< <
5 / total: 6

IV. Bölüm: Canlılardaki İman Delilleri

Koalanın Üstün Tibb Məlumatı

okaliptus, koala

Avstraliyada evkalipt ağacının 600-dən çox növü var və bütün ağacların yarpaqlarındakı kimyəvi maddələr bir-birindən fərqlidir. Koalalar, üstün bir seçicilik nümunəsi göstərərək bu 600 ağacdan yalnız 35-ni seçərlər və həyatlarını bu ağacların yarpaqlarını yeməklə davam etdirərlər.

Bir evkalipt ağacında iki fərqli növ yarpaq mövcuddur və koala bədən temperaturuna görə bu iki növ yarpaqdan birini yeyər. Bədən temperaturu aşağıdırsa, yəni üşüyürsə tərkibində "fellandren" yağı olan yarpağı yeyərək bədən temperaturunu yüksəldər. Bədən temperaturu yüksəkdirsə, bu zaman da tərkibində "cineol" olan yarpaqları çeynəyərək bədənini sərinlədər. Bundan savayı koala, evkalipt yarpaqlarında olan başqa yağlardan da istifadə edərək qan təzyiqini aşağı sala bilər və əzələlərini dincəldər.

Görəsən koala bədən temperaturunu nizamlayarkən hansı növ yarpaqlardan yeməli olduğunu haradan bilir? Üstəlik, ehtiyac duyduğu yarpağın, 600 növ evkalipt ağacından hansında olduğunu necə müəyyənləşdirir?

Əlbəttə ki, koalanın öz ağlı və iradəsiylə belə bir seçim etməsi qeyri-mümkündür. Ona bu seçimi etməyi öyrədən; hər şeyə gücü çatan, bütün canlıları istiqamətləndirərək, onlara nələr etməli olduqlarını ilham edən Allahdır.

Bütün Orqanları Qüsursuz Şəkildə Əmələ Gətirən Hüceyrələr Yaradılış Möcüzəsidir

İnsan bədəninin bütün orqanları və bütün hissələri çox mütənasib bir formaya malikdir. Bu orqanlara forma verən, sanki bir heykəltəraş kimi məharətlə çalışaraq onları müəyyən formaya salanlar isə, gözlə görülməyəcək qədər kiçik hüceyrələrdir.

Hüceyrələr, yaratma əməliyyatına hələ ana bətnində olarkən başlayarlar. Əvvəlcə bir hüceyrə yığını meydana gələr. Sonra bu hüceyrə yığını öz daxilində qruplara ayrılmağa başlayar. Daha sonra eyni orqanı meydana gətirəcək hüceyrələr bir yerə toplanaraq bir-birinə birləşərlər. Bu intensiv əməliyyatdan sonra, bəzi hüceyrə qrupları sümükləri, bəziləri ağciyəri, bəziləri dərini, bəziləri qan damarlarını, bəziləri də kəlləni meydana gətirər.

Bu vaxt hamısı ən uyğun yerdə və ən uyğun zamanda fəaliyyətə başlayar. Məsələn, kəlləni meydana gətirən hüceyrələr tam olmaları lazım olan yerdə yerləşərlər. Onurğa beynini meydana gətirənlər də kəllənin mövqeyinə görə olmaları lazım olan ən uyğun yeri seçdikdən sonra yaratma əməliyyatına başlayarlar. Ağciyəri əmələ gətirəcək hüceyrələr isə daha içərilərə doğru hərəkət edər və harada dayanıb işlərinə başlamalı olduqlarını çox yaxşı bilərlər. Heç vaxt beynin yerləşməsi lazım olan yerdə ağciyərləri əmələ gətirməzlər və ya döş qəfəsini və ağciyərləri bir-birləriylə mütənasib ölçüdə əmələ gətirərlər. Hətta ağciyərin döş qəfəsində sıxışıb qalmaması üçün döş qəfəsini genişlənəcək şəkildə əmələ gətirərlər. Eləcə də, kəllənin ölçülərini elə yaxşı nizamlayarlar ki, kəllə heç vaxt beynə təzyiq göstərməz.

organların oluşumu, hücre farklılaşması

Resimlerde sırasıyla damarların aşama aşama nasıl oluştuğu gösterilmektedir.

Hüceyrələr, zamanlama məsələsində də çox diqqətcil və uzaqgörən olarlar. Məsələn, qan damarları əmələ gəlmədən qanı yaratmazlar. Kəlləni və kəllədəki göz çuxurunu əmələ gətirmədən gözləri yaratmazlar.

Üstəlik, orqanlara, milyonlarla ildir ki, milyardlarla insanda heç bir dəyişiklik etmədən eyni cür forma verərlər. Məsələn, ağciyərin forması daim olması lazım olduğu kimidir. Beynin qırışlarını, formasını, kəllənin içinə yerləşəcək böyüklükdə olmasını, qövslərini ən mükəmməl və diqqətli şəkildə, sanki məharətli bir heykəltəraşın əlindən çıxmış kimi əmələ gətirərlər. Bütün toxumaları, tam tələb olunan şəkildə, artıq hissə saxlamadan və ya hər hansı nöqsana yol vermədən əmələ gətirərlər.

Şüursuz, ağılsız, dərrakəsiz, əli, beyni, gözü olmayan hüceyrələrin öz iradələriylə və təsadüflər nəticəsində belə qüsursuz bir əsər meydana gətirmələri qətiyyən qeyri-mümkündür. Darvinistlərin heç bir açıqlama gətirə bilmədikləri bu həqiqət, səmimi düşünən hər insan üçün böyük bir yaradılış möcüzəsidir.

Şəkillərdə sırayla damarların mərhələli şəkildə necə əmələ gəldiyi göstərilir.

Hüceyrələrinizin Sizi Normal Bir Insan Halına Gətirmələrini Təmin Edən Allahdır

Əllərinizin, gözlərinizin, burnunuzun düzgün bir forma almalarını təmin edən hüceyrələrinizdir. Siz hələ ana bətinində olarkən fəaliyyətə başlayan hüceyrələriniz, bir estetik mütəxəssisindən daha yaxşı çalışaraq sizi müəyyən formaya salarlar.

Hüceyrələriniz heç bir artıq parça saxlamadan, artıq hissə yaratmadan bütün orqanlarınızı sanki əllərində bir qəlib varmış kimi mükəmməl şəkildə əmələ gətirərlər. Məsələn, neçə barmağınızın olacağını, uzunluqlarının və formalarının necə olacağını tam lazım olduğu kimi hesablayarlar. Bu, çox təəccüblü və həyəcan verici bir prosesdir.

