< <
14 / total: 15

Vicdansızlıqları ilə Tarixə Düşmüş İnsanlar

Firon

Firon, hz. Musanın göndərildiyi dövrdə yaşamış olan və Quranda ondan ən çox bəhs edilən inkarçıdır. Fironun istər hz. Musaya və onunla birlikdə olanlara, istərsə də öz xalqına qarşı göstərdiyi əxlaq ətraflı olaraq araşdırıldığında, vicdanına uymayan, yalnız nəfsindəki ehtiraslar və dünya həyatı üçün yaşayan insanların ümumi xarakteri ortaya çıxar. Bu inkarçıların ən qabaqcıllarından olan və xalqının arasında zalımlığı ilə tanınan Fironun ruh halını, məntiqini, ehtiraslarını, gözləntilərini, narahatlıqlarını və gözlənilməz hadisələr qarşısındakı mövqeyini Quran ayələrinə baxaraq analiz etmək və vicdansız insanın sahib ola biləcəyi xüsusiyyətləri görmək mümkündür. Buna görə burada bəhs edilən insanla əlaqədar Quranda bildirilən bütün təfərrüatlar araşdırılacaq və vicdansızlığın bütün tərəfləri gözlər önünə səriləcək.

Ancaq Fironun xüsusiyyətlərini oxuyarkən unudulmamalı olan çox əhəmiyyətli nöqtə budur: Fironun sahib olduğu xüsusiyyətlər, bu gün cəmiyyətdə çox geniş şəkildə yaşanan xüsusiyyətlərdir. Səmimi olaraq düşünən insan, bu əxlaqın gətirdiyi nəticələri asanlıqla görə biləcəkdir. Ən səmimi rəftar isə, insanın bu xüsusiyyətləri digər insanlarda axtarmazdan əvvəl öz nəfsində -az və ya çox- axtarması və bu vicdana zidd rəftarları düzəltməsi olacaq.

Fironun zalımlığı:

Fironun Quranda izah edilən təməl xüsusiyyətlərindən biri zalımlığıdır. Quranın bildirdiyinə görə Firon, hakim olduğu insanların bir hissəsi (xüsusilə İsrail oğulları) üzərində böyük təzyiq tətbiq edir, hətta onların uşaqlarını belə öldürürdü:

Həqiqətən, Firon yer üzündə təkəbbürlük göstərib onun əhalisini zümrələrə bölmüşdü. Firon onlardan bir zümrəni zəiflədir, onların oğlan uşaqlarını öldürür, qadınlarını isə sağ buraxırdı. Həqiqətən, o, fitnə-fəsad törədənlərdən idi. (Qəsas surəsi, 4)

Sadəcə öz nüfuzunu qorumaq və gələcəkdə özünə qarşı birləşəcək bütün qarşı hərəkətlərin qarşısını almaq məqsədində olan Firon, yalnız oğlan uşaqlarını deyil, oğlan olan körpələri də öldürür və öz əleyhinə yarana biləcək mümkün təhlükəni –öz ağlına görə- başlamadan qarşısını alırdı.

Fironun zalımlıq üzərinə qurduğu nizam, zəmanəmizdə də vərdiş etdiyimiz rəftarın tarixdəki nümunəsindən başqa bir şey deyil. İnkara və sərhəd tanımazlığa əsaslanan bütün zehniyyətlər öz vəziyyətlərini mühafizə etmək üçün lazım gəldikdə qadınları, uşaqları öldürür, müharibələr aparır, günahsız insanlar üzərinə bir dəfədə yüz minlərlə insanı öldürə biləcək bombalar yağdırırlar. Buradakı məqsəd isə yalnız öz mənfəətlərini və güclərini nə yolla olursa olsun qorumaqdır.

İnsan etdiyi hərəkətin Allah qatındakı hökmünə baxmadan yaşasa mütləq zalımlıq sərhədlərinə girə bilər, bəzilərinə zərər vermiş ola bilər, bəlkə tək qərarı bir çoxlarının həyatına səbəb ola bilər. Məhz Firon nümunəsi, zalımlığın ən son nöqtəsinin görüldüyü, ancaq zəmanəmizdə də fərqli metodlarla da olsa yaşadılan nümunədir.

