< <
3 / total: 10

Əsl Yaxşılar və Əsl Pislər Kimlərdir?

İnsanların dünyanın hər tərəfində yaşanan pislikləri, ədalətsizlikləri, zülm və haqsızlıqları adi hadisələr kimi qiymətləndirməyinin bir çox səbəbi var. Bu səbəblərdən ən əhəmiyyətlisi insanın ətrafında baş verənlərdən xəbərdar olmağa başladığı andan etibarən həmişə bu tip hadisələrlə qarşılaşmasıdır. Həqiqətən də qəzetlərdə və ya televiziyada, vəhşicə işlənmiş cinayətlərin, rəhm və mərhəmət duyğusu qalmamış canilərin, mərhəmətsizcə aclığa və soyuğa tərk edilən müdafiəsiz uşaqların, yaşlıların və qadınların, dələduzluq, əxlaqsızlıq, qısqanclıq və düşmənçiliklərin, mənfəət əldə etmək üçün davaların, degenerasiyanın xəbərlərinə rast gəlmədiyimiz tək bir gün belə olmur.

Buna bənzər hadisələrə şahid olan insanların böyük bir hissəsi onları özlərini maraqlandırmayan, başqalarının başına gələn hadisələr olaraq qiymətləndirirlər. Bu səbəblə də, cəmiyyətdə baş verən bu cür əyriliklərin, narahatçılıqların və mərhəmətsizliklərin məsuliyyətini üzərlərinə götürməzlər. Məsələn, günahsız və müdafiəsiz bir insan bəzən özündən maddi olaraq daha çox imkana sahib bir adamın qəzəbinə uğrayar, o adamdan çox ağır sözlər, təhqir və böhtanlar eşidər. Belə bir vəziyyətdə hər kəs əsil günahkar olanın haqsız yerə o günahsız insana hücum edən adam olduğunu çox yaxşı bilir, ancaq ümumiyyətlə, bir nəfər belə bu haqsızlıq qarşısında səs çıxarmaz. Səssizcə tamaşaçı olmağı seçər. “Mənim səs çıxarmağımdan nə olar ki” və ya “Məni maraqlandıran bir mövzu deyil” deyərək haqsızlığa göz yumar.

Əlbəttə ki, bunlar vicdanı hələ kor olmamış və ürəyi qatılaşmamış insanlarda narahatçılıq oyandıran, onların qoruma hisslərinin qabarmasına səbəb olan hadisələrdir. Ancaq təkcə qəzəblənmək, tənqid etmək, sıxıntı hissi duymaq bu hadisələrin təkrarlanmasının qarşısını ala bilməz. Bunun üçün həqiqətən vicdan sahibi olan və yaxşılıq etməyi düşünən insanlar səmimi bir səy göstərməli və yaxşılığın arxasınca gedənlərə hər cür şəraitdə dəstək olmalıdırlar.

Ancaq bunun üçün kimlərin yaxşı, kimlərin pis olduğunu ayırd edə bilmək lazımdır. Çünki indiki vaxtda yaxşılıq və pislik nisbi bir anlayış halına gəlmiş, hər kəs içində olduğu cəmiyyətə, sosial həyatına, hətta maraqlarına görə yaxşılıqlar və pisliklər təyin etmişdir. Məsələn, indiki vaxtda küçə itlərinə sahib çıxaraq onların hüquqlarını qorumaq çox əhəmiyyətli bir yaxşılıq əlamətidir və ya fəlakət bölgəsinə bir yük maşını əşya göndərilməsinə vasitəçi olmaq, bunun üçün bir neçə telefon zəngi “xeyriyyəçi” adını qazanmaq üçün kifayətdir. Ya da bir kömək fondunda bir yerə gələrək, bir neçə məktəb divarlarını rəngləmək, bir neçə uşağın məktəb ehtiyaclarını qarşılamaq bu insanlara ömür boyu kifayət edəcək xeyir işi olaraq qiymətləndirilir. Bu xeyiri edən insan etdiyindən ötrü çox böyük bir qürur duyar, ətrafındakı insanlar da “Nə qədər yaxşı bir insandır” deyərək onu təqdir edərlər. Bunlar, əlbəttə ki, gözəl davranışlardır, ancaq bu cür məhdud cəhdlərin dünyadakı pisliklərin tamamilə yox olması üçün kifayət etməyəcəyi çox açıqdır. Əslində bu cür yardımlar edən insanlar da bu həqiqətin fərqindədirlər. Yəni etdiklərinin böyük bir fədakarlıq tələb etmədiyini bilirlər. Hətta bəziləri, etdikləri ilə yalnız cəmiyyətdəki və yaxın ətraflarındakı nüfuzlarının yüksəldiyini, eyni zamanda da boş vaxtlarını qiymətləndirəcək bir məşğuliyyət tapdıqlarını düşünürlər. Bu cəhdlərinin bir başqa səbəbi də vicdanlarını rahatlatmaqdır.

