< <
14 / total: 24

Münafiqin Əxlaqsızlığı və Oyunları 3/7

Münafiq, İncildə “kənardan gözəl görünən, içi ölü, murdarlıqla dolu ağardılmış məzarlara” bənzədilmişdir

İncildəki bir sözdə münafiqlər; “xaricdən gözəl görünən, içi ölü, murdarlıqla dolu ağardılmış məzarlara” bənzədilmişdir:

“Siz kənardan gözəl görünən, lakin içi ölü sümükləri və hər cür pisliklə dolu ağardılmış məzarlara bənzəyirsiniz. Kənardan insanlara dürüst görünərsiniz, lakin daxilən ikiüzlülük və murdarlıqla dolusunuz”. (Matta, 23:27-28)

Kənardan baxıldığı zaman münafiq həqiqətən gözəl və göstərişli görünə bilər. Saçlarını ən baxımlı, ən müasir, ən diqqətçəkən hala gətirər. Qadın isə ən göstərişli makiyajı edib, kişi isə idman zalında məşq edib, ən keyfiyyətli markaların paltarlarını geyib, öz aləmində ən göstərişli şəkildə danışıb özlərini ətrafındakı insanlara bəyəndirməyə çalışa bilərlər. Həmçinin bəlkə də bu, insanları Qurani meyarlarla dəyərləndirməyən kəslər üçün, həqiqətən də diqqətçəkən xüsusiyyət ola bilər. Lakin İncildə ifadə edildiyi kimi, kənardan ehtişamlı görünən bu insanların içləri ölüdür”. Qəlbləri, sümükləri ölüdür. Kənardan göstərişli əhəng edilmiş kimi bəzənmiş amma içləri pislik ilə dolu bir məzar kimidirlər. Kənardan insanlara yaxşı və dürüst kimi görünərlər, lakin içlərində ikiüzlülük və pisliklə doludurlar. Dolayısilə ilk baxışda zahirə əhəmiyyət verən bəzi insanların rəğbətini qazandıran bu ehtişamlı vücud tamamilə aldadıcıdır. Allah münafiqi; kənardan ehtişamlı görünən, lakin içi boş olan kötüyə” bənzətmişdir (Münafiqun surəsi, 4).

Münafiq diqqətlə bəzəyib qoruduğu vücudu ilə göz boyayaraq, içindəki boşluğu, şeytanlığı, pisliyi və hiyləgərliyi gizlədə biləcəyini zənn edər. Lakin sonsuz ədalət sahibi olan Allah buna icazə verməz. Münafiq Allahın rizasını tərk edib, dünyaya, mənfəətlərinə, vücuduna, rahatlığına əhəmiyyət verdikcə, Allah bütün bunları onun üçün əzaba döndərər.

Münafiq özünə çox düşkündür; saxtakarca oyunlarla həmişə özünə qulluq edilməsini təmin etmək və vücudunu əldən düşməkdən qorumaq istəyər

Əvvəlki hissələrdə bəhs edildiyi kimi, sahib olduğu vücudu, münafiqin dünya həyatındakı ən qiymətli varlığıdır. Dolayısilə də ona gələcək, çox kiçik zərər belə münafiq üçün çox əhəmiyyətlidir. Öz aləmində onu nə qədər sağlam, gümrah, gənc və gözəl saxlaya bilsə, mənfəətlərini o qədər yaxşı qoruya biləcək. Buna görə də yaşlanmaqdan, xəstələnməkdən çox ciddi şəkildə qorxar.

Dərilərində çox kiçik pozulma, saçlarında ən kiçik qüsur, yeməklərində ən kiçik çatışmazlıq və yuxularında cüzi ləngimə olmağını istəməzlər. Səhərdən-axşama qədər internetdən, kitablardan “nə yesələr, nə içsələr, daha uzun və daha sağlam yaşaya bilərlər?” “nə etsələr dərilərinin qırışmasının qarşısını ala bilərlər?” kimi sualların cavablarını araşdırıb öyrənməyə çalışarlar. Bütün insanlarda rast gəlinə bilən, adi və sadə ağrıları və ya sıxıntıları olsa, dərhal ən yaxşı həkimlərə getmək istəyərlər. Həmişə vücudlarını dinləyər və ən sağlam anlarında belə özlərində maraqlanılması lazım olan sağlamlıq problemi taparlar. Adi təfərrüatı heyrətamiz dərəcədə böyüdər və ortalığa vəlvələ salarlar. Bütün etdiklərini təsirli edəcək, sağlamlığı, güc və qüvvəti verəcək olan tək qüvvənin Rəbbimiz olduğunu düşünməzlər. Buna görə də özlərinə nə qədər diqqət göstərə bilsələr, o qədər sağlam, gümrah qalacaqlarını və o qədər də uzun yaşaya biləcəklərini zənn edərlər.

Bütün bu rəftar pozuntuları, münafiqlərin dünyaya olan bağlılıqlarını, imanlarının və təvəkkülərinin zəifliyini, içdən bazarlıqlı, mənfəətpərəst və eqoist xarakterlərini açıqca göstərir. Lakin, əlbəttə ki, hər mövzuda olduğu kimi, bu mövzuda da münafiqlər bütün bu ifadə və rəftarları, bir planın kiçik hissəsi kimi tətbiq edərlər. Münafiqlər, müsəlmanların nə qədər vicdanlı, nəzakətli və incə düşüncəli insanlar olduğunu çox yaxşı bilərlər. Xəstə, yorğun və ya gücsüz olduqlarını dedikləri zaman, köməyə ehtiyacları olduğunu dilə gətirdikləri vaxt, müsəlmanların vicdani məsuliyyət olaraq buna biganə qalmayacaqlarını dərk edirlər. Yaxud adi narahatlıqlarını, sanki ölümcül xəstəliyin əlamətiymiş kimi gündəmə gətirdikləri zaman, qarşılarındakı insanların bunun əksini iddia etməyəcəklərini dərk edirlər.

Məhz bu vəziyyətdən istifadə edərək, “maddi-mənəvi hər cəhətdən özlərinə ən qabardılmış şəkildə qulluq etdirməyə” və eyni zamanda da bu yolla, “müsəlmanların həm maddi imkanlarını, həm də vaxtlarını və enerjilərini yox etməyə” çalışarlar. Həmçinin digər məqsədləri də, “müsəlmanlar arasında özlərini mümkün qədər yormamaq, istədikləri kimi dincələ bilmək və öz hiyləgər fəaliyyətlərinə istədikləri kimi vaxt ayıra bilmək”dir. Bu istiqamətdə müxtəlif oyanıqlıqları, yalan və səmimiyyətsizlikləri ilə, heç bir işə qarışmayıb hər istədiklərinin edilməsini və onlara ən yaxşı şəkildə baxılmasını təmin etməyə çalışarlar. Şikayətlərinin və bəhanələrinin sübut edilə bilməz mahiyyətdə olmasından istifadə edərək, həmişə onlardan maddi-mənəvi bir şeylər istəyərlər.

İncildə qeyd olunan bir hissədə münafiqlərin bu səmimiyyətsiz və şeytani əxlaqı belə xəbər verilmişdir:

Bundan sonra İsa xalqa və tələbələrinə belə səsləndi: “...Sizə söylədiklərinin hamısını edin və yerinə yetirin, lakin onların etdiklərini etməyin. Çünki söylədikləri şeyləri özləri etməzlər. Ağır və çətin daşınan yükləri bağlayıb başqalarının kürəyinə yükləyərlər, özləri isə bu yükləri daşımaq üçün barmaqlarını belə oynatmaq istəməzlər. Etdiklərinin hamısını göstəriş üçün edərlər... “ (Matta, 23:1-5)

Bu açıqlamalardan da aydın olduğu kimi, “ağır və çətin daşınan yükləri bağlayıb başqalarının kürəyinə yükləmək” münafiqlərin mühüm xüsusiyyətidir. İncildəki bu münafiq təsviri, münafiqlərin nə qədər alçaq və əxlaqsız olduqlarını çox açıq şəkildə izah edir.

Münafiqlər “çox alçaq, mənfəətpərəst və fürsət axtaran” insanlardır. Üzlərində ən kiçik utanma, sıxılma əlaməti belə meydana gəlmədən, müsəlmanlara hər cür işlərini gördürməyə çalışarlar. Özləri bu yükləri daşımaq üçün barmaqlarını belə oynatmadıqları halda, ən ağır və çətin daşınan yükləri müsəlmanların kürəyinə yükləmək istəyərlər. Məsələn, bir şey daşınacaqsa, “bunu gətirə bilərsənmi?” deyərlər. Heç bir bəhanələri olmadığı halda “sırf özlərini yormamaq, rahat olmaq üçün”, öz işlərini başqasına gördürmək istəyərlər. Bu qədər kiçik alçaqlığı, çox kiçik əxlaqsızlığı belə öz saxtakar düşüncələrinə görə qazanc hesab edərlər. “Niyə sən gətirmirsən?” deyə soruşulsa, o zaman da “bir narahatlığım olduğuna görə” və ya “ayaq biləyim ağrıdığına görə” kimi yalanlar uydurarlar.

Halbuki çox aydındır ki, eyni insan, küfr əhlindən əhəmiyyət və dəyər verdiyi insanlar nə isə tələb etsələr, nə ayaq biləyinin ağrısından bəhs edər, nə də başqa xəstəliyindən. Hətta onlar özündən heç nə tələb etməsə belə, münafiqin qarşısına bu insanların gözünə girə biləcəyi hər hansı fürsət çıxsa, səbəbsiz yerə və heç bir əvəz də istəmədən, heyrətamiz enerji ilə bu insanların hər işinə qaçıb kömək edər. Hətta lazım gəldikdə, özünü ifrat dərəcədə yorar və buna görə heç bir şikayət belə etməz.

