Hüceyrǝdǝki Şüur
Hüceyrədəki Şüur (01-10)Darvinizmə Inanmaq Ağıldan və Məntiqdən Imtina EtməkdirOrqanizmimizdəki bütün hüceyrələr bölünərək çoxalır. Bölünmə əsnasında hüceyrə nüvəsindəki DNT-nin də surəti çıxarılmalıdır. Bu əməliyyat isə, insanı heyrətləndirəcək qədər mükəmməl təşkilatlanma, nizam-intizam içində reallaşar. İçində 3 milyard hərfdən ibarət olan bir məlumat bankının olduğu DNT molekulu, spiral formalı bir nərdivana bənzəyir. Surət çıxartma əməliyyatı başladıqda əvvəlcə "DNT helikaz" adlı ferment hadisə yerinə gələr və DNT-nin spiral formasını qıfılı açar kimi açmağa başlayar. Bunun nəticəsində DNT-nin spiral formasında bir-birinə dolanmış qolları ayrılar. "DNT helikaz" həmişə tam vaxtında öz vəzifəsini yerinə yetirməyə başlayar və vəzifəsini mükəmməl, xətasız şəkildə, ən kiçik bir səhvliyə yol vermədən və DNT-yə heç bir zərər vermədən yerinə yetirər. İndi növbə "DNT polimeraza" fermentindədir. Bu fermentin vəzifəsi isə, DNT-nin iki hissəyə ayrılan qollarını, ikinci bir qolla tamamlamaqdır. Bunun üçün DNT-nin bir qolunu meydana gətirən hər məlumatın qarşısına uyğun məlumatı tapıb gətirər. Diqqət yetirin! Atomlardan meydana gəlmiş, heç bir biliyi, şüuru və ağlı olması gözlənilməyən bir ferment, DNT-nin yarımçıq qolunu tamamlamaq üçün lazımi məlumatları müəyyənləşdirir, onları daha sonra hüceyrə içindəki əlaqədar yerlərdən əldə edərək yerlərinə yerləşdirir. Bu əməliyyat əsnasında ən kiçik bir səhvə yol vermir, 3 milyard hərfi ən doğru şəkildə ayrı-ayrılıqda müəyyənləşdirərək tamamlayır. Eyni vaxtda başqa bir polimeraza fermenti də, DNT-nin digər yarısını bənzər şəkildə tamamlayır. Bütün bunlar olub bitərkən, DNT sprilalının ayrılan iki hissəsinin bir-birinə dolanmaması üçün "spiral-sabitləşdirən” fermentlər DNT-ni uc hissələrindən tutub saxlayar.
Görüldüyü kimi, DNT-nin surətinin çıxarılması vaxtı, bir çox ferment, hərbi nizam-intizam içində, bilik və ağıldan istifadəni tələb edən əməliyyatlar yerinə yetirər. Sizin əlinizə 3 milyard hərfdən ibarət bir mətn verilsə və bunun surətini çıxarmağınız tələb olunsa, bu əməliyyatı tək bir səhvə yol vermədən tamamlamağınız mümkün olmazdı. Mütləq bir yerdə bir səhv edər, sətir və ya heç olmasa hərf səhvinə yol verərdiniz. Ancaq, bu fermentlər belə bir səhvə yol vermədən əməliyyatlarını tamamlayarlar. Darvinistlər isə, bütün bu fermentlərin, DNT-dəki milyardlarla hərfdən ibarət olan məlumatın, DNT-nin surətinin çıxarılması əməliyyatının, bu mükəmməl proseslərin təsadüfən baş verdiyini iddia edərlər. Təkamülçülərin belə inanılması qeyri-mümkün bir fərziyyəyə inanmaları, üzərində dayanılmalı olan böyük hadisə, hətta bir möcüzədir. Təkamülçülərin bu qədər məntiqsiz iddialara kor-koranə inanmalarının tək səbəbi, materializmə olan bağlılıqları və Allahın varlığını inkar etmə mövzusundakı qətiyyətləridir.
