Dəccalın Ayini: Terror

KİTABI ENDİRİN

Download (DOC)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
4 / total: 5

Dəccalın Ayini Terror

Buraya qədərki hissələrdə axırzamanın ən böyük fitnəsi olan dəccaliyyətin necə bir cərəyan olduğunu və bu sistemə tabe olanların hansı xarakterə malik olduqlarını izah etdik. Bu hissədə isə dəccalın ən əhəmiyyətli fitnələrindən biri olan terror mövzusundan bəhs edəcəyik.

Terror dövrümüzdə ən çox istifadə olunan terminlərdən biridir. Eyni zamanda terrora cəmiyyətlər fərqli yanaşıb müxtəlif mənalar verirlər. Bunun əsas səbəblərindən biri odur ki, bəzi çevrələr tərəfindən terrorçu kimi görünən şəxsləri başqa çevrələr haqlı qəbul edirlər. Halbuki məqsədindən asılı olmayaraq, şiddətə əl atan və bu minvalla məsum insanları hədəf alan bir təşkilatın məqbul qarşılanması mümkün deyil. İnsanlar və ya cəmiyyətlər fərqli şeylər tələb edə bilərlər və bunda haqlı da ola bilərlər. Lakin bu tələbləri gerçəkləşdirməyin yolu şiddətə əl atmaq olmamalıdır. Müdafiə isə ancaq silahlı gücdən qorunmaq üçündür. Buna görə də günahsız insanları hədəf alan hər cür şiddət və münaqişə, əslində, bir növ terror əməlidir.

Terrorun əsas strategiyası insanlar arasında qorxu yaymaq, bu minvalla təsirli gücə çevrilməkdir. Qorxu terrorun dayaq nöqtəsidir. Terrorçu qruplaşmalar tələblərini demokratik yollarla əldə etməyə çalışmağın yerinə, şiddətə əl atırlar ki, bunun da çox yayındırıcı olduğunu düşünürlər. Onlara görə, terror nə qədər amansız olarsa, o qədər qorxu verəcək, başqa sözlə desək, hədəfinə o dərəcədə yaxınlaşacaq.

Terrorun ən dəhşətli xüsusiyyətlərindən biri heç bir əxlaqi dəyərə sahib olmamağı və heç bir qayda tanımamağıdır. Terrora əl atan şəxsdə şəfqət, mərhəmət və güzəşt yoxdur. Onu yönləndirən kin, qəzəb və intiqam hissləridir. Terrorçu şüursuz olaraq hara çatacağını düşünmədən yalnız intiqam almağı düşünür. Terror zamanı baş verənlər onun vicdanında heç bir təsir meydana gətirməz. Çünki terroru həll yolu kimi görən adamın vicdanı, dolayısilə ağıl və fərasəti qapalı olur.

terör

Günümüzde dünyanın pek çok ülkesinde terör en önde gelen sorunlardan biri halini almıştır. Şiddete başvurmayı, hedeflerine silahlı eylemlerle ulaşmayı tek çıkar yol olarak görme yanılgısına düşen gruplar, pek çok insanın hayatını kaybetmesine ve yaralanmasına sebep olan eylemler yapmaktadırlar. Bu eylemlerle oldukça yüklü maddi kayıplara da neden olmaktadırlar.

Halbuki Quran əxlaqında qəzəbin yeri yoxdur. Allah insanlara qəzəb kimi nəfsani hisslərə qapıldıqları təqdirdə yer üzündə təxribat və qarışıqlıq çıxacağını bildirmişdir. Buna görə də hər zaman güzəştin, sülhün və dostluğun tərəfində olmağı əmr etmişdir. Bu əxlaqı göstərdikdə şiddətə əsaslanan dəccal sistemi təməlindən çökər və terrorun, anarxiyanın zəmini ortadan qalxar. Beləliklə də, yer üzünə hakim olan qarışıqlıq mühiti sona çatar. Allah bir ayədə insanlara bu əxlaqı belə nəsihət edir:

Sən bağışlama (yolunu) tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər. (Əraf surəsi, 199)

Din Adından Terror Törədənlər

haçlı seferi

Ortaçağ'ın son dönemlerinde yapılan bu tabloda, IX. Louis Nil kıyılarında 15 bin askeri ile birlikte savaşırken görülmektedir.

Din əxlaqı hər cür terror əməlini tamamilə qadağan edərkən bir çox terrorçu qruplaşmalar din adından ortaya çıxdıqlarını iddia edirlər. Lakin din adından qətliam törədənlərin və ya şiddət tətbiq edənlərin dünya görüşlərinə nəzər saldıqda həqiqətdə azğın inanc daşıdıqları üzə çıxar. Bu insanlar gerçək dini bilməyən, din əxlaqını anlaman və yaşamayan şəxslərdir. Çünki Allahın varlığına inanıb Allahdan qorxan və Allahın endirdiyi kitaba tabe olan şəxsin günahsız və müdafiəsiz insanlara zərər verməsi mümkün deyil. Buna görə də İslam adından şiddət və terror əməllərinə yol verənləri dini topluluq adlandırmaq doğru deyil.

Bir dinin və ya başqa fikir sisteminin gerçək mesajı bəzən onun saxta tərəfdarları tərəfindən yanlış şərh oluna bilər. Bu, xristianlıq üçün olduğu kimi, yəhudilik üçün də əsaslıdır. Məsələn, səlibçilər 11-ci əsrin sonunda Fələstin torpaqlarını fəth etmək məqsədilə Avropadan yola çıxan avropalı xristianlar idi. Din adından yola çıxsalar da, keçdikləri hər yerdə vəhşilik etmişdilər.

Şiddətə qətiyyən yer verməyən və bir sevgi dini olan xristianlığı yanlış şərh edən bu barbarların tətbiq etdiyi vəhşiliyin xristianlıq dini ilə əlaqəsinin olmadığı açıq-aydındır.

Din adından terror törədənlərin çoxu isə İlahi dinlərə deyil, bir neçə bütpərəst inanclara və ya yeni törəyən mistik təlimlərə bağlı fanatik qruplaşmalardır. Başda Amerika və Yaponiya olmaqla, bu qruplaşmalar həm öz mənsublarına, həm də digər insanlara qarşı qorxunc şiddət tətbiq ediblər. Bunların arasında bir fermada özlərini yandıraraq ölümə gedən və ya yataqlarında toplu halda intihar edənlər olduğu kimi, Yaponiyada metroya atdıqları sarin qazı ilə məsum insanlara zərər verən qruplaşmalar da vardır. Terror əməlləri ilə diqqət çəkən digər qruplaşmalar isə Ku Klux Klan və neonasistlər kimi ifrat irqçi təşkilatlanmalardır. Xüsusilə son iyirmi ildə irqçi və faşist düşüncənin gənclər arasında yayılması şiddət hadisələrinin çoxalmasına səbəb olmuşdur. Bundan bir neçə il öncə Almaniyada soydaşlarımıza qarşı törədilən əməllər, digər bəzi Avropa ölkələrində Asiya və Afrika əsilli şəxslərə qarşı təcavüzkar hücumlar və Amerikada hələ də zənci və ərəblərin məruz qaldığı şiddət hadisələri bu qruplaşmaların tətbiq etdiyi terror əməlləri arasında sayıla bilər.

11 Eylül terörü

11 Eylül 2001 tarihinde Dünya Ticaret Merkezi'ne ve Pentagon'a karşı gerçekleştirilen terörist saldırı, son yılların en büyük terör eylemlerinden biri olarak tarihe geçti. Binlerce masum insanın hayatını kaybettiği bu terörist saldırı terörle mücadele konusunu bir kez daha dünya gündemine getirdi.

Unutmaq olmaz ki, bu kitabda bəhsi keçən və keçməyən hər cür azğınlığın təməlində insanların din əxlaqından uzaqlaşmaqları və gerçək dini bilmədən yaşamaqları durur. Çünki İslam, xristianlıq və yəhudiliyin ortaq şəkildə qəbul etdiyi din əxlaqı şiddət və vəhşiliyi əsas alan dəccal sisteminə tam qarşıdır. Dinin əsasında sevgi, şəfqət və mərhəmət var. Allah insanlara bir-birlərinə qarşı ədalətli, anlayışlı və mərhəmətli olmağı əmr edir. Bundan başqa, insanlar bu gözəl əxlaqı dinindən, dilindən, irqindən və cinsindən asılı olmayaraq, hər kəsə qarşı göstərməklə vəzifəlidir. Buna görə də din əxlaqının yaşandığı hər cəmiyyətdə şiddət tətbiq oluna bilməz. Din əxlaqı insanlara hüzur, sülh və güvənlik gətirən yeganə sistemdir. Allah bir ayədə belə buyurur:

Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (islama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o, sizin açıq düşməninizdir! (Bəqərə surəsi, 208)

Növbəti səhifələrdə şiddəti adi və vaz keçilməz olaraq görən qrup və təşkilatlar haqqında qısa bilgi verəcəyik. Bu hissənin hazırlanmasındakı məqsəd şiddət tətbiq edən terror təşkilatlarının hamısına bütün detalları ilə yer vermək deyil. Məqsəd hansı düşüncəni müdafiə edirmiş kimi görünsə də, şiddəti həll yolu olaraq seçən bu qruplaşmaları yönləndirən dəccalın fikir sisteminin ifşa edilməsidir. Burada verilən məlumatlar bizə dünyada hakim olan dəccal sisteminin səbəb olduğu böyük təxribatı göstərməsi baxımından olduqca əhəmiyyətlidir.

sütunlu bahçe

Sen af (veya kolaylık) yolunu benimse,
(İslam'a) uygun olanı (örfü) emret ve cahillerden yüz çevir.
(Araf Suresi, 199)

Kötülüğü en güzel olanla uzaklaştır;
Biz, onların nitelendiregeldiklerini en iyi bileniz.
(Müminun Suresi, 96)

İrqçi Terror

İkinci Dünya Müharibəsi irqçi və faşist ideologiyanın başlatdığı dəlilik idi. Bu ideologiyanın şiddət və qarşıdurma kimi dəyərləri dünyanı bir anda bürüdü. 55 milyon insan faşist vəhşiliyə qurban verildi. Müharibənin müttəfiqlərin lehinə nəticələnməsi faşist ideologiyanın məğlubiyyətinə səbəb oldu, lakin faşizm yox olmadı. Sadəcə gizləndi. Keçdiyimiz son on ildə isə dünyada irqçi və faşist təşkilatlanmaların və şiddət əməllərinin sayı açıq şəkildə çoxaldı. Avropa neonasistlərin səbəb olduğu şiddət hadisələri ilə mübarizə apararkən, Amerika yenidən aktivləşən Klu Klux Klan və bənzəri Ağ İrqin Üstünlüyü təşkilatları məşğul olmaq məcburiyyətində qaldı. Bu gün istər neonasistlər, istərsə də Klu Klux Klan üzvləri müxtəlif hücumlar təşkil edir, öz aralarında şiddət və terroru təşviq edirlər.

