< <
6 / total: 15

Vicdan və Quran Axirətə Qəti Olaraq İman Etməyi Əmr Edər

İndiyə qədər bəhs etdiyimiz bütün mərhələlərdən sonra, dünyaya gəliş məqsədinin sınanmaq olduğunu anlayan insan belə düşünəcək: “Elə isə ölüm son deyil. Əgər imtahan varsa, bu imtahanın nəticəsi də var. Amma dünya həyatında elə nəticələndirmə yoxdur. Yer üzündə gəlib keçmiş bütün insanların arasında zalımlar, əxlaqsızlar, qatillər var idi. Bunların yanında, Allahın elçiləri kimi çox yüksək vicdana və əxlaqa sahib, həyatını Allah üçün yaşamağa həsr etmiş insanlar da var idi. Eyni zamanda zalımların zülmündən zərər görən yazıq və zəif buraxılmış insanlar var idi və bu insanlar hələ də var. Keçmişdəkilərin hər biri öldü; yaxşı olan da, pis olan da eyni şəkildə öldülər və eyni şəkildə torpağın altına basdırıldılar. Bu gün onların sümük qalıqlarından başqa heç bir şey yoxdur. Sonsuz ədalət sahibi Allah dünya hayatını bu cür nəticələndirib buraxmaz.”

Qısacası vicdanı ona, Allahın sonsuz vicdanının hər kəsə hər etdiyinin qarşılığını əksiksiz olaraq verəcəyini söyləyəcək. Bu hesablaşma dünyada tam mənasıyla olmadığına görə, demək ki, bunun təxirə salındığı yer vardır.

Vicdanıyla bunları düşünən insan, Quranda bunun da cavabını tapacaq. Allah Quranda bu hesablaşmanı ölümdən sonrakı zamana təxirə saldığını və hər kəsin dünya həyatında etdiklərinin qarşılığını öldükdən sonra əksiksiz olaraq alacağını bildirir:

Hamınızın dönüşü Onadır. Bu, Allahın haqq olan vədidir. O, məxluqu ilk dəfə yaradır, sonra onu Qiyamət günü yenidən dirildir ki, saleh əməllər edənləri ədalətlə mükafatlandırsın. Kafirlərə gəlincə, küfr etdiklərinə görə onlar üçün qaynar içki və ağrılı-acılı bir əzab hazırlanmışdır.. (Yunis surəsi, 4)

Şübhəsiz ki, Rəbbin onların hər birinə əməllərinin əvəzini tam verəcəkdir. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır. (Hud surəsi, 111)

Vicdanıyla Qurana üz tutan kəs, insanların heç birinin zənn etdikləri kimi özbaşına olmadıqlarını, hər etdiklərini Allahın bildiyini və hər yaxşılığın və pisliyin qarşılığının görüləcəyini başa düşər. Allah, Quranda hesab gününü və hər kəsin hesabı görüldükdən sonrakı həqiqi həyatlarını da bildirir.

Bu nöqtədə, vicdanından istifadə edən adam Quran ayələrinin istiqamətində çox əhəmiyyətli həqiqətin daha fərqinə varar. Dünya həyatı keçici sınaq məkanıdır, əsl həyat isə ölümdən sonra başlayan axirət, yəni cənnət və cəhənnəmdir. Hər kəs dünya həyatındakı rəftarına görə ölümündən sonra Allahın təyin etdiyi gündə hesaba çəkiləcək və dünya həyatını Allahın istədiyi şəkildə yaşayanlar sonsuza qədər insan üçün ola biləcək ən gözəl həyat yaşayacaqlar. Digərləri isə, yenə sonsuza qədər ən şiddətli əzab və sıxıntıların olduğu həyatı Allahın yaratdığı cəhənnəmdə yaşayacaqlar.

Ölüm mələklərinin və cəhənnəm atəşinin görüldüyü andakı vicdan həqiqi vicdandır

Burada izah edilənlərin çox diqqətli və fikiri toplayaraq oxunmasını tövsiyə edirik. Çünki burada izah ediləcək olanlar, məlumat çatdırmaqdan çox insanın bəlkə də ilk dəfə olaraq vicdanını necə hərəkətə keçirə biləcəyini, əsl vicdanın nə olduğunu anlamasını təmin edəcək düşüncə üsulları və həqiqətlərdir.

