< <
10 / total: 24

Münafiqin Kəşfiyyat və Casusluq Fəaliyyəti

Mühüm bir münafiq xüsusiyyəti: Hiss etdirməmək

Münafiqlər, şeytanın zəkasıyla hərəkət etdikləri üçün bir çox mövzuda dərrakəli şəkildə planlar qura bilər və məharətlə oyunlar oynaya bilərlər”. Şeytanın ilham etdiyi zəka oyunları ilə ətrafındakı “bir çox insanı istədikləri kimi istiqamətləndirə, razı sala və ya öz tərəfdarları halına gətirə bilərlər”. Özlərini, səmimiyyətsizliklərini, həqiqi məqsədlərini və oyunlarını hiyləgərcəsinə gizlədə bilərlər.

Tarix boyu münafiqlər şeytanın üsullarından istifadə edərək çox hiyləgərcə oyunlar oynamış, çox sayda qaranlıq iş görmüşlər. Hər birində də özləri, pərdə arxasında qalaraq hiyləgərcə gizlənmiş və hadisələri təşkil edib, idarə edən kəslər olaraq başqalarını ön plana çıxartmışlar. Bu, münafiqlərin çox tez istifadə etdikləri mühüm üsuludur: etdikləri hər bir hərəkət üçün, “günahı üstlərinə ata biləcəkləri” bəzilərini taparlar. Bu bəzən “xalq arasındakı adi bir insan”, bəzən “bir təşkilat”, bəzən də “dövlətlər və ya hökumətlər” belə ola bilər. Oynadıqları oyunun miqyası nə qədər böyükdürsə, günahlandıracaqları mərkəzlər də bir o qədər əhəmiyyət qazanar. Beləliklə insanlar, cəmiyyətlər və ya dövlətlər, bir hadisənin məsulu olaraq təqdim edilən başqa bir hədəfin arxasınca gedərkən, bu hiyləgər oyunu oynayanlar da, arxa planda rahat-rahat planlarını icra etməyə davam edərlər.

Məhz bu, münafiqlərin və onlardan hiyləgərcəsinə öz mənfəətləri istiqamətində istifadə edən mərkəzlərin əsas xüsusiyyətlərindən biridir: hiss etdirməmək və büruzə vermədən çirkli oyunlar oynamaq...

Lakin münafiqlər oyunlarının nə vaxtsa puç olacağından xəbərsizdirlər. Ağlasığmaz lovğalıq, düşüncəsizlik və yuxarıdan aşağı baxma ruhu içərisində, özlərinin hər kəsdən xeyli üstün ağıla sahib olduqları zənninə qapılarlar. Halbuki onları bu aldanışa sürükləyən təkcə şeytanın hiyləgər zəkasıdır. Lakin şeytan da, münafiq də Allahın ayələrdə bildirdiyi kimi, “səmimi iman” qarşısında mütləq məğlub olmağa məhkumdur. Allah Quranda; “ona bir tələ qurmaq istədilər, lakin Biz onları daha çox ziyana uğrayanlar etdik” (Ənbiya surəsi, 70) deyə bildirir.

Dolayısilə münafiqlər, özlərini gizlədərək bu hiyləgər oyunlarını səmimi müsəlmanlara oynamağa cəhd etdikləri vaxt, (nə qədər inandırıcı və qəti dəlillərlə ortaya çıxsalar da), Allah səmimiyyətsizliklərini müəyyən şəkildə iman gətirənlərə göstərər və onları məğlub edər. Allah inkarçılarla münafiqlərin gizli oyunlarla əldə etdikləri şeytani gücü mütləq təsirsiz hala gətirər və əsil təsirli olan gücü səmimi müsəlmanların tərəfinə verər. Quranda münafiqlərin qarşılaşacaqları bu mütləq məğlubiyyət belə bildirilmişdir:

Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya yurdundan qovmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır. (Ənfal surəsi, 30)

Münafiq, inkarçı dostlarıyla gizli və xüsusi bir dildən istifadə edərək razılaşar

Münafiqlər, inkarçılar və digər münafiqlərlə əlaqə qurarlarkən müsəlmanlar tərəfindən fərq edilmə ehtimalını nəzərə alaraq, “yalnız özlərinin anlayacaqları xüsusi bir dillə danışarlar”. İfşa olduqları təqdirdə, “açıqlayaraq yalanlaya biləcəklərini” düşündükləri bir danışıq tərzləri vardır. Müsəlmanlar əleyhinə açıqca bəyanatlar vermək əvəzinə, əldə etdikləri məlumatları “şifrəli dillə” qarşı tərəfə ötürərlər. Münafiqlər, inkarçılar və digər münafiqlərlə olan hər əlaqələrində, diqqətlə bu xüsusi dili işlədər və qətiyyən özlərini ələ verməməyə diqqət yetirərlər.

Münafiqlər küfr əhli ilə əlaqə yarada bilmək üçün olduqları müxtəlif mühitlərə uyğun, müxtəlif “xəbərləşmə və mesajlaşma üsulları” meydana gətirərlər. Əsasən də indiki vaxtda geniş şəkildə istifadə edilən sosial mediadakı ünsiyyət imkanları, münafiqlərin xəbərləşmələri və bir-birlərinə mesaj göndərmələri baxımından çox münasib mühitlərdir. Münafiq bu platformalarda, xüsusi bir dildən və hiyləgər üsullardan istifadə edərək küfrdəki dostlarına və ya münafiq tərəfdarlarına xəstə fikir və düşüncələrini çatdırar. Gələcəyə dair planları və ya istəkləri barədə onlara gizli mesajlar verər. Müsəlmanlardan əldə etdiyi məlumatları da, yenə bəzən bu cür gizli mənalar daşıyan şifrəli mesajlarla küfr əhlində əlaqə saxladıqları kəslərə yönəldər.

Təmiz və əlaqəsiz məntiqlə düşünən bir insanın heç vaxt ağlına gəlməyəcək yazılar, şeirlər, kitab adları, sitatlar, simvollar, şəkillər, videolar və ya bənzəri paylaşmalardan; münafiqlər və küfr əhli arasında dərin mənalar daşıyan mesajlar kimi istifadə edilə bilər. Məsələn, bir insanın internetdə yayımladığı bir “müşahidə qülləsinin tarixi portreti”, münafiqin məntiqini bilməyən biri tərəfindən olduqca “günahsız, hətta incəsənət paylaşması” kimi qiymətləndirilə bilər. Lakin münafiqin dilində bu, bu portreti çəkən sənətkarın ölkəsindəki dərin dövlət strukturlarının casusluq və kəşfiyyat fəaliyyətlərinə diqqət çəkə bilər. Yaxud “müəyyən məkanın, dənizin və ya gölün şəkilləri” öz aralarında xüsusi məna daşıyan mesajlar kimi işlədilə bilər. Adi görünən “tək bir söz” belə başqa insanların anlamayacağı; lakin münafiqlərin öz aralarında istifadə etdikləri “xüsusi bir şifrə” ola bilər. Eynilə münafiqin sosial media hesablarında izlədiyi, paylaşdıqlarını “twitter”-da “retweet” etdiyi, yaxud digər saytlarda “paylaşdığı” və ya “bəyən” variantını işarələdiyi kəslər, yaxud da paylaşdığı özünəməxsus bir şeydə “etiketlədiyi” insanlar və ya bir şey paylaşarkən yanına əlavə etdiyi, axtarıldığı zaman tapılmasını təmin edəcək “etiketlər” də, həmişə bu şəkildə gizli mesaj və ya müəyyən məna daşıya bilər.