Fironun təkəbbürlənib azması:

Firon, əlindəki güc və ehtişamdan ötrü təkəbbürlənmiş, Allahın sərhədlərinin tamamilə xaricinə çıxdığı kimi, ən son öz ilahlığını elan edəcək qədər azğınlığın son həddinə gəlib çıxmışdı. Təzyiq altına aldığı xalqını da dözülməz çətinliklərə məruz qoyurdu. Əlindəki gücü qorumaq üçün nə edəcəyini bilməyən halda hər cür təzyiq üsuluna üz tuturdu. Məhz Allah bu nöqtədə elçisi hz. Musaya “Fironun yanına get, çünki o, həddini aşmışdır” (Taha surəsi, 24) əmrini vəhy etmiş və onu xəbərdar edən və qorxudan olaraq Firona göndərmişdir.

Fironun bütün insanlığa ibrət olan təkəbbürü və bunun nəticəsi olan azğınlığı, ayələrdə belə izah edilir:

Fironun yanına gedin. Çünki o, həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!” Onlar dedilər: “Ey Rəbbimiz! Biz, onun bizə şiddətli cəza verməsindən və ya həddini aşmasından qorxuruq”. Allah buyurdu: “Qorxmayın, çünki Mən sizinləyəm, eşidirəm və görürəm! (Taha surəsi, 43-46)

Beləcə Firon şəxsən Allahın elçisi tərəfindən doğru yola dəvət edilmişdir. Ancaq bu onu islah etmək yerinə, ehtirasını və azğınlığını artırmışdı. Bu ehtirasın arxasında duran ən əhəmiyyətli amil, sahib olduğu siyasi və hərbi güc üzündən təkəbbürlənməsi və mövqeyini itirməkdən qorxmasıdır. Quranda Fironun sərt üslubu və özünə olan heyranlığı belə izah edilir:

Firon qövmünü çağırıb dedi: “Ey xalqım! Məgər Misir səltənəti və altımdan axan bu çaylar mənim deyilmi? Məgər görmürsünüzmü? Ya da mən bu aciz və az qala sözünü belə aydın başa sala bilməyən adamdan daha üstün deyiləmmi?  (Zuxruf surəsi, 51-52)

Ayənin əvvəlində Fironun qışqıraraq qövmünə səslənməsi diqqət çəkir. Onlara alçaldıcı və hökm edici ifadəylə səslənməsinin altında əhəmiyyətli psixoloji taktika vardır. Əvvəlcə xalqına öz gücünü və siyasi mövqeyini təsdiq etdirəcək bəzi suallar yönəldər. “Misir səltənəti və altımdan axan bu çaylar mənim deyilmi? Məgər görmürsünüzmü?” ifadəsi özünü üstün görmə kimi axmaq düşüncəsinin başlıca səbəbinin sahib olduğu mülk olduğunu göstərir. Ayənin qalan hissəsində isə Firon, Allahın elçisi olan hz. Musadan “bu” deyə bəhs edər və onu “aşağı sinifdən yazıq” olaraq adlandırar. Burada diqqət çəkilməli olan çox əhəmiyyətli nöqtə, Fironun, özünün hz. Musadan daha xeyirli olduğunu ifadə edərkən, şeytanın Allaha üsyan etdiyi anda istifadə etdiyi ifadənin eynisini istifadə etməsidir. Yalnız bəzi zahiri ölçülərə -mülk, soy və məqama- əsaslanaraq hz. Musanı alçaltmış və ona tabe olmağı rədd etmişdir.

