< <
17 / total: 24

Münafiqin Əxlaqsızlığı və Oyunları 6/7

Münafiq İslama xidmət etmək məsələsində çox tənbəldir

Əvvəlki hissələrdə də bəhs edildiyi kimi, münafiqin müsəlmanlar arasında olma səbəbi Allaha olan inancı və ya Quran əxlaqını yaşamaq istəyi deyil. Münafiq həm müsəlmanların sahib olduqları nemətlərdən faydalanmaq, həm də müsəlmanlar barədə məlumat toplayıb inkarçılara güc qazandırmaq istəyər. Dolayısilə də idealları və hədəfləri müsəlmanlardan tamam fərqlidir.

Müsəlmanlar Allahın rizasını və sevgisini qazanmaq üçün yaşayarlar. Bunun üçün də səhərdən-axşama qədər hər anlarında Allahın ən bəyənəcəyi əxlaqı göstərməyə; həmişə doğrudan, yaxşıdan və gözəl olandan yana seçimlər etməyə səy göstərərlər. Hər mövzuda vicdanlarından ən çox istifadə edərlər. Rahatlıqlarından, nəfslərindən, mənfəətlərindən yana deyil, vicdanən edilməsi lazım olandan yana qərarlar alarlar. Allah müsəlmanların bu çalışqan əxlaqlarını Quranda; “onlar, “tamamilə boş” şeylerden üz döndərənlərdir” (Muminun surəsi, 3) sözləri ilə xəbər vermişdir.

Münafiqlər isə təkcə özlərini xoşbəxt etmək, mənfəətlərini ən yaxşı şəkildə qorumaq üçün yaşayarlar. Dolayısilə təkcə özləri üçün lazım gəldikdə səy göstərərlər. Öz mənfəətlərindən söhbət getmədikdə, heç nə üçün özlərini yormaz, heç kim üçün səy göstərməzlər. Məhz buna görə də, münafiqlər müsəlmanlarla birlikdə olduqları zaman heç bir mövzuda onlara kömək etmək istəməzlər. Hədəfləri “Allahın rizasını qazanmaq” olmadığı üçün, “konkret və maddi əvəz almayacaqları bir şey üçün səy göstərməyin” çox böyük “ağılsızlıq” olduğuna inanarlar. Buna görə də İslama xidmət etmək ən əzab çəkdikləri məsələlərdən biridir. (Allahın tənzih edirik) Allahdan nifrət etdikləri üçün, Allaha xidmət etmək istəməzlər. Peyğəmbər (s.ə.v)-dən nifrət etdikləri üçün dinə xidmət etmək istəməzlər. Müsəlmanlardan nifrət etdikləri üçün də müsəlmanlara kömək etmək istəməzlər.

Dolayısilə münafiqlər, həm müsəlmanların imkanlarından istifadə edib, həm də Allah yolunda heç bir fəaliyyət göstərməməyi, zəif ağıllarınca “böyük qazanc” hesab edərlər. Müsəlmanlardan biri kimi görünmək və özlərini hiss etdirməmək üçün çox lazım gəlsə göstəriş məqsədi ilə bəlkə bir neçə məsələdə, ucundan kömək edərlər. Lakin bunları yalnız formal olaraq və göz boyamaq üçün edərkən belə çox canları yanar, heyrətamiz dərəcədə iztirab çəkərlər. Yoxsa müsəlmanlara kiçik fayda belə vermək istəməzlər.

Allah Quranda münafiqlərin bu əxlaqı üçün; “onları burax; yesinlər, yararlansınlar və (boş) əməl onları məşğul etsin. Tezliklə biləcəklər” (Hicr surəsi, 3) deyə buyurmuşdur.

Bu yanlış baxış prizmasına sahib münafiqlər İslamın xeyirinə olan, müsəlmanlara fayda gətirəcək məsuliyyətin altına heç vaxt girməzlər. Onları həmişə uzaqdan, sanki məsələ ilə heç bir əlaqəsi olmayan “turist kimi” izləyərlər. Bu rəftarları ilə müsəlmanlara, “bu sizin dininizdir, sizin davanızdır, məni maraqlandıran bir şey yoxdur, dolayısilə də mən sizi təkcə uzaqdan izləyirəm” mesajını vermək istəyərlər.

Lakin, əlbəttə ki, bu əxlaqsızlıqlarını da açıqca edə bilməz, şeytani məharətlə bunlara da mütləq bəhanə taparlar. Çünki bütün müsəlmanlar səhər-axşam fasiləsiz və ən fəal şəkildə İslama xidmət edərkən, münafiqin açıqca “mən xidmət etmək istəmirəm” deməsi qeyri-mümkündür. Buna görə də münafiq bu xidmətdən qaçmağına və tənbəlliyinə bir bəhanə tapmaq məcburiyyətindədir. Bunun üçün hər dəfə işlətdiyi fərqli taktikaları var. Həmçinin bu hiyləgər taktikaların “əksi sübut edilə bilməyəcək” şəkildə olmasına xüsusən diqqət göstərər.

Məsələn, müsəlmanların bütövlükdə və çox fəal şəkildə mühüm bir iş etdiklərini gördüyü zaman, ondan da bir şey tələb edərlər və o da kömək etmək məcburiyyətində qalar deyə, dərhal ortadan yox olar. Bəzən də “xəstə təqlidi edərək” xidmət etməkdən qaçar. Bəzən də, “yuxuya qalmış kimi edərək”, hadisələrdən xəbərsizmiş kimi davranar və müsəlmanlara kömək etməkdən qaçar. Bəzən özünü yoracaq heç bir iş görmədiyi halda, “çox yorğun olduğunu söyləyərək” hadisələri uzaqdan seyr edər. Müsəlmanlar fəal şəkildə çalışarkən, öz aləmində onları qəzəbləndirmək üçün kənarda əyləşib əlinə televiziya pultunu alıb saatlarla boş-boş baxaraq, məqsədsiz şəkildə kanalları gəzər. Saatlarla küçəni və ya ətrafını seyr edib zamanın keçməsini gözləyər. Yaxud bir faydası olmadığı kimi, onların işlərini ləngidəcək və ya yavaşladacaq şəkildə ayaqlarının altında dolaşar və öz kefi üçün gördüyü çox lazımsız işlə onları sözə tutub məşğul etməyə çalışar. Bir-birindən lazımsız suallar verərək müsəlmanları qəzəbləndirməyə çalışar. Hətta sırf ayaq bağı olmaq üçün yanlarına gedib “çətin vəziyyətdə qaldığını, köməyə ehtiyacı olduğunu” söyləyər. Həmçinin onun lüzumsuz işləri üçün “özünə kömək etmələrini” istəyər. “Qolum ağrıyır mən edə bilmirəm, mənə yemək hazırlaya bilərsiniz?”, “belim tutuldu, hərəkət edə bilmirəm, bu əşyaları mənim üçün daşıyıb yerləşdirə bilərsiniz?” kimi saxtakarca tələblər edərək heç vaxtları olmayan anlarında belə müsəlmanları özünə xidmət etdirməyə çalışar. Məqsədi iş çıxardıb onların xeyirli fəaliyyətlərinə mane ola bilməkdir.

Bəzən də, özündən bir şey tələb edildikdə; “istənilən şeyləri etməyi bacara bilmədiyi”, “o mövzuda təcrübəsinin və ya qabiliyyətinin olmadığı, yoxsa bacara bilsə edəcəyi” və ya “yetişdirməsi lazım olan başqa bir işi olduğu” kimi yalanlar uydurarlar. Halbuki bunlar, tarix boyu gəlib-keçmiş bütün münafiqlərin istifadə etdiyi, “çox klassik və ən bilinən münafiq yalanları”dır. Quranda, Peyğəmbərimiz (s.ə.v) dövründə, səfərə çıxmaqdan qaçmaq istəyən dövrün azğın münafiqləri də; “vuruşmağı bacarsaydıq, əlbəttə, sizin ardınızca gedərdik” (Ali İmran surəsi, 167) demişlər. Allah ayənin davamında; “...o gün imandan çox küfrə yaxın idilər. Onlar qəlblərində olmayan şeyi dilləri ilə deyirdilər. Allah onların gizlətdiklərini daha yaxşı bilir...” deyə buyurmuşdur.

Münafiq, İslama xidmət etmək, Quran əxlaqını yaymaq və müsəlmanlara dəstək vermək üçün az da olsa zəhmət çəkməyi belə guya “ağılsızlıq” və (öz ifadəsi ilə) “saflıq” hesab edər. Halbuki münafiq böyük zərərdədir və Allahın ayədə bildirdiyi kimi bu halı ilə “imandan çox küfrə daha yaxındır”. Çünki eyni şərtlər altında, küfr əhlindəki dost və tərəfdarları özündən kömək istəsə, münafiq sevə-sevə onların kömək etməyə qaçacaq. (Allahın tənzih edirik) öz aləmində gücün Allahda deyil, küfr əhlindəki dərin dövlət strukturlarında, şeytani güc mərkəzlərində olduğunu zənn edən münafiq, onların hər cür istəyini çox mühüm hesab edər. Gözlərinə girə bilmək üçün onların dediklərini dərhal yerinə yetirər və verdikləri vəzifələri ən mükəmməl şəkildə yerinə yetirmək istəyər. Nə yuxusuzluğu, nə yorğunluğu, nə də vaxtının azlığı ona mane olar. Ən çətin şərtlərdə belə olsa, işini gücünü bir kənara qoyub, küfr əhlindəki həqiqi dostlarını məmnun edə bilməyin arxasınca qaçar. Belə vəziyyətdə münafiqə, müsəlmanların yanında olarkən heç olmayan, “dəlisov enerji və şövq” də gələr. Hətta öz aləmində küfr əhlinə jest edib onların diqqətlərini çəkmək və rəğbətlərini qazana bilmək üçün, ortada hər hansı tələb olmadığı halda belə onlara özlüyündə kömək təklif edər.

Münafiq küfr əhlinə qarşı bu çirkin yanaşma əxlaqını göstərərkən, müsəlmanlar arasında hiyləgərcə heç nə etmədən oturub qalmasına da sevinər. Allah Tövbə surəsində Peyğəmbərimiz (s.ə.v)-in dövründəki münafiq xarakterindən nümunə verərək, “Allahın Elçisinə qarşı olan” və “mübarizədən geri qalan” bu insanların “oturub qalmalarına sevindiklərini” bildirmiş və münafiqlərin bu əxlaqsızlığını müsəlmanlara tanıtmışdır. Həmçinin Allah, münafiqlərin dünyadakı bu şeytani sevinclərinin, axirətdə sonsuz əzaba dönəcəyini xəbər vermişdir:

Döyüşə getməyib arxada qalanlar Allahın Elçisinin əleyhinə çıxaraq evdə qalmalarına sevindilər . Onlar Allah yolunda öz malları və canları ilə cihad etmək istəmədilər və: “Bu istidə döyüşə çıxmayın !” – dedilər. De : “Cəhənnəm odu bundan da hərarətlidir!” Kaş anlayaydılar. (Tövbə surəsi, 81)

madde, new scientist

Adnan Oktar: Allahın Elçisinə qarşı (döyüşdən) geri qalanlar oturub qalmalarına sevindilər...” (Tövbə surəsi 81). Məsələn, İslama xidmət etmir, yazı yazmır, danışmır, bəhs etmir... Əsrimizdə necə olur bu? İslama xidmət etməz. Müəyyən şəkildə xidmət etməz. Boş işlərlə vaxt keçirər, kef işlərlə vaxt keçirər, yəni hər cür boş iş. İslama istəsə xidmət edər. İnternetlə də xidmət edər, şifahi də xidmət edər, hər cür xidməti edər. Lakin pul versən bunu edər, mənfəəti olsa. Lakin mənfəəti olmasa etməz. Çünki İslama xidmət etmək münafiqin heç xoşuna gəlməz, İslamdan bəhs etmək üçün işlətdiyi hər söz onun ciyərinə güllə atılmış kimi iztirab verər. Lakin sırf müsəlmanlara şirin görünmək üçün, öz aləmində diqqət çəkməmək üçün qəzəblə yenə özünü bir az xidmət edirmiş kimi göstərər”. (A9 TV, 12 may 2016)

Münafiq, müsəlmanlar qarşısında “bacarıqsız təqlidi” edərkən, inkarçıları məmnun etmək məsələsində dəhşətli dərəcədə bacarıqlı və çalışqandır

Münafiq bütün həyatını, imkanlarını və enerjisini müsəlmanlara qarşı hiyləgərcə mübarizə aparmağa həsr etmişdir. Dolayısilə bu hədəfinə zərbə endirəcək, zəhmətlərini puç edəcək bir mövqeyə gəlməyi heç vaxt istəməz. Müsəlmanlara qarşı mübarizə yolunda bütün ömrünü sərf etdiyi halda, onları gücləndirəcək, dinə və müsəlmanlara fayda təmin edəcək bir işin içində olmağı heç vaxt qəbul etməz.

