< <
10 / total: 26

- K -

KAFİR

Yaxud onların məsəli zülmət içində göy gurultusu və şimşəklə yağan leysana düşənlərin məsəlinə bənzəyir ki, ildırımdan ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxayırlar. Şübhəsiz ki, Allah kafirləri hər tərəfdən əhatəyə almışdır. (Bəqərə surəsi, 19)

Əgər siz bunu edə bilmirsinizsə, – heç edə də bilməzsiniz – onda yanacağı insanlardan və daşlardan olan, kafirlər üçün hazırlanmış oddan çəkinin. (Bəqərə surəsi, 24)

Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!” – dedikdə, İblisdən başqa hamısı səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafir oldu. (Bəqərə surəsi, 34)

Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir Kitab (Quran) gəldikdə onu inkar etdilər. Halbuki əvvəllər kafirlər üzərində qələbə diləyirdilər. Onlara tanıdıqları peyğəmbər gəldikdə isə onu inkar etdilər. Allah kafirlərə lənət etsin! (Bəqərə surəsi, 89)

Allahın Öz qullarından istədiyi kimsəyə Öz lütfündən bəxş etməsinə həsəd aparmaq və Onun nazil etdiyini inkar etməklə nəfslərini satıb əvəzində aldıqları şey necə də pisdir! Onlar Allahın onlara bəslədiyi qəzəbi daha da şiddətləndirdilər. Kafirlərə alçaldıcı bir əzab vardır. (Bəqərə surəsi, 90)

Kim Allaha, Onun mələklərinə və elçilərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz ki, Allah da o kafirlərə düşməndir. (Bəqərə surəsi, 98)

Ey iman gətirənlər! Peyğəmbərə: “Bizə qayğı göstər!” – deməyin; “Bizə nəzər yetir!” – deyin və (Allahın əmrini) eşidin! Kafirləri ağrılı-acılı bir əzab gözləyir. (Bəqərə surəsi, 104)

Nə Kitab əhlinin kafir olanları, nə də müşriklər sizə Rəbbinizdən bir xeyir nazil olmasını istəmirlər. Allah isə mərhəmətini istədiyi şəxsə məxsus edir. Allah böyük lütf sahibidir. (Bəqərə surəsi, 105)

Kafir olub kafir kimi də ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun! (Bəqərə surəsi, 161)

Müşrikləri harada yaxalasanız öldürün və sizi çıxartdıqları yerdən siz də onları çıxardın! Fitnə qətldən daha pisdir. Onlar sizə qarşı Məscidulharamın yanında vuruşmayınca, siz də onlara qarşı orada vuruşmayın. Əgər sizinlə vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası belədir. (Bəqərə surəsi, 191)

Səndən haram ayında vuruşmaq barəsində soruşurlar. De: “Bu ayda vuruşmaq böyük günahdır. Lakin insanları Allah yolundan sapdırmaq, Onu inkar etmək, müsəlmanları Məscidulharama buraxmamaq və onun sakinlərini oradan çıxartmaq Allah yanında daha böyük günahdır. Fitnə isə qətldən də böyük günahdır”. Kafirlər bacarsalar, sizi dininizdən döndərənə qədər sizinlə vuruşmaqdan əl çəkməyəcəklər. Sizlərdən hər kim dinindən dönüb kafir olaraq ölsə, onun əməlləri dünyada və axirətdə puça çıxar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 217)

Onlar Calutun və onun qoşununun qarşısına çıxdıqda dedilər: “Ey Rəbbimiz! Bizə səbir ver, qədəmlərimizi möhkəmlət və kafir qövmə qələbə çalmaqda bizə yardım et!” (Bəqərə surəsi, 250)

Ey iman gətirənlər! Alış-verişin, dostluğun və şəfaətin olmayacağı gün gəlməmişdən öncə sizə verdiyimiz ruzidən Allah yolunda xərcləyin! Kafirlər isə zalımdırlar. (Bəqərə surəsi, 254)

Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz. (Bəqərə surəsi, 264)

Allah sələmi puç edir, sədəqələri isə artırır. Allah kafirləri və günahkarları sevməz. (Bəqərə surəsi, 276)

Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!” (Bəqərə surəsi, 286)

Qarşı-qarşıya gələn iki dəstədə sizin üçün bir ibrət var idi. Dəstələrdən biri Allah yolunda vuruşurdu, digəri isə kafirlər idi. Onlar kafirlərin sayca iki qat artıq olduqlarını öz gözləri ilə görürdülər. Allah istədiyi kəsi Öz köməyi ilə qüvvətləndirir. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır. (Ali İmran surəsi, 13)

Möminlər möminləri qoyub kafirləri dost tutmasınlar! Bunu edən kimsə bilsin ki, Allah ilə onun heç bir əlaqəsi yoxdur. Ancaq onlardan gələn təhlükədən çəkinməklə ehtiyat etməyiniz istisnadır. Allah sizi Özündən çəkindirir. Dönüş də ancaq Allahadır. (Ali İmran surəsi, 28)

De: “Allaha və göndərdiyi Elçiyə itaət edin!” Əgər üz döndərərlərsə, şübhəsiz ki, Allah kafirləri sevməz. (Ali İmran surəsi, 32)

Həqiqətən də, kafir olub kafir kimi də ölənlərin heç birindən dünya dolusu qızıl fidyə versə belə, qəbul olunmayacaqdır. Onlara ağrılı-acılı bir əzab hazırlanmışdır və onların köməkçiləri də olmayacaqdır. (Ali İmran surəsi, 91)

Kafirlər üçün hazırlanmış Oddan çəkinin. (Ali İmran surəsi, 131)

Onların dedikləri ancaq: “Ey Rəbbimiz! Günahlarımızı və əməllərimizdə həddi aşmağımızı bizə bağışla; qədəmlərimizi sabit et və kafir qövmə qələbə çalmaqda bizə yardım et!” – olmuşdur. (Ali İmran surəsi, 147)

O kəslər ki, xəsislik edir və insanları da xəsisliyə sövq etdirirlər, Allahın Öz lütfündən onlara verdiyini gizlədirlər. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq. (Nisa surəsi, 37)

Yer üzündə səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmanıza görə sizə günah gəlməz. Şübhəsiz ki, kafirlər sizin açıq-aydın düşmənlərinizdir. (Nisa surəsi, 101)

Sən səhabələrinin arasında olub onlara namaz qıldırdığın zaman onların bir dəstəsi səninlə birlikdə namaza dursun, silahlarını da özləri ilə götürsünlər. Bunlar səcdə etdikləri zaman (birinci rükəti tamamlayanadək o biri dəstə) arxanızda olsun. Sonra namazını qılmamış digər dəstə gəlib səninlə birlikdə namaz qılsın, ehtiyatlarını tutsunlar və silahlarını da özləri ilə götürsünlər. Kafirlər istərdilər ki, siz silahlarınızdan və əşyalarınızdan xəbərsiz olasınız və onlar da sizin üzərinizə bircə dəfə hücum etsinlər (bir həmlədə sizi məğlub etsinlər). Əgər siz yağışdan əziyyət çəksəniz və ya xəstə olsanız silahlarınızı yerə qoymaq sizə günah deyildir, lakin ehtiyatınızı əldən verməyin. Şübhəsiz ki, Allah kafirlər üçün alçaldıcı bir əzab hazırlamışdır. (Nisa surəsi, 102)

Möminləri qoyub kafirləri özlərinə dost tutanlar gücü və əzəməti onlardamı axtarırlar? Halbuki qüvvət və əzəmət tamamilə Allaha məxsusdur. (Nisa surəsi, 139)

Allah Kitabda sizə nazil etmişdir ki, Allahın ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman, günahkarlar başqa bir söhbətə keçməyincə onlarla bir yerdə oturmayın. Yoxsa siz də onların tayı olarsınız. Şübhəsiz ki, Allah bütün münafiqləri və kafirləri Cəhənnəmə toplayacaqdır. (Nisa surəsi, 140)

Onlar sizə göz qoyurlar (gözləyirlər ki sizə bir bəla gəlsin). Əgər Allahdan sizə bir qələbə gəlsə: “Məgər biz də sizinlə deyildikmi?” – deyərlər. Əgər kafirlərə bir qələbə nəsib olsa: “Məgər biz möminlərlə birlikdə sizə qalib gələ bilməzdikmi, sizi möminlərdən qorumadıqmı?” – söyləyərlər. Qiyamət günü Allah sizin aranızda hökm verəcəkdir. Allah kafirlərə möminləri məğlub etməyə yol verməyəcəkdir. (Nisa surəsi, 141)

Ey iman gətirənlər! Möminləri qoyub kafirləri özünüzə dost tutmayın. Yoxsa Allaha öz əleyhinizə açıq-aydın bir dəlil verməkmi istəyirsiniz? (Nisa surəsi, 144)

məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq. (Nisa surəsi, 151)

qadağan olunmasına baxmayaraq, sələm aldıqlarına və haqsız yerə insanların mallarını yediklərinə görə belə etdik. Biz onlardan olan kafirlər üçün ağrılı-acılı bir əzab hazırlamışıq. (Nisa surəsi, 161)

Şübhəsiz ki, Tövratı Biz nazil etmişik. Onda hidayət və nur vardır. Allaha təslim olan peyğəmbərlər yəhudilər üçün bununla, din xadimləri və baş keşişlər isə Allahın Kitabından qorunub saxlanılanlarla hökm verirdilər. Onlar hamısı buna şahid oldular. İnsanlardan qorxmayın, Məndən qorxun! Ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir. (Maidə surəsi, 44)

Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah onun əvəzinə Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah hər şeyi Əhatə edəndir, Biləndir. (Maidə surəsi, 54)

Ey iman gətirənlər! Sizdən əvvəl Kitab verilənlərdən dininizi ələ salıb oyun-oyuncaq hesab edənləri və kafirləri özünüzə dost tutmayın. Əgər möminsinizsə, Allahdan qorxun. (Maidə surəsi, 57)

Ey Elçi! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər belə etməsən, Onun göstərişini (sənə tapşırdığı elçilik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyar. Şübhəsiz ki, Allah kafir tayfanı doğru yola yönəltməz. (Maidə surəsi, 67)

De: “Ey Kitab əhli! Nə qədər ki, Tövrata, İncilə və Rəbbinizdən sizə nazil edilənə düzgün əməl etmirsiniz, siz doğru yolda deyilsiniz”. Əlbəttə, Rəbbindən sənə nazil edilən Quran onlardan bir çoxunun azğınlığını və küfrünü artıracaqdır. Sən isə kafir tayfa üçün heyfsilənmə. (Maidə surəsi, 68)

Sizdən əvvəl bir qövm bunları soruşmuş, sonra da bu səbəbdən kafir olmuşdu. (Maidə surəsi, 102)

Xeyr! Əvvəllər gizlətdikləri günahlar onlara aşkar oldu. Əgər onlar geri qaytarılsaydılar, yenə də özlərinə qadağan olunmuş şeylərə qayıdardılar. Şübhəsiz ki, onlar yalançıdırlar. (Ənam surəsi, 28)

Məgər ölü ikən diriltdiyimiz və özünə də insanlar arasında gəzmək üçün nur verdiyimiz şəxs qaranlıqlar içində qalıb oradan çıxa bilməyən kəs kimi ola bilərmi? Kafirlərə gördükləri işlər beləcə gözəlləşdirildi. (Ənam surəsi, 122)

Allaha qarşı yalan uyduran və ya Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Yazıda olan qismətləri onlara nəsib olacaqdır. Nəhayət, elçilərimiz onların canını almaq üçün yanlarına gəldikdə: “Allahdan savayı çağırdıqlarınız haradadır?” – deyəcəklər. Onlar: “Bizi qoyub qaçıblar!” – deyəcək və kafir olduqlarına dair öz əleyhlərinə şahidlik edəcəklər. (Əraf surəsi, 37)

Ey iman gətirənlər! Kafirlərlə döyüş meydanında qarşılaşsanız, arxanızı onlara çevirməyin. (Ənfal surəsi, 15)

Bax belə! Həqiqətən də, Allah kafirlərin hiyləsini zəiflədər. (Ənfal surəsi, 18)

Əgər siz kafirlər ədalətli hökm diləyirsinizsə, artıq sizə hökm gəlmişdir. Əgər küfrə son qoysanız, bu, sizin üçün xeyirli olar. Yox əgər qayıtsanız (möminlərə qarşı vuruşsanız), Biz də qayıdarıq (sizi yenə məğlub edərik). Dəstəniz nə qədər çox olsa da, bu sizi heç bir şeydən qurtara bilməz. Şübhəsiz ki, Allah möminlərlədir. (Ənfal surəsi, 19)

