< <
21 / total: 24

Müsəlmanların Münafiqə Quran Əxlaqı ilə Yaxınlaşmaları

Münafiqə heç vaxt qəti şəkildə “münafiq” diaqnozu qoyula bilməz

Əgər Biz istəsəydik, onları sənə göstərərdik, sən də onları üzlərindəki əlamətlərdən tanıyardın. Sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin əməllərinizi bilir. (Məhəmməd surəsi, 30)

Allah, bu ayəsində “Əgər Biz istəsəydik, sənə onları əlbəttə göstərərdik” deyə bildirmişdir. Çünki bir müsəlman, heç bir zaman üçün kiməsə qəti olaraq “bu adam münafiqdir” deyə hökm qoya bilməz. Çünki heç kim, bir başqasının ürəyindəki həqiqi səmimiyyəti, imanı bilmə gücünə sahib deyil. Bunun bilgisi yalnız Allah Qatındadır. Bir kimsəyə dünyada ikən “bu adam münafiq” deyə nəticəyə gəlmək, “bu adamın cəhənnəmə gedəcəyi dəqiqdir” demək mənasını verər. Bir müsəlman da heç vaxt hər hansı bir insan üçün belə bir hökm verə bilməz. İman edənlər bunun hökmünün yalnız Allah qatında gizli olduğunu və Allahın hökmünü bilmədən belə bir qərara gəlmələrinin “haram olacağını” bilirlər. Müsəlmanlar kimsə üçün bu cür dəlil meydana gəldiyi zaman belə ancaq, “münafiq xarakterli” ya da “münafiq əxlaqı göstərir” kimi bənzətmə edə bilərlər. Amma Allah, (dilədiyi təqdirdə) bu səmimiyyətsiz insanları, elçilərinə, vəhy ilə bildirəcəyini xəbər vermişdir.

Lakin Allah ayənin ardınca, “beləliklə sən onları üzlərindən tanıyarsan” deyə bildirmişdir. Bu ayə ilə verilən məlumatdan, “münafiqin çirkli, səmimiyyətsiz və hiyləgər ruhunun, simasına çökdüyü və üzünə əks olunduğu” aydın olmaqdadır. Allah pisliyini ürəyində saxlayan münafiqin üzündə, heç vaxt gizlədə bilməyəcəyi münafiq əlaməti meydana gətirərək müsəlmanlara diqqətli olmaları lazım olan kəsləri tanıdır.

Ancaq bununla yanaşı, Allah bu ayə ilə münafiqlərin nə qədər hiyləgər və gizlənmiş varlıqlar olduğuna da diqqət çəkmişdir. Münafiqlər heç vaxt tam olaraq təsbit edilib diaqnoz edilə bilməyən varlıqlardır. Onsuz da dəqiq diaqnoz qoyulsa belə, müsəlmanlar bu kəsləri heç vaxt aralarında tutmaz, öz yanlarından ayırar və dostluq qurmazlardı. Çünki münafiq demək, eyni zamanda da “şeytanın təcəllisi” deməkdir. Bu səbəbdən müsəlmanlar necə ki, şeytandan çəkinər, uzaq dayanar və aralarında tutmazlarsa, münafiqdən də dəqiq əmin ola bilsə, ona da eyni rəftarı göstərərdilər. Amma tam olaraq əmin ola bilmədikləri üçün, müsəlmanlar münafiq xarakterli insanlardan nə qədər şübhələnsə də, heç vaxt dəqiq hökm verə bilməz və bu kəsləri aralarında tutmağa davam edərlər.

Bu Allahın, müsəlmanların dünya həyatındakı imtahanlarının gərəyi olaraq yaratdığı xüsusi vəziyyətdir. Müsəlman camaatın içində, münafiq xarakterli şəxsin varlığı, əlbəttə ki, müsəlmanların bir çox mövzuda səbir göstərmələrini tələb edən çətinliklər yaradır. Müsəlmanlar bir adamın münafiq olduğundan hər nə qədər şübhə duysalar da, “bəlkə hidayət tapar” düşüncəsi ilə səbirlə, ona Quran əxlaqıyla yaxınlaşmağa davam edərlər.

