< <
11 / total: 24

Münafiqin İslam Əvəzinə Azğın İdeologiyaları Gücləndirmək Səyi

Münafiq, öz aləmində İslamı zəiflədə bilmək üçün dinə müxalif olan hər cür azğınlığı dəstəkləyər

Münafiqlərin müsəlmanlarla birlikdə olduqları vaxt, mütləq “fitnə törətmək üçün səy göstərəcəklərini” Allah Quranda bildirmişdir (Tövbə surəsi, 47). Məhz münafiqin ən müvəffəqiyyətli olduğu sahə “fitnə”dir. Çünki münafiq, eynilə şeytan kimi, qaranlıq və psixopat ruhlu varlıqdır. Həmişə şeytanın nəzarəti altında olduğu üçün, harada fitnə varsa, ora qaçaraq gedər. Xeyirlə, gözəlliklə, müsəlmanların mənfəətinə istiqamətli işlərlə, İslama səmimi xidmət etməklə isə heç maraqlanmaz. Şeytani impulsla, harada pis, xoşagəlməz və səhv işlər varsa, ora üz tutar. Mənfi hallar, anormallıqlar, azğın rəftar və düşüncələr, münafiqi maqnit kimi cəzb edər. Allahın bəyənmədiyi, müsəlmanların çəkindikləri hər nə varsa ona meyl edər. Bir müsəlmanın ağlına, xəyalına belə gəlməyə biləcək ağılsız, azğın düşüncə və davranışlar, münafiq üçün olduqca normaldır.

Müsəlmanlar Allahın müəyyənləşdirdiyi sərhədlər çərçivəsində yaşayan insanlardır. Quran əxlaqını yaşamaqda çox diqqətcildirlər. Qurana uyğun düşünər və Allahın bəyəndiyi şəkildə yaşayarlar. İnkarçılar isə, “sərhədləri olmayan”, “öz qaydalarını özləri müəyyənləşdirən”, “Quranla bildirilən əxlaq anlayışını tanımayan” insanlardır. Lakin onlar, insanlardan gizlətmədən, nə düşündüklərini, hadisələrə necə baxdıqlarını və necə yaşadıqlarını açıqca söyləyərlər.

Münafiqlərin inkarçılardan daha təhlükəli tərəfi isə, “özlərini müsəlman kimi göstərib həqiqəti gizlətmələri”dir. İkiüzlü və hiyləgər olmalarıdır. Xarici görünüşləriylə müsəlmanlara bənzəmələrinə baxmayaraq, içlərində sanki başqa şeytani xarakter var. Allah bir ayədə, onların bu tərəfindən; “Sən onlara baxdıqda bədən quruluşları xoşuna gəlir, danışanda onların dediklərinə qulaq asırsan. Halbuki, onlar divara söykədilmiş dirəklər kimidirlər. Onlar hər bir səs-küyün özlərinə qarşı olduğunu sanırlar. Onlar düşməndirlər. Sən onlardan çəkin! Allah onları məhv etsin, necə də haqdan döndərilirlər!” (Münafiqun surəsi, 4) sözləriylə bəhs etmişdir.

Xarici görünüşləri müsəlmanlara bənzəyən bu insanlar, təmtəraqlı danışmağı bacarsalar belə, ayənin ifadəsi ilə əslində “taxta kötük” kimi olan, dayanıqsız, gücsüz, şəxsiyyətsiz, şərəfsiz varlıqlardır. Allah bu ayə ilə onların “düşmən” olduqlarını açıqca vurğulamışdır. O zaman münafiqlər düşmənçiliklərini göstərə biləcəkləri hər fürsəti gözləyəcəklər. Müsəlmanlara hər cür düşmənçilik və pisliyi edə bilmək üçün hazırdırlar. Bunun üçün “anormallıqdan, azğınlıqdan və pozğunluqdan qaçmaz”; bu xüsusiyyətdəki “təhlükəli insanlarla əlaqə saxlamaqda da bir problem görməzlər”. Hətta bu cür təhlükəli, ürküdücü kəslərlə yaxın əlaqələr qurmaq, münafiqlərin ruhuna “küfri həyəcan” verər. Etdikləri xainlikdən ötrü, “şeytani həzz” duyarlar.

Müsəlmanlar isə, anormal, pozğun ruhlu və azğın insanların qaranlıq dünyasından şiddətlə qaçarlar. Onlarla ünsiyyət saxlamaqdan, eyni havanı tənəffüs edib eyni mühitdə olmaqdan belə utandıqları halda; münafiqlər bunun əksini etməyi gizli müvəffəqiyyət kimi görərlər. Bu eyni zamanda da, onların özlərinə olan şeytani etimadlarını artırar. Xainliklərinin getdikcə artması, onların münafiqlikdəki dərəcələrini də artırarkən, bu vəziyyət onlara da böyük miqdarda özünəinam hissi verər.

Müsəlmanlar hər mövzunu mütləq Quran əxlaqı ilə qiymətləndirərlər. Digər “insanların nə düşündükləri”, “dövrün tələbləri”, “həyatın həqiqətləri”, “müasirlik”, “maariflənmə”, “islahat”, “dövrə ayaq uydurma” kimi məntiqlər etibarsız olar. Əgər Allah bir hərəkəti, rəftarı, hadisəni, insan və ya insanları sevmirsə, müsəlman da sevməz. Allah bir mövzunu necə dəyərləndirirsə, müsəlman da eyni baxış prizması ilə baxar.

Dolayısilə iman gətirən bir insan, “azğın bir rəftara qarşı guya tolerant, anlayışlı və mərhəmətli olmağın lazım olduğu” kimi yanlış məntiqlərin, şeytanın təlqinlərindən irəli gəldiyini bilər. Əlbəttə ki, müsəlmanlar, cəmiyyətdəki ən mərhəmətli, ən anlayışlı, ən tolerant insanlardır. Lakin doğru-yanlış meyarları həmişə Qurana görədir. Dolayısilə Qurana görə azğınlıq kimi xarakterizə edilmiş, Allahın qəzəbləndiyini bildirdiyi pozğun hərəkətləri mənimsəmiş insanlara, (mərhəmətli olmaq naminə) heç vaxt qəbul etməz və hörmətlə yanaşmazlar.

Lakin təbiidir ki, bu, o insanlara nə mənəvi, nə də fiziki mənada ediləcək bir zülmü xoş qarşılamaq mənasını verməz. Müsəlman hər cür səhvin, “fikirlə düzəldilməsinin” lazım olduğunu müdafiə edər. Nə təzyiq, nə də gücdən istifadə edərək heç kimin heç kimə bir düşüncəni qəbul etdirməyə və ya bir azğınlıqdan imtina etdirməyə çalışması düzgün deyil. Lakin, əlbəttə ki, bu, “mərhəmət” adı altında o insanları dəstəkləməyi də tələb etmir.

Məhz buna görə də, bir müsəlman belə bir vəziyyətdə tutduğu tərəfi və fikirlərini açıqca bəlli edər. İnsanların böyük əksəriyyəti bir azğınlığı dəstəkləsə belə, iman gətirən insanlar Allahın müəyyən etdiyi meyarla hərəkət edər və hadisələrə mütləq Quran əxlaqının tələb etdiyi şəkildə yaxınlaşarlar.