Ey Peyğəmbər! Möminləri döyüşə ruhlandır. Əgər aranızda iyirmi səbirli kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr; əgər aranızda yüz səbirli kişi olsa, kafirlərdən mininə qalib gələr. Çünki onlar anlamayan adamlardır. (Ənfal surəsi, 65)

Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Allah isə buna yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz nurunu tamamlayar. (Tövbə surəsi, 32)

Haram ayı təxirə salmaq ancaq küfrü artırır. Bununla da kafirlər azdırılırlar. Onlar bunu bir il halal sayır, bir il də haram sayırlar ki, Allahın haram etdiyi ayların sayını uyğunlaşdırsınlar və Allahın haram buyurduğunu halal etsinlər. Beləcə, onların pis əməlləri özlərinə gözəl göstərildi. Allah kafir adamları doğru yola yönəltməz. (Tövbə surəsi, 37)

Əgər siz Peyğəmbərə kömək etməsəniz, bilin ki, Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq Məkkədən çıxartdılar. O iki nəfər mağarada olarkən onlardan biri öz yoldaşına (Əbu Bəkrə) dedi: “Qəm yemə, Allah bizimlədir!” Bundan sonra Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir. (Tövbə surəsi, 40)

Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içərisində əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir. Bu onlara kifayət edər! Allah onlara lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır. (Tövbə surəsi, 68)

Onlar da sizdən əvvəl yaşamış münafiqlər kimidirlər. Onlar sizdən qüvvədə daha üstün, mal-dövlət və övlad baxımından daha çox idilər. Onlar öz paylarından zövq aldılar. Sizdən əvvəlkilər öz paylarından zövq aldıqları kimi, siz də öz payınızdan zövq aldınız. Onlar batil fikirlərə daldıqları kimi, siz də daldınız. Onların əməlləri dünyada da, axirətdə də heçə getmişdir. Məhz onlar ziyana uğrayanlardır. (Tövbə surəsi, 69)

Ey Peyğəmbər! Kafirlərlə və münafiqlərlə vuruş. Onlarla sərt davran. Onların sığınacaqları yer Cəhənnəmdir. Ora nə pis dönüş yeridir! (Tövbə surəsi, 73)

Mədinə əhalisinə və onların ətrafındakı bədəvilərə döyüşdə Allahın Elçisindən geri qalmaq, onun canından öncə öz canlarının hayına qalmaq yaraşmaz. Çünki Allah yolunda onlara üz verən elə bir susuzluq, yorğunluq və aclıq, kafirləri qəzəbləndirən elə bir atılmış addım, düşmən üzərində qazanılan elə bir uğur yoxdur ki, bunların müqabilində onlara yaxşı bir əməl yazılmasın. Həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını puç etməz. (Tövbə surəsi, 120)

Qəlbində xəstəlik olanlara gəlincə, o surə onların murdarlığı üstünə bir murdarlıq da artırır və onlar kafir qalaraq ölürlər. (Tövbə surəsi, 125)

Və bizi Öz mərhəmətinlə kafir qövmün əlindən qurtar!” (Yunis surəsi, 86)

Gəmi onları dağlar kimi dalğalar içərisində apardığı zaman Nuh kənarda duran oğlunu səsləyib dedi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!” (Hud surəsi, 42)

Sonra deyildi: “Ey Nuh! Sənə və səninlə birlikdə olan ümmətlərə Bizim bəxş etdiyimiz əmin-amanlıq və bərəkətlərlə gəmidən en! Özlərinə bir müddət güzəran verəcəyimiz, sonra da Öz tərəfimizdən ağrılı-acılı bir əzaba düçar edəcəyimiz ümmətlər də olacaqdır”. (Hud surəsi, 48)

Ey oğullarım! Yusufdan və qardaşından xəbər tutmaq üçün yola düşün, Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər”. (Yusif surəsi, 87)

Sonra Qiyamət günü Allah onları rüsvay edəcək və deyəcək: “Haqqında mübahisə etdiyiniz şəriklərim haradadır?” Elm verilmiş kimsələr deyəcəklər: “Şübhəsiz ki, bu gün kafirlərə rüsvayçılıq və əzab üz verəcək!” (Nəhl surəsi, 27)

Ola bilsin ki, Rəbbiniz sizə rəhm etsin. Əgər siz fəsad törətməyə qayıtsanız, Biz də sizi cəzalandırmağa qayıdarıq. Biz Cəhənnəmi kafirlər üçün bir zindan etdik. (İsra surəsi, 8)

Olmaya, kafirlər Məni qoyub qullarımı özlərinə dost tutacaqlarını güman edirdilər? Həqiqətən, Biz Cəhənnəmi kafirlər üçün mənzil hazırlamışıq. (Kəhf surəsi, 102)

Məgər kafirlərin üstünə onları günaha sövq edən şeytanları göndərdiyimizi görmürsənmi? (Məryəm surəsi, 83)

Belə olduqda sən kafirlərə baş əymə və onlara qarşı bununla (bu Quranla) böyük bir cihad et! (Furqan surəsi, 52)

Onlar Allahı qoyub özlərinə nə xeyir, nə də zərər verə bilməyənlərə sitayiş edirlər. Kafir öz Rəbbinə qarşı şeytana köməkçidir. (Furqan surəsi, 55)

Sən bu Kitabın sənə nazil olacağına ümid etmirdin. Bu ancaq Rəbbindən bir mərhəmətdir. Odur ki, heç vaxt kafirlərə arxa olma! (Qəsas surəsi, 86)

Məhz o Saatın gələcəyi gün möminlərlə kafirlər ayrılacaqlar. (Rum surəsi, 14)

Bu ona görədir ki, Allah iman gətirib yaxşı işlər görənlərə Öz lütfündən mükafat versin. Şübhəsiz ki, O, kafirləri sevmir. (Rum surəsi, 45)

Ey Peyğəmbər! Allahdan qorx, kafirlərə və münafiqlərə itaət etmə. Həqiqətən, Allah Biləndir, Müdrikdir. (Əhzab surəsi, 1)

Belə etmişik ki, Allah doğru danışanlardan doğruçuluqları barədə soruşsun və kafirlər üçün isə ağrılı-acılı bir əzab hazırlasın. (Əhzab surəsi, 8)

Kafirlərə və münafiqlərə itaət etmə. Onların əziyyətlərinə fikir vermə və Allaha təvəkkül et. Allahın Qoruyan olması kifayətdir. (Əhzab surəsi, 48)

Həqiqətən, Allah kafirləri lənətləmiş və onlar üçün yandırıb- yaxan Od hazırlamışdır. (Əhzab surəsi, 64)

Sizi yer üzündə xələflər edən Odur. Kafirin küfrü öz əleyhinə olar. Kafirlərin küfrü Rəbbi yanında ancaq onlara bəslənən qəzəbi artırar. Kafirlərin küfrü onlara ziyandan başqa bir şey artırmaz. (Fatir surəsi, 39)

diri olanları qorxutsun və kafirlər barəsindəki söz gerçəkləşsin. (Yasin surəsi, 70)

Onlara deyiləcək: “Bu, yalan saydığınız Fərqləndirmə günüdür!” (Saffat surəsi, 21)

Biz onu zalımlar üçün bir sınaq etdik. (Saffat surəsi, 63)

Öz aralarından onlara xəbərdarlıq edən bir peyğəmbər gəldiyinə təəccüb edərək kafirlər dedilər: “Bu, yalançı bir sehrbazdır! (Sad surəsi, 4)

yalnız İblisdən başqa! O təkəbbür göstərdi və kafirlərdən oldu. (Sad surəsi, 74)

Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik” – deyirlər. Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz. (Zumər surəsi, 3)

Allaha qarşı yalan uyduran və həqiqət ona bəyan edildikdə onu yalan sayan kimsədən daha zalım kim ola bilər? Məgər Cəhənnəmdə kafirlər üçün yer yoxdur? (Zumər surəsi, 32)

Xeyr! Ayələrim sənə gəlmişdi, sən isə onları yalan saydın, təkəbbür göstərdin və kafirlərdən oldun”. (Zumər surəsi, 59)

Kafirlər dəstə-dəstə Cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açıq olacaq və onun gözətçiləri onlara deyəcəklər: “Məgər öz içərinizdən Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu gününüzə qovuşacağınızla xəbərdar edən elçilər gəlməmişdi?” Onlar: “Əlbəttə, gəlmişdi!” – deyəcəklər. Lakin əzab Sözü kafirlər barəsində gerçəkləşdi. (Zumər surəsi, 71)

Kafirlərin od sakinləri olacağı barədə Rəbbinin Sözü beləcə həqiqətə çevrildi. (Mümin surəsi, 6)

Kafirlərin xoşuna gəlməsə də, dini məhz Allaha aid sayıb, Ona dua edin! (Mümin surəsi, 14)

Musa onlara Bizim dərgahımızdan həqiqəti bəyan etdikdə onlar dedilər: “Onunla birlikdə iman gətirənlərin oğullarını öldürün, qadınlarını isə sağ buraxın!” Amma bilin ki, kafirlərin hiyləsi boşa çıxar. (Mümin surəsi, 25)

Mələklər deyəcəklər: “Məgər elçiləriniz açıq-aydın dəlillər gətirməmişdilər?” Onlar: “Əlbəttə gətirmişdilər!” – deyəcəklər. Mələklər də: “Elə isə özünüz yalvarın!” – deyəcəklər. Kafirlərin yalvarması isə boş şeydir. (Mümin surəsi, 50)

Allahdan başqa ibadət etdikləriniz?” Onlar deyəcəklər: “Onlar bizi qoyub qaçdılar. Xeyr, biz öncə də heç bir şeyə ibadət etmirdik!” Allah kafirləri beləcə azğınlığa salar. (Mümin surəsi, 74)

Lakin o zaman əzabımızı gördükdə iman gətirmələri onlara heç bir fayda vermədi. Bu, Allahın Öz qulları barəsində əzəldən bəri qüvvədə olan qanunudur. Onda kafirlər ziyana uğradılar. (Mümin surəsi, 85)

Başına gələn bəladan sonra Özümüzdən ona bir mərhəmət daddırsaq, mütləq deyər: “Bu mənim haqqımdır və Mən o Saatın gələcəyini güman etmirəm. Rəbbimə qaytarılsam belə, Onun yanında mənim üçün ən gözəl nemət hazırlanar!” Biz kafirlərə nə etdiklərini mütləq xəbər verəcək və onlara hökmən ağır bir əzab daddıracağıq. (Fussilət surəsi, 50)

O, iman gətirib yaxşı əməllər edənlərin duasını qəbul edər və Öz lütfünü onlara artırar. Kafirlər üçün isə şiddətli əzab hazırlanmışdır. (Şura surəsi, 26)

Peyğəmbər dedi: “Əgər sizə atalarınızın tutduğu o yoldan daha doğrusunu göstərsəm necə?” Onlar dedilər: “Biz sizinlə göndərilənləri inkar edirik”. (Zuxruf surəsi, 24)

Onlara haqq gəldikdə isə: “Bu, sehrdir, biz ona inanmırıq!” – dedilər. (Zuxruf surəsi, 30)

Məgər onlar yer üzündə gəzib dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Allah onları yerli-dibli yox etmişdir. Kafirləri də buna bənzərləri gözləyir. (Məhəmməd surəsi, 10)

Bu ona görədir ki, Allah möminlərin Himayəçisidir. Kafirlərin isə heç bir himayəçisi yoxdur. (Məhəmməd surəsi, 11)

Kim Allaha və Onun Elçisinə iman gətirməzsə, bilsin ki, Biz kafirlər üçün od hazırlamışıq. (Fəth surəsi, 13)

Əgər kafirlər sizinlə vuruşsalar, mütləq arxaya dönüb qaçarlar. Sonra da onlar özlərinə nə bir himayədar, nə də bir yardımçı taparlar. (Fəth surəsi, 22)

Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu əkin cücərtisini üzə çıxarıb onu qüvvətləndirmiş, o da getdikcə qalınlaşıb gövdəsi üstündə şax duraraq əkinçiləri heyran etmişdir. Allah möminlərin sayını artırır, özlərini də qüvvətləndirir ki, kafirləri qəzəbləndirsin. Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük bir mükafat vəd etmişdir. (Fəth surəsi, 29)

Onlara öz aralarından xəbərdarlıq edən bir peyğəmbər gəlməsinə təəccüb edən kafirlər dedilər: “Bu çox qəribə bir şeydir. (Qaf surəsi, 2)

Kafirlər carçıya tərəf tələsərək: “Bu nə çətin bir gündür!” – deyəcəklər. (Qamər surəsi, 8)

O, Rəbbinə yalvarıb: “Məni üstələdilər! Mənə kömək et!” – dedi. (Qamər surəsi, 10)

