< <
2 / total: 12

Quran’a Görə Yaxşiliq və Pislik

Yaxşılıq və pislik, bəlkə də insanların həyatları boyu haqqında ən çox danışdıqları və düşündükləri məhfumlardandır. İnsanların əksəriyyəti, özlərinin təyin etdiyi ölçülər çərçivəsində "yaxşı insan olmaq" və "özünü və sevdiklərini pis hərəkətlərdən, pis insanlardan qorumaq" üçün səy göstərər. Pislikdən çəkinmək üçün göstərilən bu səy, əlbəttə ki, olduqca əhəmiyyətlidir. Lakin həyatı boyu bu istiqamətdə səy göstərən bir çox insan pisliyin əslində özünə nə qədər yaxın olduğunu lazımınca düşünməmiş ola bilər. Çünki bəzi insanlar özlərinə Quranda bildirilən həqiqətləri meyar qəbul etmədikləri üçün, pisliyi, təkcə açıq şəkildə və dəqiq yaşandığı zaman pislik kimi qəbul edərlər. Məsələn, intiqam hissinin, qəzəbin, kinin, qısqanclığın, eqoistliyin, yalan danışmağın pis rəftar olduğunu demək olar ki, hamı bilər və ya kinli insanın qəzəbini, yalan danışan birisinin saxtakarlıqlarının müəyyən hissəsini görüb anlaya bilər.

Bununla yanaşı, pislik deyildikdə, ümumiyyətlə, insanların ağlına yanlış olduğu bir çox insan tərəfindən qəbul edilən; birini öldürmək, oğurluq etmək, başqasının haqqını tapdalamaq kimi təməl davranış pozuntuları gələr. Dolayısilə, bir çox insan bu hərəkətlərdən çəkinmələri, hətta bunlara yol verən insanları qınamalarından ötrü özlərini pislikdən çox uzaq görə bilərlər. Halbuki pisliyin bir də açıqca görülə bilməyən, hiyləgər və gizli yaşanan yönləri vardır ki, insanların əksəriyyəti bunların pisliyin bir hissəsi olduğunu qəbul etmək istəməz.

Bunun səbəbi isə Quran'a görə yaşamayan insanların yaxşılıq və pislik anlayışları barədə özlərinə görə bəzi doğru və yanlışlarının olmasıdır. Yaxşılığı və pisliyi, öz inancları, düşüncələri, həyata olan aspektləri və ictimai tərbiyələri istiqamətində özləri təyin edirlər. Halbuki əslində yaxşılığın və pisliyin nə olduğunu öyrənə biləcəyimiz tək mənbə var; Allahın insanlara doğru və yanlış olanı bildirmək və onları qaranlıqlardan nura çıxartmaq üçün göndərdiyi haqq kitabı olan “Qurani Kərim”...

Allah Quran'da yaxşılıq və pisliyin nələr olduğunu təsvir etmiş, həmçinin insanı pisliyə sürükləyən səbəbləri də açıqlamışdır. Quranda həqiqi yaxşılığın Allah'dan qorxan və Allahın qoyduğu hüdudları qoruyanların davranışları olduğu bildirilmişdir:

"...lakin yaxşılıq qorxan(ın davranışıdır)..." (Bəqərə surəsi, 189)

Allahdan qorxub çəkinən insan qarşısına çıxan hər hadisədə, Allah'ın rizasına və Qurana uyğun rəftar göstərib, həyatının hər anında yaxşı davranışlar etmiş olar. Ətrafında olub-keçən bütün hadisələrin Allah'ın hökmranlığı altında baş verdiyini bilməsi, hər şeyə xeyir və hikmət gözü ilə baxması, gizli və açıq etdiyi hər davranışın axirətdə qarşısına çıxacağını düşünməsi, insanı həmişə doğru düşünməyə və yaxşı davranışlar göstərməyə sövq edər. Dolayısilə yaxşılığın həqiqi mənası ilə yaşana bilməsi üçün, insan "Allahdan qorxmalı, axirətə inanmalı və özünə Allah'ın rizasını qazanmağı məqsəd bilməli"dir. Bu xüsusiyyətlər olmadan edilən hərəkətlər Qurana görə həqiqi yaxşılıq deyil.