Münafiq, İslamın yerinə azğın bir anlayışı yerləşdirə bilmək və küfr əhlinin gözünə girə bilmək üçün homoseksuallığı dəstəkləyər

Homoseksuallığın Qurana görə olduqca “yanlış və azğın hərəkət” olduğu aydındır. Tarix boyu müsəlmanların bu mövzudakı rəftarları həmişə çox açıq olmuşdur. Homoseksuallığın “haram və eyni zamanda da çirkin iyrənclik olduğu” bütün müsəlmanlar tərəfindən bilinir. Münafiqlərin bu məsələdəki rəftarları isə müsəlmanlarınkı kimi deyil. Münafiqlər Allahın bəyəndiyi əxlaqı çirkin, bəyənmədiyi rəftarları isə gözəl hesab edərlər. Müsəlmanların həyat tərzini deyil, inkarçıların həyat tərzini bəyənərlər. İslam əxlaqını, batil və ya azğın fikir və davranışlarla təhrif edə bilmək üçün mübarizə apararlar. Güc və etibarı, haqq olanda deyil, zahirən o sırada kim daha güclü görünürsə onun yanında axtararlar.

Münafiqlər şərəfsiz insanlar olduqları üçün harada anormallıq, iyrənclik, səhvlik, nifaq, fitnə, azğınlıq varsa onun içinə sanki başıaşağı gedərlər. Allahın xoşuna gəlməyən, Allahın bəyənmədiyi nə varsa, bütün bu hərəkətlər, münafiqləri maqnit kimi cəzb edər. Səhv, azğın və qaranlıq hər cür insan və ya hərəkət, münafiqlərin həyat sahəsinin mühüm hissələridir. Buna görə də, mütləq bu cür batil insan və ya cəmiyyətlərlə əlaqə yaradar və qaranlıq hadisələrlə iç-içə olmağa çalışarlar. Məhz “homoseksuallıq” da bunlardan biridir. Münafiqlər “iyrənc pozğunluq” olduğunu bildikləri halda, “homoseksual insanlarla dost olmaqdan, onlara simpatiya bəsləməkdən, onların tərəfdarı olmaqdan” gizli zövq alarlar. Bu şeytani simpatiya, etdiklərinin, Allahın xoşuna gəlməyən, Qurana zidd hərəkət olduğunu bilmələrindən irəli gələr.

Çünki münafiqlər şeytanın özlərinə gözəl göstərdiyi bütün pis əməllərin ardınca gedər və zamanla “şeytanın oyuncağı” halına gələrlər. Məhz şeytanın münafiqləri təhrik etdiyi məsələlərdən biri də, “homoseksual insanlara simpatiya bəsləmələri” və “onları dəstəkləyən rəftar göstərmələri”dir. Normalda bu insanların iyrənc və əxlaqsız rəftarlarından diksinib onlardan uzaq dayanmağı istəməli olduqları halda; münafiqlər onlarla dostluq əlaqələri qurub, əlaqə halında olmaqdan şeytani zövq alarlar.

Münafiqlər zahir və dayaz insanlardır. Təkcə anlıq maraqlarını güdərlər. Küfr əhlinə isə, çox qibtə edərlər. Yaşadıqları cəmiyyətin qabaqcıl, tanınmış və populyar inkarçılarını gözlərində çox böyüdərlər. Xüsusən də öz hiyləgər axtarışlarına uyğun, “çirkli, qaranlıq və qeyri-qanuni işlər görən dərin dövlət mənsublarına, gizli təşkilat üzvlərinə və qeyri-qanuni kəşfiyyat xidmətlərinin istifadə etdiyi insanlara” qarşı heyrətamiz dərəcədə heyranlıq duyarlar. Allahın sonsuz gücünə deyil, məhz bu qaranlıq dünyada gizli işlər görən insanların gücünə güvənərlər. Öz zəif ağılları ilə dünyanı bu insanların idarə etdiyinə və qalib gələcək olanın da mütləq bu şeytani sistem olduğuna inanarlar.

Məhz qibtə və həsrətlə izlədikləri bu çirkli dünyanın insanları, münafiqlərdə çox böyük həyəcan yaradar. Qibtə edən ruhla, bu insanlara heyranlıqla yanaşar və onlara özlərini bəyəndirə bilmək üçün nə lazımdırsa etməyə çalışarlar. Güc sahibi hesab etdikləri bu insanların kiçik alqış və ya rəğbətini qazana bilmək üçün, hər cür küfri aspekt və fikri heç tərəddüd etmədən müdafiə edərlər.

Bununla yanaşı, münafiqlər küfr əhlinə bənzəməyin, öz aləmlərində onlara “müasir, uzaqgörən və ya azad şəxsiyyət qazandıracağını” zənn edərlər. Məhz indiki vaxtda, “guya müasirlik naminə” İslamda qətiyyən yeri olmayan azğın hərəkətləri müdafiə edən və beləliklə özlərini “dinə əhəmiyyət verməyən müsəlman”lar kimi tanıdaraq küfr əhli ilə güclü dostluq əlaqələri quran, “saxta müsəlman” modeli də var.

Küfr əhlinə qibtə edən bu saxta müsəlmanların azğın yanaşma tərzlərinin də töhfəsi ilə, indiki vaxtda homoseksuallıq, dünya səviyyəsində geniş kütlələr tərəfindən dəstəklənən və qanuni hesab edilən vəziyyətə gəlmişdir. Həmçinin bu vəziyyət, münafiqin tam da axtardığı kimi bir fürsətdir. Münafiq cinsi azğınlara, homoseksual və bunlar kimi hər cür azğın həyat tərzini dəstəkləyərək, bu azğın ideologiyaları qanuniləşdirməyə çalışar. Münafiqlərin belə alçaq hərəkətə göz yummalarının səbəbi isə, “bəzi münafiqlərin özlərinin də bu azğınlığa meylli olmaları”, “bəzilərinin də cəmiyyətdə guya “müasir”, “ziyalı”, “azad” bilinmək istəmələri”dir. Bəziləri də özlərini “dindar olmayan və küfr əhlinə simpatiya bəsləyən müsəlman” kimi tanıtmaq məqsədi ilə homoseksualları dəstəkləyərlər.

Münafiqlərin bu seçimlərinin altında yatan səbəb isə, “küfr əhlinə qarşı olduqca əzik, qibtə edən və kompleksli insanlar olmaları”dır. Allahın gücünə təvəkkül etmədikləri üçün, gücü, “o əsnada cəmiyyətdə məşhur olan fikirlərdə, insanlarda, ideologiyalarda”“tendensiya kimi qəbul edilən mövzularda” axtararlar. Cəmiyyətdə önə çıxmış, məşhur olmuş, öz aləmlərində keyfiyyətli və ziyalı kimi gördükləri insanların gözlərinə girə bilmək üçün, onların dəstəklədiyi təbəqələrə və ya mövzulara münafiqlər də arxa çıxarlar.

Məhz bu azğın və şeytani baxış prizmalarından ötrü, “homoseksuallığı normal qarşılamaq, bəzi kəslər üçün, guya ziyalı olmaqla eyni”dir. Homoseksualları qorumağın, guya “sahib çıxılması lazım olan insan hüquqları problemi” olduğunu müdafiə edərlər. Əslində bu, münafiqin kompleksli və əzik ruh halının əks olunmasıdır. Münafiqlər küfrdəki qabaqcıl şəxslər arasında yer tuta bilmək və onlar sayəsində bəzi maddi imkanlara nail ola bilmək üçün, “homoseksual pozğunlara qarşı da şirin görünməyə çalışırlar”.