Halbuki, bu kitabda bəhs olunan “yaxşılar”in hədəfi burada sayılanlardan çox daha böyük bir hədəfdir. Qeyd-şərtsiz yaxşılardan olmağa və ömrünün sonuna qədər yaxşılara kömək etməyə qərar verən insanların meydana gətirəcəyi “yaxşıların ittifaqı”, qısa müddətdə çox güclənər və çox əhəmiyyətli nəticələr əldə edər. Pislərin ittifaq edərək dünyanın hər yerinə yaydıqları kin, nifrət, mərhəmətsizlik, səmimiyyətsizlik, yalançılıq, zalımlıq kimi xüsusiyyətlər ancaq yaxşıların bu ittifaqı sayəsində yer üzündən qaldırıla bilər, bu əxlaqa sahib insanlar tamamilə təsirsiz və zərərsiz hala gətirilə bilər.

Yuxarıdakı hədəflərin heç biri bu kitabı oxuyan insanlara uzaq, xəyali və reallaşdırılması qeyri-mümkün olaraq görünməməlidir. Çünki kitabı oxuduqca siz də görəcəksiniz ki, yaxşıların ittifaqına daxil olmaq hər insan üçün son dərəcə asandır. Evdar xanımdan tələbəyə, satıcıdan professora qədər vicdan sahibi, gözəl əxlaqı bilən və bu əxlaqın insanlar arasında yaşanmasını istəyən hər insan yaxşılarla ittifaq edə bilər. Ancaq bunun üçün bütün fikirlərinizdən, indiyə qədər etdiyiniz qiymətləndirmələrdən və sizə öyrədilən doğru və səhvlərdən tamamilə xilas olmalısınız. Daha sonra ətrafınıza diqqətlə baxmalı və əsil yaxşılarla əsil pislərin kimlər olduqlarını təsbit etməlisiniz. Bu təsbiti edərkən də özünüzə tək bir ölçü götürməlisiniz: Bu ölçü Rəbbimizin bizə yol göstərici olaraq endirdiyi Quran'dır. Çünki əsil yaxşıları və əsil pisləri yalnız Rəbbimiz bilir və Quran'da da bizə yaxşıların və pislərin xüsusiyyətlərini ətraflı olaraq bildirir.

Quran'da Yaxşılar və Pislər

Bir insanın pis bir əxlaqa sahib olmasının tək səbəbi Allah'a və axirət gününə iman etməməsi və Allah'dan qorxub çəkinməməsidir. Yer üzündəki bütün pislikləri bir an ağlınızdan keçirin; ədalətsizlik, qısqanclıq, haqsız yerə günahsız bir insanı öldürmək, kin, nifrət, sevgisizlik, mərhəmətsizlik, hiyləgərlik, xainlik, zalımlıq ... Bunların hamısı Allah'ın Quran'da insanlara qadağan etdiyi xüsusiyyətlərdir və Allah bu pis əxlaqa sahib insanları axirətdə sonsuza qədər əzablandıracağını bildirmişdir. Bu səbəbdən, Allah'dan qorxub çəkinən bir insanın “pis” olması qeyri-mümkündür. Allah'ın insanları pisliklərdən çəkindirdiyi ayələrindən bəziləri belədir:

... Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yol göstəricisi, mərhəmət və müjdə olaraq nazil etdik. Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir. O sizə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız. (Nəhl surəsi, 89-90)

İnsanların bir hissəsi Allah'a və axirət gününə qəti olaraq iman etmədiklərini, ancaq yenə də geniş yayılmış çox pis əxlaq xüsusiyyətinə sahib olmadıqlarını söyləyə bilərlər. Lakin bu qəti və açıq bir həqiqətdir ki, bir insan həyatı boyunca heç bir pisliyə bulaşmamış belə olsa, bir gün mənfəətləri ciddi şəkildə zədələndikdə bu adamın hər cür pisliyi etməsi gözlənilə bilər. Məsələn, həyatı boyunca gecə-gündüz çalışaraq əldə etdiyi işini və karyerasını itirmə təhlükəsi ilə üzləşdikdə, kasıb qalmaqdan və ya canını itirməkdən qorxduğunda bu insanın mənfəətləri üçün digər insanlara rahatlıqla pislik edə biləcəyi açıq bir həqiqətdir. Bu cür kəslərin nümunələrinə həyatımız boyunca tez-tez rast gələrik. Məsələn, iş yerində bir səhv edən və bu səhvindən ötrü işindən qovulmaqdan qorxan biri asanlıqla bu səhvi başqasının üstünə ata bilər və ya bir insan həyatı boyunca rüşvət almaz, qanunlara qarşı çıxmaz, ancaq pula çox ehtiyacı olduğu bir dövrdə, məsələn, oğlunun xəstəxana xərclərini qarşılamalı olduğu bir anda rüşvət almağı məqbul görə bilər.

Allah qorxusu olmayan bir insan dünyanın ən gözəl əxlaqlı, ən dürüst insanı olduğunu söyləsə belə bu qətiyyən inandırıcı olmaz. Bəlkə həqiqətən də oğurluq etməz, yalan danışmaz, amma bir çox pis əxlaq xüsusiyyətinə sahib ola bilər. Məsələn, ətrafındakı insanlara qarşı humanist, şəfqətli, mehriban və dostca bir rəftar göstərməz, lağ və ya ləyaqəti alçaldan bir rəftara bürünər. Sözləri və zarafatları ilə insanları iynələyər, hər danışığında onlara narahatlıq verər və ya qumar oynamayan biri ətrafında hər kəsin qumar oynadığı və qumar oynamağın normal qarşılandığı bir yerdə qumar oynaya bilər. Allah qorxusu olmadığı üçün iradəsi hər hansı bir şərtdə asanlıqla qırıla biləcək və pis əxlaqa yönələ biləcək bir insanın əsil yaxşılardan olduğunu söyləmək mümkün deyil.

