< <
6 / total: 8

Rəsullara Qurulan Tələlər

Qurandakı peyğəmbər hekayələrinin böyük bir hissəsində, inkarçı qövmün öndə gələnlərinin rəsullara qarşı etdikləri hücumlar, təşkil etdikləri sui-qəsd və böhtanlardan bəhs edilir. Belə ki, qövmün inkarçılarından bu cür reaksiyalar görməyən rəsul yoxdur. Allahın elçiləri ilə inkarçıların öndə gələnləri arasındakı mübarizə Allahın hz. Adəm (ə.s)-ı dünyaya göndərdiyi dövrdən bəri davam edir.

Ancaq öndə gələnlərin rəsula qarşı başlatdıqları və əslində ən başdan məğlubiyyətə uğramış olaraq icra etdikləri bu cür hərəkətlərin maraqlı cəhəti vardır: Öndə gələnlər, əsasən "biz Allahı tanımırıq və bu səbəblə də bizi Onun hökmlərinə dəvət edən rəsuluna qarşıyıq" deməzlər. Tam tərsinə, bu kəslər özlərinin Allahı inandıqlarını iddia edərlər və rəsulun Allahın elçisi olmadığı yalanını ortaya atarlar. Hətta  böyük ağılsızlıqla Allahın mübarək elçilərinin dünyəvi mənfəətlər arxasınca qaçdıqları şəklində əxlaqsız böhtanlar atarlar. Rəsula inananların "aldadılmış", "ovsunlanmış" insanlar olduqları böhtanını qarşıya qoyarlar və öz zəif ağıllarına görə cəmiyyəti "rəsuldan qurtarmaq" üçün hərəkətə keçərlər. Onların yanlış məntiqlərinə görə sahib olduqları cahillik nizamı doğru nizamdır və "məqamı və zənginliyi olmayan insan" bu nizamı pozub öz mənfəətləri üçün qarışıqlıq çıxarmağa çalışır. Halbuki özləri böyük azğınlıq içindədirlər. Tək doğru yol Allahın və elçisinin göstərdiyi yoldur. Onlar isə Allahın bildirdiyi əxlaqdan uzaq olmanın əzabı və çətinliyi içində qovrulurlar. Rəsul da onları gerçək qurtuluşa çağırır, içində boğuldukları fəlakətlərdən xilas olmağa dəvət edir. Bu dəvətə əməl edən öz lehinə əməl edir, bu dəvətdən qaçan da öz əleyhinə qaçır.

Peyğəmbərlər kimi son dərəcə gözəl əxlaqlı, ağıllı, hər cəhətdən çox üstün və qiymətli insanların əleyhinə tələlər quran bu şəxslərin ümumi ruh halı da əlbəttə olduqca pozğundur. Belə ki, rəsullara tələ quranların rahat şəkildə cinayət işləyə biləcək xarakterdə olduqlarını Quranda verilən nümunələrdən başa düşməyimiz mümkündür. Məsələn, hz. Yusif (ə.s)-ı qısqanadıqlarına görə kiçik yaşda onu şəhid etmə planları quraraq tələ hazırlayan qardaşları Quranda belə xəbər verilmişdir:

"Yusifi ya öldürün, ya da onu uzaq bir yerə aparıb atın ki, atanız ancaq sizə məhəbbət bəsləsin və bundan sonra siz əməlisalehlərdən olarsınız”. (Yusif surəsi, 9)

Ayədən aydın olduğu kimi bu tələləri hazırlayanlar yaxşı insan olma iddiasıyla ortaya çıxırlar. Cəmiyyətin yaxşılığını istəyən insanlar olduqlarını iddia edərək ictimaiyyətə dürüst və etibarlı görünməyə çalışmaları inkarçıların çox əhəmiyyətli xüsusiyyətləridir. Pisi yaxşı, yaxşını pis göstərmək mövzusunda sanki ixtisaslaşmış olan inkarçıların öndə gələnləri, müxtəlif yalanlar, böhtanlar və ittihamlarla saleh möminlər əleyhinə təbliğat aparar, təfərrüatlı psixoloji savaş icra edərlər. Firon da, qövmünün qarşısında hz. Musa (ə.s)-ı şəhid etməklə təhdid etmə səbəbi olaraq "dinə zərər verməsindən və fitnə-fəsad törədəcəyindən çəkindiyi" yalanını irəli sürmüş, o qədər zalımlığına baxmayaraq özünü bu dəyərlərin qoruyucusu elan etmişdir. Əlbəttə buradakı əsl məqsədi insanların həssaslıq göstərdikləri mövzulardan istifadə edərək, cəmiyyəti öz ağlına görə hz. Musa (ə.s) əleyhinə istiqamətləndirməkdir. Fironun Quranda xəbər verilən sözləri belədir:

Firon dedi: “Buraxın məni Musanı öldürüm! Qoy o da Rəbbinə yalvarsın. Çünki mən onun sizin dininizi dəyişdirəcəyindən, yaxud yer üzündə fəsad törədəcəyindən qorxuram”. (Mümin surəsi, 26)

Buna görə Firon qövmünü guya hz. Musa (ə.s)-dan "qurtarma"ğa çalışır. Halbuki yer üzündə əsl fəsad çıxaran Fironun özü, cəmiyyətin həqiqi xilaskarı da hz. Musa (ə.s) və onun dəvət etdiyi haqq yoldur. Bu ikiüzlü davranış, bütün öndə gələn inkarçıların ortaq xüsusiyyətidir. Məsələn, Quranda, hz. Nuh (ə.s) ilə qövmünün əyanları arasındakı dialoq belə izah edilir:

Qövmünün kafir olan, Axirətə qovuşacaqlarını yalan hesab edən və dünya həyatında firavanlıq nəsib etdiyimiz zadəganları dedilər: “O sizin kimi sadəcə bir insandır. Yediyinizdən o da yeyir, içdiyinizdən o da içir. Əgər siz özünüz kimi adi bir insana itaət etsəniz, mütləq ziyana uğrayarsınız. O sizə ölüb torpağa və sür-sümüyə çevrildikdən sonra dirildilib yenidən çıxarılacağınızımı vəd edir? Sizə vəd olunan şey həqiqətdən çox uzaqdır, çox uzaq! Dünya həyatımızdan başqa heç bir həyat yoxdur; ölüb dirilirik (birimiz ölür, digərimiz anadan olur) və biz dirilməyəcəyik. Bu, ancaq Allaha iftira yaxan bir adamdır. Biz ona inanan deyilik”. (Muminun surəsi, 33-38)

Görüldüyü kimi, öndə gələnlər rəsul haqqında olduqca heyrətverici əleyhində təbliğat edirlər. Rəsulun insanlara bildirdiyi və dinin ən böyük təməllərindən biri olan axirət inancını rədd edir, ancaq yenə də Allahı inkar etdiklərini qəbul etməyib, öz zəif ağıllarına görə rəsulu "Allah adına yalan uyduran" biri, yəni "din istismarçısı" olaraq tanıtmağa çalışırlar. Şübhəsiz bu çox böyük əxlaqsızlıq və hər istiqamətdən yalan olan böhtandır. Ancaq din əxlaqından uzaq olduqları üçün doğrunu səhvdən ayırma xüsusiyyətlərini itirmiş olan bir qisim insanlar yalan üzərinə qurulan bu təbliğatın təsiri altında qala bilirlər. Allahın iman nəsib etdiyi az saydakı mömin üçün isə bu böhtanlar, hücumlar və təbliğatlar rəsulu daha çox sevmələri, daha könüldən bağlanmaları, imani şövq və həyəcanlarının artması üçün gözəl fürsətdir. Çünki bu hadisələrin hər biri Allahın vədinin gərəyi olaraq reallaşır və Rəbbimizin hikmətli imtihanlarından biri olaraq yaradılır. İnkarçıların digər ağılsız iddiaları da rəsulun da "yemək yeyən, su içən" normal insan olduğu, bu səbəbdən ona tabe olmanın heç kimsəyə faydası olmadığı şəklindədir. Halbuki bu da son dərəcə axmaq iddiadır: Rəsul da şübhəsiz bir insandır və digər insanlar kimi yaşayır, ancaq Allah onu elçisi olaraq seçmiş, onu Öz tərəfindən nemətlərlə üstün etmiş və doğruya yönəltmişdir. Bu səbəblə də rəsula qeyd-şərtsiz itaət edənlər, yer üzündəki tək həqiqi yol göstəriciyə uymuş olurlar.