Yuxarıda danışdığımız kimi, əsl həyatın ölümdən sonra başlayacağı və hər kəsin bu sonsuz həyatında dünyadakı rəftarına görə ortamla qarşılaşacağı Quranda xəbər verilən həqiqətdir. Lakin fayda verməyəcək işlərlə məşğul olub vaxtlarını keçirənlər, şablon yaşanan, düşünülməyən həyatın içində vicdanın səsinə əməl etmək, insanların maraqlarına uygun olmaz. Hər kəs dünya həyatı üçün özünə mənfəət təmin edəcək planların arxasındadır. Bu planların içində ölüm və sonrası heç yoxdur. Halbuki ölüm bu planlaşdırılan hadisələrin hər birindən çox daha qəti həqiqətdir. Amma insanlar ölümü heç hesaba almazlar. Sanki heç ölməyəcəkmiş kimi həyat sürməyə çalışarlar.

Bəs insanların çox böyük hissəsinin bu əhəmiyyətli həqiqəti görməzlikdən gələrək yaşamalarının səbəbi nədir?

Bunun cavabını belə verə bilərik: Hər kəs düşünsün; ölümü həyatı boyunca neçə dəfə düşündü? Heç bir gün öləcəyini, bədəninin torpağın altına gömüləcəyini, üzərinə torpaq atan yaxınlarının, sevdiklərinin onu torpağa gömdükdən sonra məzarının başından ayrılıb gündəlik işlərinə davam edəcəklərini, sahib olduğu hər şeyin ölümüylə birlikdə onun üçün yox olacağını düşündümü? Ölümün necə reallaşdığını heç ağlında canlandırdımı? Bədəni torpağın altında çürüyəcək, amma ruhu nələr yaşayacaq?

İnsan ruha sahibdir və ruh yox olmaz. İnsan öldükdən sonra ruhu üçün yeni həyat başlayacaq, ancaq onu necə həyatın gözlədiyini görəsən heç düşündümü? İnsanların böyük əksəriyyəti kimi özü də bunları bəlkə heç düşünməmiş ola bilər. Çünki bunları düşünmək insanları dəhşətə salır. Mümkün qədər bu həqiqətlərdən qaçmağa çalışırlar. Mövzusu açıldığında dərhal mövzunu bağlayarlar; hətta bir neçə klassik zarafat ilə üzərlərindəki təsirini dağıtmağa çalışarlar.

Yaxşı, bəs niyə insanların demək olar ki, hamısı bir gün qarşılaşacağı qəti olan bu həqiqətdən bu qədər şiddətlə qaçmağa çalışır? Düşünməmək bu hadisənin reallaşmasını əngəlləyə bilərmi?

Əlbəttə ki, yox. İnsanların ölümü və axirəti düşünməkdən bu qədər qaçmalarının səbəbi budur: Ölümü və axirəti düşünmək insanın vicdanını hərəkətə keçirər və Allaha qarşı məsul olduğunu, ölümlə birlikdə etdiklərinin hesabını verəcəyini xatırladar. Bu vəziyyətdə, o ana qədər edilən hər şey əhəmiyyətini itirər. İnsan özü üçün əsl əhəmiyyətli olan mövzuların fərqinə varar. Bir gün öləcəyini düşündüyündə, bu günə qədər dünya həyatında etdiyi şeylərin nə əhəmiyyəti qalar ki? Bəlkə ilk anda bunu tam olaraq qavraması çətin ola bilər, ancaq ölümün başına gələcəyi anı ətraflı düşünmək insana bütün həqiqətləri görməsi üçün yardımçı olacaq.

Bu vəziyyəti öz üzərinizdə də düşünün: Hər şeydən əvvəl, ölüm sizə heç gözləmədiyiniz bir anda gələcək. Yəni böyük ehtimalla heç hazırlıq etmə imkanınız olmayacaq. O anın hal-hazırda olmaması üçün də heç bir səbəb yoxdur. Buna bənzər anınızda birdən ölümlə qarşılaşacaqsınız.

Ölümün necə reallaşdığını indiyə qədər heç görməmişsiniz. Sizin indiyə qədər gördükləriniz, insanların bədənlərinin ölümüydü, amma bir də ölüm zamanı ruhun yaşadıqları vardır. İnsan, öz ölümü xaricində, ölümün bu üzünə qətiyyən şahid ola bilməz. Bəli, insanlar yalnız bədənin ölümünü görürlər. Bir insan öldüyü anda, xəstə yatağında hüzur içində can vermiş kimi görünə bilər və ya döyüşdə güllələnərək, yaxud yol qəzasında can verərək ölmüş kimi də görünə bilər. Ancaq ruhunun ölümü, daha doğrusu ruhun ölüm əsnasında yaşadıqları, kənardan görünəndən çox fərqlidir.