Bir də həyatının hər anında əxlaqsızlıq edən, insanlara narahatçılıq, sıxıntı verən, onları təhqir edən, aldadan, incidici sözlər işlədən, insanlara dəyər verməyən, yalnız özünü düşünən, qeybətcil, pessimist, təcavüzkar, yalançı insanlardan olub, amma arada bir küçədəki bəzi kasıbları geyindirib doyuran, onlara köməklik edənlərin də əsil yaxşılardan olduqları deyilə bilməz. Yaxşı insanların bütün həyatlarında düzgünlük, dürüstlük, ədalət, mehribanlıq və səmimiyyət hakimdir. Ancaq bu yanlış anlaşılmamalıdır; insanların, əlbəttə ki, səhvləri və ya əksik cəhətləri ola bilər. Yaxşı və səmimi niyyətli bir insan bu səhvlərinin və əksikliklərinin fərqinə vardığında bunları sürətlə düzəltmək üçün səy göstərər, vicdanının və gücünün çatdığı nisbətdə ən gözəl əxlaqı göstərməyə çalışar.

Allah'dan qorxub çəkinən bir insan yalnız müəyyən vəziyyətlərdə deyil, hər şərtdə gözəl əxlaq göstərər. Əxlaqının gözəlliyi insanlara, hadisələrə və ya imkanlarına görə deyil, axirətdəki çətin və qayıdışı olmayan sorğu-suala görədir. Bu səbəblə də, axirətdə sorğu-sual olunarkən hesabını verə bilməyəcəyini düşündüyü heç bir hərəkət etməz, tək bir söz deməz. Əksinə axirətdə qarşılaşmaqdan ötrü sevinc duyacağı gözəlliklərin arxasınca gedər. Allah bir ayəsində insanların axirət gününü düşünmələrini belə bildirir:

O gün ki, hər kəs etdiyi yaxşı və pis əməllərini qarşısında hazır görəcək, özü ilə pis əməllərinin arasında çox böyük məsafə olmasını arzulayacaqdır. Allah sizi Özündən çəkindirir. Allah qullarına Şəfqətlidir. (Ali İmran surəsi, 30)

Nəticə olaraq bir insanın Allah'dan qorxması, o insanın yaxşılardan olduğunun bir göstəricisidir. Allah'dan qorxub çəkinməyən biri isə təbii olaraq pislərin ittifaqının mənsubudur. Bəlkə də hər zaman pislərin ittifaqında əməl baxımından yer almaz, amma hər an özü üçün pislik etməyə uyğun şərtlər meydana gələ bilər və bu insan bilərək, ya da bilməyərək pislərin yanında yaxşılara qarşı mübarizəyə qoşula bilər.

Allah Quran'da, “Şübhəsiz ki, Allah yanında canlıların ən pisi kafir olanlardır. Onlar iman gətirməzlər”. (Ənfal surəsi, 55) hökmüylə insanların ən pislərinin kimlər olduğunu onsuz da bütün inananlara bildirmişdir. Elə isə yaxşı əməl sahibləri ilə birlik etmək istəyən bir insan, mütləq Allah'dan qorxub çəkinən insanların yanında yer almalıdır.

Bir İnsanın Əsil Niyyətini Davranışları Göstərir

Yaxşıların kimlər olduqlarını təyin edərkən nəzərə alınmalı olan çox əhəmiyyətli bir nöqtə daha vardır: Bu da insanların böyük bir hissəsinin Allah'a və Quran'a iman etdiklərini söyləmələrinə baxmayaraq, həyatlarıyla və müdafiə etdikləri dəyərlərlə Quran əxlaqına tərs düşmələridir. Allah Bəqərə surəsində Allah'a və axirət gününə iman etdiyini söyləyən, ancaq əslində yer üzündə fitnə-fəsad çıxaranlardan olan bu insanların əsil üzlərini belə bildirir:

İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: “Allah'a və Axirət gününə inanırıq” – deyirlər. Onlar Allah'ı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini aldadır və bunu anlamırlar. Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də ağrılı-acılı bir əzab çəkəcəklər. Onlara: “Yer üzündə fəsad törətməyin!” – deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!” – deyirlər. Sözsüz ki, onlar fəsad törədənlərdir, amma bunu başa düşmürlər. Onlara: “Bu insanlar iman gətirdiyi kimi siz də iman gətirin!” – deyildiyi zaman: “Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?” – deyirlər. Doğrusu, onlar özləri səfehdirlər, lakin bunu bilmirlər. Onlar möminlərlə rastlaşdıqda: “Biz iman gətirdik!” – deyirlər, öz şeytanları (azmış dostları) ilə təklikdə qaldıqda isə: “Biz sizinləyik. Biz möminlərə ancaq istehza edirik!” – deyirlər. Allah da onlara istehza edər və azğınlıqlarını o qədər artırar ki, sərgərdan gəzərlər. Onlar, doğru yolu verib azğınlığı satın almış kimsələrdir. Amma onların ticarəti qazanc gətirmədi və özləri də doğru yola yönəlmədilər. (Bəqərə surəsi, 8-16)

