< <
7 / total: 15

Hər An Vicdana Tabe Olaraq Quran Əxlaqını Yaşamaq

Allahın və axirətin varlığının fərqini anlayan insanın tək məqsədi Allahı məmnun etmək və sonsuz həyatında cənnətdə yaşaya bilmək olacaq. Vicdanını və ağlını istifadə edən insan üçün bunun xaricində hədəf təyin etmək qeyri-mümkündür. Amma insanların bir qismi dinin, həyatın kiçik bir hissəsini əhatə edən inanc olduğunu zənn edərlər. Onlara görə din müəyyən günlərdə xatırlanar, ibadətlər xaricində də dinlə əlaqədar mövzu yoxdur. Halbuki Quranda insanın ibadətləri ilə birlikdə bütün həyatının da Allah üçün olacağı bildirilir:

De ki: “Şübhəsiz ki, mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi olan Allaha məxsusdur.” (Ənam surəsi, 162)

Bunun mənası budur;  insan hər davranışında, hər çıxışında, hər qərarında, qısacası həyatının hər anında Allahın özündən razı olub-olmayacağını düşünməli, əgər Allahın razı olmayacağına qənaət gətirsə, o rəftardan tamamilə imtina etməlidir.

Əslində hər kəs vicdanına üz tutsa həyatının tək məqsədinin Allah üçün yaşamaq olduğunu anlayacaq. Dünyada yaşadığı həyatdan hesaba çəkiləcək və nəticəsində sonsuz həyatını keçirəcəyi məkan təyin olunacaqinsan üçün başqa variant mümkün deyil. Bundan əlavə, nankor olmayan, düşünən, həqiqətləri dərk etmə qabiliyyətinə sahib hər insan əlbəttə ki, özünü yoxdan var edən, özünə heç ikən həyat verən və sonsuz cənnətdə yaşamaq imkanı verən Rəbbimizi məmnun etməkdən daha əhəmiyyətli bir şey görməz.

Bütün həyatını Allah üçün yaşamağa qərar verən insan, Allahı necə məmnun etmək üçün yenə vicdanına üz tutur. Quranda Allah qadağalarını və əmrlərini bildirmişdir. Hər şeydən əvvəl vicdanından istifadə edən biri bu əmrlərə və qadağalara qəti olaraq əməl edər. Haram və halal, Quranda oxuduğu hər hökmü ən dəqiq şəkliylə tətbiq edər. Quranda bildirilən əxlaq xüsusiyyətlərini özünə nümunə götürər. Bunu edərkən də son dərəcə səmimidir. Quranda hər yazılanı anlayışının və imkanlarının əlverişli olduğu ölçüdə, əlindən gələnin ən çoxunu yerinə yetirər.

Buna belə nümunə verə bilərik: Quranı oxuyan insan Allahın insanlara bəzi ibadətləri əmr etdiyini görəcək. Bu ibadətlərdən biri də 5 vaxt namazdır:

Namazı bitirdikdən sonra ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edin. Artıq “təhlükəsizliyə qovuşsanız” namaz qılın. Çünki namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir. (Nisa surəsi, 103)

Bu ayəni oxuyan insana vicdanı artıq namaz qılmasını əmr edəcəkdir. Hətta hal-hazırda bu kitabı oxuyanlara da namazın fərz olduğu xatırladılmış oldu. İnsan bundan sonra vicdanının və Quranın əmr etdiyini yerinə yetirə bilər və ya  hər cür bəhanələrlə Quranın hökmlərini yerinə yetirməkdən boyun qaçıra bilər. Ancaq əsla unutmamalıdır ki, namaz qılmamaq üçün hər nə bəhanə taparsa tapsın, bu bəhanə axirətdə keçərli olmayacaq.

