< <
7 / total: 12

Donuq və Passiv Xarakterlə Etiraz Edənlər

Şeytanın təsirinə düşən insanların sahib olduqları digər bir xarakter forması isə durğun və donuq insan görünüşünə bürünmək və bu yolla müxtəlif gizli etiraz üsullarını tətbiq etməkdir. Məqsədləri bu gizli etiraz aksiyaları ilə ətrafdakı insanlara müxtəlif mesajlar verərək, səmimiyyətsiz əxlaqlarını davam etdirə biləcəkləri bir zəmin yaratmaqdır. Şeytanın göstərdiyi üsullara sarılaraq, əsasən, olduqca fəal, ünsiyyətcil (ekstrovert) və şən insanlar olduqları halda, bilə-bilə özlərini passivləşdirərlər. Soyuq, donuq, içinə qapalı, heç nədən zövq almayan, sanki "ölü kimi, passiv xarakter" göstərərlər. Halbuki şeytanın təsiri altında olmadıqları zaman, xoşsöhbət olmalarıyla, gözəl davranışlarıyla diqqət çəkən, özləri ilə yanaşı ətrafdakı insanları da canlandıran, sevinc bəxş edən kəslərdir. Lakin şeytanın təsirinə düşdükləri zaman, bu hal birdən-birə dəyişər, belə ki, sanki fitrətən belə passiv xarakterləri varmış kimi, ciddi qərarlılıq və açılmazlıq təəssüratı verməyə çalışarlar.

Həmin bu insanlar, bu bilərək formalaşan soyuq xarakterlərinə, şeytanın üsulları ilə bəzi bəhanələr tapıblar. Xoşniyyətlərinin və səmimiyyətlərinin lazımınca anlaşıla bilməməsinin özlərini bu hala gətirdiyi yalanına sığınar, yaşadıqları narahatlığın şiddətinin çox böyük olduğunu, belə vəziyyətdə içinə qapanmamağın və donuq xarakter göstərməmələrinin əllərində olmadığını iddia edirlər. İçində olduqları vəziyyətə görə çox kədərləndiklərini və əldən düşdüklərini, buna görə də, bütün səylərinə baxmayaraq, heç cür sevinə bilmədiklərini irəli sürərlər.

Halbuki bu iddialarının heç biri həqiqəti əks etdirmir. Hər biri şeytanın və nəfsin insanı aldatmaq üçün ortaya atdığı yalanlardan ibarətdir. Hər şeydən əvvəl həqiqi mənada səmimi və xoşniyyətli olan bir insan iman gətirənlər tərəfindən dərhal görülər. Üstəlik, belə bir insan təbii olaraq çox-çox sevilər, hörmət bəslənər və bu insana çox güvənilər. Bütün bunları qazanmaq üçün insanın ayrıca xüsusi davranışa yiyələnməsi və xüsusi səy göstərməsinə gərək yoxdur. Quran əxlaqını yaşaması kifayətdir.

Bununla yanaşı, həqiqətən səhv başa düşülən vəziyyət olsa belə, imanlı insan bu mövzunu həll etmək üçün heç vaxt Qurana uyğun olmayan üsullara əl atmaz. Allah Quranda möminlərə, bir-birlərinə "sözün ən gözəlini söyləmələrini" xatırlatmışdır. Belə vəziyyətdə bu insan qarşı tərəfə söyləmək istədiklərini gizli davranışlarla, səssiz mesajlarla, etiraz üsulları ilə deyil, səmimi şəkildə açıqca deməlidir.

Həmin bu insanların "istəsələr də heç cür sevinə bilməmələri, bədbəxtliklərinə üstün gəlməyə güclərinin və iradələrinin çatmadığı" iddiaları da, irəli sürdükləri digər məntiqlər kimi doğru deyil. Əvvəla heç nə imanlı insanın sevincini yox edə bilməz, içinə qapanmasına, kədərlənib sıxılmasına səbəb ola bilməz. Çünki mömin Allah'ın hər şeyi xeyir və hikmətlə yaratdığını bilər. Allahın sonsuz şəfqət və mərhəmət sahibi olduğunu, iman gətirən qulları üçün dünyada gözəl həyat və axirətdə hər şeyin ən gözəlini yaradacağını bilməyin daimi sevincini yaşayar. Allahın rizasını və cənnətini ümid etməyin, sonsuza qədər bənzərsiz nemətlər içərisində yaşamaqla müjdələnmiş olmağın xoşbəxtliyi içində olar.

Bununla yanaşı, "gücüm və ya iradəm çatmır" kimi sözlərin də müsəlman sözü olmadığı məlumdur. Allah Quran'da münafiqlərin belə üslublarla danışdıqlarına dair nümunələr vermiş və onların bundan, din əxlaqını yaşamamaq üçün səmimiyyətsiz bəhanə kimi istifadə etdiklərinə diqqət çəkmişdir. Möminin üslubu isə həmişə Allaha təvəkkül etmək, ən çətin hadisələr qarşısında belə ruhdan düşmədən; "Rəbbimiz bizimlədir" deyərək, Allaha güvənməyin rahatlıq və güvənini yaşamaqdır. Bu, onların həmişə ümidvar üslubdan istifadə etmələrinə, güclü və iradəli xarakter göstərmələrinə vəsilə olar.

Göründüyü kimi, bütün bu deyilənlər, həmin bu insanların "xoşniyyət" adı altında, əslində tamamilə səmimiyyətsiz əxlaqı müdafiə etdiklərini göstərir. Şeytanın təsiri ilə özlərini aldadır, səmimiyyətsizliklərinə şahid olduqları halda, vicdanlarını irəli sürdükləri bəhanələrlə razı salıb rahatlaşdırırlar.

İstədikləri təqdirdə rahat şəkildə imtina edə biləcəkləri bu davranışları davam etdirməklə, bilərək ətraflarındakı insanları narahat etməyə çalışırlar. Şüuru açıq olub Quran əxlaqının tələbini bilən bir insanın, bilə-bilə belə vicdansızlıq etməsi isə, Allah qatında böyük qarşılıq görə bilər. Dünya həyatında kiçik mənfəət əldə edə bilmək üçün, həm bədbəxt həyat yaşamaq, həm də axirətdə böyük əzaba düşmək isə böyük ağılsızlıqdır.

Burada bunu da ifadə etmək lazımdır ki, xoşniyyət adı altında gizli şəkildə səmimi insanlara zərər verməyə çalışan belə insanlar, bu məqsədlərində heç vaxt müvəffəqiyyət qazana bilməzlər. Müsəlmanlar edilən hər pis işin həm dünyada, həm də axirətdə təkcə bunu edən insanın qarşısına çıxacağını bilərlər. Bundan nəsə itirmədiklərini, öz məsuliyyətlərinin yalnız yaxşılığa dəvət etmək və etdiyinin axirətdəki qarşılığını insana xatırlatmaq olduğunu dərk edirlər. Buna görə də, bu insanlar əslində təkcə özlərinə zərər verirlər.

Donuq və Mənasız Baxışlarla Gizli Mesajlar Vermələri

Allah'ın insanlara verdiyi ən mühüm nemətlərdən biri gözləridir. Əqli cəhətdən sağlam olan hər insan baxışlarından gözəl istifadə etmək və baxışları ilə duyğularını ifadə etmək qabiliyyətinə sahibdir. Şeytanın təsiri altında olanlar isə, bu mühüm xüsusiyyəti tam əks istiqamətdə qiymətləndirər, Allahın nemət olaraq özlərinə verdiyi gözlərindən, içlərində gizlətdikləri pislikləri əks etdirmək üçün vasitə kimi istifadə edərlər. Donuq və mənasız baxışları ilə bu baxışlarının nəticəsində yaranan passiv, ölüyə bənzər halları bu insanların ən nəzərə çarpan xüsusiyyətlərindəndir. Donuq baxışlarını dəstəkləyən bezgin, yorğun halları ilə, ümumiyyətlə, ətraflarındakı insanlara bəzi mesajlar verməyi hədəfləyərlər. Bəzən diqqət çəkib, narahatlıqlarını bildirməyə və bu narahatlıqlarıyla ətraflarındakı insanları da narahat etməyə planlaşdırarlar. Bəzən yenə şeytanın təsiri ilə baxışlarında sevgi, hörmət kimi gözəl və müsbət ifadələrin yaranmasına mane olmaq istəyərlər. Bəzən də səssiz dillə qəlblərində qəzəb, kin və qısqanclıq kimi mənfi duyğuların olduğunu eyham etməyə çalışarlar.

Lakin, əlbəttə ki, bir insanın belə şeytani iradə göstərib normal insani funksiyasına təzyiq göstərməsi və saatlarla dayanmadan mənasız baxışlarla baxa bilməsi olduqca çətindir. Çünki daha əvvəl də bəhs etdiyimiz kimi, insanın hiss etdiyi bütün duyğular təbii olaraq baxışlarına əks olunar; buna görə də, daxilən yaşadıqlarını gizlətməsi çətindir. Dolayısilə, sağlam və normal ağla sahib bir insan, gözlərini dondura bilmək, duyğularını gözlərindən əks etdirməmək üçün, xüsusi güc sərf etməli, duyğularını və reaksiyalarını bəlli etməmək üçün xüsusi iradədən istifadə etməlidir. Üstəlik, belə hala düşmək üçün, insan, Quranda bildirilən gözəl əxlaq yönündə deyil, şeytanın istəkləri yönündə hərəkət etməlidir. Yoxsa insan qarşı tərəfi narahat etmək üçün səbəbsiz yerə özünü belə çətinliyə salmaz. İnsan bunu edərkən bir tərəfdən Allahın özünə həmişə doğrunu ilham etdiyi vicdanının səsini duyar, digər tərəfdən də onu boğmağa çalışar. Eyni zamanda da şeytana qulaq asıb onun ilham etdiklərini yerinə yetirməyə cəhd edər. Bu, həm fiziki, həm də zehni baxımdan olduqca bezdiricidir.