Ancaq bunların hər biri müsəlmanlar üçün dünyada və axirətdə, çox böyük xeyirlərə və gözəlliklərə vəsilə olar. Çünki münafiq, eyni zamanda da müsəlmanın dünya həyatındakı təhsilinin əhəmiyyətli parçasıdır. Münafiqin əxlaqındakı pozğunluqları görmək, müsəlmanların həmişə öz əxlaqındakı çatışmazlıqları gözdən keçirmələrinə; bunun nəticəsində də çox daha dərin imanlı və vəli əxlaqlı insanlar halına gəlmələrinə səbəb olur.

Münafiqi səbir və diqqətlə izləyib onun şeytani sənətini öyrənmək lazımdır

Allah tarixin başlanğıcından bu yana yaxşı ilə pisi bir arada yaratmış, insanların vicdanlarını istifadə edərək bu ikisi arasında doğru olanı seçmələrini istəmişdir. Şübhəsiz ki, Allah istəsəydi dünyanı sırf yaxşılıqla, gözəlliklə tam olacaq şəkildə yaradar və pisliyi heç yaratmazdı. Amma Allah bir çox hikmətlə yaxşının yanında pisi də var etmişdir.

Pis əməli müdafiə edənlərin lideri olan şeytan, öz fəlsəfəsini inkar edənlərə və münafiqlərə ilham edərək, dünyada pisliyi və azğınlığı hakim etməyə çalışır. Hər bir münafiq və kafir şeytanın bir tələbəsi və bir əsgəridir. Liderlərindən aldıqları təlimatlarla, səmimi iman edən, yaxşı işlər görməyi müdafiə edən hər insanı, “doğru yoldan çıxarmaq və şeytanın davamçısı halına gətirmək üçün” səy göstərərlər.

Münafiqlərin müsəlmanlar arasındakı əsas vəzifələrindən biri də budur. Şeytanın murdar sənətini, azğın dünyasını, hiyləgər əxlaqını müsəlmanlar arasında da yaymağa çalışmaq. Başqa sözlə müsəlmanlar üçün də münafiq, “şeytanın murdar sənətini”, “insanları azdırmaq üçün istifadə etdiyi hiyləgər üsullarını” və “saxtakar oyunlarını” canlı olaraq həyata keçirib tətbiq edən “şeytanın nümayəndəsi”dir. Buna görə də, şeytanın murdar sənətini öyrənib məğlub edə bilmək üçün, “münafiq müsəlmanlar üçün əhəmiyyətli bir müşahidə vəsiləsidir”.

Münafiq, müsəlmanların Qurandakı bəzi ayələrin mənasını daha yaxşı anlamalarına vəsilə olur. Bu səmimiyyətsiz insanların göstərdiyi pis əxlaq, oynadıqları oyunlar, istifadə etdikləri hiyləgər üsullar, münafiq xarakterinin daha yaxşı diaqnoz edilə bilməsi üçün əhəmiyyətli vəsilədir. Adətən müsəlman cəmiyyətdə yalnız səmimi iman edən insanlar olsa, əlbəttə ki, bu bir gözəllikdir. Heç kim münafiqlə bir arada; və onun varlığını hiss edərək yaşamaq istəməz. Ancaq belə bir vəziyyət meydana gəldiyində də, bu müsəlmanlar üçün heç vaxt zərər deyil. Münafiqin varlığı, müsəlmanlar üçün ardıcıl olaraq xeyirə çevrilər. Münafiqin hər gün, hər etdiyi hərəkət, hər söylədiyi söz, hər etdiyi hiyləgərlik müsəlman üçün yeni müşahidə və yeni analiz imkanı yaradır.

Münafiq, müsəlmanların ağlının inkişafına vəsilə olur. Münafiqi canlı nümunə olaraq görüb müşahidə edə bilmək, Quranda izah edilən “münafiq xarakterini” anlamaqda müsəlmanlar üçün əhəmiyyətli yol göstəricidir. Münafiq olmasa, bu xarakterə aid detallar, mürəkkəb nöqtələr o qədər yaxşı anlaşılmaya bilər. Amma “Şeytanın fənəri çatacağı yerdəki qaranlığı işıqlandırar.” (Mason jurnalı, sayı 29, səh. 23) sözüylə diqqət çəkildiyi kimi, “münafiqin işıqlandırdığı işıq, bizə bütün dünyanı göstərir”. Yəni onun qaranlıq dünyasının qaranlıq fənəri, bir çox yeri işıqlandırar və müsəlmanlar da bu yol ilə bir çox incəliyi görə bilərlər. Yoxsa müsəlmanların, münafiqin varlığı olmadan onun üsullarını görüb fərq etmələri çox çətin olardı.

