< <
5 / total: 8

Rəsula Qarşı Çıxılmasının Ardındakı Səbəblər

Öndə gələnlərin rəsula öz ağıllarına görə tələlər qurmalarının təməlində Allahın elçilərinin və onun dəstəkçisi olan möminlərin, inkarçıların qeyri əxlaqi, səhv nizamlarını pozmaları durar. Rəsullar öz yaşadıqları cəmiyyəti Allahdan başqa kimsəyə ibadət etməməyə çağırır. Bunun nəticəsində insanlar Allaha yönələcək və Quranda bildirilən ədalət və gözəl əxlaq quruluşu cəmiyyətə hakim olmağa başlayacaq. Dürüstlük, səmimiyyət, fədakarlıq, çalışqanlıq kimi üstün əxlaq xüsusiyyətləri yaşanacaq. Əlbəttə ki, bu vəziyyət yer üzündə fitnə-fəsad çıxaran, haqsızlıq və zülmlə məqam, mövqe və mənfəət əldə etməyi vərdiş halına gətirmiş, “çirkin utanmazlığı”, əxlaqsızlığı və Allahın sərhədlərini çeynəməyi həyat tərzi olaraq mənimsəmiş kəsləri narahat edər.

Bu kəslər məqam, mövqe və mal varlıqları ilə özlərinə asılı etdikləri, istədikləri şəkildə yönləndirdikləri və əmrlərində işlətdikləri insanları artıq istədikləri şəkildə yönəldə bilməyəcəklərindən qorxarlar. Çünki rəsulun təbliğinə təslim olan kəslər həqiqətdə yalnız Allaha təslim olur və yalnız Allahdan qorxub çəkinmələri lazım olduğunu bilərək hərəkət edərlər. Saxtakarlıq etməkdən çəkinər, harama əl uzatmaz, oğurluq, fitnə-fəsad etməz, kasıbın yetimin haqqını qoruyarlar. Məhz buna görə peyğəmbər və möminlərin təbliğləri inkarçıların maraqlarını zədələyir.

İnkarçıların öndə gələnlərini narahat edən başqa vəziyyət isə, sahib olduqları güc, etibar və iqtidara baxmayaraq özlərindən olmayan, üstəlik özlərini və sistemlərinin səhvini ortaya qoyan insanın din əxlaqını yayaraq cəmiyyətdə qəbul görməsidir. Daha əvvəl də ifadə etdiyimiz kimi, bu insanlar ağılsız qiymətləndirmə içində olduqları və səhv anlayışla düşündükləri üçün hadisəni tamamilə fərdi çəkişmə olaraq görər və peyğəmbərin onlara üstün gəlməsini həzm edə bilməzlər.

Allahın elçilərinin, dünyanın ən ağıllı, ən gözəl əxlaqlı insanları olduğu çox açıq həqiqətdir. Buna baxmayaraq elçiləri qısqanan öndə gələn inkarçılar öz aləmlərində bu dəyərli insanları, xüsusilə cəmiyyət qarşısında alçaltmağa çalışmışlar. Halbuki alçalan yalnız özləridir.

Məsələn, dövrün inkarçıları Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-ə də böyük böhtanlar atmışlar. Ağıllarına görə lağ və təhqir xarakterli sözlərlə Allah Qatında çox üstün olan insanı, ona inananların gözündən salmağa çalışmışlar. Ancaq etdikləriylə heç bir nəticəyə gələ bilməmişlər, bu, iman edənlərin daha çox şövqünü artırmış, onların bir-birlərinə daha çox bağlanmalarına səbəb olmuşdur. Allah bu kəslərin itiralarından bəzilərini belə xəbər verir:

Kafirlər: “Bu, Muhəmmədin uydurduğu yalandan başqa bir şey deyildir. Ona bu işdə başqa adamlar da kömək etmişlər” – dedilər. Beləcə, onlar haqsızlığa və iftiraya yol verdilər. Onlar: “Bu, keçmişdəkilərin nağıllarıdır. O bunları başqasına yazdırmışdır. Bunlar səhər-axşam onun özünə oxunur” – dedilər. De: “Onu göylərdə və yerdə olan sirləri bilən Allah nazil etmişdir. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir!” (Furqan surəsi, 4-6)

Öndə gələnlərin böyük qisminin rəsula qarşı olmalarının başqa səbəbi isə, öz yanlış dəyər mühakimələrinə görə öndə gələnlərdən olmayan kəsin liderliyini qısqanmaları və hadisələri öz çirkin məntiqlərinə görə dəyərləndirmələridir.

