< <
6 / total: 6

V. Bölüm: Maddenin Ardındaki Sır

Beynin Içindəki Möhtəşəm Sirr

kelebek, beyin

Beyin qabığındakı bir neçə kub santimetrlik bir yer, görmə sinirlərimizdən gələn xəbərdarlıqların toplandığı televiziya ekranı kimidir. Biz, daha doğrusu idrakımız, qapqaranlıq kəllənin içində, qapqaranlıq beyin qabığının üzərinə düşən rəngləri, müxtəlif harmoniyadakı işıqları, rəngarəng bir kəpənəyi televizordan seyr edərmiş kimi seyr edərik. Bütün dünyamızı, bu beynimizdəki ekrandan görərik.

Görəsən gördüyümüz şeylərin əsli necədir? Məsələn, beynimizdəki ekrandan seyr etdiyimiz, qırmızılı, sarılı, mavili kəpənəyin əsli, görəsən yenə eyni rənglərə malikdirmi? Yoxsa, ancaq bizim beynimizdəki görüntüsü mü belədir? Bu sualların cavabını heç vaxt bilmərik. Beynin içində bu görüntüləri seyr edən ruhumuz heç vaxt beynimizdən kənara çıxıb, bu görüntülərin əslini görə bilməz. Dolasyısilə gördüklərinin əslləri ilə eyni olub olmadığını heç vaxt bilə bilməz.

Bu o qədər böyük bir möcüzədir ki, insanların bir çoxu bunu qavraya bilmir, bilənlərin çoxu da anlamazlıqdan gəlir. Allah insanlara doğulduqları andan etibarən beyinlərinin içində yerləşmiş ekrandakı görüntüləri seyr etdirir, hər insanın ruhunu həyatı boyunca kəllə kimi kiçik, dar və sıxılmış bir yerdə yaşadır. Ancaq seyr etdirilən görüntülər o qədər möhtəşəm, o qədər təfərrüatlı və o qədər əslinə bənzərdir ki, insanlar əslində bunların harada olduqlarından belə xəbərsizdirlər. Onlar, beyinlərindəki surəti çıxarılmış görüntüləri seyr edərkən və bunları kəllələrin içində yaşayarlarkən, gəmiylə dənizə çıxdıqlarını, təyyarəylə havaya yüksəldiklərini, kilometrlərlə yol qət etdiklərini zənn edirlər. Hətta bu həqiqətin özlərinə dəfələrlə çatdırılmasına baxmayaraq, əslində kəllələrin içində yaşadıqlarına heç cür qənaət gətirə bilmirlər. Məhz bu da, bir insanın dünyada qarşılaşa biləcəyi ən böyük möcüzələrdən biridir. Bu möcüzə barədə dərin şəkildə düşünməyin, sizə yeni üfüqlər qazandırdığını görəcəksiniz.

Mal-Dövlət Toplama Hərisliyinə Qapılan Insanların Ən Böyük Qorxuları...

Ətrafınızdakı mal-dövlət toplama hərisliyinə qapılmış insanların ən çox nələrə əhəmiyyət verdiklərini bir düşünün: yaxşı bir ev, lüks əşyalar, dəbdəbəli ləl-cəvahiratlar, son model bir avtomobil, banklarda böyük miqdarda pul, yaxta... Məhz buna görə də, bu insanların ən çox qorxduqları şey sahib olduqları bütün bu maddələri beyinlərindəki ekrandan seyr etdikləri və əslləriylə əsla təmasda ola bilməyəcəkləri həqiqətdir.

Halbuki bu, 21-ci əsrdə yaşayan hər insanın, anlaya biləcəyi şəkildə açıqlanmış çox böyük bir elmi həqiqətdir. İnsanlar dünyanın beyinlərində yaranan surəti daxilində yaşayarlar. Xarici aləmdəki dünya ilə təmasda olmaları qeyri-mümkündür. Çünki heç bir şəkildə səsi, işığı və qoxunu keçirməyən kəllələrin içinə, yalnız bu maddələrdən elektrik siqnalları halında gəlib çatan məlumatlar daxil ola bilir.

Şəkildəki kimi pul verib, arxada görülən möhtəşəm villanı satın alan insanın içində olduğu vəziyyət də belədir. Bir villa satın aldığını və onun üçün ödəyəcəyi pulu saydığını zənn edərkən, əslində beynində yaranan bir görüntünü satın alır, qarşısındakı insana da pulun əslini deyil, görüntüsünü verir. Pulu alan insan da əslində bir görüntünü alır. Yəni təkcə görüntü alveri gedir.

lüks, araba, yat,

Dünyanın Ən Zəngin Insanı, Əslində Dünyanın Ən Çox Mal-Dövlətinə Deyil, Yalnız Bu Mal-Dövlətin Beynində Yaranan Görüntüsünə Malikdir

jeep, araba, direksiyon

Sizə aid olduğunu zənn etdiyiniz əşyaların əslinə, əslində heç vaxt sahib ola bilməyəcəyinizi nə vaxtsa düşündünüzmü? Bu, yuxarı sinif biologiya və fiziologiya kitablarında belə oxudulan, hər kəsin bildiyi elmi bir həqiqətdir.

Bir avtomobiliniz olduğunu fərz edək. İçinə minərək sükanından yapışdığınız, qaz pedalına basaraq istədiyiniz sürətlə idarə etdiyiniz bu avtomobili, əslində beyninizin içindəki bir ekrandan seyr edirsiniz. Önünüzdəki sükandan, spidometrdən, yan güzgülərdən və avtomobilə aid bütün hissələrdən gələn şüalar gözünüzdə elektrik siqnallarına çevrilər və sinirlər vasitəsilə beynin görmə mərkəzinə ötürülər. Beləliklə də, beyninizdə, əslindən heç fərqlənməyən bir avtomobil görüntüsü əmələ gələr. Ancaq diqqət yetirin! Siz əslindən heç fərqlənməyən, amma əsli olmayan bir görüntü seyr edərsiniz.

İstəsəniz də, həyatınız boyu bu avtomobilin əslini görə bilməzsiniz. Çünki siz nə etsəniz də, avtomobilin görüntüsü daim beyninizdəki görmə mərkəzində yaranacaq. Nə qədər istəsəniz də görmə mərkəzində yaranan görüntüdən başqa tək bir nöqtə belə görmə gücünə sahib deyilsiniz. Buna görə də, əslində bu avtomobilin əslinə deyil, beyninizdə yaranan surətinə sahibsiniz.

