İslam Həmrəyliyinə Çağırış
NəticəDünyani Gözləyən Aydin Gələcək
Kitab boyu İslam dünyasının hazırkı mövqeyi, İslam Birliyinin təsis edilməsinin vacibliyi və bu birliyin müsəlmanlara və digər cəmiyyətlərə faydaları barədə məlumat verdik. Daha öncə də üzərində dayandığımız kimi, inkişaf edən hadisələr İslam dünyasının əhəmiyyətli şəkildə dəyişəcəyindən xəbər verir. Peyğəmbərimizin (səv) bəzi hədislərində verilən məlumatlar və Quran ayələri Allahın izni ilə dünya müsəlmanlarını aydın gələcək gözlədiyini müjdə verir. İslam Birliyinin qurulması bu müjdəli dövrün başlanğıcını sürətləndirəcək, təkcə müsəlmanların deyil, bütün cəmiyyətlərin bolluq və rifah içində yaşayacağı yeni dövrün başlanğıcı olacaq. Hazırkı dövrün ilk nəzərdə problemlərlə dolu olduğu görünə bilər. Halbuki problemlərin çoxalması gözəl dövrün xəbərçisidir. Müharibələr, qıtlıqlar, dünyanın fərqli yerlərində müsəlmanların əzilməsi və s. kimi problemlərin çoxu Peyğəmbərimizin (səv) hədislərində 1400 il əvvəl xəbər verilib və hamısı axırzaman əlamətləridir. Bu əlamətlərin çıxması Peyğəmbərimizin (səv) müjdə verdiyi İslam əxlaqının dünya hakimiyyətinin yaxınlaşdığına işarədir (doğrusunu Allah bilir). Dolayısilə, olduğumuz vəziyyət biz müsəlmanları ümidsizliyə və bədbinliyə salmamalıdır, əksinə, şövq və həyəcanımızı artırmalıdır. Bundan başqa, iman edənlər Allahın rəhmətindən əsla ümidini üzməməlidirlər. Allah bir ayədə belə buyurur: ... Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər! (Yusif surəsi, 87) Axırzaman Müjdəsi
İslam dünyasının aydın gələcəyini bizə müjdə verən ən əhəmiyyətli qaynaqların başında Peyğəmbərimizin (səv) hədisləri gəlir. Hədislərdə axırzamanın (Qiyamətdən əvvəlki dövrün) xüsusiyyətləri ətraflı şəkildə təsvir edilmişdir. Bu məlumatları araşdırdıqda görürük ki, axırzaman əlamətləri ilə dövrümüzdə baş verən yüzlərlə hadisə üst-üstə düşür. İnsanların yaradılış məqsədindən uzaqlaşması və bunun mənəvi pozuntuya səbəb olması, zəlzələ və quraqlıq kimi təbii fəlakətlərin çoxalması, qıtlığın, münaqişələrin baş alıb getməsi, asayiş və sabitliyin pozulması, bidətlərin ortaya çıxması, yaşayış çətinliyinin yayılması və s. kimi şeylər hədislərdə bildirilən hz.Mehdinin başlıca zühur əlamətlərindəndir. Cinayət, qətliam və qarşıdurmaların daha da şiddətləndiyi axırzamanda müsəlmanlara təzyiqlər daha da artacaq. Hədislərdə bildirilir ki, bu dövrdə müsəlmanlara güc tətbiq ediləcək və onlara zülm ediləcək. Belə ki, müsəlmanların böyük hissəsi bu zülm və təzyiqdən çıxış yolu tapa bilməyəcəklər. Bu çətinlikdən sonra isə Allah bəşəriyyətə xilaskar göndərəcək və onun vasitəsilə insanları qaranlıqdan aydınlığa çıxaracaq. Mehdi (doğruya çatdıran, hidayət rəhbəri) ünvanını daşıyan bu mübarək şəxs əvvəlcə İslam dünyasını canlandıracaq, daha sonra bütün dünyaya sülh, sevgi və gözəl əxlaq yayacaq. Hz.Mehdi ilə birlikdə Allahı inkar edən və din əxlaqına zidd olan ideologiyalar fikrən yox ediləcək. İslam əxlaqı Quranda və Peyğəmbərimizin (səv) sünnəsində bildirilən gerçək halına döndürüləcək. İslam dünyası siyasi, iqtisadi və sosial yöndən güc qazanacaq.
