< <
13 / total: 24

Münafiqin Əxlaqsızlığı və Oyunları 2/7

Münafiq pis baxışlarıyla kifayət qədər hərəkət edə bilmədiyini düşündüyü vaxt, diliylə müsəlmanları narahat etməyə çalışar

Əgər Biz istəsək, sənə onları, əlbəttə, göstərərik, beləliklə onları simalarından tanıyarsan. And olsun, sən onları, sözlərin deyilmə tərzindən də tanıyarsan. Allah, əməllərinizi bilər. (Məhəmməd surəsi, 30)

Baxışları kimi, üslubu da münafiqi ələ verən ən mühüm əlamətlərdən biridir. Allah Quranda müsəlmanların münafiqləri, “danışıqlarındakı anormallıqlardan tanıyıb görə biləcəklərini” bildirmişdir. Çünki münafiqlərin danışıqları müsəlmanın danışıq tərzinə, ədəbinə, əxlaqına heç bənzəməz. Qəzəbli, söz ilişdirən, lovğa, hörmətsiz, kinayəli, kinli və təcavüzkar üslubla danışarlar. Ədabazlıqları, söz ilişdirmələri, hər fürsətdə müsəlmanları incitməyə çalışan sözlər seçmələri, yalan danışmaları, böhtan atmaları və həmişə müsəlmanları günahlandıran üslub işlətmələri xarakterik xüsusiyyətlərindəndir. Müsəlmanların Allahdan qorxub çəkindikləri üçün heç vaxt ağızlarına belə almayacaqları sözləri, Qurana və İslam əxlaqına zidd məntiq və fikirlərdən çəkinmədən bəhs edərlər.

Münafiqlərin işlətdikləri bu üslubla qarşılarına hansı məqsədi qoyduqlarını anlamaq isə əhəmiyyətlidir. Çünki münafiqin hər hərəkəti ilə nail olmağı hədəflədiyi bir nəticə var. Münafiq təsadüfi, təbii axışıyla danışmır. Bir məsələdə istədiyi mənfəəti əldə edə bilmək, özünü təmizə çıxartmaq, öz üstünlüyünü, haqlılığını və ya digər insanların çatışmazlıqlarını, qüsur və səhvlərini daha yaxşı vurğulamaq istəyir. Hiyləgərcə və gizlincə etdiyi hərəkətlərin və ya küfr əhli ilə olan gizli əlaqəsinin üstünü örtməyi və ya diqqəti özündən başqa istiqamətə çəkə bilməyi hədəfləyir. Birindən intiqam almaq, bir yalanı dəstəkləyib inandırıcı hala gətirmək və ya müsəlmanları aldadaraq onları müvəffəqiyyətsizliyə aparacaq yanlış istiqamətə doğru yönləndirmək məqsədi ilə danışır. Lakin məhz bunlardan hansı olsa da, münafiq bütün rəftarlarında olduğu kimi, hər hərəkətində böyük planın kiçik hissəsini yerinə yetirməyə çalışar. Eləcə də, məhz bütün bu sayılan üslub pozuntuları, bizə “münafiqi tanımaqda mühüm işarələr verən” çox mühüm əlamətlərdir.

Quranda “sözlərin deyilmə tərzindən də tanıyarsan” ifadəsi ilə tanıdılan münafiqlərin bu xüsusiyyəti başqa bir ayədə də belə xəbər verilib:

...Sizi iti dilləri ilə qarşılayarlar. Onlar iman gətirməmişlər; beləcə Allah onların əməllərini puça çıxartmışdır. Bu Allah üçün çox asandır.(Əhzab surəsi, 19)

Allah münafiqlərin “acı dilə sahib olduqlarını” bildirmişdir. Şeytani zəka ilə dillərindən küfri mənfəətləri üçün ən təsirli şəkildə istifadə etməyə çalışarlar. Ayədə münafiqlərin eyni zamanda da, bu acı dillərindən müsəlmanları “tənqid etmək” və “incitmək” üçün istifadə etdikləri də xəbər verilmişdir. Digər bir ayədə isə Allah, bu münafiq əxlaqını belə xəbər vermişdir:

Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbir edib Allahdan qorxsanız, bilin ki, bu, əzmkarlıq tələb edən əməllərdəndir. (Ali İmran surəsi, 186)

Münafiqlər bu əxlaqsızlıqlarını, əlbəttə ki, bütün müsəlmanlara qarşı tətbiq edərlər. Lakin xüsusən də müsəlmanlara liderlik edən, ağıl, fərasət, bəsirət, bilik və təcrübə baxımından ən güclü gördükləri; İslama ən çox xidmət edən və dini ən təsirli şəkildə təbliğ edən kəslər, münafiqlərin ən mühüm hədəfləri mövqeyindədir. Çünki bu insanlar, şeytanın heç istəməyəcəyi şeyi həyata keçirən, şeytana qarşı ən çox fikri mübarizəni aparan insanlardır. Dolayısilə şeytanın bir cür kuklası olan münafiqlər də, özlərinə ilk hədəf kimi bu lider mövqeyindəki kəsləri seçərlər.

Necə ki, tarix boyu bütün münafiqlər də bu hədəflərindən yayınmamış, hər dövrdə ən böyük şeytani mübarizələrini Allahın haqq peyğəmbərlərinə, elçilərinə və vəli qullarına qarşı aparmışlar. Quranda Peyğəmbərimiz (s.ə.v) dövründəki müsəlman cəmiyyətdə olan münafiqlərin də “Peyğəmbərimiz (s.ə.v)-i incitməyi” hədəflədikləri xəbər verilmişdir:

Onlardan elələri də var ki, Peyğəmbərə əziyyət verib: “O hər sözü eşidən bir qulaqdır!”- deyirlər. De: “O, sizin üçün ancaq xeyirli sözlər eşidir. O, Allaha iman gətirir, möminlərə də inanır. O, sizlərdən iman gətirənlər üçün bir rəhmətdir”. Allahın Elçisinə əziyyət verənlər üçün isə ağrılı-acılı bir əzab vardır. (Tövbə surəsi, 61)

Münafiqlər, yalan danışdıqlarına özləri də şahid olduqları halda, sırf Peyğəmbərimiz (s.ə.v)-i “incitməyi və narahat etməyi qarşıya məqsəd qoyaraq”, “səmimiyyətsiz, hiyləgər, kin və nifrət dolu ittihamlar” etmişlər. Quranda eyni əxlaqsızlığın, hz. Musa (ə.s)-ın qövmündəki münafiqlərin də mühüm xüsusiyyəti olduğu bildirilmişdir:

Ey iman gətirənlər! Musanı incidən şəxslərə oxşamayın. Allah onu onların dediklərindən təmizə çıxartdı. O, Allahın yanında çox ehtiram edilən şəxsdir.(Əhzab surəsi, 69)

Allah tarix boyu yaşamış və gələcəkdə də qiyamətə qədər yaşayacaq olan bütün münafiqlərin necə eyni şeytani əxlaqı göstərib, necə eyni üsulları işlədə bildiklərini isə belə açıqlamışdır:

“Onlardan gücün çatdığı kəsləri səsinlə günaha təhrik et, atlı və piyadanı onların üstünə yerit, mallarına və övladlarına ortaq ol, onlara vədlər ver.” Şeytan onlara yalnız yalan vədlər verər. (İsra surəsi, 64)

Ayədəonlardan gücün çatdığı kəsləri sözləriylə işarə edilən kəslərin mühüm hissəsi də məhz “münafiqlər”dir. Şeytanın gücü, sözünü dinləyən, özünə itaət edərək, İslama, Qurana və müsəlmanlara qarşı mübarizə aparmağı qarşıya məqsəd qoyan bu insanlara istədiyi kimi çatır. Onları istədiyi kimi yönləndirə bilir və istədiyi hər şeyi etdirə bilir. Məhz dilləriylə müsəlmanlara əziyyət vermək”, “səsi ilə sarsıntıya uğradıb, hay-küy qopartmaqda şeytanın münafiqlərə öyrədib tətbiq etdirdiyi üsullardandır. Şeytanın yol göstərməsi ilə, hər dövrdə münafiqlər bu xain və pis üsuldan istifadə etmiş və etməyə də davam edirlər.

Münafiqlər bu üsulu tətbiq edərlərkən də, ayədə xəbər verildiyi kimi yenə şeytanın ilhamı ilə “kəskin üslub” işlətməyə diqqət yetirərlər. Öz aləmlərində müsəlmanların əhvali-ruhiyyələrini korlayacaqlarını, onları ümidsizliyə sövq edəcəklərini, sevinclərini yox edəcəklərini düşündükləri xüsusi sözlər işlətməyə böyük diqqət göstərərlər. Kinayəli, həsəd dolu, kinli, davakar, söz ilişdirən, gərginlik yaradıb fitnə törətməyə çalışan üslubdan istifadə edərlər. Öz aləmlərində qarşılarına, müsəlmanların acizliklərini, çatışmazlıqlarını, nöqsanlarını, səhvlərini gündəmə gətirərək onları pərt etməyi məqsəd qoyarlar. Bu yolla eyni zamanda da, digər iman gətirənlərin bu kəslərə olan hörmətlərini, sevgilərini, etimadlarını yox edə biləcəklərini zənn edərlər.

Xüsusən də mənəvi cəhətdən lider mövqeyində olan şəxslərin (öz aləmlərində) nöqsanlarını tapdıqlarını zənn edərək böyük həyəcan və şişirdilmiş üslublarla bunları dilə gətirərlər. Beləliklə müsəlmanların gözündə bu insanın etimadını, mövqeyini sarsıda biləcəklərini; ona olan etimadlarını yox etdirə biləcəklərini zənn edərlər. Həmçinin bunun nəticəsində də İslama, müsəlmanlara zərər verə biləcəklərini ümid edərlər. Sonra da qarışıqlıq yarada biləcəklərini və müsəlmanların ayrılıb dağılacağını zənn edərlər. Beləliklə ruhlarındakı qaranlıq yolun qapısının açılacağını və onların da istədikləri kimi küfrü yaşaya biləcəklərini ümid edərlər.