Buna görə də İslama və müsəlmanlara zərrə qədər faydasının olmasını istəməz. Müsəlmanları müvəffəq edəcək, onlara kömək edəcək, işlərini asanlaşdıracaq hər hansı fəaliyyətə dəstək verməmək üçün əlindən gələn hər cür saxtakarlığı edər. Məhz münafiqin bu məqsədlə tətbiq etdiyi hiyləgər üsullarından biri də, özünü “bacarıqsız və qabiliyyətsiz” biri kimi tanıtmasıdır.

Tarix boyu yaşamış bütün münafiqlər bu şeytani bəhanədən istifadə etmiş və bir tərəfdən özlərini müsəlman kimi tanıtmağa çalışarkən, digər tərəfdən də İslama və müsəlmanlara xidmət etməmək üçün hər cür oyuna əl atmışlar. Quranda Peyğəmbərimiz (s.ə.v) dövründəki münafiqlərin, bu mövzudakı səmimiyyətsiz rəftar və danışıqlarına bir çox nümunə verilmişdir. Bunlardan biri belədir:

Uhudda iki qoşunun üz-üzə gəldiyi gün sizə üz vermiş müsibət Allahın izni ilə oldu ki, möminləri aşkara çıxartsın və münafiqləri bəlli etsin. Onlara: “Gəlin, Allah yolunda döyüşün, yaxud heç olmasa müdafiədə durun!” – deyildi. Onlar: “Döyüş olacağını bilsəydik sizin ardınızca gedərdik” – dedilər. Onlar o gün imandan çox küfrə yaxın idilər. Onlar qəlblərində olmayanı ağızları ilə deyirlər. Halbuki Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir.(Ali İmran surəsi, 166-167)

Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər İslama qətiyyən xidmət etmək istəmir, müsəlmanlara ən kiçik mövzuda belə kömək etməməyə çalışırdılar. Ağlabatan kimi görünən müxtəlif bəhanələr irəli sürərək, saxtakarlıqla bu vəziyyətlərini gizlədirdilər. Məhz Peyğəmbərimiz (s.ə.v) ilə birlikdə döyüşə qoşulmalarından söhbət getdikdə, münafiqlər bu hiyləgər taktikalarını tətbiq etməyə çalışdılar. Lakin ağılsızlıqlarını, səmimiyyətsizliklərini və münafiq xarakterli olduqlarını, “yanlış danışıqları ilə” büruzə verdilər.

O dövrün döyüşə qoşulmaqdan qaçmaq istəyən münafiqləri, Peyğəmbərimiz (s.ə.v) özlərini müsəlmanlara dəstək vermək üçün çağırdıqda, “vuruşmağı bacarsaydıq, əlbəttə, sizin ardınızca gedərdik” dedilər. Münafiqlər belə söz söyləyərək, özlərini “bacarıqsız, qabiliyyətsiz, vuruşmağı bacarmayan, dolayısilə də onlara heç bir fayda verə bilməyəcək” kəslər kimi göstərməyə çalışırdılar. Halbuki bu, tamamilə yalandı. Təkcə İslama xidmət etmək istəmirdilər.

Əgər inkarçı dostlarından söhbət getsəydi münafiqlər onlardan gələn hər cür dəvəti qaça-qaça qəbul edər və ən vacib təhlükə kəsb edən vəzifələri belə şövqlə yerinə yetirərdilər. Onlardan əldə etməyi ümid etdikləri mənfəətlər üçün hər çətinliyi gözə alardılar. Lakin müsəlmanlara dəstək vermək lazım gəldikdə, özlərini “dünyanın ən bacarıqsız, ən biliksiz və ən qabiliyyətsiz insanlarıymış kimi” göstərməyə çalışırdılar.

Peyğəmbərimiz (s.ə.v)-in dövründəki münafiqlər, Rəsulullah (s.ə.v) ilə birlikdə döyüşə getməmək üçün daha bir çox bəhanə irəli sürmüşdülər. Bəziləri at çapmağı bacarmırmış, bəziləri qılıncı qaldırmağa gücü yoxmuş, bəziləri sağlamlıq vəziyyəti döyüşə çıxmağa uyğun deyilmiş kimi edərək geridə qalmağa çalışmışdı. Lakin Allah Quranda, onların bu bəhanələrinin “yalan olduğunu” bildirmiş və münafiqlərin “döyüşdən geri qalmaq üçün oynadıqları şeytani oyunu” ifşa etmişdir. Beləliklə Allah münafiqlərin bu hiyləgər taktikası məsələsində hər dövrdə yaşayacaq müsəlmanları xəbərdar etmişdir.

Necə ki, hazırkı münafiqlərin də ən mühüm əlamətlərindən biri, “müsəlmanların fikri mübarizəsinə dəstək verməmək üçün min bir cür bəhanə ilə geridə qalmağa çalışmaları”dır. Lakin, əlbəttə ki, münafiq şeytani zəkaya sahib və hiyləgər varlıqdır. Buna görə də, etmək istəmədiyi bir şey olduqda, bu məsələ üçün bilavasitə “xeyr, mən bunu etmərəm” deməz. Mütləq “saxta, lakin əksi sübut edilməsi çətin” bir bəhanə irəli sürərək “mən bunu bu səbəblərlə edə bilmirəm” deyər. Bunu söyləyərkən də, mərhələ-mərhələ, incə-incə planlaşdırdığı oyununu tətbiq etməyə başlayar. Özünə, müsəlmanlara fayda verəcək bir iş təklif edildikdə, buna dərhal etiraz etməz. Əvvəlcə təklif edilən işi böyük sevinci göstərərək və saxta sevinclə qəbul edər. Sonra bu işi çox uzun zamana yayaraq müsəlmanlara unutdurmağa çalışar. Lakin bu müddət ərzində də, bu mövzuda heç bir hazırlıq görməz. Sonra aradan zaman keçib də, özünə o işin vəziyyəti soruşanda, “heç vaxtım olmadı, elə də bir şey edə bilmədim” kimi laqeydcə bir açıqlama verərək məsələnin üstündən keçər. Bu müddət ərzində müsəlmanları aldatmış, o işin bitmiş olması lazım olduğunu düşündükləri bir vaxtda, onları son anda çətin vəziyyətdə qoyacaq şəkildə, heç nə etmədiyini söyləmişdir.

Məhz bu münafiqin özünü bacarıqsız göstərmək üçün oynadığı oyunlardan yalnız biridir. Bunlar kimi, daha bir çox yalanı var. Məsələn, yazılı bir iş görməsi tələb olunsa, “kömək etməyi çox istədiyini, lakin yazı yazma qabiliyyətinin olmadığını” söyləyər. İnternetdən araşdırma aparılması tələb edilsə; “araşdırma apara bilmə qabiliyyətinin olmadığını, heç vaxt bu məsələdə müvəffəqiyyət qazana bilmədiyini” söyləyər. Guya yazı yazmağı bacarmır, araşdırma edə bilmir. “O zaman şəkil məsələsində kömək et” deyildikdə də, “kompyuterinin çox problem çıxartdığını və belə işlərin kompyuterini çox zəiflətdiyini” iddia edər. Münafiqin, bunun kimi hamısı yalan olan bəhanələrinin ardı-arxası kəsilməz. Bəhanələrinin hər birinə çıxış yolu göstərilsə, artıq bir bəhanəsi qalmasa, məhz bu zaman, məcbur olaraq o işi görməyi qəbul etmək məcburiyyətində qalar. Lakin aydındır ki, münafiq yeni bir yalan daha tapacaq və yenə kömək etməkdən, müsəlmanlara dəstək verməkdən qaçacaq. Ya “xəstələndiyi üçün çalışa bilmədiyini” söyləyəcək, ya da “çox vaxt ayırıb sınadığını, lakin ortaya yaxşı nəticə çıxmadığını” söyləyəcək. Yaxud heç işə yaramayacaq bir şeylər gətirəcək və “səy göstərdiyini, lakin ağlının bu qədərinə kifayət etdiyini” söyləyəcək. “Bütün gücündən istifadə etdiyini, lakin biliyinin qeyri-kafi qaldığını” iddia edəcək. Dolayısilə də gördüyü işin nəticəsində heç vaxt gözlənilən müvəffəqiyyəti əldə etməyəcək.

Bəzən də münafiq özünü hiss etdirməmək üçün az da olsa, faydalı bir şeylər etmək məcburiyyətində qalar. Məhz bu zaman da münafiq, görəcəyi işi çox diqqətlə seçər. İslama ciddi fayda gətirəcək fəaliyyətdə iştirak etməyi heç vaxt istəməz. Özünü heç yormayacağı, müsəlmanlara mühüm dəstək verməyəcək, İslamın yayılmasında mühüm əhəmiyyət daşımayan mövzulara yönələr. Lakin bunu edərkən də, göstərdiyi bu çox kiçik səy üçün belə, müsəlmanlardan çox ciddi şəkildə təqdir görmək istəyər. Bu təqdiri əldə edə bilmək üçün gördüyü işin hər incəliyini ən şişirdilmiş şəkildə dilə gətirər. Məqsədi, adının həmişə təriflə xatırlanmasını təmin etmək və beləliklə, öz aləmində mövcud olduğunu zənn etdiyi böyüklüyünü daha yaxşı vurğulaya bilməkdir. Halbuki ortada münafiqin qazandığı heç bir konkret müvəffəqiyyət yoxdur.

Müsəlmanlar hər gün səhərdən-axşama qədər onlarla xeyirli fəaliyyət göstərdikləri halda, məqsədləri insanların tərifini deyil, təkcə Allahın rizasını qazanmaq olduğu üçün, etdikləri fədakarlıqları dilə belə gətirməzlər. Lakin münafiq süfrədən qalxarkən öz çirkli yemək boş qabını mətbəxə aparması və ya arxasında qoyduğu dağınıqlığı toplaması kimi adi mövzular üçün belə mütləq tərif gözləyər. Müsəlmanlar həm gözəl əxlaqlarının tələbi olaraq, həm də onu xeyirli işlər görməyə təşviq etmək məqsədi ilə münafiqin ən kiçik səyinə belə onlarla tərif deyər. Bu yolla eqoistlik duyğusu həmişə əzizlənilən münafiq də, Allah rizası üçün deyil, ancaq nəfsinin xoş tutulması üçün kiçik-kiçik bəzi faydalı işlər görər. Beləliklə müsəlmanlar da, ağıllı rəftarla münafiqin İslama xidmət etməsini təmin etmiş olarlar. Lakin, təbii ki, münafiq özünü bacarıqsız, qabiliyyətsiz insan görünüşünə salaraq genişmiqyaslı, vacib xidmət boynuna götürməkdən mütləq qaçar.

Nəticədə də bütün bu rəftarları ilə müsəlmanları ruhdan salmaq, özündən uzaq dayanmalarını təmin etmək və onları “boş verək o bir şey edə bilməz, ondan bir şey istəməyək” deyəcəkləri həddə gətirmək istəyər. Bir yazı yazması lazım gəlsə, ən hikmətsiz izahatlarla, ən bacarıqsız şəkildə və müsəlmanların çalışmalarında istifadə edə bilməyəcəyi üslubla yazar. Təcili bitirilməsi lazım olan bir işi özünə qabiliyyətsiz görünüşü verərək, ola biləcək ən uzun müddətdə və ən olmayacaq şəkildə təslim edər. Beləliklə qısa müddətdə nəticə əldə edilməsi lazım olan işlərdə, “o qısa müddətdə görə bilmir, ona vermək əvəzinə başqasından istəyərik” dedirdərək, bu məsuliyyətdən də öz aləmində xilas olmaq istəyər. Bir çıxış etməsi istənilsə, düzgün danışa bilmirmiş, ağlına elə də bir şey gəlmirmiş kimi edər. Bir yerə getməsi istənilsə, min bir cür tələb edərək, bir çox problem çıxardaraq müsəlmanları özünü yolladıqlarına peşman etməyə çalışar.