“Dini daxilən təhrif etməyi və insanları İslam əxlaqından uzaqlaşdırmağı” qarşıya məqsəd qoyan münafiqlər, bu azğınlıqlardan istifadə edərək, İslam dinini poza bilməyi hədəfləyərlər. Çirkin yalanlarla, “bir müsəlmanın da homoseksuallığa isti baxa biləcəyi və bu insanların hüquqlarını müdafiə edə biləcəyi” imicini verərək, öz aləmlərində “İslama azğın şərh və anlayış gətirə bilməyi” ümid edərlər. Çünki əsil din, onların düşüncələrindəki şeytani, küfri və nəfsani sistemə tabe olmamaqdır. Buna görə də münafiqlər öz azğın şərhləriylə həmişə dini öz düşüncələrinə uyğunlaşdırmağa çalışarlar. Bunun üçün də küfr əhlinin əxlaqsızlıqlarından istifadə edərək bu azğınlıqları dinə daxil etməyə çalışarlar.

Bunun üçün “homoseksual evliliklərinə”, “homoseksualların öz azğınlıqları istiqamətində qeyri-qanuni cinsi əlaqəyə girərək, yenə özləri kimi homoseksual kəslər yetişdirmək üçün övlad sahibi olmaları” kimi iyrənc, azğın və təhlükəli hərəkətləri dəstəkləyərlər. Halbuki çox aydındır ki, bu iyrənc mühitdə, ciddi şəkildə “uşaq tacizi” olacaq və bu uşaqlar beləliklə böyük təhlükəyə atılacaq. Sonra isə, (bir çox araşdırmanın da göstərdiyi kimi), homoseksual insanların əllərinə buraxılan bu uşaqlar, sonda “psixiatrik pozulmalar”, “maddə asılılığı” kimi xəstəliklərə məruz qalacaqlar. “Cinsi hücuma və intihara meylli insanlar halına gəlmə”“QİÇS kimi cinsi yolla keçən xəstəliklərə yaxalanma riskləri” də yaranacaq. Məsələn, hazırda ABŞ-da homoseksual cütlərlə birlikdə yaşayan 94.627 uşaq var. Valideynlərindən birinin övladlığa götürdüyü uşaqla homoseksual əlaqəyə girdiyi uşaq sayı isə 6-14 milyon arasında dəyişir. (http://www.lifelongadoptions.com/lgbt-adoption/lgbt-adoption-statistics) Məhz uşaqların məruz qaldığı bu qorxunc mənzərə belə, vəziyyətin ciddiliyini anlamaq üçün kifayətdir.

İslam aləmindəki münafiqlərin də dəstəklədiyi bu hiyləgər oyunları görən müsəlmanların üzərindəki məsuliyyət isə çox böyükdür. İman gətirənlər, azğınlıq içindəki bu insanlara ağıllı üslubla, etdiklərinin “həyasızlıq və əxlaqsızlıq olduğunu” başa salmalı və onları haqqa çağırmalıdırlar. Bu iyrənc hərəkətin çirkinliyini qeyd edərək insanları öyrətməli və bu azğınlığın cəmiyyət içində yayılmasına mane olmalıdırlar. Əgər bu iyrənclik yaxşı izah edilsə və cəmiyyətlərin bu anormallığı anlamaları təmin edilə bilsə, cahil insanların bu azğınlığa meyl etmələri geniş miqyasda əngəllənmiş olacaq.

Dolayısilə homoseksuallığın qanuni göstərilməsinə, təşviq edilməsinə qarşı ciddi fikri mübarizə aparılması lazımdır. Müsəlmanların məsuliyyəti, cəmiyyətdəki bu cür bütün pozğunluq və azğın hərəkətlərin qarşısını almaq üçün, doğrunu izah edən təbliğ fəaliyyətləri yürütməlidirlər. Allahın qəzəbləndiyi və azğınlıq olduğunu bildirdiyi bir hərəkət, müsəlmanların təkcə uzaq dayanmaları lazım olan deyil, eyni zamanda da doğrusunu söyləməklə məsul olduqları vəziyyətdir. Lakin, əlbəttə ki, bəzi cahil kəslərin bu azğın insanlara fiziki cəhətdən zülm etmələri və zərər vermələri də, heç vaxt qəbul edilə bilməyəcək çox çirkin və yanlış yanaşma tərzidir.

madde, new scientist

Adnan Oktar: “İstər homoseksual olsun, istər oğru olsun, istərsə də qatil olsun, bir insanı başqa insanın öldürmə haqqı yoxdur. Qanun və hüquq vardır. Qanun və hüquqla hadisələr müəyyənləşdirilər, öldürmək, asmaq, kəsmək, bombalamaq, güllələmək, bunlar vəhşi üsullar, bəsit üsullardır. Fikirlə, düşüncə ilə, məsələn, biz tamam homoseksuallığın yanlış olduğunu izah edirik. Necə izah edirik? Quranla izah edirik. Vicdana, ağla, bəsirətə, fərasətə xitab edəcək şəkildə izah edirik. Lakin güllələmək, bombalamaq, bunlar vəhşilikdir, bunlara şiddətlə qarşı çıxırıq. Hər cür şiddəti artıq dərəcədə qınayırıq. Müsəlman hər cür dəhşəti, vəhşiliyi qəbul edə bilməz. Müsəlmanlıq, Qurandakı müsəlmanlıq, sülh dinidir, sevgi dinidir. Heç kimin inancına, fikrinə müdaxilə yoxdur. Kim nə edirsə etsin, şəxsi cəzalandırma olmaz, həmişə qanun və hüquqla davranmaq lazımdır”. (A9 TV, 12 iyun 2016)

Adnan Oktar: “Allahın özlərinə qəzəbləndiyi bir qövmü vəli (dost və müttəfiq) tutanları görmədinmi?...” (Mücadilə surəsi, 14) deyir Allah. Müsəlmanlar homoseksuallığa qarşıdır, darvinizmə qarşıdır. Lakin münafiq onları vəli və dost tutur. Harada dərin dövlət mənsubu, harada hiyləbaz, yalançı, lovğa ədabaz, İslama pislik etmək istəyən, murdar insanlar varsa, münafiq gedib heyrətamiz şəkildə onları tapar.

Onun tapdığını da müsəlman bilsə, oradan o şər mərkəzlərini fikri olaraq zərərsizləşdirə bilər. Yoxsa müsəlman murdar insanları asanlıqla tapa bilməz. Onları təkcə münafiqin əlaqəsi ilə müəyyən edə bilər. Çünki münafiq eyni zamanda “ov iti kimidir”. Küfr əhlinin ən murdar adamlarını o tapacağı üçün, onun tapdığını da müsəlman diaqnoz edib, elmlə, irfanla zərərsizləşdirər. Yoxsa müsəlman haradan tapsın onları? Lakin münafiq, şeytani güclə o qoxunu hiss edər”. (A9 TV, 12 may 2016)

Münafiqlərin və İslam əleyhdarlarının Mövlana marağı

İslam dininə açıqca qarşı çıxan bəzi kəslərin Mövlananın bəzi fikirlərinə böyük maraq və açıq simpatiya göstərmələri xeyli diqqətçəkəndir. Allaha, Sevgili Peyğəmbərimiz (s.ə.v)-ə və dinimizin bütün müqəddəs şeylərinə istiqamətli təcavüzkar münasibət göstərən, hətta “hər cür dini düşüncəyə qarşı olduqlarını” açıqca söyləyən bəzi şəxslərin, “Mövlananın fikirləri və əsərləri haqqında tam əks yanaşma tərzi göstərmələri” yaxından araşdırılması lazım olan bir xüsusdur.

