< <
19 / total: 24

Münafiqin Yaxalanma Qorxusu

Münafiqin ən qorxduğu şey məlumat toplanmasıdır; müsəlmanların onun haqqında məlumat əldə etmələrindən çox çəkinər

Münafiqin həyatı, hiyləgərlik, səmimiyyətsizlik və saxtakarlıq üzərində qurulmuşdur. Əlindəki bütün imkanları istifadə edərək, “həyatının hər anında sərbəst əxlaqsızlıq edə bilmək” istəyir. Bunu həyata keçirə bilməsi üçünsə, etdiyi saxtakarlıqların ifşa olmaması lazım olduğunu bilir. Buna görə də, oynadığı oyunların gündəmə gətirilməsini, etdiyi hiyləgər fəaliyyətlərdən müsəlmanların xəbərdar olmasını istəməz. Çünki münafiq ancaq bu şəkildə, sistemini davam etdirə və ancaq bu şəkildə özünü gizlətməyi bacara bilər.

“Münafiqin gizliliyi aradan qaldırıldığında”, yəni tutduğu işlər aydın olduğu, istifadə etdiyi üsullar fərq edildiyi zaman, münafiq bütün gücünü itirmiş olar. Gizliliyini itirməsi, artıq istədiyi kimi azad şəkildə münafiq hərəkətləri edə bilməməsi deməkdir. Elə buna görə də, münafiq “kəşfiyyatdan” çox qorxar. Və kəşfiyyat axışına maneə törədə bilmək üçün həmişə əks mübarizə aparar. Müsəlmanlardan birinin, münafiqdə fərq etdiyi səmimiyyətsizliyi, bir başqasına bildirməsi ya da kütləvi şəkildə bütün müsəlmanların bu mövzu haqqında məlumatlandırılması, münafiqi çox çətin vəziyyətdə qoyar. Bunun kimi, fərqli zamanlarda, fərqli yerlərdə, münafiqin fərqli oyunlarına, hiyləgərliklərinə, saxtakarlıqlarına rast gələn müsəlmanların, bütün bu məlumatları bir araya gətirərək birləşdirmək, bunların cəmindən bir nəticə çıxarmaları münafiq üçün böyük “təhlükə”dir.

Elə buna görə də, münafiq müsəlmanların onun haqqında bir-birlərinə məlumat vermələrindən çox çəkinər. Eyni şəkildə gün içində nə etdiyinin izlənilməsini, müsəlmanların onu yaxından təqib etməsindən də çox narahat olar. Münafiqlik etməsi üçün sərbəstliyini heç kimin pozmamağını istəyər. Müsəlmanların xeyirli məqsədlərlə məlumat alış-verişi etmələri isə, onun bütün oyununu pozar və münafiqi həddindən artıq dərəcədə kinləndirər. Özü haqqında məlumat öyrənənə də, gündəmə gətirənə də artıq dərəcədə kin duyar.

Peyğəmbərimiz (s.ə.v) dövründəki münafiqlər də, tarix boyu gəlmiş keçmiş bütün münafiqlərdə olduğu kimi, bu “məlumat axışından” dəhşətli dərəcədə narahat olurdular. Quranda bu münafiqlərin (peyğəmbərimiz (s.ə.v)-i tənzih edirik) Peyğəmbərimiz (s.ə.v) üçün “O hər sözü dinləyən bir qulaqdır” deyərək, münafiq bir üslubla böhtan atdıqları xəbər verilmişdir:

Onlardan elələri də var ki, Peyğəmbərə əziyyət verib: “O hər sözü eşidən bir qulaqdır!”- deyirlər. De: “O, sizin üçün ancaq xeyirli sözlər eşidir. O, Allaha iman gətirir, möminlərə də inanır. O, sizlərdən iman gətirənlər üçün bir rəhmətdir”. Allahın Elçisinə əziyyət verənlər üçün isə ağrılı-acılı bir əzab vardır. (Tövbə surəsi, 61)

Münafiqlər, iman edənlərin Rəsulullah (s.ə.v)-ə, şahid olduqları hadisələr və ya danışıqlar haqqında məlumat ötürməsindən dəhşətli dərəcədə narahatlıq keçirmişlər. Ancaq Allah ayənin davamında, Peyğəmbərimiz (s.ə.v)-in iman edənlər üçün “xeyir qulağı” olduğunu və bunun da “müsəlmanlar üçün rəhmət olduğunu” bildirmişdir. Bir başqa ayədə isə Allah, iman edənlərin Peyğəmbərimiz (s.ə.v)-ə mühüm hadisələr haqqında məlumat ötürməsinin əhəmiyyətinə diqqət çəkmişdir. Allah, peyğəmbərlər, elçilər və müsəlmanların başında olan əmr sahiblərinin bu məlumatlardan “ən xeyirli nəticələri” çıxara biləcəklərini xatırlatmışdır:

Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, az bir qisminiz istisna olmaqla, hamınız şeytana uyardınız. (Nisa surəsi, 83)

Bu ayələr bizə, müsəlmanların öz aralarında “əhəmiyyətli ola biləcək bir hadisə, söhbət ya da məlumata şahid olduqları zaman, bunu Peyğəmbərimiz (s.ə.v)-ə və ya aralarındakı əmr sahiblərinə aparmaları lazım olduğunu” göstərir. Bu kəslər onlara gələn bu kəşfiyyat, informasiya və xəbərləri ən yaxşı şəkildə qiymətləndirə və bunlardan ən yaxşı nəticəni çıxara biləcək ağıl, təcrübə, hikmət və anlayışa sahib olan insanlardır.

Ancaq, müsəlmanlar arasında bu cür məlumat axışı olması və bu məlumatları xüsusilə də bunları izah edəcək ağla sahib olan kəslərə çatdırmaları, münafiqi çox narahat edir. Bu vəziyyət onun, ciddi şəkildə qorxuya və çaxnaşmaya qapılmasına səbəb olur.

Müsəlmanlar isə bu cür məlumat axışından heç bir narahatçılıq və ya çətinlik duymazlar. Çünki onların həyatları onsuz da mümkün olduğu qədər “açıq, şəffaf və təmizdir”. Həyatının hər anını Allahdan qorxub çəkinərək keçirərlər. Yalnız olduqlarında belə, Allahın onları gördüyünü və bütün davranış və danışıqlarına görə axirətdə hesaba çəkiləcəyini bilərək hərəkət edərlər. Başqa sözlə də, deyilən nöqsanları ya da səhvləri də olsa, bunların gündəmə gəlməsindən heç bir şəkildə narahat olmazlar. Əksinə bu vəsiləylə əxlaqlarını və davranışlarını düzəldə biləcəkləri üçün bunda xeyr görər və sevinirlər.

Münafiqin çirkli dünyası həmişə saxtakarlıq və şeytani oyunlarla dolu olduğu üçün, münafiq bunların fərq edilməsindən və öyrənilməsindən çox ciddi şəkildə narahatdır. Bu qorxusu səbəbiylə də, müsəlmanlar arasındakı həyatı həmişə “gizli yerlərə gizlənərək, qaranlıqlarda gizlənərək, hiss etdirmədən gizlicə bir şeylər etməyə çalışaraq” keçər. Tutulmaqdan və “etdiklərinin başa düşülməsindən duyduğu qorxu, narahatlıq və gərginlik” münafiqin ruh halına tamamilə hakim olur. Həmişə, “tutulduğunu” sanaraq səbəbsiz yerə dəhşətə qapılır. Ən kiçik hadisə belə olsa, məsələn keçərkən biri dönüb ona baxsa, biriylə göz gözə gəlsə, iki nəfər bir yerdə oturub bir şey danışsa, münafiq bütün bunları üzərinə alınıb şübhəyə qapılar. Hər zaman onun haqqında mövzu açılacaq və planları pozulacaq qorxusu ilə cəhənnəm bənzəri bir həyat yaşayar. Hüzurlu, içi rahat, xoşbəxt olaraq gözəl vaxt keçirdiyi bir anı belə yoxdur. Narahatlıq, şübhə və qorxu bütün həyatına hakim olar. Quranda münafiqin bu qorxu dolu dünyası belə xəbər verilmişdir:

... Onlara qorxu gəldikdə, ölüm ayağında bayılan adam kimi, dönüb sənə baxdıqlarını görürsən... (Əhzab surəsi, 19)

Münafiq, hiyləgər fəaliyyətlərinin görülməsindən və ifşa olmaqdan çox qorxar

Fəaliyyətlərini hiyləgərcə və gizlicə icra etməyə çalışan münafiqlərin ən çox çəkindikləri mövzulardan biri də, müsəlmanlar tərəfindən fərq edilməkdir. Onlara xəyanət etdiklərini, küfrlə əlaqə halında olduqlarını və gizlicə məlumat göndərdiklərini, müsəlmanlar əleyhinə planlar qurduqlarını aşkara çıxmasından çox çəkinərlər. Son məqsədlərinə çatana qədər və öz istəkləri ilə müsəlmanların yanından ayrılana qədər ifşa olmamaq üçün çox böyük diqqət göstərərlər. Bu ayrılıq qərarını vermədən əvvəl, maddi-mənəvi müsəlmanların imkanlarından daha çox faydalanmaq, küfrün gözünə girə biləcək daha əhəmiyyətli və mühüm məlumatlar əldə edə bilmək istəyərlər. Birbaşa küfrün yanına getməkdənsə, müsəlmanların arasında təhlükəsiz, hüzurlu, rifah olan mühitindən və nemətlərdən faydalanaraq küfrlə olan işlərini yoluna qoymağı seçərlər.

Ancaq bir tərəfdən də, Allahın Quran ilə müsəlmanlara münafiqləri çox ətraflı bir şəkildə tanıtdığını da bilirlər. Müsəlmanlar Quran ayələri işığında, bir insandakı “münafiq xarakterini və münafiq əlamətlərini” çox yaxşı fərq edə bilməkdədirlər. Başqa sözlə münafiq də, hər nə qədər böyük diqqət sərf etsə də, həm üzü, həm bədən diliylə, həm də xarakteriylə diqqət çəkdiyinin şüurundadır. Müsəlmanları nə qədər yaxşı təqlid etsə də, onların gözlərini boyamaq üçün nə qədər çox əmək versə də, onlardan fərqli olduğunun aydın olduğunu görməkdədir.

Elə bu ehtimal münafiqin dəhşətli qorxu içərisində yaşamasına səbəb olur. “Ya münafiq olduğu ortaya çıxarsa? Ya etdiyi saxtakarlıqları bəlli olsa? Ya küfrə daşıdığı məlumatların, onlarla qurduğu planların dəlilləri ortaya çıxarsa?” Bax bu düşüncələr münafiqi içdən içə yeyib bitirər. Gecə-gündüz, “Görəsən müsəlmanlar etdikləri əməllərdən xəbərdardırlar?”, “Görəsən bilirlər amma ona bəlli etmirlər?” kimi şübhələrlə beyni yanıb qovrular. Ancaq bu şübhələrini doğrulaya biləcəyi bir yol da tapa bilməz. Hərdən müsəlmanların ağzını yoxlayaraq, hərdən yalan danışaraq bu sualların cavablarını öyrənməyə çalışar. Amma nəticə ala bilməz.

Əlbəttə ki, müsəlmanlar münafiqdən qat-qat daha çox ağıllıdırlar. O kəsin münafiq olduğundan şübhələndiklərini belə, onu çox yaxşı analiz edib, istədikləri kimi yönləndirə biləcək və razı edə biləcək qədər yüksək fərasət və bəsirət ilə hərəkət edirlər. Və münafıqə heç vaxt istədiyi cavabları verməzlər. Etdiyi şeytani əməkdaşlığı, gizli əlaqələrindən, müsəlmanlar əleyhinə apardığı casusluq fəaliyyətinə nə qədər geniş şəkildə xəbərdar olsalar da, bu mövzuda ona heç bir şey hiss etdirməzlər. Və hətta onu ortada heç bir şübhə və ya problem olmadığına və ona güvəndiklərini razı edə bilərlər. Beləcə içi rahatlayan münafiq da, hiyləgər kəşfiyyat fəaliyyətlərinə və küfrlə olan əməkdaşlığa yenidən davam edir. Müsəlmanlar isə, münafiqin bu fəaliyyətlərindən xəbərdar olduqları üçün, bir tərəfdən müsəlmanları qoruyacaq tədbirlərini alır, digər tərəfdən də münafiqi səmimi olması üçün öyrədib onu doğru yola gətirməyə çalışırlar.

Peyğəmbərimiz (s.ə.v) dövründəki münafiqlər də, tarix boyu yaşamış hər səmimiyyətsiz insan kimi “fərq edilmə qorxusu”yla yaşayırdılar. Və Allahdan vəhy alaraq hərəkət edən Peyğəmbərimiz (s.ə.v)-ə, onlar haqqında ayə nazil edilməsindən, Allahın onları Peyğəmbərimiz (s.ə.v)-ə tanıtmasından dəhşətli dərəcədə qorxurdular. Quranda münafiqlərin bu qorxu dolu ruh halı belə bildirilmişdir:

Münafiqlər, özlərinin qəlbində olanı xəbər verən bir surənin möminlərə nazil olmasından çəkinirlər. De: “Siz istehza edin! Şübhəsiz ki, Allah çəkindiyiniz şeyi üzə çıxaracaqdır”. (Tövbə surəsi, 64)

Ancaq əlbəttə ki, münafiqlərin bu düşüncələri, Allaha və vəhyə olan inanclarından qaynaqlanmırdı. Onlar (Peyğəmbərimiz (s.ə.v)-i tənzih edirik) Quranın tamamının Rəsulullah (s.ə.v)-in öz sözləri olduğuna inanırdılar. “Onların əleyhinə bir surənin nazil edilməsindən çəkindiklərini” söyləyərkən “vəhy gəlməsi”ni deyil, Peyğəmbərimiz (s.ə.v)-in yenə özündən bir söz söyləməsini nəzərdə tuturdular. Etdikləri gizli casusluq fəaliyyətlərinin, ədəbsizliklərinin, alçaqlıqlarının bir şəkildə öyrənilməsindən çəkinirdilər. Bu vəziyyətində qövmlərindəki hər kəsə qarşı “alçalacaqlarını və kiçik düşəcəklərini” bilirdilər. Əsas çəkindikləri də zatən bu idi. Peyğəmbərimiz (s.ə.v), öz qövmünə “onların münafiq olduqlarını söyləyər də, ədəbsizlikləri, alçaqlıkları, qürursuzluqları açığa çıxar və bütün insanlar onlara qarşı hiddətə gələr” deyə qorxurdular.

Əsbabi-nüzul” yəni ayələrin endirilmə səbəblərini açıqlayan təfsirlərdə Tövbə surəsindəki bu ayənin nüzul səbəbi haqqında üç ayrı rəvayət vardır:

1) Mücahid deyir ki,: Münafiqlər öz aralarında bir sürü şeylər danışırlar və “Ümid edirik ki, Allah sirrimizi ifşa etməz” deyirdilər. Bundan sonra bu ayə nazil oldu.

2) Suddi mövzunu bir az daha fərdiləşdirir və deyir ki: Münafiqlərdən biri: “Mənə yüz cəld (çubuq) vurulsa da bizim haqqımızda, bizi rüsvay edəcək bir şey nazil olmasa” demiş və bundan sonra Allah Təala bu ayəni nazil etmişdir.