Yenə hədislərdə bildirildiyi kimi, axırzamanda hz.İsa yenidən dünyaya dönəcək. İsa peyğəmbərin ikinci dəfə yer üzünə gəlməsi axırzamanın ən böyük müjdələrindən biridir. Peyğəmbərimiz hz.Muhəmmədin hz.İsanın yer üzünə təkrar gəlişini müjdə verən müxtəlif hədislərlə yanaşı, bu mövzu Quranda da açıq şəkildə bildirilmişdir. Bir çox ayədə hz.İsanın gəlişi ilə əlaqədar qəti ifadələr vardır. Allah Quran ayələrində hz.İsanın asılıb öldürülmədiyini, insanlara onun bənzərinin göstərildiyini, onu vəfat etdirdiyini (yəni yuxuda ikən canını aldığını) və Öz qatına çəkdiyini bildirmişdir. (Mövzu ilə əlaqədar ətraflı məlumat üçün baxın: “Hz.İsa gələcək” H.Yəhya). Bu həqiqət “Nisa” surəsində inananlara belə bildirilir: Bir də: “Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!”– dediklərinə görə (lənətə düçar edildilər.) Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq (İsanın) bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər. Əksinə, Allah onu Özünə tərəf qaldırmışdır. Allah qüdrətlidir, müdrikdir. (Nisa surəsi, 157-158) Quranda hz.İsa ilə əlaqədar başqa bir həqiqət isə hz.İsanın yer üzünə ikinci dəfə gəlişidir. Quranda ayələrdə xəbər verilən müjdə Peyğəmbərimizin hədislərində də var. Bundan başqa, İslam alimləri də onun yer üzünə ikinci dəfə gəlişi və o dövrün mühiti haqqında müxtəlif əsərlər yazıblar. Hz.İsa yer üzünə təkrar gəldikdə Allahın ayəsinin təzahürü olaraq bütün peyğəmbərlər kimi insanlar arasında seçilmiş olması ilə tanınacaq, hörmət və izzətə sahib olacaq. Görənlər onu baxan kimi tanıyacaq, qəlblərində heç bir şübhə olmayacaq. Hz.İsanı insanlara tanıdan əhəmiyyətli əlamətlərdən biri də dünyada heç bir qohumunun, ailəsinin və əvvəldən tanıdığı heç kimin olmamasıdır. Onun fiziki xüsusiyyətlərini, simasını və ya səs tonunu tanıyan bir nəfər belə olmayacaq. Dünyada bir nəfər belə onu əvvəldən tanıdığını deyə bilməyəcək. Çünki onu tanıyanlar təqribən 2000 il əvvəl yaşayıblar. Hz.İsa gələndən sonra Quranla hökm edəcək, bu dövrdə xristian dünyası da xurafatlardan ayrılacaq və hz.İsa onları Quran əxlaqına dəvət edəcək. Beləliklə, İslam və xristian dünyası bir inancda birləşəcək, dünya “Qızıl dövr” adlandırılan və sülhün, asayişin, xoşbəxtliyin və rifahın hakim olduğu yeni dövrə qədəm qoyacaq. Qızıl dövr eynilə Peyğəmbərimizin (səv) dövründəki əsri-səadət dövrü kimi olacaq. Yer üzü daha əvvəl zülmlə dolu ikən ədalətlə dolacaq. Məhsullar və mallar çoxalacaq. İnsanlar köməyə ehtiyacı olan birini tapa bilməyəcəklər. İnsanlar hara baxsalar, bolluq və gözəllik görəcəklər. İnsanlar bu dövrdə həyatdan o qədər razı olacaqlar ki, hədislərdə bildirildiyi kimi, yaşlılar gənc olmağı arzu edəcəklər. Burada qısa şəkildə bəhs etdiyimiz axırzaman hadisələri ilə əlaqədar Peyğəmbərimizin (səv) hədislərinin bəzilərini aşağıda yazırıq.
