< <
8 / total: 8

Nəticə: Təsadüf Nəzəriyyəsinin Tilsimi Qalxır

Qərəzsiz, heç bir ideologiyanın təsiri altında qalmadan, yalnız ağlını və məntiqini işlədən hər insan elm və mədəniyyətdən uzaq cəmiyyətlərin xurafatlarını xatırladan vaxt, təsadüf və palçığın birləşərək “yaradıcı bir ilah” meydana gətirdiyini iddia edən təkamül nəzəriyyəsinin inanılması qeyri-mümkün bir iddia olduğunu asanlıqla anlayacaq.

Kitabın əvvəlindən bu yana ifadə edildiyi kimi təkamül nəzəriyyəsinə inananlar dünyanın ilk dövrlərindən etibarən təsadüflərin incə-incə çalışdığına və zamanın da köməyi ilə ətrafda yığılmış palçıq qarışığından düşünən, dərk edən, ixtiralar edən professorları, universitet tələbələrini, Eynşteyn, Habl kimi elm adamlarını, Frank Sinatra, Charlton Heston kimi sənətçiləri, bununla yanaşı ceyranları, limon ağaclarını, qərənfilləri ortaya çıxardığına inanırlar. Üstəlik, bu axmaq iddiaya inananların bir qismi elm adamları, professorlar, mədəni, təhsilli insanlardır.

altın sülün tüyü

Altın sülün tüyü

Bu səbəblə, təkamül nəzəriyyəsi üçün “dünya tarixinin ən böyük və ən təsirli tilsimi” ifadəsini işlətmək yerində olacaq. Çünki, dünya tarixində insanların bu dərəcə ağlını başından alan, ağıl və məntiqlə düşünmələrinə imkan verməyən, gözlərinin önünə sanki bir pərdə çəkib çox açıq olan həqiqətləri görmələrinə mane olan başqa bir inanc və ya iddia daha yoxdur. Bu, afrikalı bəzi qəbilələrin totemlərə, Səba xalqının Günəşə sitayiş etməsindən, hz. İbrahimin qövmünün əlləri ilə düzəltdikləri bütlərə, hz. Musanın qövmünün qızıldan hazırladıqları buzova tapınmaları və ya xristianların təslis (üçləmə) inancı qədər dəhşətli hətta daha da ağlasığmaz bir korluqdur. Peyğəmbərimiz (s.ə.v) belə insanlar üçün “Gözü kor olan deyil, bəsirəti kor olan kəs kordur”. (Ramuz əl-Hədis, s. 362) deyə buyurmuşdur. Bu vəziyyət, Allahın Quranda da işarə etdiyi bir ağılsızlıqdır. Allah bəzi insanların anlayışlarının bağlanacağını və həqiqətləri görməkdə acizlik çəkəcəklərini bir çox ayəsində bildirir. Bu ayələrdən bəziləri belədir:

Həqiqətən, kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməzlər. Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir. Onlar üçün böyük bir əzab vardır. (Bəqərə surəsi, 6-7)

... Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır. (Əraf surəsi, 179)

Allah başqa ayələrində isə, bu insanların möcüzələr görsələr belə inanmayacaq qədər ovsunlandıqlarını belə bildirir:

Əgər onlara göydən bir qapı açsaydıq və onlar dayanmadan oraya qalxsaydılar, yenə də inanmayıb: “Gözlərimiz dumanlanmış, daha doğrusu biz sehrlənmişik” – deyərdilər. (Hicr surəsi, 14-15)

Bu qədər geniş bir kütlənin üzərində bu tilsimin təsirli olması, insanların həqiqətlərdən bu qədər uzaq tutulmaları və 150 ildir bu tilsimin pozulmaması isə sözlə izah edilməyəcək qədər heyrət verici bir vəziyyətdir. Çünki, bir və ya bir neçə insanın qeyri-mümkün ssenarilərə, axmaqlıq və məntiqsizliklərlə dolu iddialara inanmağını başa düşmək olar. Ancaq dünyanın dörd bir tərəfindəki insanların şüursuz və cansız atomların ani bir qərarla bir yerə gəlib, fövqəladə bir tərtibat, intizam, ağıl və şüur göstərib qüsursuz bir sistemlə işləyən kainatı, həyat üçün uyğun olan hər cür xüsusiyyətə sahib olan Yer planetini və saysız kompleks sistemlə təchiz edilmiş canlıları meydana gətirdiyinə inanmasının “tilsim”-dən başqa bir izahı yoxdur.

altın sülün tüyü altın sülün tüyü

Altın sülün tüyü

Altın sülün tüyü

Necə ki, Allah Quranda inkarçı fəlsəfənin müdafiəçisi olan bəzi kəslərin, etdikləri tilsimlərlə insanlara təsir göstərdiklərini hz. Musa və Firon arasında baş verən bir hadisə ilə bizlərə bildirir. Hz. Musa Firona haqq dini izah etdiyi vaxt Firon hz. Musaya özünü “bilikli sehrbazları” ilə insanların toplandığı bir yerdə qarşılaşmasını söyləmişdir. Hz. Musa, sehrbazlarla qarşılaşdıqda sehrbazlara əvvəlcə onların bacarıqlarını nümayiş etdirmələrini əmr edər. Bu hadisənin izah edildiyi ayə belədir:

Musa dedi: “Siz əvvəl atın!” Onlar əllərindəkiləri atdıqda, insanların gözlərini sehrləyib canlarına qorxu saldılar və böyük bir sehr göstərdilər. (Əraf surəsi, 116)