Ayələrdə də bildirildiyi kimi, bu cür insanlar özlərinin son dərəcə ədalətli, dürüst və fəzilətli insanlar olduqlarını iddia edər və ətraflarındakı insanların davranışlarını qınayaraq onlara nəsihətlər verərlər. Halbuki, əsil fəsad törədənlər, gizli və hiyləgər yollarla insanlara zülm edənlər, narahatçılıq və düşmənçiliklərə səbəb olanlar bu kəslərin özləridir. Bu səbəblə, yaxşıların və pislərin kimlər olduqlarını araşdırarkən əhəmiyyətli bir ölçü də insanların etdikləri ilə sözlərinin bir-birinə uyğun gəlməsidir. Məsələn, bir insan müsəlman olduğunu, Allah'a iman etdiyini söyləyirsə, lakin bir tərəfdən də müsəlmanlara qarşı hiyləgər bir mübarizə içindədirsə, o zaman bu insanın sözlərinin səmimiyyətindən şübhə etmək lazımdır. Belə ki, milli və mənəvi dəyərlərə əhəmiyyət verən bir insan olduğunu, ədaləti, gözəl əxlaqı, dürüstlüyü müdafiə etdiyini, hər kəsin belə davranmalı olduğunu söyləyən bir insan, bir tərəfdən də əxlaqsız, iffətsiz, hörmətsiz insanların reklamını edirsə, onları cəmiyyətə qibtə edilən, məşhur, əlçatmaz, hörmətli insanlar olaraq təqdim edirsə bu insanın səmimiyyətindən şübhə edilməlidir. Əxlaqsızlıqları “cəsarət”, “müasirlik”, “qeyri-adilik” olaraq göstərən və bu şəkildə bir çox insanın əxlaqsızlığı, iffətsizliyi, degenerasiyanı bir məziyyət kimi görməsinə və bu insanların bir surəti kimi yaşamaq istəməklərinə səbəb olan insanların əsil niyyətləri və anlayışları ortadadır.

Allah Quran'da yaxşıların və pislərin kimlər olduqlarını, hansı xüsusiyyətlərə sahib olduqlarını, üslublarını, digər insanlara və dünyaya münasibətlərini açıqlamışdır. Səmimi olaraq yaxşılığı axtaran bir insanın ilk olaraq etməli olduğu şey Quranda yaxşıların xüsusiyyətlərini görüb ətrafındakı insanlarda bu xüsusiyyətləri axtarmasıdır. Eyni şəkildə pislərin Quran'da bildirilən xüsusiyyətlərini görmək günümüzdəki pisləri tanımaq üçün də bir ölçü olacaq.

Günahkar, haram yeyən, Allah'a şərik qoşan, ana və atalarına qarşı hörmətsiz və vəfasız, asanlıqla öz mənfəəti üçün günahsız bir insanı öldürən, pisliyi əmr edən, yaxşılıqdan çəkindirən, xəsis, Allah'ı unutmuş, alçaq, söz gəzdirən (gizlilik içində söz və xəbər daşıyan), xeyirə mane olan, təcavüzkar, zalım, hörmətsiz, Allahın ayələri oxunanda və ya dindən bəhs ediləndə “Bu, keçmişdəkilərin uydurduğu əfsanələrdir!” deyən, bir ovuc torpaq və ya su üçün insanları qətl edən, uşaq, yaşlı, qadın, kişi ayırmadan insanları öz yurdlarından çıxaran, işgəncələrə uğradan və bunları edənlərə səs çıxarmayan, Quranın bir qisminə inanıb, bir qisminə iman gətirməyən, fitnə-fəsad törədən, yaşayışı və nizamı pozan, digər insanlara və ya cəmiyyətlərə lağ edən, insanlara pis ləqəblər qoyan, dedi-qodu edən, böhtan atan, insanların gizli tərəflərini araşdıran, zənlə insanlar və hadisələr haqqında qəti hökmlər verən və bunları insanlar arasında yayaraq təxribatçılıq edən, zalım, cahil, eqoist, acı diliylə insanları tənqid edərək incidən, xain, fasiq, təkəbbürlü, qafil, yalan qoşub uyduran, azğın, ağılsız, söz eşitməyən, ümidsiz, inadçı, özünü bəyənmiş, ərköyün, lovğa, dikbaş, haqq qarşısında dirənən, nankor və şübhəçi ...

Yuxarıda sayılan sifətlər Allah'ın Quran'da pisləri izah etmək üçün istifadə etdiyi təsvirlərdən bəziləridir.