2. Orqanizminizdə 20 Dəqiqədə Bir Milyon Səhifəlik Məlumatı Köçürmə Qabiliyyətinə Sahib Bir Maşın Olduğunu Bilirdinizmi?Məlum olduğu kimi hüceyrələr bölünərək çoxalırlar. Bu bölünmə əsnasında, hüceyrənin nüvəsində yerləşən DNT-nin də yeni hüceyrə üçün bir surəti çıxarılmalıdır. Bu əməliyyat əsnasında üzərində düşünülməli olan olduqca təəccüblü bir hadisə baş verər. DNT, 3 milyard hərfdən ibarət olan, canlı ilə əlaqədar bütün məlumatları özündə saxlayan böyük məlumat bankıdır. DNT-dəki məlumatları yazıya köçürsək, ümumilikdə 1 milyon səhifədən ibarət olan təxminən 1000 cildlik bir ensiklopediya seriyası əldə edərik. Elə isə, DNT-nin surətinin çıxarılması, 1 milyon səhifəlik yazının və ya digər bir sözlə, 1000 cildlik ensiklopediyanın surətinin çıxarılmasıyla eyni şeydir. Bəs bu əməliyyatın nə qədər davam etdiyini bilirsinizmi? 20-80 dəqiqə arasında. Diqqət yetirin, bu, 1 milyon səhifəlik yazının 20-80 dəqiqə arasında, heç bir səhv və əskiklik olmadan surətinin çıxarılması. Bu gün məlum olan heç bir nüsxə çıxardan maşını və ya texnologiya məhsulu, bu qədər qısa müddətdə bu qədər səhvsiz və nöqsansız surət çıxartma əməliyyatını həyata keçirə bilmir. Eləcə də, DNT-dəki məlumatların surətini çıxardan şeyin texnoloji alətlər deyil, gözlə də görə bilmədiyimiz hüceyrələrimiz olduğuna diqqət yetirin. İndi düşünək: Hər hüceyrə bölündükdə DNT-nin bir surətinin çıxarılmalı olduğunu düşünən, DNT-nin ən sürətli və ən mükəmməl şəkildə surətinin çıxarılması əməliyyatını icra edən, xətalı əməliyyatların dərhal düzəldilməsi üçün görünməmiş təşkilatlanma həyata keçirən güc, ağıl, iradə və elm kimə aiddir?
Belə mürəkkəb, mükəmməl və xətasız bir nizamın təsadüfən meydana gəldiyini söyləmək mütləq ağılsızlıq və məntiqsizlikdir. Kainatdakı bütün atomları və lazımi bütün şərtləri bir yerə toplasanız da, DNT-nin surətinin çıxarılması əməliyyatını həyata keçirən sistemi təsadüfən meydana gətirə bilməzsiniz. Çox aydındır ki, bu qədər mükəmməl bir sistemi yaradan və milyonlarla ildir ki, yaratmağa davam edən sonsuz elm, ağıl və güc sahibi olan Allahdır. Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah hər şeyi əhatə edir. (Nisa surəsi, 126) 3. DNT-nin Mükəmməlliyi Təkamül Nəzəriyyəsini Yalanlayır
İnsanın tək bir DNT molekulunda bir milyon ensiklopediya səhifəsini dolduracaq məlumat var. Bütün bu məlumatlar çox mühüm ardıcıllığa malikdir. İndi düşünün, milyonlarla hərfi qeyri-ixtiyari şəkildə yola səpsək, səpilən bu hərflərin hamısı bir məqalə halına gəlsə, sonra bu milyonlarla hərf qəzet səhifəsindəki yazılar kimi yazılar meydana gətirsə, bunun kortəbii bir təsadüf əsəri olduğunu söyləmək mümkün olarmı? Darvinist anlayışa görə bu fövqəladə hadisənin təsadüfən baş verməsi mümkündür. Darvinizm bütün dünya millətlərinə lağ edən, onları sanki uşaq aldadırmış kimi aldatdığını zənn edən bir ideologiyadır. Təsadüfün ilahi ağıl kimi təqdim edildiyi bu düşüncədə, təsadüf dünyadakı bütün insanların ağlından daha böyük ağla sahib böyük dahilik kimi göstərilir. Təkamülçülərə görə minlərlə ildir ki, gəlib keçmiş nə qədər insan varsa, hamısının beynini, ağlını, düşünmə qabiliyyətini, mühakiməsini, yaddaş gücünü, daha yüzlərlə və minlərlə maddi-mənəvi xüsusiyyətini formalaşdıran "təsadüf" adlı bu "dahiliy"in təkcə zamana ehtiyacı var. Əgər təsadüfə maddə və zaman verilsə insanları, qarışqaları, atları, zürafələri, tovuz quşlarını, kəpənəkləri, ənciri, zeytunu, portağalı, şaftalını, narı, qarpızı, qovunu, pomidoru, bananı, laləni, bənövşəni, çiyələyi, səhləbi, itburnunu və ağlınıza gələn bütün şeyləri yüzlərlə, minlərlə heyvanı, bitkini və hər cür canlını yarada biləcək gücə malikdir. Əlbəttə ki, bu iddiaların hamısı cəfəngiyatdır. Hər şeyin Yaradıcısı Allahdır.
