< <
6 / total: 10

Pislərin İttifaqının Dolaşıq Nöqtələri

Kitabın başlanğıcından bəri üzərində dayandığımız kimi, pislərin yaxşıların əleyhinə ittifaqlar quraraq, onları təsirsiz etməyə çalışacaqları və onlara pislik etmək üçün cəhd edəcəkləri Allah'ın Quran'da bildirdiyi bir həqiqətdir. Allah şeytanın çağırışına uyan insanların Quran əxlaqının yaşanmasına əngəl törətmək üçün səy göstərəcəklərini bir çox ayəsi ilə xəbər verir. Bu səbəblə, bütün yaxşılar bu mövzuda ayıq və diqqətli davranmalı və hadisələri həmişə Quran'da bildirilən ayələrə görə şərh etməlidirlər.

Ancaq bunu da xatırlatmalıyıq ki, hər şey Allah'ın yaratdığı qədər daxilində reallaşır və heç bir şey təsadüfən olmaz. Əgər pislər bir ittifaq quraraq səmimi və vicdanlı insanlar əleyhinə planlar edirlərsə, bunda da inananlar üçün mütləq böyük bir xeyir və hikmət vardır. Allah bu hadisədəki xeyiri dünyada və ya axirətdə, dilədiyi zaman saleh qullarına göstərəcək. Bu məqamda möminlərin unutmamalı olduğu, Quranda bildirilən “... Allah kafirlərə möminləri məğlub etməyə yol verməyəcəkdir”. (Nisa surəsi, 141) vədidir. Allah'ın yaxşı bəndələrinə kömək edəcəyi başqa ayələrdə də belə bildirilir:

Onlar ancaq “Rəbbimiz Allah'dır” – dediklərinə görə haqsız yerə yurdlarından çıxarıldılar. Əgər Allah insanların bəzilərini, digərləri ilə dəf etməsəydi, içərisində Allah'ın adı çox zikr olunan hücrələr, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir. Əgər onlara yer üzündə hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allah'a aiddir. (Həcc surəsi, 40-41)

Bunu xatırlatmalıyıq ki, pislərin bir yerə gələrək icra etdikləri fəaliyyətlərin bir çox dolaşıq nöqtəsi vardır. Amma ətrafındakı hadisələri Quran ayələri əsasında qiymətləndirən hər insan bu ittifaqın dolaşıq istiqamətlərini asanlıqla görə biləcək, adi qarşıladığı bir çox hadisənin əslində pislərin planladığı bir hiylə olduğunu qavrayacaq.

Sonrakı səhifələrdə pislərin ittifaqının bu hiyləgər və dolaşıq istiqamətlərindən bəzi nümunələr veriləcək. Burda məqsəd, Allah'ın səmimi qullarının ətraflarındakı pislikləri daha asan fərq edə bilmələrinə köməkçi olmaq, qarşılaşa biləcəkləri çətinliklər qarşısında həll yollarını göstərməkdir.

Pislər Yaxşıları Böhtanlarıyla Pisləməyə Çalışarlar

Səmimiyyətsiz və hiyləgər insanların ən diqqətə çarpan xüsusiyyətləri özləri əxlaqsızlığı, sərhəd tanımazlığı, üsyankarlığı, vəfasızlığı, fahişəliyi və bunlara oxşar pis davranışları müdafiə etmələrinə və bu şəkildə yaşamalarına baxmayaraq özlərini olduqlarından çox daha fərqli göstərmələridir. Bu insanlar qarşınıza bir gün ən coşğulu və ən qatı din müdafiəçisi olaraq çıxar, bir gün namus keşikçisi kimi davranar, digər insanları şiddətlə qınayarlar. Daha sonra sanki dünyanın ən dürüst, ən günahsız insanlarıymış kimi insanların saxtakarlıqlarını tənqid edər, hətta bu insanların davranışlarına təəccübləndiklərini söyləyib, ağır təhqirlər edərlər. Ümumiyyətlə, çox geniş düşünə bilməyən, eşitdiklərinə dərhal inanan insanlar isə bu kəslərin oynadıqları bu “günahsız və yaxşı insan” roluna dərhal inanarlar.

Bu “saxta yaxşılar” özlərini cəmiyyətin “islah edənləri” olaraq görərlər. Ancaq əsil azğın olan, insanları əxlaqsızlığa təşviq edən onlardır. Allah bu cür insanların vəziyyətini ayələrində belə bildirir:

Onlara: “Yer üzündə fəsad törətməyin!” – deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!” – deyirlər. Sözsüz ki, onlar fəsad törədənlərdir, amma bunu başa düşmürlər. (Bəqərə surəsi, 11-1 2)

Öz əlləri ilə törətdikləri əməllərə görə onlara müsibət üz verdikdən sonra sənin yanına gəlib: “Biz ancaq yaxşılıq etmək və mübahisə edənləri barışdırmaq istədik!” – deyə Allah'a and içdikdə onların halı necə olacaq? (Nisa surəsi, 62)

Pislərin özlərini yaxşı, namuslu, dürüst, şirin, guya hamının çatmalı olduğu ideal bir model olaraq göstərmək üçün tətbiq etdikləri bir taktika da əsil yaxşıları pisləmələridir. Bu kəsləri pisləyərkən bir tərəfdən də xalqı bu insanların şərindən qorumaq istədiklərini iddia edərlər. Tarixdə bu mövzuda ən açıq nümunələrdən biri Firondur. Firon xalqına olduqca işgəncə verən zalım, təcavüzkar, kobud, mərhəmətsiz, təkəbbürlü, Allahı inkar edən bir insandır. Ancaq buna baxmayaraq xalqını hz. Musa (ə.s)-a qarşı qızışdırmağa çalışmış, onu insanların gözündə pis göstərməyə çalışarkən özünü də yaxşı niyyətli göstərmək istəmişdir. Fironun bu hiyləgər taktikası Quran'da belə bildirilir:

Firon dedi: “Buraxın məni Musanı öldürüm! Qoy o da Rəbbinə yalvarsın. Çünki mən onun sizin dininizi dəyişdirəcəyindən, yaxud yer üzündə fəsad törədəcəyindən qorxuram”. (Mömin surəsi, 26)

Onlar dedilər: “Bu ikisi, doğrudan da, sehrbazdır. Onlar öz sehrləri ilə sizi torpağınızdan qovub çıxartmaq və sizin ən gözəl yolunuzu aradan götürmək istəyirlər. Odur ki, bütün hiylələrinizi cəmləşdirib meydana dəstə-dəstə gəlin. Bu gün qələbə çalan xilas olacaqdır”. (Taha surəsi, 63-64)

Hz. Musa (ə.s)-ı xalqın gözündə günahkar göstərməyə çalışarkən, bir tərəfdən də özünü xalqın xilaskarı və onları düşünən fədakar bir insan olaraq göstərir. Bəlkə o gün ağlından və vicdanından istifadə etməyən bəzi insanlar Fironun bu şeytani təlqinlərinə aldanmış və Fironun tərəfinə keçmiş ola bilərlər. Ancaq bu gün, o dövrdə kimin yaxşı, kiminsə pis olduğu çox yaxşı bilinir. Hər şeydən əvvəl Allah hər şeyi bilir və görür. Axirətdə isə Allah'ın ədaləti keçərli olacaq və əsil yaxşılar və əsil pislər ortaya çıxacaqlar. Firon Hz. Musa (ə.s)-ın əleyhinə bir hiylə qurmuşdur, ancaq həm dünyada, həm də axirətdə böyük bir ziyana uğramışdır. Eyni şəkildə indiki vaxtda yaxşıları pis, etibarlıları xain, sadiqləri yalançı kimi göstərməyə çalışanlar bundan əl çəkmədikləri və tövbə etmədikləri müddətcə Fironla eyni sona qovuşmağı qəbul etdiklərini demək olar.