Bir çoxları Klu Klux Klan təşkilatının qaradərili insanlara qarşı təzyiqlərinin 20-30-cu illərdə qaldığını və müasir çağla yanaşı bu köhnə təşkilatın tarixdə qaldığını düşünə bilərlər. Halbuki Klan hələ də yaşayır. Bu gün ABŞ-da fərqli adlarla da olsa çoxlu sayda Klan kilsəsi və bu kilsələrin təşkilatlarına bağlı müxtəlif irqçi qruplar mövcuddur. Həmin kilsə və qrupların üzvləri yalnız qaradərililərə qarşı deyil, başda Amerikadakı müsəlmanlar olmaqla, Avropadakı ağ irqdən başqa bütün irqlərə qarşıdırlar. Eyni zamanda bu irqlərə qarşı ciddi mübarizə aparmağın lazım olduğuna inanırlar. Bu mübarizə silahlı birliklər qurmağı da əhatə edir.

Bilindiyi kimi, Klan təliminin əsası avropalı ağ irqin digər irqlərdən üstün olduğu və bu irqin digər irqlərlə qətiyyən qarışmamağının gərəkdiyi fikrinə söykənir. Ağ irqə başqalarının qarışmamağı üçün onların olduğu və yaşadığı sahələrdə digər irqlərin yaşamağına izin verilməməlidir. Çünki bu düşüncəyə görə, digər irqlərin ağların sahib olduqları imkanları əldə etmə haqqı yoxdur. Bu irqlər ağların saflığını və üstünlüyünü ləkələməyə çalışan parazitlər olaraq görülür və bunlara qarşı hər cür tədbirin alınmasının labüd olduğu düşünülür. Klanın bu düşüncələri Amerikada yaşayan digər irqlərə qarşı gerçəkləşdirilən hücumların çıxış nöqtəsidir. Bu təlqinlərin əsasında sevgi, mərhəmət və dialoq deyil, nifrət və aqressivlik var.

ırkçı terör

Irkçı örgütlenmelerin sayısında görülen hızlı artış, 1995 yılında ünlü Time dergisinde kapak konusu oldu. "Ölmeyecek Şeytan" başlığı ile verilen haberde, ırkçı hareketlerin II. Dünya Savaşından sonra yer altına indiği, ancak hiçbir zaman faaliyetlerine ara vermedikleri anlatılmaktaydı. Nitekim son yıllarda sayısı artan ırkçı saldırılar da bunun bir göstergesi niteliğindeydi.

Almanya'da son yıllarda doruğa tırmanan ırkçı hareketlerden bu ülkede yaşayan vatandaşlarımız da zarar gördü. Irkçı telkinlerle gözü dönen canilerin saldırıları arasında Türklerin yaşadıkları evlerin kundaklanması ve soydaşlarımızın diri diri yakılması da vardı.

İrq üstünlüyü anlayışının əsasını Darvinin təkamül nəzəriyyəsi təşkil edir. Darvin insan irqlərinin bəzilərinin, məsələn, Avropa irqlərinin təkamül dövründə digər irqlərə görə daha öndə olduğunu öncə sürmüşdür. Bu öndəki irqlərdən başqaları isə ona görə, yarı meymun olan ibtidai canlılardır. Digər sözlə ifadə etsək, bəzi irqlər təkamüldə çox irəli getdiyi halda, bəziləri hələ də ataları olan meymunlara yaxın səviyyədədirlər. Darvin gələcəyə dair irqçi təxminlər də irəli sürərək belə yazıb:

“Bəlkə də, əsrlər sürməyəcək qədər yaxın zamanda mədəni insan irqləri vəhşi irqləri tamamilə yer üzündən silib onların yerinə keçəcəklər. Digər tərəfdən insanabənzər meymunlar da... Şübhəsiz, ələnəcəklər. Beləliklə, insanla ən yaxın qohumları arasındakı boşluq daha da dərinləşəcək” 11

Darvinin bu irqçi düşüncələri dövrün müstəmləkəçi imperiyaları üçün vəhşiliklərinə don geyindirmək üçün əhəmiyyətli dayaq nöqtəsi oldu. Darvinin bu nəzəriyyəsini əsaslandırmaq üçün önə sürdüyü iddia isə məlumatsızlığını və ön mühakiməsini göstərməsi baxımından olduqca diqqət çəkici idi. Darvin 1881-ci ildə W.Graham adlı elm adamına yazdığı bir məktubda nəzəriyyəsinin sübutu olaraq türk millətini nümunə verirdi. Darvinin bu hədyanına görə, türk milləti yaxın gələcəkdə tarixə qarışacaq geridə qalmış millətlər arasında yer alırdı:

Təbii seleksiyaya əsaslanan qarşıdurmanın mədəniyyətin irəliləməsinə sizin zənn etdiyinizdən daha çox fayda verdiyini və verməkdə olduğunu sübut edə bilərəm. Düşünün ki, bir neçə əsr əvvəl Avropa türklər tərəfindən işğal ediləndə Avropa millətləri nə qədər risk altında qalmışdı, lakin artıq bu gün Avropanın türklər tərəfindən işğalı bizə gülünc gəlir. Avropa irqləri olaraq bilinən mədəni irqlər həyat mübarizəsində türk barbarlığına qalib gəlmişdir. Dünyanın çox da uzaq olmayan gələcəyinə baxanda belə aşağı irqlərin çoxunun mədəniləşmiş yüksək irqlər tərəfindən ələnəcəyinə (yox ediləcəyinə) inanıram. 12

Şübhəsiz ki, bu iddialar hədyandan başqa bir şey deyil. Lakin heç bir elmi əsası olmayan bu düşüncə 19-cu əsr Avropasının müstəmləkəçi dövlətləri tərəfindən qəbul edilmiş, o dövrə hakim olan türk düşmənliyinin dayaq nöqtəsini əmələ gətirmişdir. Dövrümüzdə dünyanın müxtəlif ölkələrində davam edən irqçi fəaliyyətlərin çıxış nöqtəsində Darvinin bu və bənzəri fikirləri var.

gazete küpürleri

Bu gün hələ də Amerikanın müxtəlif əyalətlərindən tez-tez qaradərililərə aid kilsələrin yandırıldığı, məscid və sinaqoqların hədəf alındığı və fərqli irqlərin nümayəndələrinə qarşı hücumlar təşkil olunduğu xəbərləri gəlir. Xüsusilə 11 sentyabrda Dünya Ticarət Mərkəzində həyata keçirilən terror hücumundan sonra bu və bənzəri təşkilatların təlqinlərinin təsirində qalan bəzi çevrələrin hücumlarının sayını artırdıqları görünmüşdür. Fərqli əyalətlərdə müsəlmanlara aid iş yerlərinə, məscidlərə və vəqflərə hücum edilmiş, müsəlman tələbələr məktəblərə qəbul edilməmiş, müsəlman uşaqlar küçələrdə döyülmüşdür. Ağıl və məntiqi ilə düşünən hər kəs bu amansız hücumlara görə müsəlman dünyasının, xüsusilə də mövzu ilə əlaqəsi olmayan mülki əhalinin və məsum uşaqların məsuliyyət daşımadığını bilir. (Belə ki, 11 sentyabr hücumundan sonra İslamı araşdırmağa başlayan böyük xalq kütləsi ağıllı davranmışdır. Bununla da müsəlman olanların sayı əvvəlki dövrlərə görə on dəfələrlə çox artmışdır). Digər tərəfdən bu vəziyyət irq və ya inanca əsaslanan nifrətin körüklənməsinin necə təhlükə törədəcəyinin mühüm göstəricisidir.

Klan üzvləri isə belə düşünmür. Hətta onlar 21-ci əsrdə yaşanacağına inandıqları irqlərarası böyük müharibəyə əsrlərdən bəri hazırlıq görürlər.

gazete küpürleri

90'lı yıllarda ırkçılığın yaygınlaştığı ABD'de, 11 Eylül 2001 sonrasında da ırkçı saldırıların oranında gözle görülür bir artış oldu. Müslümanların evlerinin, işyerlerinin, okullarının hedef alındığı bu saldırılarda, tıpkı Dünya Ticaret Merkezi saldırısında olduğu gibi masum insanlar hayatını kaybetti.

Amerikada İrqçiliyin Ölçüləri

1870-ci illərdə qurulan Ku Klux Klan Amerikada xüsusilə Birinci Dünya Müharibəsindın sonra böyük güc qazandı. 1920-ci illərin ortalarında üzvlərinin sayı dörd milyona çatırdı. 13

“Ağ insanı qorumaq üçün mübarizə başladıqda düşmənlərimizi qətlə yetirəcəyik” şüarı ilə yola çıxan Ku Klux Klan düşüncəsinin ideoloji əsası başqa irqçi ideologiyalarda olduğu kimi, ağ irqin təkamül pilləsində ən üstdə yer aldığı, digər irqlərin isə aşağı pillələrdə yerləşdiyi, buna görə də hər cür pis davranışa layiq olduğu düşüncəsinə dayanır. Bu düşüncənin sahibləri Amerikada olduqca çoxlu saydadır. “National Alliance”, “World Church of The Creator” və “Arian Nation” kimi fərqli adlar altında təşkilatlanan bu qrupların ümumi şəkildə Ku Klux Klan çətiri altında olduqlarını demək yanlış deyil.

Aşağıda bir neçəsinə yer verəcəyimiz bu təşkilatlanmaların düşüncələrindəki ən əhəmiyyətli ortaq məxrəc hədəfə çatmaq üçün şiddətə əl atmağa normal yanaşmaq, hətta çox vaxt şiddət və hücumu məcburiyyət kimi qəbul etməkdir.