Quranda, iman etməyən insanların rəsulların fövqəladə varlıq olması ümidi içində olduqları, ancaq bunun səhv olduğu xəbər verilmişdir. Allah bu kəslər üçün belə buyurur:

İnsanlara doğru yol göstəricisi gəldiyi zaman onların iman gətirməsinə ancaq: “Allah bir insanımı elçi göndərdi?” – demələri mane oldu. De: “Əgər yer üzündə arxayın gəzib dolaşanlar mələklər olsaydı, əlbəttə, onlara göydən bir mələk elçi göndərərdik”.  (İsra surəsi, 94-95)

İnkarçıların rəsula qarşı çıxmalarının əsl səbəbi, qarşıya qoyduqları yalanlardan olduğu kimi qövmlərini rəsulun düşüncələrindən qorumaq deyil. Bu kəslər daha əvvəl də ifadə etdiyimiz kimi yalnız öz maraqlarını düşünür və mənfəətləri üçün böyük təhdid olaraq gördükləri rəsula düşmənçilik bəsləyirlər.

Bu səbəblə öndə gələn inkarçılar, necə olursa olsun Rəsulun təbliğini durdurmalı olduqlarını düşünürlər.

Bu hədəf istiqamətində ilk etdikləri şey, rəsul və təbliği haqqında bütün cəmiyyətə istiqamətli mənfi təbliğat aparmaqdır. Bu istiqamətdə istifadə etdikləri bəzi klassik böhtan üsulları vardır. Quranda bu üsullar ətraflı olaraq izah edilir. Ancaq burada çox əhəmiyyətli bir xüsusun xatırladılmasında fayda vardır. İnkarçılar rəsulları və iman edənləri öz ağıllarına görə alçaltmaq məqsədiylə nə kimi üsullardan istifadə edərlərsə etsinlər, nə kimi böhtanlar atarlarsa atsınlar bir nəticəyə gələ bilməmişlər. Çünki inkarçıların gözlədiklərinin əksinə iman gətirənlər üzərində təhqir və böhtanların da, qaralama kampaniyalarının da mənfi təsiri olmaz.

İman edənlər bütün bunların özləri üçün əhəmiyyətli əcr vəsiləsi olduğunun şüurundadırlar. Bu böhtanlara səbir edib, ən gözəl şəkildə qarşılıq verəndə və nə olursa olsun Allah yolundan və din əxlaqından güzəştə getmədiklərini bütün bunların qarşılığını həm bu dünyada, həm də axirətdə ən gözəl şəkildə alacaqlarını ümid etmənin sevincini yaşayarlar.

Rəsullara atılan iftiralar

Möminlər özlərinə yönəldilən iftiraların, əziyyət məqsədli söz və xəbərlərin xüsusi olaraq Allahın özləri üçün yaratdığı sınaq vəsiləsi olduğunu bilirlər. Çünki bütün bunların möminlərin başına mütləq gələcəyi Quranda xəbər verilmişdir. Ayədə belə buyurulur:

Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbir edib Allahdan qorxsanız, bilin ki, bu, əzmkarlıq tələb edən əməllərdəndir. (Ali İmran surəsi, 186)

Allah dünyada iman edənlərə yaşatdığı bu kimi imtahanların sonunda özlərini təmizə çıxaracağını da ayələrində vəd etmişdir. Məsələn, hz. Musa (ə.s)-a da qövmü özlərinə görə iftira və pis sözlərlə əziyyət verməyə çalışmış, ancaq Allah onu inkarçıların dediyi sözlərdən təmizə çıxarmışdır.

Ayədə bu vəziyyət belə bildirilir:

Ey iman gətirənlər! Musanı incidən şəxslərə oxşamayın. Allah onu onların dediklərindən təmizə çıxartdı. O, Allahın yanında çox ehtiram edilən şəxsdir. (Əhzab surəsi, 69)

Eyni şəkildə hz. Yusif (ə.s)-a da iffəti haqqında böyük iftira atılmış, heç bir günahı olmadığı, tərtəmiz, günahsız insan olduğu, iffətini qoruduğu ortaya çıxmasına və bu həqiqət hər kəs tərəfindən başa düşülməsinə, bütün dəlillər hz. Yusif (ə.s)-ın günahsız olduğunu isbatlamasına baxmayaraq həbsə atılmışdır. Mövzuyla əlaqədar ayə belədir:

Bu qədər dəlilləri gördükdən sonra, yenə də onu bir müddət zindana salmaq qərarına gəldilər. (Yusif surəsi, 35)

Hz. Yusif (ə.s) heç bir günahı olmadığı halda ona atılan böhtandan, haqqında çıxarılan şayiələrdən ötrü illərlə zindanda saxlanılmışdır. Ancaq nəticədə həqiqət aydın olmuş, haqqındakı ittihamlardan təmizə çıxmışdır. Və Allah bu mübarək qulunu Misir xəzinələrindən məsul mövqeyə gətirmişdir. Bu hadisə ayələrdə belə xəbər verilir:

Padşah qadınlara dedi: “Yusifi yoldan çıxartmaqla nə məqsəd güdürdünüz?” Onlar dedilər: “Allah uzaq eləsin! Biz onun haqqında pis bir şey bilmirik”. Zadəgan kişinin isə arvadı dedi: “İndi haqq bəlli oldu. Onu mən yoldan çıxartmaq istəyirdim. Həqiqətən də, o, doğru danışanlardandır. Bu etiraf ona görədir ki, ərim yanımda olmadıqda ona xəyanət etmədiyimi və Allahın xainlərin hiylələrinə yol vermədiyini bilsin (Yusif surəsi, 51-52)

Günahsız olduğunun başa düşülməsinin ardından hz. Yusif (ə.s) qövmünün başına keçmiş və iqtidar sahibi olmuşdur. Mövzuyla əlaqədar ayələrdə belə buyurulur:

Yusif dedi: “Bu yerin xəzinələrini qorumağı mənə tapşır. Çünki mən qoruyanam, bu işi bilənəm”. Beləliklə, Yusifə yer üzündə hökmranlıq verdik. O, istədiyi yerdə qala bilərdi. Biz istədiyimizə mərhəmətimizi nəsib edirik və yaxşı iş görənlərin mükafatını əsirgəmirik. (Yusif surəsi, 55-56)

Bundan əlavə, rəsulların insanların qarşısında təmizə çıxma kimi narahatlıqları da yoxdur. Hər şeydən xəbərdar olan Allahın, nə etdiklərini və qəlblərində olanı bilməsi kifayətdir.