Həmçinin pislər bunu bilməlidirlər ki, etdikləri heç bir şeylə Allah'ın yaxşı bəndələrini öz tərəflərinə çəkə bilməz, onları da özləri kimi edə bilməzlər. Çünki Allah təmiz və yaxşı insanların pislərin söylədiklərindən uzaq olduqlarını bildirir:

Murdar qadınlar murdar kişilərə, m.Çurdar kişilər isə murdar qadınlara, eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər. Bunlar iftiraçıların söylədiklərindən uzaqdırlar. Onları bağışlanma və bolluca ruzi gözləyir. (Nur surəsi, 26)

Məhz bu səbəblə, pislər -sayca çox da olsalar- yaxşılara qarşı son dərəcə gücsüzdürlər. Möminlərin son dərəcə vicdanlı, gözəl xasiyyətli, təmiz əxlaqlı olduqlarını çox yaxşı bildikləri üçün inkarçıların əllərindəki tək üsul, “böhtan atmaqdır”. Və bunun üçün heç bir fürsəti əldən verməzlər.

Quran'da Allah möminlərə atılan böhtanların və qurulan tələlərin xəbərini verir. Quranda bildirildiyinə görə, tarix boyunca yaxşı və səmimi insanlar cadugərliklə, yalançılıqla, mənfəətpərəstliklə, azğınlıqla, lovğalıqla, dəliliklə günahlandırılmış və müxtəlif böhtanlara məruz qalmışlar. Bu səbəblə, heç bir dövrdə böhtana uğrayan möminlər bundan ötrü heyrətə düşməz və ya kədərlənməz. Əksinə peyğəmbərlərin və saleh möminlərin yaşadıqları hadisələrlə qarşılaşdıqları üçün çox böyük bir şövq duyarlar.

Məsələn, hz. Yusif (ə.s) həm yanında qaldığı vəzirin arvadı tərəfindən, həm də qardaşları tərəfindən böhtana uğramışdır. Ancaq möminlərə atılan hər böhtanın cavabını alacağı bir vaxt mütləq vardır. Qardaşlarının hz. Yusif (ə.s)-a atdıqları böhtan ayədə belə bildirilir:

Onlar dedilər: “Əgər o oğurlayıbsa, daha öncə onun qardaşı da oğurluq etmişdi”. Yusif bunu öz içində gizlədib onlara açıb söyləmədi və öz-özünə: “Siz daha pis mövqedəsiniz. Allah sizin nə dediyinizi çox yaxşı bilir” – dedi. (Yusif surəsi, 77)

Hz. Məryəmə və Peyğəmbərimiz (s.ə.v)-in şərəfli xanımına zina böhtanı atanlar, digər peyğəmbərlərimizi yolundan azmışlıqla, yalançılıqla, cadugərliklə günahlandıranlar həmişə eyni düşüncə ilə hərəkət etmişlər. Onlar da əlbəttə, bu mübarək və üstün əxlaqlı insanların belə günahlara əl atmayacağını çox yaxşı bilirlər. Ancaq onları xalqın gözündən salmaq, insanlar arasındakı etibarını azaltmaq, insanların onların sözlərini dinləmələrinə mane olmaq üçün böhtan üsuluna əl atmış və bu saleh insanların şərəfli adlarını öz ağıllarına görə qaralamağa çalışmışlar. Quran'da inkarçıların bu istiqamətdəki sözlərindən bəziləri belə bildirilir:

Öz aralarından onlara xəbərdarlıq edən bir peyğəmbər gəldiyinə təəccüb edərək kafirlər dedilər: “Bu, yalançı bir sehrbazdır! O, bütün məbudları bir məbudmu etdi? Həqiqətən, bu, əcaib bir şeydir”. Onların adlı-sanlı adamları çıxıb gedərək dedilər: “Gedin öz məbudlarınızla səbirlə davranın. Doğrusu, bu sizdən istənilən bir şeydir. Biz bunu axırıncı dində də eşitməmişik. Bu, uydurmadan başqa bir şey deyil. Məgər içimizdən təkcə ona mı Zikr vəhy edilmişdir?” Xeyr, onlar Mənim Zikrimə şəkk gətirirlər. Xeyr, onlar Mənim əzabımı hələ dadmayıblar. (Sad surəsi, 4-8)

Xalqının zadəganları dedilər: “Həqiqətən də, biz səni açıq-aydın azğınlıq içində görürük!” (Əraf surəsi, 60)

Ancaq onların bu hiylələri boşa çıxmış və Allah hiylələrini tam tərsinə çevirərək başlarına keçirmişdir. Möminlər isə hər böhtandan daha izzətli və şərəfli olaraq çıxmışlar. Məsələn, Hz. Yusif (ə.s)-a oğurluq iftirası atılmışdır, ancaq onun etibarlılığı o qədər aydındır ki, Misirin bütün xəzinələri onun rəhbərliyinə verilmişdir. Və ya Hz. Yusif (ə.s)-a və hz. Məryəmə zina iftirası atılmışdır, amma Allah Hz. Məryəm'i aləmlərin qadınlarına üstün etdiyini Quran'da xəbər verir. Allah Hz. Yusif (ə.s)-ın isə, Öz sərhədlərinə olan həssaslığını Quranda bildirərək bütün dövrlərin insanlarına nümunə çəkir. Böhtançıların hiylələrinin boşa çıxdığı və axirətdə etdiklərinin qarşılığını əskiksiz alacaqları da Quranda belə xəbər verilmişdir:

Şübhəsiz ki, Aişə barəsində yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir. Onu özünüz üçün pis bir şey hesab etməyin. Əksinə, bu sizin üçün xeyirlidir. O dəstədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. İçərilərindən günahın böyüyünü öz üstünə götürəni isə böyük bir əzab gözləyir. (Nur surəsi, 11)

Həm də ona görədir ki, Allah Özü barəsində pis fikirdə olan münafiq kişi və münafiq qadınlara, müşrik kişi və müşrik qadınlara əzab versin. Onların pis niyyəti özlərini bəlaya salsın! Allah'ın onlara qəzəbi tutmuşdur. Allah onları lənətləmiş və onlar üçün Cəhənnəm hazırlamışdır. Ora nə pis dönüş yeridir. (Fəth surəsi, 6)

Pislər Bütün İmkanlarını Yaxşıların əleyhinə İstifadə Edərlər

İnkarçıların ən bilinən xüsusiyyətlərindən bəziləri də xəsislikləri və eqoistlikləridir. Xüsusilə də xeyir üçün bir şey xərcləmələri istənilsə buna qətiyyən yanaşmaz, pullarından və mallarından bir azını belə Allah'ın razı olacağı işlərdə xərcləmək istəməzlər. Ancaq pislik üçün hərəkətə keçəndə bütün imkanlarını səfərbər etməkdən çəkinməzlər. Hətta inkarçıların içindəki hər qrup yaxşıların əleyhinə əllərindən gələnin ən çoxunu etməkdə rəqabət apararlar. Yaxşılar əleyhinə hiylə qurmaqda bir az daha çəkinən davrananlara və ya ağır tərpənənlərə isə qarşı çıxar, onların da daha çoxunu etmələrini təmin edərlər.