Məhz küfr əhlinə və müsəlmanlara qarşı göstərdiyi bu bir-birinə tamamilə zidd iki əxlaq, münafiqin kiçik xülasəsidir. Müsəlmanlardan söhbət getdikdə vücud cəhətdən passivləşib heç bir gücü, enerjisi olmayan, İslama xidmət etmək lazım gəldikdə min bir cür bəhanə ilə qaçıb geridə dayanan və müsəlmanların maddi-mənəvi imkanlarından istifadə edərək həyatının sonuna qədər özünə qulluq etdirməyi hədəfləyən münafiq; küfr əhlinə yaltaqlanmaqdan söhbət getdikdə, bitməz-tükənməz güc və enerji tapar.

Lakin burada “mühüm sirr” var: Münafiq özünün çox “oyanıq və bütün bu oyunlarıyla da heyrətamiz dərəcədə qazanc sahibi olduğunu” zənn edər. Halbuki o hiss etmədən bəla onu içdən və çöldən, dünyada və axirətdə sürətlə bürüyər. O saxtakarlıq, hiyləgərlik, səmimiyyətsizlik etdikcə, Allah gizlin-gizlin onun qəlbini, ruhunu, dünyasını qaraldar. O alçaqlıq, əxlaqsızlıq, münafiqlik etdikcə, Allah onun dünyasını dərdlərlə, bəlalarla, əzablarla, sıxıntılarla doldurar.

Yaşlanmaq və ölümün yaxınlaşması, münafiqin dəhşət verici qorxuya qapılmasına səbəb olar

Bura qədər bəhs edilən, münafiqin özünü və vücudunu çox qiymətli görmə fəlsəfəsinin digər hissəsi də, “münafiqin yaşlanmaqdan və ölməkdən duyduğu dəhşətli qorxu”dur. Dünya həyatının daimi olmadığı; həyatın sürətlə tükəndiyi və insanların sürətlə yaşlanaraq ölümə yaxınlaşdıqları, dünyadakı iman gətirən və ya gətirməyən hər insanın çox yaxşı bildiyi həqiqətdir. İnsanlar dünyaya nə qədər möhkəm bağlansalar da, çox qısa müddət sonra hər kəs dünyanı tərk etmək məcburiyyətindədir.

Bu, açıq-aydın həqiqət, müsəlmanların Allaha olan sevgilərini, hörmət dolu qorxularını və gözəl əxlaqlarını artırdığı halda, iman gətirməyən və ya münafiq ruhlu insanların dünyasında “böyük kabus” meydana gətirər. Axirətə iman gətirmədikləri üçün, onlara görə ölüm, nə olacağını bilmədikləri qorxu dolu naməlumluqdur. Ölümdən sonra dünyada etdiklərindən ötrü haqq-hesaba çəkiləcəklərinə və ardınca da əbədi həyata davam edəcəklərinə inanmazlar. Məhz buna görə də ölümə heç vaxt yaxınlaşmaq istəməz və ölümü xatırladan heç bir məsələ ilə həmsöhbət olmamağa çalışarlar.

Yaşlarının irəliləməsi ilə birlikdə vücudlarında getdikcə ortaya çıxmağa başlayan yaşlılıq əlamətləri, onları sanki dəliyə döndərər. Heyrətamiz təşvişlə “bunlardan xilas olmağın və bu yaşlanmağı dayandırıb, gəncləşə bilməyin yollarını” axtararlar. Həmişə gənc qala bilməyin formullarını araşdırar, bildikləri hər yolu tətbiq etməyə çalışarlar. Həkimləri gəzib, texnolojinın təqdim etdiyi son inkişafları təqib edərək, səbirlə bu üsulların hər birini sınamağa başlayarlar.

Münafiqlərin bu dəhşətli qorxularından bir Quran ayəsində, “məhz qəlblərində xəstəlik olanları: “Zamanın, fəlakətləriylə əleyhimizə dönüb bizə toqquşmasından qorxuruq “deyərək aralarında səylər icra etdiklərini görərsən ...(Maidə surəsi, 52) sözləri ilə bəhs edilmişdir.

Ayədəki “zamanın fəlakətləriylə əleyhimizə dönüb bizə toqquşmasından qorxuruq” ifadəsi ilə, münafiqlərin “başlarına bəla, xəstəlik, yaşlılıq və ya ölüm gəlməsindən duyduqları amansız qorxu”ya işarə edilmişdir. Bəhs olunan “fəlakət” bəzən “müalicə edilə bilməyən bir xərçəng xəstəliyi, bəzən də başqa amansız xəstəlik və ya çarəsi olmayan başqa problem” ola bilər.

Ayədəki “əleyhimizə dönüb bizə çarpması” ifadəsi də münafiqlərin bu ruh halını anlamaq baxımından çox əhəmiyyətlidir. Çünki zamanın onların əleyhinə işləyərək dönüb dolaşıb “başqalarına deyil”, təkcə “onlara” tuş gələn bir fəlakətə çevrilməsindən söhbət gedir. Həmçinin münafiq də bundan ötrü böyük qorxu yaşayır.

Məhz münafiq yaratdığı bütün bu fəlakət ehtimallarından ötrü içində dəhşət dolu duyğular yaşayar. Həyatı boyu bir tərəfdən şeytanın ilham etdiyi alçaqlıqları və əxlaqsızlıqları tətbiq edərkən, ağlının digər yarısı da bu fəlakətlərdən duyduğu qorxu ilə mübarizə aparmağa çalışmaqla məşğuldur.

Lakin Allahın çox açıq olan qanununun tələbi olaraq, bir münafiqin şeytanla əməkdaşlıq edərkən xoşbəxt ola bilməsi, qorxularına qalib gələ bilməsi, hüzur tapa bilməsi, əlbəttə, qeyri-mümkündür. Yaşadıqları bu qorxu, Allahın, münafiqlər üçün dünyada yaratdığı mənəvi cəhənnəmin bir parçasıdır. Həmçinin səmimi imana yönəlmədikləri müddətcə də qəlbləri heç vaxt hüzur tapmayacaq.

Yaşlılıq da, ölüm də Allahın dünya həyatında yaratdığı qanunudur. Bu günə qədər heç kim həyatının sonuna qədər gənc qala bilməmiş, heç kim yaşlanmasına mane ola bilməmişdir. Eynilə dünyada tarix boyu yaşamış heç bir insan ölümünü gecikdirə bilməmişdir. Ölüm, hər insana mütləq bir gün üz verəcək və münafiq də Allahın təqdir etdiyi əcəl zamanı gəldiyi vaxt, bu həqiqətə müqavimət göstərə bilməyəcək.

Münafiqin həyatı boyu bu istiqamətdə apardığı hər mübarizə, bu mövzudakı çarəsizliyini və qorxusunu daha da artıracaq, lakin onu nə xəstələnməkdən, nə yaşlanmaqdan, nə də ölməkdən qoruya biləcək.

Münafiq, müsəlmanların maddi imkanlarından nə qədər çox istifadə edə bilsə, bir o qədər böyük qazanc əldə etdiyini zənn edər

Münafiqin həyatında, müsəlmanlarınkı kimi dəyərli və yüksək ideallar yoxdur. Yaşama məqsədi, təkcə “özü”dür. Təkcə həyatda qala bilmək və bu həyatdan ən çox mənfəəti əldə edə bilmək arxasındadır. Yaxşı yaşaya bilməsi, yaxşı yemək yeyə bilməsi, yaxşı yata bilməsi, ən yaxşı paltarları geyə bilməsi kimi, hər mövzuda ən yaxşı imkanları əldə edə bilməsi onun üçün ən vacib məsələdir. “Dünya həyatında nüfuz, mal, mülk, pul, məqam və mövqe sahibi ola bilmək, ən yaxşı yerlərə gəlib öz aləmində həyatın imkanlarından ən yaxşı payı qoparda bilmək” münafiqin həyat fəlsəfəsinin qısa xülasəsidir. Lakin, əlbəttə ki, əsil zehniyyəti, bütün bunları əldə edərkən, hər cür saxtakarlıqla, hiyləgərliklə, oyanıqlıqlarla bunları heç əziyyət çəkmədən, öz deyimi ilə tamamilə “pulsuz” edə bilməkdir.

Məhz bu saxtakarlıq üzərində qurulmuş fəlsəfəsini həyata keçirə bilmək, müsəlman cəmiyyəti, münafiq üçün çox əhəmiyyətli və mühüm imkanlara malikdir. Çünki hər şeydən əvvəl müsəlmanlar vicdanlıdır. Gözəl əxlaqlı, ağıllı, diqqətli, bacarıqlı, qabiliyyətli, çalışqan və dürüst insanlardır. Bu qədər mühüm və əhəmiyyətli xüsusiyyəti, münafiqin başqa yerdə birlikdə tapa bilməsi qeyri-mümkündür. Üstəlik də bütün bu xüsusiyyətlərin toplu şəkildə birləşməsi ilə, münafiqin hərisliklə arzuladığı məqam, mövqe, mal-mülk, etibar, ətraf əldə etmək kimi imkanlara daha da sürətli və asan yolla nail ola biləcəyi aydındır. Dolayısilə münafiq müsəlmanlarla bir yerdə olma planlarını bu fəlsəfə üzərində qurar. Yoxsa səmimi iman gətirməyən, Allahın rizasını qazanmaq üçün zəhmət çəkmək istəməyən münafiqin, bütün həyatlarını, mallarını canlarını Allah yolunda sərf etməyə həsr etmiş müsəlmanlarla olmağı seçməsindən söhbət gedə bilməz. Nə zehnini, nə də vücudunu, öz mənfəətinə uyğun olmayan, maddi və konkret qarşılıqlar almayacağını düşündüyü heç bir şey üçün yormaq istəməyən münafiq, heç vaxt səmimi müsəlman kimi səy göstərməyi qəbul etməyəcək.