İslama qarşı olan bu kəslərlə yanaşı, “özlərini müsəlman kimi tanıdan, lakin dinə qarşı soyuq olmalarıyla diqqətçəkən münafiq xarakterli kəslərin də, eyni şəkildə Mövlananın fikirlərinə isti yanaşmaları” diqqətçəkəndir.

Bu vəziyyətin səbəblərini anlamaq üçünsə, əvvəlcə Mövlananın əsərlərinin və fikirlərinin daha yaxından araşdırılması lazımdır.

Məlum olduğu kimi Mövlana Cəlaləddin Rumi XIII əsrdə yaşamışdır. Ən mühüm əsərlərindən biri “Məsnəvi”dir. Onun vəfatından sonra toplanmış və yazılmış olan bu əsərdəki fikirlərin nə qədərinin Mövlanaya, nə qədərinin başqalarına aid olduğu mübahisəli məsələdir. Bəzi tarixçilər “Məsnəvi”nin Mövlananın oğlunun yazıb atasına aid etdiyini, bəziləri də “Məsnəvi”nin 3 ayrı insan tərəfindən qələmə alındığını irəli sürür.

“Məsnəvi”nin həqiqi müəllifi kim olsa da, bu əsərdə Qurana uyğun olmayan bir çox izahat var. Bu izahatlarda, Quranda açıqca “haram” olduğu bildirilən bəzi hərəkətlərin, “İslama görə guya qanuni olduğu” irəli sürülür.Çox açıq və qeyri-münasib üslublarla, “homoseksuallıq və uşaqlara təcavüz edilməsinə aid hekayələrdən bəhs edilir”, “qadınlar alçaldılaraq cinsiyyət ayrı-seçkiliyi edilir”, “şərabın halal olduğu müdafiə edilir”, “Məsnəvinin müqəddəs kitab olduğu irəli sürülür”, “həyatın təkamüllə meydana gəldiyi bildirilir”, “Mövlananın peyğəmbər olduğu eyham edilir”. Halbuki bunlar, İslama və Quran hökmlərinə tamamilə zidd fikirlərdir.

Məhz İslam əleyhdarlarının və müsəlman görünüşü altında İslamı hədəf alan kəslərin Mövlana marağının səbəbini tam da bu xüsusda axtarmaq lazımdır.

“Məsnəvi”dəki İslama zidd olan fikirlər, Mövlanaya aid olmaya bilər. Həmçinin bu hissələri əlavə edənlər də bunu cahilliklərindən və ya məlumatsızlıqlarından ötrü etmiş ola bilərlər. Lakin, hər halda, Mövlanaya aid edilən; Qurana və Türk-İslam əxlaq anlayışına uyğun olmayan izahatların “guya İslam üçün” yayılması həm dini, həm də ictimai baxımdan böyük təhlükədir. İslam haqqında kifayət qədər məlumata sahib olmayan bəzi müsəlmanların, qarşılaşdıqları bu vəziyyətdən ötrü “zehinləri qarışa” bilər və şüursuzca Quranın qanunlarından və inanclarından uzaqlaşa bilərlər.

Üstəlik, bu vəziyyət, İslamı öz şirk inancları istiqamətində təhrif etmək istəyən münafiqlər üçün çox əlverişli zəmin yaratmışdır. Mövlana Cəlaləddin Ruminin əsərlərinə (ehtimal ki, sonradan əlavə edilmiş olan) bu izahatlar, özlərini müsəlmanmış kimi göstərərək İslama zərər verməyə çalışan münafiqlər üçün mühüm “hərəkət sahəsi və kamuflyaj” təmin edir. Tarixin hər dövründə Allaha şirk qoşan ideologiyaları müdafiə edərək İslamı pozmağa çalışan bəzi münafiq xarakterli insanlar, əsrimizdə də bu məqsədlə “Məsnəvi”dəki Qurana zidd olan izahatlardan istifadə edirlər.

“Müsəlman adı daşıyan”, lakin “özlərini müsəlman kimi görməyən” bu kəslər Mövlananın əsərlərini və fikirlərini mənbə göstərərək “guya din naminə” İslam əxlaqına zidd inanclar və düşüncələri müdafiə edirlər.

Quran əxlaqı ilə əlaqəsi olmayan düşüncələr və davranışların müsəlmanların inanc sisteminə daxil edilməyə çalışılması çox ciddi “təhlükə”dir. Buna görə də, “İslama qətiyyən uyğun olmayan bir fəlsəfənin saxtakarlığının ortaya çıxarılması” olduqca əhəmiyyətlidir.

madde, new scientist

Adnan Oktar: “Münafiqlər və qəlblərində xəstəlik olanlar dedilər: “Bunları (müsəlmanları) öz dinləri aldatdı!”“; yəni “din bunları yanlış yola sürüklədi” (Ənfal surəsi, 49) deyirdilər. Öz ədabaz düşüncəsinin doğru olduğuna inanır. Bunun üçün, məsələn, münafiqlərə baxırıq, müsəlmanları “darvinist” etməyə çalışırlar, “homoseksual” etməyə çalışırlar, “rumi ” etməyə çalışırlar. Qardaşım, Quran bizə kifayət edər. Homoseksuallıq çox iyrənc hərəkətdir. Allahın ifadəsi ilə; “iyrənc həyasızlıqdır”. Müsəlmanın heç vaxt qəbul etməyəcəyi “iyrənc murdarlıqdır”. Bunlar Qurandakı ifadələrdir. (A9 TV, 25 may 2016)

 

Adnan Oktar: “Bədiüzzaman deyir ki; “nifaq pərdəsi altında, münafiqlik pərdəsi altında Risaləti-Əhmədiyəni (s.ə.v) inkar edəcək “haşa” Süfyan adında müdhiş bir şəxs əhli-nifaqın başına keçəcək”. Yəni küfr əhlinin başına keçəcək. Nifaq nədir? “Münafiq”. Münafiqlərin başına keçəcək. Bu hadisəni təşkil edir. Yəni dünya dərin dövlətinin başçısı olaraq düşünün. Onların İslam aləmindəki casusu olaraq düşünün. “Şəriəti-İslamiyənin təxribinə çalışacaq”. Nə edəcək? Müsəlmanlara “homoseksuallığı öyrədəcək”. “Rumilik” adı altında azğın bir din anlayışı yaratmağa çalışacaq. “Darvinizm”i öyrədəcək, Allahsız, Kitabsızlarla dost olacaq. Allahsızlığı təbliğ edəcək. “Şəriəti-İslamiyənin təxribinə çalışacaq”.

madde, new scientist

“Ona qarşı, Ali-Beyti-Nəbəvinin silsiləyi-nuranisinə bağlanan”, yəni “Peyğəmbərimiz (s.ə.v)-in nəslinə silsilə ilə bağlanan”. Deməli, hz. Mehdi (ə.s)-ın silsiləsi bəlli olacaq. Çünki bax, “silsilə ilə bağlanan”, “silsiləyi-nuranisinə bağlanan”. “Silsilə” deyir. “Sözlə deyil, silsilə ilə, “bağlanan əhli-vəlayət”, yəni vəlilər. “Və əhli-kamalın başına keçəcək”, yəni alimlərin, üləmanın və kamil insanların başına keçəcək.