Eynilə qarderobunuzdakı paltarlarınız, içində yaşadığınız eviniz, mebelləriniz və sizə aid olduğunu düşündüyünüz bütün sərvətinizin yalnız beyninizdə yaranan surətlərinə sahib ola bilərsiniz. Dolayısilə dünyanın ən zəngin insanı, əslində dünyanın ən böyük mülkünə deyil, yalnız bu mülkün beynində yaranan surətinə sahibdir.

Beyindəki Bir Görüntü Olan Fabrik, Yaxta Və Torpaq Sahələrinin, Özlərini Boş Yerə Kədərləndirən Sahibləri

vazo, mücavher, takı

Bir çox insanın həyatda ən çox dəyər verdiyi şey evləri, fabrikləri, yaxtaları, torpaqları, ləl-cəvahiratları, bankdakı hesabları, antikvarları, bir sözlə, maddi varlığıdır. Bütün həyatlarını bunları əldə etmək üçün keçirər, gecə-gündüz demədən çalışarlar. Ən böyük qorxuları isə, ömürlərini sərf edərək topladıqları bu malları nə vaxtsa itirməkdir. Ancaq bu insanlar sahib olduqları mal-dövlətin həqiqi mahiyyəti barəsində heç düşünməyərək, xeyli aldanmışdırlar.

Çünki, "evim, fabrikim, yaxtam, ləl-cəvahiratım!" deyə sahibləndikləri və narahatlıq içində qoruduqları bu mallarının əslləriylə heç vaxt təmasda ola bilməzlər. Əsla həqiqi evlərinin içində otura bilməz, əsla həqiqi yaxtalarıyla gəzə bilməz, əsla həqiqi ləl-cəvahiratlarını taxa bilməzlər. Onlar yalnız bu əşyalardan beyinlərinə gəlib çatan elektrik siqnallarını, beyinlərindəki ekrandan seyr edərlər. Bu seyr etdikləri də, tamamilə həqiqi mal-dövlətlərinə bənzəyən surətlərindən başqa bir şey deyil.

Məhz bu böyük həqiqət insanların bütün hərisliklərinin, narahatlıqlarının yersiz olduğunu göstərir. Beyinlərindəki ekrandan seyr etdikləriylə öyünənlər, göstəriş edənlər həqiqətlər qarşısında çox biabırçı vəziyyətə düşürlər. Ancaq bütün ömürlərini, bu dünyada qazanc təmin etmək üçün çalışıb keçirənlər, axirəti unudub, yalnız dünya həyatına yönələnlər ölüm həqiqətiylə qarşılaşdıqlarında artıq çox gec olacaq. Rəbbimiz bu həqiqəti bizə; "kaş ilk ölümüm həmişəlik olaydı! Var-dövlətim məni əzabdan qurtarmadı. Hökmranlığım da məhv olub getdi” (Haqqə surəsi, 27-29) ayəsiylə bildirir.

dünya hayatı, lüks, makam, kariyer
 

Bəşəriyyət Artıq Böyük Həqiqəti Anlayır

maddenin gerçeği, beyin, görme, maddenin ardındaki sır, algı

Bosfor boğazının kənarında əyləşib, dəniz mənzərəsini seyr etdiyinizdə, bu çox zövq aldığınız görüntü, əslində beyninizdə yaranar. Yəni siz, xarici aləmdəki əsl dənizi görməz, onun beyninizdə yaranan surətini seyr edərsiniz. Görmə sinirləri elektrik kabeli kimi, xarici aləmdən gözünüzə gələn işığı, elektrik siqnalı halında beyninizdəki görmə mərkəzinə ötürər. Dəniz mənzərəsi isə, kiçik bir nöqtə olan bu görmə mərkəzinizdə yaranar. Halbuki görmə mərkəzinizdə tək bir işıq, tək bir rəng və ya hərəkət belə yoxdur, çünki kəlləniz işığı içəri keçirməz. Buna baxmayaraq, bu kiçik və qapqaranlıq yerdə, olduqca təfərrüatlı, olduqca rəngli, heç bir elektron cihazın meydana gətirdiyi ilə müqayisə edilməyəcək qədər aydın və üç ölçülü xarici dünya görüntüləri seyr edərsiniz.

Dənizin və səmanın mavi rəngi, buludların ağ görüntüsü, uzaqdakı binaların mebel rəngi, elektrik siqnallarının sizin beyninizdə yaratdığı rənglərdir. Siz, dənizin, buludların, səmanın, binaların əsl rənglərini heç vaxt öyrənə bilməzsiniz. Çünki heç vaxt bunların əsl görüntüləri ilə təmasda olmazsınız. Ancaq bunların beyninizdə yaranan görüntüləri elə mükəmməldir ki, demək olar ki, əsli ilə eynidirlər. Buna görə də, siz doğulduğunuz andan etibarən gördüklərinizin, xarici aləmdəki real görüntülər olduğunu zənn edərək aldanarsınız. Halbuki həqiqət, sizin daim beyninizdə yaranan görüntüləri seyr etməyinizdir.

Belə olduqda, dənizin əsl rənginin mavi olduğundan əmin ola bilərsinizmi? və ya hər insanın eynilə sizin kimi buludları ağ, binaları mebel rəngində gördüyü qətidirmi? Məhz bunu əsla bilməz və heç vaxt öyrənə bilməzsiniz. Çünki heç vaxt beyninizdəki məkandan çıxıb, xarici dünyadakı əsl səmanı, dənizi, binaları, buludları görə bilməzsiniz.

Bu, həyatınızdakı ən mühüm həqiqətlərdəndir və əsrlərdir ki, böyük diqqətlə insanlardan gizlədilməyə çalışılmışdır. 20-ci və 21-ci əsrdə baş verən elmi inkişaflar, bu həqiqətin çox açıq şəkildə başa düşülməsinə və bəşəriyyətə asanlıqla çatdırılmasına vəsilə olmuşdur. Bu həqiqəti görməzlikdən gəlməyin və mütləq üzərində düşünün.

Ev Mi Sizin Içinizdə, Yoxsa Siz Mi Evin Içindəsiniz?

görüntü merkezi, beyin, görme merkezi

Evinin bir otağında oturub, televizora baxan və ya yemək yeyib, ailəsiylə söhbət edən bir insan, özü bilməsə də, əslində çox böyük möcüzə ilə iç-içədir. Bu böyük möcüzə, bir evin içində oturan hər insanın gördüyü dörd divardan ibarət görüntünün, əslində həmin insanın beyninin içində olduğu həqiqətidir.

Bəs onda ev mi sizin içinizdədir, yoxsa siz mi evin içindəsiniz?