Ancaq rəsullara və möminlərə böhtan atanlar üçün axirətdə çox böyük əzab olduğu ayələrdə belə xəbər verilir:

Murdar əməldən xəbəri olmayan ismətli mömin qadınları zinada günahlandıranlar dünyada və axirətdə lənətə düçar olarlar. Onları böyük bir əzab gözləyir – o gün ki, dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir. O gün Allah onlara özlərinə layiq cəzanı tam verəcək və onlar Allahın Aydın Haqq olduğunu biləcəklər (Nur surəsi, 23-25)

Mömin kişi və mömin qadınları işləmədikləri cinayətlər səbəbiylə ittiham edənlərin vəziyyəti isə başqa ayədə belə bildirilir:

Mömin kişiləri və mömin qadınları etmədikləri bir işdən ötrü günahlandıranlar, sözsüz ki, öz üzərilərinə böhtanla bərabər açıq-aydın ağır bir yük götürmüşlər. (Əhzab surəsi, 58)

İndi qövmləri ilə olan mübarizələri əsnasında rəsullara atılan iftiraları və inkar edənlərin bu məqsədlə istifadə etdikləri qaralama üsullarını sıra ilə araşdıraq:

Rəsulun mənfəət arxasınca qaçdığı iftirası

Öndə gələnlərin ən çox üz tutduğu üsul, öz zəif ağıllarına görə rəsulu cəmiyyətin gözündə alçaltmağa çalışmaqdır. Rəsulun müdafiə etdiklərində səmimi olmadığı, əslində öz mənfəətləri üçün belə təbliğ işinə girişdiyi kimi əxlaqsız yalanlar qarşıya qoyarlar. Bu səhv məntiqə görə, rəsul, dini öz maraqları üçün istifadə edir. Bu çirkin böhtana görə, rəsulun insanlardan itaət istəməsinin ardında da "iqtidar ehtirası" yatar. Halbuki rəsullar, insanlardan heç bir ödəniş tələb etməyən, dünyadan heç nəyi gözləməyən, yalnız Allahın razılığını axtaran, Allahın rəhmətini, razılığını və cənnətini ümid edərək yaşayan tərtəmiz insanlardır. Rəsullar dünyadan heçnə gözləmirlər, ancaq Allah bu səmimi və saleh qullarına dünyanın ən gözəl nemətlərini lütf edər.

Məsələn, Firon və öndə gələn çevrəsi də, hz. Musa (ə.s)-ın insanları Allahın dininə dəvət etməyi deyil, "yer üzündə böyüklüyə" çatmağı istədiyini iddia etmişlər. Ayədə belə buyurulur:

Onlar dedilər: “Gəlmisiniz ki, bizi atalarımızın tutduğu yoldan döndərəsiniz və yer üzündə böyüklük etmək ikinizə qalsın? Biz sizə iman gətirən deyilik”. (Yunis surəsi, 78)

Eyni çirkin iftiranın hz. Nuh (ə.s)-a da yönəldildiyi ayələrdə belə xəbər verilir:

Həqiqətən, Biz Nuhu öz qövmünə elçi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin! Sizin Ondan başqa heç bir məbudunuz yoxdur. Məgər qorxmursunuz?”Qövmünün kafir zadəganları dedilər: “O da sizin kimi sadəcə bir insandır. Sizə böyüklük etmək istəyir. Əgər Allah elçi göndərmək istəsəydi, mələklər göndərərdi. Biz bunu ulu babalarımızdan eşitməmişik (Muminun surəsi, 23-24)

Bu ayələr göstərir ki, inkarçıların ağılsızlıqlarından biri də rəsulları da özləri kimi adi insanlar olduqlarını zənn etmələridir. Halbuki peyğəmbərlərin hər biri Allah Qatında üstün olan mübarək insanlardır. Hz. Musa (ə.s) və digər bütün rəsullar, insanları özlərinə itaətə çağırırlar; amma onlardan Allah rizası üçün özlərinə itaət etmələrini istəyirlər. Yoxsa istənilən şəxsi itaət deyil. Rəsul da, ona iman edib itaət edənlər də Allahın qullarıdırlar. Bu səbəbdən Rəsul, insanları özünə itaət etməyə dəvət edərkən, əslində onları Allaha qul olmağa dəvət edir. Bu həqiqət ayələrdə belə bildirilir:

"Heç kimə yaraşmaz ki, Allah ona Kitab, hikmət və peyğəmbərlik verdikdən sonra insanlara: “Allaha yox, mənə qul olun!” – desin. Əksinə, o deyər: “Öyrətdiyiniz Kitabın və ondan öyrəndiyiniz şeyin sayəsində din xadimləri olun!” O sizə mələkləri və peyğəmbərləri özünüzə tanrılar qəbul etməyi buyurmaz. Məgər o sizə, siz müsəlman olduqdan sonra kafir olmağı əmr edərmi?  (Ali İmran surəsi, 79-80)

Halbuki bunun müqabilində, yuxarda gördüyümüz kimi, Firon və buna bənzər öndə gələn inkarçılar böyük ağılsızlıqla özlərinin guya "ilah" (Rəbb) olduqlarını (Allahı tənzih edirik) iddia etməyə çalışırlar. Məhz bu inkarçıların tövbə edib mövqelərini dəyişdirmədikləri təqdirdə böyük əzabla qarşılıq görmələrinin səbəblərindən biridir.

Dəlilik iftirası

Öndə gələn inkarçıların tez-tez istifadə etdikləri böhtan üsullarından biri də, rəsulu və bəzən də onunla birlikdə iman gətirənləri "dəlilik" lə günahlandırmalarıdır. Bu ağılsız günahlandırma, demək olar ki, bütün rəsullara yönəldilmişdir. Quranda, tez-tez bu mövzuya diqqət çəkilir. Məsələn, hz. Nuh (ə.s)-a "O dəlidir" deyildiyi ayələrdə belə xəbər verilir:

Bu ancaq cinli bir adamdır. Odur ki, ona münasibətdə bir müddət gözləyin!” (Muminun surəsi, 25)

Onlardan əvvəl Nuh qövmü elçiləri yalançı hesab etmişdi. Onlar qulumuzu yalançı sayıb: “O, dəlidir!” – dedilər və ona hədə-qorxu gəldilər. (Qamər surəsi, 9)

Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-ə də eyni böhtan atılmışdır. Ayələrdə belə buyurulur:

Kafirlər dedilər: “Ey özünə Zikr nazil edilən kəs! Doğrudan da, sən dəlisən. Əgər doğru danışanlardansansa, nəyə görə dediyinə şahidlik edə bilən mələkləri bizə gətirmirsən?” (Hicr surəsi, 6-7)

Məgər kafirlər bu Söz haqqında düşünmürlərmi? Yaxud onlara ulu babalarına gəlməyən bir şey gəldi? Yoxsa onlar özlərinə göndərilmiş Elçini tanımayıb buna görə də onu inkar edirlər? Yaxud: “O cinlidir?” – deyirlər. Xeyr, o elçi onlara haqqı gətirmişdir. Lakin onların çoxu haqqı xoşlamır. (Muminun surəsi, 68-70)

Eyni ittihamlar, hz. Musa (ə.s)-a qarşı da yönəldilmişdir:

Firon dedi: “Sizə göndərilmiş bu elçi, sözsüz ki, dəlidir!” (Şuəra surəsi, 27)

Allah, ümumi olaraq bütün qövmlərin rəsullarına bu cür ittiham etməyə meyilli olduqlarını da ayələrdə belə bildirir:

Kafirlər dedilər: “Çürüyüb parça-parça olduqdan sonra yenidən yaradılacağınızı xəbər verən bir kişini sizə göstərəkmi? Əcəba, o, Allahın əleyhinə yalanmı quraşdırır, bəlkə onda divanəlik var?” Xeyr! Axirətə inanmayanlar əzaba düçar olacaq, dərin bir azğınlıq içində qalacaqlar.  (Səba surəsi, 7-8)

Onlar necə öyüd-nəsihət eşidə bilərlər ki, artıq onlara açıq-aşkar bir peyğəmbər gəlsə də, onlar ondan üz çevirib: “Öyrədilmiş bir dəlidir!” – dedilər. (Duxan surəsi, 13-14)

Öndə gələn inkarçılar, Allahın qüdrətini gərəyi kimi təqdir edə bilmədikləri üçün, rəsulun cəsarətinin, mübarizə əzminin, bu mövzudakı güc və təsirinin qaynağını da heç cür anlaya bilməzlər. Rəsulun öz həyatını təhlükəyə ataraq, çox böyük maddi gücə sahib olan öndə gələnlərlə qarşı-qarşıya gəlməyi gözə almasını qavraya bilməzlər. Çünki inkarçıların tək meyarı mənfəətdir; yalnız öz şəxsi maraqlarını güdərlər. Buna qarşı, rəsul bütün şəxsi maraqlarını dini təbliğ edə bilmək üçün fəda edir. İnkarçıların səhv məntiqinə görə bu, "dünyəvi maraqlara zidd düşəcək" davranışdır, bu səbəbdən bir növ dəlilikdir.