Lakin buna baxmayaraq, bu davranışlarında da olduqca israr edərlər. Sevgi, hörmət dolu dostanə baxışlarla baxmamaq, içlərindəki kin və qəzəblərini gizlicə eyham etmək və ya ətraflarındakı insanların davranışlarına etiraz etmək məqsədi ilə xüsusi iradə göstərərlər. Gözəl olan, insana sevinc və xoşbəxtlik verən hər şeydən özlərini təcrid etdikləri kimi, ətraflarındakı insanların sevinci, iman həyəcanları, sahib olduqları nemətlər və gözəlliklər də sanki onları narahat edər. Möminlər nə qədər aktiv, şən, çox parlaq baxışlı və şövqlü davransalar, bu insanlar da tam tərs vəziyyətdə olarlar. Olduqca passiv, gözündən hara baxdığı bəlli olmayan, sanki boşluğa baxırmış kimi mənasız baxışları və davranışlarıyla öz aləmlərində etirazlarına davam edərlər.

Mənasız baxışlarla tətbiq edilən bu gizli etiraz üsulu möminlərə yönəldildiyi zaman, fərqli mesaj və mənalar daşıyar. Quran əxlaqının yaşanmadığı cəmiyyətlərdə insanlar gündəlik həyatda bir-birinin baxışlarına çox əhəmiyyət verməyə bilərlər. Əlbəttə, bu mövzuya xüsusi diqqət yetirənlər də var. Lakin, əsasən, qarşısındakı şəxsin baxışlarını və ya passivliyini vecinə almayan, əslində özü də bənzər xarakterdə olduğu üçün bundan təsirlənməyən çox insan var. Möminlərin arasında isə bu vəziyyət dəyişər. Mömin ağıl və vicdanından Quran əxlaqının tələb etdiyi şəkildə istifadə etdiyi üçün, qarşı tərəfdəki ən kiçik mənfi halı və şeytanın təsirini dərhal hiss edər. Şeytanın təsiri ilə baxışlarını dondurmuş passiv bir insanı Qurana uyğun əxlaq göstərməsi üçün xəbərdar edər. Allahı və axirəti xatırladıb etdiyi səhvi özünə göstərmək istəyər. Passiv və şövqsüz davranışın Allah qatındakı məsuliyyətini və vicdanından istifadə etmədiyi təqdirdə axirətdə bunun hesabını verə bilməyəcəyini xatırladar. Həmçinin, Allahın insanlar üçün yaratdığı saysız nemətlərin içində bu nemətləri görməzlikdən gəlib donuq xarakter nümayiş etdirmənin Allahın rəhmət və nemətinə qarşı nankorluq ola biləcəyini bildirər. Lakin bu insanlar, içində olduqları vəziyyəti bilərək yaratdıqları üçün, möminlərin bu xatırlatmalarından lazımınca öyüd almazlar.

Lakin yuxarıda da ifadə etdiyimiz kimi, bunun maddi və mənəvi zərərini də ən çox özləri görərlər. Əvvəla insanın ən təbii xüsusiyyətlərindən biri olan duyğularını baxışlara əks etdirməyi tormozlamaq üçün xüsusi səy göstərmək çox çətindir. Seviniləsi bir hadisə qarşısında sevinməmək, çox bəyəndiyi bir şeyi bəyənməmiş kimi davranmaq, şən olmaq varkən bədbəxt görünməyə çalışmaq kimi rəftarlarla bir çox nemətdən yalnız özlərini məhrum edərlər. Sevinc, aktivlik, coşğu kimi insanın təbiətində olan hisslərini dondurub, sanki ölü bir insan təəssüratı verməyə çalışmalarının özlərindən başqa heç kimə zərəri olmaz. Bunun nəticəsində yaranan sıxıntı və stressdən ötrü vücud cəhətdən əldən düşər, orqanizmləri zəifləyər və bir çox xəstəliyə meylli vəziyyətə gələ bilərlər.

Bütün bunlar gözləri ilə şüurlarının altındakı mənfi düşüncələri ətrafa əks etdirmək istəyən insanlarla əlaqədar, ilk baxışda görünəcək xüsusiyyətlərdir. Belə insanların dünyada yaşayacaqları sıxıntılı həyatla yanaşı, əsil axirətdə alacaqları sonsuz qarşılığı xatırlatmaq lazımdır. Çünki dünya həyatı çox müvəqqəti və qısadır. Axirətdə isə insan etdiklərinin qarşılığını sonsuza qədər alacaq.

Sevgisiz, Biganə, Soyuq və Laqeyd Davranışlar

Allah insanları yaradılış etibarilə sevgiyə uyğun şəkildə yaratmışdır. İnsanlar əsasən sevib-sevilməkdən, maraq göstərilməsindən məmnun olarlar. Lakin şeytanın bəzi insanlara qarşı işlətdiyi üsullar nəticəsində, həmin insanlar iradələrindən istifadə edib özlərini bu nemətdən məhrum edərlər. Əvvəla ətraflarındakı insanlara şeytani üsullarla bəzi mesajlar vermək üçün göstərdikləri etiraz davranışları, bu insanları sevib-sevilməkdən uzaq insanlar halına gətirər. Şeytanın göstərdiyi yola tabe olmaq üçün, bilmədən özlərinə çox çətin həyat yaşadar və özlərini bütün gözəlliklərdən bilərək və istəyərək məhrum edərlər.

Lakin şeytanın insanlara etdirdiyi digər bütün davranış pozuntuları kimi əslində bu da insanın yaradılışına zidd vəziyyətdir. Quranın; "onları (hökmən) sapdıracaq, ən ağlasığmaz xülyalara salacaq, onlara mütləq davarların qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Kim Allahı tərk edib Şeytanı özünə dost (vəli) tutsa, şübhəsiz ki, o, açıq-aydın ziyana uğramışdır" (Nisa surəsi, 119) ayəsi ilə bildirildiyi kimi, şeytan insanların fitrətini pozaraq zövq alıb xoşbəxt olacaqları həyatı yaşamalarına mane olar. Tam əksinə, onları özlərinə zülm edəcəkləri, nemətlərdən məhrum qalacaqları mühitə sürükləyər. Sevgi də Allah'ın dünya həyatında insanlar üçün yaratdığı ən böyük, ən gözəl nemətlərdən biridir. Lakin şeytanın təsiri altındakı bir insan sevib-sevilməkdən məhrum qalar. Şeytan əslində sevgiyə çox açıq olan bu insanları müxtəlif bəhanələrlə sevgilərini bəlli etməmələri, gizlətmələri və hətta imtina etmələri üçün razı salmağa çalışar. Verdiyi təlqinlərlə onları sevdikləri və həqiqətən seviləsi bir çox xüsusiyyətə sahib insanlara qarşı tərs, soyuq və etinasız rəftarlar göstərməyə məcbur edər.

Şeytanın tələsinə düşənlər bir tərəfdən sevgilərini lazımınca yaşaya bilməmələrinin, digər tərəfdən də bu rəftarları üzündən sevilməmələrinin sıxıntısını yaşayarlar. Seviləcək bir çox xüsusiyyətə sahib insanlara qarşı bilərək tərs və soyuq rəftar göstərmələri, bu kəsləri də sevilməyəcək insanlar halına gətirər və şeytanın təsiri ilə seviləcək bütün xüsusiyyətləri korlaşar. Quran'da; "şübhəsiz ki, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar öz nəfslərinə zülm edirlər!" (Yunis surəsi, 44) ayəsi ilə xatırladıldığı kimi, insanlar bu vəziyyəti öz əlləriylə yaradırlar.

Şeytanın təlqinləri ilə belə pis rəftar göstərən insanların bu mövzuda özlərini razı salmaq üçün formalaşdırdıqları şeytani düşüncələrdən bəzilərini belə sadalaya bilərik:

Qarşılıqsız Sevgi Göstərməyi Qürur və Eqoizmləri İlə Uzlaşdıra Bilməmələri

Quran əxlaqını yaşayanların ən nəzərə çarpan xüsusiyyətlərindən biri təvazökarlıqları və həlim xasiyyətli olmalarıdır. Onlara bir çox nemətin qapısını açan, Allah'ın dünya həyatında insanlar üçün yaratdığı gözəlliklərdən lazımınca zövq almalarını təmin edən də məhz bu təvazökar əxlaqlarıdır. Təvazökar xarakterlərindən ötrü cənnətdəki ən gözəl nemətlərdən biri olan sevgini dünyada da ən dərin şəkildə yaşaya bilən insanlardır. Bir insanın seviləcək xüsusiyyətlərini bütün təfsilatları ilə görə bilərlər; qəlblərindəki sevgilərini qarşı tərəfə bütün səmimiyyətləri ilə göstərə bilən, eyni zamanda gözəl əxlaqlarından ötrü özləri də çox sevilən kəslərdir.

Şeytanın təsirinə düşənlərin ən nəzərə çarpan xüsusiyyətlərindən biri isə qürurlu və eqoist olmaları, öz mənliklərini böyük və dəyərli hesab etmələridir. Şeytan, cənnətdən qovulmasına səbəb olan bu xüsusiyyətini insanlara da aşılayıb onların da Allahın rəhmət və nemətlərindən məhrum olmalarını istəyər. Getdikcə böyüyən qürur və böyüklənmə duyğuları onların ətraflarındakı insanlara, nemətlərə və gözəlliklərə sevgi bəsləməsinə mane olar. Zamanla insanı bürüyüb əhatə edər və insanın təxmin edə bilməyəcəyi ölçülərə çatar. Allah bu insanların qəlblərindəki böyüklənmə arzusunun heç vaxt nail ola bilməyəcəkləri bir istək olduğunu belə bildirir:

...Onların qəlblərində özünə nail ola bilməyəcəkləri böyüklük (istəyin)dən başqası yoxdur... (Mümin surəsi, 56)

Lakin qürur və böyüklənmə Quranda; "Ona: “Allah'dan qorx!” deyildiyi zaman, təkəbbürü onu günaha sürükləyər, əhatə edər. Belə insana cəhənnəm kifayət edər. O nə pis məskəndir!" (Bəqərə surəsi, 206) ayəsi ilə bildirildiyi kimi, Allah'ın bəyənmədiyi davranışdır.