Hüceyrələriniz, orqanlarınızı və bədəninizin hər kvadrat millimetrini əmələ gətirərkən müvəffəqiyyət əldə edərlər. Məsələn, yalnız gözə məxsus 40 fərqli hissə var. Gözün öz funksiyalarını yerinə yetirə bilməsi üçün, bütün hissələri mütənasib şəkildə böyüməli, aralarında möhkəm əlaqə olmalı və hamısının öz yerində yerləşməlidir. Əks halda göz görə bilməz.

fetüs, embriyo, bebek, cenin

Rüşeym 4 həftəlik olanda başının hər iki tərəfində bir oyuq meydana gələr. 6-cı həftədə bu oyuğu təşkil edən hüceyrələr müəkəmməl bir plan əsasında hərəkət etməyə başlayarlar. Bəzi hüceyrələr buynuz qişa, bəzi hüceyrələr göz bəbəyini, bəzi hüceyrələr də göz büllurunu əmələ gətirərlər. Hər hüceyrə əmələ gətirdiyi hissə tamamlandıqda öz fəaliyyətini dayandırar. Hər biri ayrı bir hissəni meydana gətirər, sonra mükəmməl şəkildə birləşərlər. Göz bəbəyi yerində başqa bir təbəqə əmələ gəlməz, hər şey yerli yerindədir. Bu əməliyyatlar aylarla davam edər və nəticədə olduqca estetik və funksional gözlər əmələ gələr.

Rüşeymi meydana gətirən hər bir hüceyrə bədənin quruluş planından da xəbərdardır. Sanki müqavilə bağlamış kimi, bir-birlərindən fərqli xüsusiyyətlərə sahib strukturlar əmələ gətirərlər.

Bəs hüceyrələr hara gedəcəklərini və nə əmələ gətirəcəklərini haradan bilirlər? Birlikdə hərəkət etdikləri digər hüceyrələrlə necə bu qədər həmahəng ola bilirlər?

Hüceyrələrə şifrələnmiş bu mükəmməl planı yaradan Allahdır. Hüceyrələrə nələr etməli olduqlarını ilham edərək bu planın mükəmməl şəkildə icra edilməsini təmin edən də Allahdır. Bir ayədə belə buyurulur:

De: “Allahdan başqa yalvardığınız şəriklər haqda düşündünüzmü? Bir mənə göstərin görüm, onlar yer üzündə nəyi yaradıblar? Yoxsa onların göylərin yaradılmasında şərikliyi var?” Yaxud onlara bir kitab vermişik, onlar da ondakı dəlilə istinad edirlər?... (Fatir surəsi, 40)

Barmaqlarınızı Əmələ Gətirən Hüceyrələr, Allahın Əmrinə Itaət Edərlər

Ana bətnindəki rüşeymin inkişafı möcüzələrlə doludur. Bu inkişafı anbaan izləmə imkanımız olsaydı, eyni anda həm inşaat mühəndisi, həm də inşaat fəhləsi vəzifəsini icra edən hüceyrələrin ağıllı, şüurlu və olduqca mütəşəkkil hərəkətlərini görərək təəccüblənərdik.

ellerin oluşumu, parmak arası boşluk, hücre intiharı

Bədənimizin bütün hissələrini tək-tək əmələ gətirən hüceyrələr, altıncı həftədən sonra əllərimizi də əmələ gətirməyə başlayarlar. Əllər ilk yarandıqları vaxt barmaqlara sahib olmazlar, onlar sanki tək hissədən ibarət bir yelpiyə bənzəyərlər. Ancaq, bu mərhələdə möcüzəvi bir hadisə baş verər və əli meydana gətirən hüceyrələrdən bəziləri tək-tək özlərini öldürməyə başlayarlar. Digər hüceyrələr həmin bu ölü hüceyrələri yeyərlər və bu nahiyələrdə boşluqlar əmələ gələr. Bu boşluqlar barmaqlar arası boşluqlardır. Beləcə barmaqlar formalaşmağa başlayarlar.

Diqqət yetirin. Barmaqları əmələ gətirəcək hüceyrələr heç vaxt özlərini öldürməzlər. Bunu edənlər barmaq arası boşluqları əmələ gətirmək üçün, yer açması lazım olan hüceyrələrdir və bu qərarı eyni anda və tam vaxtında verərlər. Şüur, ağıl və bilikdən məhrum bu canlılara özlərini öldürmə əmrini verən, barmaqları mükəmməl şəkildə dizayn edərək, insan üçün ən uyğun şəkildə əmələ gətirən kimdir? Əlbəttə ki, hər canlını mükəmməl şəkildə yaradan, yerin, göyün və ikisi arasındakıların Yaradıcısı olan Rəbbimizdir.

omurga, iskelet, omurilik

Bədəninizdəki Sümüklərin Sanki Bir Incəsənət Əsəri Kimi, Incə-Incə Yonulduğunu Heç Düşünmüşdünüzmü?

Bədəninizdəki 306 sümüyün böyük bir hissəsi forma etibarilə bir-birindən fərqlidir. Onlar hələ ana bətnində olarkən, ilk yarandıqları andan etibarən müxtəlifləşməyə başlayarlar. Tək bir yumurta hüceyrəsinin mayalanmasından sonra bölünməyə başlayan ziqot, olduqca böyük sürətlə çoxalar. Bir müddət sonra çoxalan bu hüceyrələr, sanki bədənin hansı hissəsinin hüceyrələri olmalarının lazım olduğu özlərinə öyrədilmiş kimi, müxtəlifləşməyə başlayarlar.

Bəzi hüceyrələr sümükləri, bəziləri qaraciyəri, bəziləri böyrəkləri, bəziləri də gözləri əmələ gətirər. Ancaq qaraciyəri, sümüyü və ya gözləri əmələ gətirəcək hüceyrələrin yalnız bir yerə toplanması kifayət etmir. Bunların öz aralarında da müxtəlifləşməlidirlər. Məsələn, sümük hüceyrələri, əmələ gətirəcəkləri sümüyün bədənin hansı nahiyəsində yerləşəcəyini bilərək ona uyğun formaya düşməlidirlər.

Ayaqlardakı sümük hüceyrələri sanki professional bir heykəltəraş kimi işləyərək qövsvari, barmaqlar üçün girinti və çıxıntıları olan, bilək üçün oynaq yeri hazır olan mükəmməl ayaq sümükləri əmələ gətirərlər. Kəlləni əmələ gətirən sümük hüceyrələri də beynin ölçülərini bilirmiş kimi, tam ona uyğun, girintisi və çıxıntısı olmayan, beyni mükəmməl şəkildə əhatə edən, yumru bir sümük təbəqəsi əmələ gətirərlər. Nə onu daha kiçik ölçüdə əmələ gətirib beynin onun içində sıxışıb qalmasına səbəb olar, nə də daha böyük ölçüdə əmələ gətirib insanın başını daşımasını çətinləşdirərlər.

Özlərinə hansı formanı verməli olduqlarını, nə hüceyrəsi olmalı olduqlarını çox yaxşı bilərək, sümüklərə mükəmməl bir forma verən hüceyrələrin bu şüuru haradan gəlir?

Onlara bu incə planı ilham edən Allahdır. Bir ayədə Allahın bənzərsiz elminə belə diqqət çəkilir:

...Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük..." (Bəqərə surəsi, 259)

Sinir Hüceyrələrini Qoruyan Mikroskopik Qılaflar

sinaps, nöron, sinir hücresi

1. Miyelin Kılıf

İnsanın həm beyni, həm də onurğa beynindəki sinir lifləri qoruyucu bir maddəyə örtülmüşdür. "Miyelin" adlandırılan bu maddə sinir liflərini bir qılaf kimi qoruyar. Miyelin, elektrik kabelinin xarici səthini meydana gətirən plastik maddəyə bənzədilə bilər. Necə ki, bu maddə, elektrik ötürülüşündə yaranacaq qısa qapanmaların qarşısını alırsa, miyelin də sinir hüceyrələrində gedən elektrik ötürülüşündə izolyasiya vəzifəsi yerinə yetirir.