Sizin kafirləriniz onlardan yaxşıdırmı? Yoxsa Kitablarda sizə toxunulmazlıq vəd edilmişdir? (Qamər surəsi, 43)

Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə dönür. Kimisini axirətdə şiddətli əzab, kimisini də Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. (Hədid surəsi, 20)

Buna imkan tapa bilməyən kəs, qadını ilə yaxınlıq etməzdən əvvəl iki ay ardıcıl oruc tutmalıdır. Buna gücü çatmayan kimsə altmış yoxsulu yedirtməlidir. Bu sizin Allaha və Onun Elçisinə iman gətirməniz üçündür. Bunlar Allahın hüdudlarıdır. Kafirləri isə ağrılı-acılı bir əzab gözləyir. (Mücadilə surəsi, 4)

Allaha və Onun Elçisinə qarşı çıxanlar, özlərindən əvvəlkilərin alçaldıqları kimi alçaldılacaqlar. Biz artıq açıq-aydın ayələr nazil etdik. Kafirləri alçaldıcı bir əzab gözləyir. (Mücadilə surəsi, 5)

Ey iman gətirənlər! Mömin qadınlar hicrət edib sizin yanınıza gəldikləri zaman onları imtahana çəkin. Allah onların imanını daha yaxşı bilir. Əgər bunların mömin olduqlarını bilsəniz, onları kafirlərə qaytarmayın. Nə bunlar onlara halaldır, nə də onlar bunlara halaldırlar. Kafirlərin bu qadınlara sərf etdikləri mehri özlərinə qaytarın. Həmin qadınların mehrlərini özlərinə verdiyiniz halda onlarla evlənməyinizdə sizə heç bir günah yoxdur. Kafir qadınlarınızı kəbin altında saxlamayın, sərf etdiyiniz mehri tələb edin. Qoy onlar da mömin qadınlara sərf etdikləri mehri sizdən tələb etsinlər. Allahın hökmü budur. O sizin aranızda hökm verir. Allah Biləndir, Müdrikdir. (Mumtəhənə surəsi, 10)

Əgər zövcələrinizdən hər hansı biri sizi qoyub kafirlərin yanına getsə və siz də kafirlərlə vuruşub qalib gəlsəniz, ələ keçirdiyiniz qənimətdən zövcələri çıxıb getmiş kimsələrə onların sərf etdikləri mehr qədər verin. İman gətirdiyiniz Allahdan qorxun! (Mumtəhənə surəsi, 11)

Ey iman gətirənlər! Allahın qəzəbinə gəlmiş adamlarla dostluq etməyin. Kafirlər qəbirdəkilərin bir daha diriləcəyinə inanmadıqları kimi, Axirət gününə də ümid etmirlər. (Mumtəhənə surəsi, 13)

Onlar Allahın nurunu öz ağızlarından çıxanlarla söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır. (Saff surəsi, 8)

Sizi yaradan Odur. Kiminiz kafir, kiminiz də mömindir. Allah nə etdiklərinizi görür. (Təğabun surəsi, 2)

Ey Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı vuruş! Onlarla sərt davran! Onların sığınacağı yer Cəhənnəmdir. Ora necə də pis dönüş yeridir! (Təhrim surəsi, 9)

Ya da Mərhəmətli Allahdan başqa sizə kömək edə biləcək qoşununuz varmı? Kafirlər ancaq aldanmaqdadırlar! (Mülk surəsi, 20)

De: “Deyin görüm, əgər Allah məni və mənimlə birlikdə olanları məhv edərsə və ya bizə mərhəmət göstərərsə, bəs siz kafirləri ağrılı-acılı əzabdan kim qurtara bilər?” (Mülk surəsi, 28)

Həqiqətən, bu, kafirlər üçün bir peşmançılıqdır. (Haqqə surəsi, 50)

bunu kafirlər üçün dilədi. O əzabın qarşısını alan tapılmayacaq. (Məaric surəsi, 2)

Nuh dedi: “Ey Rəbbim, kafirlərdən yer üzündə bir nəfəri belə sağ qoyma! (Nuh surəsi, 26)

Əgər Sən onları sağ qoysan, onlar qullarını azdıracaq və yalnız günahkar, kafir övladlar doğub-törədəcəklər. (Nuh surəsi, 27)

Çətin bir gün olacaq. (Müddəssir surəsi, 9)

Həmin gün kafirlərə asan olmayacaqdır. (Müddəssir surəsi, 10)

Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik və onların sayını on doqquz etdik ki, bu, kafirlər üçün ancaq bir sınaq olsun, özlərinə Kitab verilənlər yəqinlik hasil etsinlər, iman gətirənlərin imanı artsın, Kitab verilənlər və möminlər haqqa şübhə etməsinlər və qəlblərində xəstəlik olanlar və kafirlər: “Allah bu məsəllə nə demək istəyir?” – desinlər. Allah istədiyi kimsəni belə azdırır, istədiyini də doğru yola yönəldir. Sənin Rəbbinin qoşunları barədə yalnız Özü bilir. Bu, bəşəriyyət üçün ancaq bir xatırlatmadır. (Müddəssir surəsi, 31)

Doğrudan da, kafirlərdən ötrü zəncirlər, buxovlar və alovsaçan od hazırlamışıq. (İnsan surəsi, 4)

Həqiqətən, Biz sizi yaxın əzab barədə xəbərdar etdik. O gün insan öz əlləri ilə nələr etdiyini görəcək, kafir isə deyəcəkdir: “Kaş mən torpaq olaydım!” (Nəbə surəsi, 40)

Məhz onlar kafirlər, günahkarlardır! (Əbəsə surəsi, 42)

Bu gün məhz iman gətirənlər kafirlərə güləcəklər. (Mutaffifin surəsi, 34)

Kafirlər törətdiklərinin cəzasını aldılarmı?! (Mutaffifin surəsi, 36)

Kafirlərə hələ möhlət ver! Onlara bir az da möhlət ver. (Tariq surəsi, 17)

De: “Ey kafirlər! (Kafirun surəsi, 1)

KAĞIZ

Əgər sənə kağız üzərində bir yazı nazil etsəydik və onlar da əlləri ilə ona toxunsaydılar, kafir olanlar yenə də: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!” – deyərdilər. (Ənam surəsi, 7)

Onlar: “Allah insana heç bir şey nazil etməmişdir” – deməklə Allahı layiqincə qiymətləndirmədilər. De: “Musanın insanlar üçün nur və doğru yolu göstərən rəhbər olaraq gətirdiyi Kitabı kim nazil etmişdir? Siz onu kağızlara yazıb bir qismini göstərir, çoxunu isə gizlədirsiniz. Axı, sizin də, atalarınızın da bilmədiyiniz şeylər sizə öyrədilmişdir”. Sən: “Allah!” – de, sonra da onları burax ki, öz boşboğazlıqları ilə əylənsinlər. (Ənam surəsi, 91)

KAHİN

Onlara xatırlat! Sən öz Rəbbinin neməti sayəsində nə kahinsən, nə də dəli! (Tur surəsi, 29)

O, kahin sözü də deyildir! Necə də az düşünürsünüz! (Haqqə surəsi, 42)

KAİNATIN YARADILIŞI

O, göyləri və yeri icad edəndir. Onun zövcəsi olmadığı halda övladı necə ola bilər? Hər şeyi O xəlq etmişdir. O, hər şeyi bilir. (Ənam surəsi, 101)

Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır. (Əraf surəsi, 54)

Şübhəsiz ki, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. İşləri yoluna qoyan Odur. Yalnız Onun icazəsindən sonra kimsə şəfaətçi ola bilər. Budur, Rəbbiniz Allah. Ona ibadət edin. Məgər düşünüb ibrət almırsınız? (Yunis surəsi, 3)

Günəşi işıqlı, ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə ona mənzillər (səfhələr) müəyyən edən Odur. Allah bunları yalnız haqq naminə yaratmışdır. O, ayələri bilən adamlara belə izah edir. (Yunis surəsi, 5)

Hansınızın daha yaxşı əməl sahibi olduğunu sınamaq üçün, Ərşi su üzərində ikən, göyləri və yeri altı gündə yaradan Odur. Əgər sən: “Siz öləndən sonra diriləcəksiniz!” – desən, kafir olanlar: “Bu, açıq-aydın bir sehrdir!” – deyərlər. (Hud surəsi, 7)

Allahın göyləri və yeri haqdan yaratdığını görmürsənmi? Əgər O, istəsə, sizi yox edib yerinizə yeni bir məxluq gətirər. (İbrahim surəsi, 19)

Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. O Saat mütləq gələcəkdir. Odur ki, Sən onları gözəl tərzdə bağışla. (Hicr surəsi, 85)

Allah göyləri və yeri gerçək yaratmışdır. O, müşriklərin qoşduqları şəriklərdən ucadır. (Nəhl surəsi, 3)

Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenədəmi inanmırlar? (Ənbiya surəsi, 30)

O, göyləri, yeri və onların arasındakıları altı gündə yaratdı, sonra da Ərşə ucaldı. O, Mərhəmətli Allahdır. Bunu biləndən soruş! (Furqan surəsi, 59)

Allah göyləri və yeri gerçək olaraq yaratmışdır. Həqiqətən, bunda möminlər üçün bir ibrət vardır. (Ənkəbut surəsi, 44)

Məgər onlar özlüyündə fikirləşmirlər ki, Allah göyləri, yeri və onların arasındakıları ancaq bir gerçəklik kimi və müəyyən müddətə qədər yaratmışdır? Lakin, insanların çoxu Rəbbi ilə qarşılaşacağını inkar edir. (Rum surəsi, 8)

Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. Sizin Ondan başqa nə bir haminiz, nə də bir şəfaətçiniz vardır. Məgər düşünərək ibrət götürməyəcəksiniz? (Səcdə surəsi, 4)

O, göyləri və yeri bir həqiqət kimi yaratmışdır. O, gecəni gündüzə bürüyür, gündüzü də gecəyə bürüyür. O, günəşi və ayı ram etdi. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir. O, Qüdrətlidir, Bağışlayandır. (Zumər surəsi, 5)

Sonra O, tüstü halında olan göyə tərəf yönəlib ona və yerə: “Könüllü surətdə və ya məcburi olaraq gəlin əmrimə boyun əyin!” – dedi. Onlar: “Könüllü olaraq gəldik!” – dedilər. (Fussilət surəsi, 11)

Biz onları əsl həqiqət kimi yaratdıq, lakin çoxları bunu bilmir. (Duxan surəsi, 39)

Biz göyləri, yeri və onların arasında olanları ancaq bir həqiqət kimi və məlum bir zaman kəsimi üçün yaratdıq. Kafirlər isə xəbərdar edildikləri şeylərdən üz döndərdilər. (Əhqaf surəsi, 3)

O, iki gündə onları yeddi göy kimi yaratdı və hər göyə onun özünə məxsus vəzifə tapşırdı. Biz dünya səmasını qəndillərlə bəzədik və mühafizəmizə götürdük. Bu, Qüdrətli və Bilən Allahın əzəli hökmüdür. (Fussilət surəsi, 12)

Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir yorğunluq üz vermədi. (Qaf surəsi, 38)

Göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Odur. O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir. Siz harada olsanız belə, O sizinlədir. Allah sizin nə etdiklərinizi görür. (Hədid surəsi, 4)

Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. (Talaq surəsi, 12)

KAR

Onlar kar, lal və kor olduqlarına görə doğru yola qayıtmazlar. (Bəqərə surəsi, 18)

Kafirlərin məsəli çığırtı və bağırtıdan başqa bir şey anlamayanları (heyvanları) haylayanın (çobanın) məsəlinə bənzəyir. Onlar kar, lal və kordurlar, haqqı anlamazlar. (Bəqərə surəsi, 171)

Onlar müsibət gəlməyəcəyini güman etdilər, beləliklə də kor və kar oldular. Sonra Allah onların tövbələrini qəbul etdi. Daha sonra isə onlardan bir çoxu yenə kor və kar oldular. Allah onların nə etdiklərini görür. (Maidə surəsi, 71)

Ayələrimizi yalan sayanlar qaranlıqlar içində qalmış karlar və lallardır. Allah istədiyini azdırar, istədiyini isə düz yola yönəldər. (Ənam surəsi, 39)

Şübhəsiz ki, Allah yanında canlıların ən pisi haqqı anlamayan karlar və lallardır. (Ənfal surəsi, 22)

Bu iki zümrənin halı korla karın, görənlə eşidənin halına bənzəyir. Onların halı eyni ola bilərmi? Məgər düşünüb ibrət almırsınız? (Hud surəsi, 24)

