< <
3 / total: 12

Pisliyin Mənbəyi; Nəfs və Şeytan

Quran'da insanlara bildirilən pisliyin iki əsas mənbəyi var. Bunlardan biri hər insanda olan və özünə həmişə pisliyi əmr edən "nəfs"dir. Nəfs dayanmadan verdiyi təlqinlərlə insanları doğru yoldan uzaqlaşdırmağa və onları fəlakətə sürükləməyə çalışar. Quranda nəfsin bu xüsusiyyəti belə bildirilir:

"(Yenə də) mən nəfsimi təmizə çıxarda bilmərəm. Çünki həqiqətən nəfs, (Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla) var gücüylə pisliyi əmr edər..." (Yusif surəsi, 53)

Nəfsi dəstəkləyən və insanlara pisliyi, çirkin əməlləri əmr etmək vəzifəsini yerinə yetirən digər varlıq isə "şeytan"dır. Quranda şeytanın insanları yalnız pisliyə çağırdığı belə xəbər verilmişdir:

O, sizə təkcə pisliyi, çirkin əməlləri və Allah'a qarşı bilmədiklərinizi söyləməyinizi əmr edər. (Bəqərə surəsi, 169)

Nəfs və şeytan insanı pisliyə sürükləyə bilmək üçün həyatının son anına qədər ona qarşı mübarizə aparacaqlar. Şeytan bu mübarizəsində müvəffəqiyyət qazana bilmək üçün əlindən gələn hər yolu sınayacaq, hər cür hiylə üsuluna əl atacaq. Çünki məqsədi özü kimi, insanları da cəhənnəm əzabına sürükləyə bilməkdir. Cəhənnəm əzabından qurtuluş yoxdur, bu əzab əbədiyyən davam edəcək və dözülməz əzablarla doludur.

İnsan, özünü böyük təhlükəyə sürükləməyə çalışan şeytanın oyununu anlamalı və hücumlarına qarşı bu diqqətlə müqavimət göstərməlidir. Buna görə də, şeytan haqqında ən doğru məlumatların qeyd olunduğu Quranı özünə rəhbər tutmalıdır. Allah Quran'da şeytanın xarakterini, məqsədini, insanlara qarşı istifadə edəcəyi üsulları, bunların necə zərərsizləşdirilə biləcəyini insanlara bildirmişdir.

Şeytan haqqında bilinməsi lazım olan ilk şey, onun özünəməxsus müstəqil gücü olmamasıdır. Bütün varlıqlar kimi, onu da Allah yaratmışdır. İnsanlara qarşı pislik üçün apardığı bu mübarizə Allah'ın nəzarəti altındadır. Allah dünya həyatında hansı insanların gözəl davranışlar göstərəcəyini, hansılarının da pisliyə meyl edəcəyinin bilinməsi üçün belə imtahan mühiti yaratmışdır.

Allah bu imtahan mühitinin tələbi olaraq pisliyə çağıran nəfs və şeytanla yanaşı, insana hər an doğrunu ilham edən "vicdan"ı yaratmışdır. Vicdan nəfsin tam əksinə, şeytanın təlqinlərinə qarşı insana həmişə haqqı söyləyər və onu Allah'ın razı olacağı gözəl davranışlar göstərməyə təşviq edər. Dolayısilə, vicdanının səsinə tabe olan insan, pisliyə çağıran nəfsini və şeytanı asanlıqla zərərsizləşdirə bilər. Allah Quran'da bu həqiqəti insanlara belə bildirmişdir:

Nəfsə və ona “müəyyən biçim verənə”, sonra ona fücurunu (sərhəd tanımaz günah və pislik etməyi) və ondan çəkinməyi ilham edənə (and olsun). Onu təmizləyən həqiqətən nicat tapmışdır. Eləcə də, onu (üsyan və günahla) batıran isə, əlbəttə, məhv olmuşdur. (Şəms surəsi, 7-10)

Şeytan haqqında bilinməsi lazım olan digər mühüm məsələ isə, onun "insanlar üzərində məcburedici heç bir təsirinin olmaması”dır. Şeytanın xüsusiyyəti insanları yalnız öz yoluna çağırmaq və onlara bu istiqamətdə təlqin verməklə məhdudlaşır. Pislik və ya yaxşılıq etmək seçimi isə, tamamilə insanın öz iradəsindədir. Əgər iman gətirib Quran əxlaqı ilə hərəkət etsə; "həqiqət budur ki, iman gətirənlər və yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində, onun (şeytanın) heç bir məcburedici gücü yoxdur!" (Nəhl surəsi, 99) ayəsi ilə bildirildiyi kimi, şeytanı zərərsizləşdirmiş olacaq. Bu təqdirdə Allah'ın; "...şübhəsiz ki, şeytanın tələsi çox zəifdir!" (Nisa surəsi, 76) ayəsi ilə bildirdiyi kimi, şeytanın tələsi puç olacaq. Allah Quranda şeytanın səmimi insanlara təsir edə bilməyəcəyini belə xəbər vermişdir:

Dedi: “Sənin izzətinə and olsun ki, mən onların hamısını mütləq azdırıb təhrik edəcəyəm; yalnız Sənin ixlaslı qullarından başqa. (Sad surəsi, 82-83)

Əgər insan şeytana qarşı Allah'a sığınıb özünə doğru yolu göstərəcək Quran'ı rəhbər tutmasa, bu təqdirdə; "onun məcburedici gücü təkcə onu vəli tutanlarla, onunla O'na (Allah'a) şərik qoşanlar üzərindədir!" (Nəhl surəsi, 100) ayəsi ilə xəbər verildiyi kimi, şeytanın təsiri altına girmiş olacaq. Bu da onu dönüşü olmayan cəhənnəm əzabına sürükləyəcək.

Şübhəsiz ki, belə vəziyyətlə qarşılaşmağı heç kim istəməz. Buna görə də, şeytan haqqındakı bütün məlumatlar Quran'dan öyrənilməli və onun hiyləgər üsullarına Quranla cavab verilərək, tələsi puç edilməlidir.

Növbəti sətirlərdə şeytanın pisliyi müdafiə edən xarakterini, insanları çağırdığı gizli dinini və bunun üçün işlətdiyi üsulları üzə çıxardaraq pislikdən çəkinməyin Quran'da bildirilən yollarını göstərəcəyik.

 

3 / total 12
"Harun Yəhyanın Pisliyin Səssiz Dili kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.org adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com