İnsanın heç vaxt nail ola bilməyəcəyi böyüklük duyğusu ilə yaşaması, həmişə özünü, hər şeydən və hər kəsdən daha çox sevməsi və həmişə mənlik duyğusu ilə hərəkət etməsidir. Öz mənliyinə və nəfsinə olan sevgisi o qədər böyükdür ki, onun istəklərini yerinə yetirmək bu insan üçün hər şeydən daha əhəmiyyətli olar. Bu mövzuda şüursuz cəsarət göstərər.

Bu yolda sevdiyi insanları da asanlıqla gözdən çıxara bilər, nəfsinin eqoist həvəsləri üçün asanlıqla bu insanlara qarşı mənfi davranışlar nümayiş etdirə bilər.

Belə insanların özlərinə qarşı duyduğu sevgi elə şiddətlidir ki, eqoistlikləri üzündən seviləcək yüzlərlə üstün xüsusiyyətə sahib olan möminlərə qarşı belə sevgisiz və etinasız davranışlar nümayiş etdirə bilərlər. Möminlərin dünyada ən çox sevə biləcəkləri, ən yaxın dost ola biləcəkləri və ən çox güvənə biləcəkləri insanlar olduqlarını bilmələrinə baxmayaraq, yenə də onlara lazımi qədər sevgi göstərə bilməzlər. Lakin bu, bəhs edilən insanların istəmədən düşdükləri vəziyyət deyil, əlbəttə. Vicdanları özlərinə gözəl əxlaqın tələbini ilham etdiyi halda, sırf nəfslərinin eqoist istəklərini yerinə yetirə bilmək üçün şüurlu şəkildə sevgi göstərməkdən qaçırlar. Bunu bəzən yenə bir etiraz üsulu, bəzən həmin insana qarşı qəzəblərinin, küskünlüklərinin, qısqanclıqlarının ifadəsi, bəzən də təkcə böyüklük hisslərinin tələbi olaraq edərlər. Bundan gizli etiraz və səssiz mesaj kimi istifadə edər və bu yolla istədikləri nəticələri əldə edəcəklərini zənn edərlər.

Əlbəttə, iman gətirənlər arasında belə davranışın qəbul edilməsi qeyri-mümkündür. İman gətirənlər arasında qəbul ediləcək davranış, təkcə Quran əxlaqına uyğun olandır. Allah'ın Quran'la insanlara bildirdiyi əxlaqı yaşayıb istəklərinə nail olmağa çalışan insanlar Allah'ın icazəsi ilə müvəffəqiyyət qazanarlar. Əks halda isə etdikləri şeytani davranışlarının zərəri özlərinə bürüyüb əhatə edər və özlərinə əziyyət verməkdən başqa heç nə edə bilməzlər. Allah'ın bəyəndiyi əxlaqı yaşamaq əvəzinə, şeytana tabe olmalarının qarşılığı olaraq belə çətinlik içində yaşayarlar.

Sevgini Əvvəlcə Qarşı Tərəfdən Gözləmə Vəsvəsələri

Şeytanın təsirinə düşən insanlar eqoistlikləri ucbatından sevgini həmişə əvvəlcə qarşı tərəfin göstərməsini gözləyərlər. Çünki qarşılarındakı insanlar onlara nə qədər sevgi göstərsələr, özlərinin də buna görə qarşılıq verməli olduqlarını düşünərlər. Əgər göstərdikləri sevgi qarşı tərəfdə göstəriləndən daha coşğulu və ya çox olarsa, bunun özlərini alçaldacağına inanarlar. Belə vəziyyət onların qürur anlayışlarına tamamilə ziddir; həyatlarının hər mərhələsində olduğu kimi, sevgini də təkcə öz qürurlarına zərər gəlməməsi şərti ilə və bu anlayışın icazə verdiyi qədəri ilə yaşayarlar.

Halbuki Quran əxlaqında qürurun yeri yoxdur. Eynilə, sevgi ilə qürur da qətiyyən bir-birləri ilə uyğun olmayan xüsusiyyətlərdir. Qürurun olduğu yerdə sevgi olmaz; çünki belə bir insan hər şeydən və hər kəsdən çox özünü sevər. Əsil sevginin tələb etdiyi rəftarları da yalnız özünə qarşı göstərə bilər.

Buna görə də, əsil sevgini ən gözəl şəkildə yaşaya bilən insanlar, təkcə nəfslərinin eqoist istəklərindən xilas ola bilmiş möminlərdir. Möminlərin yaşadığı bütün sevgilərin təməli Allah sevgisinə əsaslanır. Buna görə də, heç vaxt qarşı tərəfin davranışından asılı sevgi anlayışına sahib olmazlar. Mömin üçün bir insanın sevilmə meyarı, həmin insanın Allah'ın rizasına uyğun şəkildə yaşamasıdır. Allah'ın istədiyi həyatı yaşayan, Allah'dan qorxduğu hiss edilən bir insana mömin təbii olaraq sevgi duyar və bu sevgisində dünyəvi xüsusiyyətlərə görə seçim etməz, heç bir qarşılıq gözləməz. Hər hansı hesab aparmadan, içindən gələn kimi səmimi sevgisini göstərər. Qarşı tərəfdən sevgi görməsə belə, Allahın rizası üçün bu insana qarşı səmimi sevgi, şəfqət və qayğı göstərər.

Şeytanın təsiri altında olan insan üçünsə, nəfsi hər şeydən əvvəl gələr; nəfsinə ağır gələcəyini düşündüyü belə sınağa əsla yanaşmaz. Bu insanlar üçün nəfslərinin məmnun edilməsi, təriflənmələri, təqdir edilmələri sanki hər şeydən əhəmiyyətlidir. Buna görə də, sevginin, iltifatın, tərifin mütləq birinci qarşı tərəfdən gəlməsini gözləyərlər. Hətta çox vaxt sevgi gördüklərində də, qarşılıq verməməyi seçərlər. Çünki şərtlərə baxmayaraq, sevgi göstərmək qürurlarına ağır gəlir.

Bunun üçün, pisliyin səssiz dilindən istifadə edib bir çox hiyləgər oyuna əl atarlar. Buna gündəlik həyatdan bir çox nümunə vermək mümkündür. Bir-birlərinə hörmət, sevgi duyan, dost və yoldaş olan insanlar qarşılaşdıqları zaman qəlblərindəki bu səmimi duyğuları müxtəlif şəkillərdə bir-birlərinə ifadə edərlər. Hal-əhval soruşmaq, iltifat etmək, qarşı tərəfin məmnun olacağı gözəl rəftarlar göstərmək bunlardan bəziləridir. Şeytanın təsirinə düşən insanlar uşaqların belə düşünə bildiyi bu rəftarlardan müxtəlif bəhanələrlə qaçarlar. Lakin bütün bunları xüsusi üslubla, qarşı tərəfə bilərək etdiyini hiss etdirəcək şəkildə edərlər. Məsələn, əvvəlcə danışılması lazım olan olduqca fərqli mövzular varmış kimi, sevgi göstərmək əvəzinə bunlardan bəhs edərlər. Yaxud qarşı tərəfin diqqətçəkən gözəl xüsusiyyətlərinə görə iltifat etmək əvəzinə bilərəkdən heç əlaqəsi olmayan insanları tərifləyərlər. Yaxud da həmin insana iltifat etmək əvəzinə olduğu məkandan, dekorasiyadan, əşyaların və portretlərin gözəlliyindən bəhs edərlər. Əgər başqa birisi onlara iltifat edib gözəl söz söyləyərsə, bu insanlar hər hansı bəhanə ilə bu sözləri eşitməzlikdən gələr və ya söhbəti dayandırıb diqqəti başqa istiqamətə çəkməyə çalışarlar. Bəzən də qarşı tərəfin gözəl xasiyyətlərindən bəhs edildiyi zaman, üzünə təəccüblü, başa düşməmiş kimi bir ifadə hakim edərək gizli şəkildə özlərinin eyni qənaətdə olmadığı təəssüratını verməyə çalışarlar. Əgər çox çətin vəziyyətdə qalsalar, özləri də (içlərindən gəlmədiyinin başa düşüləcəyi şəkildə) etinasız və donuq səslə söhbtə qoşularlar. Lakin bir tərəfdən üzləri ilə bunların səmimi hissləri olmadığı mesajını verməyə çalışarlar.

Qəribə olan isə bəzən bu kəslərin qəlblərində yaşadıqları ilə bu etdiklərinin tamamilə ziddiyyət təşkil etməsidir. Şeytanın ilhamı ilə pisliyə meyl edir, vicdanlarının səsinə qarşı çıxırlar. Lakin əslində doğrunu bilir; qarşılarındakı insanların əslində seviləcək və hörmət ediləcək nə qədər çox xüsusiyyətləri olduğunu görə bilirlər. Buna baxmayaraq, şeytani əxlaqda inad edirlər.

Burada bunu ifadə etmək lazımdır ki, şeytanın bu insanları təşviq etdiyi bu davranış, Quran əxlaqından uzaq həyat sürən insanlar arasında xeyli geniş yayılıb. Bir-birlərini çox sevdiklərini söyləyən insanlar belə, dostluqlarını demək olar ki, qürur döyüşünə çevirərlər. Lakin iman gətirənlər arasında belə meyar yoxdur. Möminlər Quran əxlaqını yaşayanlara qarşı qarşılıqsız və səmimi bir sevgi duyarlar. Əvvəlcə kimin sevgi göstərdiyinin, bu vəziyyətin neçə dəfə təkrarlandığının, həmin insanın nə qədər coşğulu, qarşı tərəfin isə nə qədər sadə rəftar göstərdiyinin heç bir əhəmiyyəti yoxdur. Sevgi möminlər üçün gözəl əxlaqın tələbi olan bir ibadətdir. Həmişə ilk öncə sevgi göstərmək, həmişə iltifat etmək, fədakarlıq etmək, coşğulu olmaq, möminin Allah qorxusunun, axirət inancının, imanının göstəriciləridir. Buna görə də, heç vaxt bunların hesabını aparmazlar. Qarşı tərəf özlərinə qətiyyən sevgi göstərməsə belə, imanlarından ötrü möminlər tərəfindən mütləq seviləcəklərini bilməyin əmin-amanlığı və rahatlığı içindədirlər.

