< <
10 / total: 12

Haqsizliğa Uğradiqlari Iddiasi ilə Ortaya Çixanlar

Şeytanın hiyləgər və səssiz dili, bəzən günahsız, bəzən də olduqca neqativ və gərgin, laqeyd, soyuq və məsafəli, ümidini kəsmiş, təvəkkülsüz, xırçın və təkəbbürlü xarakter ilə özünü göstərir. Lakin bunlar və bənzəri digər şeytani xarakterlərin ən mühüm ortaq xüsusiyyətlərindən biri; "haqsızlığa uğrama iddiası"dır. İlk dəfə bu iddia ilə ortaya çıxan isə yenə şeytan olmuşdur. Quran ayələrində şeytanın haqsızlığa uğrama məntiqi ilə ortaya çıxdığı və bu iddia ilə Allah'ın əmrinə itaətsizlik etdiyi görünür. Quran'da şeytanın bu vəziyyəti belə bildirilir:

"And olsun, Biz sizi yaratdıq, sonra sizə surət (biçim-forma) verdik, sonra da mələklərə: "Adəmə səcdə edin" dedik. İblisdən başqa hamısı səcdə etdi; o, səcdə edənlərdən olmadı. (Allah) dedi: "Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?" (İblis) dedi: "Mən ondan xeyirliyəm; məni oddan, onu isə palçıqdan yaratdın". (Allah:) "O zaman ordan en, orda təkəbbürlənmək sənin (haqqın) olmaz. Dərhal çıx. Həqiqətən sən alçaldılanlardansan". (Əraf surəsi, 11-13)

Şeytan, Allah'ın, Hz. Adəmə səcdə etmək əmrinə qarşı çıxmış və "...mən, quru və şəkil almış palçıqdan yaradılan bəşərə səcdə etmək üçün var olmamışam" (Hicr surəsi, 33) deyərək, "özünün Hz. Adəm'dən daha üstün olduğu"nu irəli sürmüşdür. Öz məntiqiylə yanlış bir çıxarış etmiş və haqsızlığa uğradığını düşünərək üsyan etmişdir (Allah'ı tənzih edirik). Öz yanlış meyarlarına görə öz yaradılış vəsaiti olan od, insanın yaradılış vəsaiti olan palçıqdan olduqca xeyirlidir. Belə üstün yaradılışa sahib olduğu halda, insana səcdə etməsi, onun meyarlarına ziddir. Bu azğın və üsyankar əxlaqından ötrü qürurlanmış və Allah'ın əmrinə itaət etməmişdir. Bir ayədə; "və mələklərə: "Adəmə səcdə edin" dedik. İblisdən başqa (hamısı) səcdə etdilər. O isə, dilə inad etdi və qürurlandı, (beləcə) kafirlərdən oldu" (Bəqərə surəsi, 34) sözləriylə bildirildiyi kimi, qürurdan qaynaqlanan bu azğın məntiqi onu inkara sürükləmişdir.

Bu vəziyyət bizə haqsızlığa uğrama psixologiyasının nə qədər təhlükəli və nə qədər şeytani düşüncə forması olduğunu açıqca göstərir. Din əxlaqına qətiyyən uyğun gəlməyən haqsızlığa uğrama iddiası, insanları Allah'a üsyan etməyə (Allahı tənzih edirik), dini inkar etməyə və bunların nəticəsində də sonsuz cəhənnəm oduna sürükləyə biləcək düşüncədir.

Bu davranış pozuntusunun insanlarda meydanaçıxma forması isə çox müxtəlifdir. Şeytan bəzi insanlarda haqsızlığa uğrama düşüncəsini elə dərin inanc halına gətirər ki, bu insanlar Allah'a üsyan edərək inkarı seçərlər. Allah'a inanan, Allah'ın sonsuz ədalətini, hər şeyi xeyir və hikmətlə yaratdığını bilən, lakin zəif imanlı insanlara isə, şeytan daha da hiyləgər üsullarla yaxınlaşar. Onlara, özlərini aldadıb, bu düşüncələrinin də əslində tamamilə “xoş niyyətlərindən, daha yaxşı olma istəklərindən” qaynaqlandığına inandıra biləcəkləri üsullar öyrədər. Çünki şeytan da özünü eynilə bu üsullarla razı salmışdır. Quran'da şeytanın, dünya həyatında özünə verilən müddət ərzində bütün insanları Allah'ı inkar etməyə çağırdıqdan sonra axirətdə Allah'dan qorxduğunu söylədiyi bildirilir:

Şeytanın vəziyyəti kimi; çünki insana: "inkar et" dedi, inkar etdikdə isə: "həqiqət budur ki, mən səndən uzağam. Doğrusu, Mən aləmlərin Rəbbi olan Allah'dan qorxuram" dedi. (Həşr surəsi, 16)

Quranda verilən bu məlumat, din əleyhinə göstərdiyi o qədər səyə, qınanıb lənətlənərək cənnətdən qovulmasına baxmayaraq, şeytanın da özünü Allah'dan qorxan biri kimi qiymətləndirdiyini göstərir. Şeytanın insanlara oynadığı oyun da məhz yenə bu düşüncəni əsas götürür. Bu insanlar da Allah'dan çox qorxan, xalis niyyətli səmimi müsəlmanlar olduqlarını iddia edərlər; lakin eyni zamanda da haqsızlığa uğradıqları iddiasıyla daxilən Allah'ın ədalətindən şübhəyə qapılarlar (Allah'ı tənzih edirik). Bəzən bu fikir içlərində getdikcə böyüyərək onları kamil mənada inkara sürükləyər. Lakin buna baxmayaraq, bir tərəfdən də doğru yolda olduqlarını iddia edərlər. Lakin Allah Furqan surəsində bu insanların həqiqi dünyagörüşlərini və əxlaqlarını belə təsvir edir: "...beləliklə onlar, heç şübhəsiz ki, haqsızlıq və böhtanla gəldilər" (Furqan surəsi, 4).

Sonrakı sətirlərdə şeytanın insanlara öyrətdiyi haqsızlığa uğrama psixologiyasının hansı xəstə məntiqlərlə ortaya çıxdığına təfsilatlı şəkildə toxunacağıq. Lakin bundan əvvəl şeytanın bu əsassız iddiasının əsassızlığını Quran ayələriylə göstərəcəyik.

Allah insanlara; “xurma çəyirdəyindəki çox nazik lif qədər” belə haqsızlıq etməz.

