< <
11 / total: 12

Şeytanin Məcburedici Heç Bir Gücü Yoxdur; Insan Axirətdə Etdiyi Pisliklərdən Təkbaşina Məsul Olacaq

Kitabın əvvəlindən bəri qeyd edilənlər, şeytanın insanları necə hiyləgər üsullarla pisliyə sürüklədiyini, onları Quran əxlaqından uzaqlaşdırmaq üçün necə ciddi səy içərisində olduğunu göstərir. Lakin bütün bunları qiymətləndirərkən nəzərə alınması lazım olan çox mühüm bir məsələ var.

Şeytan insanlar üzərində məcburedici gücə sahib olan varlıq deyil. Pisliyə təşviq edərkən etdiyi, insanları təkcə bu əxlaqa çağırmaqdır. Ona tabe olmaq və ya üz döndərmək isə tamamilə insanın öz iradəsindən asılıdır. Allah, endirdiyi haqq kitablarla, göndərdiyi elçiləriylə insanlara hər mövzuda doğrunu və yanlışı bildirmişdir. Həmçinin Allah, insanlara həyatın hər mərhələsində, qarşılaşılan hər hadisədə hər an doğrunu ilham edən vicdanı yaratmışdır. Vicdan, Allahın istəyi ilə, insanı həmişə xeyirə çağırar. Dolayısilə nəfsində nə qədər çox pislik olsa da, hər insan bunlardan çəkinə biləcək, doğru və gözəl olanı tapa biləcək məlumata sahibdir. Buna görə də, şeytana uyan bir insan, bundan tamamilə təkbaşına məsul olduğunu bilməlidir. Axirətdə, dünya həyatında etdiyi hər davranışın hesabını "tək-tənha, təkbaşına" verəcək. Allah bu həqiqəti insanlara Quran ayələrində belə bildirir:

And olsun, sizi ilk dəfə yaratdığımız kimi (bu gün də) “tək-tək, tək-tənha və yalqız (şəkildə) Bizə gəldiniz və sizə verdiyimiz nemətləri arxanızda qoydunuz. Aranızdan, həqiqətən ortaqlar olduqlarını zənn etdiyiniz şəfaətçilərinizi indi yanınızda görmürük. And olsun, aranızdakı (əlaqələr) kəsilmişdir və haqqlarında zənlər bəslədikləriniz sizdən uzaqlaşmışdır. (Ənam surəsi, 94)

Əsla; deməkdə olduğunu yazacaq və onun üçün əzabda(n) da möhlət verdikcə verəcəyik.

Onun söylədiyinə Biz varis olacağıq; o Bizə, “tək-tənha, təkbaşına” gələcək. (Məryəm surəsi, 79-80)

Və onların hər biri Qiyamət günü Onun hüzuruna “tək-tənha, təkbaşına” gələcək. (Məryəm surəsi, 95)

Dünya həyatı boyunca bir an belə imtina etmədən insanı təqib edən, dostu və köməkçisi olduğunu söyləyərək ona vədlər verən şeytan isə, axirətdə əsil məsuliyyətin insanın özündə olduğunu söyləyərək onu üzüstə və tək-tənha qoyacaq. İnsanlara, etdikləri pisliklərdən ötrü onu (şeytanı) deyil, özlərini qınamalarını söyləyəcək. Çünki şeytan bu insanları təkcə pisliyə çağırmış, onlar isə, şeytanın bu çağırışına öz iradələriylə, bilərək və istəyərək tabe olmuşlar. Quran'da bu həqiqət insanlara belə bildirilir:

İş bitdikdə şeytan deyəcək: "Həqiqətən, Allah sizə həqiqi vədi verdi, mən də sizə vəd verdim, lakin sizə yalan söylədim. Mənim sizə qarşı məcburedicigücüm yox idi, təkcə sizi dəvət etdim, siz də dəvətimi qəbul etdiniz. Elə isə məni qınamayın, özünüzü qınayın. Mən sizi qurtaracaq deyiləm, siz də məni qurtaracaq deyilsiniz. Doğrusu daha əvvəl məni şərik qoşmağınızı da rədd etmişdim. Həqiqət budur ki, zalımlar üçün ağrılı əzab var". (İbrahim surəsi, 22)