3) İbn Keysan da münafiqlərdən bir qrupun, Hz. Peyğəmbər (s.ə.v)-in Təbükdan geri dönüşü əsnasında qaranlıq bir gecədə Hz. Peyğəmbər (s.ə.v)-ə sui-qəsd hazırladıqlarını, Cəbrayıl də gələrək Rəsulullah (s.ə.v)-ə bunu xəbər verdiyini və beləcə bu Ayət-i kərimədə enmiş olduğunu söyləmişdir.

Təfsirlərdəki bu məlumatlarda münafiqlərdən birinin, “Mənə yüz çubuq vurulsa da bizim haqqımızda bizi rüsvay edəcək bir şey nazil olmasa” dediyi bildirilmişdir. Bu da bizə münafiqin, rəzil olmaqdansa, əziyyət görməyi qəbul etdiyini göstərməkdədir. Çünki münafiq üçün “göstəriş” daha çox əhəmiyyətlidir. “İnsanların nə dediyi”, onların gözündə “necə bir imici” olduğu, “etibarı” mühüm bir mövzudur. Özünü hiss etdirməmək üçün, müsəlmanlardan biri kimi bilinməyi davam etdirmək məcburiyyətindədir. Əgər münafiq olduğu ortaya çıxarsa, bütün bu imici zədələnəcək, etibarını itirəcək. Bunun nəticəsində də çıxar və mənfəət qapıları ona bağlanacaqdır. Belə bir vəziyyətlə qarşılaşmaqdansa, münafiq acı çəkməyi seçməkdədir.

Əsbabi-nüzul təfsirlərində yer alan digər bir rəvayətdə isə, “Təbuk dönüşü əsnasında qaranlıq bir gecədə, münafiqlərin Peyğəmbərimiz (s.ə.v)-ə sui-qəsd hazırladıqlarını Cəbrayıl (ə.s)-ın gələrək Rəsulullah (s.ə.v)-ə xəbər verdiyi” bildirilmişdir. Allahın sonsuz gücünə inanmayan münafiq, gizlicə fısıldaşıb hiyləgərcə casusluq edərkən ya da müsəlmanlar əleyhinə tələ qurarkən, Allahın, etdiyi hər şeyi gördüyündən qafildir. Əgər insanların duymayacağı ya da görməyəcəyi bir yerdə, tədbirini alaraq bir tələ yaradırsa, bunu kimsənin bilmədiyini düşünər. Tələ quran o iki nəfərdən üçüncüsünün Allah olduğuna inanmaz. Ona görə də çəkindiyi şey, “alçaq və saxtakar olduğunu” Allahın bilməsi deyil, insanların duymasıdır. Ancaq Allah, münafiqlərin öz aralarında gizlicə fısıldaşdıqları sirlərini bildiyini bir ayədə belə xəbər vermişdir:

Yoxsa onlar elə hesab edirlər ki, Biz onların sirlərini və gizli danışıqlarını eşitmirik? Xeyr! Yanlarında əməllərini yazan elçilərimiz vardır. (Zuxruf surəsi, 80)

Bir başqa ayədə isə Allah, “De ki: Lağ edin. Şübhəsiz, Allah qaçmaqda olduqlarınızı üzə çıxaracaqdır.” şəklində bildirmişdir. Münafiqlər ağıllı oyunlarla müsəlmanlarla məşğul olub onlara zərər verdiklərini və bundan heç kimin xəbəri olmadığını zənn edərkən, Allah onların bütün əməllərini görür. Və Allah bütün bunları “ortaya çıxaracağını” xəbər vermişdir. Münafiq nəyi gizlətmək istəyir, nəyin öyrənilməsindən qorxursa, Allah onların bu qorxduqları şeyləri bir-bir ortaya çıxaracaqdır. Qaçdıqları hər nə varsa bütün bunlar onlara ürək ağrısı olacaqdır.

Münafiq, günah işləyərkən yaxalanmamağa diqqət yetirər; ardıcıl yalanlarla günahlarını ört-basdır edərək özünü günahsız göstərməyə çalışar

Münafiqi ələ verən ən əhəmiyyətli əlamətlərindən biri “yalan danışma mövzusundakı şeytani məharəti”dir. Münafiq hiyləgər bir zəkaya sahib olduğu üçün, birbaşa yalan söyləməz. Bir mövzuda yalan söyləyəcəyi zaman, o yalanın bütün infrastrukturunu əhatəli şəkildə beynində hazırlayar. Xüsusilə də, saxtakarlıqlarının ortaya çıxması ehtimalına qarşı önə sürəcəyi sözlər zehinində həmişə mövcuddur. Ona görə münafiqi “cinayət üstündə tutmaq” çox çətindir. Oyunları çox dəqiq diaqnoz edilib, ifşa edilsə də, arsızca bunları inkar edər. Həmin an müsəlmanlar, münafiqin etdiyi bir əxlaqsızlığı çox dəqiq olaraq gözləriylə görsələr belə, münafiq buna dərhal çoxlu şeytani izahlar gətirir. Bütün əxlaqsızlıqlarını yalanlarla kamuflyaj etməyə çalışar. Hazır cavab, boşboğaz və mübahisəçi olduğu üçün, bir yalandan sonra başqa bir yalana dərhal keçə bilər. Yalanları üzə çıxanda qarşıya qoyduğu məntiq isə, həmişə “özünün hər zaman yaxşı niyyətli və həmişə xeyir düşündüyü”dür. Ona qarşı güclü “qərəzli fikir olduğu üçün” bu şəkildə həmişə özündən şübhə duyulduğunu iddia edər.

Peyğəmbər əfəndimiz (s.ə.v) dövründə münafiqlər Dırar məscidini qurduqlarında, tək məqsədləri Peyğəmbərimiz (s.ə.v)-ə qarşı münafiqləri bir araya yığıb, fitnə çıxardıb müsəlman birliyinin arasını ayırmaqdı. Amma özlərinə soruşanda, bu məscidi yalnız yaxşılıq və xeyir məqsədli tikdiklərinə dair Allah adına and içmişlər. Allah bizə münafiqlərin bu hiyləgər taktikalarını Quranda belə xəbər vermişdir:

Müsəlmanlara zərər vurmaq, küfr etmək, möminlərin arasına təfriqə salmaq məqsədilə, əvvəlcədən Allaha və Onun Elçisinə qarşı müharibə edən kimsəni gözləmək üçün məscid tikənlər, əlbəttə: “Biz yaxşılıqdan başqa bir şey istəmədik” – deyə and içəcəklər. Allah şahiddir ki, onlar yalançıdırlar. (Tövbə surəsi, 107)

Elə münafiqlərin yalan metodu əsrlər boyu heç dəyişməmişdir. Müzakirə və şərh üsulları, özlərini qurtarma metodları, müdafiə strategiyaları və yalanlarını kamuflyaj etmə texnikaları, dövrlər, kəslər və nümunələr dəyişiklik göstərsə də, həmişə eynidir. Məsələn, münafiq iki müsəlmanın danışdığını görər. Əgər danışdıqları xüsusi bir mövzudursa, onların yanına getdiyində müsəlmanların susacaqlarını ya da mövzunu dəyişdirəcəklərini bilər. Çünki müsəlmanlar İslamın mənfəəti, digər müsəlmanların təhlükəsizliyi mövzusunda çox tədbirli, himayədarlıq hissləri qüvvətli və qoruyandırlar. Ona görə də, münafiq hiyləgərcə və özünü hiss etdirmədən, müsəlmanların danışdıqları otağının düz qapısında gözləyərək deyilənləri dinləməyə çalışar. Həmin anda biri onu görüb, nə etdiyini soruşsa, “Buraları təmizləyirdim” deyər.