Elə buna görə münafiqi öz halına buraxıb yaxşı izləmək lazımdır. O, fərq edilmədiyini sandığı müddətcə şeytandan öyrəndiyi sənətini ən hiyləgər cəhətləri ilə tətbiq etməyə davam edəcək, müsəlmanlar da onu izləyib müşahidə edərək, onun üsullarını ən incə detallarına qədər anlaya biləcəklər. Və beləcə şeytanın və münafiqin fəaliyyətlərini asanlıqla təsirsiz hala gətirə biləcəklər. Buna görə münafiqə fərq edildiyini göstərib hiyləgərcə gizlənməsinə yol açmaq deyil, ona hiss etdirmədən onu analiz etmək daha ağıllı üsuldur. Peyğəmbər əfəndimiz (s.ə.v)-də, Hz Musa (ə.s)-da ətrafındakı münafiqlərə bu metodu tətbiq etmiş və onları diqqətlə izləmişlər.

Münafiqin, müsəlmanlar tərəfindən fərq edilmədiyi müddətcə hər cür alçaqlığa, hörmətsizliyə və abırsızlığa davam etməsi isə, Allahın onu izlədiyini və etdiyi hər şeyi bildiyinə inanmamasından yaranır. Münafiq üçün yalnız “insanların nə dediyi” əhəmiyyətlidir. İnsanlardan gizlənə bildiyinə inandığında, arsızca və həyasızca münafiqliyinə, hiyləgər oyunlarına davam edir. Elə Allah münafiqin bu qorxmazlığını, müsəlmanlar üçün rəhmətə çevirər. Müsəlmanlar münafiq vəsiləsiylə mənəvi cəhətdən ardıcıl olaraq daha da inkişaf edər və güclənər.

Münafiq əlamətlərini dinləyib öyrənmək müsəlmanlara fayda verər

Peyğəmbərimiz (s.ə.v) bir hədisində münafiqlərlə müsəlmanların fərqini, “Allahdan ancaq mömin olan qorxar və ondan ancaq münafiq özünü təhlükəsizlikdə hiss edər.” (Buxari, “İman”, 36; Firyabi, a.k.ə, səh. 60) sözləriylə açıqlamışdır. Müsəlman olan adam, münafiq əlamətlərini eşitdiyində Allahdan qorxub çəkinən adamdır. Əxlaqı nə qədər gözəl olursa olsun, iman edən bir kimsə, Allahın Quranda bildirdiyi bütün öyüd və xatırlatmaları, heç bir ayrı-seçkilik etmədən üstünə alar və düşünər.

Elə bu səmimi müsəlman rəftarıdır. Çünki Allah Quranın “Xeyr; həqiqətən insan, azar. Özünü müstəğni gördüyündən.” (Ələq surəsi, 6-7) ayələriylə, “özünü müstəğni, yəni böyük görən və heç bir şeyə ehtiyacı olmadığını hesab edən kəslərin, azğınlaşaraq doğru yoldan uzaqlaşacaqlarını” bildirmişdir. Başqa sözlə müsəlmanlar bu ayəni düşünərək, hər münafiq əlamətindən bir hikmət çıxararaq çatışmazlıqlarını dərhal düzəldər; əxlaqlarını, rəftar və danışıqlarını daha da gözəlləşdirməyə çalışırlar.

Müsəlmanlar, Qurandakı münafiq əlamətlərini anladarkən də, heç vaxt özlərini müstəğni görərək danışmazlar. Çünki bu izahatların ən çox xitab etdiyi kəslər “müsəlmanlar”dır. Allahın hər ayəsi, bütün insanları əhatə edir. Başqa sözlə müsəlmanlar münafiqlərlə əlaqədar ayələri izah edərkən, qarşılarındakı müəyyən qrupa deyil, ən başda özlərinə izah etmiş olurlar. Hər münafiq əlamətini, öz üstlərinə də alaraq, özlərini də düşünərək izah edərlər.

