Dəccalın Ayini: Terror

KİTABI ENDİRİN

Download (DOC)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
2 / total: 5

Dəccal

“Dəccal” sözü ərəbcə “yalançı”, “hiyləgər”, “beyinlərdə haqq ilə batili qarışdıran”, “bir şeyi bəzəyib gerçək üzünü gizlədən”, “hər yeri dolaşan pis və uğursuz adam” kimi mənalar ifadə edir. Peyğəmbərimizin (səv) axırzamandan bəhs edən hədislərində dəccal qiyamətin ən önəmli əlamətlərindən biri kimi qeyd edilir. Dünyanın hazırki dövrü isə Peyğəmbərimizin hədislərində təsvir edilən axırzamana çox bənzəyir. Hədislərdə bu dövrdə fitnə və anarxiyanın yayılacağı, dünyada hüzurun qalmayacağı, insanların aclıq, kasıblıq və qıtlıq kimi sıxıntılarla mübarizə aparacağı və pisliyin yayılacağı bildirilmişdir (ətraflı baxın: Qiyamət əlamətləri, Harun Yəhya, 2001). Bu dövrdə qarışıqlığın yayılmasına səbəb olan, insanları əxlaqsızlığa sövq edən, kütlələri inkar və üsyana yönləndirən, həmçinin terror və şiddətin qaynağını təşkil edən bünövrə dəccaldır. Dəccal əxlaqsızlığı yayarkən pisi yaxşı göstərən, yaxşını da pis göstərən metodlardan istifadə edir. Bunu xəbər verən hədislərdən biri belədir:

Dəccal çıxar. Yanında su və od olar. İnsanların su zənn etdiyi yandırıcı oddur. Od kimi gördükləri isə soyuq və dalı sudur. 1

Peyğəmbərimiz hədislərində Qiyamət qopmadan əvvəl dəccalın mütləq çıxacağı ilə yanaşı, onun hansı mühitdə çıxacağını da bildirmişdir. Dəccal din əxlaqının yaşanmadığı, Allahın açıq inkar edildiyi, həmçinin müharibələrin, cinayətlərin, əxlaqsızlığın, qarışıqlıq və terrorun gündəlik həyatın bir parçasına döndüyü dövrdə çıxacaq. Tarix boyu dünyada anarxiya və qarışıqlığın yaşandığı dövrlər olmuşdur, lakin dəccalın səbəb olduğu qarışıqlıq və xaos mühiti tarixin heç bir dövründə bənzəri görülməmiş böyüklükdə olacaq.

Peyğəmbərimiz bir hədisində bu mövzuya belə diqqət çəkmişdir:

Allah hz.Adəmi yaratdığı dövrdən bu yana dəccalın fitnəsindən daha böyük fitnə olmamışdır. 2

teror

Dəccaliyyətin Dini Darvinizm

Dəccaldan bəhs edən bir çox hədislərdə müxtəlif bənzətmələrlə təsvir edilən xüsusiyyətlər bir ideologiyanın özəllikləri kimi dəyərləndirildikdə dəqiqlik qazanır. Belə vəziyyətdə insanları inkara sürükləyən, din əxlaqından uzaqlaşdıran, insanlar arasında fitnə çıxaran hər cür ideoloji və düşüncə sistemi dəccali sistemi təmsil edir.

Bu gün yer üzündə dinə qarşı olan ən böyük fitnələrdən biri materializm və bundan törəyən müxtəlif cərəyanlardır. Bütün bu cərəyanları əhatə edən, hamısının saxta elmi və əsas nöqtəsi olan düşüncə isə darvinizmdir. Darvinizm ortaya atıldığı tarixdən etibarən materialist və dinə zidd ideoloji cərəyanların dayağına çevrilmiş, bu ideologiyaları müdafiə edənlər tərəfindən din halına gətirilmişdir. Darvinizmin axırzamanda dəccalın dininə çevriləcəyinə böyük İslam alimi Bədiüzzaman Səid Nursi bu açıqlaması ilə diqqət çəkmişdir:

Təbiətçilik və materializm fəlsəfəsindən çıxan nəmrudanə bir cərəyan axırzamanda fəlsəfə vasitəsilə getdikcə yayılaraq qüvvətlənəcək və ilahlıq iddia edəcək dərəcəyə çatacaq. 3

Tam olaraq Bədiüzzamanın “təbiətçilik və materializm fəlsəfəsindən çıxan nəmrudanə bir cərəyan” şəklində dediyi kimi, darvinizm təbiətə müstəqil güc verən, bütün canlıların kor təsadüflərin əsəri olub yaradılmadığını iddia edən və insanları Allaha inanmaqdan uzaqlaşdırmağa çalışan nəzəriyyədir. Peyğəmbərimizin hədisləri toplusu olan “Kutubi-sittə müxtəsər tərcüməsi və şərhi” adlı əsərdə bu barədə belə deyilir:

Dəccalın yol açdığı axırzaman fitnəsinin ən bariz və mühüm vəsfi dinə qarşı olmasıdır. Axırzamanda ortaya çıxan bir qisim humanist görüş və dəyərlər dinin yerini almağa çalışacaq. Bu yeni din insanın üzərindəki hər növ ilahi hakimiyyəti qaldırmaq üçün inkarı özünə əsas alacaq... Təməl ilahı maddə və insan olan dindən xaric bir dindir. 4

Sözügedən humanist görüşlər bu gün, həqiqətən də, din kimliyinə bürünmüşdür və humanizm Allahın inkar edildiyi və insanın səcdə ediləcək müqəddəs varlıq olaraq göstərildiyi ateist din durumundadır. Humanist qurum və təşkilatların nəşrlərinə baxanda isə düşüncələrinin əsasını darvinizmin təşkil etdiyi görünür. (Əlavə məlumat üçün bax: Harun Yəhya, Qlobal masonluq, İstanbul, 2002)

tesadüfün mantıksızlığı

Evrim teorisi, canlılığın, tesadüşerin eseri olarak, cansız maddelerden meydana geldiğini iddia eder. Bu iddiaya göre, dünyanın ilk zamanlarında -yan sayfada görüldüğü gibi- doğa olaylarının etkisi ile cansız madde canlanmış ve yine tesadüşerle zaman içinde bugünkü kusursuz canlıları meydana getirmiştir. Kuşkusuz bu iddia, akıl sahibi bir insanın asla kabul etmeyeceği kadar mantık dışıdır.

Canlıların cansız maddələrdən əmələ gəldiyi və təkmilləşərək inkişaf etdiyi fikrini müdafiə edən darvinizmin ən önəmli mexanizmi təsadüfdür. Bu aldadıcı nəzəriyyəyə görə, bütün canlı növləri təsadüfən ortaya çıxan hüceyrədən, yəni ortaq bir atadan əmələ gəlmiş və zamanla yenə təsadüflərin təsiri ilə meydana gələn kiçik dəyişikliklərlə bir-birindən fərqliləşmişlər. Heç bir elmi əsası olmayan və tamamilə xəyal məhsulu olan bu nəzəriyyə Darvin dövrünün ibtidai elmi və sosioloji şərtləri içində bir çoxları tərəfindən qəbul edilmişdir. Lakin elmin və texnologiyanın irəliləməsi ilə yanaşı, nəzəriyyənin də böyük yalandan ibarət olduğu anlaşılmışdır. Buna baxmayaraq, hazırda hələ də bu nəzəriyyəyə bağlı olanlar aşağıda bəhs edəcəyimiz kimi, həmin ağılsız nəzəriyyədən vaz keçməyən çevrələrdir.

Darvinizm ortaya atıldığı tarixdən etibarən materialist və dinə zidd ideoloji cərəyanların dayağına çevrilmiş, bu ideologiyaları müdafiə edənlər tərəfindən din halına gətirilmişdir.

ev

Bu batil dinə görə, yer üzündəki canlılar yaradılmamışdır, özlüyündən var olmuşdur. Bu cəfəng anlayışı mənimsəyənlərə canlıların ortaya ilk dəfə necə çıxdığını soruşanda isə kor təsadüflərin var etdiyini deyirlər. Halbuki təsadüf tamamilə ağılsız və məqsədsiz gücdür. Allah isə hər şeyi plan, ağıl, hikmət və nizamla yaradır. İnsan əşya ilə qarşılaşanda bunu mütləq birinin düzəltdiyini bilir. Həmin əşyanın özünün görmədiyi ağıllı və şüurlu varlıq tərəfindən planlayıb meydana gətirdiyini anlayır. Bundan başqa, bunu anlamaq üçün uzun düşünməyə və araşdırmağa da ehtiyac yoxdur. Bu, baxan kimi başa düşülür. Məsələn, adam bir otağa girəndə orda gördüyü divan, stol, saat, televizor və s. kimi şeyləri bir nəfərin gətirib qoyduğunu və otağa səliqəli şəkildə düzdüyünü bilir. Heç kim həmin əşyaların o otaqda öz-özünə əmələ gəldiyini, yaxud öz-özünə otağa gəlib elə düzüldüyünü düşünməz. Belə bir şeyi deyən olsa da, o adamın ağlına şübhə ilə yanaşarlar.