Yalan söylədiyini anlayan müsəlmanlar, əgər onun yalanını ortaya çıxarmaq üçün bir az daha üstünə gedib, “Bura hələ yeni təmizləndi” desələr, “Az öncə buraya çirkli əşya qoyuldu, ona görə də, yenidən təmizləyirəm” deyər. Əgər müsəlmanlar o yalanını da aradan qaldıracaq bir şey söyləyələrsə, bu səfər də tam fərqli bir yalan daha ortaya atar. Ən sonunda artıq çox çıxılmaz vəziyyətə düşəndə də, başqa bir saxtakarlıq edər. Ağlamağa, pis şəkildə qışqırmağa və oynadığı hiyləgər oyunu analiz edən müsəlmanlara böhtan atmağa başlayır. “Əslində orada yaxşılıq etmək üçün olduğunu, müsəlmanların bilmədən çirkli bir yerə dəyməmək üçün fədakarlıq edib oraları təmizlədiyini; amma buna baxmayaraq üstünə gedildiyini, ona sevgisiz və qəddar davranıldığını” söyləyər. Hətta danışaraq bir az daha üstünə gedilib, doğru danışması üçün daha da məcbur edilsə, bu səfər sağlamlığını, təzyiqini, şəkərini və ya başqa xəstəlik ehtimalını önə sürüb, özündən gedən kimi rola girməyə başlayar. Məqsədi, yalanını saxlaya biləcək imkanı qalmadığı üçün, artıq bu danışıqlarla daha çox üstünə gedilməməsini təmin etməkdir. Və tam bir “teatr oyunçusu kimi” mükəmməl, amma bir o qədər də “şeytani, hiyləgər və şərəfsizcə oyun” nümayiş etdirər.

Münafiq müsəlmanları çox yaxşı tanıdığı üçün, onların nəzakətini, şəfqətini və rəhmətini çox yaxşı istifadə edir. Ağladığında ya da sağlamlığını ortaya qoyduğunda müsəlmanların vicdani daha çox sual soruşmayacaqlarını, üstünə gəlməyəcəklərini və bilməməzlikdən gələrək mövzunu bağlayacaqlarını çox yaxşı bilir. Ona görə də, nə zaman bu cür çətin vəziyyətdə qalsa, dərhal bu planlarını işə salar. Allah Quranda münafiqlərin bu cür üsullarla “faktları təhrif edərək həmişə yalan söylədiklərini” belə xəbər vermişdir:

Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər bir yalançıya və günahkara nazil olarlar. Şeytanlar vəhydən eşitdiklərini kahinlərə təlqin edirlər. Halbuki onların əksəriyyəti yalançıdır! (Şuəra surəsi, 221-223)

Münafiq çox təmkinli davrandığı üçün, yaxalanma ehtimalına qarşı, müsəlmanların əleyhinə etdiyi hər rəftarın və əxlaqsızlığın cavabını ardıcıl olaraq beynində əvvəldən planlayar. Bu üsulla həm özünü həmişə gizlədə biləcəyinə həm də yalanlarının ortaya çıxmasını əngəlləyə biləcəyinə inanır.

Halbuki ki, münafiq “şeytani bir zəkaya” malikdir amma müsəlmanlar zəkanı asanlıqla istila edə biləcəkləri “imani bir ağla” sahibdirlər. Bu səbəbdən müsəlman ağlıyla münafiqin zəkasıyla sanki “yer tutma” oyunu oynayır. Ancaq müsəlmanların diqqətinin münafiqlərə qarşı həmişə açıq olması əlbəttə ki, çox əhəmiyyətlidir. Bundan əlavə, müsəlman münafiqlə məşğul olarkən şeytanla məşğul olmuş və şeytanla mübarizə etmiş olur. Münafiqə qalib gələndə isə Allahın izni ilə şeytana qalib gəlmiş sayılır..

Münafiq yaxalandığını düşünsə hərəkətlərinə bir müddət fasilə verə bilər

Münafiq şeytandan aldığı ilhamlarla olduqca hiyləgər hərəkət edə bilən varlıqdır. Müsəlmanların arasında gizlicə və hiyləgərcə fəaliyyət apardığı üçün, həmişə biriləri tərəfindən fərq edilmə qorxusu içində yaşayar. Buna görə də, həmişə “havanı iyləyər” və hər hansı rəftarından ötəri ondan şübhələnən olub olmadığını hər zaman “nəzarət edər”. Bu istiqamətdə çox kiçik ehtimal belə ola biləcəyini düşünsə dərhal ona görə rəftarını, danışığını, hərəkətlərini əks istiqamətdə göstərəcək şəkildə nizamlayar. Aydın olduğunda, hər dəfə şübhə etdiyində “buqələmun kimi” çox sürətli şəkildə rəng dəyişdirər.

Münafiqi bu şübhəyə salan ən əhəmiyyətli mövzulardan biri isə, müsəlmanların münafiqlər haqqında söhbətlərinin, yazılarının, video fəaliyyətinin artması, bu mövzunun intensiv olaraq gündəmdə tutulmasıdır. Bu vəziyyətdə münafiqin ağlına gələn ilk fikir, “Görəsən aralarında birinin münafiq olmasından şübhə duyduqları üçün bu mövzunu bu qədər ön planda tuturlar?” olar. Bu da münafiqin dəli kimi qorxuya və dəhşətə qapılmasına yol açar. Buna görə də, dərhal sakitləşmə dövrünə girər. Hərəkətlərini ya yavaşladar ya da bir müddətlik tamamilə dayandırar. Müsəlmanların onun haqqında şübhələri olub olmadığından əmin ola bilmək üçün isə, arabir “yoxlamalar” edər.

Ancaq münafiqin bu dayanması, müsəlmanlar üçün heç vaxt nəzərə alınacaq bir mövqe olmaz. Çünki onlar, münafiqin nə üçün hiyləgərcə fəaliyyətlərindən vaz keçmiş kimi göründüyünü; bunun sadəcə “müvəqqəti bir vəziyyət olduğunu və fürsət tapdığında daha da şiddətlə hərəkətə keçəcəyini” bilirlər.

Münafiqin bu halları, vəhşi heyvanların yaxalandığını sandıqlarında dayanıb gözləmələrinə bənzəyir. Necə ki, heyvan təhlükəylə qarşılaşdığında dayanıb qarşısındakı ovçunun diqqətinin yayındığı bir anı gözləyir, bu anı tapdığında dərhal yenidən hücuma keçərsə, elə münafiqin fitnəsi də belədir. Münafiq də dayansa belə, bir müddət sonra yenidən hücuma keçmək üçün fürsət axtarar. Şərtlərin dəyişməsini və mühitin sakitləşməsini gözləyər. O da, yaxalandığını ya da ondan şübhələnildiyini anlasa, dərhal etdiyi hərəkətləri dayandırar. Misal üçün davranışları ilə, danışıqları ilə, üzü ilə müsəlmanlara narahatlıq verirsə, bir müddət üçün dayandırar. Ya da küfrə gizlicə məlumat verirsə, müsəlmanlar əleyhinə tələlər qurursa, bunlara bir müddət üçün ara verər. Həmişə tənbəllik edib, boş işlərlə vaxt keçirirsə, anlaşılmamaq üçün bir neçə iş görüb müsəlmanlara kömək edir kimi özünü göstərər. Şübhənin üzərindən yayındığına inanana qədər bu cür incə taktikalarını tətbiq etməyə davam edir.

Ancaq əgər, hər hansı bir səbəblə müsəlmanların diqqətinin bu mövzudan yayındığını və başqa bir mövzuda cəmləşdiyini görsə, dərhal qaldığı yerdən eynilə hərəkətlərinə yenidən başlayar. Yenə bütün davranışları ilə müsəlmanları narahat etməyə, danışıqları ilə fitnə çıxarmağa, çirkablıq edərək onları narahat etməyə davam edir.

