< <
12 / total: 15

Vicdanına Tabe Olmayan Kəslərin Yaşadıqları Ortam və Cəhənnəm

Vicdanlı insanların dünyadakı həyatlarından bəhs edərkən, cəmiyyətin böyük əksəriyyətində vicdana uymanın insanın maraqlarını zədələyəcəyi kimi inancın yayılmış olduğunu ifadə etmişdik. Bu səbəbdən bu yanlış məntiqə sahib kəslər vicdanlarına uymayaraq istək və ehtiraslarını təmin edə biləcəklərini, mənfəətlərini qoruya biləcəklərini və beləcə qazanc əldə edəcəklərini zənn edərlər. Dünya həyatındakı səhvlərinin ən böyüklərindən biri budur və bu azğın inancları səbəbiylə həm dünyanı, həm də axirəti itirərlər.

Dünyanı itirərlər, çünki hər şeydən əvvəl vicdana uymanın verdiyi böyük daxili sıxıntı yaşayarlar. Vicdan Allahın əmrindədir və insanın idarəsindən tamamilə uzaqdır. Bir insan öz içində nə qərar verərsə versin, nəyə meyil göstərərsə göstərsin, vicdanı onu əsla buraxmaz və hər vəziyyətdə doğrunu söyləyər. Bir tərəfdən doğrunun nə olduğunu dinləyib bir tərəfdən də buna tabe olmamaq böyük “vicdan əzabı” doğurar. “Vicdan əzabı” digər çətinliklərin heç birinə bənzəməz. Bu, Allahın insanlara etdiklərinin əvəzi olmaq üzrə və eyni zamanda səhvlərini düzəltmələri üçün fürsət olaraq verdiyi çətinlikdir. Quranda vicdanlarına uymadıqları üçün çətinlik çəkən və bu çətinliyə dözə bilməyərək tövbə edən üç adamdan xüsusilə bəhs edilir:

Geri qalmış üç nəfəri də bağışladı. Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri kədərdən sıxılmış və yəqin bilmişdilər ki, Allahdan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra Allah peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul Edəndir, Rəhmlidir (Tövbə surəsi, 118)

Quranda, çəkdiyi vicdan əzabı nümunə verilənlərdən biri də Allahın təriflədiyi elçisi olan hz. Yunisdir. Hz. Yunis, qövmü ona qulaq asmadıqda onları tərk etmişdir. Lakin bir müddət sonra qövmünü tərk etməsinin səhv olduğunu başa düşərək böyük peşmançılıq hiss etmiş və Allaha tövbə etmişdir. Allah tövbəsini qəbul edərək onu təkrar peyğəmbər olaraq qövmə göndərmişdir. Bu qiymətli insanın hiss etdiyi vicdan əzabı Quranda müxtəlif ayələrdə belə təsvir edilir:

Zün-Nunu da yada sal! Bir zaman o qəzəbli qövmündən ayrılıb getmiş və ona gücümüz çatmayacağını güman etmişdi. Sonra da zülmətlər içində yalvarıb demişdi: “Səndən başqa ibadətə layiq olan heç bir məbud yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!” Biz onun duasını qəbul etdik və onu qəm-qüssədən qurtardıq. Biz möminləri belə xilas edirik! (Ənbiya surəsi, 87-88)

Sən öz Rəbbinin hökmünə səbir et və balıq sahibi Yunis kimi olma! O zaman o, qəm-qüssə içində Rəbbinə dua etmişdi. Əgər Rəbbinin mərhəməti ona yetişməsəydi, o, qınanmış halda heç bir bitki bitməyən boş yerə atılacaqdı. (Qələm surəsi, 48-49)

Yalnız xüsusilə qeyd etmək lazımdır ki, yuxarıda verilən hər iki nümunədə də, vicdan əzabından ötrü tövbə edərək bu vəziyyətlərindən xilas olan möminlər vardır. Bu nümunələrdən aydın olduğu kimi, insanın hüzur tapa bilməsi üçün vicdanına uyması, səhv etdiyində tövbə edərək Allaha yönəlməsi şərtdir. Əks rəftar göstərən şəxslərin həyatları boyunca “içlərinin kədərlə dolu olması”, “kədər” içində yaşamaları qaçınılmaz vəziyyətdir.

