İnsanın Yaradılış Möcüzəsi

< <
3 / total: 9

Hədəfə Kilidlənmiş Mükəmməl Ordu

Milyonlarla əsgərdən ibarət olan nəhəng bir ordu düşünün. Ortaq bir hədəfə doğru irəliləyən, yolun uzunluğuna, özlərini gözləyən çətin maneələrə, ölümcül təhlükələrə baxmayaraq, əsla imtina etməyən bir ordu. Bu ordunun işçilərinin hədəflərinə çata bilmək üçün qət etmələri lazım olan məsafə isə, öz ölçülərindən yüz minlərlə qat çox olsun. Bu qədər izdihamlı və belə çətin bir səfərə çıxan bir ordunun hədəfə çata bilməsi üçün, əlbəttə ki, köməkçilərə, yol göstərənlərə, əlavə təchizatlara ehtiyacı olacaq.

300 milyon işçiyə sahib olan bu nəhəng ordu kişilərin bədənində mövcuddur. Ordunun əsgərləri isə spermatozoidlərdir. Uzunluqları millimetrin təxminən 1%-i qədər olan spermatozoidlər hədəflərinə, yəni yumurta hüceyrəsinə çatmaq üçün olduqca uzun məsafə qət edərlər.

sperm

şte Rabbiniz olan Allah budur. O'ndan başka İlah yoktur. Herşeyin Yaratıcısıdır, öyleyse O'na kulluk edin. O, herşeyin üstünde bir vekildir.
(En'am Suresi, 102)

Birlikdə yola çıxan 300 milyona yaxın spermatozoid hüceyrəsindən ən dayanıqlı olan 1000-i yumurta hüceyrəsinə çatmağı bacaracaq. Bunların arasından da təkcə biri yarışı qazanacaq və yumurta hüceyrəsini mayalandıracaq. Spermatozoidlər bu yarışa başlamazdan əvvəlcə ilk növbədə kişi reproduktiv orqanlarında uzun bir səfərə çıxaraq yetişmə mərhələlərindən keçərlər. Bu yetişmə mərhələlərində spermatozoidlərin bir çox köməkçisi var.

Spermatozoidlərin Formalaşma Mərhələləri

sperm_3

Bir yumurta hüceyrəsinin mayalanması üçün, hər dəfə təxminən 200-300 milyon spermatozoid hüceyrəsi hazır vəziyyətə gətirilər. Bu çox diqqətçəkən nisbətdir, lakin sayın bu qədər yüksək olmasının mühüm səbəbi var. İrəlidə təfsilatlı şəkildə nəzər salacağımız kimi, ana bədəninə daxil olan spermatozoidlərin çox böyük hissəsi yolda ölər. Yumurta hüceyrəsinə çata bilənlərin sayı isə olduqca azdır. Dolayısilə spermatozoid sayının çox yüksək olması ilə birlikdə, yumurtanın mayalanmasına mane ola biləcək risklər də aradan qaldırılmışdır. Milyonlarla fərdə malik bir ordunun işçisi olan spermatozoidlər kişilərdəki xaya adlı reproduktiv orqanlarında ifraz olunar. Lakin xayalarda bir çox mərhələdən keçərək əmələ gətirilən spermatozoidlərin yaşaya bilmələri üçün, olduqları nahiyə sərin olmalıdır. İnsanın normal bədən temperaturu 37℃-dir. Bu, spermatozoidlər üçün öldürücü temperaturdur. Buna görə də, spermatozoidlər bədənin içində yaşaya bilməzlər. Xayaların ən böyük xüsusiyyəti isə bədənin xaricində olmasıdır. Allah kişi bədənində yaratdığı bu xüsusi quruluş sayəsində, spermatozoidlərin əmələ gəlməsinə ən uyğun mühiti hazırlamışdır.

Xayalar müxtəlif kanalcıq sistemlərindən ibarətdir. Olduqca geniş yerə malik bu kanalcıq sistemi sayəsində milyonlarla spermatozoidin sürətlə əmələ gələ biləcəyi və asanlıqla ehtiyyat halında toplana biləcəyi bir məkan əldə edilmiş olur. Sürətli əmələgəlmə və ehtiyyat halında toplama əməliyyatının nə üçün lazım olduğu isə, bir yumurtanın mayalanması üçün əmələ gətirilən 200-300 milyonluq spermatozoid miqdarına baxıldığı zaman aydın olur.

Əmələ gətirilən miqdar nəzərə alındığı zaman çox kiçik fabriklər kimi xarakterizə edilə bilinən xayalarda, spermatozoid əmələgətirmə prosesinin baş verdiyi və ümumi uzunluqları təxminən 500 metrə çatan 1000-ə yaxın kanalcıq var. Bu kanalcıqlar "toxumçıxarıcı axarlar" kimi adlandırılır. Hər birinin orta uzunluğu təxminən 50 sm olan kanalcıqların içərisində müəyyən zaman ərzində meydana gələrək spermatozoidləri əmələ gətirəcək spermatoqonlar mövcuddur.(3)

testicle testicle_sperm1 testicle_sperm2

Erkek üreme organları olan testisler  gerek konumları, gerek üretim kapasiteleri, gerekse içerdikleri sistemlerle birer tasarım harikasıdırlar.

Sağda testisleri oluşturan kanalcık sistemi (seminifer tüpçükler) görülüyor. Bu kanalcıklarda ileride spermleri oluşturacak sperm ana hücreleri bulunur. Üstte ortadaki resimde ise testis lobülünden bir detay görülmektedir.

Spermatoqonlar toxumçıxarıcı axarların çəpərlərində yerləşir. Bir müddət sonra çoxalmağa başlayan bu hüceyrələr bir mitoz və iki meyoz bölünmə həyata keçirərlər. Əvvəlki hissədə ifadə etdiyimiz kimi, mayalanmadan sonra atadan gələn spermatozoiddən körpəyə köçürüləcək xromosom sayının 23 olması üçün, spermatoqonlar meyoz bölünmədən keçərək öz xromosom saylarını yarıya endirir.

Bu bölünmələr nəticəsində 4 ədəd "spermatid" adlı hüceyrə əmələ gələr. Lakin bu hüceyrələr qidalandırmaq xüsusiyyətinə sahib deyil. 23 xromosomlu bu sferoid hüceyrələrin mayalandırma xüsusiyyəti qazanmaları üçün yeni dəyişikliklərə ehtiyac var.