Quran ayələri ilə insanlara yaxşılıq kimi, pisliyin tərifi də bildirilmişdir. Quran'a görə pislik Allahdan qorxub çəkinmədən edilən hərəkətlərdir. Allah'dan başqa ilahlar qəbul etmək, Ondan başqasına qulluq etmək, insanların rizasını və dünya həyatının mənfəətlərini əldə etmək üçün yaşamaq, insanları pisliyə sürükləyər. İman gətirməyənlər üçün böyük istək və həvəsə çevrilən dünyəvi dəyərlər bu insanları gözəl əxlaqdan uzaqlaşdırar. Dünya həyatından mümkün qədər ən çoxunu, ən yaxşısını əldə edə bilmək üçün, həmişə ilk növbədə, öz mənfəətlərini düşünər və bunları hər şeydən üstün tutarlar. Bunlar da özü ilə insana eqoizm, xəsislik, nankorluq, saxtakarlıq, təkəbbür, yalan, mərhəmətsizlik kimi pis əxlaq xüsusiyyətləri gətirər.

Həyatlarını bu düşüncələrə görə yönləndirən insanlar yenə də özlərinə görə bəzi pisliklərdən çəkinə bilərlər. Lakin bu mövzudakı meyarları, ümumiyyətlə, insanlar tərəfindən qınanmamaq, cəmiyyətin dəyər mühakimələrinə zidd düşməmək və ya mənfəətlərinin zərər görməsini önləmək kimi hədəflərə yönəlmişdir. Buna görə də, bəzən açıq şəkildə müəyyən pis əməllərdən çəkinərkən bunların gizli qalması vəziyyətində bu mövzuda heç bir məhdudiyyət qoymaya bilərlər. Heç kimin eşidib görməyəcəyindən və sübut edilə bilməyəcəyindən əmin olduqları hallarda pisliyə könül rahatlığı ilə yanaşa bilərlər. Bu, həmin bu insanların Allah qorxularının olmamasından qaynaqlanar. Pislikdən çəkinməkdəki meyarları; "insanların bilməməsi, onların gözündə etibarlarını itirməmələri və cəmiyyət daxilində yaxşı tanınmaları" şərtlərinə əsaslanır. Bu şərtlərdə zəmanət təmin etdikləri təqdirdə vəziyyətə görə pisliyin bir çox növünə meyl edə bilərlər. Dolayısilə, bu insanların pislik anlayışını qiymətləndirmələri, təkcə "pisliyin ortaya çıxmaması" təməlinə söykənir.

Halbuki Allah insanlara pisliyin açıq olanından da, gizlisindən də çəkinmələrini bildirmiş və bunların nələr olduğunu Quran ayələri ilə açıqlamışdır. Quran'ı meyar qəbul etməyən insanlar Allah'ın "...onlar yaxşı əməli pis əməllə qarışdırıblar. Ümid edilir ki, Allah tövbələrini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!" (Tövbə surəsi, 102) ayəsi ilə bildirdiyi kimi bir əxlaq göstərib pisliyə meyl edə bilərlər. Belə vəziyyətin yaranmasının qarşısını almaq üçünsə, insanlara əvvəlcə pisliyin mənbəyini tanıtmaq və bu mənbəyi bütün yönləri ilə üzə çıxartmaq lazımdır. Pisliyin bu şəkildə üzə çıxarılması hiyləgərliyi ortadan qaldıracaq, gizli olmasına əsaslanaraq pisliyi qanuni hesab edən və tətbiq edən insanların bu davranışlardan çəkinmələrini təmin edəcək. Əks təqdirdə, Allah'ın; "yoxsa pis əməllərə batıb yara alanlar onları iman gətirib yaxşı işlər görənlərlə bir tutacağımızı, onların həyatlarının və ölümlərinin eyni olacağını güman edirlər?! Necə də pis hökm verirlər!" (Casiyə surəsi, 21) ayəsi ilə bildirdiyi kimi, pisliyi, gizli qalmasına aldanaraq yaşayanların dünya və axirətdəki həyatları iman sahiblərindən çox fərqli olacaq. Quranda "gözəl işlər gördüklərini zənn edən", lakin əslində bütün səyləri puç olan insanların axirətdə "ən çox ziyana düçar olanlar" olduqları bildirilmişdir:

De: "davranış (əməllər) baxımından ən çox ziyana uğrayanlar barəsində sizə xəbər verimmi?"

"Onların, dünya həyatındakı bütün səyləri puç olduğu halda, əslində yaxşı iş gördüklərini zənn edirlər". Məhz onlar, Rəbbinin ayələrini və Ona qovuşmağı inkar edənlərdir. Artıq onların etdikləri puç olmuşdur, qiyamət günü onlar üçün tərəzi qurmayacağıq. (Kəhf surəsi, 103-105)

 

2 / total 12
"Harun Yəhyanın Pisliyin Səssiz Dili kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.org adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com