Lakin münafiqlərin, küfr əhli və tərəfdarlarıyla dialoqlarında işlətdikləri bu “xüsusi və şifrəli dil” həmişə danışılaraq tətbiq edilməz. Münafiqlər bir-birləri ilə gizlincə razılaşıb mesajlaşmaq istədiklərində bəzən də, bu hiyləgər və gizli işarələşmə üsulundan “üzlərini şəkildən şəklə salmaqla” istifadə edərlər. Bir münafiq, fərqli mənalar daşıyan onlarla mimika hərəkətiylə qarşısında oturan digər münafiq xarakterli insana, ağzını heç tərpətmədən çox əhatəli mesajlar verə bilər. Öz aləmlərində müsəlmanların görmədiyini düşündükləri anlarda bir-birlərinə “qaş-göz hərəkəti” ilə nə düşündüklərini, nə etmək istədiklərini dərhal təsvir edə bilərlər. Məsələn, bir münafiq bir müsəlmanla danışarkən, onun üzünə baxıb dediyini qəbul edirmiş kimi görünsə də, dərhal arxasında dayanan tərəfdarına qaşlarını hiyləgərcə qaldıraraq, “əslində o deyiləni qəbul etmədiyi” mesajını verər. Yaxud müsəlmanlarla danışarkən mülayim üslubla “oldu, yaxşı” deyərkən, ağzını azacıq yana doğru əyərək qarşısındakı digər münafiqə lağlağı şəkildə gülümsəyər. Öz aləmində o müsəlmanın sözlərini əslində nəzərə almadığı mesajını vermiş olar.

Allah Quranda münafiqin bu səmimiyyətsiz və hiyləgər xarakterini müsəlmanlara çox təfərrüatlı şəkildə tanıtmışdır:

Doğrudan da, günah edənlər iman gətirənlərə gülürdülər, onların yanından keçdikdə bir-birinə qaş-göz edirdilər, öz ailələrinin yanına fərəhlə qayıdırdılar, möminləri gördükdə isə deyirdilər: “Həqiqətən, bunlar azmışlardır!”. (Mutaffifin surəsi, 29-32)

Münafiq digər tərəfdarlarıyla bu yolla işarələşərək mesajlaşmadan əvvəl, bəzi hiyləgər təsbitlər edər. Əvvəlcə olduğu mühitdə kimin sağlam xarakterli və dindar olduğunu, kimin isə daha zəif xarakterli və daha səthi imana sahib olduğunu məharətlə müəyyən edər. Özü də xəstə olduğu üçün, başqa kimin qəlbində xəstəlik olduğunu görər. Hiyləgərliyi, sədaqətsizliyi, qəddarlığı, cinayət işləmə soyuqqanlılığını, bir sözlə, münafiq əlamətlərini çox yaxşı bildiyi üçün, başqa bir münafiqi də dərhal tanıyar. Ardınca da bəhs edilən “gizli və şifrəli işarələşmə üsullarını” da bu şəxslərə qarşı tətbiq edər. Şeytanın gizlincə insanlara yaxınlaşması kimi, münafiq də gizlincə zəif imanlı, zəif xarakterli, zəif ağıllı kəslərə yanaşar. Əvvəlcə sınaq keçirər və ortaya sanki yem atar. Məsələn, müsəlmanların ən güvəndikləri kəslərdən birini hiyləgərcə ittiham edər. Əgər qarşısındakı insan buna reaksiya verməz və qarşı çıxmazsa, münafiq bu insanın yemi udduğunu düşünər. Sonra da torunu xeyli dolamağa başlayar və bu kəslərlə istədiyi mimikalarla, qaş-göz işarələriylə gizli və şifrəli şəkildə mesajlaşmağa başlayar.

Lakin bunu heç vaxt unutmamaq lazımdır ki, münafiq başdan məğlubiyyətə uğramış şəkildə yaradılmış varlıqdır. Nə qədər çalışsa da; nə qədər gizli və hiyləgər üsullar işlətsə də, münafiqin aqibəti mütləq ziyana düçar olmaq olacaq. Bəlkə küfr əhlindəki dostlarıyla və ya münafiq tərəfdarlarıyla bu şifrəli mesajlarıyla ittifaq yaradıb “bir neçə müvəqqəti mənfəət” əldə edəcək. Lakin qısa müddətdə əlindəki hər şey tükənib yox olacaq. Münafiq mütləq Allahın hüzuruna tək və tənha çıxacaq və etdiklərindən ötrü haqq-hesaba çəkiləcək. Həmçinin ölümündən əvvəl tövbə edib bu hiyləgər əxlaqından imtina etməyibsə, əbədi əzabla qarşılaşacaq.

Allah Hüməzə surəsinin ilk ayəsində “arxasınca qeybət edən, qaş-göz hərəkətləri ilə lağ edən hər insanın vay halına” sözləriylə, bu şeytani işarələşmənin çirkinliyini, bu kəslərin dünyada və axirətdə düşəcəkləri alçaq mövqeyə diqqət çəkmişdir.

Adnan Oktar: “Münafiqlərin qaşı, gözü, ağzı, burnu, hər yerləri oynayar. Çox hiyləgərdirlər”. Həqiqətən, “cinayət və günah işləyənlər,” kimi iman edənlərə gülüb keçərlərdi(Mutaffifin surəsi, 29) Tülkü kimi lağ edirlər.” Yanlarına vardıqları zaman , bir-birinə qaş-göz edirdilər” (Mutaffifin surəsi, 30).

Yəni işarə ilə danışırlar; məsələn, rumiliyin işarələrindən istifadə edir və ya şəkil simvollarıyla razılaşırlar. Məsələn, “açıq qapı”, “oradan qaç” mənasını verir. “Açıq qapı”, “müsəlmanlıqdan çıx” mənasına gəlir. Münafiqlər olaraq öz aralarında elə xəbərləşmə dilləri var”. (A9 TV, 1 iyun 2016)

madde, new scientist

Adnan Oktar: “Münafiq yazılarında, danışıqlarında həmişə gizli mesajlar verər. Münafiqin dili çox gizlidir. Münafiq, məsələn, qaş-göz hərəkətləri ilə də danışar. Bir cəmiyyətdə bir qaş hərəkəti və ya bir göz hərəkəti edər; əgər qarşısındakı da münafiqdirsə onun mesajını alar.

Quranda bildirilir, “qaş-göz işarələriylə, müxtəlif mimikalarla razılaşırlar”. Məhz bu onların gizli və şifrəli danışıqlarının əlamətidir. Danışıqları çox gizli və hiyləgər olar. O danışığından onun bütün pis əxlaqı, kini və nifrəti aydın olar. Məsələn, Peyğəmbərə düşməndir, müsəlmanların sevdiyi insanlara düşməndir. Ağzından sanki lağım axar. Çox kin doludur, nifrət doludur. Dərhal buradan anlayarsan.