Əhli-kamal ayrı şeydir. Kəmalat. Baxın; “əhli-vəlayət və əhli-kamalın” deyir. Əhli-vəlayəti ayırır. Bir də “əhli-kamalın başına keçəcək” deyir. “Ali-Beytdən”, Peyğəmbərimiz (s.ə.v)-in nəslindən, adını da verir. “Məhəmməd Mehdi adında” şəxs, şəxsi-mənəvi deyil. Baxın, “adını verirəm” deyir. “Məhəmməd Mehdi adında bir zatı-nurani” zat, insan. Şəxsi-mənəvi deyil. “Zatı-nurani, o Süfyanın şəxsi-mənəvisi olan” şəxsi-mənəvini qəbul edir. Süfyan şəxsi-mənəvi olacaq, lakin “Mehdi şəxs olaraq gələcək” deyir. “O Süfyanın şəxsi-mənəvisi olan”, deməli, Süfyan ölmüş olacaq, hz. Mehdi (ə.s) dövründə. Bax, indi “O Süfyanın şəxsi-mənəvisi olan cərəyanı-münafiqanəyi”, münafiqlik cərəyanını “zərərsizləşdirib dağıdacaq”. Altıncı İşarə, Məktubat, səh. 56-57-də Bədiüzzaman söyləyir. Hazırda bu edilir. Münafiqlər hər yerdə sıxışdırılır”. (A9 TV, 1 iyun 2016)

Lut qövmündəki münafiqlər də homoseksuallığı dəstəkləyirdilər

Keçmişdəki münafiqlərin həyatlarıyla dövrümüzdəki münafiqlərin maraqlandıqları mövzular, tərzləri, xarakterləri, rəftarları böyük eynilik təşkil edir. Dolayısilə dövrümüzdəki münafiqləri yaxşı müəyyənləşdirə bilmək üçün, keçmiş münafiqlərə baxmaq, onların vəziyyətlərini də araşdırmaq lazımdır. Məhz şiddətli azğınlıq və Allahın bütöv bir qövmə əzab verməsinin səbəbi olan “homoseksuallığın qanuniləşdirilməsində, genişləndirilməsində və normal qarşılanmasında, münafiqlərin də rolunun böyük olduğu”, Qurandakı keçmiş qövmlərin hekayələrində qeyd edilir.

Tarixdə “homoseksuallıq” deyildikdə ilk ağla gələn, əlbəttə ki, “Lut qövmü”dür. Allah bu həqiqəti Quranda belə bildirir: “Bir zaman Lut qövmünə belə demişdi: “Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasız-çirkinliyi mi edirsiniz?” Ayənin ifadəsindən göründüyü kimi, Lut qövmündən əvvəl homoseksuallıq heç bir qövmdə görülməmişdir. Bu, Allahın bəyənmədiyi şiddətli azğınlıqdır. Lut qövmündə homoseksuallıq geniş yayılmışdı və bu qövm hz. Lut (ə.s)-ın xəbərdarlıqlarına baxmayaraq, bu azğın hərəkətlərindən imtina etmədikləri və azğınlıqlarına davam etdikləri üçün həlak edilmişdir. Quranda hz. Lut (ə.s)-ın, bu homoseksual azğın dəstəni xəbərdar edib doğru yola dəvət etdiyi belə xəbər verilib:

Doğrudanmı siz insanlar içində ancaq kişilərlə yaxınlıq edir və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz, həqiqətən də, həddi aşan adamlarsınız”. (Şuəra surəsi, 165-166)

Siz, qadınları qoyub şəhvətlə kişilərin yanına gedirsiniz. Həqiqətən, siz, həddi aşmış adamlarsınız”. (Əraf surəsi, 81) (Əraf surəsi, 81)

Homoseksuallığı qanuni hesab edib tətbiq edənlərə, açıqca Allahın qoyduğu həddi aşırlar. Çünki Allah Quranda bu azğınlığı “haram etmişdir”. Lakin Lut qövmü “azğın qövm”dür. Bu hərəkətlərindən imtina etmədikləri kimi, özlərini doğru yola dəvət edən, həqiqətləri açıqlayıb, etdiklərinin səhv olduğunu söyləyən peyğəmbərlərini yurdundan sürgün etməklə təhdid ediblər:

Dedilər: “Ey Lut! Əgər (bu sözlərinə) son qoymasan, həqiqətən (buradan) sürgün edilənlərdən olacaqsan”. (Şuəra surəsi, 167)

Onların bu azğınlıqlarına və təhdidlərinə baxmayaraq, hz. Lut (ə.s) qətiyyətindən güzəştə getməmiş, eyni şəkildə onları xəbərdar etməyə davam etmişdir:

Dedi: “Həqiqətən, mən sizin bu əməlinizə qəzəblə qarşı çıxanlardanam. Ey Rəbbim! Məni və ailəmi bunların etdiklərindən xilas et”. (Şuəra surəsi, 168-169)

Lut Peyğəmbər (ə.s)-ın bu reaksiyası, homoseksuallığın heç vaxt qəbul edilə bilməz, haram hərəkət olmasındandır. Əlbəttə, bunu da qeyd etmək lazımdır ki, “homoseksuallığa qarşı olmaq; heç vaxt bu insanlara feli surətdə zərər verilməsini qanuni hesab etmək mənasını verməz”. Edilməsi lazım olan, insanları bu azğınlığa qarşı xəbərdar etmək, onlara doğrusunu başa salmaq və bu əxlaqsızlığın cəmiyyətə yayılmasına mane olmaqdır.

Homoseksuallıq Quranda açıqca bildirildiyi kimi, “çirkin həyasızlıqdır”. Belə azğınlığın cəmiyyətdə yayılmasına mane olmaq bütün müsəlmanların məsuliyyətidir. İman gətirənlər bu vəziyyətə tamaşaçı qalmamalıdır. Bu əxlaqsızlığın təbliğatının edilməsinə göz yummamalı, reklamı etdirilməməli, insanlar bu əxlaqsızlığa təşviq edilməməlidir. Şüursuzca bu azğınlığa dəstək verməmələri və belə əxlaqsızlığa meyl göstərməmələri üçün, cahil və məlumatsız insanlar Quranla öyrədilməlidir.

