< <
9 / total: 15

Vicdanın Qarşısındakı Mənfi Güclər: Nəfs və Şeytan

Vicdanın qarşısında yer alan mənfi güclərdən bəhs etməzdən əvvəl, vicdanın Allahın ilhamı olduğunu açıqlayan Şəms surəsindəki ayələri təkrar xatırlatmaq istəyirik:

And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, ona günahları və Allahdan qorxmağı təlqin edənə! Nəfsini günahdan təmizləyən uğur qazanmışdır. Onu günaha batıran isə ziyana uğramışdır. (Şəms surəsi, 7-10)

Bu ayələrdə Allah nəfsə fücuru və eyni zamanda ondan çəkinməyi, yəni vicdanı ilham etdiyini bildirir. “Fücur” sözü məna olaraq “günaha və üsyana qalxmaq, fasiq olmaq, yalan söyləmək, baş qaldırmaq, haqdan üz çevirmək, nizamı pozmaq, əxlaqi çöküntü, təqvanın ziddi” deməkdir. Yəni fücur olaraq adlandırılan anlayış, insan nəfsinin mənfi xüsusiyyətlərinin hamısını əhatə edir. Nəfsimizdə iki ayrı xüsusiyyət var: pisliklərin qaynağı fücur və eyni zamanda pisliklərdən çəkindirən vicdan.

Bu mövzunu daha yaxşı başa düşə bilmək üçün nəfsin nə olduğunun da bilinməsi faydalı olacaq. “Nəfs” Quranda tez-tez istifadə edilən ərəb dilində termindir. Dilimizdə tam qarşılığı yoxdur, ancaq “mənlik” sözü ilə ifadə oluna bilər. Quranda istifadə edilən mənaları isə belədir; “Bir şeyin zatı, özü, ruh, öz varlığı, qəlb, şəhvət, arzu və qəzəbın başlanğıc yeri, yatağı, vicdan, insanda əmredici güc”. Burada, nəfsin əvvəlcə üzərində duracağımız xüsusiyyəti, insanda əmredici güc olmasıdır. Yəni insana hərəkəti etdirən, qərar verdirən mənəvi güc, nəfsdir. Nəfsin bu istiqaməti Quranın bir çox ayəsində bildirilir. Bu ayələrdə insanların əxlaqsızlıqlarından, pisliklərindən bəhs edilərkən bu rəftarlarının qaynağı olaraq nəfsləri göstərilir.

Bu nümunələrdən biri hz. Yusifin qardaşları ilə əlaqədardır. Hz. Yusifə qarşı duyduqları qısqanclıqlarından ötrü onu təsirsiz hala gətirmək üçün hərəkət edən qardaşlarına ataları hz. Yaqub belə demişdir:

... “Xeyr” dedi. Sizi öz nəfsiniz bu işə vadar etmişdir ... (Yusif surəsi, 18)

Yuxarıdakı ayədə nəfsin insanları aldada biləcəyi və əslində çirkin olan şeyi gözəl göstərə biləcəyi bildirilir.

Yenə nəfsin təsirinin vurğulandığı başqa hadisə Taha surəsində izah edilir. Hz. Musanın qövmündən olan Samiri, hz. Musa qısa müddətə yanlarından ayrıldığında, bütün qövmü azdırmış və onlardan yığdığı qızıllarla buzov heykəli düzəltmişdi. Hz. Musa geri dönüb Samirini hesaba çəkdiyində isə Samirinin cavabı belə olmuşdur:

O dedi: “Mən onların görmədiklərini gördüm. Mən o elçinin ləpirindən (Cəbrayılın atının ayağı dəydiyi yerdən) bir ovuc torpaq götürdüm və onu bəzək əşyalarının üstünə atdım. Nəfsim məni buna sövq etdi”. (Taha surəsi, 96)