Şeytan da hz. Adəmə səcdə əmrini aldıqda, Firon kimi özünü üstün görərək hz. Adəmə tabe olmağı rədd etmiş və Allahın əmrinə üsyan etmişdir. Bu vəziyyət ayədə belə xəbər verilir:

Allah dedi: “Mən sənə əmr etdikdə sənə səcdə etməyə nə mane oldu?” İblis dedi: “Mən ondan daha üstünəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!” (Əraf surəsi, 12)

Burada yenə əhəmiyyətli nöqtə var. O da təkəbbürün şüuru tamamilə örtməsidir. Belə ki, Allahla şəxsən təmasda olan, Onun varlığını və birliyini bilən şeytan, bütün bu bildiklərinə baxmayaraq hz. Adəmə səcdə əmrinə qarşı gəlmişdir. Məhz Fironun sərhəd tanımaz azğınlığının səbəbi də budur; Allahın özünə verdiyi mülk və digər nemətlərdən ötrü təkəbbürlənmək və bu fiziki imkanlara əsaslanaraq özünü üstün görmək. Firon hz. Musaya qarşı bu üsyankar rəftarından sonra, tarix boyunca, demək olar ki, bütün elçilər üçün yönəldilmiş olan sualı, xalqına səslənərək soruşmuşdur:

Nə üçün ona qızıl bilərziklər taxılmayıb və onunla birlikdə bir-birinin ardınca mələklər gəlməyib?”  (Zuxruf surəsi, 53)

Bu sual da çox əhəmiyyətli nöqtəni göstərir. İnkar edənlər normal insanın elçi olaraq vəzifələndirilməsini qəbul etməzlər. İnkar edənlərin ölçüləri vicdanları olmadığı üçün, elçidə görmək istədikləri də, təqva, Allaha yaxınlıq, səmimiyyət, ağıl və Allaha təslimiyətdə öndərlik deyil. İnkar edənlər iman etmək üçün elçidən fövqəladə maddi zənginlik və ya fövqəltəbii hadisələr gözləyərlər. Məhz bu düşüncə inkarçıların hidayətə çatmamalarının ən böyük səbəblərindəndir. Çünki içlərindəki qürur, özləri kimi insana tabe olmalarına, o insana itaət etmələrinə mane olur. Vicdanlarına uymaq yerinə, nəfslərinin əmr etdiklərinə uyaraq qürurlarını qorumağı üstün tutarlar.

Fironun axmaq və məntiqsiz suallar soruşaraq küfrdə dirənməsi:

Allahdan gələn vəhy üzərinə hz. Musa qardaşı hz. Harun ilə birlikdə Fironun yanına getmiş və ona əmr edildiyi üzrə ona təbliğ etməyə başlamışdır.

Bunun üzərinə Firon, özlərinə Allahın yolu ilə təbliğ edilən inkar edənlərin tez-tez tətbiq etdiyi taktikaya yönəlmişdir. Hz. Musa və qardaşı hz. Harunu məcbur edəcəyini ümid etdiyi məntiqsiz və şeytani suallarını ard-arda yönəltmişdir. Bu sualların ortaq nöqtəsi imana yönəlmə məqsədi ilə deyil, səhv axtarmaq və lağ etmək məqsədiylə soruşulmuş olmalarıdır. Əslində bu sualların hər birinin cavabını özü də vicdanı ilə bilir. Məsələn, Fironun özünə Allahın dinini təbliğ etməyə gələn hz. Musa və hz. Haruna soruşduğu ilk sual belədir: “Rəbbiniz kimdir, ey Musa?” (Taha surəsi, 49)

Bu sual tam mənasıyla təkəbbür nümayişidir. Allahın elçisinə yönəltdiyi bu suala necə cavab verəcəklərini maraqla gözləyən Firona qarşı hz. Musanın cavabı olduqca dəqiq və hikmətli olmuşdur.

Dedi ki “Bizim Rəbbimiz hər şeyə Öz xilqətini verən, sonra da ona doğru yolu göstərəndir.” (Taha surəsi, 50)

Bu son dərəcə ağıllı və səmimi cavab qarşısında Firon heç bir müdafiə tapa bilməmişdir. Fironun soruşduğu və heç bir məntiqli tərəfi olmayan digər sual isə budur:

Firon dedi: “Bəs əvvəlki nəsillərin halı necə olacaq?” (Taha surəsi, 51)

Bu sualın arxasında duran niyyət, səmimi maraq deyil. Firon inkarını və saxtakarlığını örtmək, mövzunu ötürmək məqsədilə, diqqəti öz üzərindən kənarlaşdırıb öz ağlına görə baş qarışdırmağa çalışmaqdır.