Münafiqlərin küfr əhli ilə saatlarla davam edən, çox uzun və gizli, səhifələrlə yazışmaları olar. Baxın, öz aralarındakı bu gizli yazışmalarında tək sözdə belə Allahdan bəhs etməzlər. Millət yatarkən onlar saatlarla yazışarlar. Tənha yerlərdə, səssiz yerlərdə belə yarasa kimidirlər, qaranlıqlar içində uçan yarasa kimi. Kimə nə vaxt yapışacağı da bəlli olmaz münafiqlərin”. (A9 TV, 24 yanvar 2016)

Münafiqin küfr əhli ilə olan pis ittifaqı: Agentlik və casusluq

Münafiqlər, inkarçılara heyranlıq duyduqları və onlar arasında yer tutmağa çalışdıqları üçün, onların dostluğunu qazana bilmək naminə lazım olan hər şeyi etməyə hazırdırlar. Məhz gözlərində böyütdükləri bu insanların etimadlarını qazanıb onların dünyalarında yaxşı bir yerə gələ bilmək üçün müraciət etdikləri ən çirkli üsullardan biri də, “müsəlmanlar əleyhinə agentlik və casusluq fəaliyyətləri” göstərmələridir.

Tarix boyu müsəlman dövlətlər üzərində oynanılan oyunlarda, bəzi dövlətlərin dağılmasında, zəiflədilməsində və ya qarışıqlığa sürüklənməsində də yenə həmişə, bu cəmiyyətlər içərisində hiyləgərcə fəaliyyət göstərən münafiqlər rol oynamışdır. Özlərini müsəlmanların cərgəsindəymiş kimi tanıdan bu ikiüzlü insanlar, iman gətirənlər əleyhinə məhvedici hərəkətlər etmək istəyən inkarçılara hər cür dəstəyi veriblər.

Münafiqlər bütün bu kəşfiyyat fəaliyyətlərini sanki şeytani bir impulsla həyata keçiriblər. Ruhlarındakı dünya ehtirasını, küfr əhlinə olan heyranlıqlarını və insanların gözünə girə bilmə arzusunu görən şeytan, münafiqlərlə sanki dərin transa keçər. Həmçinin şeytanın ilhamı ilə münafiqlər, artıq küfr əhlinə məlumat daşımağı öz aləmlərində “müqəddəs vəzifə” kimi görməyə başlayarlar. Müsəlmanlardan gizlin və hiyləgərcə bir şeylər etməyin və bunun nəticəsində də gizli mənfəətlər əldə edə biləcəklərini ümid etməyin verdiyi həyəcan, münafiqin ruhunda şeytani həzz meydana gətirər.

Quranda; “onlar tərəddüd edir, nə bunlara, nə də onlara tərəf olurlar...” (Nisa surəsi, 143) ayəsiylə bildirildiyi kimi, münafiqlər nə inkarçıların, nə də müsəlmanların tərəfini tutan rəftar göstərərlər. İman gətirənlərlə birlikdə olmalarına baxmayaraq, küfr əhlinə qarşı daha dərin heyranlıq duyarlar. Buna görə də mümkün olan hər imkanda, onlarla olan yaxınlıqlarını artırmağa və əlaqələrini daha da gücləndirməyə çalışarlar.

Dolayısilə münafiqlərin bu baxış prizmalarını bilən inkarçıların, qəlbləri imanla küfr arasında gedib gələn bu kəslərə yanaşmaları və onları istədikləri kimi yönləndirmələri xeyli asan olar. Küfr əhlinə heyranlıq duyan münafiqlər, cəmiyyətdə (öz cahil meyarlarına görə) göstərişli yerlərə gələ bilmiş kəslərlə, az da olsa yaxınlıq yarada bilmək üçün nə lazımdırsa etməyə hazırdırlar. Dünya səviyyəsində tanınan bir qəzetin bir köşə yazarı, məşhur bir televiziya kanalında proqram prodüseri, adı eşidilmiş bir siyasi analitik, qabaqcıl bir beyin mərkəzinin rəhbəri və ya mühüm bir vəqfin qurucusu mövqeyindəki insanlarla yalnız tanış ola bilmək və ya onlara öz adlarını eşitdirə bilmək ehtimalı belə, münafiq xarakterli insanlarda böyük həyəcan yaradar. Onlarla yalnız bir neçə kəlmə belə olsa danışa bilmək və diqqətlərini çəkib rəğbətlərini qazana bilmək üçün, özlərini əhəmiyyətli, qabiliyyətli və söz sahibi biriymiş kimi tanıtmağa çalışarlar. Gələcəkdə bir gün bu insanların sahib olduğu məqam, mövqe və etimad kimi imkanlardan, bir ehtimal belə olsa istifadə edə bilmə ümidi içərisindədirlər. Bəlkə bir gün onların da tanınmış bir jurnal və ya qəzetdə köşə yazısı çıxa biləcək, bəlkə tanınmış və xarici bir televiziya kanalında qısa müddətə də olsa görünüb bir neçə söz deyə bilmə imkanı qazana biləcəklər. Belə fürsətlərdən istifadə edə bilmək, münafiqlər üçün dünyadakı hər şeyə bədəldir.

Məhz münafiq xarakterli insanlardakı bu zəifliyi çox yaxşı bilən inkarçı mərkəzlər də, “içlərində amansız əcnəbi heyranlığı bəsləyən, yüksəlmə hərisliyi və şöhrət hərisliyi içində olan bu insanları tək-tək müəyyən edərlər”. Zəifliklərindən ən yaxşı şəkildə istifadə edib onlara “ən diqqətçəkən təkliflərlə” yaxınlaşarlar. Əldə etdikləri kiçik mənfəətlərlə çox inandırıcı bir zəmin yaradar və nəticədə də onları özlərinə ən yaxşı şəkildə xidmət edəcək, istədikləri hər şeyi edə biləcək hala gətirərlər. Qısa müddət ərzində bu insanlar, birlikdə olduqları müsəlmanlara, ən yaxın yoldaşlarına, ailələrinə və hətta öz millətlərinə, dövlətlərinə belə, ən xain şəkildə xəyanət edə biləcək; ən düşməncə üslublarla danışıb yazılar yaza biləcək bir həddə gəlirlər.

Məhz müsəlman cəmiyyətləri dağıdıb zərərsizləşdirməyi qarşısına məqsəd qoyan şeytani qüvvələr üçün, küfr əhlinə böyük heyranlıq duyan münafiq xarakterli bu insanlar əldə olunmaz fürsətdir. Onların bu zəifliklərindən istifadə edərək, onları “bir oyuncaq kimi necə yönləndirəcəklərini”, “hansı vədlərlə onları asanlıqla razı sala biləcəklərini” çox yaxşı bilirlər. Bir neçə kiçik mənfəət qarşılığında, onlara istədikləri hər şeyi etdirə biləcəklərini və özlərindən asılı hala gətirə biləcəklərini fərqindədirlər.