İnsanların böyük hissəsi bu böyük həqiqəti bilməz; özlərini bir evin içində oturan, həmin evin içində televizora baxan və söhbət edən biri kimi zənn edər. Bu həqiqəti anlayan kəslər isə qorxduqları üçün bu böyük möcüzəni anlamazlıqdan gələrlər. Halbuki anlamazlıqdan gəldikləri bu böyük həqiqət, inkaredilməz, elmin də göstərdiyi qəti bir mövzudur. Evi meydana gətirən dörd divardan, divardakı tablodan, televizordan, yerdəki xalçadan, rəngli yumşaq mebellərdən və tavandakı çilçıraqdan gözə çatan xəbərdarlıqlar göz hüceyrələri tərəfindən elektrik siqnalına çevrilə. Bu siqnallar daha sonra beynin görmə mərkəzinə ötürülər və insan, içində oturduğunu zənn etdiyi ev görüntüsünü əslində beyninin arxasındakı kiçik bir yerdə seyr edər.

Burada insanın ağlına çox əhəmiyyətli bir sual daha gəlməlidir: İşığın içəri girə bilmədiyi qapqaranlıq kəllənin içindəki bu rəngli və canlı görüntüləri, gözə, göz bülluruna, torlu qişaya, quzehli qişaya ehtiyacı olmadan görən kimdir?

Sualın cavabı; "insanın ruhu"dur.

İnsanın özünü bir otağın içində zənn etməsinin səbəbi isə beynində seyr etdiyi görüntülərin çox aydın və əsli ilə fərqləndirilə bilməyəcək qədər eyni olmasıdır. Bu da başlı-başına bir möcüzədir.

Bir Stadion Dolusu Insanın Hər Biri Ayrı Bir Matçı Seyr Edər

Bir futbol matçı seyr etmək üçün stadiona daxil olan insan, içəridə olan minlərlə insanla eyni matçı seyr edəcəyini zənn edərkən, əslində xeyli yanılır.

Çünki stadiondakı hər insanın beynində ayrı bir futbol meydançası, ayrı futbolçular, ayrı tamaşaçılar, bir sözlə, ayrı bir görüntü əmələ gələr. Ancaq hər kəs tək bir stadionun, tək bir matçın olduğunu və minlərlə insanın eyni matçı seyr etdiyini zənn edir. Hətta evlərindəki televiziyalardan bu matçı seyr edən kəslərin də ekrandakı eyni matçı seyr etdiyini zənn edirlər.

Halbuki hər bir insanın beynində ayırd edilə bilməyəcək dərəcədə əsliylə eyni olan, tamaşaçı sayı qədər surət yaradılar. Nə stadionda oturanlar xarici aləmdəki görüntünü, nə də evlərindəki televizorun qarşısında əyləşənlər ekrandakı əsl görüntünü görə bilərlər. Çünki heç bir insanın beyninin içindəki ekrandan çıxıb, xarici aləmdəki görüntünün əsliylə təmasda olması mümkün deyil. Bu insanların tək görə bildikləri şey beyinlərinə çatan məlumatların beyinlərindəki ekranda şərh olunmasıdır. Görən ruhdur. Həm ruhu, həm də tamamilə əslinə bənzəyən görüntüləri, üstəlik, bunları hər bir insan üçün ayrı-ayrılıqda yaradan isə göylərin və yerlərin Rəbbi olan Allahdır.

maç, stad, gösteri
 

Beyninizdəki Böyük Səssizlik Içində Uca Səsli Konserti Dinləyən Kimdir?

konser, görüntü, ses, işitme merkezi

Xarici qulaq, ətrafdakı səsləri qulaq seyvanı vasitəsiylə toplayıb orta qulağa ötürərə, orta qulaq aldığı səs titrəyişlərini gücləndirərək daxili qulağa ötürər; daxili qulaq da bu titrəyişləri sinirlər vasitəsiylə beynə ötürər. Eşitmə əməliyyatı beyindəki eşitmə mərkəzində baş verər. Bəs beyində səsi eşidən kimdir?

Eşitmə mərkəzində tamamilə səs yoxdur. Yəni xarici aləmdən nə qədər çox səs gəlirsə gəlsin, xarici aləm nə qədər gurultulu olursa olsun, beynin içi daim səssizdir. Beynə çatan səs deyil, sinir xəbərdarlıqlarıdır. Lakin bu dərin səssizliyin içində ən bəyəndiyiniz musiqiləri, bir stadiona yerləşdirilmiş nəhəng səs kolonkalarından yayılan ən tanınmış qrupların konsertlərini dinləyərsiniz.

Səssiz beynin içində, qulağa ehtiyac duymadan bütün stadiona yayılan uca bir səsi dinləyənin kim olduğunu nə vaxtsa düşündünüz mü?

Şüursuz ət, sümük və sinirlərdən şüur, dərketmə və təqdir edə bilmə qabiliyyəti gözlənilə bilməz. Ruhunuza "eşitmə və görmə qabiliyyətini" verən, sizi qüsursuz şəkildə yaradan Allahdır. Bu, üzərində düşünülməli olan çox əhəmiyyətli və möhtəşəm bir həqiqətdir.

Üstəlik, bu şüur heç vaxt bir konsertin əslini dinləyə bilməz. Heç vaxt tanınmış bir müğənninin səsinin əslini eşidə bilməz. Onun eşitdikləri, əsllərin bir surətidir. Ancaq bu, o qədər həqiqi, tamamilə əslinə bənzər və çox keyfiyyətli surətdir ki, insan bunu heç vaxt əslindən ayırd edə bilməz. Həyatı boyunca daim əsllərini eşitdiyini zənn edər. İnsanların böyük hissəsinin ayırd edə bilməyəcəyi qədər həqiqi yaradılan bu səslər, Allahın yaratmasındakı başqa bir möcüzədir.

konser, müzik
 

Göyə Atılan Hava Fişənglərini Əslində Beyninizin Içində Seyr Edərsiniz

Hava fişəng nümayişini seyr edən insanların çoxu, hava fişənglərinin əslini gördüklərini zənn edərlər. Halbuki, heç vaxt əsllərini görə bilməzlər, gördükləri beyinlərinin içində yaranan hava fişəng nümayişidir. Çünki, hava fişənglərinin partlaması ilə yaranan işıqlar insanın gözünə çatar və görmə hüceyrələri tərəfindən elektrik siqnalına çevrilər. Bu elektrik siqnalları görmə mərkəzinə ötürülər və biz hava fişənglərinin görüntüsünü beynimizin arxasındakı bu yerdə seyr edərik. Bu məqamda ağla bir neçə qeyri-adi sual gəlir:

1) Beynimizin içində, elektrik xəbərdarlıqlarını hava fişəng nümayişi kimi seyr edən kimdir?

2) Beynimizin içi qapqaranlıq və tamamilə səssizdir. O zaman bu zülmət qaranlığın içində, rəngarəng, par-par parıldayan hava fişəng nümayişini gözə ehtiyacı olmadan seyr edən kimdir?