Yaxşılıq mövzusunda yarışmayan, səy göstərməyən bu insanlar pislik mövzusunda imkanlarını sonuna qədər istifadə edərlər. Allah onların pislik üçün mallarını xərcləməkdən çəkinmədiklərini bir ayəsində belə bildirir:

Şübhəsiz ki, kafir olanlar insanları Allah yolundan sapdırmaq üçün öz mallarını sərf edirlər. Onlar onu sərf edəcək, sonra bunun peşmançılığını çəkəcək, daha sonra isə məğlub ediləcəklər. Kafir olanları cəhənnəmə toplayacaqlar. (Ənfal surəsi, 36)

Yaxşıları Təhdid Edərək Yollarından Döndərməyə Çalışarlar

Pislərin ittifaqının bir xüsusiyyəti də yaxşılara qarşı təhdid ünsürünü istifadə etmələri və beləliklə, onların gözlərini qorxudaraq doğru yollarından çəkindirməyə çalışmalarıdır. Pislərin keçmişdə tətbiq edikləri bu üsul indiki vaxtda da eyni şəkildə yaxşılara qarşı istifadə edilir. Tarixdə bilinən ən qorxuducu şər ittifaqı, əvvəlki səhifələrdə də bəhs etdiyimiz Firon və yaxın ətrafıdır. Firon Hz. Musa (ə.s)-ı və ona iman gətirənləri işgəncə və ölümlə təhdid etmişdir. Ayələrdə Fironun bu zalımlığı belə bildirilir:

Firon dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz? Şübhəsiz ki, bu, şəhərdə qurduğunuz bir hiylədir ki, əhalisini oradan çıxarasınız. Tezliklə biləcəksiniz. Əllərinizi və ayaqlarınızı çarpaz kəsəcək, sonra da hamınızı çarmıxa çəkəcəyəm”. (Əraf surəsi, 123- 124)

Allah başqa ayələrində isə müsəlmanların öz dövrlərindəki şər ittifaqı tərəfindən ölümlə təhdid olunmaqla yanaşı yurdlarından çıxarılmaq və ya itkiyə uğramaqla da təhdid edildiklərini bildirir:

Müşriklər az qala səni bu torpaqdan sıxışdırıb çıxaracaqdılar. Lakin səni qovduqdan sonra özləri də orada ancaq az bir müddət qala bilərdilər. (İsra surəsi, 76)

Hər yolun başında oturub Allah'a iman gətirənləri hədələyib Onun yolundan sapdırmayın və onu əyri göstərməyə çalışmayın. Xatırlayın ki, siz az idiniz, O sizi çoxaltdı. Bir görün fəsad törədənlərin aqibəti necə oldu. (Əraf surəsi, 86)

Onun qövmünün təkəbbürlü zadəganları dedilər: “Ey Şueyb! Ya biz hökmən səni də, səninlə birlikdə iman gətirənləri də yurdumuzdan çıxaracaq, ya da siz bizim dinimizə dönəcəksiniz”. Şueyb dedi: “Hətta nifrət etmiş olsaq belə?” (Əraf surəsi, 88)

İnkarçıların bir də üstü bağlı təhdidləri var. Guya yaxşıların rahatlığını, təhlükəsizliyini və yaxşılığını istəyirlərmiş kimi, möminlərlə birlikdə olmamalarını, yoxsa zərər görəcəklərini nəsihət edərlər. Yaxşılara dəstək olan, onlardan yana rəftar göstərən hər insanın “başının ağrıyacağını”, çətinliyə düşəcəyini, maddi və mənəvi itkiyə uğrayacağını eyham edən davranışlar sərgiləyərlər. Hətta digərlərinə ibrət olması üçün bir neçə adamı öz ağıllarıca cəzalandırıb, mesajlarını lazım olan yerə çatdırmış olarlar. Digər tərəfdən də əgər yaxşıların tərəfində olmaqdan imtina etsələr özlərinin onları qoruyacağına, maddi imkanlar təmin edəcəklərinə dair vədlər verməyə də etinasızlıq etməzlər. Hz. Şueyb (ə.s)-ın qövmünün əyanları da hz. Şueyb (ə.s)-ın yanındakı şəxsləri eyni şəkildə üstü bağlı təhdid etmişlər. Əraf surəsində bu hadisə belə xəbər verilir:

Onun qövmünün kafir zadəganları dedilər: “Əgər Şueybin ardınca getsəniz, siz mütləq ziyana uğrayanlardan olarsınız”. (Əraf surəsi, 90)

Əsil yaxşılar, səbirlilər, cəsurlar, mətanətlilər, yalnız Allah'dan qorxub çəkinənlər isə pislərin heç bir təhdidinə əhəmiyyət vermədən, doğru bildikləri yolda, yəni Allah'ın özlərinə əmr etdiyi şəkildə davam etmişlər və inkarçıların təzyiqi və ya təhdidləri onları qorxutmamışdır. Ayədə bildirildiyi kimi, hz. Şueyb (ə.s)-ın özünü təhdid edən qövmünə verdiyi cavab və sehrbazların Firona söylədikləri bunun ən gözəl nümunələrindəndir:

Allah bizi sizin dininizdən xilas etdikdən sonra biz yenə də ona qayıtsaq, Allah'a qarşı yalan uydurmuş olarıq. Rəbbimiz Allah istəməyincə bizim ona dönməyimiz olacaq bir şey deyildir. Rəbbimiz elmi ilə hər şeyi əhatə etmişdir. Biz Allah'a təvəkkül etmişik. Ey Rəbbimiz! Bizimlə qövmümüz arasında ədalətlə hökm ver. Axı Sən hökm verənlərin ən yaxşısısan. (Əraf surəsi, 89)

Onlar dedilər: “Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. Sən sadəcə, Rəbbimizin möcüzələri bizə gəldikdə onlara iman gətirməyimizə görə bizdən intiqam alırsan. Ey Rəbbimiz! Bizə çoxlu səbir ver və bizi müsəlman olaraq öldür”. (Əraf surəsi 125-126)

Pislər Yaxşıları Öz Aləmlərində İnsanların Gözündə Alçaltmağa Çalışırlar

Pislərin yaxşıları yox etmək, onların fəaliyyətlərini aradan qaldırmaq, Quran əxlaqını yaymalarını dayandırmaq, insanların onları dinləmələrinə və onlardan faydalanmalarına maneə törətmək məqsədiylə tətbiq etdikləri üsullardan biri də yaxşılara lağ edərək, onları pisləyərək öz zəif ağıllarına görə insanların gözündə hörmətdən salmağa, onları əhəmiyyətsiz və dəyərsiz insanlar kimi göstərməyə çalışmaqdır.

Əsil yaxşılar, səmimi və vicdanlı insanlar yaşadıqları cəmiyyətdəki digər insanları da vicdanlı və səmimi bir həyata dəvət edərlər, müxtəlif yollarla onlara Quran əxlaqının gözəllikləri, axirətin, hesab gününün varlığı, Allah qorxusunun əhəmiyyəti kimi mövzuları izah edərlər. Yaxşıların səmimiyyəti və izah etdikləri hər zaman çox sayda insan üzərində müsbət təsirlər oyadar və cəmiyyətdə getdikcə Allah inancı, gözəl əxlaq, yaxşılıqlar, gözəlliklər, vicdanlı rəftarlar, dostluqlar, hörmət və sevgi artar. Daha əvvəl düşmən olanlar və ya ortaq bir nöqtədə birləşə bilməyənlər yaxşıların müsbət təlqinləri sayəsində birləşərlər.

