, zorakılıqla bir-birlərinin alternativ variantı olaraq cəmiyyətlərdə kök salmağa çalışılmışdır. Hitler, Mussolini, Stalin, Mao kimi əli qanlı diktatorların "dialektika tətbiqləri" isə daim eyni nəticəni vermişdir: Anarxiya, terror, qarışıqlıq, zülm, səfalət, aclıq, işgəncə, gözyaşı, qan...

Necə ki, artıq müasir dövrdə darvinizm və dialektik fəlsəfə sürətlə çökür. Böyük türk milləti, bu tələni dağıtmış və darvinizmin qarşısını kəsmişdir. Təməli darvinizm olan bütün batil ideologiyalar və fəlsəfələr də haqq qarşısında məğlub olmağa məhkumdur.

De: “Allah hər şeyin Rəbbi olduğu halda, mən Ondan başqa məbudmu axtaracağam?” Hər kəsin qazandığı günah yalnız öz əleyhinədir. Heç bir günahkar başqasının günahını daşımaz. Sonra isə dönüşünüz Rəbbinizə olacaq və O, ixtilafa düşdüyünüz məsələlər barədə sizə xəbər verəcəkdir. (Ənam surəsi, 174)

Kommunist Lenin, Insanların Da, Heyvanlarla Eyni Şəkildə Öyrədilməsinin Lazım Olduğuna Inanırdı

Darvinist-kommunist düşüncəyə görə insan ilə heyvan arasında tək fərq insanın bir qədər "əhlilləşdirilmiş" olmasıdır. Bu əhlilləşdirmə prosesinin sürətləndirilməsi vəzifəsi isə, kommunizmin bir gərəyi olaraq göstərilmişdir. Leninin ən böyük yardımçısı və kommunist ideologiyanın nəzəriyyəçisi Trotski, darvinist təməlli; "insanı tərbiyə etmə" düşüncələrini qızğın şəkildə müdafiə edir və belə deyirdi:

...İnsan nədir? Hələ yarımçıq bir canlıdır. Hələ bacarıqsız bir varlıqdır. İnsan bir heyvan olmaqla, planlı şəkildə deyil, bədahətən təkamül keçirmişdir... İnsanın yeni və dəyişmiş bir variantını meydana gətirmək (kommunizmin növbəti vəzifəsidir)... İnsan özünü ya xammal, yada yarımçıq meydana gətirilmiş bir maddə kimi görməlidir. (Orlando Figes, A People's Tragedy, A History Of The Russian Revolution, Penguin Books Ltd, 1997, ABŞ, səh. 734)

Məhz insana bu cür baxan darvinist-kommunist ideologiyanın ən böyük fəaliyyəti, insanlarla mümkün qədər heyvan kimi rəftar etmək, onları vəhşi heyvanlar kimi zəncirlərə vurmaq, əzab və qorxu yoluyla öz aləmində "tərbiyə etmək" və lazım gəldikdə boğazlamaq olmuşdur. Bu yanlış ideologiyanın ən bariz nümunələrini Leninin ruslar üzərində tətbiq etdiyi şeylərdə görərik.

Lenin, heyvanlar üzərində həyata keçirdiyi şərtli refleks təcrübələriylə məhşurlaşan rus elm adamı Pavlovla xüsusi olaraq görüşmüş və Pavlovun üsullarını ruslar üzərində tətbiq etməyə üçün təşəbbüs göstərmişdir. Tarixçi Orlando Figes; "Bir xalqın tragediyası: oktyabr inqilabının tarixi" adlı kitabında, Leninin rus xalqını bir heyvan təlimçisi kimi öyrətmə məqsədini belə izah edir:

...Lenin böyük fizioloq İ. P. Pavlovun laboratoriyasına, onun şərtli refleks çalışmaları vasitəsiylə, insan beyninin bolşeviklərin insani davranışlarına nəzarət etməyə kömək edib etməyəcəyini öyrənmək məqsədiylə gizli şəkildə baş çəkdi. Lenin: "Rusların kommunizm xəttini düşünmələrini və buna uyğun hərəkət etmələrini istəyirəm" dedi... Pavlov heyrətə gəlmişdi. Lenin ondan, itlər üçün etdiyi şeyi insanlar üçün etməsini istəyirdi. "Rusları standart hala gətirmək istədiyinizimi söyləyirsiniz? Hamısının eyni cür davranmasını təmin etməkmi istəyirsiniz?" kimi suallar verdi... Leninin cavabı isə; "siz deyən kimi" demək oldu. "İnsanlar düzgün olmalıdır. İnsanlar biz necə istəsək, elə həmin vəziyyətə də gətirilməlidir..." (Orlando Figes, A People's Tragedy, A History Of The Russian Revolution, Penguin Books Ltd, 1997, ABŞ, səh. 733)

İnsanları heyvan hesab edən və milyonlarla insanın ölümünə səbəb olan darvinizm təməlli kommunist ideologiyanın SSRİ-nin dağılmasıyla birlikdə yox olduğunu güman etmək böyük cəhalət olar. Kommunizm hələ də mövcuddur, amma fərqli adlar altında, özünə gizli yolla tərəfdar toplamaya çalışır. Türk xalqı kommunist ideologiyanın bu oyunlarından ötən illərdə xəbər tutmuş və milli şüuruyla bu oyunu dağıtmışdır. Bu gün də kommunizmi eyni aqibət gözləyir.

lenin

Kommunistlər Terroru Və Zülmü Yeganə Idarəetmə Forması Kimi Qəbul Edərlər

Darvinist-materialistlər, Rusiyadakı maddi və mənəvi çöküş nəticəsində kommunizmi yeganə çıxış yolu kimi göstərmək istəyirlər. Ancaq dünya, kommunistlərin bəşəriyyətə gətirdiyi şiddətli bəla və əzabları unutmadı. Bu dinsiz, vicdansız, qeyri-insani ideologiya yenidən hakimiyyət qazanmayacaq. Kommunist liderlərin işlətdikləri ifadələr, tarixə vəhşiliyin və zülmün ən şiddətli nümunəsi kimi keçmişdir.

Bir işçi görüşündə çxış edən Lenin; "terrorun" inqilabçı zümrənin ədaləti olduğunu belə ifadə edir: "Əgər kütlələr öz-özlərinə ayağa qalxmasalar heç nə bacara bilmərik. Möhtəkirlərə qarşı terror tətbiq etmədiyimiz (dərhal oradaca başlarına güllə sıxmadığımız) müddətcə heç nə əldə edə bilmərik". (V.İ. Lenin, Polnoye sobraniye soçineniy, Moskova, 1958-1966, cild 35, səh. 311)

1918-ci ildə, Xalq Komissarları Şurası tərəfindən bütün sovet ölkələrinə göndərilən xəbərdarlıq: "Bu keylik və romantikliyə son vermənin vaxtıdır. Zabitlər və burjualar arasından çox sayda girov götürülməlidir. Çox cüzi bir müqavimət göstərildikdə belə, kütləvi edamlar həyata keçirilməlidir... Kütləvi terror fəaliyyətinin həyata keçirilməsində heç bir zəiflik və çəkingənliyə göz yumulmamalıdır". (İzvestiya, 4 sentyabr 1918)

rusya, komünizm, zulüm

Komünizm Rusya'ya acı ve beladan başka bir şey getirmedi. Milyonlarca insan öldürüldü, sakat bırakıldı, evsiz kaldı, yurtlarından sürüldü.

14 fevral 1922-ci ildə bir müfəttiş bunları söyləyir: "Həbs olunan kəndlilər müntəzəm şəkildə pis vəziyyətdəki anqarlara salınır, qamçıyla döyülür və ölümlə təhdid edilirlər. Təslim etmələri lazım normanı tamamlaya bilməyənlər, əlləri qolları bağlanaraq, çılpaq halda kəndin ana prospekti boyunca zorla qaçmağa məcbur edilir və sonra da soyuq bir anqara salınırdılar. Çox sayda qadın huşunu itirənə qədər döyüldükdən sonra çılpaq halda qarda açılan çuxurlara qoyulurdu...". (Nicholas Werth, Komünizmin Kara Kitabı, səh. 159-160)

Qəddarlıqlarına, vəhşilik və qırğınlarına darvinizmi dayaq kimi göstərən kommunistlər, 20-ci əsrdə tarixin ən böyük cinayətini işlədilər. Ancaq 21-ci əsrdə darvinizmin etibarsızlığından xəbərdar olan insanlara, kommunizm rejiminə keçilməsinə icazə verməyəcək.

Türk milləti bu həqiqətdən 80 il bundan əvvəl xəbərdar olduğu kimi, indi də xəbərdardır.

Kommunizm Rusiyaya əzab və bəladan başqa bir şey gətirmədi. Milyonlarla insan öldürüldü, şikəst buraxıldı, evsiz qaldı, yurdlarından sürgün edildi.

Bunlar kommunist Rusiyadakı zülmü sənədləşdirən şəkillərdən yalnız bir neçəsidir. Xalqını heyvanlardan fərqsiz hesab edən kommunist rəhbərlik, özünə inanan insanlara aclıq, səfalət və əziyyətdən başqa heç nə verməmişdir. Rusiyadakı xalqın ürək ağrıdan vəziyyətində, müasir dövrdə də heç bir dəyişiklik olmamışdır.

rusya, zulüm, komünizm

Halkını hayvanlardan farksız gören komünist yönetim, kendisine inanan insanlara açlık, sefalet ve eziyetten başka hiçbir şey vermemiştir. Rusya'daki halkın içler acısı durumunda günümüzde de hiçbir değişiklik olmamıştır.

Bunlar komünist Rusya'daki zulmü belgeleyen resimlerden yalnızca birkaçıdır.

Kommunizm Donuq, Cansıxıcı, Sevgisiz, Incəsənətdən Və Estetikadan Uzaq Bir Cəmiyyət Modeli Yaratmağı Qarşısına Məqsəd Qoyar

Kommunist ideologiyanın təməl dayağı olan darvinist-materialist fəlsəfə insanı yalnız maddədən ibarət bir varlıq hesab edər. Bu yanlış düşüncəyə görə insan sevgidən, mərhəmətdən, şəfqətdən, fədakarlıqdan və digər insani duyğulardan uzaq olub, inkişaf etmiş bir maşındır. Sahib olduğu bütün düşüncə və duyğular isə bu maşının içindəki kimyəvi reaksiyaların bir nəticəsidir. Bu materialist anlayışın bir nəticəsi olaraq kommunist ölkələrdə incəsənət və estetika anlayışları tamamilə ortadan qalxmışdır. Kommunistlər, on milyonlarla insanı qəddarcasına qətlə yetirdikləri kimi, onların sahib olduğu incəsənət, estetika, elm və düşüncə kimi xüsusiyyətlərini də bir mənada öldürmüşdür.

poster, afiş, rusya, komünizm

Kommunist Rusiyadakı rəhbərlik, incəsənətin lazımsız bir şey olduğunu düşünür, incəsənət xadimlərinə nələri çəkmələri və yazmalarının lazım olduğunu özləri bildirirdilər. Kommunist rəhbərliyin hakimiyyəti boyunca sovet incəsənət xadimlərinin demək olar ki, hamısı əlində oraq və ya çəkic tutan sovet kəndlisi və işçilərini, üzərlərindəki zəncirləri qıraraq ayağa qalxan hirsli proletariat emblemlərini, qırmızı bayraqların kölgəsi və Leninin liderliyində qaçan silahlı əsgərləri çəkdilər. Kommunist rəhbərliyin təsdiqindən keçən bu rəsmlər, heykəllər, plakatlar və memarlıq dizaynları estetikadan uzaq, soyuq, donuq və kobud xüsusiyyətlərlə dolu idi. Britannika Ensiklopediyasının ifadəsiylə desək, kommunist incəsənətdə tam bir "anti-estetika" hakim idi.

Rus yazıçıları, rəhbərliyin əmr etdiyi şəkildə kommunist xadimlərin apardığı mübarizəni və xalqın nə qədər xoşbəxt olduğundan danışdılar. Həqiqətdə isə kommunist inqilab xalqa xoşbəxtlik deyil, aclıq, təzyiq və ölüm gətirmişdi. Amma Stalin nə yazılmasını istəyirsə, ancaq o yazılırdı. Bu gün hələ də kommunist ölkələrdə insani duyğulardan uzaq bu dünyagörüşünün qoyduğu dərin izləri həyatın hər sahəsində görmək mümkündür.

Halbuki incəsənət və estetika duyğuları Allahın insanlara verdiyi çox böyük bir nemətdir. Bunlar insan üçün, Allahın bənzərsiz yaradılış dəlilləri olan təbiətdəki möcüzələrə, gözəlliklərə, nemətlərə qarşı duyduğu güclü sevgini ifadə edə biləcəyi bir yoldur. İncəsənət nümunələri yaratmağa ilham verən duyğuların başında isə insanların Allah sevgisindən aldıqları mənəvi şövq və həyəcan gəlir. Dinin ortadan qaldırıldığı bir cəmiyyətdə insanların bu şövqü və həyəcanı itirmələri, mənəvi böhranlara qapılaraq məqsədsiz insanlara çevrilmələri qaçınılmazdır.

komünizm, afiş, tanıtım

Darvinist-Kommunist Dövlət, Zorakılıq Yoluyla Vətəndaşını Tapdalayar

Darvinist-kommunist dövlət, insanları heyvan sürüsü hesab etdiyi üçün millətini sevməz, ona dəyər verməz və güvənməz. Bu səbəblə də, daima qorxutma, təzyiq göstərmə və məhv etmə siyasəti yürüdər. Kommunist liderlərdən Lenin və Trotskinin sözləri, kommunizmin necə bir ölüm və işgəncə maşını olduğunu anlamaq üçün kifayətdir:

Lenin: "Proletar hakimiyyət altındakı dövlət, burjuaziyanı əzmək məqsədiylə istifadə edilən bir maşındır. Diktatorluq bilavasitə zorakılığa əsaslanan və heç bir qanunla məhdudlaşdırılmamış bir gücdür. Proletarın inqilabçı diktatorluğu, proletarın burjua sinfinə tətbiq etdiyi zorakılıq sayəsində ayaqda dayanan bir gücdür, heç bir qanunla da məhdudlaşdırıla bilməz". (Lenin, Proleterya Devrimi ve Dönek Kautsky, səh. 53)

kıtlık, sefalet, açlık

Trotski: "...Ölkədə hakimiyyətin kimin əlində olacağı problemi, yəni burjuaziyanın yaşadılıb yaşadılmayacağı problemi, konstitusiya maddələri əsasında deyil, hər cür zorakılıq formasına müraciət edərək həll ediləcək... Qırmızı terror, ölməyə məhkum və buna dözə bilməyən bir sinfə qarşı istifadə edilən bir silahdır" deyirdi. (L. Troçki, Defense du Terorisme, səh. 57, 82)

Darvinist-kommunist dövlətin, öz millətini sevməməsi və onları düşmən hesab etməsi, 20-ci əsrdə on milyonlarla insanın öz dövləti tərəfindən öldürülməsinə və ya zülmə uğramasına səbəb oldu. Bəşəriyyət keçmişdən lazımi dərs götürməli, eyni səhvləri təkrarlamamalıdır. Bu gün kommunizmə imkan tanıyanların, sabah zülm öz qapılarına gəlib çatacağı, sevdiklərinə, yaxınlarına əzab çəkdirəcəyi vaxt peşman olmaları fayda gətirməyə bilər.