Kişi reproduktiv sistemindəki bu mühüm ehtiyac, düşünülmüş və tam lazım olan yerə spermatid hüceyrələrinin inkişafına kömək edəcək bir hüceyrə qrupu yerləşdirilmişdir. Meyoz bölünmədən sonrakı ilk bir-iki həftə müddətində, hər spermatid hüceyrə özünü əhatə edən bu köməkçi hüceyrələr (sertoli hüceyrələri) tərəfindən fiziki cəhətdən yenidən forma qazanacaq. Bu bölünmə əməliyyatlarının son mərhələsində isə spermatozoidi spermatozoid edən quyruq, nüvə və spermanın baş hissəsindəki fermentlərlə dolu akrosom kimi strukturlar əmələ gələcək (4) (ətraflı məlumat üçün baxın: “spermatozoidlə yumurta hüceyrəsinin görüşü baş tutur” hissəsi).

seminiferous_tubule

1. Sertoli Hücresi
2. Seminifer Tübül Duvarı
3. Birincil Spermatosit

4. Gelişmiş Sperm Hücresi
5. Spermatid
6. Doku Arası Hücreleri

Spermlerin oluşumunu sağlayan, yukarıda detaylı yapısı görülen seminifer tübüllerdir. Sağda seminifer tübül kesitinin tarayıcı elektron mikroskobunda çekilmiş görüntüsü, solda ise ana sperm hücrelerinin farklılaşması ve spermleri oluşturan diğer yapılar görülüyor.

Bu formalaşma əməliyyatlarının hamısı kanalcıqlarda yerləşən, bir qədər əvvəl bəhs etdiyimiz "sertoli" hüceyrələrində gerçəkləşər. Uzun qolları (sitoplazmatik çıxıntıları) olan bu hüceyrələr olduqca böyükdürlər. Sertoli hüceyrələri inkişaf etməkdə olan spermatid hüceyrələrini qolları ilə möhkəm şəkildə sararaq, öz sitoplazmalarının içinə yaxşı həbs olunmalarını təmin edərlər. Bu yolla onlara, inkişaf prosesləri boyunca qida təmin edəcək və onları davamlı nəzarət altında saxlayacaqlar.(5)

Şübhəsiz ki, burada qısaca ümumiləşdirdiyimiz bu hadisədə əslində böyük möcüzə baş verir. İnsanın nəslini davam etdirməsini təmin edən spermatozoidlər, sertoli hüceyrələri dediyimiz, zülallardan, amin turşularından əmələ gələn strukturlar sayəsində əmələ gəlir. Burada bir düşünək. Bir sertoli hüceyrəsinin, daha doğrusu ağlı, şüuru, gözü, qulağı, beyni olmayan bir hüceyrənin özünü belə bir vəzifəyə həsr etmiş olması böyük möcüzədir. Belə bir hadisənin reallaşması bu hüceyrənin üstün ağıl sahibi tərəfindən idarə edildiyinin açıq-aydın dəlilidir. Üstəlik, bu hüceyrələrin tam lazım olan yerdə, yəni spermatozoidlərin əmələ gəldiyi toxumçıxarıcı axarlarda yerləşməsi və tam lazım olan xüsusiyyətlərə (məsələn, spermatidlərə görə daha böyük quruluşa) sahib olması da insan bədənindəki mükəmməl dizaynın milyonlarla dəlilindən biridir. Allah insan bədənini əmələ gətirən təxminən yüz trilyon hüceyrənin hər birini lazımi yerlərə yerləşdirmiş, hər birinə ehtiyacları olan xüsusiyyətləri vermiş və hər birinə yerinə yetirmələri lazım olan vəzifələri tam ilham etmişdir. Quranda bildirildiyi kimi; "...onun, alnından tutub nəzarət etmədiyi heç bir canlı yoxdur. Həqiqətən, Rəbbim dümdüz yol üzərindədir (dümdüz yolda olanı qorumaqdadır)" (Hud surəsi, 56).

Bir-birinə Bağlı Bir Sistem

Əvvəlki səhifələrdə sertoli hüceyrələrinin, spermatidlərin spermatozoidlərə çevrilməsindəki rolundan bəhs etdik. Bu hüceyrələri hərəkətə keçirən və spermatidlərin qidalanmasını və inkişaflarına nəzarət etməyi özlərinə vəzifə qəbul etmələrini təmin edən fiziki faktor nədir?

Sertoli hüceyrələrinin vəzifələrini yerinə yetirməsindəki faktor follikul stimullaşdırıcı (FSH) adlı bir hormondur. Ön hipofiz vəzindən ifraz olunan bu hormon sertoli hüceyrələrini stimullaşdırır. Bu hormonun əmələ gətirilmədən və əlaqədar nahiyəyə çatmadan, spermatozoidlərin əmələ gəlməsi qeyri-mümkündür. Stimullaşan sertoli hüceyrələri spermatozoidlərin əmələ gəlməsində əvəzolunmaz olan estrogen adlı hormonu ifraz etməyə başlayarlar. Spermatozoidin əmələ gəlməsində öz təsirini göstərən başqa bir hüceyrə növü isə toxumçıxarıcı axarların arasında yerləşən və "leydiq" adlandırılan hüceyrələrdir. Bu hüceyrələrin vəzifəsi də spermatozoidləri yetişdirəcək başqa bir hormonu əmələ gətirməkdir. Ön hipofiz vəzindən ifraz olunan LH (lüteinləşdirici hormon) leydiq hüceyrələrini (interstisial vəziləri) stimullaşdırar. Beləliklə də bu hüceyrələr də testesteron hormonunu ifraz etməyə başlayarlar. Testesteron reproduktiv orqanların böyüməsini, onlardakı müxtəlif vəzilərin inkişafını və kişiyə məxsus xüsusiyyətlərin əmələ gəlməsini təmin edən və spermatozoid əmələ gəlməsində ən təsirli olan hormondur.