4. Hüceyrə Formalarındakı Dizayn Təkamül Nəzəriyyəsinin Əsassızlığını Sübut Etmək Üçün Kafi Bir Dəlildir
Orqanizminizdəki təxminən 200 fərqli tipdəki hüceyrə, yalnız bir neçə cəhətdən bir-birlərindən fərqlənir. Bu fərqlərin ən mühümlərindən biri də formalarıdır. Sinir hüceyrələri, əzələ hüceyrələri, qan hüceyrələri və s. Bunların hamısı təməldə eyni mexanizmlərə sahib olmalarına baxmayaraq, formalarındakı mükəmməl dizayn sayəsində vəzifə yerinə yetirdikləri yerdə ən böyük səmərəni götürəcək şəkildə fəaliyyət göstərərlər. Müxtəlif formalara sahib hüceyrələrdən iki nümunə sinir və qan hüceyrələridir. Sinir hüceyrələrinin onurğa iliyindən ayağa qədər uzanan təxminən 1 metrlik çıxıntıları var. Bu sayədə siqnallar bir hüceyrədən digərinə keçərək heç bir vaxt itkisi olmadan tək bir xətt üzərindən sürətlə gedəcəkləri yerə çatarlar. Qan hüceyrələri isə, sinir hüceyrələrinin əksinə olaraq, yalnız 7 mikrometr uzunluğundadırlar. Belə kiçik bir ölçüyə sahib olmaları, onların mikroskopik ölçüdəki kapilyar damarlarda ilişib qalmadan keçə bilmələrini təmin edər. Həmçinin kiçik bir diski xatırladan bu hüceyrələrin hər iki üzünün də batıq olması onların oksigen-karbon alış-verişi üçün maksimum sahəyə sahib olmalarını təmin edər. Bu hüceyrələrin milyonlarlasının hər mm3 qanda olduğunu düşünsəniz, qaz alış-verişinin edildiyi səth sahəsinin böyüklüyünü təxmin etmək heç də çətin olmaz. Göz və qulaqlarınızdakı hüceyrələr də formaları etibarilə xüsusiləşiblər. Daxili qulaqdakı ilbizdə kiçik kirpiklərdən ibarət hüceyrələr var. Bunlar səs dalğalarının təsiriylə titrəyər və qulağın içindəki mayenin dalğalanma təzyiqini sinir xəbərdarlığına çevirən bir vəzifəni yerinə yetirərlər. Gözdəki işığa həssas torlu qişa hüceyrələri də vəzifələrini ən yaxşı şəkildə yerinə yetirə biləcək şəkildə dizayn ediliblər. Torlu qişadakı kolbacıqlarda işığa həssas piqmentlər və sinir əlaqəsini daşıyan çox sayda membran var. Bu nizam hər bir kolbacığa işığa qarşı yüksək həssaslıq qazandırar. Nazik bağırsaqda da vəzifəsinə uyğun formaya sahib, qidaları əmən hüceyrələr var. Hər hüceyrənin üst hissəsi mikroxovcuq adlanan mikro ölçüyə malik yüzlərlə kirpiklə örtülmüşdür. Bu kirpiklərin üzərindəki daşıyıcı molekullar qidalardakı yararlı hissələri qəbul edib, yararsızları qəbul etməzlər. Beləliklə də, qidaların həzm prosesinin bir mərhələsi daha baş verər. İnsanın bütün hüceyrələrinin tək bir hüceyrənin bölünərək çoxalmasından meydana gəldiyi unudulmamalıdır. Hüceyrələrin fəaliyyətləri üçün ən uyğun formanı özləri seçdikdən sonra, hələ orqanizm meydana gələrkən bu formaya ahib olduqlarını düşünmək tamamilə məntiqsizlikdir. Bütün bunlar bizə hüceyrələri, funksiyalarını ən səmərəli meydana gətirə biləcəkləri şəkildə, sonsuz ağıl sahibi Allahın yaratdığını açıq şəkildə göstərir.
