< <
4 / total: 6

III. Bölüm: Həll Yolu Quran Əxlaqı

Dünya Artıq Müharibələrin, Ədalətsizliklərin, Qarşıdurmaların Sona Çatmasını Istəyir

Dünyada sülh və əmin-amanlığın ən böyük təminatçısı türk milləti və qəhrəman türk ordusudur.

Keçmişdə olduğu kimi bu gün də türk milləti Orta Şərqdə, Balkan yarımadasında və Mərkəzi Asiyada əhəmiyyətli tarazlıq ünsürü olacaq və bütün bu millətləri sülh və əmin-amanlıq şəraitində bir yerə toplayacaq.

Ermənilər, yəhudilər və fələstinlilər də həmin bu sülh və əmin-amanlıq şəraitində yaşaya biləcəklər.

Türk respublikaları onsuz da uzun müddətdir ki, bunun həsrətini çəkirlər. Orta Şərqdə və Balkan yarımadasında da insanlar sülhü bərqərar edəcək bir xilaskar gözləyirlər.

Hər gün qəzetlərə baxıb, bu insanlardan ötrü kədərlənmək və heyiflənmək vaxtı artıq keçibdir.

Zaman, həll etmə zamanıdır.

Türk milləti vicdanı, ağlı və yüksək əxlaqı ilə, insanların zülmdən, iğtişaşlardan, müharibələrdən xilas olmalarına vəsilə olacaq, onları qaranlıqlardan nura çıxardacaq yeganə millətdir.

dünya, harita, zulüm

Bir Tərəfdə Aclıq Bir Tərəfdə Israf

Dünyadakı qida ehtiyyatları hər insanın gündəlik tələbatını ödəyəcək səviyyədədir. Amma buna baxmayaraq, dünyada hələ də 800 milyondan çox insan aclıqdan əziyyət çəkir.

Bu gün dünyanın bəzi ölkələrində, fərdi mənfəətlər uğruna və yalnız məhsul qiymətini artırmaq məqsədiylə yük maşınları dolusu tərəvəz və meyvə israf edilir. Dünyada israf edilən bu məhsullara möhtac olan və aclıq sərhəddində yaşayan insanların varlığı isə heç nəzərə alınmır.

Halbuki, Allah israfı haram buyurmuşdur. Buna baxmayaraq, mövcud ehtiyyatlardan ağıllı və səmərəli şəkildə istifadə edilməsini, yaxşı planlama həyata keçirilməsini və verilən nemətlərin zəkatını verməyi nəsihət etmişdir.

...Bar verdiyi zaman onların meyvəsindən yeyin, yığım günü zəkatını verin, lakin israf etməyin. Şübhəsiz ki, Allah israf edənləri sevmir. (Ənam surəsi, 141)

Bəşəriyyətin yaşadığı bu problemlər, imanlı, vicdanlı, şəfqətli, mərhəmətli və fədakar kimsələr tərəfindən həll ediləcək.

açlık, afrika, kıtlık

Aç İnsanlar

 

domates, israf, atık,

Çöpe Atılan Sebzeler

İllərlə Darvinist-Materialist Fəlsəfə Ilə Idarə Olunan Rus Millətinin Aqibəti Bütün Dünyaya Ibrət Olmalıdır

soykırım, rusya, gazete küpürü

Bu gün Rusiyada hər cür bəla, dərd, sıxıntı və çətinlik yaşanır. Xalq ac və işsizdir, insanlar vərəm, QİÇS kimi epidemik xəstəliklərdən ölürlər, gənclər narkotik bataqlığındadırlar və əxlaqi degenerasiya da dayanmadan güclənir.

Rusiyada yaşananlar, darvinist-materialist-kommunist ideologiyaların nəhəng bir ölkə xalqını nə hala gətirməsini göstərən ibrət vəsiləsidir. On illərdir ki, mənəvi dəyərlərdən məhrum, Allahın varlığını inkar edən, insanları heyvan, həyatı isə heyvanların həyatda qalma mübarizəsi hesab dən dünyagörüşüylə yetişdirilən rus milləti, böyük bir çöküşün cəngindədir.