Allaha səmimi iman gətirdikdə müsəlmanın Allaha qarşı necə güclü etimad və təslimiyyət içərisində olduğunu qavraya bilmədikləri üçün, işlədəcəkləri bir neçə söz və ya edəcəkləri bir neçə ittihamla müsəlmanları incidib kədərləndirə biləcəklərini, baxış prizmalarını dəyişdirə biləcəklərini, etimadlarını, sevgilərini, hörmətlərini yox etdirə biləcəklərini zənn edərlər.

Halbuki müsəlmanlar Allahın yaratdığı hər şeydə xeyir və gözəllik görərlər. Allah yolunda mallarından, canlarından imtina etməyi, hər cür fədakarlıq etməyi gözə almış insanlardır. Nemətlər və gözəlliklər qədər, xəstəliklər, nöqsanlar və edilən səhvlərin də, yenə həmişə taleyin bir hissəsi olduğunu bilirlər. Dolayısilə qəlbi kin, qəzəb, həsəd və nifrətlə dolu olan, küfrə heyranlıq duyub müsəlmanları düşmən kimi görən, şeytanın nəzarəti altına daxil olmuş bir münafiqin vəziyyətini də açıq-aşkar şəkildə görə bilərlər. Belə şeytani varlığın sözü ilə müsəlmanların nə əhvali-ruhiyyələrinin pozulması, nə incimələri, nə kədərlənmələri, nə ümidsizliyə qapılmaları, nə də sevinclərinin qaçırdıb bədbəxt olmaları mümkündür.

Lakin bu mühüm həqiqətdən qafil olan münafiqlər, xəstə ruhlarının əks olunması olan danışıqlarıyla müsəlmanlara qarşı hiyləgərcə mübarizə aparmağa çalışarlar. Beləliklə inkarçılar xaricdən müsəlmanları yox etməyə çalışarkən, onlar da əllərindəki imkanlarla daxildən hiyləgərcə müsəlmanların gücünü yox edə biləcəklərini zənn edərlər. Şeytanın ilhamı ilə hay-küy qopararaq, müsəlmanları sarsıntıya uğrada biləcəklərini düşünürlər. Halbuki ayənin davamında, “...Sizi iti dilləri ilə qarşılayarlar. Onlar iman gətirməmişlər; beləcə Allah onların əməllərini puça çıxartmışdır. Bu, Allah üçün asandır(Əhzab surəsi, 19) sözləriylə bildirildiyi kimi, Allah münafiqlərin bütün hiyləgər oyunlarını və bütün tələlərini puç edəcək, onları mütləq müvəffəqiyyətsizliyə düçar edəcək.

Münafiq qəzəbləndikdə qarşısıalınmaz şəkildə bağırar

Müsəlmanlar çox mötədil və ağıllı insanlardır. Hər şeyi və bütün hadisələri Allahın yaratdığına qəti əmin olduqları üçün həmişə təvəkküllü ruh halı içində yaşayarlar. Dolayısilə də gün ərzində nə qədər çətin hadisələr və yanlış rəftarlarla qarşılaşsalar da, heç vaxt “özündən çıxmaz və Quran əxlaqına uyğun olmayacaq rəftar göstərməzlər”. Əsəbiləşmək, qəzəbdən özünü itirmək, səs yüksəltmək, qışqırıb bağırmaq, təcavüzkar və davakar üslub nümayiş etdirmək, müsəlmanın qətiyyən yanaşmayacağı davranışlardır. Hadisələr istədikləri kimi baş verməsə də, qarşılarındakı insanlar səhvlik etsə də, müsəlman bütün bunların taledə xeyirlə yaradıldığını bilər.

Münafiqlər isə, hər məsələdə olduğu kimi, bu cür hallarda da, müsəlmanların rəftarına tamamilə zidd olan rəftar pozuntularıyla diqqət çəkərlər. Tərslik kimi görünən cüzi hadisə ilə qarşılaşdıqları zaman, dərhal qəzəblənib deyinməyə, qışqırıb bağırmağa və mübahisə edib davakar və təcavüzkar davranışlar göstərməyə başlayarlar. İçlərində gizlətdikləri anarxiya ruhu tamamilə ağızlarından kənara əks olunar. Həmin ana qədər müsəlman təqlidi etdikləri halda, əsəbiləşərək özlərindən çıxar və bir anda ruhlarındakı küfr xüsusiyyətlərini açıqca büruzə verməyə başlayarlar. Allah, Peyğəmbərimiz (s.ə.v) dövründəki münafiqlərin də, Rəsulullah (s.ə.v)-in yanında olarkən belə, eyni küfri əxlaqı və rəftar pozuntularını göstərdiklərini bildirmişdir:

... Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən yüksəyə qaldırmayın və bir-birinizə müraciət etdiyiniz kimi ona da uca səslə müraciət etməyin. Yoxsa, özünüz də hiss etmədən əməlləriniz hədər gedər.(Hucurat surəsi, 1-2)

Digər bir Quran ayəsində isə Allah; “...danışanda səsini alçalt. Çünki ən çirkin səs uzunqulaq səsidir” (Loğman surəsi, 19) sözləriylə, “qışqıran, narahat edən danışıq üslubunu bəyənmədiyini” bildirmişdir. Məhz Allahın bəyənmədiyi bir rəftarı, bilərəkdən və israrla etməyə davam etmək, münafiqlərin mühüm xüsusiyyətidir. Münafiqlər bu əxlaqlarındakı qətiyyətlə, müsəlmanlardan fərqli olduqlarını və küfr əxlaqını yaşamaqdakı israrlarını açıqca göstərmiş olarlar.

Münafiq ədabazlıq edərək lovğalanar

Allah Quranın; “yer üzündə lovğalanaraq yerimə; çünki sən nə yeri yara bilər, nə də dağlara çata bilərsən” (İsra surəsi, 37) ayəsi ilə müsəlmanlara lovğalanmaqdan çəkinmələrini xatırlatmışdır.

Müsəlmanlar Allahın ayədə təsvir etdiyi əxlaqı bəyənmədiyini bilərək, eqoistlik və təkəbbür kimi görünə biləcək ən kiçik rəftar pozuntusundan belə şiddətlə çəkinərlər. Münafiqlər isə müsəlmanların tam əksinə, hər məsələdə özlərini ön plana çıxartmaq, böyüklüklərini və hər kəsdən üstün olduqlarını vurğulaya bilmək üçün hər fürsətdən istifadə edərlər. İçlərindəki böyüklük və önə keçmə ehtirası çox şiddətlidir. Dolayısilə də gün boyu bütün rəftar və danışıqlarına, üz ifadələrinə bu ruh halları hakimdir. Baxışlarına, səslərinə, danışıqlarına, oturub-qalxmalarına, adi məsələdə bildirdikləri fikirlərinə və hətta sevgi göstərmə formalarına qədər hər hərəkətlərində, hər mimikalarında bu böyüklük ehtirasının əks olunması görünər.

Allah münafiqlərdəki bu “şeytani böyüklük ehtirasına” Quran ayələrində belə diqqət çəkmişdir:

Ona ölüm olsun! Necə qərara gəldi? Sonra yenə ona ölüm olsun! Gör nə qərara gəldi? Sonra o nəzər saldı. Üz-gözünü turşudub qaşqabağını tökdü. Sonra da arxasını çevirib təkəbbür göstərdi.(Müddəssir surəsi, 19-23)

Allah Quran ayələrində münafiq əxlaqını çox ətraflı təsvir etmişdir. Bu baxış prizması ilə baxan müsəlmanlar, münafiqlərin rəftarlarından, danışıqlarından, vücud dillərindən, yeriyiş tərzlərindən, qaşlarını saldıqları formadan, baxışlarındakı pozulmadan və üzlərinə verdikləri hiyləgər mənalardan bu böyüklük ehtirasını çox açıq şəkildə anlaya bilərlər.

Münafiq sahib olduğu hər şeyi, böyüklüyünü vurğulamaq üçün mühüm fürsət kimi görər. Allahın verdiyi, gözəlliyi, sağlamlığı, gəncliyi, biliyi, mədəniyyəti, qabiliyyəti, nüfuzu və sahib olduğu maddi-mənəvi nemətlərdən, həmişə lovğalanmaq üçün istifadə edər. Özünü nə qədər böyütsə, ətrafındakı digər insanları da bir o qədər aşağı səviyyəli görüb kiçik hesab etməyə başlayar. Dünyanın ən ağıllı, ən zəkalı, ən istedadlı, ən yaxşı danışan, ən yaxşı yazı yazan insanının özü olduğu qənaətindədir. Hətta bir çox məsələdə özünün dünya səviyyəsində bütün insanlar arasında nadir rast gəlinəcək mükəmməllikdə və qabiliyyətdə insan olduğuna inanmağa başlayar. Bu baxış prizmasının sonunda isə xeyli azğınlaşar. Allah münafiqlərin bu getdikcə artan böyüklük ehtirasını bir ayədə; “...onların qəlblərində nail ola bilməyəcəkləri böyüklük (istəyin)dən başqası yoxdur...” (Mümin surəsi, 56) sözləriylə açıqlamışdır.