Əsrlərdir ki, Quran əxlaqı ilə yetişən mərhəmətli, şəfqətli və vicdanlı türk milləti isə bu təhlükədən xəbərdardır və darvinist-kommunist düşüncəyə heç vaxt icazə verməyəcək.

O, dönüb getdikdə yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışar. Allah isə fitnə-fəsadı sevmir. Ona: “Allahdan qorx!” deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona Cəhənnəm kifayət edər. Ora nə pis yataqdır!. (Bəqərə surəsi, 205-206)

Kommunizmin Qanlı Nəticəsi: 100 Milyon Ölü

lenin, kominist bayrağı, komünizm

Kommunist ideoloqlar, öz ideologiyalarını təbliğ etdikləri 20-ci əsr boyunca insanların yaşadığı böyük zülmü gizlədib, törədilən qırğınları görməzlikdən gəlib, hər şeyi mükəmməlmiş kimi göstərməyə çalışdılar. Onlara görə kommunizm bərabərlik, ədalət deməkdir. Halbuki bir-biri ardınca ortaya çıxan tarixi sənədlər onları bu söylədiklərini təkzib edir, kommunist vəhşiliyin qanlı üzünü gözlər önünə sərir.

Tanınmış fransız jurnalı “L'Histoire”ın 2000-ci ilin oktyabr ayında buraxılmış; "Les crimes du communisme" (Kommunizmin cinayətləri) adlı xüsusi sayında, Rusiyada, Çində, Kambocada yaşanan böyük zülm ətraflı şəkildə təhlil edilmiş, bir çox tarixçinin kommunizmin cinayətləri mövzusundakı fikirləri göstərilərək əks olunmuşdur. Kommunist cinayətlərdə təxminən 100 milyon insanın öldüyünün vurğulandığı jurnalda, bu göstəricinin olduqca yüksək olduğuna da işarə dilir. Eyni jurnalda əks etdirilən qırğınların xronologiyası isə bu böyük zülmlə əlaqədar heç bir şübhəyə yer vermir:

1921-1922-ci illərdə SSRİ-də yürüdülən qəsdli aclıq siyasətindən ötrü 5 milyon ölü
1932-1933-ci illərdə SSRİ-də yürüdülən qəsdli aclıq siyasətindən ötrü 6 milyon ölü
1937-1938-ci illərdə törədilən qırğınlar nəticəsində 690 000 ölü
1940-ci ildəki Katın qırğını nəticəsində 4 500 ölü
1946-1947-ci illərdə SSRİ-də yaşanan aclıqdan ötrü 500 000 ölü
1958-1962-ci illərdə Çində Böyük Sıçrayış Layihəsindən ötrü 30-50 milyon ölü
1966-1971-ci illərdə Çində mədəni inqilab vaxtı 2-3 milyon ölü
1975-ci ildə Kambocadakı qırğınlar nəticəsində 1-2 milyon ölü

Rusiyanın Çeçenlərə Verdiyi Zülmün Niyə Bitmədiyini Bilirsinizmi?

kenya, işkence

Rusiyanın müsəlman çeçen xalqına tətbiq etdiyi zülm hələ də davam edir. Analar, atalar, həyat yoldaşları, qardaşlar itən yaxınlarını, rusların meydana gətirdiyi kütləvi məzarlarda axtarırlar.

Son vaxtlar Qroznıdakı rus hərbi bölgəsinin yaxınlığında onlarla cəsəd tapıldı. Bunun, müharibənin başlamasından indiyədək tapılan ən böyük kütləvi məzar olduğu bildirilir. Əlləri və ayaqları bağlı olan cəsədlər, ya silahla vurularaq, ya da bıçaq zərbələriylə öldürülmüşdür. Taisa İmakayeva adlı bir qadın qardaşının 6 mart 2000-ci ildə necə itkin düşdüyünü belə izah edir:

"Kəndimiz bombalandıqdan sonra 25 nəfər halında kəndi tərk edirdik. Rus əsgərləri qadınları və uşaqları, kişilərdən ayırdılar və hərbi yük maşınları ilə nəzarət məntəqəsinə apardılar. Sonra eyni hərbi yük maşını kişiləri toplamağa getdi. Ancaq onları bir də heç görmədik. 42 yaşındakı qardaşım epilepsiya xəstəsidir və ürəyi zəifdir. Həmçinin şikəstdir də. Yanında da ayaqları iflic olan bir insan vardı".

38 yaşındakı Adam Chimayevin ailəsi isə onu, hər yolu sınayaraq axtarmış və sonunda Qroznıdakı kütləvi məzarda, ürəyindən üç güllə yarası almış halda cəsədlərin arasında tapmışdırlar. Bununla belə itkin düşmə halları hələ də davam edirdi. Aprel ayında Alleroi kəndindən olan 3 uşaq və 4 çeçen çoban, heyvanlarını kənddən bir qədər uzaqda bir yerə otarmağa aparmışdılar. Sabahısı gün rus ordusunun düşərgə saldığı yerin yaxınlığında, başlarından güllə yarası almış halda cəsədləri tapılmışdı.

Rusiyanın həqiqi üzünün görülmədiyi, kommunizmin Rusiyanın hakimiyyəti altında pusquda gözlədiyi başa düşülmədiyi və lazımi tədbirlər alınmadığı müddətcə, bu zülm güclənərək davam edəcək. Bunu dayandırmağın yeganə yolu, Rusiyanın həqiqi və gizli ideologiyasını elmi və fəlsəfi baxımdan dağıtmaqdır. Bu isə darvinizmi və materializmi elmi həmləylə çökdürmək yoluyla mümkün olar.

Darvinist-Kommunist Dövlətin Ölüm Maşınları, Milyonlarla Insanı Qətlə Yetirdi

Darvin, Marks və Engelsin; "bəşəriyyət tarixi mübarizə və qarşıdurma ilə inkişaf edər" və "güclü olan həyatda qalar" iddialarının arxasınca gedən 20-ci əsrin kommunist liderləri öz millətlərini bir-birinə qırdırdılar. Eyni vətənin övladları bir-birinə düşmən kəsildi, atalar, oğullar, bacı-qardaşlar, qonşular, yoldaşlar bir-birini qətlə yetirdi. Dünyanın hər yerində bir-biri ardınca on illər ərzində misli görülməmiş işgəncələr, qırğınlar baş verdi.

Stalinin Qırmızı Ordusu, Maonun Qırmızı Gözətçiləri, Pol Potun Qırmızı Qırmızı Kxmerleri, Xo Çi Minin Vietmini kimi ölüm maşınları, dialektik materializmin və darvinizmin qarşıdurma-döyüş-həyatda qalma mübarizəsi qanunlarını tətbiq etmək üçün meydana gətirildilər.

İnsanları diri-diri yandıran, hələ yaşadığı halda ətlərini parçalayan, insanları aclığa, müxtəlif işgəncələrə məruz qoyan, ölüm tarlaları, ölüm çuxurları açan, professorları, incəsənət xadimlərini, yazıçıları heyvan formasına salaraq prospektlərdə gəzdirib, sonra da ən ağır işgəncələrlə öldürən, ailələrə uşaqlarını dəyişdirərək bir-birlərinin uşaqlarını yedirdən, insanları aclığa, səfalətə məhkum qoyan bu ölüm maşınlarına, öldürdükləri və ya işgəncə verdikləri insanların bir heyvan olduqları təlqin edilirdi.

Məsələn, Pol Pot və Qırmızı Kxmerlerin rəhbərliyi altındakı həyat belə idi: "Demokratik Kambocada həbsxana, məhkəmə, universitet, lisey, valyuta, poçt, kitab, idman, əyləncə yox idi... İyirmi dörd saatlıq iş günündə, ölüm halının baş vermədiyi bir an belə olmurdu. Gündəlik fəaliyyət bölgüsü belə idi: On iki saat fiziki iş, iki saat yemək, üç saat istirahət və təhsil, həmçinin yeddi saat yuxu. Nəhəng bir toplama düşərgəsindəydik. Artıq ədalət də yox idi. Ömrümüz boyu edəcəyimiz bütün hərəkətləri qərarlaşdıran Angkar idi (Qırmızı Kxmerlerin yeraltı təşkilatı)... Qırmızı Kxmerler insanı bir öküzlə müqayisə edirdilər: “ Yeri şumlayan bu öküzü görürsünüz. Yemək yeməyi buyurulsa yeyər. Kifayət miqdarda otun olmadığı bir tarlaya aparılsa yenə də otlayar. Yer dəyişdirə bilməz. Nəzarət altındadır. Ona yeri şumlaması deyilsə, şumlayar. Əsla arvadını və uşaqlarını düşünməz". (Pin Yathay, L'Utopie meurtriére:un rescapé du génocide cambodgien témoigne, Brüksel, complexe, 1989, səh. 305)

Məhz insanları heyvan hesab edən darvinist kommunistlərin bəşəriyyət üçün olmasını uyğun gördükləri həyat forması budur. Kommunizm hansı ölkədə hakim oldusa, həmin ölkə xalqını bu yolla qeyri-insani mühitlərdə yaşatmışdır.

Dünyanın darvinist kommunist bəladan xilas olması üçün, ciddi bir fikri mübarizənin aparılması vacibdir. Türk milləti bu mübarizənin əhəmiyyətindən xəbərdardır və buna görə də kommunizmi heç vaxt yaşatmamışdır.

mao, pol pot, stalin

Kommunist vəhşilik tam sürətlə davam edir

Darvinizmin insanların inkişaf etmiş heyvanlar olduğuna dair iddiaları, kommunizmin qəddar liderlərinə böyük dəstək olmuş və cinayət törətmələri üçün bir "pərdə" rolunu oynamışdır. Stalinin darvinist-materialist dövləti, insanların həyatlarını və insani dəyərləri qətiyyən heçə saymış, milyonlarla insanı vəhşicəsinə qətlə yetirmişdir. Ukrayna düşərgələrindən birinin rəhbəri olan Martin Latsis, verdiyi hesabatlardan birində Stalinin qurduğu ölüm düşərgələri barədə bunları dilə gətirmişdir:

"Maykop yaxınlığındakı bir düşərgədə toplanan girovlar (qadınlar, uşaqlar və yaşlılar) palçıq içində və oktyabr soyuğunda qorxunc şəraitdə yaşayır… Milçəklər kimi ölürlər… Qadınlar ölməmək üçün hər şeyə hazırdır. Düşərgəni qorumaq vəzifəsini yerinə yetirən əsgərlər, bu qadınları satmaq üçün, bu vəziyyətdən faydalanırlar". (RTHIDNI (Rusya Çağdaş Tarih Belgelerinin Korunması ve İncelenmesi Merkezi), 17/S4/75/59)

Müasir dövrdə darvinist-kommunist rus zülmü olduğu kimi davam edir. Rus hökumətinin istər çeçen xalqına, istərsə də öz xalqına qarşı davam etdirdiyi qeyri-insani tətbiqlər buna ən bariz nümunədir. Ötən aylarda 118 vətəndaşını dərin sularda ölümə tərk edən darvinist-kommunist düşüncə, bənzər vəhşi tətbiqləriylə tez-tez gündəmə gəlir.

Kommunist düşüncə və bu düşüncəni dəstəkləyən darvinizm, fikirlə aradan qalxmadığı müddətcə kommunist zülm sürətini azaltmadan davam edəcək.

stalin, katliam

"Darvinizm Onsuz Da Süqut Etdi" Deyənlər Xeyli Yanılırlar

Hazırkı dövrdə bəzi müsəlmanlar darvinizmin bəşəriyyətə gətirdiyi bəlalardan xəbərsiz şəkildə yaşayırlar. Bu təhlükənin bundan illərlə əvvəl yox olduğunu zənn edirlər. Halbuki, müasir dövrdə dinsizliyin ən güclü dinlərindən biri darvinizmdir. Açıq-aşkar olan yaradılış həqiqətinə qarşı çıxan hər kəsin sarıldığı ip Darvinin təkamül nəzəriyyəsidir.

Dünya xalqları təkamül nəzəriyyəsinə inanmasa da, onun iddialarını bir o qədər qəbul etməsə də, dövlət idarələri bu nəzəriyyəyə dörd əllə sarılmış vəziyyətdədir. Xüsusilə Çin və Rusiya kimi bir çox ölkədə bu nəzəriyyə məcburi bir inanc kimi görülür və rəsmi dövlət dəstəyi və himayəsi ilə gənclərə təlqin edilir.

Məsələn, Çeçenistanda müsəlmanların məruz qaldıqları zülmün təməlində də, Rusiya dövlətinin darvinist sayıqlamaları durur. Eynilə lideri Stalin kimi Putin də, insanları təkamül prosesində inkişafdan geri qalmış, heyvandan fərqsiz varlıqlar hesab edir və təkamül nəzəriyyəsindən aldığı dəstəklə gözünü belə qırpmadan, vicdan əzab çəkmədən onları öldürdə, ac və biçarə vəziyyətdə qoya bilir, onlara rahatlıqla zülm edə bilir.