Halbuki, rəsul dünyadan tamamilə imtina edərkən, Allahın razılığını, rəhmətini və cənnətini qazanır ki, bunların dəyəri heç bir şeylə ölçülə bilməz. Ancaq inkarçılar şübhəsiz bunu qavraya biləcək ağıla sahib deyildirlər.

Cadugərlik iftirası

Quran ayələri bizə göstərir ki, öndə gələn inkarçıların ənənəvi daha bir anlayış çətinliyi vardır: Bu kəslər, necə olub da bəzi kəslərin rəsula itaət etdiyini heç cür anlaya bilməzlər. Çünki qövmün böyük hissəsi rəsula qarşı çıxsa da, bəzi kəslər - ki, bunlar mömünlərdir - rəsulun bildirdiyi gerçəkləri qavramış və ona könüldən bağlanmışlar. İman edənlər, rəsulun Allahın elçisi olduğunu, Onun hökmüylə hökm etdiyinin şüurundadırlar və buna görə də ona qarşı böyük sədaqət, hörmət və sevgi ilə bağlıdırlar.

Bu öndə gələn inkarçılar üçün başa düşülməsi çətin olan vəziyyətdir. Onların yanlış baxış aspektinə görə, rəsulun izah etdikləri "keçmişdəkilərin əfsanələrindən" (Muminun surəsi, 83) başqa bir şey deyil. Halbuki "nağıl" saydıqları bu gerçəklərə möminlər böyük bağlılıqla bağlanırlar. Bu vəziyyəti anlaya bilməyən öndə gələn inkarçılar, rəsulun Allahın lütfü ilə sahib olduğu hikməti və təsir edici izahı, onu cadugərliklə ittiham edərək öz zəif ağıllarına görə şərh etməyə çalışırlar. Tez-tez istifadə etdikləri bu yalana görə, rəsul ətrafındakıların beynini yuyur, guya onları ovsunlayır. Halbuki elçiləri onlara tabe olan möminlərin beyinlərini, cahillik əxlaqının hər cür pislikdən və çirkinliyindən təmizləyərək, inkarçıların əsla anlaya bilməyəcəyi çox dəyərli və qiymətli gözəlliyə vəsilə olurlar.

Quranda inkar edənlərin bu iftirası belə xəbər verilir:

İçərilərindən bir adama: “İnsanları qorxut və iman gətirənləri müjdələ ki, özlərinin Rəbbi yanında onların etdikləri yaxşılıqların mükafatı vardır!” – deyə vəhy etməyimiz insanlara qəribəmi göründü? Kafirlər: “Sözsüz ki, bu, açıq-aşkar bir sehrbazdır!” – dedilər. (Yunis surəsi, 2)

Öz aralarından onlara xəbərdarlıq edən bir peyğəmbər gəldiyinə təəccüb edərək kafirlər dedilər: “Bu, yalançı bir sehrbazdır! O, bütün məbudları bir məbudmu etdi? Həqiqətən, bu, əcaib bir şeydir” (Sad surəsi, 4-5)

Eyni ittihamlar hz. Musa (ə.s)-a qarşı da edilmişdir. Bunu xəbər verən ayələr belədir:

“Musanın əhvalatında da ibrət vardır. O zaman Biz onu Fironun yanına aydın bir dəlillə göndərmişdik. O, öz camaatı ilə birlikdə üz çevirib: “Bu sehrbazdır, ya da dəlidir!” – dedi. (Zəriyət surəsi, 38-39)

“Firon xalqının əyanları dedilər ki: “Bu, həqiqətən, çox bilikli bir sehrbazdır.” (Əraf surəsi, 109)

Biz Musanı möcüzələrimizlə və aşkar bir dəlillə göndərdik –Fironun, Hamanın və Qarunun yanına. Onlar isə: “Bu, yalançı bir sehrbazdır!” – dedilər. (Mümin surəsi, 23-24)

Quranda bu "cadugərlik" ittihamlarının inkarçılar arasında az qala ənənəviləşmiş olduğu da belə bildirilir:

Beləcə, onlardan əvvəlkilərə də elə bir elçi gəlmədi ki, onun barəsində: “Sehrbazdır, ya da dəlidir!” – deməsinlər. Onlar bunu bir-birinə vəsiyyətmi etmişlər? Xeyr, onlar həddi aşan adamlardır. (Zəriyət surəsi, 52-53)

Yalançılıq iftirası

Bütün bu yuxarıda qeyd etdiyimiz iftiralarla yanaşı, Quranda xəbər verilən başqa iftira da, öndə gələnlərin rəsulu "yalançılıq"la günahlandırmalarıdır.

Öndə gələnlərin ən böyük narahatlıqlarından biri, rəsulun izah etdiyi gerçəklərin qəbul edilməsi, Allahın əmr etdiyi gözəl əxlaq sisteminin qövm tərəfindən mənimsənilməsidir. Bu vəziyyətdə öz batil (boş, əsassız, saxta, yalana əsaslanan) sistemləri çökəcək və öz güc və iqtidarları da dağılacaq.

Yuxarıda saydığımız böhtanlar da (rəsulu mənfəət arxasınca qaçmaqla günahlandırmaq, dəlilik və cadugərlik iftiraları), əslində rəsulu öz ağıllarına görə yalanlamağa istiqamətlidir. Etmək istədikləri, rəsulun Allahın elçisi olduğunu və bu səbəbdən bütün bildirdiklərinin də gerçəyin məhz özü olduğunu gizləməkdir. Əks halda, demək olar ki, heç kim "mən Allahın elçisinə qarşı gəlirəm" deyərək rəsula açıq şəkildə düşmənçilik edə bilməz.

Quranda, rəsullara qarşı edilən "yalançılıq" ittihamları belə xəbər verilir:

Qövmünün kafir zadəganları dedilər: “Biz səni səfeh sayırıq və həqiqətən də, səni yalançılardan hesab edirik!” (Əraf surəsi, 66)

Onun qövmünün kafir zadəganları dedilər: “Biz səni özümüz kimi sadəcə bir insan hesab edir və içimizdən ancaq düşüncəsiz olan ən rəzil adamların sənə qoşulduğunu görürük. Həmçinin sizin bizdən üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik”. (Hud surəsi, 27)

Səmud qövmü də xəbərdarlıqları yalan saydı. Onlar dedilər: “Özümüzdən olan bir adamamı tabe olacağıq? Onda biz azğınlığa düşər və ağılsız iş görmüş olarıq! Zikr aramızdan təkcə onamı verildi? Xeyr, o, yalançıdır, lovğadır!” (Qəmər surəsi, 23-25)

Rəsula və onunla birlikdə iman edənlərə qarşı istifadə edilən üsullar yalnız bunlarla məhdud deyil. İnkar edənlər, Quranda xəbər verilən, "Biz səndən öncə də əvvəlki millətlərə elçilər göndərmişdik. Onlara elə bir elçi gəlməzdi ki, ona istehza etməsinlər." (Hicr surəsi, 10-11) hökmü gərəyi möminlərə lağ etməyə, öz ağıllarına görə onları hörmətdən salmağa çalışırlar. Bununla yanaşı, öz əxlaqsızlıqlarını və çirkin həyatlarını göz ardı edib, tərtəmiz olan rəsulu və iman edənləri zəif ağıllarına görə "azğınlıq"la, hətta "əxlaqsızlıq"la günahlandırarlar. Hz. Yusif (ə.s) və hz. Məryəm inkar edənlərin bu "əxlaqsızlıq" iftirasıyla qarşılaşmışdır. Ancaq bu böhtanların hər biri tarix boyunca yaşamış bütün elçilər, rəsul, nəbi və saleh möminlər üçün onların Allah yanında və digər möminlərin nəzdində dəyərlərini qat-qat artıran şərəf olmuşdur.