Layiq Olduqları Sevgini Görə Bilmədiklərini İddia Etmələri

Şeytanın təsiri ilə hərəkət edən insanların bir xüsusiyyəti də, qarşı tərəf özlərinə nə qədər sevgi göstərsə də, bundan razı olmamaları və bunu kafi görməmələridir. Əsasən nəfslərindəki böyüklük hərisliyinin tələbi olaraq, layiq olduqlarından olduqca çox sevgi, maraq və diqqət tələb edərlər. Həmişə daha çoxuna layiq olduqlarını düşündükləri üçün, heç cür məmnun olmamalarına səbəb olan gözlənti içindədirlər. Bu məqamda heç düşünmədikləri mövzulardan biri isə, özlərinin bu sevgiyə həqiqətən də layiq olub-olmamalarıdır.

Möminlər Quran əxlaqı ilə hərəkət etdiklərinə görə, bütün qüsur və səhvlərinə baxmayaraq, gözəl əxlaqa təşviq etmək məqsədi ilə qarşılarındakı insana sevgi və şəfqət göstərə bilərlər. Bu vəziyyəti şeytanın təsiri ilə qiymətləndirənlər isə, özlərinə göstərilən maraq və diqqətin möminlərin üstün əxlaqından qaynaqlandığını təqdir edə bilməzlər. Layiq olduqları üçün belə maraq gördüklərini düşünərlər. Hətta bu vəziyyət bəzən elə hal alar ki, böyüklənmə hərisliyi ilə mükəmməl olduqlarını düşünən bu insanlar, özlərinə hər kəsdən daha çox sevgi göstərilməsini istəyərlər. Az olduğuna qənaət gətirdikləri sevgi formalarını da pisləyərlər.

Lakin bu mövzudakı fikir və tələblərini də, yenə şeytanın hiyləgər üsulları ilə qarşı tərəfə hiss etdirməyə çalışarlar. Heç vaxt açıq şəkildə; "mən bundan daha yaxşısına layiqəm", "mənə hər kəsdən çox sevgi göstərilsin, hər kəsdən daha üstün olduğum hiss etdirilsin" kimi ifadələrlə bu düşüncələrini dilə gətirməzlər. Hətta özlərinə bu yöndə bir söz deyilsə, bunu qətiyyən qəbul etməz və var gücləriylə etiraz edərlər. Qəlblərində qətiyyən belə böyüklük hissinin olmadığını, özlərini çox qüsurlu gördüklərini, çox səhv yönlərinin olduğunu bildiklərini və buna görə də, belə imtiyazlı sevgiyə onsuz da layiq olduqlarına inanmadıqlarını söyləyərlər. Lakin bu müdafiələrində, əlbəttə, səmimi deyildirlər. Lakin daxilən bunların tam əksinə inandıqlarını bilirlər. Şeytanın öyrətdiyi üsulla bu mövzudakı həqiqi inanclarını gizli dillə qarşı tərəfə ifadə edərlər. Lakin bir tərəfdən bu vəziyyəti rədd etməklə özlərinə səmimi görünüş verəcəklərini, digər tərəfdən isə bu mövzudakı həqiqi qənaət və tələblərini qarşılarındakı insanlara gizli şəkildə hiss etdirəcəklərini düşünərlər. Necə ki, dilləri ilə rədd etdikləri düşüncələri, üz ifadələrindəki narazılıqla, tərs, etinasız, soyuq və rəsmi davranışları ilə göstərərlər.

Möminlər, əlbəttə, bu insanların həqiqi düşüncələrindən və bu şeytani üsullarla əldə etmək istədiklərindən xəbərdardırlar. Lakin onların bu davranışlarına yalnız Qurani əxlaqla cavab verərlər. Çünki böyüklənmə hərisliyinə qapılan bir insanı həmişə tərifləmək, ucaltmaq, ona sanki gözəl əxlaq göstərirmiş kimi davranmaq, onun qürur və eqoistliyini daha da gücləndirəcək və ona daha da zərər verəcək. Buna görə də, möminlər belə vəziyyətdə bu insana qarşı layiq olmadığı sevgi ilə yaxınlaşmaq əvəzinə, səmimi şəkildə ona öyüd verər və Quran əxlaqını yaşamağa dəvət edərlər. Əslində səmimi olaraq Allah'a iman gətirən və axirətdə xeyirli həyatla qarşılaşmaq istəyən bir insan üçün, bu ən böyük sevgi göstərişlərindən biridir. Şeytanın təsiri ilə düşünənlər isə bu yanaşmanı təqdir edə bilməz və layiq olduqları marağı görə bilmədikləri düşüncəsi ilə daha da mənfi hərəkətlərə yol verərlər.

Sevgilərinə Qarşılıq Görə Bilmədikləri Üçün Sevgi Göstərmədiklərini Bəhanə Etmələri

Şeytanın ilhamı ilə hərəkət edən insanların oynadığı oyunlardan biri də, “özləri çox sevdikləri halda sevilmədiklərini iddia etmələri və buna görə də, soyuq və donuq davranmaları”dır.

Əvvəla bunu ifadə etmək lazımdır ki, şeytanın əxlaqını mənimsəyən bir insanın bu xüsusiyyətləri ilə birlikdə sevilə bilməsi qeyri-mümkündür. Bu insanın bəlkə də bir çox gözəl əxlaq xüsusiyyəti var; bəlkə ətrafındakı insanlardan sevgi gözləyərkən özünə bu xüsusiyyətlərini meyar götürür. Lakin şeytana tabe olmaqla edilən hərəkətlər, insanın sahib olduğu gözəl xüsusiyyətlərə də kölgə salar. Məsələn, bir insan nə qədər çalışqan, fədakar və ya incə düşüncəli olsa da, şeytanın təsiri ilə neqativ xarakterə sahib olması, mənasız və donuq baxması və ətrafındakı insanlara qarşı soyuq davranması onun müsbət xüsusiyyətlərini də şübhə altına salır. Çünki əsil əhəmiyyətli olan insanın gözəl əxlaqı Allah qorxusundan ötrü yaşamasıdır. Əgər insan bəzi mövzularda gözəl xüsusiyyətlər göstərib bəzi mövzularda bunun əksini edirsə, bu insanın müsbət xüsusiyyətlərinə də Allah qorxusuna görə sahib olduğundan əmin olmaq olmaz. Bu da həmin insana qarşı dərin sevgi duyulmasına mane olar.

Həmçinin bunu da xatırlatmaq lazımdır ki, möminlərin bir insana Allah rizası üçün səhvini söyləmələri, axirəti üçün onu pisliklərdən çəkindirmələri ən səmimi sevgi göstərişlərindən biridir. Lakin şeytani məntiqlərindən ötrü hər mövzuda mənfi xüsus axtaran bu insanlar, özlərinə edilən xəbərdarlıqları da müsbət mənada qəbul etməzlər. Bu kəslərin nəfslərinə görə, sevgi, insana heç bir nöqsan və səhvinin deyilməməsi, həmişə təriflənməsi və təqdir edilməsidir. Halbuki möminlər səhvi olan bir insana bunu söyləməməyi vicdanən qəbul etməzlər. "Mömin kişilərlə mömin qadınlar bir-birlərinin vəlisidirlər. Yaxşı əməlləri əmr edər, pis əməllərdən çəkindirərlər..." (Tövbə surəsi, 71) ayəsinin tələbi olaraq, Allah rizası üçün bir-birlərini pis əməllərdən çəkindirərlər.

Necə ki, şeytanın təsiri altındakı insanlar da əslində möminlərin bu mövzudakı səmimiyyətlərini və Allah'ın rizasına uyğun hərəkət etdiklərini bilərlər. Lakin ayədə bildirildiyi kimi; "...vicdanları qəbul etdiyi halda, zülm və böyüklənmədən ötrü..." (Nəml surəsi, 14) etdikləri səmimiyyətsizliyi görməzlikdən gələrlər. Bu rəftarları çox vaxt elə həddə çatar ki, edilən xəbərdarlıqlardan öyüd alıb hərəkətlərini düzəltmək əvəzinə, vicdanlarının səsini susdurub onlara şeytanın başqa üsulu ilə cavab verərlər. Şeytani məntiqlərinə görə, "özləri əslində qarşılarındakı insanları çox sevirlər; lakin özləri seviləsi əxlaqa sahib olmadıqları üçün, müəyyən mənada bu insanlara yaxşılıq etmək istəyirlər".

Əlbəttə ki, bu olduqca səmimiyyətsiz, ağılsız və Qurana uyğun olmayan bir üsuldur. Əgər bir insan səmimi şəkildə Allahdan qorxursa və pis əxlaqından ötrü sevilmədiyini düşünürsə, belə vəziyyətdə dərhal əxlaqını düzəltməyi və seviləcək hala gəlməyi hədəfləyər. Üstəlik, möminlərin sevilməyən xüsusiyyətlərə malik insana qarşı səmimiyyətsiz sevgi göstərməyəcəklərini, həmişə Quran əxlaqına uyğun hərəkət edəcəklərini və bu üsullarına cavab verməyəcəklərini bilər. Buna baxmayaraq, həmin bu insanların belə düşüncələrə qapılıb, bu istiqamətdə hərəkət etmələri özlərinə şeytanı vəli tutmuş olmalarından qaynaqlanır.

Sevgisiz və Soyuq Davranmalarının Şəxsiyyətli Xarakterlərindən Qaynaqlandığını İrəli Sürmələri

Şeytanın Qurana uyğun olmayan əxlaqı mənimsədə bilmək üçün, insanlara ilham etdiyi düşüncələrdən biri də; "şəxsiyyətli insan olmağın ciddiyyət, soyuqluq və rəsmiyyət kimi xüsusiyyətlər sayəsində mümkün ola biləcəyi" fikridir. Əlbəttə ki, bu əxlaqı tətbiq edən insanların bir çoxu əslində şəxsiyyətli olmaqla səmimi sevgini yaşamaq arasındakı fərqi çox yaxşı bilirlər. Bir insanın şəxsiyyətli olması Quran əxlaqına uyğun davranışdır; buna görə də, Quran əxlaqını əks etdirən digər xüsusiyyətlərə zidd olması qeyri-mümkündür. Bir insan, şəxsiyyətli olduqda soyuq, səmimi və rahat olduqda isə şəxsiyyətsiz olacaq deyə bir qayda yoxdur. Bu, tamamilə şeytanın yalanıdır və bu əxlaqı göstərənlərin hiyləgərliyindən qaynaqlanır. Şəxsiyyətli olmaq, bir insanın ağıllı, şüuru açıq, səmimi və etibarlı olması, daha da əhəmiyyətlisi Allah'dan qorxan imanlı insan olması ilə mümkün ola bilər. Ciddiyyət, rəsmiyyət kimi xüsusiyyətlərlə şəxsiyyətli olmağın heç bir əlaqəsi yoxdur.