Putin kimi kommunizmdən faşizmə keçənlərin bu tənəzzülün qarşısını ala bilməyəcəyi aydındır.

Çıxış yolu: Darvinist-materialist fəlsəfənin rədd edilərək Quran əxlaqının qəbul olunmasıdır.

İnsanları Allahın yaratdığı ruh sahibi varlıqlar olaraq tanıdan, insanlar arasında fədakarlığı, mərhəməti, şəfqəti, həmrəyliyi əsas qəbul edən Quran əxlaqı, yalnız rus xalqının deyil, bütün dünyanın qurtuluşu və rifahı üçün yeganə həlldir.

Türk milləti ağlı və vicdanıyla tarix boyu yaxınlığındakı darvinist-kommunist təhlükədən qorunmağı bacarmışdır. Bütün dünyanı bu təhlükəyə qarşı xəbərdar edən də yenə türk millətidir.

Aclıq Və Səfaləti Ortadan Qaldırmaq Üçün Həll, Quran Əxlaqıdır

Ötən həftələrdə aparılan araşdırma nəticələri dünyadakı yoxsulluğun gün keçdikcə artdığını göstərmişdir. BMT-nin verdiyi hesabatlar 900 milyonu Asiyada olmaqla, ümumilikdə 1,2 milyard insanın aclıq sərhədində yaşadığını göstərir. Ancaq bunun səbəbi dünyadakı qida ehtiyyatlarının çatışmaması deyil. Çünki dünyadakı qida ehtiyyatları bütün dünya əhalisinin ehtiyaclarını asanlıqla təmin edəcək miqdardadır.

Aclıqdan əziyyət çəkən insanların təməl ehtiyaclarının ödənməsi ildə təxminən 40 milyard dollara başa gəlir. Bu isə, dünyanın ən zəngin 225 insanının ümumi mal varlığının cəmi 4%-ni təşkil edir. Dünyadakı zəngin insanlar vicdanlı, mərhəmətli, şəfqətli və ədalətli davrandıqları təqdirdə, dünyada aclıq problemi qalmayacaq. Ancaq bu gün dindən uzaq yaşayan sərvət sahibləri; "onların mallarında məlum bir haqq vardır - yoxsullar və ehtiyac sahibləri üçün" (Məaric surəsi, 24-25) ayəsində xəbər verilən məsuliyyətlərindən xəbərsizdirlər. Bu səbəblə də, aclıq, yoxsulluq kimi bir çox şey insanlara çıxış yolu olmayan problem göstərilir.

Halbuki çıxış yolu çox asandır. Dünyada dinin gətirdiyi gözəl əxlaqın yaşanması, bütün bu problemlərin yeganə köklü həllidir. Mərhəməti, şəfqəti, vicdanı və ədaləti ilə bütün dünyaya nizam-intizam gətirmiş türk milləti, Türk-İslam əxlaqını dünyaya hakim edərək, dünyadakı bütün pislikləri gözəlliklərə çevirməyi istəyir.

yoksulluk, grafik

Ziddiyyətlər Sülh Və Tolerantlıqla Aradan Qaldırılar, Vuruşma Və Boğuşma Ilə Deyil

Dialektik materializm, insanlar arasında daim ixtilaf yaşandığını və bundan ötrü də, daimi müharibə və döyüş mühitinin tələb olunduğunu iddia edən zalım bir fəlsəfədir. Dırnaqarası elmi təməli Darvinin təkamül nəzəriyyəsidir. Bu fəlsəfəni müdafiə edən kommunistlər, qiyamətə qədər davam etdirməyə niyyət etdikləri əzab, zülm, qan tökmə, boğuşma və qırğın mühitləri meydana gətirmişlər.

Dialektik materializm ucbatından 20-ci əsrdə kommunizmi və faşizmi mənimsəyənlər qan tökmə maşınına çevrilmiş və hər iki tərəf bir-birinin qanıyla qidalanmışdır.