Allah digər bir ayədə isə; “...çünki, Allah lovğalıq edənləri sevmir(Nisa surəsi, 36) sözləri ilə bu əxlaqı bəyənmədiyini bildirmişdir. Əgər bir müsəlman istəmədən bunlardan hər hansı birinə bənzər rəftar göstərsə, iman gətirənlər ona Quran ayələrini və Allahın bu rəftarı bəyənmədiyini xatırladar və o da dərhal bu səhvini düzəldər. Lakin münafiqdə belə bir nəticə ala bilmək mümkün olmaz. Quran ayələri münafiqə təsir etməz. Münafiq ayələri nə dinləyər, nə də mənalarını düşünər. Dolayısilə də münafiqi içindəki bu böyüklük ehtirasından xilas olması üçün doğru yola çağırmaq təsirli olmaz. Allah münafiqin bu cür çağırış qarşısında necə rəftar göstərəcəyini bir Quran ayəsində belə xəbər vermişdir:

Ona: “Allahdan qorx!” – deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona Cəhənnəm kifayət edər. Ora nə pis yataqdır! (Bəqərə surəsi, 206)

Münafiq hörmətkarlıqdan məhrumdur; nəzakətsiz və düşüncəsizdir

Müsəlmanların ən mühüm xüsusiyyətlərindən biri, həyatlarının hər anında Quran əxlaqına uyğun üslubla danışmalarıdır. İman gətirmələri ilə birlikdə, cahil cəmiyyətlərdəki insanların böyük əksəriyyətinə hakim olan mənfi xarakter xüsusiyyətlərindən xilas olmuşlar. Dolayısilə bu təmiz, ilahi əxlaq bütün rəftar və danışıqlarına hakimdir. Hansı mühitə girsələr də, hadisələrin gedişatına, insanların ehtiyacına, vəziyyətə və şəraitə görə necə davranmalı olduqlarını vicdanları ilə müəyyənləşdirərlər. Daha əvvəl heç sınaqdan keçirmədikləri hadisələr belə olsa, vicdanlarına tabe olaraq edilməsi lazım olan ən doğru rəftarı göstərər, ən məqsədəuyğun danışıqları edərlər.

Münafiq xarakterli kəslər isə, müsəlmanlardakı bu fərasət və bəsirət mükəmməlliyindən məhrumdurlar. İstəsələr, bu müsbət rəftarları, əlbəttə ki, səmimi müsəlmanlardan görərək öyrənə bilərlər. Lakin əsil məqsədləri onsuz da müsəlmanlara qarşı daxilən hiyləgərcə mübarizə aparmaq olduğu üçün əxlaqlarını dəyişdirməyə ehtiyac duymazlar. Seçimlərini Allahdan, Quran əxlaqından, vicdandan yana etmədikləri üçün, müsbət, həlim və gözəl olan rəftarlar əvəzinə, şeytani və mənfi rəftarlar göstərərlər. Eynilə danışıqlarında da yaradıcı, sakitləşdirici, uzlaşdırıcı olmaq əvəzinə, kinayəli, söz ilişdirən, ədabaz ifadələri seçərlər. Kobud və acı dilli, nəzakətsiz, nalayiq, iyrənc, davaçı, təcavüzkar, ədəbsiz və ya günahlandıran üslublar istifadə etməkdən çəkinməzlər. Cahil insanlar arasında öyrəndikləri nəzakət və ədəbə uyğun gəlməyən, kobud və narahatedici hər rəftarı, müsəlmanlar arasında da çəkinmədən göstərərlər.

Müsəlmanların hər sözü gözəl və incəlik dolu olduğu halda, danışıq ədəbi olmayan münafiqlərin sözləri həmişə çirkin və xoşagəlməzdir. Hörmətkarlıqdan məhrum, lovğa, özündənrazı, ədabaz, çoxbilmiş, küt, kobud, düşüncəsiz və nəzakətsizdir. Sanki şüurları qapalıymış kimi nəzakətsiz və nalayiqdirlər. Məhz bütün bu xüsusiyyətlərindən də, “xəstə, dəyişkən və münafiq ruhlu insanlar olduqları” açıqca aydın olar.

Halbuki müsəlmanların ən əhəmiyyət verdikləri və ən diqqət göstərdikləri mövzulardan biri, Allahın rizasını qazana bilmək üçün, tərtəmiz və gözəl əxlaq anlayışı ilə yaşamaqdır. Cahillərin hər cür çirkli anlayışından, rəftarlarından və danışıqlarından xilas olub, cənnət kimi gözəl mühit yaratmağa çalışarlar. Buna görə də bir-birlərinə qarşı mümkün qədər incə düşüncəli, fədakar, anlayışlı, tolerant, bağışlayıcı, təvazökar, səbirli, təvazökar, səbirli, gözəl sözlü, könül alan, sevgi, hörmət dolu, dostcasına rəftarlar göstərərlər. Dolayısilə müsəlmanların bu üstün əxlaqı ilə, münafiqlərin mənfi rəftarları arasında böyük ziddiyyət ortaya çıxar. Bu da, şeytani üslublar işlətməkdən, küfri danışıqlar edib, iyrənc rəftarlar göstərməkdən çəkinməyən münafiqlərin tanınmasında mühüm əlamət meydana gətirər.

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in yanında səslərini yüksəldir və ədəbsiz üslubla danışırdılar

Peyğəmbərimiz (s.ə.v) dövründə müsəlmanların ətrafında nəzakətli, incə düşüncəli, hörmətkar olmağın qaydasını bilməyən və bu yöndəki çirkin üslublarıyla diqqətçəkən bir çox insan vardı. Bunlar arasında müşriklər, qəlbində xəstəlik olanlar, nəzakətsiz və ya cahil olanlar olduğu kimi; bu əxlaqsızlığı bilərəkdən tətbiq edən münafiqlər də vardı. Həmçinin bu insanlar, müsəlmanlara göstərdikləri bu çirkin rəftarları, Peyğəmbərimiz (s.ə.v)-ə qarşı da göstərirdilər (Peyğəmbərimiz (s.ə.v)-i tənzih edirik). Hətta Ona qarşı, xüsusi və bilərəkdən, müsəlmanlara etdiklərindən daha da şiddətli əxlaq pozuntusu göstərirdilər. Bunun səbəbi isə, əlbəttə ki, imansızlıqları; Peyğəmbərimiz (s.ə.v)-ə, onun sahib olduğu nemətlərə, ona göstərilən hörmət və sevgiyə, onun mövqeyinə və nüfuzuna qarşı olan qısqanclıqları idi. Özlərini liderlik mövqeyinə daha çox layiq görür; Peyğəmbərimiz (s.ə.v)-dən guya daha üstün, daha ağıllı və qabiliyyətli olduqlarına inanırdılar. Buna görə də ona layiq olduğu hörmət və sevgini göstərmək, ona qarşı gözəl əxlaqlı davranmaq onlara ağır gəlirdi.

Məhz bu kəslər, Peyğəmbərimiz (s.ə.v)-ə qarşı hörmətdən məhrum, kobud, ədəbsiz, davakar, təcavüzkar və günahlandıran üslubla və hətta səslərini də yüksəldib qışqırmaqla danışırdılar (Peyğəmbərimiz (s.ə.v)-i tənzih edirik). Allah Quranda Peyğəmbərimiz (s.ə.v)-ə qarşı bu çirkin rəftarı göstərən kəsləri xəbərdar etmiş və bunun “Allah dərgahında böyük qarşılığı olacağını” xatırlatmışdır:

Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən yüksəyə qaldırmayın və bir-birinizə müraciət etdiyiniz kimi ona da uca səslə müraciət etməyin. Yoxsa, özünüz də hiss etmədən əməlləriniz hədər gedər. (Hucurat surəsi, 2)

Allah, Peyğəmbərimiz (s.ə.v)-in hüzurunda və ona qarşı bu cür çirkin və davakar üslubla danışmaları nəticəsində, bu kəslərin o vaxtadək etdikləri bütün saleh əməllərin hədər gedə biləcəyini bildirmişdir. Peyğəmbərimiz (s.ə.v)-in hüzurunda bu cür rəftar pozuntularından qaçınan, mötədil, hörmətkar üslubla danışan səmimi müsəlmanlar üçünsə, axirətdə böyük mükafat olduğu xəbər verilmişdir:

Həqiqətən, Allahın Elçisi yanında səsini endirənlər o şəxslərdir ki, Allah onların qəlbini təqva üçün sınağa çəkmişdir. Onları bağışlanma və böyük mükafat gözləyir.(Hucurat surəsi, 3)

Şübhəsiz ki, Peyğəmbərimiz (s.ə.v) dövründə baş verən hər hadisə, buna dair Quranda bildirilən hər hökm, o dövrdən sonra yaşayacaq hər müsəlman cəmiyyəti üçün də yolgöstəricidir. Quranda təsvir edilən, Peyğəmbərimiz (s.ə.v)-ə qarşı göstərilməsi lazım olan “hörmət forması”, bu gün də iman gətirənlərin bir-birlərinə və onlara mənəvi liderlik edən üstün əxlaqlı insanlara qarşı göstərmələri lazım olan hörmət formasının necə olmasının lazım olduğunu bizə başa salır.

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in yanında önə keçməyə və özlərini ucaltmağa çalışırdılar

Quranda müsəlmanlara xatırladılan digər mühüm məsələ də, “Peyğəmbərimiz (s.ə.v)-in olduğu bir mühitdə, hər məsələdə ona üstünlük verməyin, onu ən qabaqcıl və ən üstün tutmağın əhəmiyyəti”dir. Bu əxlaq anlayışı, müsəlmanların Peyğəmbərimiz (s.ə.v)-ə olan sevgi, hörmət və bağlılıqlarını göstərən çox mühüm “mömin əlaməti”dir.

Lakin bu duyğuları qəlblərində səmimi şəkildə yaşamayan insanların təqlidi olaraq bu əxlaq xüsusiyyətlərini göstərə bilmələri qeyri-mümkündür. Peyğəmbərimiz (s.ə.v)-ə qarşı içlərində “qısqanclıq, kin, qəzəb, paxıllıq, önə çıxma və ya üstünlük ehtirası” kimi duyğular bəsləyən münafiqlər, heç vaxt əsil müsəlmanın hörmət dolu rəftarlarını göstərə bilməzlər. Hətta tam əksinə, Peyğəmbərimiz (s.ə.v)-in olduğu mühitlərdə göstərdikləri müsəlmanların əxlaqına tamamilə zidd olan, “hörmətdən məhrum rəftarlarıyla” diqqət çəkərlər.