Həmin insanlar bütün bunları çox yaxşı bilir. Necə ki, onlar da irəli sürdükləri məntiqdən, şeytani əxlaqa qanuni zəmin hazırlaya bilmək üçün yalnız bir bəhanə kimi istifadə edirlər. Əvvəlki sətirlərdə ətraflı qeyd edildiyi kimi, böyüklük və qürurluluq duyğularından ötrü, qarşılarındakı insanlara sevgi göstərmək nəfslərinə ağır gəlir. Yaxud bu insanların hər hansı davranışlarına etiraz etmək, onlara müəyyən şəkildə mesaj vermək, küsülü və qəzəbli olduqlarını ifadə etmək üçün bilərək soyuq davranırlar. Bütün bunları açıq şəkildə etmələrinin Quran əxlaqına uyğun olmayacağını bildikləri üçün də, bunu şeytanın gizli üsulları ilə, səssiz dillə ifadə etməyə çalışırlar.

Nəticə etibarilə passiv və donuq, soyuq və sevgisiz xarakter göstərib, ətraflarındakı insanlara gizli eyhamlar vurmaq istəyənlərin, əsil problemləri qəlblərindəki səmimiyyətsizlikdir. Əslində Allah'dan kifayət qədər qorxmaz, imanı və Quran əxlaqını lazımınca yaşamaz və möminləri özlərinə tam olaraq dost bilməzlər. Sahib olduqları Allah qorxusu və yaşadıqları din əxlaqının iman gətirənləri necə etibarlı insanlar etdiyini bildikləri halda, onlara lazımınca güvənə bilməzlər. "Sizin dostunuz (vəliniz), təkcə Allah, Onun Elçisi, rüku edənlər olaraq namaz qılan və zəkatı verən möminlərdir" (Maidə surəsi, 55) ayəsi ilə bildirildiyi şəkildə, onları özlərinə dost və sirdaş tutmazlar. Qəlblərindəki bu xəstəlik hərəkətlərinə əks olunur və buna görə də, onlara lazımınca sevgi və səmimiyyət göstərə bilmirlər. Halbuki Allah; "kim Allahı, Onun Rəsulunu və iman gətirənləri özünə dost (vəli) tutsa, şübhəsiz ki, qalib gələcək olanlar, Allahın tərəfdarlarıdır" (Maidə surəsi, 56) ayəsi ilə insanın təkcə bu yolla müvəffəqiyyətə nail ola biləcəyini xatırlatmışdır. Bu əxlaqdan üz döndərən insanın dostu isə şeytan olacaq. Belə dostluğun nəticəsi isə Quran'da belə bildirilmişdir:

...Kim Allah'ı tərk edib Şeytanı özünə dost (vəli) tutsa, şübhəsiz ki, o, açıq-aydın ziyana uğramışdır. (Nisa surəsi, 119)

İnsanlar güvəndikləri insanların yanında çox rahat və təbii davranar, onların özləri ilə əlaqədar məlumat sahibi olmalarından narahat olmazlar. Məsələn, bir ana uşağı ilə əlaqədar hər mövzunu bilər. Bu, onun çatışmazlığı və ya səhvi də olsa, qarşılıqlı surətdə heç biri bundan narahat olmaz. Ana uşağının yaxşılığı üçün bu səhvini düzəltməyə kömək edər; uşağı da anasının yaxşı niyyətini bildiyi üçün heç bir narahatlıq hissi yaşamaz. Uşağının hansı səhvi olsa da, anası ona həmişə sevgi göstərər və fədakarlıq, yaxşılığını ondan əsirgəməz. Anasının şərtsiz sevgisindən əmin olan uşaq da, anasına təbii olaraq daimi sevgi və yaxınlıq duyar. Aralarındakı heç bir mövzunun bu sevgiyə mane ola biləcəyini düşünməz.

Allah rizasına uyan və Allah qorxusuna əsaslanan birgəlik içində olan möminlər üçün bənzər vəziyyət hakimdir. Möminlər dünya və axirətdə sonsuza qədər birlikdə olmaq niyyəti ilə bir araya gələrlər. Quran'ın; "Allah'ın ipinə hamınız möhkəm sarılın. Dağılıb ayrılmayın. Həmçinin Allah'ın sizin üzərinizdəki nemətini xatırlayın. Bir zaman, siz bir-birinizə düşmən idiniz. O, qəlblərinizin arasını uzlaşdırıb isinişdirdi və siz Onun neməti sayəsində qardaş oldunuz..." (Ali İmran surəsi, 103) ayəsi ilə bildirildiyi kimi, bir-birlərini qardaş kimi sevərlər. Bir-birlərinə qarşı heç bir mənfəət əlaqəsinə əsaslanmayan, yalnız Allah sevgisinə əsaslanan, Allahın rizasının meyar qəbul edildiyi daimi sevgi bəsləyərlər. Hətta əxlaqları gözəlləşdikcə və Allah rizasını qazanmaq mövzusundakı səyləri artdıqca bir-birlərinə duyduqları sevgi və bağlılıq da getdikcə artar.

Lakin şeytanın təsiri altındakı insanlar belə düşüncəyə sahib deyildirlər. Çünki onların zehinlərində kök salan düşüncələr, səmimi möminlərin düşüncələrindən çox fərqlidir. Allah'a və möminlərə olan bağlılıqları kifayət qədər güclü olmadığı üçün, onlarla həqiqi dostluq və yaxınlıq qura bilməzlər. Bundan ötrü də, qarşılıqsız və ya birtərəfli sevgiyə niyyət etməkdən qaçar və həmişə təmkinlə hərəkət edərlər.

Əlbəttə ki, bu davranışları hər mövzuda olduğu kimi, özlərindən başqa heç kimə zərər verməz. Allahın ən gözəl nemətlərindən biri olan sevgi göstərməyi, sevgi görməyi, yaxınlığı, marağı yaşamayıb yalnız öz-özlərini bu gözəlliklərdən məhrum edərlər. Ətrafları nə qədər izdihamlı kimi görünsə də, qürurlanan halla tənha həyat yaşayarlar. Göstərdikləri bu Quran'dan uzaq əxlaqdan ötrü; "bundan ötrü, bu gün özünə heç bir mehriban dost yoxdur" (Haqqə surəsi, 35) ayəsi ilə bildirildiyi kimi, axirətdə də dostları olmayacaq.

Gözəl Sözdən, İltifatdan, Xoşsöhbət Olmaqdan Qaçmaları

Allah Quran'da gözəl sözün əhəmiyyətini belə misalla xatırlatmışdır:

...Gözəl söz kökü yerdə möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. Rəbbinin icazəsi ilə meyvəsini hər zaman verər. Allah insanlar üçün misallar çəkər; ümid edilir ki, onlar öyüd alıb düşünərlər. (İbrahim surəsi, 24-25)

Həmçinin Allah digər bir ayədə də insanlara sözün ən gözəlini söyləmələrini bildirmiş, əks təqdirdə şeytanın araya girib insanların arasını vuracağını belə xəbər vermişdir:

Qullarıma, ən gözəl sözləri demələrini söylə. Çünki şeytan aralarını vurmaqdadır. Şübhəsiz ki, Şeytan insanın açıq-aydın düşmənidir! (İsra surəsi, 53)

Həyatlarının hər anını Allah'ın razı olacağı şəkildə yaşamaq niyyətində olan möminlər, bu ayələr əsasında həmişə gözəl sözlər söyləməyi özlərinə hədəf seçmişlər. Özlərini şeytanın istəkləri əsasında yaşamağa hazırlamış insanlar isə, bir çox mövzuda olduğu kimi, bu mövzuda da, əksinə davranarlar. Gözəl sözdən, iltifatdan, xoşsöhbət olmaqdan qaçmalarının isə bir çox səbəbi var.

Bu insanların hər mövzuda olduğu kimi, gözəl söz söyləyənlərdən olmaq mövzusunda da qarşılarına çıxan ilk maneə "qürurları"dır. Qürurlu insanın əsas xüsusiyyəti öz nəfsini ön planda tutması və digər bütün mövzuların, hətta əsil məqsədi olan Allah'ın rizasını qazanma səyinin belə, nəfsindən sonra gəlməsidir.

Belə bir insan özü üçün mühüm əhəmiyyəti olan böyüklənmə duyğusunu bir kənara qoyub, ətrafındakı insanlara gözəl sözlər söyləməyi, iltifat etməyi və onlarla xoş söhbətlər etməyi olduqca çətin hesab edər. Çünki ona görə ən ağıllı insan özüdür, özü bu qədər ağıllı ikən, başqa birini öz istəyi ilə tərifləməsi mümkün olmaz. Yenə ona görə ən məntiqli insan da özüdür və onun qədər məntiqli insanın başqa insanın sözlərini dinləyib ona tabe olması yersiz olar. Ona görə, ən gözəl xüsusiyyətlərə sahib olan da özüdür, o zaman o, iltifat etməli deyil, ona iltifat edilməlidir...