Buna bənzər “mövzu yayındırıcı” suallara başqa inkar edənlər də üz tutarlar. Halbuki özlərini xəbərdar edənlərə qarşı yönəltdikləri bu cür qaçış sualları, inkarçıları sonsuz olan cəhənnəm əzabından xilas etməyəcəkdir. Çünki bu xəbərdarlıqlar onlara yaşamaqda olduqları anda edilir. Yəni bu insanlardan, özlərindən əvvəl yaşamış və “yox olmuş” olan qövmləri vəziyyətinin nə olacağını araşdırmalarını istəmir. O qövmlərin vəziyyəti, kimi hansı mövzuda məsul tutub kimi tutmayacağı, əlbəttə heç bir şeyi unutmayan, sonsuz ədalət və sonsuz vicdan sahibi, aləmlərin Rəbbi olan Allahın biləcəyi mövzudur. Necə ki, hz. Musanın da vermiş olduğu cavab, bu həqiqəti olduqca açıq şəkildə gözlər önünə sərir:

Musa dedi: “Onlar haqqındakı bilgi Rəbbimin yanında olan bir Kitabdadır. Rəbbim nə xəta edir, nə də unudur!”  (Taha surəsi, 52)

Ardından hz. Musa Firona, Allahın insanlara verdiyi nemətləri xatırladaraq, Onun varlığının dəlillərini sıralamışdır:

“O, yer üzünü sizin üçün beşik etmiş, orada sizin üçün yollar salmış və göydən su endirmişdir. Biz onunla cürbəcür bitkilərdən cüt-cüt yetişdirdik. (Taha surəsi, 53)

Ancaq vicdanının səsini qətiyyən dinləməyə yanaşmayan, məqsədi öz qürurunu və ölkəsindəki mövqeyini qorumaq və bu səbəblə səhv axtaran Firon, bu yolla bir şey əldə edə bilməyəcəyini başa düşdükdə, mövzunu tamamilə başqa şəklə salmışdır. Artıq Allahın varlığı haqqında suallar soruşmayıb, hz. Musanı siyasi bəzi ittihamlarla günahlandırmağa başlamışdır.

Fironun şüuraltındakı həqiqi narahatlıq bu nöqtədə, yəni ancaq küncə sıxışdırıldığında və hz. Musaya cavab verə bilmədiyində ortaya çıxmışdır. Hz. Musadan soruşduğu hər suala son dərəcə ağıllı, əsaslı cavablar alan Firon, bu həqiqəti vicdanında fərq etməsi səbəbindən böyük narahatlığa qapılmışdır. Fironun narahatlığı, ən böyük bütü olan səltənətini, mülkünü və torpaqlarını itirməkdir. Bu narahatlıqla da başqa mənfəətli yol tapa bilməyərək hz. Musanı sehr etməklə və siyasi hədəflərin arxasınca qaçmaqda günahlandırmışdır:

Biz dəlillərimizin hamısını Firona göstərdik. O isə bu dəlilləri yalan sayıb qəbul etmədi. Firon dedi: “Sən öz sehrinlə bizi öz torpağımızdan qovub çıxartmağamı gəlmisən, ey Musa? (Taha surəsi, 56-57)

Dövrümüzdə də Allahın sonsuz gücünü qavraya bilmək üçün vicdanlarına üz tutmayan, Firon xarakteri göstərərək təkəbbürlənən çox sayda insan mövcuddur. Bu insanların Firon kimi mütləq ölkənin başında olmaları, diktator tipli rəhbərlik etmələri lazım deyil. Bu bölüm boyunca verdiyimiz nümunələr, insanların Allahın gücünü və birliyini inkar edə bilmək üçün soruşduqları səmimiyyətsiz sualların bir qismi idi. Ətrafımıza baxdığımızda gördüyümüz isə, bu tərz sualların fərqli sözlərlə belə olsa dilə gətirilməsidir. Qısacası, hər dövrdə eyni inkarçı fəlsəfə, vicdansızlığı tətbiq etməkdə dirənir. Ancaq unudulmamalıdır ki, Allah Fironun sonunu, onu və ardındakı bütün gücünü suda boğub yox edərək bütün insanlara ibrət etmişdir. Firon xarakterini davam etdirən və bunda təkid edən, inadla müqavimət göstərənlər, bu nəticəni də nəzərə almalıdırlar.