Darvinizm kimi mənasız fikrə inanan adamlar isə alma, portağal, çiyələk, üzüm, yemiş, qarpız, ərik, şaftalı və s. kimi bitkilərin, həmçinin ceyran, pələng, dovşan, sincab, zebr və zürafə kimi heyvanların, hətta mühəndislərin, professorların, alimlərin, sənətçilərin, yəni bütün insanların kor təsadüflər nəticəsində öz-özünə ortaya çıxdığını iddia edirlər. Başqa sözlə desək, həmin adam gördüyü hər varlığın təsadüflərin əsəri olduğunu zənn edir. Belə vəziyyətdə təsadüf artıq həmin şəxsin ilahıdır. Lakin diqqət edildikdə görünür ki, bu saxta ilah düşüncə qabiliyyəti olmayan dünyanın ən ağılsız ilahıdır. Çünki bu ilah həm özünün nə olduğunun fərqində deyil, həm də nə ortaya çıxardığını və nə etdiyini bilmir.

Peyğəmbərimiz dəccal ilə əlaqədar bir hədisində: “Xəbəriniz olsun ki, o kordur”, -buyurmaqla dəccalın gözünün kor olduğunu xəbər verir. Bəzi İslam alimləri tərəfindən bu hədis belə açıqlanır ki, dəccalın qəlb gözü kordur. Bu açıqlama yuxarıda yazılanlara əsasən, daha dəqiq anlaşılır. Kor təsadüfü ilahlaşdıran dinə inanan adamların həm qəlb gözü, həm də ağıl gözü kordur. Bu adamlara Allahın bütün kainatı üstün ağıl və nizamla yaratdığını deyəndə o dəqiqə etiraz edirlər. Lakin hər şeyin kor təsadüflərin əsəri olduğu deyiləndə bunu çox məntiqli görürlər. Ağıllı və şüurlu yaradılışın əvəzinə qarışıqlıq və xaosun içində ağlı və şüuru olmayan təsadüflərin hər şeyi var etdiyini iddia edirlər. Bu yöndə düşündükdə darvinizm dünya tarixinin ən dəhşətli və ağlasığmaz batil dinidir. Təəccüblü olan başqa şey isə odur ki, bu yanlış və mənasız dini bir çox təhsilli şəxslər də mənimsəyib. Bəzi professorlar, dövlət adamları, siyasətçilər, müəllim və doktorlar belə bu ağılsızlığa inanırlar. Bu da dəccalın fikri sisteminin insanlara sanki sehr kimi təsir etdiyini göstərir.

Bəs bəzi adamları belə ağılsız iddianı mənimsəməyə və hətta bunu həvəslə müdafiə etməyə vadar edən nədir?

Bax, burada axırzamanda dəccalın fikir sisteminin yayılması üçün davamlı təbliğatın aparıldığı qarşımıza çıxır. Bu təsirin meydana gəlməsi üçün insanlara şüurlarının açılmağa başladığı ilk gündən etibarən sürəkli təlqin edilir və insanlar mərhələli şəkildə bu azğın dinə daxil edilirlər. İnsanın uşaqlıq çağından etibarən almağa başladığı bu təlqin mərhələli şəkildədir. Hər mərhələdə insan dəccalın qaranlıq dünyasına doğru aparılır. Bu təlqindən qorunmağın ən önəmli yolu vicdanın səsini dinləməkdir. Çünki vicdan adamı Allahın izni ilə hər zaman ən doğru yola çatdıran rəhbərdir. Elmi yöndən tamamilə çökən darvinizm dövrümüzdə ancaq ideoloji olaraq müdafiə edilir. Eyni zamanda insan vicdanını dinləməklə bu yanlışlığı asan şəkildə görə bilir.

Bu təhlükəyə qarşı təmkinli olmaq və bunun mexanizminin necə işlədiyini anlamaq üçün uşaqlıq dövründən etibarən keçirilən mərhələlərdən bəhs etmək yerinə düşər.