İmanı bildikləri halda şeytanın “haqsızlığa uğrama” təlqinlərindən təsirlənən insanlar, bu mövzunu təkcə bir neçə dəqiqə ərzində açıq şüurla qiymətləndirsələr, şeytanın oyunundakı ziddiyyəti çox açıq şəkildə görə biləcəklər. Çünki bir insanın eyni anda həm Allah'dan çox qorxması, həm də haqsızlığa uğradığını düşünə bilməsi qeyri-mümkündür. Allah qorxusu; Allah'a qarşı çox dərin sevgi, səmimi bağlılıq və sədaqət deməkdir. Belə bir insan Allah'ı bütün üstün sifətləriylə tanıyır və bundan ötrü hansı hadisə ilə qarşılaşsa da, Allah'ın ən gözəlini, ən xeyirlisini yaratdığını, özünə ən ədalətli, ən mərhəmətli şəkildə qarşılıq verəcəyini bilər. Allah'ın, səmimi iman gətirən bir insanın ən yaxın, ən etibarlı dostu olduğundan, onu həmişə köməyi, sevgisi və lütfü ilə dəstəkləyəcəyindən əmindir. Bütün bu deyilənləri qavrayan bir insanın haqsızlığa uğraya biləcəyini düşünməsi qeyri-mümkündür. Allah, insanlara Quran ayələri ilə bu həqiqəti bildirmişdir. Səmimi iman gətirən bir insan üçün Qurandakı bu açıqlamalar, şeytanın bu yöndəki təhriklərinin qarşısını almaq üçün kifayətdir. Allah Quran'da üstün ədalətini və insanların ən kiçik haqsızlığa uğradılmayacaqlarını belə bildirir:

"Həqiqət budur ki, Allah zərrə qədər haqsızlıq etməz..." (Nisa surəsi, 40)

Biz isə, qiyamət gününə məxsus həssas tərəzilər qoyarıq ki, artıq heç bir nəfsə heç nə ilə haqsızlıq edilməz. Bir xardal dənəsi belə olsa ona (tərəziyə) gətirərik. Haqq-hesab çəkməyə Biz kifayətik. (Ənbiya surəsi, 47)

...Sizə “xurma çəyirdəyindəki çox nazik lif qədər” belə haqsızlıq edilməz". (Nisa surəsi, 77)

...Onlar, bir “çəyirdəyin kürəyindəki tumurcuq qədər” haqsızlıq edilməz. (Nisa surəsi, 124)

Quranın digər bir ayəsində isə Allah belə fikrə qapılan insanların qəlblərində xəstəlik və şübhə olduğuna diqqət çəkir:

Yoxsa onların qəlbində xəstəlik var? Yoxsa şübhəyə qapıldılar? Yoxsa Allah'ın və Onun Elçisinin onlara haqsızlıq edəcəklərindən qorxurlar? Xeyr, onlar zalımlardır. (Nur surəsi, 50)

Bütün bu ayələrin göstərdiyi kimi, Allah'ın insanlar üzərindəki sonsuz rəhmətini və lütfünü bilərək, belə haqsız rəftar göstərə bilənlər, təkcə "zalım"lardır. Bu, Allah'a qarşı açıq-aydın böhtan atmaqdır ki, Quran əxlaqını bilərək belə rəftar göstərə bilən bir insanın axirətdə bu məsələdəki məsuliyyəti də eyni dərəcədə böyük olar. Necə ki, şeytanın bu yöndəki çirkin cəsarətinin qarşılığı da bundan ötrü çox böyük olmuşdur. Allah Quranda haqsızlığa uğradığını düşünərək üsyan edən şeytanın aldığı qarşılığı belə bildirmişdir:

(Allah) dedi: "Oradan qınanıb alçaldılmış və qovulmuş halda çıx. And olsun, onlardan kim sənin ardınca getsə, cəhənnəmi sizinlə dolduracağam". (Əraf surəsi, 18)

"Şübhəsiz ki, din (qiyamətdəki haqq-hesab) gününə qədər Lənətim sənin üzərindədir". (Sad surəsi, 78)

(Allah:) "O zaman oradan en, orda təkəbbürlənmək sənin (haqqın) olmaz. Dərhal çıx. Həqiqətən sən alçaldılanlardansan". (Əraf surəsi, 13)

Haqsızlığa Uğradıqlarını İddia Edən İnsanların Gizli Səmimiyyətsizlikləri

Şeytanın öz əxlaqını qəbul etdirməyə çalışdığı insanların həyatlarına diqqətlə baxıldığı zaman, həyatlarının böyük hissəsini bu haqsızlığa uğrama ruhu içərisində keçirdikləri və göstərdikləri bir çox rəftarın arxasında həmişə bu düşüncənin olduğu görünər. Özlərini həmişə belə vəziyyət içərisində yaşadıqlarına elə inandırıblar ki, eşitdikləri hər sözü, qarşılaşdıqları hər hadisəni bu baxış prizmasıyla qiymətləndirər, heç əlaqəsi olmayan hadisələrdə belə haqsızlığa uğradıqlarını düşünüb kədərlənə biləcəkləri və əks hücumlara keçə biləcəkləri məsələlər taparlar. Allah belə insanların bu dünyagörüşlərinə; "...hər çağırışı özlərinin əleyhinə olduğunu zənn edərlər..." (Münafiqun surəsi, 4) ayəsi ilə diqqət çəkmişdir.

Çox vaxt ətraflarındakı insanların, bu kəslərin gizlicə belə düşüncəyə sahib olduqlarından xəbərləri belə olmaz. Buna görə də, heç düşünmədən bütün səmimiyyətləriylə içlərindən gəldiyi kimi davranarlar. Lakin onların bütün bu səmimi davranışları, şeytanın təsiri altında olan insanlar tərəfindən çox neqativ şəkildə şərh olunar. Sonra da həqiqətlə əlaqəsi olmayan bu şərhlərə özlərini inandırar və Quran əxlaqı ilə ziddiyyət təşkil edən ruh halına daxil olarlar. Allah'ın varlığını, taleyin mükəmməl işləyişini, hər şeydə xeyir və hikmət olduğunu, Allah'ın dünya həyatını imtahan yeri kimi yaratdığını unutduqları təqdirdə müsəlman əxlaqını lazımınca yaşaya bilməyəcəklərini düşünməzlər. Axirətdə təvəkkülsüzlüyün, Allah'a etimad etməməyin, şübhəyə qapılmağın özlərinə necə məsuliyyət yükləyəcəyini, şeytana tabe olmağın insanı cəhənnəm oduna aparacağını ağıllarına gətirməzlər.

Ağıllarını məşğul edən ən mühüm düşüncə; “yaşadıqları hadisələrdə nə qədər haqlı olduqları, lakin layiq olduqlarının qarşılığını lazımınca ala bilməmiş olmaları”dır. Bu düşüncəyə elə qapılıblar ki, haqqlarını ala bilməmiş olmalarının gizli qəzəbi və haqlarını axtarma barədə gözü dönmüşləri bütün mənliklərinə hakim olmuşdur. Bu mərhələdən sonra hadisələri sağlam düşünə bilmələri, özlərinə edilən xeyirə istiqamətli çağırışları dərk etmələri elə də mümkün olmaz. Haqlı olduqlarını vurğulamaq, bu insanlar üçün böyük ehtirasa çevrilmişdir; hər fürsətdə bunu sübut edə biləcək yeni üsullara əl atarlar. Gecə-gündüz, gördükləri hər işdə ağıllarında bu məsələ olar. Haqlı olduqları və özlərinə edilən haqsızlıqlarla əlaqədar yüzlərlə təfsilat düşünərlər. Özlərini bu əsassız düşüncələrlə elə razı salarlar ki, bənzər rəftar və ya sözlə qarşılaşdıqları zaman qəlblərində gizlətdikləri dərhal ağızlarından çölə çıxar.

