< <
5 / total: 24

Şeytan ilə Münafiqin Dostluğu

Münafiqin lideri şeytandır

Münafiq xarakterində, ən məharətli və ən təcrübəli olan varlıq, şübhəsiz ki, “şeytan”dır. Şeytan cənnətdən qovulduğu gündən bəri, bu əxlaqsızlığından imtina etməmişdir. Qiyamətə qədər də münafiqliyə, səmimiyyətsizliyə, yalana, ikiüzlülüyə və saxtakarlığa davam edəcəyinə dair and içmişdir. Dolayısilə “münafiqin yol göstəricisi” də, “münafiqliyin sirlərini ən yaxşı bilən” varlıq olan “şeytan”dır. Allah, Quranda “münafiqin şeytanla olan əməkdaşlığına” diqqət çəkmiş və münafiqlərin, şeytanlarına; “biz sizinlə birlikdəyik”, “iman gətirənlərə yalnız istehza edirik” dediklərini xatırlatmışdır:

İman gətirənlərlə qarşılaşdıqları zaman: “İman gətirdik!” deyərlər. Şeytanlarıyla təkbətək qalanda isə, belə deyərlər: “Şübhəsiz ki, sizinlə birlikdəyik. Biz (onlara) yalnız istehza edirik”. (Bəqərə surəsi, 14)

Münafiqlər müsəlmanların yanında olarkən onlara; “Allahı və müsəlmanları çox sevdiklərini; hər cür pislikdən, küfrdən və inkarçıların zalım, qəddar əxlaqından nifrət etdiklərini” söyləyərlər. Lakin şeytanla və şeytanın küfr əhli arasındakı dostları olan insanlarla qarşılaşdıqları zamanda, dərhal onların gözünə girməyə və onlara yaranmağa çalışan küfr xarakterli üslubdan istifadə edərlər. Allah bir Quran ayəsində, münafiqlərin özlərinə “Allahı deyil, şeytanı vəli tutduqlarını” belə xəbər vermişdir:

Allah Öz bəndələrinin bir qismini doğru yola yönəltdi, digərlərinə isə haqq yoldan azmaq layiq görüldü. Çünki onlar Allahı qoyub şeytanları özlərinə vəli tutdular və onlar güman edirlər ki, onlar doğru yoldadırlar. (Əraf surəsi, 30)

Dolayısilə “münafiqlərin lideri, yol göstəricisi, vəlisi, kömək tələb etdikləri, güvənib sığındıqları, güclü olduğuna inandıqları və ağlına tam itaət etdikləri varlıq şeytandır”.

Digər bir ayədə isə Allah; “Kim Mərhəmətli Allahın zikrindən üz döndərsə, Biz şeytanı ona calayarıq və o da ona yoldaş olar.” (Zuxruf surəsi, 36) sözləriylə, münafiqlərin “şeytanın yaxın dostları” olduğunu bildirmişdir. Allahdan, Qurandan, müsəlmanlardan üz döndərən, Allahın haqq sözünü rədd edən (Allahı tənzih edirik) münafiqlər, şeytanla ayrılmaz bütün halına gəlmişlər. Şeytanın, münafiqin üzərini qabıq kimi bürüməsiylə; şeytanın hər cür küfr fəlsəfəsi, hiyləgər əxlaqı və üsulları münafiqin də canına işləyər. Bundan sonra münafiq, (tövbə etmədiyi müddətcə), bu yaxın dostundan bir an belə ayrılmaz və tamamilə onun istiqamətləndirməsinə təslim olar. Şeytanla bir bütün olaraq hərəkət edən “münafiqlərin bu şeytani ittifaqları və möhkəm dostluqları” yenə başqa bir ayədə belə xəbər verilir:

...Biz, şeytanları iman gətirməyənlərin dostları etdik. (Əraf surəsi, 27)

Quranda verilən bütün bu məlumatlar, “münafiqin həqiqi liderinin şeytan olduğunu” və “şeytanın bütün alçaqca üsullarının, münafiq xarakterində də hakim olduğunu” göstərir. Münafiq, şeytanın özünə göstərdiyi yolu izləyər və o da onun kimi, özüylə birlikdə bütün insanları azğınlığa sürükləyə bilməyin çirkli mübarizəsini aparar.