1-Ci Mərhələ: Həyatın Təsadüflərin Əsəri Olduğundan Bəhs Edilir

bebekBir uşaq ətrafındakı hadisələri və həyatı yetkin insanlardan fərqli şəkildə dəyərləndirib qəbul edir. Uşaq davamlı suallar verir, ətrafda baş verənlərin səbəbini soruşur. Necə yarandığını və necə danışdığını, təbiətdəki digər canlıların necə meydana gəldiyini, bitkiləri kimin var etdiyini, günəşin necə doğub-batdığını, ayın göydə necə durduğunu və s. kimi şeyləri düşünür və bunların cavabını axtarır. Əslində, bütün bu suallara görə uşağa veriləcək bircə doğru cavab var. Ancaq insanlar, ümumiyyətlə, bu suallara iki cür cavab verirlər. Bu cavablardan biri doğrudur: özü də daxil olmaqla, ətrafda gördüyü hər şeyin Allahın yaratdığı və insanları yoxdan yaradıb böyüdən və nəfəs aldıran Allaha qarşı məsuliyyət daşıdıqları cavabıdır. Lakin insanların bir qismi uşaqların soruşduğu şeylərə doğru cavab verməzlər. Hər şeyi Allahın yaratdığını deyərlər, lakin Allahın hər şeyin tək hakimi və sahibi olduğunu və hər şeyin Onun diləməsi ilə baş verdiyini anlatmazlar. Bir qisim insanlar isə uşaqlarını daha böyük yanlışlığa sürükləyirlər. Onlar bütün kainatın ağılsız və şüursuz təsadüflərin əsəri olduğunu müdafiə edirlər. Çünki onlar da böyüklərindən və ya çevrələrindən eyni cavabları eşidib böyüyüblər. Beləcə illər boyu bu yöndə təhsil alıblar. Məktəblərdə, qəzet və televiziya verilişlərində həmişə Allahın varlığını inkar edən təlqinlərlə qarşılaşıblar.

Bundan başqa, bu təlqin insanlara elə təsir edib ki, gördükləri hər cür xariqüladə yaradılışı düşünməməyə və görməzlikdən gəlməyə alışıblar. Əslində, bu vəziyyət özü də bir yaradılış möcüzəsidir. İnsanların gördükləri bütün dəlillərə və şahid olduqları bir çox möcüzəyə baxmayaraq, inkara davam etmələri Quranda bizə bildirilən möcüzəvi durumdur. Allah yaratdığı möcüzələrə bəzi insanların inanmayacağını bir ayədə belə bildirir:

Üstelik bu telkin insanlarda öylesine bir kabullenmeye neden olmuştur ki, gördükleri her türlü yaratılış harikasına rağmen düşünmemeye, vicdanları ile gördükleri doğruları göz ardı etmeye alışmışlardır. Aslında bu durum da başlı başına bir yaratılış mucizesidir. İnsanların gördükleri tüm delillere, şahit oldukları pek çok mucizeye rağmen inkarda direnmeleri, Kuran'da bize bildirilen bir mucizevi durumdur. Allah bazı insanların gördükleri her türlü mucizeye rağmen iman etmeyeceklerini bir ayette şu şekilde bildirmektedir:

Əgər Biz onlara mələkləri göndərsəydik, ölülər də onlarla danışsaydı və hər şeyi onların qarşısına toplasaydıq, Allah istəməyincə, onlar iman gətirməzdilər. Lakin onların çoxu bilmir.
(Ənam surəsi, 111)

Belə insanlar da uşaqlarına özlərinin inandığı dəccal dinini öyrədirlər. Beləliklə, insanların böyük qismi uşaq yaşlarından başlayaraq Allahın varlığını və yaratma sənətini düşünmədən hər şeyin təsadüflərdən ibarət olduğuna inanaraq böyüyürlər. Bəzi ailələr isə uşaqlara bu barədə heç nə danışmırlar və onlar böyüdükdə televiziya proqramlarında, filmlərdə və ya qəzetlərdə qarşılaşdığı ateist təlqinlərlə baş-başa qalırlar. Belə vəziyyətlərdə çox vaxt uşaqlar bu təlqinlərə qapılırlar.

çocuklar

2-Ci Mərhələ: Həyatın Şiddətə Əsaslanan Mübarizə Yeri Olduğu Yalanı Öyrədilir

Maddə həyatın təsadüflərin əsəri olduğunu düşünən insan üçün ilk öncə özü şüurunda olmasa belə, tək mütləq dəyər halına gəlir. Beləliklə, ilk mərhələ keçilmiş olur. Bənzər təlqinlərin verildiyi cəmiyyətlərdə uşaqlara ilk öncə öyrədilən şeylərdən biri də güclü və eqoist olduğu müddətcə ayaq qalacağıdır.

kızgın çocuklar

Öncəliklə ailədə başlayan bu təlqin uşağın məktəbə getməsi ilə daha da güclənir. Uşağın ailədən və ətrafdan öyrəndiyi məktəbdə elm adı altında öyrədilən “insanların atası heyvandır, dolayısilə, heyvanlar arasındakı əlaqə insanlara da aiddir” düşüncəsi ilə dəstəklənir. Bu minvalla uşaq fərdlər və topluluqlar arasında sürəkli mübarizə olduğunu, zəif olanların ortadan qalxacağını və özünün buna görə yaşamalı olduğunu öyrənməyə başlayır. Bu təlimə əsasən, bir uşağın həyatda ən çox ehtiyac duyduğu şey bu mübarizədə lazım gələrsə, güc, şiddət və hiylədən istifadə edərək ayaqda qalmağı bacarmasıdır.