Şeytanın təsirinə düşən bu insanların gözəl söz deməkdən qaçmalarının digər səbəbi isə, qəlblərindəki "kin və ya qısqanclıq" duyğularıdır. Allah insan nəfsinin qısqanclığa və eqoistliyə əlverişli olduğunu; "...nəfslər isə “qısqanclığa və eqoist həvəslərə” hazır (əlverişli) edilmişdir..." (Nisa surəsi, 128) ayəsi ilə açıqlamışdır. Allah'dan qorxub çəkinən möminlər bu ayədən ötrü, qısqanclıqdan Allah'a sığınar və nəfslərinin bu yönünü tərbiyə edərlər. Ətraflarındakı hər hadisədə Allah'ın üstün təcəllilərinini görər və bunları coşğu ilə dilə gətirməkdən özlərini saxlaya bilməzlər. Gözəlliklər, nemətlər və müvəffəqiyyətlər qarşısında duyduqları sevinci israrla gündəmə gətirib, Allah'ın nemətinə qarşı olan şükürlərini ifadə edərlər. Yaşadıqları sevgini, coşğunu təbii şəkildə kənara əks etdirərlər.

Şeytana tabe olanlar isə nemətlərdən zövq ala bilməz, sakit həyat yaşaya bilməzlər. Özləri bu vəziyyətdə olarkən, ətraflarındakı səmimi möminlərin nemətlərdən dərin zövq almaları, xoşbəxt, rahat və sevincli olmaları onları daxilən qısqanclığa və qəzəbə sürükləyər. Halbuki eyni gözəl həyatı yaşamaq onların da əlindədir. Allah, iman gətirib saleh əməllər işləyən, gözəl əxlaq göstərən hər insana bu gözəl həyatı vəd etmişdir. Öz seçimləri əsasında şeytanın əxlaqını mənimsədikləri üçün yaşadıqları narahat həyatdan ötrü bundan məhrum olar, ardınca da bu nemətə sahib olan möminlərə həsəd apararlar.

İçlərində gizlənən və şeytanın təlqinləri ilə getdikcə böyüyən kin və qısqanclığı açıqca dilə gətirməkdən çəkindikləri üçün, şeytanın səssiz dilinə müraciət edərlər. Gözəlliklər, nemətlər və müvəffəqiyyətlər qarşısında səssiz qalmağı və susmağı seçərlər. Bunları mümkün qədər heç ağızlarına almaz, yayınmağa çalışarlar. Qəzəblərindən ötrü; "səssiz etiraz" üsuluna əl atıb mənfi düşüncələrini və narazılıqlarını qərarlı səssizliklə ifadə etməyə çalışarlar.

Bu insanların gözəl sözlər söyləyib iltifat etməkdən, mehriban söhbət mühiti yaratmaqdan qaçmaqla, etmək istədikləri digər şey isə qarşılarındakı insanlara "dəyər vermədiklərini vurğulamaq"dır. Lakin bunun səbəbi qarşılarındakı insanları həqiqətən dəyərsiz görmələri deyil. Bunu nəfslərinə ağır gəldiyi üçün, qısqanclıqlarından və ya qürurlarından ötrü edərlər. Lakin kitabın əvvəlindən bəri diqqət çəkdiyimiz bütün gizli pisliklərdə olduğu kimi, bu davranışlarında da özlərini açıqca biruzə verməməyə, təkcə sübut edilə bilməyəcək etirazlar etməyə böyük diqqət göstərərlər. Əgər hər kəsin gözəl sözlər danışdığı mühitdədirlərsə, tamamilə səssiz qalmalarının içlərindəki bu pisliyin başa düşülməsinə səbəb olacağını bildikləri üçün bu cür vəziyyətlərdə fərqli üsula müraciət edərlər.

Bəzən, sanki uyğun söz tapa bilmirmiş kimi qırıq-qırıq danışar, bəzən də demək məcburiyyətində qaldıqları sözlərə səmimiyyətsizlik əlavə edərlər. Bəzən ağızlarından səhv bir söz çıxmış və deyəcəklərini istədikləri şəkildə ifadə edə bilməmiş kimi davranaraq, gizli dillə bu mövzudakı istəksizliklərini və soyuqluqlarını göstərərlər. Bəzən də əvvəlcə gözəl söz söyləyirmiş yaxud səmimi iltifat edirmiş kimi davranıb, ardından əlavə etdikləri hiyləgərcəsinə hazırlanmış digər bir sözlə bunun mənasını dəyişdirməyə yaxud da təsirini yox etməyə çalışarlar. Şeytanın təsiri altında olduqları üçün bir şeyi həqiqətən bəyəndikləri halda, qürurlarına ağır gəldiyi üçün bunu həqiqi dəyərini hiss etdirməyəcək sözlərlə tərifləməyə çalışarlar. Məsələn, "çox gözəl" ifadəsi əvəzinə, "pis deyil" kimi başdansovma sözlərlə mövzunu əhəmiyyətsiz göstərməyə cəhd edərlər. Bunlar kimi səmimiyyətsizliklərini vurğulamaq üçün işlətdikləri daha bir çox incə üsul var və bunların hər biri şeytan əməli olan hiyləgər üsullardır.

Bu mövzuda bilinməsi lazım olan budur ki, göstərdikləri hiyləgər davranışlarla, sərf etdikləri mesaj dolu sözlərlə təkcə özlərini çətinliyə salarlar. Bunların heç biri səmimi möminlərə təsir etməz, zərər verə bilməz. Əksinə, möminlərin səmimiyyətsiz insanları tanımalarına və şeytanın insanlara necə bir oyun oynadığını görmələrinə vəsilə olar.

Diqqəti Cəlb Etmək Üçün Özlərini Əsrarəngiz Göstərmə Cəhdləri

Şeytanın təsiri altındakı insanların ətraflarında olanların diqqətini çəkə bilmək üçün, müraciət etdikləri səssiz üsullardan digəri isə, özlərini "əsrarəngiz insanlar kimi tanıtmağa çalışmaları"dır. Bunun üçün də, bu hissənin əvvəlindən bəri açıqladığımız durğun, səssiz və passiv xarakterə bürünərlər. Özlərini olduqlarından daha fərqli göstərməyə çalışarlar; lakin bu fərqliliyin həqiqi hallarından daha mənfi təəssürat yaratmasına diqqət yetirərlər. Bunun onlara necə bir mənfəət təmin edəcəyi isə naməlumdur. Çünki heç bir insan özünü ətrafına pis insan kimi tanıtmaq istəməz. Bir çox yaxşı xüsusiyyəti olduğu halda, mənfi cəhətlərini ön plana çıxardıb vurğulamağı istəməz. Əksinə, həmişə olduğundan daha ağıllı, daha gözəl xasiyyətli, daha şəxsiyyətli, daha etibarlı biri kimi tanıtmaq istəyər. Bir insanın belə səy göstərməsi, şübhəsiz ki, təkcə şeytanın bu insanın doğru yollarının üstündə oturması və onu doğru yoldan azdırmağa çalışmasıyla gerçəkləşər.

Ələ aldığımız bütün digər üsullar kimi, şeytanın bu hiyləgər üsulu da Quran əxlaqına qətiyyən uyğun gəlmir. Əvvəla imanı qavrayan bir insan heç vaxt özünü bilə-bilə əsrarəngiz insan kimi tanıtmaz. Tam əksinə, nə qədər açıq, dəqiq, səmimi şəxsiyyətə sahib olduğunu, dürüstlüyün və etibarlılığını əlindən gələnin ən çoxunu edərək bəlli etməyə çalışar. Əsrarəngiz davranışlar göstərib, özünü olduğundan fərqli göstərməyin, əsrarəngiz danışmağın münafiq xarakterli insanların xüsusiyyəti olduğunu bilər. Quran'ın bir çox ayəsində peyğəmbərlərin göndərildikləri cəmiyyətlərə özlərini tanıdarkən əvvəlcə etibarlı insanlar olduqlarını vurğuladıqlarına diqqət çəkilmişdir. Ayələrdə hz. Nuhun özünü qövmünə belə tanıtdığı bildirilir:

Bir zaman qardaşları Nuh onlara dedi: “Məgər qorxmursunuz? Həqiqət budur ki, mən sizə göndərilmiş etibarlı bir peyğəmbərəm. Artıq Allah'dan qorxun və mənə itaət edin. (Şuəra surəsi, 106-108)

Saleh möminlər özlərinə peyğəmbərlərin bu əxlaqını nümunə götürərlər. Şeytana tabe olan insanlar isə bütün bu həqiqətləri çox yaxşı bildikləri halda, bulanıqlaşan ağılları və xeyli örtdükləri vicdanlarının zəifliyindən ötrü, israrla şeytanın üsuluna sarılarlar. Heç cür başa düşülə bilməyən və dolayısilə, nə düşündüyünün və nə hiss etdiyinin aydın ola bilməsi üçün, həmişə üzərinə düşülən bir insan olmağın özlərini mühüm mövqeyə gətirəcəyinə inanarlar. Buna görə də, qarşı tərəfin özləriylə maraqlanan insanlar olmasını təmin etmək üçün, həmişə özlərini sirlərlə dolu, anlaşıla bilməz, nəyi nə üçün etdiyi bilinməyən insan kimi tanıdarlar. Lakin özlərinə maraq göstərilməsi də onları rahat etməz. Özlərini əsrarəngiz göstərməklə nəyi əldə etmək istədiklərini özləri də tam olaraq bilmirlər. Təkcə diqqəti cəlb etmək istədiklərini bilirlər; bunun nəticəsində ətraflarındakı insanların sevgilərini, yoxsa nifrətlərini qazanacaqlarını heç düşünməzlər. Şeytan mövzunun bu əhəmiyyətli hissəsini onlara unutdurar. Bunu təckə etdikləri şeytani davranışların çıxılmaz yol olduğunu anladıqları zaman düşünməyə başlayacaqlar.

Nə istədiklərinin aydın olması üçün özlərinə çoxlu sual verilsə də, bunların heç biri onların necə insan olduğunu tapmağa kifayət etməz. Xüsusilə həmişə üstüörtülü cavablar verərlər ki, nə demək istədiklərinin başa düşülməsi üçün özlərinə yenə suallar verilsin. Bu yolla ətraflarındakı insanların əsas gündəm mövzusunu meydana gətirə biləcəklərini düşünərlər. Bu, onlara görə, qarşı tərəfin onlara çox dəyər verdiyinin və onları qazanmaq üçün hər cür çətinliyə dözəcəyinin bir işarəsi kimidir. O zaman bu vəziyyətə şahid olan digər insanların da özlərinə ona görə dəyər verəcəklərini, onların gözlərində daha üstün mövqeyə yerləşirib; "bu insanlar həqiqətən əhəmiyyətlidir" deyə düşünəcəklərini zənn edərlər. Bir davranış pozuntusundan belə bir nəticəyə gəlmək isə, təkcə, üstünlük ölçüsünün təqva və Allah'a yaxınlıqla olacağını düşünməyən, Quran əxlaqı ilə hərəkət etməyən insanlar üçün keçərli ola bilər. İman sahibləri belə hərəkətin Qurana uyğun olmadığını bilərlər.