Allahın varlığı ilə əlaqədar yanlış düşüncələri olması:

Qurandan öyrəndiyimiz qədəriylə Firon tam mənasıyla ateist düşüncə quruluşuna sahib deyildi. Özünün ilahlıq iddiası yalnız hökm etdiyi qövmə yönəlmişdi və bu iddia qövmün torpaqları üzərində, özünə itaət edilməsi və qeyd-şərtsiz təslim olunması mənasını daşıyırdı.

Bir başqa ifadəylə, bir çox inkar edən kimi o da Allahın varlığını bilir, lakin Allahı gərəyi kimi təqdir edə bilmirdi. Olduğu dünyəvi mövqeyinin verdiyi sərxoşluq içində Allahı yer üzündə deyil -haşa-, yalnız göylərdə hökm edən ilah olaraq düşünmüş və özünü hökmran olduğu Misirin “Rəbbi” olaraq görmüşdü. Fironun bu klassik inkarçı anlayışını, məsxərəçi üslubla dilə gətirdiyi və ayədə ibrət olaraq nəql edilən aşağıdakı sözlərindən anlayırıq:

Firon dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir məbud tanımıram. Ey Haman! Mənim üçün palçığın üzərində od qala və bir qüllə düzəlt ki, Musanın məbudunun yanına qalxım. Mən, həqiqətən də, onu yalançılardan hesab edirəm.” (Qəsas surəsi, 38)

Fironun bu səhv məntiqinə də zəmanəmizin insanlarında rast gəlmək mümkündür. Bəlkə Firon kimi “göyə nərdivan dayama” fikri irəli sürülmür, amma bənzər fəlsəfə ilə insanlar, Allahın bütün kainatı, içindəki canlılarla birlikdə yaradıb tərk etdiyi fikrini daşıyırlar. Belə ki, bu gün bir çox insan Allahı (haşa) səmada oturan, dünya işlərinə qarışmayan varlıq olaraq düşünürlər. Şübhəsiz bu axmaq inanc, insanın vicdanını dövrə xarici buraxaraq özünə sonsuz nemətlər verən Rəbbimizin inkar etməsinin nümunələrindəndir. Çünki Allah sonsuz qüdrət sahibidir; göyləri və yeri varlığıyla əhatə etmişdir, onların və ikisi arasında olan hər şeyin Rəbbidir.

Fironun ikiüzlülüyü və etibarsızlığı:

Firon və ətrafı, küfrləri səbəbiylə illərlə davam edən müxtəlif əzablara düçar olmuşlar. Bunlara dözə bilməyəcəklərini başa düşdükləri zaman, hər nə qədər qürur və təkəbbürləri çox olmasına baxmayaraq, hz. Musaya üz tutdular. Ona, özlərindən bu əzabı uzaqlaşdırdığı halda iman edəcəklərinə dair söz verdilər:

Əzab onları bürüdükdə dedilər: “Ey Musa! Bizim üçün Rəbbinə sənə verdiyi əhd ilə dua et! Əgər əzabı bizdən sovuşdursan, biz hökmən sənə iman gətirəcək və İsrail oğullarını mütləq səninlə birlikdə göndərəcəyik”. (Əraf surəsi, 134)

Allah hz. Musanın duasını qəbul etdi və sözlərində durmaları üçün bir müddət əzabı onlardan uzaq etdi. Halbuki Firon və ətrafı, hər dikbaş inkar edənin sahib olduğu dönük və etibarsız xarakter sərgilədilər və əzab üzərlərindən qaldırılıb rahatlayınca vicdanlarına arxa çevirərək verdikləri sözə xəyanət etdilər.