Halbuki münafiq öz mənfəətinə uyğun olan, inkarçıların gözünə girəcəyini və təqdirini toplayacağını düşündüyü hər mövzuda “ağlasığmaz bacarıq və qabiliyyət” göstərər. Başqa sözlə, özünü küfr əhlinə bəyəndirməsindən söhbət getdikdə, “münafiqin içindən sanki başqa insan çıxar”. O bacarıqsız, düzgün cümlə qura bilməyən, sürətli yazı yaza bilməyən, mövzulara sürətlə uyğunlaşa bilməyən, verilən məsuliyyətlərin yerinə yetirə bilməyən insan gedər; yerinə hələ cümlə bitmədən nə deyilmək istədiyini anlayan, aldığı məsuliyyətləri sürətlə yerinə yetirən, yatmadan, yemədən, içmədən edilməsi lazım olan hər şeyi mükəmməl düzgünlükdə nəticələndirə bilən tam fərqli insan gələr. Münafiq haqdan yana olan hər mövzuda özünü aciz və qeyri-kafi göstərərkən, xainlik, pislik və saxtakarlıq etməsi lazım gəldikdə, mükəmməl nizam-intizam və qabiliyyət göstərər.

Küfr əhlinin ideologiyasını dəstəkləyən bir yazı yazması istənilsə bunu heyrətamiz sürətlə dərhal bitirib təslim edər. Onlarla olan əlaqələrindəki danışıqları olduqca səlis, heyrət verəcək şəkildə “şövqlü və fəal” olar. Küfr əhlinin çirkli həyatına uyğunlaşma məsələsində əskiksiz qabiliyyət göstərər. Bir sözlə, müsəlmanlara qarşı axmaq və qeyri-səlis rəftar göstərən münafiq, küfr əhlindən mənfəəti olduğu üçün onlara qarşı çox yaman, diqqəti açıq, çevik, zəkalı və müvəffəqiyyətli profil çəkər. Küfr əhlinə özünü qəbul etdirə bilmək üçün heyvani səy göstərər.

Lakin münafiqin İslama xidmət etməkdən qaçdığı və öz aləmində ayıqlıq etdiyi hər an onun əleyhinə olar. Yan yatıb kefinə baxaraq, müsəlmanların xidmətlərini uzaqdan müşahidə edərək keçirdiyi hər gün, onun sağlamlığı, psixologiyası, ruhu, qəlbi, vicdanı getdikcə qaralıb bozararkən; gecə-gündüz Allah üçün səy göstərən müsəlmanlar gün keçdikcə daha sağlam, daha hüzurlu və daha xoşbəxt həyat yaşayarlar.

Münafiq, müsəlmanların müvəffəqiyyətlərini pislədiyi halda, özünü də xüsusi qabiliyyətləri olan və əvəzedilməz insan kimi göstərməyə çalışar

Münafiqlər, İslama xidmət edib müsəlmanlara dəstək olmağı heç vaxt qəbul etməzlər. Lakin bəzən, həm münafiq olduqlarını gizlətmək, həm də daha çox mənfəət əldə edə bilmək üçün faydalı bir şeylər görürmüş kimi davranarlar. Bu cür vəziyyətlərdə də bunu dərhal öz lehlərində ən yaxşı şəkildə istifadə etməyə cəhd edərlər. Əgər kiçik də olsa, faydalı fəaliyyətləri olsa, bunu mümkün qədər gündəmdə saxlamağa, demək olar ki, hər kəsə çatdırmağa çalışarlar. Bütün müsəlmanların iman gətirdikləri gündən bəri hər gün göstərdikləri gözəl fəaliyyətdən, “sanki ilk dəfə özləri kəşf etmiş” və “ilk dəfə özləri göstərirmiş” kimi danışarlar. Beləliklə “İslama ən çox və ən təsirli şəkildə xidmət edən, ən ağıllı, ən ayıq, ən fərasətli və bəsirətli insanın özləri olduğu” təəssüratını verməyə çalışarlar.

Özlərini böyüdə bilmək və guya “müsəlmanlarla aralarında nə qədər böyük üstünlük fərqi olduğunu” vurğulamaq üçünsə, müsəlmanların hal-hazırda mükəmməl göstərdikləri fəaliyyətləri həmişə tənqid edərlər. Demək olar ki, hər fürsətdə, guya “heç cür müvəffəqiyyətli nəticə almadıqlarını, bacara bilmədiklərini, bir çox şeyi düşünə bilmədiklərini və həmişə səhv etdiklərini” vurğulayarlar. Bu ifadələrini, rast gəldikləri demək olar ki, hər kəsə söyləyərək yayarlar. Sonra da yavaş-yavaş əslində “özləri bu fəaliyyəti göstərəcək olsa, nə qədər mükəmməl nəticələr əldə edəcəklərindən” bəhs etməyə başlayarlar. Həmişə praktikada tətbiq olunması mümkün olmayan “xəyali fikirlər” verərlər. Həmçinin özlərinə bir neçə gün imkan verilsə və icazə verilsə, bunu bənzərsiz şəkildə edə biləcəklərindən danışarlar.

Halbuki münafiqin nə bir şeylər etmək istəyi, nə də niyyəti var. Məqsədi öz aləmində təkcə “müsəlmanların müvəffəqiyyətinə kölgə salmaq” və guya “öz üstünlüyünü vurğulaya bilmək”dir. Çünki çox açıq həqiqətdir ki, münafiq onsuz da müsəlmanlara fayda verəcək bir şey üçün heç vaxt zəhmət çəkməyəcək. Lakin “dilbaz və gəvəzə” olduğu üçün, əlindəki bu imkandan istifadə edərək, öz aləmində əleyhinə olan bir gündəm yaratmağa və bundan da özünə pay çıxartmağa çalışar.

Münafiq, müsəlmanların müvəffəqiyyətlərini çox qısqanar və onlardan daha yaxşısını edə bildiyini sübut etmək üçün göstəriş məqsədli səylər göstərər

Müsəlmanlar etdikləri gözəl xidmətlər və xeyirli işlər üçün göstərdikləri səylərlə təkcə Allahın rizasını və sevgisini qazana bilməyi ümid edərlər. Bundan savayı insanlardan hər hansı təqdir və qarşılıq gözləməzlər. Məqsədləri İslamı, müsəlmanları gücləndirmək, Quran əxlaqını insanlara çatdıraraq dünyada əmin-amanlıq və sülhü hakim etməkdir.

Münafiqlər isə bunların heç birini əhəmiyyətli hesab etməz və buna görə də bu istiqamətdə heç bir səy göstərməzlər. Lakin bunlar hər nə qədər münafiqin hədəflərinə tamamilə zidd də olsa, müsəlmanların əldə etdikləri uğurlar münafiqi çox qısqandırar. Çünki münafiq üçün “hər mövzuda hər kəsdən üstün olduğunu vurğulaya bilmək” çok mühüm məsələdir. Əks vəziyyətlə qarşılaşmaq münafiqi sanki dəliyə döndərər. Qısqanclıqdan, “o imici mütləq aradan qaldırmaq; o müvəffəqiyyətli görünən kəslərin müvəffəqiyyətinə kölgə salıb onları qabiliyyətsiz, ağılsız və biliksiz insanlar kimi göstərmək” istəyər. Bununla yanaşı, bu mövzuda “əsil özünün nə qədər mükəmməl məlumat təcrübəsinə və qabiliyyətə sahib olduğunu” vurğulayar. Həmçinin əslində İslama və müsəlmanlara fayda verəcək heç bir xidmətdə iştirak etmək istəmədiyi halda, eyni vəzifənin özünə verilməsi üçün hər yolu sınayar. Bunun üçün lazım gəlsə yalan, böhtan, iyrənclik, tərslik kimi hər cür çirkin üsulu da tətbiq edərək, müvəffəqiyyətləri ilə ön plana çıxan kəsləri öz aləmində əhəmiyyətsiz göstərib alçaldacaq fəaliyyətə başlayar.

Məqsədi heç vaxt Allahın rizasını qazanmaq və ya İslam üçün faydalı şey etmək deyil. Tək istədiyi böyüklüyünü sübut edə bilməkdir. Müvəffəqiyyətli müsəlmanlardan daha artığını və daha yaxşısını edə bilməlidir ki, onları keçə bilsin və onlardan daha böyük və daha üstün olduğunu hər kəsə göstərə bilsin. Eyni zamanda da özünü “çox işə yarayan, çox mühüm fəaliyyətlər göstərən, çox məxsusi və bənzərsiz insan” mövqeyinə gətirə bilsin.

Müsəlmanlar öz aralarında göstərilən hansı fəaliyyətlərdən ötrü məmnun olur və bu mövzuda kimləri təqdir edirlərsə, münafiq şeytanın ilhamı ilə dərhal bu kəslərə müsəllət olar. Xüsusən də bu əsnada “ən çox gündəmdə olan və ən mühüm hesab edilən fəaliyyətləri göstərən kəsləri tənqid etmək” və “onlardan daha yaxşı olduğunu vurğulaya bilmək” münafiq üçün çox əhəmiyyətlidir.

Məsələn, əgər bir insan çox gözəl yazı yazmış və bu da İslamın təbliği baxımından çox təsirli olmuşdursa, münafiq dərhal müəyyən yolla bu yazını tənqid etməyin yollarını axtarar. Başqası bir yerdə gözəl dekorasiya edibsə, dərhal bunun nə qədər dəbdən düşmüş və pis olduğunu vurğulayacaq üslub işlədər. Digər bir insan, gözəl video hazırlamış və bunda ən son texnolojilar və ən keyfiyyətli təsvirlərdən istifadə etmişdir. Münafiq dərhal burada da öz aləmində yuxarıdan aşağı baxan, bəyənməyən və kiçik hesab edən üslubla, bunların əslində çox bilinən, çox köhnə taktikalar və adi təsvirlər olduğunu söyləyər. Sonra da, o şeytani, lakin çox zəif olan ağlı ilə çirkin oyunlarının ikinci mərhələsinə keçər. Həmişə tənqid yağdırıb, qınayıb, əskik və qüsur tapdığı bu işləri, özünün hər kəsdən daha da yaxşı bildiyini və ən mükəmməl taktikalarla daha da təsirli şəkildə edə biləcəyindən bəhs etməyə başlayar. Bunlar kimi göstəriləcək yeni bir fəaliyyətdən söhbət getdikdə də, münafiq dərhal meydana atılıb bu işlə özünün maraqlanmaq istədiyini söyləyər. Məsələn, bir su quyusu açılacaq, münafiq dərhal önə atılar və “mən edim bunu” deyər. Beləliklə özünə “işə yarayır görünüşü” vermiş olacaq və onsuz da müvəffəqiyyət qazanacağı məlum olan bir işi öhdəsinə götürüb “bu müvəffəqiyyətin memarı” mövqeyinə gəlmiş olacaq.

Lakin, əlbəttə ki, münafiqin niyyəti heç vaxt belə şey üçün zəhmət çəkmək, buna vaxt ayırmaq, müsəlmanları və İslamı gücləndirəcək hər hansı şey etmək deyildir. Məqsədi təkcə iyrənclik edərək, problem çıxardaraq, qışqır-bağır salaraq özünü insanlara üstün göstərməyə çalışmaqdır. Necə ki, özünə, “yaxşı, madam ki, sən bu işdə hər kəsdən daha da yaxşısan, o zaman al bunu da sən gör” deyildikdə, bu mövzuda ən kiçik səy belə göstərmədiyi və heç vaxt istənilən nəticəyə nail olmadığı görünər. Çünki artıq öz aləmində istədiyi olmuşdur. Hər kəsin eşidəcəyi biləcəyi şəkildə, “filan şəxs bu mövzuda ən bilikli, ən istedadlı insandır. Buna görə də, bu vəzifəni ona verdik” deyə deyilmiş olacaq, bu da öz aləmində üstünlüyünü sübut etmiş olacaq. Təkcə bu sözlə belə istədiyi etimadı qazanmış və bu müvəffəqiyyətli insanlarla qarşılaşdıqda, onlara qarşı istifadə edə biləcəyi bir fürsət qazanmış olacaq.

Məhz münafiqin hər oyunu kimi, bu planı da olduqca “bomboş və ağılsızdır”. Müsəlmanların, ortada səmimi səy və xeyirli iş olmadan, tək bir sözlə biri barədə qənaət sahibi olmayacaqları aydındır. Lakin münafiq, belə vəziyyətdə müsəlmanların da “onu gözlərində böyüdəcəklərini və çox təsirlənəcəklərini” zənn edər. Böyüklük və göstəriş hərisliyi ilə, öz ağılsızlığını belə görə bilməyəcək qədər korlaşmışdır.

