< <
5 / total: 15

Vicdan və Quran İnsana Həyatının Həqiqi Məqsədini Göstərir

Əvvəlki hissədə də ifadə etdiyimiz kimi, vicdanı ilə düşünən insan həyatının məqsədini maraqlanaraq edəcək və cavabını araşdırarkən Allahın vəhyi olan Qurana yönələcəkdir. Quranı əlinə alan biri üçün çox əhəmiyyətli nöqtə vardır: Quranı oxuyarkən də vicdanın daim oyanıq olması, hər ayənin böyük səmimiyyətlə oxunaraq həyata keçirilməsi və yaşanması lazımdır.

Quranı oxuyan adam əvvəlcə yaradılış məqsədinə də cavab tapacaq. Bu məqsəd Quranda belə bildirilir:

Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım. Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm. Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir.. (Zəriyət surəsi, 56-58)

İnsanın dünya üzərində keçirəcəyi həyatın məqsədi isə, Allahı razı edəcək yaxşı və gözəl davranışlar etməkdir. Və Allah, insanı bu məqsədlə sınayır:

Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır. (Mülk surəsi, 2)

Biz yer üzündə olan bütün şeyləri ona bəzək etdik ki, insanlardan hansının əməlcə daha gözəl olduğunu sınaqdan keçirək. (Kəhf surəsi, 7)

İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik. Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun. (İnsan surəsi, 2-3)

Bu ayələri görən insan, Allahın həyatı insanları sınamaq üçün yaratdığını anlayar. Dərhal o günə qədərki həyatını və ətrafındakı digər insanların yaşadıqları həyatı gözündə canlandırar. Ətrafındakı insanların çoxu dünya həyatına istiqamətli qaçış və səy içərisindədir; çox təfərrüatlı planları var, amma bu planların hamısı dünya üçündür; gedəcəyi məktəb, sahib olacağı peşə, evliliyi, uşaq sahibi olması, necə evdə oturacağı, hansı marka avtomobil alacağı, maaşına nə zaman, nə qədər artım gələcəyi, yeni ili harada keçirəcəyi, doğum günündə nə hədiyyə alacağı, pensiya zamanı, gedəcəyi tətil və s. Hər kəsin ağlında həmişə bu növdə planlar və hədəflər var. Amma maraqlıdır ki, kimsə dünyada mövcudluğunun əsl məqsədini düşünmür. Vicdanlı insan bunlara şahid olduğunda, Allah insanlara əsl məqsədlərini bildirmişkən onların bunu görməzlikdən gəlmələrinin böyük qəflət olduğunu düşünər.

İnsanı yaradan, ona can verən və onu yaşatmağa davam edən Allahdır. Və Allah insanın yaradılış məqsədini çox açıq şəkildə bildirmişdir: “Allaha qul olmaq”. İnsanı xoşbəxt edəcək olan tək şey də, yaradılış məqsədinə uyğun olaraq Allaha boyun əymək, hər şeyini Ona həsr edib yalnız Allahın razılığını qazanmaqdır. Amma insanlar bu həqiqəti heç bilmirmiş və sanki bu dünyaya yalnız bu dünya həyatını yaşamağa gəlmiş kimi, həyatlarını böyük qəflət və ehtirasla davam etdirirlər. Vicdanıyla düşünən insan isə, insanların böyük əksəriyyətinin bu əhəmiyyətli həqiqətə qarşı təhlükəli laqeydlik yaşadığını görər. Beləcə ətrafındakıların özü üçün meyar ola bilməyəcəyini, “amma insanların əksəriyyəti belə edir” deyərək insanlara uymasının Allahın Kitabına uymasını əngəlləyəcəyini qavrayar və özünə rəhbər olaraq Quranı təyin edər. (Bax. “İnsanların əksəriyyəti belə edir” məntiqi hissəsi)

 

5 / total 15
"Harun Yəhyanın Quranda Vicdanın Əhəmiyyəti kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com