Məhz münafiq bu planları istiqamətində müsəlmanlar arasında yer sahibi olduqdan sonra, onların maddi-mənəvi imkanlarından ən yaxşı şəkildə faydalanmağa çalışar. Bunun üçünsə əlindən gəldiyi qədər “təqvalı bir müsəlman təqlidi” etməyə çalışar. Quranda münafiqlərin, saxtakarca planları istiqamətində səmimi müsəlman kimi görünə bilmək üçün “göstəriş etdikləri” belə xəbər verilmişdir:

Vay halına namaz qılanların –o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar. Onlar riyakardırlar. (Əl-Maun surəsi, 4-6)

Münafiqlər göstəriş üçün etdikləri ibadətlərlə özlərini inanclı kəslər kimi göstərməyə çalışar və sonra da bu yolla müsəlmanların imkanlarından istifadə etməyə başlayarlar. Həmçinin münafiqlər, müsəlmanların, “Mən iman gətirmişəm, Allahı, müsəlmanları çox sevirəm, İslama xidmət etmək istəyirəm” deyən bir insanın sözlərinə hüsnü-zənlə baxacaqlarını və özünə heç vaxt; “xeyr, sən müsəlman deyilsən, sənin sözünə inanmırıq” kimi bir söz deməyəcəklərini çox yaxşı bilirlər. Məhz bu həqiqətdən xəbərdar olduqları üçün, müsəlmanların bu hüsnü-zənn dolu baxış prizmalarından mənfəətləri üçün ən yaxşı şəkildə istifadə etməyə çalışarlar.

Müsəlmanların güclü, zəngin olmaları, rifah, hüzur, bolluq və nemət içində yaşamaları və bunlardan kifayət qədər istifadə edə bilmədiyini düşünməsi, münafiqi çox qəzəbləndirər. Müsəlmanlar zənginləşdikcə, onun da bu imkanlardan faydalana bilmək üçün içində duyduğu hərislik artar. Hər fürsətdə, müxtəlif bəhanələrlə, yavaş-yavaş istəklərini sadalamağa başlayar. Demək olar ki, hər gün, müsəlmanların imkanlarından istifadə edə bilmək üçün yeni bir mövzu tapar. Bu münafiq üçün sanki “şeytani əyləncə mövzusu”dur. Səhər oyandığı andan etibarən, o gün “maddi-mənəvi nə cür tələblər edərək, müsəlmanlar üçün nə cür problemlər yarada bilərəm, maddi imkanlarını necə yox edə bilərəm?” deyə düşünər. Bir gün adi bir səbəblə həkimə, başqa gün saçlarının baxıma ehtiyacı olduğu səbəbi ilə bərbərə, digər gün də ehtiyacları olduğu yalanı ilə alış-verişə getmək istəyər. Bəzən sağlamlığını bəhanə edərək özünə xidmət etdirmək; xüsusi və zəhmət tələb edən yeməklər bişirtmək, əşyalarını yudurdub şkaflarını səliqə-sahmana saldırmaq, oturduğu yerə ayağına qədər hər istədiyini gətirdib apartdırmaq istəyər. Bəzən yaşadığı yerin sağlamlığına mənfi təsir etdiyini söyləyərək, özü üçün daha komfortlu, daha ehtişamlı, daha xüsusi imkanlar təqdim edilməsini tələb edər.

Bəzən də, ətrafındakı müsəlmanlarda müxtəlif bəhanələr taparaq, onların özünə zərər verdiklərini iddia edər və müsəlmanları narahat etməyə çalışar. “Filan şəxsin yeriyərkən çıxartdığı ayaq səsi miqrenimi başladır”, “filan şəxsin ətiri allergiyamı artırır”, “başqa insanın televizorun səsini artırması çalışmağıma mane olur” kimi, əslində heç bir həqiqət payı olmayan yalanlarla narahatlıq yaratmağa çalışar. Bu bəhanələrin ardınca, həm əlaqədar şəxslərin fəaliyyətlərinə əngəl törədərək onlara narahatlıq vermək, həm də “bu yolla guya üzərində yaranan narahatlığın aradan qaldırılmasını təmin edəcək yeni imkanlar əldə edə bilməyi” ümid edər. Bir gün “bir əşyasının sındığını, yenisinə ehtiyacı olduğunu, sonrakı gün guya heç paltarının olmadığını, başqa gün sağlamlığı üçün yeməsi lazım olan xüsusi vəsaitlərin alınmasının, digər gün isə makiyaj vəsaitlərinin yenilənməsinin lazım olduğunu” söyləyər.

Bütün bunlar tam istədiyi şəkildə, ən keyfiyyətlisi ilə, ən diqqətli şəkildə özünə təqdim edildikdə isə, münafiq yenə “çirkin və nankor əxlaq” nümayiş etdirər. Mütləq hər təfərrüatda ciddi şəkildə problem çıxardar. Ya alınanları bəyənməz, ya səhv alındığını iddia edər, ya da sifariş etdiyini tamamilə eynisi özünə alınmış olsa belə, “ondan istəmədiyini əslində başqa şey istəmiş olduğunu” iddia edər.

Göstərdiyi bu səmimiyyətsiz, şükür etməyi, xoşbəxt olmağı bilməyən, nalayiq və nankor əxlaqa baxmayaraq, müsəlmanlar bütün istədiklərini təkrar-təkrar yerinə yetirsələr də, münafiqdən yenə də rahatlama və sakitləşmə olmaz. Müsəlmanların xüsusi zəhmət çəkərək, vaxt ayıraraq, Allah rizası üçün yorularaq ona çatdırdıqları nemətlərin dəyərini heç bilməz. Üstəlik, diqqətsiz şəkildə istifadə etdiyi bütün bu nemətləri, bir neçə gün və ya bir neçə həftə sonra ya “ehtiyacı olmadığını” söyləyərək bir kənara atar, ya da bir yerdə unudar gedər. Bir müddət sonra da, yenə başqa bəhanələr irəli sürərək bunların yenilərinin alınmasını istəyər.

Məqsədi “müsəlmanları yormaq, narahat etmək, onunla məşğul edərək daha faydalı işlərə sərf edəcəkləri enerjilərini və vaxtlarını” oğurlamaqdır. Onları mümkün qədər “xərcə salaraq maddi imkanlarını yox etməyə çalışmaq”dır. Bunu nə qədər çox etsə, müsəlmanları maddi-mənəvi nə qədər yorsa, o qədər qazanclı çıxacağını zənn edər. Müsəlmanların səmimi vicdanlarından ötrü rədd etməyəcəkləri mühüm və insani bəhanələrdən istifadə edərək bu oyununu davam etdirər.

Münafiq öz aləmində çox şeytani və hiyləgər əyləncə üsulu tapdığına inanar. Həmçinin bunun da tamamilə öz lehində bir vəziyyət olduğunu zənn edər. Halbuki etdiyi hər hiyləgər oyun, hər şeytani hərəkət münafiqin əleyhinə möminin isə lehinə olar. Müsəlmanlara nə qədər çox ayaq bağı olsa, onlara nə qədər çox iş çıxartsa, onları nə qədər çox xərcə salsa, münafiqin dünyada üstünə çökəcək bəlanın misli də bir o qədər artar. Müsəlmanlara nə qədər çox çətinlik çıxartsa, cəhənnəmi də o qədər genişlənər, çəkəcəyi əzabın şiddəti də o qədər artar. Münafiqə qarşı apardıqları vicdani və ağıllı mübarizədən ötrü, müsəlmanların dünyada qarşılaşacaqları nemətlər də, cənnətdəki məqamları da həmişə genişlənər. Məhz bu da münafiqin bilmədiyi çox mühüm sirrdir.

Münafiq qanuni həyatı xoşlamaz, qeyri-qanuni, hiyləgər və gizli işlər gördükdə rahat edər

Müsəlmanlar nə qədər dürüst, nə qədər təmiz həyat yaşamaq istəyirlərsə, münafiq də tam əksinə, bir o qədər “hiyləgər, intriqalarla dolu, saxtakarlıq və ikiüzlülük üzərində qurulmuş” həyatdan xoşlanar. Hər şeyin “şəffaf və açıq olduğu, dürüstlük üzərində qurulan həyat tərzi” onları çox sıxar. Münafiqlər bunu adi hal hesab edərlər. Ruhları həmişə şeytanlıq, hiyləgərlik, gizlilik axtarar. Dostlarının da özləri kimi olmasını istəyərlər. Həyatlarında oyuna, saxtakarlığa, incə taktikalara, hiyləgər tələlərə yer olmayan insanlar, onlara darıxdırıcı və sabit gələr.

Məhz bu baxış prizması ilə yaşayan münafiq, müsəlmanlar arasında da eyni axtarışlarını davam etdirər. Müsəlmanların həyat tərzi və əxlaq anlayışları ona çox tərs olduğu üçün, onların yanında qətiyyən hüzur tapmaz. Həmişə sıxıntı və narahatlıq içindədir. Nə vaxt ki, onların arxasınca bir iş görsə, hiyləgərcə oyunlar oynasa və saxtakarca planlar qura bilsə, təkcə bu vaxt bir az rahatlayar və xoşbəxt ola bilər.

Qanuni bir şey münafiqi heç vaxt xoşbəxt etməz. Həyatının hər anında demək olar ki, hər mövzuda mütləq gizli işlər görmək, hiyləgərcə əlaqələr yaratmaq, müsəlmanlardan gizlin bir şeylər etmək istəyər. Bu ona axtardığı həyəcan və şeytani xoşbəxtliyi az da olsa verər. Məsələn, müsəlmanlar hamısı birlikdə oturarkən, onun “gizlincə yan otağa keçib müsəlmanlar əleyhinə əməkdaşlıq etdiyi dostlarından biri ilə gizli telefon görüşməsi etməsi” onu çox həyəcanlandırar. Müsəlmanlara zərər vermək məqsədli bir danışığı onların tam yaxınlığında və onlardan gizlin edə bilmək münafiqə “şeytani bir hərəkət etmə həzzi” verər.

Yaxud kompyuterində bir internet saytından bir qəzetin səhifəsini açmış kimi edərkən, eyni anda gizlincə “küfr əhlindən olan dostlarından biri ilə yazışa bilmək, öz aləmində münafiqin günün ən zövqlü anlarından birini yaşamasına” səbəb olar. Aldığı bu şeytani həzzin səbəbi, bunu da yenə hiyləgər üsullarla, gizlincə, qarşısındakı insanları aldadaraq, onlara hiss etdirmədən etdiyini zənn etməsidir. Məhz gün boyu bu cür onlarla hərəkət etmədiyi təqdirdə münafiq heç cür rahat ola bilməz. Nə qədər çox gizlin iş görsə, o qədər şeytani həzz alar.