Bütün kainatı və içindəki hər şeyi yaradan, gücün tək və sonsuz sahibi olan təkcə uca Allahdır; Ondan başqa bütün varlıqlar isə Ona möhtac və acizdir. Dolayısilə də münafiq nə qədər vurnuxsa da, heç vaxt arzuladığı kimi böyüklüyə nail ola bilməyəcək. Tarix boyu hər dövrdə, fironlar, nəmrudlar həmişə bu böyüklük ehtirası ilə yanıb tutuşublar. Lakin heç biri istədiyinə nail ola bilməmişdir. Hər biri, əldə etdiyi maddi-mənəvi hər şeyi geridə qoyaraq Allahın hüzuruna çıxarılmaq üçün axirətə alınmışdır. Məhz münafiqin, heç vaxt həqiqətə çevrilməyən bu “dəlisov böyüklük hərisliyi” Quranda belə xəbər verilmişdir:

Həqiqətən, özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin ürəklərində böyüklük iddiasından başqa bir şey yoxdur. Onlar heç vaxt buna çatmayacaqlar. Sən Allaha sığın! Həqiqətən, O, Eşidəndir, Görəndir. (Mümin surəsi, 56)

Sədd əhli əlamətlərindən tanıdıqları adamları səsləyib deyəcəklər: “Sizə nə yığdıqlarınız, nə də təkəbbürlük göstərməyiniz fayda vermədi”. (Əraf surəsi, 48)

Münafiq oğru və fırıldaqçıdır

Münafiq Allah qorxusu olmayan varlıqdır. Dolayısilə həyata dair heç bir mövzuda “imani, əxlaqi və ya etik sərhədləri” yoxdur. Mənfəətinə uyğun olan hər şey, onun üçün “yaxşı” və “doğru” olandır. Həmçinin bir şey onun mənfəətlərini zədələyirsə, bu da münafiqə görə “pis” və “səhv” olandır. Allahın özünü hər an gördüyünə və bütün etdiklərinin hesabını axirətdə mütləq verəcəyinə də inanmadığı üçün, tənha qaldıqda, heç kimin özünü görmədiyini düşündükdə hər cür əxlaqsızlığı, saxtakarlığı və alçaqlığı edə biləcək şəxsiyytsizlikdədir. Məhz bu yanlış baxış prizması münafiqin “oğurluq etməkdə də heç bir problem görməməsinə” səbəb olar.

Tarixin demək olar ki, hər dövründə, münafiqlər iman gətirənlərdən “maddi-mənəvi hər məsələdə, mümkün qədər ən yüksək səviyyədə istifadə etməyə” çalışmışlar. Onların zənginliklərinə qarşı içlərində böyük qısqanclıq duymuş və sahib olduqları zənginliyə həmişə göz dikmişlər. Münafiqlər bu malları qəsb edə bilmək və ya oğurlaya bilmək üçün həmişə fürsət gözləmişlər. Münafiqlərin, iman gətirənlərin mallarını oğurluq, qəsbkarlıq və ya fırıldaqçılıq kimi yollarla ələ keçirtməyə çalışdıqlarına dair tarixdə bir çox nümunə var. Rəsulullah (s.ə.v) dövründəki münafiqlərin də bu oğru və qəsbkar xarakterlərindən rəvayətlərdə tez-tez bəhs edilir. Bu dövrdə də münafiqlər yenə Peyğəmbər (s.ə.v)-in ətrafındakı müsəlmanların mallarını və mülklərini oğurlamağa meyl edirdilər. Bu mövzuda ən tanınan münafiqlərdən biri də “Tume ibn Ubeyrik”dir. Rəvayətlərdə Nisa surəsindəki bəzi ayələrin Tume ibn Ubeyrik”in etdiyi oğurluq üçün nazil edildiyi bildirilmiş, təfsirçilər isə ayələrin şərhlərini belə açıqlayıblar:

“Şübhəsiz ki, Allahın sənə göstərdiyi kimi insanlar arasında hökm verməyin üçün Biz sənə Kitabı haqq olaraq nazil etdik. (Heç vaxt) Xainlərin müdafiəçisi olma. Həmçinin Allahdan bağışlanma dilə. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir”. (Nisa surəsi, 105- 107)

“Bu ayələrin əksəriyyətinin Tume ibn Übeyrik haqqında enmiş olduğu barədə təfsirçilər ittifaq etmişdir”. Lakin hadisədə bir neçə rəvayət var:

Birincisi: Tume zirehli bir köynək oğurlamış, və oğurluğu bir yəhudinin boynuna atmışdır.

İkincisi: Zireh özünə əmanət olaraq buraxılmış, şahid də yoxmuş, sonra inkar etmiş.

Üçüncüsü: O yəhudinin oğurladığını iddia etmişdir...

Təfsirçilərin əksəriyyətinin seçim etdiklərinə görə rəvayətlərin xülasəsi budur: Ənsarın yanında Zəfər oğullarından Tume ibn Übeyrik adında biri, qonşusu Qatadə ibn Numandan bir gecə bir un dağarcığı içində bir zireh çalmış. Dağarcığın yırtığından un tökülərək aparmışdır. Zeyd ibn Semin adında bir yəhudinin yanına qoymuşdur. Tume axtarılmış, zireh tapılmamış; almadığına və bilmədiyinə and içmiş, buraxmışdılar. Un izini izləmiş, yəhudinin evinə gəlmiş və tapmışdılar. Yəhudi bunu özünə Tumenin gətirib buraxdığını söyləmiş və yəhudilərdən şahidlik edənlər də olmuş idi.

Zəfər oğulları hz. Peyğəmbər (s.ə.v)-in yanına getmişdilər. Tumenin təmiz olduğuna və yəhudinin oğurluq etdiyinə şahidlik etmişlər və Tumeyi müdafiə edib müsəlmanlıq naminə yəhudilərlə mübarizə aparmasını xahiş etmişlər, Rəsulullah da görünüşcə müsəlman olan Tumenin andına və bunların şahidliklərinə əsaslanaraq elə etmək istəmişdi. Bundan sonra Allah tərəfindən bu ayələr enmiş və xainlə təmizi bilavasitə bildirərək Rəsulullah (s.ə.v)-i doğru yoldan azmaq və səhv etməkdən qorumuşdur.

Buna qarşı Tume Haqqa təslim olub tövbəkar olmaq əvəzinə, Məkkəyə qaçmış və dindən dönmüşdür. Əvvəlcə Sülafe binti Sad (Sad qızı Sülafe) adında bir qadının yanına gəlmişdir. Sonra Səlim oğullarından Həccac ibn Allat adında birinin yanına getmiş, orada da oğurluq etmiş və qovulmuşdur. Daha sonra yenə oğurluq üçün bir evin divarını dələrkən divar uçmuş, altında qalmışdır. Bir rəvayətdə bununla da ölməmiş, Məkkədən çıxarılmışdır. Ərəblərdən bir tacir karvanına qarışmış, bunlardan da bir mal oğurlamış, qaçmış və lakin tutmuşlar, faciəvi şəkildə öldürmüşlər. (Elmalılı M. Hamdi Yazır, Hak Dini Kur”an Dili, 3-cü cild, səh. 75-81)

Təfsirlərdə verilən məlumatlara görə, rəvayətlərdə bildirilən Tume adlı münafiq zirehli bir köynək oğurlamış, lakin hadisənin tam olaraq necə baş verdiyi barədə ittifaq təmin edilə bilməmişdir. Tume, bu oğurluğu özünün deyil, o ətrafda olan yəhudi birinin etdiyini iddia edərək and içmiş və müsəlmanları da bu yalanına inandıra bilmək üçün süni dəlillər meydana gətirmişdir. Köynəyin oğurlandığı yerdən o yəhudi şəxsin evinə qədər un torbasından un tökərək, izin yəhudi olan insanın evinə qədər çatması təmin edilmişdir. Bu oğurluq ortaya çıxdıqda isə, bəzi müsəlmanlar da dalğınlıq edərək və bilmədən Tumedən yana şahidlik etdikdə, Peyğəmbərimiz (s.ə.v) Tumeyi qorumağa qərar vermiş, bundan sonra Allah Nisa surəsindəki bu Quran ayələrini endirərək, Peyğəmbərimiz (s.ə.v)-ə ; “(Heç vaxt) Xainləri müdafiə edənlərdən olma. Həmçinin Allahdan bağışlanma dilə” (Nisa surəsi, 105-106) deyə buyurmuşdur.

Tume ibn Ubeyrik, etdiyi bu xainliklə Allaha, İslama, Peyğəmbər (s.ə.v)-ə açıqca xəyanət etmişdir. Müsəlmanların mallarını haqsızlıqla oğurlamış, qəsb etmiş, sonra da Peyğəmbər (s.ə.v)-ə və iman gətirənlərə yalan söyləmiş, yalan yerə and içərək bütün müsəlmanları aldatmağa çalışmışdır. Oğurluq edib, özündən soruşanda “mən oğurlamadım” deyə cavab vermiş və günahsız insana böhtan ataraq “o oğurladı” demişdir. Hadisənin əsil üzü ortaya çıxdıqda isə, etdiklərindən ötrü tövbə etmək əvəzinə, oradan qaçıb Məkkəyə getmişdir. Sonra da dindən çıxaraq, müsəlmanlığı tərk etmişdir. Daha sonra da getdiyi hər yerdə yaxalanıb, qovulub, xor görülüb, alçaldılmasına baxmayaraq, min bir cür fırıldaq gələrək əxlaqsızlığına davam etmişdir. Məkkədə sığındığı birinin evindən qovulmuş sonra başqasının yanına getmiş və yenə orada da eyni alçaq xarakteri göstərərək yenə oğurluq etmişdir. Oradan sonra getdiyi başqa evdə də yenə oğurluq etmək üçün evin divarını dələrkən divar uçmuş və özü də bu xarabalığın altında qalmışdır. Rəvayətlərə görə buradan sağ çıxmış və təkrar bir tacir karvanına daxil olub özünü tacir kimi tanıdaraq orada da yenə oğurluq etmişdir. Bu hadisədən sonra özünü tutan kəslər isə Tume ibn Ubeyriki döyərək öldürmüşlər.

Bu münafiq, küfr əhlinin müsəlmanlar kimi mülayim, gözəl əxlaqlı, ədalətli insanlar olduğunu zənn etmiş, müsəlmanlara etdiyi alçaqlığı onlara da rahatlıqla edə biləcəyini düşünmüşdür. Halbuki müsəlmanlar Allahdan qorxduqları üçün ona bu əxlaqı göstərirlər. Küfr əhlindəki insanlar isə, ədaləti özlərinin təmin edəcəklərini düşünərək mərhəmətsiz üsullarla; işgəncə verərək və döyərək bu münafiqdən intiqam almaq istəmişlər.

Allah, etdiyi oğurluqlarla bu münafiqi həyatı boyu rəzil-rüsvay etmişdir. Oğurladığı mallar onun üçün nemətə dönməmiş, Allah hər etdiyi alçaqlığı ona ömrü boyu həmişə bəlaya və fitnəyə döndərmişdir. Allah münafiqin həyatının dünyada da, axirətdə də, hər zaman fəlakətlə nəticələndiyini müsəlmanlara göstərmişdir.

Tumeibn Ubeyrikin bütün bu hərəkətləri də, münafiqin nə qədər oyunbaz, hiyləbaz, fırıldaqçı və aktyor ola biləcəyini açıqca göstərər. Peyğəmbərimiz (s.ə.v) də “...yeməkləri qəsb və yağmadır. Qənimətləri hiylə ilə qazancdır...” (İmam Ahmed ve Bezzar/Cemul Fevaid, Hədis No: 8110) sözləri ilə münafiqlərin bu “qəsbkar, soyğunçu xarakterlərinə” və “hiylə ilə saxtakarlıq və fırıldaqçılıq edərək qazanc əldə etdiklərinə” diqqət çəkərək müsəlmanları, münafiqlərdən gələ biləcək belə fitnəyə qarşı tədbir almaları üçün xəbərdar etmişdir.