Necə ki, hz. Lut (ə.s) da qövmünü çox açıq, səmimi və aydın üslubla xəbərdar etmiş, onlara gördükləri işin pisliyini, iyrəncliyi və çirkinliyini başa salmışdır. Bu etdiklərindən ötrü həddi aşan azğın qövm olduqlarını ifadə etmişdir. Bunun qarşılığında qövmü təhdidamiz və azğın cavab vermiş; hz. Lut (ə.s) və yanındakı inanclı insanların, yaşadıqları torpaqlardan sürgün edilib çıxardılmasına qərar vermişlər. Lut Peyğəmbər (ə.s), bu pozğun, homoseksual, azğın qövmdən özünü və ailəsini xilas etməsi üçün Allaha üz tutub dua etmişdir. Allah onun bu duasını qəbul etmiş, “həyat yoldaşı istisna olmaqla” peyğəmbəri və bütün ailəsini xilas etmiş, qövmünün geri qalanını isə həlak etmişdir. Allah bu vəziyyəti Quranda belə xəbər vermişdir:

Biz onu və onun bütün ailəsini xilas etdik. Geridə qalanlar arasındakı yaşlı qadından başqa. Sonra da o birilərini darmadağın etdik. (Şuəra surəsi, 170-172)

Lut qövmünün homoseksuallıq məsələsindəki bu azğınlıqları və bunun nəticəsində də kütləvi şəkildə həlak olmaları, demək olar ki, hər kəs tərəfindən bilinir. Lakin bu pozğunluğun genişləndirilməsində o “dövrün münafiqlərinin oynadığı rol” çox vaxt diqqətdən yayınar. Halbuki münafiqlərin bu təhlükəli cəhətinin bütün müsəlmanlar tərəfindən çox yaxşı bilinməsi olduqca əhəmiyyətlidir. Çünki münafiqlər tarixin başlanğıcından bəri, bütün peyğəmbərlərin dövründə hansı oyun və hiyləgər üsullarla ortaya çıxdılarsa, indiki vaxtda da şeytanın eyni sistemini davam etdirəcəklər. Dolayısilə Quranda bildirilən münafiq xarakterinə dair hər təfərrüat, bütün müsəlmanlar üçün çox əhəmiyyətli və yolgöstəricidir.

Peyğəmbərimiz (s.ə.v) bir hədisində; “ümmətim içində qorxduğum şeylərin qorxuncu homoseksuallıqdır”( İbn-i Mace, Hudûd 12-də) sözləri ilə, bu təhlükəyə diqqət çəkmişdir. Başqa hədisində isə, “Lut qövmünün etdiyi hərəkətin ən qorxunc, ən iyrənc və ən diksindirici şey olduğunu” söyləyərək qövmünü belə xəbərdar etmişdir:

Lut qövmünün etdiyi iyrənc hərəkəti edən kimsə lənətlənmişdir. (Kütüb-i Sitte, Hədis No : 1607, Ravi: İbnu Abbas, Kaynak: Tirmizi= Kütüb-i Sittə, hədis No : 1607, Ravi: İbnu Abbas, Qaynaq: Tirmizi)

Rəsulullah (s.ə.v) həmçinin, “Allah kişi ilə cinsi təmas yaradan insanın üzünə baxmaz, (onu rəhmətindən qovar)” (Kütüb-i Sitte, Hədis No : 1607, Ravi: İbnu Abbas, Kaynak: Tirmizi, Rada 12, (1165)) sözləriylə də yenə “homoseksuallığın, Allahın haram etdiyi bir azğınlıq olduğuna” diqqət çəkmişdir. Bununla yanaşı, İslam üləması da hər dövrdə, homoseksuallığın haram olduğu məsələsində fikir birliyi içində olmuş və bu mövzuda heç vaxt ixtilafa düşməmişlər. Dolayısilə həm Quran ayələrindən, həm də Peyğəmbərimiz (s.ə.v)-in hədislərindən homoseksuallığın çirkin, azğın, anormal və nifrət edilən, diksindirici hərəkət olduğu açıqca aydın olur.

Bir Quran ayəsində; “Allahın özlərinə qəzəbləndiyi qövmü vəli (dost və müttəfiq) tutanları görmədinmi?...” (Mücadilə surəsi, 14) sözləriylə, münafiqlərin “Allahın bəyənmədiyi, haram etdiyi hərəkətləri edən insanlarla dostluq əlaqəsi qurduqlarına” diqqət çəkilmişdir. Məhz hz. Lut (ə.s) dövründə də bu ayə təcəlli etmiş, Peyğəmbər (ə.s)-ın yanında olan münafiqlər, Lut qövmündəki homoseksuallara gizlincə dəstək vermişlər. Bu azğın insanların iyrəncliklərini rahatlıqla yaşaya bilmələri üçün, onlara “məlumat ötürmüş” və onları gücləndirə bilmək üçün əllərindən gələni etmişlər.

Münafiqlər tarixin hər dövründə bu azğın və çirkli ittifaqı qurmuş; dövrün homoseksuallarına, iyrənc pozğunlarına, azğın fikirlərinə həmişə dəstək olmuşlar. Bu azğınlıqların yayılması üçün səy göstərmiş, iyrənc həyasız əməlləri edən insanları qorumuş və bu pozğun insanların qanuni görülməsini təşviq etmişlər.

Lakin nəticə münafiqlərin əleyhinə olmuş; özlərini çox hiyləgər və ağıllı zənn edən Lut qövmü münafiqləri Allahın əzabı ilə qarşılıq almışlar. Həmçinin beləliklə Allah onları, hiyləgərcəsinə müsəlmanları aldatdıqlarını düşünən bütün münafiq dəstəsi üçün də ibrət etmişdir.

Adnan Oktar: “Ümumiyyətlə şizofreniyalı ruhu vardır; yəni homoseksual və şizofreniyalı xarakteri göstərər şeytan. Bunu bəzi yönləri ilə görürük onsuz da Qurandakı üslubunda. Məsələn, Lut qövmünə gələn də şeytandır. Homosesksual olaraq gəlmişdir və oradakı qövmü pozmuşdur. Onlara da homoseksuallığı bulaşdırmışdır.

madde, new scientist

O dövrə qədər tarixdə heç bir qövm bilmirdi belə bir azğınlığı. Lut qövmü homoseksuallığın nə olduğunu bilmirdi. İlk dəfə onlara öyrədən “şeytan”dır. İnsan formasında gəlmişdir. Onları o şəkildə yönləndirmişdir. Mələklər gəldikdə, hətta mələklərin də üstünə gedirlər orada bildiyiniz kimi. Şeytan təhrik edir onları mələklərə yönəlmələri üçün. Bildiyiniz kimi Allah yeri alt-üst edir, həlak edir bu qövmü. Oradakı günah homoseksuallıqdır. Lut qövmünün darmadağın edilməsinin səbəbi budur; homoseksual azğınlıq. “Siz qadınları tərk edib kişilərə mi gedirsiniz?” deyir Allah. “Qadınları tərk edib”, amma hazırda qadın düşmənçiliyi var bir çox yerdə. Qadını tərk edib, o kişiyə yönəlib artıq”. (A9 TV, 3 iyun 2016)

Hz. Lut (ə.s)-ın münafiq həyat yoldaşı, ətrafındakı inkarçılar üçün məlumat toplayır və dövrün homoseksuallarını dəstəkləyirdi

Allah Qurandakı hekayələrlə, dövrümüzdə nümunələriylə qarşılaşdığımız zaman necə reaksiya verməli və necə davranmalı olduğumuzu anlamağımız üçün bizə yol göstərir. Məhz münafiqlərin homoseksuallarla olan əlaqələrini və onlara verdikləri dəstəyi anlamaq üçün, Quranda verilən nümunələrdən biri də hz. Lut (ə.s)-ın həyat yoldaşıdır. Bu qadın hz. Lut (ə.s)-ın ailəsindən biridir və hətta həyat yoldaşı olmasına baxmayaraq, münafiq xarakterli olduğu üçün, Peyğəmbərin şiddətlə mübarizə apardığı bu azğın və homoseksual cəmiyyətlə əlaqə yaratmışdır. Onlarla dost və sirdaş olmuş və Peyğəmbərə qarşı onların cərgəsində iştirak etmişdir.