Lakin qeyri-qanuni həyat tərzi, münafiq üçün elə şeytani hal almışdır ki, həyata dair ən adi mövzularda belə münafiq bir şeyi qanuni olaraq əldə etmək istəməz. Mütləq onu şeytani üsulla, qeyri-qanuni hərəkətlərlə ələ keçirməyə çalışar. Məsələn, bir paltarı, hər kəs kimi gedib bir mağazadan satın almaq onu məmnun etməz. Bunu daha saxtakarca üsulla ələ keçirməyi bacara bilsə, təkcə bu vaxt bundan zövq ala bilər. Məsələn, bir müsəlmandan bir paltarını borc alar, sonra müxtəlif bəhanələrlə bunu ona geri verməməyin bir yolunu tapar. Zaman içərisində ona o paltarın varlığını unutdura biləcəyini düşünər. Bu cür saxtakar üsullarla mənfəət əldə edə bilmək, münafiqi sevindirər. Məsələn, istədiyi bir ayaqqabını əldə edə bilmək üçün müsəlmanların yanına gedib; “ayaqlarımda narahatlıq var, ayaqqabılarım ayağıma çox dar gəlir. Lakin yenisini almağa imkanım yoxdur” kimi bir yalan söyləyər. Halbuki ayaqları narahat deyildir, həmçinin yeni ayaqqabıya da ehtiyacı yoxdur. Lakin müsəlmanların nə qədər vicdanlı insanlar olduğunu çox yaxşı bilir. Belə saxtakarlıq etdiyi vaxt, oyun olduğundan şübhələnsələr belə, üzərlərində vicdani məsuliyyət hiss edəcəkləri üçün, ona mütləq istədiyi kimi bir ayaqqabının alınacağını başdan hesaba qatmışdır. Necə ki, istədiyi nəticəni əldə etdikdə isə, “niyə zəhmət çəkdiniz, heç gərək yox idi, mən sizdən almağınızı istəməmişdim ki,” kimi bir sözlə, oyununu tamamlayar.

Məhz bu kiçik oyun belə münafiq üçün sanki “şeytani qida” kimidir. Allaha və müsəlmanlara qarşı dürüst olmamaq, onlara yalan söyləmiş olmaq münafiqi çox həyəcanlandırar. Zəif ağlı ilə öz aləmində müsəlmanları aldada bildiyini və hiyləgər oyunlarla yönləndirə bildiyini zənn etməsi, onun özünə duyduğu şeytani etimadı artırar. “Bunu bir dəfə edə bilirəmsə, həmişə edə bilərəm” deyə düşünərək, oynaya biləcəyi yeni hiyləgər oyunlar üçün daha da həyəcanlanar.

Kiçik-böyük, əhəmiyyətli və ya əhəmiyyətsiz demək olar ki, hər mövzuda qeyri-qanuni üsullarla mənfəət əldə edə bilmək münafiqin həyat tərzidir. Lakin bütün bunları edərkən hiss edilə bilmədiyini zənn etməsi, münafiqin ağılsızlığının çox açıq göstəricisidir. Şeytani zəkası ilə müsəlmanları məğlub edə biləcəyini, onlara üstün gələ biləcəyini düşünən münafiq, axmaq yanılma içərisindədir. Allah müsəlmanlara imanlarından ötrü “iti ağıl” və münafiqləri diaqnoz edə bilmə mövzusunda da “üstün qabiliyyət” vermişdir. Bu diaqnoz qabiliyyəti ilə, müsəlmanlar münafiqin yalnız kiçik bir neçə oyunundan belə, şəxsiyyətsizliyini və səmimiyyətsizliyini asanlıqla anlayarlar. Anlaşılmadığını zənn edən münafiq hiyləgər fəaliyyətlərinə davam edərkən, əslində müsəlmanlar onların atdığı hər addımı diqqətlə izləyir və oyanıq olmaları lazım olan bu insanlara qarşı hər cür ağıllı tədbiri alaraq irəliləyirlər.

madde, new scientist

Adnan Oktar:Qanuni, açıq, şəffaf yaşamaq münafiqi narahat edər. Mütləq gizlin bir pislik etmək istəyər. Münafiqlərin ruhunda, gizlilik nəfsə xoş gələr. Şeytani ruhdakı insan gizli bir şey etməsə rahat olmaz. Mütləq bəziləri ilə gizlincə yazışacaq, mütləq gizli bir məktub, gizli bir xəbər göndərəcək, müsəlmanlar əleyhinə gizli bir şeylər edəcək. Bu zaman içi rahatlayar. Yəni gizli bir şey etmədən rahatlamaz. Elə bir münafiq yoxdur ki, şəffaf və ya nəzərə çarpan olsun. Hər münafiq mütləq gizlilik istəyər. Mütləq alçaqlıq etməlidir. O gizlincə pislik etdikcə, ondakı münafiq ruhu daha da pərçimlənib, güclənir. Çünki əgər etməsə, münafiqlik ondan geriyə çəkilər. Lakin şeytana itaət etdiyi üçün, şeytan onu, münafiqliyini daha da gücləndirən bir hərəkətə salır. Hər gizli yazışması, hər gizli danışığı, hər gizli hərəkəti, hər gizli kəşfiyyatı, münafiqliyini daha da pərçimləndirir, daha da gücləndirir. O biri cür olduqda münafiqliyindən şübhə etməyə başlayar. “Görəsən dürüst bir insan oluram?”, “normal müsəlman oluram?” deyə vəsvəsəyə qapılar. Onun da vəsvəsəsi vardır. Şeytani vəsvəsə.

Normal, məqbul bir insan olmaq çox qorxudar münafiqi. Dürüst olmaq, onu çox narahat edər. Əxlaqsız ola bilmədiyi zaman çox canı yanar. Özünü ağılsız kimi görər, ağılsız kimi zənn edər. Lakin alçaqlıq, əxlaqsızlıq etdiyi zaman özünü zəkalı hesab edər. Üstün, ağıllı və keyfiyyətli hesab edər. Buna görə də bu alçaqlığı yaşamağa çox diqqət göstərər münafiq. Quran ayələrinə baxdığımız zaman bunu həmişə çox sıx görürük”. (A9 TV, 26 yanvar 2016)

Münafiq özünə qarşı çox qayğıkeş, Peyğəmbər (s.ə.v) və müsəlmanlara qarşı isə çox laqeyddir

Münafiqin ən mühüm xüsusiyyətlərindən biri, əvvəlki hissələrdə də təfərrüatlarıyla bəhs edildiyi kimi “özünə olan düşkünlüyü”dür. Dünyada qarşılaşa biləcəyi ən gözəl əxlaqlı, ən vicdanlı kəslər olan müsəlmanlara qarşı belə sevgi hissi bilməyən bir varlıq olan münafiqin, həyatında həqiqi mənada sevgi bəslədiyi heç kim yoxdur. Öz ailəsi, anası, atası, bacı-qardaşları, həyat yoldaşı və ya övladları belə onun üçün dünya həyatında arzuladığı mənfəətlərə nail olmaq üçün faydalandığı vasitələrdən ibarətdir. Özü ilə ailəsindəki bu insanlar arasında seçim etməsi lazım gəldikdə, heç düşünmədən həmişə öz rahatlığını, öz xoşbəxtliyini və rahatlığını seçər. Məhz bu baxış prizması ilə hərəkət edən münafiq üçün, özündən daha əhəmiyyətli, daha dəyərli heç kim yoxdur. Ruhunda sevginin yerini, eqoistlik, həsəd, kin, qəzəb, mənfəətpərəstlik, rəqabət, önə çıxma hərisliyi kimi duyğular almışdır. Dolayısilə də həyatındakı bütün insanlara həmişə bu duyğularla yaxınlaşar.

Müsəlmanlar ona cənnət kimi gözəl həyat təqdim edərkən, hər ehtiyacında onu ən yaxşı şəkildə qoruyarkən, rahatlığını, hüzurunu, sevincini təmin etmək üçün hər cür fədakarlığı edərkən; münafiq onlara qarşı heç vaxt belə səy göstərməz. Müsəlmanlar heç bir əvəz gözləmədən, təkcə Allahın rizasını qazana bilmək üçün bu davranışları nümayiş etdirərlər. Münafiqin isə Allah inancı və axirətə dair bir səyi olmadığından, vicdanı tamamilə qapanmışdır. Buna görə də, içində ən kiçik sıxıntı və ya vicdan əzabı belə hiss etmədən, ətrafındakı insanlara ən eqoist və ən düşüncəsiz əxlaqı göstərə bilər. Biganəliyi, nəzakətsizliyi, laqeydliyi, mənfəətpərəstliyi və bu əxlaqsızlığı sırasındakı rahatlığı, münafiqin tipik xarakter xüsusiyyətlərindəndir.

Diqqətçəkən xüsus isə, münafiqin özündən söhbət getdikdə, öz əxlaqına tamamilə zidd gözləntilər içində olmasıdır. Başqalarının heç bir ehtiyacını guya görə bilməyən, mümkün qədər insaniyyətsiz, düşüncəsiz və eqoist olan münafiq, özünə qarşı həddən artıq dərəcədə diqqətcildir. Özü ilə əlaqədar mövzularda hər kəsin çox diqqətli, incə düşüncəli, nəzakətli və fədakar olmasını istəyər. Həmçinin bu mövzuda ən kiçik qüsur görsə, bunu ən qabardılmış şəkildə, sanki “böyük haqsızlığa düçar olmuş və hətta böyük zülm çəkirmiş kimi” dilə gətirər. Kiçik bir şeyi şişirdərək böyüdər və bundan ötrü günlərlə şikayət edər.