Həmçinin sertoli hüceyrələrinin zülal ifraz etmə kimi, başqa vəzifələri də var. Bu zülal, estrogen və testesteron hormonlarını, toxumçıxarıcı axarlardakı mayeyə daşıyacaq.(6)

Həmçinin leydiq hüceyrələrinin ikinci vəzifəsi daha var. Spermatozoid hüceyrələri hərəkət edə bilmək üçün, ehtiyacları olan enerjini, leydiq hüceyrələrinin özləri üçün təmin etdiyi fruktozadan təmin edərlər (bu mövzunun əhəmiyyəti irəliləyən hissələrdə daha ətraflı şəkildə nəzərdən keçiriləcək).

seminiferous_tubule testicle_2

1. Seminifer Tübülün Enine Kesiti
2. Sertoli Hücresi Çekirdeği
3. Saydam Zar
4. Kılcal Damar
5. Leydig Hücresi
6. Spermatozoon Hücreleri

7. Sperm Hücresi (n) (Spermatozoon)
8. Gelişmiş Spermatid (n)
9. Genç Spermatid (n)
10. Ikinci Dereceden (n) Spermatozoid Hücresi
11. Birincil (2n) Spermatozoid Hücresi
12. Ana Sperm Hücresi (2n)

1. Epididimis
2. Taşıyıcı Kanal
3. Vas Deferans
4. Lob

5. Seminifer Tübül
6. Sperm
7. Ikincil Spermatosit
8. Birincil Spermatosit

Sol: Seminifer tübülde spermlerin gelişim aşamaları yukarıda görüldüğü gibidir. Sperm ana hücreleri (spermatogonium) seminifer tüpçüklerinin çeperlerinde yer alır. Bu hücreler bölünüp&quot;spermatid&quot; adı verilen hücrelere dönüşürler. Bu işlemlerin son aşamasında ise spermin kuyruk ve baş kısmı oluşur. Bütün bu kompleks işlemlerden sonra içinde o kişiye ait bütün bilgilerin saklandığı erkek üreme hücrelerinin gelişimi tamamlanmış olur.

Sağ: Spermlerin oluşumunda, testislerde birbirine bağlı işleyen pek çok sistem devreye girer. Yanda testisin detaylı iç yapısının kesiti görülüyor. İnsan bedenindeki bütün organlar ve hücreler arasında kompleks bir yapı ve kusursuz bağlantılar vardır. Vücuttaki işlemler bu bağlantılar sayesinde gerçekleşir. Bir spermin oluşması için hazırlanmış olan bu sistemin tek bir parçası bile vücuttaki yapının mükemmelliğinin anlaşılması için yeterlidir.

Göründüyü kimi, hormonal sistem bədəndəki digər nahiyələrdə olduğu kimi, reproduktiv sistemdə də mükəmməl təşkilatlanma ilə işləyir. Hər hormon digərinin daşıdığı mesajı dərhal anlayaraq lazım gələni yerinə yetirir. Məsələn, beynin, ara beyin nahiyəsində yerləşən hipofiz vəzi, zamanın gəldiyini anlayaraq hərəkətə keçir və xayalarda olan müxtəlif hüceyrələrə əmrlər göndərərək orqanlara və toxumalara görəcəkləri işləri bildirir. Üstəlik, hipofiz vəzinin hərəkətə keçməsini təmin edən də beyindəki hipotalamus adlı başqa bir nahiyədir.

Bir insanın əmələ gəlməsindəki ilk mərhələ, hormonlarla daşınan bu məlumatların düzgün başa düşülməsindən və əmrlərin tam yerinə yetirilməsindən asılıdır. Bəs hüceyrələr və molekullar hormonlarla daşınan mesajları necə anlayır və hərəkətə keçirlər? Bir-birlərinin kimyəvi quruluşlarından necə xəbərdar olur, bu quruluşlara hansı üsulla təsir edə biləcəklərini haradan bilirlər?

Sertoli və leydiq hüceyrələrinin spermatozoid əmələ gəlməsinə dəstək olmaq üçün özlərindən çox uzaqda yerləşən, heç vaxt görmədikləri, üstəlik, özlərindən tam fərqli quruluşa malik olan hipofiz vəzinin əmrlərinə görə hərəkət etməsi, bu əmrlər olmadan heç bir əməliyyat yerinə yetirməməsi, əlbəttə ki, təsadüflərlə izah edilməsi mümkün olmayan haldır. Hormonların, bu xüsusiyyətləri müəyyən zaman ərzində, ardıcıl baş verən təsadüflər nəticəsində qazanmaları qeyri-mümkündür. Çünki sistemin hər hansı mərhələsində meydana gələcək qopma, bütün əməliyyatlara zəncirvari təsir edəcək. Tək bir işçinin çatışmazlığı bütün sistemin funksiyasını itirməsinə səbəb olacaq. Məsələn, sertoli hüceyrələri hipofiz vəzinin göndərdiyi FSH hormonunun mənasını bilməsə və estrogen ifraz etməyə başlamasa, spermatozoidlərin əmələ gəlməsi qeyri-mümkün hala gələcək. Həmçinin leydiq hüceyrələri özlərinə verilən fruktoza ifraz etmə vəzifəsini yerinə yetirməsə və ya əksik yerinə yetirsə, spermatozoid hər cəhətdən yetişmiş olsa belə, uşaqlığa keçdikdən sonra qida tapa bilmədiyi üçün öləcək və yumurta hüceyrəsinə çata bilmədiyi üçün də mayalanma baş verməyəcək.

Bu vəziyyət bizə açıq-aydın bir həqiqəti göstərir. Orqanlar və hüceyrələr arasındakı əlaqələri quran, hipofiz vəzinə, hipotalamusa, leydiq və sertoli hüceyrələrinə, bir sözlə, kişi bədənində spermatozoid əmələ gəlməsini təmin edən hər işçiyə necə davranacaqlarını ilham edən, bir-birlərinin dilindən anlamalarını təmin edən Allahdır. Hər şey Allahın əmri ilə həyata keçir. Allah bu həqiqəti bir ayəsində belə bildirmişdir:

Göydən yerə qədər bütün işləri O idarə edər... (Səcdə surəsi, 5)

Spermatozoidi Hədəfə Çatdıran Digər Strukturlar

prostate_gland_fertility

1. Kalça Kemiği
2. Prostat Bezi
3. Sağ Meni Kanalı
4. Seminal Vesikül

5. Seminal Vesikül Kanalı
6. Boşaltım Kanalı
7. Üro Genital Diyafram
8. Bulboüretral Bezi

Prostat bezinden ve seminal keseciklerinden (üstte) salgılanan sıvı, sperm oluşumunda son derece önemli bir yere sahiptir. Bu sıvı sayesinde kadın üreme organlarındaki asit karışımının spermler üzerindeki öldürücü etkisi ortadan kaldırılır. Erkek bedeninde üretilen bir sıvının, başka bir bedende üretilen bir sıvının olumsuz etkisini kaldırabilecek özelliklere sahip olması Allah'ın benzeri olmayan yaratışının delillerindendir.