Buna görə də, şeytanın addımlarını izləyən münafiq xarakterli bir insan, hər fürsətdə oyunlarına və ikiüzlülüyünə davam edər. Necə ki, şeytan səmimiyyətsizlik etməkdən, yalan danışmaqdan, oyun oynamaqdan bezməzsə; münafiq də şeytanın ilhamıyla hərəkət etdiyi üçün, eyni şəkildə bezmədən, usanmadan hiyləgərliyinə, alçaqlığına və ikiüzlülüyünə davam edər.

Münafiq, şeytanın insan formasıdır

Münafiqlər şeytanın insan formasıdır. Allah bir ayədə; “məhz onlar şeytanın firqəsidir...” (Mücadilə surəsi, 19) deyə bildirmişdir. Münafiqlər şeytanın, insandan əmələ gəlmiş firqəsidir. Ayənin davamında isə Allah, “diqqət yetirin; şübhəsiz ki, şeytanın firqəsi ziyana uğrayanlardır” deyə buyurmuşdur. Şeytan da firqəsi olan münafiqlər də sonunda mütləq ziyana uğrayacaqlar.

Digər bir ayədə isə; “sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından soxulacağam. Onların əksəriyyətini şükür edən görməyəcəksən” (Əraf surəsi, 17) sözləriylə, şeytanın azdırmaq istəyəcəyi insanlara necə yaxınlaşacağı bildirilmişdir. Görünməz bir varlıq olan şeytan, (maddə olaraq) insanlara önlərindən və arxalarından, sağlarından və sollarından yaxınlaşabilməz. Bu hiyləgərliyi onun üçün, şeytanın “insan formasındakı təcəlliləri olan münafiqlər” yerinə yetirirlər. İnsan görünüşünə bürünmüş şeytanlar olaraq, insanları doğru yoldan, İslama tabe olmaqdan, Quran əxlaqını yaşamaqdan, müsəlmanlarla birlikdə olmaqdan uzaq tutmağa çalışarlar.

madde, new scientist

Adnan Oktar: “Yaxşılarla pislərin mübarizəsində şeytan görünməz qüvvədir. Bunun üçün şeytanla mübarizə aparmaq o qədər asan deyil. İman əhli olduqca diqqətli olmalıdır. Münafiq şeytandan daha da şiddətlidir. Çünki insan görünüşündədir. Şeytan təkcə pıçıldayar, o danışar, yəni açıq-aşkar danışar. Hər yerdə danışar. Həmçinin şeytanlığını gecə-gündüz etməyə cəhd edər. Buqələmun kimidir münafiq. Hər yerin formasını alar. Hər mühitin formasını alar. Hara getsə ora uyğunlaşar. Dərin dövlətlərlə əlaqə yaratdısa onların adamı olar, müsəlmanların arasına gəldisə müsəlman kimi görünər. Başqa bir növü görsə onların formasını alar, hər formanı ala bilər”. (Adnan Oktar, A9 TV, 1 iyun 2016)

Adnan Oktar: “Mücadilə surəsi, 19-da Allah; “şeytan onları hər tərəfdən əhatə etmişdir” deyə buyurur. Şeytan münafiqin hər yerinə, bütün bədəninə nüfuz etmişdir. Bədənini, elektromaqnit dalğa kimi bürüyür; qollarına, ayaqlarına, beyninə, hər yerinə hakim olur şeytan. Ayənin davamında da Allah; “...beləliklə onlara Allahın zikrini unutdurmuşdur” deyə bildirir (A9 TV, 22 yanvar 2016)

Münafiq, şeytanın “insan cildinə” və “müsəlman örtüyünə” bürünmüş xidmətçisidir

Qövsül-əzəm, Şeyx Əbdülqadir Gilani həzrətləri bir sözündə münafiqləri müsəlmanlara belə tanıtmışdır:

Münafiqlər, şeytanın insan cildinə və müsəlman örtüyünə bürünmüş xidmətçisidir. Bunlar yalnız, Quran bəsirətiylə, iman fərasətiylə və peyğəmbərlik dürbünüyle görülüb bəlli olar. Əsil mərifət, mömini və ya kafiri deyil, münafiqi tanımaq və xalqdan bir çox itaətkarı və hamisi olan bu müzirmərəzliləri (zərərli xəstələri) cəmiyyətə tanıdıb onları xəbərdar etməkdir. (Fethür-Rabbani vel Feyzül-Rahmani- 61-ci Məclis söhbəti)