Ancaq bu vəziyyət, əlbəttə ki, pislərin, həsəd aparanların, əxlaqi çöküntü içində olanların və insanlıq hissləri xeyli zəifləmiş insanların işinə yaramaz. Bu səbəblə də, yaxşılıqlara maneə törətmək üçün ağıllarına görə bu insanlara lağ edər, onlar üçün dəli, zəif ağıllı, xurafatçı, dayaz fikirli, geridə qalmış, saxtakar kimi böhtan xarakterli sifətlər aid edərlər. Bunu edərkən məqsədləri öz ağıllarına görə bu kəslərin cəmiyyətdəki etibarlarını zədələməkdir. Dəli və ya saxtakar olaraq tanıdılan bir insanın fikirlərinə və ya əsərlərinə heç kimin dəyər verməyəcəyini hesablayarlar. Bu, inkarçıların, saxtakar, ikiüzlü, hiyləgər insanların minlərlə ildir tətbiq etdikləri və heç bir zaman müvəffəqiyyətlə nəticələndirə bilmədikləri bir taktikadır.

Tarixdə peyğəmbərlərdən səhabələrə, İslam alimlərindən insanların yaxşılığı və əxlaqi qurtuluşları üçün mübarizə aparan saleh müsəlmanlara qədər bir çox insan bu cür təhqiramiz və alçaldıcı sözlərlə qarşılaşmışlar. Bu lağ və təhqirlərdə pislərin yaxşılara qarşı duyduqları kin və həsəd ən açıq şəkildə ortaya çıxmışdır. Allah onların içlərində gizli olanın isə üzə vurandan daha çox olduğunu belə bildirir:

Ey iman gətirənlər! Sizlərdən olmayanı özünüzə sirdaş tutmayın. Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından çıxan sözlərdən bəllidir. Kökslərində gizlətdikləri düşmənçilik isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik. (Ali İmran surəsi, 118)

Daha əvvəl də ifadə edildiyi kimi, pislərin yaxşılara qarşı təcavüzkar və nifrət dolu rəftarlarının qaynağı onların əxlaqsız, vicdansız və Allah'ın sərhədlərini tanımayan kəslərə tabe olmamaları və Allah'ın əmr və qadağanlarını öz mənfəətlərindən üstün tutmalarıdır. Bu cür insanlar qarşılarında Allah'ın sərhədlərini qoruyan, vicdanlı, nəfsinə əsla uymayan səmimi bir müsəlman gördükdə təcavüzkarlaşaraq bu yaxşı insanlara dilləri və əlləri ilə zərər verməyə çalışarlar.

Pislərin yaxşılara qarşı ən çox işlətdikləri hücum sözlərindən biri isə “dəlilik”dir. Quranda bildirildiyi kimi, bir çox saleh qul, bu cür düşünən insanların dəlilik ittihamlarına məruz qalmışlar. Ancaq, dəlilik ittihamı edənlər əlbəttə ki, bu insanlarda ağıl çatışmazlığı olmadığını, əksinə hər birinin son dərəcə ağıllı, qərarlı və yüksək bir əxlaqa sahib insanlar olduqlarını bilirlər. Ancaq ifadə etdiyimiz kimi, məqsədləri yaxşıların cəmiyyət içindəki etibarlarını zədələməkdir. Tarix boyunca peyğəmbərlərin və saleh insanların dəliliklə ittiham edildiklərini bildirən ayələrdən bəziləri belədir:

Bu ancaq cinli bir adamdır. Odur ki, ona münasibətdə bir müddət gözləyin!” O dedi: “Ey Rəbbim! Onların məni yalançı saymasına qarşı mənə kömək et!” (Muminun surəsi, 25-26)

Qövmünün kafir zadəganları dedilər: “Biz səni səfeh sayırıq və həqiqətən də, səni yalançılardan hesab edirik!” O dedi: “Ey qövmüm! Mən heç də səfeh deyiləm. Lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir elçiyəm. Mən Rəbbimin vəhy etdiyi hökmlərini sizə təbliğ edirəm. Mən sizin etibarlı nəsihətçinizəm. (Əraf surəsi, 66-68)

İnkarçılar yaxşıları ağıllarınca alçaltmağa çalışarkən, onlara pis ləqəblər qoyar, onların və yanlarındakı insanların zəif ağıllı, bacarıqsız, dayaz fikirli olduqlarını söyləyərək onların adi, əhəmiyyətsiz, hətta dəyərsiz olduqları imicini verməyə çalışırlar. Halbuki, əsil zəif ağıllı olanın özləri olduğu həm əxlaqi pozğunluqlarından, həm də istifadə etdikləri üsulların son dərəcə sadə və ağılsız olmasından açıqca görülür. Pislərin tarix boyunca bir-biriylə bənzər şəkildə təkrarlanan davranışlarının bildirildiyi ayələrdən bəziləri belədir:

Onlara: “Bu insanlar iman gətirdiyi kimi siz də iman gətirin!” – deyildiyi zaman: “Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?” – deyirlər. Doğrusu, onlar özləri səfehdirlər, lakin bunu bilmirlər. (Bəqərə surəsi, 13)

Onun qövmünün kafir zadəganları dedilər: “Biz səni özümüz kimi sadəcə bir insan hesab edir və içimizdən ancaq düşüncəsiz olan ən rəzil adamların sənə qoşulduğunu görürük. Həmçinin sizin bizdən üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik”. (Hud surəsi, 27)

Onlar dedilər: “Ey Şueyb! Dediklərinin çoxunu anlamırıq. Biz səni aramızda zəif görürük. Əgər qəbilən olmasaydı, səni daşqalaq edərdik. Sən bizim üçün heç də böyük bir adam deyilsən”. (Hud surəsi, 91)

Alçaldıcı və iynələyici sözlər söyləmək pislərin xarakterlərinə işləmişdir. Həm yaxşı və səmimi gördükləri insanların özləriylə, həm də onların müdafiə etdikləri bəzi dəyərlərlə öz ağıllarınca lağ edərlər. Halbuki, əsil lağ edilməli vəziyyətdə olan özləridir. Allah lağ edilməyin bütün elçilərin qarşılaşdığı bir vəziyyət olduğunu Quranda bildirmişdir. Bu səbəblə, özünə lağ edilən bir mömin bunlara Allah'ın elçilərinin səbir etdiyi kimi səbir göstərməli olduğunu bilir və bu cür sözlərin özünün Allah qatındakı dərəcəsini artırmasını və özünə axirətdə Allah'ın izni ilə gözəl bir qarşılıq olaraq qayıtmasına ümid edər. Bildiyi bir həqiqət vardır; lağ edənlərin bu hərəkəti özlərinə zərər verər və onlar gələcəkdə bundan ötrü böyük bir peşmançılıq yaşayar:

Allah'ın səndən əvvəlki elçiləri də məsxərəyə qoyulmuşdu. Onlara rişxənd edənləri həmin o istehza etdikləri şey məhv etdi. (Ənbiya surəsi, 41)

Əxlaqsızlığı Yayıb, Yaxşıların Sayını Azaltmağa Çalışarlar

Pislərin öndərlərinin dünyadakı ən böyük hədəflərindən biri məsuliyyətsiz, özbaşına, heç kimə hesab vermək məcburiyyətində olmadıqları, sərhəd tanımadıqları bir həyat yaşamaqdır. Bunu edərkən daha əvvəl də ifadə etdiyimiz kimi, əsil niyyətlərini aşkar etməz, bunu reallaşdırmaq üçün hiyləgər üsullara əl atarlar.