Buna görə də, müsəlmanlar dürüst şəxsiyyətə sahib insanlardır; nəyi niyə etdikləri də çox aydındır. Heç bir hərəkətləri pis düşüncə daşımaz, şübhə doğurmaz. Quran əxlaqı ilə hərəkət etdikləri üçün, bir şey etdikləri və ya söylədikləri zaman bu, Allahın icazəsi ilə ətrafdakı insanlar üzərində mütləq müsbət təsir yaradar. "Niyə belə dedi", "bir şey mi eyham etməyə çalışdı", "nə demək istədi" kimi şübhələr meydana gəlməz. Əsrarəngiz təəssürat diqqətlə çəkinərlər. Quran'ın; "lakin Allah sizə imanı sevdirdi, onu qəlblərinizdə bəzəyib cəlbedici etdi və sizə inkarı, günahı və asiliyi çirkin göstərdi. Məhz onlar doğru yola tapanlardır!" (Hucurat surəsi, 7) ayəsi ilə bildirildiyi kimi, Allah iman gətirənləri hidayətə yönəltmiş, şeytanın əxlaqını onlara çirkin göstərmişdir.

Lakin şeytanın hiyləgər təlqinləri ilə hərəkət etdikləri üçün, Quran əxlaqından uzaqlaşan insanlar əsrarəngiz olmağı daha cəlbedici və diqqətçəkən görərlər. Özlərini digər insanlardan fərqli göstərmə arzusu daha üstün gəldiyindən, şübhəli, narahatedici, nə düşündüyü bilinməyən və planları, sirləri açıla bilinməyən insan görünüşünə bürünərlər. Ardından da müsəlmanların özlərinin necə insan olduqlarını tapmalarını, hansı gözləntilərinin olduğunu anlamalarını gözləyərlər.

Halbuki müsəlmanlar gözəl əxlaqı bütün yer üzündə hakim etmək kimi, çox mühüm məsuliyyətləri boyunlarına götürmüş insanlardır. Lakin özlərini olduqlarından xeyli böyüdüb əhəmiyyətli hesab edən bu insanlar, hər şeyin bir kənara qoyularaq təkcə özləriylə maraqlanılmasını gözləyərlər. Özlərinə çox-çox dəyər verər, digər insanların da bu şəkildə dəyər verməsini gözləyərlər.

Bu dünyagörüşləri istiqamətində şeytanın hiyləgər oyunlarına əl atarlar. Öz aləmlərində qarşılarındakı insanları müəyyən sınağa çəkərlər. Özlərinə nə qədər dəyər verildiyini, onların özləriylə maraqlanma dərəcəsinə görə müəyyənləşdirmək istəyərlər. Həqiqətən sevilib-sevilmədiklərini, özlərinə güvənilib-güvənilmədiyini ölçmək üçün bu hiyləgər və ağılsız üsuldan istifadə edərlər. İstədikləri təqdirdə təkcə niyyət dəyişikliyi ilə aradan qaldıra biləcəkləri yanlış davranışlarını, təkcə özlərinə maraq göstərildikdə dəyişdirməyə qərarlıdırlar. Onların səhv məntiqlərinə görə, bu maraq onların sevilmə ölçüsüdür; əgər həqiqətən dəyər verilib sevilirlərsə, qarşılarındakı insanların bunu böyük diqqət və maraqla göstərmələri şərtdir.

Əlbəttə ki, bütün bunlar Quran əxlaqına qətiyyən uyğun gəlməyən, şeytani fikirlərə əsaslandığı üçün, heç vaxt istənilən nəticələri verməyəcək mənasız cəhdlərdir. Həmin bu insanlar bu şeytani cəhdlərdən, səssiz eyhamlardan, hiyləgər oyunlardan imtina etmədikləri təqdirdə böyük sıxıntıya düçar olarlar. Şeytanın əxlaqı onları getdikcə əhatə edər. Şeytanı dost tutduqları üçün müsəlmanları da sanki düşmən kimi görməyə başlayarlar. Onların hər sözlərini, hər davranışlarını şeytani məntiqlərlə şərh edib, bundan qəlblərindəki pisliyi daha da böyütmək üçün istifadə edərlər. Etdikləri bu hiyləgər və səmimiyyətsiz çıxarışları, sanki əzbərləyirmiş kimi yadda saxlayarlar. Bu da onların qəlblərində dərin qəzəbin və kinin yaranmasına səbəb olar. Necə ki, nəfslərinə tərs düşən bir vəziyyətlə qarşılaşdıqları zaman, bu kin dərhal üzə çıxar və həmin insan o günə qədər yadda saxladığı və öz aləmində qarşı tərəfə qarşı fürsət kimi istifadə edə biləcəyini düşündüyü bütün bu məlumatları açıb deyər. Allah Quran'da; "pisliyi təşkil edən" belə insanları əzabı ilə xəbərdar edir:

Artıq “pisliyi təşkil edənlər”, Allahın özlərini yerin dibinə keçirməyəcəyindən və ya bilməyəcəkləri bir yerdən əzabın gəlməyəcəyindən əmindirlər?! (Nəhl surəsi, 45)

Beləliklə də, bu insanların heç cür açıla bilməyən əsrarəngizliklərinin, durğunluqlarının səbəbləri və irəli sürdükləri bütün bəhanələrin əsassız olduğu ortaya çıxmış olar. Əslində qəlblərində böyük qəzəb var; bunu hər nə qədər gizlətsələr də; "Allah gizlətdiklərini və aşkar etdiklərinizi bilər!" (Nəhl surəsi, 19) ayəsi ilə xəbər verildiyi kimi, Allah buna şahiddir.

Keylik və Tənbəlliklə Gizli Mesajlar Verməyə Çalışmaları

Donuq və səssiz xarakterə bürünərək pisliyin gizli dili ilə ətraflarındakı insanlara mesajlar verməyə çalışan insanların bir çoxu bu məqsədlə key, asta və dalğın davranarlar. Bu yolla şövqsüz, istəksiz və bir şeydən narahat olduqlarını səssiz dillə ətraflarındakı insanlara hiss etdirməyə çalışarlar. Digər insanlarla müqayisə edildiyi zaman, bu insanların bir hissəsinin davranışlarında böyük astalıq hiss edilər; bu vəziyyət yerişlərindən oturub-qalxmalarına və yeməklərindən təmizliklərinə qədər hər şeylərinə hakimdir. Eynilə dalğın olmaları da diqqətçəkəndir. Hamı danışdığı halda onlar uzaq bir yerə baxıb durarlar. Söhbətdən ayrı qalar, təkcə arabir bu insanlarla danışarlar. Qəribə olan budur ki, çox həqiqi təəssürat vermələrinə baxmayaraq, əslində bütün bunları təqlid olaraq edərlər. Məqsədləri, bura qədər qeyd etdiyimiz bütün davranış pozuntularında olduğu kimi, gizlicə pis əxlaqlarını yaşada bilməkdir. Şübhəsiz ki, bu da digər məqsədli hərəkətlərində olduğu kimi, olduqca çətindir. Şən, aktiv və ünsiyyətcil (ekstrovert) bir insanın iradəsindən istifadə edib bütün günü özünü astalaşdırması, donuqlaşdırması, səssizləşdirməsi, hərəkətsiz və key hala gətirməsi... Üstəlik, buna bir-iki gün deyil, demək olar ki, bütün həyatı boyu dözə bilməsi...

Şeytan bu insanları gözəl həyatdan məhrum edə bilmək üçün, onlara bu üsulu cəlbedici göstərər, lakin eyni zamanda onlara elə böyük bir oyun oynayar ki, belə bir tələyə düşdüklərini anladıqları zaman, ümumiyyətlə, onsuz da şeytan çoxdan məqsədinə nail olmuş olar. Şeytan sanki hipnoz etmiş kimi, bu insanları təsiri altına alar. Bəhs edilən rəftarları göstərmələri məsələsində onları həmişə təşviq edər, belə ki, sonda bu onların təbii xüsusiyyətləri halına gələ bilər. Artıq istəsələr də, bu key, yuxulu, asta haldan xilas olmağın yolunu görə bilməyəcək davranışa sahib olarlar. İçlərindən sevinmək, canlanmaq və aktiv olmaq gəlməz.

Şeytanın təsiri altındakı insanlar, imana qarşı apardıqları israrlı mübarizə nəticəsində vücud cəhətdən yorulduqları kimi, zehni cəhətdən də çox yorğun, diqqətləri dağınıq hala düşə bilərlər. Davam etdirdikləri bu yorucu mübarizə nəticəsində bədənləri və zehinləri iflas edər. Diqqətli ikən diqqətsiz, aktiv ikən passiv insan halına gələrlər. Vücud cəhətən zəifləyər, xəstəliklərə meylli orqanizmə sahib olarlar. İmmun və sinir sistemləri zəifləyər. Bunların təsiri sürətlə vücudlarında özünü göstərər. Dərilərində, üzlərində, vücudlarında bu mübarizənin izləri yaranmağa başlayar. Zamanın keçməsiylə sürətli yaşlanma prosesinə daxil ola bilərlər. Əzələləri zəifləyər. Üzlərində dərin cizgilər əmələ gələr. Gözlərinin altı çöküb qaralar. Saçları və dırnaqları zəifləyər. Hava bir az dəyişən kimi asanlıqla xəstələnə bilərlər. Unutqanlıq, beyin yorğunluğu, düz danışa bilməmək, yüksək ağlama meyilliyi, stress kimi əsəbi təsirlər görünər.