Çünki onsuz da münafiqlər Qurandakı bu ayələrlə və müsəlmanların bu izahları ilə heç əlaqədə olmazlar (Quranı tənzih edirik). Bu ayələrdən təsirlənənlər yalnız müsəlmanlardır. Quranı oxuyacaq, müsəlmanların izah etdiklərini dinləyəcək olanlar yalnız onlardır. Münafiq onsuz da izah edilənlərə öz aləmində gülər keçər və izah edilənləri da dinləməz (dini mövzuları tənzih edirik). ). Nə dinləyər nə də anlayar. Müsəlmanın hər duyduğu söz isə, ona imanı rahatlıq, zehin açıqlığı və fəallıq etməyə imkan verir. Beləcə ürəyindəki ən kiçik səhvi belə, dərhal düzəltmə imkanı tapır.

Başqa sözlə bütün izah edilənlər və yazılanlar müsəlmanlara təsir edəcəkdir. Çünki inkar edənlər onsuz da İslamı əvvəldən qəbul etməz, bu səbəbdən də o izah edilənləri heç üstlərinə alınmazlar. Münafiq da onsuz da Allah və din düşmənidir; deyilənlərin heç birini qəbul etməz. Bu səbəbdən bunları düşünüb anlayacaq olanlar yalnız Allah dostu olan səmimi müsəlmanlardır.

SUAL: “Münafiq əlamətlərini eşidib və özünü düzəldən münafiq olar bilərmi?”

madde, new scientist

ADNAN OKTAR: “Heç vaxt olmaz. Münafiq ayələrindən təsirlənirsə, o müsəlmandır. Münafiq ola bilməz. Bəzi bacı-qardaşlarımız olur deyir ki, “Mən münafiqəm görsən?” Bu ayədən təsirləndin mi? O zaman münafiq ola bilməzsən. Ayə ilə haşa lağ edirsə, məsxərəyə davam edirsə, diqqətə almırsa haşa, o zaman münafiqdir. Təsirlənirsə nur kimi möminsən. Təsirlənənlərə “mömin” deyilir, çünki münafiq əlaməti hər müsəlmanda ola bilər. Bu istisnasız hər kəsə yönəldilmişdir. Ona, buna deyil, müəyyən qrup deyil, hər müsəlmanda ola bilər. Quran ayələrindən mömin olan adam təsirlənər onsuz da. Mömin üstünə alar. Üstünə alınıb təsir edirsə və halını düzəldirsə “Bu mənə xitab edir, mən bu mövzuda özümü düzəldim” deyirsə, o nur kimi mömindir. Amma dodaq altından gülüb lağ edirsə, əhəmiyyət vermirsə, möminlərə də hələ də təəccüblənirsə, o zaman o münafiqdir. Çünki münafiq ayələri möminləri maraqlandırar onsuz da. Münafiq gülər keçər. O ayələr bizim onlara diaqnoz qoymaq üçün var. Mömin təsirlənirsə, Allah ona hidayət edir, gözəllik, şəfa verir deməkdir.” (A9 TV, 19 may 2016)

SUAL: “Mömin özünü münafiqliklə sorğulaya bilər mi?”

ADNAN OKTAR: “Bir mömin özünü münafiqliklə sorğulayırsa onsuz da münafiq deyil o, münafiq heç özünə götürməz. Arsızdır, qanmazlığına verər heç fərqində deyilmiş kimi edər. Xaraktersizdir münafiq. Mömin çox qorxar, “Allah əsirgəsin, məndə münafiq əlaməti olmasın, küfr əlaməti olmasın” deyər Allaha sığınar. Oxuyar, izah edər, “Hamımız uzaqlaşaq münafiq əlamətlərindən” deyər. Amma münafiq üçün bu yox hökmündədir. Elə mövzunu heç vaxt qəbul etməz, o mövzunu istəsən aç yanında, heç bir şəkildə üzərinə alınmaz. Başqa sözlə də münafiqliyinə, həyasızlığa tam başqa şeytani din ilə davam edir münafiq.” (A9 TV, 23 yanvar 2016)