Qaranlıq beynimizin içində, rəngarəng, par-par parıldayan, parlaq, dərinliyi olan və olduqca aydın görüntüləri görən, gördüklərindən zövq alan, həyəcanlanan və dolayısilə özünü yaradan Allaha şükr edən, insanın ruhudur.

İnsanın beynində seyr etdiyi görüntülər o qədər aydın və əsli ilə o qədər eynidir ki, insanların böyük hissəsi gördüklərinin həqiqi nümayiş olduğunu zənn edərlər və bu möcüzəni görə bilməzlər. Bu da tamam ayrı bir möcüzədir; çünki Allah hal-hazırda milyardlarla insanın ruhu üçün milyardlarla görüntünü eyni anda yaradır və onlar da əsllərini gördüklərini zənn edərək aldanırlar.

Bir dəfə oxuyub, bu böyük möcüzənin üzərindən keçməyin. Üzərində dərin dərin düşünün. Bu əhəmiyyətli həqiqət sizə Allahın yaratmasındakı möcüzələri görməniz üçün əhəmiyyətli bir qapı açacaq.

havi fişek, gösteri

Qaranlıq Beynimizin Içində Rəngli Bir Dünyanı Seyr Etməyimiz, Ruhun Varlığının Dəlilidir

İnsan gözü üstün texnologiya əsasında yaradılan televizorlardan olduqca qüsursuz çalışar. Televizor, xüsusi sistemlərə sahib müasir laboratoriyalarda istehsal edilmiş, bir-birindən fərqli xüsusiyyətə malik yüzlərlə hissədən ibarətdir. Gözü isə hüceyrələrdən ibarətdir və təməl maddələri zülal və yağlardır. Amma bütün bunlara baxmayaraq, üstün texnologiya əsasında yaradılan televizorun meydana gətirdiyi görüntü, gözün meydana gətirdiyi görüntüylə müqayisədə çox əskik və qeyri-kafidir.

Buna görə də, ixtisaslı dizaynerlər və mühəndislər, televizorlarda, illərdən bəri, gözün əmələ gətirdiyi aydınlıqda bir görüntü keyfiyyəti əldə etmək üçün çalışırlar. Necə ki, nəhəng fabriklərdə və tam təchizatlı laboratoriyalarda aparılan tədqiqatlar nəticəsində gözün əmələ gətirdiyi qədər aydın bir görüntü yaradıla bilmir.

Məsələn, televizordakı görüntü iki ölçülü olub, yalnız bəzi rənglərdən ibarətdir. Gözü meydana gətirən hüceyrələrsə bizə üç ölçülü, aydın, rəngarəng, ayırd edilə bilməyəcək qədər əslinə bənzər bir görüntü bəxş edərlər.

Gözün qüsursuz dizaynıyla yanaşı, üzərində dayanılmalı olan çox böyük bir mövzu daha var. Gözdəki hüceyrələrin vəzifəsi özlərinə gələn xəbərdarlıqları elektrik siqnalına çevirərək beynə ötürməkdir. Beyində isə bu elektrik siqnalları işıqlı, rəngli və dərinliyi olan bir görüntü kimi seyr edilər. Ancaq unutmamaq lazımdır ki, beynin içi qapqaranlıqdır, çünki beyin işığı içəri buraxmaz. Yəni əslində beynin içində bir görüntü də meydana gəlməz. Xarici aləmlə əlaqədar hər şey beynimizin içindəki zülmət qaranlığa gəlib çatan elektrik xəbərdarlıqlarından ibarətdir.

Bu qaranlığın içində gözə ehtiyac duymadan xarici aləmi görən, elektrik xəbərdarlıqlarını xarici aləmdəki masa, ağac, səma, ev, canlı və cansız varlıqlar hesab edən bir şüur var. Bu şüur Allahın insanlara verdiyi ruhdur.

Televizor, xüsusi yolla meydana gətirilmiş yüzlərlə hissədən ibarətdir, göz isə zülal və yağlardan. Buna baxmayaraq, televizorda yaranan bu mənzərənin görünütüsü iki ölçülü olub, məhdud sayda rənglərdən ibarətdir.

Ayırd edilə bilməyəcək qədər əslinə bənzəyən bu görüntü qapqaranlıq beyninizin içinə gəlib çatan elektrik siqnallarından ibarətdir.

televizyon, görüntü merkezi,

1. Televizyon, özel üretilmiş yüzlerce parçadan oluşur, göz ise protein ve yağlardan. Buna rağmen televizyonda oluşan bu manzaranın görüntüsü iki boyutlu ve kısıtlı renklerde meydana gelir.

2. Bu, gerçeğine, ayırt edilemeyecek derecede benzeyen görüntü kapkaranlık beyninizin içine ulaşan elektrik sinyallerinden ibarettir.

Materialistlərin Gizlətdiyi Inanılmaz Həqiqət 21-Ci Əsrdə Ortaya Çıxdı

Alver etmək üçün marketdən içəri daxil olan bir insan (özü bilməsə belə) əslində çox böyük çətinliklərlə üz-üzədir.

  • Çünki beynindəki ekrandan seyr etdiyi bir görüntü içində sürətlə hərəkət etməli olacaq.
  • Bu vaxt beynindəki ekrandan seyr etdiyi insanların yanından sürətlə ötüb keçərkən, onlara toxunmamalı olacaq.
  • Həmçinin beynindəki ekranda gördüyü rəflərdən, əslləri ilə əsla təmasda ola bilməyəcəyi yeməkləri seçməli olacaq.

Bunun səbəbi insanın xarici aləmə aid olan hər cür incəliyi yalnız və yalnız beynindəki bir ekrandan seyr etməsi, heç vaxt bu ekrandan xarici aləmə çıxa bilməməsidir. Hər insan həyatı boyu, yalnız maddələrin beyninə gəlib çatan surəti çıxarılmış görüntülərini görər və əsla bunların əsllərinə toxuna bilməz.

Bəs insanın bütün həyatını beyninin içindəki bir ekrandan seyr edərkən yeriməsinin, qaçmasının, alver etməsinin nə qədər çətin olduğunu nə vaxtsa düşündünüz mü?

Ancaq Allah bunları üstün elmiylə yaradaraq, insana bu çətinliyi qətiyyən hiss etdirmir. Hətta insanların böyük hissəsi, dünyanı beyinlərindəki bir ekran vasitəsiylə seyr etdiklərini belə bilmirlər.