Allah'ın Quran'da yaxşılar üçün bildirdiyi xüsusiyyətlərdən bəziləri isə belədir: Allah'a, axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman edən, oruc, zəkat, təsəttür, 5 vaxt namazı doğru-düzgün qılmaq kimi fərzləri diqqətlə qoruyan, yaxşılığı əmr edib pisliklərdən çəkindirən, zəkat verən, Allahın sərhədlərini qoruyan, mala olan sevgisinə baxmayaraq onu qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yolda qalmışa, dilənənlərə verən, bir söz verdiyində sözünə vəfa göstərən, çətinlikdə, xəstəlikdə və savaşın qızışdığı vaxtlarda səbir edən, sadiq, dürüst, səmimi, şəfqətli, mərhəmətli, ixlaslı, möminlərə düşkün, kərim, sevgi həssaslığı olan, etibarlı, təmiz, itaətkar, təvazökar, vədinə sadiq, yumşaq xasiyyətli, könüldən Allah'a yönələn, əzm sahibi, səbirli, təslimiyyətli, bəsirətli, fərasətli, hikmətli danışan, hörmətli, şərəfli, qınayanın qınamasından qorxmayan, cəsur, etidallı, tolerant, mərhəmətli, şərəfli, müjdə verən, xoşbəxt və bəxtiyar, nəcib, daim gözəl söz söyləyən, iffətli, saleh ...

Quran'da Allah'ın bildirdiyi bu gözəl əxlaqa aid xüsusiyyətlərə sahib olmayan, hətta bu xüsusiyyətlərin tam əksinə hərəkət edən insanların “yaxşılıq” adına ortaya çıxmaları, insanlara zülm edərkən, zülmə qarşı olduqlarını iddia etmələri, böhtan atanları qınayarkən, özlərinin başqalarına böhtan atmaları, günahkar və saxtakar olmalarına baxmayaraq insanlara qarşı günahsız və dürüst bir adam roluna girmələri onların nə qədər səmimiyyətsiz və ikiüzlü insanlar olduqlarını göstərir.

Bu səbəblə, yaxşılarla ittifaq etmək qərarında olan bir insan ətrafındakı bütün hadisələri və irəliləyişləri diqqətlə analiz etməli, nəticə çıxararkən əksəriyyəti deyil, yalnız Quranı ölçü alaraq, vicdanının səsini dinləməlidir.

Pislər Şeytanın Yolunu İzləyər

İnsanların böyük əksəriyyəti şeytanın “xəyali”, yəni həqiqiliyi olmayan, yalnız pislikləri təsvir etmək üçün istifadə edilən və rəmzi xarakter daşıyan bir varlıq, daha doğrusu bir anlayış olduğunu zənn edərlər. Halbuki, Allah insanları və yer üzündəki digər canlıları yaratdığı kimi, ayrı bir aləmdə cinləri, mələkləri və şeytanı da yaratmışdır.

Şeytanın ən diqqətə çarpan xüsusiyyəti və əxlaqsızlığı Allaha qarşı itaətsiz olması, özünü bəyənməsi və təkəbbürlü olmasıdır. Bu xüsusiyyətləri ilə yanaşı şeytan ilk insan olan Hz. Adəm (ə.s) yaradıldığında insanları Allah'ın yolundan sapdırmaq, onların doğru yolda olmalarına mane olmaq üçün qərar almışdır. Şeytanın bu qərarı Quran'da belə bildirilir:

İblis dedi: “Sənin qüdrətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam; Təkcə Sənin seçilmiş ixlaslı qullarından başqa!” (Sad surəsi, 82-83)

Şeytan insanları Allah'ın əmr etdiyi doğru yolla getməkdən və vicdanlarına uyğun hərəkət etməkdən uzaq tutarkən çox fərqli üsullardan istifadə edər. İnsanlara müxtəlif vəsvəsələr verər və ya dostları vasitəçiliyi ilə pislik və vicdansızlıq etmələri istiqamətində təlqin edər. Məsələn, namazını 5 vaxt nizamlı şəkildə qılmağa başlayan və ya Allah'ın hökmlərini yerinə yetirən birinə şeytanın təsiri altında olan yoldaşları lağ edərlər, namaz saatında dünyəvi bir şeyi ona bəzəkli və cazibədar göstərərək onu namaz qılmaqdan saxlamağa çalışırlar və əgər bu insan vicdanının səsini dinləmə mövzusunda iradəli və qərarlı davranmazsa şeytan yoldaşları vasitəçiliyi ilə qısa müddətdə bu insana ibadətlərini tərk etdirər. Halbuki, Peyğəmbərimiz (s.ə.v) də bir hədisində namazın önəmi ilə əlaqədar olaraq belə xəbər vermişdir:

Cabir radıyallahu ənh belə dedi: Rəsulullah sallallahu əleyhi və səlləmi: “Həqiqətən insan ilə şirk və küfr arasında namazı tərk etmək vardır” buyurarkən eşitdim. (Müslim, Îmân 134. Ayrşca bk. Ebû Dâvûd, Sünnet 15; Tirmizî, Îmân 9; İbni Mâce, İkâmet 17)