Əbdülqadir Gilani həzrətləri bu sözüylə, münafiqin həm “insan görünüşündə bir şeytan”, həm də “şeytanın, müsəlman təqlidi edən bir xidmətçisi” olduğunu bildirmişdir. Münafiq məhz bu hiyləgər üsuluyla şeytanın əldə etmək istədiyi hər yeri asanlıqla əldə edə bilir və şeytanın orada danışaraq etmək istədiyi hər şeyi, onun üçün edir. Çünki münafiq, bu mənada apardığı hiyləgər mübarizədə şeytandan daha üstündür. Şeytan, insanların yalnız beyinlərinə təsir edə bilər. Münafiqin isə fiziki müdaxilə etmək imkanı da var. Şeytan kimi insanların yalnız zehinlərinə pıçıldayaraq deyil, birbaşa rəftar və danışıqları ilə, aktiv olaraq da onlara təsir etməyə çalışar.

Məhz bu istiqamətiylə münafiq “zəhərli varlıq”dır. Lakin münafiqin “müsəlman cildinə bürünərək” hiyləgərcəsinə özünü gizlətməsi daha böyük təhlükədir. İnkarçılarında bir çox xüsusiyyəti münafiqə bənzəyər, lakin onlar açıqca iman gətirmədiklərini ifadə edərək əsil üzlərini üzə vurarlar. Münafiqi anlayıb müəyyənləşdirmək isə çətindir. Çünki münafiq çox hiyləgər, ikiüzlü və saxtakar varlıqdır. Xüsusi olaraq yaradılmış, şeytani və xəbis məxluqdur. Onu anlaya bilmək üçün, Əbdülqadir Gilani həzrətlərinin də ifadə etdiyi kimi, “peyğəmbərlik durbini, Quran bəsirəti və iman fərasəti” lazımdır. Yəni münafiqin alçaq xarakterini, ancaq səmimi iman gətirən, ağıl, fərasət, bəsirət sahibi müsəlmanlar müəyyənləşdirə bilərlər.

Adnan Oktar: “Müsəlmanların ən çox qarşılaşdıqları şey münafiqlərdir. Kafirlər, küfr əhli, o qədər təsirli deyil, yəni çox zəifdir kafirin təsiri. Çünki kənarda olduğu üçün kafir o qədər təsirli olmaz. Bir də kafir daha açıq vuruşar, daha dürüst. Münafiq çox hiyləgərdir. Müsəlmanların içində olduğu üçün onunku çox çətindir. Sanki “ətdən sümükdən bir şeytan”dır. Müsəlmanlar bir iblislə iç-içə olmuş olur, ona görə çox çətindir. Orada çox yaxşı ağıl işlədilməlidir”. (Adnan Oktar, A9 TV, 23 yanvar 2016)

madde, new scientist

Adnan Oktar: “Münafiqlik çox yaxşı qavranması vacib olan bir mövzudur. İmtahanın mühüm istiqamətidir. Allah da uzun-uzadı bildirmişdir, “bunlar xüsusi olaraq yaradılmış, insanlar arasına yayılmış, səpələnmiş insan görünüşlü şeytanlardır”. Müsəlmanın bunlarla mübarizə aparması üçün, o, bu iblis dəstəsini yaxşı tanımalıdır. Tanısa çox asan nəticə əldə edər və İslam aləminin üstündəki bu bəla, bu yüklər, bu qarışıqlıq və qırğınlar hamısı aradan qalxar. Müsəlmanların qətlə yetirilməsi əmrini verənlər yenə müsəlmanlar olur. Həmçinin bunları edənlər münafiqlərdir. Bunların böyük əksəriyyəti münafiqdir, diaqnoz edilə bilmədiyi üçün belə olur. Bir çoxu münafiqdir və bunlar müsəlmanların arasındadır. Onsuz da danışıqlarından, üslublarından aydın olur. O zaman müsəlman belə məxluqlara hörmət bəsləməz. Müəyyənləşdirər və ibadət sevgisi içərisində onlara qarşı tədbir alar. Elmlə, fikirlə onları passivləşdirər. (A9 TV, 23 yanvar 2016)