Allah, şeytanla əməkdaşlıq dən bu insanların yaşadıqları ruh halını bir ayədə belə təsvir etmişdir:

Ey iman gətirənlər, sizdən olmayanları sirdaş tutmayın. Onlar sizə pislik və zərər verməyə çalışır, sizə çətin əziyyət verəcək şeyi xoşlayarlar. Kin (və düşmənçilikləri) ağızlarından çölə çıxmışdır, qəlblərinin gizlətdiyi isə, daha böyükdür. Sizə ayələrimizi açıqladıq; bəlkə anlayasınız. (Ali İmran surəsi, 118)

Quran əxlaqından uzaq ruh halı içərisində olan, lakin olduqca səmimi və xoşniyyətli olduqlarını iddia edən insanların bu məqsədlə göstərdikləri səmimiyyətsiz rəftarlardan və verdikləri səssiz mesajlardan bəziləri belədir:

Özlərindən Çox Əmin Olmalarından Ötrü Başqalarını Bəyənməmələri

Şeytanın səssiz dilini işlədən insanların şəxsiyyətlərində ən üstün rol oynayan yönlərindən biri özlərini bəyənmələridir. Eynilə şeytanda olduğu kimi, heç kimin nail ola bilməyəcəyi bir üstünlüyə sahib olduqlarını düşünərlər. Başqalarının özlərindən üstün, hətta öz səviyyələrində belə ola bilməyəcəyinə inanarlar. Ən ağıllı insanın özləri olduğunu, heç kimin görmədiyi həqiqətləri özlərinin gördüklərini zənn edərlər. Bu azğın inancları onları həmişə qarşılarındakı insanlara ağıl öyrətməyə, yol göstərməyə sövq edər. Bu vəziyyət, şüurlarının bulanıq olduğunu, şeytanda olduğu kimi bu insanların da başqalarını kiçik hesab edib özlərini böyütməyə çalışdıqlarını göstərir. Allah bir çox ayəsində bu insanların böyüklənmədən ötrü səmimi iman gətirən insanları bəyənmədiklərini dilə gətirdiklərini bildirmişdir:

Beləcə: "Məgər Allah içimizdən bunlara lütf etdi?" demələri üçün onlardan bəzisini bəzisiylə sınadıq... (Ənam surəsi, 53)

Və (yenə) özlərinə: "İnsanların iman gətirdiyi kimi siz də iman gətirin!" deyildiyi zaman: "zəif ağıllıların iman gətirdikləri kimi iman gətirək?" deyərlər. Bilin ki, həqiqətən əsil zəif ağıllılar özləridir, lakin bilməzlər. (Bəqərə surəsi, 13)

Bu ayələrdən də aydın olduğu kimi, həmişə artan böyüklük hissləri, qarşılarındakı insanlar özlərindən xeyli üstün əxlaqlı olduqları halda, bu üstünlükləri təqdir edə bilmələrinə mane olar. Şeytan onlara həm səssiz dilini, həm də insanlara hiyləgərcə və qüsur axtararaq baxmağı öyrətmişdir. Buna görə də, qarşılarındakı insanların özlərindən daha üstün ağıl və vicdana sahib ola biləcəklərini heç cür qəbul etməzlər. Həmişə açıq və ya gizli üsullarıyla bu qısqanclıqlarını ifadə edərlər. Hər fürsətdə bu insanlarda səhv tapmağa çalışaraq, özlərini ucaltmağa çalışarlar. Bu məqsədlərinə nail olmaq üçün şeytani məntiqlər irəli sürməkdən, Quran əxlaqına zidd xarakterə bürünməkdən çəkinməzlər. Halbuki Allah'ın Quran'da; "...Biz istədiyimiz kəsi dərəcə-dərəcə yüksəldirik. Hər bilik sahibindən də üstün bir bilən var" (Yusif surəsi, 76) ayəsiylə bildirdiyi kimi, insanların sahib olduqları üstünlüklər Allah'ın təqdiriylədir. Buna görə də, insan ətrafındakı insanların həmişə özündən daha üstün əxlaqa, daha üstün biliyə sahib ola biləcəyini bilən, təvazökar əxlaq göstərməlidir.

Bununla yanaşı, möminlər də bir-birlərinin çatışmayan cəhətlərini görər və bunları bir-birlərinə söyləyərlər. Lakin onların bu rəftarları Allah'ın Quran ayələri ilə iman gətirənləri, yaxşılığı əmr edib pislikdən çəkindirməklə, insanları gözəl əxlaqa dəvət etməklə məsul etmiş olmasındandır. Buna görə də, möminlər bir-birlərinin yanlış cəhətlərini dilə gətirərkən, qarşılarına, onları daha üstün əxlaqa nail edə bilməyi, daha çox seviləcək insanlar halına gətirə bilməyi məqsəd qoyarlar. Bir-birlərinin həm dünya, həm də sonsuz axirət həyatındakı xoşbəxtliyini hədəfləyərlər.

Həmin bu insanlar isə açıq axtarış gözüylə baxar və qarşılarındakı insanların səhvlərini düzəltmələrini istəməzlər. Bu çatışmazlıqları gündəmə gətirməkdəki məqsədləri təkcə özlərini böyüdə bilmək, üstünlük qazana bilməkdir. Bəzən də eyni məqsədlə insani qüsurları və ya adi davranışları səhv kimi qiymətləndirib, özlərini üstün görə bilmək üçün süni səbəblər yaratmağa çalışarlar.

Haqsızlığa Uğrama Psixologiyasının Gizli Qəzəbini Yaşamaları

Şeytan, özündən, Hz. Adəmə səcdə etməsi istənildiyi zaman, bəşəriyyətə qarşı böyük qəzəbə qapılmış və cənnətdən qovulub lənətlənməsiylə birlikdə bu qəzəbini böyük düşmənçiliyə döndərmişdir. Həmçinin qiyamətə qədər bu düşmənçiliyinin tələbini yerinə yetirəcəyinə dair and içmişdir.

Şeytanın hiyləgər dilini işlətməklə yaşayan insanlarda da şeytanınkına bənzər, lakin gizli qəzəb görünər. İnkar edənlər bu qəzəblərini inanclarıyla, həyat tərzləriylə, göstərdikləri cahil əxlaqla açıqca göstərərlər. Lakin iman gətirdiklərini söylədikləri halda qəlblərində gizli xəstəlik olan insanların vəziyyəti daha fərqlidir. Onlar belə qəzəbin haqsız qəzəb olacağını bilirlər. Çünki Quran ayələrindən, Allah'ın uca ədalətindən, sonsuz mərhəmətindən, insanlar üzərindəki qoruyuculuğundan xəbərdardırlar. Lakin eyni zamanda da şeytanın təsiri altındakı nəfsləri onları belə qəzəbə doğru fasiləsiz təhrik edir. Bu təhrikə qarşı çıxa bilmədikləri zaman edə bildikləri, bu qəzəbi səmimi iman sahiblərindən mümkün qədər gizlətmək olar. Bəziləri bu qəzəbi bilərək və istəyərək davam etdirdikləri kimi, bəziləri də özlərini zaman içərisində necə olsa bu qəzəbi boğacaqlarına inandırar və bunu içlərində gizlədərlər. Lakin içlərində gizlətdikləri bu qəzəb (Allah'a sığınmadıqları müddətcə) müqavimət göstərilməsi çox çətin bir kinə dönər. Belə ki, onları, hər işlərində, hər düşüncələrində, hər qərarlarında yönləndirməyə və şeytanın istədiyi əxlaqa daha da yaxınlaşdırmağa başlayar. Bu qəzəbi əsil yönəltdikləri insanlar isə əslində ən güvəndikləri, ən sevdikləri və ən yaxın dostları olması lazım olan iman sahibləri olar.