Müsəlmanların özünə hər şeyin ən yaxşısını, ən mükəmməlini təqdim etmələrini istəyər. “Ən gözəl, ən rahat yerlərdə yaşadılmağı, ən yaxşı imkanların, ən yüksək keyfiyyətli yeməklərin ona verilməsini, texnolojinın ən təkmilləşmiş imkanlarının ona verilməsini, sahib olduğu hər əşyanın mümkün qədər ən seçilən parçalardan ibarət olmasını” tələb edər. “Yaşadığı yerin həmişə gözəlləşdirilməsini, ən təmiz hala gətirilməsini, ən ehtişamlı şəkildə döşənilməsini istədiyini” söyləyər. “Bir yemək sifariş ediləcəksə ən keyfiyyətli yerlərdən gətirdilməsini, bir parça alınacaqsa ən bahalısının seçilməsini” gözləyər. Özünün olduğu yerlərinçox havadar, isti-soyuq məsələsində heç bir qüsuru olmayacaq şəkildə nizamlanmasını” tələb edər.

Eyni insan, özü üçün bütün bu gözəlliklərin təmin edilməsinə vəsilə olan müsəlmanları isə heç düşünməz. Xüsusən də “müsəlmanların başında olan, onlara mənəvi cəhətdən liderlik edən, Allahın seçdiyi elçilərinə, peyğəmbərlərə” isə qətiyyən “diqqət” göstərməz. Halbuki müsəlmanlar üçün, Allahın peyğəmbərləri, elçiləri və təqva sahibi müsəlmanlar, “özlərindən daha yaxşı və daha dəyərlidir”lər. Quranda müsəlmanların Allahın elçilərini əl üstündə tutan əxlaq göstərdikləri belə bildirilmişdir:

Peyğəmbər, möminlər üçün onların özlərindən daha yaxındır... (Əhzab surəsi, 6)

Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v) dövründə də, münafiqlər yenə bu xüsusiyyətləri ilə diqqət çəkirdilər. Özləri üçün hər şeyin ən yaxşısını istədikləri halda, Peyğəmbərimiz (s.ə.v)-dən söhbət getdikdə biganəlikləri, nəzakətsizlikləri və diqqətsizlikləri ilə diqqət çəkirdilər. Halbuki ayədə də bildirildiyi kimi, Peyğəmbərimiz (s.ə.v)-ə Allah rizası üçün çox dərin sevgi bəsləyən və onu hər zaman ən öndə tutan, canlarından, mallarından daha da əhəmiyyətli hesab edən müsəlmanlar üçün Peyğəmbərimiz (s.ə.v) çox yüksək dəyərə sahib idi. Öz yemələrindən əvvəl, ən gözəl yeməklərin Peyğəmbərimiz (s.ə.v)-ə təqdim edilməsini, öz yuxularından əvvəl Peyğəmbərimiz (s.ə.v)-in ən yaxşı şəkildə istirahət etməsini, öz rahatlıqlarından əvvəl Peyğəmbərimiz (s.ə.v)-in rahatlığını, öz təhlükəsizliklərindən əvvəl Peyğəmbərimiz (s.ə.v) üçün ən etibarlı şərtlərin yaradılmasını təmin edərdilər.

İman gətirənlərin Rəsulullah (s.ə.v)-ə olan bu üstün sevgiləri və dərin bağlılıqlarının yanında “münafiqlərin şəxsiyyətsizlikləri, eqoist əxlaqları və alçaqlıqları” ciddi şəkildə diqqət çəkirdi. Peyğəmbərimiz (s.ə.v) dövründə də, hal-hazırda da, münafiqlərin əxlaqı, şeytandan aldıqları ortaq ilhamlarla heç bir dəyişiklik göstərmədən tamamilə eynidir.

Lakin unutmamaq lazımdır ki, hər münafiq əlaməti, müsəlmanların, içlərindəki bu səmimiyyətsiz insanları tanıyıb diaqnoz edə bilmələri üçün çox mühüm vəsilədir. Allah Quran ayələri ilə, mömin cəmiyyətləri bu alçaq insanların tələlərindən, oyunlarından qoruyub beləliklə onlara qarşı qalib gəlmələrini təmin edər. Dolayısilə də münafiqin müsəlmanların əleyhinə zənn edərək etdiyi hər şey, oynadığı hər oyun onların lehinə, özünün isə əleyhinə olar.

Münafiq, müsəlmanın özünə öyüd verməsinə dözə bilməz

Münafiq müsəlmanın yaxşı niyyətlə, özünün bir səhvini düzəltməsinə və ya öyüd verməsinə heç vaxt dözə bilməz. Münafiqdə böyüklük hissi çox güclü olduğu üçün hər hansı mövzuda “əskik və ya səhv olduğunu” qəbul etməz. Dolayısilə özünə xatırlatma və ya tövsiyə edildiyi zaman, deyilənləri “dəlisov şəkildə yalanlamağa və inkar etməyə” çalışar. Çox sürətlə yalan danışmağa və əks hücum tərzində “böhtan atmağa” başlayar. Deyilən çatışmazlığın özündə mövcud olduğunu heç vaxt qəbul etməz. Allah bir ayədə münafiqlərin “öyüdə”, yəni “Qurana əsaslanan tövsiyə və xatırlatmalara” qarşı heyrətamiz dərəcədə reaksiya verdiklərini belə bildirmişdir:

Buna baxmayaraq, bunlara nə olur ki, öyüddən üz döndərirlər? (Müddəssir surəsi, 49)

Çünki münafiq, “müsəlmanlardan daha çox ağıllı, zəkalı, keyfiyyətli, mədəni və üstün olduğu”nu iddia edir. Münafiqin özünə olan baxış prizması, eynilə aşağıdakı ayədə bildirildiyi kimidir:

...Dilləri də yalan olaraq; ən gözəl olanın “özlərinin olduğunu” uydurur. (Nəhl surəsi, 62)

Dolayısilə özünü bu qədər böyük hesab edən birinin, müsəlmandan öyüd alması, bu tövsiyəni qəbul edib davranışlarını düzəltdiyini göstərməsi, onun üçün sanki “ölmək kimi”dir. Buna görə də “qarşı tərəfin sözünü kəsərək, demaqoqluq edərək, üz və vücud dillərindən ən çirkin şəkildə istifadə edərək, ağlayaraq, anlamazlıqdan gəlib inad edərək, qışqırıb bağırıb, dinləmədiyini bəlli edən əl-qol hərəkətləri edərək” bu zehniyyətlərini bəlli edərlər. Allah Quranda münafiqlərin bu pozuq əxlaqlarını belə bildirmişdir:

Həqiqətən, Sən onları bağışlayasan deyə mən hər dəfə onları dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxadılar, örtüklərini başlarına bürüdülər, ötkəm-ötkəm təkəbbürlənib inad etdilər. (Nuh surəsi, 7)

Sonra baxdı. Sonra qaşlarını çatdı və üz-gözünü turşutdu. Sonra da üz döndərdi və təkəbbürləndi. (Müddəssir surəsi, 21-23)

Ayələrdən açıqca aydın olduğu kimi, müsəlmanlar münafiq xarakterli insanlara Quran ayələri ilə tövsiyələr verdikdə, reaksiyaları üz döndərmək, yəni dərhal bir bəhanə taparaq ayələrin oxunduğu mühitdən uzaqlaşmaq olar. Lakin eyni zamanda da, bu hiyləgər qaçışları üçün inandırıcı bəhanə tapmağa çalışarlar. Bəzən “başqa otağa keçib, sanki başqa işləri olduğu üçün deyilənləri məcburən dinləyə bilmirmiş kimi” davranarlar. Başqa vaxt, “yuxusuz və ya yorğun olduqları” şəklində bir bəhanə ilə o mühitdən çölə çıxarlar. Bəzən də “təcili yerinə yetirməli olduqları bir işləri varmış kimi” edərlər.

Bu hiyləgər ruhlu insanların, Quran ayələrindən, gözəl əxlaqdan bəhs edən mühitlərdən qaça bilmək üçün müsəlmanlara qarşı istifadə etdikləri bir də “psixoloji mübarizə üsulları” vardır. Məhz münafiqlər bu üsullarını tətbiq edərkən, “danışıqlarından çox, gözlərini və səslərini” qüvvəyə salarlar. Məsələn, özlərinə gözəl üslubla öyüd verilən mühitdə qalar, lakin öz aləmlərində “deyilənlərə əhəmiyyət vermədiklərini”, “dinləmədiklərini” və ya “eşitdiklərindən təsirlənmədiklərini” hiyləgər üsullarla ifadə etməyə çalışarlar. “Pis və xain baxışları ilə, üz-gözlərini turşudaraq, aqressiv ifadə verərək, qaşlarını çataraq, ağızlarını aşağı buraxıb boş və mənasız baxaraq, deyilənləri təsdiqləməyərək, təkcə hədəf aldıqları insanın duyacağı qədər batıq səslə, onun dediyinə tam zidd şərhlər” verərək (öz zəif ağıllarınca) deyilənlərdən təsirlənmədiklərini müsəlmanlara bəlli etmək istəyərlər.

Allah Quranda; “...aralarında hökm versin deyə , Allahın Kitabına dəvət olunurlar, sonra da onlardan bir dəstə haqdan üz çevirir .(Ali İmran surəsi, 23) deyə bildirmişdir. Deməli, münafiqlər müsəlmana yaraşan şəkildə yaşamaları, Quranla düşünmələri üçün iman gətirənlərdən həddən artıq təşviq görəcəklər. Lakin böyüklük ehtirası içində olduqları üçün bu tövsiyələr onlara xoş gəlməyəcək və bunu da hərəkətləri və danışıqları ilə açıqca müsəlmanlara bəlli edəcəklər.