Münafiq küfr əhli ilə gizlicə əlaqə yaradarkən bilavasitə şeytandan əmr alar

Münafiqlər İslamı yaşamaq məsələsində zəif və laqeyd rəftarlarıyla müsəlmanlar arasında diqqət çəkərlər. Allahın əmrlərini yerinə yetirmək, Quran əxlaqını yaşamaq və İslama xidmət etmək məsələsində çox şövqsüz və istəksizdirlər. Buna baxmayaraq, şeytanın təlqinlərini böyük şövqlə və dərhal yerinə yetirərlər. Şeytan öz dostlarıyla əlaqə yaratmalarını təlqin etdiyi zaman, heç dayanmadan dərhal inkarçılarla əlaqə yaradarlar. Allah bir Quran ayəsində münafiqlərin küfr əhli ilə birlikdə, müsəlmanların əleyhinə etdikləri gizli pıçıldaşmaların, qurduqları məkrli planların, həmişə “şeytan məhsulu olan”, yəni “şeytanın təlimatıyla baş verən” hadisələr olduğuna diqqət çəkmişdir:

Şübhəsiz ki, gizli yığıncaqlardakı pıçıldaşmalar, iman gətirənləri narahat etmək üçün təkcə şeytan (məhsulu olan işlər)dəndir. Halbuki Allah icazə vermədikcə o, onlara heç nə ilə zərər verə bilməz. O zaman möminlər yalnız Allaha təvəkkül etsinlər. (Mücadilə surəsi, 10)

Digər bir ayədə də şeytanın, cəhənnəmdə ona itaət edən münafiqlərə; “mənim sizin üstünüzdə heç bir məcburedici gücüm (hökmranlığım) yox idi, təkcə sizi dəvət etdim, siz də dəvətimi qəbul etdiniz” dediyi xəbər verilmişdir. Bu da yenə münafiqlərin, bilavasitə “şeytanın dəvəti ilə və təlimatlarıyla hərəkət etdiklərini” göstərir:

İş bitdikdə şeytan deyəcək: “Həqiqətən, Allah sizə həqiqi olan vadi vəd, mən də sizə vəd etdim, lakin sizə yalan söylədim. Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi, yalnız sizi çağırdım, siz də dəvətimi qəbul etdiniz. Elə isə məni qınamayın, siz özünüzü qınayın. Mən sizi qurtaracaq deyiləm, siz də məni qurtaracaq deyilsiniz. Doğrusu daha əvvəl məni şərik qoşmağınızı rədd etmişdim. Şübhəsiz ki, zalımlar üçün ağrılı bir əzab vardır.” (İbrahim surəsi, 22)

Münafiqlər, inkarçılarla bu yolla gizlicə əlaqə yaradaraq və öz aləmlərində müsəlmanlar əleyhinə əməkdaşlıq edərək, iman gətirənlərə zərər verə biləcəklərini zənn edərlər. Necə ki, Allahın hər şeyin üzərindəki gücündən və hakimiyyətindən xəbərsizdirlər. Allah yuxarıda qeyd olunan ayənin davamında, (Allahın diləməsi xaricində), “münafiqlərin müsəlmanlara qətiyyən zərər verə bilməyəcəklərini” (Mücadilə surəsi, 10) bildirmişdir.

madde, new scientist

Adnan Oktar: “Ənam surəsi, 121-ci ayə: “...Həqiqətən, şeytanlar”; münafiqlər, yəni iblis ordusu, “sizinlə mübarizə aparmaları üçün”; müsəlmanlarla mübarizə aparmaq, onları narahat etmək, onları hər hansı şəkildə əzaba və narahatlığa sürükləmək üçün, “öz dostlarına gizli təlqinlər edərlər”. Baxın gizli. Əsrimizdə necə olar gizli? İnternetlə olar, telefonla olar. Ən əsaslı bu şəkildə ola bilər”. (A9 TV, 26 yanvar 2016)

 

5 / total 24
"Harun Yəhyanın Münafiqin Dərin Qaranlığı kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.org adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com