Allah qorxularından ötrü olduqca gözəl əxlaq göstərən, həmişə haqqı və yaxşılığı ayaqda saxlamağa çalışan, özlərinə sevginin, hörmətin dostluğun ən gözəlini təqdim edən bu insanlara qarşı belə qəzəb duymaları üçün heç bir etibarlı səbəbləri yoxdur. Şeytanın təsirindən az da olsa xilas olduqları zaman, bu həqiqəti görür və etdiklərini qınayırlar. Lakin vicdanlarının bu xatırlatmasını nəfslərinin və şeytanın təlqinləri ilə dərhal susdurduqları üçün, belə ziddiyyətli rəftarı bilə-bilə davam etdirirlər.

O qədər üstün xüsusiyyətlərinə baxmayaraq, iman gətirənlərə qarşı qəzəb duya biləcəkləri səbəbləri onlara göstərən isə yenə şeytan olar. Bu səbəblərə qısa nəzər salındıqda, bütün bunların ortaq məxrəcinin möminlərin özlərini xeyirə çağırdıqları mövzular olduğu görünər. Şeytanın təsiri altındakı insanların gizli qəzəblərinin əsas səbəblərindən bəzilərini qısaca belə sadalaya bilərik:

İman gətirənlərin, bu insanların xəstə xarakterlərini Quran vəsiləsi ilə digər insanlardan olduqca yaxşı görüb analiz etmələri. Möminlər, gördükləri hər işdə, göstərdikləri hər rəftar və söylədikləri hər sözdə bu insanların gizlətdikləri həqiqi xarakterlərini bir az daha ortaya çıxardarlar. Bu vəziyyətdə bu insanlar daha çox dəlil verməmək üçün özlərini daha çox gizlətmək və bunun üçün də içlərinə qapanmaq məcburiyyətində qalarlar. Bu da pis əxlaqlarının üstünü açan möminlərə qarşı qəzəb duymalarına səbəb olur.

Nəfslərindəki, hər şeydə haqlı çıxma istəyinin çox güclü olmasına baxmayaraq, Allah'ın köməyi ilə həmişə möminlərin sözlərinin və iddialarının təsdiqlənməsi. Buna görə də, nəfslərinin bu Quran əxlaqına zidd istəklərinə heç vaxt nail ola bilməmələri. Öz batil düşüncələrinin və şeytani məntiqlərinin darmadağın olub təsirsiz və etibarsız hala gətirilməsi.

Layiq olduqlarına inandıqları təqdiri heç cür toplaya bilməmələri. Allah'ın bu neməti təkcə Özünə səmimi iman gətirənlərə lütf etdiyini görüb, Quran'da bildirildiyi kimi; "əsla nail ola bilməyəcəkləri böyüklük istəyinə" (Mümin surəsi, 56) qapıldıqlarını anlamaları. Bir tərəfdən bu istəkləri üçün mübarizə aparıb, digər tərəfdən də bunu heç vaxt əldə edə bilməyəcəklərini daxilən bilmələrindən qaynaqlanan böyük qəzəb duymaları.

Özlərindən daha aşağı hesab etdikləri insanların, gözəl əxlaqları və səmimiyyətlərindən ötrü təqdir toplayıb ön plana çıxmaları. Özlərinin isə həmişə bu insanların kölgəsi altında, geri planda qalmaları.

Özlərini çox bəyəndikləri üçün, hər mövzuda söz sahibi olmaq istədikləri halda, özlərindən daha aşağı hesab etdikləri (lakin əsil üstünlük sahibi olan) insanların sözlərinə tabe olmaq; onların tövsiyələrini, öyüdlərini dinləmək nəfslərinə çox ağır gələr. Həmçinin öz çatışmazlıqlarını görə bilməmiş və bunlara çıxış yolu tapa bilməmiş olmaları və buna qarşı bu insanların özlərinə yol göstərməsi də qəlblərində gizli qəzəbin yaranmasına səbəb olar.

Haqlı Çıxa Bilmək və Qüsurlarını Gizlədə Bilmək Üçün Başqalarının Səhvlərini Gündəmə Gətirmələri

Şeytanın gizli dilindən istifadə edilərək deyilən sözlər, səmimi müsəlmanların görəcəyi əlamətlərlə doludur. Bu insanlar danışıqlarında, həmişə başqalarının səhvlərini gündəmə gətirərlər. Bu üsuldan istifadə edərək pis əxlaqlarını gizlətməyə çalışarlar. Şeytani dildən istifadə edən bu insanlar, öz əxlaqlarının tənqid olunduğu bir mühitdə mövzunu hədəflədikləri digər şəxslərə yönləndirərək diqqəti üzərlərindən uzaqlaşdırmaq istəyərlər. Bu yolla qarışıqlıq yaratmağa və özləriylə əlaqədar mövzunu unutdurmağa çalışarlar. Məqsəd hər zaman eynidir; haqlı çıxmaq... “Öz ağıllarınca əgər mövzu planladıqları kimi istədikləri yerdə kəsilsə və diqqət digər insana yönəlsə, bir də o insanla əlaqədar söylədikləri şey həqiqətən də yerinə düşsə bu zaman mövzunun istiqaməti dəyişəcək. Öz mövzusu unudulacaq və haqlı çıxmış olacaq...”

Bu məqsədlə ətraflarındakı hadisələrə qarşı (daha sonra bu cür vəziyyətlərlə qarşılaşdıqları zaman istifadə etmək üçün) çox diqqətli analiz etmə ehtiyacı duyarlar. Lakin bu xoşniyyətli analiz deyil, hiyləgər araşdırmadır. Kimlərin nə vaxt, nə cür səhvlər etdikləri, bunlara necə reaksiyalar verdikləri, özlərinə səhvləri qarşısında nələr deyildiyi kimi, bir çox təfsilatı səmimiyyətsizcə yadda saxlayarlar. Vaxtı gəldikdə topladıqları bütün bu dəlilləri hiyləgərcə ortaya atıb öz yanlış düşüncələrinə görə ədalət təmin etmiş olacaqlar.

Halbuki Allah'ın ədaləti insanlar üzərində ən gözəl şəkildə təcəlli edər. Səmimi iman sahibləri Allah'ın rəhmətiylə qarşılıq görərkən, səmimiyyətsiz düşüncələrlə hiyləgər oyunlar oynayan bu insanlar isə layiq olduqları qarşılığı, həm dünyada, həm də axirətdə ən ədalətli şəkildə alarlar. Bu insanların özlərini başqaları ilə müqayisə etməklə, onların səhvlərini gündəmə gətirməklə etməyə çalışdıqları, təkcə “şeytani ədalət təmin etmək” olar. Çünki bununla əsil hədəflədikləri şeytanın yanlış ədalət anlayışı “layiq olmadıqları haqlılıq və üstünlük əldə edə bilməkdir” ki; bu da heç vaxt müvəffəqiyyətə nail ola bilməyəcəkləri boş səydir. Bu da eynilə şeytanın aldığı qarşılıq kimi Allahın ədalətiylə qarşılıq tapar.