Mömin qadının təyin edici xüsusiyyəti Allahın Quranda əmr etdiyi üzrə geyimində təsəttür ölçülərinə diqqət etməsi və başını örtməsidir. Çünki təsəttür və baş örtüsü Allahın müsəlman qadınlara fərz qıldığı “fərz-i ayn” hökmündə ibadətdir. Müsəlman qadınlar hər dövrdə bu ibadəti böyük bir dəqiqlik və şövqlə tətbiq etmişlər. Örtünməylə əlaqədar ayələrin nazil olunduğu zamandakı mömin qadınlar vicdanlarına uyaraq bu ibadəti dərhal yerinə yetirmişlər:

“Şeybə qızı Safiyə izah edir və deyir ki: Biz hz. Aişənin yanında ikən bir qisim xanımlar qureyşli qadınların vəziyyətini və fəzilətlərini izah etmişdilər. Bundan sonra hz. Aişə buyurdu ki; “Şübhəsiz ki, qureyşli qadınların üstünlüyü vardır. Amma Allaha and içirəm ki, mən Ənsarın qadınlarından daha çox Allahın Kitabını təsdiq edən və Qurana inanan fəzilətli kəslər görmədim. “Nur surəsindəki” baş örtüklərini yaxalarının üstünə qoysunlar “ayə-i kəriməsi nazil olduğunda ərləri onların yanlarına getdilər və özlərinə Allah (c.c)-nin bu mövzuda nazil buyurduğu ayəni oxudular. Hər bir kişi qadınına, qızına, bacısına və yaxınlarına bu ayəni oxuyurdu. İçlərində hər xanım baş örtüsünü yaxası üzərinə qoydu. Allahın endirdiyi kitabındakı hökmünə inandıqlarından və təsdiq etdiklərindən libaslarına büründülər ... “(İbn-i Kesir, Hadislerle Kuran-ı Kerim Tefsiri, cild:11, səh. 5880)

Yenə təsəttürlə əlaqədar ayələr endiyi dövrdə müsəlman qadınların gözəl rəftarlarıyla əlaqədar olaraq bunlar rəvayət edilir:

Hz. Aişə (rədiyallahu ənh)-dən rəvayət edilmişdir: “Baş örtüklərini yaxalarının üstünə qoysunlar” ayəsini nazil edincə mantolarını cıraraq onunla örtünmüşlərdir. “( İbn-i Kesir, Hadislerle Kuran-ı Kerim Tefsiri, cild:11, səh. 5880)

Bir başqa ayədə isə Allah insanlara hər vəziyyətdə və şərtdə ədalətli davranmalarını bildirir:

Ey iman gətirənlər! Şahidliyiniz özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri olub ədaləti qoruyun. Əleyhinə şahidlik edəcəyiniz şəxslərin varlı və ya kasıb olmasından asılı olmayaraq Allah onların hər ikisinə daha yaxındır. Arzularınıza uyaraq haqdan uzaqlaşmayın! Əgər siz yalan danışsanız və ya həqiqəti deməkdən boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır.. (Nisa surəsi, 135)

Bir insanın maraqlarına zidd olsa belə Allahın əmrlərini dəqiqliklə yerinə yetirməsi, ancaq vicdanının səsini dinləməsiylə mümkün olar. Yuxarıdakı ayədə diqqət çəkilən insanın qarşısına çıxa biləcək vəziyyətləri düşünək. İnsan hər hansı vəziyyətdə ədalətlə şahidlik etdiyində, yaxını günahkar mövqedə qala bilər. Amma ölümdən sonra hesab verəcəyini düşünən biri, belə bir vəziyyətdə dərhal vicdanını dinləyər və Quranın hökmünü yerinə yetirər. Çünki dünyadakı heç bir mənfəət, axirətdəki qazancından daha üstün deyil.

Allah ədalətli davranmaqla əlaqədar olaraq başqa ayədə də belə bildirir:

Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. Hər hansı bir camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Maidə surəsi, 8)

Bir insanın bu ayəni yerinə yetirə bilməsi üçün, ən qəzəbli anda belə hirsini boğub, ədalətli qərar verməsi lazımdır. Qarşısındakı insan heç sevmədiyi, hətta əxlaqından ötrü kin duyduğu, bir çox rəftarıyla və ya sözü ilə onu qəzəbləndirən biri ola bilər. Ancaq hər kim olursa olsun, hər kəsə qarşı ədalətli olmaq Allahın əmridir. Və hər insan həyatı boyunca Allahın bu əmrinə tabe olmaqla məsuldur.