Miyelin qılaf, həmçinin sinir hüceyrələrinin çıxıntıları olan aksonların xəbərdarlıqları ötürmə sürətini də qat-qat artırar. Sinir liflərindəki xəbərdarlığın ötürülmə sürəti, miyelinsiz liflərdə 0,25 m/san. olduğu halda, çox qalın miyelin təbəqəsiylə örtülmüş liflərdə bu 100 m/san. qədərdir. Bu sürət, 1 saniyə ərzində xəbərdarlıqların bir futbol meydançasının uzunluğu qədər məsafəni gedib gəlməsinə bərabər bir sürətdir.

Mikroskopik miyelin qılaflarının sürət artırma xüsusiyyəti bizim üçün mühüm əhəmiyyət daşıyır. Bu qılaf zədələndiyi təqdirdə beyindən çıxan və ya beynə daxil olan elektrik cərəyanlarının sürəti yavaşlayar. Bunun nəticəsində də elektrik cərəyanları əlaqədar yerlərə lazımi vaxtda çata bilməz və ya yanlış yerlərə doğru hərəkət edərlər. Bu isə bədənin müxtəlif yerlərində hissiyatın yox olmasına, hətta sonrakı mərhələlərdə yeriyə bilməmə kimi olduqca ciddi problemlərin yaranmasına səbəb olar.

Yağa bənzəyən bir maddənin insanın sinir sistemi üçün bu qədər həyati əhəmiyyət daşıması, əlbəttə ki, təsadüflərlə açıqlanması mümkün olmayan bir vəziyyətdir. Təkcə miyelin qılafının olmaması belə, insanın bədəninin funksiyalarını yerinə yetirə bilməməsi üçün yetərli səbəbdir. Miyelinin sahib olduğu xüsusiyyətlər, yerləşdiyi yer və sinir hüceyrələri üzərindəki təsiri kimi incəliklərin hamısı xüsusi olaraq dizayn olunmuşdur. Miyelindəki bu qüsursuz dizayn Allaha aiddir.

Hər Yerdə Allahın Varlığına Aid Dəlillər Var

fagositoz, mantarlar

Faqositoz, bakteriyaların, mikrobların, göbələklərin, ölü hüceyrələrin, bədəndə istifadə yararsız toxumaların hüceyrələr tərəfindən həzm edilməsi deməkdir. Bunu həyata keçirən faqosit hüceyrələri, həzm edəcəkləri cisimləri seçməkdə olduqca diqqətli davranmalıdırlar. Əks halda bədənin normal strukturları və hüceyrələri də həzm edilərək məhv edilər. Sağlam hüceyrələrin faqosit hüceyrələr tərəfindən yox edilməsi demək, bədəndə tam mənasıyla bir qarışıqlıq çıxması deməkdir. Lakin heç vaxt belə bir qarışıqlıq yaşanmaz. Çünki bunun üçün lazımi tədbir görülmüşdür.

Faqositozun baş verib verməməsi xüsusilə üç seçmə əməliyyatla müəyyənləşdirilər:

-Birincisi bədəndəki strukturların bir çoxu, ölü toxumalar və yad cisimciklərin əksinə faqositoza davamlı olan hamar səthlərə malikdir.

-İkincisi bədən hüceyrələrinin əksəriyyəti faqositləri itələyən qoruyucu zülal qılaflarına malikdir. Digər tərəfdən ölü toxumaların və yad cisimciklərin əksəriyyətində adətən qoruyucu qılaf olmaz, bu da onları faqositoz üçün əlverişli hala gətirər.

-Üçüncü olaraqsa bədəndə yad cisimciklərinin varlığından xəbər tutan xüsusi bir sistem var.

Əgər bütün bunlar olmasaydı bədənimizdə öz-özünü yeyən bir mexanizm fəaliyyət halında olacaq və bu da gec-tez canlının yox olmasına səbəb olacaqdı.

Bu cür həssas bir nizamın olduğu yerdə kor təsadüfdən bəhs etmək, təkamül kimi çürük bir iddianı irəli sürmək, əlbəttə ki, məntiqsizdir.

Zülalların Heyrətamiz Həzmetmə Prosesi Yaradılış Dəlillərindən Biridir

Qidalar vasitəsiylə qəbul etdiyimiz zülalların həzm prosesi mədədə başlayar. Mədədə zülalları gözləyən bir ferment var. Pepsin adlı bu ferment ətdə olan kollagen lifləri parçalayar və beləliklə də, hüceyrəvi zülalları həzm edilə biləcək hala gətirər.

Zülalların böyük ölçüdə həzm olunma prosesi isə, mədəaltı vəzdən ifraz olunan fermentlər sayəsində reallaşar. Mədəaltı vəzdən ifraz olunan tripsin və bəzi digər fermentlər parçalanmış zülalları daha da kiçik hissələrə ayırarlar.

Nəhayət zülalların həzm olunma prosesi artıq nazik bağırsaqlarda getməyə başlayar. Bu hüceyrələrin xarici səthindəki fermentlər parçalanmış zülalları daha kiçik hissələrə parçalayar. Parçalanan kiçik amin turşusu qrupları isə hüceyrə içinə alınaraq burada olan digər fermentlər sayəsində tək-tək parçalanar və bu parçalanma nəticəsində ortaya çıxan amin turşuları bu hüceyrələrdən qan dövranına daxil edilər.

pepsin enzimi, mide, gastrit

1. Mide
2. Gastirit Bezi
3. Pepsin Enziminin Üretildiği Ana Hücreler

Bu izah edilənlərin işarə etdiyi bir həqiqət var. Bədənimizə hələ zülallar daxil olmadan, zülal adlı bəzi molekulların mövcud olduğu və bunların qidalar yoluyla bədənimizə daxil olacağı əvvəldən bilinir. Hətta zülalların molekulyar quruluşu ən incə nöqtəsinə qədər müəyyənləşdirilmişdir, bunları parçalayacaq fermentlər mükəmməl strukturlarıyla dizayn olunmuşdur, əlaqədar hüceyrələr həzm sistemimizi meydana gətirən orqanlarda uyğun yerlərə yerləşdirilmişdir, bu hüceyrələrin vəzifələri genetik şifrələrlə kodlaşdırılmışdır.

Bütün bu incəliklər ilk insandan bəri tam və mükəmməl şəkildə mövcuddur. Bu gün müasir elm sayəsində ortaya çıxan bütün incəliklər mükəmməl bir yaradılışın dəlilləridir. Şübhəsiz ki, gözləri olub da görməyən, qulaqları olub da eşitməyən, ürəkləri olub da hiss etməyənlər, bu yaradılış dəlilləri qarşısında yenə israrla cahilliklərinə və inkarlarına davam edirlər.

1 Qram DNT Molekulu=1 Trilyon CD Dolusu Məlumat

Gələcəyin kompyuterlərini dizayn edən mühəndislər insan genomunu "əlçatmaz" bir dizayn kimi xarakterizə edirlər. Bunun səbəbini anlamaq üçün kiçik bir müqayisə aparaq.