Göründüyü kimi Fironun sehrbazları etdikləri “saxtakarlıqlarla” -hz. Musa və ona inananlardan başqa- insanların hamısını ovsunlaya bilmişlər. Ancaq, onların atdıqlarına cavab olaraq hz. Musanın ortaya qoyduğu dəlil onların bu sehrini, ayədəki ifadəylə “uydurduqlarını udmuş”, yəni təsirsiz etmişdir:

Biz Musaya: “Əsanı yerə at!” – deyə vəhy etdik. Elə bu an əsa ilana çevrilib onların düzəltdikləri şeyləri uddu. Artıq haqq üzə çıxdı, onların etdikləri isə batil oldu. Sehrbazlar orada məğlub oldular və rüsvay olaraq geri döndülər. (Əraf Surəsi, 117-119)

Ayələrdə də bildirildiyi kimi, daha əvvəl insanları ovsunlayaraq təsir altına salan bu kəslərin etdiklərinin bir saxtakarlıq olduğunun başa düşülməsi ilə bəhsi keçən insanlar rüsvay olmuşlar. Bu gün də bir tilsimin təsirilə elm pərdəsi altında son dərəcə axmaq olan bu iddialara inanan və bunları müdafiə etməyə həyatlarını həsr edənlər, əgər bu iddialardan imtina etməzlərsə həqiqətlər tam mənasıyla ortaya çıxdıqda və “tilsim pozulduqda” rüsvay olacaqlar. Necə ki, təxminən 60 yaşına qədər təkamülü müdafiə edən və ateist bir filosof olan, ancaq daha sonra həqiqətləri görən Malcolm Muggeridge təkamül nəzəriyyəsinin yaxın gələcəkdə düşəcəyi vəziyyəti belə açıqlayır:

Mən özüm təkamül nəzəriyyəsinin xüsusilə tətbiq olunduğu sahələrdə gələcəyin tarix kitablarındakı ən böyük gülüş ünsürlərindən biri olacağı qənaətinə gəldim. Gələcək nəsil, bu qədər əsassız və naməlum bir hipotezin inanılmaz bir saflıqla qəbul edilməsini heyrətlə qarşılayacaq . (Malcolm Muggride, The End of Christendom, Grand Rapids: Eerdmans, 1980, s.43)

arpa bulutlar gökyüzü

Bu gələcək, uzaqda deyil əksinə çox yaxın bir gələcəkdə insanlar “təsadüflər”-in ilah ola bilməyəcəklərini anlayacaqlar və təkamül nəzəriyyəsi dünya tarixinin ən böyük yalanı və ən şiddətli tilsimi olaraq ifadə olunacaq. Bu şiddətli tilsim böyük bir sürətlə dünyanın dörd bir yanında insanların üzərindən qalxmağa başlamışdır. Artıq təkamül yalanının sirrini öyrənən bir çox insan bu yalana necə aldandığını heyrət və təəccüblə düşünür.

Gündəlik həyatda istifadə etdiyiniz alətləri hələ bir düşünün: Məsələn, cibinizdəki açarları ... Şübhəsiz ki, heç kim bir açarın “təsadüf əsəri” tam da kilidi açacaq formanı almış olduğunu və cibinizə də təsadüfən girdiyini söyləməyəcək. Eyni şəkildə yoldakı lövhələrin təsadüf əsəri olduqları yerlərə yerləşdiklərini və yenə təsadüf əsəri bu lövhələrin üzərinə dağılan boyalarla insanlar üçün bir məna daşıyan yazıların meydana gəldiyini iddia etməyəcək.

Şübhəsiz bütün bunlar, üzərində düşünülərək və əmək verilərək, müəyyən bir məqsəd ilə hazırlanıb qarşınıza gəlmişdir və sizin də bu mövzuda ən kiçik şübhəniz olmaz.

◉ Bəs ya yolda gedərkən gördüyünüz insanlar, yanından keçdiyiniz ağaclar, önünüzə çıxan bir pişik, ya da bir it? ...

◉ Sizcə onların varlığının səbəbi təsadüflər ola bilər mi?

Şübhəsiz ki, belə bir ehtimal üzərində düşünmək belə son dərəcə ağılsızlıqdır ... Tək bir sancağın, məftilin təsadüfən düzgün bükülməsi ilə masasına gəlməsini məntiqsiz qarşılayan hər insan əlbəttə ki, insanların, pişiklərin, quşların, ağacların və bütün kainatın da təsadüfən meydana gəlməsinin bunlarla müqayisə edilə bilməyəcək qədər qeyri-mümkün olduğunu anlamalıdır.

Ancaq bu qədər açıq bir həqiqətə arxa çevirən insanlar var. “Materialist-darvinist” olaraq bilinən bu kəslər təsadüfləri üstün bir ağıl kimi təqdim edən, ard-arda meydana gələn milyonlarla təsadüfün cəmini “yaradıcı bir güc” olaraq göstərən batil bir fikrin müdafiəçiləridir. Onlara görə təsadüflər, dünyadakı bütün insanların ağlından çox daha böyük bir ağıla sahibdirlər. Hətta onlara görə vaxt çox əhəmiyyətli bir açar rolunu oynayır. Belə ki, təsadüfə vaxt verilsə, cansız və şüursuz atom kütləsini insanlara, qarışqalara, qərənfilə, qızılgülə və ağlınıza gələn-gəlməyən milyonlarla canlıya çevirə bilər!!!

Bu kitabda özlərini təsadüf çıxılmaz vəziyyətinə salaraq ətraflarındakı yaradılış dəlillərini inkar edənlərin nə cür bir məntiqsizlik sərgilədiklərini görəcəksiniz.

 

…Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur!
Həqiqətən, Sən bilənsən, müdriksən!
(Bəqərə surəsi, 32)

 

8 / total 8
"Harun Yəhyanın Kainatdakı Qüsursuzluq Tǝsadüf Deyil kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com