5. Hüceyrələr Bir-Birlərini Necə Tanıyır?Hamımız yuxarı sinif və ya universitet illərində insanın yaranması barədə məlumatlar öyrənmişik. Bu məlumatlara görə, əvvəlcə bir ət parçası halındakı rüşeym vaxt keçdikcə müəyyən forma qazanır, hüceyrələrin bir hissəsi qolları, bir hissəsi daxili orqanları, bir hissəsi isə gözləri meydana gətirmək üçün bölünürlər. Hər bir hüceyrə gedəcəyi yeri, hansı orqanı meydana gətirəcəyini, nə qədər çoxalacağını, nə vaxt dayanacağını bilir. Lakin aşağıdakı qeyd olunanlar, bizə rüşeymin forma qazanması əsnasında başqa bir heyrətamiz məlumatı verir: Bir rüşeymin müxtəlif orqanlarına aid hüceyrələri (mühitdəki kalsium miqdarını azaldaraq) ayırsaq, daha sonra müxtəlif orqanlara aid bu hüceyrələri əlverişli mühitdə yaxşı şəkildə qarışdırsaq, bu hüceyrələr təkrar bir-birləri ilə təmas etdiklərində eyni orqana aid hüceyrələr bir-birlərini tanıyarlar və hər orqana aid hüceyrələr ayrı qruplar meydana gətirərlər. (Prof. Dr. Ahmet Noyan, Yaşamda ve Hekimlikte Fizyoloji, Meteksan Nəşriyyat, Ankara, 1998, 10-cu nəşr, səh. 40) Yəni hüceyrələri əvvəlcə bir-birindən ayırıb, sonra yenidən birləşdirsək, eyni orqanı meydana gətirəcək hüceyrələr bir-birlərini tanıyacaq və yenidən birləşəcəklər. Bəs beynə, sinir sisteminə, gözə, qulağa sahib olmayan bu hüceyrələr bir-birlərini necə tanıyırlar? Müxtəlif molekulların birləşməsi nəticəsində yaranan bu ağıl, şüur sahibi olmayan varlıqlar digər hüceyrələr arasından öz növündən olan hüceyrəni necə seçirlər? Sonradan birləşib bir orqanı meydana gətirəcəklərini haradan bilirlər? Şüursuz molekulların göstərdikləri böyük şüurun mənbəyi nədir?… Bu şüurun mənbəyi bütün kainatı yoxdan yaradan, aləmlərin Rəbbi olan Allahdır.
6. Allahın Varlıq Dəlillərindən Danışaraq Insanları Dinsiz Fəlsəfələrin Bataqlığından Xilas Edə BilərsinizDarvinistlərin iddiasına görə bütün canlılar nəzarətsiz təsadüflər nəticəsində meydana gəlmişdirlər. Ancaq orqanizmimizdəki minlərlə mürəkkəb sistem bu təsadüf sözünü yalanlayır. Bunlardan biri, tək vəzifəsi hüceyrəni hərəkət etdirmək olan kirpiklərin quruluşundakı minlərlə təfərrüatdır. Bəzi hüceyrələr kirpiklərə bənzəyən vasitə ilə hərəkət edərlər. Məsələn, tənəffüs yollarındakı sabit hüceyrələrin hər biri yüz kipriyə malikdir. Kirpiklər eynilə avarçəkənlər kimi eyni anda hərəkət edərək, hüceyrənin irəliləməsini təmin edərlər. ◉ Bir kirpik uzunasına kəsildikdə, bunun doqquz ayrı çubuq (mikroborucuq) formalı strukturdan meydana gəldiyi görülər. ◉ Mikroborucuq adlandırılan bu çubuqlar bir-birinə keçmiş iki ayrı halqadan meydana gələrlər. ◉ Bu halqaların biri on üç, digəri on ayrı teldən ibarətdir. ◉ Mikroborucuqlar tubulin adlı zülallardan meydana gəlirlər. ◉ Mikroborucuqda, "dinein" adlı zülala malik xarici qol və daxili qol adlanan iki çıxıntı var. Dinein zülalının vəzifəsi hüceyrələr arasında mühərrik funksiyası yerinə yetirmək və mexaniki güc yaratmaqdır. ◉ Tubulin zülalını meydana gətirən molekullar, sanki bir kərpic kimi düzülüb, hüceyrədə silindr formasında