Nəhayət bütün bu olanların ardından Allah bu insanlardan, ayələrini yalan hesab etmələri və onlardan xəbərsizmiş kimi davranmalarından ötrü intiqam aldı, “Muntəkim” (intiqam alan) sifətini təcəlli etdirdi. Ayələrdə belə buyurulur:

Biz çatacaqları müəyyən vaxta qədər əzabı onlardan sovuşdurduqda isə, dərhal əhdi pozdular. Ayələrimizi inkar edib onlardan qafil olduqlarına görə Biz o tayfadan intiqam alaraq onları dənizdə qərq etdik. (Əraf surəsi, 135-136)

Əslində Fironun bütün inkarına və azğınlığına baxmayaraq Allahın gücünü vicdanən bildiyi bu hadisə ilə də görülür, çünki Firon və ətrafı bu fəlakətlərin üzərlərindən qalxması üçün hz. Musanın Allahdan kömək diləməsini istəmişlər. Ancaq qürurları o qədər güclüdür ki, vicdanları doğrunu bilməsinə baxmayaraq təkəbbürlərinə görə hz. Musaya yenə tabe olmamışlar.

Fironun möminlərə qarşı etdiyi zülm və əziyyətlərə qarşılıq güclü vicdan nümayişi:

Firon, hz. Musanı məğlub edə bilmək üçün hər cür yollar sınadı. Bunlardan biri, hz. Musanı ən güvəndiyi sehrbazları ilə qarşı-qarşıya gətirmək üçün təşkil etdiyi qarşılaşma idi. Öz ağlına görə ədalətli və demokratik bəzəyi verilmiş hiyləli oyunla hz. Musanı hörmətdən salacağını, beləliklə qurulan sistemini qoruya biləcəyini və hətta möhkəmləndirəcəyini düşünürdü.

Təyin olunan gün gəldiyində hz. Musa və sehrbazlar xalqın toplandığı meydanda qarşı-qarşıya gəldilər. Sehrbazlar güclərini göstərmək üçün əsalarını atdılar. Etdikləri sehrin təsirilə, əsalar qaçırmış kimi göründü. Ancaq hz. Musa əsasını atdıqda, Allahın izni ilə əsa sehrbazların qurduğu tələni uddu. Bunun üzərinə hz. Musanın həqiqəti söylədiyini, onun Allahın elçisi olduğunu və Allahdan başqa ilah və güc olmadığını anlayan sehrbazlar Allaha iman etdilər. Bu, Firon üçün böyük məğlubiyyət, qurduğu tələnin başına keçməsi anlamına gəlirdi. Buna görə sehrbazlar Allaha iman etdiklərində, Fironun reaksiyası çox sərt olmuşdur. Çünki həm xalqının gözü qarşısında alçalmış, həm əhəmiyyətli siyasi gücü itirmiş, həm də öz sisteminə qarşı böyük təhlükə olaraq gördüyü hz. Musa əhəmiyyətli qalibiyyət əldə etmişdi. Nəticə olaraq Firon iman edən sehrbazların çox ağır cəzayla cəzalandırılmalarına qərar verdi. Hər sehrbazın qollarından biri və o qolunun digər tərəfindəki ayağı kəsiləcək və ya sehrbazlar xurma budaqlarında edam ediləcəklərdi. (Əraf surəsi, 120-124)

Əgər bu cəzalar bir az araşdırılsa, Fironun zalımlığı daha yaxşı aydın ola bilər. Çarpaz qol və ayaqların kəsilməsi, sağ əl ilə sol ayağın və ya sol əl ilə sağ ayağın kəsilməsi demək idi. Belə cəzaya məhkum insan ömrünün sonuna qədər təsviri mümkün olmayan çətinliklər çəkər. Bundan əlavə, o günkü texnologiya və tibbi imkanlar düşünüldüyündə, bu insanların qarşılaşdığı əzab daha yaxşı aydın olar. Belə cəzanın, bu cəzaya layiq olmaq üçün heç bir cinayət törətməmiş, əksinə Allaha iman etmək kimi ən böyük fəziləti göstərmiş insanlara tətbiq olunması, əlbəttə çox böyük zülm və vicdansızlıqdır.