Halbuki ixtilaflar, vəhşilik və qırğın törədilməsini tələb etməz. Hər ixtilaf, Quranda bildirildiyi kimi ağıl və vicdan sahibləri tərəfindən sülh, əmin-amanlıq və tolerantlıq mühitində həll edilər. Bunun üçün heyvanlar kimi boğuşmaq, bir-birinə hücum etmək, parçalamaq, qırıb dağıtmaq lazım deyil. Dialektik materializmin yalanına aldanan millətlərin övladları, bir-biriylə illərlə müharibə aparmış və zəifləmiş millətlərə çevrilmişdirlər. Beləliklə də, Allahın Quranda bildirdiyi bir həqiqət təcəlli etmişdir:

Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir. (Ənfal surəsi, 46)

İnsanlara və millətlərə güc verən yeganə şey, Quran əxlaqını yaşamaqdır. Darvinizmdən güc alan dialektik materializm kimi aldatmalara əsla inanmayan türk milləti, gözəl əxlaqı ilə tarix boyu qardaşlıq və həmrəyliyin ən gözəl nümunələrini göstərmişdir.

huzur, saldırgan, vahşet

Yer Üzündəki Zülmə Son Qoymaq Üçün...

Dünyanın hər yerində davam edən müharibələrdə günahsız insanların, kiçik uşaqların öldürülməsi vicdanınızı narahat edirsə, sırf müəyyən bir irqə mənsub olduqlarından ötrü bir çox insanın haqsız yerə qətl edilməsi həmiyyətinizə toxunursa, o zaman bunu bilməlisiniz ki, oturub tənqid eləməklə bu zülmün sonu gəlməz. Həqiqi mənada pisliklərin sona çatmasını və yer üzünə yaxşılığın hakim olmasını istəyirsinizsə, olduqca cəsur davranmalı, zülmün yerini yaxşılığın alması üçün səy göstərməlisiniz.

"Bəs nə etməliyəm?" deyirsinizsə, edəcəyiniz tək şey; Allahın əmr etdiyi gözəl əxlaqı yaşamaq və heç kimdən çəkinmədən daim gözəl əxlaqı yaşamağa davam edərək insanları doğru yola dəvət etməkdir.

"İnsanlar nə deyərlər?" deyə düşünənlər, Allah yolunda lazımi cəsarəti göstərə bilməzlər. İman edən bir insan yalnız Allahdan qorxmalı, yalnız Onun rizasını qazanmağa çalışmalıdır. Eləcə də, Allahın hüdudlarını qorumalı, Onun insanlar üçün seçib bəyəndiyi əxlaqı yaşamalı və yaşatmaq məsələsində olduqca əzmkar olmalıdır. Məhz Allah bu insanlardan razı olar, bu insanları cənnəti ilə müjdələyər.

Quranda hekayələri xəbər verilən peyğəmbərlər və əməlisalehlər, cəsarət mövzusunda möminlərə nümunədirlər. Onlar, Allah yolunda böyük səy göstərmiş, qətiyyən Allahdan başqasından qorxmamış, Onun əmr etdiyi gözəl əxlaqı səbir və şövqlə insanlara çatdırmışdırlar.

Müsəlmanların üzərinə düşən vəzifə isə, bu üstün əxlaqı nümunə götürmək və eyni şövqlə dini yaşamaq və yaşatmaqdır. Bu məsələdə qərarlılıq göstərən insanların sayı artdıqca, dünyadakı zülm də yox olmağa məhkumdur.