Münafiq, müsəlmanların təkcə malını, mülkünü deyil, gözəlliklərini, sağlamlıqlarını, sevgilərini, xoşbəxtliklərini, enerjilərini və vaxtlarını da oğurlamaq istəyər

Münafiq xarakterli bir insanın qəsb etməyə və oğurlamağa qarşı olan hərisliyi təkcə mal, pul, əşya kimi maddi dəyərlərlə məhdudlaşmır. Müsəlmanların zənginliyinə olduğu kimi, sahib olduqları hər cür mənəvi gözəllik və nemətə qarşı da böyük qısqanclıq bəsləyər. Öz kin və nifrət dolu həyatında heç vaxt dadmadığı, lakin müsəlmanların həyatlarının hər anında ən mükəmməlini yaşadıqları bu mənəvi nemətlərin hər biri, münafiq üçün “qəlb yarası”dır. “Gənclikləri, gözəllikləri, sağlamlıqları, hüzurları, xoşbəxtlikləri, eşqi, sevgini, həyatın dadını, nemətlərin zövqünü ən artığı ilə və ən gözəl şəkildə yaşamaları” münafiqdə bitmək bilməyən qəzəbə səbəb olar.

Münafiq həyatı boyu “heç kim tərəfindən səmimi sevgi ilə sevilməmiş”, “heç kimin həqiqi mənada hörmətini qazana bilməmiş” və heç kim üçün “dəyərli dost, yaxın yoldaş” olmamışdır. Ətrafındakı hər kəs tərəfindən həmişə “xorlanmış, alçaldılmış, mənfəət üçün istifadə edilmiş”, lakin “heç biri tərəfindən dəyər görməmişdir”. Əlbəttə ki, iman gətirənlər öz aralarında olub da münafiq rəftarlar göstərən şəxslərə də yenə şəfqətlə yaxınlaşar, bir ibadət olaraq sevgi göstərər və onların hidayət tapmaları üçün səy göstərərlər. Lakin bu iman gətirənlərin öz aralarında yaşadıqları səmimi və coşğulu sevgi kimi deyil. Bu həqiqətdən çox yaxşı xəbərdar olan münafiq, həmişə bir yerdə olduğu müsəlmanların sevincini, xoşbəxtliyini, rahatlığını, bir-birlərinə olan böyük sevgi, hörmət, sədaqət və bağlılıqlarını gördükcə, qəzəb, kin və qısqanclıqdan dəliyə dönər və bütün imkanları ilə buna əngəl törətməyə çalışar.

Xüsusən də peyğəmbərlər və elçilər kimi, müsəlmanların ən çox sevdikləri, hörmət etdikləri, böyük sədaqətlə bağlandıqları kəslər, münafiqin “ən çox qısqandığı” və “əllərindəki nemətləri ən çox oğurlamaq istədiyi” insanlardır. Müsəlmanların peyğəmbərlərə duyduqları coşğulu sevgi, hörmət və dərin sədaqət; xanımlarının onlara böyük eşq və ehtirasla bağlanmış olmaları, dünyada axirətdə bir an belə yanlarından ayrılmaq istəməmələri, münafiq üçün məhvedici əzaba dönər. Dolayısilə onların xoşbəxtliyini, sevincini, sevgilərini, dostluqlarını oğurlaya bilmək üçün əlindən gələn hər şeyi edər.Münafiq, şeytanca oyunlar oynayıb, alçaqca yalanlar söyləyərək, iyrənclik edib, böhtanlar ataraq, müsəlmanlar arasında fitnə, narahatlıq və qarışıqlıq çıxartmaq və beləliklə sahib olduqları nemət və gözəllikləri müsəlmanlardan oğurlaya bilmək istəyər.

Münafiqin müsəlmanlardan oğurlamaq istədiyi başqa nemət isə “zaman”dır. İman gətirənlər həyatlarının hər anını insanlara Allahın böyüklüyünü, İslam əxlaqının gözəlliyini söyləyib xeyirli fəaliyyətlər göstərməyə ayırarlar. Bu da münafiqin heç istəmədiyi və bütün gücü ilə mane olmaq istədiyi haldır. Buna görə də, əlindən gəldiyi qədər problem çıxardıb müsəlmanları əyləndirərək, boş işlərlə məşğul etməyə çalışaraq “enerjilərini və faydalı işlərə, gözəl mühitlərə ayıracaqları vaxtlarını oğurlamaq istər”.

Lakin; “...Allah heç vaxt kafirlərə möminlərin əleyhinə yol verməz(Nisa surəsi, 141) ayəsi ilə xəbər verildiyi kimi, Allah münafiqin bu oyununun müvəffəqiyyət qazanmasına icazə verməz. Müsəlmanlar, imandan qaynaqlanan üstün ağılları, fərasət və bəsirətləri ilə, münafiqin məqsədini və etdiyi əxlaqsızlıqları açıqca görər və tələlərini Quran əxlaqı ilə zərərsizləşdirərlər. Münafiqin müsəlmanların vaxtını, hüzurunu, xoşbəxtliyini, sevincini, sevgilərini, dostluqlarını oğurlamaq səyləri, təkcə müvəffəqiyyətsizlik, narahatlıq, qəlb ağrısı ilə nəticələnər.

Tarixdəki ən alçaq münafiqlərdən biri olan Samiri də oğurluğu ilə tanınırdı

Oğurluğu ilə tarixə keçmiş ən tanınan münafiqlərdən biri də “Samiri”dir. Samiri, “Quranda da adı keçən, hz. Musa (ə.s) dövründə yaşamış İsrail oğullarından biridir”. “Samiri” adı, qədim Misir dilində “əcnəbi” mənasını verən “shemer” kökündən törəmiş sifət addır.

Samiri, ailəsi və ətrafı da qızıl ustası olan, Misirdə qızıl buzov emal etməsi ilə məşhurlaşmış “heykəltəraş və qəlibçi”dir. Samiri əvvəlcə bu buzovların qəlibini hazırlayır, sonra da tökmə yolu ilə qızıl buzovlar hazırlayıb sataraq pul qazanırdı. Bu və bənzəri daha başqa incəsənət fəaliyyətlərində də, çox mahir və istedadlı kimsə idi. Emal etdiyi buzovların bir xüsusiyyəti də, eyni zamanda bir musiqi aləti kimi hazırlanmış olması idi. Üzərlərinə meh əsdikdə, hündür yerlərə yerləşdirilmiş olan bu buzov heykəlləri, “böyürən buzov səsi kimi bir səs” çıxardırdılar. Öndən və arxadan boşluq qoyularaq düzəldilən bu heykəllərdən çıxan səslər, buzova “həqiqi və metafizik görkəm” qazandırırdı. İsrail oğulları dolanışıqlarını geniş miqyasda “köləlik, əkinçilik və heyvandarlıqla” qazandıqları üçün, Samirinin düzəltdiyi bu qızıldan buzovlar və onun bu mövzudakı məharəti, oradakı xalqın sanki nəfəsini kəsirdi. Onun bu qabiliyyətinə çox təəccüblənir və heyran qalırdılar.

O dövrdə “öküz heykəlləri”, Misir mədəniyyətinin imtinaedilməz elementləri idi. Misirdə müqəddəs sayılan bu öküzlərin ilahına “apis” adı verilirdi (Allahı tənzih edirik). Fironun bütpərəst dinini təmsil edən onlarla öküz heykəli Misirin əsas prospekt və meydanlarında ucaldılmışdı. Fironun sarayına doğru yüksələn yolun hər iki tərəfində də yenə bu heykəllər mövcud edirdi. Misir inancında “öküz”, “gücü, dövləti və sərvəti əlində saxlamağın simvolu idi”.

Firon dövründə qızıl da çox mühüm vəsait idi və gücün simvolu hesab edilirdi. İsrail oğullarında da o dövrdə qızıla qarşı heyrətamiz heyranlıq yaranmışdı. Bir cənnət neməti olan qızıla qarşı hər insanın şüur altında bəyənmə var. Məhz şeytani zəka və qabiliyyətə sahib olan Samiri də, insanların şüur altındakı bu qızıl sevgisindən istifadə edərək şeytani soyğun planı qurmuşdu.

O dövrdə, aralarında İsrail oğullarının da olduğu Misirlilər, Firon zülmündən və köləlikdən xilas olub azad yaşaya biləcəkləri yeni torpaqlara yerləşmək üçün hz. Musa (ə.s) ilə birlikdə Misirdən ayrılmaq üzrə idilər. Məhz bu mərhələdə Samiri və dəstəsi də, İsrail oğullarının yola çıxacaqlarını xəbər aldılar. Misirdə genişmiqyaslı oğurluq etmək üçün hiyləgərcə plan qurdular. Samiri, yanındakı münafiqləri təşkil edərək Fironun və yaxın ətrafındakı adamlarının saraylarını, evlərini, məzarlarını və xəzinələrini soymalarını təmin etdi. Sonra da oğru dəstəsi ilə birlikdə, bu soyğun sayəsində oğurladıqları yüzlərlə kilo ağırlığındakı qızılı heyvanlarına yükləyərək Misirdən Sinay səhrasına doğru yola düşdülər.

O vaxtlarda hz. Musa (ə.s) da vəhy almaq üçün qövmündən ayrılaraq “Tur dağı”na getmiş və yerinə də qardaşı hz. Harun (ə.s)-ı vəkil olaraq buraxmışdı. Samiri və münafiq dəstəsi oğurladıqları qızılları yolda apararlarkən hz. Harun (ə.s) onları gördü. Daşıdıqları qızılın miqdarını gördükdə, gizlin bir iş gördüklərindən şübhələndi və onları dayandırdı. Əllərində “yüzlərlə kilo qızıl” olduğunu gördükdə, bunları “oğurluqla ələ keçirmiş ola biləcəklərini” anladı. Lakin onlardan soruşduqda Samiri; “bunlar mənim qızıllarımdır, vaxtında toplamışdım, hamısı mənə məxsusdur” deyə yalan söyləyərək etdiyi oğurluğu gizlətməyə çalışdı. Yanındakı digər münafiqlər də eyni şəkildə; “bəli, bunlar bizim qızıllarımızdır” deyərək Samiriyə dəstək verdilər. Halbuki o qədər çox qızılın onların olmayacağı, bunları oğurluqla əldə etdikləri çox açıq idi. Necə ki, Tövratda da, Samirinin bu qızılları oğurluq edərək ələ keçirtdiyi; “Rəbb İsraillilərin Misirlilərin gözündə lütf tapmasını təmin etdi. Misirlilər onlara istədiklərini verdilər. Beləliklə İsraillilər onları soydular(Tevrat; Çıkış, Bab 12/35–36) sözləri ilə bildirilmişdir.

Dolayısilə hz. Harun (ə.s) dərhal orada bir quyu qazdıraraq, oğurlanmış olduğunu düşündüyü bu qızılları oraya doldurtdu və üzərini bağlatdırdı. Məqsədi daha sonra buranı təkrar açdırıb içindəki oğurlanmış qızılların sahiblərinə geri qaytarılmasını təmin etmək idi.

Lakin hz. Harun (ə.s)-ın bu müdaxiləsi, Samiri və dəstəsini dayandırmadı. Samiri, özü kimi münafiq olan oğru dostlarıyla birlikdə yenidən səhraya doğru yola düşdü və qızılların olduğu yerə getdi. Üzəri bağlanılan quyunu yenidən açdılar və qızılları oradan götürərək başqa yerə gizlətdilər.

Eyni zamanda Samiri və münafiq dəstəsi, hz. Musa (ə.s) ilə birlikdə Misirdən ayrılmaq məqsədilə yola düşən İsrail oğullarına da, sahib olduqları qızıllarını da yanlarına almaları üçün təlqin verdilər. Hz. Musa (ə.s) və onunla birlikdə olanlara kömək etmək üçün yolda bu qızıllara ehtiyac ola biləcəyini söyləyərək onları razı saldılar. Beləliklə xalqın bəziləri az, bəziləri də çox olmaqla, müxtəlif miqdarda zinət əşyalarını, ləl-cəvahiratlarını və digər qızıl əşyalarını yanlarına götürdülər. Səhraya çatdıqları zaman isə, Samiri “qızıldan böyük buzov heykəli düzəldəcəyini” söyləyərək İsrail oğullarının yanlarında gətirdiyi bu qızılları ələ keçirdi.

Beləliklə Samiri və oğru dəstəsi, həm Firon və adamlarından oğurladıqları yüzlərlə kilo qızılı, həm də hz. Musa (ə.s) ilə birlikdə yola düşən İsrail oğullarının qızıl əşyalarını bir araya gətirərək çox yüklü miqdarda qızıl əldə etmiş oldular.