Əvvəlcə yanlarına qayda tanımayan, əxlaqsızlığı açıq-aşkar edə bilən, söyüşkən, ar və utanmaq bilməyən insanları yığarlar. Bu insanlar homoseksuallıqdan fahişəliyə, narkotikdən qumar kimi pis vərdişlərə qədər hər cür çirkinliyin içindədirlər. Bundan əlavə bu insanlara bir də cəmiyyətdə hörmətli bir sifət verilmişdir. Beləliklə, bu kəslər həm cəmiyyət içində müəyyən sifətləri olan, insanlar tərəfindən tanınan, məşhur, intellektual və qabiliyyətli kəslər kimi tanınırlar, həm də sərhəd tanımayan əxlaqsızlıqları ilə gündəmə gətirilirlər. Cəmiyyətin bir çox seqmentində qınanan, mənfi qarşılanan bir çox rəftar və davranış bu kəslər tərəfindən edildikdə niyəsə xoş qarşılanır. Bu insanların əxlaqsız rəftarları “cəsarət, müasirlik, yenilik, marjinallıq, intellektuallıq” olaraq qiymətləndirilir. Hətta bununla da kifayətlənməyib bir çox gənc insan bunların çirkin həyatlarınını yaşamağa təhrik edilir, sanki bu insanlar dünyanın hər cür zövqünü yaşayırlarmış kimi bir hava yaradılar. Bu prosesin ardından qısa bir müddətdə bəhsi keçən kəsləri geyimlərindən makyajlarına, danışma üslublarından istifadə etdikləri sözlərə, yaşadıqları evlərin dekorasiyasından ailə münasibətlərinə qədər təqlid edən kəslər törəməyə başlayar. Və bir anda cəmiyyətin böyük bir qismi bu degenerasiyanın içinə düşər.

Bu proses o qədər sürətli işləyər ki, bəlkə bir neçə il əvvəl insanların ağızlarına belə almaqdan utandıqları, heç bir mühitdə tələffüz belə edə bilməyəcəkləri ifadələr və rəftarlar bir anda hər kəs tərəfindən məqbul qarşılanan hadisələr halına gələr. Məsələn, homoseksualizm qınanan və yadırğanan bir hadisə ikən bir anda cəmiyyətin müəyyən bir qismi homoseksual bir insanla yaxınlıq etmək moda halına gələr. Əlbəttə ki, insanların bu mərhələlərdən yavaş-yavaş keçmələrini təmin edən, onları fəaliyyətləri, işləri və təşkilatları ilə hiyləgərcə təsirləri altına alan bir ittifaq var. Məhz bunları edən pislərin ittifaqıdır.

Bu ittifaqın hər üzvü bu degenerasiya təbliğatını bilərək və ya bilməyərək əl tutar və istədiyi yerə çatana qədər təbliğata davam edər. İndiki vaxtda bəzi cəmiyyətlər üçün düşünəcək olsaq, bu ittifaqa qoşulanlara stilistlər, film prodüserlərini, bəstəkarları, jurnalistləri, yazıçıları, klip rejissorlarını, əyləncə mərkəzi sahiblərini və s. aid edə bilərik. (Əlbəttə ki, burada sayılan peşələrə sahib insanların hamısının bu hiyləgər məqsəd üçün çalışdığını demək olmaz. Çünki bu peşələrə sahib olan, ancaq yaxşı əməl sahibləri ilə ittifaq edən vicdanlı insanlar da var.)

Pislər bu hiyləgər işləri ilə pisliyin mümkün qədər çox sahədə yayılmasına və tərəfdarlarının artmasına vasitəçilik edər və bu şəkildə yaxşıların sayını azaltmaq üçün səy göstərərlər. Halbuki, bu yalnız yaxşıların dəyərini daha da qiymətləndirər və pisliklərin yayılması üçün səy göstərənlərin əzablarını qat-qat artırar. Allah bu həqiqəti ayələrində belə bildirir:

Möminlər barəsində iyrənc şayiələrin yayılmasını istəyənlər üçün dünyada və axirətdə acılı-ağrılı bir əzab vardır. Allah bilir, siz isə bilmirsiniz. (Nur surəsi, 19)

Onlar bir-birlərini etdikləri pis əməllərdən çəkindirmirdilər. Onların etdikləri necə də pisdir! Sən onların bir çoxunun kafirlərlə dostluq etdiyini görürsən. Nəfslərinin onlar üçün hazırladığı şey necə də pisdir! Buna görə də Allah onlara qəzəblənmişdir və onlar əzab içində əbədi qalacaqlar. (Maidə surəsi, 79-80)

Sayca Çox Olmalarını Haqlı Olduqlarının Sübutu Kimi Göstərməyə Çalışarlar

Əvvəlki hissələrdə bəhs etdiyimiz kimi, keçmişdə də, indiki vaxtda da pislər ümumiyyətlə, sayca yaxşılara nisbətən çox olmuşlar. Bunu isə öz dar düşüncələri ilə yaxşılara qarşı əldə etdikləri bir üstünlük zənn etmişlər. Sayca çox olmağın həm güclərini artırdığını, həm də çox insanın tərəflərində olmasının özlərinin haqlılığının göstəricisi olduğunu sanaraq yanılmışlar. Oxşar səhvə düşmüş kəslərdən biri Firondur. Fironun bu zənni ayələrdə belə bildirilir:

Firon şəhərlərə əsgər toplayanlar göndərdi. O dedi: “Bunlar kiçik bir dəstədir. Onlar bizi qəzəbləndirmişlər. Biz hamımız ayıq-sayıq olmalıyıq”. Biz onları (o zalım tayfanı) bağlardan və çeşmələrdən çıxartdıq; xəzinələrdən və gözəl yerlərdən də qovduq. (Şuəra surəsi, 53-58)

Ancaq üstün gələn ordular və zənginlik sahibi Firon deyil, olduqları torpaqlardan sürgün edilən, zülm görən və Fironun azlıq olaraq gördüyü hz. Musa (ə.s) və onu izləyən digər yaxşılar olmuşlar.

Ayrıca, Fironun əmri altında olanların çoxluq təşkil etməsi heç bir şəkildə onun haqlı olduğunu göstərmir. Allah Quran'da əksəriyyətin haqqa deyil, əksinə insanları yoldan azdıran şeylərə inandıqlarını və yalançı olduqlarını bildirir:

Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar. (Ənam surəsi, 116)

Ayrıca, yaxşılar az da olsalar pislərə üstün gələcəklər. Allah bunu bir ayədə belə müjdələyir:

... “Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir!” Allah səbir edənlərlədir. (Bəqərə surəsi, 249)

Buna görə bəzi insanların yaxşılara qarşı “amma çoxluğun fikri, əxlaqı və yaşayışları bu şəkildədir” kimi məntiqlər irəli sürmələri böyük bir yanılma və göz boyamadır. İnsanlar çoxluğun orta hesabla yaşamağın özləri üçün ən etibarlı yol olduğunu zənn etməməlidirlər, çünki bu, yuxarıdakı ayələrdə də xəbər verildiyi kimi çox böyük səhvdən başqa bir şey deyil.