World Church Of The Creator (WCOTC) Təşkilatı

WCOTC Amerikada aktiv şəkildə aktlar həyata keçirən və gen keçdikcə daha da böyüyən irqçi təşkilatlardan biridir. Allahın varlığını inkar edən, axirət gününə, cənnət və cəhənnəmə inanmayan bu azğın təşkilatın Amerikadan kənarda da çoxlu təqibçisi var. Təşkilatın təməl ideologiyasını ağ irqin üstünlüyü düşüncəsi təşkil edir. Bu irqçi fraksiyanın qurucusu olan Ben Klassen öz ideologiyaları barədə təşkilatın rəsmi internet səhifəsində belə yazır:

Bizim irq üstünlüyünü müdafiə edən inancımızın ana hədəfi ağ irqin yaşamağı, genişlənməyi və daha da inkişaf etməyidir. Dinimiz ağ irqin üzərinə qurulub. Kitabımız “Ağ adamın İncili”dir. Biz ölümdən sonra yaşamağa inanmırıq. Mələk, şeytan, Tanrı və digər şeylər haqqındakı hər şeyi inkar edirik... Qızıl qaydamızı xülasə olaraq belə sadalaya bilərik: Təbiət bizə yalnız öz növümüzün məsuliyyətini daşımağımızı deyir. Palçığa bulaşan başqa heç bir irqi öz növümüz kimi görə bilmərik... Qaradərililər, şübhəsiz olaraq, nərdivanın ən aşağı pilləsindədirlər, şimpanze və meymunlardan o qədər də üstün deyillər. Digər irqlərin irəliləməyinə kömək edə bilmərik. Kirli irqlərin müvəffəqiyyətli olub çoxalmağı və planetdəki məhdud sahəni doldurmağı üçün yardımçı ola bilmərik... Təbiət yer üzündəki bütün növlərə digər növlərlə həyat mübarizəsində rəqabət apararkən öz qabiliyyətlərinə görə qiymət verib. 14

Ben Klassen
Ben Klassen

Göründüyü kimi, bu azğın düşüncəyə ardıcılları din adını vermiş və təşkilat üzvləri bu inanca tamamilə bağlanmışdır. Lakin bu azğınlığı din adlandırmaq mümkün deyil. Sosial darvinizmin törəməsi olan bu saxta dində başqa irqlərlə mübarizə ana maddə sayılır. Hətta bu mübarizə “Rahowa” (Racial Holy War – müqəddəs irq müharibəsi) adını şüar götürməklə bunu təşkilatın əh əhəmiyyətli dəyərlərindən birinə çevirmişdir. Ben Klassen başqa bir nitqində ardıcıllarına “Rahowa”nın hansı mənaya gəldiyini açıqlayarkən bir tərəfdən də onları müharibəyə dəvət etməkdən çəkinməmişdir:

RAHOWA! Bu kəlmə ilə bütün ağ irqin əsas hədəfini və proqramını müəyyən etmiş oluruq. Bu sözün mənası budur: yəhudilərə və dünyanın digər bütün aşağı irqlərinə qarşı siyasi, hərbi, maddi, əxlaqi və dini yöndən savaşmağı məqsəd daşıyırıq. Daha doğrusu, bunu dini inancımızın ən əhəmiyyətli və müqəddəs ünsürü olaraq görürük. Bunu tamamlanması lazım olan müqəddəs müharibə kimi, irqlərarası müqəddəs müharibə kimi görürük. 15

İrqlər arasında gözlənən tarixi müharibə Klan təşkilatlarının ən önəmli çalışma sahələrindən biridir. Demək olar ki, bütün toplantılarda bu mövzunun üzərində dayanırlar. Çıxışlarda Klan üzvləri müharibə üçün şövqləndirilir, yazılarda gözlənən böyük müharibəyə işarələr edilir. Klanın yayım vasitələrində sanki əfsanəyə çevrilən bu müharibəyə dair təsvirlərə tez-tez yer verilir. Məsələn, təşkilata məxsus “Knight-Ridder” qəzeti Kolumbiyada təşkil olunan beynəlxalq toplantı barədə bunları yazır:

Xristian cəngavərlərinin lideri Klu Klux Klan həsrətindədir... küçənin bir az o tərəfində qonşusu ilə birlikdə Klan üzvü heykəli ilə bəzədiyi bağçasını işarə verib: “Bir irq müharibəsi yaxınlaşır, Klan ağ irqin tək qurtuluş ümididir”, -deyə çıxış edənlərə səslənir. 16

Bir çox irqçi təşkilatda olduğu kimi, “Rahowa”da da güclü təkamül inancı var. Onsuz da digər irqlərə qarşı bu dərəcədə düşmənlik etmək və onlara qarşı şiddətdən çəkinməmək təkamül nəzəriyyəsinə olan inancın nəticəsidir. Qarşısındakını heyvan növü kimi görən bir şəxsi ona hücum etməkdən və hətta lazım gəldikdə onu öldürməkdən heç bir şey çəkindirə bilməz.

ırkçı semboller

ABD'de faaliyet gösteren ırkçı grupların kullandıkları semboller ve posterler şiddete olan eğilimlerini göstermesi açısından dikkat çekicidir. Aşağıda yer alan 'Etnik Temizlik' isimli tanıtım ise ırkçı gençler için hazırlanmış bir bilgisayar oyununun tanıtımıdır. Oyunu kazanmanın şartı farklı ırktan olabildiğince çok kişinin yok edilmesidir.

Təşkilatın Ben Klassendən sonrakı lideri Met Heylin aşağıdakı nitqi din kimi qəbul etdikləri düşüncənin təkamül inancına nə qədər bağlı olduğunu göstərən nümunələrdən biridir:

Matt Hale
Matt Hale

Biz heyvanıq. Bax, məsələ də bundadır. Yalnız düşünə bildiyimiz, danışa bildiyimiz və ya iki ayaq üstündə dura bildiyimiz üçün bu fikri qəbul etmirik. Bu, təbiətin qanunlarına bağlı olmadığımız mənasına gəlmir. Çünki bağlıyıq. 17

Bu sözlər təşkilatın özünə xas qəribə din anlayışı olduğunun da göstəricisidir. Əlbəttə, bu dinin təvazökarlığı, sevgi və mərhəməti müdafiə edən xristianlıqla heç bir əlaqəsi yoxdur. Onsuz da təşkilat üzvləri və liderləri də bu vəziyyəti açıq dilə gətirməkdən çəkinmirlər. Met Heyl də verdiyi bir müsahibədə öz dinlərinin mahiyyətini belə açıqlayır:

... Düşmənlərini, mülayimləri və aşağı olanları sevdiklərini deyən xristianlıq kimi bir dinin yerinə yalnız öz insanlarımızı sevən bir dinə ehtiyacımız var... Bütün insanların bərabər yaradıldığı fikrindən uzaqlaşmalıyıq... Ağ olmayan irqlərə yardımların durdurulmasına inanırıq. Bu yardımlar olmadan ağ olmayan irqlərin saylarının sürətlə azaldılacağına inanırıq. Özlərini bəsləyə bilməzlər. Mükəmməl bir dünyanın yalnız ağ insanlarla, dünyadakı ağ irqlərlə mümkün olacağına inanırıq. Ağ olmayan irqlər getdikdə və ağ irqlər birləşdikdə ağ insanlarımız üçün sülh və rifah olacaq...." 18

Lakin irqi üstünlüyü müdafiə edənlər və sahib olduqları xüsusiyyətlərə görə üstün olduqlarını zənn edənlər əhəmiyyətli bir həqiqəti görməzlikdən gəlirlər. Bu dəyərlərin heç biri qalıcı deyil. Hər insan -inkar edib-etməsə də- gec-tez öləcək və sahib olduğu hər şeyi bu dünyada qoyub Rəbbimizin qarşısında hesab verəcək. O gün heç kim heç kimə fayda verə bilməyəcək. Heç kimin irqi, rəngi və soyu əhəmiyyət kəsb etməyəcək. Dünyada ikən sahib olduğu heç bir şey ona fayda verməyəcək və heç kim etdiklərinə görə bəhanə irəli sürə bilməyəcək. Allah “Muminun” surəsində belə buyurur:

Sur üfürüləcəyi gün onların aralarında qohumluq əlaqəsi olmayacaq və onlar bir-birindən hal-əhval tutmayacaqlar. (Muminun surəsi, 101)

Klan Maddələri

klukluxklan

Aşağıdakı maddələr 14 yanvar 2001 tarixində bir Klan toplantısında Met Heylin çıxışından alınmışdır:

Irkların eşit olduğunu söylemek kendi ırkımıza karşı suç işlemek anlamına gelir.

◉ İrqlərin bərabər olduğunu demək öz irqimizə qarşı cinayət işləmək mənasına gəlir.

◉ İrqlərin qaynayıb-qarışmasından, irqlərarası evliliklərdən və ağ olmayanların ölkəmizə köçməsindən nifrət edirik.

◉ İrqlər arası evliliyə yol vermək irqimizə xəyanət etməkdir.

◉ İnsan Haqları hərəkətləri bizim üçün yanlışdır. Mənfəətlərimizə ziddir.

◉ Ağ irq intellektual olaraq digər irqlərdən üstündür.

◉ Sıra bizə gəldikdə, iqtidar bizim əlimizdə olduqda, dünyanı istədiyimiz kimi formalaşdırmağa başladıqda irqin ən yaxşısını yaradacağıq. Gələcək yalnız ağlara aid torpağımızın olduğu dövr olacaq. Digər irqləri torpaqlarımızdan qovacağıq. Qanun çərçivəsində zorla gəmilərə doldurulub torpaqlarımızdan çıxarılacaqlar. Qanun bu olacaq...

◉ Ağ olmayanlar bizim üçün əhəmiyyətli deyil. Qan gölündə yatsalar belə, bizim üçün əhəmiyyəti yoxdur. Bizi maraqlandıran öz irqimizdir.

◉ İrqləri fərqləndirən şey beyinləridir. Hər irqin fərqli kəllə forması və beyin həcmi var.

◉ Seriyalı qatillərin niyə ağların arasından çıxdığı soruşulursa... Ağ insanlar bir şeyi etmədən əvvəl plan qururlar. Ağlar düşünürlər. Qaraların işlədiyi cinayətlərin çoxu ibtidaidir. Ağlar işləyəcəyi cinayəti öncədən düşünürlər. Ağlar belə cinayətlər işləyirlər, çünki belə cinayətlər plan qurmaq qabiliyyətini labüd edir. 19

Bu maddələr bir Klan üzvünün düşüncə formasını göstərmək baxımından olduqca diqqət çəkəndir. Bu, elə bir zehniyyətdir ki, seriyalı cinayət işləmək belə bir növ öyünmək halına gəlir və irq üstünlüyü adından vəhşilik məqbul qarşılanır.