Bu təlqin məktəbdə də bitmir. Uşaq qulaq asdığı mahnılarda, izlədiyi filmlərdə, reklamlarda, hətta oynadığı kompüter oyunlarında belə sosial darvinizm təlqinini almağa davam edir. Bunun nəticəsində də insanlarla münasibətlərini maddə anlayışının üzərinə qurur. Bu, insan həyatının hər anına amansızlığın, eqoistliyin və vəfasızlığın hakim olması deməkdir. Bunun təbii nəticəsi olaraq uşaq əxlaqi dəyələrdən uzaq qaranlıq dünyaya yuvarlanır.

çocuklar

Halbuki Quran əxlaqı insanlara bunun tam ziddi olan həyat təqdim edir. Quranda insanlar sülh və güvənliyə dəvət edilir. Quran əxlaqının yaşandığı topluluqlarda sevgi, mərhəmət, hüzur və fədakarlıq hakimdir. Allahın insanlara əmr etdiyi gözəl əxlaq belə bildirilir:

Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər. (və deyərlər): “Biz sizi yalnız Allahın Üzü xətrinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləmirik! Əslində, biz, Rəbbimizdən gələ bilən çox kəskin və ağır bir gündən ehtiyat edirik!” Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər.
(İnsan surəsi, 8-11)

3-Cü Mərhələ: Heç Kimə Qarşı Məsuliyyət Daşımadığı Öyrədilir

Soruşduğu hər suala materialist və darvinist düşüncə çərçivəsində cavab alan uşağın önündə təbii olaraq eyni düşüncələrə sahib olmaqdan başqa yol qalmır. Artıq o da bunu açıq şəkildə ifadə etməsə də, özünü və qarşısındakı adamı təkmilləşmiş heyvan növü kimi görməyə başlayır.

Lakin təlimin əhəmiyyətli bir mərhələsi də var. Bu mərhələdə uşaq özündən başqa heç kimə qarşı məsuliyyət daşımadığını öyrənir. Ona təlqin edilən bu batil inanca görə, əgər əzəldən bəri yalnız maddə varsa, bu maddə həmişə var olacaqsa, həyat başdan sona təsadüflərdən ibarətdirsə və ölüm tamamilə yox olmaqdırsa, onda insan üçün ancaq maddi mənfəətləri əhəmiyyət daşıyır. Artıq maddədən meydana gələn bu dünyada mənəvi dəyərlərin mənası qalmır. Belə vəziyyətdə insan hansı yolla olursa-olsun, öz həvəs və istəklərinin təmin edilməsi üçün çalışır. Quranın “Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz Bizə qaytarılmayacaqsınız?” (Muminun surəsi, 115) ayəsi bu cahil insanların yanlış düşüncəsini bizə göstərir.

Həqiqətdə isə başıboş yaşayıb ölümlə birlikdə yox olacağını düşünən insanlar böyük səhvə yol verirlər. İnsan hər şeyi yoxdan yaradan Rəbbimizə qarşı məsuliyyət daşıyır. Allah insanı müəyyən qədərlə (tale) yaradıb. Onun keçmişini, indiki durumunu və gələcəyini bilir və öldükdən sonra sorğu-sual edib etdiklərinin hamısının qarşılığını verəcək. Allah insanı heyvanlardan fərqli olaraq ruh, ağıl, iradə və mühakimə bacarığı ilə yaratmışdır. Yəni adam daxilən fərqli şeylərə meyilli olsa da, bu xüsusiyyətləri ilə pisliyi əngəlləmək gücünə sahib olaraq yaradılmışdır.