Məhz buna görə də, ağıl və vicdan sahibi olan hər insan, bütün dünyanı bürümüş, bəlkə sabah öz qapısına da gəlib çatacaq bu böyük təhlükəni görməli və tezliklə tədbir almalıdır. Bu bəladan xilas olmağın yeganə yolu, darvinizmin iddialarını və bundan qaynaqlanan dialektik materializmin sayıqlamalarını fikri baxımdan yox etməkdir. Türk milləti bu böyük təhlükənin varlığını dərk etmişdir. Bu cərəyanların hakimiyyətinə icazə verməyəcəyini, etdiyi mədəniyyət həmlələriylə bütün dünyaya göstərməkdədir.

putin, rusyada zulüm

Tarixdəki Darvin Həvəskarları Bəşəriyyətə Zülmdən Başqa Heç Nə Vermədilər

mao, darwin

Kommunist ideologiya ilə idarə olunan ölkələrin insanları, daim tapdalanmış, zülm görmüşdürlər. Bunun əsl səbəbkarı isə darvinizmdir; çünki marksist düşüncə darvinizmdən gəlir. Hətta marksist fəlsəfənin banisi olan Karl Marks "Das Kapital" adlı əsərini heyran olduğu Darvinə həsr etmişdir. Dünya səviyyəsində tanınmış marksist təkamülçü elm adamı Stephen Jay Gould da "Ever Since Darwin" adlı kitabında bunları yazmışdır: "...Marks ilə Darvin yazışardılar və Marks Darvinə böyük hörmət göstərərdi... Əslində Darvin... bir inqilabçı idi". (Stephen Jay Gould, Darwin ve Sonrası, səh. 9)

Rusiyadakı Oktyabr İnqilabının liderlərindən biri olan Trotski isə; "təkamül və inqilab eyni prosesin iki ayrı hissəsidir" sözləriylə darvinizm-kommunizm əlaqəsini açıq şəkildə göstərmişdir.

Təkamül ilə eyniləşdirilən kommunist inqilab, zorakılıq, zülm, əzab, fəlakət gətirən bir prosesdir. İnqilabın qanunları təkamül nəzəriyyəsinin qanunları əsasında müyyənləşdirilir və darvinizmin güclü olanla zəif olan arasındakı həyat mübarizəsi iddiası cəmiyyətlərə tətbiq olunur. "İnqilab"ın tərifini Çinin qanlı kommunist lideri Mao Tse-Tung bu təəccüblü sözlərlə verir: "Bir inqilab, bir ziyarət yığıncağı və ya bir məqalə yazmaq, yaxud bir şəkil çəkmək yaxud da naxış işləmək deyil və bu inqilab, o qədər kübar və zərif, təmkinli və nəzakətli, o qədər mülayim, nəzarətli və yüksək ruhlu olmamalıdır. İnqilab, bir üsyan və qiyam, bir zümrənin digərini devirdiyi zorakılıq hərəkatıdır. (Mao Tse-Tung, Kızıl Kitap, 2-ci hissə: Sınıflar ve Sınıf Mücadelesi)

Qızğın marksistlərin bütün bu sözləri, keçmişdə Rusiya, Çin kimi ölkələrdə yaşanmış və bugünkü gündə çeçenlərə, Şərqi Türküstandakı müsəlmanlara qarşı qəddarlıqla edilən zülmün arxasında duran ideologiyanın darvinizm olduğunu açıq şəkildə göstərir. Bu zülmün sona çatması, dünyada sülh və əmin-amanlığın hakim olması üçün darvinist iddiaların əsassızlığı göstərilməlidir.

Bu fikri mübarizəyə isə, tarix boyu hər cür azğın ideologiyaya qarşı mübarizə aparmış türk milləti başçılıq edir.

infaz, mao, işkence

Kommunist Çin Rəhbərliyi Maonun Qırğınlarını Davam Etdirir

Kommunist liderlərin ən böyük yalanları; "kommunizmin yaşandığı ölkələrdə sülhün, ədalətin və əmin-amanlığın yaşanacağına" dair verdikləri yalan vədlərdir. Halbuki kommunizm tarix boyu heç bir ölkəyə sülh və əmin-amanlıq gətirməmişdir. Əksinə kommunizm hakim olmasıyla birlikdə qırğınlar, cinayətlər, bombalama və hücum halları bilavasitə dövlət əliylə törədilmiş, günahsız insanlara zülm etmək, sanki bir dövlət siyasəti olmuşdur. Bunun ən bariz nümunələrindən biri kommunist Çin rəhbərliyinin Şərqi Türküstandakı türklərə yarım əsrdir ki, verdiyi böyük zülmdür.

1949-cu ildən bəri təxminən 35 milyon türk, qəddar kommunist lider Mao və onun ardıcılları tərəfindən qətlə yetirilmiş, sağ qalanlar diri-diri torpağa basdırılmış, qeyri-insani işgəncələrə məruz qalmış, dinlərini yaşamalarına icazə verilməmişdir. Ancaq bu böyük zülm Maonun ölümüylə sona çatmamış, dövrümüzə qədər davam etmişdir. Hal-hazırda da səbəbsiz həbsetmə halları, işgəncələr, naməlum cinayətkarlar, xalq üzərində keçirilməyə davam edən nüvə sınaqları, zorakı abortlar, yeni rəhbərliyin Maodan heç də geri qalmadığını göstərmişdir.

çinde zulüm, çin politikası

Maoçu Qırmızı Çində Uyğur Qadınları Aborta Məcbur Edilir, Körpələr Dünyaya Gələn Kimi Öldürülür

uygur çocukları, cinayet, kürtaj, doğu türkistan

Maoçu Qırmızı Çin uyğur türklərinə bir uşaqdan, artıq uşaq sahibi olma hüququ vermir. Aidiyyəti orqanlar tərəfindən, ikinci uşağa hamilə qalan qadınlar müəyyənləşdirildikdə, hamiləlik müddətinin 9-ci ayında belə olsa, bu vəziyyətdəki qadınlar, polis tərəfindən evlərindən götürülərək, sağlamlığa zərərli və texniki təchizatdan məhrum saxta sağlamlıq mərkəzlərində abort edilirlər. Bunun nəticəsində də bir çox uyğur qadını həyatını itirir.

Abort bəhanəsiylə törədilən soyqırıma bir nümunə belədir: 1997-ci ilin avqustunda, Şərqi Türküstanlı bir qadın abort olmağa zorla məcbur edilmiş, həmçinin ərinə də ağır pul cəriməsi kəsilmişdir. Zorla evindən götürülən qadın bir fürsət taparaq sağlamlıq mərkəzindən qaçmış və körpəsini bir qəbiristanlıqda təkbaşına dünyaya gətirmişdir. Daha sonra birinin köməyi ilə qəbiristanlıqdan götürülərək evinə aparılan qadın, verilən bir xəbərdarlıq nəticəsində yenidən tutulmuş və körpəsi, aparıldığı polis mərkəzində isti suya batırılaraq qətlə yetirilmişdir.

Bu nümunə Şərq Türküstanda qətlə yetirilən minlərlə ana və körpədən yalnız biridir.

Bütün dünya ilə əlaqəsi kəsilən və kommunist Maoçuların zülmü altında yaşayan müsəlman türklər çarəsizlik içində kömək gözləyirlər. Onları xilas edəcək yeganə insanlar və himayədarları üstün vicdanı ilə tanınan türk millətidir. Türk milləti əvvəlcə etdiyi mədəniyyət həmlələri ilə, Mao pərəstişkarı kommunistlərə lazımi cavabı verir və onların ideologiyalarını əsaslandırdıqları darvinist fəlsəfəni tamamilə darmadağın edir. Bundan sonrakı mərhələ isə Türk-İslam əxlaqının hakim olmasıdır.

Mao Pərəstişkarları, Kommunist Maoçu Çinin Şərqi Türküstanlı Soydaşlarımıza Tətbiq Etdiyi Zülmü Görmürlərmi?

Mao, 1949-cu ildən sonra 35 milyon uyğur türkünü qətlə yetirtdi. Sağ qalanlar isə diri-diri torpağa basdırıldılar, ölümünə döyülərək çılpaq halda qarın üstünə yatırdıldılar, iki ayağı iki ayrı öküzə bağlanaraq ortalarından ikiyə ayrıldılar. Dinlərini yaşamalarına icazə verilmədi.

Bu gün kommunist Maonun Qırmızı Çini eyni zülmü etməyə davam edir. Heç bir insan haqqları təşkilatının daxil olmasına icazə verilməyən, rabitə əlaqələrinin tamamilə kommunist Maoçu Çin dövlətinin nəzarəti altında olduğu Şərqi Türküstanda soydaşlarımız böyük bir zülm altında yaşayırlar.

  • İki il ərzində (1995-1997) Çinlilər tərəfindən səbəbsiz yerə həbs olunan uyğur türklərinin sayı 560 mindən çoxdur.
  • 1995-1997-ci illərdə Şərqi Türküstanın daxilində Qırmızı Çinin törətdiyi işgəncə nəticəsində öldürülən və itən insanların sayı 5000-dən çoxdur.
  • Milli və dini dəyərlərini qorumaq naminə ölümünə vuruşan Şərqi Türküstanlı soydaşlarımıza dünyanın heç bir yerində rast gəlinməyəcək işgəncələr tətbiq olunur. Əvvəlcə ayaqlarının altına mismar vurulan günahsız insanlar, saatlarla buz üstündə saxlanılır, sonra isə əlləri və ayaqları donduqdan sonra kəsilir.
  • 1964-cü ildən bəri Çinin, Şərqi Türküstanda yerləşən nüvə mərkəzində keçirdiyi 44 nüvə sınağı nəticəsində 210 min insan öz həyatını itirmiş, minlərləsi şikəst qalmış, xərçəng kimi xəstəliklərə tutulmuş, minlərlə uşaq isə şikəst doğulmuşdur.

Kommunist Çin dövləti bu gün soydaşlarımızı türk və müsəlman olduqlarından ötrü soyqırıma məruz qoyduğu halda, bəzi Maoçuların hələ də Mao heyranlıqlarını dilə gətirə bilmələri çox dəhşətlidir. Aciz buraxılmış, dünya ilə əlaqəsi kəsilmiş, biçarə vəziyyətdə kömək gözləyən bu insanlara yardım əlini uzatmaq əvəzinə, onlara zülm edənlərin liderlərini tərifləyəcək qədər həddlərini aşan kimsələr, türk millətinin güclü vicdanı tərəfindən mühakimə olunmaqdadır.

Türk milləti Maoçulara, marksist leninistlərə cəsarət verən darvinizm təməlli dialektik materializm kimi fəlsəfələrin qarşısını alaraq, bəşəriyyətə böyük xidmət göstərir.

Tarixin ən zalım diktatorlarından biri olan Mao, 35 milyon uyğur türkünü qətlə yetirtdi. Sağ qalan xalq diri-diri torpağa basdırıldı, ölümünə döyüldü, işgəncələrə məruz qoyuldu. Bu zülm heç səngimədən eynilə davam edir. Kommunist Çin hökuməti hələ də uyğur türklərini nüvə sınaqları keçirməklə, ağlasığımaz işgəncələr verməklə qətlə yetirməyə davam edir.

doğu türkistani uygur Türkleri, komünist çin

Tarihin en zalim diktatörlerinden biri olan Mao, 35 milyon UygurTürkü'nü katlettirdi. Sağ kalan halk diri diri toprağa gömüldü, öldüresiye dövüldü, işkencelere maruz bırakıldı. Bu zulüm hiç azalmadan aynı şekilde devam etmektedir. Komünist Çin hükümeti hala Uygur Türkleri'ni nükleer denemelerle, akıl almayacak işkencelerle katletmeye devam ediyor.

Kommunist Mao, Törətdiyi Qanlı Inqilabı Darvinizmə Əsaslandırmışdı

kültür devrimi, çin, idam, komünizm

Kültür Devrimi sırasında suçsuz yere idam edilen bir Çinli

Çində qanlı və qəddar bir inqilab törədən Mao, darvinizmin Çindəki inqilab üçün əhəmiyyətini isə belə açıqlamışdı: "Çin sosializminin təməli, Darvinə və təkamül nəzəriyyəsinə əsaslanmalıdır". (K. Mehnert, Kampf um Mao's Erbe, Deutsche Verlags-Anstalt, 1977)

Darvinist Maonun "qırmızı gözətçilər" adlandırdığı döyüşçülər, ölkəni tam bir terror mühitinə sürüklədi. Maonun əmrləriylə 6-10 milyon insan bilavasitə öldürüldü, on milyonlarla əks inqilabçı ömürlərinin mühüm bir hissəsini həbsxanalarda keçirdi və 20 milyonu bu yerlərdə öldü. Maonun, insanları heyvan hesab edən və dolayısilə həyatlarına əhəmiyyət verməyən darvinist layihələrinin faciəvi nəticəsi olaraq 20-40 milyon insan isə aclıqdan öldü.

Qırmızı gözətçilərin törətdikləri zülm, “Le livre noir du communisme (Kommunizmin qara kitabı)” adlı kitabda, belə bir nümunəylə izah edilir: "Hamısı ölümə məhkum edilən inqilab əleyhdarları, bütün xalqın dəvət edildiyi açıq iclaslarda, qırmızı gözətçilər tərəfindən parçalanırdılar. Xalq isə bu əsnada; "öldür öldür!" deyə qışqırırdı. Qırmızı gözətçilər bəzən parçaları qızardıb yeyir və ya hələ də canlı olan məhkumun gözləri qarşısında ailəsinə yedirdirdi; hamı "keçmiş mülk sahibi"nin qaraciyərinin və ürəyinin yeyildiyi ziyafətlərə və məruzəçinin yeni kəsilmiş başlardan hazırlanmış bir paya cərgəsi qarşısında danışdığı yığıncaqlara dəvət olunmuşdu. Çində adamyeyənliyə çatacaq qədər güclənən nifrət və vəhşilik hakim idi".

Bu gün Mao yaşamır. Lakin buna baxmayaraq, Çin dövləti hələ də darvinist Maonun qoyduğu qanunlarını tətbiq edərək, zalımlığını davam etdirir. Şərqi Türküstan xalqına tətbiq olunan zülm bunun yalnız bir nümunəsidir. Əsl təhlükə isə, Mao kimi 20-ci əsrin ən qəddar və zalım diktatorlarından birini, dəyərli bir ziyalı kimi göstərməyə çalışan müasir kommunistlərdir.