Beynəlxalq İttifaq (National Alliance) Təşkilatı

Amerikada gənclər arasında böyük güc qazanan faşist təşkilatlardan biri də Beynəlxalq İttifaq (National Alliance) təşkilatıdır. Təşkilat ilk dəfə 1970-ci ildə gənc fizika professoru dr. Uilyam Pirs tərəfindən Oreqon Universitetində “Beynəlxalq Gənclik Birliyi” adı altında qurulmuşdu. Ən böyük xüsusiyyəti kollec və universitetləri hədəf alması idi. Üzv olmaq üçün yaş məhdudiyyəti 6-30 yaşları idi. Lakin daha sonra bu yaş məhdudiyyəti ortadan qaldırıldı və Beynəlxalq İttifaq adı ilə yeni təşkilat quruldu. Bu təşkilatın əsas məqsədlərindən biri gənclərin irqçi düşüncə ilə yetişdirilməsidir. Beləliklə, irqi üstünlüyü əsas tutan nəsillərin yetişməsi təmin olunacaqdı. Başqa irqçi təşkilatlar kimi, Beynəlxalq İttifaq da bütün şərtlərdə ağ irqin üstünlüyünü qorumağı hədəfə almışdır. Dr. Pirs 1997-ci ildə verdiyi bir müsahibədə bu hədəfdən belə bəhs etmişdi:

Dr. Pierce
Dr. Pierce

Müvəffəqiyyətli olmaq üçün nəyin hesabına olursa olsun, özümüzü qaradərililərdən və digər ağ irqlərdən tamamilə ayırmalıyıq və onlardan uzaq durmalıyıq... Onlardan qurtulmalıyıq. 20

Əlbəttə, Beynəlxalq İttifaq Təşkilatı ilə digər faşist təşkilatlar arasındakı tək bənzərlik bu deyil. Təkamül nəzəriyyəsinə olan inanc başqalarında olduğu kimi, Beynəlxalq İttifaqda da ön plandadır. Təşkilat üzvləri hər nə qədər dindar olduqlarını iddia etsələr də, verdikləri açıqlamalar inanclarının dinə tamamilə zidd olduğunu göstərir. Çox vaxt özləri də bu həqiqəti dilə gətirirlər:

Özümüzün ətrafımızdakı təbii qanunlara görə təkmilləşən vahid dünyaya inteqrasiya olduğumuzu görürük. Bəsit şəkildə ifadə etsək, yalnız bir həqiqət var və bu, təbiətdir: bizlər təbiətin bir parçasıyıq və təbiətin qanunlarına tabeyik. Biz bu qanunların içində öz taleyimizi müəyyən edirik... Başqa sözlə desək, seçim gücünə sahib olduğumuz hər şey üçün öz başımıza məsuliyyət daşıyırıq; xüsusilə çevrəmizin və irqimizin taleyi üçün. Bu düşüncə semit düşüncə ilə təzad içində bilər. 21

Göründüyü kimi, zamanla faşist və irqçi təşkilatların danışıqlarında dini terminlərdən istifadə etməkləri və ya özlərini dindar göstərməkləri yalnız taktikadan ibarətdir. Müxtəlif sosioloqlar və alimlər də araşdırmalarında bu duruma çox diqqət yetirirlər. Həmin alimlərdən biri Bostonda “Northeastern” Universitetinin şiddət və sosial qarşıdurmalar kafedrasının müdiri Cek Levindir. Levin deyir ki, təşkilat Müqəddəs Kitaba dair bəzi ifadələr işlətməklə öz aqressiv hərəkətlərinə dini don geyindirməyə çalışır. 22

Şiddət Və Terror Tərəfdarı Olan Bir İdeologiya:
Neonasizm

neo nazi sembolü Klu Klux Klan çətiri altında toplaşan irqçi təşkilatlar Amerikada irqçiliyi və əcnəbi düşmənliyini təmsil edərkən Avropada bu işi neonasistlər öz öhdələrinə götürdülər. Əvvəllər İngiltərədə skinhedlərdən başlayan Avropa irqçiliyi 1990-cı illərdə nasist cərəyanına çevrildi. Özlərini neonasistlər adlandıran bu təşkilatların əsas xüsusiyyəti odur ki, onlar da Klu Klux Klan kimi ağ irqin üstünlüyünü müdafiə edirdilər və kasıb məhəllələrdə yaşayanlara qarşı hücumlar təşkil edirdilər.

Dr. William Pierce tarafından kaleme alınan Hunter (Avcı) ve The Turner Diaries (Turner Günlükleri) adlı kitaplar

Ulusal İttifak Örgütü'nün liderlerinden William Pierce'ın, Andrew MacDonald takma ismi ile yayınladığı 'Turner'ın Günlüğü' ve 'Avcı' adlı romanları ırkçıların önemli başvuru kaynaklarındandır. Turner'ın Günlüğü kitabında ırkçı bir kişinin FBI merkezini bombalayışının hikayesi anlatılır. Avcı isimli romanın kahramanı ise Yahudileri ve diğer azınlıkları katleden bir kişidir.

Son 10 ildə neonasist cərəyanı güclənməyə və təsir dairəsinə genişləndirməyə davam etmişdir. Bu təşkilatlar bu gün 6 qitədə və 33 ölkədə aktiv vəziyyətdədirlər. Üzvlərinin sayı isə 70 minə çatır. Neonasistlər hər ölkədə özlərinə fərqli hədəflər seçiblər. Aparılan araşdırmalar onların Almaniyada türkləri, Macarıstan, Slovakiya və Çex Respublikasında qaraçıları, İngiltərədə asiyalıları, Fransada şimali afrikalıları və Braziliyada şimal-şərqliləri hədəf seçdiyini göstərir. Şiddət, kin, nifrət, təhdid, zərər vermək və s. kimi olumsuz hərəkətlər neonasistlərin başlıca xüsusiyyətləri arasındadır. Almaniyanın rəsmi statistikasına görə, 1999-cu ildə təkcə Almaniyada irqçilik və əcnəbi düşmənliyindən qaynaqlanan 10037 hadisə qeydə alınmışdır. 2000-ci ildə açıqlanan irqçilik hadisələri də on mindən çoxdur. İngiltərədə isə təkcə aprel və sentyabr ayları arasında irqçilik üzündən baş verən cinayətlərin sayı 10982 olmuşdur. Bu cinayətlərin yarısının qorxutmaq, çəkindirmək və göz dağı vermək şəklində olduğu müəyyən edilmişdir. Öldürmək, yaralamaq, ev və iş yerlərinə hücum etmək kimi hərəkətlər isə bu cinayət siyahısının digər yarısını təşkil edir.

90-cı illərdə böyüyən neonasist cərəyanının fikir ataları arasında radikal sağçılığı müdafiə edən Luis Bim və Uilyam Pirs adlı amerikalı ideoloqların xüsusi yeri var. Onların ortaya qoyduğu “lidersiz müqavimət” və “ağ inqilab” anlayışları bu gün bütün neonasist hərəkatına hakim vəziyyətdədir. Dövrümüzdə müxtəlif ölkələrdə yaşanan bombalamaq, qundaqlamaq və iş yerlərini dağıtmaq kimi fərdi terror əməllərinin təməlində də “lidersiz müqavimət” anlayışı yer alır. Bunun əsasında neonasistlər fəaliyyətlərini ya fərdi olaraq, ya da kiçik dəstələr şəklində davam etdirirlər.

Dr.Uilam Pirs tərəfindən qələmə alınan “Hunter” və “The Turner Diaries” adlı kitablar neonasist terrorunun ana qaynaqları qəbul edilir. Fransa Milliyyətçi Sosialist Hərəkatının həmin bu kitabları əsas götürüb hazırladığı “A Practical Guide to Aryan Revolution” adlı kitabçada isə bir neonasistin ehtiyacı olan hər cür məlumat vardır. Gizli fəaliyyət metodları, qaçıb gizlənmək, sui-qəsd, bombalamaq, ziyankarlıq, irqi müharibə, inqilabi prosesin yaradılması, Aryan Azadlıq Hərəkatı əsgərlərinin davranışları kimi başlıqlardan ibarət bu kitabça tam mənası ilə bir terrorçunun əl kitabçasıdır. 23

Bu qrupların içində aktiv şəkildə yer almasalar da, faşizmi müdafiə edən və bu kitablardan təsirlənən bir çox insan var. Məsələn, “The Turner Diaries”də bir yeraltı təşkilatın dövlətin qarşısında necə təşkilatlandığından və hansı fəaliyyətləri göstərdiyindən bəhs edilir. 1998-ci ildə Texasda bir zəncini yük maşınının arxasına bağlamaqla sürükləyib öldürən Con Uilyam King adlı şəxsin məhkəmədə bu cinayətini “The Turner Diaries”ə əsaslandırdığını deməsi bu təsirin ölçülərini göstərir.

1993-cü ildə Oklahamada Timoti Makvey tərəfindən həyata keçirilən bombardmandan sonra diqqətlər bu dəfə neonasist Uilyam Pirsin başqa kitabı “Hunter”ə yönəldi. Çünki Pirs həmin kitabında təkbaşına hərəkət edən bombardmançıdan bəhs edirdi. Kitabın qəhrəmanı hər hansı bir dəstənin və ya təşkilatın dəstəyi olmadan eyni Timoti Makvey kimi öz istəyi ilə şüurlu şəkildə hücum təşkil edirdi. 24

neo naziler

Son yıllarda dünya çapında tekrar faaliyet göstermeye başlayan neo-Nazilerin ideolojisi, onları vahşetten, kan dökmekten zevk alan şiddet tutkunu kişiler haline getirmektedir. Genellikle cahil yığınları etkisi altına alan neo-Nazi akımı pek çok ülke için önemli bir tehlike unsurudur.

 

Oklahamanın Bombalı Hücumçusu Da Neonasist İdi

Amerika xalqının 11 sentyabr 2001 tarixli hücumdan əvvəl şahid olduğu ən böyük terror hadisəsi Timoti Makvey tərəfindən Oklahamadakı Federal Binaya edilən bombalı hücumdur. Bu hücumdan sonra uşaqlar da daxil olmaqla, 168 nəfər həyatını itirmişdi. Hadisənin maraqlı yönü isə Makveyin həm azğın təriqət pərəstişkarı, həm də neonasist olması idi.