İnsan bədənindəki təxminən 100 trilyon hüceyrənin hər birinin nüvəsində yerləşən DNT molekulu, həmin insana aid bütün xüsusiyyətləri özündə saxlayan məlumatı toplamışdır. DNT ağlasığmaz dərəcədə üstün bir dizayna və məlumat toplama tutumuna malikdir. Belə ki, 1 qram DNT molekulu, özündə 1 trilyon CD dolusu məlumat saxlayır (discover, XXI cild, no. 4, aprel 2000). Tək bir CD-yə yüzlərlə kitab dolusu məlumatın yerləşdiyi düşünülsə 1 trilyon CD dolusu məlumatı özündə saxlayan DNT-nin tutumu daha yaxşı aydın ola bilər.

DNT-dəki məlumat toplama sistemi, kompyuter mühəndislərinin hələ təqlid etməyi belə xəyal edə bilmədikləri qədər mükəmməl bir quruluşa malikdir.

DNT molekulu, istisnasız hər insanda və hər heyvanda ilk yaradıldıqları andan etibarən mövcuddur. Bu xatırlandığında, nə qədər üstün bir yaradılışla yaradıldığımız açıq şəkildə ortaya çıxır.

Belə kiçik bir yerdə, müəyyən bir kodlaşdırma sistemiylə düzülmüş atomlarda, canlıların bədən quruluşuna dair bütün məlumatların saxlanmış olması, hər şeyin Yaradıcısı olan Allahın bənzərsiz gücünü və sonsuz ağlını göstərir.

Böyrək Hüceyrələrinin Sahib Olduğu Məlumat Və Şüurun Qaynağı Nədir?

Natrium, bədən toxumalarında və qanda mövcuddur. Böyrək hüceyrələrinin bəziləri qandakı natrium miqdarını aşkarlayacaq xüsusiyyətlərə sahibdirlər. Əgər natrium miqdarı azalsa, bu hüceyrələr vəziyyəti dərhal böyrəklərdə yerləşən natrium soran hüceyrələrə xəbər verərlər. Bədəndən kənarlaşdırılacaq mayenin içinə, böyrəklərdəki süzülmə əsnasında bir miqdar natrium qarışmışdır. Həmin bu hüceyrələr bədəndən kənarlaşdırılacaq mayedəki bu natrium molekullarını tutar və onları bədənə geri qaytararlar. Böyrəklərdəki natrium miqdarını aşkarlayan hüceyrələrin üzərinə bu əməliyyat üçün xüsusi nasoslar yerləşdirilmişdir. Təcili vəziyyətlərdə bu nasoslar fəaliyyətə keçər və natrium molekulları tutularaq bədənə geri qaytarılar.

Əgər böyrəklərdəki bu geriyə sorulma mexanizmi olmasaydı, həddindən artıq qida və maye itkisindən ötrü ölüm qaçınılmaz olardı.

böbrek, sodyum

Böbreklerde, gelen kanın içindeki sodyum gibi maddelerin süzüldüğü yer

Burada verilən məlumat üzərində düşünülməli olan əhəmiyyətli məqamlar var. Hər şeydən əvvəl, bədənimizdə yaşamağımız üçün lazım olan maddələrin çatışmazlığının və ya artıqlığının aşkarlanması üçün xüsusi olaraq dizayn olunmuş hüceyrələr var. Bu hüceyrələrin təsadüfən əmələ gəlmədikləri, xüsusi olaraq yaradılaraq böyrəklərə yerləşdirildikləri olduqca aydındır. Həmçinin bu hüceyrələr, bədəndəki maddələri bir-birindən fərqləndirmə qabiliyyətinə də sahibdirlər. Məsələn, natriumu, kaliumdan, amin turşularından, kalsiumdan, zülallardan, sidik cövhərindən fərqləndirə və seçib qana geri qaytara bilirlər. Bu maddələri ayrı-ayrılıqda bir insanın önünə qoysanız, bunları bir-birindən fərqləndirə bilməyəcək. Kiçik bir hüceyrəyə, əksər insanın belə sahib olmadığı, bu cür böyük biliyi və şüuru verən, əlbəttə ki, təsadüflər deyil.

Verilən nümunələrdən də görüldüyü kimi böyrəklərdəki bu sistemin təsadüfən əmələ gəldiyini iddia etmək, darvinistlərin məntiqsizliyini açıq şəkildə göstərir. Bu sistem, Allahın sonsuz elminin, ağlının və gücünün göstəricilərindən yalnız biridir.

Böyrəklərdə, gələn qanın tərkibindəki natrium kimi maddələrin süzüldüyü yer

Göylərdə və yerdə olanların hamısı Ona məxsusdur. Hamısı Ona könüllü surətdə təzim edir. O yaradılışı başladır, sonra bunu təkrarlayır, sonra siz Ona geri qayıdırsınız. Bu da Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən uca sifətlər Ona məxsusdur. O, güclü və üstün, hökm və hikmıt sahibdir. (Rum surəsi, 26-27)

İnsan Bədənindəki Təhlükəsizlik Işçiləri: Mikroorqanizmlər

bakteri, mikroorganizma

Bütün insanların bağırsaqlarında 400 fərqli bakteriya növü var. Xoşxassəli olan bu bakteriyalara bədənə fayda vermələri üçün vəzifələr verilmişdir. Bədənimiz üçün qidaları həzm etməkdən, vitaminləri yararlı hala gətirməyə, hətta yeri gəldikdə vitamin sintez etməyə qədər bir çox əhəmiyyətli məsuliyyətləri var.

Tədqiqatçılar, bağırsaqlarımızdakı bakteriyaların, xəstəlik törədən bakteriyalara qarşı bizi qoruduqlarını kəşf etmişdirlər.

Ancaq bu maraqlı xüsusiyyət təkcə bakteriyalara aid deyil. Bədənimizdə bakteriyalarla yanaşı yenə bizə heç bir zərər verməyən mikroorqanizmlər də yaşayır. Bu mikroorqanizmlər də müdafiə sistemimizin kənardan daxil olan mikroblara qarşı qorunmasına yardım edir.

Bu yardımın olduqca təəccüblü bir səbəbi var.

Hər hansı bir mikrobun bədənə daxil olması, bu canlıların yaşadıqları yerlərin tutulması deməkdir. Məhz buna görə də, mikroorqanizmlər və bakteriyalar bədənimizə kənardan daxil olan düşmənlərə qarşı müdafiə sistemimizlə birlikdə böyük bir döyüş apararlar. Bunlar sanki bədənin pulla işləyən təhlükəsizlik işçiləri kimi hərəkət edərək yerləşdikləri nahiyəni qoruyarlar.

Qətiyyən şüura və ya ağla sahib olmayan orqanizmlərin belə bir məsuliyyət boynuna götürmüş olmaları, əlbəttə ki, düşündürücüdür. Bu canlılar özlərindən tam bir fərqli quruluşdakı başqa bir canlıya, yəni insana necə fayda verəcəklərini bilirlər. Üstəlik, bədənimizin düşmənlərini və dostlarını bir-birindən fərqləndirməyi də bacarırlar.