 

Maoçuluq Təbliğatı Aparanlar, Niyə Şərqi Türküstanlı Günahsız Xalqa Edilənləri Görməzlikdən Gəlirlər?

anne, işkence, zulüm

Mao, 20-ci əsrin tarixinə qanlı bir inqilabın əli qanlı lideri kimi daxil oldu. Ancaq onun bütün bəşəriyyətə etdiyi ən böyük pislik, arxasında sayları milyonları ötüb keçən tərəfdar kütləsi qoyub getməsi oldu. Hər gün qəzetlərdə Maonun qanlı varislərinin törətdiyi yeni bir zülm əks olunur. Bir gün müdafiəsiz insanları edam edir, sabahısı gün körpələri öldürür, başqa bir gün isə insanlar üzərində nüvə sınaqları keçirirlər…

Maoçu vəhşiliyin ən böyük hədəfi isə Şərqi Türküstanda yaşayan uyğur türkləridir. Həm müsəlman olduqları, həm də etnik azlıq təşkil etdikləri üçün Pekin rejiminin hədəfi halına gələn uyğur türkləri, Maonun hakimiyyətə gəldiyi 1949-cu ildən bəri səngiməz bir soyqırıma məruz qalırlar.

Müsəlman uyğurların birdən artıq uşaq sahibi olmalarının qadağan edildiyi Şərqi Türküstanda, bu qadağanı pozanların uşaqları "əhali planlaşdırması" adı altında hələ ana bətnində olarkən abortla qətlə yetirilir və ya doğulduqdan sonra boğularaq öldürülürlər. Qəzetdə dərc olunan bir xəbər isə bu vəhşiliyin qeyri-insani bir cəhətini daha göstərir. Buna görə də, bütün bölgələrdə işləyən həkimlərə məhv edəcəkləri rüşeym miqdarı üçün bir norma ayrılır və həkimlər bu normanı keçə bilmək üçün sanki bir-birləri ilə yarışırlar. Həmçinin müsəlman anaların balalarını erkən dünyaya gətirmələri üçün üstlərinə çıxılıb qarınları əzilir…

Maonun Ölkəsi Çin=Cinayətlər, Edamlar, Qətliamlar...

Mao, bəşəriyyət tarixinin ən böyük qatillərindən, Çində həyata keçirdiyi inqilab isə bəşəriyyət tarixinin ən qanlı dövrlərindən biridir. Mao, arxasında 50 milyona yaxın ölü və on milyonlarla işgəncə qurbanı qoyub getdi. Necə ki, onun 1976-cı ildəki ölümü də Çin xalqı üçün heç nə dəyişdirməmiş, onun azğın ideologiyası ilə öyrədilən yeni qatillər günahsız insanları qətlə yetirməyə davam etmişdirlər.

Darvinizmə olan bağlılıqlarıyla, insani dəyərlərdən və dinin gözəlliklərindən uzaq, sevgisiz, insaniyyətsiz və zorakılıqdan zövq alan insanlar olan Maoçular bu gün hələ də eyni vəhşiliyi davam etdirirlər. Hər gün kütləvi edamların həyata keçirildiyi Çinlə əlaqədar ötən həftə qəzetlərdə dərc olunan bir xəbər, Maoçuluğun qanlı üzünü tam açıqlığı ilə göstərmişdir.

Bir ailəyə 1-dən çox uşaq sahibi olma hüququ verməyən Çində, insanlar dünyaya gələn körpələrini küçələrə atıb gedirlər. Aşağıdakı şəkildə görülən yeni doğulmuş körpə də ailəsi tərəfindən işlək yol üzərinə qoyulub tərk edilmiş və yüzlərlə insanın laqeyd baxışları altında çırpınaraq can vermişdir. Bu şəkillər hələ də Maoçuluğu müdafiə edən və ya kommunizmin süqut etdiyini iddia edənlərə bir cavab xüsusiyyəti daşıyır.

çin, bebek cinayeti, mao

Maoçu Çində Kommunizm Ən Vəhşi Halıyla Yaşamağa Davam Edir

Maonun dövründə Çində, insanlar ortada konkret bir səbəb olmadan qırmızı gözətçilər tərəfindən evlərindən, küçələrin ortasından götürülərək həbs edilir, işgəncəyə uğradılır və ya öldürülürdülər. Mao bu gün yaşamır, ancaq qanunları Çin dövləti tərəfindən sədaqətlə qorunur.

Çinin ən böyük qəzetlərindən biri olan “Halkın günlüğü” qəzetində ötən günlərdə dərc olunan bir xəbər, Çin cəmiyyətinə edilən zülmün və ədalətsizliyin bu gün də eyni sürətlə davam etdiyini göstərir. Bu xəbərdə, prezident Tsyan Tsemin tərəfindən 7 apreldə Fucyen əyalətində başladılan, daha sonra bütün ölkəyə yayılan kampaniya çərçivəsində 10 min insanın nəzarət altına alındığı, 500 insanın isə edam edildiyi bildirilmişdir. Ümumiyyətlə başa güllə sıxaraq edam etmə üsulundan istifadə edilən Çində, bir ildə edam edilən insanların sayının, dünyanın yerdə qalan ölkələrində bir ildə edam edilən insanların ümumi sayına bərabər olduğu ifadə edilir.

Bu xəbərdəndən də açıq şəkildə görüldüyü kimi Çin hələ də bir "Mao dəliliyi" ilə yaşayır. Bu vəziyyət bizə, kommunizmin bəşəriyyət üçün nə qədər böyük bir təhlükə olduğunu yenidən göstərir. Məhz bu gizli təhlükənin və insanı heyvan hesab edən bütün qanlı ideologiyaların dayaq nöqtəsi darvinizmdir. Bu səbəblə də, darvinizmin gerçək üzünün elmi və tarixi dəlillərlə izah edilməsi, kommunizmin hiyləgər üzüylə necə gizlənərək pusquda gözlədiyinin insanlara göstərilməsi çox əhəmiyyətlidir.

mahkeme, mao, darwin

Kommunist Çində, Mao Dövründə Yaşanan Zülm Hələ Bitmədi

1949-cu ildə Maonun kommunist partizanlarının hakimiyyəti ələ keçirmələriylə birlikdə Çində böyük bir zülm yaşanmağa başlanmışdı. Maonun böyük sıçrayış siyasətindən sonra 1958-1961-cı illər arasında yaradılan süni qıtlıq əsnasında tam 40 milyon Çinli öz həyatını itirdi. Bilavasitə Maonun əmrləriylə 6-10 milyon insan qətlə yetirildi. 20 milyon insan ömürlərinin böyük bir hissəsini həbsxanalarda keçirdi. Mədəniyyət inqilabı əsnasında da milyonlarla insan vəhşicəsinə öldürüldü, qeyri-insani işgəncələrə məruz qaldı. Mao 1976-cı ildə öldü və arxasında 50 milyondan artıq ölü, on milyonlarla işgəncə qurbanı və azğın bir ideologiya qoyub getdi. Ancaq Çində zülm bitmədi.

Çox yaxın bir vaxtda Çində "kütləvi edam nümayişi" həyata keçirildi. Əvvəlcə sanki parad keçirirmiş kimi polislərlə birlikdə, əlləri bir nəqliyyat vasitənin dəmirlərinə bağlanılmış halda xalqa göstərilən 113 insan, ibrət olsun deyə saatlarla xalqın içində gəzdirildi. Daha sonra da böyük bir stadionda, xalqın gözləri qarşısında edam edildi. Ancaq bu Çindəki nə ilk, nə də son edam nümayişi idi. Beynəlxalq Amnistiya Təşkilatının verdiyi məlumata görə, 1999-cu ildə Çində 1263 insan edam edildi və bu rəqəmin yalnız edamların məlum qismi olduğu ifadə edildi.

Məhz bu həqiqətlər kommunizm süqut etdi deyənlərə bir cavab xüsusiyyəti daşıyır.

hapishane, çin zulmü

Darvinist-Faşistlər Qatilləri Qəhrəman Elan Edir

hitler, psikopat

Faşistlər, sentimentallıq və coşğuyla kütlələri özlərinə bağlayaraq, istiqamətləndirərlər. Bunun üçün müxtəlif taktikalardan istifadə edərlər. Amerikalı tədqiqatçılar Baigent, Leigh və Lincoln nasistlərin məşhur Nürnberq mitinqlərindəki romantik beyin yuma üsullarını belə təsvir edirlər: "Pis şöhrətə sahib Nürnberq mitinqlərində... hər şey (formaların və bayraqların rəngləri, məruzəçilərin yeri, proqramın başlama vaxtının gecə yarısına tuş gətirilməsi, projektorlardan istifadə, zamanlama) çox diqqətlə hesablanardı. Bu mitinqlərdə çəkilən filmlər, insanların sanki öz özlərini sərxoş etdiklərini, özlərini bir növ hipnoz etdiklərini, "sieg heil (zəfərə salam)" adlı nasist şüarını dayanmadan təkrarlayaraq sanki Hitlerə tapınırmış kimi nasist salamı verdiklərini göstərir. Kütlələrin üzündən bomboş bir zehnin gətirdiyi xoşbəxtlik oxunur..." (The Messianic Legacy, Corgi Books, səh. 194)

Məhz Hitler, insanlara bir-birlərini irqlərindən ötrü öldürməyi, müharibəni, qəddarlığı bu "romantik milliyyətçi" üsullarla qanuni kimi göstərirdi. Romantik milliyyətçiliyin təməli isə darvinizm idi. Tanınmış tədqiqatçı Daniel Gasman, darvinizmin, bu şüuru yox edən, insanları coşduraraq cinayət işləməyə qədər təşviq edən romantik cərəyan üzərindəki təsirini belə açıqlayır: "Darvinizmin, Almaniyada alman romantizminin bir proyeksiyası olduğunu demək olar... Darvinizmin Almaniyada aldığı hal, bir növ saxta elmi təbiət dini, irqçiliklə qarışmış təbiətə sitayiş mistsizmidir".

Türk milləti bu kimi tam axmaq cəfəngiyatlara heç vaxt aman verməmiş, dərhal bunların qarşısını kəsmişdir. O, bu gün də faşizmin darvinizmdən qaynaqlanan qaranlıq üzünü bütün dünyaya göstərməyə davam edir.

Darvinist-Faşist Mussoliniyə Görə Sülh Zərərli Idi

Mussolini: "Faşizm daim sülhün zərərli olduğuna inanmışdır. İnsan qüdrətini ən yüksək səviyyəyə qaldıran müharibədir" deyir. Başqa bir nitqində isə; "faşizm, bütün dünyanın bir-birləriylə qucaqlaşmasına qarşı çıxar. Mədəni millətlər birliyi çərçivəsində yaşamaqla birlikdə, hər birinə meydan oxuyaraq baxar" ifadələrini işlətmişdir.

Yuxarıdakı sözlərindən də aydın olduğu kimi Mussolini bir təkamülçü olaraq, Darvinin; "həyat bir müharibədir, bu müharibədə güclülər qalib gələr, zəiflər isə məğlub olar" prinsiplərinə inanmışdır. Bu fikirləri istiqamətində İtalyan xalqını müharibə aparmağa məcbur etmiş; Albaniya, Efiopiya və Yuqoslaviyanın fiume limanı başda olmaqla bir çox ərazini işğal etmişdir. Bu ölkələrin xalqlarını öldürmüş, onlara zülm etmiş, hətta Efiopiya xalqına qarşı zəhərli qazdan istifadə edərək insanların əzab çəkərək ölmələrinə səbəb olmuşdur.

Mussolininin özü kimi bir darvinist-faşist lider olan Hitlerlə birlikdə səbəb olduqları müharibənin nəticəsi olduqca ağırdır. İkinci dünya müharibəsi, bəşəriyyət tarixinin ən dağıdıcı, ən ölümcül müharibəsi olaraq tarixə keçmişdir.

Ancaq yaşanan əzablar insanlara çox böyük təcrübə qazandırmışdır. Tarixdə bu cür hadisələrin təkrarlanmasının qarşısını almaq üçün edilməsi lazım olan ilk şeyin darvinizmlə və darvinist liderlərlə mübarizə aparmaq olduğu aydın olmuşdur.

mussolini, diktatör, rejim

Faşizm Hiyləgərcəsinə Forma Dəyişdirir

sırp katliamı

Çarlz Darvin təkamül nəzəriyyəsiylə insan irqlərinin var güclə həyat mübarizəsi apardıqlarını iddia etmişdi. Üstəlik, bu mübarizənin təkamüli inkişaf prosesi üçün zəruri olduğunu, yəni bəzi insan irqlərinin yox edilməsinin bəşəriyyətin inkişafını təmin etdiyini müdafiə etmişdi.

Təkamül nəzəriyyəsinin insan cəmiyyətlərinə tətbiq olunmasıyla meydana çıxan "sosial darvinizm" anlayışı 1850-ci illərdən indiyədək meydana gələn bütün irqçi düşüncələrə ilham verdi. 20-ci əsrdə dünyanı qana bulayan Hitler, Mussolini, Franko və digər faşist liderlərin törətdikləri qırğınlar və zülmlər, Darvinin təkamül nəzəriyyəsinin "güclülər yaşar, zəifləyər ölər" prinsipindən qaynaqlanırdı.

Faşizm müdafiəçiləri milyonlarla günahsız insanı qətlə yetirərkən, bu qorxunc cinayətləri "irqin saflaşdırılması" və "inkişafdan geri qalmış irqlərin təmizlənməsi" adı altında guya "elmi" bir təmələ əsaslandırmışdılar.

Hazırkı dövrdə, darvinizmin irqçi izahı olan faşizm bu dəfə "millətçilik" adı altında hiyləgərcəsinə forma dəyişdirərək bəşəriyyəti təhdid etməyə davam edir. Bu gizli təhlükəyə qarşı daim diqqətli və təmkinli olmaq vacibdir.

Faşizmin axarına qapılan insanların əksəriyyəti bu təhlükəni görməyə bilər. Ancaq irqlər arasında bərabərsizliyi, üstün irqlərin hegemoniyasını müdafiə edən faşizm, insaniyyətdən, mədəniyyətdən, sevgi və tolerantlıqdan, incəsənət və estetikadan, gözəl əxlaqdan məhrum bir cəmiyyət meydana gətirər. "Həyat bir mübarizədir; güclü zəifi yox edər və beləliklə də, həyatda qalar" anlayışını cəmiyyətlərə hiyləgərcəsinə təlqin edər. 21-ci əsrdə millətçilik maskasının arxasından çirkin üzünü göstərən faşist ideologiya və bəşəriyyəti 150 ildir ki, zülm və xaosa sürükləyən darvinizm, bəzi ətraflar tərəfindən israrla dəstəklənilir. Bu gün bütün bu bəlalara qarşı ən təsirli mübarizə üsulu, problemi kökündən həll etmək və darvinist düşüncəni fikirlə məğlub etməkdir.