Makvey bu qətliamı 1993-cü ildə fermalarında yanaraq ölən Devid Koreş və təqibçilərinin intiqamını almaq üçün törətdiyini demişdi. Ona görə, Koreş və təriqət üzvləri özlərini yandırmamışdılar, Amerika dövləti tərəfindən yandırılmışdılar. Buna görə də hadisənin intiqamını Amerika dövlətindən almağa qərar vermiş, Federal Binaya bombalarla hücum edərək dövlət işçilərini öldürməyi planlamışdı. Devid Koreş təriqətinin intihar hadisəsindən tam iki il sonra hadisənin il dönümündə partlayıcı dolu yük maşınını binanın önündə qoyub soyuqqanlılıqla baş verənləri izləmişdi. Hücum əsnasında Terri Nikols adlı başqa bir neonasist dostu da Makveyə kömək etmişdi. Terri Nikols ilə birlikdə hadisədən qabaq Makveyə dəstək olan, partlayıcıları tapmaqda ona yardım edən və onun belə hücumu planladığını bilənlərin ortaq xüsusiyyəti isə neonasist olmaqları idi.

Makvey edam edilməmişdən öncə “The Buffalo News” adlı qəzetə göndərdiyi məktubunda etdiklərindən dolayı peşman olmadığını, dövlətə qarşı apardığı mübarizədə bombalamağın ən məntiqli taktika olduğunu demişdi. Tamamilə xəstə zehniyyətin məhsulu olan bu hücum bizə bir daha yuxarıda üzərində durduğumuz cərəyanların insanlarda hansı təxribatları yaratdığını və cəmiyyətlərə necə böyük bəlalar gətirdiyini göstərməsi baxımından ibrət vericidir. 25

Bura kimi müxtəlif nümunələri ilə araşdırdığımız kimi, dəccali sistemdə insanlar arasında irq, dil və cinsiyyətə görə ayrı-seçkilik edilməsi və digər irqlərin vəhşi üsullarla qətl edilməsi məqbul qarşılanır. Bundan başqa, bu ayrı-seçkilik cəmiyyətlər arasında münaqişə və müharibələrə səbəb olan bir növ isteriyaya döndərilir. İnsanlar yalnı dil, din və irqləri fərqli olduğu üçün hücumlara məruz qalır və müxtəlif təcavüzlərə uğrayırlar. Bunun səbəblərindən biri Quranda da bildirildiyi kimi, şeytanın insanlara millətçiliyi süslü və gözəl göstərməsidir. Dövrümüzdə terror əməllərini təşviq edən və ya birbaşa gerçəkləşdirən qruplaşmaların bir qismi bu təhriklərə qapılıb fəaliyyətlərini irqçi terminlərə əsaslandırırlar. Bu irqçi təhriklərin İslama zidd olduğu Qurana ayəsində açıq şəkildə bildirilir:

Kafirlər öz qəlbində cahiliyyənin hiddətli soy qoruyuculuğuna qapıldıqları zaman Allah Öz Elçisinə və möminlərə rahatlıq nazil etdi və onlara təqva sözünü vacib buyurdu. Onların buna daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi bilir. (Fəth surəsi, 26)

İnsanlar bir-biriləri ilə düşmən olmaq üçün deyil, tanış olub dost olmaq, yaxşı əlaqələr qurmaq üçün fərqli xalqlar olaraq yaradılıblar. Allah dəccalın terror mühiti yaratmaq üçün insanlar arasında təşviq etdiyi üstün irq ideologiyasının yanlışlığını Quranda açıqlamışdır. Cəmiyyətlərə, xalqlara və ya insanlara üstünlük verən ancaq onların gözəl əxlaqıdır. İnsanların hansı irqdən olduğunun, yaxud hansı dildə danışdığının heç bir əhəmiyyəti yoxdur. Bu dəyərlərə görə üstün olmağa çalışmaq və digər cəmiyyətlərə düşmənlik bəsləmək dəccal ideologiyasının məhsuludur. Allah insanların arasındakı soy fərqliliyinin dostluq və mədəni alış-veriş vasitəsi olduğunu, üstünlüyün yalnız təqvaya, yəni iman və əxlaqa görə müəyyən edildiyini belə xəbər verir:

Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah biləndir, xəbərdardır. (Hücurat surəsi, 13)

oklahoma bombacısı

Timothy McVeigh'in düzenlediği saldırı ünlü Time dergisine de kapak oldu.
Üstteki resimlerde, patlama sonrasında çekilmiş olan fotoğraflar görülmektedir.

Şeytanın Terroru: Satanizm

Satanizm şiddət və vəhşiliyi dini ayinə çevirən azğın ideologiyadır. Şeytanı özlərinə ilah seçdiklərini deyən satanistlər insanlıqdan uzaq əməlləri və qanlı cinayətləri ibadət kimi yerinə yetirirlər.

Çox adam elə zənn edir ki, satanizm yalnız psixoloji yöndən gənclər arasında yayılan mistik cərəyandır. Yaxud da elə düşünə bilərlər ki, onlar baxdıqları filmlərdən təsirlənməklə qəribə rituallara sahib olan ağılsız adamlardır. Satanistlərin ürküdücü ayinlərinin olduğu doğrudur. Lakin çoxları bu həqiqəti görməzlikdən gəlir: satanizm keçmişi 1800-cü illərə qədər gedib çıxan materialist və ateist ideologiyadır. Üstəlik, bu ideologiyanın dünya miqyasında çoxlu ardıcılları var.

kuru kafalar

Satanizmin əsas xüsusiyyəti odur ki, hər cür dini dəyəri rədd edir və şeytanı özünə ilah seçməklə cəhənnəmi bir növ qurtuluş yeri olaraq görür. Satanizmə görə, insan heç bir şeyə qarşı məsuliyyət daşımır. Tək vəzifəsi nəfsinin istəklərini yerinə yetirməsidir. Bu vəziyyətdə əgər nəfsi insana əsəbiləşməyi, kin saxlamağı, intiqam almağı, yalan danışmağı, oğruluq etməyi, zərər verməyi və ya öldürməyi əmr edirsə, bunu etmək üçün heç bir problem yoxdur. Satanizm bunu müdafiə edərkən belə bir məntiq irəli sürür ki, pisliyin əngəllənməsi səmimiyyətsizlikdir. Yəni bu azğın inanca görə, nəfsi insana qarşısındakı şəxsi öldürməyi deyirsə və insan bunu etmirsə, deməli, dürüst davranmır.

Bütün insanların təqdir etdiyi və gözəl əxlaq xüsusiyyəti olaraq gördüyü sevgi, mərhəmət, səbir və bağışlamaq kimi məziyyətlər satanistlərin nifrət etdiyi xüsusiyyətlərdir. Satanistlərə görə, əslində, insan kin, qəzəb, intiqam kimi hisslərdə sərhəd tanımamalıdır. Satanizmin əsas təlim kitabı olaraq qəbul edilən “Satanic Bible”in (şeytani İncil) beşinci maddəsində -İncildə verilən “üzünə sillə atana digər yanağını çevir” prinsipinə istinadən- deyilir ki, şeytan digər yanağını çevirməyin yerinə intiqam almağı təmsil edir. Yenə eyni kitabın başqa maddəsində belə bir təlimat qeyd edilir ki, düşmənlərinizdən çox nifrət edin və əgər bir adam sizə sillə atırsa, siz də ona sillə atın. 26

Məlumdur ki, bu məntiqlə heç bir pisliyin qarşısını almaq mümkün deyil. Belə mühitdə xaos və qarışıqlıq əmələ gəlir. İnsanların yaxşını pisdən ayırmaq üçün iradə göstərmədiyi cəmiyyətdə hüzur, sülh və mərhəmətdən danışmaq olmaz. Həmin cəmiyyətlərdə əsəbiləşən bir adam qəzəbini boğmaq əvəzinə intiqam almağa çalışar. Yaxud da kasıb olan bir adam səbir göstərərək halal yolla öz ehtiyaclarını qarşılamağın yerinə oğurluq kimi qeyri-qanuni işlərə əl atar. Onsuz da satanizm bunu təşviq edir.

Sağda Anton LaVey ve solda Satanic Bible (Şeytan İncili) adlı kitabı
Sağda Anton LaVey ve solda Satanic Bible (Şeytan İncili) adlı kitabı

Satanizmin irəli sürdüyü cəmiyyət quruluşu qanun-qayda tanımır. Əsas məqsəd odur ki, nəfs bütün eqoist istəklərini və pisliklərini həyata keçirsin. Modern satanizmin banisi kimi tanınan Anton Lavey “Satanic Bible” adlı əsərində satanizmin əsas prinsiplərindən bəhs edərkən davamçılarına pisliyi istədikləri kimi yaşamağı və yaymağı təlqin edir. Hətta Lavey bir müsahibəsində deyir ki, qanunlar pozulmaq üçün yazılıb, küçədə birini soymaq heç də yanlış hərəkət deyil. 27

Satanizmin qanun tanımamağı təkcə bununla bitmir. İnsan yalnız özünə və ətrafına zərər verməklə qalmır, bütün insanlığa düşmənlik bəsləyir. Bundan başqa, bu qanun tanımamaq şiddəti həyatın ayrılmaz hissəsi olaraq görür. Satanizmə görə, şiddət təbiətin özündə var və qaçılmazdır. Bu azğın inanca görə, təbiətdəki şiddətin insanlar arasında yaşanmağında heç bir problem yoxdur. İnsanın şiddətə mane olması təbiətinə ziddir. İnsan ara-sıra mütləq şiddətə əl atır, o zaman buna mane olmaq məntiqli deyil.

Göründüyü kimi, satanizm son dərəcə azğın inanclarla doludur və bu da insanları aqressiv olmağa, cinayət işləməyə və hətta qətliam törətməyə yönəldir. Xüsusilə Amerikada alimlər təsbit ediblər ki, beynəlxalq terrorun əsası satanizmdir və buna qarşı ciddi mübarizə aparmaq lazımdır. Həmin alimlərdən biri Denver Universitetinin professorlarından olan Karl Raşkedir. Raşke mövzunun əhəmiyyətindən söz açaraq deyir ki, satanik ideologiyanın beynəlxalq terrorun əsası olduğu barədə ciddi çalışmalar aparırıq.28 Satanizmə qarşı əhəmiyyətli mübarizənin onların işi-gücü olmayan qruplar olduqlarını qəbul etməkdən vaz keçmək olduğunu deyən Raşke qeyd edir ki, satanistlərin törətdikləri cinayətlər araşdırıldıqda bu ideologiyanın nə qədər böyük bəla olduğu anlaşılar. 29

Şübhəsiz ki, belə bir cərəyana qarşı ən əhəmiyyətli mübarizə fikri yöndədir. Buna görə də satanizmin hansı ideologiyaları əsas götürdüyünü başa düşmək lazımdır.