Büt düzəltməkdə qabiliyyətli heykəltəraş və qəlibçi olan Samiri, hz. Musa (ə.s)-ın öz tayfasından ayrılmış olmasından istifadə edərək, hz. Harun (ə.s)-ın olmadığı bir yerdə böyük ocaq hazırladı. Həmçinin topladığı yüzlərlə kilo oğurlanmış qızılı gətirərək bu ocaqda əritdi. Əvvəlcə gildən çox böyük buzov heykəli düzəltdi. Sonra da onun üçün tökmə qəlib düzəltdi. Bu qəlibin içinə əridilmiş qızılı tökərək külçə qızıldan ibarət olan içi boş buzov heykəli düzəltdi. Sonra da bu yumşaq olan qızılı törpüləyib düzəltdi və parladaraq qüsursuz hala gətirdi. Bütün bunların nəticəsində də, yüzlərlə kilo ağırlığında, çox həcmli və par-par parıldayan qızıldan buzov heykəli düzəltdi. Yanındakı digər münafiqlər və qövmündəki aldatdığı kəslərlə birlikdə bu nəhəng buzov heykəli, hündür bir təpəyə, bir bünövrənin üstünə yerləşdirdi.

Quranda, Samirinin İsrail oğullarının zinət əşyalarını və qızıllarını toplayıb bu yolla əritdiyi; “dedilər: Biz sənə verdiyimiz vədə öz istəyimizlə xilaf çıxmadıq, lakin o qövmün (Misir xalqının) zinət əşyalarından bəzi yüklər yüklənmişdik onları (oda) atdıq, beləliklə Samiri də atdı (Taha surəsi, 87) ayəsi ilə xəbər verilmişdir.

Əriyən qızıl xammalından buzov heykəli düzəldən Samiri, qövmünü valeh edəcək məharət göstərərək buzovun böyürməsini də təmin etmişdi. Quranda Samirinin “böyürən buzov kimi səs çıxardan bir buzov heykəli düzəltdiyi” belə bildirilmişdir:

“Beləliklə onlar üçün böyürən bir buzov heykəli düzəltdi”. (Taha surəsi, 88)

Həmçinin Samiri, düzəltdiyi buzov bütünə insanların marağını daha da çox çəkə bilmək üçün; “mən onların görmədiklərini gördüm” kimi də demiş və beləliklə özünə, “heç kimin görmədiyi bəzi gizli məlumatlardan xəbərdar olan, xüsusi elm sahibi olan bir insan imici” verməyə çalışmışdır. Buzova mistik və metafizik məna qazandıraraq ətrafındakı insanlara təsir etmək istəmişdir. Quranda Samirinin bu danışığı belə bildirilmişdir:

Dedi: “Mən onların görmədiklərini gördüm, beləliklə elçinin izindən bir ovuc götürüb atdım; beləliklə mənə bunu nəfsim xoşa gələn (bir şey kimi) göstərdi”. (Taha surəsi, 96)

Par-par parıldayan bu qızıldan buzovu görənlər heyrət içində qaldılar. Küləyin səsi ilə birlikdə buzov heykəlindən çıxan böyürmə səsi, qövmündəki İsrail oğullarının Samirinin bu qabiliyyətinə böyük heyranlıq duymalarına səbəb oldu.

Samiri, bu qızıldan buzov heykəlini düzəldərkən, qarşısına eyni zamanda İsrail oğullarının diqqətini yenidən o keçmiş “Misir mədəniyyətinə”, “Misirdəki bütpərəst inanclarına” çəkə bilməyini məqsəd qoymuşdu. Çünki hz. Musa (ə.s) ilə birlikdə Misirdən ayrılan İsrail oğulları arasında, ağılları hələ də Fironun bütpərəst dinində və Misir mədəniyyətində qalmış olan kəslər də var idi. Quranda bu kəslərin Musa Peyğəmbər (ə.s)-a; “ey Musa, onların ilahları (var; onlarınkı) kimi, sən də bizə bir ilah düzəlt” deyərək, keçmiş həyatlarına duyduqları həsrəti və bütpərəst inanclarına olan bağlılıqlarını dilə gətirdikləri bildirilmişdir:

Biz İsrail oğullarını dənizdən keçirtdik və onlar öz bütlərinə tapınan bir qövmə rast gəldilər. Onlar dedilər: “Ey Musa ! Onların məbudları olduğu kimi, bizim üçün də bir məbud düzəlt ”. Musa dedi: “Həqiqətən, siz cahil bir tayfasınız. (Əraf surəsi, 138)

Hz. Musa (ə.s) isə səhv yolda olduqlarını söyləyərək onları xəbərdar etmiş və onlara Allahdan başqa İlah olmadığını xatırlatmışdır:

Şübhəsiz ki, bunların etiqad etdikləri əqidə məhvə məhkumdur, gördükləri işlər isə batildir”. Musa dedi: “O, sizi aləmlərdən üstün etdiyi bir halda, mən sizin üçün Allahdan başqa məbudmu axtaracağam ?” (Əraf surəsi, 139-140)

İsrail oğullarının bu tələbini” və onların “Fironun təqdim etdiyi həyata qarşı hələ də böyük həsrət çəkdiklərini” çox yaxşı bilən Samiri də bu vəziyyətdən faydalanmaq istədi. Hz. Musa (ə.s)-ın qövmündən ayrılmasını fürsət bilərək, qızıldan düzəltdiyi böyük buzov ilə İsrail oğullarının hz. Musa (ə.s)-dan istədikləri bu bütü onlara təqdim etdi.

Ərəb dilində “Icl “sözü ilə ifadə edilən “Samirinin düzəltdiyi bu qızıl buzov heykəli”, Misir mədəniyyətinin simvolu olan “öküz heykəlləri”nin kiçik fiquru idi. “Buzov-dana” mənasını verən “Icl” sözü, türk dilində də istifadə edilən “tələsik-təcili” kökündən gəlir. Bu söz də Quranda, “insanların dünyaya düşkün olmaları” və “dünya malına tamah salmaları” mənasında istifadə edilmişdir. Dolayısilə Samiri də, düzəltdiyi qızıldan buzov bütü ilə müəyyən mənada, qövmündəki insanları Allahdan uzaqlaşdırıb dünyaya bağlanmağa dəvət etmişdir.

Misirdən gəlmiş olan musəvilər, keçmiş mədəniyyətlərinə dönüşü əks etdirən Samirinin bu məharətinə və sənətinə heyran qaldılar. Buzovun qarşısında dayanıb Samirinin xatırlatdığı bu keçmiş mədəniyyətlərini həsrətlə xatırladılar. Hələ də Misirdəki Firon dövlətinin rəmzi və bütpərəst dinin simvolu olan müqəddəs öküz mədəniyyətinin (apisin) təsiri altında olduqları üçün, yenidən o şirk inanclarına dönmə meyli göstərdilər. Hətta bu həsrətdən ötrü bir qismi yenidən keçmiş həyatlarını və Fironun şirk mədəniyyətini yaşamaq üçün Misirə geri qayıtmaq istədilər.

Allah Quranda; “o zaman Biz Musaya vəhy üçün qırx gecəlik vədə verdik. Lakin sonra siz onun ardından buzovu (ilah) qəbul etmiş və (beləliklə) zalım olmuşdunuz” (Bəqərə surəsi, 51) ayəsi ilə, hz. Musa (ə.s) qövmündəki bu insanların Samiriyə uyaraq doğru yoldan azdıqlarını və “yenidən keçmiş bütpərəst dinlərinə qayıdaraq buzova sitayiş etməyə başladıqlarını” xəbər vermişdir (Allahı tənzih edirik).

Bu hadisədən sonra hz. Harun (ə.s), səhv yola düşməmələri üçün qövmünü xəbərdar etmiş; onları Samirinin azğınlıqlarını tərk edib, öz sözünə itaət etməyə dəvət etmişdir. İsrail oğulları isə, “hz. Musa (ə.s) gələnə qədər Samiriyə və onun dəvət etdiyi bütpərəst dinə tabe olmağa davam edəcəklərini” söyləyərək bu azğınlıqlarında inad etmişdirlər:

And olsun ki, Harun bundan əvvəl onlara: “Ey qövmüm, həqiqətən siz bununla ancaq sınağa (çəkildiniz). Sizin Rəbbiniz Mərhəmətli (olan Allah) dır; bu halda mənə tabe olun və əmrimə itaət edin” demişdi. Demişdilər: “Musa bizə geri qayıdanadək onun (buzovun) qarşısında bel büküb əyilməkdən heç vaxt imtina etməyəcəyik”. (Taha surəsi, 88-91)

Musanın ardınca qövmü öz zinət əşyalarından böyürən bir buzov heykəli düzəltdilər. Məgər bu heykəlin onlarla danışmadığını , onlara düz yol göstərmədiyini görmürdülərmi? Buna baxmayaraq ona məbud kimi sitayiş edib zalımlardan oldular. (Əraf surəsi, 148)

Samiri, qövmünə “bu buzov bütünün, İsrail oğullarının və hz. Musa (ə.s)-ın (haşa) həqiqi ilahı olduğu; Musa Peyğəmbərin də onsuz da bunu axtarmaq üçün öz qövmündən ayrıldığı” şəklində bir yalan söyləyərək, yanlarındakı musəvilərin bir çoxunun buzova sitayiş etmələrini təmin etdi (Allahı tənzih edirik).

Bütün bunlar yaşanarkən Allah hz. Musa (ə.s)-a, qövmündə olub bitən bu hadisələri vəhy ilə xəbər verdi: Dedi: “Biz səndən sonra qövmünü sınaqdan (fitnədən) keçirtdik, Samiri onları yoldan çıxartdı”. (Taha surəsi, 85)

Bundan sonra hz. Musa (ə.s) qövmünün yanına geri qayıtdı. Samiri isə, orada toplanan və “özünü heyranlıqla izləyən xalqı öz tərəfinə çəkə bilmək” və “onların hz. Musa (ə.s)-a olan etibarlarını sarsıda bilmək” üçün hərəkətə keçdi. Quranda Samirinin, bu məqsədlə etdiyi danışıqlardan biri belə bildirilmişdir:

Samiri onlar üçün böyürən bir buzov heykəli düzəltdi . Buzova məftun olanlar: “Sizin də məbudunuz, Musanın da məbudu budur. Lakin o bunu unutmuşdur” – dedilər. (Taha surəsi, 88)

Samiri xalqına “Musa unutdu” deyə səslənərək, hz. Musa (ə.s)-ın da əslində Misirdəki bu Firon mədəniyyəti və bütpərəst dinlə yetişdiyini; lakin sonradan, öyrəndiyi bu mədəniyyəti guya “unutduğunu” irəli sürdü. Beləliklə “hz. Musa (ə.s)-ın da bir vaxtlar Misirdə Fironun sarayında olarkən, güc, iqtidar, ehtişam və sərvət simvolu kimi istifadə etdiyi bu öküz fiqurunu mənimsəmiş olduğunu” iddia etdi. “İndi isə hz. Musa (ə.s)-ın guya unutduğu üçün üz döndərdiyi Misirin bu böyük ilahına, hamılıqla geri qayıtmalarının lazım olduğu” yalanını söylədi (Peyğəmbəri tənzih edirik).

Musa Peyğəmbər (ə.s) həqiqətən də Fironun sarayında böyümüş və Misir mədəniyyəti, adət-ənənələri haqqında geniş məlumat sahibi olmuşdu. Lakin Allahın özünə hidayət verməsi və ona Peyğəmbər vəzifəsi verməsi ilə, Fironun azğın dinindən üz döndərmiş və Allahın haqq dinini yaşamışdı. Lakin Samiri etdiyi bu danışıqlarla öz aləmində qövmünə, “guya hz. Musa (ə.s)-ın da bu azğın və bütpərəst dini məqbul və qanuni hesab etdiyi” imicini verməyə çalışmışdır.

Əlbəttə ki, Samiri bütün bu hadisələri, hələ ən başından düşünüb planlamış və etdiyi saxtakarlığın hər mərhələsini qanuni göstərə bilmək və nəticəsində də müvəffəqiyyət qazana bilmək üçün ayrı-ayrı planlar qurmuşdur. Hələ o yüzlərlə kilo qızılı oğurlamadan, onları oraya daşıyıb, əridib nəhəng buzov heykəli düzəltmədən əvvəl, “hz. Musa (ə.s)-a qarşı belə bir böhtan ataraq özünü təmizə çıxarda biləcəyini” düşünmüşdür.

