< <
4 / total: 8

Rəsulların Təbliği: Allaha İman və İtaət

Quranda bəhs edilən bütün rəsullar göndərildikləri qövmlərdən təməl olaraq iki şey istəmişlər: Allaha şirk qoşmadan iman etmələri, Ondan qorxub-çəkinmələri və özünə itaət etmələri. Ard-arda bir çox rəsulun xəbərlərinin verildiyi Şuəra surəsində bu dəyişməyən təbliği asanlıqla görə bilərik. Ayələrdə belə buyurulur:

Nuh tayfası da elçiləri yalançı saydı. O vaxt qardaşları Nuh onlara dedi: “Məgər qorxmursunuz? Həqiqətən, mən sizin üçün etibar edilməli bir elçiyəm. Allahdan qorxun və mənə itaət edin. Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.  (Şuəra surəsi, 105-109)

Ad tayfası da elçiləri yalançı saydı. O vaxt qardaşları Hud onlara dedi: “Məgər qorxmursunuz? Həqiqətən, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm. Allahdan qorxun və mənə itaət edin! Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir. (Şuəra surəsi, 123-127)

Səmud tayfası da elçiləri yalançı saydı. O vaxt qardaşları Saleh onlara dedi: “Məgər qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm. Allahdan qorxun və mənə itaət edin. Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir (Şuəra surəsi, 141-145)

Lut tayfası da elçiləri yalançı saydı. O vaxt qardaşları Lut onlara dedi: “Məgər qorxmursunuz? Həqiqətən, mən sizin üçün etibar edilməli bir elçiyəm. Allahdan qorxun və mənə itaət edin! Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir. (Şuəra surəsi, 160-164)

Əykə əhli də elçiləri yalançı saydı. O vaxt Şueyb onlara dedi: “Məgər qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm. Allahdan qorxun və mənə itaət edin! Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir. (Şuəra surəsi, 176-180)

Quranda izah edilən digər bütün rəsulların təbliğləri və üslubları da yenə eynidir. Allah ayələrində hz. İsa (ə.s) və hz. Harun (ə.s)-ın qövmlərinə belə söylədiklərini bildirir:

İsa aydın dəlillərlə gəldiyi zaman dedi: “Mən sizə hikmət gətirmişəm və barəsində ziddiyyətə düşdüyünüz bəzi şeyləri izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin! Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Budur düz yol!” (Zuxruf surəsi, 63-64)

Bundan əvvəl Harun onlara demişdi: “Ey qövmüm! Siz bununla ancaq sınağa çəkildiniz. Həqiqətən, sizin Rəbbiniz Mərhəmətli Allahdır. Mənə tabe olun və əmrimə itaət edin!” (Taha surəsi, 90)

Quranda, hz. Məhəmməd (s.ə.v)-ə itaət edilməsinin əmr edildiyi ayələrdən birində belə buyurulur:

De: “Allaha və Peyğəmbərə itaət edin”. Əgər üz çevirsəniz, bilin ki, o ancaq özünə həvalə edilənə cavabdehdir, siz də ancaq özünüzə həvalə edilənə cavabdehsiniz. Əgər ona itaət etsəniz, doğru yola yönəlmiş olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə ancaq açıq-aşkar təbliğat aparmaqdır. (Nur surəsi, 54)

Ayələrdə görüldüyü kimi bütün rəsullar göndərildikləri qövmləri Allaha iman etməyə və Ona qul olmağa dəvət edərlər. Onları axirət ilə xəbərdar edər, dünyanın müvəqqəti olduğunu, etdiklərinin qarşılığını axirətdə görəcəklərini bildirərlər. Və bütün bunlarla yanaşı həmçinin göndərilmiş olduqları tayfanın onlara itaət etməsini istəyərlər. Çünki bu Allahın əmridir və Qurandakı; "... əgər ona itaət etsəniz doğru yola yönəlmiş olarsınız ..." (Nur surəsi, 54) hökmü gərəyi, qövmü doğru yola yönəldə biləcək olan yalnız, Allahın dinini yaşamağa çağıran rəsuldur.

Məhz qövmün öndə gələn inkarçıları rəsulun bu xüsusiyyətini qəbul etməzlər. Çünki öndə gələnlərin böyük qismi, əllərindəki maddi güc sayəsində bütün qövmü özlərinə bağlı qılmışlar. Halbuki rəsul, qövmünə, Allahdan başqa heç bir tanrı və "Rəbb" (təlimatçı, yol göstərici, hökm qoyucu) olmadığını və Allahın özünə itaət edilməsini əmr etdikləri xaricində, heç kimsənin itaətə layiq olmadığını bildirir. Bu həqiqətin –ki, bu şirk qoşmadan Allaha iman etmək deməkdir- qövm tərəfindən qəbul edilməsi, qövmün öndə gələnlərinin sahib olduqları güc və iqtidarı ortadan qaldıracaq. Məhz bu səbəblə öndə gələnlərin böyük qismi rəsulun təbliğinə ən böyük düşmənçiliyi göstərənlərdir.

Bəhs etdiyimiz insanların rəsula qarşı olmalarının başqa səbəbi isə, öz əksik ağıllarına və etibarsız meyarlarına görə Allah qatında üstün və qiymətli olan bu mübarək insanın liderliyini qısqanmalarıdır.

 

4 / total 8
"Harun Yəhyanın Rəsulların Mübarizəsi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com