Hər insan öz etdiklərindən məsuldur. İnsanın başqalarını mühakimə etməsi, özüylə müqayisə etməsi axirətdəki mövqeyi baxımından özünə heç bir qazanc təmin etməz. Allah; "və yenə xeyr; özünü qınayan nəfsə də and içirəm" (Qiyamət surəsi, 2) ayəsiylə özünü qınamağı bacara bilən insanlara and içmişdir. Unudulmamalıdır ki, öz nəfsini qınaya bilmək, səhv istiqamətlərini görüb qəbul edə bilmək gözəl bir müsəlman xüsusiyyətidir. İnsan təkcə bu yolla gözəl əxlaqa nail ola biləcək və təkcə bu yolla Allah'ın rəhmətinə qovuşa biləcək.

Fitnə və Fəsad Törətməyə Çalışdıqları Halda, "İslah Edənlər" Olduqlarını Söyləmələri

Allah'ın sonsuz ədalətini, taleyin işləyişindəki mükəmməlliyi, Quran əxlaqının insanlara gətirdiyi hüzur və rahatlığı çox yaxşı bildikləri halda, gizlicə haqsızlığa uğradıqlarına dair təəssürat verməyə çalışan insanlar, Allah dərgahında böyük məsuliyyət yüklənirlər. Bu rəftarlarıyla möminlər arasında fitnə və fəsad törətməyə istiqamətli səy içərisinə girmiş olurlar ki, Quran'da bu xarakterdəki insanların, şərindən sığınılması lazım olan kəslər olduqları bildirilmişdir. Quran'da "hannas" kimi adlandırılan, qəlblərə gizlicə vəsvəsə verib fəsad törədən bu insanların xarakterləri ayələrdə belə təsvir edilir:

De: “İnsanların Rəbbinə sığınıram. İnsanların Hökmdarına, insanların (həqiqi) İlahına; “gizlicə, qəlblərə vəsvəsə və şübhə salan” vəsvəsəçinin şərindən. Belə ki, o, insanların qəlbinə vəsvəsə verər (içlərinə şübhə, xülya pıçıldayar); istər cinlərdən, istərsə də insanlardan (olan hər hannasdan Allaha sığınıram). (Nas surəsi, 1-6)

Haqsızlığa uğradıqlarına qəti inanan bu insanlar şeytanın təlqinləriylə iman gətirənlər arasında hannaslıq edərlər. Haqlı olduqlarını sübut edə bilmək, qürurlarını qurtara bilmək naminə, möminlər arasında qarışıqlıq yaratmağa, onları da öz ruh hallarına çəkməyə çalışmaqdan heç çəkinməzlər. Belə hiyləgər səy göstərməyin dünyadakı və axirətdəki nəticələrini heç düşünmədən çirkin cəsarət göstərərlər. Müsəlmana yaraşan şəkildə yaşamağa lazımınca niyyət etmədikləri üçün demək olar ki, göstərdikləri hər rəftar, söylədikləri hər söz, yeni bir fitnə, yeni bir fəsad axtarışına istiqamətli olar. Bu vəziyyətləri özlərinə deyildiyi və rəftarlarının Quran əxlaqına uyğun olmadığı xatırladıldığı zaman isə, şeytanın təsiriylə bunu da qəbul etməzlər. Tam əksinə olduqca xoşniyyətli olduqlarını söyləyərək özlərini müdafiə edərlər. Məqsədlərinin əsla fəsad törətmək olmadığını, tam əksinə yaxşılıq etmək, həm özlərini, həm də başqalarını islah etmək, insanlara faydalı olmaq olduğunu söyləyərlər:

...Sənə gələrək: "Şübhəsiz ki, biz yaxşılıqdan və uzlaşdırmaqdan başqa şey istəmədik!" deyə Allaha and içərlər? (Nisa surəsi, 62)

Lakin Allah irəli sürdükləri bu məntiqin doğru olmadığını, əsil məqsədlərinin "fitnə törətmək" olduğunu belə bildirir:

Özlərinə: "Yer üzündə fəsad törətməyin!" deyildiyi vaxt: "Biz təkcə islah edənlərik" deyərlər. Bilin ki; həqiqətən, əsil fəsad törədənlər bunlardır, lakin anlamırlar. (Bəqərə surəsi, 11-12)

Quranın digər bir ayəsində isə Allah, şeytanların doğru yoldan azdıraraq çaşbaş vəziyyətdə qoyduqları, doğru yolda olduqlarını düşünən bu insanların dostlarına da "doğru yola, bizə gəl" şəklində çağırışlar etdiklərini bildirmişdir:

De: "Bizə faydası və zərəri olmayan Allahdan başqa şeylərə mi ibadət edək? Allah bizi doğru yola yönəltdikdən sonra, şeytanların doğru yoldan azdıraraq çaşbaş vəziyyətdə qoyduqları, dostlarının da: "Doğru yola, bizə gəl" deyə özünü çağırdığı kimsə kimi geriyəmi dönək?" De: "Heç şübhəsiz, Allah'ın yolu, əsil yoldur. Həmçinin bizə aləmlərin Rəbbinə (özümüzü) təslim etmək əmr edildi". (Ənam surəsi, 71)

Quran'da verilən bu məlumatlar, şeytanın insanlara bütün bu rəftarları, "yaxşılıq, doğruluq və mükəmməllik", eləcə də, insanlara ədalət paylamaq naminə etdirdiyini, onların da ətraflarındakı insanları düzgünlük naminə öz əxlaqlarına çağırdıqlarını göstərir. Halbuki bu insanlar sözlərindəki səmimiyyətsizliklərinə özləri də şahiddirlər. Şeytanın özlərini anbaan hansı sözlərlə, hansı məntiqlə necə razı salıb yönləndirdiyini; buna qarşı vicdanlarının, səhv davrandıqlarını, bundan imtina etmələrinin lazım olduğunu və doğru olan rəftarları özlərinə necə ilham etdiklərini çox yaxşı bilirlər. Şeytan gözləmədikləri bir yerdən yaxınlaşmış, öz hannaslıq xüsusiyyətini bu insanlar vasitəsi ilə yerinə yetirməyə başlamışdır. Təlqinləriylə təsiri altına aldığı bu insanların iradələrini zəiflətmiş, onları vicdanlarının səsini dinləməyəcək hala gətirmişdir.

Allah, şeytanın təsiriylə özlərini islah edənlər kimi görən, yaxşı işlər gördüklərini iddia edən bu insanların dünya həyatındakı bütün səylərinin puç olduğunu və cəhənnəmlə qarşılıq görəcəklərini bildirmiş, şeytanın bu oyununa qarşı insanları belə xəbərdar etmişdir.

