< <
4 / total: 24

Dünyadakı İlahi Qüvvələr və Qarşısındakı Şər Mərkəzləri

Yaxşılarla pislərin mübarizəsi tarixin hər dövründə davam etmişdir

Allah Quran ayələriylə, tarixin başlanğıcından bəri, həmişə iki əks qüvvənin mübarizə apardığını xəbər vermişdir: “dəccaliyyət”“mehdiyyət”...

Bir tərəfdə dövrün “hidayət rəhbəri”, yəni “Mehdi”si olan insan, digər tərəfdə isə həmin dövrdə “küfrün liderliyini edən, zülmü təşkil edən Dəccalı” vardır.

Yaşadığımız bu dövrdə dəccaliyyət, “bütün dünya dərin dövlətlərinin liderliyini edən Dünya Dərin Dövləti” tərəfindən təşkil edilən bir qüvvədir. Tarixdə isə bu qüvvə, həmişə fərqli dəccalların nəzarəti altında olmuşdur. Dəccaliyyət, hz. İbrahim (ə.s) dövründə Nəmrud, hz. İsa (ə.s) dövründə Roma rəhbərliyi, hz. Musa (ə.s) dövründə isə Firon tərəfindən təşkil edilirdi. Dolayısilə hər dövrdə bu dərin dövlətlər mövcudluğunu davam etdirmişdir.

Məhz bu dərin dövlətlər, bütün fikir sistemini, hərəkət tərzini, strategiyasını, hərəkət qərarlarını və ilhamını şeytandan alar. Bunun nəticəsində də “öz əsrinin dəccaliyyəti” kimi ortaya çıxar və “öz əsrinin mehdiyyətiylə” mübarizə aparar. Məsələn, Nəmrud dövrünün Mehdisi, hz. İbrahim (ə.s), Roma dövrünün Mehdisi isə, İsa Məsih (ə.s) idi. Nəmrudun Dərin Dövləti də, Roma Dərin Dövləti də, mehdiyyətə qarşı qalib gələ bilmək üçün şeytandan aldıqları ilhamla hərəkət edirdilər. Firon dövrünün Mehdisi isə, hz. Musa (ə.s) idi; Firon var gücüylə və imkanlarıyla ona qarşı mübarizə aparırdı. Axırzamanda da dəccaliyyətin nəzarəti altındakı Dünya Dərin Dövlətinin qarşısında olan ilahi qüvvə isə Peyğəmbərimiz (s.ə.v)-in nəslindən gələn və “Hatəməl-Vəli” yəni “ən son və ən böyük vəli” olan hz. Mehdi (ə.s)-dır.

Axırzamanı yaşadığımız bu dövrdə hazırda dünyada “dörd ayrı qüvvə” var:

1) Hz. Mehdi (ə.s) və Quranda mehdi tələbələri olduğuna işarə edilən Kəhf əhli,

2) Axırzamanda ikinci dəfə yer üzünə gələcəyi bildirilən hz. İsa (ə.s) və Kəhf hekayəsində İsa Məsih (ə.s)-ın tələbələri olduğuna işarə edilən Rəqim əhli,

3) Hz. Xızır (ə.s)

4) Dəccaliyyət.

Bu 4 qüvvədən hz. Xızır (ə.s), gizli və açıq göstərdiyi fəaliyyətlərlə mehdiyyətə dəstək verər və gücləndirər. Həm hz. İsa (ə.s)-a həm də hz. Mehdi (ə.s)-a kömək edər və onların işlərini asanlaşdırar. Lakin Xızır (ə.s) bəzən də, zahirən dəccaliyyətə kömək edərmiş kimi görünər. Halbuki bu istiqamətləndirmələrin hamısı, əslində İslama fayda vermək və dəccaliyyəti, mehdiyyət qarşısında məğlub olmağa sürükləmək üçün edilən hərəkətlərdir.

Bütün ilahi və şeytani güc mərkəzlərini yaradan isə Allahdır. Kainatda Allahdan başqa qüvvə yoxdur. Dünyadakı bütün hadisələrə, bütün insanlara hökm edən Allahdır. Allah dünyada insanların imtahan olunmaları üçün “yaxşıları” “pisləri” yaratmışdır. Bu həqiqəti bilməyən bəzi insanlar bu güc mərkəzlərinin, Allahdan müstəqil hərəkət etdiklərini zənn edə bilərlər. Halbuki bu yalnız yanılmadır. İstisnasız hər biri Allahın nəzarəti altında olan və Allah istəmədikcə heç nə etməyə gücü çatmayacaq varlıqlardır.