Bunun fərqində olmayan və ya bu həqiqəti görməzlikdən gələn bir adamın cəmiyyətdə təhlükə yaradacağı göz qabağındadır. Məsələn, bir hadisəyə əsəbiləşən adam qarşısındakı adama heç düşünmədən zərər verə bilər. Ona qarşı amansız davrana bilər. Qarşı tərəfin müdafiəsiz olması onu heç maraqlandırmaz. Əhəmiyyətli olan əsəbini bir yolla sakitləşdirməkdir. Lakin Allahın verdiyi ruhu daşıdığını bilən ağıllı və vicdanlı adam bütün hallarda əsəbinə hakim olur. Mühakimə və vicdanı hər zaman açıqdır. Allaha hesab verə bilməyəcəyi ən kiçik hərəkəti belə etməz. Günah işlədikdə buna tövbə edər və xətasını düzəldər.

dejenersyon

Darwinist-materyalist bir eğitimin telkinini alan insan, bu dünyadaki tek önemli şeyin maddi çıkarlar olduğunu düşünür. Bu büyük yanılgı nedeniyle de hiçkimseye karşı sorumlu olmadığını, hiçbir yaptığının hesabını vermeyeceğini zanneder. Kendi çıkarları doğrultusunda her türlü ahlaksızlığı yapmayı mübah görür. İşte, günümüzde yaşanan ahlaki dejenerasyonun en önemli nedenlerinden biri budur.

Allah özünü başıboş zənn edənlərə yaradılışlarını və ölümdən sonra təkrar diriləcəklərini Quranda belə xatırladır:

Bəlkə insan özbaşına qoyulacağını güman edir? Məgər o, (kişi) toxumundan axıdılan bir damla nütfə deyildimi? Sonra laxtalanmış qan oldu. Allah (onu) yaradıb kamil bir görkəmə saldı. Ondan da bir cüt kişi və qadın yaratdı. Məgər O, ölüləri diriltməyə qadir deyil? (Qiyamət surəsi, 36-40)

Başqa bir ayədə isə insanlara həm pisliyin, həm də bundan qorunmağın ilham edildiyi bildirilmişdir (Şəms surəsi, 7-10). Dolayısilə, insanların əxlaqi pozuntularının və cinayət əməllərinin əsas səbəbi Allaha iman gətirməyib etdiklərinə görə Ona hesab verməyəcəklərini güman etməkləridir. Halbuki insanın yaradılış məqsədi var. “Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım” (Zariyat surəsi, 56) ayəsi ilə bu məsuliyyətin Allaha ibadət olduğu bildirilmişdir. İnsan dünya həyatında imtahandan keçir və vəzifəsini yerinə yetirmədiyinə görə sorğu-sual ediləcək. Etməli olduqlarının bir qismi aşağıdakı ayədə belə buyurulur:

Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur!
(Beyyinə surəsi, 5)

Doğru din Allahın dinidir. Lakin bir çoxları kitabın əvvəlindən bəri bəhs etdiyimiz təlqinlər nəticəsində bundan uzaqlaşır. Əvvəlki səhifələrdə mərhələlərini təsvir etdiyimiz sosial darvinist təlimdən keçən adamın önündə çoxlu seçim imkanı qalmır. Həyata və insanlığa qarşı baxışı tamamilə materialist-darvinist düşüncə yönündə formalaşır. Artıq o da yalnız özünü və mənfəətlərini qorumaq üçün mübarizə aparacaq, çox vaxt zülm və hiyləni tək yol olaraq görəcək və dinsizliyin gətirdiyi bir günahdan başqa günaha tərəf qaçacaq. Üstəlik, bu durumda onu durduran və ya mane olan heç bir səbəb olmayacaq. Sürəkli olaraq müdafiəsiz insanlara hücum edən, məzlumları əzib haqlarını tapdalayan, şiddətdən zövq alan, qan və göz yaşını əyləncəyə çevirən, qısası, bütün insani xüsusiyyətlərdən uzaqlaşan insanların sayı gün keçdikcə artır. Bunun ən əhəmiyyətli səbəbi insanlara dəccal dininin bu ürküdücü təlqinlərinin həyatın vaz keçilməz həqiqəti olaraq öyrədilməsidir.

terör

Dəccal Dininin Məzhəbləri

Hədislərdə dəccalın fitnəsinin bütün dünyanı bürüyəcəyi xəbər verilir. Bunun bir işarəsi də odur ki, hər dindən, hər inancdan və hər millətdən bu sistemə tabe olanlar olacaq. Bu fitnə çox böyük və əhatəli şəkildə olduğuna görə bir çox insanlar bilərək və ya bilməyərək bu hiyləyə düşəcəklər. Bu, insanlar fərqində olmasalar belə, dəccalın müdafiə etdiyi həyat tərzinə tabe olmaq mənasına gəlir. Başqa bir sözlə, hansı dünyagörüşünə sahib olsalar da, anarxiya meydana gətirən, şiddət tətbiq edən, hüzur və güvənliyi pozan şəxslərin hamısı dəccalın dininə tabe olublar.