"Onların, dünya həyatındakı bütün səyləri puç olduğu halda, özlərinin həqiqətdə yaxşı işlər gördüklərini zənn edirlər". (Kəhf surəsi, 104)

Özlərinə Deyilən Sözlərin Mənasını Təhrif Edərək, Haqsızlığa Uğradıqları Görünüşünü Verməyə Çalışmaları

Şeytan insanlara həmişə haqsızlığa uğradıqları təlqini verərək onları səmimi imandan uzaqlaşdırmağa çalışar. Şeytanın təsiri altındakı bu insanların ruh hallarını əks etdirən gizli pisliklər çox təfsilatlı və çox müxtəlifdir. Bunlardan biri, xüsusən nəfslərinə ağır gəldiyini və haqsızlığa uğradıqlarını düşündükləri vaxtlarda qurduqları cümlələrdə gizlənmişdir. Bu cümlələrin ümumi mənasına baxıldığı zaman, insanın daha sonra rahatlıqla müdafiə edib şərh edə biləcəyi şəkildə olduğu görünər. Belə bir insan, vermək istədiyi şeytani mesajı cümlənin daxilinə xüsusən elə yerləşdirər ki, pis niyyətlə deyildiyi tam sübut edilə bilməz. Sanki müsbət söz deyilir və qarşı tərəfin söylədikləri təsdiq edilirmiş kimi görünər, lakin tam əksinə bu sözlər üsyan və rəddən ibarətdir. Cümlələr tərs məntiqlər əsasında qurulmuşdur. Danışmağa əvvəlcə qəbul sözləriylə başlanar, lakin cümlənin ortalarına doğru hiyləgərcə yerləşdirilən qəliblərlə insan ağlının bu mövzunu anlamadığı ifadə edilər.

Haqsızlığa uğrama meylindəki insanların bu üsuluna, bir neçə sadə mövzu ilə belə nümunə verə bilərik: məsələn, bir insana, xəstə olmaması üçün soyuq havada çölə çıxmamasının daha yaxşı ola biləcəyi deyildikdə əvvəlcə bunu qəbul edən bir cümlə qurar. "Çox doğrudur, bundan sonra bu mövzuya diqqət yetirərəm" kimi müsbət bir söz söyləyər. Lakin bunun ardınca da, sanki üzürünü dilə gətirirmiş kimi bir ədayla şeytani üslubunu işə salar; məsələn; "haqlısan, çölə çıxmağın pis şey olduğunu düşünə bilmədim" kimi özünə tövsiyə edilən sözlə əlaqəsiz bir çıxarış edər. Bu təqdirdə qarşı tərəf ondan çox məntiqsiz və çox qəribə bir şey istəmiş mövqeyinə düşəcək, o da haqsızlığa uğramış olacaq. O da bu haqsız istəyə boyun əymiş, razılıq göstərmiş, səs çıxartmamış mövqedə olacaq. Halbuki qarşı tərəfin olduqca xeyirli tövsiyəsi insanın göstərdiyi bu səmimiyyətsiz yanaşma tərzindən olduqca uzaqdır.

Bu, cahil cəmiyyətlərdə tez-tez rast gəlinən, insanların qarşılarındakı insanları usandırmaq və ya özlərindən məntiqsiz bir şey istədiklərini ifadə etmək üçün işlətdikləri gizli və sadə üslubdur. Məsələn, bu xarakterdəki insanlara əlindəki pulu ağıllı şəkildə xərcləməsi deyildiyi zaman; "olar, çox diqqət yetirərəm heç nə yemərəm və ya içmərəm" deyərək qarşısındakı insanın söyləmək istədiyinin tam əksinə bir çıxarış edərlər. Bu, qarşı tərəfi söylədiklərinə peşman edib, sözünü geri çəkdirmək üçün işlədilən bir üsuldur. Bu yolla qarşı tərəf üstə çıxıb özünə haqsızlıq edildiyini iddia edə biləcəyi bir dəlil meydana gətirməyə çalışar. Halbuki ağıllı bir insanın, qarşısındakının sağlamlığını təhlükəyə atacaq, təbii ehtiyaclarını ödəməsinə maneə törədəcək bir təklif və ya tövsiyə verməsindən söhbət gedə bilməz.

Haqsızlığa uğrama meyli içərisində olan insanlar, iman gətirənlərin özlərini yaxşılığa çağıran sözlərinə qarşı da gündəlik həyatda işlədilən bu səmimiyyətsiz üslubla cavab verərlər. Lakin bu davranışlarıyla özlərini şeytanın əxlaqına bir az daha yaxınlaşdırmaqdan başqa nəticə əldə edə bilməzlər. Səmimi iman sahibləri Allahın; "xeyr, Biz haqqı batilin üstünə atarıq, o da onun beynini darmadağın edər. Bir də görərsən ki, o, yox olub getmişdir. (Allah'a) isnad etdiyiniz sifətlərə görə vay halınıza!" (Ənbiya surəsi, 18) ayəsiylə bildirdiyi kimi, haqq ilə onların bu batil üsullarını ən gözəl şəkildə zərərsizləşdirərlər.

Haqlı Olduqlarını Sübut Edə Bilmək Üçün Quran Ayələrini Öz İstəklərinə Görə Şərh Etməyə Çalışmaları

Haqsızlığa uğrama psixologiyasıyla hərəkət edən insanlar, haqlı olduqlarını sübut edə bilmək üçün Quran'a uyğun olmayan bir çox şeyi gözə ala biləcək ruh halı içərisinə girərlər. Əvvəlki başlıq altında da toxunduğumuz kimi, bu insanlar etdikləri hiyləgər oyunlarla çox təhlükəli çıxarışlar edə bilir və qarşılarındakı insanlara çox haqsız ittihamlar yönəldə bilirlər. Bu meyllərinin davamı olaraq, nəfslərini təmizə çıxarda bilmək naminə, Quran ayələrini də öz mənfəətləri əsasında bilərək səhv şəkildə şərh etməyə çalışarlar. Quran'da bu insanların göstərdikləri davranış pozuntularını məqbul hala gətirə bilmək üçün qurduqları bu oyuna belə diqqət çəkilir:

Ondan, Kitabın anası (təməli) olan bəzi ayələr möhkəmdir; digərləri isə mütəşabihdir. Qəlblərində əyrilik olanlar fitnə törətmək və istədikləri kimi şərh etmək üçün ondan mütəşabih olanına tabe olarlar. Onun şərhini isə Allah'dan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: "Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır" deyərlər. Təmiz ağıl sahiblərindən başqası öyüd alıb düşünməz. (Ali İmran surəsi, 7)

Halbuki ayədə də bildirildiyi kimi, Quran ayələri olduqca aydın və başa düşüləndir. Bu insanların səmimiyyətsizcə şərhlərlə pis əxlaqlarına dəlil axtarmağa çalışmaları, qəlblərində gizlətdikləri xəstəliyin üstünü açan mühüm bir dəlil meydana gətirir. Şeytana uyaraq qurduqları bütün tələlər kimi bu da Allahın istəyi ilə puç olar.

