< <
4 / total: 15

Vicdan və Quran

Bu hissəyə qədər, vicdan sahibi insanın özünə heç bir şey öyrədilməsə də Allahın varlığını necə tapa biləcəyindən bəhs etdik. Vicdanı ilə Yaradıcının olduğunu anlayan insan yenə vicdanından istifadə edərək düşünməyə davam edərsə bu nəticəyə gələcək: Allah bu qədər qüsursuz kainat yaradır və insana da bunu anlayacaq şüur verirsə, yaratdığı insanı özbaşına buraxmayacaq. Mütləq yaratdığı bu ağıllı varlıqlarla əlaqə qurmuş, özünü tanıtmış olmalıdır. Bundan da başqa hər şeyi yaradan Allah, bunları mütləq bir məqsəd üçün yaratmışdır və bu məqsədini də onlara bildirmişdir.

Vicdanından istifadə edən adam, özünü və bütün kainatı yaradan Allahı tanımaq üçün böyük istək duyar. Hətta həyatının tək məqsədi bu olar. Özünü yoxdan var edən, “heç” və ya “heçlik” ikən ona həyat verən Allaha möhtac olduğunu, bütün gücün Onun olduğunu başa düşər.

Həmçinin Allahın hər şeyi bir məqsəd üçün yaratdığını fərq edər. Hər şeyin bir vəzifəsi vardır. Səma planeti qoruyan tavan kimidir. Hüceyrələr canlılığı meydana gətirmək üçün yaradılmışlar. Yağış bütün dünyaya bərəkət gətirir. Günəş bütün dünyanın istilik və işıq qaynağıdır. Hətta o qədər əhəmiyyətli bir məqsədlə yaradılmışdır ki, o olmasa həyat olmaz. Qısacası insan, burada saydığımız və saymadığımız hər şeyin xüsusi bir məqsədlə var edildiyini görə bilər. O zaman “mənim yaradılış məqsədim nədir?” deyə öz-özündən soruşar. Bundan əlavə, “belə mükəmməl, qüsursuz planlanmış dünyada yaradılıb, qısa müddət sonra öləcəksən, mütləq burada mövcud olma məqsədim olmalı, bu qədər qısa ömür üçün bu qədər təfərrüatın bir mənası olmalı” deyə düşünər. Və bu suallarına cavab axtarar.

Allahı tanımaq, Onun özündən nələr istədiyini, yaratmasındakı məqsədi öyrənmək üçün insanlardan duyduğu məlumatlarla kifayətlənməz. İnsanların verdiyi məlumatların yetərli olmayacağını və ya səhv ola biləcəyini vicdanı ilə anlayar. Hər şeydən əvvəl hər kəsin söylədiyi bir-biriylə əsassızdır, ziddiyyətlərlə doludur. Allaha yaxınlaşmaq üçün ən etibarlı mənbənin Allahın vəhy etdiyi kitab olduğunu düşünər. Bunun nəticəsində isə Allahın ən son göndərdiyi və qorunmuş kitabı olan Quranı özünə rəhbər edər.

Quranı “tərk edilmiş kitab” sayanlar vicdanlarına tabe olmayanlardır

Yuxarıda da bəhs etdiyimiz kimi, vicdanından istifadə edən biri asanlıqla özünə Quranı rəhbər etməli olduğunu anlayacaq. Ancaq ətrafınızdakı insanların əksəriyyətinə baxın. Neçə adam Quranla maraqlanıb oxumuşdur?

Belə düşünmək lazımdır: Allah insanlara kitab göndərir və insanlara bu kitabdan məsul olduqlarını, öldükdən sonra bu kitabın içində yazılanlara əməl edib-etmədiklərinə görə hesaba çəkiləcəklərini və nəticəyə görə cənnətə və ya cəhənnəmə girəcəklərini bildirir. İnsanlar bu həqiqəti vicdanlarına üz tutaraq anlamasalar belə birindən eşidər və bunu hər kəs bilər. Amma buna baxmayaraq Quranı oxumurlar. Məsul olduqları kitabın içində nələr yazdığı ilə belə maraqlanmırlar.

O zaman belə nümunə verək: Bir adama iş yerindən və ya məktəbindən məktub gəlsə və üzərində içində yazılanların karyerası və ya təhsili baxımından çox əhəmiyyətli olduğunu yazsa ... Və bu məktubu oxuyub ertəsi günə qədər içində yazılanları əskiksiz olaraq etməsi bildirilsə, bu məktubu nə edər? Heç içinə baxmadan divaramı asar, siyirtməsindəmi saxlayar və ya oxuduqdan sonra kənara qoyub içində yazılanları görməzlikdənmi gələr? Yoxsa bu xəbər və məktub özünə çatar-çatmaz böyük həyəcan və diqqətlə hər sətirini oxuyar, hər yazılanı anında əskiksiz olaraq tətbiqmi edər?

Ağılı və sağlam düşüncəsi bu mesajı oxumasını söyləyəcək. Quran da insanın dünya həyatında alacağı ən əhəmiyyətli mesajdır; insana birbaşa onu Yaradandan gələn haqq sözdür. Ancaq insanların böyük əksəriyyəti içlərində olduqları qəflətdən ötrü bu qədər əhəmiyyətli kitabı, Allahın insanlara mesajını açıb oxumazlar belə.

Necə ki, Quranda insanların Allahın endirdiyi kitabı tərk etdikləri bu ayələrlə bildirilir:

Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!” – deyəcək. (Furqan surəsi, 30)

Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir elçi gəldikdə Kitab verilənlərdən bir dəstə guya həqiqəti bilmirmiş kimi Allahın Kitabına arxa çevirdilər. (Bəqərə surəsi, 101)

Yuxarıdakı ayədə, “guya bilmirmiş kimi” ifadəsi istifadə edilərək, insanların bildikləri halda Allahın Kitabını görməzlikdən gəldikləri vurğulanır. Hər kəs vicdanında Quranı oxumalı və tətbiqi etməli olduğunu bilir, ancaq əksəriyyət bu həqiqəti görməzlikdən gəlir. Bu isə insanların vicdanlarına tabe olmamalarından qaynaqlanır. 

 

4 / total 15
"Harun Yəhyanın Quranda Vicdanın Əhəmiyyəti kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com