Vicdan və iman sahibi, milli və mənəvi dəyərlərinə bağlı olan türk milləti, bu mövzunun əhəmiyyətini və təcililiyini qavramış, bəşəriyyəti darvinizm təhlükəsinə qarşı xəbərdar etməyi özünə uca vəzifə qəbul etmişdir.

Darvinin Təşviq Etdiyi Irqçilik, Avropada Hələ Də Hökm Sürür!

ırkçılık, soykırım

Darvin, irqçiliyin atasıdır. “İnsanın mənşəyi” adlı kitabında irqçi fikirlərini belə açıqlamışdır: "Bəlkə də, əsrlər qədər davam etməyəcək yaxın bir zamanda, mədəni insan irqləri, vəhşi irqləri tamamilə yer üzündən siləcək və onların yerinə keçəcəklər. Digər tərəfdən insanabənzər meymunlar da… Şübhəsiz aradan götürüləcəklər. Beləliklə insanla onun ən yaxın qohumları arasındakı boşluq daha da genişləyəcək. Bu sayədə ortada hal-hazırkı avropa irqlərindən belə daha mədəni olan irqlər və hal-hazırkı zəncilərdən, avstraliyanın aborigen əhalisindən və qorillalardan belə daha geridə qalmış pavian növündən olan meymunlar qalacaq".

Darvindən guya elmi bir dəstək alan irqçilik, bu gün hələ də Avropada və Amerikada böyük ölçüdə davam etdirilir. Son zamanlar qəzetlərdə irqçiliklə əlaqədar dərc olunan xəbərlərdən yalnız bir neçəsi belə, bu böyük təhlükənin əhəmiyyətini göstərir: "İngiltərə hökuməti; Tamillər, rumlar, somalililər, albanlar, əfqanlar, çinlilər və romalılara sərhəd qapılarında "fərqli rəftar" etmə qərarı aldı". (4 may 2001)

"250 uşaq kölə daşıyan xəyalət gəminin Ekvatorial Qvineyanın paytaxtı Malaboda olduğu müəyyənləşdirildi. Kapitanın tutulmamaq üçün uşaqları dənizə atmasından qorxulur... Qara kölələrin dənizə atılması, tarixdə də tətbiq olunan çox geniş yayılmış bir üsuldur. Qeyri-qanuni kölə ticarətiylə məşğul olan gəmilərin tutulma təhlükəsi baş verdikdə, kölələrin zəncirlərə vurularaq dənizə atıldıqları məlumdur". (17 aprel çərşənbə axşamı)

"Moskvada Qafqaz mənşəli xalqların ticarətlə məşğul olduğu bir bazara, irqçi dazların hücumu nəticəsində 10 bazarçı yaralandı. Kreml sarayındakı bir başqa hücum hadisəsində isə bir çeçen gənc bıçaqlanaraq öldürüldü". (22 aprel 2001)

"ABŞ-ın ən yoxsul əyaləti olan Mississippidə keçirilən referendumda ağlar, irqçi ayrı-seçkiliyi simvolizə edən konfederasiya bayrağını seçməkdən imtina etmədi". (19 aprel 2001)

Şübhəsiz ki, Allah qatında ən üstün olanınız, ən çox Allahdan qorxanınızdır. (Hucurat surəsi, 13)

Müasir Qərb Dünyası Darvinist Hitlerin Yoluyla Gedir

Hitler, Mussolini, Franko kimi faşist liderlərin tarixin dərinliyinə basdırılmaları, onların müdafiə etdikləri darvinist fikirlərin yox olması demək deyil. Bu gün onların düşüncələrini özlərinə nümunə götürən bir çox faşist təşkilat Avropa ölkələrində fəaliyyətdədir. Xüsusilə də 80-cı illərdən etibarən, dünyanın bir çox ölkəsində təkamül nəzəriyyəsinin alovlandırdığı irqçi və neo-faşist hərəkatlar yeni bir oyanış içindədirlər. Almaniyada, Belçikada, Avstriyada, İngiltərədə, İsveçdə, İtaliyada, İspaniyada və ABŞ-da, hər gün yeni bir hücum, yeni bir odlama, yeni bir bombalama və ya təcavüzkarlıq hadisəsi baş verir. Xarici ölkələrdəki türk xalqı ölüm qorxusu içində yaşamağa çalışır, məktəbə və ya işə gedə bilmir, gecələri küçəyə çıxa bilmir və öz dillərində danışa bilmirlər.

dazlaklar, nazi, beyaz ırk, Türk düşmanlığı

Adları xuliqan, daz, neo-nasist də olsa, bu darvinist-faşist qrupların tək bir yerdən əmr aldıqları istər xarici görünüşlərindən, istər istifadə etdikləri simvollardan, istərsə də işlətdikləri ifadələrindən aydın olur. Hamısı Hitler kimi danışır, nasist zabiti kimi geyinir, jurnallarında və mahnılarında zorakılığı və irqçiliyi tərifləyirlər. Məqsədləri isə eynidir; Darvinin türklərlə əlaqədar söylədiyi cəfəngiyatlara inandıqları üçün, inkişafını tamamlaya bilməmiş ibtidai heyvanlar hesab etdikləri türkləri dəhşətə gətirmək, qorxutmaq, qaçırtmaq, uzaqlara sürgün etmək, sürgün edə bilmədikləri təqdirdə isə yox etməkdir. Beləliklə də, guya bütün etnik, dini və mədəni çirklərdən təmizlənmiş, 500 milyon nəfərlik ağ irqdən ibarət təmizlənmiş bir cəmiyyət meydana gətirmək.

Ancaq türk xalqı faşizmin bu sürətli yüksəlişindən xəbərdardır və keçmişdə olduğu kimi bu gün də faşizmin hakimiyyətinə icazə verməyəcək.

"Hitler Övladları" Içlərindəki Kin Və Nifrəti Göstərmək Üçün Hər Yoldan Istifadə Edirlər

Hitler, alman irqindən başqa bütün irqlərin yox edilməli olduğuna inanır və onları heyvan hesab edirdi. "Şimali Avropa almanlarını bəşəriyyət tarixindən çıxartsanız, geriyə meymun rəqsindən başqa bir şey qalmaz" demiş və tarixin ən böyük qırğınlarından birini törətmişdi. Bu sözləri söyləyərkən də ən böyük dəstəyi, Çarlz Darvinin təkamül nəzəriyyəsindən alırdı. Darvin isə böyük millətimiz haqqında bu cəfəngiyatları söyləmişdi:

"Təbii seleksiyaya əsaslanan müharibənin, mədəniyyətin inkişafına sizin güman etdiyinizdən daha çox fayda verdiyini və verməkdə olduğunu sübut edə bilərəm. Düşünün ki, bir neçə əsr bundan əvvəl Avropa, türklər tərəfindən işğal edildiyi vaxt, Avropa millətləri nə qədər böyük təhlükə altında qalmışdı, amma artıq bu gün Avropanın türklər tərəfindən işğalı bizə nə qədər gülünc gəlir. Avropa irqləri olaraq tanınan mədəni irqlər, həyat mübarizəsində türk barbarlığına qalib gəlmişdirlər. Dünyanın çox da uzaq olmayan bir tarixinə baxdığımda, bu cür inkişafdan geri qalmış irqlərin əksəriyyətinin mədəniləşib inkişaf etmiş irqlər tərəfindən aradan götürüləcəyini (yox ediləcəyini) görürəm". (Francis Darwin, The Life and Letters of Charles Darwin, Vol. I, 1888. New York:D. Appleton and Company, səh. 285-286)

Bəlkə də, Hitler və onun kimi düşünənlər tarixin qanlı səhifələrində özlərinə layiq olduqları yeri tapdılar. Amma "Hitler övladları" faşizmin, müxtəlif adlar altında hələ də fəaliyyət göstərdiyini bizə sübut edir. Neo-faşistlərin internet səhifələrində, jurnallarında və mahnı sözlərində bu kin və nifrəti görmək mümkündür. Məsələn, "xalqın qəzəbi" adlı neo-nasist bir qrup, öz mahnısında; "biz Almaniyanı təmizləyən gücük" deyir. Bir başqa mahnısında isə türkləri nəzərdə tutaraq; "onları həbs edin və ya bir yerə qatın. Səhra belə ola bilər, yetər ki, qatın onları" deyərək kinlərini dilə gətirirlər. Endsieg adlı musiqi qrupu isə içlərində türklərə qarşı olan nifrəti; "onları mismarlamalı, onları öldürməli, onları zindana salaq, toplama düşərgələrinə salaq" cümlələriylə ifadə edir.

Bilinməlidir ki, şərəfli türk millətinə qarşı düşməncəsinə rəftarlar nümayiş etdirən irqçi hərəkatlar, 21-ci əsrdə özlərinə yaşamaq üçün bir yerə tapa bilməyəcəklər. Çünki türk milləti dünyada yenidən ayaqlanan faşist hərəkatların təməl dayağının darvinizm olduğunu görmüş və bu yanlış ideologiyanın qarşısını kəsmək üçün bütün tədbirləri almışdır. 21-ci əsrdə dünya millətləri darvinizmlə birlikdə faşizmin də süqutuna şahid olacaqlar.

neo naziler, ırkçılık, Türk düşmanlığı

Türk Düşmənçiliyinin Kökləri 19-Cu Əsrdə Axtarılmalıdır

türk düşmanlığı, darwin türk düşmanlığı, darwin,

Türk düşmənçiliyi, Osmanlı hakimiyyətinin zəiflədiyi dövrlərdə; "türklər Avropadan tamamilə çıxarılıb atılmalıdır" deyən Avropalı dövlət insanları tərəfindən başladılmış, sonra isə Osmanlı imperiyasının parçalanmasını hədəfləyən siyasətin təməl düşüncələrindən birini təşkil etmişdir. Özlərini guya; "inkişaf etmiş və mədəni millətlər" kimi xarakterizə edən bəzi avropalılar, türk millətini, mümkün qədər ən uzaq məsafələrə sürgün edilməsi lazım olan, guya "inkişafdan geri qalmış və ibtidai" bir ünsür hesab etmişdirlər. Bu fikirlərinin elmi təməlini də türkləri, "ibtidai və inkişafdan geri qalmış bir irq" hesab edən Çarlz Darvinin təkamül nəzəriyyəsindən götürmüşdürlər.

19-cu əsrdə və 20-ci əsrin birinci rübündə Avropa ölkələrinin paytaxtlarında böyük əks-səda oyandıran türk düşmənçiliyi fikrinin keçmişdə qaldığını düşünmək böyük səhvlikdir. Son günlərdə uca səslə dilə gətirilən; "türkləri Avropadan uzaqlaşdırma" mesajları türk düşmənçiliyinin hələ də davam etdiyini olduğunu göstərir.

O dövrlərdə; "...Cahil qatı mövhumatçı insanlar, barbar millət… türklər daim türk qalacaqlar, heç vaxt avropalaşmayacaqlar…" deyən, o vaxtkı İngiltərənin baş naziri Lord Salisbury-un yerini, bu gün müxtəlif süni vəsilələrlə türkləri Avropadan uzaqlaşdırmaq istəyən Avropa dövlətləri almışdır. (Erol Ulubelen, İngiliz Gizli Belgelerinde Türkiye, sentyabr 1982, səh. 77)

"İstanbul tamamilə türklərin əlindən alınmalıdır, bir vəba toxumu, müharibələrin yaradıcısı, qonşuları üçün bir təhqir olan türklər Avropadan tamamilə çıxarılmalıdır…" deyən ABŞ-lı senator Lodgenin yerini isə, hazırkı dövrdə nəcib türk millətini soyqırım törətməklə günahlandıran ABŞ-lı senatorlar tutmuşdur. (İngiliz Gizli Belgelerinde Türkiye, səh. 210)

Ancaq türk milləti baş verən bu oyunlardan xəbərdardır, həmçinin bu tələləri birlik və həmrəylik içində dağıdacaqdır. Sahib olduğu şərəfli tarix, türk millətinin üstün əxlaq və xarakterinin bir dəlilidir.

türk düşmanlığı, dazlaklar, ırkçılık

Türk Millətini Parçalamaq Istəyənlərin Sayıqlamaları Darvinizmdən Qaynaqlanır

ırkçılık, türk düşmanlığı, darwinizm

Bu gün Avropanın türklərə olan münasibətinin, əsassız erməni soyqırımı iddialarının, İtaliya və Fransanın Türkiyə əleyhində yürütdüyü fəaliyyətlərin, Avropa İttifaqının Türkiyəni üzvlüyə qəbul etməməkdə israrlı davranmasının və neo-nasistlərin türk düşmənçiliklərinin altında Darvinin türk düşmənliyi fikri yatır. Bu, öz təsirini Sevr müqaviləsindən əvvəl də göstərmiş bir düşmənçiliyin dövrümüzə əks olunmasıdır.

19-cu əsrdə İngiltərə baş naziri William Ewart Gladstone, türkləri, müstəmləkəçi Britaniya imperiyası üçün təhlükə hesab edirdi. Türk milləti əleyhində çirkin bir təbliğat başlatmış və belə demişdi: "Türklər bəşəriyyətin insan olmayan nümunələridir. Mədəniyyətimizin davam etməsi üçün onları gəldikləri Asiya çöllərinə sürgün etməli və ya Anadoluda yox etməliyik".

İngilislər, türkləri yox etmək məqsədiylə özlərinə tezliklə "elmi (!)" bir dayaq da tapdılar. İrqçi ingilis bioloq Çarlz Darvin onlara tam istədikləri açıqlamanı verdi: "Təbii seleksiyaya əsaslanan müharibənin, mədəniyyətin inkişafına sizin güman etdiyinizdən daha çox fayda verdiyini və verməkdə olduğunu sübut edə bilərəm. Düşünün ki, bir neçə əsr bundan əvvəl Avropa, türklər tərəfindən işğal edildiyi vaxt, Avropa millətləri nə qədər böyük təhlükə altında qalmışdı, amma artıq bu gün Avropanın türklər tərəfindən işğalı bizə nə qədər gülünc gəlir. Avropa irqləri olaraq tanınan mədəni irqlər, həyat mübarizəsində türk barbarlığına qalib gəlmişdirlər. Dünyanın çox da uzaq olmayan bir tarixinə baxdığımda, bu cür inkişafdan geri qalmış irqlərin əksəriyyətinin mədəniləşib inkişaf etmiş irqlər tərəfindən aradan götürüləcəyini (yox ediləcəyini) görürəm". (Francis Darwin, The Life and Letters of Charles Darwin, səh. 285-286)

Darvinin bu sözlərindən yola çıxan bəzi Avropa dövlətləri, Türkiyəni mənfəətləri üçün təhlükə hesab edir və ölkəmizin parçalanmasını gözləyirlər. Sevr müqaviləsinin bağlandığı dövrdə olduğu kimi, bugünkü gündə də, Türkiyə torpaqlarını parçalayaraq dağıtmağa çalışırlar.