Zülmə Qarşı Biganə Yanaşmaq, Zülm Edənlərdən Biri Olmaq Deməkdir

filistin, zulüm

"Bir yeni il gecəsində, Əl-Xəlil şəhərində küçəyə çıxma qadağasını pozduğu bildirilən bir fələstinli, İsrail əsgərləri tərəfindən dayandırılaraq, silahsız olduğu və cavab reaksiyası vermədiyi halda ayaqlarından vurulmuşdur. Fələstinli gəncin ayağı parçalanmış halda; "məni hansı səbəbə görə vurdunuz" deyə yerdə qıvrılarkən, İsrail əsgərləri heç bir şey olmamış kimi yollarına davam tmişdirlər". (03.01.2001 Milliyet gazetesi)

Bu, hər gün qəzetlərdə dərc olunan bir çox zülm xəbərindən yalnız biridir. İnsanlar bu kimi xəbərləri adi hadisələr hesab edər və məsələnin özlərini bir o qədər də maraqlandırmadığını düşünərlər. Halbuki zülmə qarşı biganə yanaşıb səssiz qalmaq, zülmə ortaq olmaq, ona səbəb olmaqdır.

Qəzetlərdə və televiziyalarda bu kimi xəbərlərlə qarşılaşmaq istəmirsinizsə siz də bir şey edə bilərsiniz. "Mən nə edə bilərəm ki" deyə düşünməyin. Bunu unutmayın ki, bütün bu vəhşiliyin, zülmün səbəbi dinsizlikdir. Dünyada hakim olan zülmü dayandırmaq üçün yeganə çıxış yolu isə şəfqət və mərhəməti, ədalət və tolerantlığı əmr edən Quran əxlaqının yaşanması və yaşadılmasıdır. Tarix boyu Quran əxlaqının gözəlliklərini yaşamış türk milləti, zalımlara mane olmaq məsələsində qərarlıdır.

Bunu unutmayın ki, nə vaxtsa sizə də zülm edilməyəcəyinə zəmanət verə bilməzsiniz!

Şeytanın Bir Silahı: Romantizm

Bu günə qədər romantizmi insanlara məxsus gözəl bir xüsusiyyət hesab etmiş, romantizmə diqqət göstərmiş, hətta insanları duyğuları əsasında hərəkət etmələri üçün təşviq etmiş ola bilərsiniz. Halbuki, romantizm əslində istər insanlar, istərsə də cəmiyyətlər üçün böyük təhdid və böyük bir bəladır. Çünki romantizm, insanın ağıllı surətdə düşünməsinə və dini yaşamasına mane olmaq istəyən şeytanın bir silahıdır.

Romantizm bəlası həyatın hər anına hakimdir: Bəzən bir faşistin qəzəblə sıxılmış yumruğu, bəzən bir kommunistin şiddət və kinlə söylədiyi bir marş, bəzən də sevdiyi qıza, sevgisinə cavab verməyəcəyi təqdirdə intihar edəcəyini söyləyən bir gəncin sözləri bu böyük bəlaya işarə edər. Ancaq romantizmin əsl təhlükəli tərəfi, insanların çox böyük hissəsinin bunu bir təhlükə deyil, gözəl bir şey hesab etmələridir.

Bəşəriyyəti bu təhlükədən qurtarmağın yeganə yolu isə, onlara Qurandakı üstün əxlaqı və Allaha təvəkkül etməyi öyrətməkdir.

romantizm, şeytan, koz

Dünya Hakimi Olmaq Türklərin Fitrətində Var

Qərb dövlətlərində gündəmə gətirilən uydurma erməni soyqırımı iddiaları, türkləri yer üzündən silmək istəyən Darvinçi zehniyyətin davamıdır və yalandan ibarətdir. Halbuki Qərb dövlətləri də, türklərin ədalətli, vicdanlı, üstün xarakterə sahib, mərhəmətli və tolerant əxlaqından çox yaxşı xəbərdardırlar.

türk milleti, Türk İslam birliği

Nəcib türk milləti 6 əsrdən artıq davam edən şanlı tarixiylə bu üstün əxlaqını bütün dünyaya sübut etmişdir. Soyqırım iddialarına verilə biləcək ən gözəl cavab məhz bu tarixdir. Çünki bu qədər uzun müddət hər dildən, dindən və irqdən olan insanı dostcasına, qardaşcasına, sülh və tolerantlıq içində dinc şəkildə idarə etməyi bacarmış yeganə millət türk millətidir. Bu həqiqəti bilavasitə əcnəbilərin ağzından da dinləmək mümkündür:

İsveç kralı XII Karl Türkiyəyə sığınmaq məcburiyyətində qaldığında bu təəssüratları yaşamışdır: "Şəfqətin, comərdliyin, nəcibliyin, nəzakətin əsiriyəm. Türklər məni məhz bu almaz ipə doladılar. Bu qədər şəfqətli, bu qədər nəzakətli bir millətin arasında azad bir əsir kimi yaşamaq, bir bilsən necə də gözəldir!...".

