Dəccalın Ayini: Terror

KİTABI ENDİRİN

Download (DOC)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
5 / total: 5

Nəticə

Kitabın əvvəlindən bəri üzərində dayandığımız kimi, insanları şiddət və vəhşiliyə yönləndirən səbəb vicdanın səsini dinləməmək, həmçinin Allaha qarşı məsuliyyət daşımağı və axirətdə bütün əməllərin hesabını verməyi görməzlikdən gəlməkdir. Buna görə də insanları şiddət və terrordan uzaqlaşdırmağın ən təsirli yolu onları bu yola aparan həmin cəhaləti ortadan qaldırmaqdır. Terrora qarşı siyasi, iqtisadi və hüquqi yöndən tədbirlərin alınması vacibdir, lakin bunların heç biri tək başına terrorizmlə mübarizə aparmaq üçün kafi deyil. Əsas olaraq terrora təməl yaradan fikri zəmini ortadan qaldırmaq lazımdır. Bunun üçün qəzəb və nifrəti təlqin edən bütün ideologiyalara qarşı fikri mübarizə aparılmalı və bunların yerinə dinin insanlara öyrətdiyi əxlaqi dəyərlər səmimi şəkildə müdafiə edilməlidir.

Kitab boyu araşdırdığımız kimi, həmin ideologiyaların əsas dayağı darvinizmdir. Elmi şəkildə tamamilə çökən və ağıl və məntiqdən kənar olduğu sübut edilən bu nəzəriyyənin bu gün hələ də ayaqda tutulmasının tək səbəbi nəzəriyyəyə ideoloji bağlılıqdır. Dolayısilə, bu təməl ortadan qaldırılarsa, bu ideologiyaların zəmini də ortadan qalxar. Buna görə də darvinizmə qarşı aparılan fikri mübarizə insanlığa hüzur, sülh və güvənlik gətirmək üçün görülən işlərin əsasını təşkil edir.

Bu fikri mübarizənin bir mərhələsi də həmin ideologiyaların gerçək üzünün ifşa edilməsi və yanlış yönlərinin gözlər önünə sərilməsidir. Digər əhəmiyyətli mərhələ isə insanlara həqiqi hüzur və sülhü gətirən din əxlaqının təbliğ edilməsidir. Dövrümüzdə insanların böyük qismi həqiqi dini bilmədikləri üçün dinsizliyin təsirinə düşürlər. Bu səbəbdən haqq dinin təbliğ olunması, Allahın insanlara əmr etdiyi gözəl əxlaqın bütün dünyaya tanıdılması bu əxlaqı bilib yaşayanların üzərinə düşür.

Bu gün ümumi dünyaya dəccal sistemi, yəni anarxiya, qarışıqlıq və xaos hakimdir. Ancaq hər pisliyin olduğu kimi, dəccal sisteminin də bir sonu var. Allah tarix boyu günahkar və təxribatçı topluluqları həlak etmişdir. Zalımlıq və amansızlıq üzərinə qurulan, şiddət və terrora əl atan və insanlara zülm edən hər cür topluluğun və cərəyanın aqibəti eynidir. Hər terrorçu və anarxist sonda həlak olur. Anarxiya və terroru dəstəkləyən hər millət yox olur. Zülm edən ölümsüz deyil. Quranda bir zalım topluluğun aqibəti barədə belə deyilir:

Artıq o zalım tayfanın kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allaha! (Ənam surəsi, 45)

Şübhəsiz, dəccalın uğrayacağı son bundan fərqli olmayacaq. Buna görə də şiddət və terrora əl atanlar bənzəri aqibətə düçar olmaqdan qurtulmaq üçün mütləq bu yoldan dönməlidirlər. Allah zülm və günahdan sonra yaxşılığa dönənlərin xətalarını bağışlayacağını bildirir. Allah insanlara din əxlaqını bilmədən və cəhalət üzündən törətdiklərinə görə cəza verməz. Allah çox bağışlayandır və rəhmət sahibidir. Buna görə də anarxiya çıxaranlar və insanlara zərər verənlər düşünməlidirlər ki, bu yoldan dönmək çox gec deyil. Anarxiya və terrordan dönmək heç bir zaman gec deyil. Həmin insanlar səmimi şəkildə Allaha tövbə edib etdiklərindən tamamilə vaz keçməlidirlər. Allah cahillikdən dolayı pislik edib, sonra bağışlanma diləyənləri bağışlayacağını bir ayədə belə buyurur:

Ayələrimizə iman gətirənlər sənin yanına gəldikdə de:
“Sizə salam olsun! Rəbbiniz Özünə rəhmli olmağı əzəldən yazmışdır; sizlərdən hər kəs avamlığı üzündən pis iş görsə, sonra tövbə edib (əməllərini) islah etsə,
(Allah onu bağışlayar).
Həqiqətən, O, bağışlayandır, rəhmlidir”.
(Ənam surəsi, 54)

Sen Yücesin,
bize öğrettiğinden başka bizim hiçbir bilgimiz yok.
Gerçekten Sen, herşeyi bilen,
hüküm ve hikmet sahibi olansın.
(Bakara Suresi, 32)

 

5 / total 5
"Harun Yəhyanın Dəccalın Ayini: Terror kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com