Bununla yanaşı, bu dinin daxilində müxtəlif məzhəblər var. Geridə qoyduğumuz əsrə nəzər salsaq, darvinizmdən qaynaqlanan iki əhəmiyyətli ideologiyanın insanlıq üzərində mənfi təsirlərini görərik: kommunizm və faşizm.

Bu iki ideologiya dəccal dininin iki ana məzhəbi kimi qəbul edilə bilər. Hər ikisinin qurucuları və öndə gedən liderləri dövrümüzdə dəccali sistemin əsası olan darvinizmə bağlıdırlar. Hər iki cərəyan darvinizmin dərin təsiri altındadır. Bəşəriyyətə saysız-hesabsız fəlakətlər gətirən, dünyanı sanki bir arenaya çevirən bu məzhəblər yaxından araşdırıldıqda ortaya maraqlı mənzərə çıxır: nə qədər bir-birinə zidd kimi görünsələr də, hər iki məzhəbin ortaq nöqtəsi var və hər ikisi eyni qaynaqdan, yəni darvinizmdən bəslənir. (Ətraflı məlumat üçün: Darvinizmin dünyaya gətirdiyi bəlalar, H.Yəhya, Vural Nəşriyyatı, 2000). Bu məzhəblər arasındakı ortaq nöqtələri və bu bənzərliklərin əsil dayaq yeri olan darvinizmin təməl fikirlərini qısaca belə sadalaya bilərik:

Darvinizm

◉ Yaradıcının var olduğunu inkar edir. Əsas hədəfi din əxlaqından uzaq cəmiyyətlər meydana gətirməkdir. Darvinizm təsadüflərin ilah edən dinə çevrilmişdir.

◉ Təbiətdə həyatda qalma mübarizəsinin, dolayısilə, amansızlığın hakim olduğunu önə sürür. Bu iddiaya görə, canlılar arasındakı mübarizə insanlar üçün də əsaslı olmalıdır. Hər kəsin bir başqasını rəqib kimi gördüyü mühitdə qəzəb və nifrət də adi hisslər kimi qəbul edilir.

◉ Həyat mübarizəsində tolerantlığa, mərhəmətə və dialoqa yer yoxdur. Əgər yalnız güclü olanlar ayaqda qala biləcəksə, belə vəziyyətdə bu insani məziyyətlər ən son ehtiyac duyulan şeylərdən biri olar.

◉ Darvinizm böyük yalandan ibarət bir ideologiyadır. Darvinizmin önə sürdüyü bütün iddiaları dövrümüzdə müasir elm əsassız hala gətirmişdir.

darwinizm

Kommunizm

lenin

1917 ihtilali ile komünist ideolojiyi hayata geçiren Lenin, halkını kan, acı ve gözyaşı dolu bir dönemin içine sürükledi. Devrim sonrasında kurulan despot rejim komünizmin kanlı yüzünü tüm insanlığa gösterdi.

komunizm

◉ Dini cəmiyyətləri uyuşduran tiryək kimi dəyərləndirir. Hakim olduğu bütün cəmiyyətlərdə ilk növbədə inanclılara qarşı mübarizə aparmışdır.

◉ Leninin “inkişaf zidlərin mübarizəsidir” sözü ilə dilə gətirdiyi kimi, irəliləyişin ancaq qarşıdurma ilə mümkün olacağını güman edir. Bu ideologiyaya görə, irəliləmə və inkişaf qan tökmədən gerçəkləşə bilməz.

◉ Hərbi əməliyyatlar və inqilablar kommunizmin vaz keçilməz vasitələridir. Bunların təməlində isə cəmiyyətlərdəki digər siniflərə qarşı qəzəb və amansız intiqam duyğusu vardır.

◉ Kommunizm hər cür fərqliliyə və müxalifətə qarşıdır. Fərqliliyin bir mənası var, o da mübarizə ünsürü olmasıdır. Kommunist rejimlərdə insanlar da daxil olmaqla, hər şey vahid tipdir. Bu vahidliyi pozmağa çalışan hər cür ünsür rejim düşməni qəbul edilir və ona qarşı ən sərt addımlar atılır. Belə mühitdə tolerantlığın yaşanması və dialoq mühitinin qurulması mümkün deyil.

◉ Kommunizmin tərəfdarlarının sayını artırmaq üçün önə sürdüyü bərabərlik, sosial ədalət və azadlıq kimi anlayışların aldadıcı olduğu praktiki tətbiqlərində açıq şəkildə görünür. Despot və totalitar rejim olan kommunizm üçün bu anlayışlar saxta təbliğat ünsürü olmaqdan o yana keçməmişdir.

zulmün liderleri

Faşizm

◉ Faşizm və bütün əməlləri din əxlaqı ilə tamamilə ziddir. Faşizmin ən əsas xüsusiyyətlərindən biri budur ki, özünün müqəddəs saydığı dəyərlər uğrunda minlərlə məsum insanı qətlə yetirmiş, üstəlik bunu yaxşı cəhət kimi görmüşdür. Buna görə də müharibə və qarşıdurma faşizm üçün vaz keçilməz vasitədir.