18-ci əsrdə Osmanlı torpaqlarında yaşayan Claude Alexandre de Bonneval bunları demişdir: "Çünki türkləri sevirəm. Onlar (sanki) cənnətdəki məkanlardan biri olan bu bənzərsiz məmləkətə yaraşan bənzərsiz insanlardır. Fitrətlərində səmaya məxsus ucalıq olub, insanların könlünü təvazökarlıqla alırlar. Bu böyük ruhlu millətin arasında vətənimi unutmaqdan qorxuram. Vətən əziz və çox əzizdir. Lakin türklər də əziz və çox əzizdir".

Fransız şair Lamartin bunları söyləmişdir: "Türklər bir irq və bir millət olmaq şərəfiylə yer üzünün ən şərəfli insanlarıdır. Onlar çox uca və nəcib xarakterə sahibdirlər... Nəciblikləri alınlarında və əməllərində yazılmışdır... Bütün hərəkətləri nəcibanədir və vəcd ilə yaşayan duyğulu millətdir. Onların yurdu zadəganlar diyarıdır, qəhrəmanlar, şəhidlər ölkəsidir. Məncə bəşəriyyətə şərəf verən belə bir millətin düşməni olmaq bəşəriyyətin düşməni olmaqdan fərqsizdir. Allah məni belə bir ləkədən qorusun".

Hələ bunlar kimi bir çox hökmdar, dövlət adamı, tarixçi və siyasətçi bənzər ifadələrlə türklər haqqındakı fikirlərini dilə gətirmişdirlər. Buna görə də, türk millətinə yaraşdırılan əsassız iddialar nəticəsiz bir səyin məhsuludur. Türklər istər Balkan yarımadasındakı, istər Mərkəzi Asiyadakı, istərsə də Orta Şərqdəki dövlətlərlə güclü tarixi əlaqələrlə bir-birinə bağlıdır. Bölgədə müasir, rasionalist, milliyyətçi və güclü bir rəhbərliyə ehtiyac olduğu aydındır. Bu vəzifədə səlahiyyət sahibi olan yeganə millət isə türk millətidir. Bu yolla yaradılacaq güclü bir birliyin NATO-dan da, Aİ-dən də daha güclü olacağı aydındır. Belə bir sistemdə ermənilərin, yəhudilərin və fələstinlilərin də rahatlıq tapacağı tarixlə isbat olunmuş bir həqiqətdir.

Harun Yəhyanın Dünya Dillərinə Çevrilən Əsərləri Müsəlmanlar Üçün Böyük Şövq Mənbəyi Olur Gularını

Harun Yahya'nın eserlerini okuduktan sonra samimi duygularını büyük bir içtenlikle yazıya döken okuyucuların gönderdikleri mesajlardan bazı örnekler şöyle;

Michael Ellison, ABŞ

Bu məktubumu yazmağımın səbəbi, Harun Yəhyanın əsərlərinin ingiliscəyə çevrilərək, burada, yəni ABŞ-da satılmalarından duyduğum məmnuniyyəti ifadə etməkdir. Mən qəlbimdə, daim məni Yaradan və ətrafımdakı dünyaya dair fikirlərə sahib bir müsəlmanam. Xeyli gəncəm və Harun Yəhya qardaşımın yazıları həqiqətən intellektual səviyyəmin artmasına kömək oldu. Özünə Allah tərəfindən elm və qavrayış verildiyinə dair heç bir şübhəm yoxdur və Allahın izniylə bu elmi əsərləri vasitəsiylə dünyanın hər yerində insanları dinə dəvət edir.

