İslam Həmrəyliyinə Çağırış
Ön SözTəxminən 1,5 milyard müsəlmanı cəmləşdirən və olduqca geniş coğrafi ərazini əhatə edən İslam dünyasının əsas ehtiyaclarından biri olan İslam Birliyindən bəhs etdiyimiz bu kitabda belə birlik qurmağın lazımlı və təcili olduğundan danışacağıq. Bu gün İslam dünyasının vəziyyətinə nəzər saldıqda ilk diqqəti cəlb edən xüsusiyyətlərdən biri kimi onu görürük ki, müsəlmanlar öz aralarında bölünüb ayrılmışdır. Bəzi İslam ölkələri arasında böyük ixtilaf və dərin anlaşılmazlıq vardır. Hətta yaxın keçmişdə İranla İraqın və Pakistanla Banqladeşin arasında müharibə baş vermiş, İraq Küveyti işğal etmişdir. Müsəlman ölkələrində əksərən etnik və siyasi problemlər səbəbi ilə baş verən daxili qarşıdurmalar da (məsələn, Əfqanıstan, Yəmən, Livan, İraq və Əlcəzairdə olduğu kimi) İslam dünyasının mövcud vəziyyətini büruzə verir. Digər tərəfdən İslam dünyasının dörd tərəfinə bir-birindən tamamilə fərqli dini açıqlama və düşüncə formaları hakimdir. İslama nəyin uyğun olub-olmadığını müəyyən edən, müəyyən mövzuda dünya müsəlmanlarına istiqamət verən, onları uzlaşdıran mərkəzi nüfuz sistemi yoxdur. Katoliklərin Vatikanı, pravoslav xristianlarının patriarxiyası var, lakin İslam dünyasında hər hansı bir dini birlik və mərkəz yoxdur. Halbuki birlik İslam əxlaqının anlayışında vardır. Peyğəmbərimiz hz.Muhəmmədin (səv) vəfatından sonra İslam dünyasının daima lideri olmuş, bu məqam müsəlmanlara dini mövzuda yol göstərmişdir.
Dövrümüzdə də bütün İslam dünyasına yol göstərən çağdaş nüfuz mərkəzi təşkil oluna bilər. Demokratik əsaslara və hüququn üstünlüyü prinsipinə dayanan mərkəzi nüfuz sisteminin və İslam Birliyinin qurulması müsəlman dünyasının mövcud problemlərinin həll olunmasında əhəmiyyətli addım olar. Kitabın növbəti səhifələrində də ətraflı şəkildə bəhs edəcəyimiz kimi, həmin İslam Birliyinin vəzifələri aşağıda göstərilənlər əsasında təşkil olunmalıdır: 1) Quran əxlaqının tələb etdiyi kimi sevgi, şəfqət, qardaşlıq və mərhəmətə əsaslanan anlayışa sahib olmalı, bütün insanları qorumalı və hər kəsə ən yüksək səviyyədə keyfiyyətli və rifah dolu yaşayış standartı təqdim etməlidir. 2) Demokratik və dünyəvi quruluşa sahib olmalı, İslam aləmini mənəvi liderliyin öndərliyində bir araya gətirərkən bütün dövlətlərin unitar quruluşunu mühafizə etməlidir. 3) Bütün müsəlman dünyasına xitab etməyi bacarmalı, dolayısilə, ən əsas islami dəyərlərə dayanmalı, müəyyən məzhəbin və ya təriqətin təmsilçisi olmamalıdır. 4) İnsan haqlarına, demokratiyaya, azad sahibkarlığa dəstək verməli, İslam dünyasının iqtisadi, elmi və mədəni yöndən inkişafını təməl hədəf kimi ön plana çəkməlidir. 5) Başqa ölkələr və mədəniyyətlərlə həddən artıq sülh yönlü uzlaşdırıcı əlaqələr qurmalı, kütləvi qırğın silahlarına nəzarət, terrorizm, beynəlxalq cinayətkarlıq kimi mövzularda beynəlxalq birliklərlə və Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq etməlidir.
6) İslam dünyasındakı azlıqların (məsələn, yəhudi və xristianların) və müsəlman ölkələrinə gələn əcnəbilərin haqlarının qorunması, təhlükəsizliklərinin təmin edilməsi və onlara hörmət göstərilməsi kimi məsələləri diqqət mərkəzində saxlamalı, hər dindən və düşüncədən olan insanlara şəfqətlə yanaşmalıdır. 7) Fələstin, Kəşmir və Moroda olduğu kimi, müsəlmanlarla qeyri-müsəlman xalqları qarşı-qarşıya gətirən problemlərə ədalətli və sülh yönlü nəticələr gətirilməsinə əhəmiyyət verməlidir. Həm müsəlmanların haqlarını müdafiə etməli, həm də həmin problemlərin İslam dünyasındakı bəzi radikal ünsürlər tərəfindən dalana salınmasına mane olmalıdır. İslam dünyasının belə bir ağıllı və ədalətli liderliyə qovuşması həm bu gün bir çox problemlərlə üz-üzə gələn 1,5 milyard müsəlman üçün, həm də bütün dünya üçün xeyirli olacaq. Quran əxlaqı əsasında qurulan İslam Birliyi bütün bəşəriyyətin ədalət və təhlükəsizliyə nail olmasına və Quran əxlaqının səbəb olduğu davranış mükəmməlliyi sayəsində asayişin bərqərar olmasına vasitə olacaq. Müsəlmanlar Peyğəmbərimizin (səv) dövründən bu yana elmi-mədəni sahələrdə böyük əsərlər ortaya qoymaqla dünyaya öndərlik ediblər. Avropa orta əsrlərin qaranlıq dövrlərində ikən müsəlmanlar dünyaya elm və incəsənət sahəsində bir çox şeylər gətiriblər. Quranın nurundan və hikmətindən qaynaqlanan bu islami yüksəlişi yenidən başlatmaq üçün keçmişdə olduğu kimi, bu gün də müsəlmanların Quran əxlaqını və Peyğəmbərimizin (səv) sünnəsini əsas alan rəhbərliyə ehtiyacları vardır. Bu layihə necə həyata keçə bilər? Bu sual barədə növbəti səhifələrdə danışacağıq.
Finally, the solutions proposed here need to be implemented immediately, because certain circles increasingly try to provoke a clash of civilizations between the Western and Islamic worlds. Setting up the Turkish Islamic Union will cause this danger to disappear.
History proves that the coexistence of different civilizations is in fact a most pleasant wealth and blessing. A multicultural state does not experience difficulties because of existing internal differences, but because of its inability to manage those differences. Different cultures that exist side by side choose either conflict or peace and cooperation, depending upon their existing levels of compassion and whether they can or cannot control those factors leading to radicalism and hardness. At present, there may be some Westerners and Muslims who prefer hostility and conflict over compassion and harmony. Thus, misunderstandings and prejudices against Islam and the Muslims continue to present certain difficulties. On the other hand, Westerners feel unnecessarily threatened because of various misunderstandings. Therefore, a solution to these problems is needed urgently to avoid even worse conflicts and misunderstandings. As this book will reveal, the Turkish Islamic Union will play an important role in preventing the escalating risk of conflict, for all Islamic countries will move together as one body. Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et
|