Şüursuz hüceyrələrin bütün bunları öz ağıllarıyla bacarmaları qeyri-mümkündür. Bütün bunlar çox açıq şəkildə yaradılışı sübut edir. Allah insan bədənini buna bənzər vəsilələrlə qoruyur və bizə bənzərsiz yaratma sənətini göstərir.

Elektrik Siqnallarıyla Açılıb-Bağlanan Hüceyrə Qapıları

nöron, sinir hücresi, akıl

Resimde, bir sinir hücresinin elektrik sinyalleri ile gerektiği zaman açılıp kapanan kapıları görülüyor.

Sinir hüceyrələri digər hüceyrələrdən fərqli olaraq elektrik siqnallarıyla işləyən hüceyrələrdir. Bu hüceyrələrin qılaflarında elektrik siqnalları ilə açılıb-bağlanan qapılar var. Zülal quruluşuna malik bu qapılar yalnız kalium, kalsium, natrium kimi müəyyən ionların hüceyrə daxilinə girməsinə icazə verər və bu işdə çox diqqətcil və seçici davranarlar. Əgər bu seçicilik olmasaydı, hüceyrəyə zərər verə biləcək maddələr, ion və ya molekullar bu qapılardan keçərək hüceyrənin ölümünə səbəb ola bilərdilər.

Hüceyrə qapılarındakı bu seçicilik, qapını meydana gətirən zülaldakı bəzi xüsusi çıxıntıların yalnız müəyyən ionlarla əməkdaşlıq etməsindən qaynaqlanır. Beləliklə də, bəzi ionlar bu qapıdan daha asanlıqla keçərkən, digərləri üçün bu əməliyyat demək olar ki, qeyri-mümkün hala gəlir. Qapı zülallarının çox xüsusi quruluşları barədə məlumat DNT-də genetik şifrə halında mövcuddur və bu ilk insandan bəri bütün insanlarda heç dəyişmədən eyni mükəmməllikdə qalmışdır.

  • Bəs sinir hüceyrələrindəki qapılarda bu inanılmaz seçmə qabiliyyəti necə və niyə meydana gəlmişdir?
  • Bu qapılar hüceyrə üçün hansı ionların faydalı olacağını haradan bilirlər?
  • Üstəlik qapılardakı bu elektrik siqnallarıyla işləyən mexanizm necə və kim tərəfindən yaradılmışdır?

Hüceyrəni yaradan ağıl, sinir hüceyrəsi membranına bu mükəmməl nəzarət mexanizmini yerləşdirərək hüceyrənin yaşaya bilməsi üçün ən əlverişli şəraiti də yaratmışdır. Hüceyrə membranındakı bu mükəmməl dizayn, əlbəttə ki, təkamülçülərin iddia etdiyi kimi kor təsadüflərin deyil, sonsuz ağıl sahibi, aləmlərin Rəbbi olan Allahın əsəridir.

Şəkildə, bir sinir hüceyrəsinin elektrik siqnalları ilə lazım olduğu zaman açılıb-bağlanan qapıları görülür.

Elm, Yaradılış Dəlillərini Kəşf Etməyə Davam Edərkən, Təsadüf Nəzəriyyəsini Yenidən Yerlə-Yeksan Etdi

İnsan Genomu layihəsi, canlıların nə qədər mükəmməl bir dizayna və təsadüfən əmələ gələ bilməyəcək qədər mürəkkəb bir quruluşa sahib olduqlarını yenidən göstərdi. Bu layihə çərçivəsində insan DNT-sindəki böyük məlumat oxunmağa çalışılır.

İnsan bədənində 100 trilyon hüceyrə var və hər hüceyrənin nüvəsində insana aid məlumatların saxlandığı DNT molekulu yerləşir. Yəni DNT, canlıya aid bir məlumat bankıdır. Bu bank isə heyrət verici böyüklükdə bir məlumat tutumuna malikdir. Bu tutumu "500 səhifəlik 900 cildlik ensiklopediyanı dolduracaq qədər möhtəşəm bir məlumat" olaraq ifadə edə bilərik. Bu məlumatın inanılmaz paketləmə sistemiylə millimetrin yüz mində bir hissəsi qədər bir yerə yerləşdirilmiş olması daha da möhtəşəmdir. Üstəlik, bu fövqəladə məlumat yaşamış və yaşamaqda olan milyardlarla insanın trilyonlarla hüceyrəsinin hər birində mövcuddur.

Onlarla ildir ki, dünya səviyyəsində ağlı, şüuru və biliyi ilə tanınmış yüzlərlə elm adamı, ən son texnologiya ilə təchiz edilmiş laboratoriyalarda bu məlumatı oxuya bilmək üçün gecə-gündüz çalışdılar və buna baxmayaraq, hələ ancaq bu məlumatı meydana gətirən hərflərin bir qismini yan-yana düzməyi bacardılar.

Amma bu inanılmaz vəziyyətə baxmayaraq, təkamülçülər hələ də DNT-də mövcud olan bu böyük məlumatın, daşın, torpağın, qazların təsadüfən bir yerə gələrək, meydana gəldiyini iddia edirlər. Şübhəsiz ki, təkamülçülərin bu iddialarının, 900 cildlik ensiklopediyadakı məlumatların, yerə atılan milyardlarla hərfin təsadüflər nəticəsində yan-yana düzülmələri ilə meydana gəldiyini iddia etməkdən bir fərqi yoxdur.

DNT-dəki bütün məlumatların Allahın sonsuz elmi və qüdrəti ilə yaradıldığı və şifrələnərək hüceyrənin nüvəsinə yerləşdirildiyi isə açıq bir həqiqətdir. Təkamülçülər, insan genləriylə əlaqədar yeni çalışmaların göstərdiyi möcüzəvi quruluşu görməzlikdən gəlmək üçün nə qədər çalışsalar da, artıq bu məğlubiyyət qaçınılmazdır.

Suyu Zəhərli Bir Maddəyə Çevirən Atom

atom, elektron, nötron,

Həyatımızda böyük əhəmiyyəti kəsb edən su, iki hidrogen və bir oksigen atomunun birləşməsindən əmələ gəlir. Amma bu iki atomun su molekulunu əmələ gətirəcəkləri şəkildə birləşmələrini təmin etmək olduqca çətindir. Suyu əmələ gətirən şərtlər cüzi də olsa dəyişdikdə ortaya çox əhəmiyyətli nəticələr çıxır.

Məsələn, suyu meydana gətirən atomlar müəyyən temperatur və enerji səviyyələrində digər bir oksigen atomuyla daha birləşərlər. Bu birləşmə nəticəsində H2O formulu əvəzinə H2O2 formulu ortaya çıxar. Bu kiçik bir dəyişiklik kimi görünər, əslində isə suyun xüsusiyyətlərini tamamilə dəyişdirər və ortaya hidrogen peroksit adlı zəhərli maddənin çıxmasına səbəb olar.

Görüldüyü kimi tək bir atom, canlılar üçün həyati əhəmiyyəti olan suyu, canlılar üçün olduqca zərərli, ölümcül təsirləri olan bir zəhərə çevirə bilir.