Asim Qureshi, London, İngiltərə

Mükəmməl kitablardır! “təkamül yalanı”, “düşünən insanlar üçün”, “dünya həyatının həqiqəti” və “xalqların həlakı” kitablarınızı oxudum və xüsusilə ilk üç kitabı oxumaqdan çox zövq aldım. Mənim sevimli müəllifimsiniz. Oksford Universitetində fizika üzrə oxudum lakin kitabınızı oxuyana qədər, Darvinin təkamül nəzəriyyəsi və İslamla əlaqədar ağlımda bir sual işarəsi var idi. Bu mövzu ilə bağlı daha əvvəl heç kitab oxumamışdım ancaq əksini düşünmək üçün bu nəzəriyyənin çoxlu sübutu olduğunu hesab etmişdim. Veb saytınızda bu qədər çox sayda yayımlanmış kitabınız olduğunu görəndə çox təəccübləndim... Bu cür mükəmməl kitablar yazmağa davam etməyiniz üçün dua edirəm və Allah sizi bundan ötrü mükafatlandırsın.

Moussa Chahine, Sidney, Avstraliya

Böyük İslam dinini təbliğ etmək üçün göstərdiyiniz bu xidmətlərdən ötrü Allah sizi dünya və axirət həyatında müvəffəq edib mükafatlandırsın. Harun Yəhyanın bütün əsərlərinin ən yaxın zamanda ingilis dilinə çevrilməsi üçün Allaha dua edirəm. Çünki onun kitabçalarının metodologiyası oxucuların diqqətini özünə çəkir və həmin bu kitabçalar Qərb cəmiyyətlərində yaşayan insanlar üçün olduqca faydalıdır.

Inayat Bunglawala, İngiltərə

Allahın möhtəşəm yaratması mövzusundakı inanılmaz kitab seriyalarınız üçün sizə təşəkkür etmək istəyirəm. Hazırda əlimdə ingilis dilinə tərcümə beş kitabınız var. Kitablarınızın keyfiyyəti və dünya ilə bağlı materialist-darvinist açıqlamalara qarşı meydan oxumadakı cəsarətiniz məndə böyük təsir oyatdı... Allah sizi cəsarətli səyinizdən ötrü mükafatlandırsın...

Moez Massoud, Danimarka

Bu mesajı hörmətli Harun bəyin oxuması üçün hal-hazırda Allaha dua edirəm. Əlhəmdülillah kitabınız şövqləndirmənin də xaricindədir. Bu hər şeyə qadir olan Allahın açıq-aydın rəhmətinin bir əlamətidir...

Sizi Allah üçün sevirəm.

Sohail Yousuf, Kəraçi, Pakistan

Pakistanın Kəraçi şəhərində elmi bir jurnalın redaktoru vəzifəsində çalışıram. Sizin İslama və elmə çox böyük xidmət göstərdiyinizi eşitdim və sizə bütün qəlbimlə hörmət edirəm. Lütfən yaxın zamanda Pakistana gələcəyinizi söyləyin, çünki sizi görmək istəyirəm. Lütfən bir də mənə, bütün kitablarınızı necə əldə edəcəyimi söyləyin. Sağlam, uzun bir ömür sürməyiniz üçün Allaha dua edirəm.

Waheed Dabbaagh, Mançestr, İngiltərə

Allah elminizi və hikmətinizi artırsın. Həqiqəti axtaran, yolunu azmış bir ruhun aclığını yox edən əsərləriniz məndə inanılmaz bir təsir oyatdı. Sizinlə tanış olmaq və bilavasitə sizin rəhbərliyiniz altında, çalışmaq və öyrənmək üçün sizə yoldaşlıq etmək istəyirəm. Tək məqsədim Allah rizasını qazanmaqdır. Elminiz ruhumu işıqlandırır. Sizin Allahın ən böyük dostlarından biri olduğunuza inanıram.