Münafiqin mövcudluğu müsəlmanlar üçün həmişə xeyirə dönər

Quran ayələrini bilməyən insan, sanki müsəlman cəmiyyətləri arasından heç münafiq çıxmasa, hər şey daha yaxşı və müsəlmanların daha çox lehinə olacaqmış kimi düşünə bilər. Halbuki münafiqin varlığı, zahirən hər nə qədər fərqli görünsə də, müsəlmanlar üçün böyük mərhəmətdir. Münafiqin ən çox istədiyi şeylərdən biri “müsəlmanlara zərər vermək” olduğu halda, “münafiq istəmədən və fərqində olmadan onlara həmişə fayda verər”. Allah Quranda “münafiqin varlığının müsəlmanlar üçün şər deyil, əksinə xeyir olduğunu” belə xəbər vermişdir:

Şübhəsiz ki, uydurulmuş yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir. Onu özünüz üçün pis bir şey hesab etməyin. Əksinə, bu sizin üçün xeyirlidir. O dəstədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. İçərilərindən günahın böyüyünü öz üstünə götürəni isə böyük bir əzab gözləyir. (Nur surəsi, 11)

Müsəlmanlar, aralarındakı münafiqin, istəmədən də olsa, onlar üzərində vəsilə olduğu xeyirləri sıralayıb yazacaq olsalar, səhifələr dolusu, çox uzun yazılar əldə edərdilər. Çünki aralarında, səmimiyyətsizliyindən, alçaq oyunlar oynadığından, müsəlmanlar əleyhinə alçaqca tələlər qurduğundan şübhələndikləri insanın var olması, əlbəttə müsəlmanları çox ciddi şəkildə “sayıqlıq”a gətirər.

Bir münafiqlə birlikdə yaşamaq ehtimalları, müsəlmanların ağıllarını və diqqətlərini ola biləcək qədər artıqlaması ilə açar. Süstlük, diqqət dağınıqlığı və ətalət varsa, bunlar tamamilə ortadan qalxar. Səmimi və etibarlı müsəlmanların bir-birlərinə olan sevgi və hörmətləri mümkün qədər artar. Aralarındakı birlik, bərabərlik ruhu, tək orqanizm kimi ortaq hərəkət etmə gücü və məsləhətləşmə vərdişi daha da inkişaf edər. Münafıqə qarşı həmişə məntiqli tədbirlər alma səyi, müsəlmanların bu səmimiyyətsiz insanlara qarşı necə yanaşmaq lazım olduğu mövzusunda da təcrübə qazanmalarına vəsilə olur. Bütün bunlar müsəlmanların gedərək daha da kamil olmalarına yol açar və şüurlarının daha da açılmasını təmin edər.

Müsəlmanlar şeytani əxlaq göstərən belə insana qarşı Quran əxlaqıyla və müsəlman ağlı ilə qarşılıq verərək Allah dərgahında inşaAllah daha çox “savab qazanmış” olurlar. Münafiq xarakterli insana nisbətən, ağlı başında, şüuru açıq, vicdanlı və gözəl əxlaqlı müsəlmanların nə qədər böyük nemət olduğu hər kəs tərəfindən daha da yaxşı aydın olar. Müsəlmanlar Qurana daha da möhkəm sarılırlar. Qurandakı münafiq əlamətlərini həmişə gündəmdə saxlayar, bu əlamətlərin analizini daha yaxşı edər və beləcə bütün müsəlmanların münafiq mövzusunda daha yaxşı şəkildə dərk etmələrinə vəsilə olurlar. Müsəlmanlar həmişə Allahı xatırlayaraq, Quran ayələrini oxuyaraq və münafiq xarakterini insanlara izah edən yazılı-şifahi işlər görərək güclü təsirə malik təbliğ fəaliyyəti etmiş olurlar.