Ancaq buna baxmayaraq insanların çox böyük qismi duyduqları vicdan əzabına baxmayaraq haqqa qarşı müqavimət göstərən mövqelərini davam etdirər, vicdanlarına tabe olmazlar. Ümumiyyətlə, daha əvvəl bəhs etdiyimiz vicdanı təzyiq altına alma, təxirə salma və bəhanələr irəli sürmə kimi üsullarla içlərindəki səsi boğmağa çalışırlar. Allah vicdanlarına tabe olmayan, ürəyi İslama və dinə qarşı laqeyd olanların daxili sıxıntılarını, yaşadıqları mənəvi boşluq və sahibsizlik hissini Quranda belə bildirir:

... Kim Allaha şərik qoşsa, sanki o, göydən düşər, quşlar onu alıb aparar, yaxud külək onu sovurub uzaq bir yerə atar. (Həcc surəsi, 31)

Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə cəzalandırar. (Ənam surəsi, 125)

Yaşadıqları bu daxili sıxıntı ilə yanaşı, həm də ruhları heç cür rahatlıq tapa bilmir. Dünya şərtləri içində sahib ola biləcəkləri ən çox mənfəəti əldə etsələr belə bununla məmnun olmazlar. Hər zaman doyumsuzluq və əskiklik hiss edərlər. Çünki Allah insanın ruhunu yalnız vicdanına uymaqla, Allahın razılığını qazanmaqla təmin olacaq şəkildə yaratmışdır. Bir ayədə belə deyilir:

Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. (Rad surəsi, 28)

Yuxarıdakı ayədən də aydın olduğu kimi, ancaq Allaha yönələn, Onu anan və Onun özlərinə yol göstərici olaraq hədiyyə etdiyi vicdana uyan kəslər dünyada rahatlıq tapa bilərlər.

Həmçinin vicdanlı birinin ətrafında necə həmişə vicdanlı kəslər olarsa, vicdanına uymayan kəslər də yenə vicdanına uymayanlarla birlikdə olmağa məhkumdur. Belə şəxslərin ətrafında həmişə “şeytanın ardınca düşmüş”, vicdanına uymayan insanlar və bunların meydana gətirdiyi sıxıntı verici mühit meydana gələr. Əslində həqiqəti bildikləri halda tətbiq etməyənlər, fədakarlıq etməyi çirkin görənlər, ədalətsizlik edənlər, qısqanc davrananlar, insanlarda gördükləri əskikliklərə lağ edənlər, təkəbbürlülər və bunlar kimi hər cür pis əxlaqı tətbiq edənlər, eyni rəftarlarla qarşılıq görürlər. Hər şeydən əvvəl, vicdanın deyil, mənfəətlərin meyar olduğu ortam son dərəcə etibarsızdır. Belə mühit hər kəs üzərində böyük narahatlıq yaradır. İnsan kimdən nə görəcəyini bilməz. Həqiqi dost heç vaxt tapa bilməz. Həqiqi vəfa və sədaqəti tapa bilməz. Fədakar rəftar heç bir zaman meydana gəlməz. İnsanlar həmişə özlərinə qarşı insaniyyətlə və incə düşüncəli davranılmasını istəyərlər. Ancaq belə ortamda, nə özləri başqalarını düşünər, nə də başqaları onları düşünər.

Beləcə dünyada maddi və mənəvi hər istiqamətdən cəhənnəm mühitini yaşayarlar. Üstəlik, içində olduqları çətin vəziyyətin bəzən özləri belə səbəbini anlaya bilməzlər. Allahdan vicdana uymamanın cəzası olaraq, heç cür məmnun olmayan, hüzur verməyən, gözəl tərəfləri olmayan həyatı yaşayarlar. Ancaq bu, yalnız dünyada yaşadıqları əzabdır. Axirətdə qarşılaşacaqları sonsuz əzab əlbəttə dünyadakı ilə müqayisə edilə bilməyəcək dərəcədə qorxunc və dəhşətli olacaq. Dünyada vicdansızlıq edənlərin axirətdə görəcəkləri qarşılıq Quranda belə bildirilir:

O gün heç kəs Allahın verdiyi əzab kimi əzab verə bilməz və heç kəs Onun buxovladığı kimi buxovlaya bilməz. (Fəcr surəsi, 25-26)

Əhəmiyyətlə ifadə edilməli olan nöqtə daha vardır: Vicdanlı insanlar necə cənnətdəki yerlərini hazırlayırlarsa, vicdansızlar da eyni şəkildə cəhənnəmdəki yerlərini hazırlayırlar, amma özləri bunun şüurunda deyildirlər:

Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Əgər artıq müəyyən etdiyimiz bir vaxt olmasaydı, əzab onlara gələrdi. O əzab onlara qəflətən, özləri də hiss etmədən gələcəkdir. Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Şübhəsiz ki, Cəhənnəm kafirləri bürüyəcəkdir. O gün əzab onları başlarının üstündən və ayaqlarının altından əhatə edəcəkdir. Allah deyəcəkdir: “Etdiyiniz əməllərin cəzasını dadın!” (Ənkəbut surəsi, 53-55) 

 

12 / total 15
"Harun Yəhyanın Quranda Vicdanın Əhəmiyyəti kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com