< <
5 / total: 6

Quranın Qazandırdığı Mərhəmət Anlayışı Yaşanmadığında Nələr Baş Verər?

Bir cəmiyyətin rahat, hüzurlu və xoşbəxt bir həyat yaşaya bilməsinin tək yolu, Quranda təsvir edilən həqiqi mərhəmət anlayışının o cəmiyyətin insanları tərəfindən yaşanmasıdır. Quranda bildirilən bu model yaşanmadığı müddətcə insanlar hansı yolu sınayarlarsa sınasınlar qarışıqlıqdan, narahatlıqdan və ədalətsizlikdən qətiyyən xilas ola bilməzlər. Çünki mərhəmətin olmadığı yerdə zülm vardır. Zülmün hökm sürdüyü bir cəmiyyətdə ortaya çıxan model isə insanların həm maddi, həm də mənəvi cəhətdən ciddi zərərlərə uğramasına səbəb olur. Necə ki, bu gün dünyanın dörd bir tərəfində yayımlanan xəbər proqramlarının əsas mövzusu, insanların məruz qaldığı zülm növləridir. Aclıqdan ölən, uşaqlarını yaşatmaq üçün kömək dilənən, haqsızlığa uğrayan, əzilən, yaşayacaq ev tapa bilmədiyi üçün çadırlarda yaşayan, intihar edən, hücuma məruz qalan, bir-birlərini öldürən, şikəst qoyan, döyən, müharibə edən insanların sayı hər ötən gün artır. Bu qarışıqlıq mühitinin əsas səbəbi inancsızlığın gətirdiyi zalımlıq və mərhəmətsizlikdir.

Allah qorxusuna və Allah sevgisinə əsaslanan, Qurana uyğun bir mərhəmət olmadıqda, geriyə insanları pislik etməkdən çəkindirəcək heç bir səbəb qalmaz. Mərhəmət duyğusunun tam mənasıyla yaşanmadığı bir cəmiyyətdə qadının döyülməsinin, uşaqların incidilməsinin, kasıblıq qorxusuyla öldürülmələrinin, küçəyə atılmalarının, oğurluq üçün yol kəsən, evlərə girərək ev sahiblərini öldürən insanların çoxalmasının və daha bunun kimi bir çox hadisənin qarşısında heç bir maneə qalmamış olar.

Quran əxlaqına uyğun mərhəmətin yaşanmadığı bir cəmiyyətdə zəngin olan kasıbı qorumaz, haqsızlığa uğrayanın haqqı müdafiə olunmaz, evsiz-eşiksiz qalan insana sığınacaq verilməz. Bir mənfəət olmadığı müddətcə kimsə biri üçün özünü çətinliyə salmaz. Biri küçədə ac yaşayarkən, onun ətrafındakı insanlar yüzlərlə adamın doya biləcəyi yeməkləri zibilə atmaqda bir problem görməzlər. İnsanlar bir-birlərinin malını haqsız yerə yeməkdən, saxtakar üsullara üz tutmaqdan, başqalarının hüquqlarını istismar edərək pul qazanmaqdan çəkinməzlər.

Yenə belə bir cəmiyyətin insanları şahid olduqları saxtakarlıqlara, ədalətsizliklərə və haqsızlıqlara qarşı mübarizə aparmaz və səslərini çıxarmazlar. Başqaları üçün özlərini yormağa ehtiyac duymaz, hətta bu şəkildə olarkən başqalarının problemlərini həll etməyin böyük bir ağılsızlıq olduğuna inanarlar. Heç kimin kiməsə qarşı özünü məsul hiss etmədiyi, heç kimin kimisə qorumaq üçün özünü risk altına atmadığı və heç kimin səhvlərə, haqsızlıqlara qarşı səsini çıxarmadığı bir mühit yaranar.

Zalım və mərhəmətsiz olanlar, zəif və gücsüz olanları istədikləri kimi əzərlər. Qurana uyğun mərhəmətin və din əxlaqının yaşanmadığı bir mühitdə hər zaman hüzursuzluq, çətinlik və zülm hakimdir.

Ancaq unutmamaq lazımdır ki, mərhəmətsizlik ilk əvvəl insanın özünə zərər verir. Vicdanı ona mərhəməti əmr etdiyi və doğru olanı göstərdiyi halda bu səsi boğub, zalımlığı seçən insan heç bir zaman həqiqi mənada daxili dinclik yaşaya bilməz. Çünki vicdanı onu narahat edər və içində vicdan əzabı ilə yaşamasına səbəb olar. Hər köməyə möhtac insan gördüyündə, özünün imkanı olduğu halda bu insanlara kömək etmədiyi və onları bu həyata tərk etdiyi ağlına gələr. Yenə eyni şəkildə hər eqoistlik etdiyində vicdanı bunun səhv olduğunu söyləyərək onu narahat edər. Vicdanın bu təzyiqindən və verdiyi narahatlıqdan xilas olmanın tək yolu isə, onun səsini dinləmək və söylədiyini etməkdir. Çünki vicdan Allahın razılığına və Qurana yönəldən bir gücdür. İnsan ancaq vicdanının səsini dinlədiyində hüzurlu olacaq şəkildə yaradılmışdır.

İnsanlar mərhəmətsizliklərini hər nə qədər ağıllarına gətirməməyə çalışsalar, ədalətsizlikləri, haqsızlıqları hər nə qədər görmək istəməsələr də vicdanları bu zalım mövqelərini onlara heç bir şəkildə unutdurmaz.

İslam əxlaqının mənimsənildiyi bir cəmiyyətdə isə həm maddi, həm də mənəvi baxımdan böyük bir rahatlıq ortaya çıxar. İnsanlar kömək lazım olduğunda ətraflarındakı insanlardan qəti olaraq kömək gələcəyini bilirlər. Kasıblara, evləri olmayan yoxsullara, imkanları olanlar sahib çıxarlar. Kiçik uşaqlar sevgi və etina gördükləri sağlam mühitlərdə böyüdülərlər. Qüvvətli olanlar zəif gördükləri insanları əzməz. Heç kəs bir-birinin haqqına təcavüz etməz. Maddi ədalətsizlik və bundan qaynaqlanan haqsızlıqların hamısı ortadan qalxar. Zalımlar azalmağa və zülm aradan qalxmağa başlayar. Heç kim maddi imkanları yetərli olmadığı üçün sağlam, təmiz, rahat bir mühitdən məhrum qalmaz.

Göründüyü kimi, dinsizliyin gətirdiyi qarışıqlıq və zülm mühitindən xilas olmanın tək yolu, Allahın Quranda öyrətdiyi və Peyğəmbərimiz (s.ə.v)-in tövsiyə etdiyi mərhəmət anlayışını tam mənasıyla yaşamaqdır.

Zülmdən mərhəmətə dönmək isə insanın öz içində alacağı tək bir qərar və tək bir niyyət dəyişikliyinə bağlıdır. Bu niyyət dəyişikliyinin ardından həm dünyada, həm də axirətdə gözəl bir həyat yaşayacaq və Quran əxlaqını yaşamağın mükəmməlliyini görəcək. Həmçinin Allah, Quran əxlaqını yaşamağa qərar verib zülmü tərk edən kimsənin günahlarını da bağışlayacağını vəd etmişdir:

Hər kim haqsızlıq etdikdən sonra tövbə edib əməllərini islah etsə, şübhəsiz ki, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Maidə surəsi, 39)

 

5 / total 6
"Harun Yəhyanın Möminlərin Mərhəməti kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com