Həmçinin Allah Quranda; “Mən və elçilərim qalib gələcəyik” (Mücadilə surəsi, 21) demişdir. Allahın sözünü dəyişdirə biləcək başqa heç bir qüvvə yoxdur. Məhz Allah, bu qalibiyyət və hakimiyyətə elçilərini vəsilə edəcəyini bildirmişdir. Yaşadığımız Axırzamanda, Allahın, “Hadi” ismini təcəlli etdirərək “insanları hidayətə yönəltməklə vəzifələndirdiyi”, “Hatəməl-Vəli” (yəni, Axırzamanda gələcək ən son və ən böyük övliya) etdiyi insanda “hz. Mehdi (ə.s)”-dır. Hz. Mehdi (ə.s), Allahın hidayət elçisi olaraq, dəccaliyyətin, dərin dövlətlərin və münafiqlərin bütün inkarçı düşüncə və sistemlərinə qarşı fikrən qalib gələcək; dünyaya İslamı, Quran əxlaqını, sevgi və sülhü hakim edəcək.

Hər dövrün dəccaliyyət sistemi; şeytan, dünyanın dərin dövlətləri və inkarçıların çirkli ittifaqı ilə ortaya çıxar

Pisliyin mənbəyi olan dəccaliyyətin qarşısında, yaxşılığın müdafiəçisi olan mehdiyyətə əsaslanan “güc ittifaqı” var. Hz. İsa (ə.s) və dostları, hz. Mehdi (ə.s) və tələbələri və hz. Xızır (ə.s), göstərdikləri ayrı-ayrılıqda fəaliyyətlərlə “dəccaliyyətə qarşı”, “haqdan yana mübarizə” apararlar. Dəccaliyyət də eyni şəkildə, mehdiyyətə qarşı apardığı şeytani mübarizəsində bəzi qruplarla ittifaq edər. Dəccaliyyətin bu çirkli ittifaqının başında “şeytan” gəlir. O dövrün Dəccalını idarə edən və istiqamətləndirən, bu Dəccali hərəkatın başında olan, lider mövqeyindəki varlıq “şeytan”dır. Dəccaliyyət, fikir sisteminin bütün təlimatları və hərəkətləri üçün lazım olan bütün əmrləri şeytandan alar.

Dəccaliyyətin başında isə mütləq “lider mövqeyində bir şəxs” vardır. Bu şəxs hər dövrdə dəyişər və biri öldükdə yerinə başqası keçər. Bu şəxs, eyni zamanda da “şeytan ilə əlaqəni yaradan şəxs”dir və şeytandan birbaşa təlimat alar. Şeytan, ona nə etməli olduğu məsələsində yol göstərər. “Dinsiz ideologiyaların və azğın fikri cərəyanların yaradılmasında, bir yerdə zülm edilməsi qərarı verilməsində, bir bölgədə müharibə törədilməsində, bir yerin bombalanmasında, kütləvi qırğınlar və cinayətlər törədilməsində” şeytan həmişə bu şəxsə birbaşa təlimat verər.

Bütün bu dəccallar, eyni zamanda da “ruhi xəstələr” “dünyanın ən böyük seriyalı qatilləri”dirlər. Şeytan, dünya dərin dövlətlərinin başında olan bu şəxslərə, “burada yaşayan bütün insanları, bütün uşaqları öldürməlisən” kimi əmrlər ilham edərək onları bu istiqamətdə yönləndirər. Bu şəxslər də, eynilə “ruhi xəstələrdə və seriyalı qatillərdə olduğu kimi”, şeytandan aldıqları bu “qırğın əmrlərini” yerinə yetirərlər. Məsələn, hazırda Suriyada, İraqda, Yəməndə, Əfqanistanda və dünyanın daha bir çox yerində, dərin dövlətlərin seriyalı qatillərinin əmrləri ilə bu cür ardıcıl cinayətlər işlənir; sel kimi müsəlman qanı axıdılır. Məhz bütün bunlar; bütün bu qırğınlar, birbaşa şeytanın əmri ilə və dəccaliyyətin tətbiqi ilə törədilən hərəkətlərdir. Şeytan, dərin dövlətləri idarə edən dəccallara; “İslamı yer üzündən silməlisən, Mehdiliyindən şübhələndiyin hər kəsin üstünə yüyürməlisən, qan tökməlisən” kimi təlimatlar verərək bu dəhşət mühitini hazırlayır.

Hz. Musa (ə.s) dövründə, Firon da şeytandan aldığı bənzər bir əmri yerinə yetirmişdir. O dövrdə, “müəyyən müddətdə doğan uşaqlardan birinin dövrün Mehdisi olacağı” ehtimalından bəhs edildiyi üçün, Firon Misirdəki bütün oğlan uşaqlarının öldürülməsi əmrini vermiş və hamısını şəhid etmişdir.

Şeytanın, bütün bu istiqamətləndirmələriylə qarşısına məqsəd qoyduğu şey isə, öz aləmində bütün insanların da özü kimi olduğunu göstərməkdir. Hədəfi, “insanlar haqqındakı diaqnozunun” Allahın sözündən daha doğru olduğunu sübut etməyi bacara bilməkdir (Allahı tənzih edirik). Lakin, əlbəttə ki, Allahın Quranda da bildirdiyi kimi, şeytan bu sözündə haqsız çıxacaq və səmimi müsəlmanlara təsir göstərə bilməyəcək.