Burada bu açıq həqiqəti çox açıq şəkildə dərk etmək lazımdır ki; inkarçılarla münafiqlər arasındakı alver tələbi və mənfəət gözləntiləri tamamilə qarşılıqlıdır. Hər iki tərəfin də ən çox istədiyi şey, digərindədir. Məhz bu vəziyyəti gördükləri andan etibarən də, çirkli və hiyləgər bir ittifaqın ilk addımlarını atmağa başlayarlar.

Dünya səviyyəsindəki bütün dərin və şeytani təşkilatlar, agentlik fəaliyyətlərində münafiqlərdən istifadə edərlər

Münafiqlərin “göstərişə, mövqeyə, etimada olan heyranlıqlarını və bir yerlərə gələ bilmək məsələsindəki dəlisov hərsiliklərini” bilən dərin şeytani strukturlar, onlara bu istədiklərini vermək üçün dərhal hərəkətə keçərlər. Bu mərhələdə ya özlərini əhəmiyyətli və həlledici mövqelərdə vəzifə yerinə yetirən, geniş ətraf və səlahiyyət sahibi kəslər kimi tanıdar, ya da hal-hazırda onsuz da bu mövqedə olan kəslərdən, bir oyuncaq kimi istifadə edərlər. İkinci mərhələdə isə, bəzən sosial media yolu ilə, bəzən bir tanış vasitəsilə, bəzən də birbaşa yoldaşlıq quraraq münafiq xarakterli insanların diqqətini çəkməyə çalışarlar. Məhz bu məqamda hər iki tərəfin də axtarıb da tapa bilmədiyi fürsət artıq qarşılarına çıxmışdır.

Münafiq xəyal etdiyi pillələri çıxmasına köməkçi olacağına inandığı bu insanların hər cür istək və gözləntilərinə böyük şövqlə cavab verər. Bunun nəticəsində də, dərin dövlətin agentləri qısa müddətdə münafiqlərin tez-tez yazışdıqları, uzun-uzadı söhbət etdikləri, hər mövzuda köməkləşdikləri yaxın dostlarına dönərlər. Həmçinin bu yaxın söhbətlərin hər birində, özləri kimi bir agent olaraq istifadə etmək istədikləri bu münafiq xarakterli insanlara daha da çox etimad verməyə çalışarlar. Onları “nə qədər çox sevdiklərinə, dəyər verdiklərinə, həyatları boyu hər çətinliklərində, hər ehtiyaclarında onlara əllərindən gələnin ən artığı ilə kömək edəcəklərinə, heç vaxt tək qoymayacaqlarına, maddi-mənəvi hər mövzuda dəstəkləyəcəklərinə” inandırarlar. Belə bir dostluğa inanmaları üçün də, hərdənbir onlara mühüm mənfəətlər təmin edər, onları nə qədər yaxşı qoruduqlarını sübut etməyə çalışarlar. “Sən hər kəsdən daha fərqli, daha qabiliyyətli bir insansan; sənin insanlar üzərində çox fərqli təsirin var; üslubun, izahatın, yazıların çox təsiredicidir” kimi bəzəkli sözlərlə, onlara “özlərini xüsusi hiss etdirəcək” komplimentlər deyərlər. “Onlardakı bu üstün xüsusiyyətləri ən yaxşı özlərinin gördüyünü, başqalarının isə bu xüsusi qabiliyyəti görüb təqdir edə bilmədiklərini” söyləyirlər. Dolayısilə onlara layiq olduqları dəyəri verə biləcək yeganə insanların özləri olduğunu eyham edərək, münafiq xarakterli kəsləri özlərinə bağlamağı bacararlar.

Münafiq xarakterli insanlar isə, özlərinə göstərilən bu diqqətdən xeyli məmnundurlar. Həqiqətən güclü dostlar qazandıqlarını düşünərək onlara daha da çox yanaşarlar.

Özlərini bəzən “mühüm yazıçı”, bəzən “tanınmış həkim”, bəzən də “mühüm siyasi məsləhətçi” və ya “dünyanın ən böyük təşkilatlarının qabaqcıl adlarından biri” kimi tanıdan bu kəslər, əslində bəzi “dərin strukturların ən qabaqcıl agentləri”dir. Məqsədləri istiqamətində yönləndirməyi hədəf aldıqları bu insanlar vasitəsilə, eyni zamanda da “işlərinə yarayacağını düşündükləri hər cür məlumat və sənədə çata bilməyi” planlaşdırırlar. Bu, bəzən adi “şəxsi məlumat” ola biləcəyi kimi, bəzən də “bir dövləti yox etməyə, zəiflətməyə, xaosa sürükləməyə, etimadını zədələməyə və ya digər bir ölkə ilə anlaşmazlığa düşməsinə” səbəb olacaq “gizli dövlət sirləri” də ola bilər. Hədəflərinə nail ola bilmək üçün, oyuncaq olaraq seçdikləri münafiq xarakterli insanlara, “onları çox sevən, qoruyan, onlar üçün hər cür fədakarlığı etməyə hazır olan yaxın dost” kimi görünərlər. Məsələn, qarşılarındakı insan həkimdirsə, “mən səni çox sevirəm. Çox qiymətli, qabiliyyətli və peşəsində də gələcək vəd edən bir insansan. Buna görə də gəl səni həkimlərin başçısı edək” kimi sözlər söyləyərək ona mənfəətlərinə uyğun yeni imkanlar təmin edərlər. Sonra da, bu münafiqlər vasitəsilə, çatmaq istədikləri daha əhəmiyyətli kəslər və daha həlledici mərkəzlər haqqında məlumat əldə etmək axtarışına girərlər. Bu yolla münafiqlərdən istifadə edərək hiyləgərcəsinə əlaqə yaratdıqları bu insanların arxasından heç əl çəkməzlər.

Gün ərzində mümkün olan hər mərhələdə bu kəslərlə əlaqə halında olmağa cəhd edərlər. Uzaqdadırlarsa mesajlaşma və ya telefon danışıqları yolu ilə; yaxınlarındaysalar da həmişə birlikdə olmağa çalışaraq, mümkün olan hər məlumatı toplamağa çalışarlar. Yemək yeyərkən, dərs öyrənərkən, hətta yatarkən belə bəlkə ağzından bir söz buraxar, bəlkə bir açıq və ya işarə verər deyə yanlarından ayrılmazlar. Çünki onlara görə hər an əhəmiyyətli bir məlumatın gündəmə gəlməsi mümkündür. Bir insan nə qədər iradəsindən istifadə etsə də, dalğın olub bir açıq verə bilər. Çirkli əlaqələri və xaincə hədəfləri olan insanların istifadə edə biləcəyi, bağlı olduqları dərin strukturları maraqlandıran mühüm bir məlumat ağzından çıxa bilər. Buna görə də, “nə vaxt ağzından bir məlumat ala bilərəm?” düşüncəsiylə həmişə bu insanların başında gözləməyə başlayarlar. Beləliklə onlar da topladıqları bütün bu məlumatları, dərhal mənsubu olduqları dərin strukturlara bildirərək, inanclı insanlar, cəmiyyətlər və ya dövlətlər əleyhinə fəaliyyətləri üçün istifadə etmə imkanı taparlar.