Bəlkə də, bu möcüzəvi vəziyyət barədə indiyə qədər heç düşünmədiniz. Çünki materialist elm insanları bu həqiqəti bu günə qədər bütün insanlardan gizlətdilər. Ancaq 21-ci əsrdə, əsrlərdir ki, gizlədilən bu möcüzəvi həqiqət, elm tərəfindən ortaya çıxarıldı.

alışveriş merkezi, market

Turş Olan Limon Deyil, Beynimizdə Qəbul Etdiyimiz Surətidir

limon

Limon yediyimizdə o turş dadı hiss edərik. Ancaq bu dadı hiss edən dilimiz deyil, beynimizdir. Beynimiz, dilimizdən başlanğıc götürərək özünə gəlib çatan xəbərdarlıqları turş bir dad hesab edər.

Ancaq beynimiz heç vaxt bu hiss etdiklərinin əsliylə təmasda olmaz. Çünki qəbul etdiyimiz dadlar, qoxular, gördüyümüz görüntülər yalnız beynimizə çatan elektrik siqnallarından ibarətdir. Beynimizə limonun əsli deyil, yalnız əslinin bir surəti çatar.

Belə olduqda, limonun əsliylə heç vaxt təmasda ola bilməyəcəyimizə görə bu turş dadı becə hiss edərik?

Dilimizə bir elektrodla lazımi şiddətdə elektrik cərəyanı versək yenə limon yediyimizi zənn edərik. Halbuki ortada nə limon, nə də dad var. Bu turş dadı hiss etməyimizin səbəbi limonla təmasda olmağımız deyil, beynimizin, özünə gəlib çatan elektrik cərəyanını şərh etməsidir.

İnsanların böyük hissəsi obyektlərin əslini görüb hiss etdiyinə inanar və buna görə yaşadığını düşünər. Lakin, əslində bu xarici aləminin əsliylə təmasda deyil. Bu təqdirdə bunları düşünək:

Beynimizdə surətini gördüyümüz obyektlərin xarici aləmdə əsllərinin olduğunu deyirik, amma ya xarici aləmdə əslləri yoxdursa? Çünki, heç vaxt bunu sınamaq və görmə imkanımız yoxdur. O zaman xarici aləmdə əsllərinin olduğu ehtimalı şübhə altında deyildirmi? Heç olmasa hər iki ehtimal da 50-50-yədir. Elə isə obyektlərin əsllərinin olduğundan necə əmin ola bilərik?

Məhz bu, bəşəriyyət tarixinin ən böyük sirlərindən biridir.

Beyindəki Surətlərdən Ibarət Həyatın Görməzlikdən Gəlinməsi Qeyri-Mümkündür

elma, beyin, görüntü, ruh

Yemək üçün əlinizə aldığınız bir şaftalının əvvəlcə yumru formasını və parlaq rəngini görərsiniz. Daha sonra tüklü səthini, şaftalıya məxsus kəskin və xoş iyi hiss edər, bundan zövq alarsınız. Bir şaftalı dilimini daddığınız vaxtsa dadını, yumşaqlığını, qoxusunu hiss edərsiniz. Ancaq əslində əlinizdəki şaftalı, əslinin surətindən başqa bir şey deyil. Sizin şaftalının əslini görməyiniz, onu iyləməyiniz və ya dadını almağınızsa qeyri-mümkündür. Bu, insanların anlamazlıqdan gəldiyi inanılmaz bir möcüzədir.

Şaftalını yediyimiz vaxt aldığınız dad, dilin üzərindəki dad reseptorlarının beynə ötürdükləri elektrik siqnallarının hiss edilməsidir. Belə olduqda, dilin heç vaxt həqiqi qəbuledici olmadığına diqqət yetirilməlidir. Siz şaftalının əslindən aldığınız dadı ağzınızda hiss etdiyinizi düşünərsiniz. Amma əslində belə düşünməklə tamamilə yanılarsınız. Şaftalının ləzzəti və görüntüsünə dair bütün məlumatlar beynin dad bilmə mərkəzində əmələ gəlir. Beynə isə şaftalının şəkərli dadı və ya ləzzəti deyil, yalnız elektrik siqnallarından ibarət məlumatlar ötürülür. Beyində dadı qəbul edə biləcək bir dil də yoxdur. Dili, dili meydana gətirən əzələni, reseptorları olmadan meyvənin ləzzətini hiss edən və bundan zövq alan insanın ruhudur.

Ruhun qəbul etdiyi bütün hisslər əsliylə ayırd edilə bilməyəcək qədər mükəmməldir. Buna görə də, insanlar bu həqiqəti heç cür qavraya bilməzlər.

İnsanların bu açıq-aydın həqiqəti heç düşünmədən yaşamaları və bu həqiqəti qavraya bilməmələri də ayrı bir möcüzədir.

İnsan Ancaq Beynindəki Yeməkləri Yeyə Bilər

yemek, sofra, davet

Çox müxtəlif yeməklərin olduğu ziyafət süfrəsinin başında əyləşən bir insan, süfrədə gördüyü yeməkləri yediyini zənn edər. Məhz bu insan, digər bütün insanlar kimi xeyli aldanmışdır. Çünki bu insan, əslində xarici aləmdəki yemək süfrəsində olan əsl yeməkləri deyil, onların beynində yaranan surətlərini yeyər. Dadı alan beynidir, dili və ya damağı deyil. Qırmızı almaların, yaşıl tərəvəzlərin rəngini görən beynidir, gözü deyil. Yenə bir-birindən ləzzətli yeməklərin qoxusunu alan beynidir, burnu deyil... Hər şey beynin içindəki kiçik bir yerdə baş verər. Bu insanın həqiqi yemək masasında oturması, həqiqi yeməklərə toxunması, həqiqi yeməklərin qoxusunu hiss etməsi və həqiqi yeməkləri yeməsi qeyri-mümkündür. O yalnız həqiqi yeməklərin surətləriylə təmasda olar.

Bu insanın bu mühüm səhvə yol verməsinin səbəbi isə, xarici aləmdəki yemək süfrəsiylə beynində surəti yaradılan yemək süfrəsinin, tamamilə bir-birinə bənzəməsidir. Buna görə də, əsliylə surətini bir-birindən ayırd edə bilməz. Gördüyü hər şeyin əsliylə təmasda ola bildiyini düşünər, amma bu əsnada qətiyyən beyninin içindən xarici aləmə çıxa bilməz.

Məhz bu, insanın dərin düşünərək qavraya biləcəyi inanılmaz bir həqiqətdir. Bu möcüzədən, əslində yuxarı sinif biologiya kitablarında belə bəhs edilir, amma insanlar ön mühakimələrindən ötrü bu həqiqəti qavraya bilmir və ya bunu anlamazlıqdan gəlirlər.