Haqlı Çıxa Bilmək Üçün İman Gətirənlərə Böhtan Atmağa Çalışmaları

Quran'ın bir çox ayəsində müsəlmanların bir-birlərinə böyük sevgi və sədaqətlə bağlı olduqlarından, aralarında möhkəm dostluğun olduğundan bəhs edilir. Lakin, əgər bir insan möminlərlə, imanlarından və Allah qorxularından ötrü deyil, özünə görə müəyyənləşdirdiyi mənfəətlərdən ötrü dost olsa, bu əlaqənin adi və nəfsani səbəblərlə kəsilməsi də çox asan olar. Şeytanın təsiri ilə hərəkət edən insanlar nəfslərinə zidd düşən vəziyyətlər yarandıqda, iman gətirənlərlə olan bu əlaqələrini bir anda görməzlikdən gələ bilər, haqlı olduqlarını sübut edə bilmək üçün onlara asanlıqla böhtan belə ata bilərlər. Bu yolla çirkin cəsarət göstərib ortaya yalan söz atmaqla hannaslıq etmiş də olarlar. Halbuki Allah Quran'da böhtanın böyük günah olduğunu bildirir, iman gətirənləri bu cür böhtanlara qulaq asmaqdan çəkindirir:

"O vəziyyətdə, siz onu (böhtanı) dillərinizlə ötürdünüz və haqqında məlumatınız olmayan şeyi ağızlarınızla söylədiniz və bunu asan hesab etdiniz; halbuki bu Allah dərgahında çox böyük (günah)dır. Bunu eşitdiyiniz zaman: "Bu mövzuda söz söyləmək bizə yaraşmaz. (Allahım) Sən ucasan! Bu, böyük böhtandır!" deməli deyildiniz? Əgər iman gətirənlərdənsinizsə, bunun kimi hərəkəti bir daha etməməyiniz üçün Allah sizə öyüd verir". (Nur surəsi, 15-17)

Başlarına Gələn Hadisələrin Məsuliyyətini İman Gətirənlərə Yükləməyə Çalışmaları

Özlərinə edilən xatırlatmalara qulaq asmayıb pis əxlaqlarında müqavimət göstərən insanların, haqsızlığa uğrama iddiasıyla qapıldıqları digər düşüncə də başlarına gələn çətinliklərin səbəbinin başqaları olmasıdır. Allah, imanı qavradıqları, gözəl əxlaqın tələblərini bildikləri halda, şeytanın arxasınca gedən, özlərinə verilən öyüdlərə qulaq asmayan, pisliklərində müqavimət göstərən insanlara bu vəziyyətlərini dəyişdirmələri üçün müxtəlif formalarda xəbərdarlıqlar verir. Bu xəbərdarlıqlar, dünyada və axirətdə bu insanlar üçün böyük mərhəmətdir. Şüurlarının açılıb, həqiqəti görmələri, səhv yolda olduqlarını anlayıb tövbə etmələri üçündür. Allah Quranın; "məgər onlar görmürlər ki, həqiqətən onlar hər il, bir və ya iki dəfə fəlakətə uğradılıb da tövbə etmir və öyüd alıb (dərs çıxardıb) düşünmürlər" (Tövbə surəsi, 126) ayəsiylə bu həqiqəti insanlara bildirmişdir. Digər bir ayədə isə Allah; "...bəlkə dönərlər deyə, onları əzabla yaxaladıq" (Zuxruf surəsi, 48) sözləriylə insanların başlarına gələn çətinliklərin bir hikmətinin də onların imana qayıtmaları olduğunu açıqlamışdır.

Lakin bu xəbərdarlıqlar, qəlblərindəki böyüklük və haqlılıq iddiasından ötrü bəhs olunan insanların nəfslərinə ağır gələr. Bunları anlamazlıqdan gəlməyə çalışarlar. Başlarına gələnlərin məsulunun ətraflarındakı insanlar olduğunu iddia edərlər. Allah, Quran'da bu əxlaqı göstərən insanlara dair, özlərinə elçi göndərilən bir şəhər xalqının nümunəsini vermişdir:

Dedilər: "Hər halda biz, sizlərdən ötrü uğursuzluğa düçar olduq. Əgər (bu söylədiklərinizə) son qoymasanız, and olsun, sizi daşa tutacağıq və bizdən sizə mütləq ağrılı əzab toxunacaq. Dedilər: "Sizin uğursuzluğunuz öz ucbatınızdandır. Sizə öyüd verildiyinə görə mi (uğursuzluğa düçar oldunuz)? Xeyr, siz həddi aşan bir qövmsünüz". (Yasin surəsi, 18-19)

Ayənin davamında Allah, özlərinə öyüd verildiyi üçün uğursuzluğa düçar olduqlarını iddia edən insanların bu vəziyyətlərinin əslində həddi aşmış insanlar olmalarından qaynaqlandığını bildirmişdir. Belə vəziyyətdə Quran əxlaqına uyğun olan davranış, insanın başına gələn çətinliyin özünə Allah'dan gələn bir xəbərdarlıq ola biləcəyini düşünərək Allahdan qorxması və əxlaqını düzəltməsidir.

Allahın axirətdə də əzab verə biləcəyi ehtimalını düşünmək, normal ağla sahib bir insanda ciddi qorxu və peşmançılıq meydana gətirər. Etdiklərini düşünər, tövbə edib şeytandan Allaha sığınar və niyyətini tamamilə dəyişdirər. Lakin bəzi insanlar belə vəziyyət qarşısında da şeytan ilə olan dostluqlarında qətiyyət göstərər və haqsızlığa uğradıqları düşüncəsini daha da gücləndirərək ətraflarındakı insanlara böhtan atmağa davam edərlər. Allah Quran'da həmin bu insanların bu yanaşma tərzlərini başqa nümunələrlə də açıqlayır:

Onlara bir yaxşılıq gəldiyi zaman; "bu bizim üçündür" dedilər; onlara bir pislik üz verdikdə isə (bunu da) Musa və onunla birlikdə olanların uğursuzluğu kimi şərh etdilər. Xəbəriniz olsun, Allah dərgahında əsil uğursuz olanlar özləridir; lakin onların çoxu bilməz. (Əraf surəsi, 131)

Dedilər: "Sənin və səninlə birlikdə olanların ucbatından uğursuzluğa düçar olduq". Dedi: "Sizin uğursuzluğunuz (başınıza gələnlər) Allah dərgahında (yazılmış)dır. Xeyr, siz sınanılan bir qövmsünüz". (Nəml surəsi, 47)

Ayələrdən də aydın olduğu kimi, haqsızlığa uğradıqlarını iddia edən, başlarına gələnlərdən səmimi möminləri məsul tutan insanların bu vəziyyətinin əsil səbəbi heç şübhəsiz, ciddi iman zəifliyi içində olmaları və ya heç iman gətirməmələridir.

Qəlblərindəki Niyyətləri Barədə Zənn Bəslənildiyi İddiasıyla Haqsızlığa Məruz Qaldıqlarını Söyləmələri

Bu insanların haqlı çıxa bilmək üçün işlətdikləri hiyləgər üsullardan biri də, edilən diaqnozların niyyətlərinə istiqamətli diaqnozlar olduğunu iddia etmələri və buna qarşılıq içlərindəki niyyətin heç kim tərəfindən bilinə bilməyəcəyini söyləmələridir. Bu yolla özlərinə müdaxilə edilməsinə, şəxsiyyətlərinin və çatışmayan cəhətlərinin açıqca diaqnoz edilməsinə mane olmağa çalışarlar. Halbuki müsəlmanların diaqnozları heç vaxt insanın qəlbindəki niyyətinə istiqamətli deyil. Onlar Allahın özlərinə ayələrlə bildirdiyi əlamətləri əsas götürərək diaqnoz edərlər. Lakin bu diaqnozlarının görünən əlamətlərdən əldə edilən qənaət olduğunu, həmişə ən doğrusunu Allahın biləcəyini söyləyərlər.