Tarixdəki bütün mühüm şəxslərin yanına, dərin şeytani təşkilatlar üçün məlumat toplayan münafiq agentlər yerləşdirilib

Tarixi mənbələrdə, “kəşfiyyat təşkilatlarının münafiqlərdən istifadə edərək göstərdikləri casusluq fəaliyyətlərinə” dair çox müxtəlif nümunələr var. Çünki əgər bir yerdə haqq olan bir dava, müvəffəqiyyətli bir haqq din mübarizəsi vardırsa, bunun qarşısında şeytani bir strukturun olmaması da qeyri-mümkündür. Bu, Quranda bizə bildirilən Allahın bir qanunudur. Dolayısilə, haqqa qarşı batil düşüncələrini hakim etmək istəyən mərkəzlər olacaq, həmçinin, əlbəttə ki, bu qruplar, qalib gələ bilmək üçün əllərindən gələn hər cür hiyləgər və xaincə oyunu oynayacaqlar. Çünki haqq, küfrü fikrən əzər və məğlub edər. Dolayısilə küfr də refleks olaraq özünü müdafiə etməyə və buna mane olmağa çalışar. Bunun üçün də haqq yolda gedən iman gətirənlərin arasına mütləq “xəbərçilik edəcək kəşfiyyatçılar” yerləşdirmək istəyər. Allah müsəlmanlar arasında qalaraq, küfr əhlinə məlumat aparan münafiq xarakterli insanların küfr əhli ilə olan çirkli ittifaqına bir ayədə “...aranızda onlara “xəbər daşıyanlar” var...” (Tövbə surəsi, 47) sözləriylə diqqət çəkmişdir. Bu ayə, tarixin başlanğıcından indiyədək yaşayıb-ölmüş və gələcəkdə də yaşayacaq olan bütün müsəlman cəmiyyətləri üçün qüvvədədir.

Məsələn, Osmanlı imperiyası dövründə, hiyləgər və ikiüzlü münafiqlər kiçik bir məlumat belə əldə edə bilmək üçün, sultan Əbdülhəmidin yanından heç ayrılmadan gözləmişdilər. Həmçinin bu yolla bir çox məlumat toplamağı da bacarmışdılar. Bəziləri saray həkimi, bəziləri məsləhətçi, bəziləri də sultan Əbdülhəmidin guya ən yaxın dostları olaraq sarayda özlərinə həlledici mövqelərdə müəyyən yer tutmuşdular. Bu kəslər gecə yarısına qədər padşahın yanından ayrılmırdılar. O da, bəlkə də bu insanların etibarlı, sadiq və özünə bağlı kəslər olduğunu zənn edirdi. Halbuki onun yanında qalmaqdakı tək məqsədləri məlumat əldə etmək idi. Həmçinin əldə etdikləri bütün məlumatı, Osmanlı dövlətini parçalamağı hədəfləyən o dövrün İngiltərə Dərin Dövlətinə ötürdülər. Ardınca da məlum olduğu kimi sultan Əbdülhəmidi maddi-mənəvi gözdən saldılar və vəzifəsindən götürərək zərərsizləşdirdilər.

Münafiqlərin bu cür cəhdləri Osmanlı imperiyası dövründə başa keçən hər padşahla birlikdə davam etdi. Münafiqlər Fateh Sultan Mehmedin yanına da, sultan Süleymanın yanına da, həmçinin bütün şahzadələr və saray böyüklərinin yanına da, həmişə bu hiyləgər üsullarla yanaşdılar.

Münafiqlər, Peyğəmbərimiz (s.ə.v)-ə düşmən olan qruplar üçün də məlumat toplayırdılar

İslamın ilk təbliğ edildiyi illərdə münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in yanına da gəlirdilər. Ətrafına əyləşib “hər söylədiyini diqqətlə dinləyir və hər getdiyi yerə də özü ilə getmək istəyirdilər”. Səbəb olaraq da Peyğəmbərimiz (s.ə.v)-ə olan sevgilərini irəli sürürdülər. Halbuki mane ola bilmədikləri pozulmuş və nifrət dolu baxışlarından, lovğa, şərəfsiz, qürurlu və tərs üslublarından, çirkin əxlaqlarından, əslində belə bir sevgi bəsləmədikləri açıqca aydın olurdu. Quranda; “...səni az qala gözləri ilə devirəcəkdilər” (Qələm surəsi, 51) sözləriylə xəbər verildiyi kimi, içlərində Peyğəmbərimiz (s.ə.v)-ə qarşı böyük nifrət bəsləyirdilər. Lakin buna baxmayaraq, sırf məlumat əldə edə bilmək üçün, bu “dırnaqarası sevgi” bəhanəsindən istifadə edərək Peyğəmbərimiz (s.ə.v)-in olduğu hər mühitə girirdilər. Həmçinin sonra da əldə etdikləri hər cür məlumatı Məkkə müşriklərinə və Peyğəmbərimiz (s.ə.v)-ə qarşı olan qruplara ötürüb, qarşılığında mənfəət təmin etməyə çalışırdılar. Çünki o dövrdə Peyğəmbərimiz (s.ə.v)-i sevən çox insan olduğu kimi, xristianlardan da, musəvilərdən də, Peyğəmbərimiz (s.ə.v)-ə düşmən olan çox müxtəlif qruplar da var idi. Dolayısilə bütün bu kütlələr üçün Peyğəmbərimiz (s.ə.v)-in yanına yaxınlaşa bilmək və məlumat əldə edə bilmək çox mühüm məsələ idi.

Bu məqsədlə gecə yarısına qədər Peyğəmbərimiz (s.ə.v)-in yanından ayrılmırdılar. Oradan uzaqlaşmaq istədikdə isə, bunu yenə hiyləgərcə və heç kimə bildirmədən edirdilər. Peyğəmbərimiz (s.ə.v)-in söhbət mühitlərinə heç kimin görməyəcəyi şəkildə sanki “bir ilan kimi hiyləgərcə daxil olur və ayrılarkən də yenə eyni üsulla hiyləgərcə çıxırdılar”. Söhbət vaxtı da, mümkün qədər “başqalarını özlərinə sipər edərək”, izdihamın arxasına gizlənirdilər. Xüsusən də Peyğəmbərimiz (s.ə.v)-in özlərini görməyəcəyini düşündükləri şəkildə, ya arxasında, ya da onun görüş sahəsində olmayan yerlərdə oturmağı seçirdilər. Dolayısilə xüsusi diqqət yetirilmədiyi təqdirdə, “girdikləri də, çıxdıqları da, söhbət mühitində olduqları da anlaşılmaya bilirdi”. Çünki bu söhbət mühiti olduqca izdihamlı olduğu üçün, Peyğəmbərimiz (s.ə.v)-in də, oradakı səhabələrin də münafiq xarakterli bu insanların hər birini tək-tək izləməsi çətin olurdu.