Pislər Yaxşılar Əleyhinə Təxribatçılıq Edərlər

Pislərin ittifaqının bir digər xüsusiyyəti də təxribatçılıq etmələridir. Bu insanlar söhbətləri, yazıları, istifadə etdikləri bənzətmələr və sözlər, atdıqları böhtanlar, yaydıqları dedi-qodular ilə insanları yaxşılara qarşı qaldırarlar. Quranda Firon qövmünün öndə gələnlərinin bu təxribatçılıq rolunu boynuna götürdükləri belə bildirilir:

Firon xalqının əyanları dedilər: “Sən Musanı və onun qövmünü buraxırsan ki, yer üzündə fəsad törətsinlər, həm səni, həm də sənin məbudlarını bir kənara atsınlar”. Firon dedi: “Biz hökmən onların oğlan uşaqlarını öldürəcək, qadınlarını isə sağ buraxacağıq. Şübhəsiz ki, onların üzərində sarsılmaz hökmranlığa malik olan bizik”. Musa öz qövmünə dedi: “Allah'dan kömək diləyin və səbir edin. Şübhəsiz ki, yer üzü Allah'ındır. O, qullarından istədiyini onun varisləri təyin edir. Gözəl aqibət müttəqilərindir”. (Əraf surəsi, 127-128)

Əraf surəsindəki ayələrdə göründüyü kimi, Firon Hz. Musa (ə.s)-ın ona iman gətirənlərlə birlikdə getməsinə bəlkə də icazə verəcəyi halda, təxribatçı əyanlar Firona Hz. Musa (ə.s) ilə əlaqədar əsassız böhtan və yalanlar söyləmişlər və onu təhrik edərək zülmkar şəkildə qərar verməsini təmin etməyə çalışmışlar. Bu nümunədə göründüyü kimi, pislərin ittifaqı hər zaman pisliyi təhrik etmək, insanları yaxşıların əleyhinə çevirmək üçün fəaliyyət göstərir.

Allah təxribatçılıq vəzifəsini boynuna götürən kəslər haqqında bir başqa ayədə isə bunları bildirmişdir:

Əgər ikiüzlülər, qəlbi xəstə olanlar və şəhərdə qarayaxma şayiələr yayanlar öz yaramaz əməllərinə son qoymasalar, səni onlara qarşı çıxmağa çağırarıq. Sonra onlar orada artıq səninlə ancaq qısa bir müddət ərzində qonşuluq edər ... (Əhzab surəsi, 60)

Pislərin ittifaqının təxribatçılıq istiqamətində etdikləri bir digər fəaliyyət isə, əvvəlki səhifələrdə də bəhs edildiyi kimi, yaxşıları bir-birlərinin gözündə pis olaraq göstərməyə çalışmaqdır. Bu məqsədlə yaxşılara qarşı iftiralar ataraq, əsassız dedi-qodular yayaraq, öz ağıllarına görə “baxın, onların əsil üzünü ortaya çıxardıq, demək ki, onlar doğru yolda deyillərmiş” mesajı verən şərəfsiz fəaliyyətlər başlada bilərlər. Məqsədləri bu şəkildə digər yaxşıların bir yerə gələrək məzlum vəziyyətdə olanları qorumalarına, onlara dəstək olmalarına maneə törətməkdir.

Hal-hazırda da bu cür kəslər hiyləgər planlar quraraq, çox vaxt ortaya heç çıxmadan, etdikləri nəşrlər, yazdıqları yazılar, çıxışlar, lobbi fəaliyyətləri və diplomatik əlaqələri ilə bir anda iki ölkəni müharibəyə sürükləyə bilir və ya bir ölkəni fərqli fraksiyalara bölərək xalqını bir-birinə sala bilir. Bu, hər kəs tərəfindən bilinən “qardaşın qardaşa qırdırılması” oyunudur. Məqsədləri bu cür səylər nəticəsində zəifləyən və başının dərdinə düşən cəmiyyətlərə bir müddət sonra öz əməlləri və fikirləri istiqamətində şəkil verməkdir.

Ancaq şüurlu və ətrafına ibrət gözüylə baxa bilən, vicdanını və ağlını istifadə edərək pislərin hiyləgər planlarını hiss edə bilən insanlar, onların bu oyunlarına əsla gəlməməlidir. Allah inkarçıların bu xüsusiyyətlərinə qarşı möminləri bir çox ayəsi ilə xəbərdar etmişdir. Bu ayələrdən biri belədir:

Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, onu araşdırın. Yoxsa bilmədən bir qövmə pislik edər, sonra da bunun peşmançılığını çəkərsiniz. (Hucurat surəsi, 6)

Nəticə olaraq əsla unudulmamalıdır ki, pislərin ittifaqı bütün bir şəhəri, hətta bütün dünyanı yaxşıların əleyhinə qaldırmış olsa belə Allah yaxşıların qoruyucusu və onların dostudur. Allah'ın diləməsi xaricində, pislərin ittifaqının heç bir fəaliyyəti yaxşılara zərər verə bilməz, onları qorxutmaz və ya narahatlığa salmaz.

Pislərin İttifaqı Mənfəətlər Üzərinə Qurulmuşdur

Pisliyin öndə gələnləri ətraflarına adam yığmaq üçün insanlara müxtəlif vədlər verərlər, onlara dünyəvi üstünlüklər təmin edəcəklərini söyləyərlər. Quranda Fironun sehrbazlara verdiyi söz pislərin ittifaqının bu üsullarından biridir:

Sehrbazlar gələn kimi Firona dedilər: “Əgər qalib gəlsək, bizə mükafat veriləcəkmi?” Firon dedi: “Bəli! Belə olacağı təqdirdə sizi özümə yaxın adamlardan edəcəyəm”. (Şuəra surəsi, 41-42)

Ancaq bunu da ifadə etməliyik ki, pislərin ittifaqı əslində son dərəcə çürük təməllər üzərində qurulmuşdur. Bu ittifaqın üzvlərinin hamısının ödənişi, bu ittifaqa qoşulma əvəzi vardır. Əgər şəxsi maraqlarının zədələnəcəyini hiss etsələr dərhal ittifaqdan çıxa bilərlər. Çünki bu ittifaq haqq bir təməlin üzərinə deyil, batilin üzərinə qurulmuşdur. Allah'a və axirət gününə iman gətirməyən, Allah'dan qorxub çəkinməyən hər insanın mütləq bir ödənişi var və pislərin öndərləri bu həqiqəti çox yaxşı bilirlər. Bu səbəblə, özlərinə tərəfdar axtararkən bu metoddan tez-tez istifadə edərlər.

İndiki vaxtda da pul, mal, şöhrət, vəzifə vəd etmək insanların bir çoxunun yaxşıların əleyhinə rəftar göstərmələri üçün kifayət edir. Məsələn, bu mənfəətlərdən faydalanacağı istiqamətində zəmanət alan bir insan əgər Allah qorxusu yoxdursa asanlıqla heç tanımadığı, bir dəfə belə görüşmədiyi günahsız, pak, gözəl əxlaqlı bir insana ən çirkin və ən inanılmaz böhtanları ata bilir, asanlıqla yalan danışa bilir, qısacası zalımlaşa bilir.