Şeytanın təsiri altındakı insanlar isə, onların bu mövzudakı vasvasılıqlarına və səmimiyyətlərinə şahid olduqları halda, qarşı tərəfi haqsız vəziyyətə salmaq, özlərini isə təmizə çıxarda bilmək üçün belə ittihamla çıxış edərlər. "Qəlblərindəkini təkcə Allahın biləcəyini" söyləyərək özlərinə edilən xeyir çağırışlarını dayandırmağa çalışarlar.

Yaxşı Xüsusiyyətlərini İrəli Sürərək, Pis Xüsusiyyətlərini Gizlətməyə və Haqlı Çıxmağa Çalışmaları

Bu insanları aldadan və haqlı olduqlarını iddia etmələrini təmin edən məsələlərdən biri də sahib olduqları yaxşı xüsusiyyətləridir. Bəzi mövzularda əllərindən gələn səyi göstərdiklərini bilmələri şeytanın təsiri altındakı bu insanların özlərini kafi görmələrinə və əxlaqlarını gözəlləşdirməyə ehtiyac duymamalarına səbəb olar. Xüsusən də başqalarına görə bu mövzularda daha yaxşı olub, daha çox səy göstərmələri bu insanları tamamilə aldadar. Halbuki insanın bir mövzuda yaxşı xüsusiyyət qazanmış olması, digər yönlərini də gözəl hala gətirməz. Bəzi mövzularda müsəlmana yaraşan əxlaq göstərib, bəzi mövzularda şeytana uymaq Quran əxlaqına uyğun deyil. Bir insan Allahın özündən razı olacağı gözəl əxlaqı yaşamamaqda müqavimət göstərir, nəfsiylə zidd düşən ən kiçik mövzuda haqsızlığa uğradığını düşünə bilirsə; bu yönlərini də düzəltməlidir. Əks təqdirdə digər yönlərdəki səyləri də puç ola bilər.

Bu həqiqəti görməzlikdən gələn insanlar özlərinə hər hansı mövzudakı çatışmazlıqları deyildiyi zaman, dərhal yaxşı yönlərini gündəmə gətirərək, bunların heç görülmədiyini, həmişə mənfi yönlərinin gündəmə gətirildiyini iddia edərlər. Belə edərək səmimiyyətsizcə haqlılıq əldə etməyə çalışarlar. Halbuki əgər insanın gözəl yönləri varsa, bunlar, əlbəttə ki, açıqca görünür; həmçinin heç kim görməsə belə Allah'ın bilməsi insana kifayət etməlidir.

Lakin insanın yaxşı xüsusiyyətlərinin olması, çatışmayan yönlərinin görməzlikdən gəlinməsi üçün bir səbəb deyil. Çünki Allah axirətdə insanı bütün əməllərindən sorğu-sual edəcək, yaxşılıqların olduğu kimi pisliklərin də qarşılığını tam verəcək. Buna görə də, iman gətirənlərin bu çatışmazlıqları bu insana söyləmələri onun üçün olduqca xeyirlidir. Əgər bunları düzəltsə, özünə xeyir qazanacaq. Buna görə də, belə səmimiyyətsiz üsula sarılan insanlar, özlərini haqqa çağıran insanları gizli üsullarla dayandırmaq istəməklə, təkcə özlərinə pislik etmiş olacaqlar.

Mələklər Canlarını Alarkən Belə; "Biz Heç Bir Pislik Etmirdik" Deyərək Haqsızlığa Uğradıqlarını İddia Etmələri

Haqsızlığa uğrama məntiqinin şiddətli əsirinə çevrilmiş insanlar ölüm anlarına qədər müdafiə etdikləri bu ideologiyadan imtina etməzlər. Ölüm anına qədər heç kim tərəfindən başa düşülə bilmədiklərini, lakin əslində qəlblərinin çox təmiz olduğunu, xoş niyyətlərini və günahsızlıqlarını ətraflarındakı insanlara heç cür ifadə edə bilmədiklərini iddia edərlər. Özlərini yaxşı ifadə etmələrinin qarşısının alınmasından ötrü, bu ana qədər haqsızlığa uğradıqlarını düşünərlər. Özlərini, yenə özlərindən başqa heç kimin anlamadığına inanarlar.

İnsanlara yönəltdikləri bütün bu ittihamların əsasında isə, əlbəttə ki, bütün bu yaşadıqları hadisələri yaradan Allaha olan səmimiyyətsiz yanaşma tərzləri var. Quranda bu insanların ölüm anlarında belə Allaha qarşı özlərini müdafiə etməkdə problem görmədikləri bildirilir: (Allahı tənzih edirik)

Belə ki, mələklər, öz nəfslərinə zülm edənlərin canlarını aldıqları zaman; "biz heç bir pislik etmirdik!" deyə təslim olarlar. Xeyr, şübhəsiz ki, Allah sizin nələr etdiyinizi Biləndir. (Nəhl surəsi, 28)

Həyatlarını, Allah'ın rizasına uymaq əvəzinə şeytanın addımlarını izləyərək keçirdiklərini, doğru yola çağırıldıqları halda, pislikdən imtina etmədiklərini və həmişə özlərini haqlı çıxardacaq bir şeylər tapdıqlarını bildikləri halda, son ana qədər özlərini müdafiə etməkdən çəkinməzlər. Haqlı çıxmağı xəstəlik halına gətirmiş bu insanların, müsəlman xarakteri göstərməmiş olmaları Quran'da; "şirk qoşanlar deyəcəklər: "Allah istəsəydi, nə biz, nə də atalarımız şirk qoşar və hər hansı şeyi haram edə bilərdik". Onlardan əvvəlkilər də, Bizim çətin əzabımızı dadana qədər belə yalan hesab etdilər. De: "Sizin yanınızda, bizim üçün çıxarda biləcəyiniz bir elm mi var? Siz ancaq zənnə qapılır və siz ancaq "zənn və təxminlə yalan söyləyərsiniz" (Ənam surəsi, 148) ayəsiylə bildirilir. Digər ayələrdə isə bu mövzudakı səmimiyyətsiz yalanları belə xəbər verilir:

Və ya: "Həqiqətən Allah mənə hidayət versəydi, əlbəttə, müttəqilərdən olardım" deyəcəyi... (Zumər surəsi, 57)

...Sən o zalımları, öz Rəbbinin hüzurunda tutulmuş vəziyyətdə görsən; sözü (ittihamları) bir-birlərinə qarşı döndərərlər (bir-birlərinə yönəldərlər). Zəiflədilənlər, təkəbbürlük edənlərə deyəcəklər: "Əgər siz olmasaydınız, həqiqətən biz mömin (kəs)lər olardıq". (Səba surəsi, 31)

 

10 / total 12
"Harun Yəhyanın Pisliyin Səssiz Dili kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.org adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com