Şübhəsiz bütün bu böhtanlar nə rəsulu, nə də onunla birlikdə iman gətirənləri əsla yormaz. Çünki iman edənlərin əsl hədəfi Allahın razılığını, rəhmətini və cənnətini qazanmaqdır. Bu səbəblə də önlərinə çıxan maneələr səmimi iman edənləri heç bir şəkildə yormaz və ya zəifliyə vadar etməz. Onsuz da Allah ayələrində iman edənlərə nə kimi çətinliklərlə qarşılaşa biləcəklərini bildirmişdir.

Qurandakı, “Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbir edib Allahdan qorxsanız, bilin ki, bu, əzmkarlıq tələb edən əməllərdəndir.” (Ali İmran surəsi, 186 ) ayəsində mömin bilir ki, inkar edənlər özünə qarşı hər cür "əziyyət verici" sözü söyləyəcəklər. Amma rəsul və yanındakı iman edənlər, Quranda mömünlər üçün bildirilən, "... Allah yolunda əhd edən və tənə edənin tənəsindən qorxmayan ..." (Maidə surəsi, 54) xüsusiyyətinə uyğun olaraq, bu iftira və qaralamalara qulaq asmazlar.

Şübhəsiz inkarçı öndə gələnlər də bir müddət sonra bu vəziyyəti fərq edəcək, rəsula və möminlərə atdıqları böhtanların gözlədikləri nəticəni meydana gətirmədiyini görəcəklər. Bu vəziyyətdə öndə gələnlərin klassik rəftarı, öz ağıllarına görə daha "təsirli" üsullara üz tutmaqdır: Heç bir zaman gözlədikləri nəticəni ala bilməyəcəkləri üçün başqa çirkinliyə yönələr və özlərinə görə rəsulu "təzyiq altına almağa" qərar verərlər.

Rəsula Yönəldilən Feli Hücumlar

Rəsul Allahın dinini insanlara izah etdikcə, qövmün öndə gələnlərindən aldığı qarşılığın şiddəti də getdikcə artar. Öndə gələnlər, rəsulun liderliyindəki haqq dinin qarşısı alına bilməz şəkildə böyüdüyünü və istifadə etdikləri iftira və buna bənzər üsullarının işə yaramadığını gördükdə tələ qurmaq kimi özlərinə görə daha "təsirli" üsullara üz tutmağa qərar verərlər.

Quranda, Rəsula hazırlanan "tələ" bildirilərkən belə xəbər verilir:

Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya yurdundan qovmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır. (Ənfal surəsi, 30)

Buna görə, inkarçıların hədəfi, rəsulu həbs etdirmək, şəhid etmək, ya da sürgün etməkdir. Ayədə bəhs edilən "tələ" sözü də diqqət çəkicidir: İnkar edənlər rəsula açıq-aşkar müdaxilə etmək yerinə, "tələ" yəni sui-qəsd quraraq onu dayandırmaq istəyərlər. Bu sui-qəsd, rəsulun həbs olunmasına, şəhid edilməsinə, ya da sürgün edilməsinə səbəb ola biləcək sui-qəsddir.

Ancaq yenə ayədə bildirildiyi üzrə, inkar edənlər rəsula bu şəkildə əsla zərər verə bilməzlər. Rəsulu Allah vəzifələndirmişdir və vəzifəsini tamamlayana qədər də Allah onu qoruyacaq. Və əsl ziyana uğrayanlar, ayədə bildirildiyi kimi, rəsula tələ quranlar olacaq.

Quranda daha bir çox ayədə rəsullara qarşı başladılan feli hücumlardan bəhs  edilir. Demək olar ki, bütün rəsullar, öndə gələnlər tərəfindən şəhid edilməklə, həbs və ya işgəncə ilə təhdid edilmişlər və çox zaman da bunlar təhdidlə qalmamış, hərəkəti hücuma çevrilmişdir.

Rəsulları sürgün etməyə çalışmaları

Allahın Quranda bildirdiyi kimi, inkar edənlərin rəsulları öz zəif ağıllarına görə təsirsiz hala gətirmək üçün qurduqları tələlərdən biri də onları sürgün etməkdir. İnkar edənlər rəsulu və onunla birlikdə möminləri olduqları ortamdan, yaşadıqları yerdən sürgün edib çıxarınca dağılmalarını təmin edə biləcəklərini, gücdən salıb yox edə biləcəklərini zənn edirlər. Onları bu üsulla təsirsiz hala gətirəcəklərini hesablayan inkarçıların, peyğəmbərləri və yanlarında olan möminləri sürgün etmələri, ya da buna təşəbbüs etmələri bir çox ayədə xəbər verilir.

Azğın qövmlərinin içində təmiz və iffətli yaşamağa çalışdıqları üçün yurdlarından çıxarılmaq istənən hz. Lut (ə.s) və ailəsi ayələrdə nümunə verilən müsəlmanlardan yalnız biridir. Hz. Lut (ə.s)-ın təbliğinə cavab olaraq qövmünün verdiyi istehzalı cavab Quranda belə xəbər verilmişdir:

Qövmünün cavabı isə ancaq: “Lutun ailəsini kəndinizdən çıxarın. Çünki onlar təmiz qalmaq istəyən adamlardır!” – demələri oldu. (Nəml surəsi, 56)

Hz. Lut (ə.s) öz tayfasına əxlaqsızlığa yaxınlaşmamalarını, Allahın sərhədlərini aşmamağı, əxlaqsızlığı, iyrənc əməli tərk etməyi nəsihət etmişdir. Azğın Lut qövmü bu səbəblə hz. Lut (ə.s)-ı və ailəsini şəhərlərindən çıxarmaq istəmişdir. Ancaq, Allahın əmri ilə hz. Lut (ə.s)-ın yaşadığı şəhəri tərk etməsinin dərhal ardından Allah o şəhəri yerlə bir etmiş, altını üstünə çevirmiş, bu qiymətli insana və digər möminlərə inkarçıların qurduqları tələni dağıtmışdır. Bu gerçək ayələrdə belə bildirilir:

Əmrimiz gəldikdə oranın altını üstünə çevirdik və odda bişmiş gil daşları ardıcıl olaraq onların üstünə yağdırdıq. O daşlara Rəbbinin yanında işarə qoyulmuşdur. Onlar zalımlardan da uzaq deyildir. (Hud surəsi, 82-83)

Allahın varlığını və birliyini təbliğ etdiyi, Qurana dəvət etdiyi və pislikdən uzaqlaşmağa çağırdığı üçün Peyğəmbərimiz  (s.ə.v) və ona tabe olan möminlər də öz qövmləri tərəfindən yurdlarını tərk etməyə, yəni hicrətə məcbur buraxılmışlar.