madde, new scientist

ADNAN OKTAR: “O qaranlıq ruhlarıyla möminlərin içində yaşayırlar amma möminlərin gücünü artıran çox əhəmiyyətli fiqurdur münafiq. Çox əhəmiyyətlidir çünki münafiq möminə dəhşətli həyəcan verər, dəhşətli şövq verər, əzmini artırar, gücünü artırar, gücə olan tələb daha da çoxalar. Möminin zənginliyi daha da artar. Çünki madam münafiqi bu əsəbləşdirər, elə deyil? Mömin o zaman onu hirsləndirmək üçün və Allahın razılığını qazanmaq üçün daha güclü hücumlar etməyə başlayar. Monotonluq aradan qalxar, süstlük aradan qalxar, mömini oyandıran, şövqləndirən ən mühüm səbəblərdən biridir. Yəni münafiqin təsir gücü kimi heç bir güc yoxdur, Allahın verdiyi güc olaraq. Müsəlmanı, ən çox münafiq həyəcanlandırar, şövqləndirər. Məsələn, kitabların hazırlanmasına vəsilə olur, daha çox zənginləşməyə vəsilə olur, daha göstərişli fəaliyyətlərə vəsilə olur, hücumun sürətlənməsinə səbəb olur. Daha texniki və ağılla düşünmələrinə səbəb olur.

Süstlüyü və ətaləti tamamilə silər münafiq. O biri cür, küfr özünü açıqca müəyyən etdiyi və təsiri də zəif olduğu üçün möminin küfrlə mübarizəsi daha sakit və daha zəif ola bilər. Amma münafiq olduğunda müsəlmanın gücü dəhşətli dərəcədə artar, yəni müsəlman belə vəziyyətdə ağlagəlməz hücuma keçər. Çünki çox dəhşətli bəladır, qrip kimi, soyuqdəymə kimi deyil; xərçəng kimi xəstəlik olduğu üçün, orqanizma, bünyə çox böyük hücuma keçər. Və bütün imkanlarıyla o pisliyi, o qorxunc qaranlığı dələcək hər cür tədbiri alar. O tədbiri alarkən də, savabı çox yüksək olur. Münafiqin möminə savab vermə gücü, vəsilə olma gücü çox yüksəkdir. Məsələn küfrün birdirsə, münafiqin milyondur elə düşünün. Bəzən bu nisbətlər vəziyyətə görə, münafiqin hücumuna görə çox artar.(A9 TV, 4 iyun 2016)

Münafiq “bəlkə iman gətirər” deyə səbir etmək və onu Quran əxlaqına dəvət etmək mühüm bir müsəlman xüsusiyyətidir

Allah Quranın, “Dedi ki: “Ey Rəbbim! Məni azdırmağına qarşılıq, and olsun, mən də yer üzündə onlara, əməlləri gözəl göstərib onların hamısını yoldan çıxaracağam. Ancaq onlardan səmimi olan bəndələrindən başqa.” (Hicr surəsi, 39-40) ayələriylə, şeytanın dünyadakı bütün insanları azdırmaq üçün hər cür səyi sərf edəcəyi xəbər verilmişdir. Qarşısındakı insan müsəlman da olsa, inkarçı, müşrik və ya münafiq də olsa, şeytan heç birini ayırd etmədən, hər birini sapdıra bilmək üçün qiyamətə qədər cəhd edəcəkdir.

Ancaq ayənin ardınca, “sadiq olan bəndələrindən başqa” sözləri ilə ifadə edildiyi kimi, şeytan Allaha qarşı səmimi olan insanlara təsir edə bilməyəcəkdir. Başqa sözlə hər kim olursa olsun; istər münafiq, istər kafir, istərsə də müşrik; həyatının hər hansı dövründə, həqiqətən istədiyi təqdirdə “şeytanın təsirindən qurtula bilmə imkanına malikdir”. Səmimi olmağa qərar verməsi, şeytanın təsirinin qalxması üçün yetərli olacaqdır.

Başqa sözlə müsəlmanlar, bir insan nə qədər çox münafiq əlaməti göstərsə, nə qədər alçaqlıq, xaraktersizlik və əxlaqsızlıq edirsə etsin, bu insanın ölümlə qarşılaşmadan əvvəl tövbə edə bilmə ehtimalı olduğunu heç bir zaman unutmazlar. Buna görə də kimsə üçün, “Bu bir dəfə bu səhvləri etdi, artıq mümkün deyil bir daha nicat tapmaz” kimi dünya görüşü ilə yaxınlaşmazlar. Allahın səhv edən və səmimi tövbə edib doğru yola yönələn hər kəsi bağışlaya biləcəyini bilirlər. Buna görə aralarında münafiq olmasından şübhələndikləri insan olduğunda da, ona qarşı Quran əxlaqının gətirdiyi bu şüur və yüksək vicdan ilə yaxınlaşarlar.