Allah Quranda, həm bu əxlaq pozuntularını göstərən münafiq xarakterli insanlara, həm də cahillikləri, məlumatsızlıqları və ya nəzakətsizliklərindən ötrü bu cür yanlış davranışlar göstərən yaxşı niyyətli kəslərə, müsəlmanların hörmət formasının necə olmasının lazım olduğunu belə açıqlamışdır:

Ey iman gətirənlər! Heç bir şeydə Allahı və Onun Elçisini qabaqlamayın. Allahdan qorxun! Həqiqətən, Allah Eşidəndir, Biləndir. (Hucurat surəsi, 1)

Məlum olduğu kimi o dövrdə Peyğəmbərimiz (s.ə.v)-in ətrafında səmimi müsəlmanlarla yanaşı, hər inancdan, hər mədəniyyətdən və hər xarakterdən olan insanlar da vardı. Bunlar arasında yaxşı niyyətli olub da, İslam əxlaqını hələ də bilməyən və ya yetişdirilmə tərzlərindən ötrü də incə düşüncə, nəzakət və hörmət məsələsində qüsurları olan kəslər də vardı. Lakin münafiqlər, bütün bu insanlardan fərqli olaraq, bu əxlaq və rəftar pozuntusunu şüurlu surətdə və bilərəkdən tətbiq edirdilər. Yoxsa münafiqlər də Peyğəmbərimiz (s.ə.v)-in hüzurunda hansı ədəblə hərəkət edilməsinin lazım olduğunu çox yaxşı bilirdilər. Lakin ona qarşı olan şeytani baxış prizmalarını hiyləgərcə hiss etdirmək üçün, xüsusən bu hörmət formasını tətbiq etmirdilər. Səmimiyyətsizliklərini gizlədə bilmək üçün dilləriylə Peyğəmbərimiz (s.ə.v)-i sevdiklərini söyləyirdilər; lakin əslində içlərində sevgi deyil, kin və nifrət olduğu üçün, ona qarşı hörmət göstərmək onlara çox ağır gəlirdi. Çünki əsil hədəfləri, Peyğəmbərimiz (s.ə.v)-i ucaltmaq deyil, əslində özlərini ön plana çıxartmaq idi.

Öz aləmlərində “Peyğəmbərimiz (s.ə.v)-ə qarşı duyulan sevgi və hörməti zəiflətmək və sonra da guya özlərinin ondan daha ağıllı, daha bilikli və təcrübəli olduğunu hər kəsə göstərmək” istəyirdilər. Beləliklə özləri kimi zəif imanlı insanlara da yol göstərib, onları da Peyğəmbərimiz (s.ə.v)-in yoluna tabe olmaqdan uzaq tuta biləcəklərini düşünürdülər. Onları da küfr əxlaqına təşviq edə biləcəklərini və özlərinə tərəfdar toplaya biləcəklərini zənn edirdilər. Halbuki özlərini ön plana çıxarda bilmək üçün göstərdikləri hər hiyləgər və səmimiyyətsiz rəftar, hər dəfə “münafiqlərin ağılsızlığını”, “Peyğəmbərimiz (s.ə.v)-in isə nə qədər üstün ağla sahib olduğunu” göstərirdi.

Məhz Peyğəmbərimiz (s.ə.v) dövründəki bu münafiq xarakteri, tarix boyu hər müsəlman cəmiyyətində eyni hiyləgərliklə ortaya çıxmışdır. Müsəlmanların başında “mənəvi lider və yolgöstərici olaraq hər kim vardırsa”, münafiqlərin hədəfində də həmişə o kəslər olmuşdur. İndiki vaxtda hələ də, müsəlmanlar üçün ən faydalı xidməti kim göstərir, ən təsirli fikri mübarizəni kim aparır və iman gətirənləri ən çox kim gücləndirirsə, münafiqin hədəfində də məhz bu mübarək insanlar vardır.

Münafiqlərin Peyğəmbərimiz (s.ə.v)-ə qarşı olduğu kimi, bu üstün əxlaqlı lider mövqeyindəki mömin şəxslərə qarşı hörmət göstərməyi qəbul edə bilməmələrinin səbəbi də əslində çox aydındır. Münafiqlərin müsəlmanların arasında olma səbəbləri, Quran əxlaqını yaşayaraq Allahın rizasını, rəhmətini və cənnətini qazanmaq deyildir. Dolayısilə müsəlmanlar gözəl əxlaqın ən çoxunu yaşamağa çalışarkən, münafiqlərin belə məqsədləri və buna dair hər hansı şövq və əzmləri də yoxdur. Allaha və axirətə, ya çox zəif imanla inanmış ya da tamamilə imansızlığı seçmişlər. Dünyada etdiklərindən ötrü axirətdə sorğu-suala çəkiləcəklərini düşünmədən yaşayarlar. Onlar üçün mühüm olan, dünya həyatında mənfəətlərini qoruya bilmək və hər anlarını istədikləri kimi yaşaya bilməkdir. Əgər bu məqsədləri istiqamətində hiyləgərcə hərəkət edə bilirlərsə, arxalarında iz qoymadan və ya insanlara hiss etdirmədən, oyun oynamaqla mənfəətlərinə nail ola bilirlərsə, onlara görə başqa problem yoxdur. Mənfəətlərini qoruduqdan, istədiklərini əldə edə bildikdən sonra, gözəl əxlaq göstərməyin, nəzakətli, incə düşüncəli, hörmətkar olmağın onlar üçün heç bir əhəmiyyəti və gərəyi yoxdur.

Məhz münafiqlər, bu çirkin baxış prizmalarından ötrü, müsəlmanların mənəvi lideri olan kəslərin yanında olarkən də, yalnız hiyləgər oyunlarla, söz söyləməklə, yalan dolu danışıqlarla, yalnız öz hədəflərinə nail olmaq üçün hərəkət edərlər. İçlərində nə Peyğəmbərimiz (s.ə.v)-ə, nə müsəlmanlara, nə də onlara başçılıq edən möminlərə qarşı həqiqi sevgi hiss etmədikləri üçün, bu sevginin göstəricisi olansəmimi hörmət və əl üstündə saxlamaq əxlaqını da göstərməzlər. Nalayiq, düşüncəsiz, nəzakətsiz, səmimiyyətsiz və saxtakar rəftar və üslubları, Peyğəmbərimiz (s.ə.v)-in, elçilərin və ya müsəlmanların mənəvi liderliyini boynuna götürmüş şəxslərin olduğu mühitlərdə dərhal özünü büruzə verər.

Lakin bütün bunları, əllərindən gəldiyi qədər “hiyləgər və sübut edilə bilməyəcək üsullarla”, gizlincə etməyə çalışarlar. Çünki çox açıq əxlaqsızlıq etdikləri təqdirdə, bütün müsəlmanların onlara qarşı ciddi şəkildə rəftar alacaqlarını çox yaxşı bilirlər. Dolayısilə gizli əxlaqsızlıqlarını, həmişə sanki “səhvən, hiss etmədən, düşünə bilmədikləri üçün, təcrübəsizliklərindən və ya bilmədən” edirlərmiş kimi məharətlə həyata keçirərlər. Məsələn, müsəlmanların mənəvi lideri olan bir insan hikmətli və mühüm mövzunu izah edərkən, mütləq mövzuya özləri də girmək, sözü bu insanın ağzından alıb, əslində öz bilik və mədəniyyətlərini göstərmək istəyərlər. Bu məqsədlə sanki səhvən olurmuş kimi, həmişə bu insanın sözünü kəsərlər. Hər yeni danışıqda çoxbilmişlik edərək, o mövzunu, izah edən insandan daha da yaxşı bildiklərini sübut etməyə çalışarlar. Yaxud sanki məqbul məlumat verirmiş kimi danışarkən, əslində bir tərəfdən də, qarşı tərəfin yanlış bildiyini və isabətsiz danışdığını vurğulamaq istəyərlər. Çəkinmədən, nəzakətsiz və düşüncəsizcə, əsil dinlənilmək istənilən insana danışma fürsəti verməyəcək şəkildə saatlarla hikmətsiz və lazımsız söhbətlər edərlər. Qarşılarındakı mübarək şəxslərin nəzakətindən və gözəl əxlaqından bu yolla həmişə sui-istifadə etməyə çalışarlar.

Əlbəttə ki, bilərəkdən etdikləri bütün bu əxlaq pozuntuları, azğın və şeytani məntiqə əsaslanır. Münafiqlərin, müsəlmanlar kimi Peyğəmbər və elçilərin, özlərindən üstün, Allah tərəfindən seçilmiş, xüsusi ağıl, hikmət və biliklə təchiz edilmiş, yüksək vicdana sahib və üstün əxlaqlı, mübarək insanlar olduğuna inanmazlar. Hətta özlərini ağıl, zəka, hikmət, bilik, mədəniyyət və təcrübə baxımından peyğəmbərlərdən, Allahın elçilərindən, vəlilərdən və müsəlmanlara liderlik edən lider mövqeyindəki insanlardan daha da üstün görərlər. Quranda münafiqlərin bu azğın aldanışları Talut hekayəsində belə xəbər verilib:

Peyğəmbərləri onlara dedi: “Allah Talutu sizə hökmdar təyin etdi!” Onlar dedilər: “O necə bizə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha çox layiqik və ona heç böyük var-dövlət də verilməmişdir”. O dedi: “Allah sizin üzərinizə onu hökmdar seçdi, elm və bədəncə onun gücünü artırdı. Allah Öz mülkünü istədiyi kəsə verir. Allah hər şeyi Əhatəedəndir, Biləndir”.(Bəqərə surəsi, 247)

Allah iman gətirənlər üçün o dövrdə “lider olaraq Talutu seçdiyini” bildirmiş, lakin o dövrün münafiq xarakterli insanları, cahil meyarları irəli sürərək “özlərinin hökmdarlığa və liderliyə daha uyğun olduqlarını” iddia etmişlər. Sərvəti, mal-mülkü ən çox və ən zəngin olan insan kimdirsə, onun lider olmasının lazım olduğunu müdafiə etmişlər. Halbuki Allah ayədə, üstünlüyün mal-mülklə olmadığına diqqət çəkmişdir. Liderlik zahiri və cahili meyarlara görə deyil, Allahın seçib uyğun görməsi ilə həqiqiləşər. Həmçinin Allah seçdiyi qullarına da, dərgahından xüsusi bilik, hikmət və elm verir, beləliklə müsəlmanlara liderlik edəcək qullarını “seçilən və üstün” edir.