Dolayısilə dünya həyatında şeytanın əxlaqını mənimsəyən insanların axirətdə etdikləri pisliklərin məsuliyyətini şeytana yükləmələrindən qətiyyən söhbət gedə bilməz. İnsanın etdiyi pisliklər müqabilində; "bunları şeytana uyduğum üçün edirəm, buna görə də, günahsızam" kimi bir bəhanə irəli sürməsi, dünya həyatında ona hər hansı fayda verməyəcəyi kimi axirətdə də qəbul edilməyəcək. Çünki Allah, Quran ayələriylə insanlara şeytanın əxlaqını; insanlara təkcə yalan söyləyəcəyini və onları təkcə cəhənnəm əzabına sürükləmək üçün səy göstərəcəyini bildirmişdir. "Şeytanın vəziyyəti kimi; çünki insana: "inkar et" dedi, inkar etdikdə isə: "həqiqət budur ki, mən səndən uzağam. Doğrusu, Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram" dedi" (Həşr surəsi, 16) ayəsiylə, Allah şeytanın axirətdə özünə itaət edən insanları tək-tənha qoyacağını xatırlatmışdır. Quranda bildirilən bu həqiqətləri bilən bir insan, etdiyi səhvi gördüyü anda dərhal şeytandan Allaha sığınmalı, pis əxlaqında bilə-bilə israr etməməlidir. Allah möminlərin bu əxlaqını bir ayədə belə bildirir:

"Və “çirkin bir həyasızlıq” etdikləri və ya nəfslərinə zülm etdikləri zaman, Allahı xatırlayıb dərhal günahlarından ötrü bağışlanma diləyənlərdir. Allahdan başqa kim günahları bağışlaya bilər? Bir də onlar etdikləri (pis şeylərdə) bilə-bilə israr etməzlər". (Ali İmran surəsi, 135)

Vicdanı özünə doğru olanı göstərdiyi halda, pisliyi mənimsəyən və bunda qətiyyət göstərən insanlar üçün Allah Quranda belə buyurur:

Yoxsa pis əməllər edənlər, bizi (aşıb) keçəcəklərini güman edirlər? Nə pis mühakimə yürüdürlər? (Ənkəbut surəsi, 4)

Xeyr; kim pis əməl işləsə və günahı özünü əhatə etsə, (artıq) o Od sakinidir və orada əbədi qalacaqdır. (Bəqərə surəsi, 81)

Etdiyi pis əməllər özünə cəlbedici və bəzəkli göstərilib, onu gözəl görən mi (Allah qatında qəbul ediləcək)? Artıq, şübhəsiz ki, Allah, istədiyini zəlalətə salar, istədiyini hidayətə yönəldər. Elə isə, onlara qarşı nəfsin həsrətə qapılmasın. Həqiqətən, Allah nə etdiklərinizi Biləndir. (Fatir surəsi, 8)

Ayələrdə bildirildiyi kimi, şeytana uyaraq pislikdə israr edən insanlar üçün axirətdə sonsuza qədər davam edəcək əzab var. İnsan dünya həyatında müxtəlif bəhanələrlə özünü nə qədər günahsız göstərməyə çalışsa da, axirətdə bunların heç biri qəbul edilməyəcək. Əslində; "xeyr! İnsan öz nəfsinə qarşı bəsirətdir! Öz bəhanələrini irəli sürsə belə!" (Qiyamət surəsi, 14-15) ayələriylə xatırladıldığı şəkildə, əslində, bu bəhanələrinin səmimiyyətsiz yalandan ibarət olduğunu özü də bilir. Necə ki, axirətdə, şeytana öz iradəsiylə tabe olduğunu və doğru yoldan bilərək üz döndərdiyini böyük peşmançılıqla özü də etiraf edəcək. Quran'da bu vəziyyət belə bildirilir:

O gün, zülm edən, əllərini (qəzəblə) dişləyərək (belə) deyər: "Kaş ki, elçinin yolunu tutub gedəydim, vah yazıq olsun mənə, kaş ki,filankəsi dost tutmasaydım. Çünki o, həqiqətən mənə gəldikdən sonra məni zikrdən (Qurandan) döndərdi. Şeytan da insanı“tək-tənha və köməksiz" qoyandır". (Furqan surəsi, 27-29)

Odun üstündə dayandırıldıqları zaman onların bir görsən; belə deyərlər: "Kaş ki, (dünyaya bir daha) qaytarılsaydıq da, Rəbbimizin ayələrini yalan hesab etməsəydik və möminlərdən olsaydıq". (Ənam surəsi, 27)

Həqiqətən, Biz sizi yaxın əzab barədə xəbərdar etdik. İnsanın öz əllərinin əvvəlcədən təqdim etdiklərinə baxacağı gün, kafir olan da: "Ah, kaş ki, mən torpaq olaydım!" deyəcək. (Nəbə surəsi, 40)

 

11 / total 12
"Harun Yəhyanın Pisliyin Səssiz Dili kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.org adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com