Öndə gələnlərin rəsulu  təqdir edə bilməmələri

İnkarçıların ən böyük xüsusiyyəti vicdanlarından istifadə etmədikləri üçün ağıllı mühakimə edə bilməmələridir. Quranda bu mövzu geniş şəkildə xəbər verilir. Və şübhəsiz bu xüsusiyyət, inkarçıların öndə gələnləri üçün də keçərlidir.

Öndə gələnlərin bu vəziyyətlərini ən yaxşı ortaya çıxaran göstəricilərdən biri də rəsula olan yanlış baxış aspektləridir. Rəsul Allahın elçisidir və cəmiyyəti Onun yoluna yönəltmək üçün göndərilmişdir. Bu, əlbəttə son dərəcə böyük və əhəmiyyətli məsuliyyətdir. Ancaq öndə gələnlər bu incəliyi qavraya bilməz və rəsulu da özləri kimi adi insan zənn edərək onun təbliğ etdiklərini öz səhv məntiqləri, axmaq qayda və ənənələri içində qiymətləndirərlər.

Öndə gələnlərin ən qatı olduqları qayda və ənənələrdən biri, liderlik xüsusiyyəti ilə əlaqədardır. Cahil cəmiyyətlərdəki ümumi qaydaya görə, birinin lider olaraq qəbul edilməsi üçün mütləq maddi bəzi xüsusiyyətlər lazımdır: Lider, ya soylu və məşhur bir ailənin üzvü olmalı, ya da çox zəngin biri olmalı, yəni bir başqa sözlə öz ağıllarına görə "elit" olaraq adlandırdıqları sinifin üzvü olmalıdır.

İnkarçılar rəsulun təbliğini də bu səhv məntiq içində qiymətləndirərlər. Onların axmaq ağıllarına görə, "əgər Allahın elçisi olacaqsa", bu öz əhatələrindən, yəni zəngin, ya da məşhur birisi olmalıdır. Öz ictimai siniflərinə daxil olmayan kəslərin Allahın elçisi və bu səbəbdən cəmiyyətin lideri ola biləcəyini qəbul edə bilməzlər. Bu ağılsızlıqları da özlərinin həm dünyada, həm də axirətdə böyük itki və əzab içində olmalarına səbəb olar.

Quranda bildirilən Talut hekayəsində inkarçıların bu baxış aspekti belə xəbər verilir:

Peyğəmbərləri onlara dedi: “Allah Talutu sizə hökmdar təyin etdi!” Onlar dedilər: “O necə bizə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha çox layiqik və ona heç böyük var-dövlət də verilməmişdir”. O dedi: “Allah sizin üzərinizə onu hökmdar seçdi, elm və bədəncə onun gücünü artırdı. Allah Öz mülkünü istədiyi kəsə verir. Allah hər şeyi Əhatəedəndir, Biləndir”. (Bəqərə surəsi, 247)

İnkarçıların öndə gələnlərinin bu səthi və səhv baxış aspekti olduqca məşhurdur. Hz. Məhəmməd (s.ə.v)-in risaləti də qövmünün əyanları tərəfindən tanınmamış və Quranda xəbər verildiyi kimi, "Zikr (Quran), aramızdan onamı nazil oldu? ..." (Sad surəsi, 8) şəklindəki ifadələrlə üz çevirmişlər. İnkarçıların necə ağılsızlıq içində olduqlarının açıq bir nümunəsi olan bu vəziyyət başqa ayələrdə belə izah edilir:

Onlara haqq gəldikdə isə: “Bu, sehrdir, biz ona inanmırıq!” – dedilər. Onlar dedilər: “Nə üçün bu Quran iki şəhərdən (Məkkədən və ya Taifdən) olan böyük bir adama nazil edilmədi?”  (Zuxruf surəsi, 30-31 )

Allah, öndə gələnlərin bu ifadəsinə qarşılıq bir sonrakı ayədə belə buyurur:

«Sənin Rəbbinin mərhəmətini onlarmı bölüşdürürlər? …» (Zuxruf surəsi, 32)

İnkarçıların bu azğın baxış aspektinə görə, rəsulu Allahın seçmiş olması yetərli deyil. Onların səhv məntiqlərinin tək meyarı maddi zənginlikdir və bu səbəbdən də rəsulu da bu səhv meyara görə qiymətləndirirlər. Onların azğın məntiqinə görə, rəsul böyük maddi gücə sahib olmalıdır ki, ona itaət edilsin. Quranda, inkar edənlərin bu ağılsız ümidləri belə xəbər verilir:

Biz bu Quranda insanlar üçün hər cür məsəli müfəssəl izah etdik. Lakin insanların çoxu yalnız küfrü seçdi. Onlar dedilər: “Bizə yerdən bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik; və ya ortasından şırıl-şırıl çaylar axıdacağın xurma və üzüm bağın olmayınca; yaxud, iddia etdiyin kimi, göyü parça-parça üstümüzə yağdırmayınca; və ya Allahı və mələkləri qarşımıza gətirməyincə; yaxud qızıldan bir evin olmayınca; və ya göyə qalxmayınca biz sənə inanmayacağıq. Əgər bizə oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da inanmayacağıq”. De: “Rəbbim pak və müqəddəsdir! Mən isə yalnız elçi göndərilmiş bir insanam”. (İsra surəsi, 89-93)

Halbuki möminlər rəsula hər hansı bir maddi xüsusiyyəti səbəbiylə deyil, Allah onu seçmiş olduğu üçün bağlanmışlar, imanı və Allaha olan yaxınlığı səbəbiylə ona beyət etmişlər. İnkar edənlər isə, bu incəliyi qavrayacaq vəziyyətdə deyildirlər. Onların yanlış məntiqinə görə, ən çox mülkə özləri sahibdir və bu səbəbdən sözü eşidilməli olan kəslər də onlardır.

Məhz inkarçıların rəsula və möminlərə etdikləri hücumlar və bunun nəticəsində ortaya çıxan iki tərəf arasındakı böyük mübarizənin ən əhəmiyyətli səbəblərindən biri budur.

Öndə gələnlərin rəsula qarşı göstərdikləri əxlaqsız rəftarın, bu əxlaqsızlıqlarının və ağılsızlıqlarının qarşılığında içinə düşdükləri vəziyyətin əhəmiyyətli nümunəsi isə, Allahın Quranda bildirdiyi hz. Musa (ə.s) və Firon arasında keçən mübarizədir.

Hz. Musa (ə.s) və Firon

Firon, Quranda bildirildiyi üzrə, Misir xalqını sahib olduğu maddi və hərbi güc ilə idarə edən və təzyiq altında tutan zalım idi. Xüsusilə Misirdə kölə olaraq işlədilən İsrail oğullarını təzyiq altında saxlayır və işgəncəyə məruz qoyurdu. Quranda, Fironun iqtidarı belə təsvir edilir:

Həqiqətən, Firon yer üzündə təkəbbürlük göstərib onun əhalisini zümrələrə bölmüşdü. Firon onlardan bir zümrəni zəiflədir, onların oğlan uşaqlarını öldürür, qadınlarını isə sağ buraxırdı. Həqiqətən, o, fitnə-fəsad törədənlərdən idi. (Qəsas surəsi, 4)

Allah İsrail oğullarını Fironun əzabından qurtarmaq və onları Öz yoluna yönəltmək üçün hz. Musa (ə.s)-ı rəsul və nəbi olaraq göndərdi. Hz. Musa (ə.s), Firondan İsrailoğullarının öz öndərliyində Misirdən ayrılmasına icazə verilməsini istədi. Halbuki Firon, öz ağlına görə iqtidarına kölgə salacaq belə bir şeyə əsla icazə verməyi düşünmürdü. O, özünün "bütün Misirin Rəbbi" (Allahı tənzih edirik) olduğu azğınlığını irəli sürəcək qədər ağılsız idi. Qövmünü mərhəmətsizcə əzir və onlara öz səhv düşüncələrini tək doğru olaraq qəbul etdirməyə çalışırdı. Elə ki, Quranda xəbər verildiyi kimi qövmünə belə demişdi:

"... Mən sizə ancaq öz düşündüyümü bildirirəm, mən sizə ancaq doğru yolu göstərirəm” (Mümin surəsi, 29)

Bu səbəblə Firon, hz. Musa (ə.s)-ın ona gəlib İsrailoğullarının öz liderliyinə buraxılmasını istəməsini qəbul etməmişdi. Onun ağlına görə, bütün Misirin mülkü ona aid idi və özünün əksinə heç bir malı-mülkü olmayan hz. Musa (ə.s)-ın, israiloğullarına öndərlik etməsi düşünülə bilməzdi.