Münafiq sanki “vərəm mikrobu” kimidir. Yaxalandığını anladığında qismən düzəlmə göstərər. Amma diqqət üzərindən yayındığında, yenidən azğınlaşmaya və alçaqlıq etməyə başlayar. Vərəm mikrobunun təsirini dayandırmaq üçün, necə həmişə “antibiotik” verilməsi lazımdır; yoxsa mikrob bünyəni zəbt etmək üçün həmişə hücum edərsə, münafiq də bu cür heç vaxt yaxşılaşmayan mikrob kimidir. Vərəm mikrobunun yüksək dozada antibiotiklə həmişə nəzarət altında tutulması lazım olduğu kimi, münafıqi də həmişə intensiv şəkildə diqqətin üzərində olduğunu göstərilərək gözdağı vermək lazımdır.

madde, new scientist

ADNAN OKTAR: “Münafiqlər çox böyük təhlükədir. Münafiq yalnız bəzən geri addım atar. Amma bu keçicidir. Sonra yenidən alçaqlığın, çirkabın içinə qayıdar yəni münafiqin çox yaxşı izlənilməsi lazımdır. Münafiq yaxalandığını anlayarsa, müvəqqəti olaraq taktika dəyişə bilər. Müsəlman kimi görünməyə başlaya bilər. Amma bir fürsətini tapdığında yenə, ayədəki kimi, “üzüstə geri dönərlər”. Dərhal yenə çirkab içinə girərlər. Quranda münafiqin əxlaqı çox ətraflı təsvir edilmişdir. Çirkab onun ciyərinə işləmişdir. O, həmişə o çirkabla yanıb alovlanar. Həmişə küfrlə əlaqə qurmaq istəyər. Müsəlman onun canını sıxar. İslamdan bəhs etmək, Qurandan bəhs etmək onu narahat edər.” (A9 TV, 29 yanvar 2016)

İnsanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz döndərib küfrə qayıdar. O adam dünyanı da itirər, axirəti də. Gerçək zərər də elə budur. (Həcc surəsi, 11)

Münafiq hadisələr qarşısında həmişə taktika dəyişdirər; münafiqin həmişə A, B, C planları vardır

Münafiq başını həmişə şeytani yöndə işlətdiyi üçün hadisələr qarşısında əzbərdən hərəkət etməz və tək bir üsul istifadə etmir. Şeytanın ilhamı ilə hərəkət etdiyi üçün, müsəlmanlara çox fərqli istiqamətlərdən yanaşa bilər. Allahın Quranda şeytanı təsvir etdiyi bu ayə münafiqlərdə də təcəlli edir:

Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”. (Əraf surəsi, 17)

Bununla belə, münafiq sanki buqələmuna bənzəyir. Necə ki, buqələmun olduğu hər mühitə və vəziyyətə görə dərhal rəngini deyişdirə bilirsə, münafiq də içində olduğu şərtlərə və mühitə dərhal uyğunlaşa biləcək ruha sahibdir. Öz mənfəəti üçün nə lazımdırsa onu dərhal edər. Sanki “professional təlim keçmiş teatr artisti” kimidir. Ağlaması lazım olduğunu düşündüyündə ağlayar, şən olması maraqları baxımından lazımdırsa, şən olar. Diqqət çəkmək istəsə, bir anda içinə qapalı ruh sərgiliyə bilər. Ruhu enişli-çıxışlı olduğu üçün, ruh dəyişmələrini həyata keçirərkən də, heç bir çətinlik çəkməz. Ruhundakı aktyor, qaranlıq, sevgisiz tərəfləri istədiyi zaman istədiyi ölçüdə ortaya çıxarar, istədiyi zaman da yenə tamamilə özünün müəyyənləşdirdiyi ölçüdə gizlədər.

Allah Quranda hər cür neməti verməsinə baxmayaraq Özünə nankorluq edib, təkəbbürlü münafiqin xarakterini təsvir edərkən bu ayələri bildirməkdədir:

Ona ölüm olsun! Necə qərara gəldi? Sonra yenə ona ölüm olsun! Gör nə qərara gəldi? (Müddəssir surəsi, 19-20)

Allahın bu ayələrdə diqqət çəkdiyi kimi, münafiqin hər hərəkətində bir “ölçü” vardır. Şeytani zəkasıyla incə-incə, həmişə planlar qurar. Təmiz və səmimi düşüncə quruluşu olmadığı üçün, ən gözlənilməz zamanlarda belə yalan, intriqa, gizlilik və oyun axtarır. Münafiqin tək bir hiyləgər hərəkətinin arxa planında onlarca qaranlıq məntiq gizlidir. Hamısını detallı şəkildə zehnində meydana gətirər və mərhələ-mərhələ hərəkətə keçirər. Bu planların müsəlmanlar tərəfindən fərq edilməsi və ifşa edilməsi ehtimalına qarşı da münafiqin A, B və C planları hər zaman zehnində hazırdır. Sahib olduğu bu şeytanı artistlik qabiliyyəti ilə də, boş durmadan yeri gəldiyində, sonrakı əlaqəli planı işə salar.

Münafiqin bütün planlarının bitdiyi və yaxalandığını anladığı anda qaçış taktikası olaraq tətbiq etdiyi bir başqa üsul daha vardır: “İdarəsini itirdiyi və nə edəcəyi müəyyən olmayan nəzarətsiz bir xəttə gəldiyi” təsvirini vermək ...

Bu təsviri verə bilmək üçün, planına əvvəl yalandan səbəblərlə narahatlıq çıxararaq başlayar. Bu mühiti üzü ilə, səsi ilə və dili ilə qızışdırar. Əsəb pozulmasından və hersdən özünü itirmək görünüşü verər. Burdakı məqsədi də, tamamilə “idarəsini itirməyə başlamış və nə edəcəyi müəyyən olmayan” təəssüratı verməkdir. Beləcə, hər an özünə ya da möminlərə zərər verə biləcəyi istiqamətində müsəlmanlarda “narahatlıq meydana gətirməyə” çalışar. Dərhal sonra da, məqsədi müsəlmanların yaxşı niyyəti və sakitləşdirici əxlaqından istifadə edib, normal rəftarına dönməsi qarşılığında, istəklərini “bazarlıq vəsaiti” edə bilməkdir. Münafiq bu oyunu ilə, dəhşətli “şou etmə qabiliyyətinə sahib olduğunu” da aydın şəkildə göstərmiş olur. Sanki teatr səhnəsindəymişcəsinə mükəmməl oyun oynayar. Və sonra da, sinirlərinin sakitləşməsi üçün, maddə-maddə bütün istəklərinin yerinə yetirilməsini şərt qoyar.

Müsəlmanlar isə münafiqin bütün bu oyununu, mərhələ-mərhələ A, B, C və daha sonrakı planlarını da bütün detallarıyla fərq edərlər. Və münafiqin istədiyi narahatlıq və qarışıqlıq mühitinin meydana gəlməsinə heç vaxt icazə verməzlər. Hər zaman təmkinli və sakitləşdirici üslubla danışıb, hadisələri İslamın xeyrinə uyğun hala gətirəcək şəkildə hərəkət edirlər.

Münafiq hiss edilmədiyini zənn etdikcə, özünü daha da açıq şəkildə ələ verər

Müsəlmanlar öz aralarında olub, özlərindən biri kimi davranan və müsəlman olduğunu söyləyən hər insana qarşı hüsnü-zənn və gözəl əxlaq ilə yaxınlaşarlar. Ayrıca kimdəsə çox sayda münafiq əlaməti gördükdə belə, onu şeytanın təsirindən xilas etməyə, səmimi imana, gözəl əxlaqa yönəltməyə çalışarlar. Buna görə də, münafiq olmasından şübhə etdikləri insana da heç bir zaman üçün “sən münafıqsən” ya da “sən bunları münafiqanə məqsədlə edirsən” deməzlər. Onun çox açıq görünən ən şeytani hərəkətlərinə belə ağıl və vicdan istifadə edərək Quran əxlaqının tələb etdiyi şəkildə qarşılıq verərlər.

Ancaq əlbəttə ki, bu şəkildə gözəl əxlaq göstərsələr də,, xarakterində, rəftarlarında ya da danışıqlarında bir çox münafiq əlaməti gördükləri bir adama qarşı son dərəcə diqqətli olarlar. Şübhə duyduqları və güvənmədikləri belə bir adama qarşı, hər mövzuda mütləq özlərini qoruyacaq tədbirlərini alarlar. Və uzaqdan uzağa bu adamın hiyləgər hərəkətlərini səssizcə izləyərək məqsədini və həqiqi şəxsiyyətini anlamağa çalışarlar.