Allah kimi doğru yola yönəldirsə, o, doğru yoldadır. Kimi azdırırsa, onlara Ondan başqa dostlar tapa bilməzsən. Qiyamət günü Biz onları kor, lal və kar olduqları halda üzü üstə bir yerə toplayacağıq. Onların sığınacaqları yer Cəhənnəmdir. Onun alovu azaldıqca onlar üçün alovu artıracağıq. (İsra surəsi, 97)

De: “Mən sizi ancaq vəhy ilə qabaqcadan xəbərdar edirəm”. Karlar, xəbərdar edilsələr də, çağırışı eşitməzlər. (Ənbiya surəsi, 45)

Onlara Rəbbinin ayələri xatırlandığı zaman o ayələrə qarşı kar və kor kimi davranmazlar. (Furqan surəsi, 73)

Sözsüz ki, sən nə ölülərə haqqı eşitdirə bilərsən, nə də dönüb gedən karlara çağırışı çatdıra bilərsən. (Nəml surəsi, 80)

Şübhəsiz ki, sən nə ölülərə haqqı, nə də üz çevirib gedən karlara çağırışı eşitdirə bilməzsən. (Rum surəsi, 52)

Sənmi karlara eşitdirəcəksən, yaxud korları və aşkar azğınlıq içində olanları doğru yola yönəldəcəksən? (Zuxruf surəsi, 40)

Onlar Allahın lənətlədiyi, qulaqlarını kar və gözlərini kor etdiyi kimsələrdir. (Məhəmməd surəsi, 23)

KARVAN

Onlardan biri dedi: “Yusufu öldürməyin! Əgər ona qarşı hökmən nə isə etmək istəyirsinizsə, onda onu bir quyuya atın ki, karvanlardan biri onu götürsün!” (Yusif surəsi, 10)

Yusuf onları azuqə ilə təmin edərkən qardaşının yükünün içinə bir piyalə qoydu. Sonra bir carçı qışqırıb dedi: “Ey karvan əhli! Siz oğrusunuz!” (Yusif surəsi, 70)

Karvan Misir torpağından ayrılanda ataları dedi: “Mən, həqiqətən də, Yusufun qoxusunu hiss edirəm. Bircə məni ağılsız saymayaydınız”. (Yusif surəsi, 94)

KASIBLIQ-KASIBLAR

Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır. (Bəqərə surəsi, 177)

Müəyyən sayda olan günləri oruc tutmalısınız. Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar. Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir. (Bəqərə surəsi, 184)

Səndən Allah yolunda nə verəcəklərini soruşurlar. De: “Verəcəyiniz hər bir xeyir valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara və müsafirlərə aiddir. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”. (Bəqərə surəsi, 215)

Yaxınlıq etmədiyiniz və mehrini təyin etmədiyiniz qadınları boşasanız, sizə heç bir günah gəlməz. Onlara şəriətə müvafiq qayda üzrə pay verin. Varlı öz imkanına görə, kasıb da öz imkanına görə versin. Bu isə yaxşılıq edənlər üçün bir borcdur. (Bəqərə surəsi, 236)

Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və mərhəmət olunacağını vəd edir. Allah hər şeyi Əhatəedəndir, Biləndir. (Bəqərə surəsi, 268)

Sədəqə Allah yolunda cihad edən və yer üzündə hərəkət edə bilməyən yoxsullar üçündür. Bu adamlar həya edib dilənmədiklərinə görə tanımayan adam onları varlı hesab edir. Sən onları üzlərindən tanıyırsan. Onlar insanlardan israrla bir şey istəməzlər. Şübhəsiz ki, Allah malınızdan nə sərf etdiyinizi bilir. (Bəqərə surəsi, 273)

“Allah kasıbdır, biz isə varlıyıq!” – deyənlərin sözünü Allah eşitdi. Biz onların dediklərini və haqsız olaraq peyğəmbərləri öldürmələrini yazacaq və onlara deyəcəyik: “Dadın yandırıb-yaxan Odun əzabını! (Ali İmran surəsi, 181)

Yetimləri yetkinlik yaşına çatdıqda onları imtahana çəkin. Əgər onların yetkinliyə çatdıqlarını görsəniz, mallarını özlərinə qaytarın. Onlar böyüyüb mallarını məndən alacaqlar deyə o malı israfçılıqla, tələm-tələsik yeməyin. Varlı olan nəfsini saxlasın, yoxsul olan isə o maldan insafla yesin. Yetimlərin mallarını özlərinə qaytardığınız zaman onlara şahidlər tutun. Haqq-hesab çəkməyə Allah yetər. (Nisa surəsi, 6)

Əgər bölgü vaxtı orada qohumlar, yetimlər və kasıblar iştirak edərlərsə, onlara o maldan bir şey verin, özlərinə də xoş söz deyin. (Nisa surəsi, 8)

Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz kölə və kənizlərə yaxşılıq edin! Həqiqətən, Allah lovğalıq edənləri və özünü öyənləri sevmir. (Nisa surəsi, 36)

Ey iman gətirənlər! Şahidliyiniz özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri olub ədaləti qoruyun. Əleyhinə şahidlik edəcəyiniz şəxslərin varlı və ya kasıb olmasından asılı olmayaraq Allah onların hər ikisinə daha yaxındır. Arzularınıza uyaraq haqdan uzaqlaşmayın! Əgər siz yalan danışsanız və ya həqiqəti deməkdən boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Nisa surəsi, 135)

Allah sizi qəsdiniz olmadan içdiyiniz andlara görə (onları pozmağa görə) cəzalandırmaz, lakin O, sizi qəsdlə içdiyiniz andlara görə cəzalandıracaqdır. Bunun kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabı dəyərində ya on kasıbı yedirtmək və ya onları geyindirmək və yaxud da bir köləni azad etməkdir. Kəffarə vermək üçün bir şey tapmayan kimsə üç gün oruc tutsun. Bu, and içib sonra pozduğunuz andlarınızın kəffarəsidir. Andlarınızı qoruyun! Allah Öz ayələrini sizə bu cür bəyan edir ki, bəlkə şükür edəsiniz. (Maidə surəsi, 89)

Ey iman gətirənlər! İhramda ikən ovu öldürməyin. Sizlərdən kim onu qəsdən öldürərsə, kəffarəsi öldürdüyünə bənzər bir qurbanlıq heyvanı əvəz ödəməkdir. Buna sizlərdən iki ədalətli kişi qərar verməli, sonra da həmin qurbanlıq heyvan Kəbəyə çatdırılmalıdır. Yaxud kəffarə olaraq kasıbları yedirtməli, yaxud da buna bərabər oruc tutmalıdır ki, öz işinin zərərini dadsın. Allah olub-keçənləri bağışlamışdır. Hər kim yenə bu günaha qayıtsa, Allah ondan intiqam alar. Allah Qüdrətlidir, intiqam almağa qadirdir. (Maidə surəsi, 95)

De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum”. Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq ucbatından uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Murdar əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın, öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız. (Ənam surəsi, 151)

Ey iman gətirənlər! Həqiqətən də, müşriklər murdardırlar. Odur ki, özlərinin bu ilindən sonra Məscidulharama yaxınlaşmasınlar. Əgər kasıblıqdan qorxursunuzsa, bilin ki, Allah istəsə, Öz lütfündən bəxş etməklə sizi varlandırar. Həqiqətən, Allah Biləndir, Müdrikdir. (Tövbə surəsi, 28)

Zəkatlar Allah tərəfindən bir fərz olaraq yalnız yoxsullara, kasıblara, onu yığıb paylayanlara, qəlbləri İslam dininə isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə və müsafirlərə məxsusdur. Allah Biləndir, Müdrikdir. (Tövbə surəsi, 60)

Qohum-əqrəbaya da, yoxsula da, müsafirə də haqqını ver. Lakin malını lazım olmayan yerə sərf etmə. (İsra surəsi, 26)

Yoxsulluq qorxusundan uşaqlarınızı öldürməyin. Axı onların da, sizin də ruzinizi Biz veririk. Onları öldürmək, həqiqətən də, böyük günahdır. (İsra surəsi, 31)

Gəmiyə gəlincə, o, dənizdə çalışan kasıb adamlara məxsus idi. Mənim onu korlamağımın səbəbi, onların önündə hər bir yararlı gəmini zorla ələ keçirən hökmdarın olması idi. (Kəhf surəsi, 79)

Qoy onlar öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara verdiyi heyvanları qurban kəsərkən Allahın adını çəksinlər. Onlardan özünüz də yeyin, sıxıntı içində olan yoxsullara da yedirdin! (Həcc surəsi, 28)

Biz qurbanlıq dəvələri də sizin üçün Allahın dininin ayinlərindən etdik. Onlarda sizin üçün xeyir vardır. Onları səf-səf düzülmüş halda kəsərkən Allahın adını çəkin. Böyrü üstə yıxıldıqları zaman onlardan özünüz də yeyin, aza qane olan kasıba və dilənçiyə də yedirdin. Beləcə, onları (qurbanlıq heyvanları) sizə tabe etdik ki, bəlkə şükür edəsiniz. (Həcc surəsi, 36)

Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə heç bir şey verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir. (Nur surəsi, 22)

Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin. Əgər onlar kasıbdırlarsa, Allah öz lütfü ilə onları varlı edər. Allah lütfü ilə Genişdir, Biləndir! (Nur surəsi, 32)

Qohum-əqrəbaya, yoxsula və müsafirə onlara çatacaq haqqını ver! Allahın Üzünü diləyənlər üçün bu daha xeyirlidir. Uğur qazananlar da elə məhz onlardır. (Rum surəsi, 38)

Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə Zəngindir, Tərifəlayiqdir. (Fatir surəsi, 15)

Budur, siz Allah yolunda malınızdan xərcləməyə dəvət edilirsiniz. Aranızda isə simiclik edənlər də tapılır. Kim simiclik etsə, ancaq öz əleyhinə etmiş olar. Allah Zəngin, siz isə kasıbsınız. Əgər üz çevirsəniz, yerinizə sizin tayınız olmayan başqa insanlar gətirər. (Məhəmməd surəsi, 38)

Onların mal-dövlətində dilənçinin və yoxsulun payı vardır. (Zəriyət surəsi, 19)

Daha doğrusu nemətlərdən məhrum olduq!” (Vaqiə surəsi, 67)

Allahın Öz Peyğəmbərinə kəndlərin əhalisindən verdiyi qənimətlər Allaha, Peyğəmbərə, qohum-əqrəbaya, yetimlərə, yoxsullara və müsafirlərə məxsus edilmişdir ki, o, aranızdakı zənginlərin var-dövləti olub qalmasın. Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir. (Həşr surəsi, 7)

Qənimət həmçinin yurdlarından qovulmuş və mallarından məhrum olunmuş yoxsul mühacirlərə məxsusdur. Onlar Allahın mərhəmətini və razılığını qazanmağa can atır, Allaha və Onun Elçisinə kömək edirlər. Doğru olanlar da məhz onlardır. (Həşr surəsi, 8)

“Bu gün oraya – yanınıza heç bir kasıb girməsin!” (Qələm surəsi, 24)

Xeyr! Biz bu bağın xeyrindən məhrum olmuşuq!” (Qələm surəsi, 27)

və heç kəsi kasıbı yedirtməyə rəğbətləndirmirdi. (Haqqə surəsi, 34)

dilənən və həya edib dilənməyən miskinlər üçün. (Məaric surəsi, 25)

Kasıbı da yedizdirməzdik. (Müddəssir surəsi, 44)

kasıbı yedirməyə bir-birinizi təhrik etmirsiniz, (Fəcr surəsi, 18)

yaxud aclıqdan yerə uzanmış kasıba! (Bələd surəsi, 16)

Kasıb olduğun zaman səni varlandırmadımı? (Duha surəsi, 8)

Səndən kömək diləyəni qovma! (Duha surəsi, 10)

və heç kəsi kasıba əl tutmağa sövq etməz. (Maun surəsi, 3)