Başqa nümunə, Allahın insanlara zənn etməyi və dedi-qodudan uzaq olmağı əmr etməsidir:

Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir. (Hucurat surəsi, 12)

Yuxarıdakı ayə ilə Allah insanları bəzi pis əxlaq xüsusiyyətlərindən çəkindirir. Ayədə sayılan üç rəftar da əslində bir-birləriylə əlaqəlidir. Bir insanın arxasından danışan biri, onsuz da onun haqqında bəzi pis zənlər də bəsləyir deməkdir. Eyni şəkildə digərinin gizli istiqamətlərini araşdıran adam yenə müxtəlif zənləri üzərinə belə davranış etmiş olur. Bunlar cəmiyyətdə çox geniş və qəbul görmüş davranışlardır. Ancaq qəti olaraq vicdana ziddir.

Bunun yaxşı meyarı, insanın özünü belə vəziyyətdə düşünməsidir. Heç bir insan özü haqqında dedi-qodu edilməsini, özünün gizli istiqamətlərinin, qüsurlarının araşdırılmasını, ətrafındakıların özüylə əlaqədar səhv və pis zənlərdə olmalarını, bir şeyi etmədiyi halda başqalarının etdiyini düşünmələrini əsla istəməz. Belə vəziyyəti hiss etdiyində böyük haqsızlığa uğradığını düşünəcək, özünü etibarsız, narahat hiss edəcək. Bir insana bunları etmək, onu belə mühitdə yaşatmaq isə əlbəttə ki, vicdansızlıqdır. Bir insanın özünə edilməsini istəmədiyi şeyi başqasına qəti olaraq tətbiq etməməsi onun vicdanının göstəricisidir. Allah bu səbəblə, bu rəftarları “ölü qardaşının ətini yeməyə” bənzətmişdir. Bu, nə qədər diksindiricidirsə, dedi-qodu, zənn və səhvləri axtarmaq kimi rəftarlar da o qədər nifrət vericidir. Həmçinin Allah bu və bənzəri rəftarlar edənləri cəhənnəmlə təhdid edir:

Hər bir qeybət edənin, tənə vuranın vay halına! (Hüməzə surəsi, 1)

Xeyr! O, mütləq Hutəməyə atılacaqdır. Sən haradan biləsən ki, Hutəmə nədir? Bu, Allahın qaladığı Oddur. (Hüməzə surəsi, 4-6)

Qısqanclıq, kin, paxıllıq kimi Quran əxlaqına zidd rəftarlar nəticəsində yayılan dedi-qodu, gizli istiqamətləri araşdırma və zənn edərək birini ittiham etmək, hər nə qədər cəmiyyət tərəfindən pis baxılmasa da qətiyyən vicdana uyğun rəftarlar deyil. Allahın belə rəftarlara verəcəyi qarşılıq düşünüldüyündə bir an belə edilməməsi və hətta edən kəslərin əngəllənməsi, Quran əxlaqına ən uyğun davranış forması olacaq.

Quranın və dinin ruhunu və anlayışını qavrayan insanın hər rəftarı və düşüncəsi dinin nəzərdə tutduğu əxlaqa görə müəyyən edilir. Digər ifadə ilə bu əxlaqı yaşayan insan, hər an vicdanlı davranacaq və düşünəcək. Hər şeydən əvvəl ölümü və axirəti heç bir zaman unutmayacaq, unutmadığı üçün hər rəftarı axirətə istiqamətli olacaq. Belə üstün biri axirəti həm özü, həm də dostları üçün düşünəcək; bir tərəfdən öz axirət yurdunu hazırlayarkən, bir tərəfdən də sevdiyi dostarının və ya digər insanların da axirəti üçün əlindən gələni edəcək.

Haqqında bəhs etdiyimiz insanların üzərində, həqiqətin fərqində olmanın gətirdiyi diqqət var. Adi kimi görünən hadisələrdə belə dünyaya istiqamətli deyil, axirətə istiqamətli şərhlər edərlər. Məsələn, çox gözəl və qəşəng geyinmiş yoldaşını gördüyündə, ağlına dərhal onun da bir gün öləcəyi, axirətdə hesab verəcəyi gələr. Allahın, onu qarşısına axirətdə ən gözəl halıyla çıxarması üçün dua edər. Yoldaşını dünyaya bağlayacaq məsləhətlər verməkdən şiddətlə çəkinər. Əksinə ona Allahı, cənnəti və cəhənnəmi xatırladar. Onun dünyada və axirətdəki yaxşılığı və rahatlığı üçün dua edər. Vicdanlı insan yoldaşına sevgisini, onun axirəti üçün səy göstərərək, onu pisliklərdən çəkindirib yaxşılıqları əmr edərək göstərər.