Məhz bu üsullarla özlərinə hiss etdirmədən, sanki “ilan kimi süzülərək” tənha bir yerdən deyilənləri dinləyirdilər. Əldə etməyi ümid etdikləri məlumatı aldıqdan sonra da, yenə ilan kimi süzülərək birinin arxasına düşüb bildirmədən çıxıb gedirdilər. Beləliklə özlərini hiss etdirməyərək, bəlkə də özləri varkən danışılmayacağını düşündükləri daha “xüsusi və gizli mövzulardan” xəbərdar ola bilməyi ümid edirdilər. Allah Quranda münafiqlərin bu “hiyləgərcə süzülərək gizlin-gizlin girib çıxmalarını” müsəlmanlara; “Allah, sizdən digərinizi sipər edərək qaçanları həqiqətən bilir” sözləriylə xəbər vermiş və münafiqlərin bu “kəşfiyyatçı xarakterlərini” vurğulamışdır:

Elçinin çağırmasını, öz aranızda birinizin digərini çağırması kimi hesab etməyin. Allah, sizdən digərinizi sipər edərək qaçanları həqiqətən bilir. Beləliklə onun əmrinə qarşı çıxanlar başlarına bir fitnənin gəlməsindən və ya onlara ağrılı-acılı bir əzabın toxunmasından çəkinsinlər. (Nur surəsi, 63)

Adnan Oktar: “Münafiqlər buna çox diqqət yetirər, məsələn, gəlib: “Səni çox sevirəm, çox hörmət edirəm” deyər. Sonra gəlib ilan kimi danışılanları dinləməyə başlayar. Məqsədi orada danışılanları dinləməkdir.

madde, new scientist

Bu danışıqlarda onun əleyhinə bir şey çıxacaq mı? Xəbərçilik edəcəyi, məlumatlandıracağı bir şey var mı? Yaxud o dövrün dərin dövlətinə, o dövrün küfr strukturu kimdirsə, məsələn, Firon dövlətinə və ya Nəmrud dövlətinə bildirəcəyi bir məlumat var mı buna baxar. Buna görə də, münafiqlər müsəlmanlara yapışmış halda gəzərlər. Heç ayrılmaq istəməz münafiqlər; bir məlumat çıxacaq deyə.

Peyğəmbərimiz (s.ə.v)-in yanına “katib” kimi gəlir. Yapışmış kimi, gecə qalxır Peyğəmbərimiz (s.ə.v), o da qalxır. Peyğəmbərimiz (s.ə.v) yeməyini yeyir, o da oraya gəlir. Məqsədi məlumat toplamaqdır. Peyğəmbər (s.ə.v) bir şey danışdıqda bunu küfr əhlinə çatdırmaqdır. Şeytançılığa bax, Allahdan qorxmamağın dərəcəsinə bax. Vəhy gələn bir Peyğəmbər olduğunu görür; əli-üzü tərtəmiz, nur kimi, dünyanın ən alicənab insanını görür. Alçağa bax, murdar müşriklərə, o dövrün alçaqlarına, qatillərinə, namərdlərinə xəbər aparmaq üçün çəkdiyi əziyyətə bax sən. Nələrə dözür, yuxusuz qalır, lakin buna baxmayaraq, gecə qalxıb Peyğəmbər (s.ə.v)-in yanına gəlir. “Fədakarlıq etdim, onu çox sevdiyim üçün gəldim” deyir. Sevdiyin üçün gəlmirsən, oradan məlumat toplamaq üçün gəlirsən”. (A9 TV, 26 yanvar 2016)

Adnan Oktar: “Münafiqin hiyləgərcə daxilolma xüsusiyyəti var, tanınmış xüsusiyyətidir. Məsələn, bir məclisdə olarkən gəldiyindən, getdiyindən, yenidən gəldiyindən heç kimin xəbəri belə olmaz; ilan kimi hərəkət edər. Kəşfiyyatı güclüdür.

madde, new scientist

Məsələn, qapı ağzına gedib dinləyər. Hətta qapıdan girməz, pəncərədən girər. Ayədə də var, Allah deyir ki; “pəncərələrdən girməyin” (Bəqərə surəsi, 189), məhz münafiq məlumatı əldə etmək üçün edir bunu. Çünki qapıdan girsə Peyğəmbər (s.ə.v) onu görəcək. Buna görə diqqət yetirəcək. O nə edir? Peyğəmbər (s.ə.v)-in danışdıqlarını gizlincə eşidə bilmək üçün, Peyğəmbər (s.ə.v)-in heç ümid etmədiyi bir yerdən pəncərədən girir. O dövrdəki pəncərələr, ərəb pəncərələri bildiyiniz kimi ellips formasındadır. Bir insanın asanlıqla keçə biləcəyi kimidir. Bir də o dövrlərdə şüşəli çərçivə filan yoxdur. Yalnız örtük olur. Örtüyü açır, pəncərədən girir. Soruşanda da; “qapının qarşısı izdihamlı idi” deyir. “Bura kəsə yoldur dedilər. Mən bundan ötrü buradan gəldim” deyir. “Rəsulullah (s.ə.v)-ə yetişmək üçün, asanlıq olsun deyə buradan gəldim” deyir. Çox alçaqdır münafiq. Əsil dərdi özü ilə əlaqədar nə danışıldığını bilmək, küfr əhlinə də həmişə xəbər çatdırmaq və özünü ön plana gətirmək. Bir şey olduqda da müvəffəqiyyəti özünə aid etməkdir”. (A9 TV, 11 fevral 2016)

Peyğəmbərimiz (s.ə.v)-in vəhy katibi, küfr əhlinə məlumat daşıyırdı

Peyğəmbərimiz (s.ə.v) Allahın özünə vəhy etdiyi ayələri, oxuyub-yazmağı bilən səhabələr yolu ilə yazılı hala gətirtmiş və belə mühafizə edilməsini təmin etmişdir. Sayları 40-a yaxın olan bu kəslər “vəhy katibləri” adlandırılıb. Lakin hədislərdə, Peyğəmbərimiz (s.ə.v)-in yanına vəhy katibliyi etmək üçün yaxınlaşdığı halda, əsil məqsədi təkcə Peyğəmbərimiz (s.ə.v) əleyhinə məlumat toplamaq olan bir münafiqdən də bəhs edilmişdir:

Ənəs ibn Malik (r.ə): Bizdən, Nəccar oğullarından biri vardı. Bu şəxs, Bəqərə və Ali İmran surələrini oxumuş idi. Allah Rəsuluna da katiblik edirdi. Bir vaxt bu insan qaçıb getdi... Onlar özünü yüksək mövqelərə çıxartdılar və: “bu insan Məhəmmədə katiblik edirdi” deyərək özünü çox bəyəndilər. Aradan çox zaman keçmədən Allah onu həlak etdi...” (Sahih-i Müslim, Hədis no: 4987)

Nəccar oğullarından olduğu bildirilən bu münafiq, Quranın bəzi uzun surələrini də əzbər bilən, mədəni və bilikli biri idi. Peyğəmbərimiz (s.ə.v)-in yanında vəhy katibliyi edir və “Peyğəmbərimiz (s.ə.v)-i çox sevdiyini söyləyərək” gecə-gündüz yanından heç ayrılmırdı. Beləliklə, bütün müsəlmanlara da özünü, Peyğəmbərimiz (s.ə.v)-ə “çox sadiq, ona çox yaxın olan biri” kimi tanıdırdı. Əslində azğın münafiq olan bu şəxs, Peyğəmbərimiz (s.ə.v)-ə; “ey Rəsulullah (s.ə.v), sənə nə vaxt vəhy gələcəyini bilmirəm, ona görə də sənin yanından heç ayrılmaq istəmirəm” deyirdi. Belə ki, bəlkə də uzaqdan baxanlar, bu insanın Peyğəmbərimiz (s.ə.v)-ə “güclü sevgi və bağlılıq duyduğunu” düşünürdülər. Lakin bir an belə ayrılmadan Rəsulullah (s.ə.v)-in yanında olmağa çalışan bu vəhy katibinin məqsədi qətiyyən “sevgi deyil”, öz aləmində Peyğəmbər (s.ə.v) əleyhinə istifadə edə biləcəyi “məlumat əldə edə bilmək” idi.