İslam Dünyasına Çağırış
Bu gün artıq bütün dünyada dinə zidd fikir sistemləri getdikcə çökür, insanlar Allaha imana və din əxlaqına yönəlməyə davam edirlər. Bundan başqa, İslam aləmi dünya gündəliyinin əsas mövzusuna çevrilmiş, bütün gözlər Haqq dinə tərəf dönmüşdür. Yaşadığımız dövrün texnoloji imkanları müsəlmanların həm bir-biriləri ilə əməkdaşlıq etmələrini asanlaşdırmış, həm də insanlara İslam əxlaqının gözəlliklərini anlatmaq üçün hər cür əlaqə vasitələrini təmin etmişdir. Lakin digər tərəfdən də İslam dünyasının bir qismində kasıblıq və cəhalət hökm sürür. Bunun fərqində olan bir qrup şəxs İslam adından dinə zidd əməllər törədərək müsəlmanları gözdən salırlar. İslam əxlaqına qarşı çıxan bəzi dairələr isə müsəlmanların bu vəziyyətindən sui-istifadə edib onlara qarşı hər cür zülmü tətbiq edirlər.
Həll yolu bütün müsəlmanları birləşdirən və onlara doğru yolu göstərən İslam Birliyinin qurulmasıdır. İslam Birliyinin qurulması üçün çalışmaq hər müsəlmanın vəzifəsidir: Bütün müsəlman dövlətləri İslam Birliyinə hazırlaşmalıdır. Digər müsəlman ölkələrlə aralarındakı əlaqələri inkişaf etdirməli, bir tərəfdən də gerçək İslam əxlaqının öz ölkələrində daha çox yayılması üçün mədəni fəaliyyətlər göstərməlidir. Bütün müsəlman qeyri-hökumət təşkilatları, müxtəlif qurum və fondlar, media mənsubları və fikir öndərləri müsəlmanların arasındakı ayrılıqların ortadan qalxması və birlik və bərabərliyin təmini üçün cəhd göstərməlidirlər. Hər müsəlman fərd getdiyi məsciddə, oxuduğu məktəbdə, iş yerində, internet saytlarında, üzvü olduğu cəmiyyət və quruluşda dünya müsəlmanlarının birliyi üçün çalışmalı, digər müsəlmanları bu mövzuda təşviq etməlidir. Dünyaya işıq tutacaq, müsəlmanlara və qeyrilərinə gözəllik təqdim edəcək, yer üzünə ədalət və sülh gətirəcək İslam mədəniyyətinin yenidən dirçəlişi bütün müsəlmanların duasıdır. Allahın izni ilə, İslam Birliyinin qurulması bütün gözəlliklərə vəsilə olacaq.
Eyni zamanda Allahın bizə olan bu əmrini heç unutmasınlar: Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz (bir-birinizə) düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə, doğru yola gələsiniz. (Ali-İmran surəsi, 103)
"Sən pak və müqəddəssən!
Qeydlər47. Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, s. 66 48. Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, s. 12 49. Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, s.440 50. El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 21-22 51. El Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, Ahmed İbn-i Hacer-i Mekki, s. 39-40 52. El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 37 53. El-Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s.27 54. Sünen-i İbni Mace, Kitabü-l fiten Tercemesi ve Şerhi- Kahraman Neşriyat, cilt 10, Mütercim: Haydar Hatipoğlu, Bab 33, s. 331-335 55. El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 43 56. El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s.21 57. Sahih-i Müslim, 1/136 58. El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s.36 59. Sünen-i İbn-i Mace, 10/347 60. El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 23 |