nizam meydana gətirərlər. Ancaq tubulin molekullarının düzülüşü kərpiclərdən olduqca mürəkkəbdir. ◉ Kirpiklərin ortasında iki mikroborucuq daha var. Bunlar özlüyündə yaranar və on üç tubulin zolağından meydana gələrlər. ◉ Hər bir tubulinin üst tərəfində on ədəd qısa çıxıntı, alt tərəfində isə, on ədəd girinti var. Bu girinti və çıxıntılar bir-birinin içinə keçə biləcək şəkildə yaradılıblar. Beləliklə də, çox möhkəm quruluş meydana gətirərlər. Çox xüsusi bir dizayna sahib bu girinti və çıxıntılardakı ən kiçik pozuqluq hüceyrənin quruluşuna zərər verəcək. Yuxarıda çox qısa şəkildə və sadə sözlərlə yekunlaşdırdığımız bu hissəciklər tək bir kipriyi meydana gətirir və tək hədəfləri orqanizminizdəki trilyonlarla hüceyrədən birini hərəkət etdirməkdir. Bu günə qədər yaşamış və hələ də yaşayan bütün insanların tənəffüs hüceyrələrinin hər birində belə təfərrüatlı bir sistem var. Üstəlik, bu mürəkkəb və bir çox hissədən ibarət olan sistem, gözlə görə bilməyəcəyimiz qədər kiçik hüceyrənin içindəki bir kipriyin daha da kiçik bünövrələridir. Belə bir müqayisə aparmaqla nə qədər kiçik bir yerdən bəhs edildiyini daha yaxşı anlaya bilərsiniz: yuxarıda qeyd olunan təfərrüatların tək bir saç telinə sığışdırılması insanın qavramayacağı qədər mürəkkəb bir əməliyyat olardı. Ancaq qeyd olunanlar tək bir saç teli ilə müqayisə edilə bilməyəcək qədər kiçik strukturlardır. Allah bizim gözlə görə bilməyəcəyimiz qədər kiçik bir yerə, olduqca sistemli və mürəkkəb bir mexanizm yerləşdirmişdir. Təsadüflərin bir hüceyrəni hərəkət etdirməyi düşünüb, belə bir sistemi yaratmaları və bu qədər kiçik bir yerə sığışdırmaları qeyri-mümkündür.
7. Orqanizmimizdəki Neftayırma Zavodu
Oturduğunuz yerdən qalxıb yeriməyiniz, ayaq üstə dayanmağınız, nəfəs almağınız, gözlərinizi yumub-açmağınız, bir sözlə, həyatda olmağınız üçün lazım olan enerji, hüceyrələrinizdəki mitoxondri adlı stansiyalarda istehsal olunar. Buradakı stansiya bənzətməsinin şişirdilmiş olmadığı mitoxondridə baş verən əməliyyatlar araşdırıldığında açıq şəkildə görüləcək. Hüceyrədə enerji istehsalında baş rolu oksigen oynayar. Oksigenin bir çox köməkçisi var. Enerji istehsalının demək olar ki, hər mərhələsində bir çox fərqli ferment fəaliyyətə keçər. Bir mərhələdə vəzifəsini tamamlayan fermentlər olduqca şüurlu hərəkətlə, növbəti mərhələdə yerlərini başqalarına təhvil verərlər. Beləliklə də, onlarla ara əməliyyat, bu əməliyyatlarda fəaliyyətə keçən yüzlərlə fərqli ferment və saysız kimyəvi reaksiya sayəsində qidalarda toplanan enerji hüceyrənin işinə yarayacaq hala gətirilər. Bu ferment dəyişiklikləri əsnasında heç bir qarışıqlıq yaşanmaz, ardıcıllıqda heç bir dəyişiklik olmaz; bütün işçilər çox intizamlı qrup halında işlərini davam etdirərlər. Bu halıyla millimetrin 100-də bir hissəsi böyüklüyündəki hüceyrələrimizin içindəki "enerji stansiyası"nın, bir neftayırma zavodundan və ya bir hidroelektrik stansiyasından daha mürəkkəb olduğunu söyləyə bilərik. Bir neftayırma zavodu, neftin nə olduğunu bilən, xam