Firon hz. Musa (ə.s)-a qarşı dərin qısqanclıq və nifrət hiss etmiş, dünyada sahib olduğu mövqe, mal, mülk, iqtidar kimi üstünlükləri ön plana çıxararaq, göz boyayıcı sözlərlə Allahın elçisini öz ağılsızlığı ilə alçaltmağa çalışmışdır. Nəticədə alçalan isə yalnız özü olmuş, həm dünyada, həm də axirətdə bütün gözəllikləri itirmişdir. Quranda Fironun sözləri belə xəbər verilir:

"Firon qövmünü çağırıb dedi: “Ey xalqım! Məgər Misir səltənəti və altımdan axan bu çaylar mənim deyilmi? Məgər görmürsünüzmü? Ya da mən bu aciz və az qala sözünü belə aydın başa sala bilməyən adamdan daha üstün deyiləmmi? Nə üçün ona qızıl bilərziklər taxılmayıb və onunla birlikdə bir-birinin ardınca mələklər gəlməyib?” Firon öz xalqını aldatdı, onlar da ona itaət etdilər. Həqiqətən, onlar fasiq adamlar idilər. " (Zuxruf surəsi, 51-54)

Görüldüyü kimi Firon o qədər ağılsız və yanlış məntiqə malikdir ki, böyük azğınlıqla "Misirin Rəbbinin" (Allahı tənzih edirik), özü olduğunu iddia edir. Halbuki hz. Musa (ə.s), Allahın "göylərin, yerin və bu ikisi arasında olan hər şeyin Rəbbi" olduğunu söyləyir. Yəni Misir də buna daxildir. Bu vəziyyət Fironun narahat olmasına səbəb olmuşdur. Ayələrdə Musa peyğəmbər (ə.s) və Firon arasında bəhs edilən söhbətlər belə xəbər verilir:

"Firon dedi: “Aləmlərin Rəbbi nədir?” Musa dedi: “Əgər yəqinliklə inanırsınızsa, bilin ki, O, göylərin, yerin və onların arasında olanların Rəbbidir!” Firon ətrafındakılara dedi: “Onun nə danışdığını eşitmirsinizmi?” Musa dedi: “O sizin də, ulu babalarınızın da Rəbbidir!” Firon dedi: “Sizə göndərilmiş bu elçi, sözsüz ki, dəlidir!” Musa dedi: “Əgər anlayırsınızsa, bilin ki, O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir!” Firon dedi: “Əgər məndən başqasına sitayiş etsən, səni məhbusların yanına ataram!” (Şuəra surəsi, 23-29)

Fironun hz. Musa (ə.s)-a düşmənçilik bəsləməsinin səbəbi, onun izah etdiyi gerçəklərin öz qurmuş olduğu yanlış nizamı dağıdacağı qorxusudur. Firon Allahın varlığını bilir və bunu ifadə də edir. Ayədə belə buyurulur:

Firon dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir məbud tanımıram. Ey Haman! Mənim üçün palçığın üzərində od qala və bir qüllə düzəlt ki, Musanın məbudunun yanına qalxım. Mən, həqiqətən də, onu yalançılardan hesab edirəm. (Qəsas surəsi, 38)

Fironun bu yanlış məntiqi Quranda "qövmün öndə gələn inkarçıları" olaraq nümunə verilən şəxslərin də ümumi xüsusiyyətini yaradır. İnkarçıların ən əhəmiyyətli xüsusiyyətlərindən biri yanlış Allah inancına sahib olmalarıdır. Bu səbəbdən Allahın onlara itaət edilməsi üçün göndərdiyi elçiləri də tanımazlar. Həmçinin Rəsul onlara qurduqları sistemin azğın olduğunu bildirir, onları haqsız yerə əldə etdikləri bütün mənfəətlərindən imtina etməyə dəvət edir. Və ən əhəmiyyətlisi, rəsul onlardan özünə tabe olmalarını istəyir. Özlərini bəyənmiş, sahib olduqları nemətlərdən ötrü qürrələnən inkarçı əyanlar, özlərinə gələn bu təklifə də qəzəb və düşmənçiliklə cavab verirlər. Allah bu kəslərin içinə düşdükləri vəziyyəti və elçiliyi dilədiyi kəsə verəcəyini ayələrində belə bildirir:

Beləliklə hər bir ölkədə oranın günahkarlarını başçılar təyin etdik ki, onlar orada mümkün qədər yaramaz işlər görsünlər. Halbuki onlar o yaramaz işləri yalnız özlərinə qarşı edirlər və bunu da hiss etmirlər. Onlara bir ayə gəldikdə: “Allahın elçilərinə verilənin bənzəri bizə də verilməyincə iman gətirməyəcəyik” – dedilər. Allah peyğəmbərliyini kimə verəcəyini daha yaxşı bilir. Günahkarlar, qurduqları hiylələrə görə Allahın hüzurunda rəzil olacaq və şiddətli əzab çəkəcəklər. (Ənam surəsi, 123-124)

 

5 / total 8
"Harun Yəhyanın Rəsulların Mübarizəsi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com