Allah, rəsullarını öz yurdundan çıxaranların aqibətinin məhv olduğunu ayəsində belə xəbər verir:

Səni qovub çıxaran məmləkətindən daha qüvvətli neçə-neçə məmləkətlər var idi ki, Biz onları məhv etdik və onlara bir kömək edən də olmadı (Məhəmməd surəsi, 13)

Bu, Allahın hər dövrdə davam edən qanunudur. İnsanları, dinlərinə görə yurdlarından qovub çıxaranların özlərinin də orada çox qalmaları mümkün deyil. Çünki inkar edənlərin möminlərin əleyhinə qurduqları bütün tələ cəhdləri hər dövr pozulmuşdur. Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v) də tərk etmək məcburiyyətində buraxıldığı Məkkəyə daha sonra onu müşayiət edən minlərlə möminlə birlikdə geri qayıtmış və inkar edənlərə qarşı mütləq üstünlük təmin etmişdir. Məkkədən onları sürgün edənlərin ümid etdiklərinin əksinə ayrılıb dağılmamışlar. Tam tərsinə daha çox güclənib qaynaşmışlar və Allahın izni ilə inkarçılara qalib gəlmişlər. Bu da möminlər əleyhinə qurulan heç bir ittifaqın müvəffəqiyyətli ola bilməyəcəyini göstərməsi baxımından çox əhəmiyyətlidir.

Həbs etmək və zindana atmaq istəmələri

Rəsulları Allahın yolundan uzaqlaşdırmaq, öz ağıllarına görə onları qorxutmaq və təsirsiz hala gətirə bilmək üçün inkarçıların öndə gələnləri tərəfindən tətbiq olunan metodlardan biri də onları həbs etməkdir. Gerçəkdə, inkar edənlərin öndə gələnləri, rəsulları və digər iman edənləri tamamilə yox etmək istəyirlər. Çünki varlığından ən çox narahatlıq duyduqları kəslər onlardır. Bu səbəblə hər nə bahasına olursa olsun qeyri-qanuni mənfəət və nizamlarını qorumaq və davam etdirə bilmək üçün rəsulları təsirsiz hala gətirməyə çalışırlar.

Məsələn, Firon çəkindiyi hz. Musa (ə.s)-ı, özünə tabe olmadığı təqdirdə həbsə atmaqla təhdid etmişdir. Çünki öz zəif ağlına görə onu nəzarət altında saxlamağın ən yaxşı yolunun həbs etmək olduğunu düşünmüşdür. Fironun bu təhdidi ayədə belə xəbər verilir:

(Firon) dedi ki: "Əgər məndən başqa tanrı qəbul etsən, səni mütləq dustaq edəcəyəm." (Şuəra surəsi, 29)

İslam tarixi araşdırıldığında, Allah yolunda mübarizə aparan insanların davamlı olaraq inkar edənlərin təzyiqinə, zülmünə və əngəlləmələrinə məruz qaldıqları görülür. Peyğəmbərlərin izindən gedən səmimi möminlər də onların başına gələn çətinliklərin və sıxıntıların bənzərləriylə sınanmışlar. Həyatlarını Allahın razılığını axtarmağa həsr etmiş möminləri, inkar edənlər hər zaman öz yanlış həyat formaları üçün təhdid olaraq görmüşlər. İnkarçıların öndə gələnlərinin davamlı nəzarəti və təqibi altında olmaq, onlar tərəfindən həbs edilmək tarix boyunca Allah yolunda mübarizə aparan insanların qarşılaşdıqları hadisələrdir.

Ancaq unudulmamalıdır ki, kənardan baxıldığında son dərəcə çətin və əziyyətli görünən bu cür vəziyyətlər, Allaha tam təslimiyyətlə təslim olmuş, yalnız Ona təvəkkül etmiş möminlər üçün mənəvi təhsil ortamıdır. Allahın razılığını, rəhmətini və cənnətini ümid edən möminlər üçün bu cür çətinliklər gerçəkdə sevinc və rahatlıq qaynağı, təmizlənmə vəsiləsidir. Allaha daha çox yaxınlaşma və Onun ayələrinə şahid olma və möminlər üzərindəki yaxın təqibini izləmə fürsətidir.

Necə ki, iman edənlərin cəsarəti ayələrdə bu şəkildə ifadə edilmişdir:

"... De: “Çağırın şəriklərinizi! Sonra mənə qarşı hiylə qurun və mənə heç möhlət də verməyin! Həqiqətən, mənim himayədarım Kitabı nazil edən Allahdır. O, əməlisalehlərə himayəçilik edir. (Əraf surəsi, 195-196)

Təzyiq göstərmək, öz ağıllarına görə sıxışdırma və qorxutma səyləri

Allah möminlərin səbir, təvəkkül, bağlılıq və qətiyyətlərini sınamaq, onların mənəvi mövqe və mükafatlarını artırmaq üçün müəyyən zamanlarda onları müxtəlif şəkillərdə imtahan edə bilər. Bunun nümunələrindən biri ayədə belə xəbər verilir:

Yadınıza salın ki, bir zaman siz az idiniz, yer üzündə zəif sayılırdınız; kafir adamların sizi ələ keçirəcəyindən qorxurdunuz. Allah sizə sığınacaq verdi, Öz köməyi ilə sizi qüvvətləndirdi və sizə pak ruzilərdən verdi ki, bəlkə şükür edəsiniz. (Ənfal surəsi, 26)

Nə qədər zəif buraxılmış görünsələr də Allahın rəhməti və köməyi hər zaman möminlərlə birlikdədir. Başqa ayələrdə də Allahın möminləri dəstəkləmək üçün göndərdiyi ordulardan belə bəhs edilir:

Ey iman gətirənlər! Allahın sizə göstərdiyi iltifatını xatırlayın. O zaman ki, düşmən ordusu sizin üstünüzə hücuma keçmişdi, Biz də onların üstünə külək və görmədiyiniz qoşunlar göndərmişdik. Allah sizin nə etdiyinizi görür. O zaman onlar sizin həm yuxarı və həm də aşağı tərəfinizdən üstünüzə gəlmişdilər. O vaxt qorxudan gözlər bərəlmiş, ürəklər xirtdəyə çatmış və siz də Allah barəsində zənnə-gümana qapılmışdınız. Orada möminlər imtahana çəkilmiş və güclü sarsıntıya məruz qalmışdılar (Əhzab surəsi, 9-11)

Tarixin hər dövründə inkar edənlər müxtəlif hiylələrlə iman gətirənlər üzərinə qorxu salmağa, öz ağıllarına görə onları döndərməyə çalışıblar. Ən sıx olaraq da hücumlarını rəsullara istiqamətləndirmişlər. Lakin möminlər bütün gücün Allaha aid olduğunu bildikləri üçün, inkar edənlərin bu hücumlarından dolayı ümidsizliyə ya da çarəsizliyə düşməmişlər.

Möminlər bu cür çətin anlarla qarşılaşdıqlarında, bunların Allah və rəsulunun əvvəldən xəbər verdiyi hadisələr olduğunu bildikləri üçün təmkin və təvəkküllərini itirməmiş, əksinə imanları artmışdır.