nefti laboratoriya şərtlərində analiz etmiş və bu texniki məlumatlar əsasında hərəkət edən mühəndislər tərəfindən inşa edilər və işlədilər. Neftin nə olduğunu bilməyən insanların bir neftayırma zavodu inşa edə biləcəklərini düşünməksə qeyri-mümkündür. Neft istehsalından olduqca mürəkkəb olan canlı hüceyrəsindəki enerji istehsalı da eynilə bilik tələb edir. Amma bir hüceyrənin öyrənmə qabiliyyətinin olduğunu iddia etmək, əlbəttə ki, gülüncdür. O zaman belə bir istehsalı hüceyrə necə həyata keçirir? Sözün düzü, heç bir hüceyrə bioloji bir funksiyanı, sözün əsl mənasında "öyrənmə" imkanına sahib deyil. Əgər hüceyrə ilk yarandığı anda belə bir funksiyanı yerinə yetirə bilmirsə, daha sonra bunu bacara biləcək qabilliyəti əldə etmək şansı yoxdur. Çünki enerji istehsalında baş rol oynayan "oksigen"in hüceyrə üzərində korlayıcı təsiri var. Hüceyrə bu xüsusiyyətlərlə birlikdə yaranmaq məcburiyyətindədir. Bu vəziyyət, hüceyrələrin təsadüfən yaranmış ola bilməyəcəklərinin, Uca Allahın onları bir anda yaratdığının dəlillərindən təkcə biridir. Allah millimetrin 100-də bir hissəsi qədər kiçik bir yerə sığdırdığı bu sənət nümunəsiylə bizə sonsuz gücünü göstərir.
8. Hüceyrələrinizdəki Həyat Enerjisi: ATF Molekulu
Qidalardan əldə edilən enerji, hüceyrənin həyatını davam etdirməsi üçün lazımi əməliyyatları yerinə yetirməkdə bilavasitə istifadə edilə bilməz. Bu enerji əvvəlcə ATF (adenozintrifosfat) adlı xüsusi bir molekulun içində yerləşdirilər. Sonra da hüceyrənin içində baş verən bütün istehsal proseslərində və daşıma əməliyyatlarında istifadə olunar. Sakit vəziyyətdəki bir insanın gündə təxminən 45 kq ATF molekuluna ehtiyacı var. Ancaq maraqlıdır ki, günün hər hansı bir anında baxıldıqda orqanizmdəki ATF miqdarı 1 qramı keçməz. Bunun səbəbi ATF molekulunun ehtiyyat halında toplanmaması, anlıq istifadə üçün xüsusi paketlər halında hazırlanmasıdır. Ancaq unudulmamalıdır ki, hüceyrədəki həyat bu enerjiyə bağlıdır. Buna görə də, ATF-nin meydana gəlməsi çox sürətli reallaşmalıdır. Necə ki, hər saniyə orqanizminizdəki təxminən 100 trilyon hüceyrənin hər birində, 10 milyon ATF molekulu heç dayanmadan yaradılar. Bəs bu sürət necə təmin edilər? Hüceyrə içində enerjiyə ehtiyac olduqda ATF, bünövrəsindəki trifosfat molekulundan sondakını qoparar, yəni enerji paketinin qapağını açar. Sonuncu fosfatın buraxılmasıyla sərbəst qalan enerji hüceyrə içindəki əməliyyatların asanlıqla həyata keçilməsini təmin edər və bu əməliyyat hər an heyrətamiz sürətlə, heç bir ləngimə olmadan davam edər. Şübhəsiz ki, yalnız atomlardan ibarət olan bir molekulun, hüceyrə içindəki əməliyyatlar üçün ehtiyac duyulan enerji miqdarını müəyyənləşdirməsi və ona uyğun istehsal yürütməsi qeyri-mümkündür. Bu istehsalın ardıcıl şəkildə baş verə bilməsi üçün ən uyğun paketləşdirmə sisteminə sahib olması da təsadüflərin əsəri ola bilməz. Hüceyrəni də, hüceyrə içindəki hər molekulun hərəkətini və istehsalını da yaradan Allah, ATF molekulunu da ən mükəmməl halıyla canlıların xidmətinə vermişdir.