Bir az daha inkişaf etmiş spermatozoid hüceyrələrinin hərəkət və mayalanma qabiliyyəti qazanması isə reproduktiv sistemin başqa bir hissəsi olan "xaya artımında" gerçəkləşər. Xayanın xarici tərəfindən yüngül şəkildə asılı olan xaya artımı axacağı elə qıvrımlıdır ki, uzunluğu təxminən 6 metrdir. Spermatozoidlərin bir hissəsi səfərlərinə başlamadan əvvəl bir müddət xaya artımında toplanarlar. Xaya artımı da, "vaz deferens (toxumçıxarıcı kanal)" adlandırılan toxumçıxarıcı kanalına bağlanır. Bu toxumçıxarıcı kanalda spermatozoidlər, mayalanma qabiliyyətlərini itirmədən uzun müddət saxlanıla bilər. Həmçinin zamanı gəldikdə, bu kanaldan çölə atılaraq qadın bədənindəki yumurta hüceyrəsi ilə görüşmək üçün uzun bir səfərə çıxarlar.(7)

Lakin spermatozoidlərin, mayalandırma əməliyyatına başlaya bilmələri üçün, bu çətin səfərdə ehtiyaclarını ödəyib, həyatda qalmaları üçün lazım olan dəstəkləri verəcək başqa köməkçilərə də ehtiyacları var.

Spermatozoidlərin uzun səfərlərindəki köməkçilərindən biri prostat vəzi, digəri isə prostatın hər iki tərəfində yerləşən "seminal vezikulalar" (toxum kisəcikləri) adlandırılan ifrazat vəziləridir. Bu vəzilər, spermatozoid əmələ gəlmə prosesinin tamamlanması ilə birlikdə bu vəzifəyə başlayar və səfərində spermatozoidə yoldaşlıq edəcək xüsusi tərkibli mayelər ifraz edərlər.

Prostat vəzindən ifraz olunan maye spermatozodin yola çıxmasıyla birlikdə ona qarışar. Bu mayenin tərkibində sitrat, kalsium və fosfat ionları və fibrinoliz var. Spermatozoidin səfər etdiyi qadın reproduktiv orqanlarında, bakteriyaların çoxalmasına mane olan kəskin turşu qarışığı var. Bu turşu qarışığı spermatozoid hüceyrələrinin hərəkət qabiliyyətlərini məhdudlaşdırmasıyla yanaşı, öldürücü təsirə də malikdir. Lakin prostat mayesinin turşunu yumşaldan təsiri sayəsində spermatozoid yumurta hüceyrəsinə doğru asanlıqla üzər.

Burada bir an dayanıb düşünməkdə fayda var. Kişi reproduktiv sistemindəki prostat vəzi, qadın bədənindəki mühiti sanki bilərək hərəkət edir. Prostat vəzi spermatozoidlərin səfərləri əsnasında turş mühitlə qarşılaşacaqlarını və bu mühitdə spermatozoidlərin həyatlarını davam etdirə bilməyəcəklərini bilir. Üstəlik, bu təhlükəni necə dəf edəcəyini də müəyyənləşdirə bilir və bunun üçün lazım olan mayeni əmələ gətirə bilir. Şübhəsiz ki, burada baş verən olduqca möcüzəvi hadisədir. Kişinin bədənindəki bir ifrazat vəzinin, özündən müstəqil bir strukturu tanıdığını və buna görə öz qərarı ilə tədbir aldığını söyləmək qeyri-mümkündür. Ağıl və şüur sahibi, görmə və eşitmə qabiliyyəti olan, hesablaya bilən, tədbir görə bilən, nəticə çıxarda bilən bir insanın belə heç görmədiyi bir mühitdə nə cür təhlükələr ola biləcəyini təxmin edib bunun üçün tədbirlər görə bilməyəcəyini düşünün. Lakin prostat vəzi dediyimiz, hüceyrələrdən ibarət olan bir ət parçası bunu bacara bilir. Əlbəttə, belə vacib qərarı alıb tətbiq edənin prostat vəzi olduğunu iddia etmək qeyri-mümkündür. Bu vəzə yerinə yetirməsi lazım olan vəzifələri ilham edən, kişi reproduktiv sisteminin də, qadın bədəninin də hər kvadrat millimetrini yaratmış olan Allahdır.

Üstəlik, kişi reproduktiv sistemində spermatozoidin səfəri üçün vacib ifrazat əmələ gətirən vəz, təkcə prostat vəzi deyil. Prostat vəzinin yanında yerləşən toxum kisəciklərinin ifraz etdiyi maye də, bu səfər üçün əvəzolunmazdır. Spermatozoidin yola çıxmasından qısa müddət sonra, çətin səfərində müvəffəqiyyət qazanmasını təmin edəcək bu maye də spermatozoidə qarışar. Bu mayedə bol miqdarda fruktoza, digər qida maddələri, yüksək miqdarda "prostaqlandin" və fibrinogen var. Fruktoza və digər qida maddələri spermatozoidlərin qadın bədəninə girişdən yumurta hüceyrəsini mayalandırma mərhələsinə qədər davam edən müddətdə qidalanmalarını təmin edər. Həmçinin bu mayedəki "prostaqlandin" adlı maddə də spermatozoidlərin yumurta hüceyrəsinə çatması üçün daha fərqli yollarla kömək edər. Prostaqlandinin bir vəzifəsi uşaqlıq boynundakı seliklə reaksiyaya girərək spermatozoid hərəkətləri üçün uyğun mühit yaratmaqdır. İkinci vəzifəsi isə uşaqlıq və uşaqlıq borularının əks istiqamətdə yığılmalarını təmin edərək spermatozoidlərin hərəkətini asanlaşdırmaqdır.

Bu məqamda çox möcüzəvi bir hadisə ilə qarşı-qarşıya olduğumuz bir daha ortaya çıxır. Prostat vəzinin ifraz etdiyi maye, ifraz olunduğu kişi bədənini deyil, heç görmədiyi qadının bədən quruluşunu çox müfəssəl tanıyır. Qadın uşaqlığının və uşaqlıq borularının yığılmasının spermatozoidin hərəkətinə kömək edəcəyini əvvəlcədən bilir, olduqca "uzaqgörən" davranışla bu yığılma hərəkətini təmin edəcək kimyəvi bir maddəni (prostaqlandin) tərkibinə əlavə edir. Belə bir əməliyyatı hər hansı kimyagərdən istədiyimizi düşünək; belə olan halda, bəhs etdiyimiz insan nə cür əməliyyatlar yerinə yetirər?