Syed Irfan Ahmed, Hamdard-e- Sehat Karachi Jurnalının Köməkçi Redaktoru, Pakistan

"Xalqların həlakı" kitabınızı oxudum. Kitab ümmətə dərs verir. Bu kitabın səylə ərsəyə gətirildiyi görülür. Bu səy, əlbəttə ki, bir çıxış yolu göstərir. Daha da artığını etməyiniz üçün, sizə daha çox cəsarət versin deyə hər şeyə qadir olan Allaha sizin üçün dua edirəm... Əgər icazə versəniz mən bu kitabı urdu dilinə çevirə bilərəm. Bu mənə çox böyük bir zövq verər.

Mushfiqur Rahman, Şimali Virciniya, ABŞ

Kitablarınızdan birini ("təkamül yalanı") oxuduğumdan bəri, sizin kim olduğunuz və İslama töhfə vermək məqsədiylə, ağıl və məntiqə əsaslanan elmi dəlillərdən istifadə etməklə, bu cür mükəmməl bir əsər hazırlamış insanın kim ola biləcəyi məni maraqlandırırdı. Daha sonra burada, yəni ABŞ tapa bildiyim bütün kitablarınızı əldə etdim. Allah gördüyünüz işlərdən ötrü sizi qorusun və Öz rizası üçün daha artığını edə biləsiniz deyə sizə səbat versin... Mən yeni müsəlman olanları və müsəlman olmayan, lakin müsəlmanlıqla maraqlanan kimsələri dəstəkləyən bir qrupun koordinatoruyam. ...Gördüyünüz böyük işlərdən ötrü sizə yenidən təşəkkür etmək istəyirik. Allah olduqca artığını etməyinizi nəsib etsin. Buradakı yoldaşlarım adından sizə salamlarımızı və Ramazan təbriklərimizi çatdırıram.

Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır. (Ali İmran surəsi, 104)

21-ci Əsr Allaha Yönəlişin Müjdəsini Verir

batı dünyası, ünlüler
batı dünyası, ünlü, sanatçı

İnsanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə, həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri çox qəbul edəndir!. (Nəsr surəsi, 2-3)

19-cu əsrdə Çarlz Darvinin təkamül nəzəriyyəsiylə yanaşı, 20-ci əsrdə materialist və dinsiz ideologiyalar insanlar arasında sürətlə yayıldı. Bunun nəticəsində zəifləri tapdalayan, bütün mənəvi dəyərləri rədd edən, dindən uzaq nəsillər meydana gəldi. Məhz buna görə də, 20-ci əsr bu nəsillərdən dəstək alan faşizm və kommunizm kimi ideologiyaların zülm, kütləvi qırğınlar və irqçi hücumlar törətmələrinə səhnə oldu, bəlaların və çətinliklərin əsri kimi yad olundu.

21-ci əsrdə materialist fəlsəfənin, hansı adla xatırlanmasından asılı olmayaraq, bəşəriyyətə bəladan başqa bir şey gətirmədiyi aydın oldu və insanlar yaşadıqlarından ibrət götürərək dinə sarıldılar. 20-ci əsrin son dövrlərində başlayan bu dinə və mənəviyyata qayıdış prosesi, sürətlə bütün dünyanı əhatə edir. Allaha inanan, dua edən, yaradılış dəlillərini görən, ailə, dövlət, millət, əxlaq kimi anlayışlara layiq olduqları həqiqi dəyəri verən cəmiyyətlər yaranmağa başladı.

Televiziyalarda, qəzetlərdə gördüyünüz siyasi liderlər, elm insanları, idmançılar, yazıçılar, incəsənət xadimləri Allaha olan inanclarını səmimi ifadələrlə dilə gətirirlər.

21-ci əsr Allahın izniylə imanın, sülhün, əmin-amanlığın hakim olacağı bir dövr olacaq. Bu Allahın bütün insanlara olan vədi və müjdəsidir.

 

4 / total 6
"Harun Yəhyanın Həqiqətlər 2 kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.org adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com