Şeytanın aldatma üsullarına başqa bir nümunə də köməyə möhtac insanlara kömək edən birinə yaxın ətrafının “sadəlövh” olduğunu, pulunu xeyir işlərə xərcləməkdənsə özünə yeni bir avtomobil ala biləcəyini və ya tətilə gedə biləcəyini söyləməsidir. Şeytan bu insanın yaxın ətrafından istifadə edərək, ona gözəllikləri, xeyirli işləri çirkin və ya çətin göstərər və beləliklə, o adamın yaxşılıq etməsinə mane olar. Ya da maraqlarına zidd olan bir vəziyyətdə ən yaxın dostlarını tərk etməsini məqbul göstərər. Belə vəziyyətlərdə insanlar həmişə iki seçim arasında qalar və heç cür qərar verə bilməzlər. Bir tərəfdən neçə illik dostlarının köməyə ehtiyacı olduğunu, onlara arxa çevirməyin vəfasızlıq olacağını düşünərlər. Digər tərəfdən də onlara kömək edərlərsə, maddi ziyana uğrayacaqlarını, bəzi çətinliklər yaşaya biləcəklərini hesablayarlar. İnsan bunları düşünərkən, öz-özünə qərar verməyə çalışdığını və variantlar arasında seçim etdiyini zənn edər. Əslində bu iki seçim arasında qalarkən bir-biriylə mübarizə aparanlar onun fikirləri deyil, vicdanının səsi ilə şeytanın səsidir.

 

Qısacası, şeytan insanlara ya birbaşa zehinlərinə pıçıldayaraq və ya bəzi insanlar vasitəçiliyi ilə mənfi təlqinlər verər və onları Allah'ın yolundan və vicdanlarına tabe olmaqdan, yaxşılıq etməkdən, gözəl söz söyləməkdən, fədakarlıq etməkdən saxlamağa çalışar. Həyatları boyunca şeytanın sözlərinə uyub, bilərək ya da bilməyərək onun arxasınca gedənlər isə şeytanın tərəfdarı halına gələr və bütün həyatları boyunca pislərdən yana olarlar. Allah şeytanın insanlar üzərindəki təsirlərini ayələrdə belə bildirmişdir:

Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, bilsin ki, o şeytan iyrənc və yaramaz işlər görməyi əmr edir. Əgər Allah'ın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin Allah istədiyini təmizə çıxardır. Allah Eşidəndir, Biləndir. (Nur surəsi, 21)

Şeytan onları üstələmiş və Allah'ı zikr etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsindəndirlər. Şübhə yoxdur ki, şeytanın firqəsindəkilər ziyana uğrayanlardır. (Mücadilə surəsi, 19)

Əslində şeytan bütün insanlarla oxşar bir mübarizə içərisindədir, ancaq Allah'dan qorxub çəkinən, vicdanına uyan və iradə sahibi olan insanlar şeytanın oyunlarına gəlməzlər. Allah qorxusu olmayan, zəif və iradəsiz kəsləri isə ayələrdə də bildirildiyi kimi, şeytan bürüyüb əhatə edər. Allah başqa ayələrdə də şeytanın təsiri altına aldığı bu insanların xüsusiyyətlərini belə açıqlamışdır:

Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər bir yalançıya və günahkara nazil olarlar. Şeytanlar vəhydən eşitdiklərini kahinlərə təlqin edirlər. Halbuki onların əksəriyyəti yalançıdır! (Şuəra surəsi, 221-223)

Şeytanın təsiri altında hərəkət edən və doğru yoldan azan insanlar isə əksəriyyətlə özlərinin çox yaxşı və xeyriyyəçi insanlar olduqları iddiasındadırlar. Halbuki, insanlara qarşı davranışlarından, ədalətsizliklərindən, sevgi, şəfqət, mərhəmət və tolerantlıqdan məhrum olmalarından şeytanın özlərini bürüyüb əhatə etdiyi açıqca məlum olur. Şeytanın təqibçilərindən olmalarına baxmayaraq, yaxşılıq və dürüstlük iddiası ilə ortaya çıxanları Allah Quran'da belə tanıdır:

Kim Mərhəmətli Allah'ın zikrindən üz döndərsə, Biz şeytanı ona calayarıq və o da ona yoldaş olar. Şübhəsiz ki, şeytanlar onları haqq yoldan sapdıracaq, onlar isə özlərinin haqq yolda olduqlarını güman edəcəklər. (Zuxruf surəsi, 36-37)

Pislər Necə Bir Yerə Gəlir?

Pislər, bir yerə gəlib inananlar əleyhinə fəaliyyətə keçmələri üçün əvvəlcə bir-birlərini tapmalıdırlar. Bunun üçün hər hansı bir axtarış aparmazlar. İttifaq təbii həyat içində, öz-özünə meydana gələr. Onsuz da şeytan fərqli üsul və taktikalarla bu ittifaqı yaratmaq üçün lazım olan mühiti hazırlamışdır.

Yaxşı insanlar əleyhinə ittifaq edəcək kəslərin, ittifaq quracaqları yerlər, məkanlar, quracaqları hiylələrin formalarına qədər hər şey bəllidir. Pislərin bunun üçün xüsusi bir elanla çağırış etmələrinə da gərək yoxdur. Çağırış onsuz da “ürəklərində nifaq daşıyan” bu kəslərə şeytan tərəfindən edilmişdir. Bunun sayəsində, asanlıqla bir yerə gəlib, hiylələr planlayıb, pisliyi təşkilatlandıra bilərlər. Həyatın təbii gedişatı içində inkarçıların çağırışlarını eşidər və bu şər birliyinin sıralarında yerlərini tutarlar. Onları bir yerə gətirən səbəb inananlara qarşı duyduqları kin və ürəklərindən daşan nifrətləridir. Allah inkarçıların möminlərə bəslədikləri kini təsvir edərkən, inananları da bu şəkildə xəbərdar edir:

 

Ey iman gətirənlər! Sizlərdən olmayanı özünüzə sirdaş tutmayın. Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından çıxan sözlərdən bəllidir. Kökslərində gizlətdikləri düşmənçilik isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik. Bax, siz o kəslərsiniz ki, onlara məhəbbət bəsləyir, onlar isə sizi sevmirlər. Siz nazil olan kitabların hamısına inanırsınız. Onlar sizinlə rastlaşanda: “Biz iman gətirdik!” – deyirlər, təklikdə qalanda isə sizə qarşı qəzəbdən barmaqlarının ucunu gəmirirlər. De: “Qəzəbinizdən ölün!” Şübhəsiz ki, Allah kökslərdə olanları bilir. (Ali İmran Surəsi, 118-119)

Bu ittifaq meydana gələrkən axtarılan tək xüsusiyyət insanın Allah'ın dinindən üz çevirməsi, pisliklərə göz yuma bilməsi, özünün rahatlıqla bu pislikləri edə bilməsi və bunları edərkən vicdani bir sıxıntı yaşamamasıdır. Çünki Quran əxlaqına bağlı, yaxşı bir insanın öz aralarında olması, onlarda çox böyük bir narahatlıq meydana gətirər. Bu səbəblə də, doğruluğu, dürüstlüyü, gözəl əxlaqı xatırladacaq tək bir söz belə eşitmək istəməzlər. Çünki bu sözləri eşitmək vicdanlarının səsini hərəkətə keçirəcək və bu səsi eşitmək isə heç istəmədikləri bir şeydir. Məhz buna görə pislər ətraflarında yalnız pislərin olmasını istəyərlər. Pisliklərin varlığı onları sevindirər. Pislərin güclənməsini ürəkdən arzu edərlər, çünki yaxşıların güclənməsinin ittifaqlarına zərər verəcəyini bilirlər.

Məsələn, bir ədəbsiz ədəbsizlərin, oğru oğruların, homoseksual də özüylə eyni pis əxlaqdakı kəslərin yanında rahat olar. Harada olurlarsa olsunlar onları tapar, yanlarından ayrılmazlar. Çünki bu kəslərin yanında etdiklərindən ötrü reaksiya almadıqları kimi, təşviq belə edilərlər. Günahsız bir insana çirkin böhtanlar atan bir adam da ancaq özü kimi böhtançıların yanında rahat olar. Etdiklərini öyünərək izah edər, onlardan fikir alar, tövsiyələrini dinləyər. O kəslər də öz əxlaqsızlıqlarını, etdikləri zülmləri, atdıqları yalan böhtanları izah edərək ona fikirlərini təqdim edərlər.

Məhz şər ittifaqı dedikdə nəzərdə tutduğumuz da pislərin hər yerdə bir-birlərini tapmalarıdır. Bununla yanaşı, əgər hər hansı bir şəxs bu böhtançıya “yazığın gəlmir, niyə günahsız bir insana böhtan atırsan” desə, bütün kefi bir anda qaçar. Bir daha da o kəslərin yanında olmaq istəməz. Elə bu səbəblə də pislər, yalnız bir-birləriylə olmaqdan zövq alarlar. Pislər Yaxşılarla Birlikdə Olmaqdan Çəkinir, Onlara Düşmən Olarlar

Əvvəlki hissələrdə də ifadə edildiyi kimi, pislər həmişə şeytanın təlqini ilə hərəkət edərlər. Onlar qəbul etsələr də etməsələr də hər danışıqlarında, rəftarlarında və qərarlarında şeytanın təsiri hiss edilir. Bu səbəblə, yaxşılara qarşı rəftarları da şeytanınkı ilə eynidir. Şeytan hələ pislər yaradılmadan əvvəl, yaxşılarla birlikdə olmağı rədd etmiş və yaxşılara qarşı şiddətli bir mübarizə başlatmışdır. Allah ayələrində şeytanın bu rəftarını belə bildirir:

Mələklərin hamısı ona səcdə etdilər. Yalnız İblisdən başqa. O, səcdə edənlər arasında olmaqdan imtina etdi. Allah dedi: “Ey İblis! Nə üçün sən səcdə edənlər arasında deyilsən?” İblis dedi: “Sənin, başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən yaratdığın insana səcdə etmək mənə yaraşmaz!” (Hicr surəsi, 30-33)

Diqqət yetirilsə, şeytanın yaxşılarla birlikdə olmaqdan çəkinməkdə dirənməsi, onların rəftarını öz zəif ağlı ilə alçaltması və təkəbbür göstərməsi, itaətsiz və üsyankar olması günümüzdəki pislərin də ən təməl xüsusiyyətlərindəndir. Ayrıca, şeytan bu rəftarının ardından insanları yaxşılıqdan və gözəllikdən uzaqlaşdırmaq, onları doğru yoldan azdırmaq üçün var gücü ilə mübarizə aparmağa qərar vermişdir.