Hz. Lut (ə.s)-ın həyat yoldaşı, güc və qürurun hz. Lut (ə.s) və iman gətirənlərin yanında deyil, homoseksual qövmün yanında olduğuna inanmışdır. Homoseksualların, cəmiyyətin məşhur, qabaqcıl, zəngin və etibarlı çoxluğu tərəfindən qəbul edilən və arxa çıxılan bir cəmiyyət olduğunu düşünərək aldanmış və onların tərəfində dayanmasının daha ağıllı olduğuna qərar vermişdir.

Bu, əzik, kələkbaz ruhlu, mənfəətpərəst, küfr əhlinə yaltaqlanmağa çalışan yanaşma tərzi, münafiqlərin ümumi rəftarıdır. Özlərinin “çox ağıllı və ayıq”, müsəlmanların isə, “guya öz dünyəvi mənfəətlərini qorumağı bacarmayan” və ayədə bildirildiyi kimi “zəif ağıllı (Bəqərə surəsi, 13) kəslər olduqlarına inanarlar. Özləri, güc sahibi zənn etdikləri insanların cərgəsində iştirak edərək dünyadakı mənfəətlərini xilas etdiklərinə; müsəlmanların isə zəiflərin yanında dayanmaqla böyük ağılsızlıq etdiklərinə inanarlar. Sırf mənfəət üçün, bu iyrənc murdarlığı mənimsəmiş insanlarla dostluq əlaqələri qurmağın nə qədər alçaldıcı olduğunu isə dərk etmirlər.

Məhz hz. Lut (ə.s) dövründə də, bütün münafiq xarakterli insanlar kimi, Peyğəmbərin münafiq həyat yoldaşı da bu küfri qiymətləndirmələrlə hərəkət edirdi. Lut Peyğəmbər (ə.s), qövmündəki pozğun dəstə ilə mübarizə apararkən, münafiq əxlaqlı həyat yoldaşı da, gizlincə homoseksuallarla birlik olub Peyğəmbərə qarşı münafiq xarakterli işlər görə bilməyin arxasında idi (hz. Lut (ə.s)-ı tənzih edirik). Peyğəmbər (ə.s)-ın rəftarını doğru hesab etmir, ona qarşı çıxmaq bahasına homoseksualların cərgəsində iştirak edib onları müdafiə edirdi. Qövmündəki homoseksualların çox olduğunu gördüyü və onları daha güclü hesab etdiyi üçün, onlardan mənfəət əldə edə bilməyi ümid edirdi. “Bəlkə onlar sayəsində güc və pul qazanaram, etimad qazanaram, qorunaram, arxamı güclü insanlara yaslayaram, həyat boyu rahat olaram, mühüm insan olaram” kimi məntiqlərlə dünyəvi hesablar görürdü. Yoxsa, əlbəttə ki, bu azğın qövmün əxlaqsız, diksindirici, alçaq xarakterdə insanlardan ibarət olduğunu çox yaxşı bilirdi. Lakin özü də yüksək əxlaqi dəyərə sahib olmadığı üçün onların etdiyi iyrənc azğınlığa biganə yanaşırdı.

Hz. Lut (ə.s)-ın münafiq həyat yoldaşı, istəsə Peyğəmbər və iman gətirənlərin yanından ayrılıb, heyran olduğu bu azğın insanların arasında yaşaya bilərdi. Lakin iman gətirənlər arasında qalıb, hiyləgərcə azğınlığa dəstək vermək və iman gətirənlərə qarşı alçaqca oyunlar oynamaq, ona daha cəlbedici gəlmişdir. Müsəlmanlar əleyhinə nə qədər xainlik edə bilsə, küfr əhlinin və homoseksualların arasında o qədər mühüm şəxsiyyət olacağını zənn edərək, Peyğəmbərin yanında qalaraq oyunlarına orada davam etməyi seçmişdir.

Bu baxış prizması hərəkət edən hz. Lut (ə.s)-ın həyat yoldaşı, Peyğəmbərdən və iman gətirənlərdən məlumat toplayıb, bunları qövmündəki homoseksuallara çatdırmağı öz aləmində çox mühüm vəzifə kimi görmüşdür. İman gətirənlərlə homoseksual pozğunlardan ibarət inkarçı cəmiyyət arasında şiddətli mübarizənin yaşandığı o günlərdə, bu münafiq qadın mömin təqlidi edərək, “topladığı bütün məlumatları qövmündəki homoseksuallara çatdırmışdır”. Hiyləgərcə iman gətirənlər əleyhinə “casusluq etmişdir”. Alçaqca, şəxsiyyətsizcə qarşı tərəfə “məlumat daşımışdır”. “Peyğəmbər və yanındakılar sizin haqqınızda bunları danışdılar”, “burada toplanacaqlar, bunu edəcəklər” tərzində, gecə-gündüz həmişə inkarçılara məlumat verərək homoseksuallara dəstək olmuşdur.

Məhz dövrümüzdə də münafiqlər Quranda; “...aranızsa onlara “xəbər daşıyanlar” var...” (Tövbə surəsi 47) ayəsiylə xəbər verildiyi kimi, müsəlmanlar əleyhinə homoseksual dəstəyə məlumat daşıyaraq dəstək verirlər. Həmçinin “niyə homoseksuallara icazə vermirsiniz?”, “niyə onlara azadlıq tanımırsınız?”, “rahat yaşamalarına niyə qarışırsınız?” kimi hiyləgər üslublarla, İslamda qətiyyən yeri olmayan bir azğınlığın qanuniləşməsi üçün çalışırlar. Homoseksualların əxlaqsız olması isə münafiqi heç maraqlandırmaz; o da bunun azğınlıq olduğunu açıqca bilir, lakin maraqlanmaz. Yalnız öz maraqlarını qoruyur. Çünki həyasızdır; münafiqin Allah qorxusu, əxlaqi dəyərləri, şərəfsizlik etmə narahatlığı və özünə hörməti yoxdur.

Peyğəmbərin evində yaşadığı halda gecə-gündüz homoseksuallara dəstək verən və onlara mühit hazırlayan bu münafiq qadın, bütün iman gətirənlər üçün ibrət vəsiləsidir. Bu qadın, yaşadığı dövrdə çirkin həyasızlıq edən homoseksualların baş dəstəkçisi olmuşdur. Tarixə də belə keçmişdir. “Təbəri Təfsiri”ndə bu münafiq qadının vəziyyəti belə xəbər verilmişdir:

Hz. Lutun xanımı isə, o da iman gətirmədiyi kimi, Luticilik edənlərin işlərinə kömək edir, gələn qonaqları bir yolla onlara xəbər verirdi. (Taberi, Zemahşeri, Razi, İbn Kesir, Kurtubî, Təhrim surəsi, 10-cu ayənin təfsiri)

Hz. Lut (ə.s)-ın münafiq həyat yoldaşı, mənfəət əldə etməyi ümid edərək homoseksual qövmünə dəstək vermiş, lakin bunun nəticəsində istədiyi mənfəətlərə nail ola bilməmişdir. Allah azğın Lut qövmü ilə birlikdə onu da həlak etmişdir. Birlikdə saf tutduğu, qorxunc cinayətlərinə və iyrənc əxlaqsızlıqlarına ortaq olduğu insanlarla birlikdə əzaba uğramışdır. Peyğəmbər xanımı olması da ona heç bir fayda verməmişdir:

Biz onu və ailəsini xilas etdik. Yalnız arvadından başqa. Biz onun arvadının geridə qalanlardan olmasına qərar verdik. Biz onların üstünə daşlardan yağış yağdırdıq. Qorxudulanların yağışı nə yaman imiş! (Nəml surəsi 57-58)