Peyğəmbər (s.ə.v)-ə nə qədər yaxın ola bilsə, o qədər çox hadisəyə şahid olacağını və küfrdəki dostları üçün o qədər çox məlumat toplaya biləcəyini ümid edirdi (Peyğəmbərimiz (s.ə.v)-i tənzih edirik). Öz aləmində hz. Məhəmməd (s.ə.v)-in, “guya Peyğəmbər olmadığını sübut edəcək bir dəlil, insani bir xəta, bir səhvlik” axtarırdı.

Ancaq əlbəttə ki, Allah digər bütün münafiq tayfanın əlindən olduğu kimi, bu alçaq xarakterli insanı da müvəffəqiyyətli buyurmamışdır. Allah, bütün müsəlmanlar üçün bir rəhmət olaraq yaratdığı Peyğəmbərimiz (sav)-i bu hiyləgər insanların fitnələrindən qorumuşdur.

Bu insan, daha sonra Peyğəmbərimiz (s.ə.v)-in yanından qaçıb inkar edənlərin yanına sığındıqda, dövrün qabaqcılları, onu mövqe etibarilə çox əhəmiyyətli biri kimi gördülər və ona sahib çıxdılar. Peyğəmbərimiz (s.ə.v)-in yanında vəhy katibliyi etmiş olmasıyla küfrdə özü üçün “şeytani göstəriş və üstünlük” əldə etdi. Müsəlmanlar əleyhinə danışdığı; orada eşitdiklərini, gördüklərini söylədiyi üçün, həmçinin inkarçılardan “maddi-mənəvi qazanc da təmin etdi”. İnkarçı dostları ona hər cür dəstəyi və imkanı verdilər. Lakin dırnaqarası vəhy katibi olan bu münafiq, oynadığı şeytani oyunla küfr əhlindən yalnız çox qısa müddət faydalana bildi. Ölümlə birlikdə qazandığı bütün mənfəətlər əlindən getdi. Geriyə yalnız, etdiyi pisliklər ucbatından axirətdə yaşayacağı əbədi əzab qaldı.

Adnan Oktar: “Ənəs ibn Malik (r.ə); “bizdən Nəccar oğullarından biri vardı” deyir. “Bu şəxs Bəqərə və Ali İmran surələrini oxumuşdu”, yəni əzbər bilirdi.” “Allahın Rəsulu (s.ə.v)-ə də katiblik edirdi” deyir.

madde, new scientist

Çox mədəni, dedi-qodu edən biri. “Sonra bu insan qaçıb getdi”. Münafiq tutması tutur, qaçıb gedir. “Onlar (yəni küfr) özünü yüksək mövqelərə çıxartdılar”. “Hz. Məhəmməd (s.ə.v)-in yanında çalışmış, bir də casusluq etmiş bir insan, pislik etmiş bir insan, biz də buna vəfa göstərək, buna yaxşı məqamlar verək, dəyər verək” deyirlər. “Həmçinin bu insan Məhəmmədə katiblik edir” deyərək özünü çox bəyəndilər. Aradan uzun müddət keçmədən Allah onun boynunu həlak etdi”. deyir “Səhihi Müslim”də 4987-ci hədisdə. Sonra Allah bu münafiqi həlak edir”. (A9 TV, 25 may 2016)

Adnan Oktar: Münafiqin hədəfi həmişə elçilərin, peyğəmbərlərin yanıdır. Münafiqin ən çox çatmaq istədiyi yer oradır. Çünki ən çox hücumu edəcəyi yer oradır. Peyğəmbər (s.ə.v)-in və ya elçilərin fəaliyyətini dayandıra bilmək və şeytanlarına məlumat çatdıra bilmək üçün, mərkəz olan yer ora olduğu üçün, peyğəmbərlərin yanında olmağı çox mühüm məsələ hesab edər. Məsələn, Peyğəmbərimiz (s.ə.v)-in dövründə vəhy katibi olanlar var, həmişə yanında olurlar. “Ey Rəsulullah (s.ə.v), sənə vəhy gəlməyini mən izləmək istəyirəm” deyir. Sonra da; “indi vəhy gəldi, dərhal yazım” deyir. Halbuki Peyğəmbər (s.ə.v)-ə inanmır, (haşa) lağ edir. Çölə çıxdıqda; “mən onlarla lağ etmək üçün onun yanındayam, o bir dəlidir” deyir. “Dəli olub” deyir. “Vəhy də gəlmir, cinlər ona onu söyləyir” deyir, inanmır Rəsulullah (s.ə.v)-in peyğəmbərliyinə. Sırf alçaqlıq və əxlaqsızlıq etmək üçün yanına yaxınlaşmaq istəyir. (A9 TV, 28 fevral 2016)

Münafiq, məlumat toplamaq məqsədiylə müsəlmanları həmişə izləyib güdər

Münafiqin Müsəlmanlar arasında yaşadığı vaxtlar, onun yavaş-yavaş gələcəkdəki həyatının təməlini meydana gətirdiyi və küfr əhlinə fayda verdiyi dövrlərdir. Bu həyatının təməlini meydana gətirəcək şey isə, müsəlmanlar əleyhinə yürütdüyü fəaliyyətlər və küfr əhlinə daşıdığı məlumatdır. Küfr əhlinin gözünə girə bilməsi və onlardan əldə edəcəyi mənfəətlər, müsəlmanlar barəsində onlara çatdırdığı məlumatın çoxluğundan və əhəmiyyətindən asılıdır. Öz aləmində onlara nə qədər faydalı məlumatlar çatdıra bilsə, küfr əhlindən olan insanlar da onu, o qədər yaxın dostları tutacaqlar. Həmçinin onlar üçün nə qədər mehriban dost ola bilsə, onların küfr əhlində ona təqdim imkanlardan da bir o qədər yaxşı istifadə edə biləcək. Beləliklə küfr əhlində, özünə o ölçüdə mənfəət təmin edə biləcək, o qədər yaxşı etimad və ətraf əldə edə biləcək və bunun nəticəsində də öz aləmində istədiyi həyata bir o qədər yaxınlaşmış olacaq.