KATİB

Ey iman gətirənlər! Müəyyən bir müddətədək bir-birinizə borc verdikdə onu yazın. Qoy bunu aranızda bir katib ədalətlə qeyd etsin. Katib Allahın onu öyrətdiyi kimi yazmaqdan boyun qaçırmamalıdır. Qoy o yazsın, borc alan da (götürdüyü borcun miqdarını) yazdırsın, Rəbbi olan Allahdan qorxsun və borcdan heç nə əskiltməsin. Əgər borc alan ağıldan zəif və ya acizdirsə və yaxud özü yazdırmağa qadir deyilsə, qoy onun etibarlı yaxın adamı borcu ədalətlə yazdırsın. Aranızdakı kişilərdən iki nəfəri şahid tutun. Əgər iki kişi olmazsa, razı olduğunuz şahidlərdən bir kişi və iki qadını şahid tutun ki, qadınlardan biri unutduqda, o birisi onun yadına salsın. Şahidlər şahidlik etməyə çağırıldıqda boyun qaçırmasınlar. Az da olsa, çox da olsa, həmin məbləği və onun vaxtını yazmaqdan usanmayın. Bu, Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməyiniz üçün daha münasibdir. Yalnız aranızda gedən nağd ticarət istisnadır. Bunu yazmamağınız isə sizin üçün günah deyildir. Alver etdikdə şahid tutun. Amma katibə və şahidə zərər verilməməlidir. Əgər zərər yetirsəniz, şübhəsiz ki, bu, sizin üçün günahdır. Allahdan qorxun, Allah da sizi öyrətsin. Allah hər şeyi bilir. (Bəqərə surəsi, 282)

Əgər səfərdə olsanız və katib tapmasanız, borc yiyəsinə saxlanılması üçün girov verin. Əgər sizlərdən biri digərinə etibar edibsə, qoy etibar olunmuş kimsə ona verilmiş borcu qaytarsın və Rəbbi olan Allahdan qorxsun. Şahidliyi gizlətməyin. Kim onu gizlədirsə, şübhəsiz ki, qəlbi günahkardır. Allah nə etdiklərinizi bilir. (Bəqərə surəsi, 283)

Bu səhifələr elçilərin əllərində – (Əbəsə surəsi, 15)

KEÇİ

Allah, o heyvanlardan səkkiz cift yaratdı; qoyundan ikisini və keçidən ikisini. De: “O, iki erkəyi haram buyurdu, yoxsa iki dişini, yaxud iki dişinin qarnındakı balaları? Əgər doğru danışanlarsınızsa, elmə əsaslanıb bu haqda mənə xəbər verin”. (Ənam surəsi, 143)

KEŞİK

Ey iman gətirənlər! Səbir edin, dözümlü olun, sərhəd boyu növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız! (Ali İmran surəsi, 200)

KEŞİŞ

Yəhudiləri və müşrikləri iman gətirənlərə qarşı düşmənçilik edən insanların ən pisi olduğunu görəcəksən. “Biz xaçpərəstik!” – deyənləri isə dostluq baxımından iman gətirənlərə ən yaxın olduğunu görəcəksən. Çünki onların arasında keşişlər və rahiblər vardır və onlar təkəbbürlük göstərmirlər. (Maidə surəsi, 82)

KƏBƏ

Biz evi (Kəbəni) insanlar üçün ziyarət və əmin-amanlıq yeri etdik. “İbrahimin dayandığı yeri namazgah edin!” Biz İbrahimə və İsmailə: “Evimi təvaf edənlər, etikafa girənlər, rüku və səcdə edənlər üçün təmizləyin!” – dedik. (Bəqərə surəsi, 125)

Həqiqətən, aləmlərdən ötrü bərəkət və doğru yol göstəricisi kimi insanlar üçün ilk qurulan ev Bəkkədədir. (Ali İmran surəsi, 96)

Orada aydın nişanələr – İbrahimın məqamı vardır. Oraya daxil olanın təhlükəsizliyi təmin olunar. Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur. Kim bunu inkar edərsə, bilsin ki, Allahın aləmlərə ehtiyacı yoxdur. (Ali İmran surəsi, 97)

Allah Kəbəni – müqəddəs evi, haram ayı, qurbanı və boynuna nişan taxılmış qurbanlıq heyvanları insanların işlərini yoluna qoymaq üçün bir vasitə kimi müəyyən etdi. Bu ona görədir ki, siz göylərdə və yerdə olanların Allaha bəlli olmasını və Allahın hər şeyi Bilən olduğunu anlayasınız. (Maidə surəsi, 97)

Bir zaman Biz İbrahimə evin (Kəbənin) yerini nişan verib: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə!” – demişdik. (Həcc surəsi, 26)

KƏFFARƏ

Biz Tövratda onlara yazıb buyurduq ki, cana can, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş, vurulmuş yaralara da yaralar qisas alınmalıdır. Hər kəs bunu sədəqə etsə (qisasdan vaz keçsə), bu onun üçün kəffarə olar. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar zalımlardır. (Maidə surəsi, 45)

Allah sizi qəsdiniz olmadan içdiyiniz andlara görə (onları pozmağa görə) cəzalandırmaz, lakin O, sizi qəsdlə içdiyiniz andlara görə cəzalandıracaqdır. Bunun kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabı dəyərində ya on kasıbı yedirtmək və ya onları geyindirmək və yaxud da bir köləni azad etməkdir. Kəffarə vermək üçün bir şey tapmayan kimsə üç gün oruc tutsun. Bu, and içib sonra pozduğunuz andlarınızın kəffarəsidir. Andlarınızı qoruyun! Allah Öz ayələrini sizə bu cür bəyan edir ki, bəlkə şükür edəsiniz. (Maidə surəsi, 89)

Ey iman gətirənlər! İhramda ikən ovu öldürməyin. Sizlərdən kim onu qəsdən öldürərsə, kəffarəsi öldürdüyünə bənzər bir qurbanlıq heyvanı əvəz ödəməkdir. Buna sizlərdən iki ədalətli kişi qərar verməli, sonra da həmin qurbanlıq heyvan Kəbəyə çatdırılmalıdır. Yaxud kəffarə olaraq kasıbları yedirtməli, yaxud da buna bərabər oruc tutmalıdır ki, öz işinin zərərini dadsın. Allah olub-keçənləri bağışlamışdır. Hər kim yenə bu günaha qayıtsa, Allah ondan intiqam alar. Allah Qüdrətlidir, intiqam almağa qadirdir. (Maidə surəsi, 95)

KİLSƏ

Onlar ancaq “Rəbbimiz Allahdır” – dediklərinə görə haqsız yerə yurdlarından çıxarıldılar. Əgər Allah insanların bəzilərini, digərləri ilə dəf etməsəydi, içərisində Allahın adı çox zikr olunan hücrələr, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir. (Həcc surəsi, 40)

KİMSƏSİZ

Və ya damları uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin hekayətini bilmirsənmi? O demişdi: “Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” Allah onu öldürüb yüz il saxladı, sonra da dirildib dedi: “Nə qədər qaldın?” O dedi: “Bir gün yaxud bir gündən də az qaldım!” Allah dedi: “Əksinə, sən yüz il qaldın. Öz yeməyinə və içdiyin suya bax, hələ də xarab olmayıb. Uzunqulağına da bax! Biz səni insanlar üçün bir dəlil etdik. Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük”. Ona həqiqət bəlli olduqda: “Mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir!” – dedi. (Bəqərə surəsi, 259)

Məryəm uşağa qaldı və bətnindəki ilə birlikdə gedib uzaq bir yerə çəkildi. (Məryəm surəsi, 22)

ancaq tək Allaha ibadət edənlərdən və Ona şərik qoşmayanlardan olun! Kim Allaha şərik qoşsa, sanki o, göydən düşər, quşlar onu alıb aparar, yaxud külək onu sovurub uzaq bir yerə atar. (Həcc surəsi, 31)

KİN

Ey iman gətirənlər! Sizlərdən olmayanı özünüzə sirdaş tutmayın. Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından çıxan sözlərdən bəllidir. Kökslərində gizlətdikləri düşmənçilik isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik. (Ali İmran surəsi, 118)

“Biz xaçpərəstik!” – deyənlərlə də əhd bağlamışdıq. Onlar da özlərinə öyrədilənin bir hissəsini unutdular. Buna görə də onların arasına Qiyamət gününə qədər ədavət və kin saldıq. Allah onlara nə etdikləri barədə xəbər verəcəkdir. (Maidə surəsi, 14)

Yəhudilər dedilər: “Allahın Əli bağlıdır!” Onların öz əlləri bağlandı və dedikləri sözə görə lənətə gəldilər. Əksinə, Onun hər iki Əli açıqdır və O, Öz lütfündən istədiyi kimi sərf edir. Əlbəttə, Rəbbindən sənə nazil edilən Kitab onlardan bir çoxunun azğınlığını və küfrünü artıracaqdır. Biz onların arasına Qiyamət gününə qədər ədavət və kin saldıq. Onlar hər dəfə müharibə alovunu yandırdıqda Allah onu söndürər. Onlar yer üzündə fitnəkarlıq törətməyə səy göstərirlər. Allah isə fitnəkarları sevmir! (Maidə surəsi, 64)

İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə vardır. Onlar öz qövmünə dedilər: “Həqiqətən, biz sizdən və sizin Allahdan başqa tapındığınız şeylərdən uzağıq. Biz sizi inkar edirik. Siz bir olan Allaha iman gətirincəyə qədər bizimlə sizin aranızda daim ədavət və nifrət olacaqdır!” Yalnız İbrahimin öz atasına: “Mən sənin üçün mütləq bağışlanma diləyəcəyəm. Fəqət Allahdan sənə gələn əzabı dəf edə bilmərəm!” – deməsi istisnadır. Onlar dedilər: “Ey Rəbbimiz! Biz yalnız Sənə təvəkkül edir və yalnız Sənə üz tuturuq. Dönüş də yalnız Sənədir. (Mumtəhənə surəsi, 4)

Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur. (Kövsər surəsi, 3)

Səhabələrdən sonra gələnlər deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!” (Həşr surəsi, 10)

KİTABLAR

O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar. (Bəqərə surəsi, 4)

Sizdə olanı təsdiqləyici kimi nazil etdiyimə (Qurana) iman gətirin və onu inkar edənlərin ən birincisi olmayın! Mənim ayələrimi ucuz qiymətə satmayın və yalnız Məndən qorxun. (Bəqərə surəsi, 41)

Onların arasında Kitabı bilməyən elə savadsızlar vardır ki, onlar ancaq xülyalara dalar və ancaq zənnə uyarlar. (Bəqərə surəsi, 78)

Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: “Bu, Allah tərəfindəndir!” – deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şeyə görə vay onların halına! (Bəqərə surəsi, 79)

Deyin: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq!” (Bəqərə surəsi, 136)

Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər: “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!” (Bəqərə surəsi, 285)

De: “Biz Allaha, bizə nazil edilənə, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil edilənlərə, Musaya, İsaya və peyğəmbərlərə öz Rəbbi tərəfindən verilənlərə iman gətirdik. Biz onların heç birinin arasında fərq qoymuruq. Biz təkcə Ona təslim olanlarıq!” (Ali İmran surəsi, 84)

Ey iman gətirənlər! Allaha, Onun Elçisinə və Elçisinə nazil etdiyi Kitaba və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allahı, Onun mələklərini, kitablarını, elçilərini və Axirət gününü inkar edən şəxs dərin bir azğınlığa düşmüşdür. (Nisa surəsi, 136)

Kitab verdiyimiz kəslər sənə nazil edilənə sevinirlər. Firqələr arasında eləsi də vardır ki, onun bir qismini inkar edirlər. De: “Mənə Allaha ibadət etmək və Ona şərik qoşmamaq əmr edilmişdir. Mən sizi yalnız Ona ibadət etməyə çağırıram və qayıdışım da yalnız Onadır!” (Rad surəsi, 36)

İçərilərindən zülm edənlər istisna olmaqla Kitab əhli ilə ən gözəl tərzdə mübahisə edin və deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana iman gətirdik. Bizim də məbudumuz, sizin də məbudunuz birdir. Biz yalnız Ona itaət edirik”. (Ənkəbut surəsi, 46)

Beləcə, bu Kitabı sənə nazil etdik. Kitab verdiyimiz şəxslər də ona iman gətirirlər. Onların arasında ona (Qurana) iman gətirənlər vardır. Bizim ayələrimizi ancaq kafirlər inkar edirlər. (Ənkəbut surəsi, 47)

Əgər onlar səni yalançı hesab etsələr, bil ki, onlardan əvvəlkilər də elçiləri yalançı hesab etmişdilər. Halbuki elçiləri onlara aydın dəlillər, müqəddəs yazılar və nur saçan kitab gətirmişdilər. (Fatir surəsi, 25)

Biz Nuhu və İbrahimi göndərdik, peyğəmbərliyi və Kitabı onların nəslinə nəsib etdik. Onların bir qismi doğru yoldadır, çoxu isə fasiqlərdir. (Hədid surəsi, 26)

KÖLƏ

Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır. (Bəqərə surəsi, 177)

Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə vacib edildi. Azad kəsə görə azad olandan, köləyə görə kölədən, qadına görə qadından qisas alın! Əgər qatil qardaşı (ölənin varisləri) tərəfindən (qanbahası müqabilində) bir şeylə əfv edilsə, onda insafla davranmalı və qanbahası ona müvafiq qaydada ödənilməlidir. Bu, Rəbbiniz tərəfindən bir yüngülləşdirmə və mərhəmətdir. Bundan sonra kim həddi aşsa, onun üçün ağrılı-acılı bir əzab vardır. (Bəqərə surəsi, 178)

Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin. Əlbəttə, iman gətirmiş bir kəniz, sizi heyran edən müşrik bir qadından daha xeyirlidir. Müşrik kişilər iman gətirməyincə mömin qadınları onlara ərə verməyin. Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir. Onlar Oda çağırırlar. Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa dəvət edir. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar. (Bəqərə surəsi, 221)

Xəta istisna olmaqla heç bir möminə başqa bir mömini öldürmək yaraşmaz. Hər kəs səhvən bir mömini öldürərsə, bir mömin kölə azad etməli və ölənin ailəsinə qanbahası verməlidir. Onların sədəqə verməsi (qatili əfv etməsi) isə istisnadır. Əgər o ölən kimsə, mömin olduğu halda, sizə düşmən olan bir camaatdandırsa, onda qatil mömin bir kölə azad etməlidir. Əgər o, sizinlə aralarında müqavilə olan bir camaatdandırsa, onda qatil onun ailəsinə qanbahası verməli və mömin bir kölə azad etməlidir. Bunları etməyə imkan tapa bilməyən kəs Allah tərəfindən tövbəsinin qəbul olması üçün iki ay ardıcıl oruc tutmalıdır. Allah Biləndir, Müdrikdir. (Nisa surəsi, 92)

Allah sizi qəsdiniz olmadan içdiyiniz andlara görə (onları pozmağa görə) cəzalandırmaz, lakin O, sizi qəsdlə içdiyiniz andlara görə cəzalandıracaqdır. Bunun kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabı dəyərində ya on kasıbı yedirtmək və ya onları geyindirmək və yaxud da bir köləni azad etməkdir. Kəffarə vermək üçün bir şey tapmayan kimsə üç gün oruc tutsun. Bu, and içib sonra pozduğunuz andlarınızın kəffarəsidir. Andlarınızı qoruyun! Allah Öz ayələrini sizə bu cür bəyan edir ki, bəlkə şükür edəsiniz. (Maidə surəsi, 89)

Zəkatlar Allah tərəfindən bir fərz olaraq yalnız yoxsullara, kasıblara, onu yığıb paylayanlara, qəlbləri İslam dininə isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə və müsafirlərə məxsusdur. Allah Biləndir, Müdrikdir. (Tövbə surəsi, 60)

Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin. Əgər onlar kasıbdırlarsa, Allah öz lütfü ilə onları varlı edər. Allah lütfü ilə Genişdir, Biləndir! (Nur surəsi, 32)

Başıma qaxdığın o nemətin də İsrail oğullarını özünə kölə etməyindir”. (Şuəra surəsi, 22)

Qadınlarını anaya bənzədərək özlərinə haram edib, sonra sözlərini geri götürənlər onlarla yaxınlıq etməzdən əvvəl bir kölə azad etməlidirlər. Bu sizə verilən öyüd-nəsihətdir. Allah nə etdiklərinizdən xəbərdardır. (Mücadilə surəsi, 3)

Sən nə bilirsən ki, sərt yoxuş nədir? (Bələd surəsi, 12)

O, bir kölə azad etməkdir (Bələd surəsi, 13)

KÖLGƏ

Biz sizin üstünüzə buludla kölgə saldıq, sizə manna və bildirçin endirdik və: “Sizə ruzi olaraq verdiyimiz pak şeylərdən yeyin!” – dedik. Onlar Bizə deyil, ancaq özlərinə zülm etdilər. (Bəqərə surəsi, 57)

Yoxsa onlar ancaq onu gözləyirlər ki, Allah bulud kölgəsində mələklərlə birlikdə gəlsin və iş bitmiş olsun? Bütün işlər Allaha qaytarılacaqdır. (Bəqərə surəsi, 210)

İman gətirib saleh əməllər işləyənləri isə ağacları altından çaylar axan, içində əbədi məskunlaşacaqları Cənnət bağlarına daxil edəcəyik. Onlar üçün orada pak zövcələr vardır. Biz onları sıx kölgəliklərdə yerləşdirəcəyik. (Nisa surəsi, 57)

Biz onları on iki nəslə – ümmətə böldük. Qövmü Musadan su istədikdə, Biz ona: “Əsanla daşa vur!” – deyə vəhy etdik. Ondan on iki çeşmə qaynayıb çıxdı. Hər qəbilə özünün su içəcəyi yeri bildi. Biz onların üstünə buludla kölgə saldıq, onlara manna və bildirçin endirdik, özlərinə də: “Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin!” – dedik. Onlar Bizə zülm etmədilər, ancaq özləri özlərinə zülm etdilər. (Əraf surəsi, 160)

Bir zaman dağı yerindən qoparıb onların başı üstünə bulud kimi qaldırmışdıq və onlar da elə zənn etmişdilər ki, dağ onların üstünə düşəcək. Biz onlara: “Sizə verdiyimizdən möhkəm yapışın və içindəkiləri xatırlayın ki, bəlkə, qorxasınız!” – demişdik. (Əraf surəsi, 171)

Göylərdə və yerdə olan məxluqlar da, onların kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edir. (Rad surəsi, 15)

Müttəqilərə vəd edilmiş Cənnətin vəsfi belədir; onun ağacları altından çaylar axar və onun yeməkləri də, kölgəsi də daimidir. Müttəqilərin aqibəti budur. Kafirlərin aqibəti isə Oddur. (Rad surəsi, 35)

Məgər onlar Allahın xəlq etdiyi hər hansı bir şeyi müşahidə etməyiblərmi? Onların kölgələri müti surətdə Allaha səcdə edərək sağa-sola əyilir. (Nəhl surəsi, 48)

Allah, yaratdıqları şeylərdən sizin üçün kölgələr əmələ gətirdi, dağlarda sizin üçün mağaralar saldı, sizi istidən qoruyacaq paltarlar və döyüşdə mühafizə edəcək zirehli geyimlər düzəltdi. Beləcə, Allah Öz nemətini sizə tamamlayır ki, bəlkə müsəlman olasınız. (Nəhl surəsi, 81)

Məgər Rəbbinin kölgəni necə uzatdığını görmürsənmi? Əgər O istəsəydi, onu hərəkətsiz halda saxlayardı. Sonra Biz günəşi onun bələdçisi etdik. (Furqan surəsi, 45)

Onlar isə onu yalançı saydılar və buna görə də kölgəli günün əzabı onları yaxaladı. Həqiqətən, o, böyük bir günün əzabı idi. (Şuəra surəsi, 189)

Musa onların yerinə qoyunlara su verdi, sonra da kölgəyə çəkilib dedi: “Ey Rəbbim! Sənin mənə nazil edəcəyin xeyrə ehtiyacım var!” (Qəsas surəsi, 24)

Dağların saldığı kölgələr kimi dalğalar onları çulğadığı zaman onlar dini məhz Allaha məxsus edərək Ona yalvararlar. Allah onları xilas edib quruya çıxartdıqda isə aralarından bəziləri küfrlə iman arasında orta yol tutar. Bizim ayələrimizi yalnız nankor xainlər inkar edərlər. (Loğman surəsi, 32)

kölgə ilə bürkü də eyni deyildir. (Fatir surəsi, 21)

Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər. (Yasin surəsi, 56)

uzanmış kölgəliklərdə, (Vaqiə surəsi, 30)

qapqara duman kölgəsində olacaqlar. (Vaqiə surəsi, 43)

Cənnət ağaclarının kölgələri özləri onlara yaxınlaşacaq, meyvələri də tam onların ixtiyarına veriləcək. (İnsan surəsi, 14)

Üç qola ayrılan kölgəliyə gedin!” (Mürsəlat surəsi, 30)

Ora nə kölgə salır, nə də alovdan qoruyur. (Mürsəlat surəsi, 31)

Şübhəsiz ki, müttəqilər kölgəliklərdə, çeşmələr başında (Mürsəlat surəsi, 41)

KÖNÜLDƏN EDİLƏN DAVRANIŞLAR

Onlar dedilər: “Allah Özünə övlad götürmüşdür!” Halbuki O, pakdır, müqəddəsdir! Həqiqətən, göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Hər şey Ona baş əyir. (Bəqərə surəsi, 116)

De: “Allah barəsində bizimlə mübahisəmi edirsiniz? Halbuki O, bizim də Rəbbimiz, sizin də Rəbbinizdir! Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Biz Ona sadiq olanlarıq!” (Bəqərə surəsi, 139)

Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir. Kim evi (Kəbəni) həcc və ya ümrə niyyəti ilə ziyarət edərsə, bunları təvaf etməsində ona heç bir günah olmaz. Kim yaxşı bir iş görsə, bilsin ki, Allah şükrün əvəzini verəndir, Biləndir. (Bəqərə surəsi, 158)

Müəyyən sayda olan günləri oruc tutmalısınız. Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar. Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir. (Bəqərə surəsi, 184)

Namazları və (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun. (Bəqərə surəsi, 238)

onlar səbir edən, doğru danışan, müti olan, malından Allah yolunda xərcləyən və sübh çağına yaxın bağışlanma diləyən kimsələrdir. (Ali İmran surəsi, 17)

Ey Məryəm! Rəbbinə itaət et, səcdə qıl və rükuya gedənlərlə birlikdə rükuya get!” (Ali İmran surəsi, 43)

Qadınlara öz mehrlərini könül xoşluğu ilə verin! Əgər onlar öz xoşları ilə bundan sizə bir pay versələr, onu nuşcanlıqla və halallıqla yeyin! (Nisa surəsi, 4)

Allahın onlardan birini digərindən üstün etdiyinə və öz mallarından xərclədiklərinə görə kişilər qadınlar üzərində himayəçidirlər. Əməlisaleh qadınlar Allaha itaət edər və qorunması lazım gələn şeyləri Allahın himayəsi sayəsində qoruyub saxlayarlar. Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, yataqda onları tərk edin və tənbeh edin! Əgər sizə itaət etsələr, onlara əziyyət vermək üçün başqa yol axtarmayın. Həqiqətən, Allah Ucadır, Böyükdür. (Nisa surəsi, 34)

Sizi quruda və dənizdə hərəkət etdirən Odur. Siz gəmilərdə olduğunuz, gəmilər də içindəkiləri xoş bir küləklə apardığı və onlar buna sevindikləri zaman birdən fırtına qopar və dalğalar hər yandan onların üstünə gələr. Dalğaların onları bürüyəcəyini yəqin etdikdə isə Allaha – dini məhz Ona aid edərək yalvarıb deyərlər: “Əgər bizi bundan xilas etsən, əlbəttə, şükür edənlərdən olarıq”. (Yunis surəsi, 22)

Həqiqətən, İbrahim həlim, Allaha çox yalvaran və Ona üz tutan bir şəxs idi. (Hud surəsi, 75)

Həqiqətən, İbrahim Allaha müti, hənif bir rəhbər idi. O, müşriklərdən deyildi. (Nəhl surəsi, 120)

Onlar gəmiyə mindikləri zaman, dini yalnız Allaha məxsus edərək, Ona yalvarırlar. Allah onları xilas edib quruya çıxaran kimi, yenə də Ona şərik qoşurlar. (Ənkəbut surəsi, 65)

Göylərdə və yerdə kim varsa, Ona məxsusdur. Hamısı Ona təzim edir. (Rum surəsi, 26)

Tövbə edərək Ona üz tutun, Ondan qorxun, namaz qılın və şərik qoşanlardan olmayın! (Rum surəsi, 31)

İnsanların başına bir bəla gəldiyi zaman Rəbbinə üz tutub Ona yalvarırlar. Sonra O, Özündən onlara bir mərhəmət daddıran kimi, onlardan bir dəstə Rəbbinə şərik qoşur. (Rum surəsi, 33)

Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etməyə cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm. (Loğman surəsi, 15)

Dağların saldığı kölgələr kimi dalğalar onları çulğadığı zaman onlar dini məhz Allaha məxsus edərək Ona yalvararlar. Allah onları xilas edib quruya çıxartdıqda isə aralarından bəziləri küfrlə iman arasında orta yol tutar. Bizim ayələrimizi yalnız nankor xainlər inkar edərlər. (Loğman surəsi, 32)

Sizlərdən hər kim Allaha və Onun Elçisinə itaət edib yaxşı işlər görsə, ona mükafatını ikiqat verərik. Biz onun üçün bol ruzi hazırlamışıq. (Əhzab surəsi, 31)

Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbirli kişilər və səbirli qadınlar, Allaha baş əyən kişilər və baş əyən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və ismətlərini qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır. (Əhzab surəsi, 35)