Quranda bəhsi keçən başqa hadisə də hz. Adəmin iki oğlu arasında baş vermişdi. Hz. Adəmin iki oğlundan biri qısqanclığı səbəbiylə qardaşını öldürür və sonra peşmanlıq duyur. Ayədə, bu cinayəti törədən hz. Adəmin oğlu üçün Allah belə bildirir: “... Nəfsi onu qardaşını öldürməyə vadar etdi ...”. (Maidə surəsi, 30) Adam öldürmək və belə qərar vermək əslində insanın yaradılışı ilə əsla uyğun gəlməz. Heç kim belə bir şeyi istəməz və bunu etməyi asan görməz. Ancaq nəfsdəki xüsusiyyət bunu asanlaşdırır və bəzi insanlara bunu cazibədar göstərir. Oğurluq, əxlaqsızlıq, yalançılıq, qısqanclıq, təkəbbür kimi xüsusiyyətlər üçün də eyni vəziyyət keçərlidir.

Diqqət yetirilsə, yuxarıda göstərilən ayələrdə nəfsin mənfi təlqinindən bəhs edilir. Hz. Adəmin oğlu, hz. Yusifin qardaşları və Samiri fərqli cinayətlər işləmişlər. Bu hadisələrdə ortaq olan nöqtə isə hər bir rəftarın nəfslərindən qaynaqlanmasıdır. Nəfsləri bu pis rəftarları asan və gözəl göstərmiş və ya onları aldatmış və pisliyə sövq etmişdir.

Yaxşı, nəfsin bu gücü haradan qaynaqlanır? Cavab aydındır: Şəms surəsindəki ayədə bildirildiyi kimi nəfsə fücur, yəni bütün bu pisliklər ilham edilir.

Bu nöqtədə ağıla belə sual gələ bilər: “Madam insanların nəfsi bu şəkildə pisliyə açıq olaraq yaradılmışdır, elə isə hər insandan pislik və əxlaqsızlıq gözləmək lazım deyilmi?”

Burada nəfsin digər xüsusiyyətini daha xatırlamaq lazım olacaq; nəfsdəki tək güc bu mənfi ilham deyil. Şəms surəsindəki ayələr təkrar oxunsa, nəfsə pisliklərlə yanaşı bu pisliklərdən çəkinmənin də ilham edildiyi görüləcək. Yəni mənfi güclərlə yanaşı müsbət güclər də nəfsdə hazır var. Bunun mənası budur: Hər insanın nəfsində həm pislikləri, əxlaqsızlıqları əmr edən, bunları asan və gözəl göstərən güc vardır, həm də bütün bunlardan çəkinməyi, yaxşı və gözəl olanı seçməyi əmr edən müsbət güc vardır. Məhz bu müsbət güc vicdandır. Və insanları bir-birlərindən ayıran xüsusiyyət insanların vicdanlarına və ya nəfslərindəki mənfi xüsusiyyətlərə uyaraq həyat sürmələridir.

Şeytan və vicdan

Şeytan, bir çox insan üçün mistik anlayışdır. Bu səbəblə, insanların üzərində necə təsiri olduğu, gündəlik həyatda necə rol oynadığı nəzərə alınmır. Ancaq insanlar bu mövzuda yanılırlar.

Bu kitabda şeytan mövzusunu ətraflı olaraq araşdırmayacağıq, yalnız vicdana qarşı mənfi güc olan şeytanın bəzi xüsusiyyətlərinə toxunacağıq. Amma yalnız bu qədəri belə, şeytanın mistik və xəyali varlıq deyil, insanı hər an müşahidə edən və səhvə sürükləməyə cəhd göstərən mənfi güc olduğunun fərq edilməsini təmin edəcək. (Bu mövzuyla əlaqədar daha ətraflı məlumat almaq istəyənlər Harun Yəhyanın “İnsanın açıq-aşkar düşməni: Şeytan” adlı kitabına müraciət edə bilərlər.)