Münafiq isə, müsəlmanların ona qarşı olan bu diqqətlərdən və analizlərindən xəbərsizdir. Müsəlmanların bu səssizliyini, tamamilə fərqli dəyərləndirər. Özünü heç hiss elətdirmədiyini və fərq etdirmədən onlar arasında hiyləgərcə bir həyat yaşaya biləcəyini düşünər. Anlaşılmadığını düşündüyü üçün də, heç bir tədbir almadan üzərindəki münafiq əlamətlərini daha da artıracaq tədbirlər edər və müsəlmanların, onun haqqındakı qənaətlərini daha da gücləndirər.

Münafiqin vəziyyəti, dəniz kənarında kiçik bir dəniz canlısının, bir dəniz qabığının altına gizlənib irəliləməyə çalışması kimidir. Çöldən baxan, bir qabığın getdiyini görüncə, “altında ayaqları olan bir canlı olduğunu” dərhal anlar. Münafiqin vəziyyəti də eyni belədir. Özünə bir qabıq hazırlayar onunla birlikdə gedər. Amma axmaq olduğu üçün, fərq edildiyini bilməz. Lakin axmaq, altdan-altdan müsəlmanlara oyun oynadığını zənn edər. Halbuki, etdiyi hiyləgər oyunların, qurduğu alçaqca tələlərin, əleyhinə apardığı fəaliyyətlərinin “anlaşılmadığını sanması” münafiqin “özünü gedərək daha da açıq bir şəkildə ələ verməsinə səbəb olar”.

Quranda, “... Halbuki Allah, sizin gizlətdiklərinizi aşkara çıxarar. (Bəqərə surəsi, 72) sözləriylə, insanların gizlində sandıqları hər şeyin, tək-tək mütləq ortaya çıxacağı xəbər verilmişdir. Bir başqa ayədə isə Allah, “... Şübhəsiz ki, Allah qaçmaqda olduqlarınızı üzə çıxaracaqdır.(Tövbə Surəsi, 64) şəklində buyurmuşdur.

Elə özlərini gizlində sanaraq şeytani hərəkətlərini, hiyləgər oyunlarını daha da artıran münafiqlər, bu həqiqətdən qafil haldadır. Allah, axirətdə onların “heç gözləmədiyi şeylərin də ortaya çıxacağını” və bunların “pis bir əzaba çevriləcəyini” bildirmişdir:

Yer üzündə olanların hamısı və, üstəlik bir o qədər də əlavə, zalımlara məxsus olsaydı, onlar mütləq hamısını Qiyamət gününün dəhşətli əzabından qurtarmaq üçün fidyə verərdilər. Lakin Allahdan onlara güman etmədikləri bir əzab düçar olacaqdır. (Zumər surəsi, 47)

Münafiqin ən iztirab çəkdiyi məsələlərdən biri, münafiq əlamətlərinin anladılmasını dinləməkdir

Münafiqin canını ən çox acıdan, ruhunu ən çox yandırıb qovuran mövzulardan biri, “münafiqliyin sirlərini izah edən Quran ayələrini eşitmək, münafiq xarakterinin aşkar edilməsini dinləmək məcburiyyətində qalmaq”dır. Çünki bu onun bütün oyununu pozacaq, onun gizliliyini ortadan qaldıracaq və hiyləgərcə hərəkət edə bilməsinə tamamilə maneə törədəcəkdir.

Çünki münafiq, münafiqliyini ancaq “hiyləgərliyi” və “gizliliyi” sayəsində istədiyi kimi yaşaya bilər. Bu imkanlar əlindən alındığında, əli-qolu bağlanmış hala gələr. Bütün hiyləgər üsullarının aydın şəkildə ifşa olduğu, ətrafındakı hər kəsin “münafiqin şeytani sənətini” bildiyi bir mühitdə, münafiq asanlıqla hərəkət edə bilməyəcək. Çünki hər oynamağa çalışdığı oyun, ətrafındakı müsəlmanlar tərəfindən aydın olacaq; baxanlar onun hər etdiyinin “münafiq rəftarları” olduğunu dərhal fərq edəcəklər. Elə bu zaman da, münafiq özünə həyat sahəsi tapa bilməyəcək və hərəkətlərini dayandırmaq məcburiyyətində qalacaqdır.

Elə bütün bu həqiqətləri dərk edən münafiq, müsəlmanların, münafiqliyin səhvlərini izah etdikləri heç bir fəaliyyəti etmələrini istəməz. Nə Qurandakı münafiq ayələrini izah etmələrini, nə münafiq xarakterlə bağlı imanı söhbətlər etmələrini, nə bu mövzularda yazılar yazılmasını, nə də ictimai mediada, televiziya kanallarında, jurnallarda, kitablarda bu yöndə məlumatların paylaşılmasını istəyər. Əlindən gəldiyi bütün bu işləri dayandırıb maneə törətməyə çalışar. Bəzən bu yöndə iş görəcək şəxsləri lüzumsuz sözlərlə məşğul edib vaxtlarını alaraq; bəzən yuxusuz qoyaraq; bəzən onları boş işlərlə yorub əldən düşmüş hala gətirərək; bəzən də işləyəcəkləri ortamlarda səs-küy edib, məsələn radionun ya da televizorun səsini artıraraq, yüksək səslə danışaraq diqqətlərini dağıtmağa və işlərinə maneə törətməyə səy göstərərlər.

Münafiqin göstərdiyi bu qədər səyə və oynadığı o qədər oyuna baxmayaraq, bütün bunlara maneə ola bilməməsi onu çox əsəbləşdirər. Münafiqliyin çözülməsinin çox mükəmməl bir şəkildə edilərək, bu məlumatları, tez zamanda hər kəsin öyrənməsinin təmin edilməsi, münafiqin böyük bir çaxnaşmaya qapılmasına səbəb olar. Bütün bunların ona gətirə biləcəyi zərərləri düşündükcə münafiq dəhşətə düşər.

Ancaq, bir də münafiq əlamətlərini izah edən Quran ayələrini və bu istiqamətdəki şərhləri şəxsən onun dinləmək məcburiyyətində qalması, münafiqin daha çox dəli olub azğınlaşmasına və qorxuya qapılmasına səbəb olar.

Allah Nuh Surəsində, Hz. Nuh (ə.s)-ın ətrafındakı münafiqləri və kafirləri, hər dəfə Qurana dəvət ediləndə; onları münafiqlikdən və küfrdən xilas olmağa hər çağırışında, bu insanların izah edilənləri heç bir şəkildə “dinləmək istəmədiklərini” xəbər vermişdir. Elə Peyğəmbərlər kimi, digər müsəlmanlar da, münafiqlərə Quran əxlaqını təbliğ etdiklərində, onlara səmimiyyətsizliklərini izah etdiklərində, münafiqlər eyni ayədə bildirildiyi kimi, izah edilənləri eşitməmək üçün qaçacaq yer axtararlar.