Tək bir atomun, bir molekulun xüsusiyyətlərini tamamilə dəyişdirə biləcək, onu faydalı olduğu halda, zərərli hala gətirə biləcək xüsusiyyətlərə sahib olması, atomlar və molekullardakı xüsusi dizaynın göstəricisidir. Təsadüflər zənciriylə bu cür incə və həssas bir tarazlıq meydana gəlməz. Allah hər şeyi müəyyən bir nizam içində yaradan, ən gözəl şəkildə var edəndir.

Yeryüzündəki Suyun Niyə Heç Tükənmədiyini Bilirsinizmi?

Su, bir oksigen atomunun iki hidrogen atomuyla birləşməsi nəticəsində əmələ gələr. Hidrogen atomları oksigen atomunun hər iki tərəfinə 105 dərəcəlik bucaq altında bağlanarlar. Hidrogen rabitəsi adlandırılan bu rabitəni yaratmaq üçün elə böyük miqdarda bir enerji lazımdır ki, yarım litrlik suyu əmələ gətirmək üçün sərbəst qalan enerji vasitəsilə bir lampa tam bir gün boyu fasiləsiz surətdə yana bilər.

Bu məqamda dərhal belə bir sual verilməlidir: Hidrogen atomları oksigen atomunun hər iki tərəfinə yerləşməyi, üstəlik bunu müəyyən bucaq altında icra etməyi haradan bacarırlar? Bu formulu necə və haradan öyrənmişdirlər? Hər hansı bir kimya məlumatına sahib ola bilməyəcək atomlar, bucaqları necə ölçə bilirlər? Əlbəttə ki, bütün kainatın sahibi olan və hər şeyi mükəmməl şəkildə var edən Allah atomları da yaradan və onlara bütün xüsusiyyətlərini verəndir.

Digər bir sual isə, yer üzündəki suyun necə olub da heç tükənməməsidir. Yer üzündəki suyun hamısı planetimizin əmələ gəldiyi ilk mərhələlərdə mövcud olan inanılmaz temperaatur sayəsində meydana gəlmişdir. Yəni əgər planetimizin yarandığı ilk vaxtlarda lazımi temperatur əmələ gəlməsəydi, bugünkü su olmayacaqdı. Məhz bu mükəmməl tarazlıq, üstün güc və ağıl sahibi Allahın həyatın davamı üçün lazım olan bütün ehtiyacları bilib, hər şeyi buna görə yaratdığının dəlillərindən biridir.

su molekülü, yeryüzü, su

1. Su Molekülü - H2O
2. Oksijen
3. Hidrojen

Su Bitkisi Vallisneriya Kosmos Texnologiyası Ilə Yarışır

Bir su bitkisi olan vallisneryanın çiçəkləri, bitkinin su içində qalan hissələrində əmələ gələr.

Suyun içində olarkən, bitkinin tac yarpaqları portağal qabığı kimi çiçəyin ətrafını bürüyər. Bu sayədə suyun içəri daxil olaraq tozcuqları zay etməsinin qarşısı alınmış olar. Çiçəklər səthə çıxanda bağlı tac yarpaqları açılaraq su səthinə yayılar. Tozcuqları daşıyan erkək orqanlar tac yarpaqların üzərində şaquli vəziyyət alaraq sanki bir yelkən funksiyası yerinə yetirərlər.

Dişi bitkinin çiçəkləri isə, fərqli bir yerdə uzun bir saplağın ucunda və su səthində yerləşərlər. Dişi çiçəyin yarpaqları, su səthində və suda cüzi batıqlıq meydana gətirəcək şəkildə açılmışdır. Bu batıqlıq erkək çiçəyin özünə yaxınlaşmasını təmin edən çəkim qüvvəsi meydana gətirər. Erkək çiçək dişi çiçəyin yanından keçərkən bu çəkim qüvvəsinin təsiri altına düşər. Beləliklə də, çiçəklər birləşər, tozcuqlar dişi çiçəyin çoxalma orqanına çatar və mayalanma baş verər.

Yer üzündə yaradılan ilk vallisneryadan bəri, çiçəkdəki bu çoxalma sistemi tam və mükəmməl şəkildə fəaliyyətini davam etdirir. Təkamülçülərin iddia etdiyi kimi çoxalma sisteminin mərhələli şəkildə inkişafı qeyri-mümkündür. Çünki bu sistem tam işləmədikdə erkək çiçək dişi çiçəyi mayalandıra bilməyəcək və bu bitki yer üzündən silinib gedəcəkdi. Vallisnerya bitkisindəki bu qüsursuz dizayn Allahın sonsuz ağlının və nümunəsiz yaratma gücünün bir göstəricisidir. Bütün bu möcüzələr, düşünən və ağlını işlədən bir insan üçün böyük bir dəlildir. Allah, bu nümunələrlə bizə, yəni insanlara yaratma sənətini və sonsuz qüdrətini göstərir.

Vallisnerya, su bitkisi, uzay mekiği

1. Erkek Organ
2. Erkek Bitki

3. Dişi Bitki
4. Çiçek

Uzay mekiğinin, uzay istasyonu ile kenetlenmesi, vallisneryanın erkek çiçeklerinin dişileriyle buluşması ile kıyaslanabilir. Hatta vallisneryanın sisteminin daha üstün olduğunu söylemek mümkündür. Uzay mekiğinin kenetleneceği noktaya kadar kontrol edilmesi gerektiği halde, erkek vallisneryanın sadece dişisinin yanına yakınlaşması birleşme için yetmektedir.

Dəniz Ilbizinin Inanılmaz Zəhər Yaratma Texnikası

Nudibranch, fövqəladə rənglərlə bəzənmiş, qabıqsız, olduqca yumşaq bir ilbiz növüdür. Bu dəniz ilbizi güclü zəhər daşıyan "dalayıcı hüceyrələri" sayəsində düşmənlərindən asanlıqla qorunar.

İlbiz bu dalayıcı hüceyrələri, öz bədənində əmələ gətirməz. Lakin hyroid adlı zəhərli bir canlını, təhlükə anında istifadə etmək məqsədiylə bədənində saxlayar. Hyroidlərlə qidalanan dəniz ilbizi, onları həzm sistemində həzm etmək əvəzinə qoruyucu bir təbəqəylə örtər və ehtiyyatda saxlayarlar. Qoruyucu təbəqəylə örtüldüklərində zəhərləri ilbiz üçün təsirsiz hala gələn hyroidlər, bundan belə dalayıcı hüceyrələr olaraq, həmin ilbizləri düşmənlərinə qarşı qoruyarlar.

Şübhəsiz ki, bir dəniz ilbizinin, hyroidlərin zəhərli olduğunu bilməsi, həmin bu zəhəri təsirsiz hala gətirmək üçün onları bir təbəqəylə örtməyi fikirləşib tapması, qoruyucu təbəqəylə örtülən hyroidləri müdafiə silahı olaraq istifadə edə biləcəyini düşünməsi və nəhayət bütün bunları sınayaraq öyrənməsi qeyri-mümkündür.