Məgər onlar göydə və yerdə qarşılarına və arxalarına baxmırlarmı? Əgər istəsək, onları yerə batırar və yaxud göyün bir parçasını onların başına endirərik. Şübhəsiz ki, bunda tövbə edib Allaha qayıdan hər bir qul üçün ibrət vardır. (Səba surəsi, 9)

Davud dedi: “O sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə, sənə qarşı haqsızlıq etmişdir. Həqiqətən, şəriklərin çoxu bir-birinin haqqını tapdalayar. Yalnız iman gətirib yaxşı işlər görənlərdən başqa. Onlar isə çox azdırlar!” Bunları dedikdən sonra, Davud Bizim onu sınağa çəkdiyimizi yəqinləşdirərək, Rəbbindən özünün bağışlanmasını dilədi və səcdəyə qapanıb tövbə etdi. (Sad surəsi, 24)

İnsana bir zərər toxunduqda Rəbbinə üz tutub təkcə Ona yalvarır. Sonra Allah Özündən insana bir nemət verəndə o, əvvəlcə kimə yalvardığını unudur və insanları Allahın yolundan çıxartmaq məqsədilə Ona şəriklər qoşur. De: “Küfrünlə bu dünyada bir az dolan. Şübhəsiz ki, sən Cəhənnəm sakinlərindənsən!” (Zumər surəsi, 8)

Məgər gecə saatlarını səcdə edərək və ayaq üstə duraraq ibadət içində keçirən, axirətdən çəkinən və Rəbbinin rəhmətinə ümid bəsləyən kimsə kafirlə eynidirmi? De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? Bundan ancaq ağıl sahibləri düşünüb ibrət alarlar”. (Zumər surəsi, 9)

Əgər o sizi boşasa, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr – müsəlman, mömin, itaətkar, tövbə edən, ibadət edən, oruc tutan dul qadınlar və bakirə qızlar verə bilər. (Təhrim surəsi, 5)

Həmçinin ismətini qoruyan İmran qızı Məryəmi də misal çəkdi. Biz ona paltarının yaxasından Öz ruhumuzdan üfürdük. O, Rəbbinin Sözlərini və Onun Kitablarını təsdiq etdi və itaət edənlərdən oldu. (Təhrim surəsi, 12)

KÖRPƏ

Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, bilin ki, həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, qüdrətimizi sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi oradan uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi yetkinlik yaşına çatmamış vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, vaxtilə bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir. (Həcc surəsi, 5)

Sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra sizi, böyüyüb yetkinlik yaşına çatasınız, daha sonra da qocalasınız deyə uşaq olaraq ana bətnindən çıxardan Odur. Hərçənd ki, içərinizdə qocalmamışdan əvvəl öldürülənlər də var. Bu ona görədir ki, müəyyən olunmuş vaxta yetişəsiniz və bəlkə, düşünüb daşınasınız. (Mümin surəsi, 67)

KÖVSƏR

Həqiqətən, Biz Kovsəri sənə bağışladıq. (Kövsər surəsi, 1)

KÖYNƏK

Qardaşları onun köynəyinə saxta qan ləkəsi sürtüb gətirdilər. Yaqub dedi: “Xeyr, sizi öz nəfsiniz bu işə vadar etmişdir. Mənə gözəl səbir gərəkdir. Söylədiklərinizin müqabilində Allahdan kömək diləmək lazımdır”. (Yusif surəsi, 18)

Onlar bir-birini qabaqlamaq məqsədilə qapıya tərəf yüyürdülər və qadın onun köynəyini arxadan cırdı. İkisi də qapının yanında qadının əri ilə rastlaşdı. Qadın dedi: “Sənin ailənə pislik etmək istəyənin cəzası, zindana salınmaqdan və ya ağrılı-acılı bir əzaba düçar edilməkdən başqa nə ola bilər?!” (Yusif surəsi, 25)

Yusuf dedi: “O məni yoldan çıxartmaq istəyirdi”. Qadının ailəsindən olan bir şahid belə şahidlik etdi: “Əgər onun köynəyi öndən cırılıbsa, qadın doğru deyir, o isə yalançılardandır. (Yusif surəsi, 26)

Yox əgər onun köynəyi arxadan cırılıbsa, qadın yalan deyir, o isə doğru danışanlardandır”. (Yusif surəsi, 27)

Qadının əri onun köynəyinin arxadan cırıldığını gördükdə dedi: “Şübhəsiz ki, bu sizin qadın hiylələrinizdəndir. Həqiqətən də, sizin hiyləniz böyükdür. (Yusif surəsi, 28)

Bu köynəyimi aparıb atamın üzünə atın, gözləri açılsın. Sonra da bütün ailənizlə birlikdə yanıma gəlin”. (Yusif surəsi, 93)

KÜLƏK

Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə yüklənmiş halda dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, Onun bütün heyvanatı yer üzünə yaymasında, küləklərin istiqamətinin dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır. (Bəqərə surəsi, 164)

Onların bu dünya həyatında sərf etdiklərinin məsəli, özlərinə zülm edən adamların tarlasına ziyan vurub onu məhv edən çox soyuq bir küləyin məsəlinə bənzəyir. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər. (Ali İmran surəsi, 117)

Küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müjdəçi olaraq göndərən Odur. Nəhayət, o küləklər ağır buludları daşıyarkən, Biz o buludları ölü bir diyara tərəf qovur, onunla yağmur endirir və bunun vasitəsi ilə hər cür meyvə yetişdiririk. Biz ölüləri də belə dirildəcəyik. Bəlkə, düşünüb ibrət alasınız. (Əraf surəsi, 57)

Sizi quruda və dənizdə hərəkət etdirən Odur. Siz gəmilərdə olduğunuz, gəmilər də içindəkiləri xoş bir küləklə apardığı və onlar buna sevindikləri zaman birdən fırtına qopar və dalğalar hər yandan onların üstünə gələr. Dalğaların onları bürüyəcəyini yəqin etdikdə isə Allaha – dini məhz Ona aid edərək yalvarıb deyərlər: “Əgər bizi bundan xilas etsən, əlbəttə, şükür edənlərdən olarıq”. (Yunis surəsi, 22)

Rəbbini inkar edənlərin məsəli – onların əməlləri, qasırğalı bir gündə küləyin şiddətlə sovurduğu külə bənzəyir. Onlar gördükləri işlərə görə savab qazanmazlar. Dərin azğınlıq da elə budur. (İbrahim surəsi, 18)

Biz küləkləri dölləndirici (buludlarda su əmələ gətirən, bitkiləri tozlandıran bir vasitə) kimi göndərdik, göydən yağmur yağdırıb onu sizə içirtdik. Belə olmasaydı, siz onu yığıb saxlaya bilməzdiniz. (Hicr surəsi, 22)

Onlara dünya həyatını misal çək. Bu dünya həyatı göydən göndərdiyimiz yağışa oxşar. Yerdəki bitkilər onunla qarışıb yetişər, sonra isə küləyin sovurub apardığı quru çör-çöpə dönər. Allah hər şeyə qadirdir. (Kəhf surəsi, 45)

Güclü əsən küləyi Süleymana ram etdik. Küləklər onun əmri ilə bərəkət verdiyimiz yerə (Şama) tərəf əsərdi. Biz hər şeyi bilirik. (Ənbiya surəsi, 81)

ancaq tək Allaha ibadət edənlərdən və Ona şərik qoşmayanlardan olun! Kim Allaha şərik qoşsa, sanki o, göydən düşər, quşlar onu alıb aparar, yaxud külək onu sovurub uzaq bir yerə atar. (Həcc surəsi, 31)

Küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müjdəçi olaraq göndərən Odur. Biz göydən tərtəmiz su endirdik ki, (Furqan surəsi, 48)

Qurunun və dənizin qaranlıqlarında sizə doğru yol göstərən, küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müjdəçi kimi göndərən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Allah onların qoşduqları şəriklərdən ucadır. (Nəml surəsi, 63)

Sizə Öz mərhəmətindən daddırsın, əmri ilə gəmilər üzsün, Onun lütfünü arayasınız və sizə verdiyi nemətlərə şükür edəsiniz deyə küləkləri müjdəçi göndərməsi də Onun dəlillərindəndir. (Rum surəsi, 46)

Buludları qaldıran küləkləri Allahdır göndərən. Allah səmada onları istədiyi kimi yayıb topa-topa edir. Sən onlardan yağış töküldüyünü görürsən. Allah onu qullarından istədiyi kimsələrə endirən kimi onlar sevinirlər. (Rum surəsi, 48)

Əgər Biz bir külək göndərsək və onlar əkini saralmış görsələr, bundan sonra mütləq nankorluq etməyə başlayarlar. (Rum surəsi, 51)

Ey iman gətirənlər! Allahın sizə göstərdiyi iltifatını xatırlayın. O zaman ki, düşmən ordusu sizin üstünüzə hücuma keçmişdi, Biz də onların üstünə külək və görmədiyiniz qoşunlar göndərmişdik. Allah sizin nə etdiyinizi görür. (Əhzab surəsi, 9)

Səhər bir aylıq məsafəni qət edən, günortadan sonra yenə bir aylıq məsafəni qət edən küləyi də Süleymana ram etdik. Biz onun üçün mis qaynağını sel kimi axıtdıq. Rəbbinin izni ilə cinlərin bir qismi onun qabağında işləyirdi. Onlardan kim ki, Süleymana itaət etməyib əmrimizdən çıxırdısa, onu Cəhənnəm oduna düçar edirdik. (Səba surəsi, 12)

Buludları hərəkətə gətirən küləkləri göndərən Allahdır. Biz onları ölü bir diyara tərəf qovub, yeri ölümündən sonra onunla canlandırırıq. Diriltmə də belə olacaqdır. (Fatir surəsi, 9)

Biz də, onun əmri ilə istədiyi yerə sakitcə əsən küləyi ona ram etdik. (Sad surəsi, 36)

Əgər Allah istəsə, küləyi sakitləşdirər, onlar da suyun üzündə hərəkətsiz qalarlar. Həqiqətən, bunda səbirli olan və şükür edən hər bir kəs üçün ibrətlər vardır. (Şura surəsi, 33)

Gecə və gündüzün bir-birini əvəz etməsində, Allahın göydən yağmur endirib onun vasitəsilə yeri ölümündən sonra diriltməsində və küləkləri istədiyi səmtə yönəltməsində düşüncəli insanlar üçün də dəlillər vardır. (Casiyə surəsi, 5)

Nəhayət o əzabı vadilərinə doğru gələn bir bulud şəklində gördükdə: “Bu bizə yağış yağdıracaq buluddur!” – dedilər. Hud dedi: “Xeyr! Bu sizin tez gəlməsini istədiyiniz – özü ilə ağrılı-acılı əzab gətirən bir küləkdir! (Əhqaf surəsi, 24)

Ad qövmünün hekayətində də ibrət vardır. O zaman Biz onların üstünə xeyir-bərəkətsiz bir külək göndərmişdik. (Zəriyət surəsi, 41)

Ya da ki, göydə Olanın üstünüzə daşlar yağdırmayacağına əminsinizmi? Siz, Mənim xəbərdarlığımın necə nəticələr verdiyini biləcəksiniz. (Mülk surəsi, 17)

KÜRƏK

O, dönüb getdikdə yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışar. Allah isə fitnə-fəsadı sevmir. (Bəqərə surəsi, 205)

Onlardan kimi Muhəmmədə iman gətirdi, kimi də ondan üz çevirdi. Yandırıb-yaxan od kimi Cəhənnəm onlara bəsdir. (Nisa surəsi, 55)

Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz. (Nisa surəsi, 124)

Allah ilə qarşılaşmağı yalan sayanlar artıq ziyana uğramışlar. O Saat onları qəflətən haqladıqda onlar öz günah yüklərini bellərində daşıyaraq deyəcəklər: “Dünyada buraxdığımız əməllərə görə vay halımıza!” Onların daşıdıqları şey necə də pisdir! (Ənam surəsi, 31)

De: “Bir deyin görək, əgər Allah sizin eşitmə və görmə qabiliyyətinizi əlinizdən alsa, qəlblərinizə möhür vursa, Allahdan başqa hansı məbud onları sizə qaytara bilər?” Bax gör, Biz ayələri necə izah edirik, sonra onlar yenə üz çevirirlər. (Ənam surəsi, 46)

Onlar öz batil iddialarına görə: “Bu mal-qara və əkinlər haramdır. Bunları bizim istədiklərimizdən başqa heç kəs yeyə bilməz” – deyirlər. Müşriklər mal-qaradan bəzisinə minməyi haram edir, bəzisini də kəsərkən üstündə Allahın adını çəkmirlər. Onlar bunu Allaha iftira ataraq edirlər. O da onları atdıqları iftiraya görə cəzalandıracaqdır. (Ənam surəsi, 138)