Yoxsa xainlik və alçaqlıq etdiyindən şübhəli bilinən bir insanı, aralarından uzaqlaşdırıb rahat-rahat yaşamaları müsəlmanlar üçün çox asandır. Amma bu insanın “etdiklərindən peşman olub doğruya tərəf dönmə ehtimalı” də vardır. Onu öz “qaranlıq dünyasına və küfrün içinə daha da itələmək” və “onu şeytan ilə baş-başa buraxmaq”, müsəlmanların vicdani qəbul edə biləcəyi bir vəziyyət deyil.

Buna görə müsəlmanlar, “bəlkə iman edər”, “bəlkə münafiqlikdən, şeytanlıqdan əl çəkər”, “bəlkə peşman olar və hidayət tapar” deyərək münafiqi səbirlə və qətiyyətlə “Quran əxlaqına çağırmağa və doğrunu öyrətməyə” çalışırlar. Etdiyi alçaqlıqların mənasını və Allah qatındakı qarşılığını anlaması üçün, ona Quran ayələriylə “münafiq xarakterini” və “münafiq əlamətlərini” izah edərlər. Ona gözəl əxlaqla, vicdanla, sevgiylə, anlayışla və mərhəmətlə yaxınlaşıb; küfrün zalımlığı və alçaqlığı ilə, müsəlman əxlaqı arasındakı fərqi görməsini təmin etməyə çalışırlar.

Ancaq əlbəttə ki, bunları edərkən bir tərəfdən də, “münafiqin altdan-altdan müsəlman cəmiyyətinə zərər verməsini maneə törətməyə və onun şeytani fəaliyyətlərini passivləşdirməyə” çalışırlar. Necə ki ortada bir “ilan” varsa, bu ilanın ağzından zəhərini alırsınız ya da dişini sökər amma yenə buraxarsınız. Beləcə ilanın hər hansı birini zəhərləməsinə maneə olarsınız. Elə münafiqin da zəhərini, sakit, təsirsiz hala gətirmək lazımdır.

Bütün bunlar müsəlmanların Quran əxlaqını yaşamalarından ötrü ibadət olaraq tətbiq etdikləri əxlaqdır. Münafiqin bunlardan təsirlənib təsirlənməməsi, imtina edib hidayət tapması ya da qətiyyətlə münafiqliyinə davam etməsi, müsəlmanların əlində olan bir vəziyyət deyil. Bu ancaq Allahın təqdiridir. Münafiq taleyində varsa, tövbə edib Allahdan çox qorxan, Allahı çox sevən, çox səmimi bir müsəlman halına gələ bilər. Taleyində münafiq olaraq yaradıldısa, müsəlmanlar nə qədər səy göstərsələr də münafiq ən sonunda küfrə gedər.

Amma bunun qərarını heç bir zaman üçün müsəlmanlar verə bilməzlər. Münafiq müsəlmanlardan ayrılmaq istəmədən, müsəlmanlar ona “Aramızdan get, səni istəmirik” deməzlər. Çünki insanı özü istəmədən küfrə doğru itələmək heç vaxt dinə uyğun olmaz.

Ayrıca müsəlmanlar Qurana görə bir-birlərini qorumaqla məsuldurlar. Çünki Quranda “himayəçilik sistemi” vardır. İman edənlər “bir-birlərinin vəlisi, qoruyucusu, dostu, köməkçisi”dır. Bir-birlərini öz qardaşları kimi qorumaqla mükəlləfdirlər. Başqa sözlə münafiq də, yalnız diliylə belə olsa “La ilahə illəAllah”, yəni “Allahdan başqa ilah yoxdur” dediyi halda, müsəlmanlar arasındakı himayəçilik sistemi onun üçün də keçərlidir. Başqa sözlə müsəlmanlar, “Bu insan münafiq ola bilər” deyərək bir insanı aralarından ayıra bilməzlər. Belə qəti diaqnoz qoya bilmək üçün ancaq Allahın Peyğəmbərlərinə vəhy nazil etməsi lazımdır. Əsrimizdə də Peyğəmbər yaşamadığı üçün, müsəlmanlar öz başlarına heç vaxt bir insan üçün “Bu insan münafiq” deyə hökm verə bilməzlər. Belə bir qərar verib o insanı müsəlmanların arasından ayırıb kənara atmaq, onu küfrə doğru itələmək, “haram olar”.