O, əl-Həyydir (diridir), Ondan başqa məbud yoxdur. Allaha, dini yalnız Ona məxsus edən kimsələr olaraq, dua edin. Aləmlərin Rəbbi olan Allaha həmd olsun!. (Mömin surəsi, 65)

Məhz bu məqamda bütün kainatda açıq-aydın şəkildə görülən həqiqət yenidən qarşımıza çıxar. Dəniz ilbizlərinə nələr etməli olduqlarını ilham edən, bədənlərində hyroidlerin zəhərini təsirsiz hala gətirəcək bir sistem yaradan, sonsuz ağıl və elm sahibi olan Allahdır.

nudibranch, deniz salyangozu

 

nudibranch, deniz salyangozu

Tutuquşu Balıqlarını Ölümdən Qoruyan Xüsusi Yataq Torbası

uyku tulumu, papağan balığı

Tutuquşu balıqları, gecələri qəlsəmə boşluqlarının yuxarı kənarlarındakı ifrazat vəzindən jelatin bənzəri bir maddə ifraz edərlər. Bu maddə bir müddət sonra balığın bütün bədənini əhatə edərək, elə bil, şəffaf bir yataq torbasına çevrilər. Həmin bu yataq torbası, tutuquşu balığını qoxu yoluyla taparaq ovlayan müren balıqlarına qarşı bənzərsiz bir qalxan vəzifəsi yerinə yetirir və heyvanı yem olmaqdan qoruyur. Beləliklə də, müren balığı qoxusunu ala bilmədiyindən, tutuquşu balığının yanından keçərkən ona toxunsa belə, varlığından xəbərdar ola bilməz.

Tutuquşu balıqları gecələr istifadə etdikləri bu qoruyucu qılafı necə əldə ediblər? Düşmənləri müren balıqlarının güclü qoxu bilmə duyğusundan qorunmalarını, gecəni rahatlıqla keçirmələrini təmin edən bu cür mühüm maddəni necə kəşf ediblər?

Şübhəsiz ki, bir balığın, öz bədənində kimyəvi bir maddə sintez edib, özünü bu maddəylə bürüməsini düşünməsi, belə bir plan qurması və bunu tətbiq etməsi qeyri-mümkündür.

Belə məharətli kamuflyaj üsulunun şüurlu dizayn məhsulu olduğu çox açıqdır; tutuquşu balığını müdafiə sistemi ilə yaradan göylərdə, yerdə və ikisinin arasında olan hər şeyin yaradıcısı olan Allahdır.

Təbiətdəki Hər Canlı Allahın Qüsursuz Yaratmasının Dəlilidir

golyan balığı, balık,

Qumlaqçı sürüləri hücuma uğradıqlarında, bəziləri hücumuna məruz qaldıqları canlıların ətrafında dəlicəsinə hərəkət etməyə başlayar, bəziləri də onlara qarşı "hücum planı" hazırlayar. Bütün qumlaqçı sürülərinin bütöv halda hərəkət etməsinə səbəb olan amil, yaralı balığın qanında mövcud olan və yaralanma nəticəsində sintez olunan bir ifrazatdır.

Şübhəsiz ki, bu heyvan bir ağla və şüura sahib deyil. Bu təqdirdə;

  • Özünü həmcinsinə edilən hücumlardan xəbərdar edən kimyəvi maddəni necə əmələ gətirib?
  • Bu kimyəvi maddəni sintez edəcək mexanizmi necə hazırlamış və öz bədəninə necə yerləşdirə bilmişdir?
  • Hücum anında, başqa bir qumlaqçı balığının ifraz etdiyi kimyəvi maddəni, öz bədənində necə təhlükə siqnalı kimi qəbul edə bilir? Bu qəbul mexanizmini öz bədənində necə meydana gətirmişdir?

Şübhəsiz ki, bu suallara, təkamülçülər kimi "təsadüf əsəri" cavabını vermək ağla və məntiqə zidddir. Dünyada yaradılan ilk qumlaqçı balığından etibarən, milyonlarla ildir ki, bütün qumlaqçı balıqları bu qüsursuz sistemli birlikdə yaradılıblar.

Canlılardakı mürəkkəb sistemlər, aləmlərin Rəbbi olan Allah tərəfindən yaradılmışdır. Allah bu kimi möcüzəvi nümunələrlə insanlara öz elmini və qüdrətini göstərir.

Altın yağmur kuşu

70 Qram Yanacaqla Fasiləsiz 4000 Km. Uçuş

200 qr. ağırlığındakı qızılı cüllüt, hər il Alyaskadan Havay adalarına qədər 4000 km-lik məsafəni, 88 saat (təqribən 3,7 gün) ərzində heç dayanmadan qanad çırparaq qət edərlər. Elm insanları quşun belə bir səfər üçün yanacaq kimi istifadə edəcəyi 82 qr. yağa sahib olmasının lazım olduğunu hesablayıblar. Halbuki, qızılı cüllütün yalnız 70 qram yağı var. Buna baxmayaraq, heç bir qızılı cüllüt yanacağı bitdiyi üçün dənizə düşməz. Bəs bunun sirri nədir?

Qızılı cüllütlər V formasında düzülərək sürü halında uçarlar. Bu, hava müqavimətini azaldaraq, quşlara enerjiyə 23% qənaət etmələrini təmin edər. Bu vəziyyətdə, yerə endiklərində yağlarından 6-7 qram artıq qalır. Bu artıq yağ, küləklərin əks istiqamətdən əsdiyi vaxtlarda istifadə ediləcək yanacaq ehtiyyatıdır.

Qızılı cüllüt, uçuş məsafəsini və yanacaq kimi istifadə edəcəyi yağ miqdarını necə hesablaya bilir?

amerika kıtası, kuşlar, harita

1. Alaska

2. Hawai

Altın yağmur kuşu 70 gr. yağ yakarak 4000 km. uçabilirken, bir Boeing 737-100 uçağının aynı mesafeyi uçabilmesi için 16 tondan fazla yakıta ihtiyacı vardır.Ancak bu uçağın yakıt kapasitesi 14.2 ton olduğu için yakıt ikmali yapmadan böyle bir uçuşu gerçekleştiremez.

Bu mükəmməl və düzgün hesablama işləri, istiqamət tapma bacarığı və toplu halda uça bilmə qabiliyyəti, şübhəsiz ki, quşların öz iradələriylə qazandıqları müvəffəqiyyətlər deyil. Bunların hamısı, hər canlını ehtiyac duyduğu sistemlərlə təchiz edən Allahın ilhamıyla baş verər. Necə ki, Quranda "dəstələr halında quşlar"a diqqət çəkilir və bu canlıların Allahın qüdrətiylə uça bildikləri xəbər verilir:

"Məgər onlar başları üzərində dəstə-dəstə pərvazlanıb uçan, hərdən də qanadlarını yığan quşları görmürlərmi? Onları havada ancaq Mərhəmətli Allah saxlayır. Şübhəsiz ki, O, hər şeyi görür". (Mülk surəsi, 19)

Allah Hər Canlıya Ilhamla Yol Göstərər

Tunisin Aralıq dənizi sahilində yaşayan qara səhra qarışqası mükəmməl cəhət təyin etmə qabiliyyətinə malikdir.