İndiyə Qədər Heç Kim Bir Gülün Əslini Görmədi, Həmişə Surətini Seyr Etdi

sarı gül, çiçek

Ətrafımıza baxdığımızda hər şeyi beynimizin içində görərik. Gözlərəmiz və görmə sinirlərimiz, eynilə televizora görüntünü ötürən kabellər kimi, bir obyektə aid siqnalları beynimizə ötürərlər. Bu siqnallar isə, beynimizdə, bir televizor ekranında olduğu kimi, rəngli, üç ölçülü, işıqlı bir görüntüyə çevrilər və biz heç vaxt obyektlərin əslini görə bilmərik. Məsələn, gördüyümüz qıpqırmızı bir gülün beynimizdə yaranan surətidir. Gülün əsl rənginin necə olduğunu heç vaxt bilmərik və ya "yanımızdakı yoldaşımız da gülü bizim gördüyümüz rəngdə mi görür?, onun qırmızı adlandırdığı rəng, bizim qırmızı adlandırdığımız rənglə eynidirmi?", kimi sualların cavabını bilmək üçün təcrübələr apara bilmərik. Çünki eyni bağçadakı, eyni gülə baxan 100 insanın hər birinin beynində ayrı-ayrılıqda 100 gül görüntüsü əmələ gələr və heç biri, heç vaxt gülün əslini görməz, onun beynində yaranan surətini görər.

Bu açıq həqiqətə baxmayaraq, insanlar daim obyektlərin əsllərinə toxunduqlarını, əsllərini iylədiklərini zənn edərlər. İnsanların gördükləri surətləri həyatları boyu maddənin əsli zənn etmələri isə, Allahın yaratdığı ayrı bir möcüzədir. Bu əhəmiyyətli həqiqəti bilərək, Allahın yaratdığı möcüzələri görməyə başlamaq həyata baxış prizmanızı dəyişdirəcək.

Dünya Tarixindəki Hər Hadisə Indi Baş Verir!

Allah qatında hər hadisə tək bir anda meydana gəlir. Allah üçün keçmiş, indi və gələcəkdəki şeylər, yalnız tək bir anda olmuş və bitmişdir. Keçmiş və gələcək, Allahın insanlar üçün yaratdığı anlayışlardır.

Bunu anlamaq üçün belə bir nümunə verək: Önünüzdə bir şəhərin quşbaxışı görünüşünü əks etdirən bir şəkil olduğunu düşünün. Bu şəkildə işarə ilə göstərilən insan, şəhərin digər ucuna getmək üçün müəyyən məsafə qət etməli və müəyyən vaxt sərf etməlidir. Ancaq bu əsnada bu şəklə quşbaxışı baxan bir insan, şəkildə şəhərin bütün uc nöqtələrini eyni anda görər. Eynilə bu nümunədə olduğu kimi, bizim baxış prizmamızdan baxdıqda, müəyyən hadisələrin reallaşması üçün zamana ehtiyac olduğu halda, bütün məkanları və zamanı yaradan Allahın hadisələrin əvvəlini və sonunu görə bilmək üçün zamana ehtiyacı yoxdur.

Allah qatında hər hadisə olub bitmişdir. Məsələn, Allah qatında, hz. Musa hal-hazırda Qırmızı dənizdən keçir, hz. Məhəmməd hal-hazırda yoldaşıyla birlikdə mağaraya sığınır, hz. Nuh hal-hazırda gəmisini hazırlayır və hal-hazırda gəmisiylə yola düşür, hz. İbrahim hal-hazırda oda atılır, hz. İsa hal-hazırda göyə yüksəldilir, hz. Məryəm hal-hazırda Cəbrayıl (ə.s)-la danışır və sair və il axır.

Allah qatındakı zamansızlıqda hər kadr, hər an eyni anda mövcuddur və sonsuza qədər də mövcud olacaq. Allahın yaratdığı heç bir görüntü, heç bir hadisə, heç bir varlıq yox olmaz. Bu, bir video kasetdəki görüntülərin seyr edilərək sonuna çatılsa belə mövcud olmağa davam etməsi kimidir. Ancaq insanın bu görüntüləri geri və ya irəli çəkmə imkanı yoxdur. Yalnız Allah, bütün bu kadrları tək bir anda görər və bilər. Əsla Allahın yaratmasındakı möhtəşəm sirləri və möcüzələri düşünərək, həqiqətlərlə üzləşməkdən qaçmayın.

Hz. Musanın Qırmızı dənizi keçməsinin təsvir edildiyi dövrümüzdəki bu anla, hadisələrin yaşandığı an Allah qatında birdir.

hz. musa, kızıldeniz, denizin yarılması, mucize

Hz. Musa'nın Kızıldeniz'i geçişinin resmedildiği günümüzdeki bu an ile, olayların yaşandığı an Allah katında birdir.

Gəmi Ilə Səfərə Çıxdığını Zənn Edən Insan, Beynindəki Səfəri Seyr Edər

gemi
 

Gəmi ilə qitələrarası səfərə çıxdığını, kilometrlərlə yol getdiyini zənn edən biri əslində bir addım belə getməmişdir. Çünki bir gəmi vasitəsiylə səfərə çıxdığını zənn edərkən, əslində beyninin içində baş tutan səfəri seyr etmişdir. Gördüyü mənzərələr, fərqli ölkələrin sahilləri, limanlar, gəminin dənizi yararaq hərəkət etməsi, delfinlər və səmadakı buludların sürüklənməsi, bir sözlə, bütün bunlar beynində yaranan görüntülərdir.

Gəmi bir limandan ayrılarkən, limanın getdikcə kiçilən və ən sonunda yox olan görüntüsü, gəminin hərəkət edərək müəyyən məsafə qət etdiyi hissini verər. Halbuki, insan həmin anda, beynində getdikcə kiçilən liman görüntüsünü seyr edər. Gəmi də, liman da, səma da insanın beynindəki kiçik görmə mərkəzində yaranan görüntülərdir. Görüntülərin ölçülərinin dəyişməsi sayəsində, insan uzaqlıq və yaxınlıq hisslərini qavrayar, görüntüdə dərinlik olduğu hissinə qapılar. Əslində uzaqda olan heç bir şey yoxdur; hər şey tək bir səthdə, tək bir nöqtənin üzərindədir.