Samirinin etdiyi bütün bu mərhələli saxtakarlıqlarla əsil planlaşdırdığı isə, “xalqına guya özünün hz. Musa (ə.s)-dan daha böyük olduğunu göstərə bilmək” və təqdim etdiyi dəlillərlə də onları buna razı sala bilmək idi. Məqsədi, (Peyğəmbəri tənzih edirik) “hz. Musa (ə.s)-ı xalqının gözündən salaraq, ağlı, qabiliyyəti və danışıqları ilə ondan daha üstün olduğunu vurğulaya bilmək” və “İsrail oğullarını idarə etmək üçün” hz. Musa (ə.s)-ın yerinə keçə bilmək”dir.

Samirinin şeytani planının bundan sonrakı mərhələsi isə; “Misiri idarə etmək məqsədilə yerinə keçə bilmək üçün, hz. Musa (ə.s)-ın şəhid edilməsini təşkil etmək idi”. Öz aləmində “Firon və onun dərin dövlətindəki adamlarını təhrik edərək hz. Musa (ə.s)-ın üzərinə yönləndirəcək və hz. Musa (ə.s)-a sui-qəsd təşkil edilməsini təmin edəcək idi”. İçindəki amansız böyüklük ehtirası və liderlik hərisliyindən gözü dönmüşdü. Həmçinin özünün, hər cəhəti ilə Peyğəmbərdən guya daha da üstün, ağıllı və qabiliyyətli olduğuna inanırdı.

Lakin Samirinin şeytani zəkası ilə qurduğu bu planlar heç bir işə yaramadı. Oynadığı hər cür oyuna, etdiyi hər cür alçaqlığa və saxtakarlığa baxmayaraq, Allah onun hiyləgər tələlərini puç etdi. Hz. Musa (ə.s), vəhy aldıqdan sonra qövmünün yanına geri qayıtdı və Samirinin oynadığı bu oyunu zərərsizləşdirdi. Quranda hz. Musa (ə.s) və Samiri arasında keçən danışıqların bir qismi belə bildirilmişdir:

Musa dedi : “Məqsədin nə idi, ey Samiri?” O dedi: “Mən onların görmədiklərini gördüm . Mən o elçinin ləpirindən (Cəbrailin atının ayağı dəydiyi yerdən) bir ovuc torpaq götürdüm və onu bəzək əşyalarının üstünə atdım. Nəfsim məni buna sövq etdi”. Musa dedi: “Çıx get ! Sən həyatın boyu: “Mənə toxunmayın, mən də sizə toxunmayım!” – deməli olacaqsan. Səni həm də qurtula bilməyəcəyin əzab günü gözləyir. Sən sitayiş etdiyin məbuduna bax . Biz onu yandıracaq, sonra da dənizə sovuracağıq .“ (Taha surəsi, 95-97)

Ayələrdə də bildirildiyi kimi hz. Musa (ə.s), “sənin həyatda layiq olduğun cəza həyatının sonuna qədər təkbaşına yaşamağındır” deyərək Samirini qövmündən uzaqlaşdırdı.

Allah Samiri hekayəsi ilə, “münafiqin dünya ehtirasına, malı yığıb toplama, mənfəət əldə etmə hərisliyinə və bunun üçün oğurluq, fırıldaqçılıq və cinayət törətmək də daxil olmaqla, hər şeyi gözə ala bildiyinə” diqqət çəkmişdir. Fironun rəhbərliyindəki Misir Dərin Dövlətinin bir mənsubu olan Samiri, hələ o günlərdə oğurluğa, soyğunçuluğa, qəsbkarlığa, əxlaqsızlığa, yalana, şərəfsizliyə alışmış münafiqdir.

Lakin Samiri oynadığı oyunlarla, etdiyi alçaqlıqlarla heç bir nəticə əldə edə bilməmiş; böyüklük hərisliyi, onun rəzil-rüsvay olub sahib olduğu hər şeyi itirməsinə səbəb olmuşdur. Samiri hz. Musa (ə.s)-ın qövmündən uzaqlaşdırılmasından sonra, həyatının sonuna qədər tək yaşamışdır. Etdiyi əxlaqsızlıqlardan ötrü xorlanıb alçaldılmış, alçalmış, hər şeyini itirmiş və təkbaşına qalmışdır.

Bu, onun təkcə dünya həyatında aldığı əvəzdir. Axirətdə isə, əlbəttə, Allahın sonsuz ədalətinin tələbi olaraq, Samiri və onun kimi səmimiyyətsizliyi seçən hər münafiq etdikləri pisliklərin hesabını mütləq verəcək.

madde, new scientist

Adnan Oktar: Samiri; “indi gedirik. Yanına qızıllarınızı da götürün. Orada ehtiyac ola bilər. Orada çox gözəl şeylər edəcəyik. İslama, dinə, Musa (ə.s)-a kömək edəcəyik. Bol qızıl olsun. Bir çox ölkəyə gedəcəyik” dedi. İnsanlar da yanlarına götürə bildikləri qədər çox qızıl aldılar. Baxın əvvəlcə vəd edir; “gözəl şeylər edəcəyik. Dinə çox gözəl xidmət etmiş olacağıq o qızıllarla, çox faydalı olacağıq” deyir. Sonra gəldilər səhrada; “indi o qızılları verin” dedi. “Nə edəcəksən?” deyə soruşduqları zaman “gözləyin. Siz mənə güvənmirsiniz?” dedi.

Onların etimadını qazanmışdır. Hər kəsin qızılını toplayacaq qədər etimadlarını qazanmışdır. Sonra əvvəlcə gildən heykəlin damını meydana gətirir, sonra da əritdiyi qızılları qəlibə töküb qızıldan buzov heykəli düzəldir. O zaman, əlbəttə, məst olur zəif olanlar. Yəni münafiqliyin zəminini hazırladığı, münafiqliyi təlqin etdiyi və fəlsəfəsindən uzun-uzadı bəhs etdiyi kəslər orada dərhal ona tabe olurlar. Həmçinin o da onları o Misir mədəniyyətinə razı salır. O zamanın dərin dövlətinin mədəniyyəti, “Misir mədəniyyəti” idi. O zaman onunla göstəriş edilirdi. Onlar kimi geyinmək, onların yediklərini yemək, onların ev dekorasiyaları necədirsə onlarla eyni əşyaları alıb, onların istifadə etdiyi bəzəklərdən istifadə etmək əhəmiyyətli idi... Samirinin etdiyi də bu cür idi. Bunun üçün bir qisimi bu mədəniyyətə qibtə edib Misirə geri qayıtdılar. Bu alçaqlar o dövrdə həzrəti Musa (ə.s) əleyhinə də güclü təbliğat aparırdılar. Buna görə də, həzrəti Musa (ə.s) üçün; “Musanı incidənlər kimi olmayın” (Əhzab surəsi, 69) deyir Allah. (A9 TV, 23 yanvar 2016)

Münafiq qorxaqdır; çətinlik anında özünü dərhal ələ verər

Münafiqin canı çox şirindir. Dünyaya dəlicəsinə bağlı olduğu üçün, ölməkdən çox qorxar. Bütün şərtlər və imkanlar lehinədirsə, bu zaman müsəlmanlarla birlikdə hərəkət edər. Mənfəətlərinə zərər gəlmədiyi müddətcə, çətin də olsa möminlərin arasında özünü gizlədər, hətta onlardan biri kimi görünmək üçün istəmədiyi bir çox şeyi etməyi də gözə alar. Namaz qılmaq istəməz, lakin qılar. Müsəlmanlara yaxşılığı dəysin istəməz, lakin ona çox iztirab versə də, yeri gəldikdə yaxşılıq edər. Məcbur qalsa arada xidmət də edər. Lakin möminlərə istiqamətli küfr əhlindən təzyiq, çətinlik və sıxıntı gəldiyi təqdirdə, dərhal öz aləmində “qazanc və zərər hesabı” aparar. Müsəlmanlardan yana görünsə, bununla “nə qazanıb, nə itirəcəyinə” baxar. Həmçinin müsəlmanların yaşayacağı ola biləcək çətinliklərin az və ya çox, mütləq özünə də toxunacağını hesaba qatar. Bu münafiqin ən böyük qorxularından biridir. Çünki bunun nəticəsində, dünyada hər şeydən çox dəyər verdiyi canı yanacaq. Məhz bu mərhələdə münafiq Peyğəmbərdən və müsəlmanlardan ayrılmaq qərarı alar. Allah bir Quran ayəsində, münafiqlərin qorxaqlıqlarına belə diqqət çəkmişdir:

Həqiqətən sizdən olduqlarına dair Allaha and içərlər. Halbuki onlar sizdən deyildirlər. Lakin onlar qorxaq bir cəmiyyətdir. (Tövbə surəsi, 56)

Allah yolunda yaşamaq və haqdan yana mübarizə aparmaq cəsarət və bir çox əziyyətə razı olmağı tələb edir. Qurana baxdığımız zaman bütün peyğəmbərlərin və saleh müsəlmanların Allah yolunda şiddətli əziyyət və çətinliklə imtahan olunduqlarını görərik. Lakin bu çətinliklər və əziyyətlər münafiqlərin gözünü qorxudar. Çünki çətinlik mühitində insanın imtina etməsi lazım olan bir çox şey olar. Müsəlman çətinliklə qarşılaşdığı zaman bəzən rahatından, idmanından, yuxusundan, paltarlarından, yeməyindən, içməyindən bəzən də tamamilə malından və canından imtina edər. Lakin bu bütün ömrünü dünyaya həsr etmiş bir münafiqə çox ağır və qorxuducu gələr. Buna görə də, münafiq çətinliklə qarşılaşdıqda mütləq özünə qaçıb sığınacaq başqa bir yer axtarmağa başlayar.

Allah bir ayədə münafiqlərin çətinlikdən nə cür bəhanələr irəli sürərək qaçdıqlarını Quranda belə xəbər vermişdir:

Əgər səfəriniz gəlir gətirən və yüngül bir yürüş olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin əziyyətli yol onlara çətin gəldi. Onlar: “Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq !” – deyə Allaha and içəcəklər. Onlar özlərini həlak edirlər. Çünki Allah onların yalançı olduqlarını bilir. (Tövbə surəsi, 42)

Müsəlmanların çətinlik, darlıq və imtahan dövrləri, əslində münafiqlərin ortaya çıxması və öz-özlərini ifşa etmələri üçün çox qiymətli dövrlərdir. Münafiq bəlkə illərlə özünü müsəlmanların arasında kamuflyaj edər, lakin Allah yolunda bir çətinliyə səbir etməsi lazım gəldikdə dərhal özünü ələ verər. Allah yolunda qarşılaşa biləcəkləri hər cür təhdid, haqsızlıq, təzyiq və böhtan, müsəlmanlar üçün şərəfdir. Münafiq üçünsə məhv olmaqdır. Bu, münafiqin sanki dünyadan imtina etməsi mənasına gələr, belə ki, belə vəziyyəti qəbul etməsi də münafiqlik etməkdən imtina etməsi deməkdir. Bunu da heç vaxt qəbul etməz.

Münafiq, müsəlmanlar arasındakı səmimi sevgini çox qısqanar

Allah bir ayədə; “yoxsa onlar Allahın Öz lütfündən insanlara verdiklərini qısqanırlar?” (Nisa surəsi, 54) deyə buyurmuşdur. Bu ayədə xəbər verildiyi kimi, münafiqlər müsəlmanlara verilən maddi-mənəvi bütün nemətləri qısqanarlar. Həsəd apardıqları məsələlərin ən başında da; “müsəlmanların bir-birlərinə qarşı duyduqları səmimi sevgi” gələr. Bir möminin başqa müsəlmanı çox sevməsi və onu qoruması, münafiq üçün çox ciddi qısqanclıq məsələsidir. Çünki müsəlmanlar arasında, küfr əhlindəki insanların heç yaşaya bilmədiyi “dərin məhəbbət, mehriban dostluq, səmimi qardaşlıq anlayışı” vardır. Münafiqlər iman gətirənlərlə birlikdə olduqları hər an bu sevgiyə şahid olar və bundan ötrü də şiddətli qısqanclığa qapılarlar. Müsəlmanların bir-birlərini bu qədər çox sevmələri münafiqləri ciddi şəkildə narahat edər. Müxtəlif oyunlarla müsəlmanların arasını vurub bu sevgini yox etmək üçün hiyləgər səy göstərərlər. İxtilaf çıxardaraq, rüsvayçılıq edərək, yalan söyləyərək, böhtan ataraq, söz daşıyaraq, lağlağı zarafatlar edərək, müsəlmanların bir-birlərinə olan sevgilərini zədələmək; qardaş olmalarını, birlik olmalarını və dostluqlarını pozmaq istəyərlər.