Halbuki, yaxşıların ittifaqında olan hər insan yalnız Allah'ın razılığını, rəhmətini və cənnətini düşünər. Bu ittifaq haqq və tək doğru olan yol üzərinə qurulmuşdur və əsil yaxşıların heç bir zaman bir əvəzi olmaz. Dünyəvi heç bir mənfəət onları doğru olanı etməkdən yayındıra bilməz. Möminlərin bu mövzuda özlərinə nümunə götürdükləri kəslər, Allah'ın elçiləridir. Quran'da elçilərin qövmlərinə belə səsləndikləri xəbər verilmişdir:

Ey qövmüm! Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq məni yaradandadır. Məgər anlamırsınız? (Hud surəsi, 51)

Pislərin İttifaqının İkiüzlü Üzvləri: Münafiqlər

Pislərin ittifaqının ən azğın və ən təhlükəli üzvlərindən biri münafiqlərdir. Münafiqlər özlərini yaxşılardan yana göstərən, ikiüzlü insanlardır. Quranda bu insanların möminlərlə birlikdəymiş kimi hərəkət etdikləri, amma əslində pislərin ittifaqının bir üzvü olduqları xəbər verilmişdir. Bu kəslər yaxşıların arasında yaxşı təqlidi edər, vicdanlı və dürüst insanlar kimi davranarlar. Ancaq tək başlarına qalanda, ya da əsil müttəfiqlərinin yanına qayıtdıqları vaxt içlərindəki pisliyi ortaya çıxararlar. Allah münafiqlərin bu xüsusiyyətini Quran'da belə bildirmişdir:

Onlar: “İtaət edirik!” – deyirlər. Sənin yanından çıxıb getdikdə isə onların bir qismi gecələr bir yerə yığışıb sənin dediyinin əksinə tədbir görürlər. Allah onların gecələr nə tədbir gördüklərini yazır. Onlardan üz döndər və Allah'a təvəkkül et! Qoruyan olaraq Allah yetər. (Nisa surəsi, 81)

Onlar möminlərlə rastlaşdıqda: “Biz iman gətirdik!” – deyirlər, öz şeytanları (azmış dostları) ilə təklikdə qaldıqda isə: “Biz sizinləyik. Biz möminlərə ancaq istehza edirik!” – deyirlər. Allah da onlara istehza edər və azğınlıqlarını o qədər artırar ki, sərgərdan gəzərlər. (Bəqərə surəsi, 14-15)

Münafiqlərin pis adamlar olmalarına baxmayaraq yaxşıların yanındaymış kimi davranmalarının başlıca iki səbəbi vardır. Birincisi, yaxşılar haqqında pislərə xəbər daşımaqdır. İkincisi, isə yaxşılar içində narahatçılıq və fitnə çıxarmağa çalışmaq, bəzi vaxtlar təxribatçılıq vəzifəsini boynuna götürüb pisləri də yaxşılara qarşı təhrik edəcək davranışlar etməkdir. Münafiqlərin bu iki hiyləgər məqsədini bildirən ayələrdən bəziləri belədir:

Əgər onlar sizinlə birgə döyüşə çıxsaydılar, ancaq işinizdə qarışıqlığı artırar və sizi fitnəyə məruz qoymaq üçün tez aranıza girərdilər. İçinizdə onlara qulaq asanlar da var. Allah zalımları tanıyır. (Tövbə surəsi, 47)

Ey Elçi! Qəlbləri iman gətirmədiyi halda ağızları ilə: “İman gətirdik!” – deyən kimsələrdən küfrə can atanlar qoy səni kədərləndirməsin. Həm yəhudilərdən yalana həvəslə qulaq asanlar, həm də sənin yanına gəlməyən başqa bir camaata həvəslə qulaq asanlar vardır. Onlar haqqı dərk etdikdən sonra kəlmələrin yerlərini dəyişdirib deyirlər: “Əgər sizə bu dəyişdirilən hökm verilsə, onu götürün. Yox əgər o verilməsə, çəkinin!” Allah kimi fitnəyə salmaq istərsə, sən ondan ötrü heç bir şeylə Allah'a mane ola bilməzsən. Onlar o kəslərdir ki, Allah onların qəlbini təmizləmək istəməmişdir. Onlar dünyada rüsvay, axirətdə isə böyük bir əzaba düçar olacaqlar. (Maidə surəsi, 41)

Ancaq bunu da xatırlatmalıyıq ki, bu kəslər müvəqqəti bir müddət əməllərini reallaşdırmış kimi görünsələr də, yuxarıdakı ayələrdə xəbər verildiyi kimi, Allah onların bu səylərini mütləq puç edər və onlara həm dünyada, həm də axirətdə şiddətli bir əzab verər.

Gizli Yığıncaqlarla Yaxşılar Əleyhinə Fəaliyyət Göstərərlər

Quranda inkarçıların ittifaqları ilə əlaqədar ayələrə baxdığımızda bu ittifaqın, edəcəkləri pisliklər üçün gecə vaxtını seçdiklərini görürük. Allah inkarçıların bu xüsusiyyətlərini bir çox ayədə bildirmişdir. Pislərin tələlərini bir yerə gətirərək pisliklərini həyata keçirdikləri vaxtın gecə olduğunu Allah belə bildirir:

Onlar öz günahlarını insanlardan gizlədir, Allah'dan isə gizlətmirlər (Ondan çəkinmirlər). Halbuki onlar Allah'ın razı qalmadığı sözləri gecələr xəlvətdə söylədikləri vaxt belə, O, onların yanında olur. Allah onların nə etdiklərini əhatə edir. (Nisa surəsi, 108)

Həm də onunla (o Kəbə ilə) təkəbbürlük edir, gecələr toplanıb yaramaz sözlər danışırdınız. (Muminun surəsi, 67)

Nəml surəsində isə Allah keçmişdə yaşanmış bir hadisəni xəbər vermiş; yaxşıların olduqları şəhərdə fitnə çıxardan bir dəstə olduğunu və bunların öz aralarında gecə basqınlar edərək yaxşılara zərər verməyi planladıqlarını bildirmişdir. Bu mövzuyla əlaqədar ayələr belədir:

Şəhərdə doqquz adam var idi ki, bunlar yer üzündə fitnə-fəsad törədir, yaxşı işlər görmürdülər. Onlar dedilər: “Bir-birinizin yanında Allah'a and için ki, gecə ona və ailəsinə basqın edib öldürəcək, sonra da onun yaxın qohumuna deyəcəyik ki, biz onun ailəsinin öldürüldüyünü görməmişik və biz, həqiqətən, düzünü deyirik”. (Nəml surəsi, 48-49)

Ayələrdə göründüyü kimi bu insanlar inananlara əhatəli bir tələ qurmuşdur, ancaq Allah bu insanların hiyləgər və çirkin planlarına cavab olaraq onlara başqa bir hiylə qurduğunu bildirmişdir. Gecə yarısı günahsız və təmiz insanlara zərər vermək istəyən, onlar üçün pisliklər təşkil edən insanların uğradıqları son, eyni ayələrin davamında belə bildirilir:

Onlar hiylə qurdular, Biz də hiylə qurduq. Lakin onlar bunu hiss etmədilər. Bax gör onların hiylələrinin aqibəti necə oldu. Biz onları bütün tayfalarıyla birlikdə yerlə-yeksan etdik. Haqsızlıqları üzündən viran qalmış evləri də budur. Həqiqətən, bunda bilən adamlar üçün ibrət vardır. (Nəml surəsi, 50-52)

Zülm edənlərin, yaxşılara zərər gəlməsini və onların sıxıntıya düşməyini istəyənlərin digər bir xüsusiyyətləri isə planlarını gizlicə və pıçıldaşaraq etmələridir. Allah bunu da bir çox ayəsində xəbər verir:

Musa onlara dedi: “Vay halınıza! Allah'a qarşı yalan uydurmayın, yoxsa O sizi əzabla məhv edər. İftira yaxan ziyana uğrayar. Fironun adamları öz aralarında işləri barəsində mübahisə edib xəlvətcə söhbət etdilər. (Taha surəsi, 61-62)

Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Sədəqə verməyi və ya yaxşılıq etməyi yaxud da insanlar arasında sülh yaratmağı əmr edən şəxsin pıçıldaması isə istisnadır. Kim bunu Allah'ın razılığını qazanmaq üçün edərsə, Biz ona böyük mükafat verərik. (Nisa surəsi, 114)