Əvvəlcə spermatozoidi tədqiq edər, quruluşunu, mayalanmanın baş verməsi üçün nələrə, necə bir mühitə ehtiyac duyacağını və sairəni araşdırar. Sonra qadın bədənini, hormonlarını, yumurta hüceyrəsini, yumurta hüceyrəsini uşaqlığa daşıyan uşaqlıq borularından, uşaqlığı, uşaqlığın toxumasını, yığılma təmin etmək üçün sinir sistemini və daha bir çox təfsilatı öyrənməyə çalışar. Daha sonra bunlara təsir edəcək maddəni illərlə davam edən təhsili və təcrübəsi ilə birləşdirərək tapar, bu maddəni gedib alması, hansı nisbətdə birləşdirəcəyini sınaq yolu ilə və kitablardan araşdıraraq tapması lazımdır. Şüur sahibi insan təkcə belə intensiv və zaman tələb edən fəaliyyət ilə bunu bəlkə qismən bacara bilər.

Halbuki bu əmələgətirmə prosesini icra edənlər təhsil almış, illərlə bu mövzu üzərində çalışıb mütəxəssisləşmiş bir kimyagər deyil, şüursuz atomlardan və molekullardan əmələ gələn hüceyrələr, toxumalar, orqanlardır. Əlbəttə ki, bu hüceyrə qruplarının bir kimyagərdən olduqca üstün ağla və məlumata sahib olduğunu iddia etmək və bütün bunları öz iradələri ilə etdiklərini söyləmək qeyri-mümkündür.

Şübhəsiz ki, kişi reproduktiv sistemində ifraz olunan və qadın reproduktiv sistemini istiqamətləndirəcək şəkildə dizayn olunmuş bu maye də, onu əmələ gətirən hüceyrələr, toxumalar və orqanlar da Allahın yaratmasının açıq-aydın dəlilidir.

Şübhəsiz ki, bütün bu bir-birinə bağlı sistemlərin təsadüflərin əsəri ola bilməyəcəyi açıqca ortadadır. Ağıl və vicdan sahibi bir insan, gəlib-keçmiş milyardlarla insanın hər birinin bədənində tam surətdə gerçəkləşən bu möcüzəvi hadisələrin üstün ağıl və sonsuz qüdrət sahibinin əsəri olduğunu dərhal anlayar. Həmçinin təkcə bu sonsuz ağlın və qüdrətin sahibi olan Allaha ibadət edər.

Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir. (Nisa surəsi, 1)

Qarışıq Tərkibli Maye: Sperma

sperm_4

Yanda meni sıvısı içinde hareket halindeki spermler görülüyor. Meni, çeşitli bezlerden salgılanan sıvıların oluşturduğu bir karışımdır. Bilinenin aksine bu karmaşık sıvıyı oluşturan parçalardan yalnızca spermler dölleme özelliğine sahiptir. Çok yakın bir dönemde keşfedilen bu bilimsel gerçek 1400 yıl önce Kuran'da haber verilmiştir.

Spermatozoidlərin yola çıxmasıyla birlikdə ardıcıllıqla prostat vəzindən ifraz olunan maye və dərhal sonra toxum kisəciklərindən gələn maye spermatozoidə qarışar və spermanı əmələ gətirərək, birlikdə ana bədəninə doğru getməyə başlayarlar. Bu mayelərin (bir qədər əvvəl də təfsilatlı şəkildə bəhs etdiyimiz kimi) spermatozoidlərin ehtiyac duyduğu enerji tələbatını ödəyəcək qidaları özlərində saxlamaq, əsas xüsusiyyəti ilə uşaqlığın girişindəki turşuları neytrallaşdırmaq, spermatozoidlərin daha rahat hərəkət edəcəyi mühiti təmin etmək kimi vəzifələri var.

Mayalanma əməliyyatı üçün kişi bədənindən atılan bütün bu mayelər "sperma (semen)" adlandırılır. Sperma, 10% qədər toxumçıxarıcı kanallardan, 60% qədər toxum kisəciklərindən, 30% qədər prostat vəzindən gələn maye və spermatozoidlərdən ibarətdir. Həmçinin tərkibində kiçik miqdarda başqa ifrazat vəzlərindən gələn mayeləri də saxlayır.(8) Yəni sperma adlandırdığımız maye, fruktoza, fosforilxolin, erqotionein, askorbin turşusu, flavinlər, prostaqlandinlər, limon turşusu, xolesterin, fosfolipidlər, fibrinoliz, sink, fosfataza turşu, fosfat, hialuronidaza və spermatozoidlər kimi qarışıq maddələrdən ibarət bir mayedir. Məhz burada qarşımıza Allahın Quranda bildirdiyi bir möcüzə çıxır.(9)

Allah Qurandakı bir çox ayədə insanın yaradılışına diqqət çəkmiş və bu mövzunun üzərində düşünülməsini əmr etmişdir. Quran ayələri üzərində tədqiqat aparan elm adamları insanın yaradılışı barəsində məlumatlar verən ayələrdə bir çox Quran möcüzəsinin mövcud olduğunu görmüşlər. Məsələn, spermanın müəyyən qarışıqdan ibarət olduğu müasir elmin texnoloji imkanlarıyla aparılan tədqiqatlar nəticəsində kəşf edilmişdir. Lakin əslində bu məlumat bundan 1400 il əvvəl Quranda xəbər verilmişdir. Sperma Quranda, "qarışıq" maye kimi təsvir edilir:

Şübhəsiz ki, Biz insanı qarışıq bir damla sudan yaratdıq. Biz onu imtahana çəkirik. Bundan ötrü onu eşidən və görən etdik. (İnsan surəsi, 2)

Bu qarışıq mayedəki maddələrdən təkcə spermatozoidlərin mayalandırma xüsusiyyəti var. Bir çox insan, spermanın bütövlükdə mayalandırma xüsusiyyəti olduğunu zənn edər. Halbuki təkcə spermanın kiçik hissəsi olan spermatozoidlər mayalandırma xüsusiyyətinə malikdir. Yəni insan, bütün sperma mayesindən deyil, əksinə çox kiçik hissəsindən (spermatozoiddən) əmələ gələr.