Müsəlmanlar niyə küfrə təbliğ edərlər? İnkar edənlərin iman etmələrinə vəsilə olmaq üçün. Küfrə səbirlə izah edərkən, münafiqə izah etməkdən imtina etmək isə çox ziddiyyətli və səhv tətbiq olar. Müsəlmanlar necə ki, “ateistəm”, “dinsizim” ya da “islama qarşıyam” deyən insanlara islamı təbliğ edirlərsə, münafiqə də eyni şəkildə müsəlmanlığı izah etmək vəziyyətindədirlər. Münafiq nə qədər anormal, nə qədər tərs, xasiyyətsiz ya da əxlaqsız olursa olsun, müsəlman ona səbir etməklə məsuldur. Nə qədər səbir göstərsə, qarşılığında da o qədər savabı olar.

Bundan başqa, dünyada Allahdan başqa heç kim, kimin cənnətlik, kiminsə cəhənnəmlik olduğunu bilə bilməz. Bəlkə bir insanın “münafiq” sandığı kimsə, tövbə edib cənnətə gedəcək, bu fikirdə olan adam isə cəhənnəmə gedəcək. Bunun məlumatı yalnız Allah yanındadır. “Ümid kəsmək” Quranda haram qılınmışdır. Allah Quranda “çünki ancaq kafir olanlar Allahın rəhmətindən ümid kəsər.” şəklində buyurmuşdur. Çünki Allah sonsuz güc sahibidir; dilədiyi hər şeyi etməyə qadirdir. Ümumiyyətlə bir insanın hidayət tapmasından, özünü düzəldib doğruya yönəlməsindən qətiyyən ümidini kəsməz.

Bu səbəblə müsəlmanlar heç bir zaman üçün münafiqi küfrlə baş-başa buraxıb uzaqlaşdırmazlar. Çox uzun zaman boyu sürsə də, münafiqi səbirlə və Quran əxlaqıyla öyrətməyə çalışırlar. Səbir edər, çünki münafiq də bəzən şəfa tapa bilər. Bəzən də, “Kim Rəhman (olan Allah)ın zikrini görməzlikdən gələrsə, Biz bir şeytana onun “üzərini qabıqla örtərik”; artıq bu, onun yaxın dostudur.” (Zuxruf surəsi, 36) ayəsiylə xəbər verildiyi kimi, şeytan münafiqin üstünə yapışar və bir daha da onu buraxmaz. Amma bəzən də, Allah münafiqin üzərindən şeytanın təsirini qaldırar. O zaman o insan, ölü ikən birdən-birə dirilmiş kimi, özünə gələr.

Bu, komada olub da, aparatın söndürülməsi üçün gözləyən xəstənin vəziyyətinə bənzəyir. Komada olandan necə heç bir zaman ümid kəsilməzsə, münafiq haqqında da eyni vəziyyət olur. Necə ki belə xəstənin, elektrikdən çəkib onu ölümə tərk etmək vicdani olaraq qəbul edilə bilər vəziyyət deyilsə, münafiq üçün də “qəti hökm vermək” doğru olmaz. Bəzi xəstələr heç bir zaman komadan çıxmaz və komada ikən ölərlər. Bəziləri də xilas olarlar. Buna görə xəstəni mütləq komadan çıxana qədər gözləmək kimi, münafiqi də “bəlkə hidayət tapar, bəlkə səmimi iman edər” ehtimalı ilə səbirlə gözləmək və qurtarmağa çalışmaq lazımdır.

 

21 / total 24
"Harun Yəhyanın Münafiqin Dərin Qaranlığı kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.org adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com