Möminlərin bu qərarlı rəftarları ayədə belə təsvir edilir:

Möminlər müttəfiqləri gördükdə: “Bu, Allahın və Onun Elçisinin bizə olan vədidir. Allah və Onun Elçisi doğru söyləmişlər!” – dedilər. Bu onların yalnız imanını və itaətini artırdı. (Əhzab surəsi, 22)

Şəhid etməyə cəhd etmələri

İnkar edənlərin rəsullara yönəltdiyi ən qəddar təzyiq üsullarından biri də dünyanın ən üstün və ən gözəl əxlaqlı insanlarını şəhid etməyə çalışmaqdır. İnkar edənlərin öndə gələnləri demək olar ki, hər dövrdə bu yola üz tutmuşlar. Rəsulu və onunla birlikdə Allaha iman etmiş kəsləri yollarından saxlamaq üçün içlərindən bir qismini şəhid etmiş, ya da şəhid etməyə təşəbbüs etmişlər. Xüsusilə rəsulları şəhid edərək, Allahın dinini yox edə biləcəklərini, digər iman edənləri də bu şəkildə dinlərindən döndərə biləcəklərini zənn etmişlər. Qövmünün hz. Şüeyb (ə.s)-ı daşa tutub şəhid etmə arzusu, inkar edənlərin Allah yolunda olan kəslərə qarşı bəslədiyi böyük kin və düşmənçiliyin nümunəsidir. Ayədə belə buyurulur:

Onlar dedilər: “Ey Şueyb! Dediklərinin çoxunu anlamırıq. Biz səni aramızda zəif görürük. Əgər qəbilən olmasaydı, səni daşqalaq edərdik. Sən bizim üçün heç də böyük bir adam deyilsən” (Hud surəsi, 91)

Firon və yaxın ətrafı da hz. Musa (ə.s)-ı şəhid etmək üçün planlar qurarkən hz. Musa (ə.s) Allahın köməyi ilə onların bu tələlərindən xəbərdar olmuş və Allahın diləməsiylə xilas olmuşdur:

Şəhərin kənarından bir kişi qaça-qaça gəlib dedi: “Ey Musa! Zadəganlar səni öldürmək barəsində məşvərət edirlər. Çıx get! İnan ki, mən sənin yaxşılığını istəyənlərdənəm!” (Qəsas surəsi, 20)

İnkarçıların rəsulları öz ağıllarına görə təsirsiz hala gətirə bilmək üçün üz tutduqları qaçırma və bir yerdə tək-tənha həbs etmə ilə şəhid etmə kimi üsulları da vardır. Məsələn, əvvəl də bəhs etdiyimiz kimi hz. Yusif (ə.s), qardaşları tərəfindən quyuya atılaraq ətraf şərtlərinə görə aclıq və ya susuzluqdan ölməyə tərk edilmişdir.

Hz. İbrahim (ə.s)-ın qövmü isə, onların bütlərini qıran və alçaldan bu müqəddəs peyğəmbəri atəşə atacaq qədər azğınlıq göstərmişlər. Ancaq Allah rəsulunu bu çətin görünən vəziyyətdən möcüzəvi şəkildə xilas etmişdir. Ayədə hz. İbrahim (ə.s)-la əlaqədar olaraq belə xəbər verilir:

Qövmünün cavabı isə ancaq: “Ya onu öldürün, ya da yandırın!” – demələri oldu. Lakin Allah onu oddan qorudu. Doğrudan da, bunda mömin adamlar üçün mənimsəməli bir ibrət vardır. (Ənkəbut surəsi, 24)

Yuxarıdakı ayədə də bildirildiyi kimi, inkarçıların hz. İbrahim (ə.s)-ı "yandırma" səyləri boşa çıxmış və Allah onu xilas etmişdir. Çünki rəsullar, "...Allah səni insanlardan qoruyacaq..." (Maidə surəsi, 67) hökmüylə Allahın mühafizəsi altındadırlar. İnkar edənlər, Allahın diləməsi xaricində, nə möminlərə, nə də rəsula heç bir zərər verə bilməzlər.

İnkarçıların rəsullara qurduğu tələlər başdan pozulmuş olaraq qurulur

İnkar edənlər bəzi fiziki tədbirlər alaraq, öz aləmlərində rəsulların təbliğini dayandıra biləcəklərini zənn etmişlər. Çünki Allahın hər şeyi qədərdə təsbit etmiş olduğunu, hər zaman möminlərin köməkçisi olduğunu düşünməmişlər. Rəsulların mübarizəsinin qarşısını almaq məqsədi ilə müxtəlif yollara üz tutmuşlar, hansı ki, bu tələləri qurarkən daha ən başından pozulacaq və öz əleyhlərinə dönəcək şəkildə qurmuşlar. Nə qədər əhatəli və ağıllı şəkildə hazırlanmış olursa olsun inkarçıların tələləri qəti olaraq pozulmağa məhkumdur. Çünki bu, Allahın Quranda xəbər verdiyi vəddir.

İnkar edənlərin qurduğu tələlərin boşa çıxacağı və öz əleyhlərinə dönəcəyinin xəbər verildiyi Quran ayələrindən bəziləri bunlardır:

... Həqiqətən də, Allah kafirlərin hiyləsini zəiflədər.. (Ənfal surəsi, 18)

... Amma bilin ki, kafirlərin hiyləsi boşa çıxar. (Mümin surəsi, 25)

Onlar hiylə qurdular, Biz də hiylə qurduq. Lakin onlar bunu hiss etmədilər. Bax gör onların hiylələrinin aqibəti necə oldu. Biz onları bütün tayfalarıyla birlikdə yerlə-yeksan etdik. (Nəml surəsi, 50-51)

Yoxsa bir hiylə qurmaq istəyirlər? Amma kafirlər özləri o hiylənin qurbanı olacaqlar. (Tur surəsi, 42)

... Onlara qorxudan peyğəmbər gəldikdə isə bu, onların ancaq nifrətini artırdı. Bütün bunlar onların yer üzündə təkəbbür göstərmələrinə və yaramaz hiyləgərliklər törətdiklərinə görə idi. Yaramaz hiylələr isə ancaq öz sahiblərini qaplayar. Onlar əvvəlkilərin başlarına gələn aqibətdən başqasınımı gözləyirlər? Sən Allahın qayda-qanununa heç bir əvəz tapa bilməzsən, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən. (Fatir surəsi, 42-43)

Rəsullar əleyhinə inkar edənlər tərəfindən hazırlanan və şər kimi görünən hər cür hiylə, tələ, nizam, böhtan və sui-qəsd qəti olaraq çox böyük xeyirə çevrilər. Çünki Allahdan ayrı güc yoxdur. Hər tələni Allah yaradır. Allah qədərdə, inkarçıların möminlərə qarşı qurduqları tələləri, mütləq pozulacaq və möminlərin faydasına, inkarçıların isə zərərinə olacaq şəkildə təqdir etmişdir. Müsəlmanlara qarşı tələ hazırlayan insan bunu öz ağlıyla etdiyini zənn edər. Halbuki bu insan da Allaha boyun əymişdir. Ən kiçik dəyişiklik olmadan eynisiylə Allahın əmr etdiyi tələni qurar, mömin də yenə Allahın əmr etdiyi şəkildə heç bir dəyişiklik olmadan tələnin pozulmasına şahid olar. İnkar edənlərin qurduqları tələnin özlərinə zərər verəcəyi Quranda belə bildirilmişdir:

Onlardan əvvəlkilər də hiylə qurdular. Halbuki bütün hiylələr Allaha aiddir. O, hər kəsin nə qazandığını bilir. Kafirlər Axirət yurdunun kimin olacağını biləcəklər.  (Rad surəsi, 42)

Beləliklə hər bir ölkədə oranın günahkarlarını başçılar təyin etdik ki, onlar orada mümkün qədər yaramaz işlər görsünlər. Halbuki onlar o yaramaz işləri yalnız özlərinə qarşı edirlər və bunu da hiss etmirlər. (Ənam surəsi, 123)

Quranda inkar edənlərin qurduqları tələnin böyüklüyü və şiddəti nə olursa olsun Allahın qurduğu tələnin qarşısında hər hansı nəticəyə çata bilməyəcəyi xəbər verilir. Rəsullara qarşı qurulan hiyləli tələlər, kənardan zahiri gözlə baxanlar üçün onların çətin vəziyyətə düşdükləri hadisələr kimi görünə bilər. Ancaq Allahın tələ quranlar üçün hazırlanmış nizamı vardır və Allah elçilərə olan vədini qəti olaraq yerinə yetirər. Bu, Allahın dəyişməz qanunudur. Bu qanun bir çox Quran ayəsində xəbər verilmişdir. Bunlardan bəziləri belədir:

Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu Sözümüz əzəldən deyilmişdi: “Həqiqətən, onlara kömək göstəriləcəkdir. Bizim əsgərlərimizin mütləq qələbəsi labüddür”. (Saffat surəsi, 171-173)

Biz Musa ilə Haruna da nemət bəxş etdik. Onların hər ikisini və tayfalarını böyük sıxıntıdan qurtardıq. Onlara kömək göstərdik və qalib gəldilər. (Saffat surəsi, 114-116)

Allah əzəldən belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir. (Mücadilə surəsi, 21)

Kim Allahı, Onun Elçisini və iman gətirənləri özünə dost tutarsa, bilsin ki, qələbə çalanlar da məhz Allahın firqəsidir. (Maidə surəsi, 56)

Rəsulların həyatı inkar edənlərin tələlərinə qarşı qazanılan qələbə nümunələriylə doludur. Məsələn; Firon bütün oğlan uşaqlarını öldürmüş, öz ağlına görə qorxuducu tədbirlər almış, inananlara əziyyət etmiş, ancaq hz. Musa (ə.s)-a mane ola bilməmişdir.

Məkkəli müşriklər hicrəti əsnasında Peyğəmbərimiz (s.ə.v)-in arxasınca düşərək onu şəhid etmək istəmişlər, ancaq Allah onu bir mağarada möcüzəvi şəkildə inkarçılardan qorumuşdur.

Qövmü, hz. İbrahim (ə.s)-a tələ quraraq atəşə atmış, lakin Allah atəşi əmin-amanlıq edərək onu qurtarmışdır.

Hz. Yusif (ə.s)-ı qardaşları quyuya ataraq şəhid etmək istəmişlər, ancaq Allah bütün tələlərini tərsinə çevirərək hz. Yusif (ə.s)-ı oradan xilas edib xəzinələrin başına gətirmişdir.

Hz. İsa (ə.s)-a da tələ qurulmuş, onu şəhid etmək istəyərkən də Allah hz. İsa (ə.s)-ı göyə yüksəltmiş, yenə heç gözləmədikləri şəkildə inkarçıların tələlərini pozmuşdur. Allah dilədiyini dilədiyi şəkildə yaradan və rəsullarına mütləq qələbə yetirəndir.

Allah bütün tələlərdən xəbərdardır

Allahın gücünün fərqində olmayan inkarçılar rəsulların əleyhinə qurduqları tələləri aralarında gizli-gizli görüşərkən bunlardan kimsənin xəbəri olmadığını düşünürlər. Bağlı qapılar arxasında olmanın da gətirdiyi rahatlıqla zalımcasına və ədalətsiz qərarlar alırlar. İnkarçıların, bu planları qurarkən özlərini heç kimin görmədiyini düşünmələri əslində çox böyük yanılmadır. Çünki gizlinin gizlisini bilən Allah, bu planlardan ən incə təfərrüatına qədər xəbərdardır. Allah hər yerdədir. Hər sözü eşidər, hər şeyi görər. Allah bu çox əhəmiyyətli gerçəyi ayəsində belə bildirmişdir:

Məgər Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini görmürsən? Üç nəfərin arasında gedən elə bir xəlvəti söhbət yoxdur ki, onların dördüncüsü, beş nəfərin də altıncısı O olmasın. İstər bundan az, istərsə də çox olsunlar – harada olursa olsunlar, Allah onların yanındadır. Sonra Qiyamət günü onlara nə etdiklərini xəbər verəcəkdir. Allah hər şeyi bilir. (Mücadilə surəsi, 7)

Pis işləri təşkil edən, yaxşıların əleyhinə planlar quran, güclərini birləşdirən inkarçıların, pisliklərini gizləmə səylərinin nə qədər boş və faydasız olduğu Quranda bir çox ayədə xəbər verilmişdir:

Onlar öz günahlarını insanlardan gizlədir, Allahdan isə gizlətmirlər (Ondan çəkinmirlər). Halbuki onlar Allahın razı qalmadığı sözləri gecələr xəlvətdə söylədikləri vaxt belə, O, onların yanında olur. Allah onların nə etdiklərini əhatə edir.  (Nisa surəsi, 108)

Aranızdan sözü gizlədənlər də, onu açıq deyənlər də, gecə gizlənib, gündüz gəzib dolananlar da Allah üçün eynidirlər. (Rad surəsi, 10)

Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma. Allah sadəcə onları cəzalandırmağı gözlərin bərələ qalacağı günə saxlayır. (İbrahim surəsi, 42)

Hiylə quranlar etdiklərinin qarşılığını bəzən dərhal görmədikləri üçün böyük aldanışa qapılarlar. Allahın elçisinin bütün xəbərdarlıqlarına baxmayaraq etdikləri pisliklərə ara vermədən davam edərlər. Halbuki Allah onların zərər vermək məqsədiylə qurduğu hər plandan xəbərdardır. Yalnız onlara müəyyən müddət verir. Məhz Rəbbimizin bu vədini bilən möminlər də təvəkkül və səbirlə zalımları gözləyən sonu gözləyərlər. Ayələrdə belə buyurulur:

Hələlik Mən onlara möhlət verirəm. Şübhəsiz ki, Mənim kafirlər üçün qurduğum hiyləm çox güclüdür. (Qələm surəsi, 45)

Həqiqətən, kafirlər hiylə qururlar. Mən də hiylə qururam. Kafirlərə hələ möhlət ver! Onlara bir az da möhlət ver. (Tariq surəsi, 15-17)

Qoy kafirlər əzabdan qaça biləcəklərini zənn etməsinlər. Çünki onlar ondan yaxa qurtara bilməzlər. (Ənfal surəsi, 59)

Nuh gəmini düzəldir, qövmünün zadəganları isə hər dəfə yanından keçdikcə onu ələ salırdılar. O isə deyirdi: “Əgər siz bizi ələ salırsınızsa, biz də sizi, siz bizi ələ saldığınız kimi ələ salacağıq. Siz rüsvayedici əzabın kimə gələcəyini və daimi əzabın kimə üz verəcəyini mütləq biləcəksiniz”. (Hud surəsi, 38-39)

Səndən əvvəlki elçilərə də istehza edilmişdi. Mən kafirlərə möhlət verdim, sonra isə onları yaxaladım. Bir görəydin onları cəzalandırmağım necə oldu! (Rad surəsi, 32)

Allahın Quranda qəti olaraq vəd etdiyi kimi möminlərə qurulan bütün tələlər pozulmağa məhkumdur. Allahın bu həqiqəti müjdələdiyi ayələrdən bəziləri belədir:

Onlar İbrahimə qəsd etmək fikrinə düşdülər, lakin Biz onları daha şiddətli cəzaya məruz qoyduq. (Ənbiya surəsi, 70)

Kim qüdrət sahibi olmaq istəsə, bilsin ki, qüdrət bütünlüklə ancaq Allaha məxsusdur. Gözəl söz Ona tərəf yüksəlir və onu ucaldan yaxşı əməldir. Pis əməllər işlədib hiyləgərlik edənləri şiddətli bir əzab gözləyir. Onların qurduqları hiylələr də boşa çıxacaqdır. (Fatir surəsi, 10)

Yoxsa bir hiylə qurmaq istəyirlər? Amma kafirlər özləri o hiylənin qurbanı olacaqlar. (Tur surəsi, 42)

 

6 / total 8
"Harun Yəhyanın Rəsulların Mübarizəsi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com