Şeytan, cinayət işləmək və hər cür azğınlıqdan asılı, ağılsız, ədabaz, asi, mübahisəçi və manyak ruhlu məxluqdur. Fironlar, nəmrudlar və dəccallar da onun əmrləri istiqamətində hərəkət etdikləri üçün, “onlar da şeytanla eyni anormal xarakteri” göstərirlər. Dolayısilə bütün dəccallarda, eynilə şeytan kimi, “şizofreniyalı ruha malikdirlər”.

Dəccal və digər dərin dövlət mənsubları, qaranlıq işlərini icra etdikləri mərkəzlərində, şeytandan aldıqları təlimatlar istiqamətində “harada cinayət işlənəcək, harada müharibə törədiləcək, hansı ölkə yox ediləcək”, bütün bunların hər birini ayrı-ayrılıqda planlaşdırıb həyata keçirməyə başlayarlar.

Dünya dərin dövlətlərinin, şeytandan aldıqları təlimatları tətbiq etmək planlarını qurduqları bu yığıncaqlarda hz. Xızır (ə.s) da gizlicə iştirak edər. Hz. Xızır (ə.s) bu şeytani təşkilata qarşı hz. Mehdi (ə.s)-ın tərəfində çıxış edər. Mehdiyyətə dəstək təmin edəcək məlumatları toplamaq məqsədiylə bu yığıncaqlarda iştirak edər və hz. Mehdi (ə.s)-a kömək edər.

Dünya səviyyəsində insanları həlaka sürüyən, aralarını vuran, müharibə və qarşıdurmaları qızışdıran marksizm, faşizm kimi bütün dinsiz ideologiyaların ortaya atılması kimi fəaliyyətlər də, yenə həmişə şeytanın rəhbərliyi altındakı bu inkarçı heyətlə həyata keçirilər. Bunun nəticəsində də dünya səviyyəsində böyük fəlakətlər, qorxunc qırğınlar təşkil edilər, sel kimi insan qanı axıdılar. Məhz bütün bunlar, bu şeytani təşkilatın hiyləgər planlarının nəticəsidir.

Dərin dünya dövlətlərinin başındakı dəccallar, tarixin hər dövründə eyni planı tətbiq etməyə çalışarlar. Bu isə, bütün bunların tək bir mərkəzdən idarə edildiyini açıqca göstərər. Tarixdəki bütün dərin dövlətlər, blok olaraq həmişə şeytanın əmrindədir. Şeytan tək bir mərkəzdən hamısını, eyni məqsəd istiqamətində kütləvi şəkildə istiqamətləndirər. Tarixin başlanğıcından bəri tətbiq olunan eyni plan, bu gün də hələ eyni mərkəzdən idarə olunur. Müsəlman aləmini və xüsusən də hz. Mehdi (ə.s)-ın zühur yeri olan Türkiyəni bölüb parçalamağı və dünyaya hakim olmağı qarşısına məqsəd qoyan bu planı tətbiq edən də yenə “şeytan”dır.

Necə ki, əleyhinə qurulan bütün bu planlar və təşkil edilən fəaliyyətlər, ən sonunda hz. Mehdi (ə.s)-ın zühur etməsinə vəsilə olar. Çünki şeytan şeytanlığını etdiyi zaman, (istəsə də, istəməsə də) hz. Mehdi (ə.s)-a xidmət etmiş olar. Dərin dövlətlər də (istəsələr də, istəməsələr də), əleyhinə etdikləri hər hərəkətə baxmayaraq, hz. Mehdi (ə.s)-a xidmət etmiş olarlar.

Allah hz. Mehdi (ə.s)-ı, dünyadakı zülmü, əzab və çətinlikləri aradan qaldıracaq bir “xilaskar” olaraq vəzifələndirmişdir. Dolayısilə dəccaliyyətin səbəb olduğu bu dinsizlik, inkar və zülm mühiti, hz. Mehdi (ə.s)-ın gəlişini sürətləndirir. Dəccaliyyətin fəaliyyətləri, hz. Mehdi (ə.s)-ın zühuruna vəsilə olacaq və hz. Mehdi (ə.s), dəccaliyyətin törətdiyi təxribatı kökündən təmizləyərək bütün dünyada səmimi imanı, gözəl əxlaqı, hüzur və xoşbəxtliyi hakim edəcək. Həmçinin yaşanacaq bu gözəl nəticə, “bütün gücün Allaha məxsus olduğunu; şeytanın və çirkli təşkilatının nə vaxtsa dağılıb yox olmağa məhkum olduğunu” bütün insanların anlamasına səbəb olacaq.

 

4 / total 24
"Harun Yəhyanın Münafiqin Dərin Qaranlığı kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.org adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com