Cinsi əlaqə vaxtı kişidən sperma ilə birlikdə bir dəfədə orta hesabla 250-300 milyona yaxın spermatozoid atılar. Lakin milyonlarla spermatozoiddən yalnız minə yaxını yumurta hüceyrəsinə çatmağı bacarar. Bu min spermatozoiddən də təkcə birini yumurta hüceyrəsi qəbul edəcək. Yəni insan bütün spermadan deyil, ondan kiçik hissədir. Dövrümüzdə bir çox insanın bilmədiyi və ya yanlış məlumat sahibi olduğu bu mövzu, bundan 1400 il əvvəl Quranda bildirilmişdir. Quranda bu həqiqət belə açıqlanmışdır:

İnsan, “öz başına və məsuliyyətsiz” qoyulacağını güman edir? Məgər o, tökülən bir damla su deyildi? (Qiyamət surəsi, 36-37)

Digər bir ayədə isə, yenə spermanın qarışıq olduğuna işarə edilərkən, insanın da bu qarışığın "əsas maddəsindən" yaradıldığı belə vurğulanır:

Belə ki, O, yaratdığı hər şeyi ən gözəl yaradan, insanı yaratmağa palçıqdan başlayandır. Sonra onun nəslini saf, birbaşa sudan yaratmışdır. (Səcdə surəsi, 7-8)

Bu ayənin ərəbcə tərcüməsi araşdırıldığı zaman, bir Quran möcüzəsi ilə qarşı-qarşıya olduğumuz daha da açıq şəkildə aydın olur. Ayədə işlənən və Azərbaycan dilinə tərcüməsində "saf" olaraq çevrilən Ərəbcə "sulala" sözü, "saf və ya bir şeyin ən yaxşı qismi" deməkdir. Bu söz hansı şəkildə alınırsa-alınsın "bir bütünün bir qismi" mənasını verər. Bu vəziyyət Quranın insanı belə təfsilatlı sistemlərlə yaratmış olan Allahın sözü olduğunu açıqca göstərir.

Son Hazırlıqlar Tamamlanır...

A. Baş
1. Akrozom
2. Çekirdek
3. Hücre Zarı
B. Boyun
4. Sentrioller
C. Mitokondriyal Kılıf
5. Mitokondri
D. Kuyruk
6. Lifli Kılıf
7. Spermin Kuyruğundaki Lifler, Silyada Olduğu Gibi 9+2 Mikrotübül Içerir
E. Son Parçası
8. Hücre Zarı

 

 

Spermlerin her bölümünün farklı görevleri vardır. Spermin kuyruğu olmasa hareket edemez, orta kısmındaki mitokondriler olmasa enerji üretemez, hareketsiz kalır. Spermin baş bölümündeki akrozom denen kısım olmasa, bazı enzimler eksik olacağı için sperm yumurta hücresini delip döllenmeyi gerçekleştiremez. Dolayısıyla spermin tesadüflerle zaman içinde aşama aşama oluşması imkansızdır. Spermdeki mükemmel tasarım Allah'a aittir.

sperm

Spermadakı mayelərlə dəstəklənən spermatozoidin ümumi quruluşu artıq nəzərəçarpan vəziyyətə gəlmişdir. Baş, boyun, orta hissə, quyruq və son hissədən ibarət olan spermatozoidin hər hissəsinin ayrı vəzifəsi var.

Spermatozoidin nüvəsi kimi xarakterizə edilən baş hissəsi 5 mikrondan daha böyük deyil (1 mikron metrin milyonda bir hissəsidir). İnsan bədəni ilə əlaqədar olan və bir hüceyrəni bir insana çevirən bütün məlumat bu 5 mikron böyüklüyündəki hissənin içinə sığdırılıb. Spermatozoidin başında 23 xromosomdan ibarət olan bu genetik məlumat paketi yumurta hüceyrəsinə qədər daşınar. Yəni bir insanın bədənindəki bütün orqanların necə işləyəcəyinin, yerlərinin hara olacağının, hansı dövrdə hansı hüceyrənin yaranmağa və müxtəlifləşməyə başlayacağının, bir sözlə, bir insanın necə əmələ gətiriləcəyinin məlumatı mikroskopik spermatozoid hüceyrəsinin nüvəsinə ən qoruyucu olacaq şəkildə yerləşdirilmişdir.

Spermatozoidin baş hissəsində genetik məlumatla yanaşı, başqa xüsusi strukturlar da var. Məsələn, ən xarici təbəqədə yerləşən "akrosom" adlandırılan qoruyucu hissədə spermatozoidin, səfərin son və ən mühüm mərhələsində istifadə edəcəyi köməkçiləri yerləşir. Bunlar toxumaların parçalanmasını təmin edən fermentlərdir. Spermatozoid, mayalanma zamanı bu fermentlərdən istifadə edərək yumurtanı deşməyə və içəri girməyə nail olacaq(10) (baxın: “spermatozoidlə yumurta hüceyrəsinin görüşü baş tutur” hissəsi).

Spermatozoidin ikinci mühüm hissəsi isə, maye mühitlərdə daha asan üzməsini təmin edən quyruğudur. Spermatozoidin quyruğu hərəkətinin istiqamətini müəyyən edir və yumurta hüceyrəsinə çatmasına kömək edir. Bəs bu quyruq, dayanmadan etdiyi qamçı hərəkəti üçün lazımi enerjini necə təmin edir? Spermatozoidin enerji ehtiyacı da mükəmməl şəkildə ödənilmişdir. Spermatozoidin orta hissəsi, səfəri ərzində ona enerji təmin edəcək yanacaq qutusudur. Yumurta hüceyrəsinə çatana qədər qət edəcəyi uzun səfəri vaxtı, ehtiyacı olan enerjini, bu hissədə yerləşən mitoxondrilər təmin edər. Spermatozoidin boyun hissəsindəki enerji paketləri mitoxondrilər tərəfindən istifadə edilərək ATF enerjisi istehsal edilir və spermatozoidin asanlıqla hərəkət etməsi təmin edilir.(11)

Göründüyü kimi, spermatozoidin quruluşunda hər cəhətdən mükəmməl dizayn var. Spermatozoidin quyruğu olmasa hərəkət edə bilməyəcək, orta hissəsindəki mitoxondrilər olmasa enerji istehsal edə bilməyəcək və yenə hərəkətsiz qalacaq. Spermatozoidin baş hissəsi tam şəkildə əmələ gəlsə, lakin təkcə akrosom adlanan hissə mövcud olmasa, lazımi fermentlər olmadığı üçün spermatozoidin yumurta hüceyrəsinə çatmasının mənası qalmayacaq, çünki spermatozoid yumurta hüceyrəsini deşib mayalanmanı həyata keçirə bilməyəcək.