Vicdanına uyan, daim Allahın razılığını axtaran insanın ilk baxışda digər kəslərdən fərqi yoxmuş kimi görünə bilər. O da məktəbə və ya işə gedər, ticarətlə məşğul olar, əylənər. Ancaq hər etdiyində Allahın razılığını axtarar. Bir ayədə Allah belə bildirir:

O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar.  (Nur surəsi, 37)

“Bir insan, etdiyi adi, gündəlik işlər əsnasında Allahın razılığını necə axtarar, Allahı hər an necə zikr edər?” deyə düşünülə bilər. Əvvəlcə qeyd etmək lazımdır ki, vicdanına əməl edən biri üçün ibadətləri və Allahın əmrləri hər şeydən daha çox vacibdir. Hər an Allahın özünü izlədiyini bilir və bir an belə bunu unutmaz. Etdiyi ticarətdə və alverdə dünyaya istiqamətli maraqlarını deyil, axirətdəki maraqlarını qoruyar. Dürüstlükdə əsla güzəştə getməz, axirətdə hesabını verə bilməyəcəyi, utanacağı heç bir rəftara rəğbət etməz. Bütün qazancını itirəcəyini bilsə belə ölçüdə, çəkidə və ya hesablarında haqsızlıq etməz. Hər mövzuda son dərəcə etibarlı olar. İmkanı olduğu halda borcunu ödəməkdə çətinlik yaratmaz. Və ya özünə borcu olan adam əgər çətinlik içindədirsə, Quranın da tövsiyəsinə uyaraq alacağından imtina edə bilər. Quranda bu mövzu ilə əlaqədar tövsiyə belədir:

Əgər borclu olan adam ağır şərait içindədirsə, onun vəziyyəti düzələnə qədər ona möhlət verin. Bilin ki, borcu bağışlamaq sizin üçün daha xeyirlidir. (Bəqərə surəsi, 280)

Mömin, ruzini və zənginliyi verəcək olan tək gücün Allah olduğunu əsla ağlından çıxarmaz. Əldə etdiyi gəlirlə lovğalanıb azğınlaşmaz, əksinə Allahın hər verdiyi nemətə şükür edər.

Yuxarıda göstərilənlər Qurandan bəzi nümunələrdir. İnsanın gündəlik həyatı əsnasında qarşılaşdığı və Qurandan həll tapa biləcəyi, doğrunu öyrənə biləcəyi daha bir çox hadisə var. Dini yaşamaq istəyən hər insan, vicdanından bu istiqamətdə istifadə edərək Quranı oxumalı və oxuduqlarını yenə vicdanından istifadə edərək tətbiq edər.

Vicdan, Allahın ən çox məmnun qalacağı rəftarı axtarar

Vicdanlı insan Allahın razılığını axtarmaqda çox diqqətli davranar. Hər zaman “Allahı ən çox necə razı edərəm” deyə düşünər. Heç bir rəftarında başqa insanların razılığını, onların gözündəki mövqeyini güdməz. Qatqısız olaraq Allaha yönələr.

İnsanlardan bəziləri isə dini, vicdanlarından istifadə edərək deyil, atalarından gördükləri şəkildə ənənə və vərdiş olaraq yaşayarlar. İbadətləri yerinə yetirərlər, əzbərlədikləri bəzi şeyləri tətbiq edər və bunlarla kifayətlənərlər. Halbuki, vicdanı tam olaraq istifadə etmədən din əxlaqını yaşamaq mümkün deyil. Bəhs etdiyimiz insanlar yalnız yaşadıqları ətraf mühitə zidd düşməmək üçün və ya elə alışdıqları üçün “dinə uyğun” görülən həyat şəkli seçmişlər. Bu səbəblə, bu kəslər dində “Allah üçün ən çox nə edərəm” deyil, “ən az nə etsəm insanları dindar olduğuma inandıraram” məntiqindədirlər.