9. Hüceyrədəki Sıx Nəqliyyat Hərəkətini Kim Tənzimləyir?Holci cisimciyi bütün hüceyrələrdə var və yeni sintez edilən zülalların hazırlanmasında və növlərinin seçimi və ayrılmasında əhəmiyyətli rol oynayar. Hüceyrənin müxtəlif hissələrində olan çox müxtəlif zülallar hüceyrənin başqa bir hissəsi olan endoplazmik şəbəkədə sintez edilərlər. Zülallar sintez edildikdən dəqiqələr sonra endoplazmik şəbəkədən ayrılıb holci cisimciyinə gedərlər. Zülalların yaradıldıqdan sonra bu əməliyyatlardan keçmələrinin çox əhəmiyyətli səbəbləri var. Holci cisimciyində zülallar müxtəlif dəyişikliklərə məruz qalarlar. Məsələn, bəzilərinə karbonhidrat, bəzilərinə isə sulfat, fosfat və yağ turşuları əlavə olunar. Bu dəyişikliklər zülalların növünə və gedəcəkləri yerə görə dəyişər. Holci cisimciyi bu zülalları təmizləyər, növlərinə və gedəcəkləri orqana görə ayırar və paketləyər. Bu paketləri də özü hüceyrənin növünə görə emal edər. Lakin endoplazmatik şəbəkədə sintez edilən minlərlə zülalın biokimyəvi fəaliyyətlərinin bir-birinə qarışmaması üçün bu əməliyyatlar çox həssas şəkildə yerinə yetirilməli və zülallar gedəcəkləri yerə görə istiqamətləndirilməlidirlər. Hüceyrədəki bu nəqliyyat hərkətini tənzimləyən holci cisimciyidir. Bu kiçik orqanoid apardığı hər əməliyyatda çox böyük şüur göstərir. Özünə gələn zülalları tanıyır, ayırır, ehtiyaclarını müəyyənləşdirir, ehtiyaclarına görə istehsal edir, vəzifələrini müəyyənləşdirir, onları paketləşdirir və bu qədər sıx nəqliyyat hərəkətini tıxac yaranmadan tənzimləyir. Hüceyrəyə və hüceyrəni meydana gətirən bütün hissələrə bu ağlı, qərar vermə və tətbiq etmə qabiliyyətini ilham edən aləmlərin Rəbbi olan Allahdır.
10. Qaraciyərin Nəhəng Bir Laboratoriya Olduğunu Bilirsinizmi?Tam təşəkküllü, son texnologiya ilə təchiz edilmiş bir laboratoriyanın öz-özünə meydana gələ biləcəyini heç kəs iddia etməz. Amma təkamülçülər qaraciyərdə yerləşən bənzərsiz laboratoriya kompleksinin öz-özünə meydana gəldiyinə inanar və bunu dəlil olmadan müdafiə edərlər. Çünki darvinizm insanların ağlını yox edən bir cadu, batil bir dindir. Qaraciyərinizin tək bir hüceyrəsində 500 fərqli kimyəvi əməliyyat həyata keçirilər. Millisaniyələr (saniyənin mində bir hissəsi) ərzində mükəmməl mərhələlərlə reallaşan bu əməliyyatların əksəriyyəti laboratoriya şərtlərində hələ də təqlid edilə bilmir. Qaraciyər hüceyrələri, yediyimiz qidaların hamısını hüceyrələrimizin istifadə edə biləcəyi enerji olan şəkərə, yəni qlükozaya çevirərlər. İstifadə edilməyən şəkəri yağa çevirib ehtiyyat halında saxlayarlar. Şəkər çatışmadıqda isə zülalları və yağları şəkərə çevirib hüceyrələrə verərlər. Bir sözlə, biz, canımızın istədiyi hər növ yeməyi yeyərkən, qaraciyər bütün bu yeməkləri orqanizmimizin ehtiyacına uyğun istifadə edər, çevirər və ya ehtiyyat halında saxlayar. Eləcə də, ilk insandan indiyədək trilyonlarla qaraciyər hüceyrəsi eyni şüur və biliklə tamamilə xətasız hərəkət edir.
|