Ölən əgər mömin adamdırsa, onun ruhu yumşaq şəkildə çəkilib alınar və iki mələklə birlikdə sonsuz gözəl həyatına başlamaqla müjdələnər. Bu adam nə qorxar, nə də kədərə qapılar. O artıq sonsuza qədər xoşbəxtlik və hüzur içində yaşayacağının təsvir edilə bilməz sevincini yaşayar. Bu həqiqət Quranda belə bildirilmişdir:

O kəslər ki, tər-təmiz olduqları halda, mələklər onların canını alıb deyirlər: “Sizə salam olsun! Əməllərinizə görə Cənnətə girin!” (Nəhl surəsi, 32)

Ən böyük dəhşət onları kədərləndirməyəcək. Mələklər onları qarşılayıb: “Bu sizə vəd olunmuş gününüzdür!” – deyəcəklər. (Ənbiya surəsi, 103)

Dünya həyatını Allahın razılığına görə yaşamamış biri üçün isə bədəni necə ölürsə ölsün, ruhunun yaşadıqları əzab dolu həyatının başlanğıcı xüsusiyyətində olacaq. Allah bu insanlara qarşılaşacaqları çətin günü belə xatırladır:

Bəs mələklər onların üzlərinə və arxalarına vura-vura canlarını alanda halları necə olacaq? (Məhəmməd surəsi, 27)

Məhz bu səbəblərlə ölüm anını insanın zehnində canlandırması, yüz faiz səmimi və vicdanlı davranmasına səbəb olacaq. Qəti olaraq yaşayacağınız bu böyük hadisəni diqqətli düşünün: Məsələn, avtomobil sürərkən və ya hər zaman etdiyiniz işlərdən birini edərkən, bir anda qarşınızdakı görüntü dəyişə bilər və iki ölüm mələyi ilə qarşılaşa bilərsiniz.

Ölüm mələkləri dünya həyatında Allahın razılığına görə yaşamamış, ölümü və axirəti unutmuş şəxslərə çox qorxunc üzlə görünə bilərlər. (Ən doğrusunu Allah bilir) Quranda izah edildiyinə görə əllərini canını almağa gəldikləri adama doğru uzadıb onu özlərinə çəkərək alçaldıcı, sonsuz və geri dönüşü olmayan əzabı bildirirlər. Bu əsnada, yuxarıdakı ayədə bildirildiyi kimi insanın üzünə və kürəyinə vuraraq canını alarlar. Ruhun bədəndən çıxarılması böyük ağrıya səbəb olur. Və o anda insan nələr olacağını başa düşür. Qiyamət surəsində bu hadisə belə təsvir edilir:

O gün neçə-neçə üzlər də tutulub qaralacaq, və yəqin edəcək ki, onlara müsibət artıq üz vermişdir. Xeyr, o ruh körpücük sümüklərinə yetişəcəyi zaman; “Ovsunu kim oxuyacaq?” – deyiləcəkdir. Can verən adam dünya həyatından ayrıldığını yəqin edəcəyi, və ayaq ayağa dolaşacağı zaman – o gün hər kəs Rəbbinin hüzuruna gətiriləcəkdir. O kafir nə Quranı təsdiq etdi, nə də namaz qıldı. Haqqı da yalan saydı və üz döndərdi (Qiyamət surəsi, 24-32)

Ölüm anını siz də mütləq yaşayacaqsınız. Ölüm anınızın bu an olduğunu düşünün. Sizin üçün nələr əhəmiyyət qazanar, nələrin heç bir mənası qalmazdı? Nələri etmiş olmaqdan və ya etməmiş olmaqdan ötrü peşmanlıq hiss edərdiniz? Kimlərin sözünü dinləmiş olmağı arzulayardınız? Ya da kiminlə heç tanış olmamış olmağı istəyərdiniz? Məsələn, işinizlə əlaqədar təfərrüatlar sizi nə qədər maraqlandırardı? Və ya dəvətə gedərkən geyəcəyiniz paltarın, insanların sizin zərifliyinizə, ya da gözəlliyinizlə əlaqədar düşüncələrinin axirət həqiqəti yanında nə əhəmiyyəti qala bilərdi?

Bu suallara səmimi cavab verən kəslər vicdanlarının nə dediyini ortaya çıxara bilərlər. Əgər insan həyatı boyunca Allahın razılığını hədəfləmədisə və Allahın razılığını qazanmaq üçün var gücüylə çalışmadısa, ölüm anında duyduğu qorxunun yanında yaşayacağı ən böyük hiss, düzəlişi mümkün olmayan peşmanlıq olacaqdır. İnsanın ağlından həmişə “kaş bu adamı dinləməsəydim, kaş ki, namaz qılsaydım, kaş ki, Allah üçün yaşasaydım” kimi “kaş ki” lər və peşmanlıq ifadələri keçəcək.