Qavramada ciddi problemlər yaşamağa başlaya bilərlər. Eşitmə orqanları çox yaxşı işlədiyi halda, özlərinə deyilən şeyləri eşitməyə bilər, yanan yeməyin qoxusunu hiss etməyə bilərlər, səsə və qoxuya qarşı həssaslıqları azala bilər, təhlükəyə qarşı hissləri zəifləyə bilər. Bu bilərək yaşadıqları durğunluqları bir müddət sonra özlərinə zərər verməyə başlayar. Məsələn, kəsici alətlərdən və ya texniki bir alətdən istifadə edərkən, sadə təmir prosesi icra edərkən belə, həm özlərinə, həm də başqalarına təhlükə saça bilərlər. Bu əxlaqı yaşayan bəzi insanlar vicdanlarına qarşı içlərində apardıqları güclü mübarizədən ötrü fiziki cəhətdən də yorğun düşə bilərlər. Hərəkət qabiliyyətləri getdikcə azalmağa, astalaşmağa başlaya bilər. Sürətli hərəkət edə bilməzlər. Üzərlərində qarşı tərəfi narahat edəcək astalıq, keylik görünər. Hər fürsətdə tək qalıb, insanlardan uzaqlaşmağa, bir kənara çəkilib yatmağa meyl edərlər. Vücudlarının normal ehtiyacından çox yatarlar. Buna baxmayaraq, yenə də gümrahlaşa bilməz; yenə yatmaq və yenə dincəlmək istəyərlər. Vicdanları üzərində yaranan güclü təzyiqdən ötrü orqanizmlərinin zəiflədiyini, xəstəliyə meylli, zəif hala gəldiklərini özləri də görərlər. Əvvəlcə nə qədər çalışqan və aktiv olsalar da, hiyləgərcəsinə qurduqları tələlər onlara durğunluq, ifrat astalıq və yorğunluq kimi geri qayıdar. Qan xəstələrindəkinə bənzər növdə ciddi hərəkət astalığı görülər. Belə bir insanın saçını düzəltmək üçün qolunu qaldırması, başını sağa-sola döndərməsi belə normal insanda olduğu kimi olmaz. Olduqca asta, kəsik-kəsik hərəkətlərlə yeriyərlər. Yemək yemələri, bir iş verildikdə bu işi bitirmələri çox uzun davam edər. Əllərinə bir kitab götürüb yatağa uzanar, lakin kitabın hələ birinci və ya ikinci səhifəsində olarkən yuxuya gedərlər. Qapı döyülsə eşitməz, biri yanlarında təhlükədən xilas olsa bunu fərq edib müdaxilə edə bilməzlər.

Həmçinin həm fiziki, həm də zehni mənada yaşadıqları bütün bu sıxıntıların başqa insanlarda da görülə bilən normal narahatlıqlar olduğunu irəli sürərək içərisində olduqları vəziyyəti anlamazlıqdan gəlməyə çalışarlar. Halbuki bu əxlaqla yaşamağı seçdikləri, özlərini təkcə kənardan dəyişdirib daxildə saxladıqları gizli pislikləri tərk etmədikləri üçün belə qarşılıq alırlar.

Göründüyü kimi, hiyləgərlik və səmimiyyətsizliklə nəsə əldə etməyə çalışan insanlar, öz qurduqları tələyə özləri düşürlər. Şeytanla əməkdaşlıq edib mənfəət əldə edə biləcəklərini güman etdikləri halda, şeytanın oyununa gəlir, böyük itki yaşayırlar. Durğunluq, astalıq və soyuqluqdan fürsət kimi istifadə edəcəklərini güman edərkən, bütün bunlar xəstəlik kimi orrqanizmlərini bürüyüb əhatə edər. Lakin unudulmamalıdır ki, səmimi olaraq bu vəziyyətdən xilas olmaq istəyən insan, şeytanla əməkdaşlıqdan imtina etdiyi, Allah'a və Quran'a təslim olduğu təqdirdə, Allah'ın diləməsiylə şeytanın üzərindəki təsiri yox olacaq və bu insan həm özünə, həm də ətrafına nemət olacaq əxlaq qazanacaq.

Hər Şeydən İmtina Etmiş Kimi Ölümü Gözləyən Xarakter Göstərmələri

Pis əxlaqın verdiyi vicdani sıxıntı və göstərdiyi ciddi təzyiq bir insanın uzun müddət dayana biləcəyi vəziyyət deyil. Allah qorxusuna sahib, şüuru açıq bir insan bu vicdan əzabına çox dayana bilməz və dərhal Allaha sığınıb Ona təslim olar. Normal ağla sahib olan hər insan, vicdan üzərindəki bu təzyiqin vücuduna ciddi şəkildə zərər verdiyini, çox sağlam bir insanın vücudunun belə buna uzun müddət dayana bilməyərək məhv ola biləcəyini hiss edər.

Vicdan əzabı insanı maddi-mənəvi çox böyük sıxıntıya salar. Quran'da, doğru olan rəftarın Peyğəmbərimiz (s.ə.v)-ə dəstək olmaq olduğunu bildikləri halda, bundan qaçan insanların yaşadığı vicdan əzabının şiddətinə belə diqqət çəkilmişdir:

(Döyüşdən) geri saxlanılan üç (insanı) da (bağışladı). Belə ki, bütün yer üzü genişliyinə baxmayaraq, onlara dar gəlmiş, nəfsləri də özlərinə dar (sıxıntılı) gəlmişdi və Allah'dan başqa sığınacaq olmadığını yaxşı başa düşdülər. Sonra tövbə etsinlər deyə onların tövbəsini qəbul etdi. Şübhəsiz ki, Allah, (təkcə) O, tövbələri qəbul edəndir, Rəhmlidir. (Tövbə surəsi, 118)

Quran'da verilən bu nümunədə olduğu kimi, Quran əxlaqına uyğun hərəkət etməyən hər insan bənzər vicdan əzabı içərisində yaşayacaq. Bu Allahın insanlara olan rəhməti, doğru yolu görmələri üçün yaratdığı xüsusi vəziyyətdir. Lakin şeytanı özlərinə rəhbər tutan insanlar, bu vəziyyəti də görməzlikdən gələr və vicdanlarının səsinə qulaq asmamaqda inad edərlər. Bunun əvəzinə əzab və sıxıntı içərisində yaşamağı, nemətlərdən, gözəlliklərdən zövq almadan ömür sürməyi qəbul edərlər. Quran'ın; "...kafirlərdən başqası Allah'ın rəhmətindən ümid kəsməz" (Yusif surəsi, 87) ayəsiylə bildirildiyi kimi, ümidsizliyə qapılmalarından ötrü, imandan və imanın qazandıracağı hüzur və xoşbəxtlikdən getdikcə uzaqlaşarlar.

Allah Quran'da, şeytandan başqa heç bir dostları olmadan, bədbəxt həyat yaşadıqları halda, yenə də öyüd almaqdan israrla qaçan bu insanların vəziyyətini isə belə xəbər vermişdir:

Allahdan “içi titrəyərək qorxan” öyüd alıb düşünər. “Bədbəxt” olan ondan qaçar. (Əla surəsi, 10-11)

Halbuki Allah insanlara xoşbəxt olmağın, bütün bu sıxıntılardan xilas olmağın yolunu göstərmişdir. Bunun təkcə Allah'ın göstərdiyi hidayət yoluna tabe olmaqla mümkün olacağı Quran'da belə bildirilmişdir:

...Kim Mənim hidayətimə tabe olsa artıq o sapmaz və bədbəxt olmaz. (Taha surəsi, 123)

Həmin bu insanların bu inadkar rəftarı, Quran əxlaqının tək çıxış yolu olduğunu anlamağa yanaşmamalarından qaynaqlanar. Dünyada və axirətdə xoşbəxt olmaları üçün özlərinə verilən öyüdləri dinləməz, əxlaqlarını gözəlləşdirmə məsələsində səy göstərməzlər. Ağılları, diqqətləri və iradələrindən vicdanlarından ötrü istifadə etməzlər.

Halbuki müsəlmanlar, bunun tam əksinə, özlərini dəyişdirmək üçün iradə göstərərlər. Özlərinə verilən öyüdlərə qarşı olduqca həssas davranar, diqqətlərini bu mövzulara yönəldərlər. Çünki Rəbbimizə olan inanclarının tələbi olaraq, təkcə Allah'ın rizasını qazana bilmək üçün özlərində dəyişiklik etdikləri təqdirdə, Allahın üzərlərindəki nemətləri dəyişdirib artıracağını bilərlər. Allah Quran'da bu həqiqəti belə bildirir:

Səbəbi budur: bir qövm (cəmiyyət), özündə olanı dəyişdirənə qədər, Allah ona nemət olaraq bəxş etdiyini dəyişən deyil... (Ənfal surəsi, 53)

"Rəbbiniz belə buyurmuşdu: "And olsun, əgər şükür etsəniz həqiqətən sizə artıraram və and olsun, əgər nankorluq etsəniz, şübhəsiz ki, Mənim əzabım çox şiddətlidir". (İbrahim surəsi, 7)

İman sahibi bir insan üçün heç vaxt hər hansı mövzuda çıxış yolu olmaması qeyri-mümkündür. Möminlər, ən çətin, ən mürəkkəb və ən qeyri-mümkün görünən vəziyyətlərdə belə, Allah'ın rəhmətiylə insanlara köməyini çatdırdığını, özlərini zülmətlərdən nura çıxartdığını bilərlər. Allah'a olan bu sarsılmaz etimadlarından ötrü Allah'ın icazəsi ilə yaşadıqları bütün çətinliklərin üstəsindən gələ bilərlər. Şeytanın təsiri ilə özünü böyük ziyana sürükləmiş insanların da, bu vəziyyəti gördükləri vaxt, əsil etməli olduqları şey, belə bir əxlaq göstərməkdir. Belə bir insan Allah'ın köməyinin, rəhmətinin çox geniş olduğunu, ayədə bildirildiyi kimi, Rəbbimizin ən etibarlı dost və köməkçi olduğunu əsla unutmamalıdır:

"...Bir vəli (ən etibarlı dost) olaraq Allah kifayət edər, bir köməkçi olaraq N da Allah kifayət edər". (Nisa Surəsi, 45)

 

7 / total 12
"Harun Yəhyanın Pisliyin Səssiz Dili kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.org adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com