< <
2 / total: 8

Rəsulların Mübarizəsi

İnsanlar, həyatlarını istiqamətləndirmək üçün bir-birindən fərqli "yol göstərici"lər, rəhbərlər seçərlər. Bir çox insan üçün ən böyük yol göstərici, ailəsi və yaxın ətrafından başlayaraq, içində yaşadığı cəmiyyətdir. Bu kəslər dəyər mühakimələrini, nəyin doğru, nəyin səhv olduğunu bu cəmiyyətin ümumi düşüncəsinə görə təyin edərlər. Bəzi insanlar isə özlərinə yol göstərici olaraq ideologiyalara inanır; bəhsi keçən ideologiyaları çıxaran mütəfəkkirlərin "üstün" insanlar olduğunu, onların yolunu izləyərək doğruya çata biləcəklərini düşünərlər. Bəziləri isə, bütün bunları tanımadığı, yalnız öz ağıl və hisslərini yol göstərici olaraq qəbul etdiyi iddiasındadır.

Halbuki bütün bu sayılan düşüncələr ortaq səhv üzərinə quruludur. Bu düşüncələri daşıyan, (yəni özlərinə yol göstərici olaraq cəmiyyəti, bəzi "üstün" saydıqları insanları, ya da öz ağıllarını mənimsəyən) kəslər, çox əhəmiyyətli gerçəyi rədd edir ya da gözardı edirlər: İnsan yaradılmış varlıqdır və sahib olduğu hər şeyi özünü yaradana, yəni Allaha borcludur. Öz bədənini, ətrafını, səmanı, ya da var olan hər hansı bir şeyi bir az vicdanlı şəkildə araşdıran hər kəs, bunları Allahın yaratdığını açıq şəkildə görə bilər.

İnsanı Allah yaratmışdır və şübhəsiz bu yaradışın müəyyən məqsədi vardır. Bu gerçək Quranda, "Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün yaratmamışıq" (Ənbiya surəsi, 16) ayəsi ilə xəbər verilir. İnsanın yaradılış məqsədi, başqa ayədə də belə bildirilir:

Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım. (Zəriyət surəsi, 56)

İnsanın yaradılışının tək gerçək məqsədi Allaha qulluq etməsidir. Ancaq burada səhv anlamağa qarşı diqqətli olmaq lazımdır: İnsanın yalnız Allaha qulluq etmək üçün yaradılmış olması, yalnız bəzi ibadətləri etmənin yetərli olacağı mənasını verməz. Şübhəsiz Peyğəmbərimiz (s.ə.v)-in Əbu Hureyrə (r.ə)-dən rəvayət edilən; "Beş vaxt namazlar, gələcək həftəyə qədər cümə, gələcək ilə qədər ramazan, böyük günahlardan çəkinilərsə, aralarındakı səhvlər üçün kəffarədir." (Müslim) (Riyazü’s Salihin, İmamı Nevevi, tərcümə edən: Mehmet Emre, Bedir nəşriyyat, s. 698) qüdsi hədisiylə əhəmiyyətini bildirdiyi 5 vaxt namaz ibadəti və oruc, zəkat, təsəttür kimi digər ibadətlər dəqiqliklə tətbiq olunmalı fərzlərdir və hər mömin bunları yerinə yetirməklə məsuldur. Ancaq Allaha qulluq etmək, həyatın hər sahəsini əhatə edər və əsl olaraq da, Allahı tanımaq, Ona yaxın olmaq və bütün həyatı Onun göstərdiyi yola görə davam etdirmək deməkdir. Bu şəkildə yaşayan, yəni yalnız Allaha qulluq edən bir insan, dünyanın ən gözəl, ən hüzurlu, ən zövqlü həyatını yaşayar. Çünki Allahın Qurandakı əmrlərinin hamısı çox asandır. İnsan Allaha qulluq etməkdən zövq alacaq şəkildə yaradılmışdır və bunu etməklə da bu yaradılışına (fitrət) uyğun hərəkət etmiş olur. Quranda bu mövzu belə açıqlanır:

Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir. (Rum surəsi, 30)

Ayədə verilən məlumatlar son dərəcə əhəmiyyətlidir: İnsan, yalnız Allaha qulluq etmək üçün yaradılmışdır, yaradılışı (fitrəti) bu təməl üzərindədir. Allah onu yoxdan var etmiş, ona "Öz ruhundan üfləmiş", onu "bir damla sudan" (spermadan) insan halına gətirmiş və onu müvəqqəti müddət üçün dünyaya göndərmişdir. İnsana düşən, özünü Allahın yaratdığını bilmək və buna görə hər an Ona şükür etməkdir. Beləcə özü üçün müvəqqəti yurd olan dünyada Allahın göstərdiyi məqsədə uyğun olaraq yaşayacaq, yetişkinləşib öyrədiləcək və əsl yurduna, axirətə gedəcək. Məhz bu, insanın yaradılışına (fitrətinə) uyğun olaraq davranması deməkdir.