Ancaq, türk milləti bunların yaşaanmasına icazə verməyəcək. İdarə etmək, hüzur və əmin-amanlıq gətirmək türk millətinin fitrətində var. Türk milləti bölünə bilməyəcəyi kimi, bütün Asiya türklərini, Orta Şərqi və müsəlmanları vahid halda toplayaraq, kökü keçmişdə olan bir gələcəyi hazırlayır.

Dövrümüzdəki Iki Əhəmiyyətli Təhlükə, Darvinizmin Doğru Olduğunu Hesab Etmək Və Onu Bir Təhlükə Kimi Görməməkdir

Darvinizm, həyatın mənşəyinə açıqlama gətirən iddialar ortaya atan hər hansı bir nəzəriyyə deyil. Darvinizmin iddiaları, insanları bir Yaradıcı olmadığına, yaranmanın və həyatda qalmanın ancaq qarşıdurma və mübarizə yoluyla mümkün olacağına inandırmaq üçün 150 ildir ki, şüurlu və planlı şəkildə insanlara təlqin edilir. 20-ci əsrdə Hitler, Mussolini, Stalin, Lenin, Mao kimi ən qanlı diktatorlar, rejimlərinin ideologiyalarını darvinizmə əsaslandırmışdırlar. Dini isə, ideologiyalarının və darvinizmin önündəki ən böyük mane hesab etmişlər.

minare

Bəşəriyyətin bu cür bəlalardan, zalım diktatorlardan və darvinizmdən dəstək alaraq qırğınlar törədən, terror mühiti meydana gətirən qruplaşmaların əlindən xilas ola bilməsi üçün darvinizmin mütləq elmi və fəlsəfi baxımından çökdürülməlidir.

Bu gün darvinizmin qəti şəkildə və sürətlə çökməsinə mane olan iki əhəmiyyətli təhlükə var;

1) Darvinizmin hipnozuna qapılaraq Quranda da təkamüldən bəhs edildiyini irəli sürən dindarlar: Halbuki, Quranda təkamüldən bəhs edilmir. Quranda canlılardakı mükəmməllik və onların yaranma mərhələlərindən bəhs edilir. Allah bütün canlıları "ol" əmri verərək yaratdığı bildirir.

2) "Darvinizm təhlükəsi artıq yoxdur, bu təhlükə bundan illərlə əvvəl yox edilmişdir" deyənlər: Bu da böyük bir səhvlikdir, çünki bu gün bir çox ölkənin xalqı darvinizmə inanmasa belə, başçılar darvinizmi müdafiə edir və məktəblərdə bu əsassız nəzəriyyəni öyrədirlər. Hətta Çin və Rusiya kimi bir çox ölkədə darvinizm məcburi bir inanc kimi dövlət tərəfindən insanlara öyrədilir.

Buna görə də, darvinizm təhlükəsini görməzlikdən gəlmək və ya bu nəzəriyyənin gücdən düşdüyünü hesab etmək, onu Quran hökmlərinə uyğun gəlirmiş kimi göstərməyə çalışmaq, vicdana və ağla uyğun hərəkət deyil. Bu gün Çeçenistanda, Şərqi Türküstanda, Kosovada və daha bir çox yerdə insanlar darvinizmin dəstək verdiyi ideologiyaların müdafiəçiləri tərəfindən zülmə uğradılırlar.

kosova, çeçenistan, minare

Marks Və Engelsin Cəhaləti

Marks və Engels, canlıların dialektikası iddialarına, Darvinin təkamül nəzəriyyəsinin elmi bir dəstək verdiyini güman edirdilər. Halbuki, belə düşünməklə böyük səhvliyə yol verirdilər. Bu səhvliyə yol vermələrinin ən əhəmiyyətli səbəblərindən biri isə, yaşadıqları dövrdə elmin inkişafdan olduqca geri alması idi.

  • O dövrdə istifadə edilən mikroskoplarda hüceyrə sadə bir ləkə kimi görülürdü. Halbuki bu gün, hüceyrənin nəhəng bir kosmos gəmisindən olduqca mürəkkəb bir quruluşa sahib olduğunun müəyyənləşdirilə bildiyi elektron mikroskoplarından istifadə edilir.
  • O dövrün laboratoriyaları bir neçə sınaq şüşəsindən və bir neçə primitiv sadə alətdən ibarət idi. Hazırkı dövrdə isə, olduqca funksional kompyuterlər və ən qabaqcıl texnologiya məhsulu cihazlarla təchiz edilmiş laboratoriyalar elm insanlarına xidmət edir.

O dövrün geriliyi şəraitində hüceyrənin nə olduğundan belə xəbəri olmayan Engels, “Təbiətin dialektikası” adlı kitabında, çəkinmədən təkamül nəzəriyyəsinin sübut edilmiş bir həqiqət olduğunu söyləmiş və belə demişdi:

"...Bütün çox hüceyrəli orqanizmlər (istər bitkilər, istərsə də insan da daxil, bütün heyvanlar) hər vəziyyətdə hüceyrənin bölünməsi qanununa görə bir hüceyrədən meydana gəlirsə, bu orqanizmlərin sonsuz müxtəlifliyə sahib olmasının səbəbi nədir? Bu sual, ilk dəfə Darvin tərəfindən əhatəli şəkildə açıqlanan və sübut edilən təkamül nəzəriyyəsi ilə cavablandırıldı". (Friedrich Engels, Doğanın Diyalektiği, səh. 251-252)

Marks və Engels təkamül nəzəriyyəsinin sübut edildiyini güman edəcək qədər elmi həqiqətlərdən xəbərsizdilər.

Halbuki indiki dövrdə ən qatı təkamülçülər belə təkamül nəzəriyyəsinin sübut edilmədiyini etiraf edirlər; dr. Robert Milikan (nobel mükafatı sahibi, tanınmış bir təkamülçü): “Biz elm insanlarının indiyə qədər heç bir elm insanının sübut edə bilmədiyi təkamülü sübut etməyə çalışması çox acınacaqlı haldır” deyir.

mikroskop, deney, bilim

Herribert Nillson isə (təkamülçü elm adamı): “Təkamülü təcrübə yoluyla sübut etmə cəhdlərim 40 ildən artıq davam etdi və müvəffəqiyyətsizliklə nəticələndi” deyir.

Müasir darvinist-marksistlər, 19-cu əsrin böyük gerilik dövründə cahilcəsinə ortaya atılmış fikirləri, 21-ci əsrdə böyük təəssübkeşliklə müdafiə etməyə davam edirlər. Buna göz yumulmamalı, gənc nəsillərə 21-ci əsrin elmi həqiqətləri izah edilməlidir.

modern bilim, teknoloji, gelişme

Kommunist Düşüncə Fəlakət Gətirər

Ötən əsrdə kommunist ideologiya ucbatından on milyonlarla insan qətlə yetirilmişdir. Kommunizm, bununla da kifayətlənməyib bəşəriyyətin incəsənət, estetika, elm, düşüncə kimi xüsusiyyətlərini yox etmək üçün də hər cür yolu sınamışdır. Kommunist ideologiyanın bəşəriyyətə vurduğu zərbəni görmək üçün, kommunist elm anlayışını araşdırmaq kifayətdir. "Lisenko hadisəsi" bu mövzudakı ən bariz nümunələrdəndir.

Lisenko, təkamül nəzəriyyəsinin iddialarına kor-koranə bağlanmış qatı bir darvinist idi. SSRİ-də 1930-cu illərdə yaşanan kənd təsərrüfatı böhranı əsnasında olduqca böyük həcmdə və məhsuldar taxıl istehsalını həyata keçirəcəyini vəd etmişdi. Necə ki, Stalin dövründəki sovet elminə damğasını vuran Lisenkonun "kənd təsərrüfatı siyasəti", tonlarla toxumun sıradan çıxmasına, insanların boşuna əmək sərf etməsinə səbəb olmuşdur. Lisenkonun heç bir elmi dəlilə əsaslanmayan, hətta kəskin surətdə ağla və məntiqə zidd olan çox saydakı darvinist düşüncə və tətbiqlərindən bir neçəsi belədir:

- Əlverişli mühit şəraitində yetişdirilən buğda bitkilərinin çovdar toxumları verməyə başlayacağını iddia etmiş və bu məntiqə uyğun olaraq aparılan kənd təsərrüfatı sahəsindəki təşəbbüslər böyük ziyanla nəticələnmişdir.

- Əkiləcək toxumların, uzun müddət soyuq suda saxladılacaqları təqdirdə, soyuq hava şəraitinə uyğun bir quruluş qazanacaqlarını iddia etmişdir. Lisenkonun bu iddiası əsasında, Rusiyada tonlarla toxum soyuq suda saxladıldıqdan sonra Sibir çöllərinə əkilmişdir. Əlbəttə ki, toxumların heç biri cücərməmişdir.

Lisenko hadisəsi, materializmə və təkamül nəzəriyyəsinə olan kor-koranə bağlılığın elmə və cəmiyyətə nə qədər böyük zərərlər gətidiyini göstərən tarixi bir sənəddir.

lysenko, tarım, köylü

Kommunist Dövlət Olan Şimali Koreyada Böyük Bir Nəsil Aclıqdan Və Baxımsızlıqdan Yox Olur

Kommunist rejimlə idarə olunan ölkələrin vəziyyəti bütün bəşəriyyətə dərs olmalıdır. Bu gün kommunist Şimali Koreyada uşaqlar aclıqdan ölürlər. Səhiyyə sistemi tamamilə çökmüşdür; dərman tapılmır, əməliyyatlar belə narkozsuz həyata keçirilir. Qeyri-kafi qidalanmadan ötrü bir nəsil ya şikəst, ya ağır xəstə, ya da zehni qüsurlu olaraq dünyaya gəlir. Ölkədə elektrik və su yoxdur, bu səbəblə də xalq şiddətli epidemik xəstəliklərlə mübarizə aparır. Fabriklər işləmədiyi üçün dərman və digər zəruri ehtiyaclar istehsal oluna bilmir. Xalq dənizdən yosun toplayıb bunları qurudaraq uşaqlarını qidalandırmağa çalışır. “New York Times” qəzetinin verdiyi xəbərə görə ayda 10 000-dən çox uşaq həyatını itirir. Bu ilin əvvəlində isə təxminən 2 milyon Şimali Koreya vətəndaşının aclıqdan öldüyü bildirilir. Ancaq kommunist Şimali Koreya rəhbərliyi jurnalistlərin ölkəyə girmələrini qadağan etdiyi kimi, ictimaiyyətə məlumat da vermirlər.

Bu gün Şimali Koreya dövləti öz xalqına, keçmişdə Leninin, Stalinin, Maonun etdiklərini tətbiq edir. Xalqlarını heyvan hesab edən, onlara dəyər verməyən darvinist-kommunist rəhbərliklər daha əvvəl də Rusiyada, Ukraynada, Çində on milyonlarla insanın aclıqdan, səfalətdən və xəstəliklərdən ölməsinə səbəb olmuşdur.

Darvinizm və kommunizm təhlükə deyil deyənlər, bunu bir daha düşünsünlər:

Şimali Koreyadakı uşaqları kim və necə xilas edəcək? Alicənab türk milləti, darvinizm və kommunizmlə apardığı fikri mübarizə və mənəvi dəyərlərə verdiyi əhəmiyyətlə, dünyanı qaranlıqlardan nura çıxardacaq.

kuzey kore, çocuklar, açlık

Darvinizmin Müdafiə Olunması Iman Edənlər Üçün Əhəmiyyətli Bir Təhlükədir

darwin

İman edən bəzi insanlar, darvinizmin yaratdığı hipnozun təsirinə düşür və bu saxta nəzəriyyənin Quranla ziddiyyət təşkil etmədiyini söyləyirlər. Halbuki darvinizm yalanı həm Quranla ziddiyyət təşkil edir, həm də darvinizm yalanını müdafiə etmək zülmə, inkara, müharibəyə şərait yaradır.

Quranda, darvinizmin irəli sürdüyü təkamül prosesini dəstəkləyən heç bir ayə yoxdur. İnsanın yaranma prosesini izah edən ayələr, yaradılışın mərhələləridir və Darvinin insanın təkamül yolu heyvandan meydana gəldiyi iddiasını qətiyyən dəstəkləmir.

Darvinizmi elmi həqiqət hesab etmək; "elmin qarşısında biz nə deyə bilərik" deyərək darvinizmi qəbul etmək də böyük bir yanılmadır. Çünki darvinizm elmi bir nəzəriyyə deyil və çox cüzi bir araşdırma və təhlil belə, bu nəzəriyyənin elmin qarşısında düşdüyü çıxılmaz vəziyyətləri, məntiqsiz və ağılsız iddialarını göstərmək üçün kifayətdir.

Bu səbəblə də, acizlik və çarəsizlik içində, bəşəriyyətə zülm və əzab gətirən bu nəzəriyyə qəbul edilməməlidir. Əksinə vicdanlı iman sahibləri bu nəzəriyyə ilə fikri baxımdan effektiv, səmimi və şövqlü şəkildə mübarizə aparmalıdırlar. Vicdan və ağıl sahibi kimsələr bu mövzuda həmrəy olduqları təqdirdə, bu nəsil dinsizliyə aid bütün ideologiyaların yer üzündən sürətlə silindiyini və yerinə Qurandakı gözəl əxlaqın hakim olduğunu görəcək.

Batili qəbul etmək doğru deyil. Doğru olan, haqqı batilin üstünə atmaqdır. Bu təqdirdə Allahın ayəsində bildirdiyi kimi "batil yox olub gedər".

Darvinizm=Materializm=Marksizm=Anarxizm

Karl Marks: "Darvinin əsəri böyük bir əsərdir. Tarixdəki sinfi mübarizənin təbiət elmləri baxımından təməlini meydana gətirir".

