< <
10 / total: 10

Nəticə: Yaxşılarla İttifaq Yaratmağı Təxirə Salmaq Olmaz

Bu kitabın yazılma məqsədi yaxşılara, vicdan sahiblərinə, dürüst, səmimi, nikbin, mehriban, təvazökar, xeyirxah, vəfalı, iffətli, fədakar, bağışlayıcı, barışdırıcı, mülayim, sülh tərəfdarı insanlara müraciət etməkdir. Bu insanların hamısı, əlbəttə ki, ətraflarında hər zaman gözəl söz, hörmət və sevgi dolu davranışlar, sülhsevər və dinc bir mühit görmək istəyən, həssas və sağlam düşüncəli insanlardır.

Ancaq bir də ətrafımızda, həm də olduqca çox sayda pis, vicdansız, saxtakar, yalançı, pessimist, hiyləgər, səmimiyyətsiz, təkəbbürlü, eqoist, nankor, hörmətsiz, kinli, dedi-qoduçu, iffətsiz, davakar, əsəbi, acıdil, nifrət dolu insan var. Bu insanlar sahib olduqları pis xüsusiyyətləri bütün insanlara yaymaq, onları bu pisliklərin təsiri altına almaq üçün şeytanla əməkdaşlıq halındadırlar. İndiki vaxtda son dərəcə güclü və zərərli bir hala gələn pislərin ittifaqına qarşı yaxşılar də vaxt itirmədən, zəmin yoxlamadan, kim nə edir deyə baxmadan, kimin nə dediyinə fikir vermədən, çətinlikləri gözə alaraq, iman şövqü ilə bir-birləri ilə ittifaq etməli və var gücləriylə pisliklərə qarşı çıxmalıdırlar.

Bu gün insanların bir-birlərinin səhvlərini, əskikliklərini araşdırmalarının, hər insana bir qəbahət taparaq onu gözdən çıxarmalarının vaxtı deyil. Əksinə, “Mən müsəlmanam” deyən, “Mən vicdanlı, yaxşı bir insanam” deyən hər kəs ittifaq etməli, pisləri gücləndirəcək və cəsarətləndirəcək hər cür davranışdan qətiyyən çəkinməlidir.

Bu ittifaqı gecikdirmək və ya “Əvvəlcə hər kəs edəcəyini etsin, mən də ona görə davranaram” demək isə, pislərin zülmləri qarşısında zərər çəkmiş və məzlum vəziyyətdə olan kəsləri yalnız buraxmaq olar.

Hər kəsin bir-birinə hüsnü-zənlə baxdığı, səhvlərin və ya nöqsanların dostluq və səmimi bir üslubla dilə gətirilərək düzəldildiyi, sülhün, mehribanlığın, tolerantlığın, yoldaşlığın, sevincin, bərəkətin qısacası, Quran əxlaqının hakim olduğu bir mühitdə yaşamaq üçün bütün vicdanlı insanlar əllərindən gələnin ən çoxunu etməlidirlər. Bizlər bu niyyətlə hərəkət etsək, sonsuz mərhəmət və şəfqət sahibi olan Rəbbimiz bütün bu gözəllikləri verəcək. Elə isə hər kəs yaxşılarla, yaxşılıq və xeyir üçün bütün həyatını həsr edənlərlə birlik və bərabərlik içində olmalıdır. Unudulmamalıdır ki, Allah Saff surəsinin 4-cü ayəsində müsəlmanların, “... möhkəm bir divar kimi ...” olmalarını əmr edir.

Müsəlmanlar Allah'ın İpindən Möhkəm Yapışmalıdır

Aparıcı: ... Bildiyiniz kimi dünyanın hər tərəfində çox böyük gərginliklər yaşanır, qan tökülür, məsumların canına qəsd edilir və hər yerdə əxlaqi degenerasiya ilə qarşı-qarşıyayıq. Harun Yahya bu mənzərə qarşısında müsəlmanlara qısa şəkildə nə söyləyər görəsən, buna cavabınız nə olardı?

Adnan Oktar: Müsəlmanlar Allah qorxularını artırsınlar, Allah'a sevgilərini artırsınlar, imanlarını dərinləşdirsinlər, bir-birlərini çox sevsinlər, məzhəb ayrılıqlarından qaynaqlanan çəkişmələrdən şiddətlə çəkinsinlər, Allah'ın ipinə hamımız birlikdə çox möhkəm yapışaq. Allah'ın müjdələdiyi bir dövrdəyik, Allah Hadi adıyla təcəlli edir. 10 ilə qədər bu dediyim mütləq olacaq, inşaAllah bunu görəcəklər. Səid Nursi Həzrətləri çox ətraflı bunu izah etmişdir, mərhələ-mərhələ hamısını tarixlər verərək izah etmişdir və hamısı reallaşmışdır. 10 il sonrakı hadisələri də bildirmişdir, Allah'ın izni ilə bunların da olduğunu görəcəksiniz, könülləri çox rahat olsun, hamısını çox sevirəm. Əziyyətli bir dövrdən keçdilər, Cənubi Afrika xüsusilə çox əziyyət çəkdi, amma bütün İslam ölkələri əziyyət çəkdi, hz. Yusif (ə.s) da əziyyətlə gözəlləşdi, əziyyətlə dərinləşdi, əziyyət aşiqin gözəllik sirridir, aşiqi gözəlləşdirər, dərinləşdirər, Allah'a sevgisini artırar, biz əziyyətlə bişdik, əziyyətlə gözəlləşdik. İnşaAllah İslamın hakimiyyətində bu sevgimizi, bu məhəbbətimizi coşğuyla dünyaya göstərəcəyik. Bütün xristian aləmi, bütün müsəlman aləmi birləşəcək, yalnız İslam dini qalacaq inşaAllah, musəvi qardaşlarımız də hamısı müsəlman olacaqlar inşaAllah. Coşğulu, gözəl, xoşbəxt bir dövrdür bu, son dövr, qızıl dövr ona giririk inşaAllah 2120-ci ildə inşaAllah qiyaməti gözləyirik, Allah'ın izni ilə. Mənim qiymətli qardaşlarım daha ətraflı məlumat əldə edə bilmək üçün www.harunyahya.org, www.harun-yahya.net və www.adnanoktar.az ünvanlarına girsələr çox əhatəli, çox ətraflı məlumatlar tapacaqlar və pulsuz yükləyə bilərlər buradan, hər cür kitabımı, hamısı halaldır, halal pulsuz olaraq yükləsinlər, oxusunlar inşaAllah. (Hörmətli Adnan Oktar'ın Radio Islam müsahibəsi, 2 sentyabr 2009)

 

"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 32)

 

10 / total 10
"Harun Yəhyanın Yaxşıların İttifaqı kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com