Lakin məhz qəflət içindəki münafiq xarakterli insanların dəyər mühakimələri Qurana əsaslanmaz. Öz müşrik inancları istiqamətində “həyatın həqiqətləri” kimi xarakterizə etdikləri cahil həyatın qaydalarından, müsəlmanlar üçün mənəvi mənada liderlik vəzifəsini boynuna götürmüş bu kəslərin xəbərsiz olduğu qənaətindədirlər. Öz aləmlərində onların, “insanları lazımınca tanıya bilmədiklərini, onların iç üzlərini, həqiqi xarakterlərini görə bilmədiklərini, hadisələri məqsədəuyğun qiymətləndirə bilmədiklərini və buna görə də hikmətli qərarlar ala bilmədiklərini” düşünərlər. Çünki onlar hər şeyin, zahirdəki mənfəət hesablarına görə qiymətləndirilməsinin lazım olduğuna inanırlar. Onlara görə “ən ağıllı insan, mənfəətlərini ən yaxşı qoruyan və ən çox mənfəət əldə edə bilən insan”dır.

Dolayısilə Peyğəmbərimiz (s.ə.v)-in, cahil insanlarının bu “azğın dəyər mühakimələrinə və mənfəət hesablarına” görə yaşamaması, münafiq xarakterli insanların qəti qavraya bilmədikləri haldır. Buna görə də, mənfəətlərin ən çox qorunacağı seçimlər əvəzinə, Allahın rizasını ən çox qazandıra biləcək seçimlərin edilməsini, öz zəif ağıllarınca “yersiz” və ya “yanlış” kimi xarakterizə edərlər (Peyğəmbərimiz (s.ə.v)-i tənzih edirik).

Halbuki Allah peyğəmbərlərinə, elçilərinə və vəli qullarına Öz dərgahından xüsusi elm vermiş və onlara “zahir” elmindən başqa “batin elmi”ni də öyrətmişdir. Dolayısilə bu mübarək və üstün insanlar, Allahın yol göstərməsi və ilhamı ilə, cahil insanların bilməyəcəyi bir çox şeyi bilərək hərəkət edərlər. İnsanların görə bilmədiyi təfərrüatları və ehtimalları böyük elm, fərasət və bəsirətlə görə bilərlər. Dolayısilə danışıqları, qərarları, qiymətləndirmələri, təkcə zahirlə düşünən insanların qavrayışından çox üstün, çox hikmətli və mühümdür.

Peyğəmbərimiz (s.ə.v) küfr əhlini də, müşrikləri də, münafiqləri də, cahil insanlarının bütün qaydalarını da yaradan, sonsuz ağıl sahibi olan uca Allahın ilhamı və Onun özünə bəxş etdiyi üstün elmlə hərəkət edirdi. İnsanları və hadisələri bu böyük ağıl, hikmət, fərasət və bəsirətlə qiymətləndirir, qərarlarını Allahın yol göstərməsiylə, Quran əxlaqı istiqamətində və vicdanı ilə müəyyən edirdir. Dolayısilə də ən xeyirli qərarları verir, ən doğru diaqnozları edir, ən məqsədəuyğun şəkildə davranırdı. Həmçinin bütün bunların nəticəsində də, Allahın Quranda bildirdiyi kimi, “qalib gələnlər, Allahın köməyi ilə hər zaman iman gətirənlər” olmuşdur:

Kim Allahı, Onun Elçisini və iman gətirənləri özünə dost tutarsa, bilsin ki, qələbə çalanlar da məhz Allahın firqəsidir.(Maidə surəsi, 56)

Münafiqlər Peyğəmbərimiz (s.ə.v) ilə “hücrələrin arxasından səslənərək” və bağıra-bağıra danışırdılar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in hüzurunda necə bir üslub və danışıq qaydası ilə danışılmasının lazım olduğunu əslində çox yaxşı bilirdilər. Lakin Peyğəmbərimiz (s.ə.v)-in “üstünlüyünü” qəbul edə bilmədikləri üçün, ona qarşı böyük hörmət göstərmək qürurlarına çox ağır gəlirdi. Dolayısilə, bu mühitlərdə, hiyləgərcə asiliklərini və inadkarlıqlarını hiss etdirərək öz aləmlərində “şeytani fəaliyyət” yürütməyə çalışırdılar. Müsəlmanlar, Peyğəmbərimiz (s.ə.v)-ə olan “etinalı sevgiləri və hörmətdəki həssaslıqları ilə” diqqət çəkərkən, onlar da bu çirkin əxlaqlarıyla Peyğəmbərimiz (s.ə.v) və səmimi möminlər tərəfindən “münafiq xarakterli kəslər” kimi tanınmış olurdular.

Lakin bunu da xatırlatmaq lazımdır ki, əlbəttə, insanların danışıq formalarında və üslublarındakı pozuntuların tək səbəbi “münafiqlik” deyil. Bir insan cahilliyi, düşüncəsizliyi, məlumatsızlığı, təcrübəsizliyi, kobud rəftarları, nəzakətsizliyi kimi səbəblərlə də bu cür səhvlər edə bilər. Lakin münafiqləri bu kəslərdən fərqləndirən və diqqətçəkən xüsusiyyətləri, bu məsələdəki “itinalı israrları; özlərinə xatırladıldığı və doğrusu öyrədildiyi halda yanlış rəftarlarından imtina etməmələri”dir. Həmçinin bu rəftarları göstərdikdən sonra da, “peşmançılıq hiss edib düzəltməyə çalışmamaları”dır. Özlərini mütləq doğru yolda və haqlı qəbul etmələridir. Məhz bunlarla yanaşı bir də başqa münafiq xüsusiyyətləri də göstərdikləri təqdirdə, əlbəttə ki, bu vəziyyət, müsəlmanlar üçün nəzərə alınması və şübhə edilməsi lazım olan əhəmiyyət qazanar.

Quranda münafiq xarakterli insanların, Peyğəmbərimiz (s.ə.v)-in hüzurunda olarkən göstərdikləri bu rəftar pozuntularının digər nümunəsi, yenə Hucurat surəsində belə xəbər verilmişdir:

Şübhəsiz ki, səni otaqların arxasından səsləyənlərin əksəriyyəti nə etdiklərini anlamırlar. Əgər həqiqətən, onların qarşılarına çıxanadək səbir etsəydilər, əlbəttə, (bu,) özləri üçün daha xeyirli olardı. Allah, həqiqətən, bağışlayandır, rəhm edəndir. (Hucurat surəsi, 4- 5)

Peyğəmbərimiz (s.ə.v)-in yanında, söz kəsərək, çoxbilmişlik edərək, qışqırıb bağıraraq, səslərini yüksəldərək, höcətləşən üslub işlədərək, hiyləgərcə şeytani tədbirlər görməyə çalışan münafiqlərin başqa üsulu da, ayədə xəbər verildiyi kimi, Peyğəmbərimiz (s.ə.v) ilə “otaqların arxasından qışqıraraq danışmaları”dır.

Peyğəmbərimiz (s.ə.v) gözəl əxlaqı, yüksək vicdanı, heyrətamiz ağıllı danışıqları və nəzakətli rəftarlarıyla diqqətçəkən çox mübarək insandır. Quranın; “And olsun, Allahın Rəsulu sizlərə – Allaha və axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir” (Əhzab surəsi, 21) ayəsi ilə bildirildiyi kimi, Allah onu, əxlaqı və həyatı ilə bütün müsəlmanlar üçün nümunə etmişdir. Belə gözəl nemət olan Peyğəmbərimiz (s.ə.v)-in yaxınlığında ola bilən bir insanın, bu gözəl əxlaqı görməməsi qeyri-mümkündür. Vicdanından istifadə edən, Allahın rizasını hədəfləyən hər insan, bu üstün əxlaqı özünə nümunə götürüb rəftarlarını gözəlləşdirə bilər. Həmçinin gözəl əxlaqı, nəzakəti, incə düşüncəni, hörməti, sevgini bu qədər yaxşı bilən və mükəmməl şəkildə tətbiq edən Peyğəmbərimiz (s.ə.v)-in, bunun əksi olan rəftarları nə qədər ətraflı görə biləcəyi və Quran əxlaqına zidd olan, şeytani və ya cahil rəftar pozuntularından nə qədər narahat olacağı da aydındır.

Məhz münafiqlər də, bütün bu həqiqətlərdən xəbərdardırlar. Öz aləmlərində Peyğəmbərimiz (s.ə.v)-ə olan azğın baxış tərzlərini vurğulayaraq müsəlmanları narahat edə bilmək və münafiq xarakterli insanların gözündə nüfuz qazana bilmək məqsədi ilə bu çirkin rəftarları göstərmişlər.

Peyğəmbərimiz (s.ə.v)-in söhbətlərində səslərini yüksəldib qışqıran, danışıqlarıyla Peyğəmbərimiz (s.ə.v)-in önünə keçməyə çalışan və Peyğəmbərimiz (s.ə.v)-i otaqların arxasından səsləyən münafiqlərin bu rəftarları, əlbəttə ki, öz əleyhlərində mühüm dəlillər meydana gətirər. Beləliklə müsəlmanlar, onların Peyğəmbərimiz (s.ə.v)-ə qəlbən bağlı olan, ona böyük sevgi bəsləyən, hörmətləriylə onu əl üstündə saxlayan səmimi müsəlmanlardan fərqini çox açıq şəkildə görərlər. Güvənməyəcəkləri və diqqətli olacaqları insanları tanımış olarlar.