Onlar səni dinlədikləri zaman nəyə qulaq asdıqlarını və öz aralarında xəlvətcə söhbət edərkən o zalımların: “Siz ancaq sehrlənmiş bir adama uyursunuz” – dediklərini Biz çox yaxşı bilirik. (İsra surəsi, 47)

Allah'a iman gətirməyən, Allah'ın gücünü təqdir edə bilməyən bu insanlar gecə yarıları, qaranlıqlarda azğınlıq törədərkən, yaxşılar əleyhinə planlar qurub onların pisliyi üçün tələlər hazırlayarkən, heç kimin onları eşitmədiyini və bu səbəblə rahat danışa biləcəklərini düşünərlər. Halbuki bu, onların içinə düşdüyü bir yanılmadır. Çünki onlar gizli və fəsad törədəcək danışıqlarını insanlardan gizləyə bilər, ancaq Allah onların qurduqları hər cümləni, planlarının hər incəliyini, hətta içlərindən keçirərək digərlərinə söyləmədiklərini belə bilir, görür və eşidir. Onlar hiyləgərcə etdikləri planlarının əsla ortaya çıxmayacağı və haqqında tələlər qurduqları kəslərin bu tələlərdən əsla xilas ola bilməyəcəklərinin zənninə qapılarlar. Halbuki, Allah onlar bunları zənn edərkən onların hiyləsini daha qurmadan pozmuş, onların hər dediklərini eşitmişdir. Hara gizlənirlərsə gizlənsinlər, ən ciddi tədbirləri belə alsalar, Allah'dan qaça bilməzlər. Bu insanların hər dedikləri, hər danışıqları, içlərindən keçirdikləri hər söz yazılır və bunların hər biri hesab günündə qarşılarına gələcək və etdikləri hər hiyləgər plandan sorğu-sual olunacaqlar. Bu səbəblə, gizli-gizli görüşərək, gecə yarıları hiyləgər və təcavüzkar planlar quranlar, Allah'ın özlərini görən və eşidən olduğunu unutmamalıdırlar. Allah bir ayəsində belə bildirir:

Məgər Allah'ın göylərdə və yerdə olan hər şeyi bildiyini görmürsən? Üç nəfərin arasında gedən elə bir xəlvəti söhbət yoxdur ki, onların dördüncüsü, beş nəfərin də altıncısı O olmasın. İstər bundan az, istərsə də çox olsunlar – harada olursa olsunlar, Allah onların yanındadır. Sonra Qiyamət günü onlara nə etdiklərini xəbər verəcəkdir. Allah hər şeyi bilir. (Mücadilə surəsi, 7)

Dövrümüzdə Pislərin İttifaqı Şiddətlənmişdir

Kitabın əvvəlindən bu yana pislərin bir yerə gəlmə səbəblərinin din əxlaqını və inananları ortadan qaldırmaq olduğunu və bunun üçün tətbiq etdikləri zülm və təzyiqləri izah etdik. İnanan kəslərin varlığı inkarçıların ittifaq etmələrinin əsas səbəbidir. Çünki mömin Allah'ın haqq dini olan İslamın dünyadakı nümayəndəsi və gözəl əxlaqın yaşanmasının bir zəmanətidir. Bu səbəblə də, pislərə görə inananlar bir an əvvəl aradan qaldırılmalıdırlar. Öz inkarçı sistemlərini, pis əxlaqlarını yaşamalarına əngəl isə din ilə öyrədilən gözəl əxlaq, Allah'ın qoyduğu hədlərdir. Məhz bu maneələrin aradan qalxması üçün də inkarçılar öz aralarında çox güclü bir əməkdaşlıq içindədirlər. Harada bir fahişəlik, azğınlıq, rüşvət, saxtakarlıq, qumar, fırıldaqçılıq, məzlum xalqın malını qəsb etmək, yetimin malını yemək, əxlaqsızlıq, sevgisiz və hörmətsiz bir mühit varsa, məhz orada pislərin ittifaqının hakimiyyəti vardır.

Son illər dünyanın dörd bir tərəfində yaşayan inananlara, məzlum kasıb və biçarə aciz insanlara zülm və təzyiqlərin şiddətlə artdığı, pislərin ittifaqının isə dünyanın hər yanında şiddətləndiyi bir dövrdür və inananların bu hadisələri Quran ayələri istiqamətində qiymətləndirməsi son dərəcə əhəmiyyətlidir. Qurana görə, olub bitənləri ibrət gözüylə izləyib, pislərə qarşı fikri istiqamətdə mübarizə üçün hərəkətə keçməmək, hər şeyi oturduğu yerdə sakit-sakit seyr etmək və dünyada yaşanan əzablara, çətinliklərə laqeyd qalmaq çox böyük bir zülmdür. Müsəlmanlara və Quran əxlaqının yaşanması üçün səy göstərən şəxslərə edilən təzyiq və əziyyətlərə laqeyd qalmaq, görməzlikdən gəlmək, səssizcə izləmək adamı bu zülmün səssiz bir üzvü, hətta iştirakçısı edər.

Pislərin ittifaqının nə qədər şiddətləndiyini görmək üçün qəzetlərə, jurnallara, televiziyaya, qısacası ətrafımıza bir göz atmaq kifayətdir. Məsələn, bundan 10-15 il əvvələ qədər “homoseksual” sözünün belə ağıza alınmağa həya edildiyi bir dövrün yerini homoseksualların hüquqlarını müdafiə edən, bu pozğunluğun guya nə qədər normal bir seçim olduğunu, sanki müasir bir düşüncə olduğunu isbat etmək üçün televiziyalarda, əyləncə yerlərində onlara geniş yer verən bir anlayışa buraxmışdır. Bunun kimi bir çox əxlaqsızlığın insanlara normal bir seçimmiş kimi aşılanmaya çalışılması və bunun özünə zəmin tapması pislərin ittifaqının bir nəticəsidir.

Qumarın, fahişəliyin, cinayətlərin gündəlik xəbərlər olaraq son dərəcə təbii qarşılandığı bu illər, insanların oyanması və həqiqətləri görməsi baxımından son dərəcə əhəmiyyətlidir. Bu dövr yaxşıların təzyiq altına alınıb haqsız rəftarlar gördüyü, şəxsi hüquq və azadlıqlarının əllərindən alındığı, fırıldaqçıların, qatillərin və zalımların isə rahatlıqla əlini qolunu yelləyərək gəzdiyi bir dövrdür.

Günahsız və müdafiəsiz insanlar yalnız Allah'a inandıqları və müsəlmanam dedikləri üçün dünyanın hər yanında öldürülür, yenə müsəlmanam deyən lakin bütün bu olanlardan xəbərsiz bir insan bütün bu ölüm xəbərlərini üzündə laqeyd, gülümsəyən bir ifadəylə insanlara çatdıra bilirsə, məhz bu, pislərin ittifaqının bir əsəridir. Hüzur və sülhün təmin edilməsi, rifah və bolluğun olması, ədalət, tolerantlıq, sevgi, hörmət kimi gözəl əxlaq xüsusiyyətlərinin bütün dünyada hakim olması ancaq Quran əxlaqının bilinməsi, tanınması və tətbiq olunması ilə olur. Məhz bu gözəl əxlaqın yaşayan nümunələri də möminlərdir. Yaxşıların ittifaqı bunu təmin edəcək olan yoldur. Bu, Allah'ın qəti bir vədidir. Allah Nur surəsində belə buyurur:

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir. (Nur surəsi, 55)

 

6 / total 10
"Harun Yəhyanın Yaxşıların İttifaqı kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com