Vicdanlı insan isə hər ibadəti, hər rəftarı ən gözəl şəkliylə necə tətbiq edəcəyini düşünür. Hesab günündə heç bir rəftarının, heç bir sözünün özü üçün risk meydana gətirməsinə icazə verməmək üçün gücünün və ağlının yetdiyindən çoxunu axtarar. Çünki etdiyinin qarşılığını axirətdə alacağını bilir. Necə ki, Allah bu mövzuda insanları xəbərdar edir:

Namaz qılın, zəkat verin! Qabaqcadan özünüz üçün nə xeyir hazırlasanız onun əvəzini Allahın yanında tapacaqsanız. Şübhəsiz ki, Allah nə etdiklərinizi görür. (Bəqərə surəsi, 110)

Bir insanın etdiyi hər işdə ən gözəlini, edə biləcəyinin ən çoxunu axtarmasına Quranda nümunə, möminlər arasında “sözün ən gözəli” dən istifadə edilməsi əmridir:

Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir. (İsra surəsi, 53)

Allahın bu əmrini bilən biri sözün ən gözəlini vicdanına üz tutaraq tapacaq. Danışıqlarında “nə olursa olsun” deyib ilk ağlına gələni söyləyib keçməz. Əksinə, ən gözəl, ən təsiredici söhbətləri edər, qarşısındakı kəsləri incitməmək, onların sevinclərini qaçırmamağa diqqət göstərər. Allahın ən razı olacağı danışığı seçər və bunda vicdanından açar olaraq istifadə edər.

Bir başqa ayədə də Allah, dinə bağlılıqları baxımından insanları üç qrupa ayırmışdır:

Sonra Kitabı bəndələrimizdən seçdiklərimizə miras etdik. Artıq onlardan kimisi özünə zülm edər, kimisi orta yol tutar, kimisi də Allahın izni ilə yaxşı işlərdə öndə gedər. Məhz, böyük lütf də budur. (Fatir surəsi, 32)

Ayədə də bildirildiyi kimi, insanlardan bir qismi din əxlaqını onsuz da heç yaşamazlar. Bir hissəsi isə vicdanlarından tam olaraq istifadə etmədikləri üçün orta yol tutarlar. Yəni vicdanlarının hər əmr etdiyini deyil, yalnız bir qisminə tabe olarlar. Maraqlarına zidd düşdüyü nöqtələrdə vicdanlarına əməl etməyə bilərlər. Məsələn, vaxtlarının və imkanlarının hamısını din üçün istifadə etmək yerinə yalnız bir qismini istifadə edərlər. Dinin və gözəl əxlaqın insanlar arasında yayılması mövzusunda ciddi səy göstərməzlər. Yerinə yetirdikləri bəzi ibadətləri, halal və haramlara diqqət etməyi önə sürərək, özlərini əxlaqi baxımdan da yetərli görərlər. Halbuki vicdana uyğun olan, halal və məşru olan rəftarlar içərisində əxlaqi cəhətdən də ən doğru, ən gözəl olanı seçib tətbiq etməkdir. Necə ki, Allah Quranda sözün ən gözəlinə tabe olanlardan təriflə bəhs etmişdir:

O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar, onlar Allahın doğru yola yönəltdiyi şəxslərdir. Ağıl sahibləri də məhz onlardır. (Zumər surəsi, 18)

Üçüncü qrup isə xeyirlərdə yarışanlardır ki, bu kəslər vicdanlarının əmrlərinin ən çoxunu tətbiq edərlər. Hətta ən çox savabı qazanma yarışındadırlar. Hər cür xidmətdə, hər xeyir işində önə atılarlar. Heç bir işdə başqalarının etməsini gözləməzlər, əksinə özləri ön plana çıxaraq namizəd olarlar. Edə biləcəkləri daha yaxşı işlər varkən və ya daha çoxunu edə biləcək ikən, daha az olanı seçməyi vicdanları qəbul etməz.