Mələklər dedilər: “Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə zərər yetirə bilməzlər. Gecənin bir vaxtında arvadından başqa bütün ailənlə yola düş. Qoy içinizdən heç kəs dönüb arxaya baxmasın. Çünki onların başına gələcək müsibət onun da başına gələcəkdir. Onların həlak olmaq vaxtı səhərdir. Məgər səhər yaxın deyilmi?” (Hud surəsi 81)

Tövratda bildirildiyinə görə, hz. Lut (ə.s)-in həyat yoldaşı “duz dirəyi” olmuşdur

Bu hadisənin Tövratdakı izahatı isə belədir:

Rəbb, Sodom və Qomorra üzərinə göydən “kükürd” və “od” yağdırdı. Və o şəhərləri və bütün bölgəni; şəhərlərdə yaşayanların hamısını və torpağın bitkisini “alt-üst etdi”. Lakin (Lutun) zövcəsi, onun arxasından geriyə baxdı və “duz dirəyi” oldu. Həmçinin İbrahim səhər tezdən qalxıb, Rəbbin önündə dayandığı yerə getdi. Və Sodom və Qomorraya və bütün bölgə məmləkətinə doğru baxdı. Və gördü. Və məhz yerin dumanı, “ocaq dumanı” kimi çıxırdı. (Tevrat, Tekvin, 19: 23, 28)

[Allah] Sodom və Qomorra şəhərlərini darmadağın edərək mühakimə etdi. Beləliklə Allahsızların başına gələcəklərə nümunə verdi. Lakin qanun tanımayan kəslərin səfeh yaşayışından əzab çəkən dürüst insan Lutu xilas etdi. Çünki onların arasında yaşayan bu dürüst insan, görüb eşitdiyi qanun tanımaz davranışlar ucbatından doğru qəlbində hər gün iztirab çəkərdi. Görünür ki, Rəbb Öz yolunda yeriyənləri qarşılaşdıqları sınaqlardan necə xilas edəcəyini bilir. Dürüst olmayanları, xüsusilə mənliyin korlanmış ehtiraslarının ardınca gedən və səlahiyyətini xor görənləri cəzalandıraraq məhkəmə gününə qədər necə qoruyub saxlayacağını da bilir. (Petrusun 2-ci məktubu, 2:6-10)

Hz. Nuh (ə.s)-ın münafiq həyat yoldaşı, qövmünün azğınlıqlarını dəstəkləyir, peyğəmbərin əleyhinə inkarçılar üçün məlumat toplayırdı

Hz. Nuh (ə.s), azğın yolda olan qövmünü, Allahın dininə tabe olmaları və azğınlıqlarından imtina etmələri məsələsində dəfələrlə xəbərdar etdiyi halda, onlar Peyğəmbəri yalançı saydılar və şirk qoşmağa davam etdilər. Sonra da qövmünün qabaqcılları hz. Nuh (ə.s)-ı, öz aləmlərində “onlara qarşı üstünlük əldə etməyə çalışmaq” və “dəlilik” kimi böhtanlarla ləkələməyə çalışdılar. Həmçinin onu müşahidə etməyə, təzyiq altında saxlamağa qərar verdilər. Bundan sonra Allah hz. Nuha, bir gəmi inşa etməsini; inkarçıların suda boğularaq əzab çəkəcəyini və təkcə iman gətirənlərin xilas olacağını vəhy etdi.

Allah Quranın; “Allah, kafirlər üçün Nuhun həyat yoldaşı ilə Lutun həyat yoldaşını misal çəkdi. İkisi də bəndələrimizdən saleh olan iki bəndəmizin kəbini altında idilər, lakin onlara xəyanət etdilər. Bundan ötrü, (ərləri) özlərini Allahdan gələn heç bir vəchlə xilas edə bilmədilər. İkisinə də: “Oda digər girənlərlə birlikdə girin” deyildi” (Təhrim surəsi, 10) ayəsi ilə, hz. Nuh (ə.s)-ın həyat yoldaşının da, hz. Lut (ə.s)-ın həyat yoldaşı kimi, inkarçı qövmü ilə birlikdə həlak edildiyini xəbər vermişdir.

Çünki hz. Nuh (ə.s)-ın həyat yoldaşı da, eynilə hz. Lut (ə.s) Peyğəmbərin həyat yoldaşı kimi münafiqlik edərək, “Peyğəmbərə xəyanət etmiş və dövrün inkarçılarıyla əməkdaşlıq etmişdi”. Onlara “Peyğəmbərin və müsəlmanların əleyhinə məlumat daşımış, öz cəmiyyətindəki zülm edən insanlara iman gətirənləri xəbər vermişdir”. ((İbn Cerir) Mevdudi, Tefhimul-Quran, İnsan nəşriyyatı: 6/369) Həmçinin hz. Nuh (ə.s)-a göstərdikləri azğın rəftarlarında din düşməni olan qövmünə dəstək olmuşdur. Həmçinin inkarçılarla eyni alçaqca iddialar edərək “Peyğəmbəri “dəliliklə” ittiham etməyə cəhd etmiş və aravuranlıq etmişdir”. “Qövmü ilə bir olmuş və öz aləmində Peyğəmbərə lağ etmişdir” (Peyğəmbəri tənzih edirik). “Hz. Nuh (ə.s)-ın sirr kimi qəbul etdiyi vəhy xəbərlərini də müşriklərə və münafiqlərə elan etmişdir”. (Ragıb el-İsfehani, Müfredat: 163) Azğın yolda olan inkarçı qövmü ilə dost olub çirkli ittifaqlar quraraq onların azğınlıqlarına dəstək olmuşdur.

Hz. Nuh (ə.s)-ın həyat yoldaşının, eynilə Lut Peyğəmbər (ə.s)-ın həyat yoldaşı kimi münafiqlik etdiyi, “Kurtubi Təfsiri”ndə belə bildirilmişdir:

Belə aydın olur ki, bu iki Peyğəmbər yoldaşı, iman gətirmiş görünür, lakin əslində iman gətirməyib münafiqlik edirdilər. (Kurtubî, Beydavî)

Hz. Nuh (ə.s)-ın həyat yoldaşı, Allahın sevdiyi, razı olduğu, cənnətiylə müjdələdiyi mübarək Peyğəmbərlə evli olduğu halda; bu yaxınlıq, ona heç nə qazandırmamışdır. Tam əksinə Peyğəmbərin yanında göstərdiyi münafiq xarakterindən ötrü Allahın əzabı ilə qarşılaşmışdır.

İbn Abbas bu xəyanətin formasını belə ifadə etmişdir: “Hz. Nuh (ə.s)-ın xanımı, yoldaşına iman gətirmədiyi (Peyğəmbər olduğuna inanmadığı) kimi, insanlara onun dəli olduğunu söyləyirdi”. (Taberi, Zemahşeri, Razi, İbn Kesir, Kurtubî, Təhrim surəsi, 10-cu ayənin təfsiri)

Digər bir rəvayətə görə, hz. Nuh (ə.s)-ın xanımı, iman gətirənləri (onlara işgəncə versinlər deyə) cəmiyyətin güclü olan zalım despotlarına xəbər verirdi. (Taberi) (Kurtubî, Beydavî)

 

11 / total 24
"Harun Yəhyanın Münafiqin Dərin Qaranlığı kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.org adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com