Əgər bu danışıqlar bir söhbət mühitində edilirsə, ya tez bir zamanda yeni bir mövzu açıb, münafiqliklə əlaqəli mövzunun bağlanmasına çalışar ya da dərhal bir bəhanə taparaq oradan uzaqlaşırlar. Əgər müsəlmanların bu söhbətini yan tərəfdəki bir otaqdan eşitmək məcburiyyətində qalırsa, tez bir zamanda qapılarını bağlayıb, bu danışığın səsini eşitməyəcək şəkildə yüksək səslə musiqi ya da televiziya proqramı açarlar. Əgər münafiqlik ilə əlaqəli ayə və şərhləri, bir televiziya kanalından, radiodan ya da internet üzərindən bir saytdan dinləmək vəziyyəti yaranarsa, bu səfər də dərhal ya televizoru bağlayar ya yayımın səsini azaldar ya da dərhal kanal dəyişdirərlər. Ya da səs-küy edərək, danışaraq bu deyilənlərin həm eşidilməsinə maneə törətməyə çalışar, həm də özləri eşitməmiş olarlar. Allah bir ayədə münafiqlərin bu rəftarını belə xəbər vermişdir:

Ayələrimiz onlara oxunduğu zaman sanki onları eşitmirmiş, qulaqlarında tıxac varmış kimi təkəbbürlə üz çevirər. Sən belələrini ağrılı-acılı bir əzabla müjdələ. (Loğman surəsi, 7)

Ayədə Allah, münafiqin “özünü müstağni görərək” və “təkəbbür göstərərək” izah edilənləri dinləmədiyini söyləmişdir. Münafiq izah edilənləri bilərək və qəsdən dinləməz. Öz ağlına görə bu şəkildə müsəlmanlara qarşı “fəaliyyət” etməkdə və “nə etsəniz edin, nə izah etsəniz izah edin, mən sizi dinləmirəm və anlatdıqlarınızdan da təsirlənmirəm” mesajı verməyə çalışar. Bu hərəkətiylə münafiq, “münafiqlikdən xilas olmaq istəmədiyini” və “səmimi olmağa niyyəti olmadığını”, “hiyləgər həyatını davam etdirməkdə nə qədər qərarlı olduğunu” aydın şəkildə birlikdə olduğu müsəlmanlara göstərməyə çalışmaqdadır.

Burada diqqəti cəlb edən isə münafiqin axmaqlığıdır. Münafiq, münafiq xarakterinə dair məlumatları yalnız özünün duymamasının hər şeyi həll edib çözümə qovuşduracağını düşünür. Halbuki, o duymasa da, bütün müsəlmanlar, münafiqin çirkli dünyası haqqındakı hər detalı öyrənməkdə və münafiqi gördükləri yerdə birbaşa tanıyacaqları bir anlayış qazanmaqdadırlar. Bir tək o dinləmir, amma televiziya, radio, internet kimi kanallardan, bütün jurnallardan, kitablardan və məqalələrdən, bütün dünya münafiq xarakterini öyrənir. Ancaq münafiq, axmaqlığı dolayısilə bütün dünyanın bilməsini əhəmiyyətli görməz, yalnız özünün dinləməməsi, onun hiyləgər sistemini qorumağa bəs edəcəyini düşünər.

Allah bir Quran ayəsində münafiqin bu “ağılsız üsullarını” və “bununla nəticə alıb müvəffəqiyyətli ola bilməyi ümid etdiklərini” belə bildirmişdir:

Kafirlər: “Bu Qurana qulaq asmayın, oxunarkən hay-küy salın. Bəlkə, qalib gələsiniz” – dedilər. Biz kafirlərə mütləq şiddətli bir əzab daddıracaq və onları etdikləri əməllərin ən pisi ilə cəzalandıracağıq. (Fussilət surəsi,26-27)

Bu Quranı dinləməyin” “Və onda oxunarkən qışqır-bağır qoparın” sözləri, şeytanın bütün inkarçılara və münafiqlərə, imana yaxınlaşmamaları üçün pıçıldadığı, şeytani bir “müqavimət göstərmə üsulu”dur. Elə münafiq də, şeytandan öyrəndiyi bu metoddan tam olaraq tətbiq etməkdə və münafiqlik əleyhinə tək bir söz duymayacaq şəkildə, özünə edilən təbliğlərdən qaçmaqdadır. Allah münafiqin bu ruh halını bir ayədə, “O kəslər ki, Məni zikr etmə (mövzusun)da gözləri bir pərdə içində idi. (Quranı) dinləməyə tab gətirəməzlərdi.” (Kəhf surəsi, 101) sözləriylə açıqlamışdır.

Münafiqlər, öz şeytani dünyalarını ifşa edən, münafiqlik haqqındakı ayə və danışıqları dinləmək istəmədiklərini və bu mövzudakı qətiyyətlərini çox açıq bir şəkildə ortaya qoyarlar. Ancaq bu mövzuda bilinməsi gərəkən əhəmiyyətli bir başqa məlumat daha vardır: Münafiqlər böyük bir dəqiqliklə dinləməkdən qaçdıqları bu Quran ayələrini və açıqlamalarını, dinləsə də anlamazlar.

Allahın Quranda, “... De ki: “O, iman edənlər üçün bir hidayət və şəfadır. İman gətirməyənlərin isə qulaqlarında tıxac vardır və o (Quran), onlara qarşı bir korluqdur. Budur onlara (sanki) uzaq bir yerdən səslənilər.” (Fussilət surəsi, 44) sözləriylə bildirdiyi kimi, münafiqlərin Quran ayələrinə qarşı qulaqlarında tıxac vardır. İzah edilənləri duysalar da, anlaya bilməz, qavraya bilməz və eşitdiklərindən səmimi bir şəkildə təsirlənməzlər. Allah, onların bu vəziyyətini “Quran onlara qarşı bir korluqdur” sözləriylə ifadə etmişdir. “Sanki onlara uzaq bir yerdən səslənilər” cümləsiylə ifadə edildiyi kimi, dinlədikləri münafıqə çox uzaqdan gələn bir səs kimidir, ürəyinə çatıb içində bir təsir meydana gətirməz.

Necə ki, dövrün inkarçıları da Hz. Şueyb (ə.s)-a bu vəziyyətlərini, bu sözlərlə açıqlamışlar: “Ey Şueyb” dedilər. “Dediklərinin çoxunu biz “qavrayıb anlamırıq.” (Hud surəsi, 91) Şueyb Peyğəmbər (ə.s) onlara illər boyu təbliğ etdiyi halda, bunları dinləmək istəmədikləri və üstlərinə alınmadıqları üçün, “Biz onları qavrayıb anlamırıq” deyərək üz döndərdilər.

Quranda bu mövzu haqqında verilən bütün bu məlumatlar, Quran ayələrinin oxunmasının, münafiq əlamətlərinin izah edilməsindən, yalnız müsəlmanlara fayda gətirdiyini, münafiq olmaqda qərarlı olan bir kimsənin isə, bunlardan heç bir şəkildə təsirlənmədiyini ortaya qoymaqdadır. Müsəlman izah edilənləri dinləyərək, əxlaqındakı bütün əskiklikləri aradan qaldırıb düzəltmə imkanı taparkən; münafiq isə dəyişməyə, düzəlməyə və münafiqlikdən imtina etməyə heç niyyəti olmadığı üçün başdan bu məlumatları dinləməkdən qaçar. Allah bir Quran ayəsində, “Onların ürəkləri parça-parça olana qədər tikdiyi bina qəlblərində şübhə olaraq qalacaqdır...” (Tövbə surəsi, 110) sözləriylə münafiqlərin ürəkləri parçalanmadıqca imtina etməyəcəklərini və imana qarşı müqavimət göstərməyə davam edəcəklərini xəbər vermişdir.

madde, new scientist

ADNAN OKTAR: “Münafiqin, münafiq əlamətlərinin izah edilməsi yandırar, üstünə benzin töküb yandırmış kimi, şeytanı və münafiqi məhv edər münafiq əlamətləri. Onun izah edildiyini eşitdikcə dəli olar, dinləmək istəməz; əllərini qulaqlarına bağlayar, dəli olar sanki. Münafiqin çox canını yandırar münafiq əlamətləri. Allah, ona əzab verdiyi üçün də, Quran ayələrinə qoymuşdur münafiq əlamətlərini. Həm möminləri qurtarmaq, həm də onlara əzab olması üçün. Çünki əzab olduğunu özləri söyləyirlər; münafiqlər onsuz da acı çəkdiklərini, ifadə edirlər, eşitmək istəmirlər Quranda da var, əlləriylə qulaqlarını bağlayırlar, acı hiss edərlər münafiq əlamətlərini eşitməkdən, iztirab duyarlar.” (A9 TV, 18 may 2016)

Sən onları bağışlayasan deyə mən hər dəfə onları imana dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, küfrlərində israr edir və ötkəm-ötkəm təkəbbürlənirdilər. (Nuh surəsi, 7)

 

madde, new scientist

ADNAN OKTAR: “Münafiq ayələri, küfr ayələri həmişə möminlərə yönəlmişdir. Çünki bu ayələrdən küfr və münafiqlər təsirlənməz. Yalnız mömin təsirlənər. Möminin qəlbinə dərin təsir edər. Onun üçün biz bunları möminlərə izah edirik. İnananlara izah edirik. Münafiq və kafir bu ayələrin açıqlamalarını dinlədiyi zaman daxilən kinlənir, hirslənər. Nifrəti artar. Allah “Onların qəzəbini, nifrətini artırmaqdan başqa faydası olmaz” deyir. “Yeni surə endiyində bu hansınızın imanını artırdı?” deyir.