İman gətirənlərin sevgini yaşamalarını istəməyən münafiq, müsəlmanların “sevdikləri ilə vaxt keçirmələrini” də istəməz. Müsəlmanların yanına gələn kəsləri dayandırmaq və onlarla görüşmələrinə mane olmağa çalışar. Müsəlmanları sözə tutub vaxtlarını alaraq, o mühitdə problem çıxardaraq, sevdikləri insanlarla danışmalarına və birlikdə vaxt keçirmələrinə mane olmağı hədəfləyər.

Münafiqlərin bu qısqanclıqlarına Quranın Yusif surəsində diqqət çəkilmişdir. Hz. Yusif (ə.s)-ın hələ uşaq yaşda gözəlliyi ilə diqqət çəkməsi, qardaşlarının ona qarşı böyük qısqanclıq hissinə qapılmasına səbəb olmuşdur. Atalarının onu özlərindən daha çox sevdiyini düşünərək qəzəblənən qardaşları, bir tələ qurub hz. Yusif (ə.s)-ı öldürmək üçün bir plan qurmuşlar.

Atalarına isə özlərini, “yaxşılıqdan başqa bir şey düşünməyən qardaşlar” kimi göstərməyə çalışdılar. Halbuki həqiqətdə açıqca bir xainlik etmək istədilər:

Bir vaxt onun qardaşları dedilər: “Biz bütöv bir dəstə olmağımıza baxmayaraq Yusif və onun doğma qardaşı atamıza bizdən daha sevimlidir. Aydın görünür ki, atamız aşkar bir yanlışlıq içindədir. Yusifi ya öldürün, ya da onu uzaq bir yerə aparıb atın ki, atanız ancaq sizə məhəbbət bəsləsin və bundan sonra siz əməlisalehlərdən olarsınız”. (Yusif surəsi, 8-9)

Hz. Yusif (ə.s)-ın qardaşlarının din əxlaqından nə qədər uzaq olduqları; xainlikləri, hiyləgər tələlər qurmağı və cinayət işləməyi nə qədər məqbul və qanuni gördükləri ayələrdən açıqca aydın olmaqdadır. Atalarından “sevgi tələbi” içərisində olduqları iddiaları da tamamilə “yalan”dır. Çünki kiçik bir uşaq və öz soydaşları olan, tərtəmiz nur kimi bir insanı gizlicə öldürməyi planlaşdıran bu münafiq xarakterli, zalım və qəddar insanların sevgini bilmədikləri çox açıqdır.

Hz. Yusif (ə.s)-ın qardaşları kimi, günümüzdəki münafiqlər da, müsəlmanların bir-birlərini çox sevmələrini çox qısqanar və hər yolu sınayaraq bu yaxınlığı maneə törətməyə çalışırlar. Buradakı məqsədləri, həsəd apardıqları o sevgini özlərinin də yaşaya bilməsi deyil. Çünki münafiqlər sevgiyə söykənən əlaqələrə deyil, “mənfəət əlaqələri”nə inanarlar. Sevginin isə bu mənada heç bir işə yaramayacağını düşünürlər. Maraqlarını əldə edə bilirlərsə, bu onlar üçün kifayətdir. Bu səbəbdən Müsəlmanlara olan qısqanclıqları, yalnızonların nemət, dinclik və gözəllik içində xoşbəxt bir şəkildə yaşamalarını istəməmələrindən qaynaqlanır. Münafiqi rahatlaşdıracaq olan şey, müsəlmanların zərər görməsi, zərər çəkmiş olması, acı çəkməsidir. Münafiqin qısqanclıq hərəkətləri də, yalnız onlara bu çətinlik və narahatlıq verə bilmək üçündür.

Ancaq münafiq bu tələsində müvəffəqiyyətli ola bilməz. Çünki müsəlmanlar sevgidə qərarlı olan və Allahın sevgisini qazana bilmək üçün yaşayan insanlardır. Bu səbəbdən münafiqin bu yolda sərf etdiyi səy, yalnız onun qəzəb və qısqanclıqdan narahat olmasıyla nəticələnər.

madde, new scientist

ADNAN OKTAR: “... Münafiqin metodu belədir, yəni zahirən çox haqlı kimi görünür ilk baxışda. Çox şeytani metoddur. İnsanların ümumi qəbuluna uyğundur münafiqin hücumları. Məsələn Hz. Yusif (ə.s)-ın qardaşları. İddiaları nə idi? Sevgi. “Yusifə görə, atamızın sevgisi bizdən uzaqlaşdı”. İndi bu adamların məqsədi sevgi mi? Deyil. Münafiq sevgini bilməz. sevgini bir vasitə olaraq istifadə edər. Müsəlmanlara hücumda, əxlaqsızlıq etmədə, alçaqlıq etmədə bir vəsilədir. Yəni müsəlmanı narahat etmək üçün, pislik etmək üçün sevgini istifadə edər. “Sevdiyim üçün gəldim”, “Sevdiyim üçün danışdım”, “Sevdiyim üçün bunu edirəm” deyir. İndi gedib atasının yanında İslamı öyrənmək üçün mi, atalarının həqiqətən sevgisini qazanmaq üçün mi Hz. Yusif (ə.s)-a qarşı rəftar alırlar? Belə bir şey ola bilərmi? Həmişə birlikdə sevmələri lazım, həmişə birlikdə sevdirməyi məqsəd qoymaları lazımdır. “Yusifi öldürək” deyirlər. Münafiqin azğınlığını və şeytani ölçüsünü burada görürük.” (A9 TV, 28 Fevral 2016)

Münafiq, yalan və böhtanlarla müsəlmanlar arasındakı sevgini yox etməyə çalışar

Münafiq ən çox sevgidən narahat olur. Çünki hiyləgər oyunlarla, saxtakar metodlarla dünyadakı maddi bir çox neməti əldə edə bilər amma ruhundakı şeytanlıq və alçaq xarakteri səbəbiylə “heç bir zaman üçün həqiqi sevgini yaşaya bilməyəcəyini” bilir. Bu halıyla nə onun başqasını; nə də bir başqasının özünü sevməyəcəyinin fərqindədir. Bu da, münafiq üçün böyük bir “ürək acısı”dır.

Bu acı və “heç vaxt əldə edə bilməyəcəyi bir nemətə qarşı duyduğu qısqanclıq”, münafiqi hər cür alçaqlığı edərək “intiqam almağa” itələyər. Allah bir Quran ayəsində münafiqin, Müsəlmanlara zərər verə bilmək və onlardan intiqam almaq üçün müraciət üsullardan bəzilərini belə xəbər vermişdir:

İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə, dedi-qodu yayana, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə, bunlardan sonra da başqasının adını mənimsəyən fırıldaqçıya.(Qələm surəsi, 10-13)

Ayələrdə də açıqlandığı kimi münafiq, alçaq, zorba, hörmətsiz və təcavüzkar bir məxluqdur. Hər cür xeyri və gözəlliyi maneə törədə bilmək üçün əlindən gələni edər. Müsəlmanlar haqqında ardıcıl yalanlar uyduraraq, böhtan ataraq, aralarında söz gətirib-götürərək, əsassız xəbərlər daşıyaraq və yalan yerə andlar edərək Müsəlmanlara qarşı mübarizə verir. Bu alçaq üsullarla, müsəlmanların arasını aça biləcəyini, onları bir-birlərinə düşürə biləcəyini və beləcə aralarındakı sevgini yox edə biləcəyini düşünür. Bir müsəlmanın yanına gedib, “Filankəs belə bir şey dedi, bilmirəm tam olaraq kimi nəzərdə tutdu amma, mənə sanki səndən bəhs edirmiş kimi gəldi” deyər. Bir başqasına yanaşıb “Bu adamı səninlə əlaqədar danışarkən eşitdim; ortalığı dağınıq buraxdığın üçün sənə bir az hirslənmiş hər halda” deyər. Yenə bir başqa müsəlmana da, “Bu adam sənin etdiyin yeməyi çox bəyənməmiş, pis tərəflərini dedi” deyər.

Bəzən də bu hiyləgərliyini “o an üçün isbat edilməsi mümkün olmayacaq” mövzuları istifadə edər. Məsələn “Keçən gün bu şəxsi gördüm, sənə çox tərs baxışlarla baxırdı” deyər. Ya da “Sən yaxşı ki o tərəfə dönük deyildin, görmədin; filankəs sənin paltarına çox pis baxışlarla baxdı” deyər. Münafiqin bu sözləri başdan sona yalana söykənir. Bundan başqa bunların hər biri əslində gündəlik həyata dair çox sıradan və əhəmiyyətsiz mövzulardır. Müsəlmanların da üzərində dayanacağı, vaxt ayırıb diqqət edəcəkləri, üzərində uzun düşünəcəkləri məsələlər deyil. Amma münafiq bu sıradan mövzularla belə olsa, müsəlmanlar arasında fitnə və ayrılıq çıxarmaq, ürəklərində ümidsizlik yaratmaq, bir-birlərinə olan hörmət, sevgi və etibarlarını zədələmək istər. Ayədə bildirildiyi kimi, “ala bildiyinə ayıblayıb pisləyərək”, “Müsəlmanlar arasında bir-birləri haqqında xəbər daşıyaraq”, “yalan söyləyərək”, “böhtan ataraq”, “mövzulara əlavələr-çıxarmaları edərək”, “sadə bir şeyi şişirdilmiş sözlərlə təhrif edərək” hiyləgərcə oyunlar oynayar.

Ancaq münafiq bəzən də “açıqca çirkablıq edərək” Müsəlmanları bir-birlərinə salmağa çalışır. Açıq formada aqressivləşərək, qışqırıb çağıraraq, hirslə, özündənrazı və həyasız bir üslubla, “bir müsəlmanın guya nə qədər pis xasiyyətli, nə qədər art niyyətli və saxtakar olduğunu” izah etməyə başlar. Sözlərinin tamamilə “böhtandan ibarət olduğu” açıqdır. Bu səbəblə də müsəlmanlar onun heç bir iddiasına etibar etməzlər. Amma içindəki kin, hirs və qısqanclıq heç cür yatışmadığı üçün, izah etdiklərinə inanılmamasının da ayrı bir səmimiyyətsizlik olduğunu iddia edir. Müsəlmanları ədalətsizliyə, bir tərəfin sözünə inanıb, digərini haqsız yerə qorumaqla ittiham edir. Yalanlarının və çirkab metodlarının ardı arxası kəsilməz. Ehtirasını ala bilmədiyi üçün, bu cür üsullarla “həmişə müsəlmanlar haqqında eyni böhtanları atmağa, əleyhinə bir fikir oluşdurana qədər onları pisləməyə” davam edir. İstədiyi, müsəlmanların ona, “Bəli, bu adam həqiqətən çox pis bir insanmış; saxtakar və səmimiyyətsizmiş” demələri və “ona artıq etibar etmədikləri, onu sevmədiklərini söyləmələri”dir. Çünki münafiq ancaq bu sevgiyə zərər verdiyini görə bilirsə rahatlayar.

Allah Quranda münafiqlərin, “xeyirə maneə törədib, davam etdirən” kəslər olduqlarını da bildirmişdir (Qələm surəsi, 12). Münafiqlərin ən hiyləgər üsullarından biri bu cür hiyləgər və alçaqca üsullarla, “hər cür xeyri maneə törətməyə çalışmaları”dır. Müsəlmanların xoşuna gedəcək, onlara nemət olacaq, onları xoşbəxt edəcək, əmin-amanlıq gətirəcək, xeyirli və gözəl olan hər şeyə mane olmaq istər. Bu “sevgi” də müsəlmanların ən əhəmiyyət verdikləri nemətlərdən biri olduğu üçün, münafiq bu xeyr və gözəlliyi də mütləq onlardan uzaqlaşdırmağa çalışır.

Nə var ki, müsəlmanlar heç vaxt bir münafiqin şeytani zəkasının məhsulu sadə yalanlarla, iman edən bir insan haqqında fikirlərini dəyişdirməzlər. Əksinə o adama etdiyi alçaqca rəftarlar və atdığı alçaq yalanlar səbəbiylə, o müsəlmana olan sevgi və şəfqət daha da artar.

 

17 / total 24
"Harun Yəhyanın Münafiqin Dərin Qaranlığı kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.org adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com