Fironun bu son dərəcə vicdansız və zalım rəftarlarına qarşılıq sehrbazların vicdanlarının gücü isə böyük təzaddır. Doğrunu görən sehrbazlar Fironun zülmünə və təhdidlərinə baxmayaraq vicdanlarına tabe olmaqda israr etmişlər. Onların bu rəftarı Quranda bütün müsəlmanlara nümunə olaraq çatdırılır. Firon işgəncə əmrini verdikdən sonra, sehrbazlar ona bu cavabı vermişlər:

... Onlar dedilər: “Biz heç vaxt səni bizə gələn bu aydın dəlillərdən və bizi yaradandan üstün tutmayacağıq. İndi nə hökm verəcəksənsə, ver. Sən ancaq bu dünyada hökm verə bilərsən!  (Taha surəsi, 72)

Fironlar bundan minlərlə il əvvəl yaşamış hökmdarlardır. Ancaq Quranda izah edilən Firon, eyni zamanda özündən əvvəl və sonra gələn yüzlərlə liderin xarakterini təmsil edir. Bu liderlərin hamısının ortaq nöqtəsi, “oda çağıran rəhbərlər” olmalarıdır. Bu liderlərin lideri də şeytandır. Haqqında bəhs etdiyimiz kəslər vicdanlarına uymayaraq, hətta vicdanları ilə savaşaraq, dünya ehtirası ilə şeytanın əmr etdiklərinə uymuşdular.

Ancaq Fironun bənzərləri mütləq hökmdarlardan çıxmaz. Firon xarakteri, onun kimi Allaha üsyan edən bütün inkarçılarda asanlıqla müşahidə edilə bilər. İman etməmələri, inkarlarındakı qəti israrları, kiçik də olsa mövqe ehtiraslarıyla minlərlə və milyonlarla Firon yer üzündə həmişə var olacaq.  Axirətdə düşəcəkləri yer isə eynidir: Əbədi alçaldılmanın və atəş əzabının yeri olan cəhənnəm.

Bağ sahibi və yoldaşı

Allah, Quranın Kəhf surəsində insanlara iki insanın nümunəsini izah edir: Bu iki adamdan biri, Allahın varlığını bilməsinə baxmayaraq Onu təqdir edə bilməyən, axirətə şübhə duyan və sahib olduğu bütün zənginliklə öyünən vicdanına uymayan kəsdir. Yoldaşı isə Allahı təqdir edə bilən və vicdanı gördüyü doğruları söyləməkdən çəkinməyən səmimi müsəlmandır. Bu iki insanın arasındakı söhbətlər Quranda belə bildirilir:

Onlara iki kişinin əhvalatını misal çək. Bunların birinə iki üzüm bağı verib onları xurmalıqlarla əhatə etdik və aralarında əkin saldıq. Hər iki bağ öz barını verdi və bu bardan heç bir şey əskilmədi. Biz də onların arasından bir çay axıtdıq. Onun başqa sərvəti də var idi. O öz mömin yoldaşı ilə söhbət edərkən ona: “Mən sərvətcə səndən daha zəngin və adamlarıma görə səndən daha qüvvətliyəm!” – dedi. O özünə zülm edərək bağına daxil olub dedi: “Bunun nə vaxtsa yox ola biləcəyini düşünmürəm. O Saatın gələcəyini də zənn etmirəm. Rəbbimin yanına qaytarılmalı olsam, sözsüz ki, bundan daha firavan bir həyat qismətim olacaq!” (Kəhf surəsi, 32-36)