Dolayısilə spermatozoid bütün bu xüsusiyyətlərini, təkamül nəzəriyyəsinin iddia etdiyi kimi müəyyən zaman ərzində, yavaş-yavaş qazanmış ola bilməz. Dünyada ilk insanın yaranmasıyla birlikdə spermatozoiddə bütün bu xüsusiyyətlərinin mövcud olması zəruridir. Hər hansı xüsusiyyəti olmayan spermatozoidin mayalanma funksiyasını yerinə yetirməsi mümkün olmadığına görə, təkamülçülərin iddia etdiyi kimi keçmişdə hələ bütün xüsusiyyətlərinə sahib ola bilməmiş spermatozoidlər mövcud olsaydı, insan nəsli çoxala bilmədən yer üzündən silinərdi. Bu vəziyyət spermatozoidin bir anda tam və mükəmməl quruluşuyla əmələ gəldiyini, yəni yaradıldığını göstərir. Spermatozoiddəki mükəmməl dizayn hər şeyin Yaradıcısı olan Allaha məxsusdur.

sperm

Sperm Başları Koruyucu Zırhla Kaplanıyor

Yukarıdaki illüstrasyonlarda sperm başlarının zırhla kaplanması görülüyor. Spermin baş kısmında sperm çekirdeği ve çeşitli parçalayıcı enzimler vardır. Uzun bir yolculuk boyunca taşınacak olan bu değerli yükü tehlikelerden korumak için spermin baş tarafı bir zırhla kaplanır. (1-2) Kaplama işleminden sonra sperm başları koruyucu kılıfların içine yerleştirilip, kapatılır. (3-4-5-6) Sperm yolculuğuna güven içinde devam edecektir. Çünkü bu özel üretilen kılıfın içinde 5 mikron büyüklüğündeki ve insan vücuduna ait tüm bilgiyi içeren çekirdek ve döllenme sırasında yumurtayı delecek olan parçalayıcı enzimler güvenle korunmaktadır. Bu spermin oluşumundaki aşamalardan yalnızca biridir. Bundan başka spermin motor ve kuyruk kısımları da ayrı ayrı monte edilir. Sonuçta ortaya gerçek bir mühendislik harikası çıkar. İşte bu noktada tekrar düşünmek gerekir; şuursuz hücreler montaj sistemi ile üretim yapmayı nasıl öğrenmişlerdir? Anne vücudundan hiç haberleri olmamasına rağmen, spermleri oraya uygun şekilde hazırlamayı nereden bilirler? Bütün bu soruların tek bir cevabı vardır: Spermler herşeyi yaratan Allah tarafından yaratılmıştır.

Bir-Birləri Üçün Yaradılmış Sistemlər

Spermatozoidlər sperma mayesinin tərkibində kişi bədənindən ayrıldıqları zaman, əslində tam olaraq yumurtanı mayalandıra biləcək vəziyyətdə olmurlar. Kişi bədənindən ayrılana qədər saxlanıldıqları nahiyədəki bəzi ifrazatlardan ötrü spermatozoidlərin hərəkətləri nəzarət altına alınmışdır. Buna görə də, spermatozoidlər, sperma mayesi ilk dəfə bir yerə gəlib qadın bədəninə çatdığı zaman, yumurta hüceyrəsini mayalandırma vəzifəsini yerinə yetirə bilməzlər. Bəs kişinin repdroduktiv (dölyaratma) sistemindən ayrılmış spermatozoidlərin yumurta hüceyrəsini mayalandıra biləcək qabiliyyətə nail olması necə baş verir?

Mayalanma əməliyyatının asanlıqla gerçəkləşməsi üçün, qadın bədənində də bir çox sistem hazırlanmışdır. Bu məqamda spermatozoidlərin köməyinə, qadının reproduktiv üzvləri nahiyəsində ifraz olunan bəzi mayelər yetişir və spermatozoidlərin yumurtanı mayalandırma qabiliyyətini artırmasına kömək edir. Spermatozoidlərin qadın bədəninə çatdıqları zaman, keçirdikləri dəyişikliklərdən bəziləri belə sadalana bilər:

1) Qadının uşaqlıq və uşaqlıq borusunda ifraz olunan mayelər, kişi reproduyktiv (dölyaratma) kanalındakı spermatozoidlərin hərəkətlərini azaldıcı faktorları yox edən kimyəvi xüsusiyyətə malikdir. Beləliklə də, qadın reproduktiv kanalına çatan spermatozoidlərin hərəkətliliyində artım müşahidə olunur.

2) Spermatozoidlər kişi bədənində yerləşdikləri xayalarda, toxumçıxarıcı axarlardan gələn yüksək miqdarda xolesterin mövcuddur. Xolesterin həmişə spermatozoidin baş hissəsindəki akrosom nahiyəsinin pərdəsinə (membranına) yerləşər. Bu yolla da akrosom pərdəsi möhkəmlənər və içindəki, yumurta hüceyrəsi pərdəsini dələn fermentlərin vaxtsız çölə çıxmasının qarşısı alınmış olar. Lakin bu xüsusiyyət spermatozoidin yumurta hüceyrəsini mayalandıra bilməsi baxımından mənfi haldır. Buna görə də, qadın bədəninə keçən spermatozoidlər bu mənfi hallardan xilas olmalıdırlar. Necə ki, insanın əmələgəlmə mərhələsindəki milyonlarla təfsilat kimi, bu mövzu üçün də xüsusi bir sistem hazırlanmışdır. Qadın bədəninə keçən spermatozoidlər bir müddət sonra uşaqlıq mayesinə qarışarlar. Həmçinin bu maye, içində spermatozoidlərin də olduğu spermatozoiddəki xolesterin miqdarının azalmasını və spermatozoidin baş hissəsindəki (akrosom) pərdənin zəifləməsini təmin edər. Beləliklə də, spermatozoid yumurta hüceyrəsinə çatdığı zaman akrosomun içindəki fermentlər asanlıqla çölə çıxacaq və yumurta hüceyrəsi pərdəsini deşərək mayalanmanı həyata keçirəcək.

3) Qadın bədəninə keçən spermatozoidlərin baş hissəsindəki pərdənin kalsium ionlarına qarşı keçiriciliyi artar. Spermatozoid hüceyrəsinə kalsiumun böyük miqdarda daxil olmasıyla spermatozoidin hərəkətliliyi də artar. Spermatozoidi hərəkət etdirən qamçı formasındakı quyruq (flagellum) əvvəlki gücsüz dalğalı hərəkətini dəyişdirərək, güclü hərəkətlərə başlayar və beləliklə də, yumurta hüceyrəsinə çatması asanlaşar.(12)