Yəhudilərə dırnaqlı heyvanların hamısını haram etdik. İnək və qoyunun bel sütunlarına və ya bağırsaqlarına yapışan, yaxud sümüklərə qarışan yağlar istisna olmaqla, onların piylərini də haram etdik. Bu, həddi aşdıqlarına görə onlara verdiyimiz cəzadır. Şübhəsiz ki, Biz doğru danışanlarıq. (Ənam surəsi, 146)

Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış və: “Mən sizin Rəbbiniz deyiləmmi?” – deyə onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar: “Bəli, biz şahid olduq!” – demişdilər. Bu ona görədir ki, siz Qiyamət günü: “Biz bundan xəbərsiz idik!” – deməyəsiniz. (Əraf surəsi, 172)

O gün bu yığdıqları sərvətlər Cəhənnəm odunda qızdırılacaq və bununla onların alınlarına, böyürlərinə və kürəklərinə damğa vurulacaq və onlara: “Budur özünüz üçün yığdıqlarınız. Elə isə dadın yığdıqlarınızı!” – deyiləcəkdir. (Tövbə surəsi, 35)

Allah Öz lütfündən onlara verdikdə isə simiclik edərək üz çevirib getdilər. (Tövbə surəsi, 76)

Yanlarına qayıtdığınız zaman onlardan əl çəkəsiniz deyə qarşınızda Allaha and içəcəklər. Siz onlardan üz döndərin. Çünki onlar murdardırlar. Qazandıqları günahların cəzası olaraq sığınacaqları yer Cəhənnəm olacaqdır. (Tövbə surəsi, 95)

Bir surə nazil edildiyi zaman onlar: “Sizi kimsə görürmü?” – deyə bir-birlərinə baxır, sonra da üz çevirib gedirlər. Anlamayan adamlar olduqlarına görə Allah onların qəlbini imandan məhrum etmişdir. (Tövbə surəsi, 127)

Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, insanların çoxu onların yanından üz çevirib keçirlər. (Yusif surəsi, 105)

Əgər sən Rəbbindən dilədiyin mərhəməti umaraq onların üzünə baxmırsansa (imkanın olmadığı üçün onlara bir şey verə bilmirsənsə), onda onlara xoş söz de. (İsra surəsi, 28)

Sizə dənizdə bir fəlakət üz verdiyi zaman Ondan başqa tapındıqlarınız sizdən uzaqlaşar. O sizi xilas edib quruya çıxartdıqda isə üz döndərirsiniz. Həqiqətən, insan nankordur! (İsra surəsi, 67)

İnsana nemət verdiyimiz zaman anlamayaraq üz çevirib uzaq durar. Ona bir zərər toxunduqda isə məyus olar. (İsra surəsi, 83)

Rəbbinin ayələri yadına salınarkən onlardan üz döndərən, əvvəlcə öz əlləri ilə etdikləri günahlarını unudan adamdan daha zalım kim ola bilər? Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən onları doğru yola çağırsan da, onlar heç vaxt doğru yola gəlməzlər. (Kəhf surəsi, 57)

Kaş ki, kafirlər üzlərindən və kürəklərindən onları saracaq alovdan qaça bilməyəcəkləri və onlara heç bir köməyin edilməyəcəyi vaxtın gələcəyini biləydilər! (Ənbiya surəsi, 39)

Münafiqlər: “Allaha və Peyğəmbərə iman gətirdik, itaət etdik!” – deyirlər. Bundan sonra isə onlardan bir dəstə üz çevirir. Onlar mömin deyillər. (Nur surəsi, 47)

Ayələrimiz onlara oxunduğu zaman sanki onları eşitmirmiş, qulaqlarında tıxac varmış kimi təkəbbürlə üz çevirər. Sən belələrini ağrılı-acılı bir əzabla müjdələ. (Loğman surəsi, 7)

Əgər Allah insanları etdikləri günahlara görə dərhal cəzalandırsaydı, yer üzündə bir canlını belə sağ buraxmazdı. Lakin Allah onlara müəyyən vaxtadək möhlət verir. Vaxtları çatanda isə hər kəsə öz əməlinə görə cəza, yaxud mükafat verəcəkdir. Şübhəsiz ki, Allah Öz qullarını görür. (Fatir surəsi, 45)

Əgər üzlərini çevirsələr, unutma ki, Biz səni onlara nəzarətçi təyin etməmişik. Sənin vəzifən ancaq təbliğ etməkdir. Biz insana Öz mərhəmətimizdən daddırdıqda ona sevinir. Onlara öz əlləri ilə etdikləri əməllərin ucbatından bir bədbəxtlik üz verdikdə isə insanın nankor olduğunu görərsən. (Şura surəsi, 48)

onların belinə, yaxud göyərtəsinə qalxıb yerləşdiyiniz zaman Rəbbinizin nemətini yada salıb deyəsiniz: “Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. Yoxsa bizim ona gücümüz çatmazdı. (Zuxruf surəsi, 13)

Geri qalan bədəvilərə de: “Siz çox qüvvətli bir tayfaya qarşı döyüşməyə çağırılacaqsınız. Siz ya onlarla döyüşəcəksiniz, ya da onlar müsəlman olacaqlar. Əgər itaət etsəniz, Allah sizə gözəl bir mükafat verər. Yox, əgər daha əvvəl üz döndərdiyiniz kimi üz döndərsəniz, O sizə ağrılı-acılı bir əzab verər”. (Fəth surəsi, 16)

Döyüşə getməməkdə kora, çolağa, bir də xəstəyə günah yoxdur. Kim Allaha və Onun Elçisinə itaət etsə, Allah onu ağacları altından çaylar axan Cənnət bağlarına daxil edər. Kim də üz döndərsə, ona ağrılı-acılı bir əzab verər. (Fəth surəsi, 17)

Sən də Bizim Zikrimizi rədd edib dünya həyatından başqa bir şey istəməyənlərdən üzünü yana çevir! (Nəcm surəsi, 29)

Onlar bir möcüzə gördükdə üz döndərib: “Bu, tez keçib-gedən bir sehrdir” deyirlər. (Qamər surəsi, 2)

Sonra da arxasını çevirib təkəbbür göstərdi (Müddəssir surəsi, 23)

Sonra da üz döndərib fəsad törətməyə girişdi. (Naziat surəsi, 22)

 

10 / total 26
"Harun Yəhyanın Quran Fihristi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com
"Allah'tan tahliyemizi istirham ediyorum"
"....Allahvar.com sitesi kapatıldı, düşmanım bu siteyi yapmış olsa...
1999 KAN KAMPANYASI TAMAMEN MEŞRU VE LEGAL BİR ORGANİZASYONDUR
HAKİM VE SAVCILARIMIZ YALNIZCA KANUN, HUKUK VE VİCDANI ESAS ALMALIDIR
HARUN YAHYA KÜLLİYATININ İMHASI ÇOK VAHİM VE TARİHİ BİR HATA OLUR
DİYANET İŞLERİ BAŞKANLIĞI RAPORUNA CEVAP
İLERİ DERECEDE MODERN GÖRÜNÜM VE DEKOLTE GİYİM TARZININ NEDENLERİ
"Adnan Bey’in çevresindeki her insan hayat dolu, mutlu, cıvıl cıvıl.”
SUÇSUZ BİR GENÇ KIZ DAHA HUKUKSUZ OLARAK TUTUKLANDI
SÖZDE İTİRAFÇI VEYA MÜŞTEKİ OLMAYA ZORLANMIŞ KARDEŞLERİMİZE ACİL KURTULUŞ...
YENİ BİR SAFSATA DAHA
"Müslümanlar Kardeştir..."
"Biz silahlı suç örgütü değiliz"
MEHDİYETİ GÜNDEME GETİRMEK LİNÇ KONUSU OLMAMALI
"Zorla alıkonma, İzole bir hayat yaşama iddialarını asla kabul etiyorum"
"Adnan Bey bizi çok sever, hep onore eder"
MEDYANIN ZORAKİ "BENZERLİK KURMA" TAKTİĞİ
"Ortada silahlı suç örgütü değil sadece birbirini çok seven arkadaş...
AYÇA PARS CANIMIZ GİBİ SEVDİĞİMİZ, MELEK HUYLU, MÜMİNE KARDEŞİMİZDİR
ÇOK DEĞERLİ BİR SİYASİ BÜYÜĞÜMÜZE AÇIK MEKTUP
"ALIKONMA" SAFSATASI
KUMPASÇILARIN KORKUTARAK İFTİRACI DEVŞİRME YÖNTEMLERİ
BERİL KONCAGÜL TEHDİT ALTINDADIR, CAMİAMIZA İFTİRAYA ZORLANMAKTADIR!
TAHLİYE OLAN ARKADAŞLARIMIZ HİÇ KİMSE İÇİN HİÇBİR ZAMAN BİR BASKI UNSURU...
AV. CELAL ÜLGEN ADİL VE DÜRÜST OLMALI
AKİT TV SUNUCUSU CANER KARAER HAKKINDA ÖNEMLİ BİLGİLENDİRME
MASUM İNSANLARIN TAHLİYESİ TAMER KORKMAZ'I DA SEVİNDİRMELİDİR
"Adnan Bey için ailelerimizle arasının iyi olmadığına dair iftiralar...
"Türkiye ve İslam Dünyasını zayıflatmak istiyorlar.."
"Adnan Bey`den ASLA ŞİDDET VE BASKI GÖRMEDİM..."
"Allah rızası için 40 yıldır Türk-İslam Birliği için çabalıyoruz"
"...En ufak bir suça dahi şahit olmadım..."
"Hakkımızda çok fazla SAHTE DELİLLER ÜRETTİLER..."
"Biz FETÖNÜN ANTİSİYİZ...."
“Bu dava sürecinde.... sözde dijital delillerin ibraz edilmemesi gibi pek...
"Zaten biz birbirimizi bu kadar çok sevdiğimiz için buradayız..."
"Biz bir arkadaş grubuyuz..."
"...Biz Vakıf faaliyetlerimiz ile her zaman Devletimizin yanında olduk"
"Biz kimseyle ilgili karalama faaliyeti yapmadık..."
"...Sözde tecavüz için mi buradaki arkadaşlarımla biraraya geleceğim?!"
"...Faaliyetlerimiz herkese hitap ediyor ..."
"Bizim amacımız şatafat içinde yaşamak değil, hiç kimsenin hitap edemediği...
"İnancım gereği ben insanlara yardım ederim"
"Ne yapsa "zorla" diyorlar. Zorla Gülümsüyor, Zorla, Zorla olur mu?"
"Bizim bir arada olma amacımız örgüt kurmak değil. ilmi mücadele...
"Biz birbirimizi Allah için seven.. arkadaşlarız"
"Polisler geldi, hangi eve operasyon yapacağız derlerken, balkona çıkıp...
"Biz örgüt değiliz"
"Devletimizi desteklediğimiz çok hayırlı faaliyetlerimiz var, Bunlar...
"Biz Allah`tan Razıyız Allah da Bizlerden Razı olur inşaAllah"
"İddia edildiği gibi katı bir ortam olsa 40-50 yıl niye kalalım?"
"Neden cömertsin?" diye soruyorlar
"İngiliz Derin Devleti bunu duyunca çıldırdı..."
"Biz Milli değerler etrafında birleşmiş bir sivil toplum kuruluşuyuz"
"Bir imza atıp dışarı çıkmayı ben de bilirim. Ama iftira büyük suçtur."
"Ben varlıklı bir aileden geliyorum, Saat koleksiyonum var"
"Silahlı suç örgütü iddiası tamamen asılsızdır, yalandır, iftiradır."
"Bizim yaptığımız tek şey Allah'ın yaratışını anlatmaktır."
"Almanya'da İslamofobi var, İslam düşmanları var..."
Bir örgüt olsak devlet bizimle faaliyette bulunur mu?
DAVAMIZ METAFİZİKTİR – 2. BÖLÜM
DAVAMIZ METAFİZİKTİR – 1. BÖLÜM
MAHKEME SÜRECİNDE SİLİVRİ CEZAEVİNDE YAŞANAN EZİYET VE ZULÜMLER
"Ben Sayın Adnan Oktar `dan hiçbir zaman Şiddet, Eziyet, Baskı görmedim."
DAVA DOSYASINDAKİ CİNSELLİK KONULU İDDİALAR TÜMÜYLE GEÇERSİZDİR
DURUŞMALARIN İLK HAFTASI
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.
"Bizler Suç Örgütü Değiliz..."