Dünya həyatına ehtirasla bağlananlar, həm bu əhəmiyyətli həqiqəti anlamazlıqdan gəlir, həm də insanların bunu anlamalarına mane olmağa çalışırlar. Çünki, gördüyü hər şeyin beynində yaranan bir surət olduğunu qəbul edən insan, nə çıxdığı səyahətlərlə digər insanlara göstəriş edə, nə də gördüyü yerlərlə öyünə bilər.

deniz, manzara, yelkenli

De: “Allaha qoşduğunuz şəriklər arasında haqqa yönəldən bir kimsə varmı?” De: “Allah Öz qullarını haqqa yönəldir. Elə isə deyin görək haqqa yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa özünə doğru yol göstərilməyincə onu tapa bilməyən kəs? Sizə nə olub? Necə mühakimə edirsiniz?”
(Yunis surəsi, 35)

Çox Böyük Bir Həqiqəti Görməzlikdən Gəlməyin

Əlinizdə tutduğunuz kağızın nazikliyini, daşıdığınız paketin ağırlığını və ya sabunun sürüşkənliyini hiss edən əslində əliniz deyil. Əlinizlə toxunduğu cisimlər arasında gedən bəzi qarşılıqlı təsirlər, hüceyrələr tərəfindən elektrik siqnallarına çevrilər. Əlinizdəki sinirlərin beyninizə ötürdüyü bu siqnallar, beyində toxunma hissinə çevrilər. Dolayısilə əl uzadıb bir yoldaşınızla görüşdüyünüzdə, bu əl tutma hissi beyninizə gəlib çatan siqnalların şərhidir.

Bir çox insan (bu məlumata sahib olsa belə) maddənin əslinə toxunduğunu zənn edər. Halbuki bu, qətiyyən mümkün deyil. İnsan əl uzadıb bir yoldaşıyla görüşdüyünü beynində hiss edər. Yoldaşının əlinin əslinə heç vaxt toxuna bilməz. Toxunduğu və hiss etdiyi onun əlinin beynindəki bir surətidir.

Madam ki, toxunduğumuz və ya gördüyümüz cismin əsliylə təmasda bilmirik, o zaman bu surətin orijinalı ilə eyni olub olmadığından necə əmin ola bilərik? Heç vaxt bundan əmin ola bilmərik, çünki həyatımız boyu beynimizin içində yaşayarıq. Gördüklərimiz, toxunduqlarımız, eşitdiklərimiz, daddıqlarımız daim beynimizdədir. Ancaq bu surətlər Allahın yaratdığı bir möcüzə olaraq, original hallarına o qədər bənzəyir ki, insanların əksəriyyəti bu həqiqəti qavraya bilməzlər. Hətta, bu gördüklərinin bir xəyal olduğunu bu insanlara izah etmək, əsllərini görə bilmədikləri barədə onları razı salmaq üçün uzun açıqlamalar vermək lazımdır.

insan beyni, elektrik sinyali, dokunma hissi, algı

Əlinizdə tutduğunuz hər hansı bir obyekti hiss edən əliniz deyil. Əlinizdəki hüceyrələr bəzi qarşılıqlı təsirləri elektrik cərəyanına çevirər və bu elektrik cərəyanları beyninizdə toxunma hissini meydana gətirər.

Beynimizdən Kənardakı Dünyada Heç Səs Yoxdur

İnsanların əksəriyyəti, xarici aləmdə bəzi səslər olduğunu və bizim də bu səsləri qulağımızla eşitdiyimizi düşünər.

Məsələn, maqnitofonun səsini sonuna qədər verən bir insan, ondan çox gur bir səs çıxdığını və bu səsi eşitdiyini zənn edər.

Halbuki əslində xarici aləmdə, yəni insanın beynindən kənarda heç səs yoxdur. Dünya tamamilə səssizdir.

Beynimizdən kənardakı dünyada yalnız titrəyişlər var.

Bu titrəyişlərsə yalnız qulaqlarımız və beynimiz tərəfindən səsə çevrilər. Yəni, eşidəcək bir qulaq və beyin olmadığı müddətcə, səs də yoxdur.

Üstəlik beynin içi də tamamilə səssizdir. Xarici aləmdə hər hansı bir səsin mövcud olduğunu qəbul etsək belə, bu səs beynə çata bilməz.

Beynə çatan, səsin elektrik siqnalları halındakı surətidir.

Lakin insan, bu dərin sükunət içində, eşitmə mərkəzinə gəlib çatan elektrik siqnallarını güclü səs kolonkalarından çıxan gur səsli bir mahnı kimi dinləyər.

Bəs səssiz beynin içində, bir qulağa, qulaq hüceyrələrinə, qulaq seyvanına ehtiyac olmadan, mahnıları dinləyən, dinlədiklərindən zövq alan kimdir?

Bu, insanın ruhudur.

O zaman, dinləyən bir insan ruhu olmadığı müddətcə, nə maqnitofonun, nə işləyən bir mühərrikin, nə də çalan bir zəngin səsi yoxdur. Allahın yaratdığı bu inanılmaz möcüzə üzərində mütləq düşünün.

Beyninizdəki Dərin Sükunətdə, Konfransdakı Səsləri Dinləyən Ruhunuzdur

Böyük bir auditoriyada diqqətlə bir çıxışı dinləyən insanların hamısı məruzəçinin ağızından çıxan hər səsi eşitdiklərini zənn edərlər. Məruzəçi də eyni əminliklə düşüncələrini izah edər və dinləyicilərin özünü eşitdiklərini zənn edər. Halbuki həqiqət çox fərqlidir və həmin anda auditoriyadakı heç kimin bilmədiyi, inanılmaz bir möcüzə baş verir.

Çıxış edən insan, beynindəki dinləyicilərə bir şeylər izah edir, eynilə dinləyicilər də izah edilənləri beyinlərində dinləyirlər. Həmin anda auditoriyada olduqlarından olduqca əmin olan onlarla insan, bütün bunları əslində beyinlərində yaşayır.

konferans, ders, beyin, maddenin gerçeği

Bu möcüzəni qavraya bilmək üçün qulaq haqqında doğru məlumatlara sahib olmaq lazımdır. Çünki bir çox insan səsi eşidənin qulaqları olduğunu düşünər. Halbuki qulaq yalnız özünə gələn xəbərdarlıqları elektrik siqnallarına çevirər, sonra bunları beynə ötürər. Bu siqnallar beyindəki eşitmə mərkəzində səs kimi eşidilər.

Burada çox əhəmiyyətli bir nöqtəyə diqqət yetirilməlidir. Beynə gəlib çatan, səslərin əslləri deyil, onlara aid elektrik siqnallarıdır; kəllənin içində qorunan beynə qətiyyən heç bir səs daxil olmur. Buna baxmayaraq, auditoriyadakı dinləyicilərin hər birinin beynində, bir qulağa ehtiyac olmadan elektrik siqnallarını məruzəçinin səsi kimi eşidən bir varlıq var.