sperm

Şübhəsiz ki, spermatozoidin qadın bədəni ilə bu qədər uyğun və bir-birini tamamlayan şəkildə yaradılmasında, diqqətlə araşdıran və dərin-dərin düşünən insanlar üçün çox mühüm işarələr var. Spermatozoid və qadın bədəni bir-birindən müstəqil şəkildə eyni möcüzəni gerçəkləşdirmək üçün çox böyük şüur və ağıl göstərir. Qadın bədəninə daxil olacaq spermatozoidin kişi bədənində olarkən dəstək verilməli olan bəzi çatışmazlıqları olduğunu bilib, buna görə tədbirlər görür və istehsal prosesləri həyata keçirir. Gözlə belə görünməyəcək qədər kiçik olan bir spermatozoid damlasının hərəkətliliyini artırmaq üçün çox xüsusi mühit hazırlanmışdır. Sanki qadın bədəni spermatozoidin çox uzun səfəri olacağını, bu səfəri başa vurmaq üçün enerjiyə və yolu sürətlə qət edə biləcək hərəkətliliyə ehtiyacı olduğunu bilir. Həmçinin öz yumurta hüceyrəsinin necə bir kimyəvi birləşmə ilə dəlinə biləcəyini biləcək, spermatozoidin bu məsələdə çatışmazlıqları olduğunu təxmin edib, buna xolesterinin səbəb olduğunu müəyyənləşdirəcək, daha sonra isə xolesterini durulaşdıracaq müəyyən istehsal prosesi həyata keçirib yumurta hüceyrəsinin ən asan şəkildə dəlinəcəyi bir mühit yaradacaq. Həmçinin bütün bunları qabiliyyəti sayəsində edəcək!

Yuxarıda xülasə şəklində verdiyimiz nümunələrin, spermatozoidin bədənə daxil olmasından yumurta hüceyrəsini mayalandırması mərhələsinə qədər keçən hadisələrin çox kiçik hissəsi olduğunu xatırlatmaqda fayda var. Çünki bu vaxt baş verənlər, bir-birindən mürəkkəb minlərlə kimyəvi əməliyyat nəticəsində gerçəkləşir, bu əməliyyatlara bir çox zülal, ferment və maye kömək edir. Lakin xüsusilə xatırlatmalıyıq ki, burada bu təfsilatları anlatmaqdakı məqsədimiz elmi məlumatlar vermək deyil, insanın əmələ gəlmə prosesinin təkamülçülərin iddia etdiyi kimi, kortəbii təsadüflər nəticəsində qəti baş verməyəcək qədər mürəkkəb, bir-biriylə uyğun, bir-birindən asılı və dolaşıq sistemlərin mükəmməl işləməsiylə baş verdiyi həqiqətini göz qabağına gətirməkdir. Nəinki bir insanın, spermatozoidi hərəkətə keçirən tək bir fermentin, tək bir molekulun belə təsadüfən əmələ gəlməsi qeyri-mümkündür.

Buraya qədər kişi bədənində əmələ gətirilən spermatozoid hüceyrələrinin qadın bədənindəki kimyəvi maddələrin köməyi ilə necə yumurta hüceyrəsini mayalandıra biləcək qabiliyyət qazandığından bəhs etdik. İndi burada dayanıb düşünək. Belə mürəkkəb bir sistem təkamül nəzəriyyəsinin iddia etdiyi kimi, təsadüflərlə mərhələ-mərhələ yaranmış ola bilərmi? Əlbəttə, belə şey qeyri-mümkündür, lakin biz yenə də belə bir ssenarini sorğu-sual edək.

Kişi bədənində təsadüflər nəticəsində əmələ gəlmiş bir spermatozoid ilk növbədə qadın bədəninə çatdığı zaman, mayalandırma qabiliyyətini qazanmasını təmin edən mayeləri təsadüfən hazır vəziyyətdə tapmışdır? Yoxsa qadın reproduktiv üzvləri nahiyəsinə ilk çatan spermatozoid mayalandırma əməliyyatını həyata keçirə bilmədiyi üçün, qadının reproduktiv hüceyrələri bir qərar alıb lazım olan kimyəvi maddələri əmələ gətirməyə başlamışlar?

Şübhəsiz ki, bu iki variant da ağla və məntiqə zidd olub, gerçəkləşməyəcək ssenarilərdir. Bura qədər verdiyimiz nümunələr tək bir həqiqəti qarşımıza çıxardır. Bütün bu sistemlər, hər şeyin Yaradıcısı olan Allahın sonsuz qüdrətinin və elminin dəlilidir. Allah insan bədəninin dərinliklərində, gözlə görünməyəcək qədər kiçik nöqtələrdə, insan zehninin qavrama potensialını çox keçən möcüzələr yaradır. Bədənlərində gerçəkləşən iman dəlillərinin, insanların öz iradələrindən və məlumatlarından tamam müstəqil olduğuna diqqət çəkir. Həmçinin insanın özü də daxil olmaqla, hər şeyin üzərində tək hakimin Özü olduğunu xatırladır:

Həqiqətən, sənin Rəbbin geniş məğfirət sahibidir. O, sizi torpaqdan yaradanda da, siz analarınızın bətnində rüşeym halında olanda da sizi yaxşı tanıyırdı. O zaman özünüzü təmizə çıxartmayın! O çəkinəni daha yaxşı tanıyandır. (Nəcm surəsi, 32)

 

Qeydlər

3 Guyton&Hall, Tıbbi Fizyoloji, Nobel Tıp Kitabevleri, İstanbul, 1996, 9. baskı, s. 1003

4 Guyton&Hall, Human Physiology and Mechanisms of Disease, 6. baskı, 1997, ABD, s. 649

5 Guyton&Hall, Tıbbi Fizyoloji, Nobel Tıp Kitabevleri, İstanbul, 1996, 9. baskı, s. 1004

6 Guyton&Hall, Tıbbi Fizyoloji, Nobel Tıp Kitabevleri, İstanbul, 1996, 9. baskı, s. 1005

7 Vander, Sherman, Luciano, İnsan Fizyolojisi, Bilimsel ve Teknik Yayınları Çeviri Vakfı, 1994, s. 654

8 Guyton&Hall, Tıbbi Fizyoloji, Nobel Tıp Kitabevleri, İstanbul, 1996, 9. baskı, s. 1006

9 Prof. Dr. Ahmet Noyan, Yaşamda ve Hekimlikte Fizyoloji, Ankara, Mart 1998, 10. baskı, s. 1113

10  Guyton&Hall, Tıbbi Fizyoloji, Nobel Tıp Kitabevleri, İstanbul, 1996, 9. baskı, s. 1005

11 Guyton&Hall, Human Physiology and Mechanisms of Disease, 6. baskı, 1997, ABD, s. 12; Gerard J. Tortora, Introduction to the Human Body The Essentials of Anatomy and Physiology, Biological Science Textbooks, 1997, s. 527

12 Guyton&Hall, Tıbbi Fizyoloji, Nobel Tıp Kitabevleri, İstanbul, 1996, 9. baskı, s. 1007

3 / total 9
"Harun Yəhyanın İnsanın Yaradılış Möcüzəsi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top