Satanizmin İdeoloji Əsası Darvinizmdir

Satanistlər kitab və jurnallarında, həmçinin internet səhifələrində özlərini tanıdarkən ən çox insanların təkmilləşmiş heyvan olduğu, həyatın əsil mənasının mübarizə olduğu və ancaq güclü olanın ayaqda qaldığı kimi düşüncələrdən bəhs edirlər. Bu vəziyyət satanistlərin düşüncələrinin ideoloji əsasının darvinizm olduğuna dair önəmli dəlildir. Belə ki, bir çox satanistin özü bun açıq şəkildə dilə gətirməkdən çəkinmir. “A description of satanism” (Satanizmin təsviri) adlı yazıda satanist yazıçı ideologiyasını belə açıqlayır:

Bir Satanist'in Gizli Yaşamı adlı bu kitap Anton LaVey'in biyografisidir.
"Bir Satanist'in Gizli Yaşamı" adlı bu kitap Anton LaVey'in biyografisidir.
 

...Öncəliklə, bütün insanlar sosiallaşmış heyvanlardır... Bütün insanlar və heyvanlar ortaq bioloji keçmişə malikdir. Satanizm insanların inkişaf etmiş heyvandan başqa bir şey olmadığını müdafiə edir. Bizim başqalarından üstünlüyümüz yoxdur. Biz yalnız təkmilləşib ayaqda qalmaq şansına sahib olmuş adamlarıq.. 30

“Şeytan kilsəsi” nəşrlərindən olan başqa bir satanist qaynaq isə insanların təkmilləşmiş heyvan olduqlarına inandıqlarını belə bildirirlər:

“Satanizm insanı bir növ heyvan olaraq gördüyünə görə (keçmiş mədəniyyətlərdə bu həqiqətin fərində olan və cəmiyyətlərində bunu dilə gətirənlər var) bu bədii və fəlsəfi ifadələri tapıb ortaya çıxaracağıq və bunları bugünkü oyanışımızın mənbəyi olaraq görəcəyik. 31

Göründüyü kimi, satanizm Darvinin insanların heyvanlardan törədiyini önə sürən nəzəriyyəsini ideoloji “oyanış”ın mənbəyi kimi görür. Anton Laveyin verdiyi və “MF Magazine” adlı jurnalda yayımlanan bir müsahibəsinin giriş hissəsində darvinizm və satanizm arasındakı əlaqə belə xarakterizə olunur:

“Anton Lavey 1960-cı illərin sonunda hippilikdən xristianlığın monoton əxlaqi dəyərlərindən sıxılan fərdlər üçün sosial darvinizm ideologiyasını və pozitiv düşüncəni başa düşülən formaya salıb yeni yol əmələ gətirmişdi”. 32

Şeytan kilsəsinin keşişlərindən olan Piter Hovard Qilmor isə bu azğın dini belə təsvir edir:

Anton LaVey tarafından kaleme alınmış olan
Anton LaVey tarafından kaleme alınmış olan "Şeytan Konuşuyor" ve "Şeytan'ın Günlüğü" başlıklı bu kitaplar satanistlerin sapkın fikirlerini anlatan kitaplardır.
 

“...İndi isə bunun yerinə modern satanizmin nə olduğuna baxaq: qabiliyyətli olanların axmaqların üzərində təkrar hakim olacağı, ədalətsizliyin yerini ədalətin alacağı, iki min ildən bəri bütün insanların bərabər olduğu yalanını irəli sürənlərin tamamilə rədd edildiyi amansız dini elita və sosial darvinist düşüncə”. 33

Əlbəttə, yuxarıdakı sətirlərdə verilmiş ədalət anlayışı bizim başa düşdüyümüz şəkildə haqq və bərabərlik prinsipi üzərinə inşa edilən ədalət deyil. Bu ədalət şeytani ədalət anlayışıdır və sonrakı sətirlərdən də anlaşıldığı kimi, özlərini digərlərindən üstün görən insanlara hər cür səlahiyyət verməyi nəzərdə tutan ədalətdir.

Satanizmin yalnız qərb cəmiyyətlərini üstün görən sosial darvinist anlayışı başda faşizm olmaqla, bir çox irqçi və şovinist cərəyanla paralellik təşkil etməyinə, hətta çox vaxt bu cərəyanlarla əlbir hərəkət etməyinə səbəb olmuşdur. Hitlerin milliyyətçi sosialistləri və Mussolinin qaraköynəkliləri arasında satanizmə inanan çox adama rast gəlmək olar. Anton Lavey bu əlbirliyi belə izah edir:

“Bu müqəddəs olmayan bir ittifaqdır. Bu düşüncəni müdafiə edən fərqli insanlar keçmişdə bizimlə razılaşma əldə etdilər. Hekayələri, işıq və xoreoqrafiyaları ilə milyonlarla insanı yönləndirən Almaniya Milliyyətçi Sosialist Partiyasının antixristian gücü satanistlərə səmimi şəkildə bağlı idi”.34

Bu cərəyanlarla satanizm arasındakı ən əhəmiyyətli ortaq məxrəc isə darvinizmdir. Bütün bu azğın ideologiyaların təməlində yerləşən sosial darvinizmi satanistlər belə müdafiə edirlər:

öjeni

Öjeni teorisinin en önemli uygulamalarından birisi insanların kafatası ölçümlerinin hesaplanması idi. Bu bilim dışı iddiaya göre kafatası ölçümü daha küçük olanlar geri kalmışlardı ve elimine edilmeye mahkumlardı.

“Güclü olanın ayaqda qalması prinsipi fərdin həyatda qalıb-qalmamağından müstəqil şəkildə ayaqda dura bilməyən millətlərin ələnməyinə qədər cəmiyyətin hər səviyyəsinə tətbiq edilə bilər... Zəiflər sosial darvinizmin nəticələrini yaşamağa başladıqca dünyanın nüfuzunda sistemli olaraq azalma baş verəcək. Çünki təbiət hər zaman uşaqlarını bir yandan gücləndirir və bir yandan da təmizləyir. Biz həqiqətlərdən bəhs edirik və bunu varlığın quruluşuna zidd olan utopiyaya döndərmək fikrində deyilik”.35

Satanistlərin sosial darvinizmə olan bağlılıqlarının başqa ifadəsi faşizmin məhsulu olan Yevgeni nəzəriyyəsini hərarətlə müdafiə etməkləridir. Şikəst və xəstə insanların cəmiyyətdən təmizlənməsini və sağlam fərdlərin cinsi təmas qurub çoxaldılmasını önə sürən Yevgeni nəzəriyyəsi xüsusilə nasist Almaniyasında tətbiq edilmişdir. Yevgeni nəzəriyyəsinə görə, sağlam heyvanları bir-biriləri ilə cütləşdirməklə yaxşı heyvan cinsləri əmələ gətirildiyi kimi, insan irqi də həmin formada islah edilə bilər. İnsan irqinin islah edilməyinə əngəl olan ünsürlər isə (şikəstlər, xəstələr, ruhi xəstələr və s.) cəmiyyətdən təmizlənməlidir. Nasist Almaniyasında bu məntiq əsasında on minlərlə irsi xəstəliyi və ruhi problemləri olan adam amansız şəkildə öldürülmüşdür.

Budur, satanizm də eyni qorxunc cinayətləri müdafiə edir. Satanistlərin yevgeniyə olan düşüncələri öz qaynaqlarında belə qeyd olunur:

Satanistlər bundan başqa, Yevgeni nəzəriyyəsinin tətbiq olunması ilə təbiət qanunlarının inkişaf etdirilməsi yollarını axtarırlar... Bu, törəmək qabiliyyəti olan insanları dəstəkləməklə gen hovuzunu insanlığın daha sürətli irəliləməsini təmin edəcək şəkildə inkişaf etdirmə cəhdidir. Bu, dünya miqyasında ümumi şəkildə tətbiq olunan üsuldur... Genetik kodlar açılana qədər və soyumuzu davam etdirəcək insanları seçmə imkanımız olana qədər satanistlər ən yaxşıların ən yaxşılarla birləşməsini müdafiə edəcəklər. 36

Satanizmin Azğın Ayinləri

Satanizm deyildikdə bir çoxlarının ağlına onların qara magiya ayinləri və bu ayinlərdə yaşanan qorxunc vəhşiliklər gəlir. Lakin insanların bir qismi bunların yalnız qorxu filmlərində olduğunu, həqiqi həyatda belə hadisələrin baş vermədiyini zənn edir. Halbuki filmlərdə gördüyümüz səhnələr satanist ayinlərin ayrılmaz hissəsidir.

Bu ayinlərin əsas məqsədi şeytanla əlaqə qurmaq və onun “nəsihət”lərini dinləməkdir. Bunun üçün xüsusi yerlər hazırlanır. Satanizmdə bu şeytani ritualların nə qədər böyük yer tutduğunu görmək üçün satanistlərin hazırladığı kitablara və internet səhifələrinə qısa nəzər yetirmək kifayətdir. Belə yayımların ortaq xüsusiyyəti qaranlıq və qanlı hissələrə çoxlu yer verib şeytani ayinlərin əhəmiyyəti üzərində israrla dayanmaqlarıdır. 18 yaşından kiçik satanistlərə müxtəlif öyüdlər verən məşhur satanist internet saytlarının birində həmin ayinlərin satanizmin əsaslarından olduğu üzərində durulur və toplu halda ayin keçirməyən gənclərin təkbaşına olduqlarında belə mütləq ayin keçirməli olduqlarından bəhs edilir.

satanist siteler

Satanistlerin propaganda için en çok kullandıkları alanlardan birisi de internettir. Sapıklığın ve vahşetin telkininin yapıldığı bu sitelerde gençler karanlık bir dünyanın içine çekilmekte, gençler şeytanın emirlerine itaat etmeye ve adam öldürmek, işkence yapmak, kan içmek gibi vahşetlerin hakim olduğu ayinlere katılmaya yönlendirilmektedir.

Şeytanı özlərinə rəhbər götürən cəmiyyətdə hər cür azğınlıq, əxlaqsızlıq və vəhşilik adi qarşılanır. Satanistlər üçün bunlar şeytanın onlara ilhamıdır və bu əmrlər mütləq yerinə yetirilməlidir. Bu əmrlərə itaət edən satanistlər cinsi sapqınlıqlar törədir, insanlara və heyvanlara işgəncə verir, hətta öldürdükləri canlının və insanın qanını belə içirlər. Dünyanın bir çox ölkəsində satanist olduğunu deyən gənclər bir yerə yığışıb narkotik maddə qəbul edir, hər cür əxlaqsızlıq edir və çox vaxt şeytan üçün dostlarından birini öldürürlər.