Qarışqa, doğan günəşin yüksəlməsiylə 70 dərəcəyə qədər qızan səhra qumunda, yuvasından qida axtarmaq üçün çölə çıxar. Qarışqa yuvasından başlamış 200 metr məsafəyədək olan bir sahədə tez-tez dayanmaq və olduğu yerdə fırlanmaqla ziqzaq formasında hərəkət edər. Amma bu cür mürəkkəb ziqzaq hərəkətlər etməsinə baxmayaraq, yeməyini tapdığında, dərhal düz xətt boyunca yuvasına doğru qayıdar. Qarışqanın bu səfəri, boyu ilə müqayisə edildikdə, bir insanın səhrada 35-40 km gəzdikdən sonra, birbaşa başladığı nöqtəyə qayıtmasıdır.

Nə kompası, nə də xəritəsi olmayan qarışqanın gözlərinə yerləşdirilmiş cəhət təyin sistemi olduqca üstündür və insanların sahib olmadığı bir xüsusiyyətdə yaradılmışdır: Səhra qarışqası işığı polyarizə edər. Yəni insanın görə bilmədiyi bəzi şüaları da görə bilən qarışqa, bunlardan istifadə edərək cəhətləri təyin edə bilər. Beləliklə də, hər an yuvasının hansı tərəfdə olduğunu təxmin edə bilən bu heyvan, geri ayıdarkən heç bir çətinlik çəkməz.

Bir qarışqanın texnoloji tədqiqatlar nəticəsində kəşf edilmiş "işığın polyarizə olma xüsusiyyəti"ni bilməsi və bundan kompas kimi faydalanması mümkündür mü? Şübhəsiz ki, bu bilik və qabiliyyət, üstün elm sahibi, bütün canlıların yaradıcısı olan Allahın əsəridir və səhra qarışqası Allahın ilhamıyla hər dəfə doğru istiqaməti müəyyənləşdirə bilir.

yön tayini, pusula, çöl, karınca,

Qarışqalardakı Möcüzəvi Turşu Fabriki

Qarışqaların bədənlərində qarışqa turşusu (H2CO2) adlı kimyəvi maddəni ifraz edən vəzlər var. Antibiotik təsirinə malik bu maddəni müntəzəm şəkildə bədənlərinə sürən qarışqalar, həm yuvalarında, həm də öz üzərlərində bakteriya və göbələklər əmələ gəlməsinin qarşısını alarlar.

Quşlar isə qarışqalar kimi kimyəvi maddələr ifraz edə bilməzlər. Ancaq tez-tez qarışqa yuvalarının təpəsinə qonaraq bu yerlərə sürtünən quşlar, qarışqaların tüklərinin arasında gəzmələrinə icazə verərlər. Bu sayədə bütün bədənləri qarşıqa turşusuna bulanan quşlar bütün parazitlərindən xilas olarlar.

Qarışqanın qarışqa turşusunun formulunu bilməsi və onu hazırlayacaq bir vəz əmələ gətirməsi qeyri-mümkündür. Quşların qarışqalarla bu cür mükəmməl əməkdaşlıq edərək parazitlərini təmizləməyi düşünüb tapmaları, bunun üçün qarışqa yuvalarına qonmağa qərar vermələri də qeyri-mümkündür.

İstər quşlara, istərsə də qarışqalara qarışqa turşusundan faydalanmağı ilham edən, aləmlərin Rəbbi olan Allahdır. O bütün canlıların ehtiyacını bilən və tam təmin edəndir.

folik asit, karınca, asit,

Kəpənəklərdən, Isinən Kompyuter Çipləri Üçün Tapılan Həll

kelebek, bilgisayar, çip

Kəpənək qanadları mükəmməl dizayn olunmalarıyla yanaşı, möcüzəvi bir xüsusiyyət də daşıyırlar. ABŞ-da Taft Universitetində aparılan bir tədqiqat nəticəsi kəpənəyin qanadlarında xüsusi bir soyutma sistemi olduğunu göstərdi. Kəpənəklər soyuqqanlı canlılar olduqları üçün bədən temperaturları daim tənzimlənməlidir. Bu, çox böyük problemdir. Çünki kəpənəklər uçarkən qanadlarda böyük miqdarda istilik yaranar. Bunun həlli isə, qanın qanadlardakı çox nazik kinolent strukturların içindən keçirilməsi ilə təmin edilər. Kəpənəyin bədənində yaranan yüksək temperatur, qanadlardakı nazik damarlarda olan qanın hərəkətiylə birlikdə yox olar.

Kəpənəklərdəki bu xüsusi soyutma sistemi kompyuter çiplərindəki sistemlə müqayisə edilmiş və çox yüksək performansa sahib olduğu görülmüşdür.

Kompyuter çipi texnologiyası inkişaf etdikcə yaranan istilik problemi də böyüyür. Daha sürətli çiplər, daha çox isinmə deməkdir. Bu isinmənin aradan qaldırılması problemi çip istehsalçılarının gündəmində duran məsələdir. Bu mövzuda görülən işlər nəticəsində kəpənək qanadlarındakı texnologiyanın 2 il ərzində istehsal prosesində tətbiq olunması planlanlaşdırılır.

Elm insanları təbiətdəki canlıları nümunə götürərək müxtəlif dizaynlar yaradırlar. Bir sözlə, canlılardakı bənzərsiz sistemlər, texnologiyanın inkişafında və onun yeni həllər gətirməsində rəhbər rolunu oynayır.

Milçək Qulağındakı Dizayn Eşitmə Alətində Inqilab Yaradacaq

sinek, kulak, tasarım

"Ormia Ochracea" adlı milçəklər, yumurtalarını cırcıramaların üzərinə buraxar və yumurtalardan çıxan sürfələr də cırcıramalarla qidalanar. Meşədəki bir cırcıramanın yerini tapmaq isə olduqca çətindir. Amma Ormia milçəyi, bu iş üçün xüsusi dizayn olunmuş həssas qulaqları sayəsində, onun yerini asanlıqla tapa bilər.

İnsan beynində də səsin yerini müəyyənləşdirmək üçün eyni üsuldan istifadə edilər. Bunun üçün səsin, əvvəlcə yaxınlığındakı qulağa, daha sonra uzaqlığındakı qulağa çatması kifayətdir. Səsin iki ayrı qulağa neçə millisaniyə fərqlə çatdığını hesablayan beyin, beləliklə, səsin gəldiyi istiqaməti müəyyənləşdirir. İnsanda bu əməliyyat 10 millisaniyədə qurtarır. Halbuki Ormia milçəyi, eyni işi sancaq böyüklüyündəki beyniylə, üstəlik, insandan 5000 dəfə sürətli görür.

Təbiətdəki dizaynlar insan üçün daim tükənməz bir ilham mənbəyi olmuşdur. Müasir texnoloji məhsulların böyük hissəsi təbiətdəki dizayn nümunələrinin təqlid edilməsiylə meydana gətirilmişdir. Milyonlarla ildir ki, mükəmməl şəkildə işləyən sistemləri təqlid etmək, şübhəsiz ki, dizaynerlərin işini olduqca asanlaşdırır. Milçəyin qulağındakı bu mükəmməl dizayn da, hazırkı dövrdə "ormiafon" adı altında, eşitmə aləti və dinləmə cihazlarının istehsalında təqlid edilməyə çalışılır.

Göylərdə və yerdə olanların hamısı Ona məxsusdur. Hamısı Ona könüllü surətdə təzim edir. (Rum surəsi, 26)

 

5 / total 6
"Harun Yəhyanın Həqiqətlər 2 kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.org adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com