Şeytan, Allaha qarşı çıxmış və hz. Adəmin qarşısında səcdə etməmişdir. Qısqanclığı və qüruruna görə özündən alçaq gördüyü insanları Allahın yolundan azdırmağa qərar vermişdir. Quranda şeytanın qəlblərə hiyləgərcə vəsvəsələr verməsindən, insanları Allahın və axirətin varlığından şübhə etdirməyə çalışmasından, dünya həyatını insanlara bəzəkli və cazibədar göstərməsindən bəhs edilir. Əslində şeytan, nəfsdə də var olan və vicdanın qarşısında olan mənfi qüvvələrin təmsilçisidir. Qısacası, insana vicdanı daima doğrunu söyləyərkən şeytan həmişə səhv olanı söyləyər. Ancaq bunu çox açıq şəkildə etməz. Heç hiss etdirmədən istifadə etdiyi yollar vardır. Məsələn, insana “Sən onsuz da yaxşı insansan. Müsəlmanam da deyirsən. Əgər cənnət varsa, sən onsuz da oraya gedəcəksən.” təlqinini edər. Halbuki bu adam bəlkə nə namaz qılırdı, nə də Allahın digər hökmlərinə əməl edirdi. Və şeytan bu insanı bəzəkli sözləri ilə axirətin varlığından şübhəyə salar. Açıq-aşkar inkar etdirməz, amma müsəlmanlıq adı altında inkara yaxın həyat yaşatdırar. Ən əhəmiyyətlisi insan bunun şeytanın onu cəhənnəmə sürükləmək üçün qurduğu qəsdli plan olduğunu anlamadan öz düşüncələri olduğunu zənn edər. Burada unudulmamalı olan budur: Vicdan insana hər zaman həqiqi dini yaşamasını söyləyəcək. Ancaq şeytanın söylədikləri onlara asan gəldiyi üçün insanların bir çoxu vicdanlarının söylədiklərinə baxmayaraq şeytanın dediklərinə tabe olarlar.

Vicdanın dünyada davam edən imtahan içərisindəki əhəmiyyəti burada qarşımıza çıxır. Hər qarşılaşılan hadisədə həm vicdan, həm də maraqların, ehtirasların, pisliklərin qaynağı olan şeytan dövrəyə girər. Hər ikisi də insanı öz yoluna çağırır. Bu iki səsi ayırd edə bilənlər və vicdanlarına tabe olanlar, Allahın razılığını qazanarlar.

Bu nöqtədə bilinməli lazım olan çox zəruri nöqtə daha var: Şeytan ölənə qədər, hətta bütün insanları cəhənnəmə aparana qədər onlardan əl çəkməyəcək. Əvvəlcə bunu qəti olaraq ağıldan çıxarmamaq lazımdır. Amma bunu da unutmamaq lazımdır ki, vicdanı da insanı ölənə qədər buraxmayacaq və axirətdə cənnətə girə bilməsi üçün lazımlı olan hər rəftarı ona söyləyəcək.

Bütün bunlara baxmayaraq vicdanına uymayaraq, nəfsinə uyan insan isə şeytanın dostu olmuşdur. Çünki o Allahın deyil şeytanın yolunu seçmişdir. Bu kəslərlə əlaqədar Allah bu hökmü verir:

Kim Mərhəmətli Allahın zikrindən üz döndərsə, Biz şeytanı ona calayarıq və o da ona yoldaş olar. (Zuxruf surəsi, 36)

Şeytanın özünə uyanlara necə yaxınlaşacağını və şeytanın və tərəfdaşlarının sonu isə yenə Quranda belə bildirilir:

İblis dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub insanları tovlayacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”. Allah buyurdu: “Oradan mənfur və qovulmuş halda çıx! Onlardan hər kəs sənin ardınca getsə, əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam.  (Əraf surəsi, 16-18)

Şeytanın vicdanlı insanlar üzərində heç bir təsiri yoxdur

Yuxarıdakı izahatlardan şeytanın çəkinilməli olan əhəmiyyətli güc olduğu qənaətinə gəlinmiş ola bilər. Ancaq qəti olaraq bilinməlidir ki; həmçinin şeytanın gücü son dərəcə zəifdir. Allah ayədə şeytanın bu vəziyyətini belə bildirir:

Möminlər Allah yolunda, kafirlər isə tağut yolunda vuruşurlar. Elə isə şeytanın dostları ilə vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir. (Nisa surəsi, 76)