Satanistlərin ayinlərində qan tökməyə xüsusi əhəmiyyət verməkləri şeytanın insanlıq üzərindəki planının simvolik ifadəsidir. Şeytan böyük nifrətlə baxdığı insan soyuna əlindən gəldiyi qədər acı vermək istəyir. Buna görə də dünyada qan tökməyi özünə məqsəd götürmüşdür. Əvvəlki səhifələrdə haqqında danışdığımız faşizm, irqçilik, kommunizm kimi dəccali ideologiyalar şeytanın bu məqsədinə xidmət edir. Bu və bənzəri din düşməni olan ideologiyalara bağlı olanlar tərəfindən törədilən bütün müharibə, qətliam, cinayət və terror aktları şeytanın qan tökmək istəyini təmin edən satanist ayinlərdir.

satanist gazete küpürleri

Özlərini açıq şəkildə satanist elan edənlər qan tökməyi açıq mərasim şəklində tətbiq edirlər. Yer üzündə terror və anarxiyanı körükləyənlər isə eynisini üstü örtülü şəkildə və daha əhatəli olaraq həyata keçirirlər. Qısası şeytan və onun yer üzündəki sistemi olan dəccaliyyət aldatdığı insanlardan istifadə edərək yer üzünü sanki kütləvi qırğın məkanına çevirməyə çalışır.

Satanizm Əvvəldən Yenilməyə Məhkum Olan İdeologiyadır

Satanizmin təhlükələrini araşdırarkən satanistlərin təsbit etdiyi bir şeyə diqqət etmək lazımdır. Onlardan saylarını soruşduqda çox olduqlarını deyirlər. Çünki özlərinin fərqində olmadan belə, satanizmi yaşayan çoxlu sayda insanın olduğunu irəli sürürlər. Əslində, bu, bir tərəfdən doğrudur. Çünki satanistlərin müdafiə etdiyi düşüncələrə bu gün şüurunda olub-olmadan bir çoxları həmfikirdir. Çünki insan vicdanının səsini dinləməyib gözəl əxlaqı yaşamırsa, deməli, nəfsini və şeytanın əmirlərinə tabedir. Satanistlərin bu günə qədər səbəb olduqları bəlalar nəzərə alındıqda belə insanlardan ibarət cəmiyyətin aqibətinin nə qədər acı olacağı məlumdur.

Satanizmin təməl əsası olan insanın bir növ heyvan olduğu iddiası isə tamamilə cəfəngiyatdan ibarətdir. İnsan kor təsadüflər nəticəsində ortaya çıxan varlıq deyil. Bütün kainatdakı nizam və ehtişam kimi, insanı da yaradan üstün və hər cür nöqsandan münəzzəh olan Allahdır. Allah insanları düşünüb dərk edə bilən, yaxşını pisdən ayırmağı bacaran və Allaha qarşı məsuliyyət daşıyan varlıqlar olaraq yaratmışdır. Hər insanın nəfsi özünə pislik etdiyi kimi, vicdanı da pislikdən çəkinməyi və qorunmağı əmr edir. İnsan isə nəfsinin yox, vicdanının səsini dinləməli və Allahın razı olduğu əxlaqı göstərməlidir. İnsanın göstərdiyi gözəl əxlaq həm özünün və cəmiyyətinin rahat yaşamağını, həm də axirətdə Allahın izni ilə ən gözəl qarşılığı almağını təmin edəcək.

Bir şeyi yadda saxlamaq lazımdır ki, şeytanın insanlara bəzəkli göstərdiyi həyat böyük yalandır. Şeytan insanlara dünya həyatında müxtəlif vədlər verə bilər və onları doğru yoldan azdırmağa çalışa bilər. Onun insanları dəvət etdiyi yol fəlakətdən başqa bir şey deyil. Çünki şeytan və onun davamçıları ən əvvəldən yenilməyə məhkum olanlardır. Quranda bu həqiqəti bizə xəbər verən ayələrdən bəziləri belədir:

.. Onlar ... yalnız üsyankar şeytana sitayiş edirlər. Allah (şeytana) lənət etdi. O isə dedi: “Mən Sənin qullarından müəyyən bir qismini hökmən ələ alacağam. Mən onları mütləq azdıracaq və xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm”. Allahı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır. (Nisa surəsi, 117-119)

Şiddətin O Biri Üzü: Azğın Təriqətlər

Əvvəlki hissələrdə başda Amerika olmaqla, dünyanın bir çox ölkəsində azğın düşüncələrə sahib batil təriqətlərdən və bunların müxtəlif terror aktları törətdiklərindən bəhs etdik. Bu mistik qruplaşmalar ictimai nizamı pozur, üzvlərini şiddətə təşviq edir, hətta cinayət və intiharlara belə sürükləyirlər. Bunların arasında ən məşhurları özlərini toplu şəkildə özlərini yandıran Devid Koreş və davamçıları, birlikdə intihar edən “Heavens Gate” və Yaponiya metrosuna sarin qazı atıb yüzlərlə insanın zərər görməyinə səbəb olan “Aum Shinrikyo” təriqətləridir.

Lakin bunlardan başqa, xüsusilə Amerikada, demək olar ki, hər gün belə qeyri-müəyyən qruplaşmaların hücumlarına və fərdi intiharlarına rast gəlinir. Qrup şəklində intihar edənlərin bu günə qədər sayca ən çox olanı isə “The Peoples Temple” təriqətidir.

1970-ci ilin sonunda qurulan və başçısı Cim Cons olan bu təriqət cəmiyyətdən uzaq bir yerdə– meşəlik ərazidə yaşayırdı. 1978-ci ildə konqres üzvü Leo Rayn gələn şikayətlərdən dolayı araşdırma üçün Constaun adlı həmin bölgəni ziyarət etdi. Rayn Constaundan ayrılan zaman təriqətdən ayrılmaq istəyən 18 nəfər də ona qoşulmaq istədikdə qanlı hadisə baş verdi. Təriqət üzvləri təriqətdən ayrılmaq istəyənlərə atəş açmağa başladılar. Açılan atəşlərdən konqres üzvü Rayn, üç müxbir və ayrılmaq istəyən bir təriqət üzvü öldü. 11 nəfər də ağır yaralandı. Hadisədən bir neçə saat sonra təriqət başçısı üzvlərə sianid-potaş içib intihar etməyi əmr etdi. Zəhər birinci valideynləri tərəfindən körpələrə vuruldu. Daha sonra uşaqlarla birlikdə 900-dən çox adam özünü zəhərlədi. 37

Jim Jones liderliğinde kurulan The People's Temple tarikatı,

70'lerin sonunda Jim Jones liderliğinde kurulan The People's Temple tarikatı, en fazla sayıda insanın toplu olarak intihar ettiği sapkın tarikat olarak tarihe geçti. Çocukların da dahil olduğu 900'den fazla kişi kendini zehirleyerek hayatına son verdi.

90-cı illərdə isə toplu halda ölümləri ilə diqqəti çəkən qrup Devid Koreş təriqəti oldu. 28 fevral 1993-cü ildə təhlükəsizlik əməkdaşları araşdırma aparmaq üçün təriqətin Texasın yaxınlığındakı fermasına girmək istədikdə təriqət üzvləri onları gülləbarana tutdu. Bundan sonra həmin ərazi 51 gün boyunca mühasirəyə alındı. Mühasirənin 51-ci günündə təhlükəsizlik işçilərindən biri fermaya girməyə çalışarkən fermanı bir anda tüstü bürüdü. Təhlükəsizlik əməkdaşları Devid Koreşin fermanı yandırdığını və fermanın müxtəlif yerlərinə yerləşdirilən gizli tələlərin tikilini bir anda alov topuna çevirdiyini açıqladılar. Bunun nəticəsində təxminən 90 nəfər yanaraq öldü.

Jim Jones liderliğinde kurulan The People's Temple tarikatı,
David Koresh

1997-ci ildə San-Dieqonun şimalında idman ayaqqabıları və qara futbolka geyinən təqribən 40 nəfərin toplu şəkildə intihar etməsi azğın təriqətlər mövzusunu bir daha dünyanın gündəliyinə gətirdi. 26 və 72 yaşları arasındakı həmin 40 nəfər o dövrdə dünyanın yaxınlığından keçən Xeyla-Boppa kometasının onları təkamülün bir üst mərhələsinə keçirəcəyinə inananaraq intihar etmişdilər. Təriqətin internet səhifəsində bu inanclarından belə bəhs edilirdi:

“Təkamül pilləsində insanın üzərində yer alan ən yaşlı üzvümüz Xeyla-Boppanın illərdir gözlədiyimiz işarət olduğunu bizə bildirdi... Bu dünyadakı 22 illik təlim prosesimiz ən sonda başa çatmaq üzrədir. Buradan məzun olaraq insanın təkamülü prosesində bir üst pilləyə çıxırıq. Bu dünyadan ayrılmaq üçün hazırlaşıb Tinin komandasına qatılacağımız üçün xoşbəztik”. (Ti 1985-ci ildə xərçəngdən ölüb; qrupun lideri Bonni Lu Trusdeyli təmsil edirdi). 38

Heaven's Gate üyeleri

Hale Bopp kuyruklu yıldızının kendilerini 'evrimsel' basamağın bir üst safhasına taşıyacağına inanan Heaven's Gate üyeleri, 1997 yılında toplu olarak intihar ettiler. Aşağıda grubun lideri Bonnie Lu Trusdale görülüyor.

Bunlar kitabı oxuyan bir çoxlarının özündən çox uzaq gördüyü nümunələr ola bilər. Bundan başqa, burada yalnız bir-iki nümunənin gözdən keçirilməsi də heç kimi aldatmamalıdır. Dünyanın bir çox ölkəsində bir çox zğın təriqət və təşkilat gəncləri öz təsirinə salır. Belə ki, bəzi insanların özlərini bu cərəyanlardan uzaq görməsi onların cəmiyyətlərə və fərdlərə verdiyi zərərin qarşısını almır. Tam əksinə, kitabın əvvəlindən bəri əhəmiyyətlə üzərində dayandığımız dəccaliyyət fitnəsinin nə qədər geniş yayıldığını və fərqli formalarda qarşımıza çıxdığını göstərir.