Bu varlıq hər şeyi o qədər həqiqətmiş kimi yaşayar ki, heç kim eşitdiyi səsin əsli ilə təmasda olmadığını hiss edə bilməz. Bu varlıq, Allahın bənzərsiz bir elmlə yaratdığı ruhdur. Beynin içindəki dərin sükunətə baxmayaraq ruh, hər şeyi mükəmməl aydınlıqda və tamamilə əslinin bənzəri olaraq eşidər.

Avtomobil Idarə Edən Insan, Yolu Beynindəki Monitordan Seyr Edər

Leysan yağışı altında avtomobil idarə edən insan; möhkəm şəkildə yapışdığı sükanı da, çətinliklə görə bildiyi yolu da, yolu görməsini təmin edən siləcəkləri də eyni yerdə, yəni beynində görər.

Yağan yağışdan, asfalt yoldan, avtomobilin şüşəsindən, bir sözlə, bu insanın ətrafındakı cisimlərdən gəlib çatan xəbərdarlıqlar, beyində, yağış, avtomobil, yol kimi seyr edilər. Beyindəki monitorda xarici aləmi seyr edən bir varlıq var. Bu varlıq Allahın böyük bir möcüzə olaraq yaratdığı ruhdur.

Beynindəki monitordan yağmur görüntüsünü seyr edən insanın avtomobili heç bir yerə vurmadan idarə etməsinin nə qədər çətin olduğunu nə vaxtsa düşündünüz mü? Bu sualın cavabını mütləq düşünün.

sürücü, direksiyon

Yoxsa Siz Maddənin Əslini Gördüyünüzümü Hesab Edirsiniz?

Evinizin şüşəsindən baxdığınızda gördüyünüz görüntü bir il boyunca daim dəyişər. Qışda qarlı, yaz aylarında yağışlı, yayda isə günəşli və yamyaşıl bir görüntüylə qarşılaşarsınız. Bəs indiyə qədər bu görüntüləri harada gördüyünüzü heç düşündünüz mü? Par-par parıldayan günəşin, qarın və ya yağışın yalnız beyninizdə yaranan surətlərini seyr etdiyiniz ağlınıza gətirdiniz mi?

Dünyadakı insanların böyük hissəsi, bu görüntüləri beyinlərinin içindəki qaranlıq bir məkanda gördüklərini və bunların əsllərini heç vaxt görə bilməyəcəklərini düşünməzlər. Halbuki bu, 21-ci əsrdə bütün elm dünyasının qəbul etdiyi, yuxarı sinif biologiya kitablarında belə yer alan elmi bir həqiqətdir.

Dünya yaradıldığından bəri pəncərəsini açıb da bayırdakı mənzərənin əslini görən heç kim olmamışdır. Gördüyünü zənn edən insan da, əslində beynində yaranan xəyaldan başqa bir şey görməmiş, indiyə qədər heç kimin görmədiyi xəyali bir varlığa inanmışdır. Çünki insanların maddə dedikləri şey, əslində gördükləri xəyala verdikləri bir addan başqa bir şey deyil. Hər şeyin xarici aləmdəki əslini gördüklərini iddia edərkən göstərdikləri yeganə dəlil isə yenə xəyaldır.

mevsimler, manzara

Xarici Aləmdə Maddənin Olduğunu Iddia Edənlərin Əllərindəki Yeganə Dəlil Xəyallarıdır

Bir dağın zirvəsində oturub, ətrafını əhatə edən bənzərsiz mənzərəni seyr edən bir alpinist, bu inanılmaz gözəlliyi beyninin içində gördüyündən xəbərsizdir. Halbuki bu ucsuz-bucaqsız görüntü, alpinistin beyninin içindəki bir neçə mərcimək dənəsi böyüklüyündə olan görmə mərkəzində əmələ gələr. Gördüyü şey də, mənzərədən gələn şüaların, beynində şərh olunmasından başqa bir şey deyil. Yəni əslində o mənzərəni deyil, mənzərənin elektrik siqnallarından ibarət, tamamilə əslinə bənzəyən surətini görür. Alpinist, bu bənzərlikdən ötrü, mənzərənin xarici aləmdəki əsliylə təmasda olduğunu düşünər. Xarici aləmdə maddənin mövcud olduğuna inanar. Buna inanmaqda sərbəstdir. Ancaq bunu da qətiyyən ağlından çıxartmamalıdır ki, dünya yaradıldığından bəri heç bir insan maddənin əslini görə bilməmişdir və o da heç kimin görmədiyi bir şeyə "var" deyir. Əlindəki yeganə dəlili isə beynində yaranan bir xəyaldır.

kayak, dağcı, kar

 

kitap okuma, genç

Həyatınız Boyu Beyninizin Içindəki Kitabları Oxuyaraq Yeni Şeylər Öyrəndiyinizi Bilirsinizmi?

Kiçik yaşlarınızdan etibarən oxuduğunuz hekayə kitablarının, dərsliklərin, ensiklopediyaların, romanların, bir sözlə, bütün kitabların əslində beyninizdə yaranan surətləriylə təmasda olduğunuzu və heç vaxt beyninizdən kənara çıxıb bir kitabın əslini oxuya bilməyəcəyinizi bilirsinizmi?

Kitabı oxuyarkən səhifənin üstünə qoyduğunuz əliniz, kitabınız və ətrafında əyləşdiyiniz masa beyninizin görmə mərkəzində, hər biri eyni yerdə olacaq şəkildə əmələ gəlir. Ancaq kitabdan gələn elektrik xəbərdarlıqları nəticəsində beyində yaranan görüntü o qədər aydın və həqiqidir ki, siz bu həqiqəti qavraya bilməzsiniz. Kitabın əslini gördüyünüzü zənn edər, əllərinizin kitabın əslini tutduğunu düşünərsiniz. Bir də, beyninizdəki kiçik görmə mərkəzində yaranan bu kitabı oxuyub başa düşən və bir çox məlumatı öyrənənin başqa varlıq olduğunu unudarsınız.

Bir çox insan, gözə ehtiyac olmadan sətirləri seyr edən bu varlığın, Allahın insanlara verdiyi ruh olduğundan xəbərsizdir. Bundan xəbərdar olanların əksəriyyəti isə, bu inanılmaz həqiqətdən qaçmağa çalışırlar.

Bu qəti həqiqət və ruhun varlığı barəsində düşünənlər, həqiqətlərdən qaçmayanlar daim qazanclı olacaqlar. Allahın sonsuz yaratma gücünü anlamağa başlayanlar üçün bütün dünya yeni bir məna qazanacaq.

 

…Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur!
Həqiqətən, Sən bilənsən, müdriksən!
(Bəqərə surəsi, 32)

 

6 / total 6
"Harun Yəhyanın Həqiqətlər 2 kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.org adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com