Mümkün olan ən yaxşısını seçmək mövzusunda digər nümunə də Nisa surəsində verilir. Bu surədə Allah, əmanət edilən şeylərin, o mövzuda layiq olan yəni səlahiyyət və qabiliyyət sahibi kəslərə verilməsini əmr edir:

Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir. (Nisa surəsi, 58)

Əmanət ediləcək şey vəzifə, məsuliyyət və ya qorunmalı olan qiymətli əşya ola bilər. Belə vəziyyətdə, məsələn, bəhs edilən əmanət əgər əşya isə onu, diqqəti ən açıq, ən dürüst və ən ağlı başında adama vermək bu ayənin ən doğru şəkildə tətbiq olunması deməkdir. Bir vəzifə və ya məsuliyyət verərkən də eyni şəkildə bu mövzuda ən məlumatlı, ən təcrübəli, qısacası bu məsuliyyəti ən yaxşı şəkildə yerinə yetirə biləcək adam seçilməlidir. Daha az bacarıqlı və ya daha az məlumatlı birinin seçilməsindən böyük ehtimalla nəfsani mənfəət güdülmüş deməkdir. Bir adamın etibarlılığından çox, o adamın qan bağı baxımından yaxınlığı, ya da gələcəkdə qarşılıq olaraq başqa mənfəətlər təmin etməsi kimi hesablar edilmiş ola bilər. Ki ümumiyyətlə cəmiyyətdə yayılmış olan anlayış budur. Mənfəət əlaqələri birinci dərəcədən əhəmiyyətli olur. Halbuki hər mövzuda ən yaxşısını, ən doğrusunu axtarmaq Quran əxlaqının gərəyidir.

Görüldüyü kimi vicdan, yalnız Allahı tanımanı, Onun varlığını qəbul etməyi deyil, eyni zamanda Onu razı edəcək işlər görməyi və bu işlərdə də çox diqqətli olmağı tələb edir. İnsanların böyük əksəriyyəti isə Allahın varlığına inanmağın yetərli olduğunu zənn edər. Qurandakı bəzi ayələrdə bu kəslər belə bildirilir:

De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs belə olduğu halda Allahdan qorxmursunuz?” O sizin Haqq Rəbbiniz olan Allahdır. Haqdan sonra zəlalətdən başqa nə ola bilər? Siz necə də haqdan döndərilirsiniz! (Yunis surəsi, 31-32)

Yuxarıdakı ayələrdə də görüldüyü kimi, bu kəslər Allahın varlığına inanır, hətta Allahın onlara ruzi verdiyini, özlərini yaradan və öldürən olduğunu, hər şeyin yaradıcısı və sahibi olduğunu da qəbul edərlər. Vicdanlarından ancaq bu qədər anlayış üçün istifadə edər və bunu dindarlıqları üçün yetərli görərlər. Halbuki vicdanından sonuna qədər istifadə edən biri, Allahın ucalığını qavraya bildiyi üçün Ona qarşı hörmət dolu qorxu hiss edər. Bu digər bilinən qorxulardan fərqli qorxudur; Allahın razılığını itirmə qorxusudur. Bundan qorxu duyan insanın bütün həyatı yalnız Rəbbimizin razılığını qazanmağa çalışaraq keçər. Allaha yaxınlaşmada özünə sərhəd tanımaz. Necə ki, Allah Quranda hz. İbrahimi nümunə göstərərək belə demişdir:

Yaxşı işlər görərək Allaha təslim olan və hənif olaraq İbrahim dininin ardınca gedən şəxsdən din baxımından daha gözəl kim ola bilər? Allah İbrahimi sevimli dost tutmuşdur. (Nisa surəsi, 125)

Məhz yüz faiz vicdanla hərəkət edən insan da, insan ağlının Allahı qavrayıb anlaya biləcəyi ən üst səviyyəyə çatana və Allahın yaxın dostu olana qədər səy göstərər. Ancaq heç bir zaman ən üstün dostluğu və yaxınlığı təmin etdiyindən əmin ola bilməyəcəyi üçün, ölənə qədər bu səyi və istəyi davam edər.

Yaxşı, “Allaha yaxınlıq”, “Allahla dost olmaq” necə olur? deyə düşünə bilərik. Məhz bunun açarı da vicdanımızdır. 

 

7 / total 15
"Harun Yəhyanın Quranda Vicdanın Əhəmiyyəti kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com