◉ Fərqli irqlərə qarşı duyulan qəzəb və nifrət faşizmin ən əsas təməl nöqtələrindən biridir. Bu irqçi iddia saysız-hesabsız müharibə və münaqişələrin, qətliam və etnik təmizliyin çıxış nöqtəsidir.

◉ Faşizmə qatı nizam-intizam hakimdir. Zidd olan hər düşüncə kökdən yox edilir. Hitlerin iqtidarı dövründə “alman olmayan” fikirləri ehtiva edən minlərlə kitabın yandırılması bu zehniyyətin bir nümunəsidir.

◉ Faşizm insanları əldə etmək üçün onlara öz irqlərinin digər bütün irqlərdən üstün olduğunu təlqin edir. Əsil hədəfi irqi üstünlüyə əsaslanan sistem qura bilməkdir. Ancaq hər irqin yalnız özünün üstün olduğunu iddia etdiyi mühitdə münaqişə və qarşıdurmaların sona çatmayacağı hamıya məlumdur. Hitler və Mussolini kimi faşist diktatorların öz xalqlarını sürüklədiyi bəlalar faşizmin müdafiə etdiyi fikirlərin böyük yalandan başqa bir şey olmadığının əhəmiyyətli sübutlarındandır.

Yuxarıda saydığımız özəlliklər yalnız bu ideologiyalar haqqında ümumi məlumat vermək üçün sadalanan bir neçə maddədir. Bu ideologiyaların gündəlik həyatdakı tətbiqatlarına baxıldıqda şiddət və vəhşilik açıq şəkildə görünür. Lakin əhəmiyyətli olan odur ki, dəccaliyyət və ona bağlı olan ideologiyalar cəmiyyətlərə nə qədər zərər versə də, geniş kütlələr tərəfindən mənimsənmişdir. Buna görə də dəccal sisteminin cəmiyyətləri necə təsiri altına aldığının üzərində dayanmaq lazımdır. Bu təsbitin yayılması, eyni zamanda, həmin sistemə qarşı aparılacaq mübarizənin ilk addımı olacaq. Çünki insanlar bir anda eqoist, aqressiv, amansız və nifrət dolu fərdlər halına gəlmirlər. Əvvəl də qeyd etdiyimiz kimi, bu, ancaq insanların mərhələli şəkildə dəccal sisteminə alışdırılması ilə baş verir. Bu proses insanların ətrafını anlayıb öyrənməyə başlamaqları ilə birlikdə dövrəyə girir və ömür boyu aldıqları təlqinlərlə davam edir. Bu təlqinlərin hərəkət nöqtəsi isə insanların Allaha imandan uzaqlaşdırılmasıdır.

faşizm

Hitler, Mussolini, Franco gibi faşist diktatörler, faşist ideolojileri doğrultusunda binlerce masum insanın ölümüne, milyonlarcasının ise acı çekmesine sebep oldular

Bəhs etdiyimiz bu ana məzhəblərin fərqli qrupları və fərqli tətbiqçiləri var. Kitabın növbəti hissələrində dəccaliyyətin terrorla əlaqəsindən danışarkən bunlardan müxtəlif nümunələr veriləcək. Ancaq daha əvvəl Quranda dəccaliyyətdən necə bəhs edildiyini araşdırmaq faydalı olar.

 

Iqtıbaslar

1-P.M. Wise, M.J. Olsson, W.S. Cain, "Quantification of Odor Quality", Chemical Senses 25, Oxford University Press, 2000, s. 429-443.

2- M. Chastrette, "Trends in structure–odor relationships", SAR QSAR Environ. Res. 6, 1997, s. 215-254.

3- P. Whitfield, D.M. Stoddard, "Hearing, Taste, and Smell; Pathways of Perception", Torstar Books, Inc., New York, 1984
. (http://www.macalester.edu/~psych/whathap/UBNRP/Smell/nasal.html)

4- Maya Pines, "Finding the Odorant Receptors", Howard Hughes Medical Institute, 2001, http://www.hhmi.org/senses/d/d120.htm.

5- Diane Ackerman, A Natural History of the Senses, Vintage Books Edition, 1995, s. 6.

2 / total 5
"Harun Yəhyanın Dəccalın Ayini: Terror kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com