Peyğəmbərimiz (s.ə.v)-in üstün əxlaqını, yüksək vicdanını, səbrini, tolerantlığını qiymətləndirə bilməyən, Allahın sevdiyi və seçdiyi mübarək Peyğəmbər (s.ə.v) ilə eyni dövrdə yaşamağın, onu görməyin, tanımağın nə qədər böyük lütf olduğunu dərk etməyən bu xəstə ruhlu insanlar, əlbəttə ki, dünyada da, axirətdə də böyük ziyana düçar olublar.

Peyğəmbərimiz (s.ə.v)-in dövründə olduğu kimi, hal-hazırda da müsəlmanlara və onlara mənəvi liderlik edən mübarək insanlara eyni şeytani əxlaqı nümayiş etdirən münafiqlər də, şübhəsiz ki, eyni zərəri çəkəcəklər. Etdikləri münafiq hərəkətlərlə heç vaxt İslama, Allahın seçib üstün etdiyi elçilərinə və müsəlmanlara zərər verməyi bacara bilməyəcəklər. Arzuladıqları şeytani dünyanın qaranlığı onları əvvəlcə dünyada əzab, sıxıntı və bədbəxtlik içində məhv edəcək, sonra da axirət əzabı ilə qarşılaşacaqlar. Allah bir Quran ayəsində, Allaha qarşı üsyan edərək azğınlaşanların ağrılı-acılı aqibətini belə bildirmişdir:

Neçə-neçə məmləkətlər öz Rəbbinin və Onun elçilərinin əmrinə asi oldu. Biz də onlarla sərt haqq-hesab çəkib onları dəhşətli əzablara düçar etdik. (Talaq surəsi, 8)

Müsəlmanlar Allahı sevgiylə zikr etdikləri halda, münafiqlər Allahı çox az zikr edərlər

Quranda, münafiqlər barədə verilən digər mühüm məlumat da, bu zəif imanlı insanların “Allahı çox az zikr etmələri”dir:

Münafiqlər, həqiqətən də, Allahı aldatmağa çalışırlar. Halbuki Allah onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər. (Nisa surəsi, 142)

Bütün müsəlmanlar kimi, əlbəttə, münafiqlər də Quran ayələrini çox yaxşı bilirlər. Ayələrdə bildirilən bütün münafiq xüsusiyyətlərindən xəbərdardırlar. Dolayısilə, “Allahı çox zikr etməyin müsəlmanların mühüm xüsusiyyəti”, “Allahı zikr etməkdən qaçmağın da münafiqlərin çox nəzərə çarpan xüsusiyyəti” olduğundan xəbərdardırlar. Normalda bu məlumata sahib münafiqin, özünü ifşa etməmək, müsəlmanları, özünün də onlar kimi “səmimi mömin” olduğuna inandıra bilmək üçün, Allahı zikr etməsi, ayələrdən bəhs etməsi gözlənilə bilər. Lakin Allahın möcüzəsi olaraq münafiqlər bu gözəl ibadəti təqlidi şəkildə belə olsa edə bilməzlər. Allah münafiqlərin bu mövzuda bəsirətlərini bağlamış, dillərini möhürləmişdir. Səmimi müsəlmanın dünyada hər kəsdən və hər şeydən daha çox sevdiyi uca Rəbbimizi coşğuyla zikr etməsi ilə, münafiqin istəksiz və könülsüz şəkildə imani söhbətlərdən qaçmağa çalışması arasında böyük ziddiyyət var.

Münafiqlər gündəlik həyatlarında istədikləri, mənfəətlərinə uyğun olan hər mövzuya saatlarla vaxt ayırarlar. Fiziki cəhətdən də, nəfsani cəhətdən də, xoşlarına gələn hər cür fəaliyyətə qoşulmağa dünəndən hazırdırlar. İdman etmək, musiqi dinləmək, film izləmək, çöldə gəzib dolanmaq, bərbərdə saçlarına qulluq etdirmək, matç izləmək, sosial mediada uzun-uzadı vaxt keçirmək, özləriylə əlaqədar paylaşımlar etmək kimi fəaliyyətlər onlara çox ürəkaçan gələr. Bunların hər birinə hər kəsdən əvvəl, böyük həvəs və coşğu ilə qaçaraq gedərlər.

Münafiq axşama qədər “nə geyinəcəyi, saçını necə düzəldəcəyi, nə yeyəcəyi, nə cür alış-veriş edəcəyi ilə əlaqədar məsələlərdə” saatlarla heç sıxılmadan söhbət edər. Bunlardan bəhs edərkən münafiqin içi heyrətamiz dərəcədə rahatlayar.

Əlbəttə ki, bunlar hər insanın gün ərzində edə biləcəyi olduqca məqbul və qanuni fəaliyyətlərdir. Lakin münafiqlər təkcə bu məsələlərdə fəal və şövqlüdürlər. Müsəlmanlarla birlikdə xeyirli söhbət üçün bir yerə toplanmalı olduqları təqdirdə, içlərini sıxıntı bürüyər. Şövqsüz, donuq və həyəcanlarını itirmiş halda olarlar. Xüsusən də Allahın adı çəkildiyi, imani söhbətlərin edildiyi mühitlərdə olmağı qəti istəməzlər. Allahın böyüklüyünü, taleyin mükəmməlliyini, vicdandan istifadə etməyin, gözəl əxlaqın, müsəlmanların bir-birlərini sevib hörmət göstərmələrinin, səmimi dost olmalarının əhəmiyyəti kimi mövzuların danışıldığı hər yer, münafiqin heyrətamiz şəkildə bezməsinə və sıxıntıya qapılmasına səbəb olar.

Münafiqlərin Allahı zikr etmək və Rəbbimizin zikr edildiyi mühitlərdə olmaq istəməmələrinin səbəbi isə, qəlblərində Allah sevgisi əvəzinə, şeytana qarşı məhəbbət və heyranlıq bəsləmələridir. Allahı deyil, şeytanı dost tutmuşlar. Dolayısilə də Allahın istədiklərini deyil, şeytanın istədiklərini yerinə yetirirlər. Buna görə də Allah zikr edildiyi, Quran ayələri oxunduğu zaman münafiqlər daxilən çox qəzəblənərlər. Oxunan hər Quran ayəsi ilə, müsəlman əxlaqına tamamilə zidd olan öz münafiq ruhlarının ortaya çıxıb ifşa olacağını düşündükləri üçün, ağlasığmaz kin və qəzəb duyarlar. Allah Quranda münafiqləri mükəmməl diaqnoz etmiş və münafiq əlamətlərini çox müfəssəl izah etmiş olması, münafiqlərin qorxudan dəhşətə düşməsinə səbəb olar. Buna görə də, Quranı dinləməyə dözə bilməzlər. Lakin özlərini gizlətməli olduqlarından dilləri ilə bir şey söyləyə bilməzlər. Əllərindən gələn, edə biləcəkləri heç nə yoxdur. Buna görə də, kin və qəzəblərini gözlərinə əks etdirib ən azından bu yolla müsəlmanlara qarşı bir hərəkət etmək istəyərlər. Allah Quranda münafiqlərin, Allah zikr edildiyi və Quran oxunduğu zaman düşdükləri bu şeytani vəziyyəti belə bildirmişdir:

O inkarçılar, zikri (Quranı) eşitdikləri vaxt, səni az qala gözləri ilə devirəcəkdilər... (Qələm surəsi, 51)

Allah Quranda; “...Allahı zikr etmək isə, şübhəsiz ki, ən böyük (ibadət)dir. Allah nə etdiklərinizi bilir” (Ənkəbut surəsi, 45) deyə buyurmuş və müsəlmanlara, Özünə olan sevgilərini, Onu ən gözəl adlarıyla, zikr edərək və ucaldaraq göstərmələrini bildirmişdir. Digər bir ayədə isə Allah, müsəlmanlara bu hökmünü belə xəbər vermişdir:

Elə isə (yalnız) Məni yad edin ki, Mən də sizi yad edim! və (yalnız) Mənə şükür edin və (heç vaxt) nankorluq etməyin. (Bəqərə surəsi, 152)

Şeytan isə, bir-bir yetişdirərək tələbələri halına gətirdiyi münafiqlərə, “Allahı zikr etməmələrini” pıçıldayar. Çünki şeytanın da “heç istəmədiyi və canını ən yandıracaq” rəftar, “Allahın zikr edilməsi, Allaha səmimi şəkildə bağlanıb Onun yoluna tabe olunması”dır. Allah bir Quran ayəsində “şeytanın bu cür insanları bürüyüb əhatə edərək nəzarəti altına aldığını”, sonra da onlara “Allahın zikrini unutturduğunu” belə bildirmişdir:

Şeytan onları üstələmiş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsindəndirlər. Şübhə yoxdur ki, şeytanın firqəsindəkilər ziyana uğrayanlardır.(Mücadilə surəsi, 19)

Məhz münafiqlər də yolgöstəriciləri və liderləri kimi gördükləri şeytanın bu ilhamı ilə, Allahın zikr edilidiyi mühitlərdən qaçarlar. Həmçinin mümkün qədər Allahın gözəl əxlaqından, möhtəşəm yaratmasından, Quran əxlaqının tələblərindən, taleyin xeyir və hikmətlərindən, müsəlmanların üzərindəki öhdəliklər və məsuliyyətlərindən bəhs etməməyə çalışarlar.

Olduqları yerdə Allah zikr olunmağa başlandıqda münafiqlərin birdən-birə əhvali-ruhiyyələri pozular, rəngləri solar, narahat olarlar. İçlərini heyrətamiz sıxıntı bürüyər. Bir anda üstlərinə şeytani ruh çökər. Üzlərinə iblisvari ifadə hakim olar; çöhrələri nursuz olar və qaralar. Sonra da münafiq, ətrafındakı insanlara da olduğu bu mühitdən nə qədər sıxıldığını hiss etdirməyə çalışar. Bir Quran ayəsində, axirətə lazımınca inanmayan münafiqlərin bu şeytani xüsusiyyətləri; “yalnız Allah zikr edildiyi zaman axirətə inanmayanların qəlbi qəzəblə qabarır. Halbuki Ondan başqaları xatırlandığında dərhal sevincə qapılarlar.” (Zumər surəsi, 45) sözləriylə bildirilib.