Stalin: "Gənc nəsillərin zehnini yaradılış düşüncəsindən təmizləmək üçün onlara təkcə bir şeyi öyrətməliyik: Darvinin təlimlərini"

Lenin: "Marksın nəzəriyyəsi, təkamül nəzəriyyəsinin, ən tutarlı, ən tam, ən düşünülmüş və köklü formasıyla müasir kapitalizmə tətbiq olunmuş formasıdır. Marksın açıqlamalarının böyük əhəmiyyəti, burada da, materialist dialektikanı, təkamül nəzəriyyəsini, uyğun şəkildə tətbiq etmək və kommunizmi, kapitalizmdən etibarən inkişaf edən bir şey kimi düşünməkdir".

Mao: "Çin sosializminin təməli Darvinə və onun təkamül nəzəriyyəsinə əsaslanır".

Engels: "Təbiət metafizik olaraq deyil, dialektika olaraq işləyir. Buna görə də hamıdan əvvəl Çarlz Darvinin adı qeyd olunmalıdır".

Trotski: "Darvinin kəşfi, bütün üzvi maddələr sahəsində dialektikanın (dialektik materializmin) ən böyük qələbəsi oldu".

engels, zalim liderler, lenin, mao, darwin

20-ci əsrin əli qanlı liderlərinin təriflə bəhs etdikləri darvinizm, materializmi, kommunizmi, bölücü terroru, anarxizmi yaradan azğın inanc sistemidir. Bütün insanların məsuliyyət sahibi olmayıb sərbəst olduqlarını, dünyadakı bütün canlıların yaşamaq uğrunda mübarizə aparmalı olduqlarını, eləcə də, digər canlılar kimi insanların və tarixin də inkişaf etmək üçün mübarizə aparmalı olduqlarını müdafiə edən bu təsadüf fəlsəfəsi, 150 ildən bəri bütün dünyanı qan gölünə çevirmişdir.

Darvinist təbliğatın və onun dəstəklədiyi dialektik materializmin təsirinin aradan qalxması və gənclərin bu cəfəngiyatlardan uzaq şəkildə öyrədilməsiylə, bir çox təhlükəli ideologiyanın da həyat damarı kəsiləcək və dünya bütnü bu bəlalardan təmizlənəcək.

Şübhəsiz ki, burada ən əhəmiyyətli vəzifə, əsrlərdir ki, İslam dininə liderlik etmiş, ağıl və bəsirət sahibi türk millətinin boynuna düşür. Millətimiz, Quran əxlaqının təqdim etdiyi gözəllikləri təbliğ edərək, bütün bu ideologiyaların mənfur cəhətlərini dünyaya çatdırır.

Bəzəkli Sözlərlə Anlaşılmaz Və Dərin Göstərilməyə Çalışılan Marksist-Leninist Fəlsəfənin Iddiaları Olduqca Bəsit Və Sadədir

marx, engels

Kommunistlərin öz fikirlərini ifadə edərkən əl atdıqları üsullardan biri, eynilə darvinistlər kimi bəzəkli sözlərdən istifadə etməkdir. Əslində hamının çox yaxşı bildiyi bir sözü xalqa naməlum olan digər bir söz əvəz edərək, marksist-leninist fəlsəfəni anlaşılmaz, əlçatmaz və mürəkkəb göstərmək istəyərlər.

Bu gün marksist-leninist fikri müdafiə edən jurnal və qəzetlərdə xüsusilə anlaşılmaz və mürəkkəbləşdirilmiş bu üslubu görmək mümkündür.

Məsələn, "dialektik materializm" anlayışından, əslində materializmi tərif etmək üçün istifadə edərlər. Dialektika çox işlənməyən bir söz olduğu üçün xalq bu sözün çox şey ifadə etdiyini zənn edər.

Halbuki 19-cu əsrdə Marks və Engelsin darvinizmin də təsiri altında qalaraq ortaya atdıqları iddialar olduqca adi, heç bir dərinliyi olmayan, sadə fərziyyələrdir. Ancaq bəzəkli izahatlar və bir də Marksın və Engelsin ağır filosof ədasıyla verdikləri pozaları əks etdirən şəkillərindən ibarət cildlərlə kitab xalqa təqdim edildikdə, onlar da bu kitabların çox qiymətli əsərlər olduqlarını zənn edirlər. Halbuki Marksın və Engelsin sahib olduqları məlumatlar bu gün bir yuxarı sinif şagirdinin sahib olduğu məlumatlardan xeyli azdır. Ancaq, bu filosoflar xüsusi təlqin metodlarıyla insanların gözündə böyüdülməyə çalışılır.

Bu cür mənasız və təhlükəli fəlsəfələrlə effektiv mübarizə üsulu, doğrunu və haqqı xalis, sadə və səmimi bir üslubla bütün insanlara çatdıraraq təhlükəni açıq və aydın hala gətirməkdir.

Qorxu Və Təhdid Üzərində Qurulmuş Kommunist Dövlət, Öz Əsgərlərinə Belə Işgəncə Tətbiq Edir

rus ordusu, işkence, asker

Darvinist fikirlər üzərində qurulmuş kommunist dövlət, insanları heyvan sürüsü hesab edər və öz millətinə nə dəyər verər, nə də güvənər. Buna görə də qorxu, təzyiq və dəhşət mühitləri yaradaraq, onlara nəzərət etməyə çalışar. Hər kəsi potensial şübhəli, təqsirkar və ya xain hesab edər. Leninin bu sözləri, darvinist-kommunist dövlətin öz xalqına baxış prizmasını əks etdirməsi baxımından əhəmiyyətlidir: "Diktatorluq bilavasitə zorakılığa əsaslanan və heç bir qanunla məhdudlaşdırılmamış hakimiyyətdir". (Lenin, Proleterya Devrimi ve Dönek Kautsky, səh. 53)

Bu azğın fikirləri miras almış Rusiya dövləti, millətinə zülm etməyə davam edir. Dünya mətbuatına əks olunan bəzi xəbərlər belədir: “Rusiyada hər il 500 əsgər öz zabitləri tərəfindən səbəbsiz yerə öldürülür və bu cinayətlər intihar halları kimi çatdırılır. Gənc rus əsgərləri, ailələrinə özlərini bu zülmdən qurtarmaları üçün yalvarma mahiyyətli gizli məktublar göndərirlər. Ancaq ailələr bir müddət sonra oğullarının işgəncə və ya döyülərək öldürülmüş cəsədlərini tapırlar”.

Kommunist ideologiyanı müdafiə edənlər, bunları bir daha düşünməlidirlər: Öz övladları işgəncə ilə öldürülsəydi, kommunizmə arxa çıxarlarmıydı?

Bir fəlakət və ya təhlükəyə qarşı ciddi tədbirlər almaq üçün, o təhlükəylə üz-üzə gəlmək lazım deyil. Dünya üzərində bu təhlükə altında yaşayan insanların olması, vicdan sahiblərini hərəkətə keçirməlidir.

Dialektik Materializmin Hiyləgər Taktikası: Bir Addım Irəli, Iki Addım Geri

diyalektik, materyalizm, lenin, marx

Hazırkı dövrdə darvinizmdən güc alan kommunizmin artıq bir təhlükə olmadığını, illər əvvəl süqut etdiyini güman edənlər xeyli yanılırlar. Çünki kommunizm süqut etməmiş, dialektik materializmin ən əhəmiyyətli qanununa uyğun olaraq iki addım geri çəkilmişdir.

Leninin bu haqqda kitab yazdığı; "bir addım irəli, iki addım geri" prinsipinə görə kommunistlər hədəflərinə çatmaq üçün yeri gəldikdə bir neçə addım geri çəkilərək sanki hədəflərindən uzaqlaşmış kimi görünərlər. Məhz bundan ötrü kommunist Çindəki məktəblilərə üç addım irəli, iki addım geri prinsipinə əsaslanan "dialektik gediş yolu" öyrədilər.

Bu həqiqəti göstərən ən konkret nümunələrdən biri kommunistlərin ailə təsisatı haqqındakı düşüncələridir. Dialektik materializmin banisi Karl Marksa görə evlilik təsisatı yox edilməlidir. Kommunist manifestdə Marks; "proletarların demək olar ki, heç ailə həyatı qurmadığını və onlar arasında fahişəliyin çox geniş yayıldığını" söyləyərək buradan bu nəticəyə gəlir: "...burjua ailəsi ortadan qalxmalıdır".

Kommunistlər bu hədəflərinə çatmaq üçün, dialektik materializmin qanunlarına tabe olarlar. Ailə təsisatını yox etmək üçün güclü bir dövlətə ehtiyacları var. Ancaq güclü dövlət yaratmaq üçün, ilk növbədə güclü ailə təsisatı olmalıdır. Dolayısilə əvvəlcə geri addım ataraq, ailə təsisatını gücləndirərlər. Bu sayədə kommunist dövlət güclənər və bir mərhələdən sonra ailə təsisatını tamamilə yox edər. (Komünistler Nasıl Yalan Söyler, Dr. Fred C. Schwarz, s. 215-216)

Bu nümunədən aydın olduğu kimi, kommunistlərin "kommunizm süqut etdi", "Rusiyada ailə əlaqələri daha da gücləndi" kimi şüarları insanları aldatmamalıdır. Bu, dialektik materializmin olduqca məlum bir taktikasıdır. Kommunizm, bir buqələmun kimi rəng dəyişdirmiş və təkrar addım atmaq üçün əlverişli şəraitinin yaranmasını gözləyir.

Dolayısilə kommunizmin təməl fəlsəfəsi olan dialektik materializm və onun dırnaqarası elmi dayağı olan darvinizmlə ciddi şəkildə fikri mübarizə aparılması vacibdir. Əks halda, kommunistlər irəli atacaqları qanlı və zalım addımlar üçün pusquda dayaanıb gözləyirlər.

Bu ideologiya orta məktəblərdə və universitetlərdə getdikcə yayılır. Türkiyədə tarixin ən böyük kommunist bölücü təhlükəsi yaşanır. Amma ayıq-sayıq və ağıllı olmasıyla seçilən türk milləti bu təhlükəni görmüşdür və bu zalım ideologiyasının hakimiyyətinə icazə vermir.

İnsanların eləsi də var ki, onun bu dünya həyatına aid sözləri səni heyran edər. O, qəlbindəki rəğmən Allahı şahid göstərər. Əslində o, azğın bir düşməndir. O, dönüb getdikdə yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışar. Allah isə fitnə-fəsadı sevmir. (Bəqərə surəsi, 204-205)

Terroru Və Zorakılıq Hadisələrini Dayandırmağın Yolu, Darvinist Təhsilə Son Verməkdir

Hazırkı dövrdə bütün dünya ölkələri milli gəlirlərinin böyük bir hissəsini müdafiə xərclərinə ayırır. Çünki alınan əməliyyat tədbirləri, məhkəmələr, cəzaçəkmə müəsissələri zorakılıq və terrorun qarşısını almaqda kifayət etmir, cinayət hadisələrinin sayı isə gün keçdikcə daha da artır.

Bunun tək səbəbi bu ölkələrin gənclərini darvinist və materialist ideologiyayla yetişdirmələridir. Məktəbin ön qapısından yaxşı bir təhsil almaq üçün girən bir gənc, arxa qapısından "kommunist" və ya "faşist" olaraq çıxır. İnsanın inkişaf etmiş bir heyvan növü, həyatın isə mərhəmətin yaşanmadığı mübarizə meydanı olduğunu, yalnız güclülərin həyatda qalacağını, zəiflərin aradan götürüləcəyini, sağ qala bilmək üçün hər cür əxlaqsızlığı etmənin qanuni olduğunu öyrənən bir gəncdən başqa bir şey gözləmək də qeyri-mümkündür. Çünki bu gənclər gözəl əxlaq əvəzinə zorakılıq və təcavüzkarlığı, şəfqət əvəzinə qəzəb və kini, bölüşmək əvəzinə eqoizm və mənfəətçiliyi öyrənirlər.

Həqiqətən, onlar hiylə qurdular. Halbuki onların hiylələri, dağları belə yerindən tərpətsə, Allah qatında onlara qurulmuş bir hiylə (pis bir qarşılıq) vardır... (İbrahim surəsi, 46-47)

Məhz bundan ötrü də zorakılıq və terrorun qarşısını almaq üçün atılmalı olan ilk addım, darvinizm və materializmin cəfəngiyatlarının gənclərə sanki bir həqiqətmiş kimi öyrədilməsinə mane olmaqdır.

Unudulmamalıdır ki, gəncləri bu şəkildə öyrətdikdən sonra; "niyə terrorist oldun?" demək böyük səmimiyyətsizlikdir. Əgər gənclərə vətən və millət sevgisi aşılayan, gözəl əxlaqı öyrədən təhsil müəsissələri yaradılıb, darvinist-materialist təhsil verilməsə bu böyük problem də öz-özünə aradan qalxar.

Darvinizmin gəncləri necə bir bataqlığa sürükləyəcəyini görən türk milləti lazımi tədbirləri almış, bu istiqamətdə böyük mədəniyyət səfərbərliyi başlatmışdır. Bu yolla da Darvinin qeyri-elmi cəfəngiyatlarını göstərir. Millətimiz bu mədəniyyət həmləsi ilə 21-ci əsrdə layiq olduğu yerə çatacaq.

okul, suç, hapishane, darwinist eğitim

1. OKUL

2. KARAKOL

Darvinist Təhsil Bəla Gətirər

dejenerasyon, darwinist eğitim

Darvinist təhsil verən Qərb dövlətlərində insanların böyük hissəsi sahib olduqları mənəvi və milli dəyərlərdən uzaqlaşmış və materializmin cəfəngiyatlarının cənginə düşmüşdürlər. Belə cəmiyyətlərdə vəfanın, sədaqətin, şəfqətin, fədakarlığın heç bir əhəmiyyəti yoxdur. Gənclər, özlərinə verilən təhsil nəticəsində, bu dünyada təsadüflər nəticəsində meydana gəldiklərini, bir gün ölüb yox olacaqlarını zənn edərlər. Dolayısilə dünyada çox az qalacaqlarına inanar və bütün eqoist ehtiraslarını təmin etməyə çalışarlar. Bu materialist anlayış zaman keçdikcə fərdlərin insani xüsusiyyətlərini itirmələrinə səbəb olar.