Şeytana insanları təsir etmə imkanı, Allaha iman edənlərlə, şübhədə olanların ayırd edə bilməsi üçün verilmişdir. Hər şeydən əvvəl şeytan özünə aid müstəqil gücü olan, Allahın diləməsi xaricində bu gücünü istifadə edə biləcək varlıq deyil. Şeytan Allahın insanı sınamaq üçün istifadə etdiyi mənfi gücdür. Allah, qullarını sınamaq və kimlərin vicdanlarına uyduğunu göstərmək üçün şeytanı və ona uyan nəfsi yaratmışdır. Şeytanın da fərqində olduğu həqiqət vardır ki, səmimi və vicdanlı insanlara qarşı çox gücsüz və zəifdir. Onları heç bir zaman təsiri altına ala bilməz. Onlara qarşı heç bir hiyləsi təsirli olmaz. Bu vəziyyət Quranda bir çox ayədə xəbər verilmişdir:

Şübhəsiz ki, şeytanın, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur. Onun hakimiyyəti yalnız onu özünə dost tutanlar və Allaha şərik qoşanlar üzərindədir. (Nəhl surəsi, 99-100)

Allah buyurdu: “Çıx get! Onlardan kim sənə uysa, tam bir əvəz kimi cəzanız Cəhənnəm olacaqdır. Onlardan gücün çatdığı kimsələri səsinlə günaha təhrik et, atlı və piyadanı onların üstünə yerit, mallarına və övladlarına şərik ol, onlara vədlər ver. Şübhəsiz ki, şeytan onlara ancaq yalan vədlər verər. Əslində, Mənim ixlaslı qullarım üzərində sənin hökmranlığın olmayacaqdır. Qoruyan olaraq Rəbbin yetər”. (İsra surəsi, 63-65)

Vicdana uymaq ən asan yoldur

Bu nöqtədə bunu da xatırlatmaq lazımdır: Vicdan və nəfs arasındakı seçim əslində insan üçün heç çətin deyil. Çünki Allah insanı vicdanının səsinə uymaqdan zövq alacaq şəkildə yaratmışdır. Buna görə Qurana tabe olmaq və din əxlaqına görə yaşamaq da insanların təbiətinə uyğundur. Aşağıdakı ayədə Allah bu həqiqəti belə xəbər verir:

Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir. (Rum surəsi, 30)

Və Allah vicdanlara bu fitrətə uyğun rəftar və düşüncələri ilham edər. Bu səbəblə, hər insanın vicdanı əslində Allahı məmnun etmək istəyər. Buna görə insanın vicdanına uyğun olmayan şeyləri etməsi çətin və əzab verici işdir. Vicdana tabe olmadan edilən şeylərdə qəlb sıxıntısı, narahatlıq və ya gərginlik meydana gələr. Qəlbin rahatlaması isə, ancaq Allahın xatırlanması və Onun razılığının axtarılması ilə olar.

Vicdana uymağın asanlığı Quranda bir çox ayədə bildirilir. Həmçinin Allah Öz razılığına uyan kəslər üçün xüsusilə asanlıq təmin edəcəyini söyləyir:

... Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir... (Bəqərə surəsi, 185)

... Kim Allahdan qorxsa (Allah) onun işini asanlaşdırar. (Təhrim surəsi, 4)

İman gətirib yaxşı iş görən kimsəyə isə ən gözəl mükafat veriləcəkdir. Biz ona əmrimizdən asan olanı buyuracağıq”. (Kəhf surəsi, 88)

Səni ən asan olana müvəffəq edərik. (Əla surəsi, 8)

Allah səmimi qullarına, çətinlik kimi görünən hadisələrin ardından da asanlıq təmin edəcəyini xəbər verir:

... Allah heç kəsin üzərinə Özünün ona verdiyi nemətdən artıq yük qoymaz. Allah hər bir çətinlikdən sonra asanlıq verir. (Talaq surəsi, 7)

Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. Əlbəttə ki, hər çətinliyin ardınca asanlıq gəlir. (İnşirah surəsi, 5-6)

 

9 / total 15
"Harun Yəhyanın Quranda Vicdanın Əhəmiyyəti kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com