Bu bağ sahibinin danışıqları zəmanəmizdə tez-tez rast gəlinən insan modelinin inancını əks etdirir. Bu azğın inancın səbəbi budur: İnsanlar vicdanları ilə Allahın və axirətin varlığını fərq edərlər. Ancaq vicdanlarına tabe olmağın gətirdiyi məsuliyyətlərdən qaçmaq üçün xüsusilə axirətin varlığını heç düşünməzlər və bu səbəbdən zehinlərində ümumiyyətlə ölümlə birlikdə yox olmaq var. Ancaq bu yox olma da onlar üçün qorxu verici bir şeydir. Bu səbəblə özlərini təsəlli edən “xoşbəxt o biri dünya” inancına sahibdirlər. Həm qiyamətə inanmaqdan, həm də ehtimal olsa belə buradakından daha yaxşı həyat yaşayacaqlarına dair özlərini aldadırlar.

Dünya həyatında əldə etdikləri qazanc da onları bu şəkildə aldadır. Allahın ayədə də diqqət çəkdiyi kimi, bağ sahibi bağına demək olar ki, sonsuzluq ətf etmiş və heç bir gücün onu yox edə bilməyəcəyini düşündüyünü də açıq şəkildə ifadə etmişdir.

Yuxarıdakı ayələrdə də göründüyü kimi, insanın vicdanına uymaması onun həqiqətləri görməsinə mane olur. Üstəlik burada görülə bilməyən çox əhəmiyyətli həqiqət var;  insanın sonsuz həyatını harada və necə yaşayacağından bəhs edilir. Bağ sahibi, özünə Allah qatında sınaq olaraq verilən mallarla malına qürrələnib, sonsuz həyatını əzab içində keçirməyi nəzərə almışdır.

Bu adamın vicdana uymayan danışıqlarına qarşılıq vicdanlı olan yoldaşı həqiqətləri ona xatırladaraq belə cavab vermişdir:

... “Səni torpaqdan, sonra nütfədən yaratmış, daha sonra səni kişi qiyafəsinə salmış Rəbbinə küfrmü edirsən? Lakin Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram! Bağına girdiyin zaman: “Maşallah (Allahın istədiyidir)! Qüvvət yalnız Allaha məxsusdur!” – deməli deyildinmi? Əgər var-dövlətcə və övladca məni özündən kasıb sayırsansa, ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin, sənin bağına isə göydən bir bəla göndərsin və o, hamar bir yerə dönsün. Yaxud suyu çəkilib getsin və bir də onu axtarıb tapa bilməyəsən!” (Kəhf surəsi, 37-41)

Vicdanlı insan hər vəziyyətdə vicdanının əmr etdiklərini tətbiq edər və söyləyər. Burada diqqət yetirilməli olan nöqtə də, bu adamın vicdanı ilə doğru gördüklərini bütün açıqlığı ilə yoldaşına söyləməsidir. Buradakı səmimi və açıq üslubu yoldaşının axirətini düşündüyü üçündür. Ona bunları xatırlatmasa, onun cəhənnəmə getməsinə göz yummuş olur. Öyüd verərək xatırlatmaq, Allahın əzabı ilə xəbərdar etmək və heç kimsədən çəkinməmək, vicdanlı möminin xüsusiyyətləridir.

Amma bütün bu xatırlatmalara baxmayaraq öyüd almayan insanlar da olacaq. Necə ki, Allah öyünərək axirəti inkar edən, Allahın gücünü təqdir edə bilməyən insanın sonunu belə bildirir:

Beləcə, onun bağının məhsulu bir anda məhv edildi. O, bağını belə görüb ora qoyduğu xərcə görə peşmançılıq çəkməyə və əllərini bir-birinə vurmağa başladı. Bağın talvarları belə darmadağın olub yerə yıxılmışdı. O dedi: “Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!” Allahdan başqa ona yardım edə biləcək dostlar yox idi və o da öz-özünə kömək edə bilməzdi. Belə hallarda kömək etmək ancaq Haqq olan Allaha məxsusdur. Ən yaxşı mükafat verən və ən gözəl aqibət nəsib edən Odur. (Kəhf surəsi, 42-44)   

 

14 / total 15
"Harun Yəhyanın Quranda Vicdanın Əhəmiyyəti kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com