Məhz darvinist təhsilin təməli budur; "heyvanlara bənzər insan cəmiyyətləri meydana gətirmək və heyvan sürülərinin arasına darvinizmin inkişaf etmiş heyvanlar kimi xarakterizə etdiyi insan sürüləri qatmaq"...

Bu cür ictimai fəlakətə məruz qalmamaq üçün, 7-dən 70-ə qədər bütün insanlara darvinizmin elmi əsassızlığının izah edilməsi vacibdir. Fərdlərinə vətən və millət sevgisi aşılayan, onlara sahib olduqları mənəvi dəyərləri qorumağı öyrədən təhsil sistemini, bu anlayış çərçivəsində formalaşdıran millətlər gələcəyə arxayınlıqla baxa bilər.

Müsəlman türk milləti, bu həqiqəti görmüş və vicdanlı, milli və mənəvi dəyərlərinə sahib çıxan bir gənclik yetişdirmişdir. Bu üstün xüsusiyyətləri, ona 21-ci əsrdə, darvinizm təhlükəsinə qarşı bütün insanları xəbərdar etmə və qoruma vəzifəsini yükləmişdir. Uca millətimizin bu tarixi vəzifəni layiqincə yerinə yetirməkdə olduğuna şübhə yoxdur.

Darvinist Elm Insanlarının Irqçi Tətbiqlərinin Hədəfi Günahsız Afrika Xalqıdır

masum, afrika halkı, kobay

Çarlz Darvinin insanın təkamül keçirmiş bir heyvan növü olduğu iddiası, ictimai həyat üzərində çox dərin izlər qoydu. Çünki bu düşüncəyə görə fərqli irqlər, xəstələr, zəiflər, kasıblar, qüsurlular təkamül prosesini tamamlamamış aşağı bir növ hesab edilirdi. Bu dünyagörüşünə sahib təkamülçü elm insanları əsrlər boyu aşağı irq kimi xarakterizə etdikləri yerli qəbilələri vəhşicəsinə qətlə yetirdilər, üzərlərində təcrübələr apardılar və onları bir heyvan kimi nümayiş etdirdilər.

Müasir təkamülçü elm insanları da atalarının izindən gedirlər və günahsız insanları guya elmi məqsədli çalışmalarında sınaq vasitəsi kimi istifadə edirlər. Tanınmış fransız jurnalı “La Recherche” 2001-ci ilin may ayındakı buraxılışında; "Tibb elmi sınaq vasitələrini tapdı mı?" başlığıyla dərc etdiyi iri həcmli xəbərdə elm adamlarının bu irqçi yanaşmalarına yer verir. Xüsusilə də son illərdə QİÇS kimi təhlükəli xəstəliklərlə əlaqədar araşdırmaların (yaranacaq təhlükələrdən bixəbər), afrikalı günahsız insanlar üzərində aparıldığına diqqət çəkilir və ya bəzi xəstələrin "xəstəliyin inkişafının izlənilməsi məqsədiylə" xüsusən müalicə edilməyib, ölümə tərk edildikləri vurğulanır.

Ancaq türk millətinin də dəstəyi sayəsində, darvinist elm insanlarının bu irqçi yanaşmaları bütün gerçəkliyi ilə gün işığına çıxarılmışdır və çıxarılmağa da davam edəcək. Millətimiz, darvinizmə qarşı başlatdığı mədəniyyət həmləsində bütün dünyaya nümunə olur.

Gəncləri Məktəb Vaxtlarından Darvinist Yalanlarla Öyrədənlər, Meydana Gətirdikləri Təhlükədən Xəbərsizdirlər

Terror bəlasını gücləndirən; gənclərə təkamül yolu ilə heyvanlardan meydana gəldiklərini, buna görə də, heyvanlar kimi hər cür əxlaqsızlığı və cinayəti işləyə biləcəklərini təlqin edən darvinist-materialist təhsildir. Əgər dünyadakı bütün təhsil müəssisələrində bu təhsil verilməyə davam edilsə, terrordan xilas olmaq da qeyri-mümkün olacaq.

Məktəb vaxtlarında darvinist-materialist kitablar oxuyaraq, yalnız maddəyə dəyər verən, bütün əxlaqi dəyərləri rədd edən və heç kimə qarşı məsul olmadıqlarına inanan gənclərin qarşısında terror bəlasına batmaqdan başqa bir variant yoxdur.

Bu, illərlə bir fermada zəhmətlə zəhərli ilanlar yetişdirmək, daha sonra bu ilanları sərbəst buraxıb, ilanlar insanları sancmağa başladığında isə; "niyə bu ilanlar insanları sancdı?" deməyə və onları tək-tək toplamaq üçün çalışmağa bənzəyir. Əhəmiyyətli olan həmin bu zəhərli ilanları bəri başdan yetişdirməməkdir.

Ey iman edənlər, hamınız "sülhə və əmin-amanlığa" daxil olun və şeytanın addım izləriylə getməyin... (Bəqərə surəsi, 208)

Dünya ölkələri terrorla mübarizə mövzusunda böyük yanılmaya qapılır və yalnız "yaxşı təqib, yaxşı təsbit, yaxşı ələ keçirmə, yaxşı mühakimə etmə"ni əsas götürürlər. Halbuki tarixi təcrübələr bizə, "təqib, ələ keçirmə və mühakimə etmə" yoluyla terror bataqlığından qurtulmağın qeyri-mümkün olduğunu göstərmişdir. Əhəmiyyətli olan insanları terrora sürükləyən səbəblərin tapılması və bunların yaxşı bir təhsillə aradan qaldırılmasıdır.

Tarix boyu bu cür cəfəngiyatlara qarşı hər vaxt oyanıq olan türk milləti, bu təhlükədən də xəbərdardır. Kommunist qrupların hakimiyyətinə əsla icazə vermir. Dünya gəncliyini bu böyük bəladan yenə türk milləti qurtaracaq.

öğrenci, suç, hapishane, darwinist eğitim

Zəiflər Yox Edilməlidir Deyən Darvinizm, Dünyadakı Zülmün Ən Böyük Məsuludur

Vicdan sahibi insanlar, özləri təhlükəsizlik içində, isti və rahat bir evdə oturarkən, digər bir ölkədə milyonlarla insanın qəddarcasına qətlə yetirildiyini unutmazlar.

Məsələn, Kəşmirdəki müsəlmanlar illərdir ki, zülm görürlər. Bu günə qədər on minlərlə Kəşmirli müsəlman öldürüldü, qadınlara təcavüz edildi. Beynəlxalq təşkilatların verdiyi hesabatlara görə minlərlə insan şikəst qaldı, evlər yandırıldı, dini təhsil verən məktəblər bağlanıldı və minlərlə insan həbsxanalardadır... İnsanlar hələ də mağaraya bənzər yerlərdə, çox çətin şərtlər altında yaşamağa çalışırlar. Kəşmirdəki mühacir düşərgələrinə baş çəkən bir jurnalistin, düşərgədəki həyatı təsvir etdiyi bu cümlələri bu baxımdan çox əhəmiyyətlidir: "Həyat standartları normadan olduqca aşağıdır. İnsanlar sanki balaca torpaq evlərə sıxışmış vəziyyətdədir. Evlər ümumiyyətlə iki otaqlıdır. Otaqlarda bir neçə ədəd istifadəyə yararsız saxsı qablara var. Bir və ya iki ədəd yataq... Yataqlara yataq demək üçün min şahid lazımdır... Bəzi evlərdə alışdırılmış üç-beş budaq parçasıyla yandırılmış ocaqda, qaynayan bir qazana rast gəlinir. Ətrafda heç bir sulu yemək yoxdur! Amma utandığım üçün heç bir qazanın qapağını açmağa cəsarət göstərə bilmədim. Hansı çadıra girdiksə orada nə yemək, nə də üzərində yatmaq üçün bir şey tapa bilmədik! Çadırlardan birində yerə kiçik köhnə bir bez parçası sərilmişdi. Yataq kimi istifadə olunduğu bəlli idi. "Bu çadırda neçə insan qalır?" deyə soruşduğumda aldığım cavab "11 insan" oldu..."

İnsanların bu zülmdən xilas olmaları və insan kimi yaşaya bilmələri üçün onlara zülm edənlərin ideologiyası yox edilməlidir. Zülmün ideologiyası darvinizmdir. Dünyadakı möhtac insanlar üçün bir şey etmək və onların qurtuluşuna vəsilə olmaq istəyirsinizsə, darvinizmin elm qarşısındakı məğlubiyyətindən bəhs edən əsərləri oxuyun və bunları hamıya çatdırın. Şərəfli türk millətinin bu zülmün qarşısını ala biləcək tarixi bir mirasın sahibi olduğunu əsla unutmayın.

Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!” deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?

keşmir, zulüm

Kəşmirdəki Zülm

Kəşmirdəki minlərlə günahsız və möhtac insan illərdir ki, zülmə məruz qalır. Bu şəkillərdə əks olunan mənzərələr, vicdan sahibi hər insanı hərəkətə keçirməli, zülmün ideologiyası olan darvinizmə qarşı yürüdülən fəaliyyətlər dəstəklənilməlidir. Bu, bütün iman edənlərin üzərinə düşən bir məsuliyyətdir.

Əks Fikirləri Müharibə, Zülm Və Qorxu Yoluyla Susdurmaq Istəyənlər Tarix Boyu Məğlubiyyətə Uğrayıblar

mısır, firavun

Firavun baskıcı ve zalim bir yönetime sahipti ve bununla da kendince gurur duyuyordu. Üstte Mısır Firavununu muhaliflerinin kafasını parçalarken tasvir eden bir kabartma yer alıyor.

Darvinizmdən ilham alan dialektik materializmə görə tarix, əks fikirlərin qarşıdurması və var gücləriylə mübarizə aparmasıdır. Bu inanclarından ötrü 20-ci əsrdə faşistlərlə kommunistləri bir-birinə qırdırmış, eyni vətənin övladlarını bir-birlərinə düşmən etmiş və dünyanı qan gölünə çevirmişdirlər. Bunun nəticəsində isə öz ideologiyalarının qalib gələcəyini zənn etmişdirlər. Ancaq, kommunizm bu mübarizədən qalib çıxa bilməmiş, dialektik materializmin tarixin dialektikası iddiası da çürümüşdür.

Tarixdə daima, üz-üzə gələn yaxşı və pis insanlar olmuşdur. Bunlar arasında isə fikri mübarizə baş vermişdir. Bu mübarizədən qalib çıxan isə daim yaxşı insanlar olmuşdur. Çünki Allahın Quranda göstərdiyi mübarizə üsulları insanlar arasında sülh, əmin-amanlıq və dostluq yaratmağa, ziddiyyət və düşmənçilikləri aradan qaldırmaq mahiyyətlidir.

Məsələn, Allah hz. Musaya Fironu doğru yola çağırmasını buyurmuşdur. Hz. Musa və Firon iki əks fikirin müdafiəçiləridir. Ancaq, Allah bu iki əks tərəfi bir-biriylə üzləşdirərkən, hz. Musa və qardaşı hz. Haruna belə demişdir:

"Fironun yanına gedin. Çünki o, doğru yoldan azmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!” (Taha surəsi, 43-44)

Allahın əmrinə itaət edən hz. Musa qardaşıyla birlikdə Fironun qarşısına çıxmış və ona Allahın əmrlərini, doğru yolu və yaxşı əməlləri müxtəlif üsulları sınaqdan keçirərək, səbirlə çatdırmışdır. Onun bu fikri mübarizəsinin sonunda isə həqiqətləri görə bilməyən və yaxşı insanlara zülm etməyə cürət edən Firon, dənizdə boğularaq ölmüş, hz. Musa və yanındakılar isə xilas olmuşdur.

Bu nümunə bəşəriyyət tarixi barədə verilən qısa məlumatdır. Tarixdə heç kim bir-biriylə münaqişə edib, yumruqlaşıb, qan axıdaraq qalib gəlməmişdir. Qalib gələnlər, daim sülh və əmin-amanlığa çağıran, fikri mübarizə apararaq insanları düşünməyə sövq edən iman sahibləridir.

Firon repressiv və zalım rəhbərliyə sahib idi və öz aləmində bununla fəxr edirdi. Yuxarıda misir fironunun, müxaliflərinin başını parçalayarkən təsvir edən bir qabartma yerləşir.

Türk Milləti Balkan Yarımadasından Orta Şərqə, Adriatik Dənizindən Çinə Qədər Olan Ərazilərdə Nizam-Intizam Yaratmış Yeganə Gücün Şərəfli Varisidir

Hazırda Balkan yarımadası, türk respublikaları və Orta Şərqdəki müsəlmanlar sülh, əmin-amanlıq, rifah və etimada möhtacdırlar. Bunun təmin edilməsi üçün ən məqbul çıxış yolu yaxın keçmişdə bu bölgələrdə əmin-amanlıq yaratmış türk ordusunun hakimiyyətinin yenidən bərpa olunmasıdır.

Dünyanın ən ağıllı, vicdanlı, intizamlı, ədalətli və etibarlı ordusu olan türk ordusunun yaradacağı nizam-intizamla bu bölgələr firavan və sülh içində yaşayacaqları bir həyata qovuşa bilərlər.

türkiye, harita, Türk İslam birliği

Türk ordusunun yaradacağı ciddi nizam-intizamla, bölgə ölkələrinin bütün problemləri həll edilər. Bölgəni təhdid edən xarici təhlükə qalmaz. Dolayısilə müdafiə və hərbi xərclərə ayrılan vəsait xeyli azalar və bundan ötrü xalqın rifah səviyyəsi yüksələr. Bu sayədə elm, sənaye və mədəniyyət daha da inkişaf edər. İdxalat və ixracatda, gömrük keçid məntəqələrində, nəqliyyatda yaşanan çətinliklər aradan qalxar. Bu geniş bölgədəki mədən, kənd təsərrüfatı və digər təbii zənginliklər ən səmərəli şəkildə qiymətləndirilər.

Bölgədə yaradılacaq sülh və sabitlik isə bütün dünyaya müsbət təsir edəcək.

Nəticə etibarilə dünya, müsəlman türk ordusunun vicdanına, ədalətinə, tolerant və nizam-intizamına möhtacdır.

Türkiyə 21-ci əsrdə tarixi mirasından ən faydalı şəkildə istifadə edəcək və bütün dünyada sülh və əmin-amanlığın təminatçısı olacaq.

 

3 / total 6
"Harun Yəhyanın Həqiqətlər 2 kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.org adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com