Məhz bu çirkli xəyallarına nail olmağın yolunun “müsəlmanlardan əldə edəcəyi məlumatlara nail olmaq olduğuna” inanan münafiq, gününün böyük hissəsini “müsəlmanları izləməklə” keçirdər. Allah Quranda münafiqlərin bu hiyləgər üsulunu; “onlar Sizə göz-qoyurlar...” (Nisa surəsi, 141) ayəsiylə xəbər vermişdir. Münafiq səhərdən-axşama qədər müsəlmanların arxasında gəzərək onların “nələr etdiklərini, nələrdən bəhs etdiklərini, kimlərlə nələr danışdıqlarını” öyrənməyə çalışar. Harada bir neçə insanın söhbət etdiyini görsə, dərhal bir bəhanə ilə ora gedib yanlarında dayanmağa çalışar. Birinin telefonda danışdığını eşitsə, dərhal ora yaxınlaşaraq başqa bir iş görürmüş kimi edib deyilənləri dinləməyə çalışar. Kompyuterində biriylə yazışan birini gördükdə, yenə orada işi varmış kimi edərək, tam kompyuterin ekranını görə biləcəyi şəkildə dayanıb yazılanları oxumağa çalışar. Hiss etdirmədən bir müsəlmanın telefonunu alıb, nömrələr siyahısındakı ad və telefon nömrələrinin surətini özünə götürər. Yaxud yalnız qısa bir şeyə baxacağını söyləyib bir müsəlmanın kompyuterini qısa müddət ərzində alıb, içində nələr olduğuna baxmağı qarşısına məqsəd qoyar. Münafiq axşama qədər bu yolla hiyləgərcə güdməyə davam edər. Sonra isə münafiq gizlincə küfr əhlindəki dostlarıyla əlaqə yaradar və (kiçik-böyük) gün ərzində şahid olduğu hər şey haqqında əldə etdiyi məlumatları onlara çatdırar.

Müsəlmanlar onsuz da həyatları, əxlaqları, etdikləri xeyirli fəaliyyətləri ilə şəffaf həyat yaşayan, cəmiyyətdəki hər kəsin yaxşılığını düşünən təmiz insanlardır. Dolayısilə gizlətdikləri heç nə yoxdur. Bütün həyatları, məqsədləri, səyləri onsuz da ortadadır. Buna görə də, münafiqin əldə etdiyi məlumatlar, münafiq nə qədər istəsə də, müsəlmanların əleyhinə bir nəticə gətirməz.

Lakin münafiq şeytani hərəkət edə bilmiş olmağın verdiyi özünə inam və küfr əhlindəki dostlarının gözünə girə bilmiş olmağın həyəcanı ilə, bu etdiklərindən ötrü öz-özünə sevinər.Halbuki şeytan və küfr əhli ilə etdiyi hər əməkdaşlıq dünyada da, axirətdə də onun əleyhinə olacaq. Müsəlmanlar isə, münafiqin bütün hiyləgər oyunlarına və tələlərinə baxmayaraq, mütləq qalib gələcəklər. Allah bir ayədə inkarçılara müsəlmanların əleyhinə olan bir yol verməyəcəyini belə bildirmişdir:

Onlar sizə göz qoyurlar (gözləyirlər ki sizə bir bəla gəlsin). Əgər Allahdan sizə bir qələbə gəlsə: “Məgər biz də sizinlə deyildikmi?” – deyərlər. Əgər kafirlərə bir qələbə nəsib olsa: “Məgər biz möminlərlə birlikdə sizə qalib gələ bilməzdikmi, sizi möminlərdən qorumadıqmı?” – söyləyərlər. Qiyamət günü Allah sizin aranızda hökm verəcəkdir. Allah kafirlərə möminləri məğlub etməyə yol verməyəcəkdir.(Nisa surəsi, 141)

Münafiq, məlumat toplaya bilmək üçün çox səssiz hərəkət edər

Müsəlmanlardan məlumat toplayıb, öyrəndiklərini küfr əhlindəki tərəfdarlarına çatdırmağı özü üçün çox “müqəddəs vəzifə” hesab edən münafiq, bu fəaliyyətlərini icra edərkən “çox hiyləgərcə və səssizcə hərəkət etməyə” böyük diqqət göstərər.

Münafiq üçün məlumat ötürülməsini təmin etmək çox əhəmiyyətlidir, çünki təkcə bu yolla müsəlmanların fəaliyyətlərinin qarşısını kəsə biləcəyini düşünər. Məsələn, münafiq, müsəlmanların Allah yolunda, İslam üçün edəcəyi xeyirli bir fəaliyyəti öyrənər. İslama fayda təmin edilməsini və müsəlmanların müvəffəqiyyətli olmalarını heç vaxt istəmədiyi üçün, bunu dərhal ya telefon, ya da internetdən bir mesaj göndərmə proqramı ilə digər tərəfdarlarına bildirər. Əlbəttə ki, bu məlumatı əldə edərkən çox məharətlə hərəkət edər. Müsəlmanların yanlarına “özünü heç hiss etdirmədən”“sanki bir ilan kimi səssizcə” girər.

Çünki münafiq əslində müsəlmanların özünün münafiq olmasından şübhələndiklərini bilər. Əgər yanlarına “səs çıxardaraq” girsə müsəlmanların diqqətli danışacaqlarını bildiyi üçün, azacıq səs belə çıxartmadan müsəlmanların xüsusi danışıq mühitlərinə daxil olar. Quran əxlaqını yaşayan səmimi və normal müsəlman bir mühitə girdikdə dərhal oradakı digər mömin qardaşlarına salam verər, halını soruşar. Lakin münafiq məlumat toplayacağı vaxt, bunu xüsusilə etməməyə çox diqqət göstərər. Müsəlmanların olduğu bir otağa səsini çıxartmadan girər, bir divarı, ya da bir əşyanı sipər edərək o mühitdəki müsəlmanların özünü görə bilməyəcəyi bir yerə əyləşər. Yaxud bağlı qapıların arxasında bir yerdə ayaqüstü dayanıb sanki başqa işlə məşğul olurmuş kimi vəziyyət alar.

Müsəlmanların onun varlığını hiss etmədən danışmalarını, beləliklə özünün də onların bütün fəaliyyət planlarını öyrənə bilməyini istəyər. Bu şeytani əzmkarlıq münafiqin bədəninə o qədər nüfuz etmişdir ki, bu mövzuda ən kiçik dalğınlıq və ya diqqətsizlik etməz.

Münafiqlərin bu cür hiyləgər səyləri, tarixdə bir çox əhəmiyyətli hadisədə öz təsirini göstərmişdir. Bir çox sui-qəsdin və hücum planının həyata keçirilməsində, cəmiyyətlərin qarışıqlığa sürüklənib müharibələr törədilməsində həmişə münafiqlərin bu səssizcə yanaşıb məlumat toplamaq fəaliyyətlərinin təsiri olmuşdur.

Buna görə də, müsəlmanlar, münafiq olmasından şübhələndikləri kəslərin yanında çox diqqətcil davranmalı və münafiqin səssiz və gizli şəkildə yanaşıb hiyləgərcə oyunlar oynamasına qarşı diqqətlərini tamamilə açmalıdır. Münafiqlərin, öyrəndikləri təqdirdə mane ola biləcəkləri, fitnə törədə biləcəkləri xeyirli fəaliyyətlər, Allah yolundakı xeyirli işlər barədə məlumatların bu insanlara çatmasına heç vaxt icazə verməməlidirlər.

 

10 / total 24
"Harun Yəhyanın Münafiqin Dərin Qaranlığı kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.org adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com