Möminin imanını artırır, münafiqin kinini və hirsini daha da artırar. Mömin özünü düzəldər, kafir daha da betər hala gəlir. Münafiq daha betər hala gəlir. Münafiq daha hiyləgər, daha azğın olar. Ürəyi daha da qaralar. Möminin ürəyi isə aydınlanar, fərahlar.” (A9 TV, 26 may 2016)

Münafiq ağıllanmaz; ən çətin şərtlərdə belə münafiqliyindən imtina etməz və hər dəfə yaxalandıqda başqa bir yeni hərəkət yolu tapar

Münafiqlər hər fürsətdə hər sahədə inkar edənlərlə əlaqə qurmaq istəyərlər. Bunun üçün gizli fəaliyyətlər edərlər. Ancaq Allah səmimi iman edən qullarına “doğrunu səhvdən ayıran üstün ağıl və anlayış” vermişdir. Elə bu yüksək ağıl və anlayış münafiqdə yoxdur. Buna görə iman gətirənlər münafiqin oyunlarını asanlıqla hiss edər və bu oyunları pozacaq davranış göstərərlər. Münafiqin səmimiyyətsizliyini hər detalı ilə və bütün aydınlığı ilə ifşa edər və beləcə onu bu istiqamətdə təkrar addım ata bilməyəcək hala gətirərlər. Məsələn münafiqin arxasını söykədiyi, mənfəət duyduğu küfrə söykənən sistem varsa, müsəlmanlar bunu fərq edib bu küfri sistemi dünya səviyyəsində ifşa edib çökdürər. Bu vəziyyətdə münafiq tək qalar. Ətrafındakı bütün tərəfdarları onu tərk edər. Elə bu nöqtədə münafiqin başqa əhəmiyyətli xüsusiyyəti ortaya çıxar. Münafiq, ən çətin şərtlərdə belə münafiqliyindən əl çəkməz. Əlindəki imkanları itirdiyi təqdirdə, yeni səmimiyyətsiz hərəkətə keçmək üçün mütləq başqa imkan tapmağa çalışar. Allah Quranda münafiqlərin “ürəkləri parçalanmadığı müddətcə münafiqliyə davam edəcəklərini” belə bildirmişdir:

Onların ürəkləri parça-parça olana qədər tikdiyi bina qəlblərində bir şübhə olaraq qalacaqdır... (Tövbə surəsi, 110)

Ayədə izah edildiyi kimi, münafiq heç vaxt dərs alıb ağıllanmaz. Həmişə əxlaqsızlıq edər və oyun oynayar. Hər yaxalandığında başqa yeni hərəkət şəklinə bürünür. Bir əxlaqsızlıqdan çıxarıb qurtardığınızda,  başqa alçaqlığa və yeni  böyük pislik axtarışına yönəlir. Hər ifşa olduğunda yeni  əxlaqsızlığın, yeni  hiyləgər ölçünün, yeni  hərəkət şəklinin içinə girər.

Münafiq, özündə yaranan “münafiqlik əlamətlərini” gizlətməyi bacara bilməz

Allahın münafiqlik mövzusunda möcüzə və müsəlmanlar üçün rəhmət olaraq yaratdığı vəziyyət də, “münafiqin hər nə edirsə etsin, üzərində münafiq əlamətləri meydana gəlməsini əngəlləyə bilməməsi”dir. Münafiq çox şeytani zəkaya malikdir. Və müsəlmanların münafiqləri göstərdikləri münafiq rəftarlar ilə tanıyıb diaqnoz etdiklərini də çox yaxşı bilir. Normalda, şeytanın da köməyi ilə, bu zəkasını istifadə edərək, münafiq olduğunu ələ verəcək olan bu dəlilləri yaratmamağı ya da aradan qaldıra bilməyi bacara bilməsi lazımdır. Amma Allah münafiqin belə oyun oynamasına icazə verməmişdir. Allah, münafiqi, üzərindəki münafiq əlamətlərini gizlədə bilməyəcək şəkildə yaratmışdır.

Allah ayədə müsəlmanların münafiqləri, “danışıqlarındakı və üzlərindəki əlamətləri ilə tanıyıb diaqnoz edə biləcəklərini” belə xəbər vermişdir:

Əgər Biz istəsəydik, onları sənə göstərərdik, sən də onları üzlərindəki əlamətlərdən tanıyardın. Sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin əməllərinizi bilir. (Məhəmməd surəsi, 30)

madde, new scientist

ADNAN OKTAR: “Münafiq, müsəlmanların yanına soxulmuş, insan şəklində bir şeytandır. Əlamətlərindən aydın olar. Və münafiq bu əlamətlərdən xilas ola bilmir. Məsələn normalda bir insan bu əlamətlər olduqda, “münafiq” olacağını bilir. Bilir və imtina edər amma münafiq imtina etmir. Yenə yalan söyləyər, yenə oyunlarını edər, yenə ağlayaraq danışar, yenə çirkablıq edər, yenə gizli əlaqələr qurar, yenə müsəlmanların əleyhinə davranar, yenə hər sözü yalan olar, yenə tamahkar olar, hər cür əxlaqsızlığı yenə edər. Münafiqin xüsusiyyətidir bu. Onun üçün ayədə “ürəkləri parçalanmadıqca imtina etməzlər” deyir Allah. Ürəkləri parçalanmasa əbədi olaraq imtina etməzlər deyir. Çox azğın məxluqdurlar.” (A9 TV, 23 yanvar 2016)

ADNAN OKTAR: “Adətən müsəlmanlar münafıqə, “münafiqin bu xüsusiyyətləri səndə var” demədən, onun bunları görüb bundan imtina etməsi lazımdır, elə deyil? Çünki o zaman açıq-aşkar münafiq olmuş olar. Qaşı belə, gözü belə deyə təsvir edirsən münafiqi, amma o insan imtina edə bilmir. O zaman metafizik budur elə, o zaman demək ki münafiqdir. Çünki onun mənfəətinə uyğun olan, o dəlilləri göstərməməyidir. Münafiq əlamətini göstərməməyi lazımdır. Çünki o zaman yaxalanacaq və yaxalanmaması üçün göstərməməyi lazımdır. Amma xilas ola bilməz, mütləq göstərər. Baxın, edəcək olduğu üçün də deyirəm, görsəniz bilin ki, münafiqdir. İnternetdəki paylaşımlarına baxın, oradan da anlayarsınız. Yazılarına baxın, oradan da anlasınız. Söhbət etdiyinizdə, oradan da anlayarsınız. Hər şeylə anlayarsınız. Anlaşılır Allahın diləməsiylə. Dəqiq olmamaqla birlikdə, qəlbən geniş miqyasda aydın olar.” (A9 TV, 23 yanvar 2016)

 

19 / total 24
"Harun Yəhyanın Münafiqin Dərin Qaranlığı kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com