Allah, bir ayədə, olduqları mühitlərdə Quran ayələri oxunduqda və ya bu ayələr istiqamətində özlərinə öyüd verildikdə münafiqlərin “özlərinə verilən öyüdü dinləməyə dözə bilmədiklərini” xəbər vermişdir:

O kəslərə ki, gözlərinə Məni anmamaq üçün pərdə çəkmişdilər, özləri də eşidə bilmirdilər. (Kəhf surəsi, 101)

Çünki Quran ayələri münafiqə “sanki yandırıcı od” kimi təsir edər. Ayənin İlahi izahatı, münafiqin şeytani dünyasını mənəvi cəhətdən qovurar, yandırar. Ayələrdə münafiqliyin sirlərinin müsəlmanlara çatdırılmış olması, münafiqlərin bütün oyunlarının, planlarının və taktikalarının ifşa olmasına vəsilə olar. Hər an əsil üzlərini göstərən bir ayə və ya ayəni şərh edən bir izahatla üzləşəcəyini bilmək qorxusu, münafiqin gözlərinə narahat, xain, qaranlıq və ürküdücü ifadənin yerləşməsinə səbəb olar. Quranda münafiqlərin bu vəziyyəti belə xəbər verilmişdir:

O inkarçılar, zikri (Quranı) eşitdikləri vaxt, səni az qala gözləri ilə devirəcəkdilər... (Qələm surəsi, 51)

Məhz bundan ötrü də, Quran əxlaqına uyğun yaşamağa dəvət edildikləri zaman, münafiqlər bunu eşitmək belə istəməzlər. Aqressiv, davakar, asi rəftarlar nümayiş etdirib, qışqırıb bağıraraq, böhtan ataraq, yalanlayaraq və pis baxışlarla müsəlmanların xatırlatmalarını kəsib dayandırmağa çalışarlar.

Münafiq özünə öyüd verildikdə, yalan və böhtan dolu ittihamlarla əks hücuma keçər

Öyüd almaq, tənqid olunmaq, yaxşıdan, haqqdan, daha gözəl olandan yana bir tövsiyə eşitmək, münafiqin heç xoşlamadığı və nəfsinə ən ağır gələn vəziyyətlərdən biridir. Bunu bir də özünə daxilən böyük kin, qəzəb və nifrət bəslədiyi insanlar olan müsəlmanlar etsə, bu vəziyyətdə münafiq dəliyə dönər. Dəlisov və qarşısıalınmaz müdafiə instinkti ilə, özünü haqlı çıxardıb qüsursuz göstərə bilmək üçün ağlına gələn hər yola əl atar. Mövcud olduğunu zənn etdiyi saxta etibarını, “hər kəsdən üstün və mükəmməl olduğu imicini qorumaq” “böyüklük iddiasına hər hansı zərər gəlməsinin qarşısını almaq” üçün dəlicəsinə özünü müdafiə etməyə başlayar. “Yalan danışmaq, iftira atmaq, qarşı tərəfi haqsız çıxartmağa çalışmaq, Quran ayələri barədə azğın şərhlər vermək, ədabaz və lovğa üslublarla qarşıdakı insanı günahkar çıxartmağa çalışmaq, ağlayaraq haqsızlığa uğradığı, zərər çəkdiyi imicini verməyə çalışmaq, qışqıraraq qarşı tərəfin danışmasına mane olmağa və təhdidamiz mühit yaratmağa çalışmaq” münafiqin etdiyi əks hücumların yalnız çox az hissəsidir. Allah Quranda, müsəlmanların və Allahın dinini izah etmək vəzifəsi verilmiş elçilərinin dəvətləri qarşısında, münafiqlərin bu mübarək şəxsləri “öldürməyi belə gözə alacaq qədər gözlərinin dönüb təcavüzkarlaşdıqlarını” da xəbər vermişdir:

...Deməli, sizə nə zaman bir elçi nəfsinizin xoşlamayacağı bir şeylə gəlsə, təkəbbürlənərək bir qisminiz onu yalançı hesab edəcək, bir qisminiz də onu öldürəcəkmi?” (Bəqərə surəsi, 87)

Allah ayədə nəfsləri ilə zidd gələn; səhvlərini ortaya qoyan, səhvlərini ortaya çıxardan danışıqlar edildiyi zaman, münafiqlərin gözü dönmüş azğınlıqla təcavüzkarlaşdıqlarını və “öldürməyə sövq edəcək qədər dəlisov kinin bütün vücudlarını bürüdüyünü” bildirir.

Ayənin şərhi, münafiqlərin “ruhundakı böyüklük hissinin nə qədər şiddətli dəlilik halına gəldiyini” anlamaq baxımından çox əhəmiyyətlidir: “Deməli, sizə nə zaman bir elçi”, yəni “sizə gözəl əxlaqı izah edən bir təbliğçi”, “nəfsinizin xoşlamayacağı bir şeylə gəlsə”, yəni “sizin yanlış, pis cəhətlərinizi tənqid edən üslubu olsa, sizdəki bir səhvi aradan qaldırmaq istəsə”, “təkəbbürlənərək”, yəni “eqoistlik depressiyasına düşərək” bir qisminiz onu yalançı hesab edəcəksiniz”. Məhz münafiq də ayədə ifadə edildiyi kimi, təbliği edən insanın söylədiklərinə əks açıqlamalar verərək; “sənin sözün doğru deyil, yalan danışırsan” deyərək müsəlmanların sözlərini yalanlamağa çalışar.

Ayədə xəbər verildiyi kimi, münafiq özünə verilən öyüd və tövsiyələri öz aləmində təsirsiz hala gətirə bilmək üçün, “özünə öyüd verən insana qarşı şeytani hücuma keçər”. Özünə deyilən məntiqlərin eynisi ilə, o da o insanı günahlandırmağa və tənqid etməyə başlayar. Əgər özünə “yalan danışmaması üçün öyüd verilirsə”, o da “qarşı tərəfi yalan danışmaqla ittiham edər”. “Mən deyil, sən yalan deyirsən, mən belə şey demədim, sözümü dəyişdirirsən, doğru danışmırsan, mən onu nəzərdə tutmadım” deyər. Əgər təvazökar olması, təkəbbürlənməkdən çəkinməsi ilə əlaqədar öyüd verilirsə, “mən belə təkəbbürlü, qürurlu insan deyiləm, əksinə çox təvazökaram” deyərək qarşı tərəfin sözünü yalanlayar. Sonra da “mən deyil, əsil sən eləsən” deyərək “əks ittihamlar” edər. Həmçinin zəif, kələkbaz ağlı ilə, öz aləmində bu iddiasını sübut edəcək dəlillər tapmağa çalışar. Həqiqətləri təhrif edərək, hadisələri dəyişdirərək, yalan danışaraq müxtəlif misallar gətirər. Hər kəsin açıqca gördüyü, çox aydın bir mövzunu yalanlayaraq, özünə öyüd verən müsəlmanı öz aləmində geri oturtmağa çalışar.

Bunun kimi münafiqə, müsəlmanlara olan sevgisizliyi, uzaqlığı və mənfəətə əsaslanan bağlılıq içində olduğu deyilib bu vəziyyət dəlilləri ilə sübut edildikdə, münafiq dərhal “qarşı tərəfə böhtan atmaq” üsulundan istifadə edər. “Əsil siz məni sevmirsiniz, siz mənə sevgi göstərmirsiniz. Siz mənə uzaq davranırsınız” deyərək bu şeytani taktikasını işə salar. Sonra da müsəlmanlara qarşı tənqidlər yönəltməyə başlayar. “Neçə ildir ki, həmişə mən sizə sevgi göstərirəm, artıq növbə sizdədir, indi də siz göstərin”. “Niyə bu vəziyyəti mən düzəltməliyəm, bir az da siz özünüzü düzəldin” kimi danışıqlarla yalan danışaraq öz aləmində əks hücuma keçər.

Həyatını həmişə şeytanla dostluq edərək keçirən “münafiqin dilinə yalan sanki yuva qurmuşdur”. Buna görə də, əks hücum edərkən çox ardıcıl böhtan ata bilər və ardıcıl yalanlar deyə bilər. Bir-birindən uydurma məntiqlər yaradıb həmişə mövzunu başqa istiqamətə yönəltməyə cəhd edə bilər. Qarşı tərəf təvazökarlığıyla, gözəl əxlaqıyla, hörmət və sevgi dolu üslubla ona fayda verəcək açıqlamalar verməyə çalışdıqca, münafiq qarşısındakı insanın bu təvazökar halı qarşısında daha da cəsarətlənər. Həmçinin getdikcə daha da təcavüzkarlaşar. Çünki müsəlmanların hər nə olsa da, qəzəblə deyil, şəfqətlə, əsəbiləşməklə deyil, səbirlə və təvazökarlıqla təbliğ edəcəklərini bilər. Hər nə olsa da sakitliklərini, gözəl əxlaqlarını pozmayacaqlarını dərk edir. Buna görə də, öz aləmində bundan ən yaxşı şəkildə istifadə edir və heç çəkinmədən lovğalığının və ədabazlığının dozasını istədiyi qədər artırır.

Bu şeytani cəsarətlə, münafiqin nifrəti, kini ağzından kənara vurmağa başlayar. Diqqətçəkən xüsus isə, münafiqin, özünə yaxşı davranıldığı, istədiyi hər şey edildiyi və nəfsinə xoş gələcək sözlər, təriflər eşitdiyi zaman stabil rəftarlar göstərib, öyüd və ya tənqidlə qarşılaşdığı zaman, “ikinci şəxsiyyətə sahib olması və təcavüzkarlaşması”dır. Xüsusən də bir mənfəət əldə etmək istədiyi zaman, sanki dünyanın ən stabil, ən məqbul, ən gözəl sözlü, gözəl xasiyyətli insanı kimi davrandığı halda, nəfsinə toxunan bir vəziyyətlə qarşılaşdığı vaxt ruhundakı şeytani dəliliyin kəskin şəkildə ortaya çıxmasıdır. Belə vəziyyətdə, əldə etmək istədiyi mənfəətləri üçün səmimiyyətsizcə sevgi sözləriylə, nəzakətlə danışan münafiq, özünə yaxşılığı üçün xatırlatma edildikdə, “gözləri və ağzı ilə kin qusan şeytani məxluqadönər. Məhz münafiqin əsil üzü və əsil şəxsiyyəti, bu kinləndiyi anda ortaya çıxan halıdır.