Yapon Təriqətinin Metroya Hücumu

Sözügedən azğın təriqətlərin tək təhlükəli yönü təriqətə üzv olan şəxslərin canına və malına zərər verməkləri deyil. Belə təriqətlər azğın düşüncələri və yaşayış tərzləri ilə ictimai nizamı da pozurlar. Bəzən isə birbaşa mülki əhalini hədəf alan hücumlar da təşkil edirlər. Yaxın keçmişdə baş verən bu hücumlardan biri yapon təriqəti “Aum Shinrikyo”nun Yaponiyada metroya sarin qazı atmağıdır. Bu hücum nəticəsində 5500 nəfər yaralanmış, 12 nəfər də ölmüşdü. Təriqət bu hücumdan başqa, 1994-cü ildə Tokio yaxınlığındakı Matsumotoda 7 nəfərin ölümü, 144 nəfərin isə yaralanması ilə nəticələnən bənzəri qaz hücumları da təşkil edib. Bununla yanaşı, təriqətin cinayət işləri arasında digər cinayət əməlləri və adam oğruluğu kimi hallar da var.

Təriqət lideri Asaharanın təlimlərinə görə, bir insan ancaq cinayət törətməklə ruhunu təmizləyə bilər. Dünya hakimiyyətinin təmin edilməsi isə ancaq tələbələrinə öyrətdiyi şiddətin tətbiq olunması ilə mümkündür. Normal insanların cinayət olaraq gördüyü hadisələr təriqət üzvlərinə görə, bir növ gözəl əxlaq xüsusiyyətidir.

1994-cü ildə başlayan hücumların ilk hədəfi təriqət əleyhində cinayət işi açan və ədalət nazirliyinə məxsus evlərdə qalan hakimlər idi. Bu ilk sarin qzı hücumu 7 nəfərin ölümünə və 144 nəfərin yaralanmasına səbəb oldu. Bu zaman təriqət Asaharanın əmri ilə 70 ton tutumu olan sarin qazı istehsalat mərkəzi inşa etməyə başladı. Bununla bərabər, Asahara 1000 ədəd avtomat silah və bir milyon güllə düzəldilməsini əmr etmişdi. Təriqət muzdla çalışan rus elm adamlarının köməyi ilə uranın istifadə edilə biləcəyi bir növ nüvə silahı da istehsal etməyə çalışırdı. Asaharanın maraq dairəsində adam oğruluğu, başda vəkillər və hakimlər olmaqla, təriqət əleyhində olanalrın qətlə yetirilməsi də var idi.

Metroya təşkil olunan hücum isə daha geniş miqyasda əks-səda verdi. Səhər işə gedən metrodakı minlərlə günahsız adam hücumdan zərər çəkdi. 12 nəfərin ölümünə, 5000 nəfərin isə xəstəxanada müalicə almağına səbəb olan bu hücum həmin qruplaşmaların mülki xalq üçün hansı təhlükəni yaratdığını göstərməsi baxımından olduqca diqqəti cəlb edirdi.

Aum Tarikatı'nın düzenlediği metro saldırısı

İnsanın, ruhunu ancak cinayet işleyerek temizleyebileceğini savunan Aum tarikatı üyeleri, 1994 yılında Japon metrosuna attıkları sarin gazıyla 12 kişinin ölümüne, binlerce insanın ise yaralanmasına neden olmuşlardır.

Din əxlaqından xaric qəribə və azğın inanclar icad edən topluluqlar içərisində yuxarıdakı nümunələrdə də göründüyü kimi, hər cür əxlaqsızlıq normal qarşılanır. Narkotik istifadəsindən oğruluğa, adam qaçırmaqdan işgəncəyə qədər hər cür anormal davranışların hakim olduğu təşkilatların üzvləri ən son mərhələdə intihar edirlər.

Bunu unutmaq olmaz ki, Allaha iman etməyən, gözəl əxlaqı tanımayan və Allahdan qorxub çəkinməyən insanların belə vəhşiliklər törətməsi təəccüblü hal deyil. Çünki bu adamlar etdiklərindən dolayı hesab verəcəklərinə, əməllərinin qarşılığının axirətdə alacaqlarına inanmırlar. Yaxud da ölümdən sonra həyat mövzusunda özlərinə sərf edən və tamamilə yanlış olan ssenariyə inanırlar. Halbuki yeganə doğru yol Alalhın qulalrına göstərdiyi hidayət yoludur. Allah Quranda insanlara düşünüb dərk etməyi əmr edir. Buna görə də iman edənlər vicdanlı və ağıllı davranaraq hər hansı bir düşüncənin arxasınca qətiyyən getməzlər. Möminlər daim vicdanla hərəkət etdiklərinə görə bu, onları hər cür əxlaqsızlıq və azğınlıqdan qoruyur. İman edənlər Allahın insanlara bildirdiyi ən doğru yolda olanlardır. Bu təriqət və topluluqların isə doğru yoldan azdıqları açıq-aydındır.

Şübhəsiz ki, burada nümunələrini verdiyimiz şiddət və terror əməlləri dünya miqyasındakı terrorun məhdud örnəkləridir. Uzun illərdən bəri bir çox ölkədə terror təşkilatları müxtəlif ideoloji əsaslarla cəmiyyətlərə qorxu və dəhşət saçır, günahsız insanları qətlə yetirirlər. Bunların arasında İngiltərə üçün problemə çevrilən İRA, İspaniyanın Bask bölgəsində fəaliyyət göstərən ETA, illər boyu xaricdə vəzifələrini yerinə yetirən diplomatlarımızı hədəf almış ASALA, ölkəmizin minlərlə vətəndaşını şəhid edən PKK və s. kimi təşkilatların adını çəkmək olar. Hər biri fərqli ideoloji quruluşlara malik olmaqla yanaşı, adlarını çəkdiyimiz və ya çəkmədiyimiz bütün terrorçu qruplaşmalar və şiddət tərəfdarı olan insanlar fərqində olub-olmadan, əslində, ortaq nöqtədə birləşiblər. Bu ortaq nöqtə dinsizlikdir. Hansı ideologiyaya və ya dünya görüşünə sahib olmasından asılı olmayaraq, bir insanı anarxiya və şiddətə aparan səbəb özünü bunları etməkdən çəkindirən vicdan və inanca sahib olmamağıdır.

 

Iqtıbaslar

11- Britannica CD 2000 Deluxe Edition, "Chemoreception: Process of olfaction".

12- Diane Ackerman, A Natural History of the Senses, Vintage Books Edition, 1995, s. 46.

13- "Research Uncovers Details Of How Sense Of Smell Works", Science Daily Magazine, 1998, http://www.sciencedaily.com/releases/1998/01/980112064707.htm

14- J. E. Amoore, "Molecular Basis of Odor", C.C. Thomas, Pub., Springfield, 1970.

15- L. Turin, "A spectroscopic mechanism for primary olfactory reception", Chemical Senses 21, 1996, s. 773-791.

16- Tim Jacob, "Olfaction", 2001, http://www.cf.ac.uk/biosi/staff/jacob/teaching/sensory/olfact1.html.

17- G. Ohloff, "Scent and Fragrances", Springer-Verlag, Berlin Heidelberg, 1994, s.6.

18- John C. Leffingwell, "Olfaction", 2001, http://www.leffingwell.com/olfaction.htm.

19- Heinz Breer, "Olfaction", Encyclopedia of Life Sciences, Ağustos 1999, http://www.els.net.

20- S. Goldberg, J. Turpin, S. Price, "Anisole binding protein from olfactory epithelium evidence for a role in transduction", Chemical Senses & Flavour, 1979, s. 4:207.

21- John C. Leffingwell, "Olfaction-Page 2: The Odorant Binding Proteins", 2001, http://www.leffingwell.com/olfact2.htm.

22- A. Chess, I. Simon, H. Cedar, R. Axel, "Allelic inactivation regulates olfactory receptor gene expression", Cell 78, 1994, s. 823-834.

23- Stuart Firestein, "Olfactory Receptor Neurons", Encyclopedia of Life Sciences, Aralık 2000, http://www.els.net.

24- John C. Leffingwell, "Olfaction", 2001, http://www.leffingwell.com/olfaction.htm.

25- Stuart Firestein, "Olfactory Receptor Neurons", Encyclopedia of Life Sciences, Aralık 2000, http://www.els.net.

26- Eric Chudler, "Brain Facts and Figures", 2001, http://faculty.washington.edu/chudler/facts.html.

27- B. Malnic, J. Hirono, T. Sato, L. Buck, "Combinatorial receptor codes for odors", Cell 96, 5 Mart 1999, s. 713-723.

28- Heinz Breer, "Olfaction", Encyclopedia of Life Sciences, Ağustos 1999, http://www.els.net.

29- John C. Leffingwell, "Olfaction", 2001, http://www.leffingwell.com/olfaction.htm.

30- K. Mori, H. Nagao, Y. Yoshihara, "The Olfactory Bulb: Coding and Processing of Odor Molecule Information", Science 286, 22 Ekim 1999, s. 711-715.

31- Tim Jacob, "Olfaction", 2001, http://www.cf.ac.uk/biosi/staff/jacob/teaching/sensory/olfact1.html.

32- Tim Jacob, "Olfaction", 2001, http://www.cf.ac.uk/biosi/staff/jacob/teaching/sensory/olfact1.html.

33- P. Mombaerts, F. Wang, C. Dulac, S.K. Chao, A. Nemes, M. Mendelsohn, J. Edmondson, R. Axel, "Visualizing an olfactory sensory map", Cell 87, 15 Kasım 1996, s. 675-686.

34- "Sensing Smell", Howard Hughes Medical Institute Annual Report, 1999, http://www.hhmi.org/annual99/a243.html.

35- Tim Jacob, "Olfaction", 2001, http://www.cf.ac.uk/biosi/staff/jacob/teaching/sensory/olfact1.html.

36- L. Buck, R Axel, "A novel multigene family may encode odorant receptors: A molecular basis for odor recognition", Cell 65, 1991, s. 175-187; R. Axel, "The Molecular Logic of Smell", Scientific American, Ekim 1995, s. 154-159.

37- B. Malnic, J. Hirono, T. Sato, L. Buck, "Combinatorial receptor codes for odors", Cell 96, 5 Mart 1999, s. 713-723.

38- "Researchers Discover How Mammals Distinguish Different Odors", Howard Hughes Medical Institute News, 1999, http://www.hhmi.org/news/buck.html.

4 / total 5
"Harun Yəhyanın Dəccalın Ayini: Terror kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com