Digər bir ayədə isə Allah, münafiqlərin Quran oxunmasından nə qədər çox narahat olduqlarını belə bildirib:

Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən Quranda Rəbbinin Tək Allah olduğunu yada saldığın zaman onlar bu dəvətə nifrət edərək arxalarını çevirib gedərlər. (İsra surəsi, 46)

Münafiqlər Allahın böyüklüyünü, Ondan başqa qüvvə və ilah olmadığını eşitməyə dözə bilməzlər. Quranda bildirildiyi kimi, bu həqiqətləri heç vaxt dinləmək istəməz və “nifrətdən dəliyə dönmüş halda” böyük sıxıntı ilə dərhal o mühitdən qaçarlar. Dini söhbətlər edilməsi münafiqi çox qəzəbləndirər və narahat edər (Allahın tənzih edirik). Münafiq narahatlığını və narazılığını, uff deyərək, ayaqlarını yelləməyə başlayaraq ifadə edər. Sıxıntıdan hər yeri büzülər, ruhu heyrətamiz daralar. Ruhundakı şeytani xəstəlik, Allah zikr edildiyi vaxt yaşadığı bu narahatlıq və vücudunun verdiyi şeytani reaksiyalarla dərhal ortaya çıxar.

Aydındır ki, insan ən çox kimi sevir, ən çox kimi düşünür, ən çox kimə yaxın olmaq istəyirsə, qəlbində olduğu kimi, dilində də həmişə o olar. Müsəlmanların dünyada ən sevdikləri varlıq Rəbbimiz olduğu və hər an hər işlərində Allaha sığınıb Ondan kömək diləyib Onun rizasını qazanmağa çalışdıqları üçün, dillərində də hər zaman Rəbbimizin gözəl adları vardır.

Münafiqlər də, qəlbləri həmişə şeytanla birlikdə olduğu üçün, gün ərzində dillərində də həmişə şeytani fikirlər, Qurandan kənar məntiqlər, küfri danışıqlar, neqativ, çirkin sözlər, hörmətsizliklər, tərsliklər vardır.

Şeytan müsəlmanlar arasında narahatlıq, fitnə, qarışıqlıq törətmək, onları narahat etmək üçün münafiqlərdən bu cür istifadə edir, onların ağzından öz fəlsəfəsini dilə gətirdir. Lakin bu tamamilə münafiqin əleyhinə dönür və bundan zərər çəkən yalnız münafiqin özü olur. Neqativ və şeytani dünyasının, qaranlıq zehninin yaratdığı çirkli düşüncələr, təkcə onu narahat edir. Müsəlmanlarla birlikdə həm mənəvi, həm də zahiri nemətləriylə cənnət kimi bir mühitdə olduğu halda, münafiq Allahdan uzaq yaşamasının əvəzinə, cəhənnəm hayatındaymış kimi, əzab içində, bədbəxt həyat yaşayar.

Münafiq dini mövzulardan bəhs etmək istəməz, lakin dünya həyatı ilə bağlı mövzularda danışmaq məsələsində çox şövqlü və bacarıqlıdır

Allahı çox az zikr edən və Rəbbimizin zikr edildiyi mühitlərdə olmaqdan da diqqətlə qaçan münafiqlərin, bu mövzuda diqqətçəkən bir xüsusiyyətləri daha var. Dini mövzulardan bəhs edilməsindən böyük acı və əzab çəkən münafiq, dünya həyatına dair mövzular olduqda əhvali-ruhiyyəsi heyrətamiz dərəcədə yüksələr. Özünə Allahı, axirəti, taleyi, vicdanlı olmağı, Quran əxlaqına tabe olmağı xatırladan hər şey ona nə qədər sıxıntı verirsə, Allahı və dini unutduran mövzular da, ona “sanki dirilik suyu kimi” həyat verər. Quranın; “təkcə Allah anıldığı zaman axirətə inanmayanların qəlbi hirslə qabarır. Halbuki Ondan başqaları xatırlandığında dərhal sevincə qapılarlar.” (Zumər surəsi, 45) ayəsi ilə, münafiqin Allahdan başqa mövzulardan bəhs edildikdə necə rahatlayıb canlandığı və xoşbəxt olduğu xəbər verilmişdir.

Münafiq dili ilə hər nə qədər iman gətirdiyini söyləsə də, əslində axirətə inancı ya çox zəifdir, ya da heç yoxdur. Dolayısilə də onun üçün hər şeydən əhəmiyyətli olan yalnız dünya həyatıdır. Bu həyatın hər təfərrüatı onun üçün çox əhəmiyyətlidir. Dünyanın qabaqcıl ölkələri, ən ehtişamlı şəhərləri, bu bölgələrin insanları, dünya səviyyəsində ən nüfuzlu olan xarici dillər, bu ölkələrin siyasətçiləri, incəsənət xadimləri, yazıçı heyəti, onların müdafiə etdikləri fikirlər, münafiq üçün olduqca əhəmiyyətlidir. Bu bölgələrə gedə bilməsə, bu insanlarla tanışa bilməsə belə, bunların hər biri haqqında məlumat sahibi olmaq belə onu çox həyəcanlandırar. Çünki münafiq bütün bunları öz gələcəyinin parçası kimi görər. Ona həyat verən, onu canlı saxlayan düşüncə də onsuz da, dünya səviyyəsində etibarlı, yüksək mövqeyə gələ bilmə, heyran olduğu o qabaqcıl insanlar arasında, onlardan biri kimi ola bilmək xəyalıdır. Buna görə də bu mövzulardan söhbət getdikdə, münafiqin dili sonunadək açılar. Allahı zikr etməkdən söhbət getdikdə isə bir neçə cümlə belə danışmayan, bir nemətlə qarşılaşdığı və ya bir çətinlikdən xilas olduğu zaman şükür etməyi belə bilməyən münafiq, gələcəyi kimi gördüyü dünya həyatından söhbət açıldıqda, saatlarla heç susmadan danışar. Sevinci bir anda yerinə gələr. Ən lazımsız təfərrüatlardan belə saatlarla danışar.

Həmçinin münafiq bu mövzularda öyrəndiyi dünyəvi məlumatları yaddaşında saxlamaqda da, bunları diqqət çəkəcək hala gətirib danışmaq məsələsində də olduqca qabiliyyətlidir. Allah Quranda münafiq xarakterli bu insanların bu xüsusiyyətini ayələrdə belə xəbər vermişdir:

Sən onlara baxdıqda bədən quruluşları xoşuna gəlir, danışanda onların dediklərinə qulaq asırsan. Halbuki, onlar divara söykədilmiş dirəklər kimidirlər. Onlar hər bir səs-küyün özlərinə qarşı olduğunu sanırlar. Onlar düşməndirlər. Sən onlardan çəkin! Allah onları məhv etsin, necə də haqdan döndərilirlər! (Münafiqun surəsi, 4)

İnsanların eləsi vardır ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr və qəlbində Allahı şahid göstərər; halbuki o, ən qatı düşmənidir. (Bəqərə surəsi, 204)

Allah, “danışdıqları zaman da onlara qulaq asarsan” sözləri ilə “münafiqlərin dindənkənar danışıqlardakı şeytani qabiliyyətlərindən” xəbər vermişdir. Digər ayədə isə Rəbbimiz, “dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr” deyə bildirmişdir. Deməli, münafiq, dünya həyatının ehtişamına, mənfəətlərinə dair məsələlər olduqda çox səlis və maraqlı şəkildə danışa bilir.

“Dinlə əlaqədar sözlər” isə münafiqin maraqlandığı və zövq aldığı mövzular deyil. Lakin incəsənətdən, rəsmdən, heykəldən, hər cür zənginlikdən, puldan, modadan, paltarlardan, bəzənməkdən, saç baxımından, idmandan, evlərdən, avtomobillərdən, yeməklərdən, içkilərdən saatlarla zövq alaraq bəhs edər. Televiziyadakı bir proqram, qəzetlərdə gündəm mövzusu olan bir dedi-qodu, sosial mediada insanların kimləri izlədiyi kimi mövzularda əhvali-ruhiyyələri heyrətamiz dərəcədə açılar. Əlbəttə ki, bunlardan bəhs etməsində səhvlik yoxdur. Diqqətçəkən xüsus, bütün bunlarda göstərdiyi şövq və qabiliyyəti dini mövzularda itirməsidir.

Həmçinin ayədə “xoşuna gələr” sözü ilə bildirildiyi kimi münafiqlər, iman gözü ilə, müsəlman əxlaqı ilə baxmayan insanların da diqqətini çəkə biləcək üslub işlədə bilərlər. Bu mövzuda qabiliyyətlidirlər. Bütün bu mövzular haqqındakı ən incə məlumatları belə yaddaşlarında saxlaya bilmək mövzusunda da qabiliyyətlidirlər. Boş mövzular barədə danışmaqdan söhbət getdikdə üfüqləri də olduqca geniş olar. Lakin Allah ayənin davamında münafiqlərin “sütun kimi söykədilmiş-kötük kimi” olduqlarını da bildirmişdir. Dolayısilə bu, “heç bir işə yaramayan, boş qabiliyyətdir”. Həmçinin nə özlərinə, nə də başqasına fayda verər. Çox vaxt “boşboğazlıq” kimi xarakterizə edilə biləcək tərzdə boş söhbətlər etməkdən kənara çıxa bilməzlər. Bu boşboğazlıqlarıyla nə özləri, nə də başqası üçün xeyirə vəsilə olmazlar. Bu məlumatlardan hikmətli şəkildə, yaxşı məqsəd üçün istifadə edə bilməzlər. Təkcə özləriylə eyni düşüncədəki məqsədsiz insanlarla boşboğazlıq və boş söhbətlər edərək, insanları narahat edən xoşagəlməz xarakter göstərmiş olarlar.

Bir insan, müsəlmanlardan birinin yanına getsə və boş yaxud adi mövzular barədə uzun-uzadı danışaraq onun vaxtını alsa, səmimi mömin bundan çox narahat olar. Eynilə bu insan sırf sınamaq üçün, münafiq xarakterli birinin yanına gedib Allahı sidqi-ürəkdən və səmimi üslubla zikr etsə, münafiq də bu vəziyyətdən böyük əzab çəkər. Bu onun heç dözə bilmədiyi, ən əzab çəkdiyi mövzudur. Allahdan, dindən bəhs edildiyi zaman rəngi solar, əhvali-ruhiyyəsi pozular, sevinci qaçar. Quranın; “sanki onlar, ürkmüş vəhşi uzunqulaqlardır; arslandan qorxub qaçmışlar (Müddəssir surəsi, 50-51) ayələri ilə bildirildiyi kimi, münafiqlər Allahın zikrini eşitdikləri zaman “ürkmüş vəhşi uzunqulaqlar kimi dərhal o mühitdən qaçıb uzaqlaşarlar”. Lakin münafiqə dindən başqa, dünyəvi mənfəətlərinə dair bir mövzu açılsa, nə qədər sevinib fərəhləndiyi və canlandığı da açıqca görünər.

Allah Quranın; “insanların eləsi vardır ki, nadanlığı Allahın yolundan sapdırmaq və onu məsxərəyə qoymaq üçün sözün “boş və məqsədsiz sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab vardır.” (Loğman surəsi, 6) ayəsi ilə, münafiqlərin bu “boş və məqsədsiz” danışıqlarla hədəflərinin, “müsəlmanların Quran əxlaqını yaşamasına mane olmaq” olduğunu bildirmişdir. Münafiq, müsəlmanların vaxtlarını alaraq, onları boş sözlərlə sözə tutaraq edəcəkləri xeyirli fəaliyyətlərin qarşısını almaq istəyər. Eyni zamanda da, müsəlmanlar arasında özləri kimi zəif imanlı və ya münafiq xarakterli insanlar vardırsa, bu yolla onları fikrindən döndərməyi və səmimi mömin olmaqdan uzaqlaşdıra bilməyi hədəfləyər.

Lakin Allah münafiqlərin bu şeytani səyini, müsəlmanlar üçün rəhmətə döndərər. Müsəlmanlar Allahı böyük sevgi ilə zikr edən müsəlmanlarla, Allahı zikr etməkdən qaçan, lakin boş və məqsədsiz sözlərlə heyrətamiz dərəcədə canlanan insanların fərqini görmüş olarlar. Beləliklə aralarındakı səmimiyyətsiz və münafiq ruhlu insanları tanıya bilər və kimlərə qarşı diqqətli davranmalarının lazım olduğunu görərək tədbir ala bilərlər.

Münafiq, əxlaqını gözəlləşdirməyə əhəmiyyət verməz, lakin “xarici görünüşü” və “bəyənilmək” onun üçün vacib əhəmiyyət daşıyar

Allah bir Quran ayəsində münafiqlər üçün; Sən onlara baxdıqda bədən quruluşları xoşuna gəlirdeyə bildirmişdir:

Sən onlara baxdıqda bədən quruluşları xoşuna gəlir, danışanda onların dediklərinə qulaq asırsan. Halbuki, onlar divara söykədilmiş dirəklər kimidirlər...“ (Münafiqun surəsi, 4)

Ayədə işlənən “cüssəli formaları” ifadəsi ilə, cahil cəmiyyətlərdə əhəmiyyət verilən “zənginlik, göstəriş, baxım, müasirlik və ya keyfiyyət” kimi “təkcə xarici görünüşə aid” meyarlara diqqət çəkilmişdir. Həqiqətən də münafiq üçün “xarici görünüş və bəyənilmək” çox mühüm iki mövzudur. Axirətə inanmayan və Allahın rizasını axtarmayan münafiq üçün, sahib olduğu ən qiymətli xəzinə “vücudu” və onu ən təsirli şəkildə istifadə edə bilmək üçün ehtiyacı olan “beyni”dir. Lakin məlum olduğu kimi ağıl, Allahın yalnız səmimi iman gətirən qullarına lütf etdiyi nemətdir. Quranda bu həqiqət belə xəbər verilmişdir:

Ey iman gətirənlər, Allahdan qorxsanız, O sizə doğrunu səhvdən ayıran bir nur və anlayış (furqan) verər, günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf sahibidir. (Ənfal surəsi, 29)

Rəbbimiz, təkcə Allahdan hörmət və dərin sevgi ilə qorxub çəkindiyin zaman, qullarına Öz tərəfindən “doğru ilə səhvi”, “yaxşı ilə pisi” bir-birindən ayırd edə biləcək “ağıl və anlayış” verir. Dolayısilə Allah qorxusu çox zəif olan münafiq xarakterli insanlarda, bu mühüm müsəlman xüsusiyyəti yoxdur. Ağılları heyrətamiz dərəcədə zəifdir. Lakin Allahın onlar üçün bir tələsi olaraq, onlar bu vəziyyətdən xəbərsizdirlər. Əksinə özlərini, ətrafındakı bütün insanlardan daha ağıllı zənn edərlər. Halbuki onların özlərində gördükləri və ağıl zənn etdikləri şey, təkcə “zəka”dır.

Məhz münafiq əlindəki bu adi zəkası və vücudundan istifadə edərək, dünya həyatından mümkün ola biləcək ən çox mənfəəti əldə edə bilməyə çalışar. Allaha, Onun sonsuz ağlına və gücünə inancı olmadığı üçün, bütün bunlara Allahdan müstəqil təkbaşına sahib olacağını zənn edər. Buna görə də yeganə sahib olduğu şey olan vücudunu çox qiymətli hesab edər. Vücudunu, Allahın yaratdığı gözəl nemət və lütf olduğu və ya ondan Allah yolunda ən yaxşı şəkildə istifadə edə bilmək, sağlam olmaq üçün deyil; müstəqil şəkildə sahib olduğunu zənn etdiyi bir nemət olaraq gördüyü üçün əhəmiyyət verər. Vücuduna nə qədər yaxşı baxa bilər, onu nə qədər yaxşı bəzəyə bilərsə, özünü nə qədər gözəl, nə qədər fərqli və mühüm insan kimi təqdim edə bilərsə, qarşısındakı insanlara bir o qədər dərindən təsir edə biləcəyini düşünər. Bu yolla küfr əhlinin gözünə girə biləcək, rəğbətlərini qazana biləcək, nüfuz sahibi ola biləcək və bütün bunların nəticəsində də hərisliklə arzuladığı dünyəvi mövqelərə gələ biləcək. Bu səbəbdəndir ki, Allah ayədə; “Sən onları gördüyün zaman cüssəli formaları xoşuna gələr” deyə bildirmişdir.

Allah qorxusu olmayan, axirətə inanmayan münafiqə görə, əxlaqını gözəlləşdirməyə çalışması isə heç bir işə yaramayacaq və əhəmiyyəti olmayan mövzudur. Münafiq onsuz da “gözəl əxlaqı” bəyənən varlıq deyil. İstədiyi yalnız, şeytanın əxlaqına sahib ola bilmək, küfr əhlində və müsəlmanlar arasında istədiyi kimi hiyləgər oyunları oynaya biləcək küfri taktikaları və üsulları bilmək və bunları tətbiq edə biləcəyi şeytani zəkaya sahib ola bilməkdir. Məhz bu səbəblə də əxlaq mövzusu ilə qətiyyən maraqlanmaz. Lakin vücuduna dəlisov hərisliklə bağlıdır. Bədənini gənc, gümrah, sağlam və güclü saxlaya bilmək, münafiqin həyatdakı ən mühüm hədəflərindən və ən diqqət göstərdiyi məsələlərdən biridir.

Əlbəttə ki, bir müsəlman da bədənini ən güclü, ən sağlam və ən gözəl görünəcək şəkildə qorumaq üçün lazım gələni edər. Müasir, keyfiyyətli, baxımlı və gözəl olmaq müsəlmanların da əhəmiyyət verdikləri gözəlliklərdir. Lakin münafiqin bu istiqamətdəki rəftarı, dəlisov hərislik şəklindədir. Həmçinin məqsədi vücudundan Allah yolunda, Allahın razı olacağı xeyirli həyat üçün istifadə etmək deyil. Axirətə inamsızlığından, dünya həyatına olan şiddətli bağlılığından və bu dünyada əbədiyyən yaşamaq istəməsindən ötrü vücudunu əhəmiyyətli hesab edər. Ölümün, xəstəliklərin, qocalığın da bu dünya həyatının hissəsi olduğunu unuda bilmək üçün, vücudunu həmişə gəncləşdirə bilməyə və daha göstərişli hala gətirə bilməyə çalışar.

Ağıl, iman, gözəl əxlaq olmadan, vicdandan istifadə edilmədən, içi boş vücudun heç bir gözəlliyi olmayacağını isə anlaya bilməz. Bütün gücünü və enerjisini yalnız xarici görünüşünü mükəmmələşdirib vücudunu qorumağa verər. Halbuki bir gün hər kəs kimi münafiq də öləcək və bədəni çox qısa günlər ərzində çürüyüb torpaq olacaq. Geriyə yalnız Allaha qarşı olan rəftarı, imanı və bu dünyada etdikləri qalacaq. Lakin ağlı qapanmış olan münafiq bütün bu həqiqətlərdən xəbərsizdir. Buna görə də qavrayıb anlaya bilməz.

 

13 / total 24
"Harun Yəhyanın Münafiqin Dərin Qaranlığı kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.org adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com