Məhz bütün bunlar, indiki vaxtda yaxşılığa qarşı birlik halında mübarizə aparan, yer üzündən Allah'a və axirətə imanı, gözəl əxlaqı, fədakarlığı, vicdanı, dürüstlüyü, vəfanı qaldırmağa çalışan insanların şeytanla eyni xüsusiyyətlərə sahib olduqlarını göstərir. Ancaq, şübhəsiz, bu insanların müvəffəqiyyətə çatmaları mümkün deyil; dünyada da, axirətdə də Allah bu insanlara layiq olduqları qarşılığı verəcək. Çünki Allah saleh qullarının dostu və vəlisidir:

Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 257)

Bu ittifaq meydana gələrkən axtarılan tək xüsusiyyət insanın Allah'ın dinindən üz çevirməsi, pisliklərə göz yuma bilməsi, özünün rahatlıqla bu pislikləri edə bilməsi və bunları edərkən vicdani bir sıxıntı yaşamamasıdır. Çünki Quran əxlaqına bağlı, yaxşı bir insanın öz aralarında olması, onlarda çox böyük bir narahatlıq meydana gətirər. Bu səbəblə də, doğruluğu, dürüstlüyü, gözəl əxlaqı xatırladacaq tək bir söz belə eşitmək istəməzlər. Çünki bu sözləri eşitmək vicdanlarının səsini hərəkətə keçirəcək və bu səsi eşitmək isə heç istəmədikləri bir şeydir. Məhz buna görə pislər ətraflarında yalnız pislərin olmasını istəyərlər. Pisliklərin varlığı onları sevindirər. Pislərin güclənməsini ürəkdən arzu edərlər, çünki yaxşıların güclənməsinin ittifaqlarına zərər verəcəyini bilirlər.

Məsələn, bir ədəbsiz ədəbsizlərin, oğru oğruların, homoseksual də özüylə eyni pis əxlaqdakı kəslərin yanında rahat olar. Harada olurlarsa olsunlar onları tapar, yanlarından ayrılmazlar. Çünki bu kəslərin yanında etdiklərindən ötrü reaksiya almadıqları kimi, təşviq belə edilərlər. Günahsız bir insana çirkin böhtanlar atan bir adam da ancaq özü kimi böhtançıların yanında rahat olar. Etdiklərini öyünərək izah edər, onlardan fikir alar, tövsiyələrini dinləyər. O kəslər də öz əxlaqsızlıqlarını, etdikləri zülmləri, atdıqları yalan böhtanları izah edərək ona fikirlərini təqdim edərlər.

Məhz şər ittifaqı dedikdə nəzərdə tutduğumuz da pislərin hər yerdə bir-birlərini tapmalarıdır. Bununla yanaşı, əgər hər hansı bir şəxs bu böhtançıya “yazığın gəlmir, niyə günahsız bir insana böhtan atırsan” desə, bütün kefi bir anda qaçar. Bir daha da o kəslərin yanında olmaq istəməz. Elə bu səbəblə də pislər, yalnız bir-birləriylə olmaqdan zövq alarlar.

Pislər Yaxşılarla Birlikdə Olmaqdan Çəkinir, Onlara Düşmən Olarlar

Əvvəlki hissələrdə də ifadə edildiyi kimi, pislər həmişə şeytanın təlqini ilə hərəkət edərlər. Onlar qəbul etsələr də etməsələr də hər danışıqlarında, rəftarlarında və qərarlarında şeytanın təsiri hiss edilir. Bu səbəblə, yaxşılara qarşı rəftarları da şeytanınkı ilə eynidir. Şeytan hələ pislər yaradılmadan əvvəl, yaxşılarla birlikdə olmağı rədd etmiş və yaxşılara qarşı şiddətli bir mübarizə başlatmışdır. Allah ayələrində şeytanın bu rəftarını belə bildirir:

Mələklərin hamısı ona səcdə etdilər. Yalnız İblisdən başqa. O, səcdə edənlər arasında olmaqdan imtina etdi. Allah dedi: “Ey İblis! Nə üçün sən səcdə edənlər arasında deyilsən?” İblis dedi: “Sənin, başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən yaratdığın insana səcdə etmək mənə yaraşmaz!” (Hicr surəsi, 30-33)

Diqqət yetirilsə, şeytanın yaxşılarla birlikdə olmaqdan çəkinməkdə dirənməsi, onların rəftarını öz zəif ağlı ilə alçaltması və təkəbbür göstərməsi, itaətsiz və üsyankar olması günümüzdəki pislərin də ən təməl xüsusiyyətlərindəndir. Ayrıca, şeytan bu rəftarının ardından insanları yaxşılıqdan və gözəllikdən uzaqlaşdırmaq, onları doğru yoldan azdırmaq üçün var gücü ilə mübarizə aparmağa qərar vermişdir.

Məhz bütün bunlar, indiki vaxtda yaxşılığa qarşı birlik halında mübarizə aparan, yer üzündən Allah'a və axirətə imanı, gözəl əxlaqı, fədakarlığı, vicdanı, dürüstlüyü, vəfanı qaldırmağa çalışan insanların şeytanla eyni xüsusiyyətlərə sahib olduqlarını göstərir. Ancaq, şübhəsiz, bu insanların müvəffəqiyyətə çatmaları mümkün deyil; dünyada da, axirətdə də Allah bu insanlara layiq olduqları qarşılığı verəcək. Çünki Allah saleh qullarının dostu və vəlisidir:

Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 257)

 

3 / total 10
"Harun Yəhyanın Yaxşıların İttifaqı kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com