Bu vaxt ölüm anının təsirinin şiddəti daha da artacaq, çünki bu iki mələk insanı sürüyərək, alçaldaraq cəhənnəmə doğru apararlar. Cəhənnəmə girmədən əvvəl hər kəs bir-bir sorğu-sual olunur və hər kəs niyə cəhənnəmə girdiyini bir daha görür. Bu, insana şiddətli sıxıntı, dəhşət və qorxu yaşadar. Çünki həyatı boyunca etdiyi və düşündüyü hər şey özünə bir-bir göstərilir. Kimsənin bilmədiyini zənn etdiyi düşüncələri, özünün belə unutduğu bir çox hadisə o gün qarşısına çıxar:

O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər. Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. Zərrə qədər pislik edən də əvəzini alacaqdır. (Zəlzələ surəsi, 6-8)

Bütün dünya həyatınız bu şəkildə qarşınıza çıxarıldığında nələrin sizə peşmanlıq yaşadacağını düşünün. Nələr üçün “kaş ki, etməsəydim” və ya “kaş ki, etsəydim” deyirsiniz? O günkü gecikmiş peşmanlıq ayədə belə bildirilir:

O gün, gerçək bir gündür. Kim istəsə öz Rəbbi yanında sığınacaq tapar! Həqiqətən, Biz sizi yaxın əzab barədə xəbərdar etdik. O gün insan öz əlləri ilə nələr etdiyini görəcək, kafir isə deyəcəkdir: “Kaş mən torpaq olaydım!”  (Nəbə surəsi, 39-40)

Hətta insanlar dünya həyatında etdikləri əməllərə görə öz-özlərinə qarşı böyük qəzəb və nifrət hiss edəcəklər. Ancaq Allahın onlara qarşı duyduğu qəzəb və kin daha böyük olacaq:

Kafirlərə belə xitab olunacaq: “Siz imana dəvət olunarkən küfrünüzdə israr etdiyiniz zaman Allahın sizə olan nifrəti indi sizin özünüzə olan nifrətinizdən daha böyük idi”. (Mümin surəsi, 10)

Quranda o günkü peşmanlığın və xatırlamanın fayda verməyəcəyi bildirilir. O an gəldiyində hər şey bitmişdir; keçmişdə edilənləri düzəltmək mümkün deyil. Cəhənnəmin qapıları sonsuza qədər insanın üzərinə bağlanacaqdır:

Və o gün Cəhənnəm gətiriləcək. O gün insan günahlarını xatırlayacaqdır. Lakin bu xatırlamanın ona nə faydası? O: “Kaş axirət həyatım üçün əvvəlcədən hazırlıq görəydim!” – deyəcəkdir. O gün heç kəs Allahın verdiyi əzab kimi əzab verə bilməz və heç kəs Onun buxovladığı kimi buxovlaya bilməz (Fəcr surəsi, 23-26)

İnsanların hamısı, ən azğın olanı belə, ölüm anında və hesab zamanı vicdanının bütün dediklərini açıqlığı ilə görə biləcək, ancaq geri dönüş mümkün olmadığı üçün vicdanına uyaraq vəziyyətini düzəldə bilməyəcəkdir. Bu kitabın məqsədi də, hələ geri dönüş imkanı varkən insanlara vicdanlarını göstərmək və keçmişi düzəldə biləcəkləri və axirətdə peşman olmayacaqları həyata dəvət etməkdir.

Burada izah edilənlər vicdanınızın səsini bütün çılpaqlığı ilə heç bir şey qatmadan nəfsinizdəki digər mənfi səs və təlqinləri qarışdırmadan ortaya çıxara bilmək baxımından çox əhəmiyyətlidir. Çünki daim vicdanına tabe olan biriylə vicdanına tabe olmayan insan arasındakı fərq, vicdanlı insanların Allaha və axirətə olan imanlarının gücüdür. Vicdanlı insan hər an cəhənnəmin yanında hesaba çəkilirmiş kimi davranar. Allah ayəsində bəzi elçilərini nümunə verərək onların daima axirəti xatırladıqlarını belə bildirir:

Qüdrət və bəsirət sahibi olan qullarımız İbrahimi, İshaqı və Yəqubu da yada sal! Biz onları Axirət yurdunu sadiq ürəklə andıqlarına görə seçdik. (Sad surəsi, 45-46)

 

6 / total 15
"Harun Yəhyanın Quranda Vicdanın Əhəmiyyəti kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com