Münafiqin müsəlmanın tənqidlərindən xilas olmaq üçün belə iyrənc üsullarla əks hücuma keçməsinin səbəblərindən biri, cəmiyyətdə bir çox insanın, əks hücum edildikdə ümumiyyətlə dərhal “passivləşdiyini” bilməsidir. Əks hücum ümumiyyətlə insanların əhvali-ruhiyyəsini korlayar və özlərini günahkar kimi görüb müdafiə ruhuna keçmələrinə səbəb olar. Məhz münafiq də, bu insani zəifliyi bilərək müsəlmanlara istiqamətli, “əks hücum üsulundan” istifadə etməyə çalışar. Məqsədi özünə verilən öyüd və tövsiyələrdən xilas olmaq və bu sözləri təsirsiz edə bilməkdir. Diqqəti öz üzərindən uzaqlaşdırmaq, danışılan məsələni unutdurub diqqətin başqa mövzu üzərində cəmlənilməsini təmin etmək istəyər. Özünə xatırlatma edilərkən, başqalarını hədəf göstərib öz aləmində “əsas onların müxtəlif səhvləri, nöqsanları olduğu” istiqamətində ittihamlar etdiyi zaman, normal olaraq bu kəslər, deyilənlərin doğru olmadığını deyəcək və beləliklə mövzu normal olaraq dəyişmiş olacaq. Dolayısilə, öz nöqsanlarından bəhs edilərkən, münafiq bir anda mövzunu qarşısındakı insanların xətalarına çəkərək, özünü xilas etmiş və tam tərsinə onları diqqət mərkəzi halına gətirmiş olacaq.

Məhz bu çox incə və şeytani münafiq taktikasıdır. Bir anda müsəlmanları öz mövzusundan kənara çıxardacaq və onları başqa istiqamətə doğru çəkəcək. Məsələn, mövzu münafiqin ədabaz üslubu olduğu halda, o bir anda qalxıb qarşısındakı müsəlmanın on gün əvvəl söylədiyi sözü dəyişdirib, yalanlarla bəzəyib; “sən o gün niyə mənə elə demişdin?” deyə bir mövzu atar ortaya. Məhz qarşısındakı müsəlman onun bu sualına cavab verməyə çalışdığı anda da, münafiqin oyunu başlamış olar. Bu sual cavablanarkən, bunun kimi yeni ittiham hücumuna daha keçər. Getdikcə əsas mövzudan uzaqlaşılmasını və əsil izah edilmək istənilənlərin unudulmasını təmin etməyə çalışar.

Məhz bu cür şeytani üsullar, münafiqin minlərlə ildir ki, davam edən, ənənəvi tarixinin parçası və klassik taktikasıdır. Allah Quranda münafiqlərin “dilbazlıklarına, demaqoqluq etmələrinə, acı dilli olmalarına, böhtan atma qabiliyyətlərinə, şeytanın ilhamı ilə öyrəndikləri yalan danışma qabiliyyətinə, mövzudan kənara çıxılmasını təmin etmək, hədəfi yayındırmaq üçün yalandan, böhtandan, davakar üslubdan istifadə edə biləcəyinə” diqqət çəkmişdir. Quranda bildirilən bu şeytani oyunların bütün təfərrüatları və nümunələri ilə müsəlmanlara çatdırılması olduqca əhəmiyyətlidir. Çünki münafiqin hər hiyləgər üsulunun ifşa edilməsi, bu oyunlarını əvvəlcədən puç edər və zərərsizləşdirər. Bu vəsilə ilə müsəlmanlar bu cür hücumlara qarşı çox diqqətcil və hazırlıqlı olmuş olarlar.

Allahın bir ayədə; “...haqqı batil ilə qüvvədən salmaq üçün mübarizə aparırlar...” (Kəhf surəsi, 56) sözləriylə bildirdiyi kimi, münafiqlərin bütün bu mübarizəsi, Allahın haqq sözünü qüvvədən sala bilmək, Quran əxlaqının yaşanmasına əngəl törətmək və inkarçı əxlaqı insanlar arasında hakim edə bilmək üçündür. Lakin Allah haqqın mütləq qalib gələcəyini; batilin və batil ilə ortaya çıxanların nə vaxtsa mütləq müvəffəqiyyətsiz olacaqlarını bildirmişdir. Bir Quran ayəsində Allah bu həqiqəti belə xəbər vermişdir:

Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz. Allaha aid etdiyiniz sifətlərə görə vay halınıza ! (Ənbiya surəsi, 18)

Münafiq, müsəlmanlara öz aləmində “əxlaq dərsi” öyrətməyə cəhd edər

Münafiqin bir xüsusiyyəti də, fasiləsiz şəkildə həmişə əxlaqsızlıq edərək yaşamasına baxmayaraq, Qurandan öyrəndiyi məlumatlardan istifadə edərək müsəlmanlara guya “əxlaq dərsi öyrətməyə çalışması”dır. Özü gecə-gündüz hiyləgərlik və ikiüzlülük edib, müsəlmanlar əleyhinə küfr əhli ilə əməkdaşlıq edib alçaqca planlar qurarkən, Qurana tamamilə zidd və küfri əxlaqı müsəlmanlar arasında yaymağa çalışarkən, eyni zamanda da müsəlmanların rəftarlarını tənqid edər. Münafiqin hiyləgər və yalana əsaslanan iddialarına görə, müsəlmanlar arasında həqiqətən səmimi, imanlı, özünü Allaha həsr etmiş tək bir insan yoxdur. Özündən başqa heç kimi bəyənməz. “Bir çətinlik olsa, özündən başqa layiqincə və ağıllı şəkildə müsəlmanları müdafiə edəcək tək bir insan belə olmadığını” söyləyər. Yaxud mühüm bir fəaliyyət göstərilməsi lazım gəlsə, “özündən başqa bunu edə biləcək heç kimin olmadığını” söyləyər. Bunları dilə gətirərkən məqsədi “özünü ucaltmaq və ön plana çıxartmaq” olduğu qədər, eyni zamanda da qəlbində böyük qəzəb bəslədiyi “müsəlmanları da öz aləmində alçaltmağa çalışmaq”dır. Bunun nəticəsində, həm öz üstünlüyünü çox yaxşı hiss etdirə biləcəyini, həm də öz aləmində müsəlmanların nə qədər zəif və gücsüz olduğunu vurğulayaraq əhvali-ruhiyyələrini korlaya biləcəyini zənn edər. Beləliklə öz zəif ağlına görə onlara çox mühüm bir təlqin verdiyini və onları özünün “olmazsa olmaz”, “heç vaxt imtina edilə bilməyəcək”, “tayı-bərabəri olmayan qabiliyyətdə”, “çox mühüm və nadir rast gəlinəcək qədər xüsusi insan” olduğuna inandıra biləcəyini düşünər. Dolayısilə nə qədər əxlaqsızlıq, alçaqlıq və anormallıq etsə də, müsəlmanların özlərini ona möhtac mövqedə hiss edəcəklərini və etdiklərini görməzlikdən gələ biləcəklərini zənn edər.

Məhz bu məqsədlə münafiqlər, demək olar ki, hər fürsətdə müsəlmanları tənqid edərlər. Gündəlik həyatın hər mərhələsində bəhanə taparaq, “bəzilərinin etdiyi səhvləri, nöqsanları dilə gətirərək, onların guya həm əxlaqi cəhətdən və şəxsiyyət olaraq, həm də mədəniyyət, bilik və keyfiyyət baxımından nə qədər qüsurlu insanlar olduqlarını” vurğulamağa çalışarlar. Lakin, əlbəttə ki, bu ifadələri həmişə yalan və böhtana əsaslanır. Çünki qarşılarındakı müsəlmanlar Allahdan qorxan və vicdanlarından istifadə edən insanlardır. Gün ərzində hər rəftarlarında ən yaxşısını etməyi hədəfləyən və daha da əhəmiyyətlisi səhv etsələr belə bunu əslində yaxşı niyyətlə, istəmədən edən kəslərdir. Lakin münafiqlər bunları qəsdən, “şişirdərək, əlavə yalanlarla bəzəyib dəstəkləyərək və şüurlu surətdə pislik olsun deyə edilmiş rəftarlarmış kimi” dilə gətirərlər.

Həmçinin bütün bunları edərkən istifadə etdikləri “doğru-yanlış meyarları” isə, tamamilə yenə Qurandan və müsəlmanlardan öyrəndikləri məlumatlardır. Bu dəyərlərə özləri qəti inanmadıqları və göstəriş etməkdən savayı bunları səmimi şəkildə etmədikləri halda, sırf müsəlmanları tənqid edə biləcək bir vəsait olması üçün bunlardan istifadə edərlər. Yoxsa özləri “nə gözəl əxlaqı, nə ədəb və keyfiyyəti, nə də nümunəvi bir şəxsiyyətin necə olduğunu” biləcək ağla və vicdana sahib olmayan insanlardır. Üstəlik, səmimi olmadıqları üçün, öz aləmlərində, ətrafındakı insanları kiçik hesab etdiklərini vurğulamaq üçün etdikləri bu tənqidlərin çox kiçik qismini belə öz üzərlərinə götürüb düşünməzlər. Özlərini hər kəsdən üstün hesab edərlər. Hər cür qüsur və səhvdən uzaq olduqlarını düşünər və ağıllarını hər kəsdən çox bəyənərlər. Bu səbəblə də tənqid edilə biləcək tərəflərinin olmadığına inanaraq, öz aləmlərində başqalarına ehkam kəsərlər. Quranda “başqalarını tənqid etdikləri halda, özləri bu doğru olduğunu bildikləri şeyləri tətbiq etməyən insanlar”ın vəziyyəti belə bildirilib:

Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki siz Kitabı oxuyursunuz. Yenə də ağıllanmayacaqsınız? (Bəqərə surəsi, 44)

Allah ayədə; “özünüzü unudursunuz?” deyə buyurmuşdur. Məhz “özünü müstağni görüb unutması münafiqin mühüm xüsusiyyəti”dir. Allah bunun ardınca da; “halbuki siz Kitabı oxuyursunuz” deyə də bildirmişdir. Münafiq də Quranı oxuyur və ayələri çox yaxşı bilir. Allah; “yenə də ağıllanmayacaqsınız?” deyə xatırlatmışdır. Məhz Allah, ayələri bildiyi halda, onlara əməl etməyən insanları ağıllarından və vicdanlarını istifadə etməyə dəvət etmişdir.