Ancaq Rum surəsinin 30-cu ayəsində, insanın fitrətinə yalnız Allaha qulluq etmək olduğu bildirilərkən eyni zamanda insanların çoxunun bu böyük həqiqətdən xəbərsiz olduqları da bildirilir. Başqa ayələrdə də Allah, insanın unutqan olduğunu xəbər verir. Nəfs insana öz yaradılışını və Allahın açıq-aşkar varlığını unutdurmağa çalışır. Bu səbəblə bir çox insan çox zaman tək başına Allahın fərqinə vara bilməz. Yaradılmış olduğunu və bu səbəblə də Yaradıcımız olan Allaha qarşı məsul olduğu həqiqətini görə bilməz. Quranda bu vəziyyət belə təsvir edilir:

Məgər insan onu nütfədən yaratdığımızı görmür? Budur, o indi açıq-aşkar mübahisə edir. O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?” De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir. (Yasin surəsi, 77-79)

Quran əxlaqından uzaq yaşayan insanın nəfsi Allahın özünü yaratmış olduğunu unutmağa son dərəcə meyillidir. Allahı unutduğu anda isə, öz eqoist  ehtirasları (nəfsi) dövrəyə girərək ona yeni saxta ilahlar göstərəcək. Bu adam artıq özünü yaradan və ayədə bildirildiyi kimi, "düzgün adam edən" (Kəhf surəsi, 37) Allaha deyil, ağılsız şəkildə başqa varlıqlara ibadət etməyə; onları məmnun etməyə, onlardan mədət ummağa, onları sevib, onlardan qorxmağa başlayır. Halbuki gözündə özünə görə guya ilahlaşdırdığı bu varlıqların hamısı da eyni özü kimi aciz və zəif quldur. Amma bəhs etdiyimiz insan yenə də ağlından istifadə edərək bu həqiqəti görə bilməz və bu xəyali ilahların arxasınca qaçaraq cəhalətlə Allahdan üz çevirər. Bu tam mənasıyla nankorluqdur. Quranda bu vəziyyət belə ifadə edilir:

Qoy ölsün kafir insan! O necə də nankordur!
Qoy baxıb görsün Allah onu nədən yaradıb?
Allah onu nütfədən yaratdı və müəyyən şəkildə formalaşdırdı. "(Əbəsə surəsi, 17-19)

Bu cür insanların meydana gətirdiyi cəmiyyət isə, təbii olaraq, din əxlaqından uzaq yaşayan və Allahı "saymayıb unutduğu əhəmiyyətsiz bir şey" (Hud surəsi, 92) olaraq qəbul etmiş cəmiyyətdir. Belə böyük cəhalət içində yaşayan cəmiyyətin bütün üzvlərinin bənzər əxlaqi pozğunluğa, ağıl zəifliyinə sahib olması, bir növ "sürü psixologiyası" yaradır və insanların böyük qisminin onsuz da var olan inkarlarını daha da gücləndirər. Allahdan və axirətdən xəbərsiz olan bu cür cəmiyyətlər, Quranda "cahil cəmiyyət" olaraq adlandırılır. Çünki bu cəmiyyətin üzvlərinin böyük əksəriyyəti, hər nə qədər fizika, tarix, biologiya, ya da bənzər mövzularda bilik sahibi olsalar da, Allahı tanıya biləcək ağıl və vicdana sahib deyildirlər.

Və bu cahil cəmiyyətin üzvləri, mövzuya başlayarkən toxunduğumuz kimi özlərinə səhv "yol göstərici"lər seçmişlər. Allahı gərəyi kimi tanımadıqlarına görə, çox böyük cəhalətlə Allahın əmr etdiyi yoldan fərqli yollara düşərlər. Eynilə özləri kimi aciz qul olan insanlara tabe olar, o insanları nümunə götürər, o insanların düşüncələrini mütləq doğrular olaraq qəbul edərlər.

Və nəticədə cahil cəmiyyət, getdikcə öz-özünü korlaşdıran, öz-özünü ağıl və vicdandan qoparan sistem yaradır. Bu səbəbdən bu batil sistemin öz-özünə həll edilməsi və bəhs etdiyimiz cəmiyyətin üzvlərinin Allahın varlığını və axirətdə Ona hesab verəcəklərini anlamaları mümkün olmaz.

Bu bağlı sistem, Allahın göndərdiyi "yol göstərici"nin cahil cəmiyyəti gerçəyə dəvət etməsinə qədər davam edər. Quranda bu vəziyyət belə xəbər verilir:

Kitab əhlindən və müşriklərdən inkar edənlər onlara açıq-aydın dəlil gəlməyincə küfrlərindən əl çəkmədilər. Bu dəlil pak səhifələri oxuyan Allahın göndərdiyi Elçidir.  (Beyyinə surəsi, 1-2)

 

2 / total 8
"Harun Yəhyanın Rəsulların Mübarizəsi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com