Münafiqin Quran əxlaqını, yaxşını, doğrunu çox yaxşı bildiyi halda, qəsdən bunları tətbiq etməməsi, lakin eyni zamanda da bu məlumatlardan müsəlmanları tənqid etmək üçün istifadə etməsi, şeytanın ona öyrətdiyi taktikadır. Lakin Quranın; “şübhəsiz ki, şeytanın hiyləsi zəifdir” (Nisa surəsi, 76) ayəsi ilə bildirildiyi kimi, şeytanın oyunları çox ağılsızdır. Şeytan müsəlmanlar qarşısında məğlub olmağa məhkum varlıqdır. Dolayısilə şeytanın arxasınca gedən və onun taktikaları ilə oyun oynamağa çalışan münafiqin də səmimi iman gətirənlər qarşısında müvəffəqiyyət qazana bilmə imkanı heç vaxt yoxdur.

Münafiqdə dəlilik dərəcəsində özünü qorumaq istəyi var

Münafiq üçün dünyadakı ən qiymətli şey, özüdür. Dolayısilə də bu ən dəyər verdiyi varlığı qoruma hərisliyi də, münafiqdə “dəlisov hərisliyə” çevrilmişdir. “Yaxşı niyyətli tənqidə, özünə verilən tövsiyəyə; hər hansı mövzuda çatışmazlığının, qüsurunun, səhvinin deyilməsinə “qətiyyən” dözümü yoxdur. Belə vəziyyətdə “etibarının ciddi şəkildə sarsılacağına”, öz aləmində “zəhmətlə yaratdığını zənn etdiyi xarizmasının yox olacağına”, “hamı kimi adi insan mövqeyinə düşəcəyinə” inanar. Buna görə də özünü “qüsursuz və hətta çox mükəmməl, nadir rast gəlinəcək ağıl, bilik və qabiliyyətə malik, fövqəladə insan” kimi tanıtmağa çalışar. Mövcud olduğunu zənn etdiyi bu “saxta imicini” və özünü qoruya bilmək üçün ağla gələn hər cür saxtakarlığı edər. Həmçinin buna ən kiçik zərər gələcəyini düşündüyü zaman, gözü başqa heç nəyi görməz. Üz ifadəsi, baxışları, üslubu, danışıqları, vücud dili, əl-qol hərəkətləri tamamilə nəzarətdən çıxar.

Məhz münafiqi bu şəkildə dəlisov ruh halına salan, təkcə “nəfsinə olan şeytani düşkünlüyü”dür. Özünü sanki bütləşdirmiş, ilahlaşdırmışdır (Allahı tənzih edirik). Allaha imanı olmadığı üçün, tək əhəmiyyət verdiyi və yaşama məqsədi halına gətirdiyi şey özüdür. Allahın rizası üçün deyil, öz rizası üçün hərəkət edər. Yaşama məqsədi, öz xoşbəxtliyi, rahatlığı və özünün məmnun edilməsinə əsaslanır. Özünü (haşa) Allahdan, dindən və bütün varlıqlardan üstün hesab edər.

Şeytanın razı salması nəticəsində, beynində özünə xəyali dünya yaradıb. Həmçinin bu xəyali dünyada çox mühüm yeri olduğunu zənn edir. Sanki “ruh xəstəsi” kimi, həqiqətən “çox böyük olduğuna” və “bütün dünyanın da, onun bu böyüklüyündən xəbərdar olduğuna” inanar. Halbuki bu, yalnız münafiqin şizofreniyalı ruhunun hallüsinasiyasından ibarətdir. Lakin bundan xəbərsizdir. Dolayısilə də bütün sistemi, “bu xəyali böyüklüyünü və özünü qorumağa” əsaslanır. Eqoistliyinə, böyüklük hissinə, öz aləmində meydana gətirdiyini zənn etdiyi ehtişamına zərər gəlməməsi üçün, sanki “heyvanlar kimi” vurnuxar. Məhz münafiqin ruhundakı dəliliyi, xəstəliyi və qeyri-sabitliyi göstərən ən mühüm xüsusiyyətlərindən biri də budur onsuz da. Özünü qorumaq üçün sərf etdiyi dəlisov enerji və dəlisov vurnuxması...

Aydındır ki, əgər insan özünü və nəfsini dəlicəsinə müdafiə edir və sırf buna görə dəli olursa, qeyri-insani rəftarlar göstərirsə, bu müəyyən mənada “ruh xəstəliyi” deyilə biləcək “ciddi anormallıq, ciddi rəftar pozuntusu”dur. Halbuki sırf nəfsini ilahlaşdırdığı üçün belə zavallı mövqeyə düşən birinin bu məqamda dayanıb düşünməsi və Allaha sığınması lazımdır. Normal insanın göstərəcəyi rəftar budur. Allahdan qorxan, vicdan sahibi biri belə səhvə yol versə belə, dərhal Quranla düşünüb; “mən bu qədər anormal davranışlar necə göstərə bilərəm?” deyər və səmimi nəzərlə özünü tənqid edib rəftarını düzəldər. Normal, stabil insanın məqbul rəftar göstərib həm öz özünü tənqid edə bilməsi, həm də başqalarının özü barəsindəki fikirlərini dinləyə bilməsi lazımdır. Xoşuna da gəlməsə, çətin də gəlsə, insan nəzakəti ilə qarşı tərəfin tənqidlərini sakitcə dinləyib, bunları hörmətkar və məqbul üslubla qiymətləndirə bilər. Buna zidd olan fikirləri varsa, bunları da gözəl şəkildə bildirib, nəzakətli və hörmətkar dillə haqlılığını müdafiə edə bilər.

Lakin münafiqdə görülən əxlaq bunun tam əksidir. Çox kiçik tənqidə belə dözümü yoxdur. Hörmət, ədəb, nəzakət, zəriflik və təvazökarlıqdan məhrumdur. Tənqidə mümkün qədər nalayiq, lovğa, ədabaz və kobud şəkildə cavab verər. Nəfsi isə sanki dəliyə dönər. Ruhunda “şeytani fırtınalar” əsdiyi, əl-üzünün sürüşməsindən, işlətdiyi küfri üslubdan, qışqır-bağır salaraq narahatlıq törədən çirkin səs tonundan, etdiyi əks şeytani hücumlardan, yalan və iftira ilə özünü təmiz çıxartmağa çalışmasından dərhal aydın olar.

Məhz münafiqdə görülən bu vəziyyət, “ağır mənəvi xəstəliyin göstəricisi”dir. Bu, imandan uzaq, küfrün pis ruhunu əks etdirən ruh xəstəliyidir. Eyni zamanda da, küfrü imandan daha gözəl görməsindən ötrü Allahın dünyada münafiqə tuş gətirdiyi bəladır.

Müsəlmanlar bir-birlərinə “yaxşılığı əmr edib, bir-birlərinə pis əməlləri qadağan edərək”, çatışmayan cəhətlərini düzəldər və həmişə mənəvi və vücud cəhətdən daha da mükəmməl hala gələrlər. Öyüdə, tövsiyəyə açıq, gözəl əxlaq göstərmələrindən ötrü Allah onları hər cəhətdən üstün hala gətirər. Münafiq öz bataqlığında getdikcə daha da çirkli dünyanın içinə doğru batarkən, müsəlmanlar da getdikcə cənnət bənzəri gözəl mühitdə, gözəl insanlarla yaşamaq nemətini dadarlar. Allah bir ayədə, “nəfsinin eqoist hərisliyindən xilas olan insanların nicat tapacağını” belə bildirmişdir:

... Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır. (Həşr surəsi, 9)

Nəfsi eqoist olan münafiqlər, maraqlarını, qürur və eqoistliklərini qorumaq və beləliklə özlərini xilas edə bilmək üçün hər cür çirkin yola müraciət edərlər. Allah Quranda, münafiqlərin nəfslərindəki bu “xəsis və eqoist hərisliklərin” axirətdə daha da azğın hal alacağını bildirmişdir. Belə ki, münafiq cəhənnəmdə sırf özünü xilas edə bilmək üçün; “bütün yaxınlarını; ailəsini, qohumlarını, övladlarını, həyat yoldaşını, anasını, atasını, bir sözlə, sahib olduğu hər şeyi qurban kimi vermək istəyəcək”:

Halbuki onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını, həyat yoldaşını və qardaşını, ona sığınacaq vermiş nəslini və yer üzündə olanların hamısını – təki bu onu xilas etsin. Xeyr! Bu, alovu şölələnən Oddur. (Məaric surəsi, 11-15)

Rəbbinin dəvətini qəbul edənlər üçün ən gözəl nemət (Cənnət) hazırlanmışdır. Onun dəvətini qəbul etməyənlərə gəlincə, yer üzündə olan var-dövlətin hamısı, üstəlik bir o qədəri də onların olsaydı, əzabdan qurtarmaq üçün onu mütləq fidyə verərdilər. Onlarla dəhşətli bir haqq-hesab çəkiləcəkdir. Onların sığınacaqları yer Cəhənnəmdir. Ora nə pis yataqdır! (Rad surəsi, 18)

Məhz Allah Quran ayələri ilə, münafiq nəfsinin nə qədər azğın olduğunu, Allaha sığınıb hidayət tapmadıqları halda, özlərinə olan bağlılıqlarının və nəfslərini qoruma hərisliklərinin nə qədər dəlisov həddə çatdığını bizə bildirmişdir. Lakin (tövbə etmədiyi müddətcə) münafiq nə dünyada, nə də axirətdə qurtulacaq. Allah, bütün dünyanı qurban kimi versələr belə, bunun münafiqi çəkəcəyi əzabdan heç vaxt xilas edə bilməyəcəyini xəbər verib.

 

14